Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-59/2023 26.04.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri Quliyev İlqar Məsail oğlunun sədrliyi, Hakim Nəsirov Vidadi Mikayıl oğlundan (məruzəç ihakim) və Hakim Sarıyev Əhməd Mədət oğlundan ibarət tərkibdə, X12 Nazir oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Müdafiəçi: Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxx 1994-cü il tarixdə Naxçıvan MR Kəngərli rayonunda doğulmuş, həmin rayonun Qıvraq qəsəbəsində qeydiyyatda olan, Goranboy rayonu Yeni qəsəbə yaşayış massivi, bina-2 mənzil-18 ünvanında yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.2.4-cü maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komandiri vəzifəsində, baş leytenant rütbəsində hərbi xidmətdə olarkən 2022ci ilin oktyabr ayının ortalarından etibarən arvadı X11 ilə münasibətləri pisləşmiş, tez-tez aralarında ailə-məişət zəminində mübahisələr yaranmış, sonuncu dəfə Zəhra Babayeva artıq ondan boşanmaq qərarına gəldiyini bildirmiş, dərin sevgi hissi bəslədiyindən arvadından boşanmaq istəmədiyinə görə, 30 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində birgə kirayə yaşadıqları, Goranboy rayonu Yeni qəsəbə yaşayış massivində 2 nömrəli binanın 18 nömrəli mənzilində yataq otağında Zəhra Babayevanı fikrindən daşındırmağa çalışsa da, sonuncunun razılaşmayaraq boşanmaq fikrində qəti olduğunu gördükdə bu vəziyyətlə barışmadığından, arvadının onu istəməyib ayrılmasını qəbul edə bilmədiyindən və bu hərəkətini özünə sığışdıra bilmədiyindən, habelə arvadının başqası ilə sevgi münasibətlərinin olması və ona xəyanət etməsi ilə bağlı bir müddət əvvəl onda yaranmış şübhələrin doğru ola biləcəyini, məhz buna görə arvadının onun təkidli xahişlərinə məhəl qoymayaraq ayrılmaq fikrindən daşınmadığını zənn edib, qısqanclıq zəminində qisas məqsədilə Zəhra Babayevanı qəsdən öldürmək qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək üçün mətbəxə gedib oradan bir ədəd mətbəx bıçağı götürərək yenidən yataq otağına qayıtmış, orada bir daha Zəhra Babayevaya ondan ayrılmamasını bildirmiş, lakin sonuncu onun təklifinə rədd cavabı verdiyi üçün sağ əlində tutduğu, tiyəsinin uzunluğu 132 mm, eni 24 mm olan bıçaqla əvvəlcə Zəhra Babayevanın qarın və döş qəfəsi nahiyələrinə, daha sonra isə qaçıb onun əlindən yaxa qurtarmaq istəyən Zəhra Babayevanı dəhlizdə hamam otağının qarşısında yaxalayaraq kürək nahiyəsinə qəsdən ardıcıl olaraq çoxsaylı zərbələr vurmuş, ilk zərbələrin təsirindən aldığı xəsarətlər nəticəsində də ölə bilcəyini dərk etsə də, güclü fiziki ağrılar çəkərək ölməsi üçün onun bədəninin müxtəlif, o cümlədən, həyati vacib orqanların yerləşdiyi nahiyələrinə bıçaq zərbələrini davam etdirib, ümumilikdə 24 zərbə vurmaqla, ona həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən “döş qəfəsinin sol ön səthinin daxilə keçən deşilmiş yarası” xəsarətini, habelə dərəcəsinə görə sağlamlığa yüngül zərərvurmaya aid edilən “qarının ön divarında sağda 4 ədəd, döş qəfəsində 1 ədəd, qarının ön divarında solda 4 ədəd, sağ bazunun bayır səthində 1 ədəd, sağ saidin orta 1/3-də 1 ədəd, sol bazunun bayır səthində 1 ədəd, döş qəfəsində solda 1 ədəd, sol əlin arxa səthində 2 ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində 1 ədəd və döş qəfəsinin arxa səthində sağda 12-ci qabırğaaltı nahiyədə 7 ədəd daxilə keçməyən deşilmişkəsilmiş yaraları” xəsarətlərini, sonra isə zərbələrin təsirindən yerə yıxılmış və artıq heç bir müqavimət göstərmək imkanı olmayan Zəhra Babayevanın boğazını bıçaqla yara kanalı 14 sm olmaqla kəsərək ona həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən “boyunun ön səthinin kəsilmiş yarası” xəsarətini yetirmiş, nəticədə Zəhra Babayeva həmin xəsarətlərdən baş vermiş xarici qanaxma səbəbindən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında dindindirilmiş Təqsirləndirilən şəxs CM-nin 120.2.4cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayından N nömrəli hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsində, baş leytenant rütbəsində hərbi xidmətdə olarkən həmin hərbi hissənin kadrlar bölməsində kapguzar-operator kimi işləyən X11 ilə tanış olmuş, həmin ilin sentyabr ayına qədər Zəhra ilə münasibətləri xidməti olmuş, sentyabr ayından isə ona qarşı sevgi hissləri yaranmış, bu səbəbdən də daha yaxın münasibət qurması üçün sentyabr ayının 12-də Zəhradan mobil telefon nömrəsini ona verməsini istəmiş, sonuncu bunun səbəbini maraqlandığı zaman bir mövzuda söhbət edəcəyini bildirmiş, Zəhra öz mobil telefon nömrəsini ona vermişdir. Zəhranın mobil telefon nömrəsini aldıqdan sonra mütəmadi olaraq telefonla sevgi məzmununda danışıqlar aparmış və mesajlaşmışlar. 04 oktyabr 2022-ci il tarixdə Zəhranı kirayə yaşadığı evə Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün іnşa edilmiş yaşayış massivinin 2 nömrəli binasının 18 nömrəli mənzilinə gətirmiş və həmin tarixdən etibarən birlikdə yaşamağa başlamışlar.O, 05 oktyabr 2022-ci il tarixdə Zəhranı yığdığı zaman telefonu azyaşlı uşaq açmış, həmin uşağın kim olmasını bilməmişdir. Bundan sonra Zəhra Babayevanın anasına zəng etmiş, sonuncunun anası Zərərçəkmiş şəxs onu aldadaraq Zəhranın gözəllik sonunda olduğunu, evə gələndə onu yığmasını Zəhraya bildirəcəyini demişdir.O, Zəhranın anası Zərərçəkmiş şəxs bu sözünə inanıb başqa söz deməyib əlaqəni kəsmişdir. Bundan sonra 09 oktyabr 2022-ci iltarixdə isə Zəhra Babayeva ilə rəsmi nikah bağlamışlar. Bir müddət keçdikdən sonra yenə Zəhraya zəng etmiş, sonuncu telefona zavab vermədiyindən Zəhranın anası Zərərçəkmiş şəxs zəng vurmuş, Zəhranın harada olğunu və ona yalan danışmadan cavab verməsini demiş, onun bu sözündən sonra Zəhranın anası Zərərçəkmiş şəxs Zəhranın qaçırıldığını, Zəhranı qaçıran oğlanın atası ilə danışdığını, onu qaytarıb gətirəcəklərini demişdir. O, bir qədər keçdikdən sonra Zəhraya zəng etmiş, bu dəfə Zəhra özü zəngə cavab vermiş və ağlaya-ağlaya onu qaçırdıqlarını demişdir. Daha sonra o, Zəhranın anasının yaşadığı evə gedərək Zəhra Babayeva ilə birldikdə kirayə yaşadığı evlərinə qayıtmışlar. Özü xidmət vaxtı qərargah bölməsinin zabiti olmuş, aylıq vəzifə maaşı 1.700 manat təşkil etmiş, təkcə 900 manat telefona kredit borcu olmuş, başqa borcu olmamış, atası və anası da ona pul göndərərək maddi cəhətdən köməklik göstərmişlər. Zəhranın anası da gəlib evdəki bu vəziyyəti görmüşdür. Səbəbsiz yerə heç kim heç kimi öldürmür. Qeyd etmək istəyir ki, Zəhra Babayevanın xalası Şahid4 Gəncə şəhərində “Matı xala” deyirlər. X14 ilə Zəhra Babayeva “Dədəmin aptekinin” yanında N nömrəli hərbi hissənin mailiyyəçisi baş leytenant Ruslan Qurbanovla görüşmüşlər. O, dəfələrlə Zəhranın başqa şəxslərlə telefon yazışmalarını tutmuş, Zəhra Babayeva isə anası ilə danışdığını demişdir. O, Zəhra Babayevanın anasına zəng etmək istədikdə isə sonuncu icazə verməmiş, anasının şəkər xəstəsi oldğunu həyacandan «şəkəri qalxacağını» demişdir. O, Zəhra Babayevanın 10-15 dəqiqəlik müddətdə kiminləsə telefonda danışdığını gördükdə Zəhradan kiminlə bu qədər danışdığını soruşduqda Zəhranın ona anası ilə danışmasını bildirmiş, Zəhraya məxsus mobil telefonda danışıqları yoxladığı zaman Zəhranın anası ilə 30-40 saniyə danışdığını müəyyən etmiş, Zəhranın telefonda təkcə anası ilə danışmasının deməsinin yalan olduğunu müəyyən etmişdir. O, bütün bu olanlara səbr edərək dözmüşdür. Evlilik dövründə Zəhra Babayeva ona Orxan adlı şəxsin onu sevdiyini də demişdir. 27 oktyabr 2022-ci iltarixdə Zəhra Bakı şəhərində yaşayan bacısının yeni doğulmuş uşağının şənlik mərasiminə gedəcəyini bildirmişdir. O, Zəhraya onunla birlikdə getməsini təklif etmiş, lakin Zəhra buna razı olmamış və anasıgillə getməyi planlaşdırdığını demişdir. Bundan sora həmin günü Zəhranı Gəncə şəhərinə apararaq özü geri qayıtmışdır. Zəhranı yola saldıqdan sonra 28 oktyabr 2022-ci iltarixdən başlayaraq 30 oktyabr 2022-ci il tarixədək davam edən müddət ərzində Zəhra ilə telefon danışıqları və mesajlaşmalar zamanı Zəhra ailəni maddi cəhətdən yaxşı təmin etməməsini bəhanə edərək ondan ayrılmaq arzusunda olduğunu, birlikdə yaşamaq istəmədiyini bildirmiş, o isə hər şeyin qaydasına düşəcəyini, səbr etməsini bildirərək Zəhranın ayrılmaq fikrindən daşındırmağa çalışmışdır. Lakin Zəhra ondan ayırlmaq istəyində qəti olduğunu bildirdiyindən o,bu halda Zəhraya aralarında bağlanmış nikahı pozmağı demiş, sonuncu isə cavabında nikahın onun üçün az əhəmiyyətli olduğunu bildirərək Bakıdan qayıtdıqdan sonra onun yanına gəlib son dəfə söhbət edəcəyini demişdir. 30 oktyabr 2022-ci il tarixdə evdə olduğu zaman saat 18 radələrində Zəhra taksi ilə yaşadıqları binaya gəlmiş, mənzildən baxdığı zaman maşının içərisində tanımadığı oğlan olduğunu görmüş, bundan sonra Zəhranın özünə yeni sevgili tapdığını və bu səbəbdən ondan soyuyaraq ayrılmaq qərarına gəldiyini, ona xəyanət etdiyini düşünmüşdür. Zəhra maşından düşərək mənzilə gəldikdən sonra yataq otağında Zəhradan ayrılmaq istəyinin səbəbini soruşduğu zaman sonuncu tələsdiyini, tez getməli olduğunu, sonra bu haqda ətraflı söhbət edəcəyini bildirmişdir. Belə oldğu halda o, Zəhraya nikahı pozdurmağı və ondan sonra getməsini bir daha təkif etmiş, Zəhra isə cavabında nikahın onun üçün əhəmiyyətli olmadığı yenidən bildirmiş, lakin nikah şəhadətnaməsini çantasına qoymuşdur. Zəhranın bu hərəkətindən sonra o, rəsmi ər-arvad münasibətində ola-ola onun başqaları ilə münasibət quracağı təqdirdə rüsvay olacağını, Zəhranı çox sevdiyi üçün ondan ayrılaraq başqa şəxslə münasibət quracağını qəbul edə bilmədiyini, Zəhranın ona xəyanət etdiyini fikirləşərək qısqanclığı yaranmış və bütün bunlara görə qisas almaz üçün Zəhranı öldürmək qərarına gəlmişdir. O, Zəhranın başqa şəxslərlə telefon danışlarını tutmuş, ona görə də bunu özünə sığışdırmamışdır. O, Zəhraya sahib çıxmış, lakin Zəhra Babayeva ona xəyanət etmişdir. Zəhranın üzərinə gedib onu başqa şəxslərlə danışması ilə bağlı sorğu-sual etdikdə ondan ayrılmaq istədiyini demişdir. O, Zəhranı öldürmək fikrini qətiləşdirdikdən sonra yataq otağından mətbəxə keçərək orada olan m’ətbəx baçağını belinə taxıb gizlədərək yenidən yataq otağına Zəhranın yanına qayıtmış, sonuncuya ayrılmamasını təklif etmişdir. Lakin Zəhra onun sözləri ilə razılaşmadığından bark əsəbləşmiş, belindəki bıçağı sağ əlinə alaraq Zəhranın qarın və döş qəfəsi nahiyələrinə çoxsaylı zərbələr vurmuş, özündə olmadığından bundan sonra olanlar yadında olmamış, birdə onda ayılmışdır ki, artıq Zəhra Babayevanı öldürmüşdür. Bundan sonra mənzildən çıxıb qapını bağlayaraq könüllü Goranboy rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət haqqında məlumat vermişdir. O, ifadəsini davam etdirərək göstərdi ki, hazırda əməlindən peşmandır. Onun atası, anası, ailəli bir bacısı və özündən ibarət ailə üzvüləri olmuş, özü evin tək oğlu övladı olmuş, atası Kəngərli rayon Qıvraq qəsəbəsinin baytar həkimi, anası isə ibtidai sinif müəlliməsi olmuşdur. O,xx.xx.2020-ci il tarixdə başlayan və xx.xx.2020-ci il tarixdə Zəfərlə başa çatan Vətən müharibəsində iştirak etmiş, Tərtər rayonu ərazisində gedən döyüş əməliyyatlarında bölük komandiri kimi iştirak etmiş, xx.xx.2020-ci il tarixdə sağçiyn və sağ ayaq nahiyyəsindən qəlpə yarası almış, lakin xx.xx.2020-ci il tarixdə hospitalda yatmaqdan imtina edib qaçaraq döyüş əməliyyatlarında yenidən iştirak etmiş, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Döyüş əməliyyatlarından sonra o, daha da əsəbi olmuş, lakin ordu sıralarından tərxis olunmaq istəmədiyindən hospitalda əsəbi olduğuna görə deyil, aldığı yaralara görə müalicə olunmuşdur. Məhkəmədən əməlini səmimi etiraf etməsinin, polis şöbəsinə könüllü gələrək təslim olmasının, cinayətin üstünün açılmasına köməklik göstərməsinin, Zəhranın xəyanət etməsi ona pis təsir etdiyi üçün cinayət törətməsinin, evin tək oğul övladı olmasının, ailəsinin maddi və mənəvi cəhətdən onun köməyinə ehtiyacı olmasının, gəncliyinin, xidmətini davam etdirmək arzusunda olmasının, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən 44 günlük “Vətən müharibəsində” iştirak etməsinin, döyüş əməliyyatlarında fərqləndiyinə görə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsinin, nəzərə alınıb ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərəkçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, məhrum qızı Zəhra Babayeva 2015-ci ildən müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi xidmətə başlamış, qadın hərbi qulluqçu kimi müxtəlif hərbi hissələrdə xidmət etmiş, sonra xidmət yeri isə N nömrəli hərbi hissə olmuşdur. Qızı Zəhra xx.xx.2022-ci il tarixdə onunla eyni hərbi hissədə xidmət edən baş leytenant Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, ailə həyatı qurduqdan sonra qızı Bəbirin kirəyədə yaşadığı Goranboy rayonu ərazisində yerləşən Yeni qəsəbənin 2 nömrəli binasının 18 nömrəli mənzilində birlikdə yaşamağa başlamışlar. Evləndikdən bir müddət sonra qızı Zəhra ilə mobil telefon danışıqları zamanı qızı ona Bəbirdən ayrılmaq fikrində olmasını bildirmiş, bunun səbəbini soruşduğu zaman Zəhra Bəbirin evi maddi cəhətdən təmin edə bilmədiyini, bank krediti və çoxlu şəxsi pul borcunun olmasını, evi özünün dolandırdığını, bəzən Bəbirin ondan pul aldığını, spirtli içki qəbul etdiyini demişdir. Zəhra həmçinin bu səbəbdən aralarında sözlü mübahisələr baş verdiyini də bildirmişdir. O, qızına səbrli olmasını, bəlkə vəziyyətin düzələcəyini desə də qızı Bəbirdən ayrılmaq fikrində qəti olduğunu bildirmişdir. Sonuncu dəfə isə maaş aldıqları zaman pul bölgüsünə görə münasibətləri daha da pisləşdi. Onun kreditinin ödənilməsində qızı ona kömək etmiş, buna görə də aralarında mübahisə yaranmışdır. 28 oktyabr 2022-ci il tarixdə qızı Zəhra digər qızı Sevincin yeni doğulmuş uğağının şənlikməclisində iştirak etmək üçün Bakı şəhərinə getmiş, özü isə ertəsi gün məclisdə iştirak etmək üçün Bakı şəhərinə getmişdir.Bakı şəhərində olduğu müddətdə qızı Zəhra ona Bəbirdən ayrılmaq istəməsini sonuncunun özünə dedyini, Bəbir isə hələlik ayrılmamaları, Bakıdan qayıtdıqdan sonra söhbət edib yekun qərara gəlməsini ona demişdir. O, qızına səbirli olmasını heç evliliklərinin 1 ay çəkmədiyini demişdir. 29 oktyabr 2022-ci il tarixdə qonaqlıqda iştirak edərək həmin gündə Gəncə şəhərinə geri qayıtmışdır. 30 oktyabr 2022-ci il tarixdə qızı Zəhra Bakı şəhərindən Gəncəyə qayıtdıqdan sonra hərbi formasını götürmək və Bəbir ilə ayrılmaq məsələsi haqqında danışması üçün taksi sifariş edərək kirayədə yaşadıqdarı Goranboy rayonuna getmiş, qızı Zəhra getdikdən bir müddət sonra qızının mobil telefonuna dəfələrlə zəng etsə də zənglərinə cavab verilməmişdir. Bəbirin mobil telefonuna da zənglər etməsinə baxmayaraq zəngini cavablandıran olmamış, həmin günü saat 21:40 radələrində Goranboy rayon Polis şöbəsindən onun mobil telefonuna zəng edilərək qızı Zəhranın Bəbir tərəfindən bıçaqlanaraq öldürüldüyü və Bəbirin polis şöbəsinə gələrək təslim olması barədə məlumat verilmişdir. Bu məlumatdan sonra 31 oktyabr 2022-ci il tarixdə Goranboy rayon xəstəxanasının morquna getmiş, orada qızının meyitinə baxdığı zaman meyitin üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olduğunu, boğaz nahiyəsinin kəsildiyini görmüşdür. O, Təqsirləndirilən şəxs ilə qızı Zəhranın 25 günlük evlilik müddətləri ərzində qızı Zəhranın bədənində və ya üzündə hər hansı xəsarət izi görməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs özü və ya valideynləri bir dəfə də ona zəng edib halını soruşmamışlar. Məhkəmədən Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin qərargah bölüyünün idarə etmə tağımının kəşfiyyat manqasının sürücüsü Şahid2 ifadəsində göstərmişdirki, 2021-ci ilin dekabr ayından N nömrəli hərbi hissədə əsgər hərbi rütbəsində müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi xidmət etmiş, Təqsirləndirilən şəxs və X15nı N nömrəli hərbi hissədə xidmət dövründən tanımış, münasibətləri xidməti olmuş, bundan başqa Təqsirləndirilən şəxs ilə Zəhra Babayeva çox mehriban münasibətdə olmuşlar. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək onun Goranboy rayonu ərazisində yerləşən məcburi köçkünlər üçün іnşa edilmiş kirayə yaşadığı binaya gəlməsini və onu özünün idarə etdiyi avtomaşinla Gəncə şəhərinə aparmasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs kirayə yaşadığı evə gəlmiş və onlar birlikdə özünün idarə etdiyi avtomaşin ilə Gəncə şəhərinə getmişlər. Yolda olarkən BəbirHəsəlindən Gəncə şəhərinə getmələrinin səbəbini soruşmuş,sonuncu X15 ilə bir-birlərini sevdiklərini, evlənməyə hazırlaşdıqlarını, Zəhranı kirayədə yaşadığı evə gətirmək üçün getdiklərini bildirmişdir. Onlar həmin günü Zəhranı Gəncə şəhərindən götürərək birlikdə Goranboy rayonuna qayıtmışlar. Daha sonra o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs xahişinə əsasən öz avtomaşını ilə Təqsirləndirilən şəxs ilə X15nı rəsmi nikah bağlamaları üçün Mingəçevir şəhərinə ASAN xidmətə aparmış, Təqsirləndirilən şəxs ilə Zəhra Babayeva həmin gün rəsmi nikah bağlamışlar. Bundan sonra o, iki dədə fərqli vaxtlarda Bəbirin xahişinə əsasən Gəncə şəhərinə gedərək Zəhranın bəzi əşyalarını Bəbirin kirayədə yaşadığı evə gətirmiş, ikinci dədə isə Zəhranın anasını Gəncə şəhərində Bəbirgilin evlərinə gətirərək sonra oradan geri aparmışdır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bərdə rayonunda olduğu zaman iş yoldaşları ilə telefonna danışarkən öyrənmişdir ki, həmin gün Təqsirləndirilən şəxs kirayədə yaşadığı mənzildə arvadı Zəhra Babayevaya çox saylı bıçaq zərbələri vuraraq sonuncunu öldürmüş və daha sonra isə Goranboy rayon Polis şöbəsinə gedərək təslim olmuşdur. Bu hadisədən bir müddət sonra 2022-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 saylı İstintaq təcridxanasında sonuncu ilə görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs Zəhra Babayevanı öldürməsinin səbəbini soruşmuş, Təqsirləndirilən şəxs cavabında ona Zəhra Babayeva Bakı şəhərində bacısının yeni doğulmuş uşağının şənlik məclisində iştirak etdikdən sonra xx.xx.2022-ci iltarixdə, saat 18 radələrində taksi maşını ilə yaşadıqları mənzilə gəlmiş, mənzildə olduqları zaman Zəhra Babayeva özünün əşyalarını yığaraq anasıgilə qayıdacağını bildirmiş, həmin vaxt o, Zəhradan anası gilə getməməsini, evdə qalması istəməsinə baxmayaraq Zəhra onunla razı olmayaraq əşyalarını yığmaqda davam etmiş, o da Zəhranın bu hərəkətindən əsəbiləşərək mətbəxdən götürdüyü mətbəx bıçağı ilə Zəhranın bədəninə çox saylı bıçaq zərbələri vurmuş, sonra boğazını kəsərək öldürdüyünü demişdir. Məhkəmə iclasında dindirilmiş şahid N nömrəli hərbi hissənin 3-cü taborunun minaatan batareyasının baş çavuşu Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayından N nömrəli hərbi hissədə gizir kimi xidmət etmiş,Təqsirləndirilən şəxs və X15nı N nömrəli hərbi hissədə xidmət dövründən tanımış, münasibətləri xidməti olmuşdur. xx.xx.2022-ci il tarixdə müalicədən hərbi hissəyə qayıtdığı zaman öyrənmişdir ki, Təqsirləndirilən şəxs ilə Zəhra Babayeva xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlamış və Təqsirləndirilən şəxs kirayədə yaşadığı Goranboy rayonu ərazisində yerləşən məcburi köçkünlər üçün іnşa edilmiş yaşayış massivindək ribin-sina ilə birlikdə yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 17 radədərində Təqsirləndirilən şəxs zəng edərək əhvalını soruşmuş, daha sonra isə sonuncunun istəyinə əsasən Bəbirin yaşadığı binanın qarşısına gedərək təxminən 10-15 dəqiqə söhbət etmiş, daha sonra isə ayrılaraq getmişdir. Həmin günü saat 19:30 radələrində xidmət etdiyi hərbi hissədən ona zəng edilərək Təqsirləndirilən şəxs Zəhra Babayevanı kirayə qaldıqları mənzildə qətlə yetirərək Goranboy rayon polis şöbəsinə təslim olduğu barədə məlumat verilmişdir. Bu məlumatdan sonra onun özü də həmin yaşayış massivində kirayədə yaşadığı üçün cəld Təqsirləndirilən şəxs kirayə yaşadığı binanın yanına gəlmiş, ora çatdığı zaman binanın qarışında xeyli insanın və polis əməkdaşlarının olduğunu görmüşdür. Hadisə yerində olduğu müddətdə Zəhra Babayevanın meyitinə baxmış, sonuncunun bədəninin müxtəlif yerlərində çox saylı bıçaq xəsarətləri olduğunu və boğaz nahiyəsinin kəsildiyini görmüşdür. Bu hadisədən bir müddət sonra 2022-ci ilin noyabr ayının ortalarında Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 saylı İstintaq təcridxanasında onunla görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs Zəhra Babayevanı qəsdən öldürdüyünü, əməlindən peşman olduğunu bildirmiş, lakin öldürməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022ci ilin oktyabr ayında bacısı qızı olan Zəhranın eyni hərbi hissədə zabit kimi xidmət edən Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmasını öyrənmiş, xx.xx.2022-ci il tarixdə Zəhra ilə görüşərək söhbət zamanı Zəhra ona Bəbirlə evlənməkdən peşman olduğunu, ayrılmaq fikrində olmasını bildirmiş və bunun səbəbini Bəbirin evi maddi cəhətdən təmin edə bilməməsi, çoxlu pul borcunun və bank kreditinin olması, evi özünün dolandırması, Bəbirin spirtli içkiyə aludə olması ilə əlaqələndirmişdir. xx.xx.2022-ci il tarixdə Zəhra ilə birlikdə sonucunun bacısı Sevincin yeni doğulmuş uşağının 40 günü qonaqlığına gedərək xx.xx.2022-ci il tarixdə birlikdə geri qayıtmışlar. Yol səfərində və qonaqlıqda olduğu müddətlərdə Zəhra Bəbirdən ayrılmaq barədə fikrində qəti olduğunu, lakin Bəbirin buna razı olmadığını, əgər ayrılacağı təqdirdə Bəbirin onu və ya özünü öldürəcəyi barədə ona xəbərdarlıq etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Zəhra ilə Gəncə şəhərinə geri qayıtdıqları zaman Zəhra hərbi formasını götürmək və söhbət etmək üçün Goranboy rayonuna Bəbirin yanına gedəcəyini demiş, o birlikdə getməsini təklif etsə də Zəhra buna razı olmamışdır. Gəncə şəhərinə çatdıqdan sonra Zəhradan ayrılaraq evinə getmiş, xx.xx.2022-ci il tarixdə bacısı Esmira ona zəng edərək Zəhranın Bəbir tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirərək və boğazını kəsərək öldürməsi barədə məlumat vermişdir. O, X13 Həsənlidən başqa kənar şəxslərlə münasibətinin olmasının, kimlərləsə səmimi münasibət saxlaması, danışması, qısqanclığa zəmin yarada bilədəcək digər münasibətləri olmamış, heç vaxt Təqsirləndirilən şəxs xəyanət etməmiş, Təqsirləndirilən şəxs əsassız yerə şübhələnərək Zəhra Babayevanı öldürmüşdür. 27 oktayabr 2022-ci il tarixdə Zəhra Babayeva onun yanında kiminləsə görüşməmiş, belə bir hadisə olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərmişdirki, X15 ilə 2020-ci ilin yay aylarında Gəncə şəhərində tanış olmuş, tanışlıq zamanı birbirlərinin mobil telefon nömrələrini alaraq sonralar danışmış və mesajlaşmışlar, bir müddət telefon danışıqları və mesajlaşdıqdan sonra aralarında səmimi və sevgi münasibətləri yaranmış, ayda 1-2 dəfə görüşmüşlər. 2021-ci ilin dekabr ayında o, Zəhraya ailə qurmaların təklif etmiş, lakin Zəhra həmin ərəfələrdə bank krediti olduğunu bildirərək krediti qurtardıqdan sonra onunla evlənə biləcəyini bildirmişdir. 2022-ci ilin yay ayında yenidən o, Zəhraya evlənmələrini təklif etmiş, sonuncu isə analarının öz aralarında bir-birləri ilə mobil telefonla danışaraq tanış olmaları, anaları razı olduqdan sonra evlənmələrinin mümkün olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Zəhra ilə telefonda danışaraq onu ailəsi ilə tanışdırmaq istədiyini bildirmiş, Zəhra razı olduqdan sonra onu özünün idarə etdiyi avtomaşın ilə evlərinə apararaq ailəsi ilə tanış etmiş, bir müddət evdə olduqdan sonra Zəhranı yenidən öz maşını ilə evlərinə aparmış, yolda söhbət zamanı Zəhra ona evliliklərinin alınmayacağını bildirmiş, o isə Zəhranın bir müddətdən sonra fikrini dəyişəcəyini düşünərək məsələnin çox da dərinləşdirməmişdir. O, Zəhra Babayeva ilə danışdığınız zaman onun Təqsirləndirilən şəxs ilə də münasibətinin olduğunu bilməmişdir. Növbəti gün Zəhranın mobil telefonuna dəfələrlə zəng etsə də zəng çatmadığına görə sonuncunun anası Esmiraya zəng vurmuş, Esmira ilə telefon danışığı zamanı sonuncu ona Zəhranın sevdiyi şəxslə könüllü ailə qurmaq üçün dünən birlikdə getdiyini demişdir. X15 ailə həyatı qurduqdan sonra onunla heç bir əlaqəsi olmamışdır. xx.xx.2022-ci il tarixdə internet resurslarında olan xəbər səhifələrində Zəhranın əri Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən bıçaqlanaraq öldürülməsini öyrənmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində xidmət göstərən «Maxim» taksi şirkətində sürücü kimi qeydiyyatdan keçməklə özünə məxsus olan ** BZ *** dövləq qeydiyyat nişanlı, ağ rəngli «Chevrolet Aveo» markalı avtomaşınla taksi fəaliyyəti ilə məşgul olur. 30 oktyabr 2022-ci il tarixdə saat 17:30 radələrində digər taksidən yönləndirmə sifarişinə əsasən Gəncə şəhərindən bir qadın müştərini idarə etdiyi maşın ilə Goranboy şəhəri yaxınlığındakı məcburi köçkünlər üçün inşa edilmiş yaşayış yerinə aparmış, orada qadın sifariş üçün müəyyən olunmuş 14 manat 70 qəpik xidmət haqqı üçün 20 manatlıq pul ödəyərək qalıq pulun əvəzinə onu 10 dəqiqə ərizində gözləməsini, əgər həmin müddət ərzində gəlməsə çıxıb getməsini bildirmiş, bununla razılaşdıqdan sonra xanım müştəri maşından düşərək yaxınlıqdakı binalardan birinə girmiş, o, 10- 12 dəqiqə gözlədikdən sonra xanım müştərinin gəlmədiyini görərək maşını işə salıb yenidən Gəncə şəhərinə qayıtmışdır. O, həmçinin ifadəsində müştəri kimi maşınına minmiş xanımın kim olmasıni, ad və soyadı barədə məlumatı olmadığını, arıq bədən quruluşuna, təxminən 160 sm boya malik, təqribən 27- 30 yaş aralığında olmasını, yol boyu ərzində qadınla söhbət etmədiyini, maşında digər müştərinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, X15 onun doğma bacısı olmuşdur. Zəhranın xx.xx.2022-ci il tarixdə eyni hərbi hissədə xidmət etdiyi zabit Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuş həmin həmin evlilik xx.xx.2022-ci il tarixədək davam etmişdir. xx.xx.2022-ci il tarixdə Zəhra onun yeni doğulmuş uşağının 40 günü qonaqlığında iştiak etmək üçün Bakı şəhərin gəlmiş və xx.xx.2022-ci il tarixədən onlarda qalmış, həmin tarixlərdə qaldığı müddətdə Zəhra ona Bəbirdən ayrılmaq fikrində olduğunu, lakin Bəbirin buna razı olmadığı barədə məlumat vermiş və bunun səbəbini Bəbirin evi maddi cəhətdən təmin edə bilməməsi, çoxlu pul borcunun və bank kreditinin olması, evi özünün dolandırması ilə əlaqələndirmişdir. xx.xx.2022-ci il tarixdə bacısı Zəhranın iş yoldaşı Raifənin ona zəng edərək Zəhranın Bəbir tərəfindən bıçaqla qətlə yetirilməsi və sonradan polisə təslim olması barədə məlumat vermişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahid Goranboy rayon Polis şöbəsinin növbətçisi, mayor Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə işlədiyi Goranboy rayon polis şöbəsində növbətçi hissədə məsul növbətçi kimi xidmət apardığı zaman saat 18 radələrində polis şöbəsinə mülki geyimli bir kişi daxil olaraq Goranboy rayonu Ağcakənd qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissədə zabit kimi xidmət edən Təqsirləndirilən şəxs olması barədə məlumat verdikdən sonra kirayə yaşadığı mənzildə arvadı X7 bıçaqla öldürdüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs qətli törətməsinin səbəbi barədə soruşduğu zaman sonuncu qısqanclıq zəminində arvadını öldürdüyünü demiş, bundan sonra o, aidiyyəti üzrə məlumat vermişdir. Həmin gün prokuroruq və polis tərəfindən aparılmış araşdırma ilə Təqsirləndirilən şəxs qətl hadisəsi barədə verdiyi məlumatın doğru olduğu təsdiqini tapmış, Təqsirləndirilən şəxs göstərdyi ünvanda bir qadın meyitinin aşkar edildiyi məlum olmuşdur. Goranboy rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs arvadı X7 qəsdən öldürməsi faktı üzrə barəsində Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi iləcinayət işiş başlanmışdır. Goranboy Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində tutulması barədə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixliqərarından görünür ki, Təqsirləndirilən şəxs 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli HP-06/27-266 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilətəqsirləndirilməsinə dair cinayət işi xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə aidiyyəti üzrə Gəncə Hərbi Prokurorluğuna göndərilmişdir. Gəncə Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işi həmin tarixdə prokurorluğa daxil olmuş və istintaqın aparılması davam etdirilmişdir. Gəncə Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsi ilə yeni ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Goranboy şəhəri Yeni qəsəbə, 2 nömrəli binada yerləşən 17 nömrəli mənzildir. Mənzil binanın 1-ci mərtəbəsində yerləşir, 2 otaqdan ibarətdir. Mənzilin giriş qapısı qəhvəyi rəngli dəmir qapıdır, Mənzilə daxil olduqda dəhlizin eni 1.57 sm, uzunluğu isə 5.69 sm-dir. Dəhlizdən sağ tərəfdə evin qonaq otağı yerləşir, otağın uzunluğu 4.5, eni isə 4 metrdir. Mənzilin dəhlizinin sonunda, sağ tərəfdə mətbəx, sol tərəfdə yataq otağı, mətbəxin və yataq otağının arasında, yəni dəhlizin sonunda ayrı-ayrılıqda hamam və tualet yerləşir. Hamam otağının qarşısında ayaqları mətbəxin, başı isə yataq otağının giriş qapısı istiqamətində, beli üstə uzanmış vəziyyətdə qadın meyiti vardır. Meyitin sağ ayağının ucundan mətbəxin giriş qapısının küncünə qədər olan məsafə 85 sm, sol ayağının ucundan mətbəxin giriş qapısının küncünə qədər isə 80 sm təşkil edir. Meyitin baş nahiyəsindən hamam otağının giriş qapısının küncünə qədər olan məsafə 73 sm, əks tərəfdəki divara qədər 37 sm, yataq otağının giriş qapısının küncünə qədər isə 92 sm təşkil edir. Meyitin əynində qara rəng qısaqol, göbəyiaçıq kofta, ağ rəngli şalvar, sarı rəngli gödəkcə, boz rəng corab vardır. Meyitin bədəni üzərindəçoxsaylı xəsarətlər, həmçinin üzərində vəətrafında qanabənzər ləkələr müşahidə edilir. Yataq otağına daxil olduqda döşəmənin üzərində 1.87x57 sm ölçüdə qeyri müəyyən formalı qanabənzər ləkələrin olduğu müşahidə edilir. Otağın uzunluğu 4.5, eni isə 3 metrdir. Mətbəxə daxil olduqda sağ tərəfdəki stolun üzərində qapı tərəfdən sol küncünə yaxın yerdəüzərində qanabənzər ləkələr olan, dəstəyi qəhvəyi rəngli taxtadan 01 ədəd mətbəx bıçağı vardır. Bıçağıümumi uzunluğu 24 sm, dəstəyinin uzunluğu 11, tiyəsinin isə 13 sm-dir. xx.xx.2022-ci il tarixli meyitə baxış protokolundan görünür ki, mərhum X4 bədəni üzərində boynun ön səthində 14x7 sm ölçüdə, qarının ön divarında sağda 4 ədəd, döş qəfəsinin ön səthində sağda 5-ci qabırğa səviyyəsində 1 ədəd, qarının ön divarında solda 4 ədəd, sağ bazunun bayır səthində orta 1/3-də və sağ saidin orta 1/3-də hərəsində 1 ədəd, döş qəfəsində solda 2 ədəd, sol bazunun orta 1/3 bayır səthində 1 ədəd, sol əlin arxa səthində 2 ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində döş qəfəsinin arxa səthində sağda 12-ci qabırğa altı nahiyədə 7 ədəd deşilmiş-kəsilmiş yara xarakterli xəsarətlər aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilmiş 4 ədəd bıçağına arasından hadisə yerindən götürülmüş mətbəx bıçağını tanıyaraq X7 həmin bıçaqla qəsdən öldürdüyünü bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 41 saylı ekspert rəyində göstərilmişdir ki, X4 meytinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində - boyun ön səthinin, döş qəfəsinin sol ön səthinin daxilə keçən deşilmiş-kəsilmiş yaraları, qarının ön divarında sağda 4 ədəd, döş qəfəsində 1 ədəd, qarının ön divarında solda 4 ədəd, sağ bazunun bayır səthində 1 ədəd, sağ saidin orta 1/3-də 1 ədəd, sol bazunun bayır səthində 1 ədəd, döş qəfəsində solda 1 ədəd, sol əlin arxa səthində 2 ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində 1 ədəd və döş qəfəsinin arxa səthində sağda 12-ci qabırğaaltı nahiyədə 7 ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları xəsarətləri müəyyən edilmişdir. Həmin xəsarətlərdən boyun ön səthinin, döş qəfəsinin sol ön səthinin daxilə keçən deşilmiş-kəsilmiş yaraları hər biri ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digərləri- qarının ön divarında sağda 4 ədəd, döş qəfəsində 1 ədəd, qarının ön divarında solda 4 ədəd, sağ bazunun bayır səthində 1 ədəd, sağ saidin orta 1/3-də 1 ədəd, sol bazunun bayır səthində 1 ədəd, döş qəfəsində solda 1 ədəd, sol əlin arxa səthində 2 ədəd, sağ budun yuxarı 1/3-nin bayır səthində 1 ədəd və döş qəfəsinin arxa səthində sağda 12-ci qabırğaaltı nahiyədə 7 ədəd daxilə keçməyən deşilmişkəsilmiş yaraları isə sağlamlığa yüngül zərər vurmaya aid edilir. Xəsarətlərin əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. X4 ölümünə səbəb ekspertizaya təqdim olunmuş mətbəx bıçağı ilə boyun üzvərinin kəsilməsi nəticəsində baş vermiş qanaxma olmuşdur. X4 bədəni üzərində olan xəsarətlərin yara kanallarının istiqaməti öndən arxaya, boyunun ön səthində olan deşilmiş-kəsilmiş yara soldan-sağa doğrudur. Qeyd olunan xəsarətlərin xarakterinə görə onun özü tərəfindən yetirilməsi inkar olunur. Zəhra Babayeva almış olduğu xəsarətlərdən sonra sərbəst məqsədyönlü hərəkət edə bilməzdi. Meyitin bədəni üzərində olan xəsarətlərlə əynindəki paltarlar üzərindəki xəsarətlər eynilik təşkil edir. X4 ölümü qısa müddətdə baş vermişdir.X4 meyitindən götürülmüş qanda etil spirti akşar olunmamışdır. X4 meyitinin daxili müayinəsi zamanı hamiləlik qeyd edilməmişdir. X4 bədəni üzərində olan xəsarətlərin tək şəxs tərəfindən yetirilməsi inkar olunmur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 794 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/1257/1258 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən baçaq kustar üsull ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx baçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan X4 əynində olmuş uzunqol gödəkcənin üzərində olan zədələr, qısaqol köynəyin üzərində olan zədələr, busqalterin üzərində olan zədə, şalvarın üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin (o cümlədən tədim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarlar üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş baçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Məkəmə-lifli materiaların tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/1256 saylı ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxsyə məxsus bir ədəd şalvarının üzərindən tapılmış ağ rəngli pambıq liflər cinsi əlamətlərinə görə X8 məxsus bir ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 38 saylı rəyində göstərilmişdir ki, X9 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. Təqdim olunmuş bir ədəd bıçağın üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qan qrup göstəricisi O (İ) alfa-beta olduğundan X8 məxsus ola bilər. Təqdim olunmuş bir ədəd xalça, yataq otağından və meyitin yanından götürülmüş pambıq tamponlar üzərində insan qanı aşkar olundu, həmin qan qrup göstəricisi O (İ) alfa-beta olduğundan X8 məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qan qrup göstəricisi O (İ) alfa-beta olduğundan X8 məxsus ola bilər. Təqdim olunmuş X8 məxsus paltarlar (bir ədəd busqalter, bir ədəd kofta, bir ədəd şalvar, bir ədəd gödəkcə) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qan qrup göstəricisi O (İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 30 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. O, cinayət törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və əməlini idarə etmək iqtidarında olmuş, hərəkətlərini idarə edə bilmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməli törədərkən anlaqlı olmuşdur. Onda anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır, o, öz əməlinin faktiki xarakterini və ictimami təhlükəliliyini tam dərk etmiş və həmin əməli idarə edə bilmişdir. Hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir və onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli olan halları düzgün qavrayaraq düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivzm əlamətləri, şəxslər arasına konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, hazırki cinayət əməlini törədərkən əsəbi psixi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur və bu hal həyat yoldaşının ondan ayrılmaq istəyi ilə əlaqədar aralarındakı mübahisə səbəbindən ola bilər. Təqsirləndirilən şəxs mərhum həyat yoldaşı X7 öldürməmişdən əvvəl həmin hadisəni törətməyə meyl oyadan, qətiyyət yaradan psixi vəziyyətdə olmamışdır. Emisional halından asılı olaraq, Təqsirləndirilən şəxs öz hərəkətlərini tam idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 101 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan AZ-İİ №541839 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə X11 xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlamışlar. İş materiallarında olan “Azercell Telekom MMC”-dən götürülmüş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara, həmçinin, Təqsirləndirilən şəxs və X8 məxsus mobil telefonlarda olan məlumatlara baxış keçirilməsi zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs işlətdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə X5 işlətdiyi ***-***-**-** və 050 745-33-42 mobil telefon nömrəsi arasında 2022-ci ilin sentyabr ayından xx.xx.2022-ci il tarixədək olan dövr ərzində çoxsaylı telefon danışıqları və mesajlaşmalar olmuş, mesajlaşmaların məzmunu Zəhra Babayevanın maddi cəhətdən ailəni yaxşı dolandıra bilməməsi səbəbindən Təqsirləndirilən şəxs ayrılmaq arzusunda olması, sonuncunun buna razı olmaması, Bəbir X1 ayrılmaq barədə fikrindən daşındırmaq üçün cəhdlər etməsi, Zəhra Babayevanın isə həmin təkliflərə imtina cavabı verməsi ilə bağlı olmuşdur. Goranboy rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli könüllü gəlmə haqqında protokola əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü olaraq Goranboy RPŞ-nə gələrək arvadı Zəhra Babayevanı öldürdüyünü bildirmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 54 saylı əmrindən çıxarışa əsasən baş leytenant Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün komandiri vəzifəsinə təyin olunduğuna görə N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək xx.xx.2022ci il tarixdən həmin hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilərək vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 172 saylı əmrindən çıxarışdan görünür ki, baş leytenant Təqsirləndirilən şəxs 2-ci taborunun 4-cü bölüyünün komandiri vəzifəsindən azad edilərək həmin hərbi hissənin qərargah bölüyünün komandiri vəzifəsinə təyin olunmuşdur. Kəngərli rayon Qıvraq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və N nömrəli hərbi hissə tərəfindən verilmiş xasiyyətnamədən və xidməti vərəqədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. DİN-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 281 saylı əmrindən çıxarışdan görünür ki, çavuş X11 hərbi hissənin kadrlar bölməsinin kargüzar operatoru vəzifəsindən azad olunaraq şəxsi heyətin uçotu bölməsinin (Q1) kargüzar-operatoru vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 21 saylı əmrindən çıxarışdan görünür ki, çavuş X11 əri Təqsirləndirilən şəxs tərəfindən yetirilən bıçaq zərbələri nəticəsində xəsarət alaraq öldüyünə görə xx.xx.2022-ci il tarixdən N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 5579 saylı əmrindən çıxarışdan görünür ki, baş leyteant Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər Ağdərə istiqamətində «sağ bud və sağ bazunun qəlpə yarası» az ağır xəsarətini almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250 s nömrəli sərancamından görünür ki, X11 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 075t nömrəli sərancamından görünür ki, X11 ”Azərbaycan Ordusunun 100 illiyi YUBLEY” medalı ilə təltif olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş meddaların kçerosurətlərindən görünür ki, X11 idmanda etdiyi naliyyətlərə görə 1-ci və 2-ci yerlərə layiq görülmüşdür. Dövlət ittihamçısının Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli sayılaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə cıxışı ilə əlaqədar olaraq Müdafiəçi1 müdafiə çıxışı zamanı Təqsirləndirilən şəxs evin tək oğul övladı olmasının, ağır ailə vəziyyəti şəraitində yaşamalarının, 44 günlük Vətən müharibəsində iştirak etməsinin, döyüşlərdə fərqləndiyinə görə medallarla təltif olunmasının, cinayəti törətdikdən sonra onun açılmasına fəal köməklik göstərməsinin, özünün könüllü olaraq polis şöbəsinə gələrək təqdim olunmasının nəzərə alınaraq maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamı təhlil edib nəzərdən keçirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı tam təqsirli bilsədə, məhkəmə iclasında CM-nin 120.2.4-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü xidmət vaxtı qərargah bölməsinin zabiti olmuş, aylıq vəzifə maaşı 1.700 manat təşkil etmiş, təkcə 900 manat telefona kredit borcu olmuş, başqa borcu olmamış, atası və anası da ona pul göndərərək maddi cəhətdən köməklik göstərmişlər. …Zəhra Babayevanın 10-15 dəqiqəlik müddətdə kiminləsə telefonda danışdığını gördükdə Zəhradan kiminlə bu qədər danışdığını soruşduqda Zəhranın ona anası ilə danışmasını bildirmiş, o, Zəhraya məxsus mobil telefonda danışıqları yoxladığı zaman Zəhranın anası ilə 30-40 saniyə danışdığını müəyyən etmiş, Zəhranın telefonda təkcə anası ilə danışmasının deməsinin yalan olduğunu müəyyən etmişdir.O, bütün bu olanlara səbr edərək dözmüşdür. …Zəhranın özünə yeni sevgili tapdığını və bu səbəbdən ondan soyuyaraq ayrılmaq qərarına gəldiyini, ona xəyanət etdiyini düşünmüş… Zəhranın ona xəyanət etdiyini fikirləşərək qısqanclığı yaranmış və bütün bunlara görə qisas almaz üçün Zəhranı öldürmək qərarına gəlmişdir. O, Zəhranı öldürmək fikrini qətiləşdirdikdən sonra yataq otağından mətbəxə keçərək orada olan m’ətbəx baçağını belinə taxıb gizlədərək yenidən yataq otağına Zəhranın yanına qayıtmış, sonuncuya ayrılmamasını təklif etmişdir. Lakin Zəhra onun sözləri ilə razılaşmadığından bark əsəbləşmiş, belindəki bıçağı sağ əlinə alaraq Zəhranın qarın və döş qəfəsi nahiyələrinə çoxsaylı zərbələr vurmuş, özündə olmadığından bundan sonra olanlar yadında olmamış, birdə onda ayılmışdır ki, artıq Zəhra Babayevanı öldürmüşdür. Məhkəmə iclasında dindirilmiş zərəkçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid2, Şahid3, Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə uyğun ifadə vermişlər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı «Zəhra Babayevanın xalası Şahid4 ilə Zəhra Babayeva “Dədəmin aptekinin” yanında N nömrəli hərbi hissənin mailiyyəçisi baş leytenant Ruslan Qurbanovla görüşməsi ilə bağlı vermiş olduğu ifadə ilə Şahid4 məhkəmə istintaqı zamanı ifadəsində 27 oktayabr 2022-ci il tarixdə Zəhra Babayeva onun yanında kiminləsə görüşməmiş və belə bir hadisə olmamışdır» deməsini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, bu halın olması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində «Zəhranın qarın və döş qəfəsi nahiyələrinə çoxsaylı zərbələr vurduqdan sonra özündə olmadığından bundan sonra olanların yadında olmadığını, ayıldıqda artıq Zəhra Babayevanı öldürdüyünü görməsi ilə bağlı vermiş olduğu ifadəsi ilə iş üzrə keçirilmiş Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 30 saylı rəyində rəyində onun cinayəti törədərkən anlaqlı fizioloji affekt halında olmaması ilə bağlı verilənləri qarşılıqla təhlil edərək belə qənatə gəlir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadə verməsi onun özünün məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli 3 nömrəli qərarına görə təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zəhra Babayevanı boşanmaq fikrindən daşındırmağa çalışsa da, sonuncunun razılaşmayaraq boşanmaq fikrində qəti olduğunu gördükdə bu vəziyyətlə barışmadığından, arvadının onu istəməyib ayrılmasını qəbul edə bilmədiyindən və bu hərəkətini özünə sığışdıra bilmədiyindən, habelə arvadının başqası ilə sevgi münasibətlərinin olması və ona xəyanət etməsi ilə bağlı bir müddət əvvəl onda yaranmış şübhələrin doğru ola biləcəyini, məhz buna görə arvadının onun təkidli xahişlərinə məhəl qoymayaraq ayrılmaq fikrindən daşınmadığını zənn edib, qısqanclıq zəminində qisas məqsədilə Zəhra Babayevanı qəsdən öldürmək qərarına gəlmiş, mətbəxə gedib oradan bir ədəd mətbəx bıçağı götürərək yenidən yataq otağına qayıtmış, orada bir daha Zəhra Babayevaya ondan ayrılmamasını bildirmiş, lakin sonuncu onun təklifinə rədd cavabı verdiyi üçün sağ əlində tutduğu, tiyəsinin uzunluğu 132 mm, eni 24 mm olan bıçaqla əvvəlcə Zəhra Babayevanın qarın və döş qəfəsi nahiyələrinə, daha sonra isə qaçıb onun əlindən yaxa qurtarmaq istəyən Zəhra Babayevanı dəhlizdə hamam otağının qarşısında yaxalayaraq kürək nahiyəsinə ümumilikdə 24 zərbə vurmuş, sonuncu zərbələrin təsirindən yerə yıxılmış və artıq heç bir müqavimət göstərmək imkanı olmayan Zəhra Babayevanın boğazını bıçaqla kəsmişdir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-nin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittihamı, təqsirləndirilən və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini və iş üzrə olan sübutları qarşılıqlı təhlil edib belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 120.2.4-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi (bundan sonra, Konstitusiya Məhkəməsi) Plenumunun 12 may 2009-cu il tarixli Qərarında göstərilmişdir: “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir.» Həmin qərarın 2-ci bəndinin 5-ci hissəsində qeyd olunur ki, «Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir.» Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli polis şöbəsinə könüllü gələrək özünü təqdim etməsini, 44 günlük Vətən müharibəsində iştirak etməsini, döyüşlərdə fərqləndiyinə görə medalla təltif olunmasını və gəncliyini CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, cinayətin təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı və əzab verməklə törədilməsini isə CM-nin 61.1.7 və 61.1.9-cu maddələrinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Hüquq nəzəriyyəsinə görə əzab vermə dedikdə təqsirkar şəxsin zərərçəkmiş şəxsə eyni vaxtda güclü fiziki ağrılar və psixi iztirablar yetirilməsi ilə xarakterik ola bilər. Həmin nəzəriyyəyə görə isə şəxsin təqsirkardan asılı vəziyyətdə olması onun barəsində cinayətin törədilməsi və cinayətkar nəticəyə nail olunmasını asanlaşdırır. Bu asılılıq müxtəlif formalarda—maddi, qulluq, ailə münasibətləri ilə əlaqədar, həmçinin digər formalarda mövcud ola bilər. Həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 60.2-ci maddəsinin tələbinə əsasən Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması onun cəzasını yüngülləşdirən hal olsada cinayəti təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı və əzab verməklə törətdiyindən və bu hal CM-nin 61.1.7 və 61.1.9-cu maddələrinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alındığından, həmçinin Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan, CM-nin 60.1-cı maddəsinin tələbinə əsasən CM-in Xüsusi hissəsinin maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası ilə yanaşı nəzərdə tutulmuş daha yüngül cəza növü (azadlıqdan müəyyən müddətə məhrum etmə və s.) təyin edilən zaman da onun barəsində CM-nin 60.1-cı maddəsinin tələbi, yəni bu növdə cəzanın dörddə üçünün hesablanması ona şamil edilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın növünü və həddini təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək, bununla yanaşı təqsirləndirilən şəxsin törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinə yetirdiyi əvəzolunmaz mənəvi və maddi iztirabları, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayətçi olaraq onun ailəsinə bədbəxtçilik gətirən şəxs sayaraq Təqsirləndirilən şəxs ən ağır cəza olan ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsi tələbini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının yuxarı həddinin təyin edilməsini təqsirləndirilən şəxsin islah olunması üçün zəruri hesab edir. Azadlıqdan məhrum etmə cəzasının həddini müəyyən edərkən məhkəmə o halı nəzərə alır ki, Təqsirləndirilən şəxs peşəkar zabit olaraq Vətənə və xalqını qorumaq onun müqəddəs borcu olduğundan, bu yolda düşməni məhv etməkdə xüsusi vərdişlərə yiyələnərək, fiziki baxımdan çox hazırlıqlı həmçinin, özünü idarə edərək, hisslərinə sahib çıxmaq və soyuqqanlıqla ən çətin və təhlükəli tapşırıqları icra etmək bacarığı olmuş, komandir olaraq tabeliyində olan şəxləri idarə edərək, ədalətli davranış bacarıqlarına yiyələnmiş bir insan olduğundan, heç bir məntiqə sığmayan və hər-hansı bir çətin psixoloju durumla müşahidə olunmayan çox tələsik və milli adət-ənənələri qorumadan yalnız nikahlarını rəsmiyyətdən keçirdikdən sonra birgə yaşamağa başlayaraq bir ay ərzində qurmuş ailəsində heç bir əsası olmayan qısqanclıq zəminində əsassız və izahı tapılmayan qisas məqsədilə əvvəllər ailə qurmuş, boşanması barədə məlumatı olmuş və onu digər kişi cinsindən olan nümayəndələrində sevməsi barədə məlumatı olduğu halda, maddi çətinlik zəminində ayrılmaq istədiyini bildirən ailə münasibəti ilə əlaqədar faktiki maddi və mənəvi cəhəttdən ondan asılı vəziyyətdə olan arvadı Zəhra Babayevanı qəsdən öldürmək qərarına gələrək sonuncuya mətbəx bıçağı ilə soyuqqanlıqla amansızcasına bədənin müxtəlif nahiyyələrinə ümumilikdə heç bir zərurətdən irəli gəlməyən və belə xüsusilə ağır cinayətin törədilməsinə rəvac verməyə əsas olmayaraq zərəcəkmiş şəxsə 24 zərbə vuraraq, bununla kifayətlənməyib və arvadınını ondan imdad diləyərək ona tibbi yardım etdirməyi barədə yalvarışına məhəl qoymayaraq, sonuncunun artıq ölümcül olmasını başa düşərək, lakin buna baxmayaraq onun istirablarını daha da çox dərinləşdirərək, arvadının bu qədər bıçaq zərbəsindən sonra soyuqqanlıqla boğazını bıçaqla kəsərək, əzab vermə faktını, həmçinin arvadının nə atasının, nə qardaşının olmaması, onunda özü kimi Vətən Müharibəsi iştirakcısı olmasını, bu cinayətlə arvadının anasına və yeni ana olmuş yeganə bacısına verə biləcəyi mənəvi, fiziki və psixoloji istirabları dərk edərək və bu cinayətin törədilməsinə səbəb olan nikahın pozulması faktı aylarla davam edən və barışıqla bitməsi istisna olunmasınıda dərk etsədə, bu xüsusilə ağır cinayətin törətməsini nəzərə alaraq, məkəməə hesab edir ki, Təqsirləndirilən şəxsə yuxarı həddə cəza təyin edilərək, onun törətdiyi cinayətin ondan qat-qat gücsüz olan və faktiki ona heç bir müqavimət göstərmək iqtidarında olmayan qadına qarşı törətməsi və bu cinayəti belə amansızcasına və əzabla törətməsi, onunun şəxsiyyətinin ictimai təhlukəliyini çox yuxarı həddə olmasını sübut edir və bu səbəbdən ona təyin olunacaq cəzanın bir hissəsini həbsxanada çəkməsini zəruri hesab edir və yalnız bu halda sosial ədalətin bərpa edilməsi, təqsirləndirilən şəxsin islah olunmasının təmin edilməsi və başqa şəxslərin belə əməllərdən çəkindirici təsir göstərməsi, eyni xarakterli yeni cinayətlər törədilməsinin qarşısını alınması, beləliklə də cəzanın məqsədlərini təmin edilməsini mümkün sayır. Belə ki, cəmiyyətimizdə belə xarakterli cinayətlərin müstəsna hallarda baş verməsi və peşakar hərbiçi tərəfindən törədilməsi cəmiyyətdə ən böyük qınağa səbəb olması danılmazdır və ailə-məişət zəminində narazılıqların olması başa düşülən olsada belə, bu zəmində cinayətə əl atılmasının qarşısının alınması məhz yuxarıda şərh olunan cinayət törədən şəxsə münasibətdə yuxarı həddə cəzaların verilməsi belə cinayətlərdən çəkindirici effektinin cox böyük olması ehtimalına əsas verir. Burada önəmli hallardan biri də zərərcəkmiş şəxsin hüquqi varisinin barışmaz mövqedə olaraq təqsirləndirilən şəxsə ömürlük cəza verilməsi tələbidə nəzərə alınmalıdır və belə cəza növünün təyin olunmasına yüngülləşdirici hallara istinadən məhkəmə əsas görmədiyindən, təqsirləndirilən şəxsə zərərcəkmiş şəxsin hüquqi varisinin tələbinə münasibətdə də yuxarı həddə cəza təyin edilərək və cəzasının bir hissəsini həbsxanada cəkməsi qərarı bu tələb qismində olsa zərərcəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə ən ağır cəza verilməsi tələbinin bir hissəsinin təmin edilməsinə yönəlmiş qərardır. CM-nin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 120.2.4cü maddəsilə törətmiş olduğu cinayət əməlinin sanksiyasında on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulduğundan onun təqsirli bilindiyi əməli xüsusilə ağır xarakterli cinayət hesab olunur. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. CM-nin 56.2-ci maddəsinə əsasən «Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər.» Məhkəmə hesab edir ki, işin halları və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının bir hissəsinin həbsxanada çəkilməsinin müəyyən edilməsi cəzanın məqsədlərinə tamamilə cavab verir və bu hal tam düzgün, qanuni və ədalətli olar. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının bir hissəsini CM-nin 56.2-ci maddəsinə əsasən həbsxanada, cəzasının qalan hissəsini isə CM-nin 56.1.3cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində: məsələn, X6rşı, Rantsev Kipr və Rusiyaya qarşı, X2rşı işlərində Avropa Məhkəməsi işlərdə şəxsin istintaq orqanına könüllü gəlib, gəlməməsinin heç bir əhəmiyyəti olmadan, şəxsin azadlığının məhdudlaşdırıldığı andan onun «tutulması» anının başlamasını qeyd etdiyindən, CM-nin 69.3-cü maddəsinə və CPM-nin 158.6-cı və 353.4.5-ci maddələrinə əsasən təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu andan, yəni 30 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. CPM-nin 353.4.12-ci maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvəsində saxlanılmalı, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə olunmalıdır. CPM-nin 175.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri təyin ediləcək cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən xüsusilə ağır cinayət olduğundan o, CM-nin 48.0.2-ci maddəsinin tələbinə əsasən “baş leytenant” hərbi rütbəsindən məhrum edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Tərtər Hərbi Məhkəməsində saxlanılan hadisə yerindən götürülmüş 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd kiçik ölçülü xalça, 1 (bir) ədəd mərhum X8 məxsus «İphone X» markalı mobil telefon, meyitə baxış zamanı götürülmüş 1 (bir) ədəd qara rəngli qısaqol kofta, 1 (bir) ədəd ağ rəngli şalvar, 1 (bir) ədəd sarı rəngli uzunqol gödəkcə, 1 (bir) ədəd yaşıl rəngli tamlığı pozulmuş bustqalter, 1 (bir) cüt boz rəngli corab, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd qara rəgli şalvar və 1 (bir) ədəd qara rəngli qısaqol köynək və sonuncuya məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon məhkumun saxlanıldığı və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs yaşadığı yer Gəncə şəhəri olduğundan icranın səmərəli təşkil edilməsindən ötrü Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilməli və həmin quruma poçt vasitəsilə göndərilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Tərtər Hərbi Məhkəməsində saxlanılan hadisə yerindən götürülmüş 1 (bir) ədəd bıçaq məhv edilməlidir. Məhvetmə Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilməlidir. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Tərtər Hərbi Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd qara rəngli şalvar və 1 (bir) ədəd qara rəngli qısaqol köynək və sonuncuya məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon qanuni sahibi olan Təqsirləndirilən şəxs, yaxud valideynlərinə və digər yaxın qohumları arasından bir nəfərə qaytarılmalı və qeyd olunan maddi sübut üzərində onlara CPM-nin 132.1.1-ci maddələrinə əsasən sərəncam vermək hüququ verilməlidir. Hökmün bu hissədə icrası Gəncə şəhəri üzrə İcra idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə təyin edilmiş ekspertizalar üzrə aparılmış tədqiqatın dəyəri olan 123,80 (yüz iyirmi üç manat səksən qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilməlidir. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Tərtər Hərbi Məhkəməsində saxlanılan 1 (bir) ədəd kiçik ölçülü xalça, 1 (bir) ədəd mərhum X8 məxsus «İphone X» markalı mobil telefon, meyitə baxış zamanı götürülmüş 1 (bir) ədəd qara rəngli qısaqol kofta, 1 (bir) ədəd ağ rəngli şalvar, 1 (bir) ədəd sarı rəngli uzunqol gödəkcə, 1 (bir) ədəd yaşıl rəngli tamlığı pozulmuş bustqalter, 1 (bir) cüt boz rəngli corab zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs təhvil verilməli və qeyd olunan maddi sübut üzərində ona CPM-nin 132.1.5-ci maddələrinə əsasən sərəncam vermək hüququ verilməlidir. Hökmün bu hissədə icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44, 139, 344-349, 351-353, 356, 358 və 381-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının ilk 3 (üç) il müddətini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu andan, yəni 30 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın və həmin qətimkan tədbiri bu hökmlə təyin edilmiş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə olunsun. Azərbaycan Respublikası CM-nin 48.0.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs “baş leytenant” hərbi rütbəsindən məhrum edilsin. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Tərtər Hərbi Məhkəməsində saxlanılan hadisə yerindən götürülmüş 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd kiçik ölçülü xalça, 1 (bir) ədəd mərhum X8 məxsus «İphone X» markalı mobil telefon, meyitə baxış zamanı götürülmüş 1 (bir) ədəd qara rəngli qısaqol kofta, 1 (bir) ədəd ağ rəngli şalvar, 1 (bir) ədəd sarı rəngli uzunqol gödəkcə, 1 (bir) ədəd yaşıl rəngli tamlığı pozulmuş bustqalter, 1 (bir) cüt boz rəngli corab, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd qara rəgli şalvar və 1 (bir) ədəd qara rəngli qısaqol köynək və sonuncuya məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon məhkumun saxlanıldığı və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs yaşadığı yer Gəncə şəhəri olduğundan icranın səmərəli təşkil edilməsindən ötrü Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin və həmin quruma poçt vasitəsilə göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Tərtər Hərbi Məhkəməsində saxlanılan hadisə yerindən götürülmüş 1 (bir) ədəd bıçaq məhv edilsin. Məhvetmə Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Tərtər Hərbi Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd qara rəngli şalvar və 1 (bir) ədəd qara rəngli qısaqol köynək və sonuncuya məxsus 1 (bir) ədəd «Samsung» markalı mobil telefon qanuni sahibi olan Təqsirləndirilən şəxs, yaxud onun valideynlərinə və digər yaxın qohumlarının arasından bir nəfərə qaytarılsın və qeyd olunan maddi sübut üzərində onlara sərəncam vermək hüququ verilsin. Hökmün bu hissədə icrası Gəncə şəhəri üzrə İcra idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasına həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq, Tərtər Hərbi Məhkəməsində saxlanılan 1 (bir) ədəd kiçik ölçülü xalça, 1 (bir) ədəd mərhum X8 məxsus «İphone X» markalı mobil telefon, meyitə baxış zamanı götürülmüş 1 (bir) ədəd qara rəngli qısaqol kofta, 1 (bir) ədəd ağ rəngli şalvar, 1 (bir) ədəd sarı rəngli uzunqol gödəkcə, 1 (bir) ədəd yaşıl rəngli tamlığı pozulmuş bustqalter, 1 (bir) cüt boz rəngli corab zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs təhvil verilsin və qeyd olunan maddi sübut üzərində ona sərəncam vermək hüququ təmin edilsin. Hökmün bu hissədə icrası Gəncə şəhər İcra baş idarəsinə həvalə edilsin. İş üzrə təyin edilmiş ekspertizalar üzrə aparılmış tədqiqatın dəyəri olan 123,80 (yüz iyirmi üç manat səksən qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilsin. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1-1(098)-59/2023
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-59/2023
26.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver