Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1-1(098)-97/2025 15.09.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Hərbi X1 Müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Tərtər rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1993-cü ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Ağcabədi rayonunun Şərəfxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N-ci taborunun döyüş dəstək tağımının 1-ci pulemyot manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kiçik çavuş hərbi rütbəsində xidmət etmiş, N mart N5-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hazırda işsiz, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xudiyev X6 Nazirliyinin Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin N-ci taborunun döyüş dəstək taqımının 1-ci pulemyot manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən, N0 fevral N5-ci il tarixdə saat N radələrində hərbi hissədən evə buraxılmış, N fevral N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan xidmət yerinə gəlməmiş, N nömrəli hərbi hissənin komandirinin N mart N5-ci il tarixli, 014əç nömrəli əmri ilə ehtiyata buraxılmış, səhəri gün yəni, N mart N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaqla müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, N1 iyun N014-cü il tarixdə N nömrəli hərbi hissənin N-ci taborunun 5-ci bölüyünün 1-ci pulemyot manqasının komandiri vəzifəsinə təyin olunmuş, bundan sonra N014-cü ilin avqust ayında təxminən 45 gün müddətinə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün nəzərdə tutulmuş kursda iştirak etmiş, kursda döyüş hazırlığı üzrə dərslərlə yanaşı idman dərsləri də almış, kursun yekununda həm döyüş hazırlığı üzrə imtahanlardan keçmiş, həm də idman normativləri vermiş, həmin döyüş hazırlığı üzrə imtahanları və idman normativlərini uğurla keçdikdən sonra xidmət yerinə qayıtmış, N3 iyul N4-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən N-ci taborunun döyüş dəstək tağımının 1-ci pulemyot manqasının komandiri vəzifəsinə təyin edilmişdir. O, N0 fevral N5-ci il tarixdə hərbi hissə komandirinin əmri ilə saat N radələrində evə buraxılmış və evə getdikdən sonra arvadı ilə sözlü mübahisə yaşamışdır. Bundan sonra, o, xidmət yerinə qayıdacağı təqdirdə ailəsinə kifayət qədər vaxt ayıra bilməyəcəyi üçün N fevral N5-ci il tarixdə saat 08:00-də xidmət yerinə gəlməli olduğu halda N mart N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Həmin gün «İntizam Nizamnaməsi»nin 50-ci maddəsinin «z» bəndinə (xidmət müddəti başa çatmamış) və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) müvafiq olaraq N nömrəli hərbi hissə komandirinin N mart N5-ci il tarixli 014 əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə göndərilmişdir. Xidmət yerinə vaxtında qayıtmadığı vaxtlarda xidmət etməmək kimi niyyəti, eləcə də xidmətlə bağlı heç bir narazılığı və çətinliyi olmamış, hərbi xidmət yükünün çoxluğu ilə əlaqədar ailəsinə vaxt ayıra bilmədiyi üçün ailə daxili mübahisələr yarandığından xidmət yerinə vaxtında qayıtmamışdır. O, xidmət yerinə vaxtında qayıtmadığı vaxtlarda hərbi hissə komandanlığından kimdənsə rəsmi olaraq icazə almamış, habelə bu barədə kiməsə məlumat verməmişdir. Xidmət dövründə onu döyən, incidən, təhqir edən, ondan pul tələb edən olmamış, onunla digər hərbi qulluqçular arasında mübahisə və ya dalaşma halları baş verməmişdir. O, hazırda etdiyi əməldən səmimi peşmandır, evlidir, himayəsində iki azyaşlı uşağı vardır. Ailəsinin yeganə qazanc gətirən üzvüdür. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək medallarla təltif olunmuşdur. Odur ki, ona cəza verilərkən bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, N nömrəli hərbi hissənin N-ci taborunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində kapitan hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs hərbi xidmət dövründə tanımışdır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamış, habelə yaxın qohumluq əlaqələri yoxdur, münasibətləri xidməti olmuşdur. Təqsirləndirilən şəxs N0 fevral N5-ci il tarixdə saat N radələrində hərbi hissədən buraxılıb N fevral N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda N mart N5-ci il tarixdə xidmət yerinə qayıtmış, N mart N5-ci il il tarixdə isə hərbi hissə komandirinin əmri ilə ehtiyata buraxılmışdır. Xidmət yerinə qayıtmadığı vaxtlarda onunla əlaqə saxladıqda zənglərə cavab verməmişdir. Təqsirləndirilən şəxs xidmət yerinə vaxtında qayıtmadığı vaxtda xidmət etməmək kimi niyyəti olmamış, həmin tarixlərdə yuxarı komandanlıqdan, eləcə də ondan rəsmi icazə almamışdır. Xidmət müddətində Təqsirləndirilən şəxs döyən, incidən, təhqir edən, pul tələb edən olmamış, həmçinin onunla digər hərbi qulluqçular arasında mübahisə və ya dalaşma halları baş verməmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilərək tədqiq olunmuş N nömrəli hərbi hissənin hərbi qulluqçusu ŞahidN da ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, həmçinin digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun qərargah rəisinin şəxsi heyətlə iş üzrə köməkçisinin N fevral N5-ci il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs N fevral N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmamışdır. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınması və qazan təminatından çıxarılması barədə sərəncam verilməsi xahiş edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N fevral N5-ci il tarixli 56 nömrəli əmrindən çıxarışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs N fevral N5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmadığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına salınaraq qazan təminatından çıxarılmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun komandirinin N mart N5-ci il tarixli raportundan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs N mart N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçu kiçik çavuş Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılması və qazan təminatına salınması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N mart N5-ci il tarixli 70 nömrəli əmrindən çıxarışdan görünür ki, kiçik çavuş Təqsirləndirilən şəxs N mart N5-ci il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtdığına görə hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılıb hərbi hissənin qazan təminatına qoyulmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsi tərəfindən Ağdam Hərbi Prokurorluğuna ünvanlanmış N3 iyun N5-ci il tarixli 3- N8-N9/N-6055/N5 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. İşə əlavə edilmiş Ağcabədi Rayon Mərkəzi X9 Şəxsi tərəfindən Ağdam Hərbi Prokurorluğuna ünvanlanmış N4 iyun N5-ci il tarixli 18-1-N3/N-699/N5 nömrəli məktubdan görünür ki, Xudiyev X3 Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Konsultativ Poliklinika şöbəsinin psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda deyil. İşə əlavə edilmiş Ağcabədi rayon polis şöbəsi tərəfindən Ağdam Hərbi Prokurorluğuna ünvanlanmış N5 iyun N5-ci il tarixli 60/N-16658/N5 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağcabədi RPŞ-də araşdırma materialı, eləcə də hər hansı təqsirləndirici material olmamışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi tərəfindən Ağdam Hərbi pRokurorluğuna ünvanlanmış N0 iyun N5-ci il tarixli xx/xx-7038 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində narkoloji qeydiyyatda yoxdur. İşə əlavə edilmiş XN Sistemindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1993-cü ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində doğulmuşdur, Ağcabədi rayonunun Şərəfxanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə də yaşayır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunverciliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul haqqında 11 iyun N014-cü il tarixli bağlaşmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs üç il müddətə hərbi xidmət etmək öhdəliyi götürmüşdür; İşə əlavə edilmiş 03 may N014-cü il tarixli öhdəçilikdən görünür ki, Təqsirləndirilən şəxs könüllü surətdə müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirmək öhdəliyi götürmüşdür; İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N1 iyun N4-cü il tarixli 178 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissə komandirinin N iyun N014-cü il tarixli 07N əç nömrəli əmri ilə bağlaşma əsasında 3 (üç) il müddətinə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiyinə və N-ci taborun 5-ci bölüyünün 1-ci pulemyot manqasının komandiri vəzifəsinə təyin olunduğuna görə xidmətini davam etdirmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsindən gəlmiş hesab olunaraq, N1 iyun N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N avqust NN-ci il tarixli N46 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 18 iyul NN-ci il tarixli 0100 nömrəli əmrinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar N nömrəli hərbi hissə komandirinin N avqust NN-ci il tarixli 066 əç nömrəli əmri ilə Təqsirləndirilən şəxs 4-cü taborun 10-cu bölüyünün pulemyot manqasının komandiri vəzifəsindən azad edilərək 1-ci əməliyyat taborunun döyüş-dəstək tağımının 1-ci pulemyot manqasının komandiri vəzifəsinə təyin olunmuşdur; İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N avqust NN-ci il tarixli N47 nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 1N-ci maddəsinin «b» bəndinə və 33-cü maddəsinə müvafiq olaraq N iyun N7-ci il tarixədək Təqsirləndirilən şəxs xidmət müddətinin uzadılması elan edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N3 iyul N4-cü il tarixli NN6 nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 78-ci maddəsinin «b» bəndinə (bərabər vəzifəyə) müvafiq olaraq Təqsirləndirilən şəxs 1-ci əməliyyat taborunun döyüş-dəstək tağımının 1-ci pulemyot manqasının komandiri vəzifəsindən azad edilərək, N-ci əməliyyat taborunun döyüş-dəstək tağımının 1-ci pulemyot manqasının komandiri vəzifəsinə təyin olunmuşdur. İşə əlavə edilmiş N-ci ordu korpusu komandirinin N mart N5-ci il tarixli 014 əç nömrəli çıxarışdan görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə görə) və Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 50-ci maddəsinin «z» bəndinə (xidmət vaxtı başa çatmamış) müvafiq olaraq Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N mart N5-ci il tarixli 70 nömrəli əmrindən çıxarışdan görünür ki, İntizam Nizamnaməsinin 50-ci maddəsinin «z» bəndinə (xidmət müddəti başa çatmamış) və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.10-cu maddəsinə (bağlaşma ləğv edildiyinə) əsasən Təqsirləndirilən şəxs ehtiyata buraxıldığına görə 08 mart N5-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə göndərilməsi nəzərdə tutulmuşdur. İşə əlavə edilmiş N30 nömrəli hərbi hissənin N iyun N5-ci il tarixli 18N7 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs N iyun N5-ci il tarixdə N30 nömrəli hərbi hissənin Qarnizon hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətə yararlı olması müəyyən edilmişdir. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti vərəqədən görünür ki, Təqsirləndirilən şəxs xidmət müddəti ərzində həvəsləndirilməmiş, lakin səkkiz dəfə intizam qaydasında cəzalandırılmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə Təqsirləndirilən şəxs xidmət yeri üzrə mənfi cəhətdən xarakterizə edilmişdir. İşə əlavə edilmiş Tərtər Hərbi Məhkəməsinin 15 mart N017-ci il tarixli 1(098)- 8N/N017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.N.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 1N may N5-ci il tarixli 4 nömrəli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Tərtər Hərbi Məhkəməsinin 14 mart N017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə məhkum edildiyi 500 (beş yüz) manat məbləğində cəriməni tam ödəmişdir. İşə əlavə edilmiş Ağcabədi rayon İcra şöbəsi tərəfindən Ağdam Hərbi Prokurorluğuna ünvanlanmış 04 iyul N5-ci il tarixli 58/17-38-03 nömrəli məktubdan görünür ki, Tərtər Hərbi Məhkəməsinin 1(098)-8N/N017 nömrəli 14 mart N017-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs təyin edilmiş 500 manat məbləğində cərimə 11 oktyabr N017-ci il tarixdə tam ödənilmiş, cərimə cəzasının icrası təmin edilmiş və məhkum şöbənin qeydiyyatından çıxarılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Xudiyev X6 Nazirliyinin Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin N-ci taborunun döyüş dəstək taqımının 1-ci pulemyot manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən, N0 fevral N5-ci il tarixdə saat N radələrində hərbi hissədən evə buraxılmış, N fevral N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda üzrlü səbəblər olmadan xidmət yerinə gəlməyərək, N nömrəli hərbi hissənin komandirinin N mart N5-ci il tarixli, 014əç nömrəli əmri ilə ehtiyata buraxılmış, səhəri gün yəni, N mart N5-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmaqla müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmayaraq, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özunün, şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 333.3–cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.N və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədilməklə qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini səmimi olaraq etiraf etməsini, evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, AR ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etməsini onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, işə əlavə edilmiş AZ-İİİ № 440179 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X7 08 yanvar N015-ci ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında N015-ci ilin yanvar ayının 15 günündə 03 № ilə qeyd edilmişdir. İşə əlavə edilmiş AZ-İİİ № 907N07 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 18 aprel N017-ci ildə Ağcabədi rayonunda doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında N017-ci ilin may ayının 01 günündə 08 № ilə qeyd edilmişdir. İşə əlavə olunmuş M/V 1N669N nömrəli 10 oktyabr N3-cü il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İşə əlavə olunmuş İ-77836 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respubliası Nazirlər Kabinetinin NN-ci il N1 aprel tarixli N50s nömrəli sərəncamı ilə X5 «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuşdur. İşə əlavə olunmuş İ-N974 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin N1-ci il N4 iyun tarixli N717 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs «Ağdamın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində sadalanan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs hərbi xidmətdən tərxis olunduğundan və artıq hərbi qulluqçu statusunda olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən ona həmin Məcəllənin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini qanuna uyğun hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 №li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, qanunun qeyd edilən müddəalarına istinad edərək və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş cəzanı yüngülləşdirilən halların məcmusunu, cəzasının ağırlaşdıran halların olmamasını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının onun əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə uyğun olmamaqla ağır olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 6N-ci maddəsinə əsasən cinayətin məqsəd və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmuyu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halların məcmusunu, eləcə də hazırda hərbi xidmətdən ehtiyata buraxıldığından onun törətmiş olduğu əməlin ictimai təhlükəliliyinin də əhəmiyyətli dərəcədə azalmasını müstəsna hal kimi qiymətləndirərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinə həmin Məcəlləsinin 6N-ci maddəsini tətbiq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş cəzalardan daha yüngül cəza, yəni cərimə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmağı mümkün hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin olunacaq cərimə cəzasının icrasını təmin etmək məqsədi ilə hökmün surəti icra olunması üçün onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə göndərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.N0-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar olmadığından onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsi tətbiq edilməklə 1000 (bir min) manat məbləğində cərimə cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan N0 (iyirmi) gün müddətində Tərtər Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №1-1(098)-97/2025
Tərtər Hərbi Məhkəməsi Hökm — İş №1-1(098)-97/2025
15.09.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver