Məhkəmə qərarları › İş №1-1(098)-70/2025

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-70/2025

12.06.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-70/2025 12.06.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ XN Məsail oğlunun sədrliyi, Quliyeva Gülmira Şəmsəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, Müdafiəçi Tərtər rayon Vəkil Bürosunun direktoru vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx N00N-ci il tarixdə Masallı rayonunun Xırmandalı kəndində doğulmuş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla hərbi xidmətlə əlaqədar N nömrəli hərbi hissəsinin maneə ləğvetmə bölüyünün əsgər yataqxanasında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, Tərtər Hərbi Məhkəməsinin xx.xx.N5-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinərək aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş, N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün 1-ci maneə ləğvetmə taqımının komandiri, leytenant, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zabit olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Tərtər şəhərində yerləşən N nömrəli hərbi hissəsinin maneə ləğvetmə bölüyünün 1-ci maneə ləğvetmə taqımının komandiri, leytenant Təqsirləndirilən şəxs N yanvar N5-ci il tarixdə 45 (qırx beş) gün müddətinə növbəti məzuniyyətə buraxılmış, N8 fevral N5-ci il tarixdə məzuniyyət müddəti bitdikdən sonra xidmət yerinə vaxtında qayıtmayaraq, təqsirini böynuna almaqla könüllü olaraq 0N may N5-ci il tarixdə Tərtər Hərbi Prokurorluğuna gələrək, zabit olmaqla üzrlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, N iyul N4-cü il tarixdə Hərbi İnstitutu bitirərək, leytenant hərbi rütbəsi verilməklə, N nömrəli hərbi hissəsinin maneə ləğvetmə bölüyünün, 1-ci maneə ləğvetmə taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə xidmətdə olarkən N yanvar N5-ci il tarixdə məzuniyyət müddətini Sumqayıt şəhərində keçirməklə 45 (qırx beş) günlük məzuniyyətə buraxılmış, N8 fevral N5-ci il tarixdə məzuniyyət müddəti başa çatdığı üçün gün sonunadək, yəni həmin gün saat 18:00-dək N nömrəli hərbi hissəyə qayıtmalı olmasına baxmayaraq şəxsi və ailə problemləri olması səbəbindən xidmət yerinə qayıtmamışdır. Xidmət yerinə qayıtmadığı müddət ərzində heç bir səlahiyyətli şəxsə məlumat verməmiş və icazə almamış, şəxsi və ailə problemlərini həll etdikdən sonra barəsində cinayət işinin olmasını bilərək, təqsirini boynuna almaqla könüllü olaraq 0N may N5-ci il tarixdə saat 15:05-də Tərtər Hərbi Prokurorluğuna gələrək özünü təqdim etmişdir. Şəxsi və ailə problemləri haqqında məlumat vermək istəmir. Bununla bağlı hissə komandanlığına rapotla müraciət edərək xidmətdən tərxis olunmağını istəmişdir. Xidmət yerinə vaxtında gəlməməsindən peşmandır və xidmətə məsuliyyətsiz yanaşdığı üçün səhvlərini başa düşür, gəncdir, şəxsi və ailə problemlərini həll etdiyindən hal-hazırda xidmətini davam etdirməsinə hec bir maneə yoxdur, xidmətini ixtisaslı bir zabit kimi davam edir və gələcək nümunəvi xidəmiti ilə yol verdiyi qanunsuzluğları aradan qaldırmağa calışır və bunun təsdiqi kimi xidmət yerinə qayıtdığı vaxtdan, yəni N5-ci ilin may ayından halhazıradək Kəlbəcər rayonunun Çaylı kəndi ərazisində Ermənistan Respublikası ilə həmsərhəd zonasında komanda-müşahidə məntəqələrinin tikilməsi ilə əlaqədar mühəndisistehkam qurğuları ilə bağlı işlər aparır, həmin ərazilərin minalardan və digər maneələrdən təmizlənməsi işləri ilə məşğul olur. Komanda-müşahidə məntəqələrinin tikilməsinin başa çatdırılması N5-ci ilin sentyabr ayınadək planlaşdırılmışdır. Ona görə də bütün bunların nəzərə alaraq, xidmətin davam etdirməyə imkan verən hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının verilməsi məhkəmədən xahiş etdir. Məhkəmə istintaqında dindirilmiş şahid N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün N-ci mühəndis-istehkam taqımının komandiri, baş leytenant Şahid1 ifadəsində bildirdi ki, leytenant Təqsirləndirilən şəxs N yanvar N5-ci il tarixdə məzuniyyət müddətini Sumqayıt şəhərində keçirməklə 45 (qırx beş) gün müddətinə məzuniyyətə buraxılmış, məzuniyyət müddəti N8 fevral N5-ci il tarixdə başa çatsa da, həmin tarixdə xidmət yerinə üzrlü səbəblər olmadan heç bir şəxsə məlumat vermədən xidmət yerinə qayıtmamışdırvə bununla bağlı müvafiq raporta əsasən şəxsi heyətin siyahısından çıxarılaraq hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır. N5-ci ilin may ayında xidmət yerinə qayıdaraq hal-hazıradək normal zabit kimi xidmətini davam edir. Xidmət yerinə vaxtında qayıtmamasının səbəbini şəxsi və ailə problemləri ilə bağlı olduğunu bildirərək bu problemləri barədə danışmaq istəməmişdir. Məhkəmə istintaqında ifadəsi tədqiq olunmuş ŞahidN Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx N00N-ci ildə doğulmuşdur; Doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 15 sentyabr NN-ci ildə Masallı rayonunun Xırmandalı kəndində doğulmuşdur; C 1686N7 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, NN iyun N3-cü ildə Heydər Əliyev adına Hərbi İnstitutu «Xüsusi təyinatlı texnika və sistemlər» ixtisası üzrə bitirib bakalavr ali-peşə ixtisas dərəcəsi verilmişdir; N nömrəli hərbi hissə komandirinin N iyul N4-cü il tarixli, 194 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin maneələğvetmə bölüyünün 1-ci maneələğvetmə taqımının komandiri vəzifəsinə təyin edilmişdir; N nömrəli hərbi hissə komandirinin N yanvar N5-ci il tarixli, 16 nömrəli əmrindən çıxarışdan və raportdan görünür ki, N yanvar N5-ci il tarixdə 45 (qırx beş) gün müddətinə məzuniyyətə buraxılmışdır; N nömrəli hərbi hissə komandirinin N8 fevral N5-ci il tarixli, 6N nömrəli əmrindən çıxarışdan və raportdan görünür ki, məzuniyyət müddəti başa çatdığı üçün N8 fevral N5-ci il tarixdə xidmət yerinə qayıtmalı olmasına baxmayaraq qayıtmadığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınmışdır; barəsində Tərtər Hərbi Prokurorluğunun N8 aprel N5-ci il tarixli qərarı ilə axtarış elan edilmişdir; Tərtər Hərbi Prokurorluğunda tərtib edilmiş 0N may N5-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:05-də Tərtər Hərbi Prokurorluğuna könüllü gələrək özünü təqdim etmişdir; barəsində Tərtər Hərbi Prokurorluğunun 0N may N5-ci il tarixli qərarı ilə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir; N nömrəli hərbi hissə komandanlığının 1N iyun N5 Təqsirləndirilən şəxs 13 may N5ci il tarixdə «Hərbi xidmətkeçmə haqqında Əsasnamənin» 156-cı maddəsinin e bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması ilə bağlı komandanlığa raportla müraciət etmişdir və xidməti vəzifələrini yerinə yetirilməsində yol verdiyi nöqsanlara, hərbi qulluqçunun şərəf və ləyaqətinin ləkələyən hərəkətlər etməsinə, hərbi hissəni dəfələrlə özbaşına tərk etmə halları olduğuna görə (xx.xx.N4-xx.xx.N4, xx.xx.N5-xx.xx.N5-ci il tarixlərdə) onun ehtiyata buraxılması üçün yüksək «Şərəf məhkəməsi»ndə dinlənilməsi barədə sənədlər yuxarı qərargaha göndərilmişdir; N nömrəli hərbi hissənin N dekabr N4-cü il tarixli 750 nömrəli arayışından görünür ki, hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir; N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamədə mənfi səciyyələndirilir; N nömrəli hərbi hissg tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, hərbi xidmət müddəti ərzində həvəsləndirilməmiş, lakin iki dəfə intizam qaydasında cəzalandırılmışdır; DİN-in Vahid məlumat axtarış sistemindən çıxarışdan görünür ki, Tərtər Hərbi Məhkəməsinin N3 yanvar N5-ci il tarixli hökmü ilə CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş və həmin hökm 13 fevral N5-ci il tarixdə qüvvəyə minmişdir; N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş 0N iyun N5-ci il tarixli 3-N5- 150/N-47N/N5 nömrəli məktubdan görünür ki, barəsində Tərtər Hərbi Məhkəməsinin xx.xx.N5-ci il tarixli hökmü N nömrəli hırbi hissədə icraya götürülmüş və hərbi hissənin kəsrlər və tutulmalar kitabına (forma-35) işlənilib, fevral ayının pul təminatından 68 manat 44 qəpik dövlət nəfinə köçürülmüş, mart və aprel aylarında isə pul təminatı almamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 333.4-cü maddəsinin tərkibi vardır və həmin əməli törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun etdiyi əməldən səmimi peşman olmasını, təqsirini böynuna almaqla könüllü olaraq hərbi prokurorluğa özünü təqdim etməsini, gənc olmasını, peşakar və «Xüsusi təyinatlı texnika və sistemlər» ixtisası üzrə peşəkar zabit olaraq N5-ci ilin may ayından hal-hazıradək Kəlbəcər rayonunun Çaylı kəndi ərazisində Ermənistan Respublikası ilə həmsərhəd zonasında komanda-müşahidə məntəqələrinin tikilməsi ilə əlaqədar mühəndis-istehkam qurğuları ilə bağlı işlər aparır, həmin ərazilərin minalardan və digər maneələrdən təmizlənməsi işləri ilə məşğul olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, CM-nin 61.1-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün və həmin cəza növünün həddini təyin edərkən, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına nəzərə alıb, hal-hazırda Kəlbəcər rayonu ilə Ermənistan Respublikasının həmsərhəd ərazisində ixtisaslı zabit kimi xüsusi hərbi qurğularının tikintiləri ilə məşğul olaraq faydalı fəaliyyətdə olduğundan, onun cəmiyyətdən təcrid etmədən də islah olunmasını mümkün sayaraq, ona CM-nin 333.4-cü maddəsinin sanksiyası həddində aylıq pul təminatından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla yuxarı həddə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini məqsədəuyğun və cəzanın məqsədlərinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olunmasında yetərli hesab edir. Həmçinin, məhkum olunmuş Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsi ilə təqsirli bilinib, aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası Tərtər Hərbi Məhkəməsinin N3 yanvar N5-ci il tarixli hökm üzrə cəzanın 01 (bir) ayı icra edilmiş, lakin 11 (on bir) ayı icra olunmamış qalmış hissəsi ilə Təqsirləndirilən şəxs bu hökmlə təyin ediləsi cəza növü CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən toplanaraq qəti cəza təyin olunmalıdır. Məhkəmə CPM-nin 346.1.NN-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını xidmət yerində çəkməklə ona təyin ediləcək hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının başlanğıcı onun aylıq pul təminatından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, CPM-nin 346.1.N0-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar olmadığından barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CPM-nin 346.1.N1-ci maddəsinin tələbi baxımından məhkəmə xərcləri, yəni Müdafiəçi tərəfindən tərtib olunmuş hesabata əsasən Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına məhkəmədə göstərdiyi hüquqi yardımı təşkil etmiş haqqı 88 (səksən səkkiz) manat məhkəmə xərclərinə aiddir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinsin və aylıq pul təminatından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə, Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin olunmuş aylıq pul təminatından 10 (on) faiz məbləğdə pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına Tərtər Hərbi Məhkəməsinin N3 yanvar N5-ci il tarixli 1-1(098)- NN/N5 nömrəli hökmü ilə təyin edilmiş aylıq pul təminatından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının çəkilməmiş qalan aylıq pul təminatından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 11 (on bir) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq aylıq pul təminatından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla N (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xidmət yeri olan N saylı hərbi hissədə çəkməklə cəza çəkmənin başlanğıcı onun aylıq pul təminatından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Dövlət büdcəsi hesabından: - Müdafiəçi hesabına (alan bank “Beynəlxalq” Tərtər şöbəsi, Kod:805863; VÖEN: **********; Müxbir hesab: AZ03NABZ**********000000N944; S.W.İ.F.T. BİK: İBAZAZ NX Hesab №-si AZ891BAZ********************; VÖEN: **********) 88 (səksən səkkiz) manat məbləğdə pul ödənilsin. Hökmün icrası: - hərbi xidmət üzrə məhdudlaşdırılma cəzasına münasibətdə N №-li hərbi hissə komandanlığına; - Müdafiəçi hüquqi yardımın ödənilməsinə münasibətdə Tərtər rayon vəkil bürosunun direktoruna həvalə edilsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar