Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-4/2023 17.10.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Sarıyev Əhməd Mədət oğlunun sədrliyi, XN iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X2 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.N973-cü il tarixdə ünvan N ünvanında daimi qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, N nömrəli hərbi hissənin sabiq əsgəri, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 334.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.N993-cü il tarixdə Şəki rayonu hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N fevral N993-cü il tarixli 23 saylı əmrilə şəxsi heyətə daxil edilərək, həmin hərbi hissədə əsgər rütbəsində müddətli hərbi xidmətdə olarkən, müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədilə hərbi hissəni N may N993-cü il tarixdə özbaşına buraxıb getmiş və bir daha xidmət yerinə qayıtmamışdır, yalnız 09 noyabr 2003-cü il tarixdə təqsirini boynuna almaqla könüllü olaraq Şəki şəhər rayon polis şöbəsinə gedərək, N3 noyabr 2003-cü il tarixdə Qarabağ hərbi prokurorluğuna gətirilmişdir, yəni hərbi hissəni üç aydan artıq müddətə özbaşına buraxıb getməklə fərarilik etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 334.N-ci maddəsi ilə (N may 2020-ci ilədək olan redaksiyada) nəzərdə tutulan cinayət əməlini törətmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, 22 noyabr 2003-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində cinayət işi baxılması üçün Ağdam Hərbi Məhkəməsinə göndərilmiş, məhkmənin hazırlıq iclası keçirilmiş, iş məhkəmə baxışına verilsə də təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməmiş, məhkəmədən qaçıb gizləndiyindən, 2N yanvar 2004-cü il tarixdə Ağdam Hərbi Məhkəməsinin N-7/2004 saylı qərarı ilə axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Habelə iş materiallarından görünür ki, xx.xx.2004-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən 26305 saylı axtarış işi açılmış, xx.xx.2004-cü il tarixdə Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində axtarışda olan Təqsirləndirilən şəxs məhkəmədən qaçaraq gizləndiyi yer RF-nın Tümen şəhərində müəyyən olunmaqla o, xx.xx.2004-cü il tarixdə tutlmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan Rusiya Federasiyası Baş Prokurorluğunun 23 yanvar 2006-cı il tarixli 35/N-NN96-04saylı məktubunda “cəlb etmə müddəti” keçdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına verilməsinin mümkün olmadığı göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şəki ŞRPŞ-nin məktubundan görünür ki, Rusiya Federasiyasından əldə olunmuş müvafiq sənədlər əsasında Təqsirləndirilən şəxs barəsində olan axtarış işi xx.xx.2006-cı il tarixdə xitam olunmuşdur. “Azərbaycan Respublikası DİN-in sistemində Axtarış işinin təşkili haqqında” təlimatın müvafiq bəndinin tələbinə əsasən Təqsirləndirilən şəxs Salamt oğlu barəsində xx.xx.2005-ci il tarixdə açılmış 26376 nömrəli axtarış işi xitam olıunmuş və sənədlərin məhv edilməsi haqqında təlimata uyğun olaraq müvafiq qaydada 5 il müddət keçdiyi üçün 26376 nömrəli axtarış işi yandırılaraq məhv edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 334.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmənin yeri və vaxtı barədə bildirişlər göndərilsə də, təqsirləndirən şəxs məhkəmə iclaslarına gəlməmişdir. Yuxarıda göstərilənlər, yəni təqsirləndirilən şəxsin barəsində axtarış elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilməsi, axtarış tədbirləri nəticəsində onun Rusiya Federasiyasında olması və Azərbaycan Respublikasında açılmış axatırış işi ilə əlaqədar orada tutulması, lakin müddətlərin keçməsi ilə əlaqədar Rusiya Federasiyası tərəfindən Azərbaycana verilməsindən imtina edilməsi, bunun nəticəsi olaraq onun axtarış işinə Azərbaycan Respublikasında da xitam verilməsi, habelə cinayət işinin icraatı təzələndikdən sonra təqsirləndirilən şəxsin məhkəməyə glməməsi ona dəlalət edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasından kənarda olmaqla məhkəməyə gəlməkdən imtina edir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 3NN-ci maddəsinin tələblərinə əsasən işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxıla bilər. Belə ki, CPM-nin 3NN.2 və 3NN.2.N-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda onun iştirakı olmadan məhkəmə baxışına yol verilir. Eyni zamanda həmin Məcəllənin 3NN.3-cü maddəsində göstərilir ki, Məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin müdafiəçisi də işə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmiş, habelə vəsatət verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 334.N-ci maddəsində ağır cəza olaraq azadlıqdan məhrum etmə cəzasının yuxarısı yeddi il həddində müəyyən edilmişdir, yəni həmin maddə az ağır cinayətlərə aiddir. Az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri 7 il təşkil edir. Həmin müddətlər keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Bütün bunları nəzərə alıb cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Dövlət ittihamçısı vəsatətə qarşı etirazını bildirib, Təqsirləndirilən şəxs CM-nin 334.N-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından vəsatətin rədd olunmasını, onun barəsində axtarış elan edilməklə cinayət işinin icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə müdafiəçinin cinayət təqibinə xitam verilməsinə dair dəlillərini və buna dövlət ittihamçısının etirazlarını iş materialları ilə ələaqəli araşdırıb hesab edir ki, müdaftəçinin vəsatəti təmin olunmalıdır. Azərbaycan Respublikası CM-nin N5.3-cü maddəsində göstərilir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.N və 75.N.2-ci maddələrində göstərilir ki, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsində göstərilir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsində göstərilir ki, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Azərbaycan Respublikası CM-nin 334.N-ci maddəsində ağır cəza olaraq azadlıqdan məhrum etmə cəzasının yuxarısı yeddi il həddində müəyyən edilmişdir, yəni həmin maddə az ağır cinayətlərə aiddir. Yuxarıda şərh olunanlardan isə görünür ki, az ağır cinayətlər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri 7 il təşkil edir. Həmin müddətlər keçdikdən sonra şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Araşdırılmış sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli N993-cu ilin may ayında törətmiş, yalnız 09 noyabr 2003-cü il tarixdə könüllü Şəki şəhər rayon Polis Şöbəsinə gələrək özünü təqdim etmişdir. Lakin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı yenidən məhkəmə iclasına gəlmədiyindən, qaçıb gizləndiyindən Ağdam Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən axtarış işi açılmışdır. Rusiya Federasiyası Baş Prokurorluğu “cəlb etmə müddəti” keçdiyinə görə M. Əsədovu Azərbaycan Respublikasına verməkdən imtina etmişdir. Bu səbəbdən Şəki Rayon-Şəhər Polis Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində olan axtarış işi xx.xx.2006-cı il tarixdən xitam olunmuşdur. Cinayət Məcəlləsinin 75.3-cü maddəsinin mənasına görə cinayət işi üzrə dayandırılmış müddətin axımı şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. «Polis haqqında» Qanunun tələblərinə əsasən cinayət törətmiş şəxslərin axtarılması və tutulması barədə məhkəmə qərarları polis orqanları tərəfindən icra olunur. Yuxarıda şərh olunanlardan isə görünür ki, təqsirləndirilən şəxs polis orqanları tərəfindən axtarılıb olduğu yer müəyyən edilsə də, onun Azərbaycan Respublikasına verilməsi Rusiya Federasiyası tərəfindən imtina edildiyindən, xx.xx.2006-cı il tarixdə axtarış işinə xitam verilmiş, bunla da təqsirləndirilən şəxsin axtarışından və tutulmasından imtina edilmişdir. İşin bu halları belə nəticəyə gəlməyə əsas verir ki, Cinayət Məcəlləsinin 75.3-cü maddəsi dayandırılmış müddətin bərpa olunması üçün «şəxsin tutulmasını və ya könüllü gəlib təqsirini boynuna almasını» əsas götürsə də, həmin şəxsin tutulması üçün tədbir görməli olan orqanların obyektiv səbəblərdən belə tədbiləri görməsinin mümkün olmaması və axtarış işinə xitam verməsi, axtarış işinə xitam verildiyi vaxtdan faktiki olaraq müddətin axımının bərpa olunmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri polisin axtarış işinə xitam verdiyi xx.xx.2006-cı ildən obyektiv olaraq bərpa olunmuşdur. Müddətin axımının bərpa olunması isə cinayət işinin dayandırılması üçün əsasları aradan qaldırır. Məhkəmənin fikrincə axtarış işinə xitam verilməsi, polis orqanları tərəfindən cinayət törətmiş şəxsin tutulub məhkəməyə gətirilməsi ehtimalını aradan qaldırmışdır. Şəxsin özünün könüllü məhkəməyə gələcəyi barədə ümidlər isə yalnız güman xarakteri daşımaqla cinayət işinin daha uzun müddətə dayandırılmış saxlanmasına əsas vermir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi vaxtdan 20 ildən, axtarış işinə xitam verildiyi vaxtdan isə N7 ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.N.3-cü maddəsində göstərilmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.N.3, 39.N.N2 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, müdafiəçinin vəsatəti təmin edilməli, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Habelə qətimkan tədbiri ləğv olunmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32N-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Əsədov Mübarı̇ z Salamat oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.N maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Sarıyev
Məhkəmə qərarları › İş №1-1(098)-4/2023
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №1-1(098)-4/2023
17.10.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver