Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-3/2024 17.04.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri XNN oğlunun sədrliyi ilə, Hakim Nəsirov Vidadi Mikayıl oğlundan (məruzəçi hakim) Hakim Sarıyev Əhməd Mədət oğlundan ibarət tərkibdə, Hakim köməkçisi Şirinov Yasin Nazir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru ədliyyə polkovniki Dövlət ittihamçısı Xanhüseyn oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçilər: Təqsirləndirilən şəxs1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxsN müdafiəçisi Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili MüdafiəçiN, Təqsirləndirilən şəxs3 müdafiəçisi Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə xx xxxxxxx 1997-ci il tarixdə Ucar rayonunda doğulmuş, Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 93-də daimi qeydiyyat olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin N saylı İstintaq Təcridxanasında saxlanılan, N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Bundan sonra CM-nin) NN8.N.1 və N3N.N.1 maddələri ilə, xx xxxxxx 1999-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin N saylı İstintaq Təcridxanasında saxlanılan, N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin NN8.N.1 və N3N.N.1-ci maddələri ilə; xx xxxxxx 1997-ci il tarixdə Bərdə rayonunun Mustafaağalı kəndində doğulmuş, həmin ünvanda daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin N saylı İstintaq Təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin NN8.N.1 və N3N.N.1-ci maddələri ilə; xx xxxx 1995-ci il tarixdə Bərdə rayonunun Soğanverdilər kəndində doğulmuş, həmin ünvanda daimi qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin N saylı İstintaq Təcridxanasında saxlanılan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N3N.N.1 və N3N.N.N-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını talayaraq, qanunsuz olaraq saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, əsgərlər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 N sentyabr N0N0-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin Tərtər rayonunun İsmayılbəyli kəndinin ərazisində yerləşdirilmiş N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, Təqsirləndirilən şəxsN N0N0-ci ilin dekabr ayının ortalarında əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə işçi qrupun üzvü kimi həmin kəndin ərazisindəki hərbi hissənin silah anbarında təmizlik işlərinin aparılması və oraya gətirilən silahların yerbəyer edilməsi işlərinin həyata keçirilməsinə cəlb olunmuş və həmin əsgərlərlə birlikdə orada mütəmadi olaraq müxtəlif işlərin yerinə yetirilməsini həyata keçirdiyi zaman anbardan gizlli yolla silah-sursatın götürülməsi üçün əlverişli şəraitin olduğunu görmüş və silah anbarından silah oğurlayıb satmaqla qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu əməli təklikdə törətməsinin çətin və ya mümkünsüz olduğunu bildiyindən Təqsirləndirilən şəxsN özünün etibar etdiyi, xidmətlə bağlı yaxın dostluq münasibətlərinin yarandığı əsgər yoldaşları ŞahidN, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bu işə cəlb etməyi düşünmüş və bu məqsədlə N0N0-ci ilin dekabr ayının ortalarında saat N radələrində qulluq etdiyi taborun yataqxanasında olarkən, əsgər Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs3 ilə birlikdə ŞahidN yaxınlaşaraq əsgər Təqsirləndirilən şəxs1la ilə birlikdə hərbi hissənin silah anbarına gedəcəklərini, orada təmizlik işləri görəcəklərini və oradakı silah sandığından silah götürmək istədiklərini bildirmiş, həmçinin onlarla birlikdə silah anbarına getməsini ŞahidN xahiş etmişdir. Həmin söhbət vaxtı Təqsirləndirilən şəxs1 yataqxananın qapısının qarşısında dayanıb siqaret çəkməklə onların söhbətini eşitmiş, Təqsirləndirilən şəxsN silah anbarından tapança götürmək üçün oraya ilk öncə özünün daxil olacağını, yanında olan Təqsirləndirilən şəxs3 silah anbarından tapança götürdükləri vaxt anbarın giriş qapısının yaxınlığında dayanıb gözləməsini və gəlib-gedənə nəzarət etməsini, Təqsirləndirilən şəxs1 isə silah anbar rəisi, gizir Şahid1 hadisə vaxtı başını qatmasını tapşırmış, Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxsN və Tərlan Sarıyevin razılıqlarını alıb bu məqsədlə onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, həmin cinayətkar əməllərini həyata keçirmək üçün öz aralarında rol bölgüsü aparmış, Təqsirləndirilən şəxs4 həmin söhbət zamanı sonradan onların yanına gəlsədə, həmin vaxt Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs4 hər hansı vəzifə tarşırmamış, Təqsirləndirilən şəxs4 silah anbarından silah götürməklə bağlı söhbətə müdaxilə etməmiş, silah anbarından silah götürməsinə razılıq verməmiş, silah anbarının yerləşdiyi əraziyə daxil olduqları zaman isə həmin ərazidə ətrafa nəzarət etmək üçün gözləməsini əsgər Təqsirləndirilən şəxs4 öz üzərinə götürməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3,ŞahidN və Təqsirləndirilən şəxs1 planladıqları cinayət əməlinin törədilməsi üçün öz aralarındakı hərəkətləri razılaşdırdıqdan sonra əsgər Təqsirləndirilən şəxsN bu məqsədlə həmin gün saat N radələrində əsgərlər ŞahidN, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə taborun əsgər yataqxanasından çıxıb hərbi hissənin silah anbarının yerləşdiyi əraziyə getmiş və silah anbar rəisi, gizir Şahid1 işçi qrup olduqlarını və anbarda təmizlik işləri görmək üçün yenidən gəldiklərini bildirdikdə sonuncu onların həqiqətən də, orada əvvəlki günlərdə olduğu kimi işləyəcəklərinə inanıb içəri daxil olmalarından ötrü anbarın giriş qapısını açmış, ŞahidN, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxsN anbarın ərazisinə daxil olmuş, həmin vaxt Təqsirləndirilən şəxs4 orada olmamış və anbara daxil olmamışdır. Həmin müddətdə leysan xarakterli yağış yağması səbəbindən gizir Şahid1 anbarın damından içərisinə yağış sularının axmaması üçün damın üstünə çıxıb oraya çadır örtük çəkməklə məşğul olmuşdur. Bu zaman, əsgər Təqsirləndirilən şəxs1 əvvəlcədən aralarında aparılmış rol bölgüsünə uyğun hərəkət edib əsgər Təqsirləndirilən şəxsN anbardan tapançanı rahatlıqla götürməsini təmin etməkdən ötrü anbarın damına çıxaraq gizir Şahid1 söhbətə tutmaqla onun başını qatmış, əsgər Təqsirləndirilən şəxs3 silah anbarının giriş qapısına yaxın ərazidə dayanıb əraziyə nəzarət etmiş və bu vəziyyətdə əsgər Təqsirləndirilən şəxsN anbarın giriş qapısının açıq olduğunu görüb yaranmış vəziyyətdən istifadə edərək, təmizlik işləri ilə məşğul olmaq bəhanəsi ilə anbara daxil olub silah saxlanılan dəmir yeşiyin üzərinə bağlanan qıfılı anbarın içində yerdən tapdığı metal parçası ilə dartıb qırmaqla yeşiyin qapağını açmış və yeşikdə çoxlu sayda odlu silah hesab edilən N mm kalibrli, «PM» markalı, «Makarov» tipli tapança, onun komplekt hissəsi olan patron doldurulması üçün nəzərdə tutulmuş patron sandıqçası və həmin patron sandıqçalarında döyüş sursatı hesab edilən N mm kalibrli patron olduğunu görmüşdür. Daha sonra əsgər Təqsirləndirilən şəxsN qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin yeşikdən N nömrəli hərbi hissəyə məxsus, istifadə və atəş açmaq üçün yararlı olan, 1 ədədinin dəyəri 1N0 manat olmaqla ümumi dəyəri 360 manat təşkil edən 03 ədəd N mm kalibrli, «PM» markalı, «Makarov» tipli tapançanı, onun komplekt hissəsi olan 1 ədədinin dəyəri 8 manat olmaqla ümumi dəyəri N4 manat təşkil edən 03 ədəd patron sandıqçasını və 1 ədədinin dəyəri 0,49 manat olmaqla ümumi dəyəri 11 manat 76 qəpik təşkil edən N4 ədəd N mm kalibrli patronu gizli yolla götürüb çölə çıxmış, sonra ŞahidN silah anbarından silah-sursat götürmədən Təqsirləndirilən şəxsNla birlikdə anbardan çölə çıxmış, daha sonra cinayətkar plana uyğun olaraq, növbəli şəkildə əsgər Təqsirləndirilən şəxs3 anbara daxil olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin silah yeşiyindən 1 ədədinin dəyəri 1N0 manat olmaqla ümumi dəyəri N40 manat təşkil edən 0N ədəd N mm kalibrli, «PM» markalı, «Makarov» tipli tapançanı, həmin silahın komplekt hissəsi olan, 1 ədədinin dəyəri 8 manat olmaqla ümumi dəyəri 16 manat təşkil edən 0N ədəd patron sandıqçasını və 1 ədədinin dəyəri 0,49 manat olmaqla ümumi dəyəri 7 manat 84 qəpik təşkil edən 16 ədəd N mm kalibrli patronu götürüb oranı tərk etmiş, ondan sonra əsgər Təqsirləndirilən şəxs1 anbara daxil olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin dəmir yeşikdən N ədəd dəyəri 1N0 manat təşkil edən N mm kalibrli, «PM» markalı, «Makarov» tipli tapançanı, onun komplekt hissəsi olan N ədəd dəyəri 8 manat təşkil edən patron sandıqçasını və 1 ədədinin dəyəri 0,49 manat olmaqla ümumi dəyəri 3 manat 9N qəpik təşkil edən 08 ədəd N mm kalibrli patron götürüb bayıra çıxmışdır. Təqsirləndirilən şəxsN tapançalarla patronla dolu daraqları götürməzdən öncə sandıqçanın üzərindəki qıfılı sındırdığına görə ŞahidN yeni qıfıl alıb gətirməsini istədiyindən ŞahidN növbəti gün hərbi hissənin yerləşdiyi Tərtər rayonunun İsmayılbəyli kəndinin yaxınlığındakı Evoğlu kəndində gedib orada olan qarşıq mallar satılan dükandan öz puluna N ( bir) ədəd üzərində 03 (üç) ədəd açarı olan açıq metal rəngli qıfıl almış və gətirib hərbi hissədə qıfılı Təqsirləndirilən şəxsN vermişdir. Bundan sonra, əsgərlər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında taladıqları 06 ədəd N mm kalibrli, «PM» markalı, «Makarov» tipli tapançanı, onun komplekt hissəsi olan 06 ədəd patron sandıqçasını və 48 ədəd N mm kalibrli patronu N0N0-ci ilin dekabr ayının ortalarından N0N1-ci ilin yanvar ayının ortalarına kimi olan müddət ərzində qabaqcadan əlbir olan bir qrup şəxs halında üzərlərində qanunsuz olaraq gəzdirmiş və hərbi hissənin ərazisində istintaqa məlum olmayan yerdə qanunsuz olaraq gizlətməklə saxlamışlar. Belə ki, əsgər Təqsirləndirilən şəxsN N0N0-ci ilin dekabr ayının ortalarından N0N1ci ilin yanvar ayının ortalarına kimi olan müddət ərzində hazırda şəxsiyyəti istintaqa məlum olmayan tanışını hərbi hissəyə dəvət edib qabaqcadan əlbir olan bir qrup şəxs halında talayaraq qanunsuz olaraq gizlətməklə saxladığı 03 ədəd N mm kalibrli, «PM» markalı, «Makarov» tipli tapançanı, onun komplekt hissəsi olan 03 ədəd patron sandıqçasını və N4 ədəd N mm kalibrli patronu, eləcə də əsgər Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında talayaraq qanunsuz olaraq gizlətməklə saxladığı N ədəd N mm kalibrli, «PM» markalı, «Makarov» tipli tapançanı, onun komplekt hissəsi olan N ədəd patron sandıqçasını və 08 ədəd N mm kalibrli patronu onun vasitəsi ilə hərbi hissənin ərazisindən Bərdə rayonunda istintaqa məlum olmayan əraziyə qanunsuz olaraq daşımaqla saxlamış, əsgər Təqsirləndirilən şəxs1 N yanvar N0N1-ci il tarixdə hərbi xidmətdən tərxis olunduqdan sonra, Təqsirləndirilən şəxsN müvəqqəti saxlaması üçün verdiyi tapançanı Bərdə rayonu ərazisində ondan geri almış və üzərində qanunsuz olaraq daşımaqla yaşadığı ünvan 4 ünvanının yerləşdiyi binanın damında gizlətməklə saxlamış və N3 mart N0NN-ci il tarixdə satmaq məqsədi ilə gizlətdiyi yerdən götürüb üzərində qanunsuz olaraq gəzdirdiyi N nömrəli hərbi hissənin qeydiyyatında olan N ədəd N mm kalibrli, KO 4708 M nömrəli, «PM» markalı, «Makarov» tipli tapançanı, onun komplekt hissəsi olan N ədəd patron çandıqçasını və 08 ədəd N mm kalibrli patronu həmin gün ünvan 5 ünvanın yaxınlığında Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılanadək üzərində qanunsuz olaraq gəzdirmişdir. Eyni zamanda, əsgər Təqsirləndirilən şəxs3 N0N0-ci ilin dekabr ayının ortalarından N0N1-ci ilin yanvar ayının ortalarına kimi olan müddət ərzində şəxsiyyəti istintaqa məlum olmayan tanışını hərbi hissəyə dəvət edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında talayaraq qanunsuz olaraq gizlətməklə saxladığı 0N ədəd N mm kalibrli, «PM» markalı, «Makarov» tipli tapançanı, onun komplekt hissəsi olan 0N ədəd patron sandıqçasını və 16 ədəd N mm kalibrli patronu onun vasitəsilə hərbi hissənin ərazisindən Bərdə rayonunda istintaqa məlum olmayan əraziyə qanunsuz olaraq daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs4 isə təkbaşına, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ilə aralarında qabaqcadan əlbirlik barədə razılaşma olmadan odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını talayaraq, qanunsuz olaraq saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 N0N0-ci ilin dekabr ayının əvvəllərində xidmət etdiyi 5-ci taborunun minaatan batareyasının şəxsi heyəti ilə birlikdə silah anbarında silahların yerbəyer olunması və istifadəsində olan silahı silah anbarına təhvil vermək üçün günorta saatlarında hərbi hissənin silah anbarına gəlmiş, həmin ərəfədə silah anbarının rəisi gizir rütbəli şəxs “Maz” markalı hərbi avtomobil vasitəsilə başqa bölüyün silahlarının, həmçinin düşmənin silahlarının silah anbarına gətiriləcəyi barədə məlumat vermiş, bu məlumatı eşıdən Təqsirləndirilən şəxs4 hərbi xidmətdən xatirə saxlamaq məqsədilə həmin avtomobilin yük hissəsindən 1 ədəd silah götürmək qərarına gəlmiş və dərhal silahını təhvil verib xidməti yerinə qayıtmışdır. Ertəsi gün gündüz vaxtı tək halda hərbi hissəsinin silah anbarın getmiş, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 həmin vaxt Təqsirləndirilən şəxs4 yanında olmamışlar. Bundan sonra Təqsirləndirilən şəxs4 hərbi hissənin silah anbarının qarşısında dayanmış “Maz” markalı avtomaşının yük hissəsinə qalxmış, orada açıq yeşiklərdə saxlanılan çoxlu sayda patronların və «PM» markalı, «Makarov» tipli tapançanın olduğunu, orada silah-sursatla birgə saxlanılan 3 ədəd erməni ordusuna aid olduğu ehtimal edilən və 1 ədədinin üzərində erməni əlifbasına oxşar yazılarla qeydlər aparılan qumbara qabını görmüş, buna görə həmin əşyaların düşməndən əldə edilən qənimət silah-sursata aid olduğunu hesab edərək bununla da fikrini qətiləşdirib hərbi xidmətdən xatirə kimi saxlamaq məqsədilə avtomobilin yük yerində olan yeşiklərdən əslində isə N nömrəli hərbi hissəyə məxsus, N ədəd 1985-ci ildə zavod üsulu ilə istehsal edilmiş N mm kalibrli, «NB N3N4» nömrəli, «PM» markalı, «Makarov» tipli tapançanı, onun komplekt hissəsi olan N ədəd patron sandıqçasını və 08 ədəd N mm kalibrli patronu, bundan başqa həmin hərbi hissəyə məxsus, döyüş sursatı hesab edilən istifadəyə yararlı 1 ədədinin dəyəri 0,98 manat olmaqla ümumi dəyəri 5 manat, 88 qəpik təşkil edən 06 ədəd 7,6N mm kalibrli patronu və orada silah-sursatla birgə saxlanılan 3 ədəd erməni ordusuna aid olduğu ehtimal edilən və üzərində erməni əlifbasına oxşar yazılarla qeydlər aparılan qumbara qabını qabını götürərək vahid niyyətlə gizli yolla talamış, üzərində qanunsuz olaraq gəzdirərək yataqxanaya aparmış, həmin silah-sursatı ona məxsus olan yük çantasında gizlətməklə özündə saxlamış, N dekabr N0N0-ci il tarixdə ordu sıralarından ehtiyata buraxıldıqdan sonra həmin silah-sursatı gizlətdiyi yerdən götürərək hərbi hissənin ərazisindən yaşadığı Bərdə rayonunun Soğanverdilər kəndində yaşadığı evinə apararaq qanunsuz olaraq daşımış və orada qanunsuz olaraq saxlamışdır. 13 avqust N0NN-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs4 istifadəsində olan mobil telefona zəng vurulmuş, özü polis əməkdaşı təqdim edən şəxs Təqsirləndirilən şəxs4 telefon oğurluğu barədə məlumat vermiş və bununla bağlı onu Binəqədi RPŞ-nin 40-cı polis bölməsinə gəlməsi bildirilmişdir.Təqsirləndirilən şəxs4 həmin vaxt digər hərbi qulluqçu yoldaşları arasında olan WhatsApp proqramında olan yazışmalardan Təqsirləndirilən şəxs1 tapança ilə bağlı tutulduğunu bildiyindən götürmüş olduğu tapançaya görə polis şöbəsinə çağırıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs4 özü könüllü olaraq polis şöbəsinə getmiş,N saatdan sonra hərbi prokurorluğun əməkdaşı polis şöbəsinə gəlmiş və sonuncuya Təqsirləndirilən şəxs1 deməsinə görə onda daraqsız tapança olduğunu və həmin tapançanı qrup şəkilində oğurladığını demişdir. Təqsirləndirilən şəxs4 cavabında Təqsirləndirilən şəxs1 düzgün məlumat vermədiyini,onda olan tapança silahının darağını da tapança götürdüyü vaxt götürdüyünü, tapança silahından başqa N (bir) ədəd «RQD-5» tipli əl qumbarasının özəyini və 06 (altı) ədəd döyüşə yararlı «Kalaşnikov» markalı avtomatın patronlarını, üzərində erməni dilində yazılar olan 3 ədəd qumbara çantasının və cib bıçağının da götürdüyünü həmin əşyaları yaşadığı evində saxladığını demişdir.Sonra hərbi Bakı hərbi prokurorluğuna aparılmış, həmin gün saat 19-30 radələrində həmin hərbi prokurorluğun binasında şübhəli şəxs kimi tutulmuş, daha sonra Təqsirləndirilən şəxs4 anası XN ilə mobil telefonun «WhatsApp» proqramı vasitəsilə görüntülü danışmış, danışıq zamanı ondan daraqsız silah saxlayıb-saxlamadığını soruşmuşlar,o, isə cavabında saxladığı tapança silahının daraqsız olmadığını, özünün Təqsirləndirilən şəxs1 yalandan silahının daraqsız olduğunu dediyini, tapança silahından başqa onda əlavə əşyalarda saxladığını könüllü şəkildə etiraf edərək, evində gizlətməklə saxladığı N (bir) ədəd «Makarov» tipli tapança silahının, həmin silahdan istifadə üçün nəzərdə tutulan içərisində 08 (səkkiz) ədəd patronu olan N (bir) ədəd patron darağını, N (bir) ədəd «RQD-5» tipli əl qumbarasının özəyini, 06 (altı) ədəd döyüşə yararlı «Kalaşnikov» markalı avtomatın patronlarını və 3 ədəd erməni ordusuna aid olduğu ehtimal edilən qumbara çantasını saxladığı yeri müstəniq Akif Məmmədyarova göstərərək həmin silah-sursatları könüllü şəkildə sonuncuya təhvil vermişdir. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bildiyini göstərərək ifadəsində göstərmişdir ki, N0N0-ci ilin sentyabr ayında səfərbərlik üzrə Ucar rayon şöbəsindən hərbir xidmətə çağırılmış,xidmətini N saylı hərbi hissədə başlamış,həmin hərbi hissənin 5-ci MATnın minaatan batareyasında xidmət etmişdir. Əsgər yoldaşları Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 xidmət müddətində tanımış,münasibətləri xidməti olmuş, əvvəllər münasibətləri olmamışdır. 44 günlük Vətən Müharibəsi zamanı Suqovuşan kəndi və Ağdərə rayonu istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmişdir.Döyüş əməliyyatlarında fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə «Suqovuşanın azad olunmasına görə» medalı ilə təltif olunmuş, lakin həmin medalı hələ də ala bilməmişdir.Hərbi hissənin silah anbarında çox işləməmiş, bir dəfə silahını təhvil verərkən bölüklərlə birlikdə anbara getmiş, silah anbarının işçi qrupunun üzvü olmuşdur. Həmin zaman anbarda tapança görməmişdir. O, ŞahidN başqa silah anbarında hansı şəxslərin silahların təhvil verilməsi prosesində iştirak etməsini xatırlamasada orada Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 görmüşdür. Onu komandir heyətindən heç kim hərbi hissənin silah anbarında işləməyə göndərməmişdir. O, Təqsirləndirilən şəxs4 ilə birlikdə hərbi hissənin silah anbarında işləməmiş, Təqsirləndirilən şəxs4 silah olmasını görməmiş, lakin bu barədə sonuncu özü əsgər yataqxanasında Təqsirləndirilən şəxs3 deyərkən eşitmişdir. Həmin zaman üzünü onlara tərəf çevirib yatmış, bu zaman Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 əgər axtarsalar ona bu barədə məlumat verməsini xahiş etmişdir. Onun Təqsirləndirilən şəxs3lə münasibəti olmadığı üçün həmin zaman söhbətə müdaxilə etməmişdir. Bu söhbətdən sonra tarixini xatırlamadığı vaxtda meşədə olarkan koma kimi yer onun diqqətini çəkmiş, həmin yerə yaxınlaşmış, ayağı ilə komaya toxunduğu zaman orada silah olduğunu görmüşdür. O, tapdığı silahın düşmənə aid olduğunu zənn etmiş, silahı «Zəfər günü»-dən xatirə saxlamaq məqsədilə götürmüş və buşlatının cibinə qoymuşdur. Bundan sonra heç kimlə aralarında silahın satılması ilə bağlı söhbət olmamışdır. N0N0-ci ilin dekabr ayının ortalarında hərbi hissənin silah anbarında anbar rəisi gizir Şahid1la birlikdə silah anbarının dam örtüyünə çadır örtüyü çəkmiş, anbarın damına çıxdıqdan sonra anbarda kimsə qalmamış, gizir Şahid1 «N-3 nəfər onunla çıxsın damda işləsin, qalanlar getsin.» demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxsN silah saxlanılan qutunun qıfılını qırmasını görməmiş, Təqsirləndirilən şəxsNla birlikdə silah anbarına silah-sursat götürməyə getməmiş, Təqsirləndirilən şəxsN anbardan silah götürməsini görməmişdir. Həmçinin o, ŞahidNlə də birlikdə silah anbarına getməmişdir. Özü anbardan gedəndən sonra ŞahidN hələ də silah anbarında qalmışdır. O, Təqsirləndirilən şəxs4 silah olmasını eşitdikdən sonra Xeyrəddin Abdulayev onadan sonra silah anbarda qaldığı üçün Təqsirləndirilən şəxs4 silah götürməsini görüb-görməməsi barədə soruşmuş, ŞahidN cavabında ondan kimi nəzərdə tutduğunu demişdir. O da Təqsirləndirilən şəxs4 anbardan silah götürməsini dəqiqləşdirmək üçün bu barədə sual verdiyin demişdir. Həmin vaxt ŞahidN ona Təqsirləndirilən şəxs4 anbardan silah götürməsini görmədiyini, lakin Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 silah anbarından silah götürdüyünü gördüyünü demişdir. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxsN silah olmasını bilməmiş, bu barədə ŞahidN ona demişdir. Həmin ərəfədə onun Təqsirləndirilən şəxs3lə münasibəti olmadığı üçün sonuncudan deyil, Təqsirləndirilən şəxsN Xeyrədinin onun silah götürdüyünü görməsi barədə soruşmuş, Təqsirləndirilən şəxsN isə cavabında ŞahidN yalan danışdığını, özünün anbardan silah götürmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs3 arasında silah götürməklə bağlı söhbəti eşitdikdən sonra Təqsirləndirilən şəxs4 bir daha görməmiş, çünki Təqsirləndirilən şəxs4 hərbi xidmətdən tərxis olunmuşdur. O, Təqsirləndirilən şəxs4 silah olması barədə kiməsə məlumat verməmişdir. O, Təqsirləndirilən şəxs4 silah görməmiş, sonuncu özü Təqsirləndirilən şəxs3 silahı olduğu barədə dediyi zaman eşitmiş və həmin silahı görmək istəmiş, başqa niyyəti olmamışdır. Dedikləri əsasında istintaq zamanı ondan Xeyrəddinin ifadəsinə uyğun olaraq ifadəsi alınmış və digər əsgər yoldaşları da tutulmuşdur. Polis əməkdaşlarının onda silah olmasını necə müəyyən etməsindən məlumatı olmamışdır. Yeyib-içmək məclisində götürdüyü silahı stolun üzərinə qoyub şəkil çəkdirməmiş, müstəntiq özü onun ifadəsinə bunu yazmış,o da məcbur qalaraq təsdiq etmiş, əslində belə bir fakt olmamışdır. Müstəntiq ifadəsini alarkən onu aldatmış, ifadəsini təsdiq etdikdən sonra onu ev dustaqlığına buraxacağını demiş, həmin zaman anası xəstə olduğundan məcbur qalıb ifadəsini imzalamışdır. O,suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ilk ifadəsində silahı hərbi hissənin ərazisi olan Tülkü dərəsindən tapdığını demiş, bu barədə deməsinin səbəbi tapdığı silahın düşmənə məxsus olduğunu bilməsi olmuşdur.İstintaq zamanı müstəntiq Akif Məmmədyarov ona «boynuna al, səni hərbi məhkəməyə göndərib, buraxacam» demiş, silah daşımağın cinayət məsuliyyətinə səbəb olduğundan məlumatı olmamış, məlumatı olsa idi silah daşımazdı. O, heç kimə özündə silah olduğunu deməmiş, Bakı şəhərində yaşamış, “Wolt” yemək daşıma xidmətində işləmişdir. Müştərinin yaşadığı binanın qarşısına çatdığı zaman polis əməkdaşları onu tutmuş, daha sonra Nərimanov RPİ-nə aparılmış, orada ona guya silahı satarkən saxlanılması deyilmişdir. Nərimanov rayon polis şöbəsində olarkən əvvəl bədəninə N dəfə ardıcıl elektroşok verilmiş, həmin zaman otaqda 3 nəfər mülki geyimli şəxslər olmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir.O, meşədən tapmış olduğu tapança silahını satmaq istəməmiş, əvvəlcədən heç kimlə silah götürmək və ya satmaq barədə razılığa gəlməmişdir. O, xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclası ifadəsi elan edildikdən sonra dövlət ittihamçısının «məhkəmə istintaqı zamanı verdiyiniz ifadənizlə hazırda elan edilmiş ifadə arasında kəskin ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlərin səbəbləri barədə nə deyə bilərsiniz?» sualına cavab olaraq bildirmişdir ki, işini aparan müstəntiq Akif Məmmədyarov onu aldadaraq həmin ifadəyə imza çəkdirmişdir. O,dövlət ittihamçısının «elan edilmiş ifadənizdən görünür ki, Təqsirləndirilən şəxsN sizi “Xaxol” adlı tanışı ilə tanışdırıb, hətta siz onun Bərdə rayonunda yerləşən evinə də getmisiniz. Bunu müstəntiq hardan bilib?» sualına cavab olaraq bildirmişdir ki, “Xaxol” adlı şəxsi tanımadığını, onun evində olduğunu, Nərimanov RPİ-nin əməliyyatçılarının verdiyi məlumata əsasən Tofiq adlı şəxsin N0N1-ci il tarixdə tutulduğunu, əgər Tofiq tutulubsa o və Təqsirləndirilən şəxsN Tofiqin əli ilə necə silah satmışlar.Elan edilmiş ifadəsində Təqsirləndirilən şəxsN 03 ədəd, Təqsirləndirilən şəxs3 0N ədəd, Təqsirləndirilən şəxs4 N ədəd və özünün 1 ədəd tapança götürməsi müəyyən olunur, lakin həmin rəqəmləri müstəntiq özündən ifadəsinə yazmışdır. Müstəntiq ifadəsini alarkən ona «N ədəd tapançanın yarısı tapılsa iş mənə xeyirdir» demiş,ona buraxılacağını bildirmiş, N ədəd tapançanın hamısının onun götürdüyünü müstəntiq ifadəsinə ona görə yazmamışdır ki, həmin silahların tapılmayacağını müstəntiq bilmişdir. Yeşiyin qıfılını ŞahidN özü almış, ŞahidN qıfıl almasını müstəntiqə ŞahidN özü demişdir.O, ifadə verməmişdən əvvəl ŞahidNlə birlikdə prokororluqda üzləşmiş, müstəntiq onlara suallar vermiş, Xeyrəddin öz ifadəsini vermişdir. Müstəntiq ona Xeyrəddinin ifadəsinə uyğun olaraq ifadə verməli olduğunu demişdir. İbtidai istintaq zamanı ifadə verərkən Təqsirləndirilən şəxs4 ilə birlikdə silahı götürməyə getdiyini deməmiş, bu müstəntiqin qurduğu ssenari olmuş, müstəntiq özü ifadəsini yazıb çap etmiş, o da imza çəkmişdir. Dindirildiyi vaxt yanında vəkil olmamış, vəkili sonradan ifadəsini Şüvəlanda yerləşən istintaq təcridxanasına gətirərək ona imza çəkdirmişdir. O, ifadələrində Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 silah götürməsini deməmiş, ona işgəncə verdikləri üçün bu məzmunda ifadə vermişdir. Ona işgəncə verilməsi barədə vəkilinə və başqa şəxsə məlumat verməmişdir. Müstəntiq onu aldadıb protokola imza çəkdirmişdir. Ona CM-nin NN8.1-ci maddə ilə ittiham verildiyini,işinin bağlanılacağını demiş, Tərtər Hərbi Prokurorluğunda ifadə verməmişdir. O, cinayət işinin İ cild səhifə 34-36 vərəqələrində olan Nərimanov Rayon Polis İdarəsində alınmış N3 mart N0NN-ci il tarixli izahatı elan edildikdən sonra dövlət ittihamçısının suallarına cavab olaraq bildirir ki, tutulduqdan sonra izahatı alınarkən ona polis idarəsində əməliyyatçılar tərəfindən elektroşokla təzyiqlər edilmiş, həmin zaman müdafiəçisi yanında olmamış, sonda ifadəsinə imza çəkmişdir. Üzərinə axtarış keçirildiyi zaman müdafiəçisi yanında olmuşdur. O, cinayət işinin İ cild səhifə 73-76 vərəqələrində olan N5 mart N0NN-ci il tarixli ifadəsi elan edildikdən sonra ifadəsində «təxminən N0N0-ci ilin oktyabr ayının ortalarında döyüşdən sonra Tərtər rayonu, Tülkü dərəsi deyilən ərazidə Ermənistan hərbi birləşmələrinə aid olan səngəri ələ keçirdikdən sonra həmin səngərdən N ədəd Makarov konstruksiyalı tapança tapması barədə» sualına cavab olaraq bildirmişdir ki, həmin silahın ekspertizadan keçib N saylı hərbi hissəyə məxsus olduğunu bildikdən sonra ifadəsini dəyişib Tərtər rayonu ərazisindən tapdığını demişdir. İfadəsində silahı Tülkü dərəsindən tapdığını deməyinin səbəbi həmin silahın düşmənə məxsus olmasını zənn etməyi olmuşdur.Üzərində aşkar olunmuş tapança silahını əslində Tülkü dərəsindən tapmamış, həqiqətən Tərtər rayonu İsmayılbəyli kəndində olan meşəlikdən tapmış, silahın qüvvələrimizə məxsus olmasını əvvəl bilməmiş, silahı götürərkən düşmənə məxsus olduğunu bilmişdir. O, sonuncu verdiyi ifadəsini təsdiq edir.Silahı tapdığı İsmayılbəyli meşəsi ilə hərbi hissə arasında piyada təxmini N-3 dəqiqəlik məsafə olmuş, meşəyə təkcə özü yox, digər hərbi qulluqçular da tez-tez getmişlər. Hərbi hissədən meşəyə giriş qapı yolu olmuş, meşədə bisetka olduğundan orada oturub çay içmişlər. O,son sözündə müdaifəçinin fikri ilə razı olduğunu, 1 ədəd PM markalı tapança silahını meşəlik ərazidən tək tapdığını göstərmiş, digər təqsirləndirilən şəxslərlə aralarında qabaqcadan əlbirlik olmamış,onun əməlinin CM-nin NN8.1-ci maddəsinə tövsif edilərək maddənin sanksiyasında həddində cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxsN özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin NN8.N.1, N3N.N.1 və N3N.N.3-cü maddələri ilə ittihamlarda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3,Təqsirləndirilən şəxs4 və ŞahidNlə əsgər yoldaşı olmuş, aralaranda düşmənçilik və ədavət olmamış, hamı ilə necə münasibət saxlamışdırsa onlarla da eyni münasibətləri olmuşdur. O, hərbi xidmətdən tərxis olunduqdan sonra, fərdi əməklə məşğul olmuş, işdə olan zaman onun istifadəsində olan mobil telefona zəng vurulmuş, axtarışda olduğu deyilmişdir.Bundan sonra o,yaşadığı evə gəlmiş, 15-N0 nəfər şəxsin əlində sənədlərlə evinə axtarışa gəldiklərini görmüşdür. O, özünü həmin şəxslərə təqdim etmişdir. Ondan Təqsirləndirilən şəxs1 tutulması barədə məlumatının olub-olmadığını soruşmuşlar, o, cavabında bu barədə internetdən məlumat əldə etdiyini bildirmişdir. Həmin şəxslər ona evdə axtarış aparmaq istədiklərini demişlər və o,axtarış aparılmasına etiraz etməmişdir. Onda heç vaxt silah olmadğını, silah oğurlanmasından xəbərinin olmadığını bildirmişdir.Axtarış nəticəsində yaşadığı evində heç bir silah və şübhəli bir hal aşkar edilməmişdir. Daha sonra onu Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər, evdən heç nə aşkar edilmədiyi üçün izahatını alıb buraxacaqlarını demişlər.Onu 48 saat polis şöbəsində saxlamışlar, daha sonra ŞahidN onun yanına gətirmişlər. Müstəntiq ŞahidN öyrədərək onun üzünə qoymuş, Xeyrəddin yalandan guya onda silah gördüyünü onun üzünə qarşı demiş, lakin o, cavabında ŞahidN onda silah gördüyünün yalan olduğunu demişdir. İşin istintaqı zamanı o, Təqsirləndirilən şəxs1la üzləşmiş, Təqsirləndirilən şəxs1 onda silah görmədiyini demişdir. Daha sonra müstəntiq Təqsirləndirilən şəxs1 çölə çıxarmış,sonuncuya onda 3 ədəd silah gördüyünü deməsini bildirmiş, lakin Təqsirləndirilən şəxs1 bunu etməyəcəyini müstəntiqə dedikdən sonra özü də silah görmədiyini müstəntiqə bildirmişdir. Həmçinin o, istintaq zamanı digər şəxslərlə üzləşdirildiyi zaman həmin şəxslərə də silah görmədiyini, onlarla razılaşmadığını və silah götürmədiyini bildirmişdir.O, hərbi xidmət zamanı damar genişlənməsi xəstəliyindən əziyyət çəkdiyindən qrijadan əməliyyat olunmuş, həkim ona heç nə götürməyə icazə verməmiş,o, bu halda necə silah daşıyıb aparmışdır. O,suala cavab olaraq bildirmişdir ki, onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə münasibətləri çox yaxşı olmuş, aralarında heç bir mübahisə, problemi olmamışdır.Onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 silah götürməsindən məlumatı olmamış, bu barədə istintaq zamanı eşitmiş, əvvəllər belə bir hadisə barədə eşitməmiş və görməmişdir.O, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə hərbi hissənin silah anbarına getməmiş, əməliyyat olduğu üçün ümumiyyətlə anbara getməmiş və heç vaxt silah anbarına daxil olmamışdır. O,əlavə olaraq göstərmişdir ki, İmaməddinin toyunda iştirak etmiş, bütün döyüş yoldaşları bir masada əyləşmiş, həmin vaxt Təqsirləndirilən şəxs4 də toyda görmüş, Təqsirləndirilən şəxs1 həmin vaxt tutulduğundan sonuncunu və Təqsirləndirilən şəxs3 də toyda görməmişdir. Toyda silahlar barədə söhbət etməmişlər, Təqsirləndirilən şəxs1 tutulması barədə aralarında söhbət etmişlər, o, həmin zaman Təqsirləndirilən şəxs1 tutulduğunu bilmiş, Təqsirləndirilən şəxs1 özü internet vasitəsilə silah satmaq istəyərkən tutulduğunu bildirmişdir. O, daha sonra göstərmişdir ki, istintaq zamanı üzləşdirmə keçirilən zaman digər şəxslərin də müdafiəçiləri olmuş, oxumaq və yazmaq qabiliyyəti zəif olduğundan üzləşdirmə protokollarını oxumamışdır. Təqsirləndirilən şəxs4 ilə üzləşdirildiyi zaman silahla bağlı nəsə deyilməsini eşitməmiş, protokolun özünə aid olan hissəsini təsdiq etmişdir. O, ümumiyyətlə anbarda olmamış, ŞahidN qıfıl almasını xahiş etməmişdir.Xeyrəddinin dedikləri yalandır, o, ŞahidN Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 hərəsinin N ədəd silah götürməsini deməmişdir. O, ŞahidN «Əgər sənin silah götürmək niyyətin yox idisə niyə bizimlə birlikdə anbara gedirdin? İşləmək üçün gedirdinsə özün gedib işləyərdin. Bizi hansı səbəbə gözləyirdin? Biz səni neynirdik?» məzmunlu sual vermiş, ŞahidN isə cavabında bu barədə məlumatı olmadığını bildirmişdir. O,son sözündə müdafiəçisinin məhkəmə çıxışı zamanı fikri ilə razı olduğunu bildirirək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin NN8.N.1, N3N.N.1 və N3N.N.3-cü maddələri ilə ittihamlarda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, hərbi xidmətdən tərxis edildikdən bir müddət sonra işləmək üçün Bakı şəhərinə getmiş, ondan sonra tarixini xatırlamadığı vaxtda Rusiya Federasiyasına getmişdir. O, Rusiya Federasiyasının Tumen şəhərində işlədiyi müddətdə yaxınları ilə telefon vasitəsilə danışdığı zaman ona onda silah olduğunu üçün barəsində axtarışda elan olunduğu deyilmişdir.O, polis əməkdaşları ilə bu barədə danışmış və N1 dekabr N0NN-ci ildə Azərbaycana gəlmiş, onu hava limanında tutmuşlar. Tutulduqdan sonra bir gün saxlayıb Kürdəxanada istintaq təcridxanasına göndərmişlər. Daha sonra cinayət işini aparan müstəntiq Amid Verdiyevi görmüşdür. Ən axırıncı tutulan o, olmuş, hadisə ilə bağlı ondan izahatlar almışlar. O, bütün ifadələrində eyni sözləri demiş, təkcə ikinci ifadəsində məcburiyyət qarşısında qaldığı üçün fərqli ifadə vermişdir. Belə ki, həmin zaman müstəntiq XN4 Səfərovun və digər əsgər yoldaşlarının ifadələrini ona göstərmiş, ona danışdıqlarının mənasız olduğunu, 3 nəfər ona qarşı şahidlik edən şəxs olduğunu demiş, daha sonra müstəntiq ona hədə qorxu gələrək silah oğurladığını boynuna götürməyi demiş, dostu ilə birgə məsuliyyət daşıdığını bildirmişdir. Müstəntiq ondan Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi halları təsdiq etməyi demiş, lakin o, törətmədiyi hərəkəti etməyəcəyini bildirmişdir. Hadisə ilə bağlı bildirmək istəyir ki, o, əvvəl N dəfə minaatanları təhvil vermək üçün silah anbarına getmiş, bütün bölük birlikdə silahları təhvil vermək üçün getmişdir. Sonuncu dəfə bölükdə olduğu zaman onu bir daha seçib kömək etmək üçün silah anbarına aparmışlar. O,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 silah anbara qrup şəklində getmişlər, lakin həmin vaxt Təqsirləndirilən şəxsN orada olmamışdır. O, həmin vaxt silah anbarından silah götürmüş, təxminən 1 saat müddətində üzərində gəzdirmiş, götürdüyü silahın düşməndən qənimət kimi ələ keçirilmiş silah olduğunu zənn etmişdir. Götürdüyü silah anbarda yeşiyin içərisində olmuş,o, yeşiyin ağzının açıq olduğunu, yeşiyi açdığı zaman içərisində müxtəlif silahlar olduğunu görmüş, anbarda digər bölüyün hərbi qulluqçuları arasında qarışıqlıq olduğunu hiss edib vəziyyətdən istifadə edərək tapança silahını götürüb buşlatının cibinə qoymuşdur. Sonra o, hərbi hissədə tanımadığı gizir rütbəli şəxslə söhbət etdiyi zaman, həmin gizirdən bu barədə soruşmuş, gizir rütbəli şəxs ona həmin silahların xidmət etdiyi hərbi hissəyə aid olduğunu demişdir. O, bundan sonra götürdüyü silahı aparıb yerinə qoymuş, silahı yerinə qoyarkən onu heç kim görməmiş, ola bilsin silahı götürərkən onu görən olmuşdur. O, silahı yerinə qoyması barədə heç kimə məlumat verməmişdir. Onunla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs4 arasında əvvəlcədən silah götürülmələri ilə bağlı heç bir razılıq olmamışdır. ŞahidN məhkəmə istintaqı zamanı dedikləri yalandır, o, ŞahidN əsgər yataqxanasında balıncının altında olan silahı göstərməmiş, silahı götürdükdən təxminən 1 saat sonra aparıb anbarda yerinə qoymuş, bundan başqa ŞahidN Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 hərəsinin N ədəd silah götürməsini bildirməmişdir. O, istintaq zamanı Təqsirləndirilən şəxs4 ilə də üzləşdirilmiş, məhkəmədə ifadəsində dediklərini demişdir. O, ifadə verərkən müstəntiq isə ona «bu halları təsdiq et, yoxsa dostunda səninlə birlikdə həbs ediləcək» demişdir.Sonra ifadə göstərib imza çəkməyini istəmiş, əks halda dostunun da onunla birlikdə həbs olunacağını demişdir. O, bundan sonra kimlərin silah götürməsindən məlumatı olmadığını, özünün bir ədəd silah götürdüyünü etiraf etmiş, sonra müstəntiqə dostunun həbs olunmaması üçün ifadəsini təsdiq edəcəyini bildirmişdir. Həmin ifadəyə əsasən guya o, həmin silahı götürdükdən sonra özü ilə evinə gətirmiş və gizlətmişdir. Bildirmək istəyir ki, ona verilmiş ittiham və ifadələr yalandır. Onun birinci və sonuncu verdiyi ifadəsi düzgündür. O, «Siz ifadənin yerində yoxlanılması istintaq hərəkətində iştirak etmisiniz? Həmin zaman nə demisiniz?» sualına cavab olaraq göstərmişdir ki, ifadənin yerində yoxlanılması istintaq hərəkətində iştirak etmiş,həmin vaxt Rusiyadan yeni gəlmiş, gələrkən yolda tutulmuş, ailəsinin üzünü görməmiş, düşünmüşdür ki, evlərinə gedərək ailə üzvlərini də görər. Beləliklə müstəntiqlə birlikdə öz evinə getmiş, əvvəl ifadəsində yazılanları təsdiq etdiyi üçün məcbur qalıb ifadəsinə uyğun sözləri demişdir. Bir ara silahı evə gətirmədiyini demiş, müstəntiq ona əsəbləşmiş, aralarında mübahisə yaranmışdır. İfadəsi düzgün olmadığı üçün bir qədər sonra silahı evə gətirib hara qoyduğunu xatırlamadığını demişdir. Onun N-ci verdiyi ifadəsindən başqa bütün ifadələri düzgündür. O, ŞahidNlə üzləşdiyi zaman birinci ifadəsində dediklərini demişdir. O, suala cavab olaraq bildirmişdir ki, xidmət vaxtı axşam tərəfi əsgər yataqxanasında olarkən Təqsirləndirilən şəxs4 onun yanına gəlmiş,aralarında olan söhbət zamanı silah götürməsi barədə ona bildirmiş, o, cavabında «namaz qılan adamsan silahı nə üçün götürmüsən» demiş, həmin zaman yanlarında heç kim olmamış, yataqxanada olan əsgərlər yatılı olmuşlar.Söhbət etdikləri yerə yaxın səhv etmirsə Təqsirləndirilən şəxs1 çarpayısı olmuşdur. Təqsirləndirilən şəxs4 onun ifadəsinə ziddi olaraq silah götürməsi barədə məlumatı qərargahın qarşısında ona deməsini xatırlamır. Təqsirləndirilən şəxs4 silah götürməsi barədə o, heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs4 ona silah götürdüyünü dedikdən sonra o, anbardan silah götürmüş, daha sonra anbarda yerinə qaytarıb qoymuş, həmin zaman Təqsirləndirilən şəxs4 xidmətdən tərxis olunmuşdur.Onun digər əsgər yoldaşlarından kiminsə silah götürməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 tutulmasını qrupa atılan videodan öyrənmiş, o, həmin zaman Rusiyada olmuş, sonradan özünün də axtarıldığını öyrənib ölkəyə qayıtmışdır. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs3 ifadəsində göstərimşdir ki, ona yaxınları telefonla danışıq zamanı silah oğurluğu ilə bağlı məsələ olduğunu demiş,o, isə cavabında bu işlə bağlı heç nəyə aid olmadığını bildirmişdir.O, Azərbaycana gəlməyə də bilərdi, lakin gəlib ifadə verib qayıtmaq üçün gəlmişdir. İbtidai istintaq zamanı ifadəsində yazılanların hamısı səhvdir, həqiqətə uyğun deyil, müstəntiqin qurduğu ssenaridir. Müstəntiq haradansa onun həmkəndlisi, sinif yoldaşı və dostluq münasibətində olduğu Vasif Mustafayevin adını öyrənmiş, ona dostu üzərindən hədə-qorxu gəlmişdir. Belə ki, dostu Vasif Mustafayev digər əsgər yoldaşlarının yaxını kimi döyüş əməliyyatları gedən ərəfədə ona da ərzaq, su, siqaret alıb gətirmiş, dostu Vasif hərbi hissənin içərisinə daxil olmamış, hərbi hissəyə yaxın olan meşəliyin içərisində gözləmiş,o da gedib həmin yerdə Vasiflə görüşüb ərzaqı alıb qayıtmışdır.Döyüş əməliyyatları bitdikdən sonra Vasif Mustafayevin hərbi hissəyə gəlməsi dəqiq yadında olmamış, əgər gəlsəydi yadında qalarmış. İstintaq zamanı müstəntiq digər 3 şəxsin imzalı kompüter üsulu ilə yazılmış ifadəsini ona göstərmiş, həmin ifadələrdə yazılmışdı ki, guya o, silahları götürüb Vasifə vermiş, Vasifdə həmin silahları hərbi hissədən çıxartmışdır. Bildirmək istəyir ki, dostu Vasifin bu işlərlə heç bir əlaqəsi olmamışdır, sadəcə olaraq ona su və siqaret alıb gətirmişdir. Daha sonra müstəntiq ona demişdir ki, ya ifadəyə imza çəkməlisən, ya da dostu Vasif onunla birlikdə həbs olunacaq. Uzun söhbətdən sonra o, qərara gəlmişdir ki, müstəntiqin dediyi ifadəyə imza çəksin. O, sonda müstəntiqlə razılaşmış, heç olmasa 1 ədəd tapança silahı götürdüyünü boynuna almağı qəbul etmişdir ki, dostu Vasif bu işə qarışmasın. Müstəndiq də onunla razılaşmış, həmin vaxt ifadəsini oxumamış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs4 adını silah götürülməsi ilə bağlı çəkməmiş, lakin hazırda o, ifadəsinin fərqli yazıldığını, ifadəsində 0N ədəd silah götürdüyünün yazıldığını görmüşdür.Əvvəlki ifadəsindən görünür ki, o, heç nəyi etiraf etməmiş, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1la aralarında razılığa gəlmək barədə bildirməmiş, lakin müstəntiq digər şəxslərin ifadələrini ona göstərərək «həmin şəxslər hamısı sənin adını verib, səndə silah olduğunu görüblər» demiş,o da məcbur qalıb ifadəsini təsdiq etmişdir.Həmin zaman onun müdafiəçisi olmuş,lakin vəkil dövlət tərəfindən təyin olunmuş, arxada oturub heç nə ilə maraqlanmamışdır. Əvvəlki ifadəsində bildirdiyi kimi, o, anbardan düşmənə məxsus olduğunu bildiyi N ədəd silah götürmüş, lakin gizir həmin silahın briqadaya məxsus olduğunu dedikdən sonra təxminən 1 saat sonra silahı aparıb silah anbarında götürdüyü yerə qoymuş, bu barədə heç kimə məlumat verməmişdir. O,son sözündə müdafiəçisinin məhkəmə çıxışı zamanı fikri ilə razı olduğunu bildirirək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs4 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, hərbi hissənin anbarına əvvəllər işləmək üçün getməmiş, həmin zaman hərbi hissənin anbarı boş olmuş, içəridə heç bir silah saxlanılmamışdır. Sonradan silahlar gəldiyi zaman o, orada qarovul xidmətinin təşkil olunduğunu görmüşdür. Hərbi hissənin silah anbarına silahlar o, tərxis olunmamışdan təxmini N-3 gün əvvəl gətirilmişdir. O, əvvəllər anbara hər hansı məqsədlə getməmiş, birinci gün silahları təhvil vermək və gələn silahları yerləşdirmək üçün bölük şəklində anbara getmişlər, həmin vaxt Təqsirləndirilən şəxsN yanlarında olub-olmamasını bilməmiş, anbardan Təqsirləndirilən şəxsN silah götürdüyünü görməmişdir. Bundan sonra ikinci gün onun təklifi ilə özbaşına anbara getmişlər. Həmin zaman onlara heç kim anbara getməyi deməmişdir.Həmin zaman onun niyyəti xatirə saxlamaq üçün düşməndən ələ keçirilmiş qənimət silah götürmək olmuş,buna görə ilk dəfə anbarın içərisində yerləşən MAZ markalı maşın dayanmış yerə getmiş, həmin maşından Makarov tipli tapança silahını patronları götürmüşdür. Götürdüyü patronların dolu olduğunu bilməmişdir. O, silah götürməklə bağlı Təqsirləndirilən şəxs3lə hərbi biletini qərargahdan götürdüyü gün söhbət etmiş, həmin zaman Təqsirləndirilən şəxs1 yanında olmasını dəqiq xatırlamamış, yanlarında başqa şəxslər olmamışdır.Təqsirləndirilən şəxs1 onun silah götürdüyündən məlumatlı olmuş, bu səbəbdən o, Təqsirləndirilən şəxs1la Memar Əcəmi metrosu yaxınlığında görüşməyi danışmış, həmin zaman Təqsirləndirilən şəxs1 onadan silahı istəmişdir. O, həmin silahların qeydiyyatda olduğunu bildiyindən ona görə silahı verə bilməyəcəyini demiş və Təqsirləndirilən şəxs1 aldadaraq silahı daraqsız götürdüyünü demişdir. Silahların əvvəl saxlanıldığı Evoğlu kəndinə və İsmayılbəyli meşəsinə getməmişdir. N0N0-ci ilin 7-8 dekabr tarixlərində meşədə qalmış, o, tərxis olunanda anbar rəisi Samir Şirinov olmuş, gizir Şahid1 olmamışdır. 13 avqust N0NN-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu zaman necə olubsa elə də ifadə vermiş, lakin onun ifadəsi ilə razılaşmamışlar.Ona demişlər ki, mənasız danışırsan. İfadələrdə yazılan bütün sözlər hamısı eyni sözlərdir. Həmin ifadə ilə tanış olmuş, oxumuş və imza çəkmişdir. Çünki ona demişlər ki, ifadəyə imza çək, silahı verib gedirsən. O, ŞahidN ifadəsində göstərilənlərə əsasən bildirir ki, guya digər təqsirləndirilən şəxslər N0N0-ci ilin dekabr ayının ortalarında yataqxanada olarkən anbardan silah götürmək barədə razılaşmışlar. Bildirmək istəyirə ki,o, N dekabr N0N0-ci il tarixində ordudan tərxis olmuş, həmin söhbətdə iştirak etməmişdir. Xeyrəddinlə üzləşdirildiyi zaman sonuncuya bu faktı bildirməsinə baxmayraq ŞahidN xatırlamadığını demişdir.O, Xeyrəddinlə və digər təqsirləndirilən şəxslərlə bilrikdə anbara getməmişdir. O,suala cavab olaraq bildirmişdir ki, tərxis olunduqdan sonra Təqsirləndirilən şəxsNla toyda görüşmüş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 orada olmamışdır. O, Təqsirləndirilən şəxsNla həmin zaman silah barədə söhbət etəmiş, aralarında Təqsirləndirilən şəxs1 barədə söhbət olmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxsN Tərlən Səfərovun məsələsinin nə yerdə olduğunu soruşmuş, sonuncu isə cavabında Tərlanın silah satılan yerdə tutulduğunu, işinin necə olacağını bilmədiyini demişdir. O, həmin zaman Təqsirləndirilən şəxs1 onda silahın olması barədə məlumatı deyə biləcəyini fikirləşmişdir. Xidmət yoldaşları arasında vatsap qrupu yaradılmış, orada “Youtube”də paylaşılan Təqsirləndirilən şəxs1 özünün videosuna baxmış, sonra xəbərlərdə Təqsirləndirilən şəxs1 tutulmasını göstərmişlər, Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs1 silah satarkən tutulduğunu oradan öyərənə bilərdi.Təqsirləndirilən şəxs1 tutulduqdan sonra o, Təqsirləndirilən şəxs3lə görüşməmiş, danışmamış, yalnız “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs3 həmin vaxtlar Rusiyada olmuşdur.Onun Təqsirləndirilən şəxs3 silah götürməsi barədə məlumatı olmamışdır.İstintaq zamanı Təqsirləndirilən şəxsNla aralarında üzləşdirmə keçirilmiş, üzləşdirmə protokoluna oxuyub imza çəkmiş, sadəcə olaraq həmin zaman silah barədə heç nə deməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadələrə imza çəkmiş, düşünmüşdür ki, müstəntiqə nə demişdirsə ifadəsinə də həmin sözlər yazılacaq. 15 avqust N0NN-ci il tarixli ifadəsini oxumamış, həmin zaman vəkili yanında olmamışdır.N6 fevral N0N3-cü il tarixdə və 03 mart N0N3-cü il tarixdə iki dəfə ifadə vermiş, həmin ifadələri oxuyub imza çəkmişdir. O, xx.xx.N0N3-cü ildə keçirilmiş məhkəmə iclasında ittiham aktında ifadəsini elan edildikdən sonra bildirmişdir ki, istintaq zamanı bu məzmunda ifadə verməmiş, Təqsirləndirilən şəxs1 verdiyi ifadə də yazılmış cümlələrlə onun ifadəsin də yazılan cümlələr tamamilə eyni olmuşdur. Necə ola bilər ki, iki şəxsin ifadəsi eyni olsun. Həmin ifadəyə görə o, əgər həqiqətən də “RQD-5” tipli əl qumbarasının özəyini götürmüşsə, həmçinin ifadəsində qeyd edildiyi digər 3 nəfərlə əvvəlcədən aralarında razılığa gəlmişsə, necə ola bilər ki, onun “RQD-5” tipli əl qumbarasının özəyini götürdüyünü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 bilmir.Hadisə ilə bağlı bildirmək istəyir ki, xidmət müddəti ərzində onun ən yaxın dostu Təqsirləndirilən şəxs3 (Əşrəf Əşrəfzadə) olmuşdur. Ona tərxis olmunmağına yaxın demişlər ki, anbarda işləmək üçün N-3 nəfər əsgər lazımdır. Həmin zaman anbarda heç bir silah-sursat olmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 anbara getmişlər. Həmin zaman onun tərxis olmağına az qaldığı üçün başını qatacaq iş axtarmış ki, vaxtı keçsin. Onlar anbara gedib işləməyə başlamışlar. Bundan sonra bölüyün silahları gəlmiş, silahların yerbəyer olunması zamanı təkcə onlar yox, bölüyün bütün əsgərləri orada işləmişlər. Həmin zaman gizir rütbəli şəxs əlavə olaraq “Maz” markalı hərbi avtomobil vasitəsilə başqa bölüyün silahları, həmçinin düşmənin silahlarının gətiriləcəyini demişdir.O, dərhal düşünmüşdür ki, belə olan halda xatirə qalması üçün N ədəd silah götürməlidir. Hərbi hissənin anbarı vurulduğu üçün partlayıcı sursatlar və silahlar yararsız vəziyyətə düşmüşdü, onlar anbarın içərisini təmizləmişlər. Bildirmək istəyir ki, həmin zaman Təqsirləndirilən şəxsN orada olmamış, xidmət etdiyi bölüyün əsgərləri meşədə istirahət etdiyindən əvvəlcə Təqsirləndirilən şəxs1, sonra isə Təqsirləndirilən şəxs3 getmişdir.O, isə “MAZ” markalı hərbi avtomobilinin yük qoyulan yerinin açıq vəziyyətdə olduğunu görmüşdür. Yük qoyulan yerə girdiyi zaman birinci düşməndən götürülmüş silahları, bundan başqa orada qoruyucu jilet, qumbara və patronlar olduğunu görmüşdür. Öz silahlarını təhvil verən vaxt anbar rəisi demişdir ki,maşında olan silahlar düşmən silahlarıdır.Öz silahlarını gizirə təhvil verməmiş, həmin vaxt minaatan batareyada silah anbarına silah təhvil vermək üçün silah gətirmişdir. O, silahını anbara təhvil vermiş,səhərisi günü yenə silah anbarına getmiş, anbarın yaxınlığında saxlanılmış MAZ markalı maşının yük yerində yerləşdirilmiş qapısı açıq olan qara rəngili taxta yeşikdən N (bir) ədəd «Makarov» tipli tapança, həmin silahda istifadə üçün nəzərdə tutulan içərisində 08 (səkkiz) ədəd patronu olan N (bir) ədəd patron darağı, N (bir) ədəd «RQD-5» tipli əl qumbarasının özəyi, 06 (altı) ədəd döyüşə yararlı «Kalaşnikov» markalı avtomatın patronlarını, üzərində erməni hərflərinə oxşar yazılar olan 3 ədəd qumbara çantasını götürmüş, həmin yeşikdə siqnal tapançaları da olmuşdur. O, götürmüş olduğu silah-sursatın erməni ordusuna aid olduğunu bilmiş,çünki qumbara çantasının üzərində erməni hərfləri ilə yazılar olmuşdur. Həmin vaxt digər təqsirləndirilən şəxslər meşəyə getmiş, onun yanında olmamışlar.O, yeşikdən silah-sursat götürdükdən sonra yataqxanaya gəlmiş, həmin silah-sursatı ona məxsus olan yük çantasında gizlətməklə 1 gün özündə saxlamışdır. O, götürdüyü silah-sursatı, silah anbarının yaxınlığında saxlanılmış MAZ markalı maşının yük yerində saxlanılan dəmir yeşikdən deyil, qara rəngli yeşikdən götürmüş, silah-sursatı götürdüyü vaxt həmin yeşiyin qapısı qıfılla bağlı vəziyyətdə olmamışdir. O, xx.xx.N0N0-ci il tarixdə ordudan tərxis olunarkən götürmüş olduğu N (bir) ədəd «Makarov» tipli tapançanı, həmin tapançaya aid içərisində 08 (səkkiz) ədəd patron olan darağı, «RQD-5» tipli əl qumbarasının özəyini və 06 (altı) ədəd avtomat silahın patronlarını özü ilə götürüb yaşadığı Bərdə rayonunun Soğanverdilər kəndindəki evinə aparmış, həmin evdə valideynlərinin xəbəri olmadan həmin silahsursatları otağındakı özünə məxsus seyfdə gizlətməklə saxlamış, onları təhvil verməmişdir. 0N fevral N0N1-ci il tarixdə o, Bakı şəhərinə getmiş və orada müxtəlif işlərlə məşğul olmuşdur.13 avqust N0NN-ci il tarixdə polis əməkdaşları onun yaşadığı evə gələrkən o, həmin gün şübhəli şəxs kimi tutulmuş və hərbi prokurorluğun inzibati binasında saxlanılmışdır. Həmin gün o, anası XN ilə mobil telefon ilə vatsap proqramı vasitəsilə görüntülü danışmış, danışıq zamanı özü könüllü olaraq evdə silah saxladığın etiraf etmişdir. Həmin vaxt müstəntiq ondan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN tanıyıb-tanımadığını soruşmuş, o, cavabında həmin şəxsləri tanıdığını bildirmişdir. Həmin vaxt ona Təqsirləndirilən şəxs1 silah aşkar olunduğunu bildirmişlər, ondan daraqsız silah saxlayıb-saxlamadığın soruşmuşlar,o, isə cavabında saxladığı tapança silahının daraqsız olmadığını, özünün Təqsirləndirilən şəxs1 yalandan silahının daraqsız olduğunu dediyini, tapança silahından başqa onda əlavə N (bir) ədəd «RQD-5» tipli əl qumbarasının özəyinin və 06 (altı) ədəd döyüşə yararlı «Kalaşnikov» markalı avtomatın patronlarının da saxladığını könüllü şəkildə etiraf edərək,onunla Vatsapp vasitəsilə görüntülü danışan müstəntiqə evində gizlətməklə saxladığı N (bir) ədəd «Makarov» tipli tapança silahının, həmin silahdan istifadə üçün nəzərdə tutulan içərisində 08 (səkkiz) ədəd patronu olan N (bir) ədəd patron darağını, N (bir) ədəd «RQD-5» tipli əl qumbarasının özəyini və 06 (altı) ədəd döyüşə yararlı «Kalaşnikov» markalı avtomatın patronlarını,üzərində erməni dilində yazılar olan 3 ədəd qumbara çantasının,cib bıçağının saxladığı yeri göstərərək həmin silah-sursatı könüllü şəkildə müstəntiqə və polis əməkdaşlarına təhvil vermişdir. O, könüllü şəkildə təhvil verdiyi silah-sursatı xidmət vaxtı MAZ markalı maşının yük yerində saxlanılan dəmir yeşikdən deyil, rəngi qara olan taxta yeşikdən götürmüşdür. O, məhkəmədə dediklərini, istintaq zamanı bütün ifadələrində də demiş, həmçinin bildirmişdir ki, ümumiyyətlə Təqsirləndirilən şəxsN silah anbarında görməmişdir. Təqsirləndirilən şəxs3 isə o, silah götürən zaman artıq anbardan getmiş olduğundan silah götürə bilməzdi. Müstəntiq ona « niyə bu şəxslər ifadələrində sənin də adını veriblər» demiş,o, isə cavabında bu barədə məlumatının olmadığını, həmin şəxslərlə birlikdə silah götürmədiyini demişdir. Müstəntiq onun ifadəsini alan zaman ona birinci Təqsirləndirilən şəxs1 ifadəsini göstərmiş, Təqsirləndirilən şəxs1 ifadəsini oxumuş, sonuncunin həmin ifadəsində silahı onunla birlikdə götürməsi qeyd olunmuş, lakin o, silah götürən zaman tək olmuş olmuş, Tərlanın silah götürdüyünü görməmiş, gizirin yanında olmuşdur. Ola bilsin ki, Təqsirləndirilən şəxs1 da həmin gün silah götürmüşdür, çünki o, ifadəsində onunla birlikdə silah götürdüyünü demişdir.Düşünmüşdür ki, Tərlanın ifadəsi yalan ola bilməz, yoxsa müstəntiq onu hardan tanımışdır. Tərlanın ifadəsi ilə razılaşmağının səbəbi də bu olmuşdur. Həqiqətən də evindən silah çıxmış, ondan ifadə alan Ehtiram Sadıqov onun dedikləri ilə razılaşmamış, ona «necə ola bilər ki, 3 nəfər yalan danışır, təkcə sən düz danışırsan» demişdir. O, həmin zaman ifadəsinə imza çəkməyə də bilərmiş, ona silahları təhvil verdiyi üçün onunla heç bir işlərinin olmadığını, ifadə verdikdən sonra gedəcəyini bildirdiklərindən ifadəsini imzalamışdır. 15 avqust N0NN-ci il tarixdə onun təqsirləndirilən şəxs qismində ifadəsi alınmış, həmin zaman hərbi prokurorluğun müvəqqəti saxlama yerində olmuşdur. Necə ola bilər ki, birinci ifadəsi alındıqdan N gün sonra o, tamamilə fərqli ifadə vermişdir. İfadəsi alınan zaman onun müdafiəçisi apelyasiya məhkəməsində olmuş, dindirmədə iştirak etməmişdir. O, nə demişdirsə müstəntiq də onları kompüterə yazmışdır. Düşünmüşdür ki, müstəntiqin onunla ədavət ola bilər ki, ifadəsini səhv yazsın, ona görə də oxumadan ifadəsinə imza çəkmişdir.O, Təqsirləndirilən şəxsNla olan üzləşmə zamanı da silahı tək götürdüyünü, Təqsirləndirilən şəxsN silah götürdüyünü görmədiyini, Təqsirləndirilən şəxsN silah olmasını bilmədiyini demiş,ümumiyyətlə üzləşdirmə zamanı silahdan danışılmamışdır. Üzləşdirmə protokolunu oxumadan imza çəkmiş,çünki həmin zaman müstəntiqlə də aralarında mübahisə yaranmışdır.Üzləşdirmə bitdikdən sonra vəkili getmiş, ona «protokola qeyd vermək lazımdır ki, mən üzləşdirilmə zamanı silah adı çəkməmişəm.» demişdir. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs4 ifadə verərək göstərmişdir ki,xx.xx.N0NN-ci il tarixdə polis əməkdaşı ona zəng edərək telefon oğurluğu barədə məlumat vermiş və bununla bağlı onu polis şöbəsinə dəvət etmişdir. O,həmin vaxt digər hərbi qulluqçu yoldaşları arasında olan vatsap proqramında olan yazışmalardan Təqsirləndirilən şəxs1 tapança ilə bağlı tutulduğunu bildiyindən götürmüş olduğu tapançaya görə polis şöbəsinə çağırıldığını bildirmişdir.Bundan sonra o,özü könüllü olaraq polis şöbəsinə getmiş,N saatdan sonra hərbi prokurorluğun əməkdaşı polis şöbəsinə gəlmiş və ona Təqsirləndirilən şəxs1 deməsinə görə onda daraqsız tapança olduğunu və həmin tapançanı qrup şəkilində oğurladığını demişdir. O da cavabında Təqsirləndirilən şəxs1 düzgün məlumat vermədiyini,onda olan tapança silahının darağınıda tapança götürdüyü vaxt götürdüyünü, tapança silahından başqa N (bir) ədəd «RQD-5» tipli əl qumbarasının özəyini və 06 (altı) ədəd döyüşə yararlı «Kalaşnikov» markalı avtomatın patronlarını,üzərində erməni dilində yazılar olan 3 ədəd qumbara çantasının,cib bıçağının da götürdüyünü həmin silahları evində saxladığını demişdir.Sonra hərbi prokurorluğa aparılmış anası ilə yuxarıda göstərildiyi kimi telefonun vatsap proqramı vasitəsilə videogörüntülü danışmış və həmin əşyaların yerini müstəntiqə göstərərək həmin silah-sursatı könüllü olaraq təhvil vermişdir. O, son sözündə müdafiəçisinin məhkəmə çıxışı zamanı fikri ilə razı olduğunu,müstəntiqə könüllü təhvil verdiyi silah-sursatın düşmənə aid olduğunu bildiyi üçün xatirə saxlamaq məqsədilə maşınnın yük hissəsindən götürdüyünü, özünü CM-nin NN8.1-ci maddəsi ilə təqsirli bildiyini, silah sursatı könüllü təhvil verdiyi üçün əməlinə xitam verilməsini, ona elan olunmuş CM-nin N3N-ci maddəsi üzrə əməlinə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, N0N0-ci ilin dekabr ayında hərbi hissədə olmuşa,lakin həmin vaxtlarda anbarda olmamış, hərbi hissənin ideloji iş üzrə təminat bölməsinin baş köməkçisi vəzifəsində baş leytenant hərbi rütbəsində xidmət etmişdir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs4, eləcə də X3 tanıdığı Təqsirləndirilən şəxs3 N0N0-ci ilin sentyabr ayında başlanmış «Vətən Müharibəsi» zamanı tanımış, onların hər biri ilə münasibətləri xidməti olmaqla heç biri ilə aralarında hər hansı ədavətləri, qohumluqları və ya düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxslər də 5-ci taborun şəxsi heyətinə aid olmuş, 5-ci taborun zabit, gizir və əsgər heyəti hamısı səfərbərlikdən gələn şəxslər olmuşalar və N0N0-ci ilin dekabr ayında ehtiyata buraxılmışlar. N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək davam etmiş döyüş əməliyyatlarının aparıldığı zaman düşmən artilleriyası tərəfindən hərbi hissənin raket artilleriya silahları anbarının daimi olaraq yerləşdiyi ərazi atəşə tutulmuşdur. Buna görə də, silah anbarda saxlanılan əmlakın mühafizə edilməsi məqsədi ilə anbar oradan köçürülməklə Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən meşəyə, daha sonra isə N nömrəli hərbi hissənin ərazisinə və Tərtər rayonunun Evoğlu kəndində yerləşən çörək sexinə aparılmışdır. Həmçinin, silah anbarının göstərilən ərazilərə köçürülməsi zamanı həmin ərazilərdə anbardan hərbi hissənin bölmələrinə silahlar paylanılmışdır. Döyüş əməliyyatlarının başa çatmasından sonra, silah anbarı N nömrəli hərbi hissədə daimi dislokasiya yerinə geri qaytarılmışdır.Hərbi hissədə silahların invertarlaşdırması həmin dövrdə il ərzində bir dəfə N0N0-ci ilin yanar ayınında aparılmışdır.N0N0-ci ilin noyabr ayından N dekabr N0N0-ci il tarixinədək olan müddət ərzində hərbi hissənin silah anbarında invertarlaşdırma aparılmasından məlumatı olmamışdır.Çünki elə şəhidlərimiz olmuşdur ki, həmin şəhidlərin nəşini döyüş gedən ərazidən götürməmişdik. Silahlarda şəhidin üzərindədirsə, bundan başqa hərbi hissənin 1,N,3 və 4-cü taborları düşmən silahlı birləşmələri ilə qarşı-qarşıya idisə, həmçinin xidmət rəisi də bir nəfərdirsə gedib qarşı tərəfi yoxlamalı və hərbi hissədə necə silahların invertarlaşdırması apara bilərdi. İnvertarlaşdırmanın aparılması faktiki olaraq real olmamışdır. N0N0-ci ilin dekabr ayından, N0N1-ci ilin fevral ayınadək olan müddət ərzində hərbi hissənin silah anbarının yeri dəyişməmişdir.Silah anbarında işlərin çox olması səbəbindən, silah anbar rəisi, gizir Şahid1 tərəfindən anbarda olan silahların sayılması işləri, 06 fevral N0N1-ci il tarixdə həyata keçirilmiş və həmin vaxt silah anbarından N (on dörd) ədəd N mm «PM» markalı, «Makarov» tipli tapançanın, həmin silaha aid N (on dörd) ədəd patron sandıqçasının və 80 (səksən) ədəd patronun yerində olmadığı müəyyən edilmişdir. Həmçinin, hərbi hissədə silah-sursatların sayılması zamanı 06 (altı) ədəd 7.6N mm kalibrli patronun da, yerində olmadığı aşkar edilmişdir. Bununla bağlı hərbi hissə komandirinə aidiyyəti xidmət rəisi rəisi tərəfindən raport yazılmışdır.Raport hərbi hissəyə daxil olduqdan sonra hərbi hissənin hüquqşünası ilə bərabər həmin araşdırmada iştirak etmişdir.Hərbi hissənin ərazisində axtarışlar keçirilmiş, əsasən anbarların köçürüldüyü yerlərdə axtarışlar aparılmış, lakin heç nə aşkar olunmadığından tapançaların tapılması üçün təhqiqat və prokurorluğa məlumat verilmişdir. Belə nəticəyə gəlinmişdir ki,həmin tapançalar hərbi hissənin ərazisində itmiş hesab olunmur,oğurlanmış ola bilər.Oğurluq faktı ilə bağlı hərbi hissə daxilində çıxarışlar edilmiş,anbarın mühafizəsinə kimlər ayrılmışdır,həmin vaxt ehtiyat taborda kimlər qalmışdır.Bunlar müəyyənləşdirib hərbi prokurorluğa adlı siyahı verilmişdir. O,əlavə olaraq bildirmişdir ki, tapançalar ancaq idarə heyətinin zabit və gizir heyətinə təhkim olunmuş,əsgərlərə tapança təhkim olunmamışdır. Tapançalar idarə heyətinin zabit-gizir heyətinə bir dəfə təhkim olunduqdan sonra həmin silahlar qərargahın içərisində silah saxlama yerində saxlanılır,həmin tapançalar hər dəfə təhvil alındıqdan silah anbarın deyil, hərbi hissənin qərargahında silah saxlama yerindən götürülmüş və təhvil veriləndə də silah anbarına təhvil verilməmiş, həmin qərargahda silah saxlama üçün nəzərdə tutlumş yerə, yəni zabit-gizir heyəti tərəfindən silah otağına təhvil verilmək üçün hissə növbətçisinə təhvil verilmişdir. Əgər şəhid olmuş şəxsin üzərində olan tapança ərazidən götürülüb hərbi hissəyə gəlirsə RAS xidməti rəisinə təhvil verilir,xidmət rəisi uçot kitaında qeydiyyat etməklə silahın hərbi hissəyə məxsus olduğunu aşkar edir.Əgər nömrə uyğun gəlmirsə müəyyən olunur ki,silah qənimətdir.Həmin markalı silahdan düşməndə istifadə etmişdir. Qənimət olan silah qənimət kimi qeydə alınır,öz silahımız olduqda isə hərbi hissəyə aid silah kimi qaimə ilə qeydə alınır.Həmin qaimə yazıldıqdan sonra hərbi hissədə uçota düşür.Oğurlanmış tapançaların oğurlanan vaxt silah anbarında olması barədə dəqiq məlumatı olmamış,tapançaların təqsirləndirilən şəxslər tərəfindən oğurlanmasını hərbi hissədə müəyyən etmək mümkün olmamışdır.Hazırda onun iş üzrə mülki iddiası yoxdur, silahların bir hissəsi hərbi hissəyə qaytarılmadığından ödənilməmiş maddi ziyanın günahkar şəxslərdən tutularaq ödənilməsini və günahkar şəxslərin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. O, suala cavab olaraq bildirmişdir ki, prokurorluğa kimlərin anbarda olması ilə bağlı siyahı göndərməmiş, tapançaların oğurlanması ilə bağlı məlumat verilmiş, prokurorluq əməkdaşları da əməliyyat bölməsindən kimlərin anbarda olması ilə bağlı məlumat istəmiş,əməliyyat bölməsi də həmin vaxt anbarda kimlərin olması ilə bağlı çıxarış siyahısını prokurorluğa göndərmişdir.Həmin siyahıda təqsilərdirilən şəxslərin adlarının olması tam dəqiqliyi ilə siyahıda əks olunmamış, bölmə-bölmə əks olunmuş,misal üçün 5ci taborun şəxsi heyəti ehtiyatda filan tapşırıqların icrasına yönəlmişdir.Təqsirləndirilən şəxslər 5-ci taborda xidmət etdiklərinə görə demək olar ki, bilavəsitə qaravul xidmətinə və digər naryadlara cəlb olunmuşdur. N0N0-ci ilin dekabr ayının ortalarında hərbi hissədə xidmətə cəlb olunmuş hərbi qulluqçuların siyahısı barədə dəqiq məlumatı olmamış, elə bir kitab yoxdur ki,anbara daxil olan şəxslərin siyahısı tutulsun. Əgər silah anbarı stasionar qaydada hərbi hissədə yerləşirsə anbarda qaravul xidməti təşkil olunur və anbar rəisi anbarı açmadan qərargah rəisinin icazəsi ilə anbara daxil olur.Əgər söhbət döyüş şəraitindən gedirsə bu hal fərqli olur.Hərbi hissənin silah anbarı vurulduğuna görə anbarda olan silah-sursat 1 dəfə İsmayılbəyli meşəsinə,bir dəfə Evoğlu kəndinə köçürülmüşdür.Yəni bu müddətlərdə silah-sursatı anbar rəisinin icazəsi ilə döyüş əməliyyatlarında iştirak etməyən 5-ci taborun şəxsi heyəti icra etmişdir. N0N0-ci ilin dekabr ayı üçün silah anbarında təmizlik işlərinə cəlb olunan əsgərlər özləri yığışıb silah anbarında işləməyə gedə bilməzlər. Fərdi şəkildə rəhbərsiz əsgərlər silah anbarına gedib təmizlik işi görə bilməz,lakin ola bilər ki,qaraşıq dövrdə belə situasıya yaransın ki, silah anbarına 5 nəfər təmizlik üçün gedəcək sırada olan əsgərlər arasından 5 nəfər sıranın qarşısına çıxıb,təmizlik işində iştirak edə bilərlər. Daha bir hal ola bilər ki,təmizlik işlərinə ayırılmış əsgərlər anbar rəisinə təhvil verilə bilər ki,anbar rəisinin nəzarəti altında silah anbarında təmizlik işləri görsünlər.Ya da silah anbarına girə biləcək şəxslərin siyahısı olur,hərbi hissənin komandiri,qərargah rəisi,qaravul rəisi,qaravul rəisinin köməkçisi,RAS anbar rəisi,onun köməkçisi.Konkret silah-sursata aidiyyəti olan şəxslər silah anabarına daxil ola bilərlər,məsələn o, zabit olsa da silah anbarına daxil olmaq səlahiyyəti olmamışdır.Əgər anbarda kompleks tədbir keçirilirsə, o da həmin tədbirin iştirakçısı olarsa anbara daxil ola bilər, adi vəziyyətdə onun anbara daxil olmaq səlahiyyəti yoxdur.Silah anbarında işləmək üçün hərbi qulluqçuların iştirakı komandanlıq tərəfindən əmrləşdirilir,şəxsi heyətin üzərinə bir nəfər rəhbər təyin olunur. Silah anbarında işləmək üçün hərbi qulluqçularla bağlı vəsatəti birbaşa tabor komandir idə qaldıra bilər, əmri isə hərbi hissə komandiri,yaxud qərargah rəisi verir.Həmin əmrlər əməliyyat bölməsində saxlanılır.O, əməliyyat bölməsində işləmədiyindən həmin əmrdə kimlərin silah anbarında işləməsi ilə bağlı adlarının göstərilməsindən məlumatı olmamışdır. Kokret onu deyə bilər ki, hərbi hissədə 1, N və 3-cü taborlar ön xəttdə ayrıldığı üçün ehtiyyatda olan ancaq 5-ci tabor olmuşdur və silah anbarında təkcə 5-ci taborun şəxsi heyəti təmizlik işlərinə cəlb olunmuşdur. O,daha sonra göstərmişdir ki, hərbi hissədə hər ayın əvvəlində təhlükəsizlik qaydalarının çatdırılması ilə bağlı kitab olur,qeyd həmin kitabda aparılır.Mütləq deyil ki,əsgərə hər işi görməmişdən əvvəl imza etdirilsin ki,bu işi gör, ehtiyatlı ol. Bu hal komandirin özünü qorumaq üçün atılmış bir addım ola bilər.Məsələn parkda işləyən şəxsi heyətə təhlükəsizlik qaydalarının çatdırılması ilə bağlı kitaba imz etdirilsin. Lakin Nizamnamədə belə bir kitabın olması nəzərdə tutulmamışdır. Təqsirləndirilən şəxslərin silah anbarında işlədikləri vaxt anbar rəisi onlara təhlükəsizlik qaydalarına riayyət etmələri ilə bağlı kitaba özünün məsuliyyətdən qorumaq üçün imza etdirə bilər, lakin bu hal da nizamnamə tələblərində nəzərdə tutulmamışdır.Anbar rəisi anbarın daxilində olan məsələlərə cavabdeh şəxsdir.Məsuliyyət ilk növbədə onun üzərində olur.Ancan anbar rəisi anbardan çıxandan sonra yerinə kimisə təyin eləsin belə bir vəzifəsi Nizamnamədə nəzərdə tutlmamışdır.Anbarda sursatda saxlandığına görə silah anbar rəisindən başqa sursat anbar rəisidə anbarda olmuşdur.Əgər silah anbarı stsionar anbardırsa onun dairəvi mühafizəsi olmalı,giriş qapısı 1 yerdən olmalıdır. Qaravul nəfərinin vəzifə borcu silah anbarının giriş-çıxış qapısına nəzarət etməkdən ibarət olmuşdur. Gecənin qaranlıq vaxtında silah anbarına heç bir şəxsin girişinə icazə yoxdur.Kimsə daxil olmaq istəyərsə qaravul nəfərinin silah işlətmək hüququ vardır.Gündüz vaxtı isə iş rejimi var.Saat 18-00 da silah anbarı mühafizəyə verilir.Saat 18-00-a qədər silah anbarında rəhbərlik edən şəxsin nəzarəti altında müəyyən işlər görülür.Yəni şəxsi heyəti silah anbarına işləməyə gətirən rəhbərin nəzarəti altında işlər görülür.Məsələn 6 nəfər yığışıb deyə bilməz ki, gedirik silah anbarında işləməyə. Onların üzərində mütləq böyük təyin olunur. Çavuş,gizir rütbəli şəxslər də böyük təyin oluna ola bilərlər.Bu komandirin verdiyi əmrə əsaslanan tapşırıqdır.Ola bilər ki,komandir göstəriş verər ki, silah anbarına ayrılan şəxsi heyətin üzərində böyük kimi təyin olunmuş çavuş rütbəli şəxs, şəxsi heyəti anbar rəisinə təhvil verib geri qayıtsın, yaxud özü nəzarət etsin, şəxsi heyət işi gördükdən sonra geri qayıtsınlar.Şəxsi heyət geri qayıdarkən bölmə komandirinə işləri yekunlaşdırıb geri qayıtması ilə bağlı məlumat verirlər. Əgər silah anbarı İsmayılbəyli kəndi ərazsində yerləşən meşədə olmuşdursa orada şəraitə uyğun olaraq silah anbarının dairəvi mühafizəsini təşkil etmək mümkün deyildir. Əminliklə deyə bilər ki, dairəvi mühafizə anbar meşədə yerləşdiyi vaxt olmamış, mühafizə şəxslərdən məsələn 5-ci taborun şəxsi heyətindən süngü bıçaqla və yaxud başqa vasitə ilə anbarın qarşısında dayanmaqla həyata keçirilmişdir. Belə ola bilərdi. Bu şəraitdə də mühafizə zəif həyata keçirilən silah anbarında oğurluq üçün münbit şərait ola bilərdi. Bu faktın hərbi hissənin qərargahının yerləşdiyi ərazidə baş verməsi faktının olmaması qənaətindədir. Təqsirləndirilən şəxslərə qarşı elan olunmuş ittihamdan görünür ki,hadisə meşədə deyil, N0N0-ci ilin dekabr ayında hərbi hissənin qərargahının İsmayılbəyli kəndi ərazisində yerləşdiyi silah anbarında baş vermişdir.Anbarın giriş-çıxış qapısının yaxınlığında yerləşən qaravul nəfərləri anbarın həmin qapısından kimin girib çıxdığını görməli idi,bu qaravul nəfərinin vəzifəsi olmuşdur. Əgər söhbət N saylı hərbi hissədən gedirsə anbara daxil olan hərbi qulluqçuların giriş və çıxışını qaravul nəfəri görmüşdür.Normal vəziyyətdə misal üçün məlumat verilir ki, anbar rəisi və yaxud xidmət rəisi əmrinə əsasən silah anbarında çeşidləmə işləri, yaxud təmizlik işləri görülməlidir.Bunun üçün 15 nəfər şəxsi heyət lazımdır.Briqada komandiri və yaxud qərargah rəisi yanında olan bölmələrə göstəriş verir ki, filan bölmənin komandiri 15 nəfər şəxsi heyəti silah anbarında təmizlik işi üçün ayırıb göndərilsin.Gündüz vaxtı silah anbarında ayrılmış şəxsi heyət barədə qaravul rəisinə və qaravun nəfərinə məlumat ötürülür,ayrılmış şəxsi heyət silah anbarına iş görmək üçün buraxılır. Silah anbarına ayrılan şəxsi heyət yuxarı komandirin aşağı komandirə verdiyi göstəriş əsasında ayrılır,şəxsi heyəti ayıran aşağı komandir,əsgərləri bir bölmədən və yaxud digər bölmələrin hərəsində misal üçün 5 nəfər olmaqla seçə bilər,bu seçimdə sərbəsdirlər. Anbar rəisi anbarda təmizlik işlərinin aparılması üçün şəxsi heyətin ayrılmasını yuxarı komandanlığa həm şifahi həm də raport şəklində edə bilər.Şifahi şəkildə anbarda təmizlik işlərinin aparılması üçün şəxsi heyətin ayırılması heç bir yerdə qeydiyyatda keçmir, bunun kitabı yoxdur ki,qeyd edilsin.Silah anbarında təmizlik işi üçün ayrılmış əsgərlərin əvvəlcədən adları müəyyən olunmur. Şəxsi heyətin silah anbarına təmizlik üçün buraxılması barədə məlumat ilkin olaraq qaravul rəisinə verilir,bundan sonra qaravul rəisi məlumatı qaravul nəfərinə TA-57 markalı naqilli rabitə vasitəsilə çatdırılır. Həmin dövrdə orada kimin qaravul nəfəri vəzifəsini icra etməsi barədə məlumat əməliyyat bölməsində saxlanılır. Təqsirləndirilən şəxs4 N0N0-ci ilin dekabr ayında silah anbarına gedən şəxslər arasında olmaması halını dəqiqləşdirmək üçün ilk növbədə hadisənin baş verdiyi tarixi dəqiqləşdirmək lazımdır.N0N0-ci ilin dekabr ayının 1-ci və N-ci beş günlüyündə ümumilikdə neçə dəfə silah anbarında hərbi qulluqçuların təmizlik işləri üçün ayrılması, kimlərin həmin ayrılmış əsgərlərin tərkibinə daxil edilməsi barədə siyahının olmasından məlumatı olmamışdır. Bəlkə bununla bağlı xüsusi bir əmr olmuşdur. Hesab edir ki, hərbi hissənin silah anbarında təmizlik işləri üçün 5-ci taborun şəxsi heyətinin ayrılması ilə bağlı hərbi hissə komandirinin müvafiq əmri olmuşdur. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin sursat anbar rəisi vəzifəsində, baş gizir hərbi rütbəsində xidmət edir, təqsirləndirilən şəxsləri hərbi xidmət müddətində tanımış, münasibətləri xidməti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, N sentyabr N0N0-ci il tarixdə saat 15:00 radələrində hərbi hissənin silah anbarının dam örtüyü düşmənin artileriya atəşi nəticəsində vurulmuşdur. Anbar vurulduqdan sonra silahlar əvvəl İsmayılbəyli kəndində yerələşən meşəlik əraziyə köçülürmüş,xx.xx.N0N0-ci il tarixdə Qaradağlı kəndində yerləşən N saylı hərbi hissəyə köçürülmüş,xx.xx.N0N0-ci il tarixdə Qaradağlı kəndində İsmayılbəyli meşəsinə köçürülmüşdür.Bölmələrin silahları özlərinə təhvil verilmiş, lakin tapançalar heç kimə təhvil verilmədiyi üçün dəqiq sayını bilmişdir. Dəqiq bilir ki, tapançalar sayıldığı zaman hamısı yerində olmuşdur. Daha sonra N5 oktyabr N0N0-ci il tarixində verilən göstərişlə silahları Evoğlu kəndinə təxliyyə etmişlər və səfərbərliklə çağırılmış əsgərləri silahlarla təmin etmişlər. N5 oktyabr N0N0-ci il tarixdə silahları adi sıralama ilə saymış, silahları qeydiyyat nömrəsi ilə sayarkən Forma-1 kitabı yəni, maddi vəsaitlərin qeydiyyat uçotu kitabı olmuş,həmin kitab qərargahda saxlanılır. N-0N dekabr N0N0-ci il tarixlərdə silahlar Evoğlu kəndindən hərbi hissənin anbarına gətirilib toplanmışdır. Saydığı tapançalar hamısı hərbi hissəyə məxsus olmuş,düşməndən qənimət kimi tapançalar anbara gətirilməmişdir.O, NN8-ci ildən hərbi hissənin anbar rəisi vəzifəsində xidmət etmiş, silahlar oğurlanan vaxta qədər hər ay tapanaçaları saymış, heç bir əksiklik olmamışdır. Silahları “MAZ” markalı avtomobil vasitəsilə yeşiklərdə daşımışlar. O, silahların təxliyyəsi zamanı hər dəfə silahları saymış, silahlar yerində olmuş, yeşiklərin birində N00, digərində 150 makarov tipli tapança olmuşdur.N0N0-ci ilin dekabr ayının ortalarında anbarın dam hissəsində müəyyən işlər görməyə görə ona kömək etmələri üçün 5-ci taborun şəxsi heyətində xidmət edən təqsirləndirilən şəxslər ayrılmışdır. Yağışın anbarın içərisinə yağmasının qarşısının alınması üçün anbarın üzərinə örtük çəkilməsində, silahların təhvil verilməsi prosesində təqsirləndirilən şəxslər ona kömək ediblər. Anbarın damını düzəltdiyi zaman kiminsə ona yaxınlaşıb konkret təqsirləndirilən şəxslərin kömək etməsini deməsi dəqiq yadında olmamış,ifadəsində dediklərini təsdiq edir. 5-ci taborun minaatan batareyasının hərbi qulluqçuları olaraq təqsirləndirilən şəxslərin dördü də silahların təhvil verilməsi prosesində iştirak ediblər. Lakin o, dəqiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 gördüyünü xatırlayır. Təqsirləndirilən şəxslər bundan başqa N0N0-ci ilin dekabr ayında minaatan batareyasının silahlarının təhvil verilməsində iştirak ediblər. 06 fevral N0N1-ci il tarixdə anbarı tam sayıb qurtardıqdan sonra N ədəd tapançanın olmadığını aşkar etmişdir. Bununla bağlı xidmət rəisi mayor Şahid3 məlumat vermiş, xidmət rəisinin müavini kapitan Şahid4 da silahları saymış və bu barədə yuxarı komandanlığa məlumat vermişlər. N0 dekabr N0N0-ci il tarixindən sonra silahları Evoğlu kəndindəki çörək sexinə daşımışlar. Həmin zaman atıcı silahlar bölmədə olmuş, lakin tapançalar anbarda 04 ədəd dəmir yeşiklərin içərisində saxlanılmışdır. Həmin yeşiklər anbarın içərisinə daxil olduqda sağ tərəfdə yerləşmişdir. Dəmir yeşiklər fərqli rənglərdə olmuş, bütün yeşiklər ağ rəngli qıfıl vasitəsilə bağlanmış və qıfılların hamısının açarları fərqli olmuşdur. Qıfılların açarlarını özündə saxlamışdır. Açarlar bir dəfə cibindən yerə düşmüş, sonra qayıdıb açarları götürmüşdür. Onun həm anbarın içərisində, həm də çölündə sənədlərini yazmaq üçün masası olmuş,o, anbarın və yeşiklərin qıfıllarının açarlarını heç kimə verməmişdir. N0N0-ci ilin dekabr ayında hərbi hissənin anbarına çoxlu sayda düşməndən qənimət kimi ələ keçirilmiş silah-sursat gətirilmiş, həmin silah-sursatları çeşidləyib anbara yerləşdirmişdir. Həmin zaman sursat rəisi Samir Şirinov məzuniyyətdə olduğundan o, anbarda tək işləmiş, silah-sursatı anbarın içərisində tək-tək sayıb qeydiyyata almışdir. 06 fevral N0N1-ci il tarixdə silahların nömrəsi ilə onları saymış, N ədəd tapançanın əksik olduğunu bildikdən sonra xidmət rəisi mayor Şahid3 şifahi məlumat vermişdir. Bundan sonra xidmət rəisinin köməkçisi də silahları saymış və silahları saydığı zaman silahların sayının əksik olduğunu müəyyən etmişdir. Ağ rəngdə qıfılı dəyişmək asan olmuş, bundan sonra çatışmamazlığı seçmək mümkün olmadığından ilk əvvəl yeşikdə olan tapançaların çatışmamazlığını aşkar etməmişdir. O, məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı vermiş olduğu aşağıdakı məzmunlu ifadəsini təsdiq etmiş və həmin ifadəsində göstərmişdir ki, 0N dekabr N0N0-ci il tarixdə mayor Şahid3 tərəfindən silahlar saxlanılan hərbi avtomobilin Tərtər rayonunun Evoğlu kəndində yerləşən çörək sexindən çıxarılmaqla N nömrəli hərbi hissənin Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən anbara köçürülməsi barədə tapşırıq verilmişdır. Həmin vaxt hərbi hissənin tank əlehinə bölüyünün şəxsi heyəti tərəfindən bütün yeşiklər və seyflər avtomobilə yüklənib anbara daşınmışdır. 0N dekabr N0N0-ci il tarixdən etibarən bölmələr komplektləşdiyi və silahları təhvil verdikləri, həmçinin N dekabr N0N0-ci il tarixdə sursat anbar rəisi, baş gizir X7 məzuniyyətə getməsi ilə əlaqədar sursat anbarına da, o, nəzarət etmişdir. N0N1-ci ilin fevral ayında silah anbarında işlər nisbətən qaydasına düşdüyü üçün 06 fevral N0N1-ci il tarixdə tapançaların yerində olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə saymaq üçün həm qıfılla bağlanmış yeşiyi, həm də açıq vəziyyətdə saxlanılan seyfləri açmış, açıq vəziyyətdə olan, yəni üzərində qıfıl olmayan seyfdə əsasən əvvəlcədən yığdığı siqnal tapançaları və bir neçə ədəd «Makarov» markalı tapançaları olmuşdur. Lakin, o, silahları bir birinə qarışdırıb saydığı üçün açıq seyfdə saxladığı tapançaların konkret sayının neçə ədəd və hansı markadan olduğunu dəqiq bilməmişdir. Üzəri qıfılla bağlanmış dəmir yeşiyi açarla açıb içərisindəki tapançaları saydıqdan sonra, N ədəd «Makarov» tipli, «PM» markalı tapançanın çatışmadığını aşkar etmişdir. Hər birinin üzərində 08 ədəd N mm PST patronu olan paron daraqları da, «Makarov» tapançaları ilə birlikdə üzəri qıfılla bağlanmış dəmir yeşiklərdə saxlanılmış və həmin dəmir yeşiklərin üzərində əvvəlcədən qıfıl olmuşdur. Bundan başqa, 0N dekabr N0N0-ci il tarixdə çörək sexindən silahlar daşınarkən tapançaların saxlanıldığı dəmir yeşiklər də, daxil olmaqla üzərində qıfıl olan bütün yeşiklərin qıfılını açarla açaraq içərisinə baxmış, həmin vaxt dəmir yeşiklərdə olan tapançaların yığılma qaydasına baxdıqda hər hansı bir şübhəli hal müşahidə etməmiş, tapançalar dəmir yeşikdə yanyana düzülməklə və bir-birinin üzərinə qoyulmaqla səliqəli şəkildə özü tərəfindən yığılmışdır. O, bildirmişdir ki, boş patron daraqları tapançaların üzərinə taxılmış, içərisində patron olan patron daraqlarının bəziləri isə silahların yanına qoyulmaqla yeşikdə üst-üstə yığılmış, əsasən hərbi əməliyyatlar zamanı silah anbarına təhvil verilən tapançaların üzərində içərisi patronla dolu olan patron daraqları olmuş, tapançalara və üzərində patron olan patron daraqlarına, yəni sandıqçalara baxanda da, yığılma qaydasının pozulmasını hiss etməmiş, dəmir yeşiyin üzərini yenidən qıfılla bağlamış və bundan sonra isə həmin yeşiklər avtomobilə yığılaraq hərbi hissənin silah anbarının dislokasiya yerinə aparılmışdır. 06 fevral N0N1-ci il tarixdə üzəri qıfılla bağlanmış dəmir yeşiyi açıb içərisindəki «Makarov» tipli tapançalara və hər birinin içərisində 8 ədəd patron olan patron daraqlarına baxarkən, həmin tapançaların və patron daraqlarının yığılma qaydasının, yəni səliqəli düzülüşünün pozulduğunu müşahidə etmişdir. Buna görə də, həmin yeşikdə olan tapançaları saymışdır. Hərbi hissədə ümumilikdə 390 ədəd «Makarov» tipli tapança qeydiyyatda olmuş, həmin tapançalardan 350 ədədi silah anbarında olmaqla, N ədədi isə hərbi hissənin idarə heyətinə verilmişdir. Silah anbarında olan 350 ədəd tapançanın N00 ədədi üzəri qıfılla bağlanmış 1 ədəd dəmir yeşikdə, N5 ədədi üzəri qıfılla bağlanmış digər 1 ədəd dəmir yeşikdə və 5 ədədi isə siqnal tapançaları ilə birlikdə üzərində qıfıl olmayan 1 ədəd dəmir yeşikdə saxlanılmışdır. Siqnal tapançaları ilə birlikdə saxlanılan 5 ədəd tapançanın üzərində isə patron darağı və patron olmamışdır. Bütün tapançaları saydıqdan sonra, N5 ədəd tapançanın yığıldığı yeşikdə cəmi 131 ədəd tapançanın olduğunu aşkar etmiş və buna görə də, tapançaların həmin yeşikdən oğurlandığını başa düşmüşdür. Bu barədə dərhal mayor Şahid3, sonuncu da, öz növbəsində yuxarı komandanlığa məruzə etmişdir. Məruzə etdikdən sonra, kapitan Şahid4 yenidən tapançaları ümumi olaraq saydığı zaman həqiqətən də, N ədəd tapançanın çatışmadığını aşkar etmiş, bundan sonra, hərbi hissənin bütün şəxsi heyəti axtarışlara cəlb edilmiş və hərbi hissənin ərazisi, N nömrəli hərbi hissənin avtomobil saxlancı, Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən meşəlik ərazi və Tərtər rayonunun Evoğlu kəndində yerləşən çörək sexi və ətrafı axtarılmışdır. Lakin, heç bir yerdə itmiş tapançaları tapılmamışdır. N nömrəli hərbi hissənin sabiq əsgərləri Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 hərbi əməliyyatlar zamanı səfərbərlik əsasında xidmətə çağırılmış hərbi qulluqçulardan formalaşdırımış 5-ci taborda qulluq etmişdir. Həmin hərbi qulluqçular N0N0-ci ilin dekabr ayında silah anbarı çörək sexindən hərbi hissəyə köçürülüb silahlar silah anbarına yığılarkən, müxtəlif bölmələrdən silahlar anbara təhvil verilərkən və anbarda təmizlik işləri aparılarkən qeyd edilən işlərin görülməsində yaxından iştirak etmişlər. Bundan əlavə, İbhahim İskəndərov, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs4 və ŞahidN N0N0-ci ilin dekabr ayında saat 15 radələrində anbarda təmzilik işlərinin görülməsində köməklik etmək üçün silah anbarına gəlmişdir. Təqsirləndirilən şəxs1 anbarda işləyərkən ondan əsgər ŞahidN də, onlara köməklik etməsinə icazə istəmiş və ŞahidN təmizlik işlərinə kömək edəcəyini fikirləşib icazə vermişdir. Həmin əsgərlərin bəziləri anbarın içərisində işləmiş, bəziləri isə anbardan bayırda ona həmin işlərin görülməsində köməklik etmiş, silah anbarının qapısı açıq olmuş, özü isə həmin vaxt anbara nəzarət etməklə yanaşı anbarın yağış daman yerini düzəltməyi planlaşdırmaq üçün bayırda olmuş, tapança oğurlanan dəmir yeşik isə həqiqətən anbarın giriş qapısına yaxın yerdə, təxminən N-3 metr məsafədə N ədəd üst-üstə qoyulmuş boş sandıqların altında olmaqla üzərində qıfıl olmuşdur. Onların həmin vaxt qıfılı necə qırmasından və tapançaları dəmir yeşikdən necə götürməsindən məlumatı olmamış, həmin vaxtdan sonrakı, günlərdə isə silah yeşiklərinin üzərində olan qıflın açarlarını anbarda iş gördüyü vaxtlarda dəfərlərlə yazı masasının üzərinə qoymuş, topa açarları yazı masasının üzərinə qoymağını həmin əsgərlər anbarda işlədikləri müddətdə görmüşlər. Buna görə də, İbhahim İskəndərovun tapançaları oğurlamaq üçün dəmir yeşiyin üzərindəki qıfılı qırdıqdan sonra, həmın qıfıla bənzər yeni qıfıl alaraq yeşiyin üzərinə bağlaması və açarlarını masanın üzərinə qoyduğu topa açarlara əlavə etməsi mümkün olmuşdur. Hadisədən sonra, Təqsirləndirilən şəxs4 N (bir) ədəd, Təqsirləndirilən şəxs3 0N (iki) ədəd, Təqsirləndirilən şəxsN 03 (üç) ədəd, Təqsirləndirilən şəxs1 isə N (bir) ədəd tapançanı anbardan oğurladığını adını xatırlamadığı hərbi qulluqçulardan eşitmişdir. N0N1-ci ilin fevral ayında yeşiklərin içərisindəki silahlara baxmaq üçün qıfılları topa açarlarla bir-bir yoxlayaraq açmış və yeşiklərin üzərindəki qıfılların hamısının üzərinə səhv etmirəmsə «tılan» yazısı yazılmış, həmin qıfıllar da, bir-birindən seçilməmiş, buna görə də, tapançaların olduğu yeşiyin üzərindəki qıfılın dəyişdirilməsini başa düşməmişdir. Silah anbarından tapança oğurlanmasını aşkar etdikdən və həmin müddətlərdə silah anbarının çardağından yağış yağarkən su damdığına görə bəzi qıfılar paslanmış, göstərdiyi hər iki səbəbə görə də, yeşiklərin üzərində olan bütün qıfılları yenisi ilə əvəz etmiş, köhnə qıfılları isə yararsız kimi zibilliyə atmışdır. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 44 günlük Vətən Müharibəsi başlanmazdan əvvəl düşmən tərəfindən silah anbarının vurulması ehtimalı olduğundan silahlar anbardan hərbi hissənin yaxınlığında İsmayılbəyli kəndi ərazsində olan meşəlik əraziyə aparılarkən sayılıb aparılmamış, yeşiyə yığılıb MAZ markalı maşına yüklənib aparılmışdır. Tapançalar həmin vaxt anbarda dəmir yeşiklərdə qıfılı bağlı və möhürlənmiş vəziyyətdə olmuşdur. Müharibədən sonra N0N0-ci ilin dekabr ayının əvvəllərində silahlar hərbi hissənin silah anbarına daşınmışdır. İş rejimi ilə bağlı bildirə bilər ki, səhər saat 8-də silah anbarına daxil olmaq üçün buraxılış vərəqəsini qaravul evinə verir, silah anbarının açarını qaravuldan təhvil alır, qaravul nəfəri məlumat verir ki, post açılır, sonra saatdar onu silah anbarına girmək üçün buraxır, sonra gəlib anbarın çöl qapısında qapıda olan möhürü qaravul nəfərindən təhvil alıb anbarın çöl qapısını açarla açıb silah anbarına daxil olur. Anbarın içərisində olan tapança olan yeşiyin üzərində olan plastini özündə olan möhürlə möhürləyir, möhür özündə qalır heç kimə təhvil vermir.Anbarın içərisində olan yeşikləri bağladığı qıfılın açarını hadisə olan vaxt tubuça qoyub möhürləyib qaravula təhvil verirmiş, indi isə özündə saxlayır. Anbarı açandan sonra qaravul nəfəri anbara gəlib-gedən şəxslərin işlərinə müdaxilə etmirdi, post həmin vaxt açıq olmuşdur.Təqsirləndirilən şəxslər barədə onu deyə bilər ki, 44 günlük Müharibədə silah anbarının dam örtüyü düşmən tərəfindən mərmi atəşı ilə vurulduğuna görə tarixini dəqiq xatırlamadığı N0N0-ci ilin dekabr ayında yağış yağdığı vaxt anbarda olan silah-sursat suyun içərisində qalmışdır.Bunu aradan qaldırmaq üçün xidmət rəisi mayor Şahid3 anbarda işlərin görülməsi üçün 4 nəfər şəxsi heyət lazım olduğunu demişdir.O, anbarda işləmək üçün şəxsi heyət lazım olması ilə bağlı RAS xidmət rəisinə məlumat vermiş,RAS xidmət rəisi hərbi hissədə olmayanda isə fərqi yoxdur həmin vəzifəni köməkçi əvəz etmişdir. Bundan sonra 5-ci tabordan 4 nəfər əsgər anbara işləmək üçün göndərilmişdir. Əvvəllərdə hərbi hissənin 5-ci tabordan silah anbarında təmizlik işlərinin aparılması və silahlarını təhvil vermək üçündə şəxsi heyət gəlmişlər. 5-ci taborun şəxsi heyəti bazar günündən başqa hər gün silah anbarına işləmək üçün gəlmişirdilər.Tərxis olunan şəxsi heyətin silahlarını isə həmin silah anbarına gətirən əsgərlər gətirmişlər.Həmin vaxt anbarın mühafizəsinə də 5-ci taborun adını xatırlamadığı şəxsi heyətindən ibarət qaravul nəfərləri nəzarət etmiş, mühafizəni təşkil edən post açıq olmuş, qaravul nəfəri anbarın giriş-çıxışına nəzarət etsədə, mühafizəni təşkil edən post açıq olduğundan təqsirləndirilən şəxslər qaravul nəfərinin icazəsi olmadan silah anbarına daxil olmuşlar. Yağış yağan günü anbara gələn 4 nəfər əsgər yalnız anbarın dam örtüyünün təmiri üçün gəlmişdilər.Təqsirləndirilən şəxslərdən başqa onun yanında başqa şəxslər olmamışdır və üzərlərində böyük təyin olunmamışdır. O, anbarda olmadan təqsirləndirilən şəxslərdən kimsə anbara daxil ola bilərdilər. Anbarda olarkən ola bilər silah qəbulu zamanı havanın yağışlı olmasından istifadə edilib tapançalar götürülmüşdür. Müharibədən sonra zabit-gizir heyətinə verilmiş tapançaların bir qismi anbara daxil olub çıxış verilmişdir. Silahların təhvil-təslim kitabı Forma 43 əsasən müharibədən sonra hansı nömrəli tapançaların silah anbarına qaytarılmasını yalnız qaimələr əsasında dəqiqləşdirmək mümkündür. Təqsirləndirilən şəxslər anbarda işləyərkən maşınlarla silah olan yeşiklər silah anbarına gətirilmişdir.O, anbara gəlmiş silahları həmin vaxt yerbəyer etmiş, açıq bölmələrdən gələn silahları da qaimə əsasında qəbul edib boş yeşiklərin içərisinə yığmışdır.Maşınlarda gələn qənimətləri ayrı qəbul etmiş, ayrıca da göndərmişdir. Maşınlarla gələn silahların içərisində qənimət silahlardan başqa öz silahlarımız olmamışdır. Müharibə vaxtı silah anbarı düşmən tərəfindən vurulmasın deyə təcili təxliyyə məqsədi ilə silahlar maşınlara yığılmış, maşınlarda silah yox sursat olmuş, ərazidə qənimət kimi zirehli gödəkçələrdə olmuşdur.Həmin qənimətlər ayrıca küncdən yığılmışdır. Zirehli gödəkçələri anbarın içərisinə yığmamışdır. Maşınlardan boşaldılan silahlar öz silahlarımız olmuş,həmin silahları 5-ci taborun şəxsi heyəti boşaltmışlar.Açıq şəkildə silahlar bölmələrdən gəlmiş, əlavə olaraq anbarın yağış tutmayan yerinə sursatlarda qoyulmuşdur, qumbaralarda var idi. Çatışmamazlıq aşkar olunmuş yeşiklər anbarın giriş tərəfində olmuş, yeşiyin üzərində qıfılı keçirmək üçün qarmaq yeri olmuş, yeşik yerdən 15 sm məsafədə digər əşyanın üzərinə qoyulmuş, yaxınlığında avtomat silahlar olmuşdur. O, əlavə olaraq bildirmişdir ki, silah anbarına 5-ci taborda təmizlik işi və patronların çeşidləməsi ilə 5-ci tabordan əsgərlər gəlmişlər, lakin təqsirləndirilən şəxslərin həmin əsgərlərin içərisində olub-olmadığını dəqiq bilmir, deyəsən var idi.Təqsirləndirilən şəxslər silah anbarına fərqli günlərdə də gələ bilərlər. Ancaq dəqiq bilir ki, N0N0-ci ilin dekabr ayında tarixini dəqiq bilmədiyi vaxtda 5-ci taborun şəxsi heyətindən 4 nəfər əsgər, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, ŞahidN və Təqsirləndirilən şəxsN silah anbarının zədə almış dam örtüyünə güclü yağan yağış sularının damaması üçün çadır çəkmək məqsədilə hərbi hissənin silah anbara gəlmişlər və onun yanında işləmişlər. Təqsirləndirilən şəxslər həmin gün təmizlik işi görməmişlər, təkcə anbarın dam örtüyündə işləmişlər. Həmin gün silah anbarında başqa işlər görülməmişdir. Ertəsi gün bazar günü olmalı idi.Dəqiq bilir ki, sonrası gün təqsirləndirilən şəxslər yanına qayıtmamışlar.Xatırlayır ki, tabordan onun yanına əsgərlər yenidən gəlmişlər.Ola bilər ki,fərqli günlərdə təqsirləndirilən şəxslər yanına işləmək üçün gəlmişlər.Bazar günündən başqa bütün günlər silah anbarına daxil olmuş, hər gün yeşiklərin üzərində qıfılları,möhürləri yoxlamış, tapançaların çatışmamazlığını aşkar edərkən qıfılın üzərində möhürün olub-olmamasına özü nəzarət etmiş, qaravul rəisi nəzarət etməmişdir. O, tapançaları sayıb dəmir yeşiklərə yerləşdirib, yeşiyi qıfıllayıb, üzərini möhürləmişdir. Ümumiyyətlə gün ərzində yeşiklərdə olan silahlarla bağlı nəsə iş görəndə möhürü pozub dəmir yeşiyi açıb iş gördükdən sonra tapançanı silah yeşiynə qoyub,yeşiyə qıfıl vurub üzərini möhrləmişdir.Dəmir yeşiklərin üzərində olan qıfıl ucuz qıfıl olmuş,həmin gün qıfılı adi qaydada üzərində olan açarla açmış, açar üstündə olmuş, yazı yazanda masanın üzərində qoymuşdur. Silah anbarına aid açarlar cəm şəkildə daim üzərində olmuş, açarları iş vaxtı qurtardıqdan sonra möhürləyib qaravula təhvil vermişdir. N0N1-ci ilin fevral ayında tapançalar olan yeşikdə yoxlanış aparmaq üçün yeşiyin üzərində olan qaytanı açmış, möhürü qoparmış, çatışmamazlığı yoxlayan vaxt möhür yeşiyin üzərində olmuşdur.Lakin həmin vaxt möhürün pozulmasına fikir verməmiş, həmin vaxt möhür və qaytanın pozulmasını hiss etməmiş, görməmışdır.N0N1-ci ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində elə bir hal olmamışdır ki, həmin möhürü söküb, qıfılı açıb,sonra qıfılı bağlayıb dəmir yeşiyi möhürləsin.Yalnız N0N1-cilin feral ayının 6 da tapançalar olan yeşiyi açmış və həmin vaxt tapançaların əksik olduğunu aşkar etmişdir. Anbarda saxlanılan və oğurlandığı ehtimal edilən tapançalar N yeşikdə saxlanılmış, lakin hər yeşikdə neçə ədəd saxlanıldığını tam bilməmişdir.Əsgər Təqsirləndirilən şəxs4 aşkar edilmiş tapança anbarda olan silah saxlanılan yeşiklərin ikisindən birində olmuşdur.Həmin tapançanı yeşikdə siqnal tapançalarının yanına qoya bilərmiş, həmçinin ola bilərdi ki,siqnal tapançalarının yanına da oğurlanmış tapançaları qoymuşdur.Həmin siqnal tapançaları saxlanılan yeşiyə möhür vurmamış, yeşiyin rəngi qırmızı olmuşdur.Anbar Evoğlu kəndinə köçürüləndə və Evoğludan qayıdanda tapança olan taxta yeşikləri maşının baş hissəsinə küncə qoymuşdur.N0N0-ci ilin dekabr ayının 3-4-də hərbi hissəyə tam köçmüşlər, bu müddətdlərdə silahları MAZ markalı maşınlarla hissə-hissə daşımışlar. Silahlar maşında saxlanılmamış, silah gətirildikcə silah anbarına boşaldılmışdır. Tapança olan yeşikləri silah anbarına ilk günlərdə köçən vaxt yoxsa sonuncu müddətlərdə köçərkən anbara boşaldılmasını tam xatırlamır. Silahların daşıdığı MAZ markalı maşınlar anbarın yanında beton piltələr olan yerdə boksda silahları boşaltmaq üçün saxlanılmışdır. Silahların boşaldıldığı həmin gün yağış yağmamışdır. Silahlar maşından anbara boşaldılan vaxt tək olmuş,siqnal tapançalarının yanında yeşikdə tapançalar olmuşdur. Silahlar MAZ markalı avtomaşından anbara boşaldılan gün Təqsirləndirilən şəxs4 də silahların boşaldılmasına köməklik göstərməsi ilə bağlı onu deyə bilər ki, Təqsirləndirilən şəxs4 xidmət etdiyi 5-ci taborun şəxsi heyəti silahların boşaldılmasında iştirak etmişdir. O, anbarı qıfıllayıb gedəndən sonra möhür özündə olmuş, anbarın açarı və tapançalar olan yeşiyin qıfılı açarla bağlanıb möhürü plastilinə sıxıb möhürləmişdir. Sonra möhürün izi aydın şəkildə plastilin üzərinə həkk olunduqdan sonra möhürlənmiş görünüş qaravul rəisinə göstərilməklə anbar mühafizə üçün qaravul rəisinə təhvil verilmişdir. O, silah anbarına daxil olub yeşiklərin üzərinə baxış keçirərkən tapançalar saxlanılan dəmir yeşiyin üzərində vurduğu möhürün pozulduğunu görməmişdir. Evoğlu kəndindən hərbi hissəyə köçürüldükdən sonra təqsirləndirilən şəxslərin yağışlı havada silah anbarının üzərinə çadır çəkdikdən əvvəl yoxsa bundan sonra tapança olan yeşiyi möhürləməyi haqda dəqiq deyə bilməz,onu bilir ki, N0N0-ci ilin dekabr ayında tapança olan yeşiyi möhürləmişdir.O, tapançaların çatışmamazlığını xx.xx.N0N1-ci il tarixdə müəyən etmiş, həmin vaxt tapançalar olan yeşiyin üzərində möhür yerində olmuşdur.İşlə bağlı araşdırma aparılıb fotoşəkillər aparılarkən yeşiklərin üzərində olan qıfılları dəyişmişdir.Anbar Evoğlu kəndindən hərbi hissəyə köçürülən vaxt yeşiyin üzərinə möhür vurulmamışdır, həmin vaxt silah anbarında tək olmuşdur. Təqsirləndirilən şəxs4 dediyindən belə xatırlayır ki, onun MAZ markalı avtomobildən tapança götürməsi anbarın düşmən tərəfindən vurulduqdan sonra Evoğlu kəndindən hərbi hissəyə köçürülməsi vaxtına təsadüf edir və həmin müddətdə anbarın köçürülməsini təşkil edərkən anbarda tək olmuş, silahları anbarın içərisinə tək boşaldan vaxt olmuşdur. Yeşikdə həmin vaxt siqnal tapançaları ilə birlikdə tapançalarda olmuşdur.Ola bilər ki,həmin vaxt Təqsirləndirilən şəxs4 gözündən yayınıb tapançanı götürmüşdür. Təqsirləndirilən şəxs4 ifadəsinə görə o, MAZ markalı maşının silahlar saxlanılan arxa hissəsinə minib maşının tentini qaldırıb tapançanı siqnal tapançalarının da olduğu yeşikdən, 4-5 ədəd patron,zapal da götürub getdiyi vaxt tapançalar anbara yerləşdirilmiş kimi ola bilməzdi.Düşməndən qənimət kimi avtomat və qumbaraatan silahlar anbara gətirilmişdir.Anbar Evoğlu kəndindən İsmayılbəyli kəndinə hərbi hissəyə köçürülən vaxt 5-ci tabordan anbara kömək üçün şəxsi heyət ayrılmışdır,bundan sonrakı günlərdə də 5-ci taborun ayır-ayrı bölmələri anbara silah təhvil vermək üçün gəlmişlər.Təqsirləndirilən şəxs4 silahını anbara təhvil verərkən tapança götürə bilməzdi,yalnız silahlar Evoğlu kəndindən anbara köçürülən vaxt onun tək olduğundan istifadə edib gözündən yayınıb tapança və digər döyüş sursatını götürə bilərdi.Araşdırma vaxtı baxış keçirilərkən yeşiklərin möhürü və qıfılı olmuş, lakin o, baxış keçirilərkən yeşiklərin üzərindən möhürü və qıfılı çıxartmışdır. O, dövlət ittihamçısının «siz əvvəlki ifadələrinizdə silah anbarına 5 nəfər şəxs gəldiyini bildirmisiz, indi isə 4 nəfər gəldiyini deyirsiz, bunu necə izah edirsiz» sualını cavablandıra bilməmişdir. xx.xx.N0N3-ci ildə keçirilmiş məhkəmə iclası zamanı dindirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, o, döyüş əməliyyatlarında sonra Goranboy rayonunda yerləşən N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə keçirilmişdir. Həmin zaman təqsirləndirilən şəxslər də onunla birlikdə olmuşlar. 5-ci taborun şəxsi heyətinə silah anbarında yeşiklərin və taxtaların yığılması ilə bağlı işlərin görülməsi məqsədilə adını dəqiq xatırlamadığı şəxs tərəfindən göstəriş verilmişdir. Təqsirləndirilən şəxslər ondan əvvəl 3 dəfə anbara getmişlər, özü 4-cü dəfə anbara gedilən zaman göstəriş əsasında anbara getmişdir. O, əvvəllər silah anbarına işləmək üçün getməmişdir. Bildirmək istəyir ki, hərbi hissənin silah anbarına getməmişdən əvvəl Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs4 öz aralarında razılığa gəlmişlər. Həmin zaman aralarında olan söhbətə əsasən o, onların anbardan silah götürəcəklərini bilmiş, onun həmin zaman silah götürmək fikri olmamış, anbardan silah götürmək istəməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yataqxanadan çöldə siqaret çəkmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs4 və özü aralarında söhbət etmişlər. Təqsirləndirilən şəxs1 sonradan onlara qoşulmuşdur. Təqsirləndirilən şəxslər silah götürməyə dair aralarında hansı hərəkətləri etmək və ya vəzifə bölgüsünə dair razılığa gəlmələri barədə ona məlumat verməmişlər. Ola bilər ki, vəzifə bölgüsü ilə bağlı öz aralarında danışımışlar, onun iştirakı ilə olan söhbətdə anbardan silah götürmək niyyətlərinin olduğunu bildirmişlər. Təqsirləndirilən şəxslər ondan əvvəl silah anbarına getdikləri vaxtda anbarda hansı işləri gördüklərini ona danışmamışlar. Təqsirləndirilən şəxs4 onlarla birlikdə anbara getmiş, anbara çatdıqda Təqsirləndirilən şəxs4 yanında görməmiş, Ramiqin haraya getdiyindən məlumatı olmamış, anbarda qaravul xidmətinin aparılmasını xatırlamamışdır. Anbarda olarkən Təqsirləndirilən şəxs3 qapının qarşısında, Təqsirləndirilən şəxs1 gizirlə birlikdə anbarın damında, Təqsirləndirilən şəxsN isə anbarın içərisində olmuşdur. Onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs4 öz aralarında razılığa gələrkən Təqsirləndirilən şəxs1 hansı səbəbə çöldə siqaret çəkməsindən məlumatı olmamış, lakin onlar anbara gedən zaman Təqsirləndirilən şəxs1 onlara qoşulmuş və yolda edilən söhbətlərdə iştirak etmişdir. Bu səbəbdən o, əmin olmuşdur ki, Təqsirləndirilən şəxs1 anbardan silah götürmək istəmişdir. Anbara gedərkən yolda edilən söhbət zaman kimin nə qədər silah götürməsi barədə təqsirləndirilən şəxslər heç nə danışmamışlar. Anbarda olarkən o, anbarın içərisində taxtaları yığmış, Təqsirləndirilən şəxsN silah-sursat yeşiklərinin olduğu otaqda olmuş, həmin gün möhkəm yağış yağdığından və bu səbəbdən silah anbarının üzərindən içərisinə su damcıladığından Təqsirləndirilən şəxs1 anbarın rəisi olan gizirlə birlikdə anbarın dam hissəsinə çadır çəkmişlər, həm də Təqsirləndirilən şəxs1 gizir Şahid1 söhbətə tutmuşdur ki, sonuncu aşağı düşməsin. Təqsirləndirilən şəxs3 isə ətrafa nəzarət etmək üçün qapının qarşısında dayanmışdır. Anbarda təkcə silah anbar rəisi olan adını xatırlamadığı gizir rütbəli şəxs olmuşdur. Həmin zaman yağış yağdığından silah anbarının üzərindən içərisinə su damcılamış, qapının qarşısına tərəf gələndə Təqsirləndirilən şəxsN 0N ədəd silah-sursatın yığıldığı qıfılla bağlanmış yeşiyi yerə qoyduğunu, qara rəngdə olan yeşiyin qıfılını yerdən tapdığı dəmir parçası ilə qıfılın arasına salıb sındırıb yeşiklərin içərisinə baxdığını və 0N ədəd yararsız silahı götürdüyünü, lakin bəyənmədiyi üçün yerinə qoyduğunu görmüşdür. Təqsirləndirilən şəxsN silahları götürdüyü qara yeşiyin üzərində möhür görməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsN 03 ədəd silahı götürüb buşlatın altında şalvarın belinə taxmış, yeşiyin üzərinə başqa yeşik qoyaraq anbardan getmiş, İbrahimin arxasınca təxminən 10 dəqiqə sonra o da anbardan çıxmış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə anbarda qalmışlar. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 silah götürməsini görməmişdir. Onun həmin ərəfədə Təqsirləndirilən şəxs4 məlumatı olmamışdır. Təqsirləndirilən şəxs4 anbardan silah götürməsini görməmiş, Təqsirləndirilən şəxs4 hadisənin səhəri günü yataqxanada görmüşdür.Təqsirləndirilən şəxs4 silah götürməsini Bərdədə prokurorluqda ifadə verdiyi zaman öyrənmişdir. Təqsirləndirilən şəxs1 anbarın damında gizir Şahid1la birlikdə iş görmüş, Təqsirləndirilən şəxs3 isə anbarının qapısının qarşısında növbətçilik etmişdir. O,Təqsirləndirilən şəxs4 görməsə də, onun da silah götürmək istədiyini bilmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs3 silah götürməsini görməsə də, Əlixan özü ona yataqxanada balıncının altında saxladığı silahı göstərmişdir. Həmin zaman Təqsirləndirilən şəxs3 və İbrahim İskəndərli, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 N ədəd silah götürdüklərini ona demişlər. Hadisədən sonra Təqsirləndirilən şəxsN ondan qıfıl almağı xahiş etmiş, o, Təqsirləndirilən şəxsN qıfılın nəyə lazım olduğunu soruşmamış və həmin ərəfədə boz rəngli qıfılı alıb açarları ilə birlikdə Təqsirləndirilən şəxsN təhvil vermişdir. Lakin o, həmin zaman Təqsirləndirilən şəxsN hansı səbəbə ondan qıfıl almasının səbəbini bilməmiş, qıfılın yeşiklərə taxılması prosesində iştirak etməmişdir. Hadisə olan günün axşamı Təqsirləndirilən şəxs3lə yataqxanada üz-üzə oturmuş, həmin vaxt Təqsirləndirilən şəxs3 balıncının altında olan N (bir) ədəd «Makarov» tipli silahı özü ona göstərmiş, silahın birinin də onda olduğunu demiş, silahı göstərməkdə məqsədinin nə olduğunu bilməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs3 silahı aparıb yerinə qoymasını, problemə düşəcəyini demişdir. Təqsirləndirilən şəxs3 isə cavabında onun işinə qalmadığını, özlərinin bildiyini demişdir. O, Təqsirləndirilən şəxs4 ümumiyyətlə nə silah götürdüyünü, nə də tapança silahı gəzdirdiyini görməmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 da silah götürməsini görməmişdir. İbtidai istintaq zamanı ifadəsində Təqsirləndirilən şəxs1 N ədəd, Təqsirləndirilən şəxs3 0N ədəd tapança və onların patron hissələrini götürdüklərini eşitdiyini demişdir. Təqsirləndirilən şəxs3 balıncının altında olan silahı görmüş, Təqsirləndirilən şəxs1 isə tapançanı tapdığını, sonra isə satarkən tutulduğunu “Whatsapp” mobil tətbtiqində yaradılmış qrup vasitəsilə öyrənmişdir. Onların silah götürdüklərini gördüyünü deməmişdir. O,ifadəsi elan olunduqdan sonra ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmiş və suala cavab olaraq bildirmişdir ki, hazırkı cinayət işi ilə əlaqədar olaraq hansısa maddə ilə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Yataqxanada oturduğu zaman Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 əsgərlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 hərəsinin N ədəd silah götürməsini ona demişlər. O, təqsirləndirilən şəxslərin hamısının silah götürməsini bilmişdir. Sadəcə olaraq Təqsirləndirilən şəxs4 tutulmasını prokurorluqda öyrənmiş, Təqsirləndirilən şəxs1 tutulmasını isə “Whatsapp” mobil tətbiqində olan xidmət yoldaşlarından ibarət qrup vasitəsilə öyrənmişdir.O, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 silahı hansı şəraitdə götürməsini bilməmiş və görməmişdir. Digər şəxslər də, silahı həmin gün götürmüşlər. O,daha sonra göstərmişdir ki, 13 yanvar N0N1-ci il tarixdə tərxis olunmuş, Təqsirləndirilən şəxsNla aralarında 1 dəfə Bərdə rayonunda, 1 dəfə isə Kürdəxanıda olmaqla cəmi N dəfə üzləşdirmə keçirilmişdir. O, təlimlərdə olduğu zaman Ağdam Hərbi Prokurorluğundan ona zəng gəlmiş və Bərdədə olmağı deyilmiş, o, prokurorluğa getmiş və ifadəsini vermişdir. İfadəsi alınan zaman ona verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs4 tanımadığını demiş, ona sonuncunun şəkli göstərildikdən sonra tanımış və silah götürməsini görmədiyini, bilmədiyini demiş, Təqsirləndirilən şəxsN isə 3 ədəd silah götürdüyünü bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı ifadə verərkən ona qarşı təsir və ya təzyiq olunmuş, belə ki, Təqsirləndirilən şəxsNla üzləşdirildiyi zaman Təqsirləndirilən şəxsN ona “yalan danışırsan, bu günün sahabı da var” demiş, o, Təqsirləndirilən şəxs1la da üzləşdirildiyi zaman Təqsirləndirilən şəxs1 silah götürməsini görmədiyini demişdir. O,suala cavab olaraq göstərmişdir ki, ifadənin yerində yoxlanılması zamanı göstərdiyi yeşik həmin zaman anbarda olan yeşik deyildi. Anbarda təkcə silah anbar rəisi olan adını xatırlamadığı gizir olmuşdur. O,bundan başqa Təqsirləndirilən şəxs4 «yataqxanada söhbət edən zaman əvvəlcədən silah götürmək niyyətimin olmasını haradan bilirdiz» sualına cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxslər anbardan silah götürmək barədə əvvəlcədən razılığa gəlmişdilər, yataqxanada olan söhbət zamanı o, bilmişdir ki, təqsirləndirilən şəxslər anbardan silah götürəcəklər. Onlar anbara meşəlik ərazidən getmişlər, həmin vaxt onunda ağlından anbardan silah götürmək keçmiş, lakin o, sonradan anbardan silah götürmək fikrindən daşınmışdır. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissəsinin Raket Artilleriya Silahları xidmətinin sabiq rəisi, mayor Şahid3 ifadəsində göstərmişdir ki, döyüş əməliyyatlarından əvvəl, yəni N5 sentyabr N0N0-ci il tarixdə hərbi hissənin silah anbarında olan silahlar sayılmış, bütün silahlar yerində olmuşdur. 44 günlük Vətən Müharibəsi başlanılmazdan əvvəl hərbi hissənin silah anbarının düşmən tərəfindən vurulma ehtimalı olduğundan silahlar birinci hərbi hissənin qarşısında yerləşən İsmayılbəyli kəndində yerləşən meşəlik əraziyə MAZ markalı maşınlara yüklənərək daşınmışdır.Həmin vaxt qədər N ədəd tapançanın silah anbarında olmaması barədə məlumatı olmamışdır. Gündüz zamanı silahların mühafizəsinə ehtiyac olmamış, çünki anbar rəisi gizir Şahid1 gündəlik anbarda olmuş, işlər görmüş, gecə vaxtı isə siyahı üzrə N saatdan bir silahlı növbə təşkil olunmuşdur. Silahlar MAZ markalı maşınların yük hissəsində və maşınların qoşqularında saxlanılmışdır. Anbar rəisi Şahid1 gecə də anbarda olmuş, ya maşında oturub sənədlərini yazmışdır. Çünki bölmələrimiz dayanmadan silahsursatla təmin olunurdu. Bundan sonra silahlar Evoğlu kəndində yerləşən köhnə tikiliyə daşınmış, tikintinin girişi qıfılla bağlanmış və silahlı qarovul xidməti təşkil olunmuşdur. Hərbi hissənin silah anbarının dam örtüyü və qapısında biri döyüşün ilk günlərində düşmənin artileriya mərmisinin atılması nəticəsində vurulmuş, hərbi hissənin silah anbarı N0N0-ci ilin noyabr ayının sonunda təmir olunduqdan sonra silahlar hərbi hissənin silah anbarına MAZ markalı maşın vasitəsilə gətirilmiş, silah saxlanılan yeşiklər saxlanıldığı maşından silah anbara yığılmışdır. Həmin vaxt MAZ markalı maşında düşməndən götürülmüş qənimət silahları olmuş, məsələn həmin zaman düşməndən qənimət kimi götürülmüş “TT” markalı tapança olmuş, həmin tapança N nömrəli hərbi hissəyə təhvil verilmişdir. Silahlar Evoğlu kəndindən anbara gətirilən zaman o, RAS xidmət rəisi olaraq silahları saymamış, bu praktiki cəhətdən də mümkün olmamış, çoxlu sayda silahlar bölmələrdən və qənimət kimi anbara daxil olduğundan qısa müddətdə silahları sayıb qurtara bilməzdi. Silahlar RAS xidməti tərəfindən 3 aydan bir yoxlanılır. Nizamnamə qaydalarına əsasən avtomat silahlar taxta yeşikdə, tapançalar isə xüsusi olaraq dəmir yeşiklərdə qıfıllanmış vəziyyətdə saxlanılmışdır. N ədəd tapança saxlanılan yeşik qırmızı rəngdə olmuşdur. N ədəd PM markalı tapançadan 4 ədədi yağlanmış vəziyyətdə heç vaxt istifadə olunmamış, ümumiyyətlə 4 ədəd PM markalı tapançaya heç vaxt anbardan çıxış verilməmiş, digər 10 ədəd PM markalı tapança isə hərbi qulluqçulara təhkim olunmuşdur.Anbarda boş yeşik olmamış, hamısının içərisində silahlar saxlanılmışdır. Silahlar hərbi hissəyə daşınıldığı zaman anbarda mühafizələr və qarovul xidməti təşkil olunmuşdur. Yüksəkdə dayanan qarovul nəfəri hər kəsin anbara giriş-çıxışına nəzarət edə bilmişdir. Heç kim özbaşına anbara gedə bilməz, qarovulda içəriyə girməli olan şəxslərin siyahısı olmuşdur. Anbarda işlər çox olduğu zaman hərbi qulluqçular təhlükəsizlik qaydalarına imza atdıqdan sonra anbara buraxılırdılar. Əsgərlər gündəlik dərslərə və digər işlərə cəlb olunurdular, onlar hərbi hissə komandirinin tapşırığı əsasında anbarda işləmək üçün ayrılırdılar. Hansısa hərbi qulluqçu öz istəyi ilə gəlib anbarda işləməyə gələ bilməzdi. Anbarda iş bölgüsünə və görüləcək işlərə anbar rəisi Şahid1 nəzarət etmişdir.Anbar rəisi silahların qeydiyyat dəftərinə anbardakı silahlarla bağlı bütün qeydləri aparır. Həmin dəftər sadəcə olaraq nizami hissədə qeydiyyatdan keçir. Uçot kitabı təxmini 3-5 ildən sonra məhv edilir. Anbarda işləmək üçün əsasən 10 nəfərdək hərbi qulluqçu gətirilmiş, belə olan halda həmin şəxslərə nəzarət etmək mümkün olmuşdur. Lakin silahların təhvil verilməsi prosesi zamanı anbarda çoxlu sayda hərbi qulluqçu olduğu halda anbar rəisi hamıya nəzarət edə bilməmişdir. N0N1-ci ilin fevral ayında Yevlax rayonunda yerləşən N nömrəli hərbi hissədə ezamiyyətdə olarkən hərbi hissənin silah anbar rəisi gizir Şahid1 ona zəng vurmuş və silahları saydığı zaman tapançaların əksik olduğunu müəyyən etdiyini demişdir. Adətən tapançalar dəmir yeşiklərdə saxlanılmış, ola bilər ki, döyüşlər zamanı dəmir yeşiklərin qapağı qıfıllanmamış və ya möhürlənməmişdir. Amma anbar rəisi ona bildirmişdir ki, dəmir yeşiyin qapağındakı qıfıl qırılmış, daha sonra həmin ölçüdə qıfıl alıb yerinə qoyulmuşdur. Anbar rəisi Şahid1 silahlar saxlanılan yeşiyin üzərində olan möhürün pozulması ilə bağlı ona məlumat verməmişdir. O, dəmir yeşiyin qapağındakı qıfıl qırılması, daha sonra həmin ölçüdə qıfıl alıb yerinə qoyulması faktını rəsmiləşdirməmiş, bu barədə hərbi hissə komandirinə məlumat vermiş, qıfılın kim tərəfindən dəyişdirildiyini öyrənilməsi ilə bağlı isə məlumatı olmamışdır. Qıfılın açarları anbar rəisində olmuş,qıfıllar adi satışda olan qıfıllardan olmuş, həmin qıfılı daşla da qırmaq mümkün olmuşdur. Açarların bir nüsxəsi qarovul xidməti rəisinin nəzarəti ilə möhür ilə təhvil verilib-alınmış, həmin açarların verilmə tarixi qarovul xidmətinin rəisinin qeydiyyat kitabçasında qeyd olunmuş, bir nüsxəsi isə anbarda saxlanılmışdır. Anbar rəisi yeşikləri yoxladığı zaman açarın qıfıla uyğun gəlmədiyini aşkar etmiş və məcbur qalıb qıfılı qıraraq onun içərisini yoxlamışdır. Bu hadisə ilə bağlı anbar rəisi tərəfindən akt tərtib olunması barədə məzuniyyətdə olduğundan məlumatı olmamışdır.Döyüş əməliyyatları zamanı silahların düşmən tərəfindən vurulmasının qarşısının alınması məqsədilə silahlar anbardan İsmayılbəyli və Evoğlu kəndlərinə daşınmış, N0N1-ci ilin fevral ayında anbar rəisi silahları saydığı zaman N ədəd tapançanın əksik olduğunu aşkar etmişdir. Silahlar onun köməkçisi kapitan Şahid4 və gizir Şahid1 iştirakı ilə bir daha sayılmış və əksik olduğu müəyyən olunmuşdur. Silahların uçotu kitabını yoxladıqları zaman müəyyənləşdirmişlər ki, N ədəd qeydiyyat nömrəli tapança silah anbarında yoxdur. O, bu barədə hərbi hissənin komandanlığına məlumat verilmişdir. Bundan sonra silahlar dəfələrlə sayılmasına baxmayaraq tapançalar yenə əksik olmuş və bu barədə Tərtər Hərbi Prokurorluğuna məlumat verilmişdir. O, silahların hansı şəraitdə yoxa çıxmasını və kim tərəfindən götürülməsini bilməmiş, belə bir ehtimal olmuşdur ki, silahlar ola bilər ki, döyüş əməliyyatları zamanı itmişdir. Lakin həmin silahlar kimlərəsə təhkim olunmuşdursa sonrada bütün silahlar hərbi hissəyə təhvil verilmişdir. Belə güman edir ki, silahların anbara təhvil verilməsi prosesində tapançalar yoxa çıxmışdır. Anbardakı silahların uçotu maddi vəsaitlərin nömrəli uçotu kitabında anbar rəisi Şahid1 tərəfindən aparılmış, silahlar daşındığı zaman sayılmışdır.Ola bilməz ki, o, silahları saymasın. Silahlar qeydiyyat nömrələri ilə bölmələrə təhvil verilmişdir. N0 dekabr N0N0-ci il tarixdən 06 fevral N0N1-ci il tarixədək qıfıl alınması ilə bağlı komandanlığa müraciət olunması barədə məlumatı olmamış,həmin ərəfədə yaralı olduğu üçün ezamiyyətdə olmuşdur.Elə olurdu ki, anbardan düşmən silahları da aşkar olunmuş, həmin silahların nömrələri silahlı qüvvələrimizin qeydiyyat nömrəsi ilə uyğunluq təşkil etməmişdir. N ədəd böyük dəmir seyfdə tapançalar saxlanılmış, çoxusuda yağlı vəziyyətdə olmuş, zabit gizir heyətinə təhkim olunmamışdır. Həmişə anbarda saxlanılmış,daimi heyətə verilən tapança olmamışdır. Qırmızı yeşikdə olan tapançalar isə daimi idarə heyətinin zabit gizir heyətinə təhkim olunmuşdur.Həmin yeşikdə siqnal tapançaları da olmuşdur. Silahların təhvil verilməsi daim qırmızı yeşikdə olan tapançalardan istifadə olunmuşdur. N0N0-ci ilin oktyabr ayının 0N-də o, döyüşdə yaralanmış, PM N3 N4 nömrəli tapança silahı ona təhkim olunan tapança olmuşdur. PM N3 N4 şəhid olan zabitə aid olmamış,şəhidə təhkim olunmuş silahın nömrəsi başqa olmuşdur. O, yaralanandan sonra PM N3 N4 nömrəli silah anbara təhvil verilmişdir, bunu sübut edəcək qaimələrdə vardır. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 44 günlük Vətən müharibəsindən əvvəl N0N0-ci ilin avqust ayında Müdafiə Nazirliyi səviyyəsində tapançaların invertarlaşması aparılmışdır.Həmin silahlar tam şəkildə yoxlanılmış, heç bir çatışmamazlıq aşkar olunmamışdır. Vətən müharibəsi başlandıqdan 1-N gün sonra hərbi hissənin silah anbarının ehtiyat qapısı düşmənin artileriya atəşi nəticəsində vurulmuşdur.Həmin qapı bərpa olunmadığı üçün hərbi hissənin silah anbarında olan silah-sursatı məcburən Evoğlu kəndinə mühafizəsi təşkil olunmuş yerdə saxlamışlar.N0N0-ci ilin dekabr ayının 1-N-də hərbi hissənin silah otağının qapısı bərpa olunduqdan sonra silah-sursat hərbi hissənin silah anbarına yerləşdirilmişdir. Bundan sonra ardıcıl olaraq bölmələrdən silahlar silah anbarına təhvil verilməyə başlanılmışdır. N0N0-ci ilin dekabr ayının 7-nə qədər hərbi hissədə olmuş, bundan sonra xəstəliklə əlaqədar hərbi hissədə olmamışdır. Həmin ərəfələrdə anbar rəisi gizir Şahid1 ondan anbarda işləməsi üçün şəxsi heyət istəmişdir. O da bu barədə hərbi hissə komandiri polkovnik-leytenant Orxan Rzayevə məlumat vermiş, hərbi hissə komandiri də səfərbərlikdən çağırılmış 5-ci taborun komandiri polkovnik-leytenant Seyidova silah anbarında təmizlik işləri üçün şəxsi heyət ayırması barədə göstəriş vermiş, bundan sonra həmin tabor komandirinin göstərişi əsasında 5-ci taborun şəxsi heyətindən əsgərlər ayırılaraq silah anbarında işləmək üçün göndərilmişdir. N0N0-ci ilin dekabr ayının axırlarında komandir heyəti tərəfindən göstəriş olmuşdur ki,invertarlaşma keçirilib anbarda olan silahlar sayılsın.N0N1-ci ilin yanvar ayının əvvəllərindən silahlar sayılmağa başlanmış,silahlar həddən artıq çox olmuş, hətta başqa hərbi hissəyə aid silahlarda döyüş meydanından yığılıb silah anbarına daşınmışdır. Demək olar ki, hər gün döyüş gedən ərazilərdən silahlar tapılıb silah anbarına təhvil verilmişdir.N0N1-ci ilin fevral ayının 7-də silah anbarında olan PM markalı tapançalar sayılmağa başlanılmış, anbar rəisi baş gizir Şahid1 tapança saxlanılan yeşiyin qıfılını açıb tapançaları sayanda N ədəd PM markalı tapança silahının anbarında olan dəmir yeşiyin içərisində çatışmadığı aşkar olunmuş və dərhal gizir Şahid1 onun istifadəsində olan mobil telefona zəng vurub bu barədə məruzə etmişdir. Sonra gizir Şahid1 kapitan Eyvazovla birlikdə itən tapançaların nömrələri ilə tutuşdurub axtarış aparmış hansı tapançaların çatışmadığın müəyyən etmişlər. Çatışmayan tapançalar silah anbarına sənədlərlə təhvil verilmişdir.Silah anbarında saxlanılan tapançaların axırıncı dəfə kimə təhvil verilib geri alınması barədə məlumat hərbi hissənin arxivində saxlanılan uçot kitablarında olan qaimədə qeyd olunmuşdur.Həmin kitablarda silahların nə vaxt kimə təhvil verilməsinin və anbara nə vaxt təhvil verilməsini tarixləri vardır.Qaimə əsasında anbar rəisi silahı təhvil alıb anbarda saxlayır.Tapançaların bir qismi hərbi hissənin idarə heyətinin zabit-gizir heyətinə verilmiş,qalanları isə silah anbarında saxlanılmışdır.Hərbi hissənin idarə heyətinin zabit-gizirlərinə təhkim olunmuş silahlar qərargahda silah otağında saxlanılmış, anbara daxil olmamış, hər kəs özü gedib qərargahda olan silah otağından silahını sərbəst olaraq təhvil götürmüş, sonra geri təhvil vermişdir. 44 günlük Vətən Müharibəsindən əvvəl hərbi hissədən köçürülmüş zabitgizirlərin adına təhkim olunmuş tapançalar təhkim olunmadan çıxarılaraq silah anbarında saxlanılmışdır.10 ədəd tapança təhkim olunmuş silah olmuş,sonra təhkim olunmadan çıxarılıb silah anbarına geri qayıtmış,4 ədəd tapança isə ümumiyyətlə təhkim olunmamışdır.xx.xx.N0N0-ci il tarixdə özü döyüş vaxtı yaralandıqdan sonra özünə təhkim olunmuş PM markalı N nömrəli tapança hərbi hissənin silah anbarına təhvil verilmişdir. Hərbi qulluqçu döyüşdə şəhid olarkən tapança üzərində olmuş,həmin tapançanı tapıb gətirmişlər və qaimə yazılaraq həmin tapança silah anbarına təhvil verilmişdir. 10 ədəd çatışmayan PM markalı tapançanın anbara təhvil verilməsi ilə bağlı sənədlər hərbi prokurorluğa təqdim edilmişdir.O, 44 günlük Vətən müharibəsində yaralandığı üçün RAS xidməti rəisi vəzifəsini kapitan Şahid4 təhvil verməmiş, silahları təhvil-təslim etməmişdir. Çünki bu həmin şəraitdə mümkün deyildir, səhhəti buna imkan verməmişdir.O, N0N1-ci ilin yanvar ayında hərbi hissəyə qayıdan vaxtı artıq silahlar anbarda sayılmış, silahların sayı anbarda çox olmuş, praktiki olaraq silahların təhvil verilməsi yenə də mümkün olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid XN ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs4 onun doğma oğludur, münasibətləri ana-oğul münasibəti olmuşdur.1N avqust N0NN-ci il tarixdə günorta saatlarında evdə tək olduğum zaman çöldən səs-küy eşitmiş, evin pəncərəsindən baxdığı zaman təxmini 3-4 nəfərin həyətinə gəldiyini görmüşdür. Həmin zaman kənd icra nümayəndəsinin hadisənin ailəsində törədilməsini gözləmədiyini, Ramiqin orta məktəbdə yaxşı oxuduğunu, tərbiyəli və nümunəvi şagird olduğunu deməsini eşitmişdir.O, çölə çıxdıqda gələn şəxslər Təqsirləndirilən şəxs4 otağının harada yerləşdiyini ondan soruşmular. Həmin müddətdə evində təmir işləri aparılmışdır. Gələn şəxslərdən bir nəfəri telefonunu ona təqdim edib, oğlu Ramiqlə danışmasını bildirmişdir. O, oğlu Ramiqlə həmin telefon vasitəsilə danışarkən oğlu Ramiq ona otağında olan sandığın içərisində qara rəngli sellafonun içərisindəki əşyaları gələn şəxslərə təqdim etməsini demişdir. O, həmin vaxt oğlu Ramiqin yaxşı bir iş görmədiyini anlamış, gələnlərdən biri ona oğlu Ramiqin əşyaları könüllü olaraq təqdim etmək istəyini olduğunu bildirdiyindən evlərinə gəldiyini demişir. O, gələn şəxslərə evinə daxil olmasına könüllü icazə verdiyini və əşyaları təqdim edəcəyini bildirmiş, sonra Ramiqin otağına keçib sandığın içərisindən qara rəngli sellafon paket çıxarmış, içərisində silah çıxdığını görmüş, özünü pis hiss etdiyi üçün başqa əşya olduğuna fikir verməmiş və həmin silahı evinə gələn müstəntiqə təhvil vermişdir. Müstəntiqə təqdim etdiyi qara rəngli sellafon paketin içərisində əvvəldən silah olduğunu bilməmiş, bu barədə məlumatı olmamışdır. Oğlu Təqsirləndirilən şəxs4 əvvəllər belə əməllər törətməsindən məlumatı olmamış, həmişə oğlu Ramiq özünü nümunəvi aparmışdır. Təqsirləndirilən şəxs4 evə gələn zaman silahların qoyulduğu sandığa yaxınlaşdığını görməmişdir.Təqsirləndirilən şəxs4 otağı evdə ayrıca olmuş, həmin otaq daimi bağlı olmuşdur.Evinə gələn müstəntiq evə baxış keçirilməsi ilə bağlı ona hər hansı sənəd təqdim etməmiş, lakin hal şahidi kimi sənədə təqdim etmiş, o da həmin sənədə imza çəkmişdir. Döyüş əməliyyatlarından sonra oğlu Ramiqin heç bir əsgər yoldaşı evlərinə gəlməmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N saylı hərbi hissənin silah təmiri bölüyünün komandiri, kapitan Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər N nömrəli hərbi hissəsinin raket artilleriya silahları xidməti rəisinin döyüş sursatları ilə təminatı üzrə köməkçisi vəzifəsində xidmət etmişdir.Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs4, eləcə də X3 tanıdığı Təqsirləndirilən şəxs3 sonuncuların N0N0-ci ilin sentyabr ayının sonlarında «Vətən Müharibəsi» zamanı səfərbərlik əsasında hərbi xidmətə çağırılaraq xidmət etmək üçün N nömrəli hərbi hissəyə göndərilmələri ilə bağlı tanımış, onların hər biri ilə münasibətləri xidməti olmaqla heç biri ilə aralarında hər hansı qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Mayor Şahid3 RAS xidməti rəisi vəzifəsindən azad olunduqdan sonra onun vəzifələrini N0N0-ci ilin dekabr ayında əvəz edərkən tapançaları anbarda qeydiyyatdan keçmiş tam sayda qəbul etməmişdir.Çünki həmin vaxt şəxsi heyətdən şəhid olan şəxslərin bir hissəsi döyüş olan ərazidə qalmışdır, yararsız və qənimət silahların gətirilməsində iştirak etdiyi üçün anbarda olan silahları sayıb təhvil almağa vaxt olmamış, silahları sayıb təhvil almamışdır. Döyüş aparılan ərazidən gətirilən silahların öz silahlarımıza yaxud düşmənə aid olmasını müəyyən etmək həmin ərəfədə mümkün olmamışdır.Döyüş aparılan ərazidən gətirilən silahların içərisində tapança olmamış,o, gətirdiyi silahların içərisində PM markalı tapança silahını görməmişdir. Hərbi hissənin silah anbarında N (on dörd) ədəd «Makarov» tipli tapança çatışmazlığının olması barədə ona 06 fevral N0N1-ci il tarixdə həmin hərbi hissənin raket artilleriya silahları xidməti rəisi, mayor Şahid3 məlumat vermişdir. Bundan sonra hərbi hissənin silah anbar rəisi, gizir Şahid1la birlikdə silah anbarında olan silahları saymağa başlamış və həmin vaxt anbarda N (on dörd) ədəd «Makarov» tipli tapançanın, eləcə də həmin tapançalara aid patronlarla daraqların olmadığını aşkar etmiş, bu barədə dərhal mayor Şahid3 məlumat vermişdir. 07 fevral N0N1-ci il tarixdə hərbi hissənin idarə heyətindən təyin olunmuş daxili komissiya ilə birlikdə silahlara bir-bir, nömrə-nömrə baxış keçirilmiş, yoxlama zamanı N (on dörd) ədəd «Makarov» tipli tapançanın yerində olmadığı müəyyən edilmişdir. Hərbi hissədə silahların axtarışı aparılsa da, həmin tapançalar tapılmamışdır. O, əlavə olaraq bildirmişdir ki, anbara gedən vaxt silah anbarı və tapança olan yeşik açıq vəziyyətdə olmuş, anbarın və tapança olan yeşiyin üzərində olan möhürün açılmasında iştirak etməmişdir.Anbar rəisidə ona tapança olan yeşiyin üzərində olan möhürün açılması ilə bağlı məlumat verməmişdir.Açarlar tubçla möhürlənmiş formada qaravul rəisinə təhvil verilərək qaravul otağında saxlanılır.Gündəlik yoxlamada həmin möhürlərin tamlığı yoxlanılır.Anbar rəisi gedib şəxsən özü təhvil alır. Anbar rəisi axşam anbarı qaravula təhvil verir,səhər də gedib anbarı təhvil alıb anbarı açır. Anbar rəisindən başqa şəxs anbara daxil ola bilməz,yeşikləri möhürləyə bilməz. O,suala cavab olaraq bildirmişdir ki, ola bilsin N0N0-ci ilin dekabr ayında anbar rəisi gizir Şahid1 ona 5-ci taborun şəxsi heyətindən anbarda işləmək üçün əsgərlər ayrılmasını xahiş etmiş,lakin bu hadisəni xatırlamır. Məhkəmə iclasında dindirilmiş şahid XN Mərkəzinin direktor müavini X8 göstərmişdir ki, adı çəkilən mərkəzin müşahidə məntəqəsi hal-hazırda Tərtər şəhərində yerləşmiş,ona təqdim edilmiş N0N0-ci ilin dekabr ayı ərzində Tərtər rayonun İsmayılbəyli kəndi ərazisində müşahidə edilən yağıntı haqqında verilmiş arayışla tanış olmuş və bildirmək istəyir ki, İsmayılbəyli kəndi Tərtər şəhərindən 8 km-lik məsafədə yerləşdiyindən demək olar ki, həmin ərazidə baş verən iqlim şəraiti stansiyanın müşahidə məntəqəsindən kənarda baş vermişdir.Lakin Tərtər rayonun İsmayılbəyli kəndinə də mərkəzin nəzarət etməsi nəzərə alınaraq mərkəzi arayışda qeyd olunan kimi yəni xx.xx.N0N0-ci il tarixdən N.1N N0N0-cı ıl tarixinə keçən gecə çiskin və yağış yağması,yağıntının miqdarı 0.8 mm olması, 05.1N N0N0-ci il tarixdən 06 1N.N0N0-ci il tarixinə keçən gecə çiskin və yağış, səhər saatlarında isə yağış yağması, yağıntının ümumi miqdarı N,8 mm olması, 07.1N N0N0-ci İl tarixdə səhər saatlarında çiskin yağması,yağıntının miqdarı 0,0 mm olması,xx.xx.N0N0-ci il tarixdə günün ikinci yarısı və gecə saatlarında çiskin yağış, yağıntının ümumi miqdarının 0,8 mm olması, 16 1N.N0N0-ci il tarixdən 17.1N N0N0-ci il tarixinə keçən gecə yağış yağması, yağıntının miqdarının 3.N mm olması, xx.xx.N0N0-ci il tarixdə gün ərzində və xx.xx.N0N0-ci it tarixinə keçən gecə yağış yağması, yağıntının ümumi miqdarının 6,N mm olması, xx.xx.N0N0-ci İl tarixdə çiskin və yağış yağması, yağıntının miqdarı N,N mm olması, N0N0-ci İlin dekabr ayı ərzində bəzi günlərdə Tərtər rayonunda hava şəraiti arabir yağıntılı keçməsi, duman müşahidə edilməsi, düşən yağıntının cəm miqdarı 17,0 mm-dək (aylıq normanın 1N%) qeydə alınmışdır. Cənub-Şərq istiqamətli küləyin maksimal sürəti isə xx.xx.N0N0-ci il tarixində arabir 18 m/san-dək güclənməsi qeyd olunmuş, həmiçinin xəbərdarlıq kimi xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərinin bəzi günlərində hava şəraitinin qeyri-sabit, keçəcəyi, arabir yağış yağacağı, ayrı- ayrı yerlərdə intensiv olacağı, Qərb küləyinin arabir güclənəcəyi, çaylarda sululuğun artacağı haqqında NsOl, N°0N, NeÖ3, Ne06 saylı xəbərdarlıq tərtib olunması və əlaqədar təşkilatlara göndərilməsi ilə bağlı ümumi arayış verilmişdir.Həmin arayışdan görünür ki, xx.xx.N0N0-ci il tarixdən N.1N N0N0-cı ıl tarixinə keçən gecə və 07.1N N0N0-ci İl tarixdə səhər saatlarında yağıntı çiskin xarakterli olmuş, 05.1N N0N0-ci il tarixdən 06 1N.N0N0-ci il tarixinə keçən gecə və xx.xx.N0N0-ci İl tarixdə yağıntı yağış formasında olmuş, 16 1N.N0N0-ci il tarixdən 17.1N N0N0-ci il tarixinə keçən gecə və 17.1N.N0 tarixdə gün ərzində və xx.xx.N0N0-ci it tarixinə keçən gecə yağıntı leysan xarakterli olmuşdur. O,dövlət ittihamçısının sualına «misal üçün kəndin bir hissəsinə yağış yağdığı halda digər hissəsinə yağış yağmaması mümkündürmü?» sualına bu halın baş verməsinin faktiki olaraq mümkün olduğunu bildirmişdir.Belə ki,lokal leysan xarakterli buludlar əmələ gələrək hansı ərazini əhatə edirsə həmin əraziyə yağış yağması müşahidə edilmiş, həmin buludlar ərazinin digər hissəsində havada toplaşmadıqda həmin ərazidə yağış yağmadığı praktiki olaraq müşahidə edilmişdir.Lokal leysan xarakterli yağışlar zamanı ildırım çaxmalaraı, dolu düşmək ehtimallarıda ola bilər.Hava haqqında verilmiş proqnoz özlüyündə praktikada 90 faizdən yuxarı özünü doğrultmuşdur. Əvvəlcədən proqnoz verilmiş ərazidə müddət keçdikdən sonra iqlim şəraitinin verilən proqnozla uyğunluq təşkil edib-etməməsini yerli bələdiyyə üzvünün və yerli icra hakimiyyəti əməkdaşlarının məlumatları əsasında yoxlanılır, lakin bu yoxlama iqlim şəraiti ərazidə olan infrastruktura ciddi ziyan verdiyi halda qiymətləndirilib qeydiyyatı aparılır, adi halllar isə stansiyanın nəzarətində kənarda qalmış olur. Bakı şəhəri Nərimanov RPİ-nin N3 mart N0NN-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in NN8.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsinin N5 mart N0NN-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin N5 mart N0NN-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.N0NN-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin 31 may N0NN-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 əməli CM-in NN8.1-ci maddəsindən CM-in NN8.1 və N3N.1-ci maddələrinə tövsif edilmiş və barəsində istintaq həmin maddələrlə davam etdirilmişdir. NN iyun N0NN-ci il tarixdə cinayət işi istintaqın davam etdirilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsi ilə Respublika Hərbi Prokurorluğuna göndərilmiş və 07 iyul N0NN-ci il tarixdə Bakı hərbi prokurorluğuna daxil olaraq həmin tarixdə Bakı hərbi prokurorluğunun müstəntiqi, ədliyyə baş leytenantı Ehtiram Sadıqov tərəfindən icraata qəbul edilərək istintaq davam etdirilmişdir. N8 iyul N0NN-ci il tarixdə Azərbaycan Respublikası Hərbi prokurorunun müavini tərəfindən Tərtər hərbi prokurorluğunda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin silah anbarından N (on dörd) ədəd tapança silahın oğurlanmaqla talanması faktına görə Azərbaycan Respublikası CM-in N3N.1-ci maddəsi ilə istintaq olunan ********* №-li cinayət işi ********* №-li cinayət işinə birləşdirilmiş və iş istintaqın davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq idarəsinin 13 avqust N0NNci il tarixli protokolundan görünür ki, həmin tarixdə saat 19-00 da Təqsirləndirilən şəxsN şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq idarəsinin 13 avqust N0NNci il tarixli protokolundan görünür ki, həmin tarixdə saat 19-30 da Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulmuşdur. N avqust N0NN-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs1 əməlləri CM-in NN8.1 və N3N.1-ci maddələrindən, eləcə də şübhəli şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxsN əməlləri CM-in NN8.1-ci maddəsindən CM-in NN8.N.1, N3N.N.1 və N3N.N.3-cü maddələrinə tövsif edilərək barələrində istintaq həmin maddələrlə davam etdirilmişdir. N avqust N0NN-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs3 (əvvəlki adı və soyadı X10) barəsində CM-in NN8.N.1, N3N.N.1 və N3N.N.3-cü maddələri ilə cinayət təqibi başlanmış və barəsində istintaq həmin maddələrlə davam etdirilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq idarəsinin 15 avqust N0NNci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in NN8.N.1, N3N.N.1 və N3N.N.3-cü maddələri ilə ittiham elan edilmişdir. Bakı Hərbi Məhkəməsinin 15 avqust N0NN-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 avqust N0NN-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq idarəsinin 15 avqust N0NNci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsN iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in NN8.N.1, N3N.N.1 və N3N.N.3-cü maddələri ilə ittiham elan edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 15 avqust N0NN-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsN barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 avqust N0NN-ci il tarixdən hesablanmışdır. 19 avqust N0NN-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın məzmunu dəyişdirilərək və həmin ittihama əlavələr edilərək ona CM-in NN8.N.1, N3N.N.1 və N3N.N.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. N3 avqust N0NN-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti Bakı Hərbi Məhkəməsi tərəfindən N4 oktyabr N0NN-ci il tarixədək uzadılmışdır. 31 avqust N0NN-ci il tarixdə iş üzrə istintaqdan gizlənən Təqsirləndirilən şəxs3 barəsində CM-in NN8.N.1, N3N.N.1 və N3N.N.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilmiş və axtarış elan edilərək qərar icra olunması üçün Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.N0NN-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bərdə rayon polis şöbəsinin NN dekabr N0NN-ci il tarixli 138-459N3-1NNN nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin tarixdə saxlanması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq idarəsinin N mart N0N3-cü il tarixli qərarından görünür ki, həmin tarixdə ********* №-li cinayət işindən N nömrəli hərbi hissəyə məxsus N (yeddi) ədəd «Makarov» tipli tapançanın və N4 (iyirmi dörd) ədəd N mm kalibrli patronun oğurlanmaqla talanması və qanunsuz olaraq saxlanması faktlarına görə Azərbaycan Respublikası CM-in NN8.1 və N3N.1-ci maddələri ilə ********* №-li cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun istintaq idarəsinin N mart N0N3-cü il tarixli qərarından görünür ki, həmin tarixdə ********* №-li cinayət işindən N nömrəli hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN barəsində Azərbaycan Respublikası CM-in 307.1-ci maddəsi ilə ********* №-li cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. ŞahidN ifadəsinin yerində yoxlanılması zamanı iş üzrə verdiyi ifadəsindəki xüsusatları bir daha tam olaraq təsdiq edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 N0N0-ci ilin dekabr ayının ortalarında xidmət etdikləri N nömrəli hərbi hissənin silah anbarından tapançaları oğurlamaqla talamaları ilə bağlı əvvəlcədən harada razılığa gəldiklərini, bundan sonra onların həmin cinayət əməllərini həyata keçirmək üçün getdikləri və silah anbarından tapança silahı ilə birlikdə patronları gizli yolla taladıqları yerləri, habelə bununla bağlı iş üzrə əhəmiyyət kəsb edən digər halları əyani şəkildə nümayiş etdirərək təqsirləndirilən şəxsləri bir daha ifşa etmişdir. ŞahidN təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı iş üzrə verdiyi ifadəsini onların üzünə qarşı bir daha tam olaraq təsdiq edərək törətdiyi cinayət əməlləri ilə bağlı həmin şəxsləri ifşa etmişdir. «Axtarış və götürmə» haqqında N3 mart N0NN-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Nəriman rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs1 Rəhim oğlunun üzərindən 1 (bir) ədəd N mm kalibrli, KO 4708 M №-li, «PM» markalı, «Makarov» tipli tapança və içərisində 08 (səkkiz) ədəd N mm kalibrli patron olan N (bir) ədəd daraq aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. «Axtarış və götürmə» haqqında 13 avqust N0NN-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 yaşadığı Bərdə rayonunun Soğanverdilər kəndindəki evində keçirilmiş axtarış zamanı yataq otağındakı sandığın içərisindən 1 (bir) ədəd N mm kalibrli, NBN3N4 №-li, «PM» markalı, «Makarov» tipli tapança, onun komplekt hissəsi olan N (bir) ədəd sandıqça, həmin darağın içərisində 08 (səkkiz) ədəd N mm kalibrli patron və 06 (altı) ədəd 7.6N mm kalibrli, «Kalaşnikov» konstruksiyalı avtomat silaha aid patron aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. «Axtarış aparılması» haqqında 04 fevral N0N3-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 yaşadığı Bərdə rayonunun Mustafaağalı kəndindəki evin həyətyanı sahəsində aparılan axtarış zamanı, orada olan ağaclıq sahədə köhnə qazıntı yeri aşkar edilmiş və qeyd edilən həmin çuxurda hər hansı bir predmet aşkar edilməsə də, çuxurun ölçülərinə əsasən həmin yerin tapança silahının qazılıb basdırılması üçün əlverişli olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması zamanı, xidmət etmiş olduğu N nömrəli hərbi hissənin silah anbarından gizli yolla taladığı 0N ədəd Makarov tipli tapançanı, həmin silaha aid patronları yaşadığı Bərdə rayonunun Mustafaağalı kəndindəki evin həyətyanı sahəsinə gətirərək orada torpağa basdırıb gizlətməsi ilə bağlı 30 yanvar N0N3-cü il tarixdə verdiyi ifadəsindəki xüsusatları bir daha tam olaraq təsdiq etmiş və həmin tapançaları gizlətdiyi həyətyanı sahəni təqdim etmişdir. N nömrəli hərbi hissə komandirinə ünvanlanmış N6 aprel N0N1-ci il tarixli, 517N №-li raportdan görünür ki, hərbi hissənin silah anbarının yoxlanılması zamanı, həmin hərbi hissəyə məxsus KP N41, NP N9, NB N3N4, PC N335, EX N0, OE 6839, MP 533, PC 4505, LA 1633 P, LH 531N, EP 0484, NP N456, LK N166 və KO 4708 M №-li, ümumilikdə N (on dörd) ədəd N mm kalibrli «PM» markalı tapançaların yerində olmadığı aşkar edilmişdir. N nömrəli hərbi hissədən təqdim edilmiş arayışdan görünür ki, həmin hərbi hissədən talanmış N (on dörd) ədəd N mm kalibrli «PM» markalı tapançalar xidməti istifadə və atış üçün yararlı olmuşdur. N nömrəli hərbi hissədən təqdim edilmiş arayış-hesabatlardan görünür ki, hərbi hissəyə məxsus N mm kalibrli «PM» markalı tapançanın bir ədədinin qiyməti 1N0 (yüz iyirmi) manat, onun komplekt hissəsi olan patron darağının bir ədəd qiyməti 8 (səkkiz) manat, patronun bir ədədinin qiyməti 0.49 (qırx doqquz qəpik) manat təşkil edir. N nömrəli hərbi hissədən təqdim edilmiş arayışlardan görünür ki, hərbi hissəyə məxsus N (on dörd) ədəd N mm kalibrli «PM» markalı tapançanın hər birinin üzərində N ədəd patron darağı olmuş, 10 (on) ədəd tapançanın hər birinin üzərində isə patron darağı ilə yanaşı 08 (səkkiz) ədəd N mm kalibrli patron olmaqla ümumilikdə N mm kalibrli patron çatışmazlığı 80 (səksən) ədəd olmuş, talanmış tapança silahları xidməti istifadə və atış üçün yararlı olmuşdur. Tərtər hərbi prokurorluğunun xx.xx.N0NN-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissədə xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı hərbi hissənin silah və sursat anbarlarından N (on dörd) ədəd PM tipli tapançanın talanması faktına görə CM-nin N3N.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə-ballistik ekspertizasının N4 mart N0NN-ci il tarixli, NN/N56 R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş N (bir) ədəd KO-4708 M №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş N mm kalibrli, «PM» markalı, «Makarov» konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissələri hər hansı bir kustar üsul ilə dəyişiklərə məruz qalmamışdır. Təqdim edilmiş N (bir) ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli «Makarov» konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Təqdim edilmiş 08 (səkkiz) ədəd patronlar silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 0N ədədi 1977-ci, 06 ədədi 1988-ci illərdə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli «Makarov» («PM») və «Steçkin» («APS») konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdır. Həmin patronlardan 0N ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Məhkəmə-ballistik ekspertizasının N9 avqust N0NN-ci il tarixli, 3/1170,3/1171,3/117N №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş N (bir) ədəd silah 1985-ci ildə zavod üsulu ilə istehsal edilmiş, N mm kalibrli, NB N3N4 №-li, “Makarov” (PM) konstruskiyalı tapançadır - yivli odlu silahdır, saz vəziyyətdədir, istifadə, atəş açmaq üçün yararlıdır. Təqdim edilmiş 1 ədəd predmet 08 ədəd N mm kalibrli patron tutumuna malik olan, «Makarov» (PM) konstruksiyalı tapançalarda istifadə etmək üçün nəzərdə tutulmuş funksional əhəmiyyət daşımayan sandıqçadır, istifadəyə yararlıdır. 08 (səkkiz) ədəd patron N mm kalibrli, «Makarov» və avtomatik «Steçkin» konstruksiyalı tapançalarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulan, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Təqdim edilən 06 ədəd patron zavod üsulu ilə istehsal edilmiş 7.6N mm kalibrli olmaqla, həmin kalibrə malik «AKM», «AKMS» markalı avtomatlarda, «SKS» karabinində və s. uyğun kalibrli yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 aprel N0NN-ci il tarixli, 86N №-li və N1 fevral N0N3-cü il tarixli, 493, 494, 495 №-li ekspert rəylərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxsN hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxsN həmçinin onlara ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə onlar, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxsN onlara ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşlar. Onlar hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onların hərəkətləri Azərbaycan Respublikası CM-nin N1 və NN-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli, N79 №-li əmrindən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsN şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuş və hərbi hissənin 5-ci taborunun minaatan batareyasının N-ci tağımının 5-ci heyətinin baş tuşlayıcısı vəzifəsinə təyin edilərək əsgər hərbi rütbəsində xidmət etmişdir. N nöirəli hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli, 9 №-li əmrindən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsN şəxsi heyətin siyahısından çıxarılaraq tərxis olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsN xidmət yeri üzrə mənfi xarakterizə edilmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli, N79 №-li əmrindən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmiş və hərbi hissənin 5-ci taborunun minaatan batareyasının N-ci tağımının 5-ci heyətinin heyət nəfəri vəzifəsinə təyin edilərək əsgər hərbi rütbəsində xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli, 359 №-li əmrindən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 şəxsi heyətin siyahısından çıxarılaraq tərxis olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 xidmət yeri üzrə mənfi xarakterizə edilmişdir. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti tərəfindən verilmiş təşəkkürnamədən görünür ki, Təqsirləndirilən şəxs4 təhsil aldığı yeri üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab X16 rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin yüksək peşəkarlığı və döyüş əzmi ilə Ermənistan Respublikasının ölkəmizə qarşı N0N0-ci il sentyabrın N7-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli, N79 №-li əmrindən çıxarışdan görünü ki,həmin tarixdə Təqsirləndirilən şəxs1 şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmiş və hərbi hissənin 5-ci taborunun minaatan batareyasının idarəetmə tağımının kəşfiyyat manqasında məsafəölçən vəzifəsinə təyin edilərək əsgər hərbi rütbəsində xidmət etmişdir. N saylı hərbi hissə komandirinin N yanvar N0N1-ci il tarixli, 9 №-li əmrindən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 şəxsi heyətin siyahısından çıxarılaraq tərxis olunmuşdur. N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xidmət yeri üzrə mənfi xarakterizə edilmişdir. Bərdə ASAN xidmət qeydiyyat şöbəsinin xx.xx.NN9-cu il tarixli rəyindən görünür ki, X5 adının və soyadının Əşrəfzadə Əşrəfdən-Təqsirləndirilən şəxs3 dəyişdirilməsinə icazə verilmişdir. N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0NN-ci il tarixli 1590 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.N0N0-ci il tarixdə xx.xx.N0N0ci il tarixədək 44 günlük Vətən Müharibəsində N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli, N79 №-li əmrindən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmiş və hərbi hissənin 5-ci taborunun minaatan batareyasının N-ci tağımının 5-ci heyətinin heyət nəfəri vəzifəsinə təyin edilərək əsgər hərbi rütbəsində xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin 0N yanvar N0N1-ci il tarixli, N №-li əmrindən çıxarışdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 şəxsi heyətin siyahısından çıxarılaraq tərxis olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 xidmət yeri üzrə mənfi xarakterizə edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.N0NN-ci il tarixli 1963 nömrəli məktubundan görünür ki, KO-4708 nömrəli PM markalı tapança silahı döyüş əməliyyatları zamanı heç kimə təhvil verilməmişdir. N saylı hərbi hissənin silah anbar rəisi gizir Şahid1 N saylı hərbi hissənin Təhqiqat bölməsinə vermiş olduğu izahatında ona N ədəd PM tipli tapançaların hər hansı şəxs tərəfindən oğurlanması ilə bağlı verilmiş suala cavab olaraq silahların anbardan xx.xx.N0N0-ci il tarixdən sonra hər hansı şəxs tərəfindən götürülməsi ya da köçürülmə zamanı yəni xx.xx.N0N0-ci il tarixdən silahlar Evoğlu kəndindən İsmayılbəyli kəndinə köçürülən zaman tapançalar daşınarkən itmiş və ya götürülməsini bildirmişdir. DİN-nin xx.xx.N0NN-ci il tarixli 1NN nömrəli məktubundan görünür ki, LN-531N nömrəli PM tipli tapança silahı İlkin Əliyevdə aşkar edilmiş və barəsində CM-nin NN8.1-ci maddəsi ilə cinayət işi qaldırılmışdır. Milli Hidrometeorlogiya Xidmətindən verilmiş xx.xx.N0N4-cü il tarixli məktubdan görünür ki, Tərtər rayonun İsmayılbəyli kəndi ərazisində xx.xx.N0N0-ci il tarixdən N.1N N0N0-cı ıl tarixinə keçən gecə çiskin və yağış yağması,yağıntının miqdarı 0.8 mm olması, 05.1N N0N0-ci il tarixdən 06 1N.N0N0-ci il tarixinə keçən gecə çiskin və yağış, səhər saatlarında isə yağış yağması, yağıntının ümumi miqdarı N,8 mm olması, 07.1N N0N0-ci İl tarixdə səhər saatlarında çiskin yağması,yağıntının miqdarı 0,0 mm olması,xx.xx.N0N0-ci il tarixdə günün ikinci yarısı və gecə saatlarında çiskin yağış, yağıntının ümumi miqdarının 0,8 mm olması, 16 1N.N0N0-ci il tarixdən 17.1N N0N0-ci il tarixinə keçən gecə yağış yağması, yağıntının miqdarının 3.N mm olması, xx.xx.N0N0-ci il tarixdə gün ərzində və xx.xx.N0N0-ci it tarixinə keçən gecə yağış yağması, yağıntının ümumi miqdarının 6,N mm olması, xx.xx.N0N0-ci İl tarixdə çiskin və yağış yağması, yağıntının miqdarı N,N mm olması, N0N0-ci İlin dekabr ayı ərzində bəzi günlərdə Tərtər rayonunda hava şəraiti arabir yağıntılı keçməsi, duman müşahidə edilməsi, düşən yağıntının cəm miqdarı 17,0 mm-dək (aylıq normanın 1N%) qeydə alınmışdır. Cənub-Şərq istiqamətli küləyin maksimal sürəti isə xx.xx.N0N0-ci il tarixində arabir 18 m/san-dək güclənməsi qeyd olunmuş, həmiçinin xəbərdarlıq kimi xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərinin bəzi günlərində hava şəraitinin qeyri-sabit, keçəcəyi, arabir yağış yağacağı, ayrı- ayrı yerlərdə intensiv olacağı, Qərb küləyinin arabir güclənəcəyi, çaylarda sululuğun artacağı haqqında NsOl, N°0N, NeÖ3, Ne06 saylı xəbərdarlıq tərtib olunması və əlaqədar təşkilatlara göndərilməsi ilə bağlı ümumi məlumat verilmişdir. Bakı hərbi prokurorluğunun xx.xx.N0NN-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş 1 nömrəli fotocədvəldən görünür ki, baxışı keçirilən silah “Makarov PM” tipli tapançadır. Metal hissələrinin zağı və taxta hissələrinin lakı istismar nəticəsində nisbətən sürtülüb getmişdir. Silaha baxış keçirilərkən müəyyən edildi ki, tünd boz rəngli dəmir materialdandır. Silahın arxa qurtaracaq kənarından lüləsinin qurtaracaq hissəsinədək ümumi uzunluğu 161.5 sm, lüləsinin 93,5 sm, N9,4 sm, hündürlüyü 1N6 sm-dir. Nişangahı çıxarıla biləndir və açıqdır. Silahın sol tərəfində, lülə hissəsində nömrəsini bildirən “İ/İ3 N3N4” hərfləri və rəqəmləri həkk olunmuşdur. Silahın çaxmağı öz yerindədir. Metal sünbə lülənin altına bərkidilmiş vəziyyətdədir. Arpacıq «n» hərfli cizginin üzərindədir. Qeyd edilən silahın səthi təmizdir, üzərində zədə yoxdur. Qoruyucusu bağlı vəziyyətdədir. Silahın əl tutacaq hissəsi qırmızımtıl rəngli plastmas materialdan hazırlanmışdır. Silaha baxış keçirilərkən təhlükəsizlik baxımından patron yuvasında patron olub-olmamasının yoxlanılması məqsədi ilə açıq havada silahın lüləsini havaya tərəf istiqamətləndirib qoruyucusu açılaraq tək-tək rejimə qoyuldu, ardınca çaxmaq çərçivəsi çəkilərək bir dəfə tətiyə basdıqdan sonra silah boşaldılaraq qoruyucusu bağlanmış, qeyd olunan silah müvafiq qaydada qablaşdırılmışdır. Baxışı keçirilən sursat “RQD-5” tipli əl qumbarasının gövdəsidir. Əl qumbarasının gövdəsi metaldandır rəngi isə xakidir. Əl qumbarasının diametri 56,8 m-dir. Qeyd edilən əl qumbarasının səthi təmizdir, üzərində zədə yoxdur. Əl qumbarasının fitili (alışdırıcısı) və partladıcısı üzərində deyildir. Qeyd olunan sursat müvafiq qaydada qablaşdırılmışdır. Baxış keçirilən patron darağı dəmir konstruksiyalıdır, düz formalıdır və üzəri dəmir metaldandır. Rəngi tünd bozdur, səthi təmizdir, üzərində zədə yoxdur. Qeyd olunan sursat müvafiq qaydada qablaşdırılmışdır. Baxış keçirilən Makarov PM” tipli tapançaya məxsus 8 ədəd güllə, uzunluğu N4.8 mm, diametri 9.N7 mm olan dib hissəsində istehsal edildikləri zavodun şifrəsini (şərti nömrəsini) və onların istehsal edildikləri ilin son iki rəqəmini bildirən zavod üsulu ilə müxtəlif rəqəmlər həkk olunmuşdur. Həmin güllələrə təbii işıq altında vizual baxışı zamanı müəyyən olundu ki, səthi qəhvəyimtil rəngdədir. Patronlar darağa doldurulduqdan sonra daraq müvafiq qaydada qablaşdırılmışdır. Baxış keçirilən 6 ədəd 7.6N- mm kalibrli patronlarındır. Həmin patronların təbii işıq altında vizual baxışı zamanı müəyyən olundu ki, səthləri qızılı-qəhvəyimtil rəngdə olmaqla, metaldan hazırlanmış “butulka” formalı gilizlərdən və orta hissələri silindrik, uc hissələri sivri formada, metal örtüklü güllələrdən ibarətdirlər. Patronların uzunluğu 55 mm, gilizlərinin uzunluğu 38 mm-dir, diametri 10 mm olan dib hissəsində istehsal edildikləri zavodun şifrəsini şərti nömrəsini) və onların istehsal edildikləri ilin son iki rəqəmini bildirən rəqəmlər həkk olunmuşdur. Güllələrin aparıcı hissələrinin diametri 7,6N mm-dir. Bundan sonra güllələr müvafiq qaydada qablaşdırılmışdır. Baxış keçirilən bıçaq açılıb-qatlanandır və iki hissədən ibarətdir və üzərində olan lent qırmızı rənglidir. Dəstək və sivri hissə.Bıçağın tutacaq hissəsində əl-barmaq izləri mövcuddur. Bıçağın sivri hissəsi gümüşü rənglidir, lakin bıçağın dəstək hissəsi isə tünd qəhvəyimtil 'ənglidir. Bıçağın səthi təmizdir, üzərində zədə yoxdur. Qeyd olunan bıçaq və lent müvafiq oaydada qablaşdırılaraq götürülmüşdür. Baxış keçirilən 3 (üç) ədəd sursat çantasının N ədədi xaki rəngli və 1 ədədi qara rənglidir. Səthləri təmizdir və üzərlərində zədə yoxdur. Qara rəngli sursat çantasının üzərində erməni hərfləri və rəqəmləri yazılmışdır.Bununla da baxış sona çatmış, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunu N3 fevral N0N3-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirilən ŞahidN sual verilərək Təqsirləndirilən şəxs4 ilə bağlı göstərdiklərini təsdiq etməsi və ifadələrində bu barədə göstərdiklərini onun üzünə qarşı deyə bilməsi ilə bağlı suala üzləşdirilən ŞahidN cavab verərək göstərmişdir ki,o, ifadəsində Təqsirləndirilən şəxs4 ilə bağlı göstərdiklərini təsdiq edərək bildirmək istəyir ki, N nömrəli hərbi hissədə xidmətdə olarkən, N0N0-ci ilin təxminən dekabr ayının ortalarında günorta saat 13-N radələrində qulluq etdiyi taborun yataqxanasında olarkən həmin vaxt Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 (Əşrəf Əşrəfzadə) ona yaxınlaşmılar,Təqsirləndirilən şəxsN ona Əşrəf Əşrəfzadə və Təqsirləndirilən şəxs1la birlikdə hərbi hissənin silah anbarına gedəcəklərini söyləmiş və orada təmizlik işləri görəcəkləri vaxt silah anbarından tapança silahı götürmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxsN həmin vaxt ondan xahiş etmişdir ki, onlarla birlikdə silah anbarına getsin. Aralarında olan həmin söhbət vaxtı, Təqsirləndirilən şəxs1 yataqxananın qapısının qarşısında siqaret çəkmiş və onları eşitmiş, Təqsirləndirilən şəxs4 də, söhbət zamanı sonradan onlara qoşulmuşdur. Aralarında olan söhbətdən sonra onların təklifi ilə razılaşmışlar və Təqsirləndirilən şəxsN anbarın qapısında gözləməsini Əşrəf Əşrəfzadəyə, yəni Təqsirləndirilən şəxs3 tapşırmış və gəlib-gedənə nəzarət etməsini bildirmişdir. Danışığa uyğun olaraq Təqsirləndirilən şəxs1 anbar rəisi olan adını xatırlamadığı gizirin başını qatmalı olmuşdur. Təqsirləndirilən şəxsN isə tapança götürülən vaxt ona yanında olmağı tapşırmışdır. Yataqxanadan çıxıb Təqsirləndirilən şəxsN, Əşrəf Əşrəfzadə və Təqsirləndirilən şəxs4 ilə anbara doğru getdikdə Təqsirləndirilən şəxs1 da onlara qoşulmuşdur.Onlar birlikdə anbara gedərkən, o da, özü üçün anbardan silah, yəni tapança götürmək istədiyini bildirmişdir. Adlarını göstərdiyi şəxslər isə onu bu fikrindən daşındırmışlar.O da silah götürəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağını düşünərək silah götürmək fikrindən daşınmışlar. Onu da, qeyd edir ki, o, bundan əvvəl həmin silah anbarına getməmiş,lakin, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 (Əşrəf Əşrəfzadə), Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1 həmin anbarda təmizlik işləri üçün ayrılmışlar və ondan əvvəl bir neçə dəfə oraya gedib gəlmişlər. Təqsirləndirilən şəxs1 anbar rəisi olan, adını xatırlamadığı gizirlə münasibəti olmuş,onlar anbara çatdıqda Təqsirləndirilən şəxs1 qapının yanında olan anbar rəisindən icazə istəmişdir ki, təmizlik zamanı onlara kömək etsin.Adını xatırlamadığı anbar rəisi də, buna icazə vermiş və anbarın qapısını açıb içəri daxil olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs4 artıq onlarla olmamış, harasa getmişdir. İçəridə olarkən bir müddət təmizlik işləri ilə məşğul olmuş, anbarın damının bir hissəsi açıq olmuş və tentlə örtülmüşdür. Yağış yağdığı üçün həmin hissədən su dammışdır. Bu zaman Təqsirləndirilən şəxs1 gizirlə birlikdə həmin yerə doğru gedib damda olan tenti düzəltməyə başlamışlar. Təqsirləndirilən şəxs1 orada olarkən gizirin başını qatmış, Əşrəf Əşrəfzadə isə qapıdan biraz aralıda durub başqa şəxslərin oraya gəlib-getməsini nəzarətdə saxlamışdır.O, isə anbarın qapısına yaxın yerdə dayanmışdır. Lakin, hamısı bir-birinə yaxın olmuşlar. Bu vaxt Təqsirləndirilən şəxsN qapıya yaxın yerdə, təxminən N-3 metr məsafədə N ədəd üst-üstə qoyulmuş sandıqlardan üstdəkini açmış və həmin sandığın içərisinin boş olduğunu görmüş, bundan sonra, sandığı yerə qoyub altdakı digər dəmir sandığı çəkmiş, həmin sandığın üzərində qıfıl olmuşdur. Təqsirləndirilən şəxsN yerdən tapdığı xırda dəmir parçası ilə sandığın qıfılını qırmış və sandığı açıb içərisinə baxmışdır. Sandıq açıldıqda içərisində tapançaların olmasın görmüşdür. Təqsirləndirilən şəxsN həmin tapançalardan N ədədini götürmüş və götürdüyü tapançaların köhnə və baxımsız olduğunu görmüşdür. Həmin N ədəd tapançanı bəyənmədiyi üçün həmin silahları yerinə qaytarıb qoymuş və oradan 3 ədəd yaxşı vəziyyətdə olan tapança götürmüşdür. Onun götürdüyü həmin tapançaların üzərində patron daraqları da olmuş,amma həmin patron daraqlarının patronla dolu olub-olmadığını görməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxsN götürdüyü 3 ədəd “Makarov” tipli tapançanı arxası tərəfdən belinə taxmış və üzərində olan buşlatın, əsgər gödəkcəsinin ətəkləri ilə silahların üstünü örtmüşdür. O, silahlar götürəndən sonra sandığı yerinə çəkmiş və boş sandığın üzərinə qoyub anbardan bayıra çıxmışdır.Təqsirləndirilən şəxsN anbardan çıxandan sonra, o da, onunla çıxmışdır. Təqsirləndirilən şəxs1la Əşrəf Əşrəfzadə isə orada qalmışlar. Təqsirləndirilən şəxs4 isə harada olmasına və nə etməsinə fikir verməmişdir. O, isə Təqsirləndirilən şəxsNla birlikdə əsgər yataqxanasına getmişdir. Yataqxanada olanda Təqsirləndirilən şəxsN yanından ayrılmış və onun silahları nə etdiyini görməmişdir. Həmin gün təxminən saat 16-17 radələrində əsgər yataqxanasında Əşrəf Əşrəfzadə və Təqsirləndirilən şəxsNla Əşrəfin yatağının ətrafında söhbət etmişlər. Həmin vaxt Əşrəf Əşrəfzadə öz yatağının üzərindəki balışı qaldırmış və ona balışın altında saxladığı 1 ədəd “makarov” tipli tapançanı göstərmişdir. O, Təqsirləndirilən şəxs3 (Əşrəf Əşrəfzadə) oradan neçə silah götürdüyünü bilməsə də, sonuncu ona konkret olaraq 1 ədəd tapançanı göstərmişdir. Həmin söhbət vaxtı, Təqsirləndirilən şəxsN və Əşrəf Əşrəfzadə silah anbarından Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 da, hərəsinin 1 ədəd “makarov” tipli tapança götürdüyü barədə ona məlumat vermişlər. Onlara bildirmişdir ki, götürdükləri silahlara görə zibilə düşəcəklər və təklif etmişdir ki, silahları yerinə qaytarsınlar. Onlar isə bu məsələyə qarışmamağını bildirmişlər və özlərinə cavabdeh olduqlarını demişlər. O da onlara qarışmamışdır. Söhbətləri zamanı Təqsirləndirilən şəxsN ona qıfıl almağı xahiş etmiş,o da növbəti gün hərbi hissənin yerləşdiyi Tərtər rayonu, İsmayılbəyli kəndinin yaxınlığındakı Evoğlu kəndində gedib oradan 1 ədəd ağ rəngli yeni qıfıl almış, yeni aldığı qıfılın yanında 3 dənə də, açarı olmuşdur. O, qıfılı olduğu kimi gətirib Təqsirləndirilən şəxsN vermişdir. Bundan sonra, onun qıfılı nə etdiyindən xəbəri olmamışdır. Üzləşdirilən Təqsirləndirilən şəxs4 ŞahidN ifadəsində göstərilənlər barədə nə deyə bilməsi ilə bağlı suala üzləşdirilən Təqsirləndirilən şəxs4 cavabında göstərmişdir ki, o, ŞahidN dediklərini eşitmiş,bu barədə onu deyə bilər ki, silah anbarından tapança oğurlamaqla Təqsirləndirilən şəxs3 (Əşrəf Əşrəfzadə), Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs1la onun arasında heç bir söhbət olmamış, ŞahidN həmin söhbətdə onun olmağını səhv qeyd etmişdir. Xahiş edir ki, ŞahidN adları qeyd olunan şəxslərin anbardan silah oğurlamaqla bağlı söhbəti zamanı ona oğurluq vaxtı hansı işin görməli olduğunu, tapşırıldığını qeyd etsin və onun həmin vaxt nə dediyini bildirsin. Üzləşdirilən ŞahidN həmin suala cavab verərək göstərmişdir ki, bildirdiyi kimi silah anbarından tapança oğurlamaqla bağlı Təqsirləndirilən şəxs3 (Əşrəf Əşrəfzadə) ilə, Təqsirləndirilən şəxsNla və Təqsirləndirilən şəxs1la silah anbarından tapança oğurlanan zaman kimin hansı işi görəcəyi ilə bağlı söhbət edərkən, Təqsirləndirilən şəxs4 həmin söhbətin gedişində onlara qoşulmuş və sonra anbara getmişdir. Lakin, Təqsirləndirilən şəxs4 tapança oğurluğu vaxtı hansı işi görməsinin tapşırılmasını və onun bu söhbət vaxtı nə danışmasını, tapança oğurlamaqla bağlı razılığa hansı münasibət bildirməsini xatırlamamışdır. Üzləşdirilən ŞahidN sual verilərək Təqsirləndirilən şəxs4 ifadəsində göstərdikləri barədə nə deyə bilməsi soruşulduqda, ŞahidN bu suala cavab verərək göstərmişdir ki, şahid Təqsirləndirilən şəxs4 dediklərini eşitmiş, o, silah anbarından tapança oğurlamaqla bağlı, onunla, Təqsirləndirilən şəxs3 (Əşrəf Əşrəfzadə) ilə Təqsirləndirilən şəxsNla və Təqsirləndirilən şəxs1la razılaşmış, sonra anbara getmişdir.Lakin, o, anbara Təqsirləndirilən şəxsNla birlikdə daxil olduqdan sonra, Təqsirləndirilən şəxs4 harada olmasını və nə etməsini görməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaqa verdiyi xx.xx.N0N3-cü və xx.xx.N0N3cü il tarixli ifadələrində göstərmişdir ki, N nömrəli hərbi hissədə xidmət etdi zaman İsmayılbəyli kəndinin meşəsində 1 ədəd Makarov markalı tapanca, 1 ədəd patron darağı və 8 ədəd patron taparaq düşmənə aid olduğunu zənn edib götürmüş və həmin silahsursatı ordu sıralarından ehtiyata buraxıldıqdan sonra yaşadığı Bakı şəhərinə gətirərək binanın damında çənin altında gizlətməklə saxlamışdır. N3 mart N0NN-ci il tarixdə Bakı şəhərinin ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş, həmin vaxt üzərində silah olmamışdır. Polis əməkdaşları ondan silah haqda soruşduqda, tapancanın evdə olduğunu dediyindən, polis əməkdaşları onun evinə gedib silahı götürmüşlər. Polis bölməsində ona elektroşok tətbiq edildiyindən, həmin silahın güya onun üzərində aşkar edildiyi haqda protokola imza etmişdir. O, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs3lə N nömrəli hərbi hissənin anbarından silah talamamışdır və bu haqda sövdələşmələri olmamışdır. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs4 anbardan tapanca götürməsi haqda Təqsirləndirilən şəxs3 məlumat verdikdə, o, bunu eşitmişdir. Tərxis olunduqdan sonra Təqsirləndirilən şəxs4 ilə Memar Əcəmidə görüşərək sonuncuda silaha baxmaq üçün silahı istəyib, lakin Təqsirləndirilən şəxs4 ona silahı daraqsız götürdüyünü deyərək, silahı göstərməyib. Bundan başqa göstərmişdir ki, Təqsirləndirilən şəxs4 silah olduğunu eşitdikdən sonra, ŞahidN, onlar silah anbarında olduqları zaman kiminsə silah götürməsini görüb-görmədiyini soruşmuş, ŞahidN də cavabında, Təqsirləndirilən şəxs4 yox, lakin Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 silah götürdüyünü gördüyünü demişdir. O, bu haqda Təqsirləndirilən şəxsN soruşmuş, lakin sonuncu ona, anbardan silah götürmədiyini və ŞahidN yalan danışdığını demişdir. O, ŞahidN anbardan kimin silah götürdüyünü soruşmasının səbəbini, onların silahları anbara təhvil verərkən ŞahidN də anbarda olduğu ilə izah etmişdir. Bundan əlavə qeyd etmişdir ki, silahlar təhvil verilərkən o, gizirlə damda tend düzəltmiş, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və ŞahidN də orada olmuş, o, anbardan çıxdıqdan sonra ŞahidN anbarda qalmışdır. Daha sonra göstərmişdir ki, ŞahidNlə anbara getməyib. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadələri elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində ibtidai istintaqa verdiyi 11 və 19 avqust N0NN-ci il tarixli ifadələrində törətdiyi cinayəti tam etiraf edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 «Vətən Müharibəsi» zamanı N0N0-ci ilin sentyabr ayının sonlarında səfərbərliklə əlaqədar hərbi xidmətə çağırıldıqdan sonra N nömrəli hərbi hissədə tanımış, onların hər biri ilə münasibətləri xidməti olmaqla aralarında hər hansı qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Həmin hərbi hissədə hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxsN həmin hərbi hissənin silah anbarındakı silah saxlanılan qutunun qıfılını qırıb içərisinə baxmağı təklif etmişdir. Həmin vaxt onlarla birlikdə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 də yanlarında olmuşdur. Daha sonra, Təqsirləndirilən şəxsN əli ilə qıfılı qırmış və qutunun içində «Makarov» tipli tapançaların olduğunu gördükdən sonra həmin qutudan 3 ədəd tapança silah və həmin silahlara aid dolu daraqlar, Təqsirləndirilən şəxs3 həmin qutudan biri dostu, biri isə özü üçün olmaqla N ədəd tapança və həmin tapançalara aid dolu daraqlar, Təqsirləndirilən şəxs4 isə 1 ədəd tapança və patronla dolu daraq götürmüş, onların ardınca özü də həmin qutudan 1 ədəd tapança və içərisində 8 ədəd patron olan daraq götürmüşdür. Tapançaları və patronları götürdükdən sonra törətdikləri cinayəti ört-basdır etmək məqsədi ilə Təqsirləndirilən şəxsN həmin vaxt onlarla birlikdə xidmət edən əsgər ŞahidN yeni qıfıl almasını xahiş etmişdir. ŞahidN onlarla anbarda olmuş və hadisədən məlumatlı olmuş, həmin vaxt sonuncu da qutudan silah götürmək istəsə də, o, ŞahidN bu fikirindən daşındırmışdır. Bundan sonra ŞahidN 1 ədəd qıfıl alıb həmin qıfılı Təqsirləndirilən şəxsN vermiş, sonuncu da həmin qıfılı sındırdığı qıfılın yerinə silah yeşiyinin üzərinə bağlamışdır. Onlar tapançaları və patronla dolu daraqları götürdükdən sonra Təqsirləndirilən şəxsN əvvəllər tanımadığı və adını xatırlamadığı dostu hərbi hissəyə gəlmiş və həmin vaxt Təqsirləndirilən şəxsN onun, eləcə də özünün götürdükləri ümumilikdə 4 ədəd tapançaları və patronla dolu daraqları həmin dostuna vermiş, Təqsirləndirilən şəxs3 götürdüyü tapançaları adını bilmədiyi dostu vasitəsi ilə hərbi hissədən çıxarmış, Təqsirləndirilən şəxs4 isə götürdüyü tapançanı özündə saxlamış və sonradan tərxis olunduğu zaman öz çantasında hərbi hissədən çıxardaraq evinə aparmışdır. Bundan sonra o, N0N0-ci ilin dekabr ayında Təqsirləndirilən şəxsNla birlikdə sonuncunun yaşadığı Bərdə rayonuna getmiş və orada İ.A.İsgəndərovun Tofiq adlı dostu ilə görüşərək birlikdə həmin vaxt onun Bərdə rayonunda yaşayan «Xaxol» adı ilə çağırdıqları dostunun evinə getmişlər. Həmin evdə o, bir gecə Tofiq adlı şəxslə və Təqsirləndirilən şəxsNla birlikdə qalmış, qonaqlıq məclisində iştirak etmiş və həmin məclisdə onlar hərbi hissədən taladıqları tapançaları masanın üzərinə qoyub birlikdə şəkil çəkdirmişlər. N0N1-ci ilin yanvar ayının əvvəllərində o, hərbi xidmətdən tərxis olunmuş və Təqsirləndirilən şəxsNla birlikdə onun yaşadığı Bərdə rayonundakı evlərində getmiş və ondan saxlaması üçün verdiyi tapançanı üzərindəki patron darağında olan patronlarla birlikdə almış, həmin vaxt Təqsirləndirilən şəxsN da silah anbarından özü üçün götürdüyü tapançaları və patronla dolu daraqları götürərək, onlar birlikdə Bakı şəhərinə getmişlər. Həmin gün saat N1 radələrində o, kirayədə yaşadığı ünvan 4 ünvanına getmiş və taladığı 1 ədəd «Makarov» markalı tapançanı və içərisində 8 ədəd patron olan 1 ədəd darağı yaşadığı binanın damında olan köhnə dəmir su çəninin arxasında gizlətmişdir. N0NN-ci ildən etibarən maddi vəziyyəti yaxşı olmadığından o, tapancanı sataraq pul qazanmaq qərarına gəlmiş, çünki Təqsirləndirilən şəxsN aralarındakı söhbət zamanı ona, özündə olan tapança silahları daraqları ilə birlikdə Tofiq adlı dostu vasitəsi ilə bir ədədini 800 manat pula satdığını demiş, lakin konkret olaraq kimə satdığını bildirməmişdir. O, həmçinin Təqsirləndirilən şəxs3 də hərbi hissədən taladığı tapançaları satdığını eşitmiş, lakin bu barədə daha konkret heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs4 isə taladığı tapancanı evində saxladığını bilirmiş. Buna görə də o, N3 mart N0NN-ci il tarixdə yaşadığı binanın damındakı köhnə dəmir su çəninin arxasında gizlətməklə saxladığı 1 ədəd «Makarov» tipli tapançanı içərisində 8 ədəd patronu olan daraqla birlikdə götürüb üzərində gəzdirmiş və həmin silahsursatı satmaq üçün qabaqcadan bu barədə məlumat verdiyi Tofiq adlı tanışının Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki dediyi yerə aparmış, lakin elə həmin gün saat 19 radələrində həmin yerdə mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq həmin rayonun polis idarəsinə aparılmış və orada üzərinə şəxsi baxış keçirilərkən taladığı silah-sursat aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.N0NN-ci il tarixdə Təqsirləndirilən şəxsNla üzləşərkən ifadəsində göstərmişdir ki, o, N0N0 dekabr ayında anbarda damını anbar rəisi olan gizirlə düzəldərkən ŞahidNlə Təqsirləndirilən şəxsN aşağıda olduğunu görüb, Təqsirləndirilən şəxs3 isə qapıda gözləyib. Təqsirləndirilən şəxsN yeşiyin içindən 1 tapanca götürüb gedib. Həmin yeşiyin qıfılı qırıq olduğundan o da 1 tapanca götürüb gedib. Həmin axşam o, Təqsirləndirilən şəxsN məsləhət istəyib silahla bağlı, sonuncu da, silahı tanışı ilə göndərəcəyini deyib. Həmin axşam NBM-ə Təqsirləndirilən şəxsN tanışı gəlib, o və Təqsirləndirilən şəxsN öz silahlarını bir torbada həmin adama vermişlər. Səhərisi gün Təqsirləndirilən şəxsN ŞahidN qıfıl almasını xahiş etmiş, sonuncu qıfılı almış, o, ŞahidN meşədə gözləmiş, lakin qıfılı Təqsirləndirilən şəxsN verdiyini görməmişdir. Bir müddət sonra onun silahını Təqsirləndirilən şəxsN dostu Tofiq götürmüş, sonra o, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Tofiq adlı şəxs Bərdə rayonunda “Xaxolun” evində olarkən Tofiq onun silahı ilə şəkil çəkdirib silahı ona vermiş, o da silahı Təqsirləndirilən şəxsN evinə aparmış, daha sonra silahı Təqsirləndirilən şəxsN götürüb Bakıya gətirmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaqa verdiyi xx.xx.N0NN-ci, xx.xx.N0N3-cü və xx.xx.N0N3-cü il tarixli ifadələrində və məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən N0N0-ci ilin dekabr ayının əvvəllərində həmin hərbi hissənin silah anbarından açıq yeşikdən N ədəd «Makarov» tipli tapançanı gizli yolla götürüb təxminən 1 saat müddətində üzərində gəzdirsə də, həmin silahın düşmənə məxsus olmadığını bildikdən sonra qaytarıb yerinə qoymuş, bu haqda heç kimə deməmiş, bundan başqa heç bir silah və ya sursat götürməmiş, digər şəxslərlə əlbir olaraq hər hansı silah-sursat talamamışdır. Həmçinin göstərmişdir ki, o, anbardan tapancanı Ramiq Əsgərov əsgər yataqxanasında ona, anbardan tapanca talaması haqda məlumat verdikdən və sonuncu ordu sıralarından tərxis olunduqdan sonra götürmüşdür. Ramiq Əsgərov həmin məlumatı ona dedikdə yanlarında heç kim olmamış, asta səslə danışdıqlarından heç kim eşitməmiş, çünki həmin vaxt hamı yatmışdır. Təqsirləndirilən şəxs3 xx.xx.N0N4-cü il tarixdə keçirilən məhkəmə iclasında isə göstərmişdir ki, anbardan N ədəd tapanca götürərək 1 saat sonra anbara qaytarmışdır.Lakin Təqsirləndirilən şəxs3 ibtidai istintaqa verdiyi 30 yanvar N0N3-cü il tarixli ifadəsində etiraf etmişdir ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 «Vətən Müharibəsi» zamanı N0N0-ci ilin sentyabr ayının sonlarında səfərbərliklə əlaqədar hərbi xidmətə çağırıldıqdan sonra N nömrəli hərbi hissədə tanımış, onların hər biri ilə münasibətləri xidməti olmaqla aralarında hər hansı qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Həmin hərbi hissədə hərbi xidmətdə olarkən o, N0N0-ci ilin dekabr ayında əsgərlər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1la birlikdə xdmət etdikləri N nömrəli hərbi hissənin silah anbarında oraya gətirilmiş silahların yerbəyer edilməsi işi ilə məşğul olmuşdur. Həmin vaxt həmin əsgərlər, yəni Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 birlikdə silah anbarından tapança götürmək barədə danışaraq razılaşmış, özü də həmin əsgərlərlə birlikdə anbardan tapança götürmərə razılıq vermiş və bu məqsədlə də silah otağında işlədikləri vaxt silah yeşiyinin üzərində olan qıfıllı həmin əsgərlərdən biri açmışdır. Silah yeşiyinin qapağını açdıqdan sonra onlar yeşiyin içərisində çoxlu sayda «Makarov» tipli tapançaların olduğunu görmüşlər. Həmin vaxt o, həmin yeşikdən 0N ədəd «Makarov» tipli tapança, eləcə də həmin tapançaya aid patronlarla dolu 0N ədəd daraq götürmüş və onları əynindəki gödəkcəsinin cibində gizlətmişdir. Həmçinin qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1la birlikdə hər birinin silah anbarından tapança və patronla dolu daraq götürməklə bağlı əvvəlcədən razılığa gəldiklərinə görə, onların həmin vaxt gizli yolla tapança götürəcəklərini bilmiş və buna görə də, özü üçün tapanaça götürdükdən sonra, silah otağından çıxdığından onların hər birinin oradan neçə ədəd tapança və patronla dolu daraq götürdüklərinə fikir verməmiş, hadisədən sonra da onlardan silah anbarından götürdükəri silahları nə etmələri barədə soruşmamışdır. Özü isə silah otağından götürdüyü 0N ədəd tapançanı və patronla dolu daraqları hərbi hissəyə apararaq əsgər yataqxanasında gizlətmiş, tərxis olunduqdan sonra onları yaşadığı Bərdə rayonunun Mustafaağalı kəndinə aparmış və orada olan evinin həyatyanı sahəsində yerə basdırmaqla gizlətmiş, törətdiyi cinayət əməllərindən peşmandır. Təqsirləndirilən şəxs3 həmin ifadəsinə, N ədəd tapancanın yaşadığı evinin həyatyanı sahəsində basdırdığı yerin sxemini də əlavə etmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.N0N3-cü il tarixdə keçirilən ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, o, xidmət etmiş olduğu N nömrəli hərbi hissənin silah anbarından gizli yolla taladığı 0N ədəd Makarov tipli tapançanı, həmin silaha aid patronları yaşadığı Bərdə rayonunun Mustafaağalı kəndindəki evin həyətyanı sahəsinə gətirərək orada torpağa basdırıb gizlətməsi ilə bağlı 30 yanvar N0N3-cü il tarixdə verdiyi ifadəsindəki xüsusatları bir daha tam olaraq təsdiq edərək həmin tapançaları gizlətdiyi həyətyanı sahəni təqdim etmiş, lakin həmin sahənin harasında gizlətdiyini unutduğunu bildirmişdir. «Axtarış aparılması» haqqında 04 fevral N0N3-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 yaşadığı Bərdə rayonunun Mustafaağalı kəndindəki evin həyətyanı sahəsində aparılan axtarış zamanı, orada olan ağaclıq sahədə köhnə qazıntı yeri aşkar edilmiş və qeyd edilən həmin çuxurda hər hansı bir predmet aşkar edilməsə də, çuxurun ölçülərinə əsasən həmin yerin tapança silahının qazılıb basdırılması üçün əlverişli olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs4 ibtidai istintaqa verdiyi xx.xx.N0N3-cü və xx.xx.N0N3-cü il tarixli ifadələrində göstərmişdir ki, istintaq orqanı tərəfindən yaşadığı evdə aparılmış axtarış zamanı aşkar edilərək götürülmüş N ədəd «Makarov» tipli tapançanı, üzərində 08 ədəd patron olan N ədəd patron darağını və 06 ədəd avtomat silaha aid patronu o, N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən N0N0-ci ilin dekabr ayında həmin hərbi hissənin silah anbarının yerləşdiyi ərazidə silah-sursatın anbarlara yığılması işinə cəlb olunduğu vaxt orada olmuş «Maz» markalı hərbi avtomobilin yük yerindən tək olaraq gizli yolla götürmüş, daha sonra hərbi xidmətdən tərxis olunduqdan sonra evlərinə gətirib kimsəyə bu barədə məlumat vermədən orada gizlətməklə saxlamış, həmin cinayət əməlinin törədilməsində digər şəxslərin hər hansı iştirakı olmamışdır. Təqsirləndirilən şəxs4 şübhəli şəxs kimi ibtidai istintaqa verdiyi 13 avqust N0NN-ci il tarixli ifadəsində göstərmişdir ki,o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN, X3 tanıdığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 «Vətən Müharibəsi» zamanı N0N0-ci ilin sentyabr ayının sonlarında səfərbərliklə əlaqədar hərbi xidmətə çağırıldıqdan sonra N nömrəli hərbi hissədə tanımış, onların hər biri ilə münasibətləri xidməti olmaqla aralarında hər hansı qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, N nömrəli hərbi hissənin 5-ci taborununun minaatan batareyasının N-ci tağımında heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının ortalarında əsgərlər Təqsirləndirilən şəxsN, həmin vaxt X3 tanıdığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə hərbi hissənin Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən silah anbarında təmizlik işlərinin aparılması işinə ayrılmışdır. Həmin gün əsgər Təqsirləndirilən şəxsN onlara silah anbarında olan kub formasındakı silah saxlanılan qutunun qıfılını qırıb içinə baxmağı təklif etmiş və əli ilə rahatlıqla həmin qıfılı qırdıqda o, qutuda «Makarov» tipli tapançaların olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsN həmin qutudan 03 ədəd «Makarov» tipli tapança və patronlarla dolu 03 ədəd darağı, Təqsirləndirilən şəxs3 0N ədəd «Makarov» tipli tapança və 0N ədəd patronla dolu darağı, Təqsirləndirilən şəxs1 N ədəd «Makarov» tipli tapança və patronla dolu N ədəd darağı, o isə qeyd edilən qutudan özü üçün N ədəd «Makarov» tipli tapança və həmin tapançaya aid, içərisində 08 ədəd patron olan N ədəd daraq götürmüşdür. Təqsirləndirilən şəxsNla Təqsirləndirilən şəxs3 götürdükləri tapançalardan dostlarına verməyi planlaşdırmış, lakin o, həmin dostlarının kimliyini bilməmişdir. Həmçinin etiraf etmişdir ki, həmin vaxt o, qeyd edilən tapança və patronla dolu daraqla bərabər, özü üçün silah anbarından «RQD-5» tipli əl qumbarasının özəyini və 06 ədəd döyüşə yararlı «Kalaşnikov» markalı avtomatın patronunu götürmüş, həmin silahı və döyüş sursatlarını özünə məxsus hərbi təyinatlı çantasında gizlətmişdir. Həmin vaxt onun qumbara özəyini və avtomat silahın patronlarını götürməsi barədə digər əsgərlərin, yəni Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məlumatı olmamışdır. N0N0-ci ilin dekabr ayında o, ordu sıralarından ehtiyata buraxılmış və həmin vaxt çantasında gizlətməklə saxladığı silah-sursatları, yəni N ədəd «Makarov» tipli tapançanı, həmin tapançaya aid içərisində 08 ədəd patron olan darağı, «RQD-5» tipli əl qumbarasının özəyini və 06 ədəd avtomat silahın patronlarını özü ilə götürüb yaşadığı Bərdə rayonunun Soğanverdilər kəndindəki evinə aparmış, həmin evdə valideynlərinin xəbəri olmadan həmin silah-sursatları otağındakı özünə məxsus seyfdə gizlətməklə saxlamış, onları təhvil verməmişdir. 0N fevral N0N1-ci il tarixdə o, Bakı şəhərinə getmiş və orada müxtəlif işlərlə məşğul olmuşdur. 13 avqust N0NN-ci il tarixdə onun yaşadığı Bərdə rayonunun Soğanverdilər kəndindəki evlərində axtarış aparılmış və yuxarıda qey edilən silah sursat aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə peşmandır. Təqsirləndirilən şəxs4 təqsirləndirilən şəxs qismində ibtidai istintaqa verdiyi 15 avqust N0NN-ci il tarixli ifadəsində göstərmişdir ki, xx.xx.N0NN-ci il tarixdə polis şöbəsinə dəvət olunaraq silah və sursat haqda soruşulmuş, o da anbardan götürdüyü silah və sursatların Bərdə rayonunda evdə saxladığını demişdir. Silah və sursatları könüllü təhvil vermək fikri olmamışdır. Həmçinin qeyd etmişdir ki, ordu sıralarından tərxis olunduqdan sonra İbadət adlı tanışlarının toyunda İbrahim İsgəndərovla söhbət edərək, sonuncu ona, anbardan götürdüyü silahları rədd etdiyini demişdir. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı xx.xx.N0NN-ci il tarixdə Təqsirləndirilən şəxsNla üzləşərkən, ordu sıralarından tərxis olunduqdan sonra İbrahim İsgəndərovun ona, anbardan götürdüyü silahları “rədd” etdiyini dediyini bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş ŞahidN 15 avqust N0NN-ci il tarixli dindirmə protokolunda göstərmişdir ki, N0N0-ci ilin dekabr ayının axırlarında saat günorta radələrində, kazarmada olarkən Əşrəf Əşrəfzadə (Təqsirləndirilən şəxs3), bir də Təqsirləndirilən şəxsN ona yaxınlaşmış, anbardan silah götürəcəklərini demişlər.Həmin vaxt Təqsirləndirilən şəxs1 isə kurilkada siqaret çəkmiş,sadəcə olaraq ona orada dayanacağını demişlər.Onların üçüdə oradan çıxmış, Tərlan da kurilkadan onlara qoşulmuş və anbara getmişlər. Tərlan yuxarıda gizirin başını qatarkən, Əşrəf isə qapıda gözləmişdir. Təqsirləndirilən şəxsN dəmir parçası ilə yeşiyin qıfılını qırmış, sonra böyüründə üstdə bir yeşiyi götürüb qırağa qoymuş, altdakı yeşikdə silahlara, tapançalara baxmış, bir-iki dənəsinə baxmış, xoşuna gəlməyən qaytarıb yerinə qoymuş,sonra oradan 3 ədəd tapança götürmüş, belinə qoymuş və buşlatını üstünə atmış, ondan sonra da qaytarıb qıfılı bağlayanda bir-birinə keçən kimi eləmiş, sonra çıxdıq çölə çıxmış və çıxıb getmişdir. Ondan bir saat sonra isə özü getmişdir. Axşam kazarmada oturarkən, Əşrəfzadə Əşrəf (Ləixan Sarıyev) onunla üzbəüz oturarkən, birinin də onda olmasını demiş və balıncın altından ona göstərmişdir. O, Əşrəf Əşrəfzadəyə (Təqsirləndirilən şəxs3) «bunu burdan götür, ya da apar yerinə qoy, zibilə zada düşərsən.» demişdir. Əşrəf Əşrəfzadə də (Təqsirləndirilən şəxs3) «burda saxlamayacağıq» demişdir. Bundan sonra, sabahısı gün. O, maqazinə gedərkən, maqazindən ondan xahiş elədilər ki, qıfıl alıb gətirsin. O, qıfılı alıb gətirib, Təqsirləndirilən şəxsN vermişdir. Sonradan məlumat aldığına qırdıqları qıfılın əvəzinə yenisini taxmaq üçün yeşiyin ağızına vurmaq üçün aldmasını demişlər.Bundan sonrasındvn məlumatı olmamışdır.Sonra özlərinin dediyinə görə onlar silahları Bərdəyə aparmışlar.Lakin kimin vasitəsilə aparmalarını bilməmişdir.Onun Təqsirləndirilən şəxsN silah götürməsindən məlumatı olmuş, Əşrəfi kazarmada göstərərkən görmüş, oradan götürərkən görməmişdir. Ondan əvvəl 3-4 gün orada işləyiblər. Axırıncı dəfə də özü getmiş,anbarda taxta daşımışdır. «Axtarış və götürmə» haqqında 13 avqust N0NN-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:00-17:30-da Təqsirləndirilən şəxs4 yaşadığı Bərdə rayonunun Soğanverdilər kəndindəki evində keçirilmiş axtarış zamanı yataq otağındakı sandığın içərisindən 1 ədəd N mm kalibrli, NBN3N4 №-li, «PM» markalı, «Makarov» tipli tapança, onun komplekt hissəsi olan N ədəd sandıqça, həmin darağın içərisində 08 ədəd N mm kalibrli patron və 06 ədəd 7.6N mm kalibrli, «Kalaşnikov» konstruksiyalı avtomat silaha aid patron aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.N0NN-ci il tarixdə saat 19:30-da Bakı şəhərində tutulmuşdur. xx.xx.N0NN-ci il tarixli dindirilmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs4 saat N0:N0-dən saat NN:15-dək şübhəli şəxs kimi Bakı hərbi prokurorluğunda ifadə vermişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxsN ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, X3 tanıdığı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 N0N0-ci ilin sentyabr ayında səfərbərliklə hərbi xidmətə çağırıldıqdan sonra onlarla birlikdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən tanımış, onların hər biri ilə münasibətləri xidməti olmaqla aralarında hər hansı qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. O, həmin hərbi hissədə hərbi xidmətdə olarkən, nə təklikdə, nə də ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Xeyrəddin Abdullayrvlə birlikdə hər hansı cinayət əməli törətməmiş, o cümlədən hərbi hissədən və ya digər yerdən hər hansı silahsursat talamamış, qanunsuz saxlamamış və bu kimi cinayət əməllərinin törədilməsində hər hansı iştirakı olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid N nömrəli hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ŞahidN ifadəsində göstərmişdir ki, N0N0-ci ilin dekabr ayının ortalarında saat N radələrində qulluq etdiyi taborun yataqxanasında olarkən, əsgərlər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ona yaxınlaşaraq əsgər Təqsirləndirilən şəxs1 ilə birlikdə hərbi hissənin silah anbarına gedəcəklərini demiş, orada təmizlik işləri görəcəklərini və oradakı silah sandığından silah götürmək istədiklərini bildirmiş, həmçinin onlarla birlikdə silah anbarına getməsini xahiş etmişdir. Həmin söhbət vaxtı Təqsirləndirilən şəxs1 yataqxananın qapısının qarşısında dayanıb siqaret çəkmiş, Təqsirləndirilən şəxs4 isə həmin danışıq zamanı sonradan onlara qoşulmuşdur. Daha sonra, Təqsirləndirilən şəxsN yanlarında olan Təqsirləndirilən şəxs3 silah anbarından tapança götürdükləri vaxt anbarın qapısında gözləməsini və gəlib-gedənə nəzarət etməsini, Təqsirləndirilən şəxs1 isə anbar rəisi olan adını xatırlamadığı gizirin başını qatmasını tapşırmış, həmin əsgərlər də verilən tapşırığı icra etməyə başlamışlar. Həmin vaxt o, yataqxanadan çıxıb Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə silah anbarına doğru getdikdə Təqsirləndirilən şəxs1 onlara qoşulmuşdur. Təqsirləndirilən şəxs1 anbara çatdıqdan sonra, qapının yanında dayanmış anbar rəisindən təmizlik işləri görmək üçün gəldiklərini deyərək, orada işləyərkən köməklik etmək üçün onlarla birlikdə onun da gəlməsi barədə məlumat vermiş, adını xatırlamadığı anbar rəisi da buna etiraz etməyərək, icazə vermiş və anbarın qapısını açıb içəri keçmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs4 onların yanlarında olmamış, onun harada olduğunu bilməmişdir. Onlar anbarın içərisində bir müddət təmizlik işləri ilə məşğul olduqdan sonra, anbarın damının bir hissəsi açıq olduğundan həmin yerdən içəri yağış suları axdığına görə Təqsirləndirilən şəxs1 anbar rəisi olan gizirlə birlikdə həmin yerə doğru gedib anbarın damına çadır çəkməklə məşğul olmuşdur. Bu zaman əsgər Təqsirləndirilən şəxs3 anbarın giriş qapısından bir qədər aralıda dayanıb kənar şəxslərin oraya gəlib-getməsini nəzarətdə saxlamış, həmin vaxt özü anbarın qapısına yaxın yerdə dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxsN qapıya yaxın yerdə, N metr məsafədə N ədəd üst-üstə qoyulmuş yeşiklərdən üstdəkini açaraq həmin yeşiyin içərisinin boş olduğunu görüb həmin yeşikləri yerə qoyaraq, altdakı dəmir yeşiyə baxmış və üzərində qıfıl olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsN yerdən tapdığı dəmir parçası ilə həmin yeşiyin üzərindəki qıfılı qırmış və yeşiyi açıb içərisinə baxdıqda orada çoxlu sayda tapançaların, eləcə də həmin tapançalara aid patronla dolu daraqların olduğunu görmüşdür. Daha sonra Təqsirləndirilən şəxsN həmin yeşikdəki tapançalardan 0N ədədini götürmüş, lakin onların köhnə və baxımsız olduğunu görüb bəyənmədiyi üçün qaytarıb yerinə qoymuş, daha sonra isə yeşikdən 03 ədəd yaxşı vəziyyətdə olan tapança götürmüş, onun götürdüyü həmin tapançaların üzərində daraqlar da olmuş, lakin o, həmin daraqların patronla dolu olub-olmadığını görməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxsN götürdüyü 03 ədəd «Makarov» tipli tapançanı şalvarının belinə taxmış və üzərində olan əsgər gödəkcəsinin ətəkləri ilə silahların üstünü örtmüşdür. Təqsirləndirilən şəxsN silahları götürdükdən sonra onunla birlikdə anbardan çölə çıxmış, həmin vaxt Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 anbarda qalmış, Təqsirləndirilən şəxs4 isə həmin vaxt harada olmasına fikir verməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsNla birlikdə əsgər yataqxanasına getmiş və yataqxanada olarkən sonuncunun yanından ayrıldığına görə onun nə etməsini, götürdüyü silah-sursatları harada gizlətdiyini görməmişdir. Həmin gün saat 17 radələrində o, əsgər yataqxanasında Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3lə sonuncunun çarpayısının ətrafında söhbət edərkən Təqsirləndirilən şəxs3 həmin vaxt öz yatağının üzərindəki yastığı qaldıraraq ona yastığın altında gizlətməklə saxladığı N ədəd «Makarov» tipli tapançanı göstərmişdir. Bundan sonra o, elə orada onlara, götürdükləri silahlara görə problemləri olacağını deyib silahları yerinə qaytarmalarını təklif etsə də, Təqsirləndirilən şəxsNla Təqsirləndirilən şəxs3 ona, bu məsələyə qarışmamasını deyərək, özlərinə cavabdeh olduqlarını bildirmişlər. Həmçiningöstərmişdir ki, Təqsirləndirilən şəxsN tapançalarla və patronla dolu daraqları götürməzdən öncə sandıqçanın üzərindəki qıfılı sındırdığına görə ondan yeni qıfıl alıb gətirməsini istədiyindən o, növbəti gün hərbi hissənin yerləşdiyi Tərtər rayonunun İsmayılbəyli kəndinin yaxınlığındakı Evoğlu kəndində gedib orada olan qarışıq mallar satılan dükandan öz puluna N ədəd üzərində 03 ədəd açarı olan açıq metal rəngli qıfıl almış və gətirib hərbi hissədə onu Təqsirləndirilən şəxsN vermiş, sonuncunun həmin qıfılı necə istifadə etməsindən xəbəri olmamışdır. Onun Təqsirləndirilən şəxsN silah anbarından oğurladığı 03 ədəd tapançanı və patronla dolu daraqları kimə verməsindən, həmin silahsursatı harada saxlamasından məlumatı olmamış, özü birbaşa şahidi olmasa da, sonradan aralarındakı söhbətlərdən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxsN anbardakı qutudan 03 ədəd tapança və patronla dolu daraq götürüb onunla birlikdə anbardan çıxdıqdan sonra Təqsirləndirilən şəxs1 anbardakı həmin qutudan N ədəd, Təqsirləndirilən şəxs3 isə 0N ədəd tapança və onlara aid daraqlar götürmüş, Təqsirləndirilən şəxs4 isə həmin vaxt oradan silah-sursat götürüb-götürmədiyini bilməmiş, bu barədə artıq həmin fakt üzrə barələrində başlanmış istintaq zamanı məlumatı olmuşdur. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş N nömrəli hərbi hissənin raket-artilleriya silahları silah anbar rəisi, gizir Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 0N dekabr N0N0-ci il tarixdə hərbi hissənin silah və sursatları hərbi avtomobillərlə Tərtər rayonunun Evoğlu kəndindən N nömrəli hərbi hissənin Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən anbara köçürülmüşdür. 0N dekabr N0N0-ci il tarixdən etibarən bölmələr komplektləşməyə və silahları təhvil verməyə başlamışlar. N0N1-ci ilin fevral ayında silah anbarında işlər nisbətən qaydasına düşdüyü üçün 06 fevral N0N1-ci il tarixdə tapançaların yerində olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə saymaq üçün həm qıfılla bağlanmış yeşiyi, həm də açıq vəziyyətdə saxlanılan seyfləri açmış, açıq vəziyyətdə olan, yəni üzərində qıfıl olmayan seyfdə əsasən əvvəlcədən yığdığı siqnal tapançaları və bir neçə ədəd «Makarov» markalı tapançaları olmuşdur. Lakin, o, silahları bir birinə qarışdırıb saydığı üçün açıq seyfdə saxladığı tapançaların konkret sayının neçə ədəd və hansı markadan olduğunu dəqiq bilməmişdir. Üzəri qıfılla bağlanmış dəmir yeşiyi açarla açıb içərisindəki tapançaları saydıqdan sonra N ədəd «Makarov» tipli, «PM» markalı tapançanın çatışmadığını aşkar etmişdir. Hər birinin üzərində 08 ədəd N mm PST patronu olan paron daraqları da, «Makarov» tapançaları ilə birlikdə üzəri qıfılla bağlanmış dəmir yeşiklərdə saxlanılmış və həmin dəmir yeşiklərin üzərində əvvəlcədən qıfıl olmuşdur. Bundan başqa, 0N dekabr N0N0-ci il tarixdə çörək sexindən silahlar daşınarkən tapançaların saxlanıldığı dəmir yeşiklər də, daxil olmaqla üzərində qıfıl olan bütün yeşiklərin qıfılını açarla açaraq içərisinə baxmış, həmin vaxt dəmir yeşiklərdə olan tapançaların yığılma qaydasına baxdıqda hər hansı bir şübhəli hal müşahidə etməmiş, tapançalar dəmir yeşikdə yanyana düzülməklə və bir-birinin üzərinə qoyulmaqla səliqəli şəkildə özü tərəfindən yığılmışdır. Boş patron daraqları tapançaların üzərinə taxılmış, içərisində patron olan patron daraqlarının bəziləri isə silahların yanına qoyulmaqla yeşikdə üst-üstə yığılmış, əsasən hərbi əməliyyatlar zamanı silah anbarına təhvil verilən tapançaların üzərində içərisi patronla dolu olan patron daraqları olmuş, tapançalara və üzərində patron olan patron daraqlarına, yəni sandıqçalara baxanda da, yığılma qaydasının pozulmasını hiss etməmiş, dəmir yeşiyin üzərini yenidən qıfılla bağlamış və bundan sonra isə həmin yeşiklər avtomobilə yığılaraq hərbi hissənin silah anbarının dislokasiya yerinə aparılmışdır. 06 fevral N0N1-ci il tarixdə üzəri qıfılla bağlanmış dəmir yeşiyi açıb içərisindəki «Makarov» tipli tapançalara və hər birinin içərisində 8 ədəd patron olan patron daraqlarına baxarkən, həmin tapançaların və patron daraqlarının yığılma qaydasının, yəni səliqəli düzülüşünün pozulduğunu müşahidə etmişdir. Hərbi hissədə ümumilikdə 390 ədəd «Makarov» tipli tapança qeydiyyatda olmuş, həmin tapançalardan 350 ədədi silah anbarında olmaqla, digər N ədədi hərbi hissənin idarə heyətinə verilmişdir. Silah anbarında olan 350 ədəd tapançanın N00 ədədi üzəri qıfılla bağlanmış 1 ədəd dəmir yeşikdə, N5 ədədi üzəri qıfılla bağlanmış digər 1 ədəd dəmir yeşikdə və 5 ədədi isə siqnal tapançaları ilə birlikdə üzərində qıfıl olmayan 1 ədəd dəmir yeşikdə saxlanılmışdır. Siqnal tapançaları ilə birlikdə saxlanılan 5 ədəd tapançanın üzərində isə patron darağı və patron olmamışdır. Bütün tapançaları saydıqdan sonra, N5 ədəd tapançanın yığıldığı yeşikdə cəmi 131 ədəd tapançanın olduğunu aşkar etmiş və buna görə də, tapançaların həmin yeşikdən oğurlandığını başa düşmüşdür. Bu barədə dərhal mayor Şahid3, sonuncu da, öz növbəsində yuxarı komandanlığa məruzə etmişdir. Məruzə etdikdən sonra, kapitan Şahid4 yenidən tapançaları ümumi olaraq saydığı zaman həqiqətən də, N ədəd tapançanın çatışmadığını aşkar etmiş, bundan sonra, hərbi hissənin bütün şəxsi heyəti axtarışlara cəlb edilmiş və hərbi hissənin ərazisi, N nömrəli hərbi hissənin avtomobil saxlancı, Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən meşəlik ərazi və Tərtər rayonunun Evoğlu kəndində yerləşən çörək sexi və ətrafı axtarılmışdır. Lakin, heç bir yerdə itmiş tapançaları tapılmamışdır. N nömrəli hərbi hissənin sabiq əsgərləri Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 hərbi əməliyyatlar zamanı səfərbərlik əsasında xidmətə çağırılmış hərbi qulluqçulardan formalaşdırımış 5-ci taborda qulluq etmişdir. Həmin hərbi qulluqçular N0N0-ci ilin dekabr ayında silah anbarı çörək sexindən hərbi hissəyə köçürülüb silahlar silah anbarına yığılarkən, müxtəlif bölmələrdən silahlar anbara təhvil verilərkən və anbarda təmizlik işləri aparılarkən qeyd edilən işlərin görülməsində yaxından iştirak etmişlər. Bundan əlavə, İbhahim İskəndərov, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və ŞahidN N0N0-ci ilin dekabr ayında saat 15 radələrində anbarda təmzilik işlərinin görülməsində köməklik etmək üçün silah anbarına gəlmişdir. Təqsirləndirilən şəxs1 anbarda işləyərkən ondan əsgər ŞahidN də, onlara köməklik etməsinə icazə istəmiş və ŞahidN təmizlik işlərinə kömək edəcəyini fikirləşib icazə vermişdir. Həmin əsgərlərin bəziləri anbarın içərisində işləmiş, bəziləri isə anbardan bayırda ona həmin işlərin görülməsində köməklik etmiş, silah anbarının qapısı açıq olmuş, özü isə həmin vaxt anbara nəzarət etməklə yanaşı anbarın yağış daman yerini düzəltməyi planlaşdırmaq üçün bayırda olmuş, tapança oğurlanan dəmir yeşik isə həqiqətən anbarın giriş qapısına yaxın yerdə, təxminən N-3 metr məsafədə N ədəd üst-üstə qoyulmuş boş sandıqların altında olmaqla üzərində qıfıl olmuşdur. Onların həmin vaxt qıfılı necə qırmasından və tapançaları dəmir yeşikdən necə götürməsindən məlumatı olmamış, həmin vaxtdan sonrakı, günlərdə isə silah yeşiklərinin üzərində olan qıflın açarlarını anbarda iş gördüyü vaxtlarda dəfərlərlə yazı masasının üzərinə qoymuş, topa açarları yazı masasının üzərinə qoymağını həmin əsgərlər anbarda işlədikləri müddətdə görmüşlər. Buna görə də, İbhahim İskəndərovun tapançaları oğurlamaq üçün dəmir yeşiyin üzərindəki qıfılı qırdıqdan sonra, həmın qıfıla bənzər yeni qıfıl alaraq yeşiyin üzərinə bağlaması və açarlarını masanın üzərinə qoyduğu topa açarlara əlavə etməsi mümkün olmuşdur. Hadisədən sonra, Təqsirləndirilən şəxs4 N ədəd, Təqsirləndirilən şəxs3 0N ədəd, Təqsirləndirilən şəxsN 03 ədəd, Təqsirləndirilən şəxs1 isə N ədəd tapançanı anbardan oğurladığını eşitmişdir. N0N1-ci ilin fevral ayında yeşiklərin içərisindəki silahlara baxmaq üçün qıfılları topa açarlarla bir-bir yoxlayaraq açmış və yeşiklərin üzərindəki qıfılların hamısının üzərinə səhv etmirsə «tılan» yazısı yazılmış, həmin qıfıllar da bir-birindən seçilməmiş, buna görə də, tapançaların olduğu yeşiyin üzərindəki qıfılın dəyişdirilməsini başa düşməmişdir. Silah anbarından tapança oğurlanmasını aşkar etdikdən və həmin müddətlərdə silah anbarının çardağından yağış yağarkən su damdığına görə bəzi qıfılar paslanmış, göstərdiyi hər iki səbəbə görə də, yeşiklərin üzərində olan bütün qıfılları yenisi ilə əvəz etmiş, köhnə qıfılları isə yararsız kimi zibilliyə atmışdır. Tərtər Hərbi Məhkəməsinin 17 aprel N0N4-cü il tarixli qərarından görünür ki, dövlət ittihamçısının vəsatəti qismən, təqsirləndidrilən şəxs Təqsirləndirilən şəxs4 vəsatəti tam təmin edilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 CMin NN8.N.1, N3N.N.1 və N3N.N.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 CM-in NN8.N.1, NN8.N.N, N3N.N.1, N3N.N.N və N3N.N.3-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə dövlət ittihamçısı CPM-nin 43.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı elan olunmuş ittihamdan CM-nin N3N.N.3-cü maddəsi ilə bağlı hissədə cinayət təqibindən imtina etdiyindən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı CM-nin N3N.N.3-cü maddəsi üzrə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs4 əməli CM-nin NN8.N.1, NN8.N.N, N3N.N.1, N3N.N.N-ci maddələrindən, həmin Məcəllənin NN8.1, N3N.N.1 və N3N.N.N-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs4 CM-nin NN8.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə CM-nin NN8-ci maddəsinin Qeyd hissəsinə əsasən N nömrəli hərbi hissənin qeydiyyatında olan N ədəd N mm kalibrli, “NB N3N4” nömrəli, “PM” markalı, “Makarov” tipli tapançanı, onun komplekt hissəsi olan N ədəd sandıqçanı, 08 ədəd N mm kalibrli patron və 06 ədəd 7,6N mm kalibrli patronları könüllü surətdə təhvil verdiyindən cinayət məsuliyyətindən azad edilmiş, cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 CM-in NN8.N.1 və N3N.N.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 barəsində CM-nin N3N.N.1 və N3N.N.N-ci maddələri ilə cinayət təqibi davam etdirilmişdir. Dövlət ittihamçısı məhkəmə çıxışı zamanı Təqsirləndirilən şəxs1 CM-nin NN8.N.1 və N3N.N.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti olaraq 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, təqsirləndirilən şəxs X9 CM-nin NN8.N.1 və N3N.N.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs3 CM-nin NN8.N.1 və N3N.N.1-ci maddələri ilə təqsirli bilinərək, CMnin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti olaraq 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs4 CMnin NN8.N.1, NN8.N.N, N3N.N.1 və N3N.N.N-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətlərinin əvvəlinin həbs olunduğu vaxtdan hesablanmasını məhkəməyə təklif etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 məhkəmə çıxışı zamanı geniş çıxış edərək çıxışının sonunda bildirmişdir ki, Təqsirləndirilən şəxs1 aşkar olunmuş 1 ədəd PM markalı tapança, onun komplekt hissəsi olan N ədəd patron sandıqçası və 08 ədəd N mm kalibrli patron onun tərəfindən düşmənə məxsus olduğunu bildiyi üçün götürmüş, həmin silah-sursatı meşəlik ərazidən tək tapmış, digər təqsirləndirilən şəxslərlə aralarında qabaqcadan əlbirlik olmamışdır. Müdafiəçi məhkəmədən Təqsirləndirilən şəxs1 əməlinin CM-nin NN8.1-ci maddəsinə tövsif edilməsini,onu gənc olmasının, 44 günlük Vətən Müharibəsində iştirak etməsinin nəzərə alınaraq həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetəm cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi3 məhkəmə çıxışı zamanı geniş çıxış edərək çıxışının sonunda bildirmişdir ki, Təqsirləndirilən şəxs3 məhkəmədə səmimi ifadə vermiş,həmin ifadəsində görünür ki,o, anbardan 1 ədəd PM tipili tapança silahını götürdükdən sonra əməlində peşman olmuş və qısa müddət sonra silahı yerinə qoymuş, heç kimlə qabaqcadan anbardan silah götürməklə bağlı razılağa gəlməmişdir.Onun bu əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxsN müdafiəçisi MüdafiəçiN məhkəmə çıxışı zamanı geniş çıxış edərək çıxışının sonunda bildirmişdir ki, cinayət işinin istintaqı zamanı CPM-nin tələbləri ibtidai araşdırma orqanı tərəfindən ciddi pozuntularla aparılmış, müvəkkilimin hansı nömrəli tapança silahını götürməsi,həmin tapança silahının nə vaxt anbara daxil olması istintaq orqanın tərəfindən araşdırılmamış, maddi sübut isə yoxdur. Təqsirləndirilən şəxsN qarşı elan olunmuş ittihamı nəzərdən keçirərkən müəyyən olunur ki, müvəkkilimə qarşı elan olunmuş ittiham cinayətin iştirakçısı olan yeganə ŞahidN ifadəsinə əsasən elan olunmuşdur. İttihama görə ŞahidN anbardan silah götürməsi ilə bağlı təqsirləndirilən şəxslərlə birlikdə cinayətin törədilməsində razılığı olmuş, birlikdə silah anbarına getmişlər, Təqsirləndirilən şəxsN anbardan 3 ədəd silah götürəndə, silah saxlanılan yeşiyin qıfılının qırılmasında birlikdə iştirak etmişlər, lakin tapança silahını götürmək istəyərkən İbrahimin İskəndərovun buna razılıq vermədiyindən ŞahidN anbardan silah götürməkdən imtina etmiş, sonra Təqsirləndirilən şəxsN təklifi ilə yaxınlıqda olan kənddən qırılmış qıfılın yerinə yeni qıfıl alıb Təqsirləndirilən şəxsN vermişdir. Bu həqiqətə uyğun gəlməyən ittihamla da müvəkkilim ağır ittihamla ittiham olunsada Xeyrəddin Abddulayevin cinayət törədilməsində köməkçisi kimi iştirak etdiyi halda onun barəsində CM-nin 307.1-ci maddəsi ilə cinayət işi ayrılaraq icraata qəbul edilmiş, araşdırmanın sonrakı halı isə müdafiə tərəfi olaraq onlara məlum olmamışdır. Müdafiə tərəfi olaraq hesab edirik ki, ŞahidN bu məzmunda ifadə verməsi təsir altında olmuşdur.Müdafiəçi çıxışının sonunda qeyd olunanların nəzərə alınaraq Təqsirləndirilən şəxsN barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi4 məhkəmə çıxışı zamanı geniş çıxış edərək çıxışının sonunda bildirmişdir ki, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs4 qarşı elan olunmuş ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş, ittihamın gəldiyi nəticəyə görə silah-sursatın götürüldüyü vaxt yəni, digər təqsirləndirilən şəxslərin və anbar rəisi gizir Şahid1 anbarın dam örtüyündə yağış sularının axmasının qarşısını aldıqları vaxt artıq Təqsirləndirilən şəxs4 ordu sıralarından artıq tərxis olunmuş, həmin vaxt hərbi hissədə olmamışdır. Təqsirləndirilən şəxs4 göstərilən hadisədən əvvəl anbarda olarkən gizir rütbəli şəxs tərəfindən anbara düşməndən qənimət kimi silah-sursat gətriləcəyini eşidib, ertəsi gün təkcə anbara getmiş, müstəntiqə könüllü təhvil verdiyi həmin silah-sursatı hərbi xidmətdən xatirə saxlamaq məqsədilə anbarın yaxınlığında saxlanılan MAZ markalı maşının yük hissəsindən götürmüş, həmin vaxt yanında heç kim olmamış, digər təqsirləndirilən şəxslərlə arasında əlbirlik olmamış, götürmüş olduğu silah sursatın içində üzərində erməni ordusuna aid olduğu ehtimal edilən 3 ədəd patron qabıda olmuş, həmin patron qabının üzərində hətta erməni əlifbasına uyğun yazılarda olmuşdur. Gizir Şahid1 məhkəmə bu halın silah-sursatın Evoğlu kəndindən hərbi hissənin anbarına daşındığı vaxta təsadüf etdiyini və silah-sursatın avtomobillərdə daşınmasını və bir gün ərzində silah anbarının qarşısında maşınlarda saxlanıldığını və sonra anbara yığıldığını və bununlada hadisənin belə baş verə biləcəyini təsdiq etmişdir. Bu səbəbdən hesab edirik ki, Təqsirləndirilən şəxs4 düşməndən qənimət kimi götürülmüş silah-sursat olduğunu bildiyi üçün həmin silah sursatı MAZ markalı maşının yük yerindən götürdüyündən onun əməlində CM-nin N3N-ci maddəsinin tərkib əlaməti olmamamışdır. Buna görə də məhkəmədən Təqsirləndirilən şəxs4 brəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə həm dövlət ittihamçısının,həmdə müdafiə tərəfinin məhkəmə çıxışı zamanı fikirlərini,iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini və işdə olan digər sənədləri qarşılıqlı təhlil edərək aşağıdakılar qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilkin olaraq Təqsirləndirilən şəxs4 barəsində CM-nin N3N.N.1 və N3N.N.N-ci maddələri ilə bağlı yəni, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını talaması və habelə təkrarən döyüş sursatını talaması ilə bağlı davam etdirilmiş ittihamla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İbtidai istintaq zamanı dindirilmiş ŞahidN 15 avqust N0NN-ci il tarixli dindirmə protokolunda göstərmişdir ki, N0N0-ci ilin dekabr ayının axırlarında saat günorta radələrində, kazarmada olarkən Əşrəf Əşrəfzadə (Təqsirləndirilən şəxs3), bir də Təqsirləndirilən şəxsN ona yaxınlaşmış, anbardan silah götürəcəklərini demişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 isə kurilkada siqaret çəkmiş,sadəcə olaraq ona orada dayanacağını demişlər. Onların üçüdə oradan çıxmış, Tərlan da kurilkadan onlara qoşulmuş və anbara getmişlər. Tərlan yuxarıda gizirin başını qatarkən, Əşrəf isə qapıda gözləmişdir. Təqsirləndirilən şəxsN dəmir parçası ilə yeşiyin qıfılını qırmış, sonra böyüründə üstdə bir yeşiyi götürüb qırağa qoymuş, altdakı yeşikdə silahlara, tapançalara baxmış, bir-iki dənəsinə baxmış, xoşuna gəlməyən qaytarıb yerinə qoymuş,sonra oradan 3 ədəd tapança götürmüş, belinə qoymuş və buşlatını üstünə atmış, ondan sonra da qaytarıb qıfılı bağlayanda bir-birinə keçən kimi eləmiş, sonra çıxdıq çölə çıxmış və çıxıb getmişdir. Ondan bir saat sonra isə özü getmişdir. Axşam kazarmada oturarkən, Əşrəfzadə Əşrəf (Ləixan Sarıyev) onunla üzbəüz oturarkən, birinin də onda olmasını demiş və balıncın altından ona göstərmişdir. O, Əşrəf Əşrəfzadəyə (Təqsirləndirilən şəxs3) «bunu burdan götür, ya da apar yerinə qoy, zibilə zada düşərsən.» demişdir. Əşrəf Əşrəfzadə də (Təqsirləndirilən şəxs3) «burda saxlamayacağıq» demişdir. Bundan sonra, sabahısı gün. O, maqazinə gedərkən, maqazindən ondan xahiş elədilər ki, qıfıl alıb gətirsin. O, qıfılı alıb gətirib, Təqsirləndirilən şəxsN vermişdir. Sonradan məlumat aldığına qırdıqları qıfılın əvəzinə yenisini taxmaq üçün yeşiyin ağızına vurmaq üçün aldmasını demişlər.Bundan sonrasındvn məlumatı olmamışdır.Sonra özlərinin dediyinə görə onlar silahları Bərdəyə aparmışlar.Lakin kimin vasitəsilə aparmalarını bilməmişdir.Onun Təqsirləndirilən şəxsN silah götürməsindən məlumatı olmuş, Əşrəfi kazarmada göstərərkən görmüş, oradan götürərkən görməmişdir. Ondan əvvəl 3-4 gün orada işləyiblər. Axırıncı dəfə də özü getmiş,anbarda taxta daşımışdır. İş üzrə dindirilmiş ŞahidN ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, N0N0-ci ilin dekabr ayının ortalarında saat N radələrində Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs1la birlikdə hərbi hissənin silah anbarına gedəcəklərini demiş, orada təmizlik işləri görəcəklərini və oradakı silah sandığından silah götürmək istədiklərini bildirmiş, həmçinin onlarla birlikdə silah anbarına getməsini xahiş etmiş, … Təqsirləndirilən şəxs4 həmin danışıq zamanı sonradan onlara qoşulmuş, daha sonra, Təqsirləndirilən şəxsN yanlarında olan Təqsirləndirilən şəxs3 silah anbarından tapança götürdükləri vaxt anbarın qapısında gözləməsini və gəlib-gedənə nəzarət etməsini, Təqsirləndirilən şəxs1 isə anbar rəisi olan adını xatırlamadığı gizirin başını qatmasını tapşırmış, …həmin vaxt o, yataqxanadan çıxıb Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə silah anbarına doğru getdikdə Təqsirləndirilən şəxs1 onlara qoşulmuşdur. Təqsirləndirilən şəxs1 anbara çatdıqdan sonra, qapının yanında dayanmış anbar rəisindən təmizlik işləri görmək üçün gəldiklərini deyərək, orada işləyərkən köməklik etmək üçün onlarla birlikdə onun da gəlməsi barədə məlumat vermiş, adını xatırlamadığı anbar rəisi da buna etiraz etməyərək, icazə vermiş və anbarın qapısını açıb içəri keçmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs4 onların yanlarında olmamış, onun harada olduğunu bilməmişdir…. yataqxanada oturduğu zaman Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 N ədəd silah götürməsini ona demişlər. xx.xx.N0N3-ci ildə keçirilmiş məhkəmə iclası zamanı ŞahidN ifadəsində göstərmişdir ki,N0N0-ci ilin dekabr ayının ortalarında saat N radələrində əsgər yataqxanasında hərbi hissənin silah anbarına getməmişdən əvvəl Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs4 öz aralarında razılığa gəlmişlər, onun iştirakı ilə olan söhbətdə onlar anbardan silah götürmək niyyətlərinin olduğunu bildirmişlər. … Təqsirləndirilən şəxs4 onlarla birlikdə anbara getmiş, anbara çatdıqda Təqsirləndirilən şəxs4 yanında görməmiş, Ramiqin haraya getdiyindən məlumatı olmamış, anbarda olarkən Təqsirləndirilən şəxs3 qapının qarşısında, Təqsirləndirilən şəxs1 gizirlə birlikdə yağış sularının anbarın damına axmasının qarşısını almaq üçün silah anbarının damına çıxmış, Təqsirləndirilən şəxsN isə anbarın içərisində olmuş… o, Təqsirləndirilən şəxs4 anbardan silah götürməsini görməmiş,… Təqsirləndirilən şəxs4 hadisənin səhəri günü yataqxanada görmüş,… Təqsirləndirilən şəxs3 və İbrahim İskəndərli, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 N ədəd silah götürdüklərini ona demişlər. Təqsirləndirilən şəxsN həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ifadələrində Təqsirləndirilən şəxs4 ilə birlikdə hər hansı cinayət əməli törətmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, N0N0-ci ilin dekabr ayında əsgərlər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1la birlikdə xidmət etdikləri N nömrəli hərbi hissənin silah anbarında oraya gətirilmiş silahların yerbəyer edilməsi işi ilə məşğul olmuş, həmin vaxt Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 birlikdə silah anbarından tapança götürmək barədə danışaraq razılaşmış, özü də həmin əsgərlərlə birlikdə anbardan tapança götürməyə razılıq vermiş və bu məqsədlə də silah otağında işlədikləri vaxt silah yeşiyinin üzərində olan qıfılı həmin əsgərlərdən biri açmışdır. Silah yeşiyinin qapağını açdıqdan sonra onlar yeşiyin içərisində çoxlu sayda «Makarov» tipli tapançaların olduğunu görmüşlər. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki,…xidmət vaxtı axşam tərəfi əsgər yataqxanasında olarkən Təqsirləndirilən şəxs4 onun yanına gəlmiş,aralarında olan söhbət zamanı silah götürməsi barədə ona bildirmiş, o, cavabında «namaz qılan adamsan silahı nə üçün götürmüsən» demiş, həmin zaman yanlarında heç kim olmamış, yataqxanada olan əsgərlər yatılı olmuşlar.Söhbət etdikləri yerə yaxın səhv etmirsə Təqsirləndirilən şəxs1 çarpayısı olmuşdur. …Təqsirləndirilən şəxs4 silah götürməsi barədə o, heç kimə məlumat verməmiş, Təqsirləndirilən şəxs4 ona silah götürdüyünü dedikdən sonra o, anbardan silah götürmüşdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, N0N0-ci ilin dekabr ayının ortalarında əsgər yoldaşı olan Təqsirləndirilən şəxsN həmin hərbi hissənin silah anbarındakı silah saxlanılan qutunun qıfılını qırıb içərisinə baxmağı təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 də yanlarında olmuşdur. Daha sonra, Təqsirləndirilən şəxsN əli ilə qıfılı qırmış və qutunun içində «Makarov» tipli tapançaların olduğunu gördükdən sonra həmin qutudan 03 (üç) ədəd tapança silah və həmin silahlara aid dolu daraqlar, Təqsirləndirilən şəxs3 həmin 0N (iki) ədəd tapança və həmin tapançalara aid dolu daraqlar, əsgər Təqsirləndirilən şəxs4 isə N (bir) ədəd tapança və patronla dolu daraq götürmüşdür. Onların ardınca özü də həmin qutudan N ədəd tapança və içərisində 8 (səkkiz) ədəd patron olan daraq götürmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 ilə birlikdə hərbi hissənin silah anbarında işləməmiş, Təqsirləndirilən şəxs4 silah olmasını görməmiş, lakin bu barədə sonuncu özü əsgər yataqxanasında Təqsirləndirilən şəxs3 deyərkən eşitmiş… o, Təqsirləndirilən şəxsN silah saxlanılan qutunun qıfılını qırmasını görməmiş, Təqsirləndirilən şəxsNla birlikdə silah anbarına silahsursat götürməyə getməmiş, Təqsirləndirilən şəxsN anbardan silah götürməsini görməmiş,… Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs3 arasında silah götürməklə bağlı söhbəti eşitdikdən sonra Təqsirləndirilən şəxs4 bir daha görməmiş, çünki Təqsirləndirilən şəxs4 hərbi xidmətdən tərxis olunmuş… bu söhbətdən sonra tarixini xatırlamadığı vaxtda meşədə olarkan koma kimi yer onun diqqətini çəkmiş, həmin yerə yaxınlaşmış, ayağı ilə komaya toxunduğu zaman orada silah olduğunu görmüşdür. O, tapdığı silahın düşmənə aid olduğunu zənn etmiş, silahı «Zəfər günü»-dən xatirə saxlamaq məqsədilə götürmüş və buşlatının cibinə qoymuşdur. Bundan sonra heç kimlə aralarında silahın satılması ilə bağlı söhbət olmamışdır. Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, N0N0-ci ilin dekabr ayının ortalarında əsgərlər Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə hərbi hissənin silah anbarında təmizlik işlərinin aparılması işinə ayrılmış, həmin gün Təqsirləndirilən şəxsN onlara silah anbarında olan kub formasındakı silah saxlanılan qutunun qıfılını qırıb içinə baxmağı təklif etmiş və əli ilə rahatlıqla həmin qıfılı qırdıqda o, qutuda «Makarov» tipli tapançaların olduğunu görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsN həmin qutudan 03 (üç) ədəd «Makarov» tipli tapança və patronlarla dolu 03 (üç) ədəd darağı, Təqsirləndirilən şəxs3 0N (iki) ədəd «Makarov» tipli tapança və 0N (iki) ədəd patronla dolu darağı, Təqsirləndirilən şəxs1 N (bir) ədəd «Makarov» tipli tapança və patronla dolu N (bir) ədəd darağı götürmüş, həmin vaxt o da qeyd edilən qutudan özü üçün N (bir) ədəd «Makarov» tipli tapança və həmin tapançaya aid, içərisində 08 (səkkiz) ədəd patron olan N (bir) ədəd daraq götürmüşdür. Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, o,silah anbarından silah sursat götürməmiş, hərbi xidmətdən ehtiyata buraxılmamışdan bir gün əvvəl silah anbarına düşməndən qənimət kimi ələ keçirilmiş silahlar gətiriləcəyini eşidib hərbi xidmətdən xatirə saxlamaq məqsədilə silah götürmək üçün anbarının qarşısına gəlmiş, həmin vaxt anbarın qarşısında qarşısında dayanmış “MAZ” markalı maşının yük hissəsinə daxil olub oradan 1 ədəd PM markalı tapança, 1 ədəd RQD-5 qumbaraatanın özəyini və 06 (altı) ədəd 7.6N mm kalibrli patron götürmüş, həmin silah-sursatı 1 gün özündə saxlamış və ertəsi gün xx.xx.N0N0-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxıldığı vaxt çantasında gizlətməklə saxladığı silah-sursatları özü ilə götürüb yaşadığı Bərdə rayonunun Soğanverdilər kəndindəki evinə aparmış, həmin evdə valideynlərinin xəbəri olmadan həmin silah-sursatları otağındakı özünə məxsus seyfdə gizlətməklə saxlamış və təhvil verməmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki,N0N0-ci ilin dekabr ayının ortalarında saat 15 radələrində Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, ŞahidN və Təqsirləndirilən şəxsN anbarda təmzilik işlərinin görülməsində köməklik etmək üçün hərbi hissənin silah anbarına gəlmişlər. xx.xx.N0N3-cü il tarixdə keçirilmiş məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,44 günlük Müharibəsində silah anbarının dam örtüyü düşmən tərəfindən mərmi atəşı ilə vurulduğuna görə tarixini dəqiq xatırlamadığı N0N0-ci ilin dekabr ayında güclü yağış yağdığı vaxt anbarda olan silah-sursat suyun içərisində qalmışdır.Bunu aradan qaldırmaq üçün xidmət rəisi mayor Şahid3 anbarda işlərin görülməsi üçün 4 nəfər şəxsi heyət lazım olduğunu demişdir. Bundan sonra 5-ci taborun şəxsi heyətindən 4 nəfər əsgər, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, ŞahidN və Təqsirləndirilən şəxsN silah anbarının zədə almış dam örtüyünə yağış sularının damaması üçün çadır çəkmək məqsədilə hərbi hissənin silah anbara gəlmişlər və onun yanında işləmişlər. … Təqsirləndirilən şəxs4 dediyindən belə xatırlayır ki, onun MAZ markalı avtomobildən tapança götürməsi anbarın düşmən tərəfindən vurulduqdan sonra Evoğlu kəndindən köçürülməsi vaxtına təsadüf edir və həmin müddətdə anbarın köçürülməsini təşkil edərkən anbarda tək olmuş, silahları anbarın içərisinə tək boşaldan vaxt olmuşdur. Yeşikdə həmin vaxt siqnal tapançaları ilə birlikdə PM markalı tapançalarda olmuşdur.Ola bilər ki,həmin vaxt Təqsirləndirilən şəxs4 gözündən yayınıb tapança götürmüşdür. Təqsirləndirilən şəxs4 ifadəsinə görə o, MAZ markalı maşının silahlar saxlanılan arxa hissəsinə minib maşının tentini qaldırıb tapançanı siqnal tapançalarının da olduğu yeşikdən, 4-5 ədəd patron,zapal da götürub getdiyi vaxt tapançalar anbara yerləşdirilmiş kimi ola bilməzdi. Milli Hidrometeorlogiya Xidmətindən verilmiş xx.xx.N0N4-cü il tarixli məktubdan görünür ki, Tərtər rayonun İsmayılbəyli kəndi ərazisində xx.xx.N0N0-ci il tarixdə günün ikinci yarısı və gecə saatlarında çiskin yağmış, yağıntının ümumi miqdarı 0,8 mm olmuş, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixinə keçən gecə yağış yağmış, yağıntının miqdarı 3,N mm olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid XN Mərkəzinin direktor müavini X8 ifadəsində Milli Hidrometeorlogiya Xidmətindən verilmiş xx.xx.N0N4-cü il tarixli məktubda qeyd olunanlara izah verərək göstərmişdir ki, xx.xx.N0N0-ci il tarixdən N.1N N0N0-cı ıl tarixinə keçən gecə və 07.1N N0N0-ci İl tarixdə səhər saatlarında yağıntı çiskin xarakterli olmuş, 05.1N N0N0-ci il tarixdən 06 1N.N0N0-ci il tarixinə keçən gecə və xx.xx.N0N0-ci İl tarixdə yağıntı yağış formasında olmuş, 16 1N.N0N0-ci il tarixdən 17.1N N0N0-ci il tarixinə keçən gecə və 17.1N.N0 tarixdə gün ərzində və xx.xx.N0N0-ci it tarixinə keçən gecə yağıntı leysan xarakterli olmuşdur. N saylı hərbi hissə komandirinin N dekabr N0N0-ci il tarixli, 359 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şəxsi heyətin siyahısından çıxarılaraq tərxis olunmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğunu N3 fevral N0N3-cü il tarixli üzləşdirmə protokolundan görünür ki,Təqsirləndirilən şəxs4 ilə ŞahidN arasında üzləşdirmə keçirilərkən Təqsirləndirilən şəxs4 N0N0-ci ilin dekabr ayının ortalarında saat 13-N radələrində əsgər yataqxanasında Təqsirləndirilən şəxsNla, Təqsirləndirilən şəxs3lə və Təqsirləndirilən şəxs1la silah oğurlamaqla bağlı aralarında söhbət olmadığını, ŞahidN həmin söhbətdə onun iştirakının səhv olaraq qeyd etməsini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs4 Xeyrəddin Abddullayevə silah anbarından tapança oğurlamaqla bağlı söhbətdə iştirak etmişdirsə oğurluqda ona hansı iş görməli olduğunun tapşırılmasının bildirməsi ilə bağlı sual vermiş, üzləşdirilən Xeyrəddin Abddulayev suala cavab olaraq bildirmişdir ki,silah anbarından tapança oğlurlamaqla bağlı Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la söhbət edərkən Təqsirləndirilən şəxs4 həmin söhbətin gedişində onlara qoşulduğunu,sonra anbara getdiyini,Təqsirləndirilən şəxs4 tapança oğurluğu vaxtı hansı iş görməsinin tapşırılması,onun bu söhbət vaxtı nə danışması, tapança oğurlamaqla bağlı razılığa hansı münasibətinin bildirməsini xatırlamadığını bildirsədə ifadəsinin əvvəlində aralarında olan həmin söhbət vaxtı, Təqsirləndirilən şəxs1 yataqxananın qapısının qarşısında siqaret çəkdiyini və onları eşitdiyini, Təqsirləndirilən şəxs4 də, söhbət zamanı sonradan onlara qoşulduğunu, aralarında olan söhbətdən sonra özünün Təqsirləndirilən şəxsNla Təqsirləndirilən şəxs3 təklifi ilə razılaşdığını, Təqsirləndirilən şəxsN anbarın qapısında gözləməsini Əşrəf Əşrəfzadəyə, yəni Təqsirləndirilən şəxs3 tapşırmasını, Təqsirləndirilən şəxs1 isə anbar rəisi olan adını xatırlamadığı gizirin başını qatmalı olduğunu bildirmiş, lakin Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxsN tərəfindən tapança oğurluğu vaxtı hansı iş görməsinin tapşırılması, Təqsirləndirilən şəxs4 bu söhbət vaxtı nə danışması, tapança oğurlamaqla bağlı razılığa hansı münasibətinin bildirməsini göstərməmişdir. Bundan başqa ŞahidN 15 avqust N0NN-ci il tarixdə ibtidai istintaq zamanı ifadəsində ümumiyyətlə Təqsirləndirilən şəxs4 Əixan Sarıyev və Təqsirləndirilən şəxsN onlara anbara gedib silah götürməklə bağlı təklif edərkən yanlarında olmadığını, otaqdan Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN və özünün birlikdə çıxdıqlarını,Təqsirləndirilən şəxs1 kurilkadan gəlib onlara qoşulduğunu,anbara gedərkən də Təqsirləndirilən şəxs4 onlarla getməsini, anbarda olarkən də onlarla olması barədə heç bir məlumat verməmişdir. Bundan başqa məhkəmə iclası zamanı ŞahidN ifadəsində hərbi hissənin silah anbarına getməmişdən əvvəl Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs4 öz aralarında razılığa gəldiyini göstərsə də, ibtidai istintaq zamanı ifadəsində silah anbarına getməmişdən əvvəl Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la birlikdə hərbi hissənin silah anbarına gedəcəklərini, orada təmizlik işləri görəcəklərini və oradakı silah sandığından silah götürmək istədiklərini bildirdikləri vaxt Təqsirləndirilən şəxs4 orada olmadığını, Təqsirləndirilən şəxs4 həmin danışıq zamanı sonradan onlara qoşulduğunu, Təqsirləndirilən şəxsN yanlarında olan Təqsirləndirilən şəxs3 silah anbarından tapança götürdükləri vaxt anbarın qapısında gözləməsini və gəlib-gedənə nəzarət etməsini, Təqsirləndirilən şəxs1 isə anbar rəisi olan adını xatırlamadığı gizirin başını qatmasını tapşırdığı müdddətdə də Təqsirləndirilən şəxs4 ilə bağlı vəzifə bölgüsünün olduğunu bildirməmiş, hətta ŞahidN, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN gizir Şahid1 özlərini təqdim etdikləri müddətdə də Təqsirləndirilən şəxs4 onların yanlarında olmadığını, sonuncunun harada olduğunu bilmədiyini və Təqsirləndirilən şəxs4 anbardan silah götürməsini görmədiyini, sonuncunu hadisənin səhəri günü yataqxanada gördüyünü bildirmiş, Təqsirləndirilən şəxs4 isə ifadəsində silah anbarından silah sursat götürmədiyini, götürmüş olduğu silah-sursatı silah anbarının qarşısında dayanmış MAZ markalı maşından götürdüyünü,ertəsi gün isə hərbi xidmətdən tərxis olduğu vaxt evlərinə apardığını bildirmiş, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs4 ona silah götürdüyünü dedikdən sonra anbardan silah götürdüyünü bildirmiş, Şahid1 isə məhkəmədə vermiş olduğu ifadəsində havanın həmin vaxt leysan xarakterli yağışlı olması səbəbindən anbarın dam örtüyündən güclü yağan yağış sularının anbarın içərisinə axmasının qarşısını almaq məqsədilə silah anbarına 4 nəfər əsgər, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, ŞahidN və Təqsirləndirilən şəxsN gəldiklərini bildirmiş, Təqsirləndirilən şəxs4 ifadəsinə görə özünün MAZ markalı maşında götürmüş olduğu silahların anbara daxil olmayan silah-sursat olduğunu bildirmiş, həmçinin Milli Hidrometeorlogiya Xidmətindən verilmiş xx.xx.N0N4-cü il tarixli məktubuna və məhkəmə iclasında izahatı alınmış mütəxəssisin rəyinə əsasən isə həmin gün yağan yağışın intensiv yağdığı müddət xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixinə keçən gecəyə təsadüf etdiyindən belə olduğu vəziyyətdə Təqsirləndirilən şəxs4 artıq xx.xx.N0N0ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunduğundan N0N0-ci ilin dekabr ayının ortalarında ŞahidN, Şahid1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxsNla birlikdə silah anbarında ola bilməzdilər. Bundan başqa məhkəmə, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, şahidlər ŞahidN, Şahid1 və təqsirləndirilən şəxslərə qarşı verilmiş ittihamı qarşılıqlı təhlil edərkən belə qənaətə gəlmişdir ki, N0N0-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxsN silah saxlanılan qutunun qıfılını əli ilə qırdığı vaxt onun yanında ŞahidN olmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 Şahid1la birlikdə anbarın dam örtüyündə olmuş, Təqsirləndirilən şəxs4 isə silah anbarında olmamış, Təqsirləndirilən şəxs3 isə anbarın giriş qapısından bir qədər aralıda dayanıb kənar şəxslərin oraya gəlib-getməsini nəzarətdə saxlamışdır. Belə olduğu halda Təqsirləndirilən şəxsN silah saxlanılan qutunun qıfılını əli ilə qırmasını və həmin qutudan 03 (üç) ədəd tapança silahı və dolu daraqlar götürməsini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 görə bilməzdilər. Bu halı yalnız ŞahidN silah anbarında Təqsirləndirilən şəxsN yanında olduğu üçün görə bilərdi. Məhkəmə yuxarıda sadlanan təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrində qeyd olunan bu kimi ziddiyətli halların olduğunu aşkar edərək belə qənaətə gəlmişdir ki,istintaq orqanı Təqsirləndirilən şəxs4 digər təqsirləndirilən şəxslərlə birlikdə hərbi hissənin silah anbarından qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını talaması, habelə təkrarən döyüş sursatını talaması ilə bağlı ittiham elan edərkən ehtimallara əsaslanmışdır. Məhkəmə hesab edir ki, CPM-nin N1.N-ci maddəsinin tələbinə görə sadalanan şübhəli məqamlar digər sübutlarla təkzib olunmadığından Təqsirləndirilən şəxs4 xeyrinə həll edilməli və onun ibtidai istintaq zamanı məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə uyğun olan ifadəsi yəni, «yaşadığı evdə axtarış zamanı aşkar edilərək götürülmüş N (bir) ədəd «Makarov» tipli tapançanı, üzərində 08 (səkkiz) ədəd patron olan N (bir) ədəd patron darağını və 06 (altı) ədəd avtomat silaha aid patronu o, N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən N0N0-ci ilin dekabr ayının ortalarında həmin hərbi hissənin silah anbarının yerləşdiyi ərazidə silah-sursatın anbarlara yığılması işinə cəlb olunduğu günün ertəsi günü, hərbi xidmətdən tərxis olunduğu gündən bir gün əvvəl hərbi hissənin silah anbarının qarşısında saxlanılan «MAZ» markalı hərbi avtomobilin yük yerindən təkbaşına götürməsi ilə bağlı vermiş olduğu ifadəsi digər sübutlarla uyğunluq təşkil etdiyindən daha üstün subut kimi qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən N0N0-ci ilin dekabr ayının ortalarında həmin hərbi hissənin silah anbarının yerləşdiyi ərazidə silah-sursatın anbarlara yığılması işinə cəlb olunduğu günün ertəsi günü, hərbi xidmətdən tərxis olunduğu gündən bir gün əvvəl hərbi hissənin silah anbarının qarşısında saxlanılan «MAZ» markalı hərbi avtomobilin yük yerindən N ədəd «Makarov» tipli tapançanı, üzərində 08 ədəd patron olan N ədəd patron darağını və 06 ədəd avtomat silaha aid patronu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3lə aralarında qabaqcadan əlbirlik barədə razılaşma olmadan, digər təqsirləndirilən şəxslərlə cinayətin törədilməsində birgə icraçı kimi iştirak etmədən təkbaşına olaraq talamışdır. Belə olduğu halda Təqsirləndirilən şəxs4 əməli CMnin N3N.N.1 maddəsi ilə yəni, qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını talaması kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs4 CM-nin N3N.N.N-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı aşağıda göstərilən şərhi verməyi zəruri hesab edir: Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 oğlu hərbi xidmətdən ehtiyata buraxılmamışdan bir gün əvvəl silah anbarına düşməndən qənimət kimi ələ keçirilmiş silahlar gətiriləcəyini eşidib, hərbi xidmətdən xatirə saxlamaq məqsədilə silah götürmək üçün silah anbarının qarşısına gəlmiş, həmin vaxt anbarın qarşısında dayanmış MAZ markalı maşının yük hissəsinə daxil olub oradan N (bir) ədəd «Makarov» tipli tapançanı, üzərində 08 (səkkiz) ədəd patron olan N (bir) ədəd patron darağını, 1 ədəd RQD-5 qumbaraatanın özəyini və 06 (altı) ədəd 7.6N mm kalibrli patronu fasiləsiz olaraq eyni vaxtda vahid niyyətlə talamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 əməlində CM-nin N3N.N.N-ci maddəsi ilə nəzərdə tutulan təkrarlıq əlaməti olmamışdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs4 əməli CMnin N3N.N.1 və N3N.N.N-ci maddələrindən həmin Məcəllənin N3N.1-ci maddələrinə tövsif edilməli, ona qarşı elan olunmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını talaması, habelə təkrarən döyüş sursatını talaması ilə bağlı ittiham isə CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 qarşı CM-nin NN8.N.1 və N3N.N.1-ci maddələri ilə elan olunmuş ittihamla bağlı dindirilmiş təqsirləndirilən şəxsin özünün və iş üzrə dindirilmiş şahidlərin ifadələrilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində ibtidai istintaqa verdiyi 11 avqust və 19 avqust N0NN-ci il tarixli ifadələrində törətdiyi cinayəti tam etiraf edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 «Vətən Müharibəsi» zamanı N0N0-ci ilin sentyabr ayının sonlarında səfərbərliklə əlaqədar hərbi xidmətə çağırıldıqdan sonra N nömrəli hərbi hissədə tanımış, onların hər biri ilə münasibətləri xidməti olmaqla aralarında hər hansı qohumluqları, ədavətləri və ya düşmənçilikləri olmamışdır. Həmin hərbi hissədə hərbi xidmətdə olarkən, N0N0-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxsN həmin hərbi hissənin silah anbarındakı silah saxlanılan qutunun qıfılını qırıb içərisinə baxmağı təklif etmişdir. Həmin vaxt onlarla birlikdə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 də yanlarında olmuşdur. Daha sonra, Təqsirləndirilən şəxsN əli ilə qıfılı qırmış və qutunun içində «Makarov» tipli tapançaların olduğunu gördükdən sonra həmin qutudan 3 ədəd tapança silah və həmin silahlara aid dolu daraqlar, Təqsirləndirilən şəxs3 həmin qutudan biri dostu, biri isə özü üçün olmaqla N ədəd tapança və həmin tapançalara aid dolu daraqlar, Təqsirləndirilən şəxs4 isə 1 ədəd tapança və patronla dolu daraq götürmüş, onların ardınca özü də həmin qutudan 1 ədəd tapança və içərisində 8 ədəd patron olan daraq götürmüşdür. Tapançaları və patronları götürdükdən sonra törətdikləri cinayəti ört-basdır etmək məqsədi ilə Təqsirləndirilən şəxsN həmin vaxt onlarla birlikdə xidmət edən əsgər ŞahidN yeni qıfıl almasını xahiş etmişdir. ŞahidN onlarla anbarda olmuş və hadisədən məlumatlı olmuş, həmin vaxt sonuncu da qutudan silah götürmək istəsə də, o, ŞahidN bu fikirindən daşındırmışdır. Bundan sonra ŞahidN 1 ədəd qıfıl alıb həmin qıfılı Təqsirləndirilən şəxsN vermiş, sonuncu da həmin qıfılı sındırdığı qıfılın yerinə silah yeşiyinin üzərinə bağlamışdır. Onlar tapançaları və patronla dolu daraqları götürdükdən sonra Təqsirləndirilən şəxsN əvvəllər tanımadığı və adını xatırlamadığı dostu hərbi hissəyə gəlmiş və həmin vaxt Təqsirləndirilən şəxsN onun, eləcə də özünün götürdükləri ümumilikdə 4 ədəd tapançaları və patronla dolu daraqları həmin dostuna vermiş, Təqsirləndirilən şəxs3 götürdüyü tapançaları adını bilmədiyi dostu vasitəsi ilə hərbi hissədən çıxarmış, Təqsirləndirilən şəxs4 isə götürdüyü tapançanı özündə saxlamış və sonradan tərxis olunduğu zaman öz çantasında hərbi hissədən çıxardaraq evinə aparmışdır. Bundan sonra o, N0N0-ci ilin dekabr ayında Təqsirləndirilən şəxsNla birlikdə sonuncunun yaşadığı Bərdə rayonuna getmiş və orada İ.A.İsgəndərovun Tofiq adlı dostu ilə görüşərək birlikdə həmin vaxt onun Bərdə rayonunda yaşayan «Xaxol» adı ilə çağırdıqları dostunun evinə getmişlər. Həmin evdə o, bir gecə Tofiq adlı şəxslə və Təqsirləndirilən şəxsNla birlikdə qalmış, qonaqlıq məclisində iştirak etmiş və həmin məclisdə onlar hərbi hissədən taladıqları tapançaları masanın üzərinə qoyub birlikdə şəkil çəkdirmişlər. N0N1-ci ilin yanvar ayının əvvəllərində o, hərbi xidmətdən tərxis olunmuş və Təqsirləndirilən şəxsNla birlikdə onun yaşadığı Bərdə rayonundakı evlərində getmiş və ondan saxlaması üçün verdiyi tapançanı üzərindəki patron darağında olan patronlarla birlikdə almış, həmin vaxt Təqsirləndirilən şəxsN da silah anbarından özü üçün götürdüyü tapançaları və patronla dolu daraqları götürərək, onlar birlikdə Bakı şəhərinə getmişlər. Həmin gün saat N1 radələrində o, kirayədə yaşadığı ünvan 4 ünvanına getmiş və taladığı 1 ədəd «Makarov» markalı tapançanı və içərisində 8 ədəd patron olan 1 ədəd darağı yaşadığı binanın damında olan köhnə dəmir su çəninin arxasında gizlətmişdir. N0NN-ci ildən etibarən maddi vəziyyəti yaxşı olmadığından o, tapancanı sataraq pul qazanmaq qərarına gəlmiş, çünki Təqsirləndirilən şəxsN aralarındakı söhbət zamanı ona, özündə olan tapança silahları daraqları ilə birlikdə Tofiq adlı dostu vasitəsi ilə bir ədədini 800 manat pula satdığını demiş, lakin konkret olaraq kimə satdığını bildirməmişdir. O, həmçinin Təqsirləndirilən şəxs3 də hərbi hissədən taladığı tapançaları satdığını eşitmiş, lakin bu barədə daha konkret heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs4 isə taladığı tapancanı evində saxladığını bilirmiş. Buna görə də o, N3 mart N0NN-ci il tarixdə yaşadığı binanın damındakı köhnə dəmir su çəninin arxasında gizlətməklə saxladığı 1 ədəd «Makarov» tipli tapançanı içərisində 8 ədəd patronu olan daraqla birlikdə götürüb üzərində gəzdirmiş və həmin silahsursatı satmaq üçün qabaqcadan bu barədə məlumat verdiyi Tofiq adlı tanışının Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki dediyi yerə aparmış, lakin elə həmin gün saat 19 radələrində həmin yerdə mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq həmin rayonun polis idarəsinə aparılmış və orada üzərinə şəxsi baxış keçirilərkən taladığı silah-sursat aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx.xx.N0NN-ci il tarixdə Təqsirləndirilən şəxsNla üzləşərkən ifadəsində göstərmişdir ki, o, N0N0 dekabr ayında anbarda damını anbar rəisi olan gizirlə düzəldərkən ŞahidNlə Təqsirləndirilən şəxsN aşağıda olduğunu görüb, Təqsirləndirilən şəxs3 isə qapıda gözləyib. Təqsirləndirilən şəxsN yeşiyin içindən 1 tapanca götürüb gedib. Həmin yeşiyin qıfılı qırıq olduğundan o da 1 tapanca götürüb gedib. Həmin axşam o, Təqsirləndirilən şəxsN məsləhət istəyib silahla bağlı, sonuncu da, silahı tanışı ilə göndərəcəyini deyib. Həmin axşam NBM-ə Təqsirləndirilən şəxsN tanışı gəlib, o və Təqsirləndirilən şəxsN öz silahlarını bir torbada həmin adama vermişlər. Səhərisi gün Təqsirləndirilən şəxsN ŞahidN qıfıl almasını xahiş etmiş, sonuncu qıfılı almış, o, ŞahidN meşədə gözləmiş, lakin qıfılı Təqsirləndirilən şəxsN verdiyini görməmişdir. Bir müddət sonra onun silahını Təqsirləndirilən şəxsN dostu Tofiq götürmüş, sonra o, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Tofiq adlı şəxs Bərdə rayonunda “Xaxolun” evində olarkən Tofiq onun silahı ilə şəkil çəkdirib silahı ona vermiş, o da silahı Təqsirləndirilən şəxsN evinə aparmış, daha sonra silahı Təqsirləndirilən şəxsN götürüb Bakıya gətirmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində N3 mart N0NN-ci il tarixdə Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilərkən həmin vaxt üzərində silah olmaması, polis əməkdaşlarının ondan silah barədə soruşduqda, tapancanın evdə olduğunu deməsi, polis əməkdaşlarının onun evinə gedib silahı götürmələri, polis bölməsində ona elektroşok tətbiq edildiyindən, həmin silahın güya onun üzərində aşkar edildiyi haqda protokola imza etməsi ilə bağlı fikrinə də münasibə bildirərək qeyd edir ki, «Axtarış və götürmə» haqqında N3 mart N0NN-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Nəriman rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs1 Rəhim oğlunun üzərindən N ədəd N mm kalibrli, KO 4708 M №-li, «PM» markalı, «Makarov» tipli tapança və içərisində 08 ədəd N mm kalibrli patron olan N ədəd daraq aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Həmin prosessual hərəkət videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə keçirilmiş, özü və müdafiəçisi qeyd dilən protokolu imza edərək, həmin protokolda hər hansı bir qeyd verməmişlər. Bundan əlavə, yuxarıda qeyd edilən prosessual hərəkətdə iştirak etmiş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Nərimanov rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X11 və həmin idarənin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru X6, həmçinin həmin idarənin 18-ci polis şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı X1N ifadələrində, N3 mart N0NN-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs1 polis idarəsinə dəvət edilərək müdafiəçisinin iştirakı ilə üzərinə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindən N ədəd KO 4708 №-li, «Makarov» tipli tapança, 08 ədad patron və N ədəd patron darağı aşkar edilərək götürüldüyünü təsdiq etmişlər. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında, xx.xx.N0NN-ci il tarixdə polis əməkdaşları tərəfindən ona elektroşok tətbiq edilməsini bildirsə də, həmin faktı yuxarıda göstərilənlərə əsasən öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs1 N3 mart N0NN-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş 1 (bir) ədəd N mm kalibrli, KO 4708 M №-li, «PM» markalı, «Makarov» tipli tapança və içərisində 08 (səkkiz) ədəd N mm kalibrli patron olan N (bir) ədəd darağın xidmət etdiyi müddət ərzində meşəlik ərazidən tapması ilə bağlı vermiş olduğu ifadəsi isə digər sübutlarla təkzib olunduğundan belə qənaətə gəlir ki, bu fikir onun özünün məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Belə ki, iş üzrə dindirilmiş ŞahidN ifadəsinə əsasən Təqsirləndirilən şəxs1 N0N0-ci ilin dekabr ayının ortalarında yəni, hadisə vaxtı onlarla birlikdə hərbi hissənin silah anbarına gedib anbarın dam hissəsində silah anbar rəisi Şahid1 kömək etmiş, həm ibtidai,həm də məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 da bu halı ifadələrində təsdiq etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilmiş 1 (bir) ədəd N mm kalibrli, KO 4708 M №-li, «PM» markalı, «Makarov» tipli tapança və içərisində 08 (səkkiz) ədəd N mm kalibrli patron olan N (bir) ədəd darağı həmin gün ŞahidN,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxsNla birlikdə Təqsirləndirilən şəxsN anbarın giriş qapısının açıq olduğunu görüb yaranmış vəziyyətdən istifadə edərək, təmizlik işləri ilə məşğul olmaq bəhanəsi ilə anbara daxil olub silah saxlanılan dəmir yeşiyin üzərinə bağlanan qıfılı anbarın içində yerdən tapdığı metal parçası ilə dartıb qırdıqdan sonra növbəli şəkildə həmin yeşikdən götürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs3 qarşı CM-nin NN8.N.1 və N3N.N.1-ci maddələri ilə elan olunmuş ittihamla bağlı dindirilmiş təqsirləndirilən şəxsin özünün və iş üzrə dindirilmiş şahidlərin ifadələrilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, xidmət vaxtı axşam tərəfi əsgər yataqxanasında olarkən Təqsirləndirilən şəxs4 onun yanına gəlmiş,aralarında olan söhbət zamanı silah götürməsi barədə ona bildirmiş, o, cavabında «namaz qılan adamsan silahı nə üçün götürmüsən» demiş, həmin zaman yanlarında heç kim olmamış, yataqxanada olan əsgərlər yatılı olmuşlar. Söhbət etdikləri yerə yaxın səhv etmirsə Təqsirləndirilən şəxs1 çarpayısı olmuşdur. .. Təqsirləndirilən şəxs4 silah götürməsi barədə o, heç kimə məlumat verməmişdir. Bundan sonra o,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 silah anbarına qrup şəklində getmişlər, lakin həmin vaxt Təqsirləndirilən şəxsN orada olmamışdır. O, həmin vaxt silah anbarından düşməndən qənimət kimi ələ keçirilmiş silah olduğunu zənn edib gizli yolla N (bir) ədəd «Makarov» tipli tapançanı götürmüş, təxminən 1 saat müddətində üzərində gəzdirmiş, sonra tanımadığı gizir rütbəli şəxsdən silahların xidmət etdiyi hərbi hissəyə aid olduğunu bildikdən sonra götürmüş olduğu bir ədəd tapançanı aparıb yerinə qoymuşdur.O, Təqsirləndirilən şəxs4 ona silah götürdüyünü dedikdən sonra o, anbardan silah götürmüş, daha sonra anbarda yerinə qaytarıb qoymuşdur. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxs3 ibtidai istintaqı zamanı ifadəsində göstərmişdir ki, N0N0-ci ilin dekabr ayının əvvəllərində hərbi hissənin silah anbarından N (bir) ədəd «Makarov» tipli tapançanı gizli yolla götürüb təxminən 1 (bir) saat müddətində üzərində gəzdirmiş, həmin silahın düşmənə məxsus olmadığını bildikdən sonra qaytarıb yerinə qoymuş, bundan başqa heç bir silah və ya sursat götürməmiş, digər şəxslərlə əlbir olaraq hər hansı silah-sursat talamamışdır. Bundan başqa Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 30 yanvar N0N3-cü il tarixli ifadəsində isə göstərmişdir ki, N0N0-ci ilin dekabr ayında Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1la birlikdə hərbi hissənin silah anbarında olarkən özü həmin əsgərlərlə birlikdə silah anbarından tapança götürmək barədə danışaraq razılaşmış, bu məqsədlə silah otağında işlədikləri vaxt silah yeşiyinin üzərində olan qıfıllı həmin əsgərlərdən biri açmış, …həmin vaxt o, həmin yeşikdən 0N (iki) ədəd «Makarov» tipli tapança, həmin tapançaya aid patronlarla dolu 0N (iki) ədəd daraq götürmüş, götürdüyü silah-sursatı əynindəki gödəkcəsinin cibində, daha sonra əsgər yataqxanasında gizlətmiş, tərxis olunduqdan sonra həmin silah-sursatı yaşadığı Bərdə rayonunun Mustafaağalı kəndinə aparmış və orada evinin həyatyanı sahəsində yerə basdırmaqla gizlətmişdir. İş üzrə dindirilmiş ŞahidN ibtidai istintaqı zamanı ifadəsində göstərmişdir ki, N0N0ci ilin dekabr ayının ortalarında saat N radələrində taborun yataqxanasında olarkən Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ona yaxınlaşaraq Təqsirləndirilən şəxs1la birlikdə hərbi hissənin silah anbarına gedəcəklərini, orada təmizlik işləri görəcəklərini və oradakı silah sandığından silah götürmək istədiklərini, onlarla birlikdə silah anbarına getməsini ona bildirmişlər. …daha sonra, Təqsirləndirilən şəxsN yanlarında olan Təqsirləndirilən şəxs3 silah anbarından tapança götürdükləri vaxt anbarın qapısında gözləməsini və gəlib-gedənə nəzarət etməsini tapşırmış, …onlar anbarın içərisində bir müddət təmizlik işləri ilə məşğul olduqdan sonra, …Təqsirləndirilən şəxs3 anbarın giriş qapısından bir qədər aralıda dayanıb kənar şəxslərin oraya gəlib-getməsini nəzarətdə saxlamış, həmin vaxt özü anbarın qapısına yaxın yerdə dayanmışdır. … Təqsirləndirilən şəxsN 3 ədəd PM markalı silahları götürdükdən sonra onunla birlikdə anbardan çölə çıxmış, həmin vaxt Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 anbarda qalmış,…həmin gün saat 17 radələrində o, əsgər yataqxanasında Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3lə sonuncunun çarpayısının ətrafında söhbət edərkən Təqsirləndirilən şəxs3 həmin vaxt öz yatağının üzərindəki yastığı qaldıraraq ona yastığın altında gizlətməklə saxladığı N (bir) ədəd «Makarov» tipli tapançanı göstərmişdir. İş üzrə dindirilmiş ŞahidN məhkəmə istintaqı zamanı ifadəsində qeyd olunan məsələ ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. İş üzrə dindirilmiş Şahid1 həm ibtidai, həmdə məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki,N0N0-ci ilin dekabr ayının ortalarında saat 15 radələrində silah anbarının dam örtüyündən axan yağış sularının qarşısını almaq məqsədilə silah anbarında işləmək üçün 5-ci MAT-ın şəxsi heyətindən 4 nəfər hərbi qulluqçu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, ŞahidN və Təqsirləndirilən şəxsN hərbi hissənin silah anbarına gəlmişlər və ona bu barədə məlumat verdikdən sonra o, həmin şəxslərin silah anbarına daxil olmalarına icazə vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə birlikdə hərbi hissənin silah anbarına getdiklərini, həmin vaxt Təqsirləndirilən şəxsN yanlarında olmadığını, silah anbarından 1 ədəd PM markalı tapança silahını düşməndən qənimət silah olduğunu zənn edib götürüb təxminən 1 saat üzərində saxladığını, həmin silahın düşmənə aid olmadığını bildikdən sonra qaytarıb yerinə qoyduğunu göstərsə də, özünün xx.xx.N0N3-cü il tarixli qismən etirafedici ifadəsinə, iş üzrə dindirilmiş şahidlər Xeryəddin Abdullayevin və Şahid1 həm ibtidai,həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 N0N0-ci ilin dekabr ayının ortlarında saat N radələrində taborun əsgər yataqxanasında digər təqsirləndirilən şəxslərlə silah anbarından silah götürməklə bağlı razılaşmış, Təqsirləndirilən şəxsN tapşırığına əsasən anbarın giriş qapısından bir qədər aralıda dayanıb kənar şəxslərin oraya gəlib-getməsini nəzarətdə saxlamağı qəbul etmiş, bundan təxminən bir saat sonra hərbi hissənin silah anbarına Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və ŞahidNlə birlikdə getmiş, silah anbarında açıq olan həmin yeşikdən 0N (iki) ədəd «Makarov» tipli tapança, eləcə də həmin tapançaya aid patronlarla dolu 0N (iki) ədəd daraq götürmüş, silah anbarından qayıtdığı gün saat 17 radələrində öz yatağının üzərindəki yastığı qaldıraraq yastığın altında gizlətməklə saxladığı N (bir) ədəd «Makarov» tipli tapançanı ŞahidN göstərmişdir. Məhkəmə, ŞahidN ifadəsində həmin gün saat 17 radələrində əsgər yataqxanasında Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3lə sonuncunun çarpayısının ətrafında söhbət edərkən Təqsirləndirilən şəxs3 öz yatağının üzərindəki yastığı qaldıraraq yastığın altında gizlətməklə saxladığı N (bir) ədəd «Makarov» tipli tapançanı ona göstərməsi ilə bağlı vermiş olduğu ifadəsinə də münasibət bildirirərək qeyd etməyi zəruri hesab edir ki, ŞahidN bu fikri inandırıcı olduğundan daha üstün subüt kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs3 bu hərəkəti etməsi ilə isə sübuta yetirilir ki, o, həqiqətdə silah anbarından götürmüş olduğu N ədəd PM markalı tapança silahını daha sonra anbarda yerinə qaytarıb qoymamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 həm məhkəmə, həm də ibtidai istintaq zamanı ifadələrində «silah anbarından 1 ədəd PM markalı tapança silahını düşməndən qənimət silah olduğunu zənn edib götürüb təxminən 1 saat üzərində saxladıqdan sonra həmin silahın düşmənə aid olmadığını bildikdən sonra qaytarıb yerinə qoyması» ilə bağlı fikri məhkəmə istintaqı zamanı digər subutlarla təkzib olunaraq sübuta yerilmədiyindən bu fikir onun özünün məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsN ibtidai istintaq orqanı tərəfindən elan edilmiş CM-in NN8.N.1 və N3N.N.1-cü maddələri ilə bağlı dindirilmiş təqsirləndirilən şəxsin özünün və iş üzrə dindirilmiş şahidlərin ifadələrilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə dindirilmiş Təqsirləndirilən şəxsN həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ifadələrində hərbi xidmətdə olarkən, nə təklikdə, nə də ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birlikdə hər hansı cinayət əməli törətmədiyini, o cümlədən hərbi hissədən və ya digər yerdən hər hansı silah-sursat talamadığını, qanunsuz saxlamadığını və bu kimi cinayət əməllərinin törədilməsində hər hansı iştirakı olmadığını göstərmişdir. Lakin iş üzrə şahid qismində dindirilmiş ŞahidN yuxarıda elan olunmuş həm ibtidai istintaq zamanı ifadələrinə və üzləşdirmə protokoluna, həm də məhkəmə istintaqı zamanı ifadələrinə nəzər saldıqda aydın olur ki, ŞahidN Təqsirləndirilən şəxsN həm məhkəmədə həm də ibtidai istintaq zamanı həqiqətə uyğun olmayan ifadə verdiyini onun üzünə qarşı deyərək Təqsirləndirilən şəxsN bu cinayətin törədilməsində fəallığı ilə seçilməsini və onun fəaliyyyətini tamamilə ifşa etmiş, X4 İskəndərovun hərəkətləri barədə bildirməsinin həqiqət olması Şahid1 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həm məhkəmə həm də ibtidai istintaq zamanı vermiş olduğu ifadələri ilə bir daha öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxsN məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində N0N0-ci ilin dekabr ayının ortalarında saat N radələrində hərbi hissənin 5-ci taborunun əsgər yataqxanasında əsgərlər Təqsirləndirilən şəxs1,Xaləddin Abdullayevə və Təqsirləndirilən şəxs3 həmin gün hərbi hissənin silah anbarında işçi qrupun üzvü kimi birlikdə təmizlik işləri ilə məşğul olduqları vaxt oradan «Makarov» tipli tapançaları, eləcə də onların komplekt hissələrini və döyüş sursatlarını gizli yolla talamağı təklif etməməsi, əsgərlər Təqsirləndirilən şəxs1, Xaləddin Abdullayev və Təqsirləndirilən şəxs3lə birlikdə hərbi hissənin silah anbarına getməməsi, Təqsirləndirilən şəxs1 anbarın damına çıxaraq gizir Şahid1 söhbətə tutmaqla onun başını qatması, əsgər Təqsirləndirilən şəxs3 silah anbarının giriş qapısına yaxın ərazidə dayanıb əraziyə nəzarət etməsi ilə bağlı vəzifə bölgüsü tapşırmaması barədə vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxsN özünün məsuliyyətini yüngülləşdirən ifadə kimi qəbul edərək belə qənaətə gəlmişdir ki, iş üzrə ŞahidN ifadəsində göstərdiyi hal yəni, N0N0-ci ilin dekabr ayının ortalarında saat N radələrində Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və ŞahidN hərbi silah anbarından silah götürməsi təklif etməsi,birlikdə silah anbarına daxil olduqdan sonra İbrahimin İskəndərovun anbarın içərisində 3 ədəd tapança götürməsi ilə bağlı fikri həqiqəti əks etdirdiyindən daha inandırıcı qəbul edilməldir. Cinayət Məcəlləsinin 31-ci maddəsinə görə, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 3N.1-ci maddəsinə əsasən, icraçı, təşkilatçı, təhrikçi və köməkçi cinayətin iştirakçıları hesab olunurlar. Cinayət Məcəlləsinin 33-cü maddəsinə görə, cinayətin iştirakçılarının məsuliyyəti, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 3N-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 33.3-cü maddəsində isə cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 3N-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi göstərilmişdir. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.N-ci maddəsinə görə qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may N0NN-ci il tarixli qərarına görə təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin qərara görə Cinayət Məcəlləsinin 34.N-ci maddəsinə görə cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxs qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 3N.3, 3N.4 və 3N.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun N7 may N005-ci il tarixli N saylı «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dairişlər görə məhkəmə təcrübəsi haqqında» Qərarının 11-ci bəndində deyilir ki, odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular dövlət və digər müəssisə və təşkilatlardan, eləcə də onların qanuni və qanunsuz yolla əldə etmiş ayrı-ayrı vətəndaşlardan talandıqda Azərbaycan Respublikası CM-nin N3N-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət yaranır. Həmin Qərarın 1N-ci bəndinə görə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilmiş cinayət, yəni CM-nin NN8.N.1-ci maddəsinin tövsifedici əlaməti olan qabaqcadan iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilmiş cinayət əməli nəzərdə tutulur. Həmin Qərarın 16-cı bəndinə görə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələr və qurğuları talama və sonradan saxlama, gəzdirmə, satma və daşıma cinayətlərin məcmusu qaydasında-CM-nin N3N-ci və NN8-ci maddələri ilə tövsif edilir. CM-nin NN8.1-ci maddəsi obyektiv cəhətdən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələrı və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmədə ifadə olunur. Azərbaycan Respublikası CM-nin N3N.1-ci maddəsi obyektiv cəhətdən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamada, yaxud hədə-qorxu ilə tələb emədə ifadə olunur. Məhkəmə, məhkəmə çıxışları zamanı müdafiəçilərin fikirləri razılaşmayaraq, dövlət ittihamçısının fikri ilə isə qismən razılaşaraq qeyd olunanların nəticəsi kimi hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 CMin NN8.N.1 və N3N.N.1-ci, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in N3N.1ci maddəsi təqsirli olması tamamilə sübut yetirilmiş və onlar həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə cəza təyin edərkən humanizm prinsipinə əsaslanaraq hesab edir ki, cinayət qanununa müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1ci, 41.N-ci və 58.3-cü maddələri). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral NN7-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. Sərəncamın əsas məqsədlərindən biri məhz cəza siyasətinin humanistləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təminatıdır. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub- olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Məhkəmə müvafiq cəza novünü və cəza müddətini müəyyən edərkən ağırlaşdırıcı və yüngülləşdirici amillərə, habelə əvvəllər məhkumluğun olmasına xüsusi diqqət yetirilməlidir. Cəzanın xüsusi xəbərdaredici məqsədi kimi, onu göstərir ki, müəyyən növdə və həddə cəzaya məhkum edilmiş şəxs, cəzasını çəkərkən öz davranışının neqativ tərəfini dərk edir və bir daha yeni cinayətlər törətmir. Əgər cəza ədalətli təyin edilirsə, yəni təyin edilən cəza cinayətin ağırlığına və cinayətkarın şəxsiyyətinin təhlükəliliyinə uyğun gəlirsə, belə amillərin nəzərə alınması ilə təyin edilən cəza islah etmənin ilkin düzgün əsasını qoymuş olur. Məhkəmə sadlananla əsasən qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 hərbi hissənin silah anbarından qabaqcadan əlbir olan bir qrup şəxs halında taladıqları silah-sursatları təhvil vermədiklərindən və faktiki olaraq həmin silah-sursatlar aşkar olunmadığından, həmçinin həmin silah-sursatların sonrakı taleyi barədə özləri məhkəmədə heç bir məlumat vermədiklərindən hesab edir ki, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayətin əməlin ictimai təhlükəliliyi hazırda da yüksək olmuş, yəni gələcəkdə onların özlərinin, başqa şəxslərin həyatı, sağlamlığı, həmçinin dövlətin və cəmiyyətin mənafelərini qorxu altına alan real təhlükə aradan qalxmamışdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 taladığı silah-sursatlar istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 aşkar edilərək götürüldüyündən və Təqsirləndirilən şəxs4 tərəfindən könüllü olaraq təhvil verildiyindən və hazırda mühafizə olunan saxlanc yerində saxlanıldığından hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməllərinin ictimai təhlükəliliyi xeyli azalmış, cəmiyyətdə digər şəxslər tərəfindən silahdan istifadə edilməklə törədilməsi ehtimal edilən cinayətlərin real olaraq qarşısı alınmışdır. Məhkəmə qeyd edilənlərlə yanaşı Təqsirləndirilən şəxsNnin və Təqsirləndirilən şəxs3 CM-nin NN8.N.1 və N3N.N.1-ci maddələrinin sanksiyasında olan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edildiyi halda, Təqsirləndirilən şəxs1 CM-nin NN8.N.1 və N3N.N.1-ci maddələrinin, Təqsirləndirilən şəxs4 isə CM-nin N3N.1-ci maddəsinin sanksiyasında olan azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edildiyi halda da aşağda göstərilənlərə əsasən onların və ailəsinin həyat şəraitinin mənəvi məhrumiyyətlərə məruz qalacağını da qeyd edir. Cinayət Qanununa görə cinayət törətmiş şəxs əməlinin hansı təhlükəli nəticələrə səbəb olduğunu dərk edirsə, əməlindən səmimi şəkildə peşman olursa, bunu cəzadan yaxa qurtarmaq məqsədilə deyil, səmimi niyyətlə edirsə, habelə törətdiyi cinayətin zərərli nəticələrini tez bir zamanda aradan qaldırmağa yönələn davranış nümayiş etdirirsə və sadalanan müsbət davranışı ilə özünün formalaşmış mənfi obrazını cəmiyyətin yaddaşından silmək istəyirsə, bu hal da təqsirkarın islah olunmağa başlamasını dəlalət edən hallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 0N aprel NNN-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.N-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». CM-nin 6N.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın (təqsirkarların) cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 6N.N-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məsmuyu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.N-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.N.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.N.N. ev dustaqlığında saxlanıldığı müddət; 158.N.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.N.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel N0N1-ci il tarixli qərarında göstərilmişdir ki, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əvvəllər məhkum olunmamasını, gəncliyini, hərbi hissənin silah anbarından taladığı silah-surtasat istintaq orqanına təhvil verildiyindən törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliyinin xeyli azalmasını, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini, 44 günlük “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsini, CMnin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi, CM-nin 61.1.11-ci maddəsinə əsasən cinayətin hərbi vəziyyət zamanı törədilməsini isə onun məsuliyyətlərini ağırlaşdıran hal kimi nəzərə alır. CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq cəza növü qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza təyin edilməlidir. CM-nin 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs1 törətdiyi əməl ağır cinayət hesab edilir. Məhkəmə cəzanın növünü və həddi müəyyən edərkən CM-nin 58.3-cü maddəsində göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs1 onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitini də nəzərə alır. Məhkəmə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların məcmusunu, eləcədə iştirakçılıqla törədilmiş cinayətdə cinayətin iştirakçısı kimi cinayətin üstünün açılmasında fəal iştirak etməsini, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxsN ifşa edilməsini müstəsna hallar kimi nəzərə alaraq, ədalət və humanizm prinsiplərinə əsaslanaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olunması üçün Təqsirləndirilən şəxs1 barəsində CM-nin 6N.1 və 6N.N-ci maddəsi tətbiq edilərək, ona ittiham olunduğu CM-nin NN8.N.1 və N3N.N.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün aşağı həddindən də az həddə cəza təyin edilməlidir və bununla da bu cinayətdə iştirak etmiş digər təqsirləndirilən şəxslərin əməllərini səmimi etiraf elmələrinə, taladıqları silahları təhvil verilmələrinə sövq edən bir amil olması kimi də zəruri hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 cəzasını CM-nin 56.1.N-ci maddəsinin tələbləri qaydasında ümumi rejimli cəzaçəkmə müəssisəində cəkməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli onun tutulduğu andan, yəni N3 mart N0NN-ci il tarixdən hesablanmalı,barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsN cəza təyin edərkən onun əvvəllər məhkum olunmamasını, 44 günlük Vətən Müharibəsində iştirakını və gəncliyini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, CM-nin 61.1.11-ci maddəsinə əsasən cinayətin hərbi vəziyyət zamanı törədilməsini onun məsuliyyətlərini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxsN məhkəmə istintaqı zamanı onun cinayət hadisəsinin planlaşdırılmasında və törədilməsində iştirakının digər sübutlarla sübuta yetirilməsinə baxmayaraq səmimi ifadə verməməsini də qeyd edir. Təqsirləndirilən şəxsN cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsN yalnız orta həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. CMnin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsN təyin olunacaq cəza növü qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza təyin edilməlidir. CM-nin 15.4cü maddəsinə görə Təqsirləndirilən şəxsN törətdiyi əməl ağır cinayət hesab edilir. Təqsirləndirilən şəxsN CM-nin 56.1.N-ci maddəsinin tələbləri qaydasında azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsN barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsN təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu andan, yəni 13 avqust N0NN-ci il tarixdən hesablanmalı,barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun əvvəllər məhkum olunmamasını və gəncliyini CM-nin 59-cu maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi, CM-nin 61.1.11-ci maddəsinə əsasən cinayətin hərbi vəziyyət zamanı törədilməsini isə onun məsuliyyətlərini ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs3 yalnız orta həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunacaq cəza növü qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti cəza təyin edilməlidir. CM-nin 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs3 törətdiyi əməl ağır cinayət hesab edilir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 56.1.N-ci maddəsinin tələbləri qaydasında azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli onun tutulduğu andan, yəni NN dekabr N0NN-ci il tarixdən hesablanmalı,barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun yaşayış yerindən və ali təhsilli olaraq, təhsil aldığı müəssisə tərəfindən müsbət xarakterizə olunmasını, törətdiyi cinayətdən peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, 44 günlük “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsini, gəncliyini, ailədə yeqanə oğul övladı olmasını cəzasını yüngülləşdirici hal kimi, CM-nin 61.1.11-ci maddəsinə əsasən cinayətin hərbi vəziyyət zamanı törədilməsini isə onun məsuliyyətlərini ağırlaşdıran hal kimi nəzərə alır. CM-nin 15.3-cü maddəsinə görə Təqsirləndirilən şəxs4 törətdiyi əməl az ağır cinayət hesab edilir. Lakin məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən, Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasının yüngülləşdirən halların məcmusunu, habelə taladığı silah və sursatların düşməndən götürülmüş qənimət olduğuna əmin olduğundan bu cinayəti törətməsini və məhkəmə istintaqı zamanı buna kifayət qədər əsaslar olması müəyyən edildiyindən, həmçinin taladığı silah-sursatları könüllü olaraq istintaq orqanına təhvil verməsini və bu silah-sursatlarla birlikdə istintaqa məlum olmayan sursatları da könüllü təhvil verməsini, bununla da törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliyinin və özünün şəxsiyyətinin təhlükəliliyinin xeyli azalmasını, səmimi ifadə verərək bu iş üzrə digər iştirakcıları ifşa edilməsinə köməklik göstərməsini müstəsna hallar hesab edərək və onun 1 il 8 aydan çox vaxt həbsdə olmasının artıq Təqsirləndirilən şəxs4 islah olunması ücün kifayət edilməsini əsaslı hesab edir və təyin edilmiş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alaraq, ədalət və humanizm prinsiplərinə əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlindən sonra ibtidai istintaq dövründə və məhkəmə baxışı zamanı davranışı, törətdiyi cinayət əməlindən keçən 3 ildən çox olan müddət ərzində digər qanun pozuntusuna yol verməməsi və faydalı əməklə məşgul olaraq ailəsinə maddi yardım göstərməsi, istintaq orqanına məlum olmayan sursatları təhvil verməklə özünün kriminal əmələ meyilli olmamasını göstərməsi də nəzərə alınmaqla onun artıq tam islah olunmasına dəlalət edir. Məhkəmə sadalanan bu hallara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs4 əməlinin ictimai təhlükəliliyi və şəxsiyyətinin təhlükəliliyi əhəmiyyətli dərəcədə azalmışdır. Bu hal da onu göstərir ki, Təqsirləndirilən şəxs4 artıq islah olunubdur və həbsdə olduğu müddət onun islah olunması ücün kifayətdir. Bununla əlaqədar məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs4 barəsində CM-nin 6N.1 və 6N.N-ci maddəsi tətbiq edilərək, ona təqsirli bilindiyi CM-nin N3N.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş daha ciddi cəza növünün aşağı həddindən də az həddə cəza təyin edilməklə cəzanın həddi onun hal-hazırda həbsdə olduğu müddətlə əhatə olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 bu həddə cəzanın təyin etməklə bu iş üzrə silahsursat talamış və həmin silah-sursatları hal-hazıradək gizlədərək, törətdiyi əməllərini etiraf etməyən digər təqsirləndirilən şəxslərə törətdikləri əməli səmimi etiraf etməsinə və taladıqları silahları təhvil verilməsinə sövq edən böyük bir təsir vasitəsi kimi qəbul edir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 cəzasının başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu gündən yəni, 13 avqust N0NN-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs4 13 avqust N0NN-ci il tarixdən 17 aprel N0N4-cü il tarixədək həbsdə saxlanıldığı müddət azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablandığından Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğuna baxaraq, belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nərimanov rayon polis idarəsinin saxlanc anbarında saxlanılan N (bir) ədəd KO-4708 M №-li, «Makarov» (PM) konsturksiyalı tapança, həmin silaha aid N (bir) ədəd patron sandıqça və 06 (altı) ədəd N mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra N nömrəli hərbi hissənin istifadəsinə verilməli və həmin hərbi hissəyə təhvil verilməlidir. Hökmün bu hissədə icrası Nərimanov Rayon Polis İdarəsinə və N saylı Hərbi Hissə komandanlığına həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və N nömrəli hərbi hissənin saxlancında saxlanılan 1 (bir) ədəd N mm kalibrli NB N3N4 №-li, «Makarov» (PM) konstruskiyalı tapança, həmin silaha aid N (bir) ədəd patron çandıqçası, 06 ədəd N mm kalibrli patron, həmçinin 06 ədəd 7.6N mm kalibrli patron N nömrəli hərbi hissənin istifadəsinə verilməlidir. Hökmün bu hissədə icrası N saylı Hərbi Hissə komandanlığına həvalə edilməlidir. Məhkəmə CPM-nin 346.1.N1-ci maddəsinin tələbi baxımından məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, iş üzrə ödənilməmiş 661 manat 56 qəpik məbləğində olan maddi ziyanın 395 (üç yüz doxsan beş) manat 76 (yetmiş altı) qəpiyi Təqsirləndirilən şəxsN, ballistik tədqiqat zamanı 1 ədədinin dəyəri 0,49 manat olmaqla istifadə olunan N ədəd eksperimental atəşlərə görə ümumi dəyəri 0,98 manat (doxsan səkkiz qəpik) Təqsirləndirilən şəxs1, N63 (iki yüz altmış üç) manat 84 (səksən dörd) qəpik Təqsirləndirilən şəxs3 alınıb Dövlət büdcəsinə keçirilməlidir. Hökmün cəza və maddi ziyana aid olan hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 0N saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə məhkəmə-ballistik ekspertizasının dəyəri N64 (iki yüz altmış dörd) manat və ballistik tədqiqat zamanı 1 ədədinin dəyəri 0,49 manat olmaqla istifadə olunan N ədəd eksperimental atəşlərə görə ümumi dəyəri 0,98 manat (doxsan səkkiz qəpik) Təqsirləndirilən şəxs4 alınıb Dövlət büdcəsinə keçirilməlidir. Hökmün bu hissədə icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346-347, 349, 351- 353, 381, 383-384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin NN8.N.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsi tətbiq edilməklə N (bir) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin N3N.N.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsi tətbiq edilməklə 0N (iki) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan yəni, N3 mart N0NN-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin NN8.N.1-ci maddəsi ilə təqsirli bilinsin və 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin N3N.N.1-ci maddəsi ilə təqsirli bilinsin və 0N (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsN qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsN cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsN cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan yəni, 13 avqust N0NN-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsN barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin NN8.N.1-ci maddəsi ilə təqsirli bilinsin və 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin N3N.N.1-ci maddəsi ilə təqsirli bilinsin və 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 0N (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu vaxtdan yəni, NN dekabr N0NN-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin N3N.1-ci maddələri ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 6N-ci maddəsi tətbiq edilməklə N (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu gündən yəni, 13 avqust N0NN-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs4 13 avqust N0NN-ci il tarixdən 17 aprel N0N4-cü il tarixədək 1 (bir) il 8 (səkkiz) ay 04 (dörd) gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə hesablandığından Təqsirləndirilən şəxs4 təyin edilmiş N (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə ödənilməmiş 661 manat 56 qəpik məbləğində olan maddi ziyanın 395 (üç yüz doxsan beş) manat 76 (yetmiş altı) qəpiyi Təqsirləndirilən şəxsN, ballistik tədqiqat zamanı 1 ədədinin dəyəri 0,49 manat olmaqla istifadə olunan N ədəd eksperimental atəşlərə görə ümumi dəyəri 0,98 manat (doxsan səkkiz qəpik) Təqsirləndirilən şəxs1, N63 (iki yüz altmış üç) manat 84 (səksən dörd) qəpik Təqsirləndirilən şəxs3 alınıb Dövlət büdcəsinə keçirilsin. Hökmün cəza və maddi ziyana aid olan hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 0N saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov rayon polis idarəsinin saxlanc anbarında saxlanılan N (bir) ədəd KO-4708 M №-li, «Makarov» (PM) konsturksiyalı tapança, həmin silaha aid N (bir) ədəd patron sandıqça və 06 (altı) ədəd N mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra N nömrəli hərbi hissənin istifadəsinə verilsin və həmin hərbi hissəyə təhvil verilsin. Hökmün bu hissədə icrası Nərimanov Rayon Polis İdarəsinə və N saylı Hərbi Hissə komandanlığına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və N nömrəli hərbi hissənin saxlancında saxlanılan 1 (bir) ədəd N mm kalibrli NB N3N4 №-li, «Makarov» (PM) konstruskiyalı tapança, həmin silaha aid N (bir) ədəd patron çandıqçası, 06 ədəd N mm kalibrli patron, həmçinin 06 ədəd 7.6N mm kalibrli patron N nömrəli hərbi hissənin istifadəsinə verilsin. Hökmün bu hissədə icrası N saylı Hərbi Hissə komandanlığına həvalə edilsin. İş üzrə məhkəmə-ballistik ekspertizasının dəyəri N64 (iki yüz altmış dörd) manat və ballistik tədqiqat zamanı 1 ədədinin dəyəri 0,49 manat olmaqla istifadə olunan N ədəd eksperimental atəşlərə görə ümumi dəyəri 0,98 manat (doxsan səkkiz qəpik) Təqsirləndirilən şəxs4 alınıb Dövlət büdcəsinə keçirilsin. Hökmün bu hissədə icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən N0 (iyirmi) gün müddətində, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 hökmün sürətinin onlara verildiyi andan N0 (iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : İlqar Quliyev Hakimlər: Vidadi Nəsirov Əhməd Sarıyev
Məhkəmə qərarları › İş №1-1(098)-3/2024
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-3/2024
17.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver