Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-46/2025 19.06.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri XN4 oğlunun sədrliyi, Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Mənsur oğlunun, Müdafiəçilər -Tərtər rayon Vəkil Bürosunun müdiri vəkil Müdafiəçi3, Tərtər rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx N004-cü il tarixdə Tərtər rayonunda doğulmuş, Kəlbəcər rayonunun Bağlıpəyə kəndində qeydiyyatda olmaqla, məcburi köckün, Tərtər şəhəri M.Əsədov küçəsində yerləşən «təzə məhələlər» adlanın ərazi ünvanınında məskunlaşaraq yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü xüsusi təyinatlı dəstəsinin, 1-ci xüsusi təyinatlı taqımının atıcı-radiotelefonçusu vəzifəsində, MAHHXHQ əsgər, barəsində “ev dustalığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) NN1.N.1-ci maddəsi ilə, xx xxx N005-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Ağdam rayonu, Şurabad kəndində qeydiyyatda olan, məcburi köckün, ünvan N ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, tələbə, subay, əvvəllər məhkum olunmamış, işsiz, barəsində “ev dustalığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsN CM-nin NN1.N.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 N nömrəli hərbi hissəsinin 3-cü xüsusi təyinatlı dəstəsinin, 1-ci xüsusi təyinatlı taqımının atıcı-radiotelefonçusu vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən həmin hərbi hissə komandirinin N dekabrN4-cü il tarixli, 359 nömrəli əmri ilə 04 (dörd) gün müddətinə məzuniyyətə buraxıldıqdan sonra yaşadığı Tərtər rayonuna gəlmişdir. 1N dekabr N4-cü il tarixdə saat 16 radələrində əvvəldən tanıdığı Şahid1 və Şahid3 yaşadıqları evə aparmaq məqsədi ilə özünə məxsus ağ rəngli “VAZ-N1074” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Tərtər şəhəri, Elman Hüseynov küçəsi ilə üzü Şıxarx qəsəbəsi istiqamətində idarə edərkən əvvəldən tanıdığı Təqsirləndirilən şəxsN Zərərçəkmiş şəxs, ŞahidN və Təqsirləndirilən şəxs3 ilə söhbət etdiyini görüb avtomobili dayandırmış, Təqsirləndirilən şəxsN hər şeyin qaydasında olduğunu soruşduqda, sonuncu hər şeyin yaxşı olduğunu bildirmiş və Zərərçəkmiş şəxslə birlikdə ara küçəyə daxil olmuşdur. Mübahisə etdiklərini görüb onların arxasınca getmiş, küçənin giriş hissəsində olan Şahid3 səslənib avtomobil idarə edə bilməməsini dəqiqləşdirdikdən sonra avtomobilin yanına getməsini, avtomobildə əyləşən Şahid1 avtomobili sürüb yanlarına gətirməsi barədə deməsini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsN, Səyavuş Qulliyevin, ŞahidN və Təqsirləndirilən şəxs3 yanına getmiş, Təqsirləndirilən şəxsN Səyavuş Qulliyevə zərbələr endirdiyini görüb ətrafda çoxsaylı yaşayış evlərinin olmasına, habelə həmin evlərdə sakinlərin yaşamasına baxmayaraq ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək sonuncunun arxasına keçib qollarını sinə hissəsində birləşdirib idman fəndi tətbiq edərək qaldırıb yerə yıxmış, daha sonra Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs üzərində oturaraq sonuncunun baş və bel nahiyəsinə yumruqla zərbələr vurmuş, əsgər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3la birlikdə yerdə yıxılı vəziyyətdə olan Zərərçəkmiş şəxs qarın və bel nahiyələrinə təpiklə çoxsaylı zərbələr vurmuşlar. Zərərçəkmiş şəxs ayağa qalxdıqdan sonra əsgər Təqsirləndirilən şəxs1 onun boğazından tutub divara dirəmişdir. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsN zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 1N6-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, vətəndaş Təqsirləndirilən şəxsN əvvəldən tanıdığı Təqsirləndirilən şəxs3 ilə 1N dekabr N4-cü il tarixdə saat 16 radələrində Tərtər şəhəri, Elman Hüseynov küçəsi ilə üzü Şıxarx qəsəbəsi istiqamətində piyada hərəkətdə olan zaman vətəndaş ŞahidN ilə birlikdə qarşıdan gələn vətəndaş Zərərçəkmiş şəxs ilə göz-gözə gələrkən hansı səbəbdən özünə baxdığını, əvvəlcədən tanış olub-olmadıqlarını soruşmuş, Zərərçəkmiş şəxs Bakıdan gəldiklərini tanış olmadıqlarını, lakin istədiyi təqdirdə tanış ola biləcəklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsN “Bakıdan gəlmisiz, qonağımız olun” demiş,daha sonra Təqsirləndirilən şəxs3la yolu keçərək Zərərçəkmiş şəxs və ŞahidN yanına gəlib söhbət edərkən əvvəlcədən tanıdığı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs1 özünə məxsus ağ rəngli “VAZ-N1074 markalı”, **- UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onların yanında dayanıb Təqsirləndirilən şəxsN hər şeyin qaydasında olduğunu soruşduqda, sonuncu hər şeyin yaxşı olduğunu bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onlarla birlikdə olan digər şəxslərin gəldiklərinə və dayandıqları yerin gediş-gəliş yolunun ortası olduğuna görə Təqsirləndirilən şəxsN «ikimiz keçək kənara» demiş, bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsN ara küçəyə keçməsini təklif etmiş və birlikdə ara küçəyə daxil olmuşlar. Onların arxasınca Təqsirləndirilən şəxs3, ŞahidN və Təqsirləndirilən şəxs1 da küçəyə daxil olmuşlar. Bir qədər getdikdən sonra ətrafda çoxsaylı yaşayış evlərinin olmasına, habelə həmin evlərdə sakinlərin yaşamasına baxmayaraq Təqsirləndirilən şəxsN uca səslə mübahisəni davam etdirib Zərərçəkmiş şəxslə qarşı-qarşıya dayanaraq söhbət edən zaman Təqsirləndirilən şəxsN ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək sol əli ilə Zərərçəkmiş şəxs alt çənəsinin sağ hissəsinə bir yumruq zərbəsi vurmuş, sonuncu arxaya gedib müvazinətini itirmişdir. Zərərçəkmiş şəxs özünü toparlayıb Təqsirləndirilən şəxsN tərəf gəlmək istədikdə, sonuncu sağ əli ilə Zərərçəkmiş şəxs alt çənəsinin sol hissəsinə bir yumruq zərbəsi vurmaqla zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 1N6-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmaqla dərəcəsinə görə az ağır zərərvurmaya aid edilən “alt çənənin sağ şaxəsində yerdəyişməyən sınıq, alt dodağın diş səthinin səthi əzilmiş yarası” diaqnozlu xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 oraya gələrək Zərərçəkmiş şəxs arxasına keçib qollarını sonuncunun sinə hissəsində birləşdirib idman fəndi tətbiq edərək qaldırıb yerə yıxmış, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs üzərində oturaraq sonuncunun baş və bel nahiyəsinə yumruqla vurmuş, daha sonra Təqsirləndirilən şəxsN yerdə yıxılı vəziyyətdə olan Zərərçəkmiş şəxs qarın və bel nahiyələrinə təpiklə çoxsaylı zərbələr vurmuşlar. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 1N7.N.3 və NN1.N.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxsN, Şahid3 və Şahid1 Tərtər rayon sakinləri kimi tanımış, aralarında hər hansı ədavət, şəxsi-qərəzlik, düşmənçilik və qohumluq olmamışdır. Zərərçəkmiş şəxs və ŞahidN isə hadisədən əvvəl ümumiyyətlə tanımamışdır. 1N dekabr N4-cü il tarixdə saat 16 radələrində özünə məxsus VAZ-N1074 markalı, 10-UZ 718 dövlət qeydiyyat nişanlı avtomobili Tərtər rayonunda fərdi qaydada fəaliyyət göstərən usta Şahid1 təmir etdirdikdən sonra sonuncunu evinə aparmağı təklif etdikdə, Şahid1 təklifini qəbul edib avtomobilə əyləşmişdir. Yolda olan zaman Şahid1 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə gedib məzuniyyət vərəqinə möhür vurdurduqdan sonra evə aparacağını demiş və birlikdə həmin şöbəyə getmişlər. O, avtomobildən düşən zaman əvvəldən tanıdığı Şahid3 görüb hara getməsi barədə soruşduqda, sonuncu evə getdiyini bildirmişdir. Şahid3 avtomobilin yer olduğunu, evə apara biləcəyini dedikdə, Şahid3 razılaşmış və avtomobilin arxa hissəsində oturmuşdur. O, məzuniyyət biletini möhürlətdikdən sonra avtomobilə əyləşmiş və avtomobili Tərtər şəhəri, Elman Hüseynov küçəsi ilə üzü Şıxarx qəsəbəsi istiqamətində idarə etmişdir. Tərtər rayon 3 nömrəli tam orta məktəbin yanından keçən zaman yolun sağ kənarında əvvəldən tanıdığı Təqsirləndirilən şəxsN 3 nəfərlə söhbət etdiyini görüb dayanmışdır. Şahid3 ilə avtomobildən düşüb Təqsirləndirilən şəxsN yanına gedib hər şeyin qaydasında olduğunu soruşduqda, Təqsirləndirilən şəxsN hər şeyin yaxşı olduğunu, narahat olmamasını, getməsini demişdir. O, avtomobilə doğru gedib oturmaq istədikdə, Təqsirləndirilən şəxsNla Zərərçəkmiş şəxs, arxalarınca Təqsirləndirilən şəxs3la ŞahidN küçəyə girdiklərini görüb dalaşmağa getdiklərini başa düşmüş, kömək məqsədi ilə, yəni dalaşmalarının qarşısını almaq üçün onların arxasınca getmişdir. Küçəyə girən zaman artıq digər 4 nəfər, yəni Təqsirləndirilən şəxsN, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3 və ŞahidN küçənin sağ hissəsinə dönmələri səbəbindən görməmişdir. O, küçənin giriş hissəsində dayanan Şahid3 səslənib avtomobil sürə bilib-bilmədiyini soruşduqda, sonuncu sürə bilmədiyini demişdir. Bu zaman o, Şahid1 yanına getməsini, avtomobili sürərək yanlarına gətirməsini bildirmiş və digərlərinin yanına getmişdir. Onların yanına çatan zaman Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə görüb üstünə uzanaraq Təqsirləndirilən şəxsN vurmamasını bildirmiş və yerdən qaldırmışdır. Zərərçəkmiş şəxs həmin vaxt Təqsirləndirilən şəxsN üstünə getdiyini görüb N dəfə sinəsindən arxaya itələmiş, daha sonra isə boğazından tutub arxaya doğru itələmişdir. Bu zaman Taleh Əlyev və Şahid3 avtomobil ilə oraya gəlmişlər. Avtomobilə otuan zaman Şahid3 də avtomobilə oturmuşdur. Avtomobili döndərdikdən sonra Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3, Şahid1 avtomobilə oturmuşlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsN mobil telefon nömrəsi istədikdə, Təqsirləndirilən şəxsN ona özünün orada olduğunu, maşına oturmasını, söhbət edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs avtomobilə oturduqdan sonra Rəsul Rəhmliyə yer olmadığı üçün avtomobildən düşmüş, o isə avtomobili sürüb oradan uzaqlaşmışdır.Məhkəmədən Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxs Samir İbrahimovun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun hərbi hissədə xidmət etdiyi müddətdə özünü nizamintizamlı, verilən tapşırıqların öhdəsindən gələn hərbi qulluqçu olmaqla yanaşı 1N-15 sentyabr NN-ci il tarixlərində Kəlbəcər rayonu ərazisində gedən döyüş əməliyyatlarında və 19-N0 sentyabr N3-cü il tarixlərində Xankəndi rayonu ərazisində gedən lokal xarakterli antiterror əməliyyatında iştirak etməklə hər iki döyüş tapşırığı üzrə qoyulan tapşırıqları layiqincə yerinə yetirməsini, ailənin yalnız onun qazancına ehtiyacı olmasını, ailəsinin ağır maddi məhrumiyyətlərə məruz qalmamasının, canını Vətənə əsirgəməyərək döyüş və antiterror əməliyyatlarında iştirak etdiyini, Ali Baş Komandan tərəfindən onun kimi hərbiçilərə olan diqqətin nəzərə alınmasını, məhkəmədən ona qarşı oxşar münasibət göstərilməsini məhkəmədən xahiş etmişdir. O,son sözündə müdafiəçisinin məhkəmə çıxışı ilə razı olduğunu və heç bir cinayət törətməməsinin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxsN CM-nin 1N7.N.3 və NN1.N.1ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Şahid3 və Şahid1 Tərtər rayon sakinləri kimi tanımış, onlarla aralarında hər hansı ədavət, şəxsi-qərəzlik, düşmənçilik və qohumluq olmamışdır. Zərərçəkmiş şəxs və ŞahidN isə hadisədən əvvəl ümumiyyətlə tanımamışdır. 1N dekabr N4-cü il tarixdə dostu Təqsirləndirilən şəxs3la birlikdə Tərtər şəhəri, Elman Hüseynov küçəsi ilə üzü Şıxarx qəsəbəsi istiqamətində hərəkət edən zaman yolun digər tərəfi ilə üzü şəhər mərkəzi istiqamətində hərəkətdə olan, sonradan ad və soyadlarını öyrəndiyi Zərərçəkmiş şəxs və ŞahidN ilə göz-gözə gəlib baxışmışlar. Həmin vaxt o, Zərərçəkmiş şəxs və ŞahidN dayandığını görüb səslənərək “tanışıq qaqa” deyib soruşduqda, Zərərçəkmiş şəxs ona tərəf “istəyirsənsə, gəl tanış olaq” demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs3la birlikdə küçəni keçərək Zərərçəkmiş şəxs və ŞahidN yanına getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs və ŞahidN səkidən düşərək əl ilə salamlaşmışlar. Söhbət zamanı Zərərçəkmiş şəxs onlara Bakı şəhərindən qonaq gəldiyini dedikdə, o, “xoş gəlmisiniz, qonağımızsız” deyə cavab vermişdir. Həmin vaxt yanlarında ağ rəngli “VAZ- N1074” markalı avtomobil dayanmış, avtomobilin sükanının arxasından tanışı Təqsirləndirilən şəxs1 və avtomobilin arxa hissəsindən isə digər tanışı Əlizamin Nağızadə düşüb yanlarına gəlmişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs1 hər şeyin qaydasında olduğunu soruşduqda, o, hər şeyin yaxşı olduğunu, narahat olmamalarını, getmələrini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qolundan tutaraq dalaşmaq istəyirsənsə, gedək dalaşaq dedikdə, o, Zərərçəkmiş şəxs ilə birlikdə ara küçəyə getmişdir. ŞahidN və Təqsirləndirilən şəxs3 da arxalarınca gəlmişlər. Həmin vaxt aralarında 4-5 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs3 və ŞahidN arxasınca isə Təqsirləndirilən şəxs1 gəlmişdir. O, Zərərçəkmiş şəxs ilə küçənin içərisinə doğru gedən zaman sonuncu onu dayandırıb sinə nahiyəsindən itələyib “nə deyirsən” demişdir. Bu zaman o, Zərərçəkmiş şəxs bu hərəkətinə əsəbləşib sol əli ilə Zərərçəkmiş şəxs çənəsinin sağ hissəsinə bir dəfə yumruqla vurmuş və Zərərçəkmiş şəxs aşağı oturmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onları aralaşdırmışdır. Zərərçəkmiş şəxs ayağa qalxıb yenidən üstünə gəldikdə, Təqsirləndirilən şəxs1 sinəsindən itələmiş və ona doğru “bəsdi” demiş, həmin vaxt Şahid1 ağ rəngli VAZ-N1074 markalı avtomobili oraya gətirmişdir. Zərərçəkmiş şəxs ona nömrəsini verməsini dedikdə, mobil nömrəsini verməmiş, özünün orada olduğunu, istəyirsə maşına oturmasını demişdir. Zərərçəkmiş şəxs həmin vaxt avtomobilə otursa da, dostu ŞahidN yer olmadığından avtomobildən düşmuş, Təqsirləndirilən şəxs1 avtomobili sürmüş və oradan getmişlər. Məhkəmədən əməlindən peşman olmasını, xx.xx.N4-cü il tarixdən Qafqaz Universitetində təhsil almasını, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmasını, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. O,son sözündə müdafiəçisinin məhkəmə çıxışı ilə razı olduğunu bildirirək xuliqanlı hərəkəti etmədiyindən əməlinin xitam olunmasını, zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı aradan qaldırdığından cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 CM-nin 1N7.N.3 və NN1.N.1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs1, Şahid3 və Şahid1 Tərtər rayon sakinləri kimi tanımış, onlarla araalrında hər hansı ədavət, şəxsi-qərəzlik, düşmənçilik və qohumluq olmamışdır. Zərərçəkmiş şəxs və ŞahidN isə hadisədən əvvəl ümumiyyətlə tanımamışdır. 1N dekabr N4-cü il tarixdə dostu Təqsirləndirilən şəxsNla birlikdə Tərtər şəhəri, Elman Hüseynov küçəsi ilə üzü Şıxarx qəsəbəsi istiqamətində hərəkət edən zaman Təqsirləndirilən şəxsN yolun digər tərəfi ilə üzü şəhər mərkəzi istiqamətində hərəkətdə olan, sonradan ad və soyadlarını öyrəndiyi Zərərçəkmiş şəxs və ŞahidN ilə göz-gözə gəlib baxışdılar Həmin vaxt Təqsirləndirilən şəxsNla dayanmış, Təqsirləndirilən şəxsN Zərərçəkmiş şəxs və ŞahidN dayandığını görüb onlara səslənərək “tanışıq qaqa” deyib soruşduqda, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsN “istəyirsənsə, gəl tanış olaq” demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsNla birlikdə küçəni keçərək Zərərçəkmiş şəxs və ŞahidN yanına getmişdir. Zərərçəkmiş şəxs Rəsull Rəhimli ilə səkidən düşərək əl ilə salamlaşmışlar. Söhbət zamanı Zərərçəkmiş şəxs Bakı şəhərindən qonaq gəldiyini dedikdə, Təqsirləndirilən şəxsN “xoş gəlmisiniz, qonağımızsız” demişdir. Həmin vaxt yanlarında ağ rəngli “VAZ-N1074” markalı avtomobil dayanmış, avtomobilin sükanının arxasından Təqsirləndirilən şəxsN tanışı Təqsirləndirilən şəxs1 və avtomobilin arxa hissəsindən isə digər tanışı Əlizamin Nağızadə düşüb yanlarına gəlmmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxsN hər şeyin qaydasında olduğunu soruşduqda, Təqsirləndirilən şəxsN hər şeyin yaxşı olduğunu, narahat olmamalarını, getmələrini demiş, lakin Təqsirləndirilən şəxs1 və Şahid3 getməmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsN “deyəsən problem axtarırsan” dedikdə, Təqsirləndirilən şəxsN “qonaq gəlmisən, başımın üstündə yerin var, amma sən mənimlə niyə belə danışırsan” demişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsN qolundan tutaraq “dalaşmaq istəyirsənsə, gedək dalaşaq” dedikdə, Təqsirləndirilən şəxsN Zərərçəkmiş şəxslə birlikdə ara küçəyə getmişlər. O, ŞahidN ilə birlikdə arxalarınca getmişlər. Onlarla təxminən aralarında 4-5 metr məsafə olmuş, Arxalarınca isə Təqsirləndirilən şəxs1 gəlmişdir. Küçənin içərisinə doğru gedən zaman Təqsirləndirilən şəxsNla Zərərçəkmiş şəxs bir-biriləri ilə söhbət etmişlər. Təqsirləndirilən şəxsN anidən sol əli ilə Zərərçəkmiş şəxs alt çənəsinin sağ tərəfindən bir dəfə yumruqla vurmuşdur. O, dərhal qaçıb Təqsirləndirilən şəxsN qarın nahiyəsindən qucaqlayıb aralaşdırdıqda, Zərərçəkmiş şəxs zərbənin təsirindən arxaya doğru getmişdir. Həmin vaxt Şahid1 VAZ-N1074 markalı avtomobili idarə edərək mübahisə olan küçənin yanına gəlmişdir. O, Təqsirləndirilən şəxsN araladığı üçün arxası Zərərçəkmiş şəxs doğru olmuşdur. Arxaya baxdığım zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sinəsindən itələdiyini görmüşdür. Bundan sonra avtomobilə oturmuş və oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs və ŞahidN orada qalmışlar. Hazırda törətdiyi əmələ görə peşmandır.Məhkəmədən Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmasını, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınmasını xahiş etmişdir. O,son sözündə müdafiəçisinin məhkəmə çıxışı ilə razı olduğunu heç bir cinayət törətməməsinin nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Mənsur oğlu göstərmişdir ki, N4cü ilin dekabrın 1N-si o, hərbi həkim komissiyasından keçmək üçün onu çağırdıqlarına görə komissarlığa gəlmək üçün xəstəxanadan sənədlərini yığıb komisarlığa gedəndə iki nəfər görmüşdür. Həmin şəxslər Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 olmuşlar. Bir- birilərinə baxışandan sonra Təqsirləndirilən şəxsN ona qışqırıb “tanışıq, qaqa?” sualını vermiş, o isə Təqsirləndirilən şəxsN “istəyirsən tanış olaq.” demiş, bundan sonra onlar gəlib yolun qırağında görüşmüş, ondan sonra digər şəxslər də gəlmişlər. Görüşəndə tanış olmaq üçün adlarını demiş, Bakıdan gəldiklərini bildirəndə “Bakıdan gəlmisiz, qonağımız olun” belə söhbət etmişlər. Həmin vaxt o biri uşaqlar gəldiklərinə və dayandıqları yer gediş-gəliş yolunun ortası olduğuna görə o, Təqsirləndirilən şəxsN «ikimiz keçək kənara» demiş,bundan sonra o, Təqsirləndirilən şəxsN ara küçəyə çəkmiş, digərləri də arxalarınca gəlmişlər. Onun dostu ŞahidN də arxasınca gəlmişdir. Onlar ara küçəyə küçəyə girmişlər. O, Rəvanla söz danışmağa başlamış, Rəvan qayıdıb ona yumruq vurmuş, o, birinci arxaya getmiş, sonra Rəvanın üstünə gəlmişdir. Həmin vaxtı onun dostuda yanında olmuşdur. O, həmin vaxtı yerə yıxılmış, yerdə olarkən Aslan üstünə çıxmış, sonra baş verənlər yadında olmamışdır. Çənəsi sınmış və o, özündən getmişdir. Sonra olanlar yadında olmamışdır. O, qalxmış, sonra Rəvandan deyəsən nömrə istəmiş, daha sonra maşına bir yerdə oturmuşlar. Sonrası baş verənlər onun yadından çıxıb. Sonra maşına oturmuş, səhv etmirsə maşında dostuna yer olmamışdır. Heç hara getməmiş, maşında dostuma yer olmamış, o da maşından düşmüşdür. Bundan sonra o, dostu ilə gedib komissarlığa sənədləri vermişdir. Daha sonra onun ailəsi gəlmiş və bölməyə gedib polisə şikayət etmişlər. Həkimə gedib onun çənəsini Bərdə şəhərində rentgendən keçirdib, ekspertiza cavablarını bölməyə göndərmişlər. Onun çənəsində N və ya 3 tərəfdən sınıq olmuşdur. O, istintaqda yadında olanları demişdir. O, Rəvana dava etmək üçün yox normal söhbət etmək üçün kənara keçməyi demişdir. Söhbətin uzanmasına səbəb, birinci belə normal danışmışlar, sonra uşaqlar gəlmiş və məsələ uzanmışdır. Aslan da maşınla gəlmişlər. Aslan Rəvangilə “salamatçılıqdır?” deyib görüşmüşlər. Həmin vaxtı Aslanı gəlməsi üçün çağırmışdır. Həmin vaxtı Rəvan onu qəfil vurmuşdur, vuranda o, arxaya getmiş və yerə yıxılmışdır. Həmin vaxt Aslan onun üstündə olmuşdur, onda da o, yıxılıb huşunu itirmişdir. Ayxanın isə nə etdiyini bilmir, onda o, yerdə huşumu itirmişdir, yerdə olarkən də kimlərsə onu təpikləməkdə davam etmişdir. İstintaqa ifadə verəndə baş verənlər yadında olmuş, hal-hazırda həmin vaxtdan 4-5 ay müddət keçmişdir. Təqsirləndirilən şəxslər onu vurmuş, ancaq hal-hazırda şikayətçi deyildir. Onun dostu deyəsən həmin vaxt Rəvanın yanında olan Aydınla itələşmişdir. Rəvanın nömrəsini sonra görüşmək üçün istəmişdir, maşına onlar dəvət etmiş, maşına da o, özü əyləşmişdir. Dalaşma da onun saatı da itmişdir, onlara saatının lazım olmadığını da demişdir. Təqsirləndirilən şəxslərlə arasında barışıq olub. 10N nömrəli xidmətə onun qardaşı zəng edib baş verənlərlə bağlı məlumat vermişdir. Şikayəti yoxdur. Səhhətində problemlər yoxdur. Hal-hazırda hərbi xidmətdədir. Təqsirləndirilən şəxs1 1N dekabr N4-cü il tarixdən hadisə ilə əlaqədar tanımışdır, hadisədən əvvəl Təqsirləndirilən şəxs1 tanımamışdır. Rəvanla kənara çəkiləndə Təqsirləndirilən şəxs1 onların yanında olmamış, sonradan maşınla gəlmişdir. Rəvanla söhbət edərkən N-3 dəqiqə danışıq zamanı aralarında zor tətbiqi olmamışdır. Təqsirləndirilən şəxs1 gələn kimi ona qarşı heç nə etməmiş, sadəcə uşaqlarla görüşmüş, onunla da əl-ələ salamlaşmışdır. Bundan sonra o, Rəvanla kənara çəkilmiş, onlar da arxadan maşınla gəlmişlər. Onlar kənara çəkiləndə Aslan ona yaxınlaşmamışdır. Rəvanla o, qabaqda getmiş, onun dostu ilə Ayxan arxada olmuş, Aslanın özü bir az arxada olmuşdur. Onlar Rəvanla qabaqda piyada gedib, küçəyə dönmüş, bir dəfə də sağa dönmüşlər, onlar da arxadan maşınla gəlmişlər. Söhbət etdikləri yerdən hardasa 300-400 metr aralaşmışlar. Söhbət edə-edə onlar Rəvanla getmiş, onlar da onların arxasınca maşınla gəlmişlər. Təqsirləndirilən şəxs1 ona yaxınlaşmasını, huşumu itirəndə başını qaldıranda onun üstündə olduğunu görmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 onun yaxasından tutmuşdur. Rəvan vurduğuna görə çənəsi sınmış, ona görə də yıxılmışdır. Sonra Rəvan gələrək onun üstünə yıxılmış, daha sonra yerdən qalxmışdır. O, yerə yıxılana qədər Təqsirləndirilən şəxs1 ona qarşı hər hansı bir hərəkət etməmişdir. O, yerə yıxılandan sonra Təqsirləndirilən şəxs1 gələrək onu divara sıxaraq boğmuşdur. O, yerdə olanda Təqsirləndirilən şəxs1 onu vurub təpikləmiş, həmin vaxtı onun huşu özündə olmuşdur. O, başını qaldıranda Təqsirləndirilən şəxs1 onun üstündə olmuş və onu arxadan qucaqlayaraq yerə yıxmış, o, yerdə uzanıqlı olarkən, biraz qalxarkən Aslan onu qucaqlayib yerə yıxmışdır. Maşına minəndə Aslan onun boğazından tutub onu divara söykəmişdir. Aslan onun sinəsindən deyil, boğazından tutmuşdur. Bundan sonra ortada söyüş olmuş, daha sonra Aslandan nömrəsini istəmiş, ondan sonra maşına oturmuşlar. Onlar şəhər tərəf gələrkən, Təqsirləndirilən şəxsNgil isə qəsəbəyə tərəf getmişlər. Onlar xəstəxanadan aşağı düşürmüşlər, Təqsirləndirilən şəxsNgil isə yuxarıya doğru qalxmışlar. Yolun əks tərəfində olmuşlar. Həmin vaxtı Rəvanla 10-15 saniyə baxışmışlar. O, Rəvanın ona nə üçün baxdığını bilmək məqsədilə Rəvana tərəf baxmışdır. Bu zaman Rəvan “tanışıq qaqa?” deyə dillənmiş, o isə cavabında “istəyirsən gəl tanış olaq.” demişdir. Onlar həmin vaxtı bir-birinə normal qaydada davranmışlar. Adlarını bir-birinə deyib görüşmüşlər. O biri uşaqlar gəldiklərinə görə və onlar çox olduqları üçün o, Rəvanı küçəyə çəkmişdir. Yol ilə gedəndə ağır söhbət etməmişlər. Küçəyə çatıb danışmağa başlamaq istəyərkən Rəvan onu vurmuşdur. O, həmin vaxtı Rəvanı itələməmişdir. Birinci Rəvan onu vurmuşdur. Rəvan onu vuranda büdrəyib arxaya getmiş, ikinci dəfə onun üstünə gələndə təzədən onu vurmuşdur. Rəvan onu iki dəfə çənəsinə zərbə vurmuşdur. Bir dəfə arxaya gedəndə, birdə üstünə gələndə vurdu. Onun bədənində xəsarət olmasa da, çənəsində 3 dənə çat olmuşdur. Onlar küçədə olanda orada kənar adamlar olmamış, orada yaşayan insanlardan kimsə çölə çıxmamış, ancaq özləri olmuş, həmin vaxtı hər hansı bir qışqırıq və ya söyüş söymə olmamış, hadisə haradasa 10-15 dəqiqə çəkmişdir. Sonradan 3 nəfər gələndən sonra aqresiv danışmağa başlamışlar, ona görə də küçəyə keçməyi demişdir. Şahidlər onlarla aqressiv danışmamışlar. Onlar Rəvanla danışmışlar. Konkret nə söz işlətdikləri onun yadından çıxmışdır, orada söyüş olmamışdır. Onlar Rəvanla söhbət edəndə digər şəxslər qıraqda olmuşlar. Yol ilə gedərkən yolda heç nə danışmamışlar. Ora çatdıqda, söhbət etmək istəyirmiş ki, aydınlaşdırsın aralarında nə olub, onu deməmiş Rəvan onu vurmuşdur. Rəvan onu vuranda, onun dostu Rəsul yanında olmuş, Rəvan onun qarşısında, Rəvanın dostu Ayxan isə Rəvanın yanında olmuşdur, o biriləri isə gəlirdilər. Söz deyəndə Rəvan sağ əli ilə onun sol çənəsinə vurmuş, o, arxaya getmiş və yerə tüpürmüşdür. O, təzədən Rəvanın üstünə qaçmışdır. Rəvan onu vurandan sonra bu halın davamı olmamışdır. Hansı tərəfdən onu vurduğu yadında deyil, deyəsən onun sağ tərəfinə vurmuşdur, onun çənəsində iki çat olmuşdur. Həmin vaxtı o, yerə yıxılmışdır, yerdə uzanmışdır, ondan sonra Rəvan onun üstündə olmuşdur. İkinci yumruqdan sonra o, yıxılmamışdır. Aslan onu tutub yerı yıxmışdır, belə ki, arxadan tutub yerə yıxmışdır. O, yerdə olarkən də Aslanın onun üstünə çıxdığını görmüşdür. Aslan onu təpikləyirdi. Aslanın hansı formada üstündə olmasını bilmir, onda huşunu itirmişdir. Aslan ya yumruq vurduğunu, ya da təpiklədiyini bilmir. Ayxan onu təpikləmiş, lakin harasından vurduğu yadına gəlmir, Ayxanın onu vurduğunu zənn edir. Belə ki, Ayxanın onu təpiklədiyi yadında deyil, o, huşunu itirmişdir, yadında deyil. Hardasa 1-N dəqiqə təpikləmişlər, möhkəm vurmurdular. O, çənəsinin şokunda olub yerə yıxılmışdır, təpiklərin ağrısını hiss etməmiş, amma təpiklədiklərini bilmişdir, başına təpiklə vurmamışlar. Çənəsinə dəyən zərbədən yerə yıxılmışdır. Başına heç kim vurmayıb. Təpikləmişlər. 1-N dəqiqə təpikləmişlər, sonra qalxmışdır. Rəsuldan xəbəri yoxdur. O, çənəsinin ağrısının şokunda olmuşdur. Sonrası durub maşının yanına gəldiyi yadındadır. Təpiklədikdən sonra onlar aralaşmışlar. Necə durduğu onun yadında deyildir. Təqsirləndirilən şəxs1 onun boğazından tutduğunun səbəbini bilmir. Təqsirləndirilən şəxs1 nəsə demiş, söyüş söymüş, o da Təqsirləndirilən şəxs1 söyüş söyməməsini demişdir. Ayxanın onu vurduğunu zənn edir, vurmasını görməmişdir. Bir-birinə sual vermişlər, Rəvanın “hə, keçək “dediyini və ya onun birinci “keçək küçəyə” dediyi yadında deyildir. İndi “keçək küçəyə” kimin dediyi yadında deyil. Üstündən beş ay keçib. Onda o, şokda olmuş, çənəsi sınmışdır. İndi verdiyi ifadə yəqin həqiqətdir. Rəvan ona iki yumruq vurmuşdur. “Ayxan məni tutub böyürüstə yerə yıxıb üstümdə oturub yumruqla bir neçə dəfə baş və bel nahiyəmdən vurdu...” bunu təsdiq etmir, o, belə demədiyini, Ayxanın onu vurduğunun səhv yazıldığını bildirir. “.....daha sonra Aslan və yanında olan iki nəfər adını bilmədiyim şəxslər yumruq və təpiklə bədənimin müxtəlif nahiyələrindən bir neçə dəfə vurdular....”faktını isə təsdiq edir. O, özü maşına öz istəyi ilə oturmuşdur. Aslan onun boğazından tutub onu divara dirəmişdir. “..........sərnişin oturacağında oturan zaman Rəvan əlin atıb mənim gödəkçəmin sol cibindən 55 manat pulumu götürdü....-həmin zaman saatımda var idi, pulumda var idi, sonra yox oldu, yanımda da Rəvan oturmuşdu. Dəqiq bilmirəm Rəvan pulu götürüb –götürməyib.” yazmış, ama Rəvan götürüb-götürmədiyini bilmir. Onun yanında Rəvan oturduğuna görə Rəvanın götürdüyünü ehtimal edir. Bir ədəd qızıl saatının sınıb yerə düşdüyünü və həmin saatı Rəvanla Ayxanın götürdüklərini ehtimal edir. Belə ki, onlar orada olmuşlar. Onun dostu Rəsula maşında yer olmadığı üçün Rəsul çöldə qalmış, o isə avtomobildən düşüb Rəsulla oradan qaçaraq yox, normal yerişlə uzaqlaşmışlar. “Daha sonra Ayxan iki əli ilə məni tutb məni böyürüstə yerə yıxıb üstümdə oturub yumruqla bir neçə dəfə baş və bel nahiyəmdən vurdu....” yox, “Aslan iki əli ilə məni tutb məni böyürüstə yerə yıxıb üstümdə oturub yumruqla bir neçə dəfə baş və bel nahiyəmdən vurdu” demişdir, o, Ayxan deməmişdir. “Bəlkə Ayxan təpikliyib,” bilmir, həmin vaxtı o, yerdə olub, huşunu itirmişdir, Ayxanın onu vurmasını dəqiq görməmişdir. “.......Aslan və yanında olan iki nəfər adını bilmədiyim şəxslər yumruq və təpiklə bədənimin müxtəlif nahiyyələrindən bir neçə dəfə vurdular...” bilmir, bəlkə iki nəfər vurmuşlar, orada yazdığıdır, onun yadına düşmür. Ayxanın onu vurduğunu zənn edir. Rəvanın onun 55 manat pulu götürdüyünü zənn edir, indi məhkəmədə verdiyi ifadə həqiqətdir. O, təqsirlənirilən şəxslərə qarşı zor tətbiq etməmişdir. O şəxsləri tanımadığına görə adlarını bilmir, polis onları tapandan sonra adlarını bilmişdir. 3-nün adını bilmiş, o birilərinin adını bilməmiş, həmin şəxslər Aslanla gələnlər olmuşlar. Zənn edir ki, Aslanla gələnlər onu təpikləmişlər, ancaq təsdiqləmir. Ayxanın onu təpiklıdiyini bilmir, lakin zənn edir. Rəvan onu yumruqla vurub, təpikləməmişdir. Aslan onu yerə yıxıb, ondan sonra N-3 nəfər onu təpikləmişdir, onda onun yanında təqsirləndrilən şəxslər olmuşdur, Talehgil olmamış, kənarda olmuşlar, indi yadına düşür, çənəsi sınmışdır. Kimin təpik vurduğunu görməmiş, lakin zənn etmişdir. O, yerə yıxılanda, onu təpikləmişlər, Talehgil təpikləməmişlər, təqsirləndirilən şəxslərdən üçündən ikisi təpikləmişdir, bir neçə təpik vurmuşlar. Eyni zamanda bir neçə zərbə dəymişdir, ona görə ifadəsində iki nəfərin onu təpiklədiyini bildirmişdir. Bəlkə Rəvan da təpikləmiş, ancaq onu bilmir. Ya da iki nəfər onu təpikləmişdir. Ayxan deyil, Aslan onun boğazından tutmuşdur. Onu təpikliyəni görməmiş, yerə yıxılandan sonra onu bir nəfər yox, iki nəfər təpikləmişdir. Onu təpikləyənlərin üzlərini görməmişdir, yadına düşmür. O, yerə yıxılmışdır, Aslan və Ayxanın onu vurduqlarını zənn edir. Ola bilər Aslanla gələnlər də vursun. Onun baş nahiyəsindən Aslan vurmayıb, o, yerə yıxılanda, yerdə olan zaman onu iki nəfər təpikləmişdir. O, onu təpikləyənlərin Ayxanla Aslan olduğunu, ya da Aslanla gələn iki nəfərin onu təpiklədiyini zənn edir. Hadisədə sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 onunla barışmışlar. Hazırda onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 qarşı qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, məhkəmədən onlara cəza təyin edilməməsini, onların bağışlanmasını və məhkəməyə ünvanladığı barışıqla bağlı ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Şahid3 Tərtər rayon sakinləri kimi tanımış, aralarında hər hansı mübahisə, ədavət, şəxsi-qərəzlik və qohumluq olmamışdır. Zərərçəkmiş şəxs və ŞahidN isə əvvəllər ümumiyyətlə tanımamışdır. 1N dekabr N4-cü il tarixdə saat 16 radələrində Tərtər rayonunda yerləşən fərdi qaydada ustalıq etdiyi avtomobil sexində Təqsirləndirilən şəxs1 VAZ-N1074 markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etdikdən sonra, sonuncu onu yaşadığı evə düşürməyi təklif etdikdə, o, Təqsirləndirilən şəxs1 təklifini qəbul edərək avtomobilə əyləşmişdir. Onlar Tərtər rayon mərkəzi Xəstəxanasın vərəm dispanseri istiqamətində gedən zaman X13 və Hərbi Xİmdətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbsində işinin olduğunu, məzuniyyət biletinə möhür vurdurduqdan sonra onu evə düşürəcəyini demiş və avtomobili həmin şöbəyə sürmüşdür. Təqsirləndirilən şəxs1 avtomobildən düşən zaman Əlizamin Nağızadəni görüb görüşmüş və sonuncunu da evinə düşürməyi təklif etdikdə, Əlizamin Nağızadə razılaşıb avtomobilə əyləşmişdir. Həmin vaxt o, avtomobilin qabaq sağ oturacağında, Əlizamin Nağızadə isə avtomobilin arxa oturacağının sağ hissəsində əyləşmişdir. Təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs1 gəlib avtomobili işə salaraq Əlizamin Nağızadəni evinə düşürdükdən sonra onu evə düşürəcəyini deyib avtomobili Tərtər şəhəri, Elman Hüseynov küçəsi ilə Şıxarx qəsəbəsi istiqamətində sürmüşdür. Həmin küçədə yerləşən 3 nömrəli tam orta məktəbin qarşısından keçən zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxsN məktəbin yanında küçənin girişində başqa üç nəfər oğlanla söhbət etdiyini görüb saxlamışdır. O, həmin vaxt avtomobildə qalsa da, Təqsirləndirilən şəxs1 və Əlizamin Nağızadə avtomobildən düşərək Təqsirləndirilən şəxsN yanına getmişdir. Bir neçə dəqiqə sonra Əlizamin Nağızadə avtomobilə gələrək avtomobil idarə edə bildiyini soruşduqda, o, avtomobili idarə edə bildiyini bildirmişdir. Bu zaman Əlizamin Nağızadə ona Təqsirləndirilən şəxs1 avtomobili yanına sürməyini dediyini bildirdikdə, o, sükan arxasına keçərək avtomobili həmin küçəyə sürmüşdür. O, hadisə yerinə gələn zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sinəsindən tutub divara dirədiyini görmüş və avtomobildən düşüb dərhal onları aralayıb mübahisə etməmələrini bildirmişdir. O, Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs aralayan zaman sonuncunun ağzından qan axdığını görmüşdür. Təqsirləndirilən şəxsN həmin vaxt Zərərçəkmiş şəxs avtomobilə oturmasını bildirdikdə, sonuncu avtomobilə oturmuşdur. Avtomobil təxminən bir metr getdikdən sonra dayanmış, Zərərçəkmiş şəxs və ŞahidN avtomobildən düşmüşlər, onlar isə avtomobillə oranı tərk etmişlər. Məhkəmə iclasında dindirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dostudur, aralarında hər hansı şəxsi-qərəzlik, ədavət, düşmənçilik və qohumluq olmamışdır. Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Şahid3 və Şahid1 Elman oğlunu əvvəllər ümumiyyətlə tanımamışam. 08 dekabr N4-cü il tarixdə Səfərbərlik və Hərbi Ximdətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsindən dostu Zərərçəkmiş şəxs hərbi həkim komissiyasından keçməsi üçün zəng gəldiyindən sonuncu onunla birlikdə Tərtər şəhərinə gəlmişdir. Onlar Tərtər şəhərində olan zaman Zərərçəkmiş şəxs nənəsi Ema Bayramovanın evində qonaq kimi qalmışlar. Dostum Zərərçəkmiş şəxs hərbi həkim komissiyasının göndərişinə əsasən yoxlanışdan keçərkən onunla birlikdə tibb müəssisələrinə getmişdir. 1N dekabr N4-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs Tərtər şəhərində yerləşən vərəm dispanserdə yoxlanışdan keçdikdən sonra birlikdə Elman Hüseynov küçəsi ilə üzü şəhər mərkəzi istiqamətində irəliləmişlər. Bu zaman sonradan adının Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 olduğunu öyrəndiyi yolun digər tərəfi ilə irəliləyən iki nəfərlə göz-gözə gəldikdə, küçənin digər tərəfindən Təqsirləndirilən şəxsN onlara doğru “tanışıq qaqa” deyib soruşmuş, Zərərçəkmiş şəxs cavabında “istəyirsənsə, tanış olaq” demişdir. Daha sonra Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 yolu keçib onların dayandıqları səkiyə doğru gəldikdə, o, Zərərçəkmiş şəxs ilə səkidən düşmüş, lakin yolun içərisinə doğru getməmişlər. Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 yolu keçdikdən sonra onlar səkinin qırağında əl ilə görüşmüşlər. Söhbət zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 Bakı şəhərindən gəldiyini dedikdə, Təqsirləndirilən şəxsN “qonağımızsız” deyə cavab vermişdir. Həmin vaxt yanlarında ağ rəngli “VAZ-N1074” markalı avtomobil dayanmış, içərisindən iki nəfər düşmüşdür. Sonradan ad və soyadının Təqsirləndirilən şəxs1 olduğunu öyrəndiyi şəxs Təqsirləndirilən şəxsN hər şeyin qaydasında olduğunu soruşduqda, sonuncu hər şeyin yaxşı olduğunu, narahat olmamalarını, getmələrini demiş və Zərərçəkmiş şəxs ilə 3 nömrəli məktəbin yanında olan ara küçəyə girmişdir. O isə Təqsirləndirilən şəxs3la onların arxasınca getmişdir. Təqsirləndirilən şəxs1 və Əlizamin Nağızadə isə küçənin giriş hissəsində dayanmışlar. Onlar həmin küçə ilə irəlilədikdən sonra sağa dönüb bir az getdikdən sonra küçənin solunda olan ara yola girmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsNla qarşı-qarşıya dayanmış, o, Zərərçəkmiş şəxs sağ tərəfində, Təqsirləndirilən şəxs3 isə Zərərçəkmiş şəxs sol istiqamətində dayanmışdır. Həmin vaxt o yalnız söhbət edəcəklərini düşünməsinə baxmayaraq Təqsirləndirilən şəxsN anidən sol əli ilə Zərərçəkmiş şəxs alt çənəsinin sağ hissəsindən bir yumruq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs müvazinətini itirib çənəsindən tutub aşağı çökdükdə, o, mübahisənin qarşısını almağa çalışmış, lakin Təqsirləndirilən şəxsN Zərərçəkmiş şəxs doğru gedib sağ əli ilə Zərərçəkmiş şəxs alt çənə nahiyəsinin sol hissəsinə bir yumruq zərbəsi vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ağız nahiyəsindən qan axmağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxasından qolları hərəkətsiz qalacaq şəkildə tutub yerə yıxmış, Təqsirləndirilən şəxs3 isə üzərinə oturub yumruqla bel nahiyələrinə vurmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxsN, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hərəkətlərindən qorxaraq artıq geridə qalmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs yerdə yıxılı vəziyyətdə təpiklə qarın və bel nahiyələrinə vurduqdan sonra kənara çəkilmişlər. Zərərçəkmiş şəxs ayağa qalxan zaman Təqsirləndirilən şəxs1 boğazından tutaraq orada olan evin giriş qapısının yan hissəsi olan divara dirəmişdir. Həmin vaxt ağ rəngli VAZ-N1074 markalı avtomobil oraya gəlmiş, sonradan ad və soyadının Şahid1 olduğunu öyrəndiyi şəxs avtomobilin sükanının arxasından, Əlizamin Nağizadə isə avtomobilin sağ qabaq hissəsindən yerə düşmüşdür. Bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs buraxmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsN mobil nömrəsini istəyərək sonra danışmaq istədiyini dedikdə, Təqsirləndirilən şəxsN ona elə indi danışa biləcəklərini demiş və maşına oturmasını bildirmişdir. Zərərçəkmiş şəxs avtomobilə oturan zaman avtomobildə ona yer olmadığı üçün avtomobildən düşmüşdür. Avtomobil oradan uzaqlaşdıqdan sonra o, Zərərçəkmiş şəxs ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə getmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 10N xidmətinə zəng edərək baş vermiş hadisə barədə bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN Təqsirləndirilən şəxs3 tanıyır, Zərərçəkmiş şəxs isə hadisədən sonra tanımış, aralarında qərəzçilik, dümənçilik və ədavət olmamışdır. O, komissarlığın qabağında olarkən Aslanın da orada işi olmuşdur. Onlar Aslanı maşında gözləmişlər. Aslan işini bitirdikdən sonra maşınla Aslan, Taleh və o, qəsəbəyə doğru gedəndə Rəvanla Səyavuşun və yanındakı uşaqların söhbət etdiklərini görmüşlər. Aslan maşını dayandırmış, onlar da maşından düşüb salamlaşandan sonra söhbəti davam etdirmişlər. Söhbət edəndən sonra orada Rəvanla Səyavuş içəri küçəyə keçən zaman onların yanında Rəsul və Ayxan olmuş və küçəyə doğru hərəkət etmişlər, onlar isə maşının yanında olmuşlar, Aslan da onların yanında olmuşdur. Rəvanla Səyavuş küçəyə keçən zaman Aslan uşaqların yanına getmiş və Küçənin ortasında Aslan ona “maşını sürün gətirin.” demiş, bu zaman Taleh maşını sürmüş, o da Talehin yanında ora çatanda davanı və dalaşmanı bitirdiklərini görmüşlər. Sonra o, Aslanın Səyavuşu itələdiyini görmüşdür, onun yadında bunlar qalmışdır. O, istintaqda bununla bağlı ifadə vermiş və ifadəsini oxumuşdur. Onlar hadisə yerinə yaxınlaşanda Səyavuşla Rəvanın dava etmək istədiklərini görmüşlər Həmin vaxt Aslan Səyavuşu dalaşmamalı üçün itələmişdir. Talehlə gələn zaman Rəvanın Səyavuşu yumruqla vurmasını, həmçinin Ayxanın da Səyavuşu vurduğunu görməmişdir. Onlar gələndə Səyavuş ayaq üstə olmuşdur. O, Səyavuşun qan tüpürdüyünü və xəsarət aldığını o cümlədən kiminsə Səyavuşu vurduğunu görməmişdir. Şifahi məlumatın qəbulu barədə 1N dekabr N4-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 1N dekabr N4-cü il tarixdə tanımadığı N nəfər şəxs tərəfindən döyülməsini bildirmişdir. Tələbi ərizəsinin nəzərə alınmasıdır. Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 13-14 dekabr N4-cü il tarixli, 346 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər “alt çənənin sağ şaxəsində yerdəyişməyən sınıq, alt dodağın diş səthinin səthi əzilmiş yarası” küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 1N dekabr N4-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. 15 dekabr N4-cü il tarixli, N151 nömrəli baxış aparılması haqqında protokoldan görünür ki, Tərtər şəhəri, Elman Hüseynov küçəsinin sağ və sol hissələrində çoxlu yaşayış evləri var. Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs hadisənin baş verdiyi ara küçəyə daxil olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ona qarşı zor tətbiq etdiyi yeri göstərmişdir. Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 fevral N5-ci il tarixli, N7N nömrəli arayışdan görünür ki, Tərtər şəhəri, Ə.İsmayılov küçəsi ictimai yerdir və çoxsaylı yaşayış evləri vardır. Günün istənilən vaxtında vətəndaşların, yəni həmin küçədə yaşayan sakinlərin, habelə digər şəxslərin istifadə etdiyi məkandır. Tərtər şəhəri, Ə.İsmayılov və Tərtər şəhəri, E.Hüseynov küçələrinin kəsişməsində Tərtər şəhər 3 nömrəli tam orta məktəb yerləşir, hazırda fəaliyyətdədir. Tədris zamanı məktəbin ətrafında daimi olaraq şagirdlər, müəllimlər və valideynlərin hərəkəti müşahidə olunur. Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxsN xx xxx N005-ci ildə Tərtər rayonunda doğulmuşdur, Ağdam rayonunun Nəmirli ərazi dairəsinin Şuraabad kəndində qeydiyyatdır. Tərtər rayon X17 Qrupunun müstəntiqi X7 tərəfindən tərtib olunmuş şübhəli şəxsin tutulması haqqında 14 dekabr N4-cü il tarixli protokoldan görünür ki, faktiki azadlığı 14 dekabr N4-cü il tarixdə saat 18:30 dəqiqədən məhdudlaşdırılmış, CM-nin NN1.N.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan Əmirov Elman oğlu müdafiəçisi Müdafiəçi1 iştirakı ilə 14 dekabr N4-cü il tarixdə saat 19:30-da Tərtər rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Tərtər Rayon Məhkəməsinin 16 dekabr N4-cü il tarixli 4(061)-54/N4 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxsN məhkəmə iclası zamanı ifadəsində hadisə vaxtı Rəsul və Səyavuşun ona bir cürə baxması səbəbindən «biz tanışıq» demiş, cavabında Səyavuşun ona «yox biz tanış deyilik,gəl tanış olaq», «problem istəyirsənsə mən sənə problem yarada bilərəm» demiş, aralarında bu cür danışıqdan sonra Səyavuşun onun qolundan tutub ara yola çəkməsini və itələməsini göstərmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Tərtər rayon prokuroru Əli Qurbanovun təqdimatı təmin edilməmiş, Təqsirləndirilən şəxsN məhkəmə iclas zalından dərhal azad edilərək barəsində 03 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığının müddətinin əvvəli şübhəli şəxs qismində saxlandığı 14 dekabr N4-cü il tarixdən saat 18:30-dan hesablanmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının N6 dekabr N5-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilərək CM-nin NN1.N.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsN barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin edilməməsi və ev dustaqlığı qətimkan tədbiri seçilməsi haqqında Tərtər rayon Məhkəməsinin 19 dekabr N4-cü il tarixli qərarı ləğv edilərək vəsatət və təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxsN barəsində üç ay müddətinə-14 mart N5-ci il tarixədək həbs qətimkan tədbiri seçilməklə Təqsirləndirilən şəxsN məhkəmə iclas zalından dərhal həbs edilib həbs etmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan-14 dekabr N4-cü ildən hesablanmışdır. Tərtər Hərbi Məhkəməsinin 08 fevral N5-ci il tarixli qərarı ilə müdafiəçi XN CM-nin NN1.N.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsN barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatəti ğtəmin olunmamışdır. Tərtər rayon Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxsN barəsində yaşayış yerinə rəsmi qaydada heç bir şikayət ərizəsi daxil olmamışdır. Ağdam Rayon Mərkəzi X15 Şəxsi tərəfindən Tərtər Hərbi Prokurorluğuna ünvanlanmış N4 fevral N5-ci il tarixli 18-1-N1/3-70N/N5 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxsN Ağdam Rayon Mərkəzi X15 Şəxsin Polilinika şöbəsinin Narkoloji və psixiatrik kabinetində qeydiyyatda yoxdur. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsN əvvəllər məhkum olunmamışdır. AA 470431 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxsN məcburi köçkün olmaqla ünvan 4 ünvanında müvəqqəti məskunlaşmışdır. Kafkas Universiteti uluslararası öyrənci məktubundan görünür ki, Təqsirləndirilən şəxsN N0 sentyabr N4-cü il tarixdə iqtisadi və idarə etmə fakültəsinə daxil olmuşdur. AD ******* nömrəli Şəxsi vəsiqənin təsdiqlənmiş surətindən görünür ki, xx xxxx N004-cü ildə Tərtər rayonunda doğulmuşdur, Azərbaycan Respublikası Silahlı qüvvələrində həqiqi hərbi xidmətdədir. Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx N004-cü ildə Tərtər rayonunda doğulmuşdur, Kəlbəcər rayonunun Bağlıpəyə ərazi dairəsinnin Bağlıpəyə kəndində qeydiyyatdadır. Tərtər rayon X17 Qrupunun müstəntiqi X7 tərəfindən tərtib olunmuş şübhəli şəxsin tutulması haqqında 14 dekabr N4-cü il tarixli protokoldan görünür ki, faktiki azadlığı 14 dekabr N4-cü il tarixdə saat N0:00 dəqiqədən məhdudlaşdırılmış, CM-nin NN1.N.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan Təqsirləndirilən şəxs1 müdafiəçisi X5 iştirakı ilə 14 dekabr N4-cü il tarixdə saat N1:00-da Tərtər rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Tərtər Hərbi Məhkəməsinin 16 dekabr N4-cü il tarixli qərarında görünür ki, CM-nin NN1.N.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Tərtər rayon X17 qrupunun müstəntiqi X4 16 dekabr N4-cü il tarixli vəsatəti və Tərtər rayon prokuroru Əli Qurbanovun həmin tarixli təqdimatı, şəxsin özünün xx.xx.N4-cü il tarixdə təxminən N0-00-da Tərtər Rayon Polis Şöbəsinə getdiyini bildirdiyi halda, istintaq orqanı tərəfindən əməliyyat axtarış tədbiri nəticəsində şəxsin tutulub gətirilməsinə dair əsaslı sübutlar təqdim edə bilməməməsi, nəticədə şəxsin azadlığının qanunla müəyyən edilmiş müddətdən artıq məhdudlaşdırılması əsasından təmin edilməyərək Təqsirləndirilən şəxs1 həbsdən dərhal azad olunmuşdur. Tərtər rayon Polis Şöbəsinin 16 dekabr N4-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin təhvil verilməsi haqqında 16 dekabr N4-cü il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 həmin hərbi hissənin yanacaq xidmət rəisi kapitan X1 16 dekabr N4-cü il tarixdə təhvil verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar N5-ci il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməyərək Azərbaycan Respublikası CM-nin NN1.N.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin edilməməsi barədə Tərtər Hərbi Məhkəməsinin 16 dekabr N4-cü il tarixli qərarı ləğv edilərək vəsatət və təqdimat təmin edilmiş, N nömrəli hərbi hissənin müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs1 barəsində 15 mart N5-ci il tarixədək həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli Təqsirləndirilən şəxs1 tutulduğu vaxtdan hesablanmışdır. N nömrəli hərbi hissə tərəfindən tərtib olunmuş aktdan görünür ki, 10 fevral N5-ci il tarixdə saat 1N:00-da Müdafiə Nazirliyinin 4-cü hərbi polis bölməsinin əməkdaşları tərəfindən N nömrəli hərbi hissədən təhvil alınmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxs1 10 fevral N5-ci il tarixdə saat 19:40-da Tərtər rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə gətirilərək təhvil verilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun NN-ci il tarixli 141 nömrəli əmrindən çıxarışdan görünür ki, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 31 may NN-ci il tarixli 034 nömrəli sərəncamına əsasən Təqsirləndirilən şəxs1 xidmətini davam etdirmək üçün N nömrləi hərbi hissədən N iyun NN-ci il tarixdən N nömrəli hərbi hissə komandirinin sərəncamına gəlmiş hesab edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli 170 nömrəli əmri ilə NN-ci ili naprel ayında hərbi hissə komandirinin sərəncamında olan əsgər Təqsirləndirilən şəxs1 N iyul NN-ci il tarixdən N-ci xüsusi təyinatlı dəstənin 3-cü xüsusi təyinatlı tağımın atıcıradiotelefonçusu vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli N79 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli 058 əç nömrəli əmri ilə əsgər Təqsirləndirilən şəxs1 bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiyinə görə, N oktyabr N3-cü il tarixdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının siyahısından çıxarılaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının siyahısına daxil edilməklə N-ci xüsusi təyinatlı dəstənin 3-cü xüsusi təyinatlı tağımın atıcı-radiotelefonçusu vəzifəsindən N-ci xüsusi təyinatlı dəstənin 3-cü xüsusi təyinatlı tağımın atıcı-radiotelefonçusu vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin NN oktyabr N4-cü il tarixli əmri ilə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar «hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinə müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxs1 N-ci xüsusi təyinatlı dəstənin 3-cü xüsusi təyinatlı tağımın atıcısıradiotelefonçu vəzifəsindən 3-cü xüsusi təyinatlı dəstənin 1-ci xüsusi təyinatlı tağımın atıcısı-radiotelefonçu vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin 1N dekabr N4-cü il tarixli 359 nömrəli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxs1 1N dekabr N4-cü il tarixdən 4 (dörd) gün müddətinə, 16 dekabr N4-cü il tarixədək N4-cü ilin növbəti məzuniyyətinə getmiş hesab edilərək xüsusi norma üzrə qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxs1 xidmət müddəti ərzində həvəsləndirilməmiş və intizam qaydasında cəzalandırılmamışdır. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Təqsirləndirilən şəxs1 xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. N nömrəli hərbi hissə komandiri tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 05 mart N5-ci il tarixli N63/14N nömrəli məktubdan görünür ki, hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Təqsirləndirilən şəxs1 hərbi hissədə xidmət etdiyi müddətdə özünü nizam-intizamlı, verilən tapşırıqların öhdəsindən gələn hərbi qulluqçu olmaqla yanaşı 1N-15 sentyabr NN-ci il tarixlərində Kəlbəcər rayonu ərazisində gedən döyüş əməliyyatlarında və 19-N0 sentyabr N3-cü il tarixlərində Xankəndi rayonu ərazisində gedən lokal xarakterli antiterror əməliyyatında iştirak etməklə hər iki döyüş tapşırığı üzrə qoyulan tapşırıqları layiqincə yerinə yetirmişdir. Qeyd olunanları, həmçinin N nömrəli hərbi hissənin tabeliyində olan hərbi hissə olaraq işğaldan azad edilmiş ərazilərdə müdafiə və mühafizənin gücləndirilməsi, həmçinin həmin ərazilərdə operativ müdaxilə imkanları olan hissə və bölmələrin yerləşdirilməsi zərurəti yarandığından Müdafiə nazirinin müavini-Baş direktorun 0N iyun N4-cü il tarixli müvafiq əmrinə əsasən Xocalı rayonu ərazisinə dislokasiya olunmuş hərbi hissənin təyinatı üzrə döyüş hazırlığı, eləcə də tədris planına əsasən gündəlik keçirilən praktiki dərs və təlimlərlə əlaqədar döyüş bölmələrinin döyüş təcrübəsi olan peşəkar hərbi qulluqçuların olabiləcək düşmən təxribatlarının qarşısının alınması ilə əlaqədar döyüş hazırlıqlarının yüksək səviyyədə saxlanılması məqsədilə hərbi hissə komandanlığının sərəncamında saxlanılmasına ehtiyac olmasını nəzərə alaraq, hərbi hissənin hərbi qulluqçusu Təqsirləndirilən şəxs1 barəsində qərar qəbul edilərkən həbslə bağlı olmayan, mövcud qanunvericiliyə uyğun olaraq digər cəza növü tətbiq olunmaqla hərbi hissə komandanlığının sərəncamına verilməsinə dair köməklik göstərilməsi xahiş olunmuşdur. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 003363 nömrəli vəsiqənin surətindən görünür ki, X11 şəhid ailəsidir. İİİ-JQ 33N618 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Məqoy oğlu N6 mart 1990-cı ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndində ermənilər tərəfindən açılan atəş nəticəsində bel fəqərəsindəqn dəlib-keçən güllə yaralanması səbəbindən öldürülmüşdür. Seriya AA 479891 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Xıdırov X9 rayonu məcburi köçkünüdür. Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx N007-ci ildə Tərtər rayonunun İrəvanlı kəndində doğulmuşdur, həmin kənddə də qeydiyyatdadır. Tərtər rayon Polis Şöbəsinin 14 dekabr N4-cü il tarixli qərarı ilə X6 övladı xx xxxxxx N007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi qismində tanınaraq cinayət prosesinə buraxılmışdır. Tərtər rayon X17 Qrupunun müstəntiqi X7 tərəfindən tərtib olunmuş şübhəli şəxsin tutulması haqqında 14 dekabr N4-cü il tarixli protokoldan görünür ki, faktiki azadlığı 14 dekabr N4-cü il tarixdə saat NN:45 dəqiqədən məhdudlaşdırılmış, CM-nin NN1.N.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi X3 və müdafiəçisi X5 iştirakı ilə 14 dekabr N4-cü il tarixdə saat N3:50-də Tərtər rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Tərtər rayon Polis Şöbəsinin 16 dekabr N4-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 14 dekabr N4-cü il tarixdə müdafiəçi qismində təyin edilmiş Bərdə rayon Vəkil Bürosunun vəkili X5 cinayət işi üzrə iştirakına xitam verilərək Təqsirləndirilən şəxs3 Tərtər rayon Vəkil Bürosunun vəkili MüdafiəçiN müdafiəçi təyin edilmişdir. Tərtər Rayon Məhkəməsinin 16 dekabr N4-cü il tarixli 4(061)-53/N4 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Tərtər rayon prokuroru Əli Qurbanovun təqdimatı təmin edilməyərək Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından dərhal azad edilmiş, barəsində 3 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilməklə ev dustaqlığının müddətinin əvvəli şübhəli şəxs qismində saxlandığı 14 dekabr N4-cü il tarixdən saat NN:45-dən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının N6 dekabr N4-cü il tarixli qərarı ilə apelyasiya protesti təmin edilməyərək Azərbaycan Respublikası CM-nin NN1.N.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin edilməməsi barədə Tərtər rayon Məhkəməsinin 16 dekabr N4-cü il tarixli 4(061)-53/N4 nömrəli qərarı apelyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Tərtər Rayon Mərkəzi X15 Şəxsi tərəfindən Tərtər Hərbi Prokurorluğuna ünvanlanmış 7 fevral N5-ci il tarixli 18-1-75/N-148/N5 nömrəli məktubdan görünür ki, İsmayılov X16 RMX PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında dayanmır, Tərtər RMX PHŞ-yə hər hansı bir xəstəliklə bağlı müraciət etməyib. Tərtər rayon İcra Hakimiyyətinin İrəvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs 17 dekabr N4-cü il tarixli **********986 nömrə ilə notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə 1N dekabr N4-cü il tarixdə aralarında mübahisə olub dalaşmışlar, bu dalaşmada o, xəsarət alıb zərər çəkmişdir. Hazırda Təqsirləndirilən şəxs1 ilə barışmış və Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs 17 dekabr N4-cü il tarixli **********988 nömrə ilə notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsN ilə 1N dekabr N4-cü il tarixdə aralarında mübahisə olub dalaşmışlar, bu dalaşmada o, xəsarət alıb zərər çəkmişdir. Hazırda Təqsirləndirilən şəxsN ilə barışmış və Təqsirləndirilən şəxsN heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 06 mart N5-ci il tarixli ərizədən görünür ki, 06 mart N5-ci il tarixə təyin edilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 barələrində olan cinayət işinin məhkəmə hazırlıq iclasında iştirak etmək istəmir, işə onun iştirakı olmadan baxılmasını xahiş edir, hal-hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3la barışmışdır, onlara qarşı heç bir şikayəti yoxdur, onları bağışlayır. Məhkəmədən hazırlıq iclasında qərar qəbul edərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş qətimkan tədbirlərinin ləğv edilməsini xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 13 may N5-ci il tarixli ərizədən görünür ki, xidməti zərurətlə bağlı növbəti məhkəmə iclasında iştirak edə bilməyəcək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə və yekun qərar çıxarılmasına etiraz etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, onlara qarşı şikayət, tələbi və iddiası yoxdur Məhkəmədən onların bağışlanılaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxsN və Təqsirləndirilən şəxs3 cəza təyin edilməməsini və ərizəsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 06 mart N5-ci il tarixli vəsatətdən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması və Təqsirləndirilən şəxs1 həbsdən azad olunması xahiş edilmişdir. Təqsirləndirilən şəxsN müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 06 mart N5-ci il tarixli vəsatətdən görünür ki, Təqsirləndirilən şəxsN barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması xahiş olunmuşdur. Tərtər Hərbi Məhkəməsinin 06 mart N5-ci il tarixli 1-1(098)-46/N5 nömrəli qərarı ilə müdafiəçilər Müdafiəçi3 və Müdafiəçi1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN barələrində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə təqdim etdikləri vəsatətləri təmin edilərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN barələrində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməklə dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Tərtər Hərbi Məhkəməsinin 19 iyun N5-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxsN əməli CM-nin 1N7.N.3 və NN1.N.1-ci maddələrindən həmin Məcəllənin 1N7.1 və NN1.N.1-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxs X8 Təqsirləndirilən şəxsN ilə barışdığından və ona dəymiş ziyanı ödədiyindən CM-nin 73.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsN CM-nin 1N7.1-ci maddəsinə münasibətdə törətmiş olduğu cinayət əməli üzrə Təqsirləndirilən şəxsN cinayət məsuliyyyətindən azad edilmiş və cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.N-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs3 əməli CM-nin 1N7.N.3 və NN1.N.1-ci maddələrindən həmin Məcəllənin NN1.N.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinin tələbinə əsasən yetkinlik yaşına çatmayan şəxs kimi ilk dəfə az ağır cinayət törətdiyindən barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərək Təqsirləndirilən şəxs3 CMnin NN1.N.1-ci maddəsinə münasibətdə törətmiş olduğu cinayət əməli üzrə cinayət məsuliyyətindən azad edilmiş, Təqsirləndirilən şəxs3 CM-nin 88.N.1-ci maddəsinin tələbinə əsasən xəbərdarlıq elan edilmiş, Təqsirləndirilən şəxs1 əməli CM-nin 1N7.N.3 və NN1.N.1-ci maddələrindən CM-nin NN1.N.1-ci maddəsinə tövsif edilmiş, həmin qərarla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN barələrində CM-nin NN1.N.1ci maddəsi ilə cinayət təqibinin davam etdirilməsi qərara alınmışdır Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN törətmiş olduqları cinayət əməli məhkəmə tərəfindən düzgün olaraq CM-nin NN1.N.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi faktlarını müəyyən etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri və sənədləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 1N4-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları həmin məcəllənin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN əməllərində CM-nin NN1.N.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən onlar, göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdırlar. Onların cəzadan azad edilməsinə əsaslar yoxdur. CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59.N-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan hec bir şikayəti tələbi olmayaraq ona cəza verilməməsi barədə məhkəməyə təqdim etdiyi yazılı müraciətini, ailənin yalnız onun qazancına ehtiyacı olmasını, gəncliyini, Kəlbəcər rayonundan məcburi köçkün olmasını və bunula bağlı ailəsinin ağır vəziyyətdə yaşamasını, şəhid ailəsi olmasını, ailədədə yeğanə qazan gətirən olaraq ailəsini onun əməyinə ehtiyacı olmasını, canını Vətənə əsirgəməyərək həyatını hərbi xidmətə bağlamasını, sonuncunun hərbi hissədə xidmət etdiyi müddətdə özünü nizam-intizamlı, verilən tapşırıqların öhdəsindən gələn hərbi qulluqçu olmaqla yanaşı 1N-15 sentyabr NN-ci il tarixlərində Kəlbəcər rayonu ərazisində gedən döyüş əməliyyatlarında və 19-N0 sentyabr N3-cü il tarixlərində Xankəndi rayonu ərazisində gedən lokal xarakterli antiterror əməliyyatında iştirak etməklə hər iki döyüş tapşırığı üzrə qoyulan tapşırıqları layiqincə yerinə yetirməsini və bu haqda hərbi hissə komandanlığı tərəfindən vyazılı vəsatətlə məhkəməyə müraciət olunmasını, CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və əməlində CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsN cəza təyin edərkən, hadisənin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, onun törətdiyi cinayəti səmimi etiraf edərək əməllərindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı 5 min manat bəbləğində tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir iddiasının, tələbinin və şikayətinin olmamasını və yazılı vəsatətində ona cəza verilməməsini istədiyini bildirdiyini, gəncliyini, yaşayış yeri üzrə müsbət xaraterizə edildiyini, Ağdam rayon məcburi köçkün olmasını və bunula bağlı ailəsinin ağır vəziyyətdə yaşamasını,, Türkiyədə ali təhsil müəssisəndə təhsil alaraq tələbə olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 0N aprel N01N-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" N5 iyun N003-cü il tarixli qərarında birmənalı şəkildə göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Yəni məhkəmə, cinayət nəticəsində vurulmuş maddi zərəri tam ödəmiş, törətdiyi cinayətin hüquqi nəticələrinin fərqinə varıb peşmanlıq hissi keçirən, müsbət xarakterizə olunan şəxsə cinayət qanununda daha yüngül cəza olan cərimə cəzasının nəzərdə tutulduğu və məqsədə uyğun bilindiyi hallarda azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslandırmağa borcludur. Əgər şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəzanın təyin edilməsi üçün heç bir real əsas mövcud deyilsə, bu halda, məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində daha yüngül cəza təyin etməlidir. Məhkəmə dövlət ittihamçısının mövqeyini təhlil edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN törətmiş olduqları hadisədən sonra zərərçəkmiş şəxslə barışmaları və zərərçəkmiş şəxsə dəymiş zərər tam aradan qalxdığından, zərərçəkmiş şəxsin onlardan hec bir tələbi və şikayəti olmayaraq onlara cəza verilməməsi barədə tələbi ilə məhkəməyə müraciət etməsi nəzərə alınmadan onlara azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsinə əsas görmür. Belə ki, məhkəmə hesab edir ki, Vətən uğrunda canını əsirgəməyən və döyüşdə göstərdiyi sücayət və qəhramanlığa görə medallarla təltif olunan Təqsirləndirilən şəxs1 kimi hərbi qulluqçuların barəsində humanizm və ədalət prinsiplərinə əsasən qanunda nəzərdə tutulmuş humanist imkanlardan maksimal həddə Qarabağ uğrunda tam Qələbə Zəfərininin əldə edilməsində fədakarlıq göstərən hər bir hərbi qulluqçular barəsində tətbiq edilməsi zəruridir və bu səpkidə mövqe dövlət tərəfindən verilən mənəvi təkan və hüquqi dəstək kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, ədalət mühakiməsinin həyata keçirlməsi zamanı bu kateqoriyadan olan vətəndaşların barəsində humanistlik göstərilməli, hərbi qulluqçuların vətənpərvərliyinə yüksək mənəvi dəyər verilməsi, maddi, mənəvi iztirablarının qarşısını almaq məqsədilə dəstək verilməsi cəmiyyətdə vətəndaş həmrəyliyinin formalaşması üçün və bu şəxslərin gələcəkdə digər şəxslərin qanun pozuntularından cəkindirirərək qarşısını alınmasında böyük təsiri olan bir amildir. N3-cü ilin sentyabr ayında Qarabağın tam azad olunması ilə nəticələnən anti-terror əməliyyatının kecirilməsindən sonra cəmiyyətdə yeni mənəvi dirçəliş mühiti yarandığını və bu mənəvi dircəlişi 44 günlük Vətən Müharibəsində, Fərrux əməliyyatında, Sarıbaba, Qırxqız və digər hərbi əməliyyatlarında və nəhayət N3-cü ilin anti-terror əməliyyatında iştirak etmiş hərbiçilərin bizə yaşatdığını nəzərə alaraq və Ali Baş Komandanın 15 oktyabr N3-cü il tarixdə və 08 noyabr N3-cü il tarixdə Xankəndində etdiyi çıxışlarında Azərbaycan əsgərinin, zabitinin əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmələrini qeyd etməsi bu kateqoriyadan olan şəxslərin barələrində cəza növünün təyin edilməsi zamanı mütləq nəzərə alınmalıdır. Bu səbəbdən, bu kimi hərbi qulluqcuların anti-terror əməliyyatı zamanı Vətən uğrunda canlarını əsirgəmədiklərindən, onlar tərəfindən törədilmiş hər bir qanun pozuntusuna münasibətdə onlar barəsində cinayət qanunvericiliyində nəzərdə tutan humanist imkanlarının əsirgənilməsi və geniş tətbiq edilməməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, hal-hazırda tələbə olaraq Türkiyə respublikasında təhsil alan Təqsirləndirilən şəxsN təyin ediləcəyi cəza yuxarıda sadalaln cəzasını yüngülləşdirici əsaslara bağlı onun təhsilini davam etdirməsinə maneə törətməməlidir və ali təhsil müəssisənidə hal-hazırda təhsil alması onun faydalı vərtəndaş olmaqla islah olunmasına təkan verən bir amil olması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxsN təqsirləndirildikləri CM-nin NN1.N.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərə cəza növünü və həddini müəyyən edərək onların şəxsiyyətlərini səciyyələndirən yuxarıda qeyd edilən halları onlarən artıq islah olunnmalarına kifayət edən amillər kimi qəbul edərək və onların bir müddət “həbs” qətimkan tədbiri altında olduğlarını və məhəkəmə hazırlığ iclasında həmin qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbirinə dəyişdirilməsinə olan əsasları nəzərə alaraq onlara islah işləri cəza növünün aşağı həddə təyin edilməsi cəzanın məqsədinə nail olunması üçün kifayət sayır. Məhkəmə, Təqsirləndirilən şəxs1 hərbi qulluqçu olmasını nəzərə alaraq təqsirləndirildiyi CM-nin NN1.N.1-cü maddəsi üzrə CM-nin 50.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin NN1.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının əvəzinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsinin onun bu maddə ilə törədilmiş cinayət üzrə islah olunması üçün kifayət sayır və həmin cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 şübhəli şəxsin tutulması haqqında protokola əsasən faktiki azadlığının xx.xx.N4-cü il tarixdə saat N0-00-da məhdudlaşdırılması göstərilsə də, Tərtər Hərbi Məhkəməsinin 16 dekabr N4-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin və prokurorun 16 dekabr N4-cü il tarixli vəsatəti və təqdimatı, şəxsin özünün xx.xx.N4-cü il tarixdə təxminən N0-00-da Tərtər Rayon Polis Şöbəsinə getdiyini bildirdiyi halda, istintaq orqanı tərəfindən əməliyyat axtarış tədbiri nəticəsində şəxsin tutulub gətirilməsinə dair əsaslı sübutlar təqdim edə bilməməməsi, nəticədə şəxsin azadlığının qanunla müəyyən edilmiş müddətdən artıq məhdudlaşdırılması əsasından təmin edilməyərək Təqsirləndirilən şəxs1 həbsdən dərhal azad olunmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 faktiki azadlığının xx.xx.N4-cü il tarixdən məhdudlaşdırılmasının sübuta yetirilməsində şübhələr vardır və ibtidai istintaq orqanı tərəfindən onun faktiki azadlığının xx.xx.N4-cü il tarixdə məhdudlaşdırılması sübuta yetirilmədiyindən məhkəmə Təqsirləndirilən şəxs1 faktiki azadlığının məhdudlaşdırılması tarixinin onun özünün xx.xx.N4-cü il tarixdə təxminən N0-00-da Tərtər Rayon Polis Şöbəsinə getdiyini bildirdiyi vaxtdan hesablanması kimi qəbul edir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 xx.xx.N4-cü ildən 16 dekabr N4-cü il tarixədək 03 (üç) gün, həmçinin xx.xx.N5-ci il tarixdən xx.xx.N5ci il tarixədək N7 (iyirmi yeddi) gün olmaqla ümumilikdə 1 (bir) ay həbsdə, xx.xx.N5-ci il tarixdən 19 iyun N5-ci il tarixədək isə 03 (üç) ay 13 (on üç) gün ev dustaqlığında saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.N4-cü ildən xx.xx.N4-cü il tarixədək 03 (üç) gün, həmçinin xx.xx.N5-ci il tarixdən xx.xx.N5-ci il tarixədək N7 (iyirmi yeddi) gün həbsdə saxlanıldığı, xx.xx.N5-ci il tarixdən 19 iyun N5-ci il tarixədək 03 (üç) ay 13 (on üç) gün ev dustaqlığında saxlandığı müddət nəzərə alınmaqla ona təyin ediləcək hərbi xidmət üzrə məhdudlaşdırma bir günə dörd gün hesabı ilə hesablanmalı və Təqsirləndirilən şəxs1 təyin ediləcək hərbi xidmət üzrə məhdudlaşdırma cəzası çəkilmiş hesab edilməlidir. Məhkəmə CPM-nin 346.1.N0-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləgv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hərbi xidmət məsələlərinin həll edilməsi üçün 07N saylı hərbi hissə komandanlığının sərəncamına göndərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxsN təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin NN1.N.1-cü sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması təyin edilməsinin onun bu maddə ilə törədilmiş cinayət üzrə islah olunması üçün kifayət sayır və həmin cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxsN xx.xx.N5-ci il tarixdən xx.xx.N5-ci il tarixədək N (iki) ay NN (iyirmi iki) gün həbsdə, xx.xx.N5-ci il tarixdən 19 iyun N5-ci il tarixədək isə 03 (üç) ay 13 (on üç) gün ev dustaqlığında saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsN xx.xx.N4-cü il tarixdən xx.xx.N5-ci il tarixədək 0N (iki) ay NN (iyirmi iki) gün həbsdə saxlanıldığı və xx.xx.N5-ci il tarixdən 19 iyun N5-ci il tarixədək 03 (üç) ay 13 (on üç) gün ev dustaqlığında saxlama müddətləri ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmalı və Təqsirləndirilən şəxsN təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası çəkilmiş hesab edilməlidir. Məhkəmə CPM-nin 346.1.N0-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxsN barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləgv edilməlidir. Məhkəmə CPM-nin 346.1.N1-ci maddəsinin tələbi baxımından məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, məhkəmə xərci olan dövlət hesabına pulsuz hüquqi xidmətlərinə görə müdafiəçilərə ödənilməli olan haqq, Tərtər rayon vəkil Bürosunun vəkilləri Müdafiəçi3 N0 (iyirmi) iş saatına görə NN0 (iki yüz iyirmi) manat, MüdafiəçiN N9 (iyirmi səkkiz) iş saatına görə 308 (üç yüz səkkiz) manat, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına müvafiq vəkil bürosunun vəkilləri Müdafiəçi3, MüdafiəçiN və Müdafiəçi1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin NN1.N.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 50.1-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin NN1.N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının əvəzinə aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il 5 (beş) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 13 dekabr N4-cü il tarixdən 16 dekabr N4-cü il tarixədək 3 (üç) gün, həmçinin 10 fevral N5-ci il tarixdən 06 mart N5-cü il tarixədək N7 (iyirmi yeddi) gün həbsdə saxlanıldığı, 06 mart N5-ci il tarixdən 19 iyun N5-ci il tarixədək 3 (üç) ay 13 (on üç) gün ev dustaqlığında saxlama müddətləri ona təyin edilmiş hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına bir günə dörd gün hesabı ilə hesablandığından Təqsirləndirilən şəxs1 təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il 5 (beş) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 hərbi xidmət məsələlərinin həll edilməsi üçün 07N saylı hərbi hissə komandanlığının sərəncamına göndərilsin. Təqsirləndirilən şəxsN Azərbaycan Respublikası CM-nin NN1.N.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxsN 14 dekabr N4-cü il tarixdən 06 mart N5-ci il tarixədək N (iki) ay NN (iyirmi iki) gün həbsdə saxlanıldığı, 06 mart N5-ci il atrixdən 19 iyun N5-ci il tarixədək 3 (üç) ay 13 (on üç) gün ev dustaqlığında saxlama müddətləri ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablandığından Təqsirləndirilən şəxsN təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxsN barəsində seçilmiş «ev dustaqlığı» növündə qətimkan tədbiri ləğv edilsin. Məhkəmə xərci olan dövlət hesabına pulsuz hüquqi xidmətlərinə görə müdafiəçilərə ödənilməli olan haqq, Tərtər rayon vəkil Bürosunun vəkilləri Müdafiəçi3 N0 (iyirmi) iş saatına görə NN0 (iki yüz iyirmi) manat, MüdafiəçiN N9 (iyirmi səkkiz) iş saatına görə 308 (üç yüz səkkiz) manat, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına müvafiq vəkil bürosunun vəkilləri Müdafiəçi3, MüdafiəçiN və Müdafiəçi1 ödənilsin. Hökmdən elan olunduğu andan N0(iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev
Məhkəmə qərarları › İş №1-1(098)-46/2025
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-46/2025
19.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver