Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-208/2023 24.10.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ hakim Sarıyev Əhməd Mədət oğlunun sədrliyi ilə, Hüseynov Ramil Saday oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Tərtər rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Tərtər rayonu Səhləbad kəndində doğulmuş, həmin kənddə qeydiyyatda olan və faktiki yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Əhmədov X3 Nazirliyinin Goranboy rayonu Yuxarı ağcakənd qəsəbəsi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun 2-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı-tuşlayıcı vəzifəsində kiçik çavuş rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xx.xx.2023-cü il tarixdə saat 08:00-da buraxılışdan xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, xx.xx.2023-cü il tarixdə saat 13:00-da xidmət yerinə qayıtmaqla, on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissədə xidmətdə olarkən xx.xx.2023-cü il tarixdə saat 08:00-da buraxılışdan xidmət yerinə qayıtmalı olduğu halda şəxsi işləri ilə əlaqədar xidmət yerinə qayıtmamış, xidmət yerinə yalnız xx.xx.2023-cü il tarixdə saat 13:00-da qayıtmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Şahid məhkəmə iclasına gəlmədiyindən onun cinayət işinin 60-63-cü vərəqələrində olan ibtidai istintaq zamanı verdiyi 01 sentyabr 2023-cü il tarixli ifadəsi elan olunmuşdur. Şahid həmin ifadəsində göstərmişdir ki, kiçik çavuş Əhmədov X3 Nazirliyinin Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun 2-ci əməliyyat bölüyünün 2-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsində xidmətdə olduğu zaman xx.xx.2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda, xidmət yerinə qayıtmamış, yalnız xx.xx.2023-cü il tarixdə saat 13 radələrində qayıtmışdır. Təqsirləndirilən şəxs xidmət yerinə qayıtdıqdan sonra o, sonuncudan hansı səbəbdən xidmət yerini özbaşına tərk etdiyini soruşduqda ona şəxsi problemlərinin olduğunu bildirmiş, lakin şəxsi problemlərinin nədən ibarət olması haqqında heç bir söz deməmişdir. N nömrəli hərbi hissənin 1-ci tabor 2-ci bölük komandiri, baş leytenant Şahid 5347 daxilolma nömrəli təqririndən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda xidmət yerinə gəlməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 175 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün, xidmət yerinə gəlməmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. N nbömrəli hərbi hissənin 1-ci tabor 2-ci bölük komandiri, baş leytenant EmilmHüseynovun 5975 daxilolma nömrəli təqririndən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00-da xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 200 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00-da xidmət yerinə qayıtdığından, bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 158 nömrəli ımrindən çıxarışdan görünür ki. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2022-ci il tarixli 094əç nömrəli əmri ilə hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən gəlmiş hesab edilmiş, xx.xx.2022-ci il tarixdən hərbi hisəənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 164 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 1-ci əməliyyat taborunun 2-ci əməliyyat bölüyünün 2-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı-tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 243 nömrəli əmrindən çıxarışdan görünür ki. Təqsirləndirilən şəxs “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 200 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə kopmandirinin xx.xx.2023-cü il tarixli 048 əç nömrəli əmri ilə bağlaşması ləğv olunaraq xidmət vaxtı başa çatmamaış, ehtiyyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-statistik İnformasiya İdarəsi tərəfindən yoxlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. N nömrəli hərbi hissədən təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün etirafedici ifadəsilə yanaşı, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir, onun əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2 58-62-ci maddələrinin müddəalarını rəhbər tutur. Həmin məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilir. Həmin məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Həmin məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təyin edilən cinayət cəzası Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası cinayət məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin səmimi peşmançılığını, ordu sıralarından tərxis olunduğundan törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinin azaldğını, cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 333.3-cü maddəsinin sanksiyasında hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğundan, beləliklə hərbi qulluqçu statusuna xitam verildiyindən Azərbaycan Respublikası CM-nin 50-ci maddəsinin tələbi baxımından ona hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin oluna bilməz. Lakin, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza olduğu halda, yalnız məhkəmədə hökm çıxarılanadək hərbi qulluqçu statusunu itirdiyindən həmin cəzanın tətbiqinin mümkün olmaması səbəbindən ona daha ağır olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı hesab etmir. Məhkəmənin fikrincə belə cəza təyini Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilmiş cəzanın ədalət prinsipinə, yəni təyin edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasına dair tələbinə zidd olardı. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməldən peşmandır, ordu sıralarından tərxis olunduğundan, cinayətin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalmışdır. Ona görə də onun azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması üçün əsaslar yoxdur. Habelə məhkəmə hesab edir ki, göstərilən hallar təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar olmaqla, məcmu şəklində onun barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ona CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsinə tam əsas verir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Qanunun göstərilən tələbinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, peşmançılığını, ordu sıralarından tərxis olunduğundan törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinin azaldğını məcmu halında cinayətin ictimai təhlükəliliyini azaldan müstəsna hallar kimi qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 333.3-cü maddəsilə cərimə növündə cəza təyin edilməli və həmin cəzanın həddi 600 (altı yüz) manat məbləğində müəyyən edilməlidir. Hökmün icrası onun yaşayış yeri üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi sübutlar yoxdur, xüsusi müsadirənin predmeti olan əmlaklar aşkar oulunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 346-347, 349, 351-353, 381, 383-384- cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 600 (altı yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası onun yaşayış yeri üzrə, Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmdən elan olunan vaxtdan 20 (iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Apelyasiya qaydasında protest və ya apelyasiya şikayəti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Sarıyev
Məhkəmə qərarları › İş №1-1(098)-208/2023
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-208/2023
24.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver