Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 1-1(098)-64/2025 03.06.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X15 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi XN Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun müdiri vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 199N-cı ildə Xocalı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, Xocalı rayonunda qeydiyyatda olmaqla Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yaşayan, NNN3-cü ilin sentyabr ayında anti-terror əməliyatında iştirakına görə “Cəsur döyüşçü” medalı ilə təltif edilmiş, N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün 3-cü tağımının N-ci əməliyyat qrupunun komandiri, gizir, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs gizir kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq ağır şərait zəminində xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının N-ci əməliyyat qrupunun komandiri gizir Təqsirləndirilən şəxs, N fevral NNN5-ci il tarixdə saat N8:NN-da buraxılışdan xidmət yerinə qayıtmalı olduğu halda, «Diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsi» xəstəliyindən əziyyət cəkərək həmin gün bel-oma nahiyyəsindən yaranan kəskin ağrılar səbəbindən hərəkət məhdudiyyətləri yarandığından xidmət yerinə qayıtmamışdır və bu barədə bölük komadirinə məlumat verərək ev şaraitində müalicə olunaraq bel-oma nahityəsində ağrılar keçərək və bununlada hərəkət məhdudiyyətləri aradan qalxdığından sonra N fevral NNN5ci il tarixdə saat 15:3N-da xidmət yerinə qayıtmaqla, 1N gün 7 saat 3N dəqiqə, yəni on gündən artıq, lakin bir aydan çox olmayaraq ağır şərait zəminində xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 333.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, N nömrəli hərbi hissəsinin N-ci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının N-ci əməliyyat qrupunun komandiri vəzifəsində, gizir rütbəsində hərbi xidmətdə olarkən xx.xx.NNN5-ci il tarixdə saat N8:NNda buraxılışdan xidmət yerinə qayıtmalı olduğu halda bel fəqərəsində yaranmış kəskin ağrıları və bunun nəticəsində hərəkət məhdudiyyətləri ilə bağlı xidmət yerinə vaxtında qayıda bilməmişdir. Bel fəqərəsində olan ağrılar NNN4-cü ilin yay aylarında mobilləşmə kursunda 3 aylıq təlimdə olan zaman başlamışdır. Əvvəllər də belində ağrılar olsa da, sonradan cərrahi əməliyyat olunmuş və həmin əməliyyatdan sonra ağrıları bir müddət kəsmiş, NNN4-cü ilin yay aylarından etibarən isə yenidən ağrıları daha da kəskinləşməyə başlamışdır. NNN4-cü ilin təxminən oktyabr-noyabr aylarında taborun şəxsi heyəti mobilləşmə kursu ilə əlaqədar 3 aylıq müddətə Qusar rayonuna göndərilmiş və həmin müddətdə kursun bitməsinə NN (iyirmi) gün qalmış bel fəqərəsində yaranan ağrılarla əlaqədar xidmət yeri olan N nömrəli hərbi hissəyə qaytarılmışdır. Kursdan geri qayıtdıqdan sonra müayinə olunmaq məqsədilə hərbi hissədən Müdafiə Nazirliyinin Gəncə şəhəri ərazisində yerləşən N nömrəli hərbi hospitalına göndərilmiş və həmin hərbi hospitalda müayinə olunan zaman belində iki yerdə “qrija” olduğu müəyyən olunmuş, bel fəqərəsində iki yerdə “qrija” olduğundan hospitalın neyrocərrahiyyə şöbəsində stasionar müalicəyə qəbul olunmuşdur. 15 (on beş) gün müddətində hospitalda stasionar müalicədə olduqdan sonra yenidən xidmət yeri olan N nömrəli hərbi hissəyə qaytarılmışdır. Hərbi hissəyə qayıtdıqdan sonra bel fəqərəsində ağrılar olduğundan təlimlərdə, cöl cıxışlarında, hətta düzülüşlərə çıxmaqda çətinlik çəkmişdir. Belində olan ağrıların kəskinləşməsi ilə əlaqədar xidmət etməkdə çətinlik çəkdiyini və buna görə tərxis olunmaq istədiyini bildirərək bununla bağlı müraciət edib müraciətilərinə cavab gözləyirdi. Bu müddət ərzində bel fəqərəsində ağrılar tez-tez kəskinləşirdi, bel fəqərəsindəki mütamadi kəskinləşən ağrılarla əlaqədar olaraq özündə gəzdirdiyi ağrıkəsici iynə olan “Ketonal” dərmanını hərbi hissənin tibb məntəqəsinə müraciət edərək mütamadi olaraq vurduraraq ağrıları müvəqqəti kəsilirdi. Həmin müddətdə bölük komandiri, baş leytenant Şahid yaxınlaşaraq bel fəqərəsində olan ağrılarla əlaqədar xidmətini davam etdirməkdə çətinlik çəkdiyini və ordu sıralarından ehtiyata buraxılmaq üçün yuxarı komandanlığa müraciət etdiyindən bu haqda raportu hərbi hissənin şəxsi heyətinin uçot bölməsinə təqdim edildikdən müraciətinə bir ay və yaxud bir ay yarım sonra cavab gələcəyi bildirilsə də hal-hazıradək ona heç bir cavab gəlməmişdir. xx.xx.NNN5-ci il tarixdə saat N8:NN-da buraxılışdan xidmət yerinə qayıtmalı olduğu halda həmin günün səhəri bel fəqərəsində əmələ gəlmış şiddətli ağrıların səbəbindən yataqdan qalxa bilmədiyindən və bununla bağlı hərəkət məhdudiyyəti yarandığından xidmət yerinə qayıda bilməmişdır. Xidmət yerində olmadığı müddətdə bel fəqərəsində kəskin ağrılar ağrıkəsici iynə vurduraraq müvəqqəti olaraq aradan qaldırılması mümükün olurdu. Xidmət yerinə vaxtında gəlməməsinin səbəbəbi barədə bölük komandiri baş leytenan Şahid ona zənq edərək səbəbini soruşduqda bel fəqərəsində olan travma ilə bağlı ağrılar kəskinləşdiyindən yataqdan qalxa bilmədiyini və bu səbəbdən yeriyə bilmədiyindən xidmət yerinə üzürlü səbəblərdən gələ bilmədiyini və ağrılar səngiyən kimi və hərəkət məhdudiyyətliyi aradan qalxan kimi xidmət yerinə qayıdacağını ona bildirmişdir. Bu ərəfədə artıq bel fəqərəsindəki ağrılarla xidmət edə biləcəyini və yazdığı raportla bağlı ordu sıralarından ehtiyata buraxılacağını düşündüyündən yeni iş yerləri axtarmağı düşünərək yataqda olduğu müddət ərzində telefon vasitəsilə səhhətinə uyğun iş axtarması ilə məşqul olsada heç bir uyğun iş tapa bilməmişdir. Bel fəqərəsində olan ağrılar azaldığından və hərəkət məhdudiyyətləri aradan qalxdığdan xx.xx.NNN5-ci il tarixdə saat 15:3N-da xidmət yeri olan N nömrəli hərbi hissəyə qayıtmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, bel fəqərəsindəki ağrılar hərbi xidmətə çağırılmamışdan qabaq yaranmışdır. Belə ki, NN15-ci ildən NNNN-ci ilədək DİN-də cavuş rütbəsində xidmətdə olarkan xidmət zamanı bel fəqərəsində yaranmış ağrılarla bağlı 1N mm. “qrija” əmələ gəldiyindən DİN mərkəzi hospitalında NN15-ci ilin axırlarında bel fəqərəsindən cərrahi əməliyyat olunmuşdur və bir müddət ağrıları kəssə də, hərbi xidmətini ordu sıralarında davam etdiyi zaman xüsusi təyinatlı hərbi hissədə qrup komandiri olduğu zaman və orada xüsusi hazırlıq keçdiyi zaman həmin kəskin bel fəqərəsində olan ağrıları yenidən yaranmışıdr. Belə ki, o xüsusi təyinatlı qoşunlar olan hərbi hissədə əməliyyat qrup komandiri olduğundan üzərində mütamadi olaraq 3N kq. az olmayan bel cantası və əlavə olaraq silah-sursatla daşıyaraq, uzun məsafələ qacışlar edirdilər və bir necə gün davam edən təlimlərdə iştirak edərək, böyük fiziki güc və dözümlük tələb edən hazırlıqlar keçirdilər. NNN3-cü ilin sentyabr ayında xüsusi təyinatlı qoşunlar aid olan hərbi hissədə əməliyyat qrup komandiri kimi anti-terror əməliyyatında iştirak edərək və verilən tapşırığı çox uğurlu yerinə yetirərək, göstərdiyi cəsur hərəkətlə görə Ali Baş Komandan tərəfindən NNN3-cü ilin noyabr ayında “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Bu ərəfələrdə yenidən bel fəqərəsində kəskin ağrılar yaranmış və hərbi hissənin tibb məntəqəsinə bir neçə dəfə müraciət edərək orada ambulator müalicə olunmuşdur. Belə ki, bel fəqərəsində ağrılar getdikcə intensifləşirdi və xidmət zamanı daimi şiddətli ağrılar bel fəqərəsindən tutduğda təlimlərdə, hətta sırada duranda müvazunətini itirirdi və xidmət yoldaşları tərəfindən onun qollarından tutaraq yardım göstərib carpaya uzandırırdılar və yalnız ağrıkəsici iynələr vurulduğdan sonra bel fəqərəsində ağrılar səngiyirdi və hərəkət məhdudiyyətləri aradan qalxırdı. Bel fəqərəsindəki ağrılarla əlaqədar xidmətini davam etdirməkdə çətinlik çəkdiyindən ordu sıralarından ehtiyata buraxılması ilə bağlı müraciəti olmuşdur, lakin onun müraciətinə hal-hazıradək cavab verilmədiyindən o xidmətini səhhətində yaranan ağrılarla bağlı davam etdirərək belə bir hadisələrin, yani xidməyt yerinə 1N gündən artıq qayıda bilməmışdır və bel fəqərəsində şiddətli ağrıların qəflətən yaranması səbəb olmuşdur. Xidmətə münasibəti yaxşı olsa da, son zamanlar səhhətindəki problemlərlə əlaqədar ordu sıralarından ehtiyata buraxılmaq istəmişdir. Xidmət yerinə gəlməməsinin yrganə səbəbi qəflətən baş verən bel fəqərəsində olan 6 mm.”qrija” ilə və əvvəllər 1N mm.”qrijadan” əməliyyat olduğdan sonra yaranan kəskin ağrılar və hərəkət məhdudiyyəti olmuşdur. Himayəsində üç azyaşlı uşağı vardır, Xocalı qacqınıdır, hal-hazırda ailəsi ilə birlikdə Xocalıya qayıdan ailələrdənik, ilk dəfədir ki, belə əməlini törətmişdir və bu əməli ağır şəraitdə törətdiyindən onu cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissəsinin N-ci taborunun 6-cı bölüyünün komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Şahid ifadəsində bildirmişdir ki, NNN4-cü ilin təxminən oktyabr-noyabr aylarında taborun şəxsi heyəti mobilləşmə kursu ilə əlaqədar Qusar rayonuna göndərilmiş və həmin müddətdə gizir Təqsirləndirilən şəxs kursun bitməsinə NN (iyirmi) gün qalmış belində yaranan ağrılarla əlaqədar xidmət yeri olan N nömrəli hərbi hissəyə qaytarılmışdır. Gizir Təqsirləndirilən şəxs kursdan geri qayıtdıqdan sonra müayinə olunmaq məqsədilə hərbi hissədən Müdafiə Nazirliyinin Gəncə şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmiş və həmin hərbi hissədə müayinə olunan zaman gizir Təqsirləndirilən şəxs belində iki yerdə “qrija” olduğu müəyyən olunmuş, belində iki yerdə “qrija” olduğundan hospitalın neyrocərrahiyyə şöbəsində stasionar müalicəyə qəbul olunmuşdur. Gizir Təqsirləndirilən şəxs 15 (on beş) gün müddətində hospitalda stasionar müalicədə olduqdan sonra yenidən xidmət yeri olan N nömrəli hərbi hissəyə qaytarılmışdır. Hərbi hissəyə qayıtdıqdan sonra belində ağrılar olduğundan düzülüşə çıxmaqda çətinlik çəkmiş, lakin N nömrəli hərbi hissədən belindəki ağrıların xidmətini davam etdirməsinə mane olduğunu qeyd edən hər hansı tibbi sənəd təqdim etməmişdir. Gizir Təqsirləndirilən şəxs NNN5-ci yanvar ayında ona yaxınlaşaraq ağrıları ilə əlaqədar xidmət etməkdə çətinlik çəkdiyini və buna görə tərxis olunmaq istədiyini bildirərək ordu sıralarından ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciət etməsini xahiş etdiyindən bununla bağlı tabor komandirinə müraciət edərək gizir Təqsirləndirilən şəxs ordu sıralarından ehtiyata buraxılmaq istədiyini və bununla bağlı yuxarı komandanlığa müraciət edilməli olduğunu demişdir. Onlar bununla bağlı müraciət edib müraciətilərinə cavab gözlədiyi zaman gizir Təqsirləndirilən şəxs heç kəsə bu barədə məlumat vermədən xx.xx.NNN5-ci il tarixdə saat N8:NN-da buraxılışdan xidmət yerinə qayıtmamışdır. Gizir Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmadığını gördükdə istifadəsində olan mobil telefon vasitəsilə sonuncu ilə əlaqə saxlayaraq xidmət yerinə qayıtmamasının səbəbini soruşduqda ona belində yaranan ağrılarla əlaqədar xidmət etməkdə çətinlik çəkdiyindən artıq xidmətini davam etdirə bilmədiyini, buna görə də xidmət yerinə qayıtmaq istəmədiyini demişdir. Bunu dedikdə gizir Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmalı olduğunu deyib, qayıtmadığı təqdirdə barəsində qanunamüvafiq tədbirlər görüləcəyini desə də, o buna əhəmiyyət verməyərək xidmət yerinə qayıtmayacağını və ordu sıralarından ehtiyata buraxılmaq istədiyini demişdir. xx.xx.NNN5-ci il tarixdə saat 15:3N-da xidmət yerinə qayıtdıqdan sonra isə xidmət yerinə qayıtmadığı müddətdə nə işlə məşğul olduğunu və xidmət yerinə vaxtında niyə qayıtmadığını soruşduqda ona həmin müddətdə sadəcə ev şəraitində müalicə olunduğunu və ordu sıralarından ehtiyata buraxılmaq istədiyindən xidmət yerinə vaxtında qayıtmadığını demişdir. Təqsirləndirilən şəxs xidmət etdiyi müddət ərzində bütün növ təminatlarla təmin olunmuş, ona qarşı nizamnamədənkənar hərəkətlərə yol verilməsi halları olmamışdır. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid X11 ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissənin Nevrologiya bölməsinin rəisi vəzifəsində, tibb xidməti mayoru hərbi rütbəsində xidmət edir. “Diskogen mənşəli xroniki bel-oma radikuliti” xəstəliyi “Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi təminatın dinc dövrdə təşkili haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 67 nömrəli Qərarının 1N.4.1N.3-cü maddəsinə əsasən hərbi hissənin tibb məntəqəsində müalicəsi mümkün olan xəstəlikdir. Bu xəstəliklər hərbi xidmətə mane olduğu halda hərbi qulluqçu hərbi hissənin tibb məntəqəsinə müraciət edib orada müalicə olunur. Hərbi hissənin tibb məntəqəsində müalicəsi mümkün olmadıqda göndəriş tərtib edilərək hərbi hospitala göndərilir. Hərbi hospitalda müalicədə olduqdan sonra hərbi qulluqçunun vəziyyəti yaxşılaşdığı halda müvəqqəti hərbi xidmətə yararsız sayılaraq xidmət etdiyi hərbi hissəyə göndərilir və yaxud məzuniyyət verilək müvəqqəti hərbi xidmətə yararsız hesab olunur. “Xəstəliklər cədvəli”nin N6d maddəsinə əsasən kəskin radukilitlərdən və xroniki radukulitlərin kəskinləşməsindən sonra hərbi qulluqçuların qismən azad edilməsinin zəruriliyi barədə qərar çıxarılır. Bu xəstəliyin müalicəsi fizioterapiya və yaxud cərrahi əməliyyat yolu ilə mümkündür. NNN4-cü ilin sentyabr ayında gizir Təqsirləndirilən şəxs təyin edilmiş “Keçirilmiş diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicəyə qəbul edilən zaman müalicədən sonra vəziyyəti yaxşılaşdığından xx.xx.NNN4-cü il tarixdə stasionar müalicədən sonra xidmət yerinə qaytarılmış, növbəti dəfə, yəni hərbi həkim komissiyasından keçən zaman sonuncuya “diskogen mənşəli xroniki bel-oma radikuliti” diaqnozu təyin edilərək hərbi xidmətə yararlı hesab edilmişdir. Hazırda bu diaqnozla xidmətini davam etdirib-etdirə bilməməsi barəsində bildirmişdir ki, bu xroniki xəstəlikdir, xroniki xəstəliklərin xüsusiyyəti isə belədir ki, anidən ağrılar olur, müalicə nəticəsində xəstənin vəziyyəti yaxşılaşır, müalicədən sonra da xəstənin vəziyyəti yaxşılaşmasa, xəstə neyrocərrahi əməliyyat etdirməli olur. Hazırda isə vəziyyəti qənaətbəxş olmuş və xx.xx.NNN5-ci il tarixdə hərbi həkim komissiyasından keçən zaman gizir Təqsirləndirilən şəxs bel ağrısından şikayəti olsa da, həmin ağrıların kəskin olması ilə bağlı hər hansı qeyd olmadığından gizir Təqsirləndirilən şəxs sağlamlığındakı problemin hərbi xidmətinə mane olması ilə bağlı hər hansı qeyd edilməmişdir. Məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid X1N ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissənin tibb xidməti rəisi vəzifəsində, tibb xidməti kapitanı hərbi rütbəsində xidmət edir. Gizir Təqsirləndirilən şəxs hazırkı diaqnozu ilə xidmət etməsinə hər hansı mane yoxdur, lakin kəskinləşmə mərhələsinə keçdikdə həmin xəstəliklə xidmət etməsində çətinliklər yarana bilər. Gizir Təqsirləndirilən şəxs təyin edilmiş “Diskogen mənşəli xroniki bel-oma radikuliti” diaqnozlu xəstəliyi xroniki xəstəlikdir. Xroniki xəstəliklər tam sağalmır müəyyən müddətdən bir öz əlamətlərini göstərir. Həmin əlamətləri göstərdikdə isə müalicə olunur. Müalicə nəticəsində sağalma yaranır. NNN4-cü ilin sentyabr ayında gizir Təqsirləndirilən şəxs həmin xəstəlik kəskinləşmə mərhələsində olmuş və stasionar müalicə nəticəsində vəziyyətində yaxşılaşma qeyd olunmuş və keçən müddət ərzində də xəstəliyində ağırlaşma ilə bağlı hərbi hissənin tibb məntəqəsinə müraciət etməmişdir. Müraciət etmiş olsaydı göndəriş tərtib edərək hərbi hospitala göndəriləcəyini demişdir. Gizir Təqsirləndirilən şəxs belindəki ağrılarla əlaqədar hərbi hissənin tibb məntəqəsinə ambulator yardımla bağlı müraciəti olmamışdır. Belə müraciətlər olduqda hərbi qulluqçunun xidmət etdiyi bölüyün komandiri və yaxud baş çavuşu tərəfindən xəstələrin qeydiyyatı kitabını imzalanaraq həmin hərbi qulluqçu tibb məntəqəsinə göndərilir. Hərbi hissənin tibb məntəqəsində müayinə olunur ambulator tibbi yardım göstərilir və yaxud xəstəliyi ağır olduqda tibb məntəqəsinə stasionar müalicəyə qəbul edilir. Hərbi hissənin tibb məntəqəsində N (on dörd) gün müddətində müalicə olunur, edilən müalicə nəticəsində onun vəziyyəti yaxşılaşmasa, tibb kitabçasına qeydlər aparılaraq hospitala göndərilir. Baş Klinik Hospitala göndərilməli olduqda isə Baş Klinik Hospitalda müayinə N3 (üç) gün müəyyən olunduğundan göndəriş tərtib edilir. Hərbi hissənin tibb məntəqəsində isə Gizir Təqsirləndirilən şəxs belindəki ağrılarla əlaqədar hərbi hissənin tibb məntəqəsinə müraciət etməsi ilə bağlı hər hansı qeyd olmamışdır. Hərbi hissənin tibb məntəqəsində hər hansı hərbi qulluqçu hərbi hissədən kənarda iynə alıb gətirdikdə məqsədəmüvafiq hesab edildikdə həmin iynə hərbi qulluqçuya vurulur və müalicəsinə kömək edilir. Gizir Təqsirləndirilən şəxs da hərbi hissədən kənarda ağrıkəsici iynə almış və hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş, buna görə də növbətçi həkim tərəfindən həmin iynə sonuncuya vurulmuşdur. Gizir Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsinə yalnız bu formada müraciət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq olunmuş aşağıda sadalanan sənədlərlə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli bir daha sübut olunmuş və onun şəxsiyyətini səciyyələndirən xüsusiyyətlər müəyyən edilmişdir. N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün komandirinin N fevral NNN5-ci il tarixli raportundan görünür ki, 6-cı bölüyün 3-cü tağımının N-ci qrupunun komandiri vəzifəsində xidmət edən gizir Təqsirləndirilən şəxs N fevral NNN5-ci il tarixdə xidmət yerinə gəlməmişdir. N nömrəli hərbi hissə komandirinin N fevral NNN5-ci il tarixli 39 nömrəli əmri ilə gizir Təqsirləndirilən şəxs N fevral NNN5-ci il tarixdə saat N8:NN radələrində xidmət yerinə gəlmədiyi üçün xidmət yerinə gəlməmiş hesab edilərək, bütün növ təminatları dayandırılmışdır. N nömrəli hərbi hissənin N-ci taborunun 6-cı bölüyünün komandirinin N fevral NNN5-ci il tarixli raportundan görünür ki, 6-cı bölüyün 3-cü tağımının N-ci qrupunun komandiri vəzifəsində xidmət edən gizir Təqsirləndirilən şəxs N fevral NNN5-ci il tarixdə saat 15:3N radələrində xidmət yerinə qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin N fevral NNN5-ci il tarixli, 49 nömrəli əmri ilə N fevral NNN5-ci il tarixdə saat N8:NN radələrində xidmət yerinə gəlməmiş gizir Təqsirləndirilən şəxs N fevral NNN5-ci il tarixdə saat 15:3N radələrində xidmət yerinə gəldiyi üçün xidmət yerinə gəlmiş hesab edilərək bütün növ təminatlara qoyulmuşdur. Gəncə Hərbi Prokurorluğunun N1 aprel NNN5-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs: AA ******* nömrəli 4V68E9Y fərdi identifikasiya kodlu Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 199N-cı ildə doğulmuşdur. SQ ******* nömrəli Şəxsi vəsiqənin surətindən görünür ki, xx xxxxxx 199N-cı ildə Xocalı rayonunda doğulmuşdur, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir; AO ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, xx xxxxxx 199N-cı ildə Əsgəran rayonunun Xocalı kəndində doğulmuşdur, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir; N nömrəli hərbi hissə komandirinin N may NNN3-cü il tarixli 1N6 nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.3-cü və 38.1.4-cü maddələrinə və «hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 38-ci maddəsinin «v» bəndinə və 54-cü maddəsinə müvafiq olaraq Azərbaycan Ordusunda bağlaşma əsasında 5 il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilərək gizir hərbi rütbəsi verilməklə N nömrləi hərbi hissənin N-ci əməliyyat taborunun əməliyyat bölüyünün əməliyyat tağımının əməliyyat qrupunun komandiri vəzifəsinə təyin edildiyinə görə N may NNN3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmaqla xidmətini davam etmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir; N nömrəli hərbi hissə komandirinin N may NNN3-cü il tarixli, 136 nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «b» bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq N nömrəli hərbi hissənin Nci əməliyyat taborunun 6-cı əməliyyat bölüyünün 3-cü əməliyyat tağımının N-ci əməliyyat qrupunun komandiri vəzifəsinə təyin edilərək Şuşa rayonu N nömrəli hərbi hissədən gəlmiş hesab edilməklə N may NNN3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir; N nömrəli hərbi hissə tərəfindən verilmiş N mart NNN5-ci il tarixli 4N3 nömrəli arayışdan görünür ki, N mart NNN5-ci ildə N nömrəli hərbi hissənin Qarnizon hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş, ona «Dikogen mənşəli xroniki beloma radikuliti» diaqnozu təyin olunmuşdur. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. «Xəstəliklər cədvəli»nin maddəsinin İİİ qrafasına və ƏTC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin NNN8-ci il N9 fevral tarixli 59 nömrəli qərarına edilmiş 13 may NNN4-cü il tarixli N56 nömrəli dəyişikliyə (Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə qoşma) əsasən hərbi xidmətə yararlı hesab edilmişdir; N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamə ilə komandanlıq tərəfindən mənfi səciyyələndirilir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, hərbi xidmət müddəti ərzində həvəsləndirilməmiş və intizam qaydasında cəzalandırılmamışdır. DİN-nin Baş Əməliyyat və statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. İ-8563 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin NNN3-cü il 7 nloyabr tarixli 4158 nömrəli sərəncamı ilə «Cəsur döyüşçü» medalı ilə təltif olunmuşdur. N nömrəli hərbi hissə tərəfindən verilmiş fəxri fərmanın surətindən görünür ki, «8 noyabr-Zəfər Günü» münasibəti ilə Döyüş və ictimai hazırlığında nailiyyətlərə və intizamda fərqləndiyinə görə fəxri fərmanla təltif olunmuşdur. AZ-İİ 563N18 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və vətəndaş X4 N3 avqust NNN3-cü ildə nikahlarını bağlamışlar. Azərbaycan Respublikası Elektron X1 yoxlanılmış arayışdan görünür ki, X6 N5 iyul NN11-ci ildə doğulmuşdur. AZ-İİİ 515N93 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11 dekabr NNN3-cü ildə Gədəbəy rayonunda doğulmuşdur. AZ-İİİ 89471N nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1N 3N yanvar NN17-ci ildə Goranboy rayonunda doğulmuşdur. Xocalı rayon Məhkəməsinin 1N fevral NNN3-cü il tarixli N(N7N)-1N/NNN3 nömrəli icra vərəqəsinin surətindən görünür ki, N5 iyul NN11-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay 15N (bir yüz əlli) manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə, həmçinin mediasiya üçün ödənilmiş 5N (əlli) manat cavabdeh Təqsirləndirilən şəxs iddiaçı X3 xeyrinə tutulması nəzərdə tutulmuşdur. Radiologiya şöbəsi maqnit rezonans tomoqrafiya müayinəsinin nəticəsi ilə əlaqədar N9 avqust NNN4-cü il tarixli MRT müayinənin protokolundan görünür ki, Təqsirləndirilən şəxs bel-oma nahiyəsindən müayinə olunmuşdur. Müayinə zamanı müəyyən olunmuşdur ki, bel lordozu təbiidir. Bel fəqərə cisimlərinin yüksəkliyi normaldır. Bel fəqərəarası disklərin yüksəkliyi və intensivliyi normaldır. Spinal kanalda həcmli törəmə təyin olunmamışdır. Paravertebral yumşaq toxumaların intensivliyi dəyişməyib. Onurğa beyni Th1N-L1 səviyyəsində tamamlanır. Onurğa beynin intensivliyi normaldır. L5-S1 fəqərəarası disklərin intensivliyi degenerativ dəyişiklik nəticəsində TN rejimində zəifləmişdir. L5-S1 fəqərələri künclərində osteofitlərlə yanaşı fəqərə səthlərində subxondral sklerotik dəyişikliklər qeyd edilir. L5-S1 fəqərəarası diskdə arxa median dural kisəni hər iki sinir kökcüyünü sıxan yırtıq 6 mm, səviyyədə sol tərəfli əməliyyata uyğun hissəvi hemilaminektomiya deffekti və paravertebral yumşaq toxumada çapıq sahəsi aşkar olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) NN7NN4 nömrəli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs LN-S1 sha olan yüngül ləğvi əməliyyatından sonrakı vəziyyət diaqnozu təyin olunmuşdur. NN15-ci ildə əməliyyat olunub L5-S1 sol yırtığın ləğvi. Hazırda bel ağrıları var. N nömrəli hərbi hissənin nevrologiya bölməsi N6-N4 sentyabr NNN4-cü il tarixli 7715 nömrəli çıxarış epikrizindən görünür ki, N nömrləi hərbi hissənin giziri Təqsirləndirilən şəxs «Diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsi» diaqnozu təyin edilmişdir. Daxil olarkən şikayətləri bel-oma nahiyəsində olan hər iki aşağı ətrafına ötürülən ağrılardandır. Deməsinə görə özünü NN15-ci il tarixdən xəstə hesab edir. Səbəbini əlaqələndirə bilmir. Bununla əlaqəli dəfələrlə ambulator müalicə almışdır. Aldığı müalicələrin effekti olmadığı üçün NN15-ci ildə neyrocərrahı əməliyyat keçirmişdir. Sonrakı dövrdə dəfələrlə fizioterapevtik müalicə qəbul etmişdir. Son zamanlar xəstəlik əlamətləri kəskinləşmiş və daimi xarakter almışdır. Bu səbəbdən MN BKH-da müayinədə olmuş nevropatoloq tərəfindən N nömrəli hərbi hissədə stasionar müalicəyə göndərilmişdir. Hərbi hissə həkiminin dinamik nəzarətində və əmək və istirahət rejiminə əməl etməsi məsləhət olunmuşdur. N nömrəli hərbi hissənin NN sentyabr NNN4-cü il tarixli N359 nömrəli arayışından görünür ki, NN sentyabr NNN4-cü ildə N nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. NN15-ci ildən özünü xəstə hesab edir. Xəstəliyinin səbəbini əlaqələndirə bilmir. Xəstəliyi ilə əlaqədar dəfələrlə ambulator müalicə almışdır. Aldığı müalicələrin effekti olmadığı üçün NN15-ci ildə neyrocərrahi əməliyyatı keçirilmişdir. Sonrakı dövrdə dəfələrlə fiziterapevtik müalicə qəbul etmişdir. Son zamanlar xəstəlik əlamətləri kəskinləşmiş və daimi xarakter almışdır. Xəstə MN BKH-da müayinədə olmuş, nevrapatoloq tərəfindən N6 sentyabr NNN4-cü il tarixdə müalicə nəticəsində xəstə yaxşılaşmışdır. Əvvəllər şəhadətləndirilmişdir. Təqsirləndirilən şəxs «Keçirilmiş diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsindən sonrakı vəziyyət» diaqnozu təyin edilmişdir. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. «Xəstəliklər cədvəlinin N6d maddəsinin İİİ qrafasına və ƏTC-yə (azərbaycan Respublikası Nazirlər Kabinetinin NNN8ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnaməyə qoşma) əsasən Hərbi xidmətə müvəqqəti yararsızdır, N (on dörd) gün müddətinə hərbi xidmət vəzifələrinin icrasından tam azad edilməlidir. Dövlət ittihamçısının Təqsirləndirilən şəxs CM-nin 333.3-cü maddəsi ilə təqsirli sayılaraq, aylıq pul təminatından 1N (on) faiz pul tutulmaqla 4 (dörd) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilməsi barədə cıxışı ilə əlaqədar olaraq Müdafiəçi məhkəmə cıxışında göstərdi ki, polisdə işləyərkən, NN15-ci ildə diskogen mənşəli xroniki bel-oma radikulit xəstəliyindən əziyyət çəkməsi və bu səbəbdən əməliyyat olunması, daha sonra 1N gün 7 saat 3N dəqiqə ərzində həmin bel ağrılarının hərbi xidmətini davam etdirə bilməməsinə dəlalət etməsi ağır şərait zəminində kimi qiymətləndilməsi, NNN3-cü ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatında iştirak edərək “Cəsur döyüşçü” medalı ilə təltif olunmasını, bundan başqa xidmət etdiyi hərbi hissə tərəfindən “Fəxri fərmanla” da təltif olunmasını, Xocalı qaşqını olmaqla himayəsində üç azyaşlı uşağın olmasını nəzərə alınmaqla ilk dəfə böyük ictimai-təhlükə törətməyən cinayət törətdiyindən Təqsirləndirilən şəxs CM-nin 333-cü maddəsinin Qeyd hissəsində olan “ağır şərait zəminində” bu əməli ilk dəfə törətdiyindən cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə xitam verilməsini xahiş edir. CM-nin 333.3-cü maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə cinayət məsuliyyəti yaradır. CM-nin 333-cü maddəsinin Qeyd hissəsində olan “ağır şərait zəminində” bu Məcəllənin 333.1-333.4-1-ci maddələrində nəzərədə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin CM-nin 333-cü maddəsinin şərh edilməsinə dair N6 oktyabr NNN1-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətini hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət yerini özbaşına tərk etməsi və üzürlü səbəb olmadan öz xidmət yerinə vaxtında gəlməməsi təşkil edir. CM-nin 3N7.1-ci maddəsinin tələbinə görə çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur. Məhkəmə iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində polis orqanlarında işləyərkən NN15-ci ildə bel fəqərəsində yaranan 1N mm.”qrija” ilə bağlı ağrılarla əlaqədar əməliyyat olunması, bundan sonra NNN3-NNN4-cü illər ərzində xüsusi təyinatlı qoşunlarda xidmət edərək, bel fəqərəsində yaranan 6 mm.”qrija” ilə bağlı ağrılarla əlaqədar stasinar və ambulator müalicələr alsada belə yaranmış ağrılar mütamadi xarakter alaraq, onda hərəkət məhdudiyyətləri yaratdığını və ağrılarən ardan qaldırırlması yalnız ağrıkəsici iynələri vurmağla aradanqaldırıldı mümkün olduğunu və xx.xx.NNN5-ci il tarixdən xx.xx.NNN4-cü il tarixlər ərzində xidmət yerinə qayıtmamasının səbəbi məhz bel fəqərəsində yaranmış ağrılarla bağlı hərəkət məhdudiyyəti olmasını və Şahid ifadəsində NNN4-cü ilin təxminən oktyabr-noyabr aylarında taborun şəxsi heyəti mobilləşmə kursu ilə əlaqədar Qusar rayonuna göndərilərək və həmin müddətdə gizir Təqsirləndirilən şəxs kursun bitməsinə NN (iyirmi) gün qalmış belində yaranan ağrılarla əlaqədar xidmət yeri olan N nömrəli hərbi hissəyə qaytarıldığını, Təqsirləndirilən şəxs kursdan geri qayıtdıqdan sonra müayinə olunmaq məqsədilə hərbi hissədən Müdafiə Nazirliyinin Gəncə şəhəri ərazisində yerləşən N nömrəli hərbi hissəsinə göndərilərək, orada müayinə olunan zaman gizir Təqsirləndirilən şəxs belində iki yerdə “qrija” olduğu müəyyən olunmasını, belində iki yerdə “qrija” olduğundan hospitalın neyrocərrahiyyə şöbəsində stasionar müalicəyə qəbul olunduğunu, 15 (on beş) gün müddətində hospitalda stasionar müalicədə olduqdan sonra yenidən xidmət yeri olan N nömrəli hərbi hissəyə qaytarıldığını, hərbi hissəyə qayıtdıqdan sonra belində ağrılar olduğundan düzülüşə çıxmaqda çətinlik çəkdiyini, lakin N nömrəli hərbi hissədən belindəki ağrıların xidmətini davam etdirməsinə mane olduğunu qeyd edən hər hansı tibbi sənəd təqdim edilmədiyini, Təqsirləndirilən şəxs NNN5-ci yanvar ayında ona yaxınlaşaraq ağrıları ilə əlaqədar xidmət etməkdə çətinlik çəkdiyini və buna görə tərxis olunmaq istədiyini bildirərək ordu sıralarından ehtiyata buraxılması üçün bununla bağlı müraciət edib müraciətlərinə cavab gözlədiyi zaman gizir Təqsirləndirilən şəxs heç kəsə bu barədə məlumat vermədən xx.xx.NNN5-ci il tarixdə saat N8:NN-da buraxılışdan xidmət yerinə qayıtmadığını, Təqsirləndirilən şəxs xidmət yerinə qayıtmaması ilə bağlı mobil telefon vasitəsilə sonuncu ilə əlaqə saxlayaraq xidmət yerinə qayıtmamasının səbəbini soruşduqda ona belində yaranan ağrılarla əlaqədar xidmət etməkdə çətinlik çəkdiyindən artıq xidmətini davam etdirə bilmədiyini, buna görə də xidmət yerinə qayıda bilmədiyini dediyini, şahid X11 ifadəsində N nömrəli hərbi hissənin Nevrologiya bölməsinin rəisi vəzifəsində, tibb xidməti mayoru hərbi rütbəsində xidmət etdiyini, Təqsirləndirilən şəxs olan “Diskogen mənşəli xroniki bel-oma radikuliti” xəstəliyi “Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi təminatın dinc dövrdə təşkili haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 67 nömrəli Qərarının 1N.4.1N.3-cü maddəsinə əsasən hərbi hissənin tibb məntəqəsində müalicəsi mümkün olan xəstəlik olmasını, bu xəstəliklər hərbi xidmətə mane olduğu halda hərbi qulluqçu hərbi hissənin tibb məntəqəsinə müraciət edib orada müalicə olunduqlarını, hərbi hissənin tibb məntəqəsində müalicəsi mümkün olmadıqda göndəriş tərtib edilərək hərbi hospitala göndərildiyini, hərbi hospitalda müalicədə olduqdan sonra hərbi qulluqçunun vəziyyəti yaxşılaşdığı halda müvəqqəti hərbi xidmətə yararsız sayılaraq xidmət etdiyi hərbi hissəyə göndərilməli olduğunu və yaxud məzuniyyət verilərək müvəqqəti hərbi xidmətə yararsız hesab olunduğunu, “Xəstəliklər cədvəli”nin N6d maddəsinə əsasən kəskin radukilitlərdən və xroniki radukulitlərin kəskinləşməsindən sonra hərbi qulluqçuların qismən azad edilməsinin zəruriliyi barədə qərar çıxarıldığını, bu xəstəliyin müalicəsi fizioterapiya və yaxud cərrahi əməliyyat yolu ilə mümkün olmasını, NNN4-cü ilin sentyabr ayında gizir Təqsirləndirilən şəxs təyin edilmiş “Keçirilmiş diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicəyə qəbul edilən zaman müalicədən sonra vəziyyəti yaxşılaşdığından xx.xx.NNN4-cü il tarixdə stasionar müalicədən sonra xidmət yerinə qaytarılaraq, növbəti dəfə, yəni hərbi həkim komissiyasından keçən zaman sonuncuya “diskogen mənşəli xroniki bel-oma radikuliti” diaqnozu təyin edilərək hərbi xidmətə yararlı hesab edildiyini, hazırda bu diaqnozla xidmətini davam etdirib-etdirə bilməməsi barəsində bu xroniki xəstəlik olduğunu, xroniki xəstəliklərin xüsusiyyəti isə belə olduğunu, anidən ağrılar olaraq, müalicə nəticəsində xəstənin vəziyyəti yaxşılaşmasını, müalicədən sonra da xəstənin vəziyyəti yaxşılaşmasa, xəstə neyrocərrahi əməliyyat etdirməli olmasını bildirdiyini, şahid X1N ifadəsində N nömrəli hərbi hissənin tibb xidməti rəisi vəzifəsində, tibb xidməti kapitanı hərbi rütbəsində xidmət etdiyini, Təqsirləndirilən şəxs hazırkı diaqnozu ilə xidmət etməsinə hər hansı mane olmadığını, lakin kəskinləşmə mərhələsinə keçdikdə həmin xəstəliklə xidmət etməsində çətinliklər yarana bildiyini, Təqsirləndirilən şəxs təyin edilmiş “Diskogen mənşəli xroniki bel-oma radikuliti” diaqnozlu xəstəliyi xroniki xəstəlik olmasını, xroniki xəstəliklər tam sağalmır müəyyən müddətdən bir öz əlamətlərini göstərdiyini, həmin əlamətləri göstərdikdə isə müalicə olunmalı olduğlarını, yalnız müalicə nəticəsində sağalma yaranmasını, NNN4-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxs həmin xəstəlik kəskinləşmə mərhələsində olduğunu və stasionar müalicə nəticəsində vəziyyətində yaxşılaşma qeyd olunaraq, keçən müddət ərzində də xəstəliyində ağırlaşma ilə bağlı hərbi hissənin tibb məntəqəsinə müraciət etmədiyini, müraciət etmiş olsaydı göndəriş tərtib edərək hərbi hospitala göndəriləcəyini, Təqsirləndirilən şəxs belindəki ağrılarla əlaqədar hərbi hissənin tibb məntəqəsinə ambulator yardımla bağlı müraciəti olmadığını, belə müraciətlər olduqda hərbi qulluqçunun xidmət etdiyi bölüyün komandiri və yaxud baş çavuşu tərəfindən xəstələrin qeydiyyatı kitabını imzalanaraq həmin hərbi qulluqçu tibb məntəqəsinə göndərilməli olduğunu, hərbi hissənin tibb məntəqəsində müayinə olunanlara ambulator tibbi yardım göstərilərək və yaxud xəstəliyi ağır olduqda tibb məntəqəsinə stasionar müalicəyə qəbul edildiyini, hərbi hissənin tibb məntəqəsində N (on dörd) gün müddətində müalicə olunaraq, edilən müalicə nəticəsində onun vəziyyəti yaxşılaşmasa, tibb kitabçasına qeydlər aparılaraq hospitala göndərildiyini, Baş Klinik Hospitala göndərilməli olduqda isə Baş Klinik Hospitalda müayinə N3 (üç) gün müəyyən olunduğundan göndəriş tərtib edildiyini, hərbi hissənin tibb məntəqəsində isə Gizir Təqsirləndirilən şəxs belindəki ağrılarla əlaqədar hərbi hissənin tibb məntəqəsinə müraciət etməsi ilə bağlı hər hansı qeyd olmadığını, hərbi hissənin tibb məntəqəsində hər hansı hərbi qulluqçu hərbi hissədən kənarda iynə alıb gətirdikdə məqsədəmüvafiq hesab edildikdə həmin iynə hərbi qulluqçuya vurularaq, müalicəsinə kömək edildiyini, Təqsirləndirilən şəxs da hərbi hissədən kənarda ağrıkəsici iynə alaraq, hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyini və buna görə də növbətçi həkim tərəfindən həmin iynə sonuncuya vurulduğunu, Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsinə yalnız bu formada müraciət etdiyini bildirmələrini, N nömrəli hərbi hissənin NN sentyabr NNN4cü il tarixli N359 nömrəli arayışı və cinayət işinin materiallarına əlavə edilmiş sənədləri qarşılıqlı təhlil edərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs bel fəqərəsində ağrılarının hərbi xidmət müddətində kəskin şəkildə şiddətlənməsi və bu səbəbdən xidmətini davam etdirə bilməməsinə dəlalət edir. Ona «Keçirilmiş diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsindən sonrakı vəziyyət» diaqnozu təyin edilmiş, «Xəstəliklər cədvəlinin N6d maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin NNN8-ci il N9 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbihəkim ekspertizası haqqında» Əsasnaməyə qoşma) əsasən “Hərbi xidmətə müvəqqəti yararsızdır, N (on dörd) gün müddətinə hərbi xidmət vəzifələrinin icrasından tam azad edilməlidir.” rəyi verilməsi barədə məlumatları qarşılıqlı təhlil edərək aşağıdakı nəticəyə gəlməyə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, N nömrəli hərbi hissə komandanlığı həqiqətən Təqsirləndirilən şəxs «Diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsi» xəstəlikdən əziyyət çəkməsi qənaətinə gəlinməsindən məlumatlı olduğu halda, həmin dövrdə Təqsirləndirilən şəxs özünün deməsinə görə müvəqqəti xidmətə yararsız olan xəstə Təqsirləndirilən şəxs xidmətini davam etdirmək məqsədilə hərbi hospitala təxliyyə edilməməsi hərbi hissə rəhbərliyi tərəfindən qeyriqənaətbəxş qərar verilməsi kimi qiymətləndirilməlidir və bu halın nəticəsi olaraq Təqsirləndirilən şəxs xidmət yerini on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamış və bu hal cinayətin törədilməsinə səbəb və şərait yaradaraq Təqsirləndirilən şəxs cinayətkar qəsdin yaranmasına və həyata keçirilməsində qətiyyət yaratmışdır. Əslində hərbi hissənin vəzifəli şəxslərinin bu mövqedən çıxış etmələri nəticəsində hərbi intizamının qorunması və hərbi qulluqcuların sağlamlığının qorunmasının təmin edilməsi ilə bağlı mövqelərinin əksi baş vermiş, yəni nəticədə hərbi qulluqçu xidmət yerinə vaxtında qayıtmamışdır. Daxili Xidmət Nizamnamənin 37N-ci maddəsinin tələbinə görə hərbi qulluqçuların fiziki inkişafını və sağlamlığının vəziyyətini müəyyənləşdirmək məqsədilə ildə iki dəfə, qış və yay tədris dövrü ərəfəsində tibbi müayinə keçirilir. Bu, alay (briqada) tibb xidməti rəisi tərəfindən təşkil edilir. Nizamnamənin 37N-ci maddəsinin tələbindən də görünür ki, Təqsirləndirilən şəxs sağlamlığının vəziyyətini müəyyənləşdirmək məqsədilə ildə iki dəfə qış və yay tədris dövrü ərəfəsində tibbi müayinədən keçirilməli olmuş, NN sentyabr NNN4-cü il tarixdən hərbi hissə həkiminin dinamik nəzarətində olması və əmək və istirahət rejiminə əməl edilməsi nəzərdə tutulsa da müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs müalicə olunmamış, buna görə Təqsirləndirilən şəxs olan xəstəlik, yəni bel fəqərəsindəki ağrıları şiddətlənərək ona xidmətini davam etdirməyə imkan verməmiş və bu halların olması Təqsirləndirilən şəxs ev şəraitində müalicə olunması üçün hərbi xidmət yerinə vaxtında qayıtmamasına səbəb olmuşdur. Həmin Nizamnamənin 379-cu maddəsinin tələbinə görə hərbi qulluqçu öz xəstəliyini gizlətməməlidir. O, xəstələndikdə bu barədə dərhal öz bilavasitə rəisinə məlumat verməyə və onun icazəsi ilə tibbi yardım almaq üçün alay (briqada) tibb məntəqəsinə müraciət etməyə borcludur. Göründüyü kimi Təqsirləndirilən şəxs özü Nizamnamənin 379-cu maddəsinin tələbinə riayət edərək öz xəstəliyi barədə komandir heyətinə düzgün məlumat vermişdir, lakin səlahiyyətli şəxslər tərəfindən onun bel fəqərəsində olan xəstəliyinin baş verməsinin mümkün olması barədə xəbərələri olsa da hər-hansı tibbi və təşkilati tədbir görməmişlər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, həqiqətən də Təqsirləndirilən şəxs «Keçirilmiş diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsindən sonrakı vəziyyət» diaqnozlu xəstəlikdən əziyyət çəkməsi N3N saylı hərbi hospitalın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və Hərbi xidmətə müvəqqəti yararsızdır, N (on dörd) gün müddətinə hərbi xidmət vəzifələrinin icrasından tam azad edilməlidir.” rəyi verilsə də, Təqsirləndirilən şəxs müalicəyə göndərilməsi üçün göndəriş verilməmişdir. Təqsirləndirilən şəxs həmin ərəfələrdə və bundan sonrakı müddətdlərdə də yəni, NN sentyabr NNN4-cü il tarixdən sonra 5 ay ərzində heç bir müalicə müəssisəsinə göndərilməmiş, hərbi hissədə də həkim tərəfindən müayinə və müalicə olunmamışdır. 5 ay ərzində hər hansı tibb müəssisəsində müalicə olunmadığı tərzdə həkimin rəyi ilə müalicə üçün evdə də qala bilməsi hüququndan istifadə etməsi üçün şərait yaradılmadığından Təqsirləndirilən şəxs onun bel fəqərəsində qəflətən yaranmış kəskin ağrılarla bağlı məcburiyyət qarşısında qalaraq bu hüququndan ağır şəraitdə Nizamnaməyə zidd formada istifadə etməyə məcbur olmuşdur. Həmin Nizamnamənin 38N-ci maddəsinin tələbinə görə hərbi qulluqçunun xəstəliyinə görə onun xidmət vəzifəsini yerinə yetirməkdən (məşgələlərdən) azad edilməsi barədə icazəni həkimin (feldşerin) rəyinə əsasən bölmə, yaxud hərbi hissə komandiri verir. Göründüyü kimi Nizamnamənin 38N-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs olan xəstəliklə bağlı stasionar müalicəsi zəruri olsada və bununla əlaqədar olaraq onun xidməti vəzifələrini yerinə yetirməkdən azad edilməsi barədə həkimin rəyi olmasına baxmayaraq əsassız olaraq komandir heyəti tərəfindən ona müalicə olunması ilə bağlı müvafiq icazə verilməmiş, əksinə onun xidməti vəzifəsindən yayınması ilə rəsmi sənədlər təqdim edilməklə onun xidmətdən yayınmasının əsl səbəblərini göstərməmişdilər. Həmin Nizamnamənin 38N-ci maddəsinin tələbinə görə hərbi qulluqçu tibbi komissiyaya yalnız alay (briqada) tibb xidməti rəisinin rəyi ilə alay (briqada) komandiri tərəfindən göndərilir. Buradan da görünür ki, istinad olunan Nizamnamənin 383-cü maddəsinin tələblərinə zidd olaraq Təqsirləndirilən şəxs onda olan uzun sürən xəstəliklə bağlı N nömrəli hərbi hissənin rəyi ilə «Keçirilmiş diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsindən sonrakı vəziyyət» diaqnozlu xəstəliyin mövcud olması öz təsdiqini tapmış, lakin Təqsirləndirilən şəxs NN sentyabr NNN4-cü il tarixdən sonrakı 5 ay ərzində hər hansı bir müayinə və müalicəyə göndərilməmişdir, yalnız NNN5-ci ilin mart ayında barəsində cinayət təqibi aparılması ilə bağlı həkim müayinəsindən keçirilmişdir. Daxili Xidmət Nizamnaməsinin 387-ci maddələrinin tələbinə görə hərbi qulluqçulara tibbi yardım göstərildikdən sonra onların məşğələlərdən və işlərdən qismən, 3 sutkayadək, yaxud tam azadedilmə barədə rəyini həkim, ştatında həkim olmayan hərbi hissələrdə isə feldşer verir. Göründüyü kimi Nizamnamənin tələbinə zidd olaraq Təqsirləndirilən şəxs xəstəliklə bağlı xidməti vəzifələrindən azad edilmə hüququndan istifadə edilməsinə şərait yaradılsa da, o, müalicə olmaq hüququndan məhrum edilərək, onun müalicə olunmasına imkan yaradılmamışdır və nəticə etibarı ilə Təqsirləndirilən şəxs ağır vəziyyətdə olsa da belə zəruri müalicəsi təmin edilmədiyindən onda olan xəstəliklər kəskinləşmişdir və bu xəstəliklərdən müalicə olunması üçün hərbi xidmət yerinə qayıtmamasına, həmçinin Daxili Xidmət Nizamnaməsinin bu tələblərinin pozulması Təqsirləndirilən şəxs cinayət əməli törətməsinə və onun hal-hazıradək səhhətinin bərpa olunmamasına səbəb olmuşdur. Bundan başqa məhkəmə hesab edir ki, NNN3-cü ilin sentyabr ayında Ağdərə rayonu ərazisində keçirilmiş erməni silahlı separatçılarına qarşı antiterror əməliyyatı iştirakçısı olmuş, bununla əlaqədar “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş, həmin antiterror əməliyyatında özünün də həlak olması ehtimalı olarkən Təqsirləndirilən şəxs həmin çətin dövrdə xidmət yerini özbaşına tərk etmədiyi halda, antiterror əməliyyatları başa çatdıqdan sonra demək olar ki, dinc dövrdə üzrlü səbəb olmadan xidməti yerinə vaxtında qayıtmaması ağlabatan deyil və onun bu məqsədinin olması məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş, onun xəstəliyi ilə bağlı müalicəyə göndərilməməsi, xidmət etdiyi hərbi hissənin vəzifəli şəxsləri tərəfindən müalicəyə göndərilməsində məhdudiyyətlər olmasına ehtimal etməsi səbəbindən mülki həyatda müalicə olunmaq məqsədilə buraxılışdan xidməti yerinə vaxtında qayıtmaması sübuta yetirilmişdir. Bu kateqoriyadan olan hərbi qulluqçular cəmiyyətdə yüksək mənəvi dəyər daşıyıcısı olaraq qəhrəmanlıq nümunəsi təcəssüm etdirən şəxslər kimi qəbul edildiyindən belə şəxslərin hər hansı səbəb olmadan kimi göstərilərək xidmət yerini özbaşına tərk etməkdə ittiham edilməsi cəmiyyətin maraqları baxımından mənfi emosiyalar doğurur və bu kateqoriyalı insanların bu əməli törədilməsi ilə məhkum edilərək cəza təyin edilməsi yolverilməzdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı bu kateqoriyadan olan vətəndaşların barəsində humanistlik göstərilməli, hərbi qulluqçuların vətənpərvərliyinə yüksək mənəvi dəyər verilməsi, maddi, mənəvi iztirablarının qarşısını almaq məqsədilə dəstək rəmzi olaraq onların cinayət məsuliyyətindən azad edilməsi cəmiyyətdə vətəndaş həmrəyliyinin formalaşması üçün və bu şəxslərin gələcəkdə digər şəxslərin qanun pozuntularından cəkindirirərək qarşısını alınmasında böyük təsiri olan bir amildir. Ədalət mühakiməsinin vəzifəsi cinayət törədən şəxsləri təqsirli sayıldıqları halda mühakimə edərək, cəzalandırmaqdan ibarət olmamalıdır, eyni zamanda da hər bir təqsirli şəxsi cəza cəkmədən islah olunmasını mümkün saydıqda həmin insanın cəmiyyətə rahat inteqrasiya olunması imkanlarından geniş istifadə edilərək vətəndaşa dövlətin bu dəstəyini göstərməkdir, eyni zamanda hərbiçilər barəsində onların xüsusi subyekt olaraq və cəmiyyətdə Vətən Müharibəsindən və antiterror əməlliyatlarından sonrakı dövrdə yüksək mənəvi dəyərlərin daşıyıcıları kimi orduya olan xüsusi və həssas münasibətə daha həssas yanaşmasının bariz nümunəsi kimi ədalət mühakiməsi zamanı onlar barəsində qanunda nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azadedici institutlarından daha geniş istifadə edilməsi zəruridir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs NNN3-cü ilin sentyabr ayında Ağdərə rayonu istiqamətində keçirilmiş erməni silahlı separatçılarına qarşı antiterror əməliyyatı zamanı Vətən uğrunda canını əsirgəməmişdir, onun tərəfindən törədilmiş hər bir qanun pozuntusuna münasibətdə barəsində cinayət və cinayət-prosessual qanunvericiliyin cinayət məsuliyyətindən azad edilməsini nəzərədə tutan humanist imkanlarının əsirgənilməsi və geniş tətbiq edilməməsi yolverilməzdir. Qanunverici cinayət məsuliyyətindən azad edilməsini nəzərdə tutan qərarların qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi kimi yox, hüququ kimi müəyyən etdiyindən bu hüquqdan döyüşlərdə iştirak etmiş hər bir hərbiçi barədə geniş istifadə edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərin fonunda, həmçinin iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs və şahidlərin vermiş olduqları ifadələri, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan tibbi sənədləri araşdırıb, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri təhlil edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, istintaq oraqını tərəfindən Təqsirləndirilən şəxs gizir olaraq xidmət yerini on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmaması ilə bağlı əməli düzgün tövsif edilmişdir, lakin bu əməli ağır şərait zəminində törədilməsini ibtidai istintaq zamanı araşdırma tam, obyektiv və hərtərəfli aparılmadığından nəzərdən qaçırmışdır. Məhkəmə yuxarıda qeyd edilənlərin fonunda belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs gizir kimi on gündən artıq, lakin bir aydan çox olmayaraq üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamasının səbəbi məhz özünün “Diskogen mənşəli xroniki bel-oma radikuliti” və «Keçirilmiş diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsindən sonrakı vəziyyət» diaqnozlu xəstəlikdən əziyyət çəkməsindən hər an baş verə biləcək təhlükəli vəziyyətə düşməsi nəticəsində həyatı üçün təhlükə ehtimalının olması ilə bağlı ağır şərait zəminində baş vermişdir. "Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 15-ci bəndinə əsasən Qanunun mənasına görə "ağır şərait" anlayışına hərbi qulluqçunun yaxın qohumlarının gözlənilməz ağır xəstəliyi, ciddi ailə münaqişələri, hərbi qulluqçunun yaxın qohumlarının yaşadığı yerdə baş vermiş təbii fəlakət və bu kimi hallar daxildir. Burada hərbicinin xidmətdən kənarda olduğu zaman özünündə gözlənilməz olaraq baş vermiş xəstəliyinində "ağır şərait" anlayışına aid edilməsi məntiqi nöqteyi nəzərədən qiymətləndirilməsinə tam əsas yaradır. Məhkəmə Təqsirləndirilən şəxs “Diskogen mənşəli xroniki bel-oma radikuliti” və «Keçirilmiş diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsindən sonrakı vəziyyət» diaqnozlu xəstəlikdən əziyyət çəkməsindən hər an baş verə biləcək kəskin ağrılarla müşayiət olunan hərəkət məhdudlaşdırılması səbəbindən xidməti yerinə qayıtmamasını CM-nin 333-cü maddəsinin Qeyd hissəsində və yuxarıda adı çəkilən Plenum qərarında göstərilən hallara aid olduğunu müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs ağır şərait zəminində xidmət yerinə vaxtında qayıtmaması artıq CMnin 333-cü maddəsinin Qeyd hissəsinin təsiri altına düşür. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin məhkəmədə ifadəsindən və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs NNN3-cü ilin sentyabr ayında erməni silahlı qruplaşmalarına qarşı antiterror əməliyyatlarında iştirak etmiş, bununla əlaqədar “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş, xəstəliyi ilə bağlı mütamadi və qəflətən kəskinləşən bel fəqərəsində olan xəstəliklə bağlı ağrıların aradan qaldırılması üçün müalicəyə ehtiyacı vardır. Məhkəmə həmçinin 7N1 hərbi hissə tərəfindən verilmiş Təqsirləndirilən şəxs mənfi xarakterizə edən xasiyyətnaməni təhlil edərək belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs NNN3-cü ilin sentyabr ayında erməni silahlı qruplaşmalarına qarşı antiterror əməliyyatlarında iştirak etməsi, “”Cəsur döyüşçü” medalı ilə təltif olunmasını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən Zəfər günü ilə bağlı fəxri fərmanla təltif olunmasını, xidməti vərəqə ilə xidmət dövründə intizam qaydasında cəzalandılmaması ilə bağlı sənədləri xidməti xasiyyətnamə ilə müqayisə edərkən Təqsirləndirilən şəxs barəsində verilmiş mənfi xidməti xasiyyətnamənin tam olaraq obyektiv tərtib olunmadığı qənaətinə gələrək həmin xasiyyətnamənin təqsirləndirilən şəxsin şəxsiyyətini qiymətləndirərkən nəzərə alınmasına lüzum görmür. Məhkəmə hesab edir ki, Vətən uğrunda canını əsirgəməyən NNN3-cü ilin sentyabr ayında erməni silahlı qruplaşmalarına qarşı antiterror əməliyyatlarında iştirak etmiş Təqsirləndirilən şəxs kimi cəsur hərbi qulluqçuların barəsində hümanizm və ədalət prinsiplərinə əsasən qanunda nəzərdə tutulmuş humansit imkanlardan maksimal həddə idtifadə edərək, torpağlarımızın tam azad edilərək suverenliyimizin bütün ərazimizdə bərpa edilməsində fədakarlıq göstərən hərbi qulluqçular barəsində tətbiq edilməsi zəruridir və bu səpkidə qərarlarla insanların məhkum olunmadan da islah olaraq gələcəkdə belə qanun pozuntularından çəkindirilməsi dövlət tərəfindən verilən mənəvi təkan və hüquqi dəstək kimi qəbul edilməlidir və həyatını dövlət üçün əsirgəməyən və xidmət zamanı aradan qaldırılması mümkün olmayan səhəttlərinə dəyən ziyanla bağlı mütamadi müalicəyə ehtiyyacları olan belə hərbicilər barədə qanunla onun vəziyyətini yünqüllüşdirən institutların imkanlarından maksimal dərəcədə və geniş formada istifadə edilməsi cəmiyyətdə vətəndaş həmrəyliyinə nail olunması və belə kateqoriyalı insanların yenidən cəmiyyətə inteqrasiya olunması üçün çox zəruri amildir. Ədalət mühakiməsinin həyata keçirlməsi zamanı bu kateqoriyadan olan vətəndaşların barəsində humanistlik göstərilməli, hərbi qulluqçuların vətənpərvərliyinə yüksək mənəvi dəyər verilməsi, maddi, mənəvi iztirablarının qarşısını almaq məqsədilə dəstək rəmzi olaraq onların cinayət məsuliyyətindən azad edilməsi cəmiyyətdə vətəndaş həmrəyliyinin formalaşması üçün və bu şəxslərin gələcəkdə digər şəxslərin qanun pozuntularından cəkindirirərək qarşısını alınmasında böyük təsiri olan bir amildir. Ədalət mühakiməsinin vəzifəsi cinayət törədən şəxsləri təqsirli sayıldıqları halda yalnız mühakimə edərək, cəzalandırmaqdan ibarət olmamalıdır, eyni zamanda da hər bir təqsirli şəxsi onun şəxsiyyətini səciyələndirən yüksək göstəriciləri olduğda və onların törədikləri cinayət böyük ictimai təhlükə törətməyən və az ağır cinayət cinayət olduğu halda, onların hərbi xidmət zamanı səhəətlərində yaranan xəstəliklərlə bağlı məhdudiyyətlərin mövcud olması və çox zaman müalicəyə ehtiyyacları olduğlarə tərzdə xidməti zərurəti üstün tutaraq səhhətlərinin kəskinləşməsinə baxmayaraq xidmətlərini davam edirimələri və bu səbəbdən onların cəza cəkmədən islah olunmasını mümkün saydıqda həmin kateqoriyadan olan insanların cəmiyyətə rahat inteqrasiya olunması imkanlarından geniş istifadə edilərək bu kateqoriyadan olan hərbicilərə dövlətin bu dəstəyini mütləq göstərməkdir, eyni zamanda hərbiçilər barəsində onların xüsusi subyekt olaraq və cəmiyyətdə Vətən Müharibəsindən və antiterror əməliyyatlarından sonrakı dövrdə orduya olan xüsusi və həssas münasibətə daha həssas yanaşmasının bariz nümunəsi kimi ədalət mühakiməsi həyata keçirirlən zaman onlar barəsində qanunda nəzərdə tutulmuş cinayət məsuliyyətdən və cəzadan azadedici institutlarından daha geniş istifadə edilməsi zəruridir. Məhkəmə, yuxarıda şərh edilənlərə əsaslanaraq və müdafiəçinin Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin xitam olunması barədə müraciətini, təqsirləndirilən şəxsin “Diskogen mənşəli xroniki bel-oma radikuliti” və «Keçirilmiş diskogen mənşəli xroniki bel-oma radikulitinin kəskinləşməsindən sonrakı vəziyyət» diaqnozu xəsətəliyndən əziyyət çəkməklə hazırda özünün müalicəyə ehtiyacı olmasını, hadisənin törədilmə şəraiti, həmçinin cinayət təqibinə xitam verilməsi hüququndan istifadə etməyi yuxarıda sadalanan işin hallarına əsasən zəruri hesab edərək, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CMnin 333-cü maddəsinin Qeyd hissəsinə əsasən «Ağır şərait» zəminində CM-nin 333.3-cü maddəində nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə bu hissədə xitam verilməlidir. CPM-in 43.1.N-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 4N.3 və 4N.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam veriləcəyindən ibtidai istintaq orqanı tərəfindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə CPM-nin 346.1.N1-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımın haqqı 1N1 (bir yüz iyirmi bir) manat təşkil etmişdir və həmin məbləğ məhkəmə xərclərinə aiddir. Dövlət büdcəsi hesabından Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:8N5863; VÖEN: **********; Müxbir hesab: AZN3NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 1N1 (bir yüz iyirmi bir) manat məbləğdə pul ödənilməlidir. Qərarın icrası Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 43.1.N və 3N1.N.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 333-cü maddəsinin Qeyd hissəsinə əsasən «Ağır şərait» zəminində Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan cinayət təqibinə CPM-nin 43.1.N-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:8N5863; VÖEN: **********; Müxbir hesab: AZN3NABZ********************; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 1N1 (bir yüz iyirmi bir) manat məbləğdə pul ödənilsin. Qərarın icrası Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan NN (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev
Məhkəmə qərarları › İş №1-1(098)-64/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №1-1(098)-64/2025
03.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver