Məhkəmə qərarları › İş №1-1(098)-27/2023

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-27/2023

19.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-27/2023 19.01.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ hakim Sarıyev Əhməd Mədət oğlunun sədrliyi ilə, X6 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Tərtər rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvllər məhkum olunmamış, Bərdə rayonu Həsənli kəndində qeydiyyatda olmaqla, Bərdə rayon Lək kəndində, yaşayan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yevlax rayonu, Goran-1 hərbi şəhərciyi ərazisinə dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin tank əleyhinə bölüyün baş sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən N mart N2-ci il tarixdə saat 10:00-da xidmət yerini özbaşına tərk etmiş, N aprel N2-ci il tarixdə saat 12:05-də xidmət yerinə qayıtmaqla on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, ifadəsində göstərmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tank əleyhinə bölüyünün baş sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən şəxsi problemləri ilə bağlı xx.xx.N2-ci il tarixdə saat 10:00-da xidmət yerini özbaşına tərk edərək yaşadığı Bərdə rayonunun Lək kəndinə getmiş, şəxsi problemlərini həll etdikdən sonra xx.xx.N2-ci il tarixdə 12:05-də xidmət yerinə qayıtmışdır. Hazırda törətdiyi əməldən çox peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş şahid, X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs N mart N2-ci il tarixdə saat 10:00-da xidmət yerini özbaşına tərk etmiş, N aprel N2-ci il tarixdə saat 12:05-də xidmət yerinə qayıtmışdır. xx.xx.N2-ci il tarixdə 1-ci Ordu Korpusu komandirinin əmri ilə Təqsirləndirilən şəxs xidmətə uyğunsuzluğa görə tərxis edilmişdir. Şahid, X3 məhkəmə iclasına gəlmədiyindən onun cinayət işinin 43-45-ci vərəqlərində olan 26 oktyabr N2-ci il tarixdə verdiyi ifadəsi oxunub elan edilmişdir. X3 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.N2-ci il tarixdə 10:00-da xidmət yerini özbaşına tərk etmiş, xx.xx.N2-ci il tarixdə saat 12:05-də xidmət yerinə geri qayıtmışdır. xx.xx.N2-ci il tarixdə 1-ci Ordu Korpusunun komandirinin müvafiq əmri ilə Təqsirləndirilən şəxs ordu sıralarından xidməti uyğunsuzluğa görə tərxis edilməsi barədə əmri olmuş və N nömrəli hərbi hissə komandirinin onun hərbi hissənin şəxsi heyət siyahısından çıxarılması barədə xx.xx.N2-ci il tarixdə müvafiq əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata durmaq üçün SHXÇDX-nin Bərdə rayon Şöbəsinə göndərilmşdir. N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli, 143 saylı əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 023 nömrəli əmri ilə N nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün baş sürücüsü vəzifəsinə təyin edilmiş, N may N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilmiş, vəzifəsinin qəbuluqa və icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 79 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N2-ci il tarixdə saat 10:00-da xidmət yerini tərk etdiyi üçün hərbi hissənin qazan təminatından çıxarılmış, hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. N nömrəli hərbi hissə komandirinin N aprel N2-ci il tarixli, 93 saylı əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N aprel N2-ci il tarixdə saat 12:05-də xidmət yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmış, hərbi hissənin qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N aprel N2-ci il tarixli 107 nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.N2ci il tarixli 041 əç nömrəli əmri ilə ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat-statistika və informasiya mərkəzindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş 06 dekabr N2-ci il tarixli 629 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş xidməti vərəqədən görünür ki, Təqsirləndirilən şəxs həvəsləndirilməmiş, 3 dəfə intizam qaydasında cəzalandırılmışdır Məhkəməyə təqdim edilmiş AZ-İV 731899 nömrəli Doğum haqqında şəhadətnamənin və AA0583594 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs N19 və N2-ci il təvəllüdlü öladları var. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş onun özünün etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri və iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir, onun əməli Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, bu maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2 58-62-ci maddələrinin müddəalarını rəhbər tutur. Həmin məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilir. Həmin məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Həmin məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun N03-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təyin edilən cinayət cəzası Azərbaycan Respblikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası cinayət məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin peşmançılığını, ordu sıralarından tərxis olunduğundan törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinin azaldğını, himayəsində iki azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 333.3-cü maddəsinin sanksiyasında hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələblərinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğundan, beləliklə hərbi qulluqçu statusuna xitam verildiyindən Azərbaycan Respublikası CM-nin 50ci maddəsinin tələbi baxımından ona hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin oluna bilməz. Lakin, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət maddəsinin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza olduğu halda, yalnız məhkəmədə hökm çıxarılanadək hərbi qulluqçu statusunu itirdiyindən həmin cəzanın tətbiqinin mümkün olmaması səbəbindən ona daha ağır olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı hesab etmir. Məhkəmənin fikrincə belə cəza təyini Cinayət Məcəlləsinin 8-ci maddəsində göstərilmiş cəzanın ədalət prinsipinə, yəni təyin edilən cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasına dair tələbinə zidd olardı. Belə ki, təqsirləndirilən şəxs törətdiyi əməldən peşmandır, ordu sıralarından tərxis olunduğundan, cinayətin ictimai təhlükəliliyi əhəmiyyətli dərəcədə azalmışdır, himayəsində iki azyaşlı övladı var. Ona görə də onun azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması üçün əsaslar yoxdur. Habelə məhkəmə hesab edir ki, göstərilən hallar təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar olmaqla, məcmu şəklində onun barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla ona CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsinə tam əsas verir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Qanunun göstərilən tələbinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, peşmançılığını, himayəsində iki azyaşlı övladının olmasını məcmu halında cinayətin ictimai təhlükəliliyini azaldan müstəsna hallar kimi qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 333.3-cü maddəsilə ictimai işlər növündə cəza təyin edilməli və həmin cəzanın həddi 350 (üç yüz əlli) saat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Hökmün icrası onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi sübutlar yoxdur, xüsusi müsadirənin predmeti olan əmlaklar aşkar oulunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 346-347, 349, 351- 353, 381, 383-384- cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsilə təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, 350 (üç yüz əlli) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası onun yaşayış yeri üzrə, Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsin barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Hökmdən elan olunan vaxtdan N (iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Apelyasiya qaydasında protest və ya apelyasiya şikayəti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar