Məhkəmə qərarları › İş №1-1(098)-40/2025

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-40/2025

17.03.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-40/2025 17.03.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri XNN oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçisi- Tərtər rayon Vəkil Bürosunun müdiri vəkil Müdafiəçi iştirakları ilə xx.xx.N006-cı ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində daimi qeydiyyatda olan, 30 yanvar N4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissənin artilleriya divizionunun 1-ci artilleriya batareyasının 1-ci artilleriya taqımının 1-ci topunun baş tuşlayıcısı, əsgər, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 33N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, N nömrəli hərbi hissəsinin artilleriya divizionunun 1-ci artilleriya batareyasının 1-ci artilleriya taqımının 1-ci topunun baş tuşlayıcısı, həqiqi hərbi xidmətdə olan əsgər Təqsirləndirilən şəxs N oktyabr N4-cü il tarixdə saat 16:45-də Yevlax rayonunun Aran qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissədə qarovul xidmətinə təyin olunduğuna görə təlimatdan sonra özünə təhkim olunmuş “AK-74” markalı, “197695” nömrəli avtomat silahı ilə yağmurluğunu götürmək üçün artilleriya divizionunun əsgər yataqxanasına daxil olarkən yataqxanada olan həmin hərbi hissəsinin artilleriya divizionunun 1-ci artilleriya batareyasının 1-ci artilleriya taqımının N-ci topun baş tuşlayıcısı, müddətli həqiqi hərbi xidmət edən əsgər Zərərçəkmiş şəxs “özlərini buraxanlar var, üstlərinə priziv gəlib, baş qaldırıblar, baş qaldırmaq peysərlikdir” kim əxlaqsız sözlərini deməsi ilə bağlı əsgər Zərərçəkmiş şəxs “birdən mənə deyərsən” deyərək soruşmuşdur, Zərərçəkmiş şəxs “səninlə olsam, üzünə qarşı deyərəm” cavabını vermişdir. O, yenidən Zərərçəkmiş şəxs “sənə deyirəm də, birdən mənə deyərsən” sorucduqda aralarında yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs sağ əli ilə Təqsirləndirilən şəxs sinəsindən itələmiş və Təqsirləndirilən şəxs bununla bağlı Zərərçəkmiş şəxs üzərinə doğru getdikdə axırıncı sağ əli ilə Təqsirləndirilən şəxs sinəsindən bir dəfə yumruğ zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu qanunsiz hərəkətlərinin təsiri altında Azərbaycan Reslublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 138-ci maddələrinin tələblərini pozaraq, “AK-74” markalı, “197695” nömrəli silahın qundaq hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyələrinə bir dəfə zərbə vurmuşdur və bu zaman Zərərçəkmiş şəxs özünü müdafiə ətmək məqsədi ilə sol əlini zərbənin qarşısına qaldırdığı zaman silahın qundağı sonuncunun sol əlinin 1-ci barmağına dəymişdir, nəticəyə Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığını qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vurmaya aid edilən “sol təpə nahiyəsinin əzilmiş-cırılmış, sol əlin 1-ci barmağının kəsilmiş yarası” diaqnozu ilə müşayiət olunan xəsarətlər yetirməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş təqsirləndirilən şəxs N nömrəli hərbi hissəyənin artilleriya divizionunun 1-ci artilleriya batareyasının 1-ci artilleriya taqımının 1-ci topunun baş tuşlayıcısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində ona CM-nin 33N.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, 30 yanvar N4-cü il tarixdən müddətli həqiqi hərbi xidmətə olarkən N oktyabr N4-cü il tarixdə saat 16:45-də həmin hərbi hissədə qarovul xidmətinə təyin olunduğuna görə təlimatdan sonra ona təhkim olunmuş “AK-74” markalı, “197695” nömrəli avtomat silahı ilə yağmurluğunu götürmək üçün artilleriya divizionunun əsgər yataqxanasına daxil olaraq, həmin vaxt yataqxanada olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs ümumi olaraq “özlərini buraxanlar var, üstlərinə priziv gəlib, baş qaldırıblar, baş qaldırmaq peysərlikdir” dediyini eşitmiş və bu zaman Zərərçəkmiş şəxs “birdən mənə deyərsən” dediyin, Zərərçəkmiş şəxs cavabında ona “səninlə olsam, üzünə qarşı deyərəm” demişdir və yenidən Zərərçəkmiş şəxs “sənə deyirəm də, birdən mənə deyərsən” dedikdə, bir-birilərinin üzərinə doğru getmişlər. Bundan sonra Zərərçəkmiş şəxs sağ əli ilə onun sinəsindən itələmiş, o, yenidən Zərərçəkmiş şəxs üzərinə doğru getdikdə Zərərçəkmiş şəxs sağ əli ilə onun sinəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən o, geriyə doğru getmiş və üzərində olan “AK-74” markalı, “197695” nömrəli silah yatağın üzərinə düşmüşdür və Zərərçəkmiş şəxs hərəkətinə əsəbiləşdiyi üçün “AK-74” markalı, “197695” nömrəli silahı yatağın üzərindən götürüb qundaq hissəsi ilə Zərərçəkmiş şəxs başına bir dəfə zərbə vurmuşdur. Həmin zərbəni vurarkən Zərərçəkmiş şəxs özünü qorumaq üçün sol əlini yuxarı qaldırmış və silahın qundağı Zərərçəkmiş şəxs sol əlinin 1-ci barmağına da dəymişdir. Hadisə zamanı yanlarında olan əsgər Şahid1 onları aralamışdır. Orada olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid3 və komandir heyəti yanlarına gəlmişlər. Zərərçəkmiş şəxs xəsarət alması nəticəsində başı qanadığı üçün batareya komandiri, kapitan ŞahidN dəsmal gətirib baş nahiyəsinə sıxaraq ilkin tibbi müdaxilə etmiş və Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün hərbi hissənin tibb məntəqəsinə aparmışlar. Hadisə zamanı onlar bir-birilərinin ünvanına nalayiq ifadə işlətməmişlər. Sadəcə Zərərçəkmiş şəxs ümumi olaraq “özlərini buraxanlar var, üstlərinə priziv gəlib, baş qaldırıblar, baş qaldırmaq peysərlikdir” ifadəsini işlətmiş, o isə həmin ifadəni ünvanına dediyini zənn etdiyi üçün əsəbiləşib “AK-74” markalı, “197695” nömrəli silahı yatağın üzərindən götürüb qundaq hissəsi ilə Zərərçəkmiş şəxs başına bir dəfə zərbə vurmaqla Zərərçəkmiş şəxs qarçı zor tətbiq etmişdir. Zərərçəkmiş şəxs silahla vurmaqda məqsədi özünü müdafiə etmək olmamışdır. Belə ki, qarşılıqlı dalaşma zamanı özünə təhkim olunmuş silahın qundağı ilə Zərərçəkmiş şəxs vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsdən üzr istəyib onunla barışmışdır, ona qarçı heç bir tələb və şikayəti yoxdur, hadisəni törətdiyi vaxtdan sonra hal-hazıradık heç bir cinayət əməlini törətməmişdir. Cinayəti törətdiyini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə üzr istəyib barışmasını yekun qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissəyə artilleriya divizionunun 1-ci artilleriya batareyasının 1-ci artilleriya taqımının N-ci topunun baş tuşlayıcısı sabiq əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, N8 oktyabr N3-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış və N yanvar N5-ci il tarixdə xəstəliyi ilə əlaqədar vaxtından əvvəl ehtiyata buraxılmışdır. O, N nömrəli hərbi hissədə xidmət etdiyi zaman N oktyabr N4-cü il tarixdə saat 16:45-də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şahid3 və əsgər Şahid1la birlikdə artilleriya divizionunun əsgər yataqxanasında olarkən əsgər Təqsirləndirilən şəxs özünə təhkim olunmuş “AK-74” markalı silahla qarovul təlimatından qayıdıb yataqxanaya daxil olduğunu görmüşdür və ümumi olaraq “özlərini buraxanlar var, üstlərinə priziv gəlib, baş qaldırıblar, baş qaldırmaq peysərlikdir” demişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs onun dediyi sözləri eşidərək “birdən mənə deyərsən” ona bildirəndə, o, cavabında “səninlə olsam, üzünə qarşı deyərəm” demişdir. Təqsirləndirilən şəxs “sənə deyirəm də, birdən mənə deyərsən” dedikdə, bir-birilərinin üzərinə doğru getmişlər. Bundan sonra o, sağ əli ilə əsgər Təqsirləndirilən şəxs sinəsindən itələmiş, lakin Təqsirləndirilən şəxs yenidən onun üzərinə gəldiyi üçün o, bu dəfə sağ əli ilə Təqsirləndirilən şəxs sinəsindən bir dəfə yumruq zərbəsi vurmuş, əsgər Təqsirləndirilən şəxs geriyə doğru getmiş və üzərində olan “AK-74” markalı silah yatağın üzərinə düşmüşdür. Bundan sonra əsgər Təqsirləndirilən şəxs özünə təhkim olunmuş “AK-74” markalı silahı yatağın üzərindən götürüb qundaq hissəsi ilə onun başına bir dəfə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs həmin zərbəni vurarkən özünü qorumaq üçün sol əlini yuxarı qaldıranda silahın qundağı onun sol əlinin 1-ci barmağına dəymiş və baş və sol əlinin 1-ci barmaq nahiyələrindən xəsarət almışdır. Həmin vaxt yanlarında olan əsgər Şahid1 onları aralamışdır. Daha sonra kiçik çavuş Şahid3 və komandir heyəti oraya gəlmişlər. Xəsarət alması nəticəsində başı qanadığı üçün batareya komandiri, kapitan ŞahidN dəsmal gətirib baş nahiyəsinə sıxaraq ilkin tibbi müdaxilə etmiş və onu tibbi yardım göstərilməsi üçün hərbi hissənin tibb məntəqəsinə aparmışdır. Hadisə zamanı onlar bir-birilərinə qarşı nalayiq ifadə işlətməmişlər. Sadəcə ümumi olaraq “özlərini buraxanlar var, üstlərinə priziv gəlib, baş qaldırıblar, baş qaldırmaq peysərlikdir” ifadəsini işlətmiş, əsgər Təqsirləndirilən şəxs isə həmin ifadəni onun ünvanına dediyini zənn etdiyi üçün dalaşmışdır. Məhkəməyə təqdim etdiyi ərizəsində isə bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan üzr istəyərək onunla barışmışdır və hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, ona cəza təyin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid N nömrəli hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının N-ci taqımının N-ci topunun heyət nəfəri müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid1 ifadəsində göstərmişdir ki, N oktyabr N4-cü il tarixdə saat 16:45-də Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin artilleriya divizonunun 1-ci batareyasının əsgər yataqxanasında qarovul xidmətinə təyin olunan şəxsi heyətin yataqlarını səliqəyə salan zaman əsgər Zərərçəkmiş şəxs də yataqxanada olmuşdur. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs qarovul xidmətinə təyin olunduğuna görə üzərində özünə təhkim olunmuş AK-74 markalı avtomat silahla yağmurluğunu götürmək üçün əsgər yataqxanasına gəlmiş və həmin vaxt əsgər Zərərçəkmiş şəxs ümumi olaraq “özlərini buraxanlar var, üstlərinə priziv gəlib, baş qaldırıblar, baş qaldırmaq peysərlikdir” demişdir. Bu zaman əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs dediyi sözləri eşidərək “birdən mənə deyərsən” deyə bildirmişdir. Zərərçəkmiş şəxs isə cavabında “səninlə olsam, üzünə qarşı deyərəm” demişdir. Təqsirləndirilən şəxs “sənə deyirəm də, birdən mənə deyərsən” dedikdə, həmin əsgərlər bir-birilərinin üzərinə doğru getmişlər. Bundan sonra Zərərçəkmiş şəxs sağ əli ilə əsgər Təqsirləndirilən şəxs sinəsindən itələmiş, lakin Təqsirləndirilən şəxs yenidən üzərinə gəldiyi üçün A.İsmayılzdə bu dəfə sağ əli ilə Təqsirləndirilən şəxs sinəsindən bir dəfə yumruq zərbəsi vurmuşdur. Əsgər Təqsirləndirilən şəxs geriyə doğru getmiş və üzərində olan “AK-74” markalı silah yatağın üzərinə düşmüşdür. Bundan sonra əsgər Təqsirləndirilən şəxs özünə təhkim olunmuş “AK-74” markalı silahı yatağın üzərindən götürüb qundaq hissəsi ilə Zərərçəkmiş şəxs başına bir dəfə zərbə vurmuşdur. Həmin zərbəni vurarkən Zərərçəkmiş şəxs özünü qorumaq üçün sol əlini yuxarı qaldırmış və silahın qundağı sol əlinin 1-ci barmağına da dəymişdir. Bununla da əsgər Zərərçəkmiş şəxs baş və sol əlinin 1-ci barmaq nahiyələrindən xəsarət almışdır. O, əsgər Təqsirləndirilən şəxs tutub aralamışdır. Daha sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid3 və komandir heyəti oraya gəlmişlər. Batareya komandiri, kapitan İlqar Əkbərbərov əsgər Zərərçəkmiş şəxs başı qanadığı üçün dəsmalı baş nahiyəsinə sıxarıq ilkin tibbi müdaxilə etmiş, tibbi yardım göstərilməsi üçün isə hərbi hissənin tibb mənətəqəsinə aparmışdır. Hadisə zamanı əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs bir-birilərinin ünvanına nalayiq ifadə işlətməmişlər. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid N nömrəli hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının komandiri kapitan ŞahidN ifadəsində göstərmişdir ki, N oktyabr N4-cü il tarixdə saat 16:45-də Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin artilleriya divizonunun ideoloji iş otağında xidməti işləri ilə məşğul olan zaman əsgər yataqxanasında səs-küy eşitdiyinə görə iş otağını tərk edərək, əsgər yataqxanasına getmiş və orada əsgər Zərərçəkmiş şəxs başının qanadığını görmüşdür. Həmin vaxt orada olan digər hərbi qulluqçular ona əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs mübahisə etdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs özünə təhkim olunmuş “AK-74” markalı, “197695” nömrəli xidməti silahın qundağı ilə əsgər Zərərçəkmiş şəxs baş nahiyəsindən vuraraq xəsarət yetirdiyini bildirmişlər. O, əsgər Zərərçəkmiş şəxs başının qanadığını və qanaxmanın davam etdiyini gördüyü üçün dəsmalı baş nahiyəsinə sıxaraq ilkin tibbi yardım etmiş və ona tibbi yardım göstərilməsi üçün hərbi hissənin tibb məntəqəsinə aparmışdır və baş vermiş hadisə barədə raport yazaraq yuxarı komandanlığa məruzə etmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid N nömrəli hərbi hissənin artilleriya divizionunun 1-ci batareyasının 1-ci taqımının atəşi idarəetmə manqasının baş radiotelefonçusu kiçik çavuş Şahid3 ifadəsində ŞahidN ifadəsində göstərdiklərini təsdiq etmişdir. N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin “Zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs deməsinə görə N oktyabr N4-cü il tarixdə saat 16:45 radələrində əsgər yoldaşı Təqsirləndirilən şəxs tərəfindən avtomatın qundağı ilə başına vurması nəticəsində xəsarət almış və ona almış olduğu xəsarətlə əlaqədar “başın sol təpə nahiyəsinin çapılmış yarası, sol əlin 1-ci barmağının kəsilmiş yarası” diaqnozu təyin olunmuşdur. N oktyabr N4-cü il tarixli, 11137 nömrəli raportdan görünür ki, N oktyabr N4-cü il tarixdə saat 16:45-də əsgər Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətin pozulması faktı aşkar olunmuşdur. N nömrəli hərbi hissənin artilleriya divizionunun tibb məntəqəsinin feldşeri gizir İlkin Calalovun N8 oktyabr N4-cü il tarixli raportundan görünür ki, əsgər Zərərçəkmiş şəxs N oktyabr N4-cü il tarixdə saat 17:N0 radələrində «Başın sol təpə nahiyəsinin çapılmış yarası, sol əlin 1-ci barmağının kəsilmiş yarası» diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişdir. Deməsinə görə N oktyabr N4-cü il tarixdə saat 16:45 radələrində qaravul təlimatından qayıdarkən əsgər yoldaşı Təqsirləndirilən şəxs tərəfindən avtomatın qundağı ilə başına vurması nəticəsində xəsarət almışdır. Bu faktın araşdırılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X16 Tərtər Regional Məhkəmə XN0 tərəfindən verilmiş NN-N5 noyabr N4-cü il tarixli, 631 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sol təpə nahiyəsinin əzilmiş-cırılmış, sol əlin 1-ci barmağının kəsilmiş yarası-qeyd olunan xəsarətlər tinli kənara malik bərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, müxtəlif şəraitlərdə əmələ gəlməsi mümkündür, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə (N oktyabr N4-cü il) və şəraitdə əmələ gəlməsi istisna olunmur, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs və əsgər Təqsirləndirilən şəxs arasında N oktyabr N4-cü il tarixdə Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən tabelik münasibətləri olmamışdır. N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli, N96-NR nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N oktyabr N4-cü il tarixdə daxili qarovulun dəyişən heyəti sutkalıq naryadına təyin edilmişdir. N nömrəli hərbi hissənin “artilleriya divizionu silahlarının və döyüş sursatlarının verilməsi kitabı”ndan çıxarışdan görünür ki, N oktyabr N4-cü il tarixdə 1 (bir) ədəd “AK-74” markalı, “197695” nömrəli avtomat silah əsgər Təqsirləndirilən şəxs xidməti istifadəsinə verilmişdir. Silaha baxış keçirilməsi haqqında 10 yanvar N5-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə 10 yanvar N5-ci il tarixdə cinayət hadisəsinin törədilməsində istifadə edilmiş predmetə baxış keçirilərkən götürülmüş AK-74 markalı 197695 nömrəli avtomat silahala Tərtər Hərbi Prokurorluğunun inzibati binasında baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: bir ədəd AK-74 markalı 197695 nömrəli avtomat silahsilahın lülə hissəsində alov boğucu bağlanmışdır. Silahın üzərində 5 rəqəmi ilə yanaşı silahın nömrəsini göstərən 197695 rəqəmləri yazılmışdır., silahın tünd qəhvəyi rəngli əl dəstəyi və qundağı vardır, silahın üzərində kəməri vardır, silahın doluluğu-boşluğu yoxlanılarkən silahın boş olması müəyyən edilmişdir. 10 yanvar N5-ci il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, əsgər Təqsirləndirilən şəxs təhkim olunmuş “AK-74” markalı, “197695” nömrəli avtomat silah maddi sübut hesab edilərək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə məsul saxlanışa verilmişdir. Təqsirləndirilən şəxs: -SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx xxxxxx N006-cı il tarixdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuş, 30 yanvar N4-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin neftçala rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. -N nömrəli hərbi hissə komandirinin N mart N4-cü il tarixli 94 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmaqla artilleriya divizionunun 1-ci artilleriya batareyasının 1-ci artilleriya taqımının 1-ci topun heyət nəfəri vəzifəsinə təyin olunmuşdur. -N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli NN8 nömrəli əmrindən çıxarışdan görünür ki, döyüş hazırlığının yüksəldilməsi məqsədilə 1-ci artilleriya batareyasının 1-ci artilleriya taqımının 1-ci topun heyət nəfəri vəzifəsindən azad edilərək, həmin batareyanın 1-ci artilleriya taqımının 1-ci topun baş tuşlayıcısı vəzifəsinə təyin edilmişdir. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədə müsbət cəhətdən səciyyələndirilir. -N30 nömrəli hərbi hissə tərəfindən verilmiş N noyabr N4-cü il tarixli 6507 nömrəli arayışdan görünür ki, hərbi-həkim komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab edilmişdir. - 14 yanvar N5-ci il tarixli qərarla barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmişdir. -“X6 Sistemi”nin məhkumluq məlumatları barədə çıxarışından müəyyən olunur ki, əvvəllər məhkum edilməmişdir. - Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 fevral N5-ci il tarixli 175 nömrəli arayışdan görünür ki, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla atası X7, anası X4 və qardaşı X14 ibarət ailə üzvləri vardır. - Neftçala rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral N5-ci il tarixli xasiyyətnamədə müsbət cəhətdən səciyyələndirilir. - N nömrəli hərbi hissə tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış N1 fevral N5-ci il tarixli 3-N5-143/N-4N3/N5 nömrəli məktubdan görünür ki, N oktyabr N4-cü il tarixdən bu günə qədər xidmət etdiyi müddət ərzində öz xidmətinə müsbətə doğru dönüş yaratmışdır. Öz bilik səviyyəsinin artırılması üçün çalışır, özünə qarşı tələbkarlığı qənaətbəxşdir. Komandirləri tərəfindən verilən əmr və tapşırıqları vaxtında və düzgün yerinə yetirir. Silahlı Qüvvələrin Nizamnamələrinin tələblərini bilir və onu gündəlik xidmətində istifadə edir. Zərərçəkmiş şəxs: - SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxx N005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, N8 oktyabr N3-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. - N nömrəli hərbi hissə komandirinin N5 dekabr N3-cü il tarixli 375 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilərək, bütün növ təminatlara qoyulmaqla artilleriya divizionunun 1-ci artilleriya batareyasının 1-ci tağımının N-ci topun heyət nəfəri vəzifəsinə təyin olunmuşdur. - N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli NN8 nömrəli əmri ilə döyüş hazırlığının yüksəldilməsi məqsədilə əsgər Zərərçəkmiş şəxs 1-ci artilleriya batareyasının 1-ci artilleriya tağımının N-ci topun heyət nəfəri vəzifəsindən azad edilərək 1-ci artilleriya batareyasının 1-ci artilleriya tağımının N-ci topun baş tuşlayıcısı vəzifəsinə təyin ounmuşdur. - N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə mənfi səciyyələndirilir. - N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, Zərərçəkmiş şəxs xidmət müddəti ərzində həvəsləndirilməmiş, lakin 7 (yeddi) dəfə intizam qaydasında cəzalandırılmışdır. - N30 nömrəli hərbi hissənin hərbi-həkim komissiyasının N sentyabr N4-cü il tarixli 6059 nömrəli arayışından görünür ki, «OU-hipermetropiya. OS-refraksion ambliopiya» diaqnozu ilə hərbi xidmətə yararlıdır. - N nömrəli hərbi hissə komandirinin N yanvar N5-ci il tarixli 11 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu üçün vaxtından əvvəl ehtiyata buraxıldığına görə həmin tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. - Tərtər Hərbi Məhkəməsinin 06 mart N5-ci il tarixli hökmündən görünür ki, CM-nin 33N.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 6N-ci maddəsi tətbiq edilməklə N40 (iki yüz qırx) saat ictimai işlər cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abdominal Onkologiya şöbəsi tərəfindən verilmiş 14 mart-01 aprel NN-ci il tarixli xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, X10 C16.4-Mədə çıxacağının bədxassəli yeni törəməsi pT1bN0M0 mərhələ İA G3R0LVİ 0- Mədənin antral hissəsinin xərçəngi, qanaxma» diaqnozu təyin olunmuşdur. Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş 18 noyabr NN-ci il tarixli ultrasəs müayinəsindən görünür ki, X3 böyrəkdə 0.8x0,5sm ölçülü kortikal kista qeyd olunur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 05 mart N5-ci il tarixli 4/145-NN4 nömrəli məktubdan görünür ki, 13 fevral 1978-ci il təvəllüdlü Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan X15 ilk dəfə 11 mart NN-ci il tarixindən «Mədənin antral hissəsinin xərçəngi. Cərrahi əməliyyatdan sonrakı vəziyyət p T1 N0 M0. Mərhələ İA C3. ROLVİO» diaqnozu ilə Milli onkologiya Mərkəzində qeydiyyatdadır. Anamnezindən məlum olmuşdur ki, xəstə xx.xx.N1-ci il tarixində Endoskopiya müayinəsindən keçmiş, «Mədə Cr?» aşkarlanmış və müalicə üçün Milli Onkologiya Mərkəzinə müraciət etmişdir. Milli Onkologiya Mərkəzində aparılan müayinələr və cərrahın konsultasiyasına əsasən xx.xx.NN-ci il tarixdə «Mədənin distal subtotal rezeksiyası» cərrahi əməliyyatı aparılmış, Patositomorfoloji Rəy: ******* (xx.xx.NN Milli Onkologiya Mərkəzi), Aşağı diferensasiyalı adenokarsinoma p T p a N0 M x diaqnozu təsdiqlənmişdir. xx.xx.NN-ci il tarixində xəstə yaşayış üzrə onkoloqun nəzarəti altında evə yazılmış, N həftə sonra kimyaterapevtin konsultasiyası məsləhət olunmuşdur. 17 may NN-ci il tarixində xəstə təkrar müraciət etmiş, laborator və instrumental müayinələrdən keçmiş, həkim-kimyaterapevt tərəfindən konsultasiya olunmuş və RKT-yə göstəriş olmadığı məsləhət olunmuşdur. Son müraciəti xx.xx.N5-ci il tarixində olmuş, xəstə Milli Onkologiya mərkəzində laborator və instrumental müayinələrdən keçmiş, aparılan müayinələrdə residiv, MTS aşkar olunmamış və sahə onkoloqunun nəzarəti məsləhət olunmuşdur. Xəstə daha sonralar Milli Onkologiya Mərkəzinə müraciət etməmişdir. Salyan Rayon Mərkəzi X19 şəxsin Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş 6 aprel N4-cü il tarixli 193 nömrəli arayışdan görünür ki, X15 həqiqətən «Mədənin autral hissəsinin CR-i kəskin qanaxmalarla. Koreksiya. Xroniki anemiya ağır gedişli» diaqnozu ilə xəstədir. Xəstənin vəziyyəti ağırdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri institutu tərəfindən verilmiş 17 yanvar-11 fevral N013-cü il tarixli ******* nömrəli xəstəlik tarixindən çıxarışdan görünür ki, X8 «Bronxoektoz xəstəliyinə görə sol ağciyərin subseqmentar rezeksiyasından sonrakı hal» diaqnozu təyin edilmişdir. N1-N iyul N019-cu il tarixli ******* nömrəli xəstənin ambulator, stasionar tibbi kartasından epikriz çıxarışdan görünür ki, XN RMX-nın Cərrahiyyə şöbəsinə «Uşaqlığın fibromiası. Kəskin qanaxma» diaqnozu ilə stasionara daxil olmuşdur. Xəstə endotraxeal narkoz altında əməliyyat olundu-uşaqlıq artımlarla bərabər çıxarıldı. “Oksigen klinik” xəstəxanası tərəfindən verilmiş 15-17 noyabr NN-ci il tarixli bel fəqərələri MR müayinəsindən görünür ki, Qənirə Həsənovada onurğa sütununun bel nahiyəsinin T1, TN-rejimdə MRT-da: bel lordozu artmışdır. LN-L3 və L4-L5 intervertebral disklərdə degenerativ siqnal azalması qeyd edildi. Vertebra korpus künclərində mm-lik ölçülü osteofitlər izlənildi. L1 və LN vertebra korpus tamamlayıcı lövhələrində yer-yer mmlik ölçülü şmorl düyünləri izlənildi. Lumbar nahiyədə yer-yer faset oynaq artrozu qeyd edildi. Solda sakral foramendə Nx1sm ölçüsündə tarloff kista qeyd edildi. Respublika Diaqnostika Mərkəzi tərəfindən verilmiş 0N dekabr NN-ci il tarixli elektroneyromioqrafiya müayinəsindən görünür ki, X5 ENMG-ya müayinəsi zamanı hər iki aşağı ətrafın motor peroneal sinirlərin əhəmiyyətli dərəcəli aksonal itki ilə zədələnməsi qeyd edildi. Müayinə olunan əzələlərdə kəskin denervasiya qeyd edilmir. Aktiv əzələ vahidi normal patternlə qeyd edilib, Elekrofizioloji dəyişikliklər bilaterial olaraq motor peroneal sinirlərin əhəmiyyətli dərəcəli aksonal neyropatiyasına uyğundur. Neftçala Rayon Mərkəzi X19 Şəxsi tərəfindən Tərtər Hərbi Prokurorluğuna ünvanlanmış 3 mart N5-ci il tarixli 18-1-63/N-N36/N5 nömrəli məktubjdan görünür ki, Neftçala rayonunda qeydiyyatda olan X11 NN sentyabr N3-cü il tarixində İ 11 «ürəyin hipertenziv xəstəliyi» diaqnozu ilə Neftçala RMX XN4 müraciət etmişdir. Salyan Rayon Mərkəzi X19 Şəxsi tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 7 mart N5-ci il tarixli 18-1-68/N-466/N5 nömrəli məktubdan görünür ki, Poliklinika şöbəsinin məlumatına əsasən Salyan rayon, Təqsirləndirilən şəxs anası X11 04 aprel NN-ci il tarixdə həkim-endokrinoloqa «E.01.0-Yod çatışmamazlığı ilə bağlı diffuz» ilə, 16 avqust NN-ci il tarixdə həkim-cərraha «İ.83.9-Aşağı ətraf venalarının xora və ya iltihablı proses müşahidə olunmadan varikoz genəlməsi» ilə, 16 sentyabr NN-ci il tarixdə həkimcərraha «İ.83.9-Aşağı ətraf venalarının xora və ya iltihablı proses müşahidə olunmadan varikoz genəlməsi» ilə, 08 sentyabr N3-cü il tarixdə həkim dermatoloqa «L.N0.0-Venye pruriqosu» ilə, 16 oktyabr N3-cü il tarixdə həkim dermatoloqa «B.86-Qoturluq» ilə, 30 oktyabr N3-cü il atrixdə həkim terapevtə «K9N.9-Həzm orqanlarının dəqiqləşdirilməmiş xəstəliyi» ilə, 06 noyabr N3-cü il tarixdə həkim-terapevtə «K.81.1-Xroniki xolesistit» ilə, 13 noyabr N3-cü il tarixdə həkim-cərraha «K81.1-Xroniki xolesistit» ilə, 11 iyun N4-cü il tarixdə həkim-endokrinoloqa «E.89.0.-Tibbi proseduralardan sonra əmələ gələn hipitroidizm» ilə, əlaqədar həkimlərə müraciət etmişdir. Bundan başqa, xəstə xidmətləri şöbəsinin məlumatına əsasən 1N aprel N4-cü il tarixdə «İ10-Essensial hipertenziya», 14 aprel N4-cü il tarixdə «İ10-Essensial hipertenziya», 11 iyun N4-cü il tarixdə «E89.0-Tibbi proseduralardan sonra əmələ gələn hipotroidizm», N1 iyun N4-cü il tarixdə «E89.0-Tibbi proseduralardan sonra əmələ gələn hipotroidizm» və NN iyun N4-cü il tarixdə «D64.9- Dəqiqləşdirilməmiş anemiya. MN5.8-Oynaqların digər dəqiqləşdirilməmiş xəstəlikləri» ilə əlaqədar müraciət etmişdir. Zərərçəkmiş şəxs 06 mart N5-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavənin olmamasını və Təqsirləndirilən şəxs cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəyini və sənədləri yoxlayıb həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinə CM-nin 33N.1-ci maddəsi ilə düzgün hüquqi qiymət verilmiş və bu cinayətin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Onun cəzadan azad edilməsinə əsaslar yoxdur. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun gənc olmaqla ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayəti zərərçəkmiş şəxsin əxlaqsiz və qanunsuz əməllərinin təsiri altında törədməsini, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin ona cəza təyin edilməməsini xahiş etməsini, anasının çoxsaylı xroniki ağır xəstəlikləri olmasını, atasının xərçəng xəstəliyindən ağır vəziyyətdə olmasını, bununla da ailəsinin ağır vəziyyətinin olmasını, hadisəni törətdiyi vaxtdan sonra xidmətində dönüş yaradaraq heç bir qanun pozuntusu törətməməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı Qərarının 1-ci maddəsinə görə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın N-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 33N.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Həmin cəza hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə təqsirkarın şəxsiyyəti və cinayətin xarakteri iki ilədək müddətə azadlıqdan məhrum etmənin həmin müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz olunmasına imkan verdiyi hallarda tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs intizam xarakterli hərbi hissədə saxlama növündə aşağı həddə cəza təyin edilməlidir. Bununla bərabər, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərəçəkmiş şəxsin mənfi xəsiyyətləndirilərək xidmət zamanı məhkum edilməsini, şəxsiyyətinin cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, ailə vəziyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, N oktyabr N4-cü il tarixdən bu günə qədər xidmət etdiyi müddət ərzində öz xidmətinə müsbətə doğru dönüş yaratması barədə hərbi hissədən verilən məlumata əsasən onun törətdiyi cinayətin və özünün ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını və artıq xidmət etdiyi 1(bir) il N(iki) aya yaxır müddət ərzində digər qanun pozuntusu hallarına yol vermədiyindən və bununlada onun islah yolunda olmasını nəzərə alaraq hesab edir ki, ona təyin ediləcək intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın real olaraq çəkilməsi onun özünü və axır xəstəliklərdən əziyyət çəkən valideyinlərini ciddi mənəvi və fiziki məhrumiyyətlərə düçar edə bilər və nəticədə cəzanən məqsədlərinə çatmağa maneə yaradar və bununla bağlı ona təyin edilən cəza yalnız şərti olaraq tətbiq edilməklə cəzanın məqsədlərinə, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar və yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləsi cəzası şərti hesab edilərək və cəza çəkmədən islah olunması mümkündür. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edərək məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər, həmcinin şərti məhkum etmə təyin edilərkən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən edilir və bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir, bununla bağlı məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə - onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara onun islah olunmasına kömək edən müəyyən vəzifələr qoya bilər, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin komandanlığı həyata keçirir.(CM-nin 70-ci maddəsi). Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun özünün və törətdiyi cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını göstərən halların olmasını, artıq islah yolunda olmasını və hadisədən sonrakı dövr ərzində şəxsi heyətin komandanlığın sərəncamında qaldığı müddətdə islah olundan olmasını nəzərə alaraq ona CM-nin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının aşağı hədə təyin etməyi barəd dövlət ittihamcısının təklifini əsaslı saymaqla yanaşı, onun cəza çəkmədən islah olunmasını və şərti məhkum etmə təyin edilməsi barədə müdafiə tərəfinin də vəsatətini əsaslı sayaraq, barəsində CM-nin 70ci maddəsini tətbiq etməklə həmin cəzanın aşağı həddə sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilməsini cəzanın məqsədinə çatması üçün kifayət hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində nümunəvi hərbi xidmət etmək, hərbi xidmətdən ehtiyata buraxıldıqda isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət etmək onun xidmət etdiyi hərbi hissənin komandanlığına, hərbi xidmətdən ehtiyata buraxıldıqda isə yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə olunmalıdır. Barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qücündə saxlanılmalıdır. CPM-nin 346.1.19-cu maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra N nömrəli hərbi hissə komandanlığına həmin hərbi hissədə saxlanılan maddi sübut AK-74 markalı 197695 nömrəli avtomat silah üzərində istifadə və sərəncam hüququ verilməlidir. Məhkəmə CPM-nin 346.1.N1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 10N (bir yüz iki) manat təşkil etmişdir və həmin məbləğ məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 10N (bir yüz iki) manat məbləğdə pul ödənilməlidir və hökmün bu hissədə icrası Tərtər rayon vəkil bürosuna həvalə edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1 və 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə təqsirli bilinsin və 04 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası ilə cəzalandırılsın. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 04 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası N (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın və onun üzərinə sınaq müddəti ərzində nümunəvi hərbi xidmət etmək vəzifəsi, hərbi xidmətdən ehtiyata buraxıldığı təqdirdə isə davranışına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət etmək onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına, hərbi xidmətdən ehtiyata buraxıldığı təqdirdə isə yaşayış yeri üzrə Neftçala Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra N nömrəli hərbi hissə komandanlığına həmin hərbi hissədə saxlanılan maddi sübut AK-74 markalı 197695 nömrəli avtomat silah üzərində istifadə və sərəncam hüququ verilsin. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 10N (bir yüz iki) manat məbləğdə pul ödənilsin. Hökmün icrası Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar