Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-5/2025 07.01.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X18 oğlunun sədrliyi, Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçisi -Tərtər rayon Vəkil Bürosunun müdiri vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Ərəbyengicə kəndində doğulmuş, Sumqayıt şəhəri, X10 qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissədə qeydiyyatda olmaqla, hərbi xidmətlə əlaqədar Tərtər rayonunun İsmayılbəyli kəndində yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində bir azyaşlı uşağı olan, ali-hərbi təhsilli, Bakı Hərbi Məhkəməsinin 2 dekabr N4-cü il tarixli, 1-1(093)-25/N4 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 5000 (beş min) manat cərimə cəzası məhkum edilmiş, N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün komandiri vəzifəsində, kapitan hərbi rütbasinda xidmət etmiş, hal-hazırda ehtiyata tərxis olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçimiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2, 178.2.3 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, həmçinin zabit olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Bakı Hərbi Məhkəməsinin 2 dekabr N4-cü il tarixli, 1-1(093)-25/N4 nömrəli hökmü ilə CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 5000 (beş min) manat cərimə cəzası məhkum edilmiş Təqsirləndirilən şəxs, N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən N3-cü ilin oktyabr ayının ortalarında xidmət etdiyi hərbi hissənin 3-cü artilleriya divizionunun 9-cu artilleriya batareyasının 1-ci artilleriya taqımının 2-ci topun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şahid3 valideynləri ilə onun mobil telefonu vasitəsilə əlaqə saxlamalarına şərait yaratmaqla Şahid3 valideynləri ilə tanış olmuş və özünü zabit kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əsgər Şahid3 valideynlərinin etibarını qazandığını görüb, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də həmin məsələnin həllinə köməklik etmək niyyətində olmadığı halda, qanunsuz və əvəzsiz olaraq onların əmlakını ələ keçirmək məqsədi ilə N3-cü ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxsla mobil telefonla söhbət zamanı ona Müdafiə Nazirliyinin şəxsiyyətini bildirmədiyi vəzifəli şəxsinin vasitəsilə N00 (iki min) manat pul müqabilində övladı Şahid3 xidmət yerini Tərtər rayonunda yerləşən artilleriya və ya maddi-texniki təminat bölmələrinin hər hansı birinə dəyişdirə biləcəyini təklif etmiş, Zərərçəkmiş şəxs onun zabit olmaqla vəzifəli şəxs olduğu üçün övladı Şahid3 xidmət yerini dəyişdirmək imkanına malik olduğunu düşünüb təklifi ilə razılaşmışdır. Daha sonra aralarında olan danışığa əsasən kapitan Təqsirləndirilən şəxs N oktyabr N3-cü il tarixdə, saat 16 radələrində Tərtər şəhərində yerləşən “Yadigar” şadlıq sarayının həyətində olan “Şamlıq” adlanan restoranda Zərərçəkmiş şəxsla görüşmüş və sonuncu orada övladı Şahid3 xidmət yerinin dəyişdirilməsi üçün vəzifəli şəxsə verməsindən ötrü N00 (iki min) manat məbləğində pul vəsaitini kapitan Təqsirləndirilən şəxs vermiş, lakin Təqsirləndirilən şəxs razılaşmaya əsasən hər hansı hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün komandiri vəzifəsində kapitan hərbi rütbəsində hərbi xidmətdə olarkən 31 mart N4-cü il tarixdə saat 18:30-da iş vaxtı bitdiyi üçün hərbi hissədən ayrılmış və təyin olunmuş vaxtda, yəni növbəti gün N aprel N4-cü il tarixdə saat 08:00-da hərbi hissəyə qayıtmalı olduğu halda üzrlü səbəblər olmadan qayıtmamış, Azərbaycan Respublikası Müdafiə nazirinin N may N4-cü il tarixli 0438 nömrəli əmrinə əsasən ehtiyata buraxıldığı üçün N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli 187 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmaqla zabit kimi üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 333.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.N05-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N02-N05-ci ildə Naxçıvan MR-da yerləşən Heydər Əliyev adına liseydə, sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə, sonra N05-ci ildən N09-cu ilədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış, N09-N10-cu illər ərzində Sillahlı Qüvvələrin təlim-tədris mərkəzində dinləyici olmuş, N10-cu ildən N nömrəli hərbi hissədə ixtisaslı hərbi qulluqçu kimi ümumqoşun motoatıcı tağım komandiri vəzifəsində xidmətə başlamışdır. Tabor komandiri şəhid Raquf Orucovla əməliyyat tapşırığına getdiyi müddətdə Ağdam rayon Yusifcanlı Novruzlu istiqamətində qolundan yaralanmışdır. Daha sonra xidmət yeri N nömrəli hərbi hissəyə dəyişdirilmiş,həmin hərbi hissənin BMP3 taborunda tağım komandiri vəzifəsində xidmət etmişdir. N11-ci ilin sonunda xidmət yeri N nömrəli həbri hissədən N nömrəli hərbi hissəyə dəyişdirilsə də özü Xocavənd istiqamətində xidmətini təşkil etmiş, 5 il 6 ay tağım komandiri kimi Füzuli rayonuun Şükürbəyli kəndi istiqamətində xidmət etmiş, orada ayağından yaralanmışdır. N16-cı ildə onu N saylı hərbi hissəyə xüsüsiləşdirilmiş tabora tabor komandiri kimi təyin etmişlər. Sonra N nömrəli hərbi hissədə yeni bölmə yaradılmış, çatışmamazlıq olduğundan onu mühafizə bölüyünə təyin etmişlər. N18-ci ildə N nömrəli hərbi hissəyə korpusun təlim təxliyyə avtomobili təmir bölüyün komandiri vəzifəsinə təyin edilmiş, ordumuz tərəfindən qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçirilmiş N16ci ilin aprel döyüşlərində,daha sonra N0-ci ilin oktyabr ayında keçirilmiş Lələtəpə döyüşlərində iştirak etmiş, həmin döyüşlərdə travma aldığına görə qulaqları eşitməmiş, ona görə də psixi vəziyyəti ilə bağlı müalicələr almışdır. 44 günlük Vətən müharibəsində də orada xidmət etmiş, daha sonra Ağdamın Şelli kəndinə kimi bütün döyüş maşınlarının təxliyyə edilməsinə o, rəhbərlik etmişdir. Ondan sonra xidmət yerinin dəyişilməsi barədə tapşırıq gəlmiş və şəxsi heyət Füzuli rayonu ərazisinə köçürülmüşdür. 27 sentyabr N0-ci ildən 12 dekabr N0-ci il tarixədək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində bölmə komandiri vəzifəsində xidmət etmişdir. Müharibə vaxtı yaralanmış, qolunda, başında, sağ baldır bud nahiyəsində qəlpələr olmuş, yaralanmış vəziyyətdə müharibədə iştirak etmiş,ağır travma almış, hal-hazıradık də sağ baldır diz nahiyəsində, başında, qolunda, belində, ayağında qəlpələr vardır. Bundan sonra rotasiya ilə 6-7 ay xidmət etmiş, 4 dəfə psixatriya xəstəxanasında müalicədə olmuşdur. Döyüşlərdə fərqləndiyinə görə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Qusursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qusursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunmuşdur. Daha sonra erməni silahlı birləşmələrinə qarşı keçirilmiş antiterror əməliyyatında N nömrəli hərbi hissənin tərkibində maddi-texniki təminat bölməsinin komandiri vəzifəsində iştirak etmiş, Goranboy rayonu istiqamətində silah sursat bazasından yüklərin daşınmasına rəhbərlik etmişdir. Hazır da da xəstə olmaqla baş nahiyyəsində ciddi xəstəliyi olmuşdur. Belə ki, elə hal olmuşdur ki, oturub bir yerdə çörək yediyi insanları tanımamışdır. N may N3-cü il tarixdən isə N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin N may N4-cü il tarixli 0438 nömrəli əmrinə əsasən ehtiyata buraxıldığı üçün N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli 187 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. O, əlavə olaraq göstərmişdir ki, N13-cü il, N15-ci, N16-ci və N18-ci il tarixlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrin Baş Klinik Hospitalın psixiatriya bölməsində müalicə almış, 3 dəfə psixatriya bölməsində yatmış, orada səhhəti pis olduğuna görə onu qanı ilə bağlı reabilitasiya şöbəsinə yerləşdirmişlər, zob xəstəsi olduğundan və onurğasından travma aldığı üçün hərəkət etməsində çətinliyi olmuş, ayağı tutulmuşdur. O, hospitalda 28 gün reabilitasiya bölməsində müalicə almış, orada ürək getməsi olmuş, həkimlər müalicə etsələrdə epilyepsiya olması aradan qalxmamışdır. Psixiatriyada müalicə olduğu ilə bağlı epikrizlər vardır: 17 C 2 dəfə təsdiq olunub, 36 B, 80 E, sonra xəstəliyi ilə bağlı nəfəsi düzgün inkişaf etmədiyi üçün, zobun əmələ gəlməsi olmuşdur, onu iki-üç dəfə pis xəstəliyə qarşı biopsiya etmişlər, amma xəstəliyi artıma doğru gedir. Hazırki işlə bağlı bildirmək istəyir ki, Zərərçəkmiş şəxs əvvələr tanımamış, Zərərçəkmiş şəxs oğlu Şahid3 xidmət etdiyi hərbi hissənin 3-cü artilleriya divizionunun 9cu artilleriya batareyasının əsgəri olmuş, O, telefonla söhbət yerində danışarkən, əsgərlər kursa yeni gəlmişlər. Əsgərlərin hamısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına və gizirlərə evləri ilə telefonla danışmaq üçün yaxınlaşmışlar. N3-cü ilin oktyabr ayının ortalarında Sonradan adını bildiyi əsgər Şahid3 ona yaxınlaşıb “olar ki komandir evə zəng edim?” deyə ondan telefonu ilə evləri ilə danışmaq üçün müraciət etmiş, o da telefonu həmin əsgərə vermiş, əsgər Şahid3 da evləri ilə əlaqə saxlamışdır.Əsgər Şahid3 valideyni ilə mobil telefonu vasitəsilə əlaqə saxlayarkən əsgər Şahid3 valideyni Zərərçəkmiş şəxsla tanış olmuş, onunla aralarında qohumluq, düşmənçilik və ya hər hansı ədavət olmamışdır. Bundan sonra aralarında səmimiyyət yaranmışdır. Zərərçəkmiş şəxsla Bakıda da oturub söhbət etmişlər. O, Zərərçəkmiş şəxsla aralarında olan söhbətlərin birində N00 (iki min) manat pul müqabilində əsgər Şahid3 xidmət yerini Tərtər rayonunda yerləşən artilleriya və ya maddi-texniki təminat bölmələrinin hər hansı birinə dəyişdirə biləcəyini təklif etmiş, , sonra Tərtər şəhərində yerləşən “Yadigar” şadlıq sarayının həyətində olan “Şamlıq” adlanan restoranda zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 2.000 (iki min) manat məbləğində pulu almış, sıxıntıları olduğundan onları həll etmişdir.Belə ki, ailəsi arvadı və bir azyaşlı uşağından ibarət olmuş, atası öldüyündən təqaüdçü anası da onun himayəsində olmuşdur. Arvadı onkoloji xəstəlikdən əziyyət çəkdiyindən o, arvadını özəl xəstəxanalarda uzun müddət müalicə etdirmiş, azyaşlı oğul övladında da, özündən getmə halları tez-tez baş verdiyindən, uşağının da müalicəsi ilə məşğul olmuş,ozünün də səhhətində olan problemlərdən daim müalicə olunmuşdur. Bunlara görə onun həmişə pula ehtiyacı olmuşdur. Zərərçəkmiş şəxs söz verdiyi iş alınmamış, Zərərçəkmiş şəxs almış olduğu 2.000 manat pulu qaytarmaq fikrində olsa da həmin vaxt ailədə sıxıntıları olduğuna görə pula ehtiyacı yarandığından, həmin pulu qaytara bilməmiş, pulu tez bir müddətdə qaytaracağını düşünmüşdür. O, əlavə olaraq göstərmişdir ki, xx.xx.N4-cü ildə hərbi hissəni tərk etmiş, xx.xx.N4cü ildə müstəntiqin yanına gəlib izahat vermis və izahat verdikdən sonra getmişdir. Xidməti yoldaşlarından başqa məhkəmədən onu axtarışa verdiklərini öyrənmiş, ona görə də işini həll etmək üçün getmiş, məhkum olmaq istəməmişdir. Həmin müddətdə mülki həyatda iş taparaq günəmuzd işləmiş, binada dəmir örtüklərə rəng vurmaqla gündəlik 35 manat pul qazanmış, daha sonra həbs olunmuşdur. Onun səhhətində problemi olduğundan, Gəncə şəhərində yerləşən hərbi hospitalda müayinə olunmuş, qan analizləri vermiş, onda zob, yüksək təyziqlə bağlı xəstəlik dioqnozu qoyulmuş, lakin orada tam müalicə olunmamışdır. Prokurorluqda araşdırma dövründə müstəntiq göndərişsiz onu Bakı şəhərində yerləşən hərbi hospitala göndərmiş, orada o, həkim müayinəsindən keçirilməmişdir. Onun orqanizmində qan 1N-140 faiz olmalı olduğu halda 60-62 faiz təşkil etmiş, ağ qan qırmızı qanı üstələdiyindən, onda nəfəs alma gərginliyi yaranmışdır. Polis şöbəsində müvəqqəti saxlanılarkən səhhəti pisləşmiş, bu səbəbdən tibbi yardım çağırılmış və həkimlər onu ambulator müayinə etmişlər. Son 10 gün ərzində səhhətində 3 dəfə nəfəsalma gərginliyi təkrarlanmış, hazırda da xəstəliyi onu çox narahat edir, iki dəfə qapalı kəllə beyin travması almışdır. Barəsində başqa cinayət işi olduğundan həm digər iş üzrə, həm də hazırki iş üzrə tanınmış zərərçəkmiş şəxslərin pulunu ödəməkdən ötrü xidmətdə olmadığı dövrdə günəmuzd işləyərək ayrı-ayrı vaxtlarda əvvəl 4000 (dörd min) manat, sonra 3000 (üç min) manat, daha sonra 800 (səkkiz yüz) manat ödəmişdir. Xidmətdən yayınmasının səbəbi bu hal olmuşdur. Bunlara görə təqsirkar olduğunu bilmiş, törətdiyi əməllərini etiraf etmiş, prokurorluqda və məhkəmədə ifadə verməkdən çəkinməmiş və yayınmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs pul aldığını etiraf edir. O, kredit götürüb Zərərçəkmiş şəxs pulunu qaytarmaq istəsə də, bu işi ilə əlaqədar elə olmuşdur ki, banklarda kredit almasına stop qoyulmuş, ona görə də kredit götürə bilməmişdir, bu səbəbdən də pulu qaytara bilməmişdir. Atası o,uşaq olarkən ölmüş, onu anası böyütmüşdür. Anası təqaüdçü olmaqla xəstəlikdən əziyyət çəksə də hazırki iş üzrə Zərərçəkmiş şəxs almış olduğu N00 (iki min) manat ziyanı tam şəkildə Zərərçəkmiş şəxs ödəmişdir. O, Şahid4 vermiş olduğu ifadəsinə münasibət bildirərək göstərmişdir ki, Şahid4 onunla bağlı bəzi məlumatları tam olaraq bilməmişdir. Belə ki, onun istifadə olunmamış məzuniyyəti ola-ola hərbi hissədən onu məzuniyyətə buraxmamışlar. Anası xəstə olan vaxtı onun uşağı da xəstə olmuş, lakin buna baxmayaraq onu məzuniyyətə buraxmamışlar, xidmət yerini ilk tərk etməsi bu səbəbdən olmuşdur. Uşağının sümüyündə xəstəliyi olmuş, hərəkət etməsində məhdudiyyətlər olmuş, yeriyərkən ayaqları bir-birinə dəymiş, ayağında sümük boşluğu olmuşdur. O,uşağını Sumqayıt şəhər xəstəxanasında müalicə etdirsə də nəticəsi olmadığından özəl xəstəxanalarda da müalicə etdirmiş, hazırda da oğlunun müalicəyə ehtiyacı vardır. X1 iki dəfə ürəyindən əməliyyat olunmuş, qardaşı Asim Seyidov ürək infarktı keçirdiyindən onun ödənişlərini edə bilməmişdir. O, daha sonra göstərmişdir ki, törətdiyi əmələ görə peşmandır. İstintaqda verdiyi ifadəsini təsdiq edir. O, Bakıda məhkəmədə bütün proseslərdə iştirak etmiş, yayınmamış, məhkəməyə gec çatdığına görə onun barəsində axtarış elan edilmiş və həbs olunmuşdur. Həbs olunduğuna görə səhhətində olan ciddi xəstəliyi ilə bağlı müalicəsini davam etdirə bilməmişdir. N4-cü ilin aprel ayında hospitala baxışa getməli olmuş, Bakı istintaq təcridxanasında olarkən ciddi müayinə olunmamış, halbuki o, talessimiya xəstəliyinə görə stasionar müalicə olmalı idi. Hazırda törətdiyi əməlinə görə əzab çəkir. Məhkəmədən əməlindən peşman olmasını, almış olduğu 2.000 manat pulu Zərərçəkmiş şəxs geri qaytarmasını, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmasını, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ailəli olmaqla himayəsində bir azyaşlı xəstə uşağının olmasını, arvadının işsiz olmaqla bəd xassəli, sağalmaz xərçəng xəstəliyindən əziyyət çəkməsini, X1 təqaüdçü olmaqla xəstə olmasını, atası Amil Seyidovun ölməsini, qardaşı Asim Seyidovun xəstə olmasını, sonuncunun 44 günlük Vətən Müharibəsi iştirakçısı olmaqla Milli Orduda zabit kimi xidmət etməsini, özünün həbsdə saxlanıldığı müddətdə həkim müayinəsi zamanı zob və qan xəstəliyindən əziyyət çəkməklə hazırda müalicəyə ehtiyacı olmasını, döyüşlərdə fərqləndiyinə görə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakcısı” medalları ilə təltif edilməsini, arvadının heç bir yerdə işləməməsini, ailənin yalnız onun qazancına ehtiyacı olmasını, ailəsinin ağır maddi məhrumiyyətlərə məruz qalmamasının, canını Vətənə əsirgəməyərək bütün döyüşlərdə iştirak etdiyini, bununla bağlı “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakcısı” medalları ilə təltif edildiyini, Ali Baş Komandan tərəfindən onun kimi hərbiçilərə olan diqqətin nəzərə alınaraq məhkəmədən ona qarşı oxşar münasibət göstərilməsini və onun döyüşçü olduğunu nəzərə alınıb barəsində yüngül cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Şahid3 vasitəsilə tanımış, aralarında hər hansı ədavət, şəxsi qərəzlik, qohumluq və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs onun oğlu ilə tanışlığı olmuşdur. Onların arasında oğlunun xidmət yerinin dəyişdirilməsi söhbəti olmuş, amma necə olduğunu bilmir. Onlar gəlib Təqsirləndirilən şəxsla söhbət edərək yerdəyişmə ilə bağlı Təqsirləndirilən şəxs 2.000 (iki min) manat pul vermişlər, onunla da söhbət bağlanmışdır. Yerdəyişmə olmadığından, dəfələrlə Təqsirləndirilən şəxs pulu yaxşılıqla qaytarmasını və pulu bankdan götürdüyünü demişdir. Təqsirləndirilən şəxs pulu vermədiyi üçün o da gedib hərbi prokurorluğa şikayət etmişdir. Yəqin ki, Təqsirləndirilən şəxs səhvini boynuna almışdır. Pulu Təqsirləndirilən şəxs verəndə orada onunla birlikdə, arvadı və arvadının xalası oğlu da olmuşlar. Onlar Təqsirləndirilən şəxsla Tərtər rayonunda yerləşən kafedə görüşmüşlər. N00 (iki min) manat pulu Təqsirləndirilən şəxs verəndə Təqsirləndirilən şəxs “hər şey yaxşı olacaq, oğlumun xidmət yerini dəyişəcək” demiş, ancaq hansı yolla dəyişməsi barədə heç nə bildirməmişdir. Söhbətin üstündən bir ay keçəndən sonra heç nəyin alınmadığını, oğlunun hələ yerində olduğunu və oğlunun xidmət yerinin heç yerə dəyişmədiyini görüb pulun qaytarılmasını Təqsirləndirilən şəxs istəmişdir. Təqsirləndirilən şəxs zəng etmiş, bir iki dəfə də Təqsirləndirilən şəxsla görüşmüş və Təqsirləndirilən şəxs ona “pulu verəcəm” demişdir. Ən axırıncı dəfə mart ayında Təqsirləndirilən şəxs “məzuniyyət pulu alacaqsan qaytar pulumu, gedim bankın pulunu bağlayım” demiş, Təqsirləndirilən şəxs da “pulu qaytaracam” deyə bildirmişdir. Pulu Təqsirləndirilən şəxs oğlunun xidmət yerini dəyişmək üçün vermişdir. O, rüşvət verdiyini bilməmişdir, Təqsirləndirilən şəxs da etibardan sui-istifadə edərək onun pulunu ələ keçirmişdir. Oğlunun xidmət yeri dəyişildiyi halda şikayət etməzdi. Daha sonra ona dəymiş ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsin anası ilə razılığa gəlmiş, Təqsirləndirilən şəxs ondan almış olduğu 2.000 (iki min) manat pul sonuncunun ailəsi tərəfindən tam şəkildə ona ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmədən ona cəza təyin edilməməsini xahiş edir. O, məhkəmə çıxışı zamanı dövlət ittihamçısının çıxışında Təqsirləndirilən şəxs 4 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə bağlı çıxışı ilə razılaşmayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan almış olduğu 2.000 (iki min) manat pul sonuncunun ailəsi tərəfindən tam şəkildə ona ödənildiyindən onun tərəfindən məhkəməyə ünvanladığı mülki iddiadan imtina edir və məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş edir, həmçinin vermiş olduğu mülki iddiadan iddia üzrə tələb edilən məbləq ona tam ödənildiyindən imtina edir. Məhkəmə iclasında dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, onun oğlu Şahid3 N3-cü ilin iyul ayın 13-cü tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə N ay müddətində gənc əsgərlərin hazırlıq kursunu keçdikdən sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. Təqsirləndirilən şəxs oğlu Şahid3 N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, aralarında qərəzçilik, düşmənçilik, ədavət olmamışdır. Oğlu xidmətdə olanda antiterror vaxtı oğlunu Ağdam istiqamətinə hərbi hissəyə qaldırmışlar, sonra kurslarla bağlı 15 günlük aşağı təlimlərə düşmüşdür. Oğlu ilə danışdığı zaman oğlu ona “ana belə bir şeylər var, aşağıda qalmaq istəyirəm. Tərtərin özündə qalmaq istəyirəm hərbi hissədə. Yəni orda saxlamaq üçün belə bir yollar var.”demiş, o da “problem deyil, əgər Təqsirləndirilən şəxs etibarlı insandırsa köməklik edə bilərsə etsin bizə” deyə bildirmişdir. Bundan sonra, onun özü Mənsimlə şəxsən danışmışdır. Uşaq çox vaxt onunla danışıb əlaqə saxlamışdır. Belə Təqsirləndirilən şəxsla danışıb razılaşmışlar. Təqsirləndirilən şəxs “köməklik edəcəm uşaq aşağıda qalsın.” demiş və bunun üçün N00 (iki min) pula razılaşmışlar. Əri və o, onun xalası oğlunun maşını ilə Tərtərə gəlib, Tərtərdə hansısa bir kafedə görüşüb pulu Təqsirləndirilən şəxs təqdim edib, razılaşıb getmişlər. Təqsirləndirilən şəxs oğlunun yerinin başqa hərbi hissəyə dəyişə bildiyini telefonda ona demişdir. Təqsirləndirilən şəxsla görüşə getməkləri çox bir müddət çəkməmişdir. Təqsirləndirilən şəxs “sistem bağlanır bu tez həll olunmalıdır” demiş, o da Təqsirləndirilən şəxs “Mən də gedim banka anamın adına bankdan pul götürdüm” deyə bildirmişdir. Krediti də anasının adına götürmüşdür. Anası təqaüdçüdür deyə onun adına kredit götürmüşlər. Onlar bankdan 3000 (üç min) pul götürmüşlər, həmin pulun N00 (iki min) manatını Təqsirləndirilən şəxs təqdim etmişlər, 1000 (bir min) manat da elə ortalıqda getmək-gəlməklərə xərclənmişdir. O, Təqsirləndirilən şəxsla əri və xalası oğlu ilə birlikdə görüşmüşlər, həmin vaxtı Təqsirləndirilən şəxs görüşə tək gəlmişdir. Təqsirləndirilən şəxs “onun müddəti vardır, bölgü sistem bağlanmamış sistemə otuzduracağıq, uşaq aşağıda qalacaq” demişdir. Onlar oğlunun vəzifəsini deyil, sadəcə oğlunu Tərtərdə saxlamaq istəmişlər. X12 kəndində xidmət etdiyindən və bir az da ev uşağı olduğundan, xidmətdə əziyyət çəkmiş, narahat olmuş, o da bir valideyn kimi oğlunun aşağıda qalaraq hərbi hissənin özündə qalmağını istəmişdir, əslində səhv özlərinin olmuşdur. Oğlu Amin özü zəng edəndə “ana burada belə bir şey var, hərbi hissədə saxlamaq mümkündür.” demişdir. Lakin o, xidmət yerinin dəyişməsi müqabilində pul verilməsinin rüşvət sayıldığını bilməmişdir. Əri Təqsirləndirilən şəxs anası ilə pulu qaytarılması ilə razılaşdığından, şikayətləri yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında qohumluq əlaqəsi və ədavət yoxdur. Xalası qızının övladı Şahid3 N3-cü ilin iyul ayın 13-cü tarixdə Səfərbərlik üzrə Sabunçu rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissəsində N ay müddətində gənc əsgərlərin hazırlıq kursunu keçdikdən sonra N nömrəli hərbi hissəyə göndərilmişdir. Şahid3 N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə təxminən oktyabr ayının ortalarında xalası qızı Səyidə İbrahimovaya məxsus ***-***-**-** nömrəli mobil telefona tanımadığı ***-***-**-** nömrəli mobil telefondan zəng gəlmiş və sonradan zəng edən şəxsin xalası qızı X5 İbrahimov olduğu məlum olmuşdur. Telefon danışığı zamanı Şahid3 N nömrəli hərbi hissənin hərbi qulluqçusu kapitan Təqsirləndirilən şəxs ona ailəsi ilə danışmaq üçün şərait yaratdığını bildirmişdir. Həmin gün Səyidə İbrahimova oğlu ilə danışan zaman Təqsirləndirilən şəxs telefonu oğlundan götürərək danışmağa başlamış və “oğlunuz yaxşı əsgərdir, xidmətində qüsur yoxdur. Lakin olduğu yer yaxşı deyildir” deyə bildirərək, Şahid3 hazırda xidmət etdiyi yer olan N nömrəli hərbi hissənin Ağdamda yerləşən divizionundan həmin hərbi hissənin qərargahının yerləşdiyi Tərtər rayonunda yerləşən divizionlardan birinə gətirə biləcəyini demişdir. Həmin gün axşamı bu barədə Səyidə əri Zərərçəkmiş şəxs danışıb məlumat vermişdir. Bundan sonra, səhərisi gün onlar Təqsirləndirilən şəxsla danışıb bu işi necə edəcəyini soruşduqda, Məsim Seyidov onlara Şahid3 yerini daha yaxşı və rahat olan divizionlardan birinə dəyişdirəcəyini, yəni Ağdamdan Tərtərə gətizdirib orada saxlatdıracağını, bu işi isə adını demədiyi vəzifəli hərbi qulluqçulardan biri ilə olan əlaqəsi vasitəsilə edəcəyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxs əvvələr tanımamışlar, lakin Şahid3la danışmaq üçün şərait yaratdığı üçün xalası qızı Səyidə İbrahimova və əri Zərərçəkmiş şəxs ona etibar edib inanmış və Təqsirləndirilən şəxs bu təklifini qəbul etmişlər. Odur ki, bunların müqabilində Təqsirləndirilən şəxs onlardan N00 (iki min) manat pul istəmişdir. Xalası qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istədiyi məbləği əldə etmək üçün anası X3 adına “Beynəlxalq” bankdan kredit götürmüşlər. O, xalası qızı Səyidə İbrahimova və xalası qızının əri Zərərçəkmiş şəxs onun idarə etdiyi “Naz Lifan 7N” markalı **-AA-*** markalı avtomobillə xx.xx.N3-cü il tarixdə səhər saat 08:00-da Bakı şəhərindən yola çıxıb həmin gün saat 13:00-da Tərtər rayonuna gəlib çatdıqdan sonra Tərtər rayonunda yerləşən Yadigar şadlıq sarayının həyətində olan “Şamlıq” adlanan restoranda əyləşmişlər. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng edib Tərtər rayonunda olduqlarını bildirmiş, bir neçə saat sonra isə Təqsirləndirilən şəxs onların olduğu kafeyə gəlmişdir. Təqsirləndirilən şəxs gəldikdən sonra Zərərçəkmiş şəxs bir daha Təqsirləndirilən şəxs bu işi həll edə biləcəyini soruşduqda Təqsirləndirilən şəxs narahat olmamaları və oğlunun xidmət yerini dəyişdirəcəyi barədə təminat vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs etibar etdiyi üçün N00 (iki min) manat məbləğində pul vəsaitini sayıb Təqsirləndirilən şəxs vermiş, pulu aldıqdan sonra Təqsirləndirilən şəxs dərhal pulu götürüb getmiş, bir qədər sonra isə Şahid3 da götürüb onların yanına gətirmişdir. Həmin gün Şahid3 məzuniyyət verildiyi üçün Təqsirləndirilən şəxsla birlikdə onun idarə etdiyi avtomobillə Bakı şəhərinə qayıtmışlar. Həmin vaxt yolda olarkən, Təqsirləndirilən şəxs Şahid3 Ağdam rayonunda yerləşən diviziona qayıtmayacağını bir daha bildirmişdir. Onlar həmin gün gecə saat 22 radələrində Bakı şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu ərazisində düşürüb yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsinə getmişlər. Bundan sonra A.İbrahmov məzuniyyəti qurtardıqdan sonra yenidən Ağdam rayonunda yerləşən diviziona qayıtdığı üçün Təqsirləndirilən şəxs zəng edib ona nəyə görə oğlunun Ağdam rayonunda yerləşən diviziona aparıldığını soruşduqda, Təqsirləndirilən şəxs hələ ki oğlunun yerinin dəyişdirilməsinin alınmadığını, ondan səbrli olmağını və gözləməyini istəmişdir. Bundan 1 həftə sonra Şahid3 xidmət etdiyi divizionun bütünlüklə Tərtər rayonuna köçürüldüyü, bu işdə isə Təqsirləndirilən şəxs heç bir rolunun olmadığı məlum olmuşdur. Bu səbəbdən də, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi N00 manat məbləğində pulu geri tələb etmiş, lakin dəfələrlə zəng etməyinə baxmayaraq, Təqsirləndirilən şəxs nə pulunu qaytarmış, nə də ki, telefon zənglərinə cavab vermişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs bu iş üçün Zərərçəkmiş şəxs N00 manat məbləğində pul vəsaitini onun yanında sayıb vermişdir. Faktiki olaraq həmin pul Təqsirləndirilən şəxs Tərtər rayonunda yerləşən Yadigar şadlıq sarayının həyətində olan “Şamlıq” adlanan restoranda Zərərçəkmiş şəxs tərəfindən verilmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Zərərçəkmiş şəxs pulu verən zaman onların yanında xalası qızı Səyidə İbrahimovadan başqa heç kim olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 13 iyul N3-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Sabunçu rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq həmin tarixdən N sentyabr N3-cü il tarixədək N nömrəli hərbi hissəsində 1-ci divizionun 3-cü təlim batareyasında D-30 tuşlayıcı ixtisası üzrə gənc əsgərlərin hazırlıq kursunu keçmiş, N sentyabr N3-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə xidmətə göndərilərək N nömrəli hərbi hissənin 3-cü artilleriya divizionunun 9-cu artilleriya batareyasının 1-ci artilleriya taqımının 2-ci topun heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, hazırda isə xidmət müddətinin başa çatması ilə əlaqədar ordu sıralarından ehtiyata buraxılmışdır. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımış, onunla arasında qohumluq əlaqəsi və ədavət olmamışdır. O, 10 sentyabr N3-cü il tarixdə N nömrəli hərbi hissənin 3-cü artilleriya divizionunun 9-cu artilleriya batareyasının 1-ci artilleriya taqımının 2-ci topun heyət nəfəri vəzifəsinə təyin edildiyi üçün həmin vaxt 3-cü artilleriya divizionunun yerləşdiyi Ağdam rayonunun Boyəhmədli kəndinə göndərilmiş, bundan sonra 09 oktyabr N3-cü il tarixdən N oktyabr N3-cü il tarixədək Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən N nömrəli hərbi hissənin qərargahında təşkil edilmiş hesablayıcı kursuna cəlb olunmuşdur. Həmin kurs müddətində digər kursa cəlb olunmuş hərbi qulluqçular kursun şəxsi heyəti ilə birlikdə hərbi hissənin əlahiddə bölmələrində, həmçinin maddi texniki təminat bölüyünün yerləşdiyi əsgər yataqxanasında qalmışlar. Kursda olarkən N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün komandiri kapitan Təqsirləndirilən şəxs məxsus ***-***- **-** saylı mobil telefonda olan “Whatsapp” mobil tətbiqi vasitəsilə ailə üzvləri ilə, yəni atası və anası ilə görüntülü və adi zənglə danışmışdır. 15 oktybar N3-cü il tarixdə səhər saatlarında kapitan Təqsirləndirilən şəxs söhbət zamanı ona xidmət yerinin Ağdam rayonunun Boyəhmədli kəndində yerləşən 3-cü artilleriya divizionundan hərbi hissənin Tərtər rayonunun İsmayılbəyli kəndində yerləşən maddi-texniki təminat bölüyünə və ya qərargahın yerləşdiyi divizionlardan birinə N00 (iki min) manat məbləğində pul vəsaiti müqabilində dəyişdirməyə köməklik edə biləcəyini demişdir. Həmin gün saat 15 radələrində kapitan Təqsirləndirilən şəxs mobil telefonunda olan “Whatsapp” mobil tətbiqi vasitəsilə anası Səyidə İbrahimovaya zəng edib danışan zaman Təqsirləndirilən şəxs təklifi barədə məlumat vermiş, bu zaman Təqsirləndirilən şəxs telefonu ondan götürərək anası ilə özü danışıb, yaxşı əsgər olduğunu bildirərək ona etdiyi təklifi anasına da izah etmişdir. Səhərisi gün saat 19 radələrində atası kapitan Təqsirləndirilən şəxsla “Whatsapp” mobil tətbiqi vasitəsilə danışıb onun xidmət yerinin dəyişdirilməsi barədə söhbət etmişlər. Kapitan Təqsirləndirilən şəxs isə bu işə görə atasından N00 manat məbləğində pul vəsaiti istəmiş, atası onunla razılaşmışdır. N oktyabr N3-cü il tarixdə atası Zərərçəkmiş şəxs anası Səyidə İbrahimova və anasının xalası oğlu Şahid2 ilə birlikdə Tərtər rayonuna gəlmişlər. Bundan sonra həmin gün saat 16 radələrində atası Tərtər rayonunda yerləşən Yadigar şadlıq sarayının həyətində olan “Şamlıq” adlanan restoranda kapitan Təqsirləndirilən şəxsla görüşərək onun xidmət yerinin dəyişdirilməsi üçün Təqsirləndirilən şəxs N00 manat pul vermişdir. Həmin gün ona məzuniyyət verildiyi üçün kapitan Təqsirləndirilən şəxsla birlikdə atasıgilin olduğu yerə gəlmiş, daha sonra isə Təqsirləndirilən şəxs və atasıgillə birlikdə Şahid2 idarə etdiyi avtomobillə Bakı şəhərinə getmişlər. Yolda olan zaman Təqsirləndirilən şəxs bir daha Ağdam rayonunda yerləşən diviziona qayıtmayacağını demişdir. Həmin gün gecə saat 22 radələrində Bakı şəhərinə çatmışlar. Çatdıqdan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu ərazisində düşürüb yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsinə getmişlər. Məzuniyyəti qurtardıqdan sonra yenidən Ağdam rayonunda yerləşən diviziona qayıtdığı üçün atası Təqsirləndirilən şəxs zəng edib nəyə görə onun Ağdam rayonunda yerləşən diviziona aparıldığını soruşduqda Təqsirləndirilən şəxs hələki onun xidmət yerinin dəyişdirməsinin alınmadığını demiş, səbrli olmalarını və gözləmələrini istəmişdir. 15 noyabr N3-cü il tarixdə xidmət etdiyi 3-cü artilleriya divizionunun dislokasiya yeri Ağdam rayonunun Boyəhmədli kəndindən Tərtər rayonunun İsmayılbəyli kəndinə dəyişdirilmiş, atasına zəng edərək bu barədə məlumat verib, Təqsirləndirilən şəxs onun xidmət yerinin dəyişdirilməsi üçün heç nə etmədiyini, divizionun bütünlükdə Tərtər rayonuna aparıldığını demişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidmət müddətində tanımış, onlarla münasibəti xidməti olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. Onun Təqsirləndirilən şəxs hərbi hissəni tərk etməsi ilə bağlı məlumatı belə olmuşdur ki, anası xəstə olduğuna görə Təqsirləndirilən şəxs hərbi hissəni tərk etmişdir. Təqsirləndirilən şəxs istifadə olunmamış məzuniyyəti olmamışdır. Təqsirləndirilən şəxs “anam xəstədir” deyib hərbi hissəni tərk etmişdir. Hərbi hissəni tərk etdiyi müddəti xatırlamamışdır. Təqsirləndirilən şəxs nizam-intizamlı və şəxsi heyətin qayğısına qalan komandir kimi tanımışdır. O, 44 günlük Vətən müharibəsindən sonra Təqsirləndirilən şəxs xidmətdə olarkən sonuncu ilə birlikdə qanunsuz erməni birləşmələrinə qarşı keçirilmiş antiterror əməliyyatlarında iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş əlavə şahid X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, onun iki oglu var, hər ikisi peşakar zabitdir, hər ikisi Vətən Müharibəsi iştirakcısıdır, hər ikisi Vətən Müharibəsində yaralanıbmışlar. Böyük oğlu aprel döyüşləri, həmçinin Tovuz döyüşləri iştirakçısıdır. O, azərbaycan dili müəlliməsidir, Təqsirləndirilən şəxs uşaq vaxtlarından atasız böyüyüb. Bir azyaşlı uşağı var. Onun bildiyinə görə yaxşı komandir olub, hərbi xidmətdə hərbi texnikalara baxmışdır, 44 günlük Vətən müharibəsində, həmçinin 19-N sentyabr tarixlərdə keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş, xidməti işi ilə bağlı fəxri fərmanlarla təltif olunmuşdur. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəməyə hazırdır. Onun zərəçəkmiş şəxsə dəymiş ziyandan xəbəri yoxdur, əgər xəbəri olardısa, həmin pulu ödəyərdi. Məhkəmə iclasında dindirilmiş əlavə şahid X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, onlar iki qardaşdılar, özü peşakar harbiçidir, zabitdir, Vətən Müharibasinin iştirakcısıdır, Vətən Müharibasinda yaralanmışdır, halhazırda 172 saylı harbi hissənin 1-ci MAT-ın 1-ci MAB komandirinin tərbiyəvi işlər üzrə müavini vəzifəsinddə, kapitan hərbi rütbəsində xidmət edir. Anası xəstə olduğuna görə Təqsirləndirilən şəxs hərbi hissəni tərk etmiş və xidmət yerinə gec qayıtmışdır. Anası keçən il əməliyyat olunmuşdur. O, Kəlbəcərdə xidmət etdiyinə görə mütəmadi olaraq gedib-gəlmək asan olmadığından, bu hadisəni bir az gec bilmiş, Təqsirləndirilən şəxs övladının ayağında narahatçılıq olduğu üçün, keçən prosesdə də iştirak edə bilməmiş, özü infarkt olmuş, ürəyinə də 3 (üç) stend qoymuşlar. Təqsirləndirilən şəxs hərbi xidmətində normal olmuş, son xidmət dövründən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs döyüşlərdə iştirak edərək, qapalı kəllə beyin travması almış, döyüşlərdə iştirakı ilə bağlı medallarla təltif olunmuş, döyüşlərdən sonra dəfələrlə hospitalın psixiatriya bölməsində müalicə olunmuşdur. O, məhkəməyə Təqsirləndirilən şəxs təltif olunmasına dair 0106t nömrəli, xx.xx.N13-cü il tarixli “Azərbaycan Respublikasım Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalının surətini, 0121t nömrəli, xx.xx.N2-ci il tarixli “Qusursuz xidmətə görə” 2-ci dərəcəli medalın surətini və 0227t nömrəli, xx.xx.N16-cı il tarixli “Qusursuz xidmətə görə” 3-cü dərəcəli medalın surətini təqdim edərək, Qapalı-kəllə beyin travması haqqında epikriz, arayışı, ambulator kitabçasın, hospitala göndəriş, təqdim olunmuş sənədlərin cinayət işinə əlavə olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası Hərbi Prokurorluğuna ünvanlanmış 29 fevral N4-cü il tarixli ərizədən görünür ki, oğlu Şahid3 N3-cü ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş və Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissədə xidmət edir. Oğlu ilə xidmət müddətində tanış olan kapitan Məsim Seyidov onun xidməti yerinin daha yaxşı şərait olan bölüklərə dəyişməsi adı ilə onlardan 3000 manat pul istəmişdir. N3-cü ilin noyabr ayında o, həyat yoldaşı Şahid1 və həyat yoldaşının xalası oğlu Rüstəm Rüstəmovla birlikdə Tərtər rayonu yaxınlığında yerləşən kafelərdən birində kapitan Təqsirləndirilən şəxsla görüşmüşlər və həmin pulu ona vermişdir. Bir müddət sonra oğlunun yeri dəyişilsə də, onun yeri qanuna uyğun olaraq dəyişilmiş və bu məsələdə Təqsirləndirilən şəxs heç bir rolu olmamışdır. O pulu Təqsirləndirilən şəxs verməkləri ilə bağlı səs yazıları da var. Təqsirləndirilən şəxs barədə tədbir görülərək vermiş olduqları pulu qaytarılmasına köməklik göstərilməsini, onun qanun qarşısında cavab verməsini və oğlunun araşdırma müddətində xidməti yerinin dəyişilməsini xahiş edir. N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli, 26 nömrəli arayışından görünür ki, kapitan Təqsirləndirilən şəxs hər hansı hərbi qulluqçunun xidmət yerini dəyişdirmək səlahiyyəti olmamışdır. "xxxx" MMC-dən əldə edilmiş diskə 24 may N4-cü il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı və və şahid X4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə cinayətlər baş vermiş tarixlərdə, habelə N3-cü il ərzində çoxsaylı telefon danışıqları olmuşdur. "xxxx" MMC-dən əldə edilmiş diskə 24 iyul N4-cü il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrlə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı və X4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə cinayətlər baş vermiş tarixlərdə, habelə N3-cü il ərzində çoxsaylı telefon danışıqları olmuşdur. N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli, 268 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid3 xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədəngəldiyinə görə N sentyabr N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlara qoyulmaqla 3-cü artilleriya divizionunun 9-cu artilleriya batareyasının 1-ci artilleriya tağımının 2-ci topunun heyət nəfəri vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N aprel N4-cü il tarixli, 98 nömrəli əmri və raportdan görünür ki, Təqsirləndirilən şəxs N aprel N4-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 187 nömrəli əmri və raportdan görünür ki, Təqsirləndirilən şəxs N may N4-cü il tarixdə Müdafiə Nazirinin əmri ilə ehtiyata buraxıldığı üçün N iyun N4-cü il tarixdə hərbi hissəni özbaşına tərk edənlər siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 187 nömrəli əmrindən çıxarışdan görünür ki, Seyidov X9 Nazirinin N may N4-cü il tarixli 0438 nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hesab edilmiş, N iyun N4-cü il tarixdə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikası SHXÇDX-nın Şərur rayon şöbəsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin 27 mart N4-cü il tarixli 1-1(093)-25/N4 nömrəli qərarından görünür ki, dövlət ittihamçısının vəsatəti təmin olunaraq Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmaqla Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişidirilib «həbs» qətimkan tədbiri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən Tərtər Hərbi Prokurorluğuna ünvanlanmış 14 iyun N4cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə «Saxla» statusu ilə 12 iyun N4-cü il tarixdə saat 17:51-də fəallaşdırılaraq daxil edilmişdir. Tərtər rayon polis şöbəsi tərəfindən Tərtər Hərbi Prokurorluğuna ünvanlanmış 31 iyul N4-cü il tarixli 113/2-14804/N4 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər ərazisində Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən yeri müəyyən edilərək 30 iyul N4-cü il tarixdə saat N:00-da tutularaq 31 iyul N4-cü il tarixdə saat 01:30da Tərtər RPŞ-nin MSY-nə təhvil verilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 30 iyul N4-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 30 iyul N4-cü il tarixdə saat N:00-da Bakı şəhəri ərazisində tutularaq Tərtər RPŞ-nin MSY-nə təqdim olunmuşdur. X6 və Zərərçəkmiş şəxs notarial qaydada 07 avqust N4-cü il tarixdə təsdiqlənmiş **********936 nömrəli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onlara dəymiş ziyan ödənilmişdir, heç bir şikayət, tələb və iddiaları yoxdur. Mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş pul tələbinə dair 17 sentyabr N4cü il tarixli iddia ərizəsindən görünür ki, N oktyabr N3-cü il tarixdə oğlu Şahid3 xidmət yerini dəyişmək bəhanəsi ilə mülki Cavabdeh Təqsirləndirilən şəxs onun etibarından suiistifadə edərək ondan aldığı N00 (iki min) manat pulun və 40 (qırx) manat dövlət rüsumunun mülki Cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 19 sentyabr N4-cü il tarixli ərizədən görünür ki, kapitan Təqsirləndirilən şəxs işi üzrə mülki iddiaçı kimi tanınmışdır və ona dələduzluq edib N00 manat alıb və ərizəsində də göstərmişdir. Səhhətində problem olduğunu bildirir. Ona görə də ifadəsini təsdiq edir və məhkəmədə iştirakı olmadan ifadəsinin səsləndirilməsini və zərərin ödənilməsində köməklik göstərilməsini xahiş edərək, şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 07 yanvar N5-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənmişdir. O, təqsirləndirilən şəxsə cəza təyin edilməsini istəmir. Təqsirləndirilən şəxs məxsus A-0050521 nömrəli Şəxsi vəsiqənin surətindən görünür ki, xx xxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuşdur, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir; N nömrəli hərbi hissənin N may N3-cü il tarixli, 11 nömrəli təyinat vərəqəsindən görünür ki, N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli, 024 nömrəli əmri ilə N may N3-cü il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir; N nömrəli hərbi hissə komandirinin N may N3-cü il tarixli, 144 nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi hissənin maddi-texniki təminat bölüyünün komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlara qoyulmuşdur; N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 311 nömrəli əmrindən çıxarışdan görünür ki, N oktyabr N3-cü il tarixdən N oktyabr N3-cü il tarixədək ailə vəziyyəti ilə əlaqədar qısa müddətli 5 (beş) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 316 nömrəli əmrindən çıxarışdan görünür ki, N oktyabr N3-cü il tarixdən ailə vəziyyəti ilə əlaqədar qısa müddətli məzuniyyətindən gəlmiş hesab olunmuşdur. N nömrəli hərbi hissənin hüquq şöbəsi tərəfindən verilmiş N mart N4-cü il tarixli xülasədən görünür ki, xx xxxx 1988-ci il tarixdə Naxçıvan MR Şərur rayonunda anadan olub, ali hərbi təhsillidir, evlidir, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, 15 sentyabr N05-ci il tarixdə Səfərbərlik və Hərpbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, N may N3-cü il tarixdən N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün komandiri vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 187 nömrəli əmrindən çıxarışdan görünür ki, Seyidov X9 Nazirinin N may N4-cü il tarixli 0438 nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hesab edilmiş, N iyun N4-cü il tarixdə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikası SHXÇDX-nın Şərur rayon şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmur. Silahlı Qüvvələrin Baş X2 bölməsi tərəfindən verilmiş 10-25 dekabr N15-ci il tarixli 1087 nömrəli xəstəlik tarixindən edilmiş çıxarış epikrizindən görünür ki, Təqsirləndirilən şəxs «sağalma ilə nəticələnmiş dissosiativ reaksiya. Sağ gicgah nahimyəsinin çapılmış yarasından sonrakı (may-N01) tam bərkimiş dəri çapığı. Burun arakəsməsinin əyriliyi, burun tənəffüsünün cüzi dərəcədə pozulma ilə» diaqnozu qoylumuş, daxil olarkən əsəbiliklə bağlı şikayətləri olmuşdur. Təqdim olunan sənədlərdən və öz deməsindən aydın olur ki, ilkin ilkin inkişaf dövrü normal keçib, 11-ci sinifi bitirib, ali hərbi təhsil alıb. Hərbi xidmətə həvəslə başlayıb. 21 dekabr N12-ci il tarixdən 30 dekabr N12-ci il tarixə kimi SQ BKH-da «Psixi sağlam» diaqnozu ilə stasionar müayinədə olub. Hərbi hissədən təqdim olunan xidməti xasiyyətnamədən aydın olur ki, xidmət etdiyi müddətdə özünü nizam-intizamlı bir zabit kimi göstərmişdir. Səhhəti ilə bağlı xidməti vəzifə borclarını yerinə yetirməkdə çətinlik çəkir, tabeliyirdə olanlara qarşı tələbkar deyil, öz üzərində bilik səviyyəsini artırmaqda çətinlik çəkir. Qanunları, rəhbəredici sənədləri qismən bilir, gündəlik işini onların tələbləri əsasında qura bilmir. Əqli səhətdən sağlamlığında problemlər yaşayır və fiziki cəhətdən tam sağlam deyil». Hərbi hissədən təqdim olunan aktdan aydın olur ki, xidmət etdiyi müddət ərzində dəfələrlə özündən asılı olmayaraq teztez əsəbiləşir, əsəb keçirdiyi müddət ərzində əl-ayaq titrəmə halları olur, danışdığı zaman dilində tutulma və qatdalanma baş verir, özündən asılı olmayaraq aqressiv reaksiya verir, konfliktə meylliliyi çoxdur, özünə qapanma halları tez-tez olur, hətta əsəbiləşdiyi müddət ərzində özünə xəsarət yetirmək istəyir. Son vaxtlar əsəbilik halları şikayətləri artmışdır. Bununla əlaqədar olaraq hərbi hissə komandanlığı tərəfindən müayinə və müalicə olunmaq üçün 09 dekabr N15-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilib, orada «Şəraitlə əlaqəli nevrotik reaksiya» diaqnozu təyin olunaraq ixtisaslaşdırılmış müayinə və müalicə üçün SQ BKH-ya göndərilib. Nəzarət, pəhriz, psixoterapiya, antidepressant və aparılmışdır. Xəstəliyin gedişi və yazıldığı gün xəstənin ümumi vəziyyəti kafi olmuşdur. Hərbi hissədə həkimin dinamik nəzarətində saxlanılması, əmək və istirahət rejiminə qiayət etməsi tövsiyə olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 07 aprel N17-ci il tarixli, 3172 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs şikayəti əsəbilikdən və baş ağrılarından olmuş, deməsinə görə 12 dekabr N12-N dekabr N12-ci il və 10 dekabr N15- 25 dekabr N15-ci il tarixlərdə Silahlı Qüvvələrin Baş X2 bölməsində «Sağalma ilə nəticələnmiş dissosiativ reaksiya» diaqnozu ilə müayinə və müalicə almışdır. 15 mart N17-ci il tarixdə müayinə zamanı «Qalxanvari vəzin sağ payda düyünlü uru» aşkar edilmişdir. Silahlı Qüvvələrin Baş klinik Hospitalının torako-abdominal cərrahi, endrkrinoloqu və baş psixiatrı ilə konsultasiya aparılmışdır. Ona «İkinci dərəcəli alimentar konstitusional piylənmə BÇİ-36,6. Sağalma ilə nəticələnmiş dissosiativ reaksiya. Heteroziqot beta talassemiya genin daşıyıcısı. Qalxanvari vəzin eutiroid forma» diaqnozu təyin olunmuşlur. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. «Xəstəliklər cədvəli»nin 13d, 17ç, 80ç maddəsinin İİİ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral N08-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə qoşma) əsasən hərbi xidmətə yararlıdır. Silahlı Qüvvələrin Baş X2 bölməsi tərəfindən verilmiş 24 may-08 iyun N18-ci il tarixli 6104 nömrəli xəstəlik tarixindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs «Sağalma ilə nəticələnmiş dissosiativ reaksiya. Hepatosteatoz. Düyünlü ur, eutireoid forma. İİ (ikinci dərəcəli alimentar konstitusional piylənmə BÇİ-31,3 kq/kv m. İrsi hemoqlobilinopatiya: heteroziqot beta talssemiya geninin daşıyıcısı. Sol saidin arxa səthinin, sağ saidin ön səthinin cızılmış, sağ gicgah nahiyəsinin çapılmış (N01) yarasından sonrakı bərkimiş dəri çapıqları» müəyyən olunmuşdur. Psixoloji müayinə olunaraq, ona «İsterik reaksiya» diaqnozu təyin edilmişdir. Baş Klinik Hospitalın Reabilitasiya bölməsi tərəfindən verilmiş 02-23 dekabr N2-ci il tarixli, 9467 nömrəli xəstəlik tarixindən edilmiş çıxarış epikrizindən görünür ki, Təqsirləndirilən şəxs bel ağrısından, əsəbilikdən və gərginlikdən şikayətləri olmuşdur. Deməsinə görə 5 (beş) ildir ki, özünü xəstə hesab edir. Xəstəliyinin səbəbini xidmət zamanı olan psixoemosional gərginliklə əlaqələndirir. 19 oktyabr N0-ci il tarixində partlayış travmasından sonra keçirilmiş YKBT-sı, baş beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası diaqnozu ilə bir neçə dəfə stasionar müalicə alıb. Şikayətləri təkrar artdığı üçün MN BKH-na stasionar müayinə və müalicəyə göndərilib. Ona PT (19 oktyabr N0-ci il) KQBT, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Vertebrogen lumbalgiya.» diaqnozu təyin edilmişdir. Yanaşı xəstəlikləri «İrsi hemoqlobinopatiya. Heteroziqot beta talassemiya geninin daşıyıcısı. Qeyri-toksiki düyünlü ur. Eutiroid forma. Sağ payın böyük ölçülü düyünü. NSA hipertenzion tip.»olmuşdur. Xəstəliyin gedişi və yazıldığı gün xəstənin vəziyyəti kafi qiymətləndirilmişdir. Nevroloq həkimin rəyinə əsasən müvafiq sənədlərlə HHK-na göndərilməsi məsləhət görülmüşdür. Özünü soyuqdan və ağır fiziki işdən qorumaq və onkoloq həkimin rəyinə əsasən 1 (bir) aydan sonra incə iynə aspirasion biopsiya müayinəsi tövsiyə olunmuşdur. 230 nömrəli hərbi hissənin N avqust N4-cü il tarixli QHHK-nın müayinə vərəqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həkim müayinəsindən keçirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. 230 nömrəli hərbi hissənin Hərbi Həkim Komissiyasının 21 avqust N4-cü il tarixli, 5457 nömrəli arayışından görünür ki, hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətə yararlı olması müəyyən edilmişdir; Bakı İstintaq Təcridxanası tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 14 noyabr N4-cü il tarixli 3-16-17/40/2-7552/N4 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 07 avqust N4-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın tibb sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı deməsinə görə Toksiki UR və Talassemiya xəstəsi olduğunu bildirmişdir. Xəstəlikləri ilə bağlı tibbi sənəd təqdim etməmişdir. BİT-də saxlandığı dövrdə müayinələrə cəlb olunmuşdur. Müayinəyə əsasən ona «Toksiki UR. Talassemiya» diaqnozu qoyulmuşdur və onda stasionar müalicə tələb edən patologiya aşkar edilməmişdir. 230 nömrəli hərbi hissə tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 19 noyabr N4-cü il tarixli 1000 nömrəli məktubdan görünür ki, Tərtər Hərbi Prokurorluğunun 31 iyul N4-cü il tarixli 3-3-210/2-458/N4 nömrəli göndərişinə əsasən N avqust N4-cü il tarixdə N nömrləi hərbi hissənin Qarnizon hərbi həkim komissiyasına «Hərbi xidmətə yararlılıq dərəcəsinin təyin edilməsi məqsədilə» müraciət etmiş, müayinə zamanı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına hematoloqun müayinəsinə göndərilmiş, hematoloqun müayinəsi keçirilmiş, 21 avqust N4-cü il tarixdə «İrsi hemoqlobinopatiya. Heteroziqot beta talassemiya gen daşıyıcısı» diaqnozu ilə şəhadətləndirilmiş, «Xəstəliklər cədvəli»nin 80ç maddəsinin İİ qrafasına əsasən «Hərbi xidmətə yararlıdır» qərarı verilmişdir. xx.xx.N14-cü il tarixli AZ-İİİ № 348554 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 iyun N14-cü ildə Təqsirləndirilən şəxs övladı X8 doğulmuşdur. İ-9705 nömrəli Azərbaycan Respublikası Medalı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N1-ci il 24 iyun tarixli 2715 nömrəli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; İ-13080 nömrəli Azərbaycan Respublikası Medalı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin N1-ci il 24 iyun tarixli 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur; İ-71570 nömrəli Azərbaycan Respublikası Medalı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin N2-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur; «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 1106t nömrəli 24 iyun N13-cü il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-N13)» yubiley medalı ilə təltif olunmuşdur. «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medal vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0227t nömrəli 26 iyun N16-cı il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalla təltif olunmuşdur; «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medal vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin N17-ci il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalla təltif olunmuşdur; «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medal vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0121 t nömrəli 26 iyun N2-ci il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalla təltif edilmişdir. Bakı Hərbi Məhkəməsinin 05 fevral N4-cü il tarixli, 1-(093)-48/N4 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 5000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Tərtər rayon icra və probasiya şöbəsinin 06 iyun N4-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 05 fevral N4-cü il tarixli, 1-(093)-48/N4 nömrəli hökmü üzrə ona təyin edilmiş cərimə cəzasının icrasından yayınmış və hazırda təyin edilmiş 5000 manat cərimə cəzası ödənilməmiş qalmışdır. Bakı Hərbi Məhkəməsinin 2 dekabr N4-cü il tarixli, 1-1(093)-25/N4 nömrəli hökmünə əsasən CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı Hərbi Məhkəməsinin 5 fevral N4-cü il tarixli hökmünə əsasən CM-nin 178.2.3 və 178.2.4cü maddələri ilə təyin edilmiş 5000 (beş min) manat cərimə cəzası Bakı Hərbi Məhkəməsinin 2 dekabr N4-cü il tarixli hömü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu qaydasında tam toplanılaraq qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə və 5000 (beş min) manat cərimə cəzası təyin edilmişdir. Bakı Hərbi Məhkəməsinin 23 dekabr N4-cü il tarixli, 1-1(093)-25/N4 nömrəli göstərişin surətindən görünür ki, həmin tarixdə Bakı Hərbi Məhkəməsinin 2 dekabr N4-cü il tarixli, 1-1(093)-25/N4 nömrəli hökmü qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Dövlət ittihamcısı məhkəmə çıxışında Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 333.4-cü maddələri ilə təqsirli sayaraq, onun etdiyi əməlindən səmimi peşmanlıq hissi keçirməsini, təqsirini boynuna almasını, himayəsində bir azyaşlı uşağının olmasını, xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək olan müddət ərzində Vətən müharibəsində işitrak etməklə “Vətən Müharibəsi” zamanı döyüş əməliyyatlarında iştirak etməsini, medallarla təltif olunmasını nəzərə alınmasını, CM-nin 66.2 və 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı Hərbi Məhkəməsinin 2 dekabr N4-cü il tarixli 1- 1(093)-25/N4 nömrəli hökmünə əsasən CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə və 5000 (beş min) manat cərimə cəzalarının qismən toplanılaraq ona qəti olaraq 4 (dörd) il 06 ay azadlıqdan məhrum etmə və 5000 (beş) manat məbləğində cərimə cəzaları təyin edilməsini, azadlıqdan məhrum etmə cəza növünün çəkməsinin başlanğıcı 30 iyul N4-cü il tarixdən hesablanmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsini məhkəməyə təklif etmişdir. Müdafiə tərəfi çıxışında bildirmişdir ki, Təqsirləndirilən şəxs həyatını gənc yaşlarından hərbi xidmətə bağlamış, uzun müddət düşmənlə üzbəüz yerləşən hərbi hissələrdə zabit kimi xidmət etmiş, himayəsində bir azyaşlı uşağı var, atası uşaq vaxtından vəfat etmişdir, arvadı və təqaüdçü olan anası xəstə olmaqla onun əməyinə ehtiyacı vardır, qardaşı Milli orduda zabit kimi xidmət edir, zərərçəkmiş şəxsdən 2.000 manat almış olduğu pulu geri qaytarmışdır, ailəsi ağır ailə vəziyyəti şəraitində yaşayırlar, ailəsini onun əməyinə ehtiyacı vardır, özü erməni qanunsuz silahlı birləşmələrinə qarşı aparılmış N16-cı ilin aprel döyüşlərində, N0-ci ildə Lələtəpə döyüşlərində, xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Vətən müharibəsində işitrak etmiş, antiterror əməliyyatında ixtisaslı zabiti kimi xidmət etmiş, döyüşlər zamanı ağır kantuziya zərbəsi almaqla dəfələrlə yaralanmış, xəstəlikdən əziyyət çəkir və müalicəyə ehtiyacı vardır. Vətənpərvər və intizamlı zabit kimi şücaət və qəhrəmanlıq nümayiş etdirdiyinə görə Ali Baş Komandan tərəfindən medallarla təltif edilmişdir. Qeyd olunanların nəzərə alınaraq ona qanunda nəzərdə tutulan ən yüngül cərimə cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Adil oğlunun əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq CM-nin 178.2.2, 178.2.3 və 333.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs Adil oğlunun öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etməsi, həmçinin zabit olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmaması faktlarını müəyyən etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri və sənədləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları həmin məcəllənin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 178.2.2, 178.2.3 və 333.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Onun cəzadan azad edilməsinə əsaslar yoxdur. CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun törətdiyi cinayətləri səmimi etiraf edərək əməllərindən peşman olmasını, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, etdiyi hərəkətlərinə görə əzab çəkməsini, pulu zərərçəkmiş şəxsə tam şəkildə geri qaytarmasını, zərərçəkmiş şəxslə barışmasını, ailənin yalnız onun qazancına ehtiyacı olmasını, ailəsinin ağır maddi məhrumiyyətlərə məruz qalmasının, canını Vətənə əsirgəməyərək həyatını uşaq yaşlarından hərbi xidmətə bağlamasını, uzun müddət düşmənlə üzbəüz yerləşən hərbi hissələrdə zabit kimi xidmət etməsini, atasının uşaq vaxtından vəfat etməsini, arvadı və təqaüdçü olan anasının xəstə olmaqla onun əməyinə ehtiyacı olmasını, qardaşının Milli orduda zabit kimi xidmət etməsini, Zərərçəkmiş şəxs almış olduğu 2.000 manat pulu geri qaytarmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir idiasının, tələbinin və şikayətinin olmamasını və ona cəzaverilməməsini bildirdiyini, özünün erməni qanunsuz silahlı birləşmələrinə qarşı aparılmış N16-cı ilin aprel döyüşlərində, N0-ci ildə Lələtəpə yüksəkliyi uğrunda aparılmış döyüşlərdə, həmçinin xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək zəfərlə başa çatmış Vətən müharibəsində işitrak etməsini, bundan sonrakı dövrdə antiterror əməliyyatında ixtisaslı zabiti döyüşlərdə fərqləndiyinə görə “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakcısı” medalları ilə təltif edilməsini, kimi xidmət etməsini, döyüşlər zamanı ağır kantuziya zərbəsi almaqla dəfələrlə yaralanmasını, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanıldığı müddətdə həkim müayinəsi zamanı onda stasionar müalicə tələb edən patologiya aşkar edilməsədə «Toksiki UR. Talassemiya»xəstəliyindən əziyyət çəkməklə müalicəyə ehtiyacı olmasını, arvadının heç bir yerdə işləməməsini, bu səbəbdən ailə vəziyyətinin ağır olmasını, ailəsini onun əməyinə ehtiyacı olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1— 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel N12-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" N iyun N03-cü il tarixli qərarında birmənalı şəkildə göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. Şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Yəni məhkəmə, cinayət nəticəsində vurulmuş maddi zərəri tam ödəmiş, törətdiyi cinayətin hüquqi nəticələrinin fərqinə varıb peşmanlıq hissi keçirən, müsbət xarakterizə olunan şəxsə cinayət qanununda daha yüngül cəza olan cərimə cəzasının nəzərdə tutulduğu və məqsədə uyğun bilindiyi hallarda azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslandırmağa borcludur. Əgər şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəzanın təyin edilməsi üçün heç bir real əsas mövcud deyilsə, bu halda, məhkəmə təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində daha yüngül cəza təyin etməlidir. Məhkəmə dövlət ittihamçısının mövqeyini təhlil edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi və zərərçəkmiş şəxsin ondan hec bir tələbi və şikayəti olmayaraq ona cəza verilmamasi barədə tələbi ilə məhkəməyə müraciət rtməsini, təcrübəli hərbi qulluqçu kimi Vətən müharibəsində torpaqların işğaldan azad olunmasında göstərdiyi fəallıq və yaralanması nəzərə alınmadan ona azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsinə zərurət görmür. Belə ki, məhkəmə hesab edir ki, Vətən uğrunda canını əsirgəməyən və döyüşdə göstərdiyi sücayət və qəhramanlığa görə medallarla təltif olunan Təqsirləndirilən şəxs kimi hərbi qulluqçuların barəsində humanizm və ədalət prinsiplərinə əsasən qanunda nəzərdə tutulmuş humanist imkanlardan maksimal həddə Qarabağ uğrunda tam Qələbə Zəfərininin əldə edilməsində fədakarlıq göstərən hər bir hərbi qulluqçular barəsində tətbiq edilməsi zəruridir və bu səpkidə mövqe dövlət tərəfindən verilən mənəvi təkan və hüquqi dəstək kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, ədalət mühakiməsinin həyata keçirlməsi zamanı bu kateqoriyadan olan vətəndaşların barəsində humanistlik göstərilməli, hərbi qulluqçuların vətənpərvərliyinə yüksək mənəvi dəyər verilməsi, maddi, mənəvi iztirablarının qarşısını almaq məqsədilə dəstək verilməsi cəmiyyətdə vətəndaş həmrəyliyinin formalaşması üçün və bu şəxslərin gələcəkdə digər şəxslərin qanun pozuntularından cəkindirirərək qarşısını alınmasında böyük təsiri olan bir amildir. N3-cü ilin sentyabr ayında Qarabağın tam azad olunması ilə nəticələnən anti-terror əməliyyatının kecirilməsindən sonra cəmiyyətdə yeni mənəvi dirçəliş mühiti yarandığını və bu mənəvi dircəlişi 44 günlük Vətən Müharibəsində, Fərrux əməliyyatında, Sarıbaba, Qırxqız və digər hərbi əməliyyatlarında və nəhayət N3-cü ilin anti-terror əməliyyatında iştirak etmiş hərbiçilərin bizə yaşatdığını nəzərə alaraq və Ali Baş Komandanın 15 oktyabr N3-cü il tarixdə və 08 noyabr N3-cü il tarixdə Xankəndində etdiyi çıxışlarında Azərbaycan əsgərinin, zabitinin əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmələrini qeyd etməsi bu kateqoriyadan olan şəxslərin barələrində cəza növünün təyin edilməsi zamanı mütləq nəzərə alınmalıdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs kimi hərbi qulluqcuların anti-terror əməliyyatı zamanı Vətən uğrunda canlarını əsirgəmədiklərindən, onlar tərəfindən törədilmiş hər bir qanun pozuntusuna münasibətdə onlar barəsində cinayət qanunvericiliyində nəzərdə tutan humanist imkanlarının əsirgənilməsi və geniş tətbiq edilməməsi yolverilməzdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Adil oğlunun təqsirləndirildiyi CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 333.4-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Adil oğlunun təqsirləndirildiyi CM-nin 178.2.2 və 178.2.3-cü maddələri üzrə aşağı həddə cərimə cəzasının təyin edilməsinin onun bu maddə ilə törədilmiş cinayət üzrə islah olunması üçün kifayət sayır. Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsi üzrə ona cəza təyin edilməsi məsələsi müzakirə olunaraq onun ordu sıralarından tərxis olunduğundan ona hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzaları təyin edilə bilməz. Təqsirləndirilən şəxs hazırda hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda hərbi xidmətdən ehtiyata buraxıldığından onun törətmiş olduğu CM-nin 333.4-cü maddəsində nəzərdə tutulmuş əməlin ictimai təhlükəliliyi də azalmışdır. Məhkəmə bu sadalanan halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 333.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə mədudlaşdırma cəzasının təyin olunması cəzanın məqsədlərinə çatmaq üçün kifayətdir. Lakin Təqsirləndirilən şəxs hazırda hərbi qulluqçu olmadığından ona hərbi xidmət üzrə mədudlaşdırma cəzasının təyin olunması mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, bu hal və onun cəzasını yüngülləşdirən halların məcmusunu və N05-ci il tarixdən başlayaraq 18 ildən artıq hərbi xidmət etməsini, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley, «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli, «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medallarla təltif edilməsini, əldə etdiyi pulların hamısının özünün, övladının və arvadının xəstəliyinə xərcləməsini və ailə vəziyyətinin ağır olmasını, 44 günlük Vətən Müharibəsində iştirak edərək “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və «Vətən müharibəsi iştirakçısı» medallarla təltif olunmasını, Vətən müharibəsində partlayış nəticəsində yaralanmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, ona qarşı hər hansı bir tələb və şikayətin, habelə iddianın olmamasını müstəsna hal kimi qəbul edərək, təyin olunası cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, Təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona CM-nin 333.4-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün, yəni cərimə cəzasının aşağı həddə təyin olunmasını mümkün hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Adil oğluna cəza təyin edərkən, müdafiə tərəfinin mövqeyi ilə razılaşaraq onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirləndirildiyi CM-nin 178.2.2 və 178.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə cəzasının, həmçinin barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona CM-nin 333.4-cü maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün, yəni cərimə cəzasının aşağı həddə təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 2 dekabr N4-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının həmin həddə saxlanılması cəzanın məqsədlərinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olunmasında yetərlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Adil oğlu barəsində qəti cəza CM-nin 66.2 və 66.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-nin 66.5-ci maddələrinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" N iyun N03-cü il tarixli 4 №-li Qərarının 16-cı bəndinə əsasən Birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Adil oğlu barəsində birinci hökm Bakı Hərbi Məhkəməsi tərəfindən 2 dekabr N4-cü il tarixdə çıxarılmış və həmin hökm 23 dekabr N4-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Təqsirləndirilən şəxs Adil oğlunun hazırki cinayəti birinci iş üzrə hökm çıxarılmazdan əvvəl, yəni N oktyabr N3-cü il tarixdə (N00 manat pulu əldə etməklə) və N aprel N4-cü il tarixdə xidmət yerinə gəlməli olduğu halda N may N4-cü il tarixdən (xidmət yerinə vaxtında qayıtmaması) başlayaraq törətmişdir və birinci hökmə əsasən cəza çəkilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs Adil oğluna qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən və CM-nin 66.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydaları tətbiq etməklə təyin edilməli, qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Həmçinin qəti cəza müddətinə hesablanmalı olan birinci hökmə əsasən cəzanın çəkilmiş hissəsi olmamışdır. Bu səbəbdən CM-nin 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Adil oğluna Bakı Hərbi Məhkəməsinin 02 dekabr N4-cü il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə və 5000 (beş min) manat cərimə cəzaları hazırkı hökmlə təyin olunacaq cərimə cəzasını qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti azadlıqdan məhrumetmə və cərimə cəzası təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Adil oğlunun azadlıqdan məhrum etmə cəza növünün çəkməsinin başlanğıcı 30 iyul N4-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qücündə saxlanılmalıdır. CPM-nin 187.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. CPM-nin 186.1-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. CPM-nin 186.2-ci maddəsinin tələbinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə CPM-nin 346.1.17-ci maddəsinin tələbi baxımından mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığı məsələyə baxaraq, belə nəticəyə gəlir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasından imtina etdiyindən, mülki iddia üzrə icraata xitam verilməli və ona cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edilməsi izah edilməlidir. Məhkəmə CPM-nin 346.1.21-ci maddəsinin tələbi baxımından məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 1N (bir yüz iyirmi) manat təşkil etmişdir və həmin məbləğ məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi,Kod:805863;VÖEN:**********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 1N (bir yüz iyirmi) manat məbləğdə pul ödənilməlidir. Hökmün icrası: - azadlıqdan məhrum etmə hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə; - cərimə hissədə Naxçıvan Muxtar Respublikası Şərur rayon İcra və Probasiya şöbəsinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon Vəkil Bürosuna həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 333.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin, Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzaları Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona 4500 (dörd min beş yüz) məbləğində cərimə cəzası təyin edilsin, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 2 dekabr N4-cü il tarixli 1-1(093)-25/N4 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə və 5000 (beş min) manat cərimə cəzaları hazırki hökmlə təyin edilmiş 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzası ilə cinayətlərin məcmusu qaydasında qismən toplanılaraq ona qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə və 6000 (altı min) manat məbləğində cərimə cəzaları təyin edilsin. CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Azadlıqdan məhrum etmə cəza növünün çəkməsinin başlanğıcı 30 iyul N4-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs iddiasından imtina etdiyindən mülki iddiaya xitam verilsin və ona cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edilməsi izah edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ 2X Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 1N (bir yüz iyirmi) manat məbləğdə pul ödənilsin. Hökmün icrası: - azadlıqdan məhrum etmə hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə; - cərimə hissədə Naxçıvan Muxtar Respublikası Şərur rayon İcra və Probasiya şöbəsinə; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon Vəkil Bürosuna həvalə edilsin. Hökm elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan N (iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Quliyev
Məhkəmə qərarları › İş №1-1(098)-5/2025
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-5/2025
07.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver