Məhkəmə qərarları › İş №1-1(098)-58/2025

Tərtər Hərbi Məhkəməsi Qərar — İş №1-1(098)-58/2025

22.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-58/2025 22.04.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri XN3 oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçisi - Tərtər rayon Vəkil Bürosunun müdiri vəkil XN5 iştirakları ilə xx.xx.1997-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali-hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonunun Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, N nömrəli hərbi hissənin 3-cü taborununun rabitə tağımının komandiri, baş leytenant, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 3N9.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, N nömrəli hərbi hissəsinin 3-cü taborunun rabitə rəisi-rabitə tağım komandiri, baş leytenant Təqsirləndirilən şəxs 17 dekabr N0N4-cü il tarixdə saat N radələrində 3-cü taborun şəxsi heyəti ilə birlikdə Goranboy rayonunun buzluq kəndi ərazisində çöl çıxışında olan zaman şəxsi heyyətin soyuq hava şəraitində qızınması zərurəti yarandığından səhra çadırlarını quraşdırdıqdan sonra həmin çadırı qızdırmaq üçün odun sobasına ehtiyacları olduğundan xidmət etdikləri 3-cü taborun komandirin və taborun nəzdində olan 7-ci böluk komandirin icazələri ilə 7-ci bölüyünün əmlakları arasından odun odun sobasını götüzdürdüyü zaman, 7-ci bölüyün baş çavuşu, baş gizir Zərərçəkmiş şəxs qanunsuz olaraq ona odun sobasını götürməyə maneə yaratdığda, axırıncıya bunu yuxarı komandanlığın icazəsi ilə etdiyini bildirdikdə baş gizir Zərərçəkmiş şəxs onun verdiyi məlumata əhəmiyyət verməmişdir. Bununla əlaqədar baş leytenant Təqsirləndirilən şəxs zabit sözünə məhəl qoymadığına və ona cavab qaytararaq şəxsi heyətin qarşısında hörmətsizlik etməsi və sobanı götürmələri üçün imkan verməməsinə əsəbləşərək və gizir Zərərçəkmiş şəxs yaratdığı qanunsuz maneənin aradan qaldırılması üçün, Zərərçəkmiş şəxs sağ əli ilə sol sifət nahiyəsinə bir yumuruq zərbəsi vuraraq ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan «Alt dodağın selikli səthinin məhdud üçülü əzilmiş-cırılmış yarası» xəsarətini yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, sənədlər, habelə sair iş materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 3-cü taborunun rabitə tağımının komandiri, baş leytenant Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində ona CM-nin 3N9.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, 17 dekabr N0N4-cü il tarixdə saat N radələrində xidmət etdiyi 3-cü taborun şəxsi heyəti təlim məqsədilə Goranboy rayonunun Buzluq kəndi ərazisində çöl çıxışında olan zaman səhra çadırlarını quraşdırdıqdan sonra həmin çadırı qızdırmaq üçün odun sobasına ehtiyacları olduğundan öncə 3-cü taborun komandiri, mayor İlham Rüstəmovdan, sonra isə həmin vaxt 7-ci bölüyün komandir vəzifəsini icra edən leytenant Rüstəm Abbaszadədən 7-ci bölükdə əlavə sobalar olduğunu və onlardan birini götürmək üçün icazə istəmiş, onlar da ona odun sobasını götürməyi üçün icazə vermişlər. Bundan sonra o, çadırlarının yaxınlığında olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X11 ilə birlikdə 7-ci bölüyün şəxsi heyətinə məxsus çadırın yanına gələrək XNNə çadırın içərisində olan odun sobasını götürüb rabitə tağımına məxsus çadıra aparması üçün göstəriş vermişdir. X3 götürüb gedən zaman 7-ci bölüyün baş çavuşu, baş gizir Zərərçəkmiş şəxs ilə qarşılaşmışlar. Baş gizir Zərərçəkmiş şəxs XNNdən odun sobasını hara apardığını soruşduqda XNN onun göstərişinə əsasən odun sobasını götürdüyünü və rabitə tağımının çadırına apardığını demiş, o da öz növbəsində baş gizir Zərərçəkmiş şəxs tabor komandiri ilə bölük komandirinin məlumatı olduğunu, buna görə də sobanı götürdüklərini bildirmişdir. Bundan sonra baş gizir Zərərçəkmiş şəxs ona heç kəsin bu barədə məlumat vermədiyini, sobanın onların bölməsinə məxsus olduğunu və şəxsi heyətin isinməsi üçün əlavə sobaya ehtiyac olduğunu bildirərək XNNə «sobanı haradan götürübsən, ora da apar qoy» demiş, bunun ardınca o, baş gizir Zərərçəkmiş şəxs gedib tabor komandiri və bölük komandiri ilə məsələni dəqiqləşdirməsini və onlardan icazə alaraq götürdüyünü deməsinə baxmayaraq, baş gizir Zərərçəkmiş şəxs sobanı verməkdən imtina etmiş, bu zaman aralarındakı mübahisə daha da böyümüş, baş gizir Zərərçəkmiş şəxs ona cavab qaytararaq şəxsi heyətin qarşısında hörmətsizlik etməsi və sobanı götürmələri üçün imkan verməməsi onu əsəbiləşdirdiyindən o, hər iki əli ilə baş gizir Zərərçəkmiş şəxs yaxasından tutmuş, sonra isə onlar yaxalaşmışlar. Baş gizir Zərərçəkmiş şəxsla yaxalaşan zaman Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə sağ əli ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə bir dəfə yumuruq zərbəsi vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs dodağı qanamış və Zərərçəkmiş şəxs arxaya doğru gedərək yerə yıxılmış, Zərərçəkmiş şəxs ağzından qan gəldiyini və mübahisənin daha da böyüdüyünü görən 7-ci bölüyün əsgər heyəti ilə birlikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X15 dalaşmanı davam etdirməmələri üçün onları ayırmış, bundan sonra hər ikisi öz çadırına getmişdir. Daha sonra o, hadisə barədə könüllü olaraq tabor komandiri, mayor İlham Rüstəmova məruzə etməklə cinayətin açılmasında fəallıq göstərmiş, əməlindən peşman olduğunu bildirmiş, İlham Rüstəmov da hadisənin araşdırılması üçün yuxarı komandanlığa raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi 15 aprel N0N5-ci il tarixli vəsatətində böyük ictimai-təhlükə törətməyən cinayət törətməsini, könüllü gəlib təqsirini boynuna almaqla cinayətin üstünün açılmasında fəal iştirak etməyini, peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və vurulmuş zərəri aradan qaldırmağını nəzərə alıb onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin 3-cü taborunun 7-ci bölüyünün baş çavuşu, baş gizir Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 dekabr N0N4-cü il tarixdə saat N radələrində hərbi hissənin 3-cü taborunun şəxsi heyəti Goranboy rayonunun Buzluq kəndində təlimdə olan zaman getdikləri ilk gün səhra çadırlarını quraşdıran zaman müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X7 onların çadırından digər çadıra soba apardığını görüb əvvəl nə baş verdiyini başa düşməmiş, sonradan XNNin sobanı rabitə tağımının əşyalarının yanına apardığını gördükdə, Ülvi Tütünçüyevi saxladaraq sobanı hara apardığını soruşmuş, Ülvi Tütünçüyev ona rabitə tağım komandiri, baş leytenant Təqsirləndirilən şəxs göstəriş verdiyini və həmin göstəriş əsasında sobanı onların çadırına apardığını demişdir. O, Ülvi Tütünçüyevə «sobanı haradan götürübsən, ora da apar qoy» dedikdə, baş leytenant Təqsirləndirilən şəxs ona «komandir heyətinin xəbəri olduğunu və ona sobanı götürüb gəlməsini» dediyini bildirəndə o, Təqsirləndirilən şəxs nə tabor komandirinin, nə də bölük komandirinin bu barədə məlumat vermədiyini, eləcə də əlavə sobası olmadığını və şəxsi heyəti isindirmək üçün sobaya ehtiyacı olduğunu bildirərək sobanı verə bəlməyəcəyini bildirmişdir. Bunun ardınca onunla baş leytenant Təqsirləndirilən şəxs arasında sözlü mübahisə başlamış və mübahisə zamanı onunla acıqlı danışaraq sobanı götürməyinə imkan vermədiyi və cavab qaytararaq hörmətsizlik etdiyini düşündüyü üçün əsəbi halda hər iki əli ilə onun yaxasından tutan zaman onlar yaxalaşmışlar. Bundan sonra baş leytenant Təqsirləndirilən şəxs sağ əli ilə onun sifət nahiyəsinə bir yumuruq zərbəsi vurmuş, zərbənin təsirindən o, geriyə doğru gedərək yerə yıxılmış, dodağı partlamış və dodağından qan gəlmişdir. Mübahisənin böyüdüyünü görən kimi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş İlqar Mənsimov və 7-ci bölüyün şəxsi heyəti onları aralaşdırmışdır. Sonradan Təqsirləndirilən şəxs tabor komandirinə, mayor İlham Rüstəmova hadisə barəsində məlumat vermişdir. Həmin gün saat N0:40 radələrində o, hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və orada ona «üzün sol yarısının küt travması» diaqnozu qoyulmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 15 aprel N0N5-ci il tarixli ərizəsində xidməti zərurətlə bağlı məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, istintaqda vefdiyi ifadəyə heç bir əlavəsi olmadığını, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət, tələb və iddiasının olmadığı, ona dəymiş ziyanın tam ödənildiyini və vurulmuş ziyanın aradan qaldırıldığını nəzərə alıb Təqsirləndirilən şəxs cəzadan azad olunmasını xahiş edərək onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilib yekun qərarın çıxarılmasına etiraz etmədiyini bildirmişdir. 15 aprel N0N5-ci il tarixli məhkəmə hazırlıq iclasının audio-video yazı görüntüsündə Zərərçəkmiş şəxs cinayət hadisəsinin baş verməsi və törədilməsi barədə ilk məlumatı Təqsirləndirilən şəxs özü tərəfindən tabor komandirinə verdiyi təsdiqləmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid N nömrəli hərbi hissənin 3-cü taborunun avtomatik qumbaraatanı, əsgər X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hərbi xidmət müddətində tanımış, münasibətləri xidməti olmuş, aralarında qohumluq əlaqəsi, düşmənçilik, mübahisə və ya ədavət olmamışdır. 17 dekabr N0N4-cü il tarixdə saat N radələrində hərbi hissənin 3-cü taborunun şəxsi heyəti Goranboy rayonunun Buzluq kəndində təlimdə olan zaman həmin taborun rabitə tağımının komandiri, baş leytenant Təqsirləndirilən şəxs ona 3-cü taborun 7-ci bölüyünün qaldığı səhra çadırına gedib oradan odun sobasını gətirməyi üçün göstəriş vermişdir. O, odun sobasını götürüb çadırdan çıxdıqda çadırın qarşısında 7-ci bölüyün baş çavuşu, baş gizir Zərərçəkmiş şəxs ilə qarşılaşmışlar. Baş gizir Zərərçəkmiş şəxs ondan sobanı hara aparmağını soruşduqda, o, Zərərçəkmiş şəxs baş leytenant Təqsirləndirilən şəxs göstəriş verdiyini və həmin göstəriş əsasında sobanı apardığını deyəndə baş gizir Zərərçəkmiş şəxs ona «sobanı haradan götürübsən, ora da qoy» demiş, bu zaman baş leytenant Təqsirləndirilən şəxs baş gizir Zərərçəkmiş şəxs «bölük komandirinin xəbəri var, ona demişəm, qoy sobanı gətirsin» desə də, baş gizir Zərərçəkmiş şəxs «soba bizim bölməyə aiddir və şəhsi heyətin isinməsi üçün əlavə soba isə bölükdə yoxdur» cavabını vermişdir. Onların arasında sözlü mübahisənin yaşandığını və hər ikisinin bir-birinə əsəbi halda cavab verdiyini gördükdə o, sobanı götürdüyü yerə qoymuşdur. Baş leytenant Təqsirləndirilən şəxs baş gizir Zərərçəkmiş şəxs sobanı götürməyinə imkan vermədiyi və ona cavab qaytararaq hörmətsizlik etdiyini düşündüyü üçün əsəbi halda hər iki əli ilə Zərərçəkmiş şəxs yaxasından tutduqda, baş gizir Zərərçəkmiş şəxs da baş leytenant Təqsirləndirilən şəxs yaxasından hər iki əli ilə tutmuş, bu zaman Təqsirləndirilən şəxs sağ əli ilə baş gizir Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə bir yumuruq zərbəsi vurmuşdur. Mübahisənin böyüdüyünü görən kimi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş İlqar Mənsimov, o və 7-ci bölüyün şəxsi heyəti onları bir-birindən aralaşdırmışlar. O, sonradan tabor komandiri, mayor İlham Rüstəmovun hadisə barəsində araşdırma aparılması üçün yuxarı komandanlığa müraciət etdiyini öyrənmişdir. N nömrəli hərbi hissənin 3-cü taborunun komandiri, mayor İlham Rüstəmovun 17 dekabr N0N4-cü il tarixli raportundan görünür ki, 3-cü taborun rabitə tağımının komandiri, baş leytenant Təqsirləndirilən şəxs və 3-cü taborun 7-ci bölüyünün baş çavuşu, baş gizir Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibət kobud şəkildə pozulmuşdur. Bu faktın araşdırılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş olunmuşdur. N nömrəli hərbi hissənin tibb məntəqə rəisi, tibb xidməti baş leytenantı Orxan Babayevin 19 dekabr N0N4-cü il tarixli raportundan görünür ki, N nömrəli hərbi hissənin 3cü taborunun 7-ci bölüyündə xidmət edən baş gizir Zərərçəkmiş şəxs «Üzün sol yarısının küt travması» diaqnozu ilə xəsarət almışdır, növbətçi həkim baş gizir X17 tərəfindən «Zədələnmələrin (yaralanmaların) qeydtiyyatı kitabıda» müvafiq qeydiyyat aparılmışdır. Göstərilən faktla bağlı araşdırma aparılması barədə sərəncam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X10 Tərtər Regional Məhkəmə X16 tərəfindən verilmiş 07-11 mart N0N5-ci il tarixli, 193 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində olan xəsarət-alt dodağın selikli səthinin məhdud ölçülü əzilmiş-cırılmış yarasıbərk küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterikdir, məhkəmə-tibbi müayinəsi zamanı şəxsin özünün göstərdiyi müddətdə (17 dekabr N0N4-cü il) və şəraitdə əmələ gəlməsi istisna olunmur, sağlamlığın pozulmasına səbəb olmadığı üçün dərəcəsi təyin edilmir. N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin “Zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs deməsinə görə 17 dekabr N0N4-cü il tarixdə saat 10:N5 radələrində 3-cü taborun rabitə tağım komandiri ilə mübahisə Zərərçəkmiş şəxs üzünün sol yarısına yumruq zərbəsi vuraraq xəsarət yetirmiş və almış olduğu xəsarət əlaqədar ona «Üzün sol yarısının küt travması» diaqnozu təyin edilmişdir. Təqsirləndirilən şəxs: - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci ildə anadan olmuşdur. -MN ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci ildə Astara rayonunun Kijəbə kəndində anadan olmuşdur, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. -Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə qəbul haqqında iyun N018-ci il tarixli bağlaşmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 (on) il müddətinə zabit heyəti vəzifəsində xidmət etməyi ilə bağlı bağlaşma imzalamışdır. -Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin N6 iyun N018-ci il tarixli 159 nömrəli əmrindən çıxarışdan görünür ki, N018-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini bitirib Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyun N018-ci il tarixli 0439 nömrəli əmri ilə leytenant hərbi rütbəsi verilməklə N nömrləi hərbi hissənin 3-cü motoatıcı taborunun qərargah rəisinin rabitə üzrə köməkçisi-rabitə tağımının komandiri vəzifəsinə təyin olunmuşdur. -N nömrəli hərbi hissə komandirinin N avqust N0N4-cü il tarixli N40 nömrəli əmri ilə baş leytenant Təqsirləndirilən şəxs 3-cü motoatıcı taborun rabitə rəisi-rabitə tağım komandiri vəzifəsinə təyin edilmişdir. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə baş leytenant Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, baş leytenant Təqsirləndirilən şəxs xidmət müddəti ərzində bir dəfə həvəsləndirilmiş, xidmət müddəti ərzində intizam qaydasında cəzalandırılmamışdır. -N nömrəli hərbi hissə tərəfindən verilmiş tabelik-arayışından görünür ki, həmin hərbi hissənin 3-cü taborunun rabitə tağımının komandiri, baş leytenant Təqsirləndirilən şəxs 3-cü taborun 7-ci bölüyünün baş çavuşu, baş gizir Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili Xidmət Nizamnaməsinin 13-cü maddəsinə əsasən rəis hesab edilir. -AZ-İİ 516140 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və vətəndaş X6 15 dekabr N0N3-cü ildə nikahlarını bağlamışlar. -N30 nömrəli hərbi hissə tərəfindən verilmiş N6 fevral N0N5-ci il tarixli 368 nömrəli arayışdan görünür ki, N6 fevral N0N5-ci ildə N30 nömrləi hərbi hissənin Qarnizon hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətə yararlı olması müəyyən edilmişdir. -Azərbaycan Respublikası Elektron X4 yoxlanılmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Gəncə Hərbi Prokurorluğunun 1N mart N0N5-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs: -SQ ******* nömrəli şəxsi vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs 07 avqust 1990-cı ildə Şirvan şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. -N nömrəli hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli 305 nömrəli əmrindən çıxarışdan görünür ki, baş gizir Zərərçəkmiş şəxs N nömrəli hərbi hissə komandirinin N oktyabr N0NN-ci il tarixli 016gm nömrəli əmri ilə N nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun 7-ci motoatıcı bölüyünün 1-ci motoatıcı tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. -N nömrəli hərbi hissə komandirinin N fevral N0N4-cü il tarixli 40 nömrəli əmri ilə baş gizir Zərərçəkmiş şəxs 3-cü motoatıcı taborun 7-ci motoatıcı bölüyünün 3-cü tağım komandirinin müavini vəzifəsindən azad edilərək, 3-cü motoatıcı taborun 7-ci motoatıcı bölüyünün baş çavuşu vəzifəsinə təyin olunmuşdur. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə baş gizir Zərərçəkmiş şəxs xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunmuşdur. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, baş gizir Zərərçəkmiş şəxs xidmət müddəti ərzində bir dəfə həvəsləndirilmiş və bir dəfə intizam qaydasında cəzalandırılmışdır. Zərərçəkmiş şəxs 15 aprel N0N5-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət, tələb və iddiasının olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini və vurulmuş ziyanın aradan qaldırıldığını nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzadan azad olunmasını xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 3N9.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə, Təqsirləndirilən şəxs rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etməsi faktını müəyyən etmişdir. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında verdiyi vəsatətində bildirmişdir ki, könüllü gedib hadisə ilə bağlı məlumat vermiş, törətdiyi cinayət əməlinin açılmasında fəallıq etmiş, belə ki, ilkin araşdırma zamanı törətdiyi cinayət əməli ilə bağlı ətraflı izahat verməklə həmin cinayətin üstünün açılmasında fəal kömək etmiş, əməlindən səmimi peşman olduğunu bildirmişdir. X19 da məhkəməyə vəsatət verərək bildirmişdir ki, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş Təqsirləndirilən şəxs könüllü gedib hadisə ilə bağlı məlumat vermiş, törətdiyi cinayət əməlinin açılmasında fəallıq etmiş, belə ki, ilkin araşdırma zamanı törətdiyi cinayət əməli ilə bağlı ətraflı izahat verməklə həmin cinayətin üstünün açılmasında fəal kömək etmiş, məsuliyyətdən yayınmaq məqsədilə müdafiəsi üçün yalan ifadə verməmiş, əməlindən səmimi peşman olduğunu bildirmiş və vurulmuş zərəri zərərçəkmiş şəxsdən üzr istəməklə aradan qaldırmış, xidmət yeri üzrə müsbət cəhətdən xarakterizə olunur. Bu səbəblərdən, CM-nin 74-cü maddəsinin tələbinə əsasən şəraitin dəyişməsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı müdafiəçinin vəsatətinə etiraz etdiyini bildirmişdir. Məhkəmə, X19un Təqsirləndirilən şəxs CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə CM-nin 3N9.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət iş üzrə cinayət məsuliyyətindən azad edilməsi, barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi barədə vəsatətini, dövlət ittihamçısının çıxışını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin cəzadan azad olunması barədə xahişini, təqsirləndirilən şəxsin könüllü gedib cinayətin törədilməsində təqsirini boynuna almasını, törətdiyi əmələ görə zərərçəkmiş şəxsdən üzr istəməsini, səmimi peşman olmasını, vurulmuş ziyanın aradan qalxdığını, həmçinin iş materiallarını qarşılıqlı şəkildə təhlil edərək hesab edir ki, CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə əlaqədar cinayət təqibinə xitam verilməsi üçün əsaslar görməsə də, X19un vəsatətinin qismən təmin edilməsinə əsas görərək, lakin Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, hadisənin başlanğıcından könüllü gedib cinayət törətməsi ilə əlaqədar təqsirini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, vurulmuş ziyanı aradan qaldırdığını nəzərə alaraq CM-nin 7N.1-ci maddəsinə əsasən səmimi peşmanlıqla əlaqədar CM-nin 3N9.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət iş üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsini məqsədəmüvafiq və qanunauyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 7N.1-ci maddəsinə əsasən səmimi peşmançılıqla bağlı CM-nin 3N9.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət iş üzrə cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 7N.1-ci maddəsinə əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və vurulmuş zərəri başqa yollarla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət hüququ nəzəriyyəsinə görə səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etmə aşağıda göstərilən şərtlər daxilində mümkündür: 1) törədilən cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması; N) böyük ictimai təhlükə törətməyən cinayətin ilk dəfə törədilməsi; 3) ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması; 4) cinayətin üstünün açılmasına fəal kömək etməsi; 5) cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yollarla aradan qaldırması. Bundan başqa, CM-nin 7N.1-ci maddəsinin tələblərində zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması tələbi göstərilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.N və 41.7-ci maddələrinin şərh edilməsinə dair” N011-ci il 15 iyul tarixli Qərarında “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. Məhkəmə baş vermiş hadisəni təhlil edərək və təqsirləndirilən şəxsin, eyni zamanda zərərçəkmiş şəxsin hərəkətlərinə tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərindən sonra bu barədə yuxarı komandanlığa məlumat verməli idi. Ancaq, hadisənin təhlilindən göründüyü kimi, yalnız Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərini davam etdirərək Təqsirləndirilən şəxs şərəfini və ləyaqətini aşkar formada alçaltması, onu təmkinini pozmağa məcbur etmiş və nəticədə həmin cinayət hadisəsi baş vermişdir. Yəni, qeyd edilən cinayət hadisəsinin baş verməsi üçün səbəb və şəraiti bilavasitə Zərərçəkmiş şəxs özü yaratmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət hadisəsini Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri altında törətsə də, Təqsirləndirilən şəxs törətdiyi əməllə bağlı özü məlumat vermiş, ilkin araşdırma zamanı könüllü olaraq təqsirini boynuna almış, izahat və ifadə verərkən törətdiyi hadisə ilə bağlə ətraflı izahat və ifadə verməklə cinayətin üstünün açılmasına fəal kömək etmiş, cinayət nəticəsində vurduğu zərər maddi, yəni pul və ya iqtisadi xarakterli olmamışdır, vurulmuş zərər xəsarətlə bağlı olub, həmin zərəri başqa yolla, yəni zərərçəkmiş şəxsdən üzr istəməklə aradan qaldırmış, əməlindən peşman olaraq zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış və hazırda zərərçəkmiş şəxsin ona qarşı nəinki hər hansı şikayəti və tələbi yoxdur, hətta məhkəməyə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs cəzadan azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri altında törətsə də, Təqsirləndirilən şəxs törətdiyi əməllə bağlı özü ilk olaraq məlumat vermiş, ilkin araşdırma zamanı könüllü olaraq təqsirini boynuna almış, izahat və ifadə verərkən törətdiyi hadisə ilə bağlı ətraflı izahat və ifadə verməklə cinayətin üstünün açılmasına fəal kömək etmiş, cinayət nəticəsində vurduğu zərər maddi, yəni pul və ya iqtisadi xarakterli olmamışdır, vurulmuş zərər xəsarətlə bağlı olub, həmin zərəri başqa yolla, yəni zərərçəkmiş şəxsdən üzr istəməklə aradan qaldırmış, əməlindən peşman olaraq zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış və hazırda zərərçəkmiş şəxsin ona qarşı nəinki hər hansı şikayəti və tələbi yoxdur, hətta məhkəməyə ünvanladığı ərizədə Təqsirləndirilən şəxs cəzadan azad olunmasını məhkəmədən xahiş etməsini sonuncunun şəxsiyyətinin artıq ictimai təhlükəli olmadığını göstərən hal kimi qiymətləndirir. Bundan başqa, N nömrəli hərbi hissənin komandanlığı tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 3-cü taborunun rabitə tağımının komandiri vəzifəsində xidmət etdiyi müddət ərzində özünü nizam-intizamlı bir hərbi qulluqçu kimi göstərmişdir. Ümumi görünüşü qənaətbəxşdir, hərbi libası sevir və səliqəli daşıyır. Hərbi nəzakət və davranış qabiliyyətinə malikdir. Tabeçiliyində olan şəxsi heyətin qayğısına qalır. Xidmətə münasibəti, məsuliyyəti, ixtisasına uyğun biliyi və onu tətbiq etmə bacarığı, icraçılıq qabiliyyəti yüksəkdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnələrini bilir. Verilən tapşırıqların yerinə yetirilməsi zamanı çətinlik çəkmir. Özünə qarşı tələbkardır. Komanedirlərin və rəislərin əmr və tapşırıqlarını vaxtında, dəqiq yerinə yetirir. Peşəkar bilik səviyyəsinin artırılması üçün öz üzərindlə mütəmadi olaraq çalışır. Fiiziki cəhətdən sağlamdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hazırda da xidmət etdiyi N nömrəli hərbi hissənin komandanlığı tərəfindən verilmiş xasiyyətnamədən də göründüyü kimi, Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən ancaq müsbət tərəfdən xarakterizə olunmuşdur. N nömrəli hərbi hissə komandanlığının Təqsirləndirilən şəxs barəsində müsbət xasiyyətnaməsini məhkəmə Təqsirləndirilən şəxs artıq islah olunmaqla şəxsiyyətinin ictimai təhlükəli olmadığını göstərən hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkum olunması ictimai maraqlar baxımından da əsaslı deyildir. N nömrəli hərbi hissədən verilmiş həmin xasiyyətnamə ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs, ona istinad edilən cinayət hadisəsini törətdikdən sonra heç bir cinayət hadisəsini törətməməsini, onun şərəfli bir hərbi qulluqçu olmaqla şəxsiyyətinin müsbət mənada dinamik inkişafda və dəyişməkdə olmasını, yəni onun şəxsiyyətinin ictimai təhlükəli olmadığını göstərən haldır. Beləliklə, məhkəmə bütün yuxarıda göstərilənlərin və şərh olunanların fonunda belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərinin təsiri altında törətsə də, onun törətdiyi əmələ görə peşman olaraq zərərçəkmiş şəxslə razılıq əldə edərək barışması, cinayət əməlini törədərkən və hazırda xidmət etdiyi N nömrəli hərbi hissə komandanlığının onu yalnız müsbət tərəfdən xarakterizə etməsi, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət hadisəsini törətdikdən sonra onun şərəfli bir hərbi qulluqçu olmaqla şəxsiyyətinin müsbət mənada dinamik inkişafda və dəyişməkdə olmasını, yəni onun artıq islah olunduğunu və şəxsiyyətinin ictimai təhlükəli olmadığını göstərən hallardır. Bunlardan başqa, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi tarixdən beş aya yaxın müddət keçmiş, həmin müddətdə o, hər hansı cinayət əməli törətməmiş və ya hər hansı qanun pozuntusuna yol verməmiş, bu müddət ərzində qüsursuz xidmət etmiş, öz hərəkətləri ilə ictimai təhlükəli olmadığını sübut etmiş, artıq onun şəxsiyyətinin ictimai təhlükəliliyi də aradan qalxmışdır. Məhkəmə yuxarıdakılara əsasən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti ilkin araşdırma zamanı törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsi, könüllü olaraq törətdiyi əməllə bağlı ətraflı izahat verməsi və təqsirini boynuna almasını, cinayət məsuliyyətindən yayınmaq üçün müdafiəsi üçün heç bir dəlil gətirməməsini, əməli etiraf etməsini, vurduğu zərərin maddi, pul və ya iqtisadi xarakterli ziyan olmamasını, xəsarətlə bağlı olmasını, vurulmuş zərəri başqa yolla, yəni zərərçəkmiş şəxsdən üzr istəməklə aradan qaldırmasını, törətdiyi əməl zərərçəkmiş şəxsin qanunsuz əməmllərinin təsiri altında baş verməsini və əməmlin törədilməsinin motivi dekabr ayında səhra şəraitində şəxsi heyyətin soyuqdan qorunması olması, törətdiyi əmələ görə zərərçəkmiş şəxslə razılıq əldə edərək barışması və zərərçəkmiş şəxsin ondan hər hansı tələb və şikayətinin olmaması, təqsirləndirilən şəxsin cəzadan azad olunması barədə zərərçəkmiş şəxsin xahişini, həmçinin peşakar zabit olaraq N018-ci ildən xidmətə başladığı dövr ərzində hər-hansı bir qanun pozuntusuna yol verməyərək heç vaxt intizam məsuliyyətiənə belə cəlb edilməməsini, həmin hadisəyə qədər və ondan sonra cinayət əməli törətməməsi, xidmət yerindən müsbət xarakterizə olunması və gənc zabit olaraq onun məhkum olunması gələcək karyerasına mənfi təsir göstərərək, onda ruh düşkünlüyü əmələ gələ biləcəyini, hərbi xidmətini davam etdirmək arzusunda olması onun şəxsiyyətini müsbət tərəfdən səciyyələndirən hallardır. Həmçinin, o, ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Cinayət qanunvericiliyinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən cinayətin təhlükəlilik dərəcəsini, xarakterini və təqsirkarı xarakterizə edən halları nəzərə alır. Cəza təqsirkar şəxs üçün arzuolunmaz faktdır və cinayət məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza nə qədər ağır olsa da, təqsirkarın həyatı üçün təhlükəli deyil. Ancaq, yuxarıda şərh olunanlardan göründüyü kimi, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət hadisəsini törətdikdən sonra könüllü olaraq təqsirini boynuna almasını, törətdiyi əməllə bağlı ətraflı izahat və ifadə verməklə cinayətin üstünün açılmasına fəali kömək etməsini, cinayət nəticəsində vurulmuş zərəri başqa yolla, yəni zərərçəkmiş şəxsdən üzr istəməklə aradan qaldırmasını, təqsirləndirilən şəxsin cəzadan azad olunması barədə zərərçəkmiş şəxsin xahişini, hal-hazıradək heç bir cinayət əməli törətməməsini, hərbi xidmət müddətində xidmət yeri üzrə müsbət xarakterizə olunmasını, bir sözlə, öz hərəkətləri ilə, hərbi cinayət törətmiş şəxs kimi artıq islah olunduğunu və ictimai təhlükəli olmadığını da sübut etmişdir. Bu hallar ədalət və humanizm prinsiplərinə əsasən onun cinayət məsuliyyətindən azad olunmasına əsas verir. Ona təyin oluna biləcək hər hansı cəza artıq öz məqsədini və əhəmiyyətini itirmişdir. Bununla da belə qərara gəlmək olar ki, Təqsirləndirilən şəxs artıq islah olunmuşdur, cəmiyyət üçün də heç bir təhlükə yaratmır. Təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsi onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Bu isə öz növbəsində təqsirləndirilən şəxsin artıq islah olunduğuna və onun şəxsiyyətinin artıq ictimai təhlükəliliyini minimuma endirilərək, törətdiyi əməlində ictimai təhlükəliliyini çox aşağı səviyyədə olmasına dəlalət edir. Belə ki, gənc zabit olaraq, xidmət etdiyi 7 il ərzində digər qanun pozuntusu törətməyərək, bu əməlin törədilməsinin səbəbi məhz xidməti vəzifələrinə məsuliyyətlə yanaşmasından irəli gələn tabeliyində olan şəxsi heyətin zəruri tələblərinin səhra şəraitində yüksək keyfiyyətlə təmin edilməsi zəruriliyindən irəli gəlmişdir. Və burada zərərçəkmiş şəxsin zabit adına hörmətsizlik edərək və zabit sözünün həqiqiliyini şübhə altında qoyaraq, ona qarşı hörmətli və nizamnamə tələblərinə zidd hərəkət etdiyindən təqsirləndirilən şəxs hisslərini cilovlaya bilmədən öz qanuni tələblərinin icrasını təmin etmək zəruriliyindən bu qanunsuz hərəkətə yol vermişdir. Eyni zamanda bu hərəkətdən sonra dərhal yuxarı komandanlığa özü tərəfindən məruzə etməsi öz növbəsində bu zabitin yüksək şəxsi məsuliyyətindən xəbər verir və bu halın açılmasında fəallıq göstərməsinin bu halı doğuran səbəb və şəraitin də aradan qaldırılmasına və zabitlərin millətin şərəfi və ordunun sütünü olaraq zabitin məlumatının aşağı rütbəli hərbiçilər tərəfindən şübhə altına qoyaraq icra edilməməsinin yolverilməz hal kimi və orduda nizam-intizam və tabelik prinsipinə xələl gətirən amillər kimi qiymətləndirilməlidir. Odur ki, X19un CM-nin 74-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 3N9.1ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsinə dair vəsatəti qismən təmin edilməli, CM-nin 7N.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs səmimi peşmanlıqla bağlı CM-nin 3N9.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməlidir. CPM-nin 40.N-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 7N.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. CPM-nin 43.3-cü maddəsinə əsasən isə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.1N və 40.N-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam veriləcəyindən ibtidai istintaq orqanı tərəfindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə CPM-nin 346.1.N1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, müdafiəçi X18 tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 7N (yetmiş iki) manat təşkil etmişdir və həmin məbləğ məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından XN hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 7N (yetmiş iki) manat məbləğdə pul ödənilməlidir. Qərarın icrası müdafiəçi X13 hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-nin 40.N, 43.3, 344-347, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: XN Təqsirləndirilən şəxs CM-nin 3N9.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsinə dair vəsatəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 7N.1-ci maddəsinə əsasən səmimi peşmanlıqla bağlı Azərbaycan Respublikası CM-nin 3N9.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cəzadan azad edilməklə barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Dövlət büdcəsi hesabından XN hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 7N (yetmiş iki) manat məbləğdə pul ödənilsin. Qərarın icrası müdafiəçi X13 hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan N0 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar