Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-207/2023 13.12.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X15 oğlunun sədrliyi Məhkəmə iclasının katibi Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı Müdafiəçi:Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Mürşüd oğlunun iştirakları ilə 18 avqust 1984-cü il tarixdə Şuşa şəhərində doğulmuş, Ağdam rayonunun Zəngişalı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 4 uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissəsinin minaatan batareyasının sabiq sanitartəlimatçısı, baş çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 329.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissəsinin minaatan batareyasının sanitar-təlimatçısı vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, xidmət etdiyi batareyanın yerləşdikləri Ağdam rayonu Gülablı kəndi ərazisində yay aylarında ilanlar çox olduğundan şəxsi heyəti ilan sancmalardan qorumaq məqsədilə batareya komandiri tərəfindən ilanlara qarşı məhlul alınmış, həmin məhlul zəhərli olduğundan və kəskin iyə malik olaraq, qapalı ərazidə istifadəsi insanlara təhlükə yaratdığından bu haqda şəxsi heyətə xəbərdarlıq edilmiş, məhlul əsgərlərin daimi hərəkət etdiyi cığırlara səpilərək istifadə edilmiş və artıq məhlullar batareyada xüsusi yeşikdə saxlanılmışdır. N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində komandir heyəti tərəfindən şəxsi heyətə çəkmələri təmizlədikdən sonra yataqxanaya daxil olmaları barədə göstəriş verilmiş və həmin müddətdə əsgər Zərərçəkmiş şəxs ilanlara qarşı olan məhlulu həmin saxlanc yerindən qanunusuz olaraq götürüb çəkməsinə sürtməklə çəkməsini təmizləmiş, sonra yataqxanaya daxil olmuşdur. Bu zaman həmin məhlulun yataqxanada yayılmış kəskin qoxusu ilə bağlı şəxsi heyət arasında səs-küy edilmiş, həmin kəskin qoxudan əsgərlər boğulduqlarını bildirmişlər. Həmin vaxt əsgərlər komandir heyətinin göstərişinə əsasən açıq havada yataqxananın qarşısında sıraya düzülmüş, Təqsirləndirilən şəxs sıranın qarşısından keçərkən kəskin qoxudan batareyanın 2-ci tağımının 4-cü minaatanının heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs ilanlara qarşı məhluldan çəkməsinə sürtməsini hiss etmiş və sonuncudan çəkməsinə ilanlara qarşı məhluldan sürtməsinin səbəbini soruşmuş, qapalı yerdə məhlulun insanı zəhərləyə biləcəyini demişdir. Zərərçəkmiş şəxs bu barədə məlumatının olmadığını bildirdikdə, sonuncunun bu hərəkətləri nəticəsində əsgərlərin zəhərlənə biləcyini düşünüb ani olaraq əsəbləşmiş və Zərərçəkmiş şəxs qarın nahiyəsinə dizi ilə bir zərbə, sifət nahiyəsinə iki sillə zərbəsi vuraraq, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010- 2013-cü ilə qədər Daxili Qoşunlarda Xüsusi Təyinatlı atıcı vəzifəsində xidmət etmiş, 2014cü ilin sentyabr ayından isə N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, N may N-ci il tarixdən N iyun N3-cü il tarixədək N hərbi hissəsinin minaatan batareyasının sanitar-təlimatçısı vəzifəsində, baş çavuş hərbi rütbəsində xidmət etmiş, sonuncu tarixdə isə ordu sıralarından tərxis olunmuşdur. Zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs hərbi xidmət müddətində tanımış, aralarında ədavət və düşmənçilik olmamış, münasibətləri xidməti olmuşdur. Xidmət etdikləri Ağdam rayonu Gülablı kəndi ərazisində ilanlar çox olduğundan şəxsi heyəti ilan sancmalardan qorumaq məqsədilə batareya komandiri tərəfindən ilanlara qarşı məhlul alınmış və həmin məhlul batareyada yeşikdə saxlanılmışdır. Xidmət vaxtı komandir heyəti şəxsi heyətə çəkmələri təmizlədikdən sonra yataqxanaya daxil olmaları barədə göstəriş vermişdir. Həmin müddətdə əsgər Zərərçəkmiş şəxs ilanlara qarşı olan məhlulu götürüb çəkməsinə sürtməklə çəkməsini təmizləmiş, sonra yataqxanaya daxil olmuşdur. Az sonra o, yataqxanada şəxsi heyət arasında səs-küy eşitmiş, əsgərlər kəskin iydən boğulduqlarını bildirmişlər. Bundan sonra komandir heyəti şəxsi heyəti sıraya düzmüş, o, sıranın qarşısından keçərkən kəskin qoxudan əsgər Zərərçəkmiş şəxs ilanlara qarşı məhluldan çəkməsinə sürtməsini hiss etmiş, həmin vaxt adını xatırlamadığı əsgərlərdən biri də əsgər Zərərçəkmiş şəxs çəkməsinə ilanlara qarşı məhluldan sürtməsini demişdir. O, Zərərçəkmiş şəxs məhlulu çəkməsinə sürtməsinin səbəbini soruşmuş, qapalı yerdə məhlulun insanı zəhərləyə biləcəyini bildirmiş, Zərərçəkmiş şəxs cavabında bu barədə məlumatının olmadığını demişdir. O, əsgərlərin zəhərlənə biləcyini düşünüb ani olaraq əsəbləşmiş, qolu ilə Zərərçəkmiş şəxs qol nahiyyəsinə vurmuş və «get botinkanı təmizlə iy kəsilsin» demişdir. Bundan sonra Zərərçəkmiş şəxs getmiş və çəkməsini yumuşdur. O, Zərərçəkmiş şəxs qarşı bundan başqa hərəkət etməmiş, Zərərçəkmiş şəxsn qarın nahiyyəsinə dizi ilə, sifət nahiyyəsinə isə 2 sillə zərbəsi vurmamış, hərbi prokurorluqda şahidlər hamısı onun tərəfindən Zərərçəkmiş şəxs vurulmadığını bildirmişlər, lakin şahidlər prokurorluqda ifadə verərkən sıxışdırılmışlar, onlar həbs edilmələri ilə bağlı qorxudulmuşlar, ona görə də şahidlər onun tərəfindən Zərərçəkmiş şəxs qarın nahiyəsinə dizi ilə və sifət nahiyəsinə 2 sillə zərbəsi vurmaları demişlər. İstintaq zamanı ifadəsi ona təqdim olunmuş, o, müstəntiq tərəfindən dediklərinin düzgün olaraq ifadəsinə yazıldığına inandığından ifadəsini oxumadan imzalamışdır. O, məhkəmədə hansı məzmunda ifadə vermişdirsə, hərbi prokurorluqda da eyni məzmunda ifadə vermişdir. O, son sözündə işdə təhlil olunan sübutlarla bağlı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bildiyini, ittihamda göstərilən Zərərçəkmiş şəxs qarın nahiyəsinə dizi ilə bir zərbə, sifət nahiyəsinə iki sillə zərbəsi vurduğunu tam şəkildə qəbul etdiyini, iş üzrə dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqına səhhəti ilə bağlı gələ bilməməsi səbəbindən və digər əsgərlərin verdikləri ifadələrin elan edilməklə sübut kimi qəbul edilməsini xahiş etmişdir. O, daha sonra göstərmişdir ki, xidmət dövründə 2016-cı ilin «Aprel döyüşlərində» və 44 günlük «Vətən müharibəsində» iştirak etmiş, Vətən müharibəsi vaxtı döyüşlərdə fəallıq göstərdiyinə görə «Ağdamın işğaldan azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif edilmişdir. Hadisədən sonra etdiyi hərəkət görə çox peşman olmuş, buna görə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəmiş və onunla barışmışdır. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ailəlidir himayəsində işsiz olan arvadı və 4 az yaşlı uşağı var, bir uşağı başından travma aldığından müalicəyə ehtiyacı yaranmış, ordu sıralarından tərxis olunduğundan fərdi əməklə məşğul olaraq ailəsinə maddi cəhətdən yardım göstərir, ailəsi ağır ailə vəziyyəti şəraitində yaşamaqla onun əməyinə ehtiyacı vardır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq barəsində olan cinayət işinə zərərçəkmiş şəxslə barışmaqla və şəraitin dəyişməsi ilə bağlı xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin minaatan batareyasının sabiq əsgəri Şahid2 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs hərbi xidmət müddətində tanımış, aralarında ədavət və düşmənçilik olmamış, münasibətləri xidməti olmuş, özü N3-cü ilin yanvar ayında tərxis olunmuşdur. Xidmətdə olarkən tarixini dəqiq xatırlamadığı vaxtda şəxsi heyət düzülüşdə olarkən kəskin qoxu gəldiyindən Zərərçəkmiş şəxs çəkməsinə ilanlara qarşı məhlul sürtməsi aşkar olunmuş, Təqsirləndirilən şəxs bunu Zərərçəkmiş şəxs irad tutmuş, sonra o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın nahiyəsinə dizi ilə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurduğunu görmüşdür. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin minaatan batareyasının sabiq əsgəri Şahid5 ifadəsində göstərmişdir ki,12 aprel N1-ci il tarixdə Səfərbərlik üzrə Oğuz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, əvvəlcə 777, daha sonra N nömrəli hərbi hissənin N mm-lik minaatan batareyasının 1-ci tağımının 1-ci manqasının heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, hazırda isə ordu sıralarından tərxis edilmişdir. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs hərbi xidmət müddətində tanımış, aralarında ədavət və düşmənçilik olmamış, münasibətləri xidməti olmuşdur. Xidmətdə vaxtı tarixini dəqiq xatırlamadığı vaxtda şəxsi heyət düzülüşdə olarkən özü də sırada olmuş, həmin vaxt əsgər Zərərçəkmiş şəxs çəkməsinə ilanlara qarşı məhlul sürtməsi aşkar olunmuş, Təqsirləndirilən şəxs bunu Zərərçəkmiş şəxs irad tutmuş, sonra o, səhv etmirsə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qoluna vurduğunu görmüş, qarnına və sifətinə vurduğunu görməmişdir. O,suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı iki dəfə ifadə vermiş, birinci dəfə Bakı şəhərində ifadə vermiş, baş leytenant rütbəli şəxs ona N-ci ilin avqust ayında saat 11 radələrində əsgər Zərərçəkmiş şəxs ilanlara qarşı olan məhlulla çəkmələrin təmizlədiyinə görə baş çavuş Təqsirləndirilən şəxs düzülüş vaxtı Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir təpik, üzünə isə iki sillə zərbəsi vurduğunu görməsini və bunları videoçəkiliş zamanı deməsini bildirildiyindən o da bu məzmunda olan ifadəsini imzalamış, sonra yaşadığı Oğuz rayonuna gedərkən yenidən prokurorluğa çağırılmış, yoldan qayıdıb hərbi prokurorluğa gəlmiş, ona prokurorluqda «videoçəkliş qalıb, izahatda yazılanları çəkilişdə də de çıx get demiş», o da həmin məzmunlu ifadəsini çəkiliş zamanı danışmışdır. Əslində isə o, baş çavuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çəkməsinə ilana qarşı məhlul vuduğuna görə qolundan vurduğunu görmüşdür. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin minaatan batareyasının sabiq əsgəri Şahid6 Emin oğlu ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs hərbi xidmət müddətində tanımış, aralarında ədavət və düşmənçilik olmamış, münasibətləri xidməti olmuşdur. Xidmət vaxtı tarixini dəqiq xatırlamadığı tarixdə şəxsi heyət düzülüşdə olarkən Zərərçəkmiş şəxs əsgər çəkməsinə ilanlara qarşı məhlul sürtməsi müəyyən olunmuşdur. İlanlara qarşı məhluldan pis iy gəldiyindən əsgərlər arasında bu hal narahatçılıq yaratmışdır. O,düzülüş vaxtı təxminən 10 metr məsafədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sıranın qarşısına çıxardaraq əsəbi halda Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir təpik vurduğunu görmüş, üzünə iki sillə vurduğunu görməmiş və təhqir etdiyini eşitməmişdir. İbtidai istintaq vaxtı da müstəntiqə bu məzmunda ifadə vermiş, müstəntiq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iki sillə zərbəsi vurmasını da onun ifadəsində qeyd etmiş, o, bu faktı görməsə də ifadəsini imzalamışdır. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şahid7 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs əsgər Zərərçəkmiş şəxs hərbi xidmət müddətində tanımış, aralarında ədavət və düşmənçilik olmamış, münasibətləri xidməti olmuşdur. İbtidai istintaq zamanı ona təzyiq olduğundan ifadəsində N-ci ilin avqust ayında əsgər Zərərçəkmiş şəxs ilanlara qarşı olan məhlulla çəkmələrin təmizlədiyinə görə baş çavuş Təqsirləndirilən şəxs düzülüş vaxtı Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir təpik zərbəsi vurduğunu gördüyünü bildirmiş, lakin o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməmiş, həmin vaxt hadisə yerində olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissəsinin sabiq əsgəri Şahid3 ifadəsində göstərmişdir ki, o, həmin hərbi hissənin sabiq müddətən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən tanımış, münasibətləri xidməti olmuş, aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, baş çavuş Təqsirləndirilən şəxs N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində xidmət etdiyi baterayanın əsgər yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs hərbi çəkməsinə ilanlara qarşı olan məhlul sürtdüyünə görə dizi ilə qarın nahiyəsinə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurduğunu görmüşdür. Hadisə zamanı əsgər Zərərçəkmiş şəxs xəsarət almamış və bununla bağlı tibb məntəqəsinə müraciət etməmişdir. İş üzrə ibtidai istintaq zaçamı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq əsgərləri Şahid1 və Şahid4 məhkəmə istintaqı zamanı elan edilmiş şahid ifadələrində Şahid3 ilə eyni məzmunlu ifadələr verərək ifadələrində göstərilmiş xüsusatları tam olaraq təsdiq etmələri müəyyən olunmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissəsinin sabiq minaatan batareyasının baş çavuşu, baş gizir X3 ifadəsində göstərmişdir ki, o, həmin hərbi hissənin sabiq müddətən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən tanımış, münasibətləri xidməti olmuş, aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, baş çavuş Təqsirləndirilən şəxs N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində xidmət etdiyi baterayanın əsgər yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs hərbi çəkməsinə ilanlara qarşı olan məhlul sürtdüyünə görə dizi ilə qarın nahiyəsinə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurduğunu görməmüşdür. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissəsinin minaatan batareyasının sabiq komandiri, baş leytenant X10 ifadəsində göstərmişdir ki, o, həmin hərbi hissənin sabiq müddətən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xidmətdə olarkən tanımış, münasibətləri xidməti olmuş, aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Baş çavuş Təqsirləndirilən şəxs nizam-intizamlı hərbi qulluqçu olmuş, verilən tapşırıqları vaxtında yerinə yetirmişdir. Onun Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmasından xəbəri olmamış, araşdırma zamanı adını xatırlamadığı əsgərlərdən eşitmişdir ki, N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində Təqsirləndirilən şəxs xidmət etdiyi baterayanın əsgər yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs hərbi çəkməsinə ilanlara qarşı olan məhlul sürtdüyünə görə dizi ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurmuşdur. Lakin o, baş vermiş hadisəni görməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərək elan edilmiş Təqsirləndirilən şəxs ona CM-in 329.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib öz müdafiəsi üçün hər hansı dəlil gətirməyərək ifadəsində bildirmişdir ki, N may N-ci il tarixdən N iyun N3-cü il tarixədək N hərbi hissəsinin minaatan batareyasının sanitar-təlimatçısı vəzifəsində, baş çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət etmiş, sonuncu tarixdə isə ordu sıralarından tərxis edilmişdir. O, N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs həmin hərbi hissədə hərbi xidmətdə olarkən tanımış, daha öncə aralarında tanışlıq münasibətləri olmamış, hərbi xidmət dövründə də münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində xidmət etdiyi batareyanın əsgər yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs çəkmələrinə ilanlara qarşı olan məhlul sürtdüyünü bilib bundan qəzəblənərək əsgər Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gəlmiş və buna görə də dizi ilə qarnına bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərək elan edilmiş şahid N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid7 ifadəsində göstərmişdir ki, o, həmin hərbi hissənin sabiq müddətən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən tanımış, münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, baş çavuş Təqsirləndirilən şəxs N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində xidmət etdiyi baterayanın əsgər yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs hərbi çəkməsinə ilanlara qarşı olan məhlul sürtdüyünə görə dizi ilə qarın nahiyəsinə bir zərbə vurduğunu görmüşdür. Hadisə zamanı əsgər Zərərçəkmiş şəxs xəsarət almamış və bununla bağlı tibb məntəqəsinə müraciət etməmişdir. O, daha öncə baş çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı hər hansı qanunsuz əməllərə yol verməsinin şahidi olmamışdır. Şahid7, Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etmiş və Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərək elan edilmiş N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, həmin hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən tanımış, daha öncə aralarında tanışlıq münasibətləri olmamış, hərbi xidmət dövründə də münasibətləri xidməti olmaqla aralarında heç bir qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Baş çavuş Təqsirləndirilən şəxs N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində xidmət etdiyi baterayanın əsgər yataqxanasının qarşısında onun hərbi çəkməsinə ilanlara qarşı olan məhlul sürtdüyünü bilib bundan qəzəblənərək dizi ilə onun qarın nahiyəsinə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurmuşdur. O, qeyd olunan zərbələrin təsirindən fiziki ağrı hiss etsə də, hər hansı xəsarət almamış və bununla bağlı tibb məntəqəsinə müraciət etməmiş, habelə bu barədə kiməsə məlumat verməmişdir. Zərərçəkmiş şəxs qeyd etmişdir ki, həmin hadisə sırada, əsgər yoldaşlarının gözü qarşısında baş vermiş, daha öncə baş çavuş Təqsirləndirilən şəxs ona qarşı hər hansı qanunsuz əməllərə yol verməmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin 14 avqust N3-cü il tarixli qərarından görünür ki, həmin tarixdə N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant X5 CM-in 329.2.1, 329.2.2 və 329.3-cü maddələri və N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir X1 CM-in 329.2.1 və 329.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair istintaq olunmuş ********* №-li cinayət işindən həmin hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsi ilə ayrıca icraata ayrılmışdır. 06 sentyabr N3-cü il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 329.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İfadənin yerində yoxlanılması haqqında tərtib olunmuş 25 iyun N3-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaqa şahid və zərərçəkmiş şəxs qismində verdiyi ifadələri yerində yoxlanılarkən o, həmin ifadələrini tam təsdiq edib hadisələrin baş vermə şəraitini və mexanizmini əyani olaraq göstərməklə bildirmişdir ki, baş çavuş Təqsirləndirilən şəxs N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində batareyanın əsgər yataqxanasının qarşısında onun əsgər çəkmələrini ilanlara qarşı istifadə edilən məhlulla təmizlədiyinə görə dizi ilə qarın nahiyəsinə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurmuşdur. İfadənin yerində yoxlanılması haqqında tərtib olunmuş 25 iyun N3-cü il tarixli protokoldan görünür ki, Şahid6 ibtidai istintaqa şahid qismində verdiyi ifadələri yerində yoxlanılarkən o, həmin ifadələrini tam təsdiq edib hadisələrin baş vermə şəraitini və mexanizmini əyani olaraq göstərməklə bildirmişdir ki, baş çavuş Təqsirləndirilən şəxs N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində batareyanın əsgər yataqxanasının qarşısında əsgər çəkmələrini ilanlara qarşı məhlulla təmizlədiyinə görə əsgər Zərərçəkmiş şəxs dizi ilə qarın nahiyəsinə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurmuşdur. Məhkəmə-tibbi ekspertizasının 18 aprel N3-cü il tarixli, 218 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarət və ya xəsarət izləri aşkar edilməsə də, o, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs düzülüş vaxtı dizi ilə onun qarın nahiyəsinə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurduğunu demişdir. N nömrəli hərbi hissə komandanlığının arayışından görünür ki, baş çavuş Təqsirləndirilən şəxs ilə əsgər Zərərçəkmiş şəxs arasında tabeçilik münasibətləri olmuş, baş çavuş Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs münasibətdə rəis hesab olunmuşdur. N nömrəli hərbi hissənin N iyul N3-cü il tarixli, 563 №-li tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 139 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara qoyularaq hərbi hissənin minaatan batareyasının sanitar-təlimatçısı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N3-cü il tarixli, 183 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şəxsi heyətin siyahısından çıxarılaraq hərbi qeydiyyata durmaq üçün SHXÇDX-in Ağdam rayon şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə edilmişdir. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZ-İ № 646842 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə Təqsirləndirilən şəxs ilə X2 nikahlarını bağlamışlar. AZ-İ № 806311 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X11 adlı övladı xx.xx.2011-ci il tarixdə doğulmuşdur. AZ-İİİ № 028090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X12 adlı övladı xx.xx.2013-cü il tarixdə doğulmuşdur. AZ-İİİ 86 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X8 adlı övladı xx.xx.2015-ci il tarixdə doğulmuşdur. AZ-İİİ № 028090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X13 adlı övladı xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Azərbaycan Ordusunun 100 illiyi «Yubley» medalının vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2018-ci il tarixdə təltif olunmuşdur. № 1-750 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.N0-ci il tarixli 2371 s nömrəli Sərancamı ilə «Ağdamın azad olunmasına görə» medalı ilə təltif olunmuşdur. № 1-81658 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N-ci il tarixli 671 s nömrəli Sərancamı ilə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən göndərilmiş və xx.xx.N3-cü il tarixdə məhkəməyə daxil olmuş AZ 1111/********** saylı teleqramdan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin tələbinin və iddiasının olmadığını, sonuncu ilə barışdığını, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə çıxışında Təqsirləndirilən şəxs CM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq etməklə 500 manat cərimə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Müdafiəçi Müşviq Mehdiyev məhkəmə çıxışında məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddət Azərbaycan Ordusunda xidmət etmiş, 2016-cı il aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində iştirak etmiş, Vətən müharibəsində göstərdiyi fəallığa görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Ağdamın işğaldan azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuş, o, ittihamda göstərilən Zərərçəkmiş şəxs qarın nahiyəsinə dizi ilə bir zərbə, sifət nahiyəsinə iki sillə zərbəsi vurduğunu tam şəkildə qəbul etmiş, hadisədən sonra zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, hazırda hərbi xidmətdən ehtiyata buraxılaraq fərdi əməklə məşğul olub ailəsinə maddi cəhətdən köməklik göstərmiş, himayəsində 4 nəfər azyaşlı uşağı var, ailəsinin onun əməyinə ehtiyacı vardır. Qeyd olunanların nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə zərərçəkmiş şəxslə barışmaqla və şəraitin dəyişməsi ilə bağlı xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs son sözündə müdafiəçinin çıxışı ilə razı olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamı nəzərdən keçirib, iş üzrə məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərdən Şahid5, Şahid6 Emin oğlunun və Şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrə ziddiyətli fikirlər bildirməsi və digər şahidlərin ifadələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 329.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, … qolu ilə Zərərçəkmiş şəxs böyür nahiyyəsinə vurmuş … Zərərçəkmiş şəxs qarşı bundan başqa hərəkət etməmiş, Zərərçəkmiş şəxsn qarın nahiyyəsinə dizi ilə, sifət nahiyyəsinə isə 2 sillə zərbəsi vurmamış, hərbi prokurorluqda şahidlərə təzyiq olunduğuna görə şahidlər onun tərəfindən Zərərçəkmiş şəxs qarın nahiyəsinə dizi ilə və sifət nahiyəsinə 2 sillə zərbəsi vurmalarını demişlər. İstintaq zamanı ifadəsinin müstəntiq tərəfindən düzgün yazıldığına inandığından ifadəsini oxumadan imzalamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərək elan edilmiş Təqsirləndirilən şəxs ifadəsində isə bildirmişdir ki, N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində xidmət etdiyi batareyanın əsgər yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs çəkmələrinə ilanlara qarşı olan məhlul sürtdüyünü bilib bundan qəzəblənərək Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gəlmiş və buna görə də dizi ilə qarnına bir zərbə, sifət nahiyəsinə isə iki sillə zərbəsi vurmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın nahiyəsinə dizi ilə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurduğunu görmüşdür. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki,hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qoluna vurduğunu görmüş, qarnına və sifətinə vurduğunu görməmiş… hərbi prokurorluqda ona qarşı təzyiqlər olduğundan ibtidai istintaq zamanı həmin məzmunlu ifadəsini çəkiliş zamanı danışmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid6 Emin oğlu ifadəsində göstərmişdir ki,..o,düzülüş vaxtı təxminən 10 metr məsafədən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sıranın qarşısına çıxardaraq əsəbi halda Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir təpik, vurduğunu görmüş, üzünə iki sillə vurduğunu görməmiş və təhqir etdiyini eşitməmişdir. İbtidai istintaq vaxtı da müstəntiqə bu məzmunda ifadə vermiş, müstəntiq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iki sillə zərbəsi vurmasını da onun ifadəsində qeyd etmiş, o, bu faktı görməsə də ifadəsini imzalamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı ona təzyiq olduğundan ifadəsində N-ci ilin avqust ayında əsgər Zərərçəkmiş şəxs ilanlara qarşı olan məhlulla çəkmələrin təmizlədiyinə görə baş çavuş Təqsirləndirilən şəxs düzülüş vaxtı Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir təpik zərbəsi vurduğunu gördüyünü bildirmiş, lakin o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməmiş, həmin vaxt hadisə yerində olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərək elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində xidmət etdiyi baterayanın əsgər yataqxanasının qarşısında Zərərçəkmiş şəxs hərbi çəkməsinə ilanlara qarşı olan məhlul sürtdüyünə görə dizi ilə qarın nahiyəsinə bir zərbə vurduğunu görmüşdür. Şahid7, Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq etmiş və Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində xidmət etdiyi baterayanın əsgər yataqxanasının qarşısında əsgər Zərərçəkmiş şəxs hərbi çəkməsinə ilanlara qarşı olan məhlul sürtdüyünə görə dizi ilə qarın nahiyəsinə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurduğunu görmüşdür. İş üzrə şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin sabiq əsgərləri Şahid1 və Şahid4 ibtidai istintaq zamanı ifadələrində Şahid3 ilə eyni məzmunlu ifadələr verərək ifadələrində göstərilmiş xüsusatları tam olaraq təsdiq etmişlər. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs N-ci ilin avqust ayının sonlarında saat 10 radələrində xidmət etdiyi baterayanın əsgər yataqxanasının qarşısında onun hərbi çəkməsinə ilanlara qarşı olan məhlul sürtdüyünü bilib bundan qəzəblənərək dizi ilə onun qarın nahiyəsinə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurmuşdur. O, qeyd olunan zərbələrin təsirindən fiziki ağrı hiss etsə də, hər hansı xəsarət almamış və bununla bağlı tibb məntəqəsinə müraciət etməmiş, habelə bu barədə kiməsə məlumat verməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin) həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrini, qarşılıqlı təhlil edərək, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hadisə vaxtı qarın nahiyəsinə dizi ilə bir zərbə və sifət nahiyəsinə iki sillə zərbəsi vurmaması, yalnız qolu ilə Zərərçəkmiş şəxs qoluna vurması ilə bağlı deməsini özünün, şahidlər Şahid6 ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir təpik, vurduğunu görməsi, üzünə iki sillə vurduğunu görməməsi, Şahid5 ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qoluna vurduğunu görməsi, qarnına və sifətinə vurduğunu görməməsi, Şahid7 isə ibtidai istintaq zamanı ona təzyiq olduğundan ifadəsində Təqsirləndirilən şəxs düzülüş vaxtı Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir təpik zərbəsi vurduğunu gördüyünü bildirməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğunu görməməsi, həmin vaxt hadisə yerində olmaması ilə bağlı vermiş olduğu fikirləri dığər sübutlarla təkzib olunduğundan sübut kimi qəbul olunmamalı, bu faktlar Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməli, həmin şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, həm də təqsirləndirilən şəxsin son sözündə Zərərçəkmiş şəxs qarın nahiyəsinə dizi ilə bir zərbə, sifət nahiyəsinə iki sillə zərbəsi vurduğunu tam şəkildə qəbul etməsini bildirməsi həqiqəti əks etdirdiyindən daha inandırıcı qəbul edilməklə üstün sübut kimi qəbul edilməlidir. Bununla əlaqədar məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 329.1-ci maddəsinin cinayət tərkibi vardır və onun həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9. 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair" 2011-ci il 15 iyul tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə institutu ilə bağlı göstərmişdir ki. CM-nin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir: 1)Barəsində cinayət təqibi başlanmışşəxsin əməli böyük ictimai təhlükə törətməyən olmalıdır; 2)Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanıödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış olmalıdır; 3)Təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Göstərilən şərtlərin hamısı mövcud olduqda, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad oluna bilər. Məhkəmə, həm dövlət ittihamçısının və həm də müdafiə tərəfinin məhkəmə çıxışı zamanı qeyd etkiləri mövqeylərini, müdafiəçinin və zərərçəkmiş şəxsin məhkəməyə ünvanladığı ərizələrini və Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamı nəzərdən keçirib təhlil edərək, həmçinin həm ibtidai istintaq zamanı, həm məhkəmə istintaqı zamanı sübuta yetirilmiş işin hallarını, təhqiqat və ibtidai istintaqın aparılmasının xüsusiyyətlərini və hadisənin baş vermə səbəbini, mexanizmini və şəraitini, hadisədən sonra təqsirləndirilən şəxsin davranışını, və onun şəxsiyyətini səciyyələndirən halları, Vətən Müharubəsi iştirakcısı olmasını və hazırda hərbi xidmətdən ehtiyata tərxis olunmasını səciyyələndirən hallara nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 73.1-ci və 74-cü maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərək, barəsində cinayət təqibinə xitam verilməsi barədə müdafiəçinin xahişi əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən göründüyü kimi CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması ilə bağlı şərtlər müəyyən olunduqda böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah olunması mümkündür. CM-nin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul N-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm də məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir. Cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəstdən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında CM-nin 73-cü maddəsi ilə bağlı açıqlamalar verilmiş, o cümlədən “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında həmin maddəyə daha geniş təfsir verilmişdir. Qeyd edilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad etmə institutu ilə bağlı aşağıdakıları göstərmişdir: - zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması nəticəsində təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət işinə xitam verilməsinin əsaslarının və şərtlərinin müəyyənləşdirilməsi cinayət hüququnda dispozitivlik prinsipinin (cinayət prosesi subyektinin özünün maddi və prosessual hüquqlarından istifadə etmək imkanının) gücləndirilməsi kimi çıxış edir; - CM-nin 73-cü maddəsi bütün böyük ictimai təhlükə törətməyən cinayətlərə şamil edilir; - CM-nin 73-cü maddəsində imperativ norma ifadə edilməmişdir. Bu maddəyə müvafiq olaraq dispozitivliyin təsiri ictimailiklə bir müstəviyə qoyula bilməz. Belə ki, aralarında barışığa gəlmiş zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin iradələrini ifadə etmələri işə xitam verilməsinə dair qərarın qəbul edilməsinə səbəb olmur, sadəcə səlahiyyətli orqanlar tərəfindən belə qərarın qəbul edilməsini mümkün edən şərtlərdən biri qismində çıxış edir. Qanun belə qərarın qəbul edilməsini səlahiyyətli orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir; - CM-nin73-cü maddəsinə əsasən zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin ən vacib şərtlərindən biridir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, CM-nin 73-cü maddəsi cinayət təqibinə xitam verilməsinin aşağıdakı şərtlərini müəyyən etmişdir:1)barəsində cinayət təqibi başlanmış şəxsin əməli böyük ictimai təhlükə törətməyən; 2) təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyanı ödəmiş və ya vurulmuş zərəri aradan qaldırmış; 3)təqsirləndirilən şəxs zərərçəkmişlə barışmış olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu CM-nin 73-cü maddəsinin tələblərinə və özünün bu maddə ilə bağlı əvvəlki qərarlarındakı hüquqi mövqelərinə əsaslanaraq belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə yalnız müəyyən şərtlər daxilində mümkündür. Qeyd edildiyi kimi, CM-nin 73.1-ci maddəsinin tələbləri baxımından cinayət məsuliyyətindən azad etmənin ilk şərti böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsidir. Lakin bu zaman cinayət törətmiş şəxsi xarakterizə edən halların nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Belə ki, cinayət törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinin müəyyən edilməsi zamanı məhkəmə təcrübəsi, ilk növbədə, törədilmiş cinayətin xarakterindən və ağırlıq dərəcəsindən, həmçinin təqsirləndirilən şəxsin cinayəti törədənədək və törətdikdən sonrakı hərəkətlərini (şəxsiyyətini) səciyyələndirən hallardan (belə halların dairəsi müxtəlifdir) çıxış edir. Bununla yanaşı onlardan bəziləri qanunun mətnində birbaşa göstərilmiş və mütləq əhəmiyyət kəsb edir. CM-nin 73.1-ci maddəsində belə hallar sırasında böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması müəyyən olunmuşdur. Yalnız göstərilən şərtlərin yerinə yetirilməsi böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilmədən islah olunmasının təminatı ola bilər. Bu səbəbdən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CM-nin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunmasına səbəb olmur. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. CM-nin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, ...dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Araşdırılan hadisə ilə bağlı zərərcəkmiş şəx hec bir orqana şıkayət etməmişdir, hadisə nəticəsində ona hər-hansı bir xəsarət yetirilməmişdir, hadisə zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilmişdir və bu hadisə barədə məlumat hərbi prokurorluğda CM-nin 125-ci maddəsi ilə ayri bir cinayət istintaq edilərək şahid ifadələrindən hadisədən xeyli müddət kecdikdən sonra məlumat əldə edilmişdir və işin bu halları özü-özlüyündə bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamasına dəlalət edən faktlardır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs barəsində CM-nin 74-cü maddəsinin tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 74-cü maddəsinə görə, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət hüquq nəzəriyyəsinə görə şəraitin dəyişməsi ilə cinayət məsuliyyətindən azad etmə aşağıda göstərilən şərtlər daxilində mümkündür: 1) cinayətin ilk dəfə törədilməsi; 2) törədilən cinayətin böyük ictimai təhlükə törətməyən, yaxud da az ağır cinayətlər kateqoriyasına aid olması; 3) şəraitin dəyişməsi ilə şəxsin təhlükəliliyinin, yaxud da cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılması. Şəraitin dəyişməsi istintaq zamanı, yaxud da məhkəmədə işə baxılan zaman baş verməlidir. Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində, hərbi xidmətdən tərxis olunmasında və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən genişmiqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. CM-nin 74-cü maddəsinin və CPM-nin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr N1-ci il tarixli Qərarında hüquqi mövqeyə görə CPM-nin 40-cı maddəsində iki növdə olan hallar təsbit edilmişdir. Birincisi, cinayət prosesini həyata keçirən orqanların mülahizəsinə görə cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar. Belə ki, CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hallarda cinayət təqibinin başlanılmaması və ya ona xitam verilməsi cinayət prosesini həyata keçirən orqanların hüququ olaraq qalır (onlar üçün məcburi xarakter kəsb etmir). CM-nin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. CPM-nin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həyatını gənc yaşlarından hərbi xidmətə bağlamış, düşmənlə üzbəüz yerləşən hərbi hissələrdə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmiş, xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Vətən müharibəsində işitrak etmiş, vətənpərvər və intizamlı hərbi qulluqçu kimi şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə görə «Ağdamın azad olunmasına görə», «Vətən Müharibəsi iştirakçısı», yubley medalları ilə təltif olunmuş, himayəsində işsiz olan arvadı və 4 az yaşlı uşağı var, özü günəmuz işləməklə faydalı əməklə məşğul olur, ailəsinin onun əməyinə ehtiyacı vardır. Silahlı Qüvvələrin Ali Baş Komandanı 44 günlük Vətən Müharibəsinin iştirakçıları ilə görüşündə bildirmişdir ki, Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, Siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücayət göstərmisiniz. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir…bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. Bundan başqa cənab Prezident görüşlərinin birində göstərmişdir ki, məmurlar daim şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının yaşayışı və məşğulluğu ilə maraqlansınlar, biz onlara borcluyuq bu Qələbəni, onlar canlarını fəda edib, sağlamlıqlarını itirmişlər, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənin müdafiəsinə qalxaraq torpaqlarımızı işğalçılardan azad etmişlər. Ona görədə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun hər bir insanın borcudur ki, onlara arxa dayaq olsun. Bundan başqa cənab Prezident 15 oktyabr N3-cü il tarixdə Xankəndi şəhərində çıxışında göstərmişdir ki,həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar qürur mənbəyimizdir. Bundan başqa cənab Prezident 08 noyabr N3-cü il tarixdə Zəfər günü ilə bağlı Xankəndi şəhərində çıxışında göstərmişdir ki, ikinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. ...Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur.... Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. ...Beləliklə, biz tarixi ədaləti bərpa etdik. ...Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik...Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir. ... Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. ... Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Silahlı Qüvvələrin Ali Baş Komandanı çıxışından belə nəticəyə gəlmək olur ki, biz bir olmaqla hərbçilərimizin peşəkarlığına, qəhrəmanlığına hörmətlə yanaşmalı, onların bu Vətən, dövlət üçün həyatlarını riskə atdıqlarını unutmamalıyıq və onlara keçdikləri döyüş yoluna hörmətlə yanaşmaqla qanunun aliliyinə, şərh edilən qanunların mənasına dəqiqliklə fikir verməklə bu kateqoryadan olan şəxslər barəsində xüsusi ilə diqqətli olmalıyıq və onlar Vətən uğrunda canlarını əsirgəmədiklərindən, onlar barəsində qanunların dekrminallaşması və humanistləşməsinə şəraət yaradan imkanlarını əsirgəməmliyik və bu kateqoriyalı insanlar cəmiyyətdə artıq yüksək mənəvi dəyərlərin daşıyıcıları olduğundan onları törətdikləri qanunazidd hərəkətlərə görə məsuliyyətdən azad etmə institutlarının imkanlarından mütləq geniş istifadə etməliyik və belə kateqoriyalı insanlar barəsində qəbul edilən qərarlarda bu hallar şərh edilməlidir. N3-cü ilin sentyabr ayında Qarabağın tam azad olunması ilə nəticələnən anti-terror əməliyyatının kecirlməsindən sonra cəmiyyətdə yeni mənəvi dirçəliş mühüti yarandığını və bu mənəvi dircəlişi 44 günlük Vətən Müharibəsində, Fərrux əməliyyatında, Sarıbaba- Qırxqız və digər hərbi əməliyyatlarında və nahayət N3-cü ilin anti-terror əməliyyatənda iştirak etmiş hərbiçilərin bizə yaşatdığını nəzərə alaraq və Ali Baş Komandanını 15 oktyabr N3-cü il və 08 noyabr N3-cü tarixdə Xankəndində etdiyi cıxışlarında Azərbaycan əsgərinin, zabitinin əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmələrini qeyd etməsi bu kateqoriyadan olan şəxslərin N3-cü ilin sentyabr ayının 19-dək törətdikləri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərlə bağlı onların şəxsiyyətlərinin ictimai təhlükəliliyinin artıq N3-cü ilin sentyabr ayının 20-dən sonra aradan qalxmasını bir ictimai fakt kimi qəbul edilməsi zəruridir. Bu səbəbdən, Təqsirləndirilən şəxs kimi Vətən Müharibəsi iştirakcıları Vətən uğrunda canlarını əsirgəmədiklərindən, onlar tərəfindən törədilmiş hər bir qanun pozuntusuna münasibətdə onlar barəsində cinayət və cinayət-prosessual qanunvericiliyin cinayət məsuliyyətindən azad edilməsini nəzərədə tutan humanist imkanlarının əsirgənilməsi və geniş tədbiq edilməməsi yolverilməzdir. Qanunverici cinayət məsuliyyətindən azad edilməsini nəzərədə tutan qərarların qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi kimi yox, hüququ kimi müəyyən etdiyindən bu hüquqdan döyüşlərdə iştirak etmiş hər bir hərbici barədə geniş istifadə edilməlidir. Məhkəmə, yuxarıda şərh edilənlərə əsaslanaraq və təqsirləndirilən şəxslə zərərcəkmiş şəxsin barışmasını, zərəcəkmiş şəxsə dəymiş ziyan tam aradan qaldırılmasını, zərəcəkmiş şəxsin təqsirləndirilən şəxslə barışdığından müdafiəçinin Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin xitam olunması barədə müraciətini, təqsirləndirilən şəxsin ailəli olmaqla himayəsində dörd azyaşlı uşaqlarının olmasını, hadisəni zərərcəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, bu zaman zərərcəkmiş şəxsə hər hansı bir xəsarət yetirilməməsini, törədilmə şəraiti və bundan sonra keçən müddət ərzində onun hərbi xidmətdən ehtiyata tərxis olunduğundan artıq şəraitin dəyişməsini və Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirən yuxarıda sadalanan amillər bu əməli törətmiş Təqsirləndirilən şəxs hazırda şəxsiyyətinin ictimai təhlükəli olmamasını təsdiq edən hallar olduğunu nəzərə alaraq, CM-nin 73.1-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul N-ci il tarixli Qərarına və CM-nin 74-cü maddəsinə tələbini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr N1-ci il tarixli Qərarına əsaslanaraq, həmçinin cinayət təqibinə xitam verilməsi hüququndan istifadə etməyi yuxarıda sadalanan işin hallarına əsasən zəruri hesab edərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 329.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışdığından, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığından barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etməsini, həmçinin şəraitin dəyişməsi nəticəsində bu əməli törətmiş Təqsirləndirilən şəxs şəxsiyyətinin ictimai təhlükəliliyi olmadığı müəyyən edildiyindən Təqsirləndirilən şəxs CM-nin 73.1-ci maddəsinə əsasən zərərcəkmiş şəxslə barışmaqla bağlı, həmçinin həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam veriləcəyindən ibtidai istintaq orqanı tərəfindən onun barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından məhkəmə istintaqı zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, N nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərilmiş 26 (iyirmi altı) iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 ödənilməsi üçün onun işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 136 (bir yüz otuz altı) manat məbləğində pul vəsaiti köçürülməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 73.1,74 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R V E R D İ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışmaqla bağlı Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, həmçinin həmin Məcəllənin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilsin. 2.Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. 3.Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin.
4. Məhkəmə istintaqı zamanı sərf etdiyi 26 (iyirmi altı) iş saatı hüquqi yardıma görə 136 (bir yüz otuz altı) manat məbləğində pul dövlət büdcəsi hesabına vəkil X4 ödənilməsi üçün onun işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına köçürülsün. 5.Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.