Məhkəmə qərarları › İş №1-1(098)-61/2023

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-61/2023

17.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-61/2023 17.04.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Sarıyev Əhməd Mədət oğlunun sədrliyi, Hüseynov Ramil Saday oğlunun katibliyi, Dövlət ittihamçısı: Dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X1 Müdafəisi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Tərtər rayon Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxsi Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bərdə rayonu Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bərdə rayonu Qaradağlı kəndində daimi qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 3N.4, 31N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Müdafiə Nazirliyinin Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun minaatan batareyasının 1-ci minaatan taqımının N-ci minaatanının sürücüsü vəzifəsində, kiçik-çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən N1-ci ilin avqust ayının əvvəllərində hərbi hissənin yaxınlığında xidmət apardığı hərbi hissənin 3-cü taborunun minaatan batareyasının N-ci minaatan taqımının 1-ci minaatanının komandiri vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edən Şahid1 qardaşı vətəndaş Zərərçəkmiş şəxs ilə söhbət edərkən sonuncu qardaşı Şahid1 Ağcabədi rayonuna yaxın yerləşən hərbi hissələrdən birinə köçürülməsi məqsədilə Müdafiə Nazirliyinə müraciət etdiklərini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gəlib Zərərçəkmiş şəxs pul verilməyəcəyi halda müraciətə baxılmayacağını bildirərək sonuncunu ələ almaq niyyəti ilə özünün də başqa hərbi hissəyə köçürülməsi üçün yaxın adamana pul verdiyini və həmin şəxsə 1800 (min səkkiz yüz) manat pul veriləcəyi təqdirdə qardaşı Şahid1 Müdafiə Nazirliyinin Ağcabədi rayonuna yaxın ərazilərdə yerləşən hərbi hissələrdən birinə köçürülməsinə köməklik edilə biləcəyini vəd verib Zərərçəkmiş şəxs vəzifəli şəxsə rüşvət verməyə təhrik edərək razılığa gəlmişlər. Bu səbəbdən bir neçə gün sonra Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək Bərdə şəhərində olduğunu, sonuncunun qardaşı Şahid1 Müdafiə Nazirliyinin Ağcabədi rayonuna yaxın yerləşən hərbi hissələrindən birinə köçürülməsi üçün əvvəlcədən razılaşdıqları 1800 manat pulu onun əmək haqqı kartının hesabına göndərməsini bildirmişdir. xx.xx.N1-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs mobil telefonunda olan "xxxx" ASC-yə məxsus “İBAM” mobil tətbiqi vasitəsilə əmək haqqı kartının hesabından özünə məxsus 1800 manat pulu Təqsirləndirilən şəxs əmək haqqı kartının hesabına yükləmişdir. Bununla da, Təqsirləndirilən şəxs xx.xx.N1-ci il tarixdə Zərərçəkmiş şəxs pul alıb yalan vəd verərək onu inandırıb vəzifəli şəxsə rüşvət verməyə təhrik etməklə dələduzluq edərək sonuncunun 1800 manat məbləğində pulunu ələ keçirmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 178.1 və 3N.4, 31N.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 178.1 və 3N.4, 31N.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Vətən müharibəsində iştirak edərək Talış-Suqovuşan istiqamətində döyüşmüşdür. Hazırda müqavilə müddəti başa çatdağına görə ordu sıralarından ehtiyyata buraxılmışdır. Zərərçəkmiş şəxs qardaşı Şahid1 N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində tanımışdır. Belə ki, N1-ci ilin aprel ayından N1-ci ilin sentyabr-oktyabr aylarınadək Kəlbəcər rayonunda ezamiyyətdə olmuş, Şahid1 da onunla birlikdə ezamiyyətdə olmuşdur. Ezamiyyətdə olarkən ayda bir dəfə olmaqla N-3 günlük evə gəlmələri üçün buraxılışa buraxılmış, evə gələrkən və buraxılışdan hərbi hissəyə qayıdarkən Şahid1la birlikdə gəlib-getmiş, Şahid1 qardaşı Zərərçəkmiş şəxs sonuncuya məxsus “Mercedes C NN” markalı avtomobillə Yevlax rayonu Aran qəsəbəsinə gələrək onları aparıb-gətirərkən tanımışdır. N1-ci ilin təxminən avqust-sentyabr aylarında Zərərçəkmiş şəxs avtomobili ilə onu və Şahid1 Aran qəsəbəsinə aparıb hərbi avtomobilləri gözləyən zaman Ruhinlə təklikdə söhbət edərkən sonuncu ona qardaşı Eltacın Ağcabədi rayonuna yaxın yerləşən hərbi hissələrdən birinə köçürmək istədiklərini bildirdikdə o, özünün də xidmət yerini ön xətt hərbi hissələrdən birinə dəyişdirmək istədiyini, bununla bağlı tanış adamının olduğunu və həmin şəxsin ona köməklik edəcəyini, əgər istəsə Şahid1 da xidmət yerinin dəyişdirilməsinə köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs qardaşının xidmət yerini Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə dəyişmək istədiyini bildirdikdə sonuncuya tanışı ilə bunu danışacağını bildirərək qısa müddət sonra bunun müqabilində 1800 ( min səkkiz yüz) manat pul verməsi qarşılığında ona da köməklik edilə biləcəyini dedikdə Ruhin ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Bərdə şəhərində gələrək Zərərçəkmiş şəxs mobil nömrəsinə zəng edərək Bərdə şəhərində olduğunu, əgər onun qadaşını N nömrəli hərbi hissəyə köçürülməsi məsələsinə köməklik etməyini istəyirsə, növbəti gün 1800 (min səkkiz yüz) manat pulu onun əmək haqqı kart hesabına göndərməyini bildirmiş, Zərərçəkmiş şəxs ona razılığını bildirmişdir. Bu səbəbdən “Whatsap” programı vasitəsilə öz adına olan “Beynəlxalq Bank”a məxsus bank kartının foto şəklini Zərərçəkmiş şəxs göndərmişdir. Növbəti gün Zərərçəkmiş şəxs onun bank kartına 1800 manat pul köçürsə də, həmin vaxt köməklik üçün müraciət etdiyi şəxs işdən çıxdığı üçün həmin pulu Şahid1 xidmət yerini dəyişdirilməsi üçün vrə bilməmiş, özünün pula ehtiyacı olduğu üçün şəxsi işləri üçün istifadə etmiş və onlara Şahid1 xidmət yerini təxminən 15-N günə dəyişdiriləcəyini bildirmişdir. N1-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs artıq qardaşı Şahid1 xidmət yerini dəyişirilməsinə köməkliyə ehtiyacının olmadığını bildirərək ondan verdiyi pulu geri istədikdə pulu özünün qaytaracağını bildirmişdir. xx.xx.NN-ci il tarixdə Zərərçəkmiş şəxs “Milliön” ödəniş terminalı vasitəsilə 1000 (min) manatını xx.xx.N3-cü il tarixdə isə qalan 800 (səkkiz yüz) manatını qaytarmışdır. Hazırda da törətdiyi əməldən səmimi peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Şahid1 N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində, yəni N1-ci ilin iyuniyul aylarından xidmət yoldaşı kimi tanımışdır. Təxminən N1-ci ilin iyun-iyul aylarında atası ŞahidN Səfa oğlu qardaşı Şahid1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən Ağcabədi rayonuna yaxın yerləşən hərbi hissələrindən birinə köçürülməsi ilə bağlı Müdafiə Nazirliyinə rəsmi olaraq məktubla müraciət etmişdir. Belə ki, atası və anası İİİ qrup əlil olduğundan, həmçinin özünün də ayağında xəsarət olduğundan ailələrinə köməklik məqsədilə Eltacın tez-tez evə gəlməsi və onlara köməklik etməsi zərurəti yaranmışdır. Müdafiə Nazirliyindən müraciətə cavab olaraq müraciətin araşdırılacağı və ştat olduğu təqdirdə qardaşının xidmət yerinin Ağcabədi rayonuna yaxın hərbi hissələrdən birinə köçürüləcəyi bildirilmişdi. Qardaşı Şahid1 təxminən N1-ci ilin may ayından N1-ci ilin təxminən sentyabr-oktyabr aylarınadək Kəlbəcər rayonunda ezamiyyətdə olduğuna görə ayda bir dəfə olmaqla N-3 günlük evə gəlməsi üçün buraxılışa buraxılarkən evə gəldiyi müddətdə, yəni buraxılışdan hərbi hissəyə qayıdarkən qardaşı Şahid1 özünə məxsus “Mercedes C NN” markalı avtomobillə Aran qəsəbəsinə aparıb-gətirmişdir. Təqsirləndirilən şəxs da Bərdə şəhərində yaşadığından qardaşını aparıb-gətirərəkən onu da qardaşı ilə birlikdə yola salmışdır. N1-ci ilin təxminən avqust-sentyabr aylarında qardaşı ilə Təqsirləndirilən şəxs avtomobillə Aran qəsəbəsinə aparıb hərbi avtomobilləri gözləyən zaman Təqsirləndirilən şəxsla təklikdə söhbət etməyə başlamışdır. Söhbət zamanı Təqsirləndirilən şəxs qardaşının Ağcabədi rayonuna yaxın yerləşən hərbi hissələrdən birinə köçürülməsi məqsədilə Müdafiə Nazirliyinə müraciət etdiklərini bildirdikdə Təqsirləndirilən şəxs müraciətin səmərəsiz olacağını, müraciətə baxılmayacağını, əgər pul verməyi təqdirdə Şahid1 Ağcabədi rayonuna yaxın hərbi hissələrdən birinə köçürülməyəcəyini bildirmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs özünün də başqa hərbi hissəyə köçülüyəcəyini, başqa hərbi hissəyə köçürülməsi üçün Bərdə korpusunda xidmət edən “yaxın adamı” na pul verdiyini, pul verəcəyi təqdirdə qardaşı Şahid1 Ağcabədi rayonunda yerləşən hərbi hissələrdən birinə köçürülməsinə Bərdə korpusunda xidmət edən “yaxın adamı” vasitəsilə köməklik edəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bununla bağlı nə qədər pul verməli olduqlarını soruşduqda 1800 (min səkkiz yüz) manat pul qarşılığında həll edəcəyini bildirərək bu barədə heç kimə, həmçinin qardaşına da məlumat verməməyi xahiş etmişdir. Həmin vaxt bu barədə fikirləşəcəyini və daha sonra fikrini bildirəcəyini demişdir. Bundan sonra evə gedib atası ilə bu barədə məsləhətləşmiş və atası ona bununla bağlı narazılıq bildirməmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs zəng edərək Bərdə şəhərində olduğunu, 1800 (min səkkiz yüz) manat pulu onun əmək haqqı kart hesabına göndərməyi bildirdikdə Təqsirləndirilən şəxsla razılaşaraq pulu növbəti gün göndərəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs “Whatsap” programı vasitəsilə öz adına olan “Beynəlxalq Bank”a məxsus bank kartının foto şəklini ona göndərmişdir. Növbəti gün özü Bakı şəhərində yaşayan qardaşı Səfa Hüseynovla mobil telefonla əlaqə saxlayıb 1800 manat pulu Şahid1 kartına köçürməsini, bildirmişdir. Həmin gün qardaşı Səfa Hüseynov pulu ona göndərdiyinə görə Ağcabədi rayonunda yaşadığı evdə Təqsirləndirilən şəxs bank kart hesabına “İBAM” mobil tətbiqi vasitəsilə 1800 manat pul köçürmüşdür. Pulu köçürdükdən sonra mobil telefon vasitəsilə Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu qeyd olunan pulun bank kart hesabına köçdüyünü bildirmişdir. Həmin tarixdən təxminən 15-N gün keçdikdən sonra mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxsla əlaqə saxladıqda sonuncu “yaxın adamının” məzuniyyətdə olduğunu məzuniyyətdən qayıtdıqdan sonra məsələni həll edəcəyini bildirmişdir. Həmin dövrdə qardaşı Şahid1la mobil telefonla əlaqə saxlayaraq xidmət yerinin dəyişdirilməsi ilə bağlı hər hansı məlumatın verilibverilməməsini soruşduqda qardaşı bu barədə ona heç bir məlumat verilmədiyini dedikdə xidmət yerinin Ağcabədi rayonuna yaxın hərbi hissələrdən birinə dəyişdirilməsi üçün Təqsirləndirilən şəxs 1800 (min səkkiz yüz) manat pul verdiyini və sonuncunun Bərdə korpusunda xidmət edən yaxın adamı vasitəsilə bu məsələni həll edəcəyini bildirmişdir. Həmin vaxt Şahid1 Təqsirləndirilən şəxsla özünün də əlaqə saxlayacağını və bu barədə soruşacağını demiş, Təqsirləndirilən şəxs qardaşına da müxtəlif bəhanələr gətirərək xidmət yerinin dəyişdirilməsi məsələsini uzandığını bildirmişdir. N1-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxsla yenidən mobil telefonla əlaqə saxladıqda Təqsirləndirilən şəxs “yaxın adamının” ezamiyyətdə olduğunu bildirərək ezamiyyətdən qayıtdıqdan sonra məsələnin həll olunacağını bildirmişdir. N1-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs onu aldatdığını anlayaraq əlaqə saxlayıb aldığı 1800 (min səkkiz yüz) manat pulu qaytarmasını və artıq bu məsələyə köməkliyinin lazım olmadığını bilirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 05.01,NN-ci il tarixədək pulu “yaxın adamından” alıb geri qaytaracağını bildirsə də, dediyi vaxtda pulu qaytarmamışdır. Bundan sonra yenidən əlaqə saxladıqda Təqsirləndirilən şəxs yaxın adamının pulu qaytara bilmədiyini, özünün yanvar ayının ortalarında 13-14-cü əmək haqqısı köçdükdə pulu qaytaracağını bildirsə də dediyi vaxtda da pulu qaytarmamışdır. NN-ci ilin avqust ayınadək pul qaytarılmadığına görə hüquq mühafizə orqanlarına müraciət etmək qərarına gəlib 05 avqust NN-ci il tarixdə ərizə ilə Tərtər hərbi prokurorluğuna müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tam şəkildə ödədiyindən ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirir. ŞahidN məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Şahid1 N nömrəli hərbi hissədə xidmət etdiyi dövr ərzində xidmət yoldaşı olması kimi tanımış, lakin üzdən tanımamışdır. Təxminən N1-ci ilin iyun-iyul aylarında o, oğlu Şahid1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən Ağcabədi rayonuna yaxın yerləşən hərbi hissələrindən birinə köçürülməsi ilə bağlı Müdafiə Nazirliyinə rəsmi olaraq məktubla müraciət etmişdir. Belə ki, özü və arvadının İİİ qrup əlil olduğundan, həmçinin oğlu Zərərçəkmiş şəxs da Vətən müharibəsində iştirakı ilə əlaqədar ayağında xəsarət olduğundan ailələrinə köməklik məqsədilə Eltacın tez-tez evə gəlməsi və onlara köməklik etməsi zərurəti yaranmışdır. Oğlu Şahid1 ona xidmət yoldaşı Təqsirləndirilən şəxs tanışı olduğunu, Zərərçəkmiş şəxs yerini dəyişmək üçün 1800 manat pul lazım olduğunu bildirmiş, o da bununla bağlı narazılıq bildirməmişdir. Şahid3 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid1 onun doğma əmisinin oğlanlarıdır, ŞahidN isə əmisidir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu barəsində Təqsirləndirilən şəxs Şahid1 xidmət yerinin dəyişdirilməsi müqabilində Zərərçəkmiş şəxs 1800 manat məbləğində pul alıbqaytarmadığını eşitmişdir. Belə ki, NN-ci ilin fevral ayında əmisi oğlu Zərərçəkmiş şəxs ona zəng edərək Bərdə şəhərində Təqsirləndirilən şəxs qardaşı Şahid1 xidmət yerinin Ağcabədi rayonuna yaxın yerləşən hərbi hissələrdən birinə köçürülməsi müqabilində ondan 1800 manat məbləğində pul alıb-qaytarmadığını, habelə işi də həll etmədiyini bildirərək bunun üçün onun yaşadığı evə getmək istədiklərini bildirib onlarla birlikdə getməyi xahiş etmişdir. Bu səbəbdən əmisi oğlu Zərərçəkmiş şəxs və əmisi ŞahidNla birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhərində yerləşən evlərinə getib soraqlayaraq evi tapmışlar. Evlərinə getdikdə bizi cavan bir oğlan qarşılayaraq Bəyişin qardaşı olduğunu bildirmişir. Həmin şəxsdən evdə böyüklərdən kimin olduğunu soruşduqda sonuncu anasının evdə olmasını söyləmiş, Bəyişin anasına oğlunun qanunsuz əməlləri barədə məlumat verib ondan Eltacın xidmət yerinin Ağcabədi rayonuna yaxın yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi müqabilində alınmış 1800 manat məbləğində pulu qaytarmasını xahiş etdikdə Təqsirləndirilən şəxs anası böyük oğlunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini verərək onunla əlaqə saxlamalarını demişdir. Bundan sonra Bəyişin böyük qardaşı Bəhruzla əlaqə saxlayıb Təqsirləndirilən şəxs törətdiyi əməl barədə ona da məlumat verdikdə o qardaşı ilə danışıb məsələni öyrənəcəyini demiş və təxminən N saat sonra Zərərçəkmiş şəxs məxsus mobil telefona zəng edib qardaşı ilə məsələni dəqiqləşdirdiyini, dediklərinin doğru olduğunu, qardaşı Bəyişin Zərərçəkmiş şəxs aldığı 1800 manat pulu kiməsə verdiyini bildirərək pulu özünün qaytaracağını deyərək bunun üçün möhlət istəmişdir. Şahid4 məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşır. NN-ci ilin fevral ayında səhhətində olan problemlə əlaqədar həkim müayinəsində olarkən ona tanımadığı mobil nömrədən zəng gəldiyinə görə zəngə cavab verdikdə həmin şəxs Şahid1 əmisi oğlu olduğunu, qardaşı Təqsirləndirilən şəxs Şahid1 xidmət yerinin dəyişdirilməsi müqabilində qardaşı Zərərçəkmiş şəxs 1800 manat məbləğində pul aldığını, lakin işin həll olunmadığını, pulun isə qaytarılmadığını bildirdikdə qardaşı Bəyişlə danışıb məsələni öyrənəcəyini dedikdən bir qədər sonra Zərərçəkmiş şəxs məxsus mobil telefona zəng edib qardaşı ilə məsələni dəqiqləşdirdikdə qardaşı Bəyiş Zərərçəkmiş şəxs aldığı 1800 manat pulu kiməsə verdiyini və həmin şəxsin işi həll etmədiyini bildirmişdir. Həmin vaxt Bəyiş pulu kiməsə verdiyini bildirsə də, həmin şəxsin adı və soyadı, habelə vəzifəsi barədə məlumat verməmişdir. Bundan sonra Şahid1 ailə üzvlərinə pulu özünün qaytaracağını, lakin bunu hissə-hissə edəcəyini bildirərək bunun üçün möhlət istəmişdir. Bundan bir neçə gün keçdikdən sonra tanışının avtomobili ilə Ağcabədi rayonunun Hindarx qəsəbəsinə ŞahidN yaşadığı evə getmiş, orada söhbət zamanı pulun Bəyişə çatmadığını, sonuncunun 1800 manat pulu tanışına verməsini bildirərək üzərində olan 500 manat pulu sonuncuya təklif etsə də ŞahidN pulu tam şəkildə istəyərək 500 manat pulu qəbul etməkdən imtina etmişdir. Bundan bir neçə gün sonra ŞahidN ona zəng edərək pulun hazır olub-olmadığını soruşduqda əvvəldən üzərində olan 500 manatın üzərinə borc kimi aldığı 500 manatı da əlavə edib 1000 manat pulu xx.xx.NNci il tarixdə Bərdə şəhərində yerləşən “Aran” adlı marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs “KapitalBank”da olan hesabına göndərmişdir. Pulun qalan hissəsini isə qaytaracağını bildirmişdir. Bundan sonra maddi imkanları olmadığından qalan 800 manatı pulu ödəyə bilməmişlər. NN-ci ilin avqust ayında Zərərçəkmiş şəxs Tərtər hərbi prokurorluğuna qardaşı Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini eşitmişdir. Hazırda qalan pulu tam şəkildə ödənmişdir. Şahid1 məhkəmə iclasına gəlmədiyindən, onun cinayət işinin İ cild N3-cü səhifəsindəki NN noyabr NN-ci il tarixli ifadəsi oxunub elan olundu. Şahid1 həmin ifadəsində göstərmişdir ki, xx.xx.N0-ci il tarixdən xx.xx.N0-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu keçmiş və xx.xx.N0-ci il tarixdə kursu “minaatan” ixtisası üzrə bitirərək əsgər hərbi rütbəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun N mm-lik minaatan batareyasının N-ci taqımının 4-cü minaatanının komandiri vəzifəsinə təyin edilmişdir. Bundan sonra N nömrəli hərbi hissədə müxtəlif vəzifələrdə xidmət edərək xx.xx.NN-ci il tarixdə N nömrəli hərbi hissəyə köçürülmüş və həmin tarixdən hərbi hissənin N-ci əlahiddə N mm-lik minaatan batareyasının 1-ci taqımının 3-cü minaatanının komandiri vəzifəsində əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətini davam etdirir. Zərərçəkmiş şəxs qardaşıdır, ŞahidN atası, X4 isə əmisi oğludur. Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə birlikdə xidmət etdiyi müddətdən tanımış, onunla eyni batareyada xidmət etmiş, aralarında hər hansı qohumluq, ədavət və düşmənçilik olmamışdır. Xidmət müddətində, yəni təxminən N1-ci ilin oktyabr ayında N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən qardaşı Zərərçəkmiş şəxs ona zəng edərək hərbi hissədə xidmət yerinin dəyişdirilməsi ilə bağlı nsə eşidib-eşitmədiyini soruşmuşdur. Həmin vaxt atası ŞahidN onun xidmət yerinin dəyişdirilməsi ilə bağlı Müdafiə Nazirliyinə yazdığı məktubu xatırlayaraq xidmət yerinin həmin müraciətin əsasında dəyişdirilə biləcəyini düşünmüşdür. Bundan sonra qardaşı Zərərçəkmiş şəxs ona xidmət yoldaşı Təqsirləndirilən şəxs ilə onun xidmət yerinin Ağdam rayonunda yerləşən N nömrəli hərbi hissəyə dəyişdirilməsi məsələsi barədə danışdığını desə də, telefon danışığı zamanı bunun müqabilində Bəyişə hər hansı məbləğdə pul verməsi barədə hər hansı bir söz deməsə də qardaşının Təqsirləndirilən şəxs müəyyən miqdarda pul verdiyini anlamışdır. Bəyişlə eyni yerdə xidmət etdiyi üçün bir neçə dəfə Kəlbəcər rayonuna ezamiyyətə göndərilərkən qardaşı Ruhin onları N nömrəli hərbi hissənin yerləşdiyi Yevlax rayonunun Aran qəsəbəsinə şəxsi avtomobili ilə aparmış və həmin ərəfələrdə Bəyişlə qardaşı Ruhinin tanışlığı yaranmışdır. Həmin gün axşam saatlarında Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən yaşadığı evə gəldikdə Ruhindən xidmət yerinin dəyişdirilməsi müqabilində Bəyişə nə qədər pul verdiyini soruşduqda qardaşı 1800 (min səkkiz yüz) manat verməsini bildirmişdir. Buna görə bir qədər əsəbiləşərək xidmət yerinin dəyişdirilməsi müqabilində Bəyişə nahaq yerə pul verdiyini, xidmət yerindən və şəraitindən narazılığının olmadığını dedikdə, Ruhin onun yaşadıqları yerə yaxın ərazidə xidmət etmək istədiyini bildirərək, eləcədə tez-tez Kəlbəcər rayonuna ezamiyyətə getdiyinə görə xidmət yerini dəyişdirmək qərarına gəldiyini və bu səbəbdən Bəyişə 1800 manat məbləğində pul verdiyini bildirmişdir. Təxminən 1-N gündən sonra xidmət yerinə qayıtdıqda Bəyişi görüb ondan artıq N aya yaxındır ki, qardaşından onun xidmət yerinin dəyişdirilməsi müqabilində 1800 manat pul aldığını, lakin onun xeyrinə hər hansı bir iş görmədiyinin səbəbini soruşduqda Təqsirləndirilən şəxs pulu kiməsə verdiyini deyərək narahat olmamağı və işin tezliklə düzələcəyini bildirmişdir. Buna baxmayaraq işi kimin vasitəsilə və necə həll edəcəyini, 1800 manat pulu konkret olaraq kimə verməsi barədə hər hansı bir söz deməmişdir. Bundan sonra da bu barədə Təqsirləndirilən şəxs dəfələrlə soruşsa da, sonuncu hər dəfə bir bəhanə ilə ondan gözləməyi xahiş etmiş, eyni zamanda iş alınmayacağı təqdirdə pulu özünün qaytaracağını demişdir. Bəyişin işi həll etmək, eləcə də pulu qaytarmaq fikrinin olmadığını görüb NN-ci ilin əvvəllərində atası, əmisi oğlu Pərviz və qardaşı X11 şəhərində yerləşən yaşadığı evə gedib sonuncunun anası ilə söhbət edərəkən şikayət etməmələrini xahiş edərək pulu qaytaracaqlarını bildirsələr də, pul qaytarılmadığına görə bir neçə aydan sonra qardaşı Zərərçəkmiş şəxs bu barədə Tərtər hərbi prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Daha sonra Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xidmət yerinin Ağcabədi rayonuna yaxın yerləşən hərbi hissələrdən birinə dəyişdirilməsi müqabilində almış olduğu 1800 manat məbləğində pulu hazırki tarixədək Zərərçəkmiş şəxs qaytarmamışdır. Özünün Təqsirləndirilən şəxsla xidmət yerinin dəyişdirilməsi ilə bağlı heç bir söhbəti olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Ağcabədi rayonu Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs tərəfindən Tərtər Hərbi prokurorluğuna ünvanlanmış xx.xx.NN-ci il tarixli ərizədən görünür ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs ona qardaşı Şahid1 Ağcabədi rayonu yaxınlığında yerləşən hərbi hissələrdən birinə köçürülməsinə köməklik edəcəyini bildirib rüşvət verməyə təhrik etməklə ondan 1800 (min səkkiz yüz) manat pul alaraq onların xeyrinə hər hansı bir iş görmədən dələduzluq edərək həmin pulu mənimsəmişdir (cild İ iş vərəqi: 7). N №-li hərbi hissə komandirinin N iyul N0-ci il tarixli 195 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik-çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 051 əç nömrəli əmri ilə N-ci taborun minaatan batareyasının 1-ci minaatan taqımının N-ci minaatanın sürücüsü vəzifəsi təyin edildiyindən həmin tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək vəzifəsinin qəbuluna və icrasına başlamışdır (cild İ iş vərəqi: 163). N №-li hərbi hissə komandirinin N aprel N1-ci il tarixli 1N3 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik-çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli 0N əç nömrəli əmrinə və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «a» bəndinə (yuxarı vəzifəyə) əsasən N-ci taborun minaatan batareyasının 1-ci minaatan taqımının N-ci minaatanın sürücüsü vəzifəsindən azad edilərək hərbi hissənin 3-cü taborun minaatan batareyasının 1-ci minaatan taqımının N-ci minaatanın sürücüsü vəzifəsinə təyin edilmişdir (cild İ iş vərəqi: 164). N №-li hərbi hissə komandirinin N dekabr N1-ci il tarixli 349 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik-çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli 083 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin N-ci taborunun bölüyün baş çavuşu vəzifəsinə təyin edildiyinə görə iş və vəzifəsini təhvil vermiş hesab edilərək həmin tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirməsi üçün N nömrəli hərbi hissənin sərəncamına göndərilmişdir (cild İ iş vərəqi: 165). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi işinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 41.0.1-ci maddəsinə əsasən (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyyata buraxılaraq qeydiyyata alınması üçün SHXÇDX-nin Bərdə rayon şöbəsinə göndərilmişdir (cild İ iş vərəqi: 90-11N). N №-li hərbi hissə komandirinin N sentyabr N0-ci il tarixli N59 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 36.1.1 və 38.1.N-cimaddələrinə və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 7N-ci maddəsinin «v» bəndinə müvafiq olaraq N0-ci ilin sentyabr ayında N nömrəli hərbi hissədə «Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularınhazırlığı kursu»nu bitirmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid1 bağlaşma əsasənda 3 (üç) il müddətinə N nömrəli hərbi hissə komandirinin N sentyabr N0ci il tarixli 073 əç nömrəli əmrinə əsasən hərbi hissənin 3-cü taborun minaatan batareyasının N-ci minaatan taqımının 1-ci minaatan komandiri vəzifəsinə təyin edildiyindən həmin tarixdən şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək vəzifəsinin qəbuluna və icrasına başlamışdır (cild İ i. Vərəqi: 166). N №-li hərbi hissə komandirinin N iyun NN-ci il tarixli 163 №-li əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şahid1 Müdafiə nazirinin müavini-XN NN may NN-ci il tarixli 054 əç nömrəli əmri ilə N nömrəli hərbi hissəyə təyin edildiyinə görə iş və vəzifəsini təhvil vermiş hesab edilərək həmin tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir (cild İ iş vərəqi: 167). N №-li hərbi hissə komandirinin 0N iyun NN-ci il tarixli 16N №-li əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Şahid1 Müdafiə nazirinin müavini-XN NN may NN-ci il tarixli 054 əç nömrəli əmri ilə N nömrəli hərbi hissənin N-ci minaatan batareyasının 1-ci minaatan taqamının 3-cü minaatan komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək həmin tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlara qoyularaq vəzifəsinin icrasına başlamışdır (cild İ iş vərəqi: 148). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-statistika və informasiya idarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İ iş vərəqi: 46). İş materiallarında olan AZ-İ № 387877 ölüm haqqında şəhadətnamədən görünür ki, Bəyiş.Hümbətovun atası X5 xx.xx.N10-cu ildə ölmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 3N.4, 31N.1-ci maddələri ilə təqsirləndirilməsi barədəki cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan hissədə məhkəmənin 17 aprel N3-cü il tarixli qərarı ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 3N.4, 31N.1-ci maddəsi ilə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş özünün etirafedici ifadəsilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də iş materiallarında toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin təqsirləndirilən şəxsə CM-nin 3N.4, 31N.1-ci maddəsilə əməlində cinayət tərkibi olmamasına görə bəraət verilməsinə dair dəlilləri ilə razılaşmır. Müdafiəçi məhkəmə çıxışında bu barədə dəlillərini onunla əsaslandırmışdır təqsirləndirilən şəxs zərərçəkmişdən pul alarkən, pulu vəzifəli şəxsə verib zərərçəkmişin qardaşının xidmət yerini dəyişdirmək niyyətində olmamış, onun qəsdi bu üsuldan istifadə etməklə zərərçəkmişi aldadıb 1800 manat pulunu ələ keçirməyə, yəni dələduzluq etməyə yönəlmişdir. Odur ki, onun əməli rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz. Məhkəmə müdafiə tərəfinin bu dəlillərini əsassız hesab edir. Belə ki, təqsirləndirilən şəxsin özünün ifadələrindən görünür ki, o, zərərçəkmişin qardaşının xidmət yerinin dəyişdirilməsi üçün adını məhkəmə iclasında çəkməkdən imtina etdiyi şəxs vasitəsilə danışıqlar aparmış, lakin həmin şəxs xidmət yerini dəyişdiyindən zərərçəkmiş şəxsin qardaşının xidmət yerini dəyişdirmək məsələsi alınmamışdır. Göstərilən hallar habelə zərərçəkmişin və şahidlərin pulun təqsirləndirilən şəxsin tanışı vasitəsilə zərərçəkmiş şəxsin qardaşının xidmət yerinin dəyişdirilməsi müqabilində rüşvət qismində verildiyi barədə ifadələri ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi rüşvətin verilməsi istər rüşvət verənin istərsə də bunda vasitəçilik edən Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərdən baş tutmamış, sonucu isə rüşvət verilməsi üçün ona verilmiş pulu mənimsəyərək dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 3N.4, 31N.1-ci maddəsi ilə də düzgün tövsif edilmişdir və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə hadisələrin təsadüfü axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 59.N-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N03-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır, ilk dəfə hazırki az ağır cinayəti törətmişdir, “Vətən” müharibəsinin iştirakçısı olmuş, medallarla təltif edilmişdir, himayəsində iki azyaşlı uşağı vardır, zərər çəkmiş şəxslə barışmışdır. Məhkəmə hesab edir ki, göstərilənlər Təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayət hadisəsi vaxtı və sonrakı davranışı baxımından müsbət xarakterizə etdiyindən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Habelə məhkəmə hesab edir ki, göstərilən hallar təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar olmaqla, məcmu şəklində onun barəsində CM-nin 6N-ci maddəsi tətbiq olunmaqla ona CM-nin 3N.4, 31N.1-ci maddəsində nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin edilməsinə tam əsas verir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 6N.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 6N.N-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi cinayət əməlindən peşman olmasını, gənc olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, döyüşlərdən sonra medallarla təltif edilməsini, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, habelə cəzanı yüngülləşdirən digər halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsini tətbiq etməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31N.1-ci maddəsində müəyyən edilən cərimə cəzasının aşağı həddindən az cərimə cəzası təyin olunmasını mümkün hesab edir. Məhkəmə təyin edilən cəzanın məbləğini müəyyən edərkən təqsirləndirilən şəxsin ailə və maddi vəziyyətini, himayəsində iki azyaşlı övladının olmasını nəzərə alıb hesab edir ki, cərimə elə məbləğdə təyin edilməlidir ki, bu təqsirləndirilən şəxsin ailəsinin maddi vəziyyətinin kəskin pisləşməsinə səbəb olmasın. Ona görə də məhkəmə təqsirləndirilən şəxsə cərimənin 300 manat məbləğində təyin edilməsini məqbul hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, maddi sübut, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N.4, 31N.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq etməklə 300 (üç yüz) manat məbləğdə cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar