Məhkəmə qərarları › İş №1-1(098)-85/2024

Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-85/2024

28.03.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-85/2024 28.03.2024 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Tərtər Hərbi Məhkəməsinin sədri X6 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayan, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, barəsində 08 fevral N4-cü il tarixdə “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 333.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu kimi üzürlü səbəblər olmadan bir aydan artıq, lakin üç aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Əliyev X4 rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun maddi-texniki təminat tağımının təsərrüfat manqasının baş aşpazı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, N7 oktyabr N3-cü il tarixdə saat 08:00-da buraxlışdan xidmət yerinə qayıtmalı olduğu halda hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti yayınıb şəxsi işləri ilə məşgul olmaq məqsədilə həmin tarixdə qayıtmayıb, xx.xx.N3-cü il tarixdə saat 08:00-da qayıtmaqla, bir aydan artıq, lakin üç aydan çox olmayaraq üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 333.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.N1-ci il tarixdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün nəzərdə tutulmuş kursu bitirmiş, N nömrəli hərbi hissənin 3-cü radio-kəşfiyyat taborunun maddi-texniki təminat tağımının təsərrüfat manqasının baş aşpazı vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi aşpaz kimi xidmət etməyə başlamışdır. Daha sonra müxtəlif hərbi hissələrdə xidmətini davam etirmiş, N mart N3-cü il tarixdən N nömrəli hərbi hissənin 1-ci əməliyyat taborunun maddi-texniki təminat tağımının təsərrüfat manqasının baş aşpazı vəzifəsinə, MAHHXHQ əsgər rütbəsinə təyin edilmişdir. xx.xx.N3-cü il tarixdə Bağlaşma ləğv edilərək ordu sıralarından ehtiyyata buraxılmışdır. Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun maddi-texniki təminat tağımının təsərrüfat manqasının baş aşpazı vəzifəsində, əsgər hərbi rütbəsində xidmərtdə olduğu zaman xx.xx.N3-cü il tarixdə buraxlışa göndərilmiş, N7 oktyabr N3-cü il tarixdə saat 08:00-da buraxlışdan xidmət yerinə qayıtmalı olduğu halda daimi yaşadığı Mingəçevir şəhərinə gedərək, xəstə olan anasına qulluq etmiş, atasız böyüdüyündən, aildə yeqanə oğul övladı olduğundan və anası işsiz olduğundan günəmüzd işləyərək anasının zəruri tələbatlarını ödəmklə məşğul olmuşdur və bu səbəbdən xidmət yerinə vaxtında qayıtmayaraq, yalnız xx.xx.N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə geri qayıtmışdır. Xidmət yerinə vaxtında geri qayıtmamsının yeganə səbəbi anasının səhhətində olan problemlərlə əlaqədar olduğunu, lakin xidmət yerində olmadığı müddət ərzində anasını heç bir tibb müəssəsinə aparmadığını, anasının xəstəliyi ilə bağlı heç bir tibbi sənəd təqdim edə bilmidiyini bildirmişdir. Xidmət dövründə onu döyən, incidən, təhqir edən, ondan pul tələb edən olmamış, onunla digər hərbi qulluqçular arasında mübahisə və ya dalaşma halları baş verməmişdir. Onun hərbi xidmətdən boyun qaçırmaq niyyəti olmamışdır. Onun xidmətdə olarkən 1046 manat məbləğində aldığı maaş maddi ehtiyacları ilə olan ehtiyacların ödəmədiyindən hərbi xidmət yerinə qayıtmayaraq tikintidə fəhlə işləyərək ehtiyacları ödəməyi düşünmüş, lakin tikintidə fəhlə işləyərkən qazancı daha da az olmuşdur. Ailədə gəlir gətirən şəxs yalnız onun özüdür. Ordu sıralarından ehtiyata buraxıldığından sonra Mingəçevir şəhərində qalmaqla tikintidə fəhlə işləyərək anasını dolandırır. Günlük gəliri 15 manat təşkil edir. Anasının damarında tromblaşma ilə əlaqədar problemləri var və bununla əlaqədar rəsmi sənəd təqdim edə bilmir. O, uşaq yaşlarında olarkən atası ilə anası ayrılmışlar. Bir bacısı var, ailəlidir, N övladı var və Türkiyə Respublikasında yaşayır. 19-N0 sentyabr N3-cü il tarixdə Azərbaycan Respublikası ərazisində keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmişdir. Həmçinin xidmət zamanı varikosel xəstəliyindən əziyyət çəkirdi və əməliyyat olunmalıdır, lakin əməliyyat olunmadı və hal-hazıradək ağrıları var, lakin bu xəstəliyi ilə də bağlı heç bir tibb müəssisəsinə müraciət etmədiyindən hər-hansı sənəd təqdim edə bilmir. Törətdiyi əməldən çox peşmandır. Ona görə də bütün bunların nəzərə alınmasını və ona aşağı miqdarda cərimə cəzası verilməsini məhkəmədən xahiş edir. N nömrəli hissənin 1-ci taborunun maddi-texniki təminat tağımının təsərrüfat manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş Şahid ibtidai istintaqda şahid qismində verdiyi və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs N nömrəli hərbi hissədə xidmət edərkən tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. MAHHXHQ əsgər Əliyev X5 Nazirliyinin Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun madditexniki təminat tağımının təsərrüfat manqasının baş aşpazı vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçusu kimi xidmət etmiş, xx.xx.N3-cü il tarixdə buraxlışa göndərilmişdir. N7 oktyabr N3-cü il tarixdə saat 08:00-da buraxlışdan xidmət yerinə qayıtmalı olduğu halda hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti yayınmaq məqsədilə qayıtmamış, xx.xx.N3-cü il tarixdə saat 08:00-da qayıtmışdır. Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında geri qayıtmamasına səbəb şəxsi problemləri olmasını bildirmişdir. N dekabr N3-cü il tarixdə hərbi hissə komandirinin əmrinə əsasən bağlaşması ləgv edilərək şəxsi heyətin siyahısından çıxarılmış və ehtiyyata buraxılmışdır. N nömrəli hərbi hissənin 1-ci taborunun maddi-texniki təminat tağımının komandiri gizir Əkbər Dadaşovun 9133 daxilolma nömrəli təqririndən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmalı olduğu halda qayıtmamışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 3N0 nömrəli əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə gəlməmiş hesab edilmiş, adı hərbi hissəni özbaşına tərk edənlərin siyahısına daxil edilmiş və qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissənin 1-ci taborunun maddi-texniki təminat tağımının komandiri gizir Əkbər Dadaşovun 9957 daxilolma nömrəli təqririndən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixdə saat 08:00-da xidmət yerinə geri qayıtmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 360 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N3-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmış, adı hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmış və qazan təminatına salınmışdır. “Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların həqiqi hərbi xidmətinə daxil olma haqqında” N1-ci il tarixli bağlaşmadan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs imzaladığı həmin bağlaşmanın müddəti (üç) il müddətinə müəyyən edilmiş və xx.xx.N4-cü il tarixdə xidmət müddətinin son tarixidir. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli, 76 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 051 nömrəli hərbi hissı komandirinin 01 mart N3-cü il tarixli 010 əç nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin 1-ci taborunun maddi-texniki təminat tağımının təsərrüfat manqasının baş aşpazı vəzifəsinə təyin edildiyinə görə N nömrəli hərbi hissədən gəlmiş hesab edilsin, N mart N3-cü il tarixdən hərbi hissənin şəxsi heyyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissədən təqdim edilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olmuşdur. N nömrəli hərbi hissə komandirinin N dekabr N3-cü il tarixli, 360 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N dekabr N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılarmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə göndərilmişdir. N nömrəli hərbi hissənin Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilmiş xx.xx.N3cü il tarixli, N455 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. DİN-nin BƏSİİ tərəfindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 08 fevral N4-cü il tarixli qərardan, eyni tarixli protokol və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. N nömrəli hərbi hissə tərəfindən məhkəməyə daxil olunmuş xx.xx.N4-cü il tarixli, 59N nömrəli məktubdan görünür ki, MAHHXHQ əsgər Təqsirləndirilən şəxs 19-N0 sentyabr N3cü il tarixndə keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında iştirak etmiş, xx.xx.N3-cü il tarixnə xx.xx.N3-cü il tarixinə, xx.xx.N3-cü il tarixdən xx.xx.N3-cü il tarixinə və xx.xx.N3-cü il tarixindən xx.xx.N3-cü il tarixinədək ümumilikdə 17(on yeddi) gün növbəti məzuniyyətdə olmuşdur. Mingəçevir Şəhər İcra Hakimiyyətinin MKTİB-nın MTB-nin tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli, 7N nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvü anası XN və onun özündən ibarətdir. CM-nin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, ağır şərait zəminində bu Məcəllənin 333.1-333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan olunan ittihamla özünü təqsirli bilsə də, verdiyi ifadəsində xidmət yerinə vaxtında qayıtmamasının səbəbini anasının xəstə olması ilə əlaqələndirmiş, lakin bununla əlaqədar heç bir tibbi sənəd tələb edə bilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 01 noyabr N001-ci il tarixli “Hərbi xidmət keçməkdən boyun qaçırtma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” plenum qərarının 15-ci bəndinə əsasən “ağır şərait” dedikdə hərbi qulluqçunun yaxın qohumunun gözlənilməz ağır xəstəliyi, ciddi ailə münaqişələri, hərbi qulluqçunun yaşadığı yerdə baş vermiş təbii fəlakət və bu kimi hallar başa düşülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 01 noyabr N001ci il tarixli “Hərbi xidmət keçməkdən boyun qaçırtma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” plenum qərarına əsasən Təqsirləndirilən şəxsnın hərbi hissəni özbaşına tərk etmə əməli ağır şərait zəminində baş vermə kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri və sənədləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 1N4-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları həmin Məcəllənin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 333.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş və bu cinayətin törədilməsində o təqsirlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, habelə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmədiyindən o, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. Onun cəzadan azad edilməsinə əsaslar yoxdur. CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun gənc olmaqla ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən səmimi peşman olmasını, könüllü olaraq xidmət yerinə qayıtmasını, hazırda Mingəçevir şəhərində yaşamaqla günəmuzd fəhlə işləməsini, ailəsi özündən və işləməyən anasından ibarət olmasını, ailədə gəlir gətirən yeganə şəxs olmasını və bununla əlaqədar olaraq ağır ailə vəziyyətində yaşamasını, 19-N0 sentyabr N3-cü il tarixdə Azərbaycan Respublikası ərazisində keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında iştirak etməsini CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir və nəzərə alır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin N və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın N-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 3N-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının N9-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 1N yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 333.4-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğundan və hazırda hərbi qulluqçu olmadığından ona hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzaları təyin edilə bilməz. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxsnın törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini və ailə vəziyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, hərbi xidmətdən tərxis olunması ilə əlaqədar törətdiyi cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını və onun artıq islah yolunda olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə əsas yoxdur. CM-nin 6N-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayət törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddəndə az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin maddənin 6N.N-ci maddəsində göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. CM-nin 44.1-ci maddəsinə əsasən cərimə cəzası bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.N-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cinayət törədilməsində sonra xidmətdən ehtiyata tərxis olunmasını və hal-hazırda faydalı əməklə məşğul olmasını və bu səbəbdən islah yolunda olmasını onun davranışı ilə bağlı bu halları müstəsna hallar kimi qəbul edərək, ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hesab edir ki, ona CM-nin 333.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş cəza növlərindən daha yüngül cəza növünün, yəni cərimə növündə cəzanı aşağı miqdarda təyin etməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına, onun islah olunmasına nail olmaq olar. Təqsirləndirilən şəxs təyin ediləcək cərimə cəzasının icrası qeydiyyat yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləgv edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından məhkəmə icraatı zamanı onun hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.N-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral N001-ci il tarixli, 31 nömrəli qərarına 03 may N018-ci il tarixli, N nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1 və 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə ona 300 (üç yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının icrası onun qeydiyyat yeri üzrə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil Müdafiəçi işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətə Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar