Məhkəmə qərarları › İş №1-1(098)-3/2025

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-3/2025

13.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-3/2025 13.03.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X8 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN iştirakı ilə xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun minaatan batareyasının 1-ci minaatan tağımının 1-ci minaatanın komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət etmiş, N avqust N-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılmış, barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun minaatan batareyasının 1-ci minaatan tağımının 1-ci minaatanının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən N may N-cü il tarixdə saat 14:30-da Tərtər rayonu Sarov kəndində yerləşən N nömrəli hərbi hissəni özbaşına tərk edib getmiş, könüllü olaraq N iyun N-cü il tarixdə saat 0N:00-da Tərtər rayonu Sarov kəndində yerləşən N nömrəli hərbi hissəyə qayıtmaqla müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 333.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, 14 fevral NN3-cü il tarixdən bağlaşma əsasında üç il müddətinə Azərbaycan Ordusuna müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək N nömrəli hərbi hissənin 1-ci əlahiddə minaatan batareyasının N-ci minaatan tağımının N-ci minaatanının komandiri vəzifəsində xidmətə başlamış və 19-N sentyabr NN3-cü ildə kecirilən anti-terror əməliyyatında Ağdara istiqamətində iştirak etmişdir. Yuxarıda ittiham olunan əməmlə görə N-cü ilin N avqust ayında xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. N may N-cü il tarixdə Tərtər rayonu Sarov kəndində yerləşən N nömrəli hərbi hissədə xidmət yerində olduğu zaman günorta saat 14:30-da Vətən müharibəsi iştirakcısı, «Cəsur döyüşçü» medalı ilə təltif olunmuş və həmin zaman ehtiyyata buraxılmış qardaşı X6 ona zənq edərək məktəbdə xadiməci işləyən anaları XN astma, zob və qaymorit xəstəliyindən əziyyət cəkməsini bildirdikdən heç bir səlahiyyətli şəxsə məlumat vermədən və həmin il üçün məzuniyyət hüququnu tam istifadı etdiyindən xidmət yerini tərk edərək çıxıb getmiş və daimi yaşadığı evə gedərək orada anasını həkim müayyinələrdən qardaşı ilə birlikdə kecirib və zəruri dərman ləvazimatlarını alıb müalicəsinə başlanılaraq anasının səhhətinin stabilləşməsinə əmin olduğundan könüllü olaraq N iyun N-cü il tarixdə gecə saat 0N:00-da xidmət yeri olan N nömrəli hərbi hissəyə qayıtmışdır. Bu zaman o, N iyun N-cü il tarixdə gecə saat 0N:00-da xidmət yeri olan N nömrəli hərbi hissəyə qayıtdığı üçün baş leytenant Şahid1 raport yazaraq hərbi hissə komandirinə məruzə etmiş və həmin tarixdən xidmətini davam etdirmişdir. Ailəsi anasından və bir qardaşı Vətən müharibəsi iştirakcısı, «Cəsur döyüşçü» medalı ilə təltif olunmuş qardaşı X3 ibarətdir, onlar anadan bir atadan ayrı qardaşdılar. Ehtiyata tərxis olunduqdan sonra qeyri-rəsmi olaraq ailə qurub. O, etdiyi əməldən səmimi peşmandır, etdiyi əmələ görə ordu sıralarından ehtiyata buraxılmışdır. Halhazırda rəsmi iş yeri olmasa da tikintilərdə günəmuzd günü N5 manat fəhlə işləyir və onun ailə vəziyyətinin ağır olmasını nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyasının 1-ci atəş tağımının komandiri, baş leytenant Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır. Tərtər rayonu Sarov kəndində yerləşən N nömrəli hərbi hissəyə N may N-cü il tarixdə səhər düzülüşü zamanı xidmət yerinə gəlməsinə baxmayaraq əsgər Təqsirləndirilən şəxs günorta saat 14:30-da heç bir səlahiyyətli şəxsə məlumat vermədən xidmət yerini özbaşına tərk edərək çıxıb getmiş və N iyun Ncü il tarixdə gecə saat 0N:00-da xidmət yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsi barəsində minaatan batareyasının komandiri, kapitan Vüsal Qurbanov raport yazaraq hərbi hissə komandirinə məruzə etmişdir. Təqsirləndirilən şəxs N iyun N-cü il tarixdə gecə saat 0N:00-da xidmət yerinə gəlməsi barədə raport yazaraq hərbi hissə komandirinə məruzə etmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid N nömrəli hərbi hissənin tank əleyhinə bölüyünün N-ci tağımının 3-cü manqasının heyət nəfəri, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır. N nömrəli hərbi hərbi hissədə N iyun N-cü il tarixdən N iyun N-cü il tarixədək müddətə nəzarət buraxılış məntəqəsində növbətçisinin köməkçisi olduğu zaman N iyun N-cü il tarixdə gecə saat 0N radələrində 3-cü taborun minaatan batareyasında xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin nəzarət buraxılış məntəqəsindən içəri daxil olmuş və ona salam verib özünü təqdim etdikdən sonra əsgər yataqxanasına doğru getmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunmuş aşağıda sadalanan sənədlərlə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli bir daha sübut olunmuş və onun şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər müəyyən edilmişdir. N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyasının komandiri kapitan Vüsal Qurbanovun N may N-cü il tarixli raportundan və N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli, 156 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N may N-cü il tarixdə saat 14:30-da xidməti yerini özbaşına tərk etdiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyası komandirinin vəzifələrini müvəqqəti icra edən baş leytenant Şahid1 N iyun N-cü il tarixli raportundan və N nömrəli hərbi hissə komandirinin N iyun N-cü il tarixli, 167 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N iyun N-cü il tarixdə gecə saat 0N:00-da xidməti yerinə gəlmiş hesab edilərək yenidən vəzifələrinin icrasına başlamışdır. Təqsirləndirilən şəxs: - AZE 13805543 nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuşdur, ünvan N ünvanında qeydiyyatdadır; - AD ******* nömrəli Şəxsi vəsiqənin surətindən görünür ki, xx xxxxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuşdur, Azərbaycan Resmpublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir; “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında” 14 fevral NN3-cü il tarixli bağlaşmadan görünür ki, imzaladığı həmin bağlaşmanın müddəti 3 (üç) il müddətinə müəyyən edilmiş və 14 fevral NN6-cı il xidmət müddətinin son tarixi olmuşdur. - N nömrəli hərbi hissə komandirinin N fevral N-cü il tarixli 34 nömrəli əmrindən çıxarışdan görünür ki, 3-cü motoatıcı taborun minaatan batareyanın 1-ci minaatan tağımının 1-ci minaatan komandiri vəzifəsinə təyin olunmuşdur; - N nömrəli hərbi hissənin N iyun N-cü il tarixli 1460 nömrəli 45N saylı arayışdan görünür ki, hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək, hərbi xidmətə yararlı hesab edilmişdir; - N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə nizam-intizamlı hərbici kimi xarakterizə olunmuşdur; - Azərbaycan Respublikası DİN BƏSİİ-si tərəfindən verilmiş tələbnaməyə əsasən əvvəllər məhkum olunmamışdır. - N nömrəli hərbi hissə komandirinin N avqust N-cü il tarixli N58 nömrləi əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığına görə N avqust N-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 18 dekabr NN-ci il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının «Cəsur döyüşçü» medalı ilə təltif edilməsi haqqında sərəncamı ilə Təqsirləndirilən şəxs qardaşı X6 «Cəsur döyüşçü» medalı ilə təltif olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 333.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, hərbi hissəni anası XN xəsrtələnməsi barədə qardaşından eşitdiyi məlunmata əsasən özbaşına tərk etməsini, könüllü olaraq xidmət yerinə qayıtmasını, nizam-intizamlı hərbiçi kimi xarakterizə olunmasını, törətdiyi bu əmələ görə intizam qaydasında cəzalandırılaraq N avqust N-cü il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığını, özünün NN3-cü ilin sentyabr ayında keçirilmiş Antiterror əməliyyatlarında iştirak etməsini, qardaşı X4 Vətən müharibəsində iştirak edərək, «Cəsur döyüşçü» medalı ilə təltif olunmasını, ehtiyyata buraxıldığdan sonra faydalı əməklə məşgul olmasını, gənc olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi və CM-nin 61.1-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə CPM-nin 346.1.8-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında dindirilərkən xidmət yerini tərk etməsinin səbəbini N may N-cü il tarixdən N iyun N-cü il tarixədək anasının xəstə olması ilə bağlı əlaqələndirsə də, anasının xəstəliyini təsdiqləyən, habelə hər hansı bir xəstəliklə bağlı tibb müəssisəsinə müraciət etməsinə dair heç bir sənəd təqdim etməmişdir və eyni zamanda bildirmişdir ki, anası məktəbdə xadiməçi işləyir və anasının xəstələnməsi barədə ona o zaman anası ilə birgə yaşayan qardaşı X6 məlumat vermişdir. CM-nin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, ağır şərait zəminində bu Məcəllənin 333.1-333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Ağır şərait dedikdə hərbi qulluqçunun özünün və ya yaxın qohumlarının ağır xəstəliyi, ciddi ailə münaqişələri, hərbi qulluqçunun yaxın qohumlarının yaşadığı yerdə baş vermiş təbii fəlakət, hərbi qulluqçunun xidməti yerində yaranmış əlverişsiz, qeyri-sağlam şərait və.s nəzərdə tutulur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsinin Qeyd hissəsi ilə, yəni əməlin ağır şərait zəminində törədilməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar görmür. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. CM-nin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi bu əmələ görə intizam qaydasında cəzalandırırlaraq N avqust N-cü il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığını vəhal-hazırda faydalı əməklə məşgul oldugundan onun törətmiş olduğu əməlin və onun şəxsiyyətinin ictimai təhlükəliliyi də azalmışdır. Məhkəmə bu sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə mədudlaşdırma cəzasının təyin olunması cəzanın məqsədlərinə çatmaq ücün kifayətdir. Lakin Təqsirləndirilən şəxs hazırda hərbi qulluqçu olmadığından ona hərbi xidmət üzrə mədudlaşdırma cəzasının təyin olunması mümkün deyildir. Odur ki, məhkəmə sadalanan halları və onun cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qəbul edərək, təyin olunası cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 6N-ci maddəsini tətbiq etməklə ona CM-nin 333.3cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növü olan cərimə cəzasının aşağı həddə təyin olunmasını cəzanın məqsədinə nail olması üçün kifayətdir. Bununla bağlı Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri CPM-nin 346.1.N-ci maddəsinin tələblərinə əsasən ləgv edilməlidir. Məhkəmə hesab edir ki, CPM-nin 346.1.N1-ci maddəsinin tələbinə əsasən MüdafiəçiN tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 1N (yüz yirmi) manat təşkil etmişdir və həmin məbləğ məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından: - MüdafiəçiN hesabına (alan bank "xxxx" ASC-nin Bərdə rayon filialı, Kod:50N650; VÖEN: **********; Müxbir hesab: AZ37NABZ********************; S.W.İ.F.T.BİK: İBAZAZNX Hesab №-si AZ50İİB********************; VÖEN: **********) 1N (bir yüz yirmi) manat məbləğdə pul ödənilməlidir. Hökmün icrası: - cərimə cəzasına münasibətdə Bakı şəhər Probasiya İdarəsinə; - MüdafiəçiN hüquqi yardımın ödənilməsinə münasibətdə Bərdə rayon vəkil bürosuna həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində CMnin 6N-ci maddəsini tətbiq etməklə N0 (iki yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləgv edilsin. Dövlət büdcəsi hesabından: - MüdafiəçiN hesabına (alan bank "xxxx" ASC-nin Bərdə rayon filialı, Kod:50N650; VÖEN: **********; Müxbir hesab: AZ37NABZ********************; S.W.İ.F.T.BİK: İBAZAZNX Hesab №-si AZ50İİB********************; VÖEN: **********) 1N (bir yüz iyirmi) manat məbləğdə məbləğdə pul ödənilsin. Hökmün icrası: - cərimə cəzasına münasibətdə Bakı şəhər Probasiya İdarəsinə; - MüdafiəçiN hüquqi yardımın ödənilməsinə münasibətdə Bərdə rayon Vəkil bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar