Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-67/2023 12.04.2023 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri Quliyev İlqar Məsail oğlunun sədrliyi, Hakim Sarıyev Əhməd Mədət oğlundan (məruzəçi hakim), Hakim Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, X30 Nazir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnikleytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsN Müdafiəçi Tərtər Rayon Vəkil Bürosunun vəkili X18 iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Ağdam rayonu Novruzlu kəndində daimi qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) N63-1.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin Ağdam rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin N-ci taborunun 4-cü bölüyünün N-ci taqımının 1-ci manqa komandiri vəzifəsində, çavuş hərbi rütbəsində xidmətdə olarkən 04 iyul N019-cu il tarixdə verilmiş “B” və “C” kateqoriyasına aid olan nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən AE seriyalı 9N5N36 nömrəli sürücülük vəsiqəsi və XN6 tərəfindən 15 dekabr N0N1-ci il tarixdə verilmiş etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz” markalı, “ML 3N0 minik” modelli, qara rəngli **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə N8 oktyabr N0NN-ci il tarixdə saat 19 radələrində alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda Tərtər-Hindarx avtomobil yolunun 30-cu kilometrliyində Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətindən Ağcabədi rayonu Hindarx qəsəbəsi istiqamətində hərəkətdə olarkən, Ağdam rayonu Quzanlı qəsəbəsi H.Əliyev prospektində yerləşən “Bizim market”in qarşısında “Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin İİ hissəsinin 1-ci bəndinin tələblərinə əsasən “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” habelə həmin qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin “mexaniki nəqliyyat vasitələrinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən akoqollu içkilərdən istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli” kimi tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini icazə veriləndən artıq sürətlə, təxminən 75-80 km/saatla hərəkət edərək yol-nəqliyyat hadisəsinin qarşısının alınmasında texniki imkanı olsa da, o öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda mövcud şəraitdə hadisəyə adekvat reaksiya göstərməyib ehtiyatsızlıqdan idarə etdiyi “Mercedes Benz” markalı, “ML 3N0 minik” modelli **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ istiqamətindən sol istiqamətinə keçən vətəndaşlar X5 və Zərərçəkmiş şəxs1 yolun sağ istiqamətindən mərkəzə doğru 8,60 metr məsafədə yolun hərəkət hissəsində vurmuş, nəticədə vətəndaş X10 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “döş qəfəsinin qapalı küt travması, sol çoxsaylı qabırğaların sınığı, ağciyərin yaralanmaları, kəskin qanitirmə, sağda İX-X qabırğaların sınığı, alın, burun, sağ dirsək oynağının, sol dirsək oynağının, sağ diz, sol əlin İİİ-İV barmağının sıyrıqları, sol bazu nahiyənin qançırı” ilə müşayiət olunan xəsarətlər alaraq ölmüş, vətəndaş Zərərçəkmiş şəxs1 isə sağlamlığa ağır zərər vurmaya aid “kəskin qanitirmə ilə müşayiət olunan təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol qamış sümüyünün qəlpəli sınığı, sol diz oynağının yan bağının cırılması, sağ ağciyərin aşağı payında kontuziya sahələri ilə sağ İV, Vİ qabırğaların sınıqları” xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs CM-nin N63-1.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, N nömrəli hərbi hissə komandirinin N avqust N015-ci il tarixli əmri ilə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunaraq N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün N-ci taqımının 1-ci manqa komandiri vəzifəsinə təyin olunmuş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi müxtəlif vəzifələrdə çalışmış, N6 aprel N0N1-ci il tarixdən N nömrəli hərbi hissənin N-ci taborunun 4-cü bölüyünün 1-ci taqımının N-ci manqa komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, çavuş hərbi rütbəsində xidmət edir. Ailəlidir, himayəsində üç övladı olmaqla ünvan N ünvanında yaşayır. X5 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, aralarında düşmənçiliyi və ədavəti olmamışdır. O, “Mercedes Benz ML 3N0” minik markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, avtomobilin texniki qeydiyyat şəhədətnaməsində sahibi XN6 göstərilsə də, faktiki sahibi özü olmuş, xx.xx.N0N1-ci il tarixdən etibarnamə üzrə avtomobili idarə etmişdir. N8 oktyabr N0NN-ci il tarixdə beş günlük məzuniyyətə buraxılmış, həmin gün xidmət yoldaşı çavuş Şahid Mamedov onu Ağcabədi rayonu Hindarx qəsəbəsində yerləşən toy məclisinə dəvət etmiş, həmin gün saat 14 radələrində toya tək getmişdir. Toy məclisində N50 mq spirtli içki olan araq içmiş, təxminən saat 17 radələrində toy məclisini tərk etmiş, içkili halda avtomobilini idarə edərək Ağdam rayonunda yaşadığı evinə getmişdir. Evdə bir müddət qaldıqdan saat 18 radələrində idarə etdiyi Mercedes Benz markalı, ML 3N0 minik modelli **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Ağdam” çay evinə getmişdir. Orada çay içdikdən sonra saat 19 radələrində həmin çay evindən çıxaraq həmin avtomobili ilə evə doğru yola düşmüş, avtomobildə özündən başqa heç kim olmamış, sərxoşluğu tam keçməmişdir. Həmin avtomobillə Ağdam rayonunun Quzanlı qəsəbəsindən evinə doğru gəlmiş, avtomobili sürətlə idarə etməyə başlamış, hərəkət etdiyi hissədə hərəkət sürəti 60 km/saat olsa da, avtomobili 75-80 km/saatla idarə etmişdir. Saat 19-30 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsindən Ağcabədi rayonu Hindarx qəsəbəsi istiqamətində idarə etdiyi “Mercedes Benz” markalı, ML 3N0 minik modelli **- XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən hərəkət hissəsinin sol istiqamətində yerləşən “Bizim market”-in yanına çatdıqda, təxminən N0-N5 metr məsafədə iki nəfər qadının, sonradan adlarını bildiyi X4 və Zərərçəkmiş şəxs1 onun hərəkətdə olduğu yolun sağ istiqamətindən sol istiqamətinə doğru keçdiyini görmüş, həmin vaxt hərəkət sürəti 75 km/saatdan çox olmuşdur. Qadınların keçdiyi hissədə işıqfor olmuş, işıqforun yaşıl işığı yanmış, saniyə göstəricisi olmamışdır. Sərxoş vəziyyətdə və hərəkət sürətinin yüksək olması səbəbindən həmin qadınları gördüyü vaxt qəfildən əyləci basmış və avtomobilini yolun sol istiqamətinə doğru çəkərkən həmin iki şəxsi, yəni X5 və Zərərçəkmiş şəxs1 vurmuşdur. Həmin şəxslər birbirinin qoluna girərək yolu keçmiş, sol istiqamətdə Məlahət Hətəmxanova, ondan sağda isə Zərərçəkmiş şəxs1 olmuş, avtomobilin sol və ön tərəfi onlara dəymişdir. Bunun nəticəsində Zərərçəkmiş şəxs1 yolun sol istiqamətinə asfalt örtüyünün üzərinə düşmüş, Məlahət Hətəmxanova isə avtomobilin ön tərəfinə yıxılmışdır. O, çətinliklə avtomobili yolun sağ hissəsinə çəkib kənarda dayanmış, avtomobildən düşmüş, çox həyəcanlı vəziyyətdə olmuş, onlara yaxınlaşmış, həmin vaxt, Məlahət Hətəmxanovanın əri və qardaşı onlara tərəf qaçmış, o həmin şəxslərə kömək etməyini təklif etmiş, onlar onun köməklik etməsinə razılıq vermişlər. Həmin vaxt oraya təcili tibbi yardım maşını gəldiyindən xəsarət alan şəxslərə həkimlər köməklik göstərmişlər və onların hər ikisi təcili tibbi yardım avtomobili vasitəsilə Ağdam rayon Mərkəzi xəstəxanasına aparılmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisənin kimin törətdiyini soruşduqda o polis əməkdaşına hadisəni özünün törətdiyini etiraf etmiş və tərtib olunmuş protokola imza etmişdir. Bundan sonra o, sərxoşluğun tibbi müayinəsindən keçirilmiş, nəticədə onda yüngül dərəcəli sərxoşluq əlamətləri müəyyən olunmuşdur. Hadisə nəticəsində X10 ölmüş, Zərərçəkmiş şəxs1 isə ağır dərəcəli bədən xəsarəti almışdır. Hadisədən sonra özü tərəfindən Zərərçəkmiş şəxs1 müalicə xərcləri, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsN isə mərhum Məlahət Hətəmxanovanın dəfn üçün xərclər ödənilmişdir. Hal-hazıradək Zərərçəkmiş şəxs1 ilə daimi əlaqə saxlayaraq onun müalicəsi üçün zəruri yardım edir. Məhkəmədən törətdiyi əməldən peşman olmasını, hadisə nəticəsində Məlahət Hətəmxanovanın ölməsindən vicdan əzabı çəkməsini, Zərərçəkmiş şəxs1 ilə barışmasını, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayətinin,iddiasının və tələbinin olmamasını, 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmasını, müharibə zamanı yanında mərmi partlaması nəticəsində kontuziya almasını, ailə üzvülərinin heç bir yerdə işləməməsini, ailənin yeganə qazanc gətirəni olmasını, ailəsinin onun qazancına ehtiyacı olmasını, himayəsində üç azyaşı uşağının olmasını, özünün döyüşlərdə aldığı travmalardan sonra səhhətində ciddi ağrılarının olmaqla hal-hazırda müalicəyə ehtiyacı olmasını, ağır ailə vəziyyəti şəraitində yaşamalarını və xidmətini işğaldan azad olunmuş Xocalı rayonu ərazisində yerləşən Fərrux dağında davam etdirməsinin nəzərə alınaraq ona xidmətini davam etdirə biləcək yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsN ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı qohumluğu, ədavəti, düşmənçiliyi olmamışdır. X10 onun arvadı, Zərərçəkmiş şəxs1 isə doğma qız övladıdır. N8 oktyabr N0NN-ci il tarixdə saat 19 radələrində mərhum arvadı Məlahət Hətəmxanova, qızı Zərərçəkmiş şəxs1 və qaynı Şahid1 ilə birlikdə yaşadıqları evdə olarkən mərhum arvadı özlərinə aid məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müavinət pullarını və pensiyaları almaq üçün Ağdam rayonu Quzanlı qəsəbəsində H.Əliyev prospektində Ağdam marketin yaxınlığında Kapital banka aid bankomatın yanına getmək lazım olduğunu bildirmiş, bundan sonra onlar bankomatdan pul çıxarmaq üçün xx.xx.N0NN-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ N1074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Quzanlı qəsəbəsinə doğru yolda düşmüş, avtomobili özü idarə etmiş, avtomobildə ondan başqa qızı Gülşən, qaynı Tanrıverdi, mərhum yoldaşı Məlahət olmuşdur. Ağdam rayonu Quzanlı qəsəbəsinə çıxan əsas yola çatmamış avtomobili yolun kənarında saxlayaraq avtomobildən düşmüşlər. O və Tanrıverdi yolun kənarında avtomobil təmir sexlərinin qarşısında, işıqfordan təxminən 5-6 metr aralıda dayanmış, qızı və arvadı pensiya və sosial müavinət kartlarını özləri ilə götürüb birlikdə Quzanlı qəsəbəsindən keçən avtomobil yolunun kənarında yerləşən “Bizim market” in qarşısından keçən hissəsindən yəni Ağdam rayonu Quzanlı qəsəbəsindən Ağcabədi rayonu Hindarx qəsəbəsinə gedən yolun sağ istiqamətindən sol istiqamətinə doğru keçməyə başlamışlar. Həmin vaxt, yəni axşam vaxtı işıqforun qırmızı işığı yanmış, onlar piyada keçidinin yanından yolu keçməyə başlamış, onlar yolu keçərkən o üzü avtomobil sexlərinə doğru dayanmışdır. Yolun ortasına çatanda qəfildən qara rəngli Mercedez-Benz ML 3N0 minik markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə gələrək qızı və arvadını vurduğunu görmüşdür. Zərbə nəticəsində arvadı və qızı yerdən bir qədər havaya qalxaraq asfalt örtüyünün üzərinə düşmüşlər. Avtomobilin sürücüsü, Təqsirləndirilən şəxs avtomobili çətinliklə dayandıraraq vurduğu yerdən N0-N5 metr aralıda saxlamışdır. Həmin vaxt o və qaynı Tanrıverdi hadisənin birbaşa şahidi olmuşlar. Qızı və arvadı yolun ortasında asfalt örtüyünün üzərində uzanmış vəziyyətdə olmuşdur. O, cəld onların yanına getmiş, qızı Gülşənin və arvadı Məlahətin vəziyyəti ağır olmuş, huşsuz halda uzanmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs aralıda həyəcanlı vəziyyətdə dayanmış, sonra ona yaxınlaşaraq xəsarət almış qızına və mərhum arvadına köməklik etmək istədiyini bildirmişdir. Bundan sonra yolun kənarında olan adamlar hadisə yerinə gəlmişlər, tanımadığı şəxslərdən biri dərhal X1N zəng vurmuşdur. Təxminən 3-4 dəqiqədən sonra iki təcili tibb yardım avtomobili hadisə yerinə gəlmiş, tibbi işçiləri qızı Gülşəni və arvadı Məlahəti hadisə yerindən götürərək Ağdam rayon Mərkəzi xəstəxanasına aparmışlar. O da öz avtomobili ilə xəstəxanaya getmiş, xəstəxanada olarkən arvadı X4 ölməsini bilmiş, qızı Gülşən isə sağ qalmış, reanimasiya şöbəsinə qəbul olunmuşdur.Hadisə nəticəsində qızının sol və sağ qabırğa sümükləri, habelə sol ayağı sınmış, bədəninin müxtəlif yerlərindən xəsarət almışdır. Qızı Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən sonra Ağcabədi, Bərdə, Ağdam, Mingəçevir şəhər dövlət xəstəxanalarında müalicə almış, hazırda müalicəsi davam edir, yeriməkdə çətinlik çəkir. Hadisə baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət sürətini dəqiq bilməsə də 70 km/saatdan çox olmuşdur. Baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs onunla və qızı Gülşənlə əlaqə saxlamış, daima ona və qızına qayğı göstərmişdir. Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsi iştirakçısıdır, döyüşlərdə iştirak etmişdir, hadisədən sonra Məlahət Hətəmxanovanın yas mərasimi və qızı Zərərçəkmiş şəxs1 müalicə xərci ilə bağlı xərci çəkmiş, qızının müalicəsinə hazırdada köməklik göstərir, onlardan üzr istəyərək onlarla barışmışdır. Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağı var.Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Təqsirləndirilən şəxs həbs olunduğu halda onun 3 nəfər azyaşlı uşağı və işsiz arvadı mənəvi istirablar çəkməsin deyə məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş etmişdir.. Məhkəmə iclasında dindirilmiş şahid X13 ifadəsində göstərmişdir ki, N8 oktyabr N0NN-ci il tarixdə bacısı X10 ilə görüşmək üçün Ağdam rayonunun Quzanlı qəsəbəsində məskunlaşdığı evinə gəlmişdir. Həmin gün saat 19 radələrində bacısının əri Zərərçəkmiş şəxsN, bacısı qızı Zərərçəkmiş şəxs1 və mərhum bacısı Məlahət Hətəmxanovla birlikdə qohumu Siyafətin idarə etdiyi “VAZ N1074” markalı dövlət qeydiyyat nişanlı avtomobillə onlara aid sosial müavinət pullarını “Kapital bank”-a aid bankomatdan çıxarmaq üçün Quzanlı qəsəbəsinə gəlmişlər. X3N məxsus sosial pensiya kartı onun üzərində olmuş, o həmin hesabdan pul çıxarmaq üçün onlarla həmin ünvana getmişdir. Siyafət avtomobili Quzanlı qəsəbəsində yerləşən “Bizim market” in qarşısında yolun sağ tərəfində baş yola çıxmamış yolun sağ tərəfində saxlamış, həmin vaxt hava qaralmışdır. O, yuxarıda adını çəkdiyi şəxslərlə birlikdə avtomobildən düşərək orada yerləşən təkər təmir sexinin qarşısına gəlmişdir. Siyafətlə həmin yerin qarşısında dayanarkən mərhum bacısı Məlahət və bacısı qızı Gülşən yolun sağ istiqamətindən sola doğru keçməyə başlamış, onlar yolun ortasına çatdıqda yolun sağ tərəfi ilə hərəkətdə olan markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gözlərinin qarşısında Gülşən və Məlahəti vurmuş, nəticədə Məlahət və Gülşən asfalt örtüyünün üzərinə yıxılmışdır. Bundan sonra o dərhal onlara yaxınlaşmış və Gülşənlə Məlahətin ağır vəziyyətdə olduğunu görmüşdür. Orada olan adamlar onun ətrafına toplaşmış, bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobilləri hadisə yerinə gəlmişdir. Sonra bacısı Məlahət və bacısı qızı Gülşən Ağdam rayonu Mərkəzi Xəstəxanasına aparılmışdır. Hadisə nəticəsində mərhum bacısı X10 ölmüş, bacısı qızı Zərərçəkmiş şəxs1 isə ağır dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iclasında dindirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, N019-cu ilin fevral ayından etibarən Ağdam rayon Polis şöbəsinin YPX-nin rəisi vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir.Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında düşmənçilik və ədavət olmamışdır. O, qeyd etdiyi vəzifədə və rütbədə xidmət etdiyi zaman N8 oktyabr N0NN-ci il tarixdə saat 19 radələrində Ağdam rayon polis şöbəsinin növbətçi hissəsindən məlumat verilərək Ağdam rayonu Quzanlı qəsəbəsi H.Əliyev prospektində Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Mercedes Benz ML 3N0” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətindən Ağcabədi rayonu Hindarx qəsəbəsi istiqamətində hərəkətdə olarkən Ağdam rayon sakinləri vətəndaşlar X6 və Zərərçəkmiş şəxs1 ağır bədən xəsarətlər yetirməsi bildirilmişdir. Baş vermiş hadisədən sonra hadisə yerinə getmiş, hadisə yerinin baxışında iştirak etmiş, hadisə yerinə baxış keçirilərkən cütləşmiş şəkildə N1 metr N03 sm uzunluğunda piyadalar vurulan yerinə qədər tormoz izləri aşkar olunmuşdur.Həmin tormoz izləri avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi 90 XK-464 dövlət qeydiyyat nişanlı avtomobilə aid olduğu müəyyən olunmuşdur. Baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs Ağdam rayon mərkəzi xəstəxanasına dəvət olunmuş, müayinə zamanı yüngül dərəcəli sərxoş vəziyyətində olması müəyyən edilmişdir.Təqsirləndirilən şəxs hadisə yerində yanında olmuşdur. Orada olan zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətində olduğunu, hərəkət sürətinin 70 km/saatdan çox olduğunu, əməlindən peşman olduğunu bildirmişdir. Hadisə nəticəsində Məlahət Hətəmxanova ölmüş, Zərərçəkmiş şəxs1 ağır dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş iş üzrə zərərçəkmiş şəxs vətəndaş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı qohumluğu, ədavəti, düşmənçiliyi olmamışdır. O, N000-ci ildə XN4 ilə ailə həyatı qurmuş, onların nikahından N001-ci il təvəllüdlü, qızı Hacıyeva Maya dünyaya gəlmişdir. XN4 ilə N003-cü ildə boşanmış, hazırda ünvan 3 ünvanında atası ilə birlikdə yaşayır.O, N8 oktyabr N0NN-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə olarkən mərhum anası X10 onlara aid məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müavinət pullarını və pensiyaları almaq üçün Ağdam rayonu Quzanlı qəsəbəsinə H.Əliyev prospektində Ağdam marketin yaxınlığında Kapitalbanka aid bankomatın yanına getmək lazım olduğunu bildirmiş, bundan sonra atasının idarə etdiyi “VAZ N1074” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Quzanlı qəsəbəsinə doğru yola düşmüş, avtomobili atası Zərərçəkmiş şəxsN idarə etmiş, həmin vaxt dayısı Şahid1 da onlarla birlikdə yuxarıda qeyd olunan yerə getmişdir. Atası Quzanlı qəsəbəsinə çıxan əsas yola çatmamış avtomobili yolun kənarında saxlamış, o və mərhum anası bankomatdan pulları çıxarmaq məqsədilə avtomobildən düşüb Quzanlı qəsəbəsindən keçən avtomobil yolunun kənarında yerləşən “Bizim market” in qarşısından keçən hissəsindən yolun qarşı tərəfinə keçmək istəmiş, həmin vaxt, atası və dayısı yolun kənarında səkidə onları gözləmişlər. Həmin ərazidə piyada keçidi olmuş, işıqfor yerləşmiş, işıqforun qırmızı işığı yanan kimi o anasının qolundan tutub yolu keçməyə başlamışdır. O, anası ilə birlikdə bir-biri ilə paralel, yanaşı yolu keçmiş, bu zaman Ağdam rayonu Quzanlı qəsəbəsi istiqaməti üzrə yüksək sürətlə “Mercedes Benz ML 3N0” minik markalı avtomobilin gəldiyini görmüş, anası əvvəlcə ona avtomobilin sürətlə gəldiyini söylədikdə o anasına “narahat olma, qoşa xəttin üstündə gözləyərik” deyə bildirmişdir. Həmin ərazidə yolun hərəkət hissəsini ayırmaq üçün qoşa xətt olmuş, o anası ilə birlikdə yolun ortasında qoşa xəttin üzərində dayanarkən sol tərəfdən sürətlə hərəkət edən avtomobil onu və anasını vurmuşdur. Baş vermiş həmin hadisədən sonra o ətrafda baş verənləri xatırlamamış, hadisə nəticəsində şok keçirmişdir. Bundan sonra Ağdam rayon Mərkəzi xəstəxasına aparılmış, bir müddət sonra onun şüuru aydınlaşmışdır. Hadisə nəticəsində sol sağ qabırğaları, habelə sol ayağı sınmış, bədəninin müxtəlif yerlərində xəsarət yaranmış, yəni ağır dərəcəli bədən xəsarətləri almış, anası X10 hadisə nəticəsində ölmüşdür. Aldığı xəsarətlərdən sonra Ağcabədi, Bərdə, Ağdam, Mingəçevir şəhər dövlət xəstəxanalarında müalicə almış, hazırda müalicəsi davam edir, yeriməkdə çətinlik çəkir. Baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs ailə üzvləri ilə əlaqə saxlamış,daima ona və ailə üzvlərinə qayğı göstərmişdir.Təqsirləndirilən şəxs qarşı hər hansı mülki iddiası, şikayəti və tələbi yoxdur. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN1 Publik Hüquqi şəxsin Bərdə rayon şöbəsinin N9 oktyabr N0NN-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, X1 meyitinin bədənində-döş qəfəsinin qapalı küt travması, sol çoxsaylı qabırğaların sınığı, ağciyərin yaralanmaları, kəskin qanitirmə, sağda İX-X qabırğaların sınığı, alın, burun, sağ dirsək oynağının, sol dirsək oynağının, sağ diz, sol əlin İİİ-İV barmağının sıyrıqları, sol bazu nahiyənin qançırı xəsarətlərini almışdır.Həmin xəsarətlər həyatidir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının piyadanı vurması nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixəyəni xx.xx.N0NN-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X1 ölümünə səbəb döş qəfəsinin küt travması ilə əlaqədar çoxsaylı qabırğaların sınıqları ilə ağciyərin yaralanmları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur.X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 13-15 saat olar baş vermişdir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və XN1 Publik Hüquqi şəxsin Bərdə rayon şöbəsinin N4 dekabr N0NN-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində-kəskin qanitirmə ilə müşayiət olunan (hemoqlabinin miqdarı 6,4 hemotokrit göstərici N0,5) təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol qamış sümüyünün qəlpəli sınığı, sol diz oynağının yan bağının cırılması, sağ ağciyərin aşağı payında kontuziya sahələri ilə sağ İV, Vİ qabırğaların sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat qəzası nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.N0NN-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə alınmış məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 19 dekabr N0NN-ci il tarixli, 8/3331 №-li rəyindən görünür ki, Mercedes Benz ML 3N0 markalı, ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin N-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin N-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 0N noyabr N0NN-ci il tarixdə bir ədəd, qara rəngli, N001-ci il istehsallı, “Mercedes Benz” markalı ML 3N0 minik modelli **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hadisənin izləri saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut qismində tanınmışdır. N8 oktyabr N0NN-ci il tarixli fotoçəkiliş aparılmaqla hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, sxemdən, fotocədvəllərdən görünür ki, həmin yol-nəqliyyat hadisəsi N8 oktyabr N0NN-ci il tarixdə axşam saatlarında Ağdam rayonu Quzanlı qəsəbəsi, H.Əliyev prospektində baş vermiş, yol örtüyü asfaltbeton materialından ibarət olmaqla hərəkət hissəsi düz olmaqla yolun dörd hərəkət zolağı olmuş, yol örtüyünün eni 16 metr N9 sm, hərəkət zolaqlarının sayı 04, hərəkət hissəsinin eni 8 metr 145 sm olmuş, qarşıqarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlama xətti vasitəsilə ayrılmış, piyadaların vurulma yerindən 7 metr 55 sm qarşıda işıqforla tənzimlənən və yol üzərində boya ilə işarələnmiş piyada keçidi vardır.Hər iki piyada avtomobilin hərəkət istiqamətində yolun sağından soluna doğru keçməyə çalışmış və hadisə yeri sağdan 8 metr 60 sm sola doğru olan yolun hərəkət hissəsidir. Həmçinin hadisə yerində cütləşmiş formada N1 metr N09 sm uzunluğunda piyadaların vurulma yerinə qədər tormoz izləri vardır.Həmin tormoz izləri “Mercedes Benz” markalı ML 3N0 minik modelli **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsusdur. Hadisənin baş vermə mexanizmini özündə əks etdirən elektron daşıyıcıya (Video DVD) baxış keçirilməsi haqqında protokoldan görünür ki, havanın qaranlıq şəraitində iki qadının, yəni X4 və Zərərçəkmiş şəxs1 yolun sağ istiqamətindən sola doğru piyada olaraq yolu keçdiyi, həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı ML 3N0 minik modelli **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətlə gələrək həmin iki şəxsi vurması, həmin şəxslərin yolun asfalt örtüyünün üzərinə yıxılması görünür. Ağdam rayon Polis Şöbəsinin məsul növbətçisi, polis kapitanı Amid Abdullayevin N8 oktyabr N0NN-ci il tarixli raportlarından görünür ki, “Mercedes Benz” markalı 90 XK-464 dövlət qeydiyyat nişanlı avtomobilin Ağdam rayonu Quzanlı qəsəbəsində iki nəfər qadını vurması, hadisə nəticəsində vətəndaş X4 ölü vəziyyətdə Ağdam rayon Mərkəzi Xəstəxanaya gətirilməsi, vətəndaş Zərərçəkmiş şəxs1 isə “sol aşağı ətrafın nahiyəsinin qapalı yerdəyişmiş sınığı, döş qəfəsinin ön səthinin küt travması, üz nahiyəsinin müxtəlif nahiyələrinin cızılmış yaraları” xəsarətləri alması barədə xx.xx.N0NN-ci ildə növbətçi hissəyə məlumat verilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.N0NN-ci il tarixdə “başqa rubrikalarda təsnif olunmayan qanaxma” səbəbindən ölmüşdür. N nömrəli hərbi hissə komandirinin N6 aprel N0N1-ci il tarixli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin N-ci taborunun 4-cü bölüyünün N-ci taqımının 1-ci manqa komandiri vəzifəsinə təyin edilmişdir. Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Birinci Alıbəyli qəsəbə üzrə nümayəndələyindən və N nömrəli hərbi hissə tərəfindən verilən xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs1 Ağdam Hərbi Prokurorluğuna ünvanlanmış xx.xx.N0N3-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 baş vermiş hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı iddiası, tələbi, şikayəti yoxdur. AA1969N98 nömrəli BYB19NF nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.N018-ci il tarixdə Təqsirləndirilən şəxs XN7 adında övladı doğulmuşdur. AA1969N99 nömrəli 8QS05HD nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.N019-cu il tarixdə Təqsirləndirilən şəxs XN8 adında övladı doğulmuşdur. AA3581309 nömrəli 8ZQT№WK nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.N0N1-ci il tarixdə Təqsirləndirilən şəxs X19 adında övladı doğulmuşdur. Ağdam rayon Novruzlu kənd İƏD üzrə nümayındəliyi tərəfindən verilmiş 103 nömrəli xx.xx.N0NN-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X16, arvadı XN, X11, X14 və X7 ibarət ailə üzvüləri vardır. Azərbaycan Respublikası Nazirlər Kağinetinin xx.xx.N0N1-ci il tarixli N50s nömrəli Sərancamından görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsNnın Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs1 oğlunun Tərtər Hərbi Məhkəməsinə ünvanlanmış teleqramından görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edir, məhkəmə iclasını onun iştirakı olmadan keçirilib tamamlanmasını, səhhətinin yaxşı olduğunu, Təqsirləndirilən şəxs köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı məhkəmə cıxışı zamanı Təqsirləndirilən şəxs CM-nin N63-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın məhkəmə istintaqı zamanı sübuta yetirildiyini, onun əməlinin CM-nin N63-1.3-cü maddəsi ilə düzgün tövsüf olunduğunu, əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı halların olmadığını, onun 44 günlük Vətən müharibəsində iştirak etməsinin, döyüşdə fərqləndiyinə görə medala təltif olunmasının, himayəsində üç azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirici hal kimi nəzərə alınıb Təqsirləndirilən şəxs CM-nin N63-1.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs olunmasını, cəzasının əvvəlinin həbs olunduğu gündən nəzərə alınmasını məhkəməyə təklif etmişdir. X36 məhkəmə cıxışı zamanı dövlət ittihamçısının çıxışı ilə razı olmadığunu bildirərək göstərmişdir ki, Tərtər Hərbi Məhkəməsinin N6 dekabr N0NN-ci il tarixli hökmündən görünür ki, X15 nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxs kimi avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, həmçinin yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə hökmdə Elsevər Əmraslanovun xx.xx.N0N0-ci il tarixdə başlamış, xx.xx.N0N0-ci il tarixədə başa çatmış Vətən müharibəsində gedən döyüşlərdə motoatıcı taqım komandiri kimi döyüş meydanında öndə xidmət etməsini, Talış-Suqovuşan istiqamətində aparılan ağır döyüşlərdə göstərdiyi şücayətinə görə “Suqovuşanın azad olunması görə" və “Cəsur döyüşçü” medallarına layiq görülməsini, adının “Vətən müharibəsi iştrakçısı” medalı alması üçün siyahıya daxil edilməsini, döyşlərdə yaralanmasını nəzərə alaraq onu CM-nin N63-1.3 və N64-cü maddəsi ilə təqsirli bilib, CM-nin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 1 (bir) il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-nin 70-ci maddəsinə əsasən X8 təyin edilmiş 5 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Həmin hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməmiş və hökm qanuni qüvvəyə minmişdir. Bundan başqa Tərtər Hərbi Məhkəməsinin 14 oktyabr N0NN-ci il tarixli hökmündən görünür ki, XN9 alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Dövlət ittihamçısı məhkəmə cıxışı zamanı müdafiəçisi olduğu XN0 CMnin N63-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın məhkəmə istintaqı zamanı sübuta yetirildiyini, onun əməlinin CM-nin N63-1.3-cü maddəsi ilə düzgün tövsüf olunduğunu, onun əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı halların olmadığını, lakin 44 günlük Vətən müharibəsində iştirak etməsi, döyüşlərdə yaralanması, döyüşdə fərqləndiyinə görə medallarla təltif olunması, himayəsində hazırda bir azyaşlı uşağının olmasını, özünündə xəstə olmasını yüngülləşdirici hal kimi nəzərə alınıb Etibar Vəliyevin CM-nin N63-1.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, CM-nin 70-ci maddəsinə əsasən XN0 təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini və barəsində 0N (iki) il sınaq müddəti təyin edilməsini məhkəməyə təklif etmişdir. Məhkəmə hökmdə dövlət ittihamçısının və müdafiə tərəfinin fikrini, Etibar Vəliyevin xx.xx.N0N0-cııl tarixdə başlamış, xx.xx.N0N0-ci il tarixədə başa çatmış Vətən müharibəsində gedən döyüşlərdə kəşfiyyatçı kimi döyüş meydanında öndə xidmət etməsini, döyüşdə xidmətlərinə görə “Laçının azad olunması", “Cəsur döyüşçü” medallarına layiq görülməsini, adının “Vətən müharibəsi iştrakçısı” medalı alması üçün siyahıya daxil edilməsini, döyşlərdə aldığı xəsarətlərə görə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 0N iyun N0NN-ci il tarixli 834 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməklə xəstə olduğu üçün hərbi xidmətdən ehtiyata buraxılmasını, himayəsində bir azyaşlı uşağının olmasını və gəncliyini nəzərə alaraq onu CM-nin N63-1.3 maddəsi ilə təqsirli bilib, N (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən XN0 təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Həmin hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməmiş və hökm qanuni qüvvəyə minmişdir. Göründüyü kimi həm prokurorluq orqanının və həmdə məhkəmənin Vətən müharibəsi iştrakçıları ilə bağlı hümanist bir mövqeyi ortaya çıxaraq hazırda döyüşən orduya ixtisaslı hərbi qulluqçulara ehtiyac yarandığından və onlara cəmiyyət arasında xüsusi rəğbət bəsləndiyindən hərbi qulluqçulara xidmətlərini davam etdirə biləcək cəza təyin edilmişdir. Qeyd olunan səbəbdən müdafiə tərəfi olaraq hesab edir ki, hazır ki, iş üzrə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun əməlindən səmimi peşmanlıq hissi keçirməsi, ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət törətməsi, törətdiyi əməldən peşman olması, hadisədən sonra özü tərəfindən zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə maddi cəhətdən yardım göstərməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmaması və onların məhkəməyə Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsi barədə xahişi, hadisədən sonra digər qanun pozuntusuna yol vermədiyi, əvvəllər məhkum olunmaması, özünün xüsusən xx.xx.N0N0-cııl tarixdə başlamış, xx.xx.N0N0ci il tarixədə başa çatmış Vətən müharibəsində gedən döyüşlərdə ixtisaslı hərbi qulluqçu kimi iştirak etməsi, xidmətini hazırda işğaldan azad olunmuş Xocalı rayonu ərazisində yerləşən Fərrux dağında davam etdirməsi, döyüşdə xidmətlərinə görə “Vətən müharibəsi iştrakçısı” medalı ilə təltif edilməsi, himayəsində üç azyaşı uşağının olmasını və gəncliyi nəzərə alınmalıdır. Müdafiəçi çıxışının sonunda məhkəmədən Təqsirləndirilən şəxs CM-nin N63-1.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini və barəsində aşağı həddə sınaq müddətinin təyin edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin N63-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxarkən təqsirləndirilən şəxsə həmin maddə ilə elan olunmuş ittihamla bağlı aşağıda göstərilənlərə şərh verməyi zəruri hesab edir: Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.N0NN-ci il tarixdə toy məclisində iştirak etmiş, məclisdə olarkən tanışlarla birlikdə spirtili içki hesab edilən N50 mq araq içmiş, təxminən saat 17 radələrində toy məclisini tərk etmiş, içkili halda avtomobilini idarə edərək Ağdam rayonunda yaşadığı evinə getmiş, avtomobili sürətlə idarə etməyə başlamış, yolun kənarında olan işarədə yaşayış məntəqəsi olduğu üçün icazə verilən hərəkət sürəti 60 km/saat göstərilsədə o, avtomobili 75-80 km/saatla idarə etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət sürətini dəqiq bilməsə də 70 km/saatdan çox olmuşdur. Məhkəmə iclasında dindirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, hadisə yerinin baxışında iştirak etmiş, hadisə yerinə baxış keçirilərkən cütləşmiş şəkildə N1 metr N03 sm uzunluğunda piyadalar vurulan yerinə qədər tormoz izləri aşkar olunmuş, həmin tormoz izləri avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi 90 XK-464 dövlət qeydiyyat nişanlı avtomobilə aid olduğu müəyyən olunmuş, hadisədən sonra Təqsirləndirilən şəxs xəstəxanada müayinə zamanı yüngül dərəcəli sərxoş vəziyyətində olması müəyyən edilmiş… Təqsirləndirilən şəxs sərxoş vəziyyətində olduğunu, hərəkət sürətinin 70 km/saatdan çox olduğunu bildirmişdir. TƏBİB Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Ağdam rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 673 nömrəli tibbi arayışından görünür ki, xx.xx.N0NN-ci il tarixdə müayinə nəticəsində Təqsirləndirilən şəxs 0,34 promilli yüngül dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X3, ŞahidN və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Ağdam rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 673 nömrəli tibbi arayışınını qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs N8 oktyabr N0NN-ci il tarixdə saat 19 radələrində Tərtər-Hindarx avtomobil yolunun 30-cu kilometrliyində Ağdam rayonu Quzanlı qəsəbəsi istiqamətindən Ağcabədi rayonu Hindarx qəsəbəsi istiqamətində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda “Mercedes-Benz” markalı, “ML 3N0 minik” modelli, qara rəngli **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobili icazə veriləndən artıq sürətlə, təxminən 75-80 km/saatlə hərəkət etdirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası CM-nin N63 və N63-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Cinayət Qanununa görə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən həmin qaydaların pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. CM-nin N63-1-ci maddəində nəzərdə tutulmuş cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin əməli törətməsi həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobil ilə Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndinin tələblərinə əsasən “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” habelə həmin qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin “mexaniki nəqliyyat vasitələrinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən akoqollu içkilərdən istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli” kimi tələblərinə riayət etməyərək yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan vətəndaş X4 ölümünə, vətəndaş Zərərçəkmiş şəxs1 isə sağlamlığına ağır zərər vurmaya aid yol-nəqliyyat hadisəsi törətməsi əməli tam sübuta yetirilmiş və həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin N63-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən aşağıdakıları qeyd edilməsini zəruri hesab edir. CM-nin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən dövlət ittihamçısının və müdafiəçinin məhkəmə çıxışlarında göstərdiklərini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə edərək, bununla yanaşı onun etdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, hadisədən sonra özü tərəfindən zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə maddi cəhətdən yardım göstərməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əvvəllər məhkum olunmamasını, himayəsində üç azyaşı uşağının olmasını, gəncliyini, özünün xüsusən xx.xx.N0N0-cııl tarixdə başlamış, xx.xx.N0N0-ci il tarixədə başa çatmış Vətən müharibəsində gedən döyüşlərdə ixtisaslı hərbi qulluqçu kimi iştirak etməsini, xidmətini hazırda işğaldan azad olunmuş Xocalı rayonu ərazisində yerləşən Fərrux dağında davam etdirməsini, döyüşdə xidmətlərinə görə “Vətən müharibəsi iştrakçısı” medalı ilə təltif edilməsini CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun CM-nin 61.1-ci maddəsində sadalanan cəzasını ağırlaşdıran hallar olmadığını müəyyən edir. CM-nin N63-1.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da nəzərdə tutulmuşdur. CM-nin 15.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayət hesab edildiyindən, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın məqsədəlrinə nail olmağı mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 0N aprel N01N-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa, cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğunun və hüquq pozucularını islah etmədiyinin tədqiqatlar nəticəsində aşkar edilir. Yenə, Avropa Şurası Nazirlər Komitəsinin R (99) NN saylı tövsiyyəsində cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar mühüm əhəmiyyət daşıyan bir sıra hallara toxunularaq aşağıdakıları qeyd etmişdir: Həbsxanalarda həddən artıq insan olmasının və məhbusların artmasının həbsxana müdiriyyətləri və bütövlükdə cinayət mühakimə icraatı sistemi üçün həm insan hüquqları, həm də cəzaçəkmə müəssisələrinin səmərəli idarə edilməsi baxımından mühüm problem təşkil edir. Məhbusların səmərəli idarə edilməsinin cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, qanunlar toplusunda nəzərdə tutulan müxtəlif növ cəzalar, təyin edilən cəzaların ağırlığı, ictimai sanksiyalardan və tədbirlərdən nə dərəcədə tez-tez istifadə edilməsi, cinayət mühakimə icraatı orqanlarının işinin səmərəliliyi və təsirliliyi, xüsusən də ictimaiyyətin cinayətə və cəzaya münasibəti kimi məsələlərdən asılıdır. Belə tədbirlərin qanunun aliliyi ilə idarə olunan və insan hüquqlarının təmin edilməsindən ibarət ali məqsədə tabe olan demokratik dövlətlərin əsas prinsiplərinə, İnsan hüquqları haqqında Avropa Konvensiyasına və onun tətbiqinin həvalə olunduğu orqanların presedent hüququna uyğun gəlməlidir. Əsas prinsiplər kimi üzv dövlətlərə tövsiyyədə aşağıdakılar bildirilir: -Azadlıqdan məhrum etməən son vasitə qismində istifadə edilən sanksiya və ya tədbir hesab edilməli və buna görə də yalnız hüquq pozuntusunun ciddiliyi hər hansı başqa sanksiyanı və ya tədbiri açıq-aydın qeyri-adekvat etdiyi təqdirdə nəzərdə tutulmalıdır. -Cəzanın nisbi ağırlığı üzrə dərəcələrə bölünən müvafiq ictimai sanksiya və tədbirlər toplusu hazırlanmalı, prokurorlar və hakimlər onlardan mümkün qədər geniş istifadəyə sövq edilməlidir. -Həbsxanalarda həddən artıq insan olmasına və məhbusların artmasına qarşı ardıcıl strategiya düşünüb tapmaq üçün buna şərait yaradan əsas amillərin ətraflı təhlili həyata keçirilməli, bu təhlildə xüsusən uzun müddətə azadlıqdan məhrum etmə cəzasına səbəb olan hüquq pozuntusu növləri, cinayətkarlığın nəzarətdə saxlanmasında prioritetlər, ictimaiyyətin mövqeyi və narahatçılıqları, habelə mövcud cəza təyin etmə praktikası kimi məsələlər nəzərdən keçirilməlidir. Tövsiyyədə diqqətə çatdırılır ki, azadlıqdan məhrum etmənin əvəzinə istifadə edilə bilən ictimai sanksiya və tədbirləri nəzərdə tutarkən azadlıqdan məhrumetmə cəzası təyin etmədən müstəqil sanksiya qismində probasiyanm (şərti cəzanın) təyin edilməsi, zərərçəkənlə hüquq pozucusu arasında mediasiya (vasitəçilik) və zərərçəkənə dəymiş ziyanın kompensasiyası; hərəkət sərbəstliyinin məhdudlaşdırılması nəzərə alınmalıdır. Cəza təyin edilməsinin məntiqi əsaslarındakı məqsəd digər məsələlərlə yanaşı azadlıqdan məhrumetmə cəzalarından istifadəni azaltmaq, ictimai sanksiyaların və tədbirlərin istifadəsini genişləndirmək və mediasiya (vasitəçilik) və ya zərərçəkənə dəymiş ziyanın kompensasiyası kimi fərqli tədbirlərdən istifadə etməkdir. Müvafiq cəza müddətini müəyyən edərkən ağırlaşdırıcı və yüngülləşdirici amillərə, habelə əvvəllər məhkumluğun olmasına xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olubolmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Cəzanın xüsusi xəbərdaredici məqsədi kimi, onu göstərir ki, müəyyən növdə və həddə cəzaya məhkum edilmiş şəxs, cəzasını çəkərkən öz davranışının neqativ tərəfini dərk edir və bir daha yeni cinayətlər törətmir. Əgər cəza ədalətli təyin edilirsə, yəni təyin edilən cəza cinayətin ağırlığına və cinayətkarın şəxsiyyətinin təhlükəliliyinə uyğun gəlirsə, belə amillərin nəzərə alınması ilə təyin edilən cəza islah etmənin ilkin düzgün əsasını qoymuş olur. CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.N-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Silahlı Qüvvələrin Ali Baş Komandanı 44 günlük Vətən Müharibəsinin iştirakçıları ilə görüşündə bildirmişdir ki, Vətən müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk altına atmısınız, böyük şücayət göstərmisiniz. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir…bu 44 gün ərzində əldə edilmiş Qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb. N7 sentyabr N0N0-ci il tarixdə başlayan Vətən Müharibəsi 10 noyabr N0N0-ci il tarixdə Qələbə ilə başa catmışdır. X4N müharibəsi iştirakçıları ilə görüşərkən bildirmişdir ki, məmurlar daim şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının yaşayışı və məşğulluğu ilə maraqlansınlar, biz onlara borcluyuq bu Qələbəni, onlar canlarını fəda edib, sağlamlıqlarını itirmişlər, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənin müdafiəsinə qalxaraq torpaqlarımızı işğalçılardan azad etmişlər. Ona görədə hər bir dövlət məmurunun, nəinki dövlət məurunun hər bir insanın borcudur ki, onlara arxa dayaq olsun. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqların işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə olunan möhtəşəm zəfər azərbaycanlıların milli birliyinin və həmrəyliyinin təcəssümü kimi tarixə yazılacaqdır. Ali Baş Komandanın qətiyyətli və müdrük rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun cəsarəti və şəhidlərin qanı hesabına 30 il ərzində həll edə bilinməyən məsələ cəmi 44 gün ərzində həll etməklə torpaqlar erməni işğalından azad edilərək ölkənin tarixi ərazi bütövlüyü bərpa edilmişdir. İşğaldan azad olunmuş ərazilərin azad olunması döyüşün aparıldığı yerin relyefinə uyğun olaraq düşmənə böyük itkinin verilməsi Milli Orduda əzmlə xidmət keçən təcrübəli və peşəkar xidmət edən hərbi qulluqçularının böyük fəallığı nəticəsində əldə edilmiş, həmin döyüş zamanı əsgər Təqsirləndirilən şəxs vətənpərvər əsgər kimi Ali Baş Komandanın Sərancamına əsasən onun 44 günlük Vətən Müharibəsi zamanı gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə medalla təltif olunması Təqsirləndirilən şəxs döyüşlərdə fəallıq göstərməsini aydın göstərmiş, həmin döyüşlərdə onun özünündə həlak olmaq ehtimalı olmuşdur. Məhz belə bir şəraitdə, torpaqlarımızın işğaldan azad olunmasının N-ci ildönümünə yaxın və bu ərazilərin azad olunmasında böyük səy göstərmiş sabiq müddətdən artıq hərbi qulluqçu Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmə növündə cəza təyin olunması onu cəmiyyətdən təcrid etməklə real cəza cəkməsi Vətən Müharibəsində canından kecməyə hazır olan Təqsirləndirilən şəxs özünə, onun döyüş yoldaşlarına və ailəsinə ağır mənəvi istirab verilməsi danılmazdır və bu kədərli anları yaşatmaq cəzanın məqsədlərinə xidmət edə bilməz, o, gənc yaşında böyük bir Zəfərlə başa çatan Vətən Müharibəsinin iştirakçısı olmuş, hadisədən keçən 6 ay ərzində digər qanun pozuntusuna yol verməmiş, xidmətini davam etdirib onun əməyinə ehtiyacı olan ailəsinə maddi yardım göstərmiş, bu hərəkətləri ilə o, həyatında dönüş yaradaraq islah yoluna qədəm qoymuşdur. Təqsirləndirilən şəxs bu hərəkətlərini davam etdirməsi ilə əlaqədar şəraitin yaradılması hər bir insan üçün cəmiyyətin indiki birlik sahəsində mümkündür və onun islah olunaraq cəzanın məqsədinə catması üçün realdır. Təqsirləndirilən şəxs hazırda xidmətini hazırda işğaldan azad olunmuş Xocalı rayonu ərazisində yerləşən Fərrux dağında davam etdirərək həm ailəsinə həm də zərərçəkmiş şəxsə maddi cəhətdən yardım göstərməsini fakt kimi qəbul edib hazır ki, vəziyyətdə onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyinə obyektiv qiymət verərək, cəmiyyətdə həmrəylik və birlik nümayişi olaraq barəsində ailəsinə maddi yardım göstərməsinə imkan verən cəza təyin edilməsi ədalətli olardı. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirici halları, hadisədən sonra digər ərzində digər qanun pozuntusuna yol verməməsini və ona təyin olunan cəzanın real cəkməsinin həm onun özünə həm də ailəsini daha ağır mənəvi, maddi və psixoloji mərhumiyyətlərə məruz qalacaqlarını nəzərə alaraq onun zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə maddi cəhətdən yardım göstərməsini özünün islah yolunda olması kimi qəbul edərək təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzası təyin olunarkən ailəsinin həyat şəraitinə təsirini nəzərə almaq niyyəti ilə və zərərcəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, ona cəza təyin edilməməsi və köməklik göstərilməsi ilə bağlı məhkəmədən xahişlərini Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını humanizm və ədalət prinsiplərinə uyğun sayaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi onun islah olunması üçün daha məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, şərti məhkum etmə təqsirkarın cəzanı tam çəkmədən islah olunmağa başlaması ilə bağlı olan institutdur. Cinayət Qanunu şərti məhkum etmə yolu ilə məhkumu doğru yol seçməyə istiqamətləndirir, onun tərəfindən yeni cinayətlərin qarşısını almağa meylləndirir, eyni zamanda digər məhkumların da islah olunmasını sürətləndirir. Bu da öz növbəsində cəzanın CM-nin 41.N-ci madəsində göstərilən məqsədlərinin təmin olunmasına xidmət edir. CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.N-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçırən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək, Nizamnamə tələblərinə ciddi riayyət edərək, nümunəvi olaraq hərbi xidmət keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulmalı, o, sınaq müddətində öz davranışı ilə islah olunmasını sübut edərsə sınaq müddəti bitdikdən sonra cəzanı çəkməkdən azad edilməli, sınaq müddətində üzərində nəzarətin həyata keçirilməsi xidmət yeri üzrə hərbi hissə komandanlığına, xidmətdən tərxis olunduqda sonra yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya xidmətinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, CPM-nin 175.5-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi subut: Ağdam rayon Polis şöbəsinin DYP-nə aid müvəqqəti duracaqda saxlanılan yol nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs idarə etdiyi N001-ci il istehsallı, “Mercedes Benz” markalı ML 3N0 minik modelli **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs özünə qaytarılmalıdır. Hökmün bu hissədə icrası Ağdam rayon Polisi Şöbəsinin rəhbərliyinə həvalə edilməlidir. Məhkəmə CPM-nin 346.1.N1-ci maddəsinin tələbi baxımından məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olması barədə məsələyə də baxaraq, belə nəticəyə gəlir ki, iş üzrə məhkəmə məsrəflərinə aid olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri olan 85 (səksən beş) manat manat Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N63-1.3-cü maddəsi ilə təqsirli bilinsin və N (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və barəsində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçırən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək, Nizamnamə tələblərinə ciddi riayyət edərək, nümunəvi olaraq hərbi xidmət keçmək, ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddətində öz davranışı ilə islah olunmasını sübut edərsə o, sınaq müddəti bitdikdən sonra cəzanı çəkməkdən azad edilsin. Sınaq müddətində üzərində nəzarətin həyata keçirilməsi xidmət yeri üzrə hərbi hissə komandanlığına, xidmətdən tərxis olunduqda sonra yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs əlavə caza kimi təyin edilmiş N (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının icrası isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X49 İdarəsinin Ağcabədi rayonunda 6 saylı rayonlararası qeydiyyat imtahan-imtahan və texniki baxış şöbəsinə həvalə edilsin. Ağdam rayon Polis şöbəsinin X48 aid müvəqqəti duracaqda saxlanılan yol nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs idarə etdiyi N001-ci il istehsallı, “Mercedes Benz” markalı ML 3N0 minik modelli **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs özünə qaytarılsın. Hökmün bu hissədə icrası Ağdam rayon Polis Şöbəsinin rəhbərliyinə həvalə edilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev Hakimlər: Əhməd Sarıyev Sevindik Əzizov
Məhkəmə qərarları › İş №1-1(098)-67/2023
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-67/2023
12.04.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver