Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-51/2025 18.06.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ X52 Məsail oğlunun sədrliyi ilə, Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi ilə, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnik-leytenatı Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs Müdafiəçi Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1986-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Cəlilabad rayonunun Ocaqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə də yaşayan, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, hazırda fərdi əməklə məşğul olan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 30 dekabr 2013-cü il tarixdən 05 mart 2019-cu il tarixədək Sərhəd qoşunlarının Şəki rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən şəxsiyyətləri istintaqa məlum olmayan Leyla adlı qadın, Habil Qəmbərov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmək qərarına gəlib bu məqsədlə 2019-cu ilin yanvar ayında sosial şəbəkədə “Rasim Həsənov” adı ilə istintaqa məlum olmayan “BMW-745” markalı minik avtomobilinin 18000 manata satılması barədə həqiqətə uyğun olmayan elan yerləşdirmiş, 2019-cu ilin yanvar ayının sonlarında Salyan rayonu Kürsəngi kənd sakini Zərərçəkmiş şəxs sosial şəbəkədə həmin elanı görüb avtomobili almaq məqsədilə elanda qeyd edilən onun adına olan ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxladıqda özünü avtomobilin sahibi “Rasim Həsənov” kimi təqdim edərək avtomobilin dəyərinin yarı hissəsinin bank kartı hesabına köçürülməsi, pulun qalan hissəsinin isə nağd şəkildə verildikdən sonra avtomobilin Zərərçəkmiş şəxs adına sənədləşdirəcəyi barədə yalan vəd verib inandırdıqdan sonra aralarında əldə edilmiş razılıq əsasında 2019-cu ilin fevral ayının əvvəllərindən başlayaraq həmin ilin aprel ayınadək olan müddətə Salyan rayonu və Bakı şəhəri ərazisindəki müxtəlif ödəmə terminalları vasitəsilə arvadı X14 adına olan “Kapital Bank”a aid 416974******0673 nömrəli bank kartı hesabına Zərərçəkmiş şəxs tərəfindən 4000 manat pulun köçürülməsinə nail olduqdan sonra, Zərərçəkmiş şəxs telefon danışığı zamanı guya Rusiya Federasiyasına şəxsi işləri ilə bağlı gedəcəyini bildirib qrupun digər üzvü olan şəxsiyyəti istintaqa məlum olmayan Leyla adlı qadını yalandan öz qızı “Sevinc Həsənova” kimi təqdim edərək avtomaşının alqı-satqısı ilə sonuncunun məşğul olacağını bildirmiş, aralarında olan cinayətkar niyyətə uyğun olaraq Leyla adlı qadın da öz növbəsində onun faktiki istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi ilə və “odnoklassniki” sosial şəbəkəsində Zərərçəkmiş şəxs özünü “Sevinc Həsənova” kimi tanıdaraq qarşılıqlı əlaqə saxlayıb 2019-cu ilin aprel ayından həmin ilin dekabr ayınadək 5000 manat pulun X14 adına olan “Kapital Bank”a aid qeyd olunan bank kartı hesabına, 2020-ci ilin yanvar ayından həmin ilin iyun ayınadək 7000 manat pulun atası X8 adına olan “Kapital Bank”a aid 416974******1673 nömrəli və 416974******9502 nömrəli bank kartları hesablarına, eləcə də 2020-ci ilin fevral ayından həmin ilin iyun ayınadək 2000 manat pulun hissə-hissə olmaqla paralel olaraq “top.az” saytında onun adına olan 21506632 nömrəli hesaba, həmçinin avtomobil bazarında qiymətlərin qalxmasını bəhanə gətirərək əlavə 3000 manat pul verməsini tələb edərək 2020-ci ilin iyun ayından həmin ilin noyabr ayına kimi Fəyyaz Əsgərovun adına olan qeyd olunan bank hesablarına hissəhissə olmaqla həmin məbləğdə pul vəsaitinin eyni qaydada Zərərçəkmiş şəxs tərəfindən Salyan rayonu ərazisindəki müxtəlif ödəmə terminalları vasitəsilə köçürülməsinə nail olmuş, bundan başqa təkrarən 2020-ci ilin dekabr ayında şəxsiyyəti istintaqa məlum olmayan Habil Qəmbərov adlı kişi ilə aralarında olan cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə etdiyi zəngə cavab verib həmin nömrənin yeni sahibi olduğunu bildirmiş, daha sonra isə Zərərçəkmiş şəxs yalandan ona dəymiş ziyanın ödənilməsinə Dövlət Təhlükəsizlik Xidmətində vəzifəli şəxsin sürücüsü işləyən oğlu “Qabil” vasitəsilə köməklik edəcəyini vəd edib Təqsirləndirilən şəxsla əlaqələndirməklə sonuncu ***-***-**-** saylı mobil nömrədən fərqli səslə özünü “Qabil” kimi təqdim edərək Zərərçəkmiş şəxs etibarını qazanıb aldatmaqla guya DTX-də tutduğu vəzifəyə uyğun olaraq öz əlaqə və imkanlarından istifadə edib 21000 manat pulunu ələ keçirmiş şəxsləri aşkar edərək pulunu ona qaytaracağını bildirmiş, sonrakı günlərdə qeyd olunan nömrədən Zərərçəkmiş şəxs zəng edərək guya “Sevinc Həsənova”nın Bakı şəhərindən Cəlilabad rayonuna gedərək hazırda orada olmasını, bələdçisi vasitəsilə “Sevinc Həsənova”nın konkret yerinin müəyyən edilməsi üçün çəkiləcək xərc kimi 1500 manat pulun 2020-ci ilin dekabr ayının ortalarında hissəhissə olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən Salyan rayonu ərazisindəki ödəmə terminalları vasitəsilə atası Fəyyaz Əsgərova məxsus “Kapital Bank”a aid **********519502 nömrəli bank kartı hesabına köçürülməsinə nail olmuş, bir neçə gün sonra 2020-ci ilin dekabr ayının 20-də Zərərçəkmiş şəxs zəng edib ona görüş yeri kimi təyin etdiyi Cəlilabad rayon bazarına gedən yolun kənarında guya “Qabil” adlı şəxsin bələdçisi kimi özü görüşüb 100 manat pulu nağd şəkildə alaraq ayrılmış, təxminən 2 saat sonra Zərərçəkmiş şəxs təkrar zəng edərək guya “Sevinc Həsənova”nı tapıb 21000 manat pulunu aldığını, həmin pulu onun adına açacağı yeni bank hesabına köçürməsi üçün 2020-ci ilin dekabr ayının sonlarından 2021-ci ilin yanvar-fevral ayları ərzində hissə-hissə olmaqla cəmi 7600 manat pulunun atası Fəyyaz Əsgərova məxsus “Kapital Bank”a aid **********519502 nömrəli və həmkəndlisi Şahid2 adına olan “Kapital Bank”a aid **********974860 nömrəli bank kartı hesablarına zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən Salyan rayonu ərazisindəki müxtəlif ödəmə terminalları vasitəsilə köçürülməsinə nail olmaqla, Leyla adlı qadın, Habil Qəmbərov və qeyriləri və Habil Qəmbərov adlı kişi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən zərərçəkmiş şəxsə məxsus xeyli miqdarda, yəni ümumilikdə 30200 manat pul vəsaitini ələ keçirib maddi ziyan vurmaqla dələduzluq cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2014-cü ilin yanvar ayından 2019-ci ilin martın 25-dək Şəki sərhəd dəstəsində müddətdən artıq hərbi xidmətdə olmuş və ailəsilə birlikdə Şəki şəhərində kirayənişin yaşamışdır. 2018-ci ilin iyul ayında xidmət etdiyi hərbi hissədə keçirilən andiçmə mərasimində hazırda adını dəqiq xatırlamadığı əsgərin qohumu, təxminən 18-19 yaşlarında olan Leyla adlı qızla tanış olmuşdur. Tanış olarkən o, öz adına olan və istifadə etdiyi ***-***-**-** nömrəli sim-kartı Leylanın əl çantasına atmışdır. Sonrakı aylarda Leyla ilə tez-tez əlaqə saxlayıb görüşmüşlər, yəni Leyla hər dəfə Şəki şəhərinə gəlib əsgər qohumuna baş çəkdikdən sonra onunla görüşmüş və sonra onlar birlikdə vaxt keçirərək, xeyli müddət ərzində Şəki şəhərində və tərxis olunduğdan sonra onun yaşadığı Cəlilabad rayonunda uzun müddət intim əlaqədə olmuşdular. Bu ərəfədə Leyla çətin maddi vəziyyətə düşdüyündən ondan borca pul istəmişdir və 2017-ci ildə həmkəndlisi X11 borca aldığı 7500 (yeddi min beş yüz) manat pulu Leylaya vermişdir. 2018-ci ilin dekab ayının sonlarında onun xidmət keçmə müqaviləsinin müddəti başa çatdığından o, 2019-ci ilin yanvar ayından etibarən artıq xidmətə çıxmamışdır, lakin Şəki şəhərində qalıb yaşamışdır, çünki övladları orta məktəbdə oxumuşlar. Onun ordu sıralarından təxris olunmağı barədə əmr 2019-cu ilin mart ayının 25-də verilmişdir. Həmin ilin yanvar ayında Leyla ilə telefonda danışarkən işləmədiyini və bu səbəbdən maddi vəziyyətinin çətin olduğunu demişdir. Həmin vaxtlar Leyla öz bank kartının şifrəsini göndərsə, əlinə pul düşdükcə ona pul göndərəcəyini ona demişdir. Ona görə o, arvadı Fərqanə Əsgərovanın adına olan bank kartının 14 rəqəmli şifrəsini Leylaya göndərmişdir. 2019-cu ilin fevral ayından başlayaraq Leyla onun üçün arvadının adına olan həmin bank kartının hesabına müxtəlif məbləğlərdə pul vəsaiti göndərməyə başlamışdır. Leyla tərəfindən ona göndərilən pul vəsaitlərin ən böyük məbləği 300-350 manat civarında olmuşdur. Növbəti dəfə Şəki şəhərindəki oteldə Leyla ilə birlikdə olarkən ona göndərdiyi pulları haradan əldə etdiyini soruşduqda Leyla “Odnoklassniki” sosial şəbəkəsində bir kişi ilə tanış olduğunu, telefonla həmin kişi ilə eşqməhəbbət söhbətləri etdiyindən və həmin kişi ona hissiyətləri olduğunu bildirdiyindən pul lazım olanda həmin kişinin ona pul göndərdiyini ona demişdir. Həmin vaxt onun inanmadığını görüb Leyla öz mobil telefonu ilə öz “Odnoklassniki” səhifəsinə girib sonradan onun Salyan RPŞ-də gördüyü Zərərçəkmiş şəxs profilini ona göstərmişdir. O, bu cür üsulla pul almağın sonradan problem olacağını dedikdə Leyla nə qədər həmin kişidən “qırılmayıb” heç bir problemin olmayacağı cavabını vermişdir. O, 2019-cu ilin iyul ayında ailəsilə birlikdə hazırda yaşadığı Cəlilabad rayonunun Ocaqlı kəndinə qayıtmış və həmin vaxtdan burada yaşayır. 2019-cu il dekabrın sonunadək, yəni arvadının adına olan bank kartının istifadə müddəti bitənədək Leyla ona göndərdiyi pul vəsaitlərini həmin bank kartına göndərmişdir. Bundan sonra, o, atası Fəyyaz Əsgərovun adına olan bank kartının 14 rəqəmli şifrəsini Leylaya, sonrakı müddətdə isə Leyla pulları onun atasının adına olan bank kartına göndərmişdir. 2020-ci ilin sonlarında atasının bank kartının müddəti bitdiyindən, o, həmkəndlisi Şahid2 razılığı ilə onun bank kartının 14 rəqəmini Leylaya, bundan sonra isə təxminən 3-4 dəfə Leyla hər dəfədə 100 manat pulu həmin karta göndərmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində atasının adına yeni bank kartı alınmış və Leyla pulu onun atasının yeni kartına göndərməyə başlamışdır. Son dəfə Leyla ona 2021-ci ilin fevral ayında ona 80 manat göndərmişdir. Həmin vaxt Leyla bir müddət ortalıqda olmayacağını və qayıdandan sonra onunla əlaqə saxlayacağını demişdir. Lakin həmin vaxtdan sonra Leyla ilə əlaqəsi kəsilmiş və bir daha Leyla ona pul göndərməmişdir. O, əvvəlki ifadələrində Leylanın onun əvvəllər xidmət etdiyi hərbi hissədə qulluq etmiş əsgər qohumu olduğundan sonrakı araşdırma zamanı xoşa gəlməyən halların baş verə biləcəyindən ehtiyyat etdiyindən Leylanın adını bilərəkdən çəkməmişdir. Leyla “Odnoklassniki” tətbiqində məhz “Sevinc Həsənova” ad və soyadı ilə qeydiyyatdan keçmişdir. O, Leylanın ata adı və soyadını, harada yaşadığını və istifadə etdiyi telefon nömrəsini bilməmiş, Leyla ilə yalnız özünün Leylaya verdiyi iki ədəd, öz adına olan ***-***- **-** və İmişli rayonundan olan əsgər Cəmaləddin İsmayılovun ona bağışladığı ***-***-**-** mobil telefon nömrələri ilə əlaqə saxlamış, Leylanın digər telefon nömrəsinin olduğunu isə bilmir. Leyla əslən Lənkəran raonundan olsa da, hazırda Leylanın harada olduğunu da bilmir. O, 2018-ci ildən hal-hazıradək öz adına olan ***-***-**-** nömrəni istifadə edir, bir müddət əvvəl isə əlavə olaraq öz adına ***-***-**-** nömrəsi almış, hazırda hər iki nömrəni özü istifadə edir. Leylanın boyu təxminən 165 sm, arıq sifətli, açıq qəhvəyi rəngdə saçları olmuşdur. Leyla ona 2019-cu ilin fevral ayından başlayaraq pul göndərməyə başlamış və son dəfə 2021-ci ilin fevral ayında ona pul göndərmişdir. Ümumilikdə, Leylanın ona nə qədər pul göndərdiyini dəqiq xatırlamır, öz hesabına görə bu müddət ərzində Leyla ona təxminən 14000 (on dörd min) manat, ən coxu 15000-17000(on beş-on yeddi min) manat araslı pul göndərmişdir. Dəqiq deyə bilmir. O, işdən çıxmış, heç yerdə işləmədiyi üçün maddi vəziyyətinin çətin olduğunu Leylaya deyib imkanı olanda ona pul göndərməsini xahiş etmiş, vaxtında o Leylaya pul verərək kömək etdiyindən və aralarında sevgiməhəbbət hissləri yarandığından Leyla da onun sözünü yerə salmayıb mütəmadi olaraq ona pul göndərmişdir. Əvvəllər onun “Feysbuk” və “İnstaqram” tətbiqləri olmuş, lakin sonradan həmin profilləri ləğv etmişdir. Hazırda yalnız “Tik-Tok” və “Top.az” profilləri vardır, mütəmadi olaraq futbol üzrə mərc oyunlarında iştirak edir. Onun “Turbo.az” saytında heç bir qeydiyyatı olmamışdır. Onun heç vaxt Habil və Qabil Qəmbərov adlı tanışları da olmamışdır. O, əvvəllər heç vaxt Zərərçəkmiş şəxs tanımamış, heç bir münasibəti olmamış, ilk dəfə şəklini Leyla özünün “Odnoklassnik” profilində ona göstərmiş və canlı olaraq ilk dəfə Xeyirullanı 2021-ci ildə Salyan RPŞ-də ilkin araşdırma zamanı görmüşdür. O, 2020-ci il dekabrın 20-də Qabil Qəmbərov adlı şəxslə telefon danışığından sonra Qabilin tapşırığı ilə həmin gün Cəlilabad şəhər bazarına gedən yolun üstündə Xeyirulla ilə görüşməmişdir, özünü Qabilin “bələdçisi” kimi ona təqdim etməmişdir və Xeyirulla ona 100 manat verməmişdir. İstintaq materiallarında olan texniki rabitə kanallarından əldə edilmiş məlumatlara əsasən özünə məxsus ***-***-**-** nömrə ilə Leylanın istifadə etdiyi ***-***-**- ** nömrənin anten dairələri daima eyni məkanda aktiv olduğunu Leylanın tez-tez Şəki rayonuna əsgər qohumuna baş çəkməyə gəlməsi, hətta yay aylarında digər qohumları ilə gəlib kirayə ev tutub 2-3 ay Şəkidə qalması, sonradan Leylanın ərə getməsi və bir müddət sonra da boşanması, bundan sonrakı müddətdə Leylanın daha sərbəst şəkildə onun yanına gələ bilməsi ilə izah etmişdir. 2019-2020-ci illərdə Leyla mütəmadi olaraq onun hazırda yaşadığı Cəlilabad rayonunun Ocaqlı kəndinə gəlib-getmiş, həmin vaxt o, kənddə kirayə ev tutmuş və Leyla ilə orada qalmışdır. İstintaq materiallarında olan "xxxx" MMC-nin izahlı qaimə hesabatına əsasən onun adına olan ***-***-**-** və ***-***-**-**, həmçinin İsmayıllı Cəmaləddinin adına olan ***-***-**-** nömrələrin anten dairələri Cəlilabad rayonunun Qarazəncir kəndi məntəqəsini göstərməsini isə təxminən 2019-cu ilin ortalarından 2021-ci ilin əvəllərinədək Leylanın tez-tez Cəlilabad rayonun Qarazəncir kəndinə gəlməsi, Leylanın onun kirayə tapdığı evdə yaşaması ilə izah etmiş, lakin Leylanın kirayədə yaşadığı həmin evi müəyyən səbəblərdən göstərmək istəməmişdir. “Turbo.az” saytında “BMVV-745” markalı avtomobilin satış elanının altında onun adına olan ***-***-**-** telefon nömrəsinin yerləşdirilməsi mümkün deyildir, bu barədə Zərərçəkmiş şəxs tamamilə yalan danışmış, 2019-cu ilin fevral-aprel aylarında Zərərçəkmiş şəxs ilə onun adına olan ***-***-**-** nömrəli telefonla danışmış Rasim Həsənov adlı şəxs barədə bir söz deyə bilmir, onun heç vaxt Rasim Həsənov adlı tanışı olmamışdır. 2019-cu ilin fevral-aprel aylarında onun adına olan ***-***-**-** telefon nömrəsi Leylanın istifadəsndə olmuş, həmin vaxtlar Leyla Şəki şəhərində onun yanında olmuş, lakin həmin müddətdə Rasim Həsənov adı ilə kiminsə Xeyirulla ilə danışdığının şahidi olmamışdır. Zərərçəkmiş şəxs öz ifadəsində “Milliön” ödəmə terminalı vasitəsilə “Top.az” saytına onun adına olan 21506632 nömrəli hesaba hissə-hissə olmaqla 2000 manatdan çox pul göndərməsi yalandır, çünki heç bir vaxt “Top.az” saytına onun adına heç bir məbləğdə pul göndərilməyib. Salyan rayon sakini Zərərçəkmiş şəxs şikayəti əsasında başlanmış cinayət işi ilə razı deyil, çünki o, cinayət əməlini törətməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də son sözündə bildirdi ki, ona verilmiş ittihamın Polis Şöbəsində araşdırma zamanı zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 2000 (iki min) manat pulun atasının və arvadının bank kartlarına göndərilməsi barədə qəbzlərdə göstərilən məbləği etiraf edir və həmin məbləğin maddi imkanı olduqda qaytarmasına söz verir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019cu ilin yanvar ayının sonlarında özünə avtomobil almaq məqsədilə “turbo.az” internet saytında olan elanları nəzərdən keçirərkən qara rəngli 2006-cı il buraxılışlı “BMW-745” markalı avtomobilin satılması haqqında elanı görüb avtomobilin texniki məlumatları xoşuna gəldiyindən həmin elanda yerləşdirilmiş avtomobilin sahibi Rasim Həsənov adlı şəxsin ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlamışdır. Telefon danışığı zamanı Rasim Bakı şəhərində yaşadığını, özünə məxsus avtomobili 18000 manata satdığını bildirmişdir. O, Bakı şəhərinə gəlib avtomobilə baxmaq istədiyini dedikdə Rasim satdığı avtomobilin heç bir problemi olmadığını, avtomobili Almaniyadan yeni gətirdiyini demiş, hətta avtomobilin fotoşəkilini onun telefonuna göndərmiş və həmin vaxt o, avtomobilin üzərində xarici nömrə olduğunu görmüşdür. Sonrakı günlərdə bir neçə dəfə Rasim ilə telefon əlaqəsi saxlayıb sonda avtomobilin pulunun yarı hissəsini Rasimin verəcəyi bank kartı hesabına köçürəcəyinə, pulun qalan hissəsini isə nağd şəkildə Bakı şəhərində Rasimə verib avtomobili öz adına sənədləşdirəcəklərinə razılaşmışlar. Rasimin onunla çox inandırıcı şəkildə danışmağı onda Rasimə qarşı inam hissi yaratmış və o, Rasimin sözlərinə inanmışdır. 2019-cu ilin fevral ayının əvvəllərində növbəti telefon danışığı zamanı Rasim ona “Kapital Banka” məxsus X14 adına olan bank kartının hesab nömrəsi vermişdir. O, Salyan rayon polis şöbəsində verdiyi ilkin ifadəsində səhvən həmin bank kartının X19 adına olduğunu bildirsə də, sonradan Fərqanənin ata adının Zahir olduğunu xatırlamışdır. İlk olaraq o, 2019-cu ilin fevral ayının 5-də alacağı avtomobil üçün Rasimin ona verdiyi Fərqanə Əsgərovanın bank kartı hesabına ödəmə terminalı vasitəsilə 300 manat, ertəsi gün fevralın 6-da yenidən Rasim üçün Fərqanə Əsgərovanın adına olan bank kartı hesabına daha 300 manat və fevralın 7-də daha 400 manat, sonrakı aylarda da Rasim üçün Fərqanə Əsgərovanın adına olan bank kartına müxtəlif məbləğlərdə pul göndərmişdir, lakin xeyli zaman keçdiyindən konkret olaraq hansı tarixlərdə və hansı məbləğlərdə pul göndərdiyini hazırda dəqiq xatırlamır. O, həmin ilin fevral ayından aprel ayınadək olan müddətdə Salyan rayonunun və Bakı şəhərinin müxtəlif yerlərində olan “Milliön” ödəmə terminalları vasitəsilə Rasimin verdiyi Fərqanə Əsgərovanın adına olan həmin bank hesabına hissə-hissə olmaqla cəmi 4000 manat pul göndərmiş, bundan sonrakı bütün ödənişlərinin hamısını isə Salyan rayonu ərazisində yerləşən müxtəlif ödəmə terminalları vasitəsilə göndərmişdir. Lakin həmin ilin aprel ayında Rasim onunla telefon əlaqəsi saxlayıb şəxsi işləri ilə əlaqədar Rusiya Federasiyasına getdiyini və bundan sonra onun göndərəcəyi pulları öz qızı Sevinc Həsənova tərəfindən götürüləcəyini, aralarında olmuş razılaşmaya əsasən avtomobilin pulu tam ödənildikdən sonra alqı-satqı olunacağını bildirmişdir. O, etiraz etməyib razılaşmış və pulu Fərqanə Əsgərovanın bank kartına göndərməyə davam etmiş, 2019-cu ilin aprel ayından həmin ilin dekabr ayınadək cəmi 5000 manat pulu hissə-hissə olmaqla Fərqanə Əsgərovanın adına olan bank hesabına köçürtmüşdür. Hər dəfə pulu Salyan rayonundakı müxtəlif ödəmə terminalları vasitəsilə köçürdükdən sonra o, Rasimin qızı kimi özünü təqdim etmiş Sevinc Həsənovanın ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlayıb məlumat vermişdir. 2019-cu ilin sonlarında Sevinclə telefon danışığı zamanı avtomobilin qalan pulunu nağd şəkildə bir dəfəyə ödəyə bilməyəcəyini bildirmiş və qalan pulu da hissə-hissə ödəyəcəyini razılaşmışlar. 2020-ci ilin yanvar ayında Sevinc onunla telefon əlaqəsi saxlayıb başqa bir bank hesab nömrəsi verib bundan sonra pulu həmin hesaba köçürməyini istəmişdir. Sevincin verdiyi yeni hesab nömrəsi X8 adına olmuşdur. Bundan sonra o, 2020-ci ilin yanvar ayından həmin ilin iyun ayınadək olan müddətdə pulu Fəyyaz Əsgərovun adına olan hesaba köçürtməyə başlamışdır. Bundan bir ay sonra, yəni həmin ilin fevral ayında Sevinc ona daha bir “21506632” saylı hesab nömrəsi verib bunun “top.az” hesabı olduğunu deyib göndərəcəyi pulun bir hissəsini həmin hesaba göndərməyini istəmişdir. 2020-ci ilin fevral ayından həmin ilin iyun ayınadək olan müddətdə o, həmin “21506632” saylı hesaba “Milliön” ödəmə terminalı vasitəsilə ümumilikdə 2000 manat pul ödəmişdir. Hər dəfə ödəmə terminalında həmin “21506632” hesab nömrəsini yığdıqda terminalın monitorunda hesab sahibi kimi Təqsirləndirilən şəxs adı əks olunmuşdur. O, həmin ilin iyun ayınadək ümumilikdə 18000 manat pulu Rasimin və qızı Sevincin ona verdikləri həmin hesablara köçürdükdən sonra Sevinclə telefon əlaqəsi saxlayıb artıq avtomobilin alqı-satqısını edib öz adına sənədləşdirmək istədiyini bildirmişdir. Lakin Sevinc bu müddət ərzində bazarda bu kimi avtomobillərin qiymətinin bahalaşdığını əsas gətirib əlavə olaraq 3000 manat ödəməli olduğunu istəmişdir. O, əvvəlcə razılaşmayıb narazılığını bildirsə də, sonradan məcburiyyət qarşısında Sevinclə razılaşmalı olmuş və 2020-ci ilin noyabr ayına kimi hissə-hissə olmaqla Sevincin verdiyi Fəyyaz Əsgərovun adına olan hesablara əlavə 3000 manat köçürtmüşdür. Həmin ilin oktyabr ayında Sevinclə telefon əlaqəsi saxlayıb növbəti dəfə avtomobili öz adına alqı-satqı edilməsini istədikdə Sevinc bu dəfə avtomobilin atasının adına olduğunu, yalnız atası Rusiya Federasiyasından qayıtdıqdan sonra alqısatqı prosesinin baş tutacağını bildirmişdir. Buna görə onların arasında narazılıq yaranmış və o, avtomobilə görə verdiyi ümumilikdə 21000 manatın ona geri qaytarılmasını tələb etdikdə Sevinc telefonu qapatmışdır. Bundan sonrakı müddətdə Sevincin onunla əlaqə saxladığı həmin ***-***-**-** nömrə etdiyi zəngləri qəbul etməmişdir. Sevinclə telefon əlaqəsi saxlaya bilmədikdə atası Rasimin ***-***-**-** nömrəsinə zəng etsə də, bu telefon nömrəsi də bağlı olmuşdur. 2020-ci ilin dekabr ayının əvvəllərində “WhatsApp” mobil tətbiqi vasitəsi ilə əvvəllər Sevinclə danışdığı ***-***-**-** nömrə ilə əlaqə saxladıqda, telefona cavab vermiş şəxs özünü Habil Qəmbərov kimi təqdim etmişdir. O, Sevinci soruşduqda, həmin şəxs bu nömrəni yeni aldığını və Sevinc adlı şəxsi tanımadığını bildirmişdir. O, Rasim və qızı Sevinc adlı şəxslərlə aralarında baş verən hadisəni Habil adlı şəxsə telefonda danışmışdır. O zaman Habil oğlu X23 Xidmətində sürücü işlədiyini və oğlunun imkanlarından istifadə etməklə onun pulunun Rasim və Sevincdən geri alınmasında ona kömək edə biləcəyini bildirmişdir. Bundan bir neçə gün sonra həmin “WhatsApp” nömrəsi ilə Qabil onunla əlaqə saxlayıb Sevinc barəsində bildiyi bütün məlumatları danışmağını istəmiş, o da, başına gələnləri danışdıqdan sonra Qabil əminliklə Sevinci tapacağını və pulunu qaytarmaqda kömək edəcəyini bildirmişdir. Daha bir neçə gün sonra Qabil yenidən onunla telefon əlaqəsi saxlayıb Sevincin izinə düşdüyünü, Sevincin Bakı şəhərindən Cəlilabad rayonuna getdiyini və orada Məhəmməd adlı şəxsin yanında olduğunu bildirmişdir. Qabil öz bələdçisinin Cəlilabad rayonuna gedib Sevincin axtarılması ilə bağlı müəyyən xərclərin tələb olunduğunu bildirib ondan 1500 manat istəmiş və həmin pulu bələdçisinə göndərmək üçün ona bank hesab nömrəsi vermişdir. Qabil həmin bank hesabını verdikdə bu hesab əvvəllər onun Sevincə pul köçürtdüyü Fəyyaz Əsgərovun adına olan **********519502 bank hesabı olduğunu görmüşdür. O, bunun necə olduğunu soruşduqda Qabil DTX əməkdaşı olduğundan Fəyyazın adına olan bank hesabına nəzarət edə bildiyi cavabını vermişdir. O, etiraz etməmiş və Qabilin ondan istədiyi 1500 manatı hissə-hissə olmaqla dekabr ayının ortalarında Fəyyaz Əsgərovun adına olan bank hesabına köçürtmüşdür. Həmin ilin dekabr ayında Qabil ona daha bir **********974860 bank hesab nömrəsi verib pulun bir müddət həmin hesaba göndərilməsini istəmişdir. O, bir neçə dəfə Qabil üçün pul göndərən zaman “Milliön” ödəmə terminalın monitorunda həmin hesab sahibinin Şahid2 adlı şəxs olduğunu görmüşdür. Bundan bir neçə gün sonra, dekabrın 20-də Qabil ona zəng edib təcili olaraq Cəlilabad şəhərinə gedib orada özünün köməkçisi və bələdçisi ilə görüşüb 100 manat verməyini istəmiş, o da, həmin gün Salyan rayonundan çıxıb Cəlilabad şəhərinə getmiş və telefon əlaqəsi saxladıqda Qabil bələdçinin onu Cəlilabad bazarına gedən yolun döngəsində gözlədiyini bildirmişdir. O, Qabilin dediyi yerə gəlmiş və bir azdan ona arıq bədən quruluşlu, əynində cins şalvarı, qara gödəkçəsi, başında kepkası, üzündə tibbi maskası olan bir cavan oğlan yaxınlaşıb Qabilin bələdçisi olduğunu bildirmiş, o da, Qabilin dediyi kimi edib 100 manat pulu həmin oğlana vermişdir. Bələdçi oğlan pulu ondan alıb cibinə qoyduqdan sonra gedib magistral avtomobil yolundakı körpünün başında Qabilin zəngini gözləməsini demiş, o da, oradan ayrılıb deyilən körpüyə gəlmiş və təxminən iki saat gözlədikdən sonra Qabil onunla telefon əlaqəsi saxlayıb artıq Sevinci tapdığını, Rasim və Sevincin ondan aldıqları 21000 manatı Sevincdən geri aldığını bildirmişdir. O, sevinərək görüşmək istədiyini dedikdə Qabil ona narahat olmamasını və pulları onun adına açdıracağı yeni hesaba köçürəcəyini demiş, o da etiraz etməyib Qabilin dediyi ilə razılaşmışdır. Bundan sonrakı müddətdə guya onun adına bank hesabın açılması və pulun həmin hesaba köçürülməsi bəhanəsi ilə Qabil ondan əlavə olaraq hissə-hissə 7700 manat pul almışdır. O, ümumilikdə Qabilə bu müddət ərzində 9200 manat pul vermiş və həmin pulun az bir hissəsini Şahid2 adına olan hesaba, təxminən 8000 manatdan çox hissəsini isə əvvəllər Sevincin və daha sonra Qabilin ona verdikləri X8 adına olan bank kartı hesabına köçürtmüşdür. Qabil istədiyi həmin pulu Əsgərov Fəyyazın adına olan hesaba köçürməyini istəyən zaman, o, həmin hesabdan pulu necə nağdılaşdıracağını soruşarkən, Qabil Fəyyazın kart hesabına oturan pulu özünün kart hesabına yönəldib pulu nağdlaşdırıb ona geri qaytaracağını demişdir. O, Qabilə inanmış, çünki Qabil özünü DTX əməkdaşı kimi özünü təqdim etmişdir. Lakin 2021ci ilin yanvar ayının ortalarında Qabil ilə növbəti telefon danışığı zamanı artıq ona inanmadığını, onu aldatdığını və DTX-da işləmədiyini dedikdə Qabil onun telefonuna “WhatsApp” vasitəsilə 2 ədəd fotoşəkil göndərib guya həmin şəkillərdə özü olduğunu demişdir. O, həmin fotoşəkilləri ilkin araşdırma zamanı istintaqa təqdim etmişdir. Həmçinin bu müddət ərzində Fərqanə Əsgərovanın və Şahid2 adına olan bank hesablarına köçürtdüyü pulların qəbzləri onda qalmasa da, Fəyyaz Əsgərovun adına olan hesaba köçürtdüyü pulların qəbzlərinin az bir hissəsini ilkin araşdırma zamanı istintaqa təqdim etmişdir. O, 2021-ci ilin aprel ayının əvvəllərində Salyan rayon X37 bölməsində olarkən Təqsirləndirilən şəxs müstəntiqin otağında görüb onunla söhbət edərkən Rüfəti tanımışdır. Belə ki, 2020-ci ilin dekabr ayında Cəlilabad şəhərində bələdçi adı ilə onunla görüşüb 100 manatı ondan almış şəxs məhz Rüfət olmuşdur. Çünki Rüfətin həm xarici görünüşü, həm səsi onun yadında qalmışdır. Həmçinin Rüfətin səsi ilə telefonda Rasim Həsənov və Qabil adı ilə onunla danışmış şəxslərin səsləri də eynidir, eyni intonasiya, ləhcə və tembrə malikdirlər. Bu səbəbdən onunla telefonda ayrı-ayrı vaxtlarda Rasim Həsənov və Qabil adı ilə danışdığına tam əmindir, onunla Cəlilabad şəhərində görüşüb danışmış bələdçi və Salyan rayon polis şöbəsində gördüyü Rüfət adlı şəxs eyni adamdır. Sonrakı istintaq zamanı Rüfətin soyadı, adı və ata adı Təqsirləndirilən şəxs, arvadının adı isə X31 olduğu ona məlum olmuşdur. Bütün bunlar istintaq zamanı ona məlum olduqdan sonra ona tam olaraq 2019-cu ilin yanvar ayının sonlarından başlayaraq özünü ona Rasim Həsənov, 2020-ci ilin dekabr ayında isə Qabil və bələdçi kimi təqdim etmiş şəxslərin eyni adam olmaqla Təqsirləndirilən şəxs özü olduğu aydın olmuşdur. Bu müddət ərzində Rüfət onun etibarından sui-istifadə edib başqa-başqa şəxslərin adları ilə onu aldatmaqla ümumilikdə onun 30200 manat pulunu öz arvadı Fərqanənin və öz atası Fəyyazın adına, həmkəndlisi Şahid2 adına olan bank kart hesablarına, həmçinin özünün adına olan “Top.az” mərc oyunları hesabına köçürtdürmüşdür. Özünü ona Rasim Həsənovun qızı kimi təqdim etmiş Sevinc Həsənova ilə yalnız mobil telefonla və sosial şəbəkədə danışsa da real həyatda Sevinc onunla üzbəüz görüşməmişdir. O, Sevinc Həsənovanı həqiqətən də Rasim Həsənovun qızı olmaqla ona satacaqları “BMW-745” markalı avtomobilin qarşılığında hissə-hissə olmaqla pul ödəmiş, Sevincin də razılaşdığı kimi ödənişdən sonra avtomobili onun adına sənədləşdirəcəyi ilə bağlı tam əminlik yaratdığı üçün Sevincə inanmışdır, çünki Rasim Həsənov da telefon danışıqları zamanı özünə qarşı tam inam hissi yaratmaqla tam ödənişdən sonra avtomobilin qızı Sevinc tərəfindən onun adına sənədləşdirəcəyinə onu əmin etmişdir. Onun da bu qədər ödədiyi pulun qarşılığında avtomobili onun adına sənədləşdirməyəcəkləri ağlına belə gəlməmişdir. Sevincin də telefon danışıqları zamanı onunla bir qadın kimi çox səmimi və inandırıcı danışması, intim xarakterli söhbətlərə şərait yaratması açığı onda da Sevincə qarşı müəyyən hisslər yaratmışdır. Bu səbəbdən də avtomobil alqı-satqısından əlavə olaraq Sevinc ilə aralarında intim xarakterli söhbətlərin və sms yazışmaların olduğunu etiraf etmişdir. Avtomobilin alqı-satqısı ilə bağlı Sevincin əlavə olaraq ondan 3000 manat pul tələb etməsi, ümumilikdə 21000 manat pul ödədikdən sonra vəd etdiyi avtomobili onun adına sənədləşdirməməsi, pulunu geri tələb etdiyi halda pulu qaytarmayıb telefonu keçirməsi, zənglərə cavab verməməsindən sonra X26 Həsənovanın onu aldadıb pulunu ələ keçirdiklərini anlamışdır. O, şikayətçidir. Tələb edir ki, təqsirləndirilən şəxs cəzalandırılsın və ona dəymiş ziyan ona ödənilənədək zərərçəkmiş şəxsdən şikayət edəcəkdir. Məhkəmə iclasında dindirilmiş şahid təqaüddə olan polis mayoru, xidməti vəzifələrini yerinə yetirərkə xəsarət alaraq ikinci qrup əlil olan X41 ifadəsində göstərdi ki, dayısı Zərərçəkmiş şəxs ona zəng vurub “İmdad hardasan?” soruşmuş, o da dayısına “nə olub?” cavabını deyəndə dayısı ona “bəs maşın alırdım internetdən götürdüm, danışdım, xeyli vaxtdır. Sən gələ bilərsən?” deyə bildirmişdir. O, Bakıdan Salyana dayısı Zərərçəkmiş şəxs gilə gəlmiş və dayısı necə olub, nətər olub başdan başlayaraq maşını profildə görüb 17-18 min arası 745 nömrəli qara BMW markalı maşın olduğunu deyib, maşının şəkilini ona da göstərmişdir. Bu zaman o, dayısına “BMW alanda dayı bəs bir məsləhət al, bu kənd yerinə yaramır, o şəhər üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsidir” dedikdə, dayısı ona “ürəyim istədi” cavabını vermişdir. Dayısı ona bir xeyli müddət bir qızla danışdığını və bu 18000 manat pul göndərməli olduğunu və atasının gələcəyini bildirmişdir. O, dayısından neçə müddətdir bunların baş verdiyini soruşduqda dayısı iki ilə kimi var ki onu aldatdıqlarını demişdir. Sonra dayısı ona demişdir ki, zəng gəldi ki, onun oğlu Milli Təhlükəsizlik nazirinin sürücüsüdür və ona bu qədər pul ver bələdçi ayıracaqdır. Bu zaman o, dayısına “bu barədə müraciət etmisən harasa?” dedikdən sonra “bəs o qızla əlaqəni kəsmə, ola bilər yoxa çıxar” bildirdikdə, dayısı ona cavanda “baş üstə” demişdir. Bundan bir xeyli sonra dayısı yenidən ona zəng edərək “gəl bir yerdə Cəlilabada gedək, qarşı tərəf deyib ki gəl notariusun qabağında görüşək, 5000 (beş min) manat pulu gətirirəm qalanı da verərik” deyib “bəs bundan əvvəl mən getmişdim 100 (bir yüz) manat pul verdim bələdçiyə” əlavə olaraq bildirmişdir. O, dayısı ilə bir yerdə Cəlilabada gəlib gözləmişlər. Həmin vaxtı dayısı onun yanında telefonla danışmış, dayısı ilə danışan şəxs “düzəldə bilmədim pulu” dedikdən sonra, oradan onlar çıxıb getmişlər. Dayısı maşını alqısatqı səhifəsində görüb, ona maşını göstərmiş, maşın xarici nömrə ilə qara 745 nömrəli BMW markalı maşın olmuş, maşın kənd üçün yararlı maşın deyil, şəhər üçün nəzərdə tutulmadığını dayısına bildirmişdir. Dayısı ona demişdir ki, maşın telefonla danışdığı qızın atasına məxsusdur, atası Rusiyadadır, gələcəkdir. Onlar polisə müraciət edəndə, dayısı ona demişdir ki, qız dayısına zəng edib ki, get şikayət ərizəni geri götür, gəl Suraxanıda, yoxsa Əmircanda ev var verim, ancaq şikayətini geri götür. Bu zaman o, dayısına “izi itirmə, denən gəl görüşək gedək evə baxaq.” məsləhət görmüşdür. Bundan sonra o, dayısından 3-4 dəfə “nə oldu?” soruşduqda dayısı ona heç bir əlaqə olmadığını bildirmişdir. Dayısı onun yanında qızla danışmamışdır, ancaq dayısı qızla təkbətək telefonla danışmışdır. Dayısı demişdir ki, ona kartlar veriblər, yəni “Million” vasitəsi ilə ödə bu karta. O, Təqsirləndirilən şəxs dayısından eşitmişdir, bir də ailə üzvlərinin kartı olub, dayısı ora “Million” vasitəsi ilə bu kartlara pul ödəmişdir. Həmçinin dayısı ona demişdir ki, Rüfətin atası çağırıb ki, gəl razılığa gələk şikayət olmasın. Dayısı gedib görüşmüş, orada 100 manat Rüfətə pul verib. Bu zaman o, dayısından “niyə vermisən?” soruşduqda, dayısı cavabında “razılığa gələk şikayət olunmasın” demiş və hətta Cəlilabad polis şöbəsində üzləşmə olanda orda adını bilmədiyim, dayısının dediyinə görə məktəb direktoru da gəlib müstəntiqə bildirmişdir. O, şəxsən müstəntiq Əlinasirin yanında olmuşdur. Müstəntiq hazırda Sumqayıt şəhər polis idarəsində təhqiqatçıdır. Dayısı ona demişdir ki, müstəntiq Əlinasir dayısına narahat olmamasını, Rüfətə məktəb direktoru zamin durduğunu, yəni 30200 manat məbləğində dəyən ziyan ödənəcəyini bildirmişdir. Bundan başqa, atasının da torpağı olduğunu və əkin yerinin satılıb ziyan ödəniləcəyini demiş, ancaq direktorun adını deməmişdir. O, dayısı ilə birgə müstəntiq Əlinasirin də qəbulunda olmuşdur. Orada onlara narahat olmamalarını, 30200 manat miqdarında dəymiş ziyanın hissə-hissə də olsa da ödəniləcəyini bildirmişdir. Daha sonra dayısı Cəlilabada getmiş, Rüfət də zəng edib pul tapmadığını demişdir. Belə ki, onun yanında dayısına zəng edərək pulunun olmadığını və notariusa gəlib orada borc müqaviləsi bağlamağı və pulu az-az verəcəyini bildirmişdir. Həmin vaxtı o, dayısına “elə bir şey olmur. Hansı bir notariusa yaxınlaşasan ki borc müqaviləsi bağlayaq, deyər nədən ötrü?” demişdir. Bu zaman onlar xeyli gözləmişlər. Dayısının dediyinə görə, bu yaxınlarda Rüfətin əmisi oğlu dayısına zəng edib “vəkil tutmuyaq, bizim pulu vəkil yeməsin, gəl səninlə razılaşaq o pulu 2000 (iki min) verək sənə, qalanı da ay ba ay ödüyək.” deyəndə dayısı razı olmadığına görə, dayısını təhqir etmişdir. O, təqsirləndirilən şəxsi tanımır, 2-ci dəfədir onu görür. 1-ci dəfə keçən məhkəmə prosesində görmüşdür, indi də görür, bundan əvvəl onunla tanışlığı olmayıb. O, dayısı ilə mütəmadi əlaqədə olmuşdur. Dayısı ona zəng vurub təcili pul lazım olduğunu dedikdə o, “gəl götür” deyə bildirmişdir. O, həmin vaxtı müalicədə olmuşdur. Dayısı ona əlavə olaraq bildirmişdir ki, “bələdçi var ona pul göndərirəm.” demişdir. Dayısı təqribən 3000 manat pul istəmiş və ondan həmin pulu almışdır ki, Milli Təhlükəsizlikdə adam var. Bu zaman o, dayısına “dayı bir araşdıraq, müraciət edək” dedikdə dayısı ona “səs-küy salma aradan çıxar qaçar.” cavabını vermişdir. Dayısı maşın alanda qızla danışıldığını deyəndə o, nədən ötrü qızın maşın almağa görə atasının maşını olduğunu da dayısına bildirmişdir. Dayısının özü Rüfətlə danışmışdır. O, dayısına “böyüyü gəlsin görək” dedikdə, dayısı 5000 manat verəcəklərini və onun sakit durmağını bildirmişdir. İstintaq gedən vaxtı dayısı ona Rüfətlə danışdığını, müstəntiqin də şikayət olunmaması üçün gedib qarşı tərəflə razılaşmasını dediyini bildirmişdir. Axırıncı ödəniş qəbzi də Cəlilabadda ödənildiyinə görə işi Cəlilabada göndərmişlər. Dayısının Təqsirləndirilən şəxs 100 manat pul verməsində şəxsən iştirak etməmiş, dayısının danışdıqlarını bildirir. Dayısı qızla söhbət etdiyini deyəndə o, qızın qaçmaması üçün qızla mütəmadi əlaqəni kəsməməsini məsləhət görmüşdür. Çünki Daxili işlər orqanlarında özü də işləmişdir. Hər hansı bir telefon vasitəsi ilə danışılır əlaqə kəsilirsə o izin itməsi kimi adlandırılır. Dayısı ona dediyi kimi, ümumi olaraq indiyə qədər onun bildiyinə görə 30200 manat pul ödəyib və dayısına o qədər zərbələr vurulduğundan əlavə iki dəfə xəstəxanada yatmışdır. Dayısı 18000 manat pul nəqliyyat vasitəsini almaq üçün, 8-10 min arası pulu Milli Təhlükəsizlik xidmətində işləyən şəxsə göndərib. Həmin vaxtı o, dayısına “heç bir orqan zəng edib sənə deyə bilməz ki oğlum cənab nazirin sürücüsüdü gətir pulu ver mənə mən izinə düşüm.” iradını bildirməkə yanaşı “nə olur olsun bu həmin qurmadı, bu şəxslərdi.” demişdir. Dayısı «MİLLİÖN” vasitəsi ilə Təqsirləndirilən şəxs qohumları Fərqanə və Fəyyaz adlı şəxslərin kart hesablarına pul atmışdır. Qəbzlər hamısı dayısında görüb və dayısı həmin üəbzləri Cəlilabad rayon polis şöbəsində ümumi 30200 manata yaxın məbləğində olan qəbzləri müstəntiqə təqdim edib. Polisə təqdim edilmiş qəbzlər təqribən 27-28 min «MİLLİÖN” vasitəsi yuxarıda qeyd etdiyim şəxlərin hesabına ödənilib. O qəbzlərdə Cəlilabad rayon polis şöbəsində müstəntiqə təqdim olunub, qəbzləri də Cəlilabad rayon polis şöbəsində müstəntiq Əlinasirə vermişlər. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid1 Cəmaləddin oğlu ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə İmişli rayonun Bəhrəmtəpə qəsəbəsində yaşayır, rayon mədəniyyət evində mədəniyyət işçisi vəzifəsində işləyir, Cəmaləddin və Samir adlı övladları vardır. Cəmaləddin böyük oğludur, fərdi əməklə məşğuldur, məhkum olunmamışdır. 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayınadək kiçik oğlu Samir Şəki rayonundakı sərhəd qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdur. 2018-ci ilin avqust ayında Qurban bayramı münasibətilə ailə üzvləri ilə birlikdə hərbi xidmətdə olan Samirə baş çəkmək üçün Şəki şəhərində yerləşən N №-li hərbi hissəyə gəlmişlər. Həmin gün hərbi hissəyə bir çox əsgər valideyni bayram münasibətilə görüşə gəlmişdir. Oğlu Samir ilə görüşdükdən sonra hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısındakı yeməkxanada digər əsgər və ailə üzvləri kimi onlar da əyləşib söhbət edib birlikdə yemək yemişlər. Həmin vaxt müddətdən artıq xidmət keçən Rüfət adlı gizir ilə mehriban münasibətləri yaranmışdır. Çünki gizir Rüfət oğlu Samir ilə birlikdə xidmətə çıxmışlar. Həmin gün bir neçə əsgərin ona yaxınlaşıb valideynlərinə zəng etmək üçün onun mobil telefonundan istifadə etmək istədiklərini görüb digər əsgərlərin sim-kartı öz telefonlarına yerləşdirib rahat istifadə edə bilmələri üçün oğlu Cəmaləddinin adına olan ***-***-**-** nömrəli sim-kartı öz telefonundan çıxardıb əsgərlərdən birinə vermişdir. Sim-kartı verdiyi əsgərdən danışıb qurtardıqdan sonra sim-kartı geri qaytarmasını xahiş etmişdir. Həmin gün saat N radələrində hərbi hissədə əsgərlərlə görüş başa çatdıqdan sonra o, əsgər övladı ilə vidalaşıb Şəki şəhərindən çıxıb yola düşmüşdür. Samir ilə vidalaşıb ayrılan zaman o, bir az əvvəl əsgərlərdən birinə verdiyi sim-kartı geri almağı unutmuşdur. Yalnız yaşadıqları İmişli rayonuna çatdıqda sim-kartı əsgərdən geri almağı unutduğu yadına düşmüş, ona görə evə çatdıqdan sonra oğlu Cəmaləddinin adına olan həmin ***-***-**-** telefon nömrəsinə zəng etmiş və cavab vermiş adını bilmədiyi əsgərə geri almağa unutduğu həmin sim-kartı sındırıb atmaqlarını tapşırmışdır. Həmin əsgər narahat olmamasını, verdiyi sim-kartın Rüfət adlı gizirdə olduğunu və bu dəqiqə Rüfətin həmin sim-kartı sındırıb atacağı cavabını vermişdir. Sonradan yoxlamaq üçün o, bir neçə dəfə həmin nömrəyə zəng etsə də, nömrəyə zəng çatmadığından həmin sim-kartdan istifadə olunmadığına tam arxayın olmuşdur. Lakin 2021-ci ilin mart ayında oğlu Cəmaləddini Beyləqan rayon polis şöbəsinə dəvət etmişlər. O, oğlu ilə birlikdə polis şöbəsində olarkən onlara Cəmaləddinin adına olan həmin ***-***-**-** telefon nömrəsindən naməlum bir şəxs qadın səsi ilə Beyləqan rayon sakini ilə danışıb aldadıb pulunu ələ keçirdiyini bildirmişlər. Beyləqan rayon polis şöbəsində aparılmış araşdırma zamanı həmin nömrənin onun ailə üzvləri tərəfindən deyil, tamamilə başqa şəxslər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Bu səbəbdən mart ayının sonlarında oğlu Cəmaləddin ilə Şirvan şəhərində olarkən "xxxx"in müştəri xidməti ofisinə gəlib həmin ***-***-**-** telefon nömrəsini bağlatdırmışlar. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, ailəsilə birlikdə Cəlilabad rayonun Ocaqlı kəndində yaşayır, Bakı şəhərində elektrik ustası kimi fərdi əməklə məşğuldur. Həmkəndlisi Təqsirləndirilən şəxs təxminən 15 ildir tanımış, aralarında ədavət və düşmənçilik, eyni zamanda yaxın münasibətlər də olmamışdır. Rüfətin özü və ailəsi xasiyyətcə qapalı insanlar olduğundan demək olar ki, kənddə heç kimlə yaxın münasibət saxlamırlar, hətta Rüfət özü kənddə heç kimin toyuna və yas məclisinə getmir. O, 2020-ci ilin dekabr ayının əvvəlində “Kapital Bank”ın Cəlilabad filialından özünə bank hesabı açdırıb **********974860 saylı plastik bank kartı almışdır. Bundan bir neçə gün sonra kənddə küçədə Rüfət ilə rastlaşdıqda Rüfət onun bank kartının olub-olmadığını soruşduqda, o, bir neçə gün əvvəl özünə bank kartı aldığını bildirmişdir. O zaman Rüfət özünün bank kartı koda düşdüyünü və onun bank kartının 16 rəqəmli şifrəsini istəyib Bakıdan onun üçün pul göndərəcəklərini bildirmişdir. O, etiraz etməyib öz bank kartının 16 rəqəmli şifrəsini Rüfətə demişdir. Ertəsi gün Rüfət onun yanına gəlib onun bank kartına pul göndərdiklərini bildirərək, pulu bankomatdan çıxartmaq üçün kartını istəmişdir. O, öz bank kartını verməyəcəyini, lakin birlikdə istədiyi bankomata gedib pulu çıxarda biləcəyini demiş, Rüfət ona etiraz etməmiş və onlar birlikdə taksi avtomaşını ilə Cəlilabad rayon mərkəzinə, “Beynəlxalq Bank”ın yanındakı bankomatın qarşısına gəlmişlər. Burada o, öz bank kartını Rüfətə vermiş, özü isə avtomobildə qalmışdır. Rüfət taksidən düşüb gedib bankomatdan pul çəkib qayıdaraq taksiyə əyləşmiş və onun kartını özünə qaytarmışdır. Onlar öz kəndlərinə qayıtdıqdan sonra, o, öz evinin yanında taksidən düşüb getmişdir. Bundan bir neçə gün sonra Rüfət onun yanına gəlib yenidən onun bank kartına pul göndərildiyini deyib kartını istədikdə, o, bu dəfə də Rüfətə kartı verməyəcəyini, istəyirsə birlikdə gedib kartdan pulu çəkib götürməyini və kartı özünə qaytarmasını bildirmişdir. Bu dəfə də, taksi avtomaşınında Rüfət ilə birlikdə rayon mərkəzinə gəlmişlər. O, bu dəfə də avtomaşında qalmış, Rüfət isə onun kartını götürüb gedib bankomatdan pulu çəkdikdən sonra qayıdıb avtomaşına əyləşib kartı ona qaytarmış və onlar kəndə qayıtmışlar. Bundan sonra dekabr ayında daha bir neçə dəfə Rüfət onun bank kartından istifadə etməklə bankomatdan pul çıxartmışdır. Rüfət bankomatdan pul çıxardarkən o, heç vaxt Rüfətin yanında olmamış, həmişə taksidə qalıb Rüfəti gözləmişdir. O, Rüfətin hər dəfə bankomatdan hansı məbləğdə pul çıxartdığını və pulun kim tərəfindən göndərildiyini bilməmişdir. Rüfətin özü də bu barədə ona heç bir söz deməmiş, o da bu barədə Rüfətdən heç nə soruşmamışdır. Rüfət onun bank kartından təxminən 5-6 dəfə istifadə etməklə bankomatdan pul çıxartmış, çıxartdığı puldan ona hər hansı bir məbləğdə pul verməmiş, hətta belə bir təklif də etməmişdir. Sonradan Salyan rayon polis şöbəsinə dəvət edilib izahatı alındıqdan sonra özü banka gedib Rüfət üçün onun kartına göndərilmiş pulların hesabatını çıxartdırmış və ümumilikdə Rüfət üçün onun bank kartına cəmi 739 manat göndərildiyi məlum olmuşdur. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş şahid X20 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Cəlilabad rayonun Ocaqlı kəndində yaşayır, ali təhsilidir, təqaüdçüdür, məhkum olunmamışdır. Təqsirləndirilən şəxs onun kiçik oğludur, evlidir, 3 azyaşlı övladı vardır, onunla bir evdə yaşayırlar. 2014-cü ildən 2019-cu ilədək Rüfət Şəki rayonundakı sərhəd qoşunları dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi gizir rütbəsində xidmət etmişdur və 2019-cu ilin may ayında ordu sıralarından təxris olunduqdan sonra evə qayıtmışdır. O, Zərərçəkmiş şəxs adlı şəxsi tanımırmış, heç bir əlaqəsi və münasibəti olmamışdır. Həqiqətən öz adına “Kapital Bank”ın **********519502 saylı bank kart hesabı vardır. Həmin bank kartı Cəlilabad rayon baytarlıq idarəsi tərəfindən damazdıq heyvanların saxlanılması üçün maddi yardım alınması üçün ona verilmişdir. Həmin kart 2 il müddətinə verilir və dövlət tərəfindən ildə bir dəfə subsidiya kimi həmin kart hesabına 100,00 manat pul köçürülürmüş. Rüfətin onun bank kartından nə zaman istifadə etdiyindən, həmin kart hesabına kim tərəfindən, hansı məbləğdə və hansı məqsədlərlə pul köçürüldüyünü bilməmişdir. Bu barədə yalnız Salyan rayon polis şöbəsində olarkən bilmişdir. Oğlu Rüfətin istifadısində nə kimi telefon nömrələri olduğunu bilmirmiş, çünki Rüfət ilə telfon vasitəsilə əlaqə saxlamırmış. Öz istifadəsində adına olan ***-***-**-** mobil telefon nömrəsi vardır. Onun ailə üzvlərinin heç bir vaxt avtomobili olmamışdır. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş şahid X31 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Cəlilabad rayonun Ocaqlı kəndində yaşayır, orta təhsilidir, evdar qadındır. Təqsirləndirilən şəxs dayısı oğlu olmaqla yanaşı eyni zamanda əridir, onlar 2011-ci ildə ailə qurmuşlar, 3 azyaşlı övladları vardır. 2014-cü ildən 2019-cu il martın sonunadək Rüfət Şəki rayonundakı sərhəd qoşunları dəstəsində müddətdən artıq hərbi qulluqçu kimi gizir rütbəsində xidmət etmişdir. Bu müddət ərzində o, uşaqları və Rüfət birlikdə Şəki şəhərində yaşamışlar və 2019-cu ilin yay ayında böyük övladının məktəb tətili başladıqda hazırda yaşadıqları Cəlilabad rayonun Ocaqlı kəndinə qayıtmışlar. 2014-cü ildə onlar Şəki şəhərində yaşayarkən Rüfət ona öz adına "xxxx" mobil telefon nömrəsi almışdır, 2023-cü ilədək o həmin telefon nömrəsini istifadə etmişdir, lakin ötən il telefon suya düşdükdən sonra telefon istifadə etməmişdir, əvvəllər istifadə etdiyi telefon nömrəsini isə xatırlamır. O, heç bir internet tətbiqlərindən heç vaxt istiadə etməmişdir, hazırda da istifadə etmir. O, Zərərçəkmiş şəxs adlı şəxsi tanımır, heç bir əlaqəsi və münasibəti olmamışdır. 2019-cu ilin yanvar ayının əvvəllərində Rüfətin istəyi ilə Şəki şəhərindəki “Kapital Bank”ın filialından onun adına bank kartı götürmüşlər. Onun adına olan bank kartı adətən Rüfətdə olmuşdur, yalnız Rüfət xidməti ilə əlaqədar uzaq zastavaya 5-10 günlük gedəndə kartı evdə qoyurmuş ki, onlar həmin kartdan istifadə edib ərzaq ala bilsinlər. Həmin kartın istifadə müddəti 1 il olmuşdur, müddəti bitdikdən sonra Rüfət kartı tullamışdır. Rüfət həmin kartdan əsgər valideynlərinin öz övladları üçün göndərdiyi pulları çıxardıb əsgərlərə vermək üçün də istifadə edirmiş. O özü həmin bank kartından istifadə etməmişdir, çünki Rüfət zastavaya gedəndə onların yanında qayınatası qalırmış. Adına olan həmin bank kartını özü heç vaxt istifadə etməmiş, bu səbəbdən bank kartına nə qədər pul vəsaitinin mədaxil olduğunu bilməmişdir. 2019-cu il ərzində adına olan həmin bank kartına ümumilikdə 12,860.14 manat məbləğində pul vəsaitinin köçürüldüyünü yalnız indi, ifadə verərkən bilmişdir. Adına olan həmin bank kartına qayınatası (dayısı) Fəyyaz və dayısı oğlu Zaur onlara maddi yardım göstərmək üçün pul köçürürmüşlər. Şəki şəhərində yaşadıqları müddətdə ilk əvvəl Rüfət 400 manat əmək haqqı alırmış, sonradan yavaş-yavaş əmək haqqısı artaraq 2019-cu ildə 700 manata çatmışdır. Ailənin maddi vəziyyəti həmişə çətin olmuşdur, Şəki şəhərində yaşadıqları müddətdə qayınatası və dayısı oğlu həmişə onlara maddi yardım göstərmişlər, tez-tez ərzaq payı alıb göndərmişlər. Çünki Rüfətin aldığı məvacib ailənin tələbatını ödəyə bilmirdi. Əri Rüfətin əlavə maddi gəlir mənbəyinin olubolmadığından heç bir məlumatı yoxmuş. Əgər Rüfətin əlavə maddi gəlir mənbəyi olsaydı, o zaman Rüfət ailəsinə yaxşı baxardı. Şəki şəhərində yaşadıqları müddətdə Rüfət öz ailəsinə lazımi səviyyədə baxmamışdır, onlar həmişə çətinliklə dolanmışlar. Şəki şəhərində yaşadıqları müddətdə Rüfətin öz ailəsinə və uşaqlarına laqeyd və soyuq münasibət bəsləməsi səbəbindən tez-tez aralarında söz-söhbətlər olurmuş. Yalnız Cəlilabad rayonuna qayıtdıqdan sonra Rüfət öz ailəsinə isinməyə başlamışdır. X28 adına olan bank kartına 2020-2021ci illər ərzində ümumilikdə 18409 manat pul vəsaitinin köçürülməsindən onun hər-hansı məlumatı olmamışdır. Onlar Şəkidən qayıdıb Cəlilabad rayonuna gəldikdən sonrakı müddətdə 2 il ərzində Rüfət heç yerdə işləməmişdir, yaşadıqları Ocaqlı kəndindəki evlərində olmuşdur. Bu müddət ərzində onlar qayınatasının və qayınanasının pensiyası ilə dolanmışlar. 2021-ci ildə az müddətdə Rüfət Bakı şəhərindəki tikintilərdə işləmişdir, daha sonra yenidən kəndə qayıtmışdır. Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası Ədliyyə nazirinə elektron qaydada ünvanlanmış ərizədən görünür ki, Cəlilabad rayonunun Ocaqlı kənd sakini Təqsirləndirilən şəxs və onun şəbəkəsində olan bir neçə nəfər şəxslər əlbir olub onun etibarından sui-istifadə edib aldatmaq yolu ilə ümumilikdə ondan zəhməti ilə qazandığı uzun illər yığdığı 30200 AZN manat pulunu ələ keçirib dələduzluq etmişlər. Həmin pulları ayrı-ayrı vaxtlarda hissə-hissə emanat və Milli Ön vasitəsilə Təqsirləndirilən şəxs və X16 məxsus kart hesablarına köçürmüş və köçürtdüyü pulun çeklərini də ilk dəfədən maddi sübut kimi İstintaqa təqdim etmişdir. Həmin cinayyət işini şəxsi nəzarətə götürüb ona dəymiş ziyanın qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən Cəlilabad RPŞ-yə ünvanlanmış 26 oktyabr 2022-ci il tarixli ərizədən görünür ki, təqsirli bilinən Təqsirləndirilən şəxs ona məxsus 30200 manat pulunu qaytarmır. Cinayət işini şəxsi nəzarətə götürüb bu barədə müvafiq olaraq tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Salyan rayon polis X17 diskə baxış keçirilməsi haqqında 08 may 2021-ci il tarixli protokolundan görünür ki, Salyan Rayon Məhkəməsinin 2021-ci il 03 və 04 may tarixli qərarları əsasında Azercell MMC-dən rayon polis şöbəsinə cavab məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyən edildi ki, izahlı qaimə hesabatına əsasən ***-***-**-** CSM nömrəsi Cəlilabad rayonu Ocaqlı kənd sakini, xx xxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs (şəxs. Vəsiq. AZE № ********) adına qeydə alınmışdır. Həmçinin diskə baxışla müəyyən edildi ki, izahlı qaimə hesabatına əsasən ***-***-**-** GSM nömrəsi Cəlilabad rayonu Ocaqlı kənd sakini, xx xxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs (şəxs vəsiq. AZE № ********) adına qeydə alınmışdır. Həmçinin diskə baxışla müəyyən edildi ki, izahlı qaimə hesabatına əsasən ***-***-**-** GSM nömrəsi İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini, 20 yanvar 1999-cu il təvəllüdlü X5 (şəxs vəsiq. AZE № ********) adına qeydə alınmışdır. Cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə yuxarıda qeyd olunan telefon nömrələrin anten dairələrinin və həmin nömrələrin öz aralarında SMS yazışmalarını nəzərdən keçirərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsi 04 fevral 2019-cu il tarixdən 20 iyun 2019-cu il tarixədək Şəki rayonu ərazisində aktiv olmuşdur, həmin ***-***-**-** nömrəsindən zərərçəkmiş Zərərçəkmiş şəxs adına olan ***-***-**-** nömrəsi ilə mütəmadi qarşılıqlı zənglər olunmuş və sms-lər göndərilmişdir, 21 iyun 2019-cu ildən 2021-ci ilin mart ayı daxil olmaqla Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsi Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində aktiv olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** nömrəsi də 01 yanvar 2019-cu ildən Şki rayonu ərazisində, 26 iyun 2019-cu ildən 2021-ci ilin mart ayınadək əsasən Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində aktiv olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsi 01 yanvar 2019cu ildən başlayaraq Şəki rayonu ərazisində aktiv olmuş, daha sonra 2021-ci ilin mart ayınadək Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində aktiv olmuşdur. Həmçinin baxışla müəyyən edilmişdir ki, 2019-cu ilin fevral ayından etibarən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** və ***-***-**-** nömrələri, habelə Təqsirləndirilən şəxs istifadəsində olmuş C.İsmayıllının adına qeydə alınmış ***-***-**-** nömrəsi eyni tarixlərdə və saatlarda eyni məkanlarda olmaqla aktiv vəziyyətdə istifadə edilməklə Təqsirləndirilən şəxs adına olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə zərərçəkmiş Zərərçəkmiş şəxs adına olan ***- ***-**-** nömrəsi ilə mütəmadi qarşılıqlı telefon danışıqları olmuş və sms-lər göndərilmişdir. Baxış saat 10:30-da başlanmış, saat 12:25-də başa çatmışdır. Salyan RPŞ-nin İB-nin şəxsin tanınmaya təqdim edilməsi haqqında 10 iyun 2021-ci il tarixli protokolundan görünür ki, tanınmalı olan şəxs Təqsirləndirilən şəxs tanınmada iştirak edən digər şəxslərin sırasında istədiyi yeri tutmaq təklif olunmuş, tanınmalı olan şəxs Təqsirləndirilən şəxs digər şəxslərin sırasında 3-cü yeri tutmuş, Zərərçəkmiş şəxs tanınmaya təqdim etmə zamanı soldan 3-cü dayanmış şəxsi göstərərək 2021-ci ilin dekabrın 20-də Cəlilabad şəhərində Qabilin bələdçisi kimi görüşdüyünü və həmin vaxt Rüfətə 100 manat pul verdiyini bildirmişdir. Salyan rayon Polis X17 təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə 10 iyun 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində göstərdiklərini dəqiqləşdirmək üçün hadisə yerini göstərməsi təklif olunmuş və təqsirləndirilən şəxs bildirmişdir ki, onunla birlikdə Cəlilabad rayonuna gedilərsə istintaq zamanı ifadəsində göstərdiklərini hadisə yerində bir daha göstərə bilər. Salyan RPŞ-nin xidməti avtomaşını ilə Cəlilabad rayonuna gəlib Cəlilabad şəhəri Azərbaycan küçəsi ilə hərəkət edərkən MM market ticarət obyektinin qarşısında Təqsirləndirilən şəxs avtomaşını saxlatdırıb avtomobildən enib həmin marketin giriş qapısından sağ tərəfdə yerləşən Kapital bankın pul terminalının qarşısına gəlib əli ilə həmin terminalı göstərib bildirmişdir ki, məhz burada bu terminaldan 2020-ci ilin dekabr ayında həmkəndlisi Şahid2 adına və 2021-ci ilin yanvar-fevral aylarında atası X8 adına olan bank kartlarının hesabına Leyla adlı tanışı tərəfindən göndərilmiş ən azı 30 manat, ən çoxu 300 manat məbləğində bir neçə dəfə pul vəsaitlərini çıxartmışdır. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması başa çatmış, ifadənin yerində yoxlanılması zamanı iş üçün əhəmiyyət kəsb edən hallar aşkar olunmamışdır. Cəlilabad RPŞ-nin İB-nin telefon məlumatlarına baxış keçirilməsi haqqında 24 iyul 2021-ci il tarixli protokolundan görünür ki, İmişli rayonu, Bəhramtəpə qəsəbə sakini olan X5 adına olan ***-***-**-** saylı mobil nömrə ilə aparılan danışıqlara dair diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***- **-** saylı mobil nömrə vasitəsilə 2019-cu ildən etibarən 2020-ci il tarixədək olan dövr ərzində ***-***-**-** saylı mobil nömrə ilə intim məzmunlu danışıqlar aparılmış və həmin SMS mesajlarında ***-***-**-** saylı mobil nömrənin istifadəçisi olan qadın cinsli şəxsə Ç.Nəsirullayev tərəfindən 5, 10, 150, 200, 300 manat məbləğində pulun müxtəlif vaxtlarda göndərildiyi qeyd edilmişdir. ***-***-**-** saylı mobil nömrənin anten dairəsi əsasən Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində qeydə alınmışdır. Eyni zamanda baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrlə 2021-ci ilin iyul ayında müxtəlif vaxtlarda zəng vasitəsilə danışıqlar aparılmışdır. Ödəniş kartı üzrə bank çıxarışına baxış keçirilməsi barədə 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında əldə olunmuş Cəlilabad rayonunun Ocaqlı kənd sakini X14 adına olan Kapital Banka məxsus 416974------0673 nömrəli ödəniş bank kartının 19 vərəqdən ibarət çıxarışına baxış keçirilmiş və həmin ödəniş kartı üzrə çıxarışa baxışla müəyyən edilmişdir ki, Kapital Bankın müştərisi X14 adına olan VSDC Elektron növlü 416974------0673 nömrəli bank kartın çıxarış dövrü 01 fevral 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddəti əhatə edir və bu müddət ərzində həmin hesaba ümumilikdə 12.860.00 manat mədaxil olunub və 12.860.14 manat vəsait məxaric olunmuşdur. Həmçinin baxışla müəyyən edilmişdir ki, X14 adına olan 416974------0673 nömrəli plastik bank kartından 04 fevral 2019-cu il tarixdən 21 iyun 2019-cu il tarixədək olan müddətdə Şəki rayonu, Bakı şəhəri və Cəlilabad rayonu ərazilərində maliyyə əməliyyatları həyata keçirilərək pul vəsaitləri məxaric edilmişdir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2019-cu ilin yanvar ayının sonlarında Turbo.az internet saytında BMV-745 markalı avtomobilin 18000 manata satılması barədə elanı görüb avtomobili almaq məqsədilə elanda yerləşdirilmiş avtomobilin sahibi Rasim Həsənov adlı şəxsin ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlamış və aralarında əlddə olunmuş razılığa əsasən Rasimin ona verdiyi Kapital Banka məxsus X14 adına olan bank kartının hesab nömrəsinə ilk olaraq 2019-cu ilin fevral ayının 5-də 300 manat, daha sonra fevral ayının 6-da daha 300 manat, fevral ayının 7-də daha 400 manat göndərmiş, sonrakı aylar ərzində Fərqanə Əsgərovanın adına olan həmin bank kartına hazırda dəqiq xatırlamadığı müxtəlif məbləğlərdə pul vəsaitlərini Milliön ödəmə terminalları vasitəsilə göndərmişdir və Fərqanə Əsgərovanın adına olan həmin bank hesab nömrəsinə hissə-hissə olmaqla ümumilikdə 4000 manat pul vəsaiti köçürtmüşdür. Ödəniş kartı üzrə bank çıxarışına baxış keçirilməsi barədə 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında əldə olunmuş Cəlilabad rayonunun Ocaqlı kənd sakini X36 oclunun adına olan Kapital Banka məxsus 416974------ 1673 nömrəli ödəniş bank kartının 03 vərəqdən ibarət çıxarışına baxış keçirilmiş və həmin ödəniş kartı üzrə çıxarışa baxışla müəyyən edilmişdir ki, Kapital Bankın müştərisi X8 adına olan VSDC X51 növlü 416974------1673 nömrəli bank kartın çıxarış dövrü 01 yanvar 2020ci il tarixdən 28 fevral 2021-ci il tarixədək olan müddəti əhatə edir və bu müddət ərzində həmin hesaba 5.116.24 manat mədaxil olunub və 5.116.87 manat vəsait məxaric olunmuşdur. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2019-cu ilin yanvar ayının sonlarında Sevinc Həsənova ilə telefon danışığı zamanı avtomobilin qalan pulunu nağd şəkildə birdəfəyə ödəyə bilməcəyini demiş və razılaşmışlar ki, qalan pulu da hissəhissə ödəyəcəkdir. 2020-ci ilin yanvar ayında telefon əlaqəsi zamanı Sevinc başqa bir bank hesab nömrəsi verib pulu bundan sonra həmin hesaba köçürməyini istəmiş, o da 2020-ci ilin yanvar ayından başlayaraq həmin ilin iyun ayınadək olan müddətdə pulu Sevincin verdiyi X8 adına olan hesaba köçürtməyə başlamışdır. 2020-ci ilin dekabr ayının sonlarından başlayaraq 2021-ci ilin fevral ayının sonunadək olan müddətdə isə telefon danışığı zamanı özünü DTX-nın əməkdaşı kimi təqdim etmiş Habil Qəmbərov adlı şəxsin istəyi ilə Fəyyaz Əsgərovun adına olan **********519502 bank hesabına hissə-hissə olmaqla ümumilikdə 9200 manat pul vəsaiti köçürtmüşdür. Ödəniş kartı üzrə bank çıxarışına baxış keçirilməsi barədə 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında əldə olunmuş Cəlilabad rayonunun Ocaqlı kənd sakini X36 oclunun adına olan Kapital Banka məxsus 676867------ 0086 nömrəli ödəniş bank kartının 01 vərəqdən ibarət çıxarışına baxış keçirilmiş və həmin ödəniş kartı üzrə çıxarışa baxışla müəyyən edilmişdir ki, Kapital Bankın müştərisi X8 adına olan Fermer Cards növlü 676867------0086 nömrəli bank kartın çıxarış dövrü 01 yanvar 2020-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək olan müddəti əhatə edir və 03 aprel 2020ci ildə həmin hesaba subsidiya kimi 273 manat mədaxil olunub və 20 aprel 2020-ci ildə həmin məbləğdə vəsait məxaric olunmuşdur. Ödəniş kartı üzrə bank çıxarışına baxış keçirilməsi barədə 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, məhkəmə qərarı əsasında əldə olunmuş Cəlilabad rayonunun Ocaqlı kənd sakini X36 oclunun adına olan Kapital Banka məxsus 416974------ 9502 nömrəli ödəniş bank kartının 28 vərəqdən ibarət çıxarışına baxış keçirilmiş və həmin ödəniş kartı üzrə çıxarışa baxışla müəyyən edilmişdir ki, Kapital Bankın müştərisi X8 adına olan VSDC Elektron növlü 416974------9502 nömrəli bank kartın çıxarış dövrü 01 yanvar 2020-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək olan müddəti əhatə edir və bu müddət ərzində həmin hesaba 13.020.00 manat mədaxil olunub və 13.023.88 manat vəsait məxaric olunmuşdur. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2019-cu ilin yanvar ayının sonlarında Turbo.az internet saytında BMV-745 markalı avtomobilin 18000 manata satılması barədə elanı görüb avtomobili almaq məqsədilə elanda yerləşdirilmiş avtomobilin sahibi Rasim həsənov adlı şəxsin ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlamış və aralarında əldə olunmuş razılığa əsasən Rasimin qızı kimi özünü təqdim etmiş Sevinc Həsənovanın ona verdiyi Kapital Banka məxsus X8 adına olan bank kartının hesab nömrəsinə 2020-ci ilin yanvar ayından başlayaraq 2021-ci ilin fevral ayınadək olan müddətdə 100-500 manat civarında pul vəsaitlərini Milliön ödəmə terminalları vasitəsilə göndərmişdir. Belə ki, 2020-ci ilin yanvar ayında Sevinc onunla telefon əlaqəsi saxlayıb X8 adına olan bank hesab nömrəsi vermişdir, o da 2020-ci ilin yanvar ayından həmin ilin iyun ayınadək olan müddətdə Fəyyaz Əsgərovun adına olan hesaba pul vəsaitləri köçürtməyə başlamışdır. Həmin ilin fevral ayında Sevinc ona Təqsirləndirilən şəxs adına olan 21506632 saylı Top.az hesabını verib pulun bir hissəsini həmin hesaba göndərməyini istəmiş, o da 2020-ci ilin fevral ayından 2021-ci ilin fevral ayınadək olan müddətdə həmsin 21506632 saylı hesaba Milliön ödəmə terminalı vasitəsilə ümumilikdə 2000 manatdan artıq pul vəsaiti ödəmişdir. Həmin ilin iyun ayınadək ümumilikdə 18000 manat pulu Rasimin və qızı Sevincin ona verdikləri həmin hesablara köçürmüş. Avtomobilin alqısatqısını edib öz adına sənədləşdirmək istədiyini bildirdikdə Sevinc avtomobillərin qiymətinin bahalaşdığını əsas gətirib əlavə 3000 manat ödəməli olduğunu bildirmiş, o da razılaşaraq 2020-ci ilin noyabr ayına kimi hissə-hissə olmaqla Fəyyaz Əsgərovun və Təqsirləndirilən şəxs adına olan hesablara əlavə 3000 manat, ümumilikdə isə 21000 manat pul vəsaiti köçürtmüşdür. Sonradan Sevinclə telefon əlaqəsi saxlaya bilməmiş, 2020-ci ilin dekabr ayının əvvəllərində WhatsApp mobil tətbiqi vasitəsilə əvvəllər Sevinclə danışdığı ***-***-**-** nömrə ilə əlaqə saxladıqda telefona cavab vermişşəxs özünü Habil qəmbərov kimi təqdim etmiş şəxs Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu bildirmiş, o isə başına gələnləri danışdıqdan sonra Qabil əminliklə Sevinci tapacağını və pulu qaytarmaqda kömək edəcəyinə söz vermiş, daha sonra Sevincin axtarışı ilə bağlı müəyyən xərclərin tələb olunduğunu deyib ondan 1500 manat istəyib pulu Fəyyaz Əsgərovun adına olan **********519502 saylı bank hesabına köçürməyini istəmiş, o da etiraz etməmiş və Qabilin istədiyi 1500 manatı hissə-hissə olmaqla Fəyyaz Əsgərovun adına olan bank hesabına köçürtmüşdür. Həmin ilin dekabr ayının sonlarında Qabil ona daha bir Şahid2 adına olan **********974860 bank hesab nömrəsi verib pulun bir müddət həmin hzesaba göndərilməsini istəmiş, o da bir neçə dəfə Milliön ödəmə terminalı vasitəsilə pulları həmin hesaba göndərmişdir. Bundan sonrakı müddətdə müxtəlif bəhanələrlə Qabil ondan əlavə olaraq hissə-hissə 7700 manat pul almışdır və ümumilikdə bu müddət ərzində Qabilə 9200 manat pul göndərmişdir, həmin pulun az bir hissəsini Şahid2 adına, 8000 manatdan çox hissəsini isə X8 adına olan bank kartlarının hesabına köçürtmüşdür. Cinayət işinin materiallarında olan texniki rabitə kanallarından əldə edilmiş məlumatları özündə əks etdirən CD diskə təkrar baxış keçirilməsi haqqında 11 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Salyan rayon Məhkəməsinin qərarı əsasında Azercell MMC-dən əldə olunmuş 01 ədəd CD formatlı diskə kompüter vasitəsilə təkrar baxış keçirilmiş və baxışla müəyyən edilmişdir ki, diskdə olan izahlı qaimə hesabatına əsasən ***-***-**-** mobil telefon nömrəsi Cəlilabad rayonu Ocaqlı kənd sakini Təqsirləndirilən şəxs adına qeydə alınmışdır. Həmin məlumatlar təhlil edilərkən müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrələri arasında 2019-02-08 tarixdə saat 18:32:44-də 9 saniyə, 2019—2-09 tarixdə saat 18:04:47-də 12 saniyə, 2019-02-09 tarixdə saat 23:44-də 61 saniyə, 2019-02-12 tarixdə saat 12:36:31-də 64 saniyə, 2019-02-12 tarixdə saat 12:38:08-də 36 saniyə ərzində telefon danışıqları olmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, 2019-02-04 tarixdə saat 21:33:42-dən başlayaraq-2019-02-06 tarixdə saat 21:13:28-dək, 2019-02-12 tarixdə saat 09:58:47-dən başlayaraq-2019-02-13 tarixdə saat 21:59:05-dək olan müddətdə həmin telefon nömrələri arasında çoxsaylı SMS yazışmaları olmuşdur və həmin nömrələr arasında bu kimi zənglər və SMS yazışmaları 2019-08-03 tarixdə saat 01:16:40-dək davam etmişdir. Həmçinin həmin diskdə olan məlumatlar təhlil edilərkən müəyyən edilmişdir ki, ***-***-**-** mobil telefon nömrəsi İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini X5 adına qeydə alınmışdır, lakin cinayət işinin istintaq materiallarında olan ifadələrdən görünür ki, 2018-ci ilin avqust ayından etibarən həmin mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Beləliklə həmin məlumatların təhlili zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan həmin ***-***-**- ** mobil telefon nömrələri arasında 2019-01-06 tarixdə saat 14:06:17-də 84 saniyə, saat 14:08:38-də 18 saniyə, saat 19:48:24-də 43 saniyə, saati 21:14:15-də 50 saniyə, saat 21:33:46-da 12 saniyə, saat 21:48:23-də 41 saniyə, saat 21:55:17-də 12 saniyə, saat 21:59:05-də 30 saniyə, 2019-01-07 tarixdə saat 00:12:53-də 7 saniyə, saat 20:34:04-də 20 saniyə, 2019-01-08 tarixdə saat 19:47:39-da 8 saniyə, 2020-12-19 tarixdə saat 14:50:14-də 171 saniyə, 2020-12-20 tarixdə saat 10:59:50-də 121 saniyə, saat 11:03:42də 21 saniyə, saat 12:09:39-da 201 saniyə ərzində telefon danışıqları olmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan həmin ***- ***-**-** mobil telefon nömrələri arasında 2019-01-06 tarixdə saat 21:54:01-dən başlayaraq-2019-01-08 tarixdə saat 21:44:23-dək olan müddətdə çoxsaylı SMS yazışmaları olmuşdur. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil telefon nömrələri arasında olan SMS mətnlərinin öyrənilməsi zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən 07 yanvar 2020-ci il tarixdə saat 23:07:04 dəqiqədə ***-***-**-** mobil telefon nömrəsindən təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə «Utanmaz maşina 8000 aldın niyə vermədin, sonra da 6000 almısan, nə istəyirsən. Bir müddət Leylanı mənim pulumla yedizdirdin, indi aysunu yedizdirirsən» məzmunda SMS göndərilmişdir. Həmçinin CD diskdə olan məlumatların təhlili zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsi 04 fevral 2019-cu il tarixdən-20 iyun 2019-cu il tarixədək Şəki rayonu ərazisində aktiv olmuşdur, daha sonra 21 iyun 2019-cu il tarixdən-2021-ci ilin mart ayı da daxil olmaqla Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində aktiv olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi 01 yanvar 2019-cu il tarixdən Şəki rayonu ərazisində mütəmadi aktiv olmuşdur, 26 iyun 2019-cu il tarixdən 2021-ci ilin mart ayınadək Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində aktiv olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, 2019-cu ilin feval ayından etibarən Təqsirləndirilən şəxs adına olan ***-***-**- ** və ***-***-**-** nömrələri, habelə R.Əsəgrovunistifadəsində olmuş C.İsmayıllının adına qeydə alınmış ***-***-**-** nömrəsi, eyni tarixlərdə və saatlarda eyni məkanlarda olmaqla aktiv vəziyyətdə istifadə edilmişdir. Cinayət işinin materiallarında olan texniki rabitə kanallarından əldə edilmiş məlumatları özündə əks etdirən CD diskə baxış keçirilməsi haqqında 11 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Salyan rayon Məhkəməsinin qərarı əsasında Azercell MMCdən əldə olunmuş 01 ədəd CD formatlı diskə kompüter vasitəsilə baxış keçirilmiş, həmin diskdə olan məlumatlar təhlil edilərkən müəyyən edilmişdir ki, diskdə olan izahlı qaimə hesabatına əsasən ***-***-**-** mobil etelfon nömrəsi Cəlilabad rayonunun Ocaqlı kənd sakini Təqsirləndirilən şəxs adına qeydəalınmışdır. Diskdə olan məlumatlara baxışla müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan həmin ***- ***-**-** mobil telefon nömrəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi arasında cəmi 2 dəfə telefon danışıqları olmuşdur. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsla Nəsirullayev arasında 11 iyun 2019-cu il tarixdə saat 10:27:21-də cəmi 18 saniyə ərzində telefon danışığı olmuşdur, anten məlumatlarına əsasən həmin vaxt Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsi Şəki rayonu ərazisində, Zərərçəkmiş şəxs ***-***-**-** mobil telefon nömrəsi isə yaşadığı Salyan rayonu Kürsəngi kəndi ərazisində aktiv olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında 13 fevral 2020-ci il tarixdə saat 12:09:20-də cəmi 12 saniyə ərzində telefon danışığı olmuşdur, anten məlumatlarına əsasən həmin vaxt Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsi onun yaşadığı Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində, Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsi isə yaşadığı Salyan rayonunun Kürsəngi kəndi ərazisində aktiv olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil telefon nömrəsi ilə zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında SMS yazışmaları olmamışdır. Cinayət işinin istintaq materiallarında olan ödəmə terminalların qəbzlərindən görünür ki, X8 adına olan “Kapital Bank”a aid **********519502 nömrəli bank kartı hesabına 20 oktyabr 2020-ci ildə 43(qır üç) manat, 04 noyabr 2021-ci ildə 35(otuz beş) manat, 07 yanvar 2021-ci ildə 100 (bir yüz) manat, 14 yanvar 2021-ci ildə 31(otuz bir) manat, 16 yanvar 2021-ci ildə 61(altmış bir) manat və 07 fevral 2021-ci ildə 80(səksən) manat pul vəsaitləri köçürülmüşdür. Cinayət işinin istintaq materiallarında olan “www.etopaz.az” internet səhifəsindən əldə edilmiş məlumatlara baxış protokolundan görünür ki, 21506632 üzvlük nömrəsi ilə qeydiyyatdan keçmiş Təqsirləndirilən şəxs adına olan əməliyyat tarixçəsi xx.xx.2019 il tarixdən - xx.xx.2020-ci il tarixədək olan müddəti əhatə edir, bu müddət ərzində mütamadi olaraq həmin hesab nömrəsinə müxtəlif kiçik həcmdə pul vəsaitləri mədaxil olmaqla yanaşı, xx.xx.2019-cu il tarixdə həmin hesab nömrəsinə birdəfəyə 720 manat, xx.xx.2019cu il tarixdə isə birdəfəyə 82 manat məbləğində pul vəsaitləri mədaxil olmuşdur, hesabat dövründə ümumilikdə həmin hesaba depozit kimi hissə-hissə cəmi 7.673,00 manat mədaxil olmuşdur və cəmi 1.730,00 manat məxaric olmuşdur. Təqsirləndirilən şəxs məxsus telefon nömrələrindən Zərərçəkmiş şəxs məxs telefon nömrələrindən cıxarış edilmiş sms aşağdada sadalana tarixərəd aşağıdaki mətnlər cinaytə işinə əlavə edilmiş diskə baxış kecirilərək aşkar edilmişdir: xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********78 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “ xahiş edirəm maşını sat mənim də pulumu qaytar özündə nə istəyirsən et, yaxşı bildim mənim çörəyimin duzu olmur...” xx.xx.2019-cu il tarixdə +**********78 mobil telefondan +**********61 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “ mən sənə deyirəm pulu yolladın? 300 m. Sabah 500 m gönderersen fikirləşərəm barışmağa” xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********78 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “sabaha ölməsəm 100m göndərəcəm”. xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********78 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “mən 2000 yox 3000 dən çox pul xərcləmiş” xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********78 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “maşını sat mənim pulumu ver rədd ol cəhənəmə”. xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********78 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “mənim 3000 minimi qaytar”. xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********78 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “sən bir ayın içində 4000 dən çox pul almısan indi dediyin gündən”. xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********78 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “4500 də deyirdin, bəsdir 5000-i keçib hələ pul istəyirsən, ancaq maşının üzünü görməmişəm”. xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “hər şey araşdırılanda bilinəcək sən kimsən sən adına aldığın Təqsirləndirilən şəxs kimdi.....” xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki,” .....aldığın pulu gətirəcək ya ört basdır edəcəksən, qəbzlər hamısı durub ona nə deyəcəksən”. xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, ”göndərdiyim pulun qəbzlərində hamısı durub özüm işin dalınca düşəcəm, o kimdirsə onuda çağırtıracam öz başınalıqa cavab verəcəksiniz”. xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********78 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “maşını satırsan bilmirəm kiməsə bağışlayırsan bilmirəm mənim pulumu qaytar” xx.xx.2019-cu il tarixdə +**********41 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “məndən inciyənin nəslini **im mən də hərbiçiyəm sabah daxili işlər nazirliyinə zəng edim sənin nəslini......” xx.xx.2019-cu il tarixdə +**********05 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “dələduzluq etdiyinə görə sən cavab verəcəksən qanun qarşısında” xx.xx.2019-cu il tarixdə +**********95 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, “ay qanğıq dörd gündə 150 sənə, 100 manatdan çox Leylaya verdim, mən sizinçün nə iydim bu qədər məni aldatdın” xx.xx.2019-cu il tarixdə +**********95 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «ox göndər barışım, mən ağılsız da gic başımla 300 yolladım». xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «profilində əl çənədə olan şəkil sənindi». xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «Bəs Leyladan şəkilin istəyəndə o da o şəkili atırdı». xx.xx.2019-cu il tarixdə +**********49 mobil telefondan +**********66 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «rüfət yekə kişisən səni kişi bildim pulu göndərdim. Samsunq hər gün yığır. Sənin etdiyin hərəkətə qəhbəlik deyillər. Zəng də vururam götürmürsən. Bil ki uşaq deyiləm. xx.xx.2019-cu il tarixdə +**********49 mobil telefondan +**********66 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «rüfət yekə kişisən evində arvadıva uşaqlarıva xolodelnik işlədəssən pulunu mən ödəməliyəm ki? Kişiliyin olsun da. Sizin zonadakılar biri normal ad qoyub gedən görmədik də. xx.xx.2019-cu il tarixdə +**********49 mobil telefondan +**********66 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «rüfət çox düşəcəm dalıva yoxsa yalanlarıva çox qulaq asacam, uşağam sənə? Alıbsan xolodennik pulun ver pul verdim pulu qaytar. Kişi bildim səni bu nə hərəkətdi? xx.xx.2019-cu il tarixdə +**********49 mobil telefondan +**********66 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «rüfət sən q..... yoxsa kişi? nə cındırlıqdı edirsən? Kişiliyin olsun» xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «ay q..... sən bir balanın canın pula satırsan». xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «nə səni nə də maşını istəyirəm mənim pulumu qaytar sən sağ mən salamat». xx.xx.2019-cu il tarixdə +**********61 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «ancaq sən məni çox incitdin hələ qancıq Leylaya da qoşulub mənim başıma oyun açdın». xx.xx.2020-ci il tarixdə +**********61 mobil telefondan +**********37 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «utanmaz maşina 8000 aldın niyə vermədin, sonra da 6000 almısan nə istəyirsən». xx.xx.2021-ci il tarixdə +**********37 mobil telefondan +**********25 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «sən məni bloka atırsan sənin şəkilivə pis söz yazıb paylaşacam fesbukda biabır olacaqsan və sənin nömrəvi polisə verib sənin ananı ağladacam gözdə indi». xx.xx.2021-ci il tarixdə +**********37 mobil telefondan +**********76 nömrəli mobil telefona göndərilən sms mətndən məlum olur ki, «bacısı q…mən məni ələ salıb blok edirsən şəkilivin üstə yazmışam bu oğlan öz bacısını s… paylaşdım fesbukda instaqramda». Salyan Rayon Polis X17 tutma haqqında məlumatından görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprelin 29-da saat 16:00 dəqiqədə Salyan RPŞ İstintaq Bölməsində şübhəli şəxs qismində tutularaq Salyan RPŞ-nin X38 təhvil verilmişdir. Salyan rayon PŞ İB-nin Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 29 aprel 2021-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinməsi əsası ilə 2021-ci ilin aprelin 29-da saat 16:00 dəqiqədə şübhəli şəxs kimi tutulmuşdur. Salyan rayon PŞ İB-nin şəxsi axtarış və götürmə aparılması barədə 29 aprel 2021ci il tarixli protokolundan görünür ki, 2021-ci ilin aprelin 29-da şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Salyan RPŞ-nin inzibati binasında şəxsi axtarış aparılmış, axtarış aparılmazdan əvvəl şübhəli şəxsə üzərində cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində cinayət xarakterli heç bir əşya və predmet yoxdur. Keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli əşya və predmet aşkar olunmamış və götürülməmişdir. Salyan Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli 4(057)-16/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 03 ay həddində müəyyən edilməklə həbs etmənin əvvəlinin 29 aprel 2021-ci il tarixdən saat 15:30-dan hesablanması nəzərə alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 may 2021-ci il tarixli qərarı ilə görünür ki, Təqsirləndirilən şəxs barəsində «Həbs» qətimkan tədbirinin seçilməsinə dair Salyan Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cəlilabad Rayon Polis X17 21 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Cəlilabad RPŞ-nin MSYdən azad edilmişdir. Cəlilabad RPŞ-nin İB-nin 01 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından cinayət işinin icraatı dayandırılmışdır. Cəlilabad rayon prokurorunun 18 fevral 2022-ci il tarixli qərarı ilə Cəlilabad RPŞ-nin İB-nin cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilərək icraat təzələnmişdir. Cəlilabad RPŞ-nin İB-nin 24 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından cinayət işinin icraatı dayandırılmışdır. Cəlilabad RPŞ-nin İB-nin 15 aprel 2022-ci il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cəlilabad RPŞ-nin İB-nin 29 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından cinayət işinin icraatı dayandırılmışdır. Cəlilabad RPŞ-nin İB-nin 25 iyun 2022-ci il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cəlilabad RPŞ-nin İB-nin 30 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından cinayət işinin icraatı dayandırılmışdır. Cəlilabad rayon prokurorunun 03 noyabr 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə Cəlilabad RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Əlinasir Nəsirlinin cinayət işi üzrə icraatın dayandırılması haqqında 30 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək icraat təzələnmişdir. Cəlilabad RPŞ-nin İB-nin 05 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından cinayət işinin icraatı dayandırılmışdır. Cəlilabad rayon prokurorunun 12 may 2023-cü il tarixli qərarı ilə Cəlilabad RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Əlinasir Nəsirlinin cinayət işi üzrə icraatın dayandırılması haqqında 05 noyabr 2022-ci il tarixli qərarı ləğv edilərək icraat təzələnmişdir. Cəlilabad RPŞ-nin İB-nin 24 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından cinayət işinin icraatı dayandırılmışdır. Cəlilabad rayon prokurorunun 05 iyun 2023-cü il tarixli qərarı ilə Cəlilabad RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Əlinasir Nəsirlinin cinayət işi üzrə icraatın dayandırılması haqqında 14 may 2023-cü il tarixli qərarı ləğv edilərək icraat təzələnmişdir. Cəlilabad RPŞ-nin İB-nin 08 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından cinayət işinin icraatı dayandırılmışdır. Cəlilabad RPŞ-nin İB-nin 24 iyul 2023-cü il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cəlilabad RPŞ-nin İB-nin 25 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadığından cinayət işinin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 19 dekabr 2023-cü il tarixli qərarı ilə Cəlilabad RPŞ-nin İstintaq Bölməsində CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə müstəntiq Əlinasir Nəsirli tərəfindən qəbul edilmiş cinayət işinin icraatının dayandırılması haqqında 31 iyul 2023-cü il tarixli qərar əsassız və qanunsuz olduğu üçün ləcv edilmiş və iş üzrə icraat təzələnmişdir. Cəlilabad RPŞ-nin İstintaq Bölməsinin 23 dekabr 2023-cü il tarixli qərarı ilə cinayət işi materiallarında cinayət hadisəsinin baş verməsi müəyyən olunmadığından CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmişdir. Cəlilabad rayon prokurorunun 30 mart 2024-cü il tarixli qərarı ilə Cəlilabad rayon X37 bölməsində CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə cinayət işinin icraatının xitam verilməsi haqqında qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Salyan rayon polis şöbəsinin 15 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPMnin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Salyan rayon Prokurorluğunun 17 oktyabr 2024-cü il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai araşdırılması aparılmış cinayət işi üzrə icraatın xitam verilməsi haqqında Salyan RPŞ-nin istintaq bölməsinin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimovun qəbul etdiyi 15 aprel 2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 29 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Salyan RPŞ-nin İB-nin müstəntiqi polis mayoru X24 tərəfindən 18 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərar ləğv edilərək cinayət işi üzrə ibtidai istintaq müddəti 1 ay 7 ayadək, yəni 4 noyabr 2024-cü il tarixdən 4 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 29 oktyabr 2024-cü il tarixli qərarı ilə CM-nin 178.2.4-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə ibtidai istintaqın Salyan rayon X37 bölməsində davam etdirilməsi qərara alınmışdır. Salyan rayon polis X17 01 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yeri müəyyən edilib istintaq orqanına təqdim edilənədək cinayət təqibi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Salyan rayon polis X17 11 noyabr 2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulmuş hallar aradan qalxdığından cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Salyan rayon polis X17 11 noyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs axtarışı Salyan RPŞ-nə həvalə edilmişdir. Salyan RPŞ-nin CAB-nın əməliyyat müvəkkili polis baş leytenantı Cəmil Cəfərovun 12 noyabr 2024-cü il tarixli raportundan görünür ki, Salyan RPŞ-nin istintaq bölməsində isttintaqı aparılan cinayət işi üzrə CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməklə 11 noyabr 2024-cü il tarixdən Salyan RPŞ-nin İB tərəfindən axtarışa elan olunmuş Təqsirləndirilən şəxs barəsində Salyan RPŞ-də 12 noyabr 2024-cü il ttarixdə axtarış 720862 nömrəli axtarış işi açılmışdır. Axtarışda olan şəxsin saxlanılması barədə 14 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2024-cü il tarixdə saat 12:30-da Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və saat 14:15-də Salyan RPŞ-ə gətirilmişdir. Salyan RPŞ-nin istintaq bölməsinin 14 dekabr 2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulmuş hallar aradan qalxdığından cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Salyan rayon polis X17 08 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə axtarışı Salyan rayon polis şöbəsinə həvalə olunmuşdur. Salyan rayon polis X17 08 yanvar 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yeri müəyyən edilib istintaq orqanına təqdim edilənədək cinayət təqibi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin saxlanılması barədə 08 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2025-ci il tarixdə saat 09:25-də Bakı şəhəri BPİnə bilavasitə tabe olan Bakı Metropolitenində Pİ-nin əməkdaşları tərəfindən Koroğlu metrostansiyasında saxlanılmış və saat 14:30-da Salyan RPŞ-ə gətirilmişdir. Salyan rayon polis X17 08 fevral 2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulmuş hallar aradan qalxdığından cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Salyan rayon polis X17 08 fevral 2025-ci il tarixli qərarı ilə cinayətkar qrupun digər üzvlərinin şəxsiyyətlərinin müəyyən edilib əməllərinə hüquqi qiymət verilərək cinayət məsuliyyətinə cəlb edilmələrinin təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs barəsində istintaq edilən cinayət işinin materiallarından şəxsiyyətləri istintaqa məlum olmayan Leyla adlı qadın, Habil Qəmbərov və qeyriləri barəsində CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan iş üzrə verilmiş əməliyyat tapşırığına alınmış cavab raportundan görünür ki, 2015-2019-cu illərdə Şəki şəhərində təhsil almış, 2019- 2021-ci illərdə Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində kirayə ev tutaraq yaşamış, Lənkəran rayonunda anadan olmuş, 20-25 yaşlarında olan Leyla adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədilə keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə edilməmişdir. Salyan RPŞ-nin istintaq bölməsinin 14 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Salyan rayon polis X17 26 dekabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən ona elan edilmişdir. X21 tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 17 iyun 2025-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluqla bağlı ona pulun tam şəkildə ödənilməsini tələb edir, ona dəymiş zərər ödənilməyənə qədər ondan şikayətçidir və ən ağır cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs həbs olunsa belə cəzasını çəkmə müddətində ona dəymiş ziyanın qanuni yolla ona ödənilməsini təmin edilməsini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş edir. Salyan rayon polis şöbəsi tərəfindən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 08 may 2025-ci il tarixli 3-13-104/214486/2025 nömrəli məktubdan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ümumilikdə 30200 manat pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayət əməllərini törətmiş cinayətkar qrupun digər üzvlərinin şəxsiyyətlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə həmin cinayət işinin materiallarından Leyla adlı qadın, Habil Qəmbərov və qeyriləri barəsində 08 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilib istintaq edilmiş, cinayət işinin istintaqı zamanı həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Leyla adlı qadın, Qabil Qəmbərov və qeyrilərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilmələri mümkün olmadığından cinayət təqibi üzrə icraat qanunla müəyyən edilmiş müddətdə 08 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Salyan rayon polis şöbəsi tərəifndən Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış 08 may 2025-ci il tarixli 3-13-104/2/4466/2025 nömrəli məktubdan görünür ki, Salyan RPŞ-nin İstintaq Bölməsinin icraatında olduğu müddətdə ********* nömrəli cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən yalnız ayrı-ayrılıqda 31, 35, 43, 61, 80 və 100 manat, cəmi 350 manat miqdarında pulların köçürmələrini təsdiq edən 6 (altı) ədəd qəbz təqdim olunmuşdur və həmin qəbzlər cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı 27-28 min manat miqdarında pulların köçürülmələrini təsdiq edən qəbzlər zərərçəkmiş şəxs tərəfindən Salyan RPŞ-nin İstintaq Bölməsinə təqdim edilməmişdir. Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin baş təhqiqatçısı X15 Sumqayıt ŞPİ-nin rəisinə verdiyi izahatından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı bildirir ki, həmin cinayət işini Cəlilabad RPŞ-da ilkin olaraq Elvin Süleymanlı adlı müstəntiq icraatına qəbul etmiş, sonradan ona həvalə edilmiş və hazırki Cəlilabad RPŞnın İstintaq Bölməsinin müstəntiqi vəzifəsi ilə bağlı təyinatı olandan sonra Cəlilabad RPŞnın Nahid adlı digər müstəntiqə həyalə edilmişdir. Cinayət işini icraatına qəbul etdikdə cinayət işinin materiallarında pul köçürmələri ilə bağlı müəyyən qəbzlər olmuş, lakin həmin qəbzlərin hansı məbləğləri əks etdirdiyini, həmçinin27-28 min manat miqdarında pulların köçürmələrini təsdiq edən qəbzlərin cinayət işinin materiallarında olub-olmadığını xatırlamır. Tərəfindən həmin cinayət işinin istintaqı zamanı sözügedən məsələ ilə bağlı pul köçürmələrini təsdiq edən hər hansı qəbz ona təqdim edilməmişdir. Təqsirləndirilən şəxs: -AA ******* nömrəli xxxxxxx fərdi identifikasiya kodlu Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1986-cı il tarixdə doğulmuşdur. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən Salyan rayon polis şöbəsinə ünvanlanmış 01 oktyabr 2024-cü il tarixli 3- 43-2/15-1419/2024 nömrəli məktubdan görünür ki, xx xxxxx 1986-cı il təvəllüdlü Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs 13 aprel 2004-cü il tarixdən 07 oktyabr 2005-ci il tarixədək müddətli həqiqi hərbi xidmət, 30 dekabr 2013-cü il tarixdən 05 mart 2019-cu il tarixədək N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. -Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 dekabr 2024-cü il tarixli 5-41/2-18-12(1)/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X6, anası X9, arvadı X12, oğlu X25, oğlu X34 və qızı X13 ibarət ailə üzvləri vardır. -Cəlilabad rayon Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamə ilə X22 haqqında yaşadığı müddətdə şikayət daxil olmamışdır. -Cəlilabad Rayon Mərkəzi X35 Şəxsi tərəfindən Salyan rayon polis şöbəsinə ünvanlanmış 26 dekabr 2024-cü il tarixli 18-1-32/2-69/2024 nömrəli məktubdan görünür ki, Əsgərov X27 Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində xəstə kimi qeydiyyatda yoxdur. Hər hansı bir xəstəliklə xəsətəxanaya müraciət etməyib. Zərərçəkmiş şəxs: AA ******* nömrəli xxxxxxx fərdi identifikasiya kodlu Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1961-ci ildə doğulmuşdur. Salyan rayonu İcra Hakimiyyəti başçısının Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 26 dekabr 2024-cü il tarixli 5-71-14/2-19/2024 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs həqiqətən Salyan rayonunun Kürsəngi kəndində yaşamaqla arvadı X1, oğlu X2, oğlu X3, qızı X7, qızı X10 və oğlu X4 ibarət ailə üzvləri vardır. Salyan rayonu İcra Hakimiyyəti başçısının Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs barəsində ərazi dairəsi üzrə nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Leyla adlı qadın, Habil Qəmbərov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda, yəni ümumilikdə 30200 manat pul vəsaitini ələ keçirib maddi ziyan vurmaqla dələduzluq cinayət əməllərini törətməsi barədə ittiham məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, şahidllərin ifadələri, iş üzrə toplanmış digər sübutlarla Təqsirləndirilən şəxs Leyla adlı qadın, Habil Qəmbərov və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 30200 manat pul vəsaitini ələ keçirib maddi ziyan vurmaqla dələduzluq cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirkar saymaması məhkəmə istintaqı zamanı aşağıda sadalan sübutlarla təkzib olunduğunu və biri digərini tamamlayan və daxili inamın formalaşdırılmasına əsas verən iş üzrə ibtidai istintaq zamanı toplanmış sübutların məhkəmə istintaqı prosesində tədqiqi zamanı Təqsirləndirilən şəxs ona verilən ittiham üzrə təqsirli olması tam sübut olunmuş hesab edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən xeyli miqdarda, yəni ümumilikdə 30200 manat ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə ilə bağlı cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyindən, törətdiyi bu əmələ görə cəzalandırılmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədiilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza növünün həddini müəyyən edərkən əvvəllər məhkum olunmayaraq, ilk dəfədir cinayət törətməsini, evli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını, arvadının heç bir yerdə işləməməsini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi və onun CM-nin 61.1-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi cinayət əməlindən qismən peşman olmasını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb (ailəsinin yeganə qazanc gətirən üzvü olmasını), onun cəmiyyətdən təcrid etmədən də islah olunması inamına gələrək ona CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində müəyyən edilən azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını mümkün sayır və ona azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə cəzanın məqsədlərinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasna nail olunmasında yetərli hesab edir. Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdən 21 iyul 2021-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) ay 23 (iyirmi üç) gün müddət cəza təyin olunarkən, Azərbaycan Respublikası CM-nin 52.1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzasının bir gün hesablanması nəzərə alaraq həbsdə saxlanıldığı müddət təyin ediləcək cəzadan çıxılmaqla qəti cəza azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə CM-nin 52-1.2-ci maddəsinə əsasən Cəlilabad rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək daimi qeydiyyatda olmaqla yaşadığı Cəlilabad rayonunun Ocaqlı kəndində yaşayış ünvanını tərk etməmək, Cəlilabad rayonun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Məhkəmə CPM-nin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 aprel 2021-ci il tarixdən 21 iyul 2021-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) ay 23 (iyirmi üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 52.1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmasını nəzərə alaraq 5 (beş) ay 16 (on altı) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza 2 (iki) il 6 (altı) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı onun Cəlilabad rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Cəlilabad rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək daimi qeydiyyatda olmaqla yaşadığı Cəlilabad rayonunun Ocaqlı kəndində yaşayış ünvanını tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu vaxtdan 20 gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: İlqar Quliyev
Məhkəmə qərarları › İş №1-1(098)-51/2025
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-51/2025
18.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver