Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(1-8)-11/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, 20 aprel 1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 322.1-ci və 313-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *-*(***)-**/**** nömrəli 27 noyabr 2025-ci il tarixli hökmündən məhkum və onun müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Hərbi Məhkəməsinin *-*(***)-**/**** nömrəli 16 iyul 2025-ci il tarixli hökmü ilə (hakim F.H.Əliyevin sədrliyi ilə, hakimlər Z.A.Hacıyev və B.M.Məmmədovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2-ci və 313-cü maddələri ilə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *-*(***)-**/**** nömrəli 27 noyabr 2025-ci il tarixli hökmü ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən), E.E.Rəhimov və M.C.Qarayeva) apellyasiya protesti qismən təmin edilmiş, Bakı Hərbi Məhkəməsinin 16 iyul 2025-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum əməli Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 322.1-ci maddəsinə tövsif edilmiş, o, Cinayət Məcəlləsinin 322.1-ci və 313-cü maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçidiyindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci və 313-cü maddələri ilə cəza təyin edilməmişdir. Işin halları: Ittiham aktına əsasən Məhkum vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə biləbilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmiş və öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamışdır. Belə ki, verilən ittihama görə Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri ərazisində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Uçuş hazırlığı kafedrasının aviasiya taktikası silsiləsinin rəisi - baş müəllimi vəzifəsində, R hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, aralarında bir müddət öncə tanışlıq münasibətləri yaranmış vətəndaş şahid8 2021-ci ilin noyabr ayının əvvəllərində ona müraciət edərək, 7 noyabr 2014cü il tarixdə təsis edilmiş və özünün yaxın dostu şahid9 payçısı olduğu «xxxx» MMC-in mülkiyyətində 14 noyabr 2014-cü il tarixdən dövlət qeydiyyatına alınmaqla şirkətin balansına qoyulmuş bir ədəd külli məbləğdə pula alınmış yerqazan maşının olduğunu, lakin nasaz vəziyyətdə olduğuna görə həmin maşının işlədilməsinin və gəlir əldə etməyin qeyri-mümkün olduğunu, təmirinə təxminən 50000 (əlli min) manat məbləğində pul lazım olduğunu bildirib, özlərinin maddi vəziyyətləri imkan vermədiyinə görə həmin maşını müəyyən məbləğdə pul qoymaqla təmir etdirməyi və bundan sonra həmin maşının işdədilməsindən əldə olunacaq gəliri öz aralarında bölməyi təklif etmişdir. Həmin vaxt R Məhkum vətəndaş şahid8 təklifini qəbul edərək maşının təmirinə dair bütün zəruri xərcləri öz üzərinə götürdüyünü bildirmiş, həmçinin bununla yanaşı şahid8 həmin maşınla bərabər daha bir maşın alacağına, eləcə də Müdafiə Nazirliyinin komandanlığı ilə yaxşı münasibətlərinin olduğunu bildirib şirkətin tikinti ilə bağlı təşkil edilən müxtəlif tender layihələrində iştirakını və tenderi udmaqla sərfəli dövlət sifarişlərini qazanacağını təmin edəcəyinə dair vədlər vermişdir. Həmin tarixdən 2022-ci ilin yanvar ayına kimi olan müddət ərzində R Məhkum öz şəxsi vəsaiti hesabına «xxxx» MMC-in mülkiyyətində yeganə əmlakı olan, 2003-cü il buraxılışlı, mühərrik nömrəsi CATC7DEM00466, şassi nömrəsi və ban nömrəsi 2015 olan, «Soilmec R- 416» markalı, 10Z151 dövlət qeydiyyat nişanlı yerqazan maşının təmirinə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 28000 (iyirmi səkkiz min) manat məbləğində pul xərcləsə də, həmin maşını saz və tam istifadəyə yararlı vəziyyətə gətirmək mümkün olmamış və şahid8 verdiyi vədləri yerinə yetirməməsinə baxmayaraq, R Məhkum, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, hərbi qulluqçuların xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə maaşlı ştat vəzifələri tutması, eləcə də «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 72-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericiliyə uyğun olaraq belə əvəzçiliyə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi müstəsna hallardan başqa, hərbi qulluqçuların əvəzçilik üzrə mülki müəssisələrdə, təhsil müəssisələrində, idarələrdə və təşkilatlarda işləməsi, əsas, daimi işi ilə yanaşı, digər pullu işi yerinə yetirmələri qadağan olunduğu halda, 24 noyabr 2021-ci il tarixli təsis payının alqı-satqı müqaviləsi ilə kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə * №-li əlavəyə əsasən, 50% paya malik olan şahid8 və 35% paya malik olan şahid9la birlikdə şirkətin nizamnamə kapitalında 15% paya malik iştirakçı qismində qeydiyyata alınmış, daha sonra Məhkum təklifi ilə onun Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin paraşüt, desant və axtarış-xilasetmə xidmətinin texnik-paraşüt düzücüsü vəzifəsində R hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olan qardaşı şahid6 payçıların ümumi yığıncağının 26 dekabr 2021-ci il tarixli qərarı ilə faktiki olaraq hər hansı fəaliyyətlə məşğul olmayan «xxxx» MMC-in direktoru vəzifəsinə təyin edilmişdir. 2022-ci ilin yanvar ayından mart ayının əvvəllərinədək olan müddət ərzində də R Məhkum, şirkətin digər payçıları şahid8 və şahid9 verdiyi vədlər üzrə hər hansı hərəkət etməyərək şirkətin mülkiyyətindəki yeganə əmlak olan «Soilmec R-416» markalı, 10Z151 dövlət qeydiyyat nişanlı yerqazan maşının təmirinə zəruri olan məbləğdə pul xərcləməyərək onun təmir olunmaması ilə yanaşı, şirkətin tikinti ilə bağlı Müdafiə Nazirliyi tərəfindən təşkil edilən müxtəlif tender layihələrində iştirakını təmin etməmiş və 2022-ci ilin mart ayının əvvəllərində şirkətin digər payçıları tərəfindən buna dair razılıq verilməyəcəyini nəzərə alıb müvafiq rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə saxtakarlıq yolu ilə həmin yerqazan maşını mənimsəmək və sonradan qısa müddət ərzində digər payçıların (mülkiyyətçilərin) xəbəri olmadan satışını təşkil etməklə külli miqdarda gəlir əldə edib qanunsuz varlanmaq qərarına gəlmişdir. Öz cinayətkar niyyətin nail olmaq məqsədi ilə Məhkum Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Hava Qüvvələri fakültəsinin rəisi vəzifəsində, R hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən «xxxx» MMC-in Nizamnaməsinin (2-ci redaksiya) 4.7.7-ci bəndinə əsasən şirkətə məxsus həmin yerqazan maşının satılmasına dair xüsusi əhəmiyyətli əqdin (cəmiyyətin xalis aktivlərinin dəyərinin 50%-dən artıq məbləğdə olan əqdin) bağlanılması üçün digər payçılar şahid8 ilə şahid9 ümumi birgə razılıqlarının alınmalı olduğunu nəzərə alaraq, onların heç birinin həmin maşının satılmasına razılıq verməməklə yanaşı, verdiyi vədlərə əməl etmədiyinə görə onun şirkətdəki payını satın almaqla şirkətdən kənarlaşdıracaqlarını bildiyindən, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 154-cü maddəsinə əsasən, hərbi qulluqçu kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məxsus olan və ya onlarla bağlı olan kommersiya təşkilatlarından başqa digər kommersiya təşkilatlarına rəhbərlik etmək və ya onlarda bilavasitə iştirak etmək ixtiyarının olmadığı halda, ilk öncə 11 mart 2022-ci il tarixdə qardaşı şahid6 «xxxx» MMC-in direktoru vəzifələrini icra etməsinə dair etibarnamə almış və həmin etibarnamə əsasında şirkətin direktoru vəzifəsini icra etməsindən istifadə edərək, kommersiya təşkilatında xüsusi səlahiyyət üzrə təşkilat-sərəncamverici funksiyanı yerinə yetirən vəzifəli şəxs kimi tamah niyyəti ilə bu barədə təsisçilərin (payçıların) heç birinin iştirak etmədikləri halda, payçılardan şahid9 yığıncaq barədə qabaqcadan məlumat verildiyi, lakin onun yığıncağa gəlmədiyi və cəmiyyətin qeydiyyatında olan 2003-cü il buraxılışlı, mühərrik nömrəsi CATC7DEM00466, şassi nömrəsi və ban nömrəsi 2015 olan, «Soilmec R-416» markalı, 10Z151 dövlət qeydiyyat nişanlı yerqazan maşının həmin dövr üçün faktiki qiyməti ilə kəskin ziddiyyət təşkil edən, reallığa uyğun olmayan, məqsədli formada yalnış qiymətləndirmə üzrə 40000 (qırx min) manat məbləğində pula satılması barədə qərar qəbul olunması haqqında bilə-bilə yalan məlumatlar daxil edilmiş 15 mart 2022-ci il tarixli təsisçilərin ümumi yığıncağına dair rəsmi sənəd hesab edilən saxta qərar tərtib edərək, özünün və digər payçı şahid8 imzası digər sənəddən montaj yolu ilə köçürülmüş həmin qərarın aşağı hissəsində «Düzdür» və «şahid6» sözlərini öz xətti ilə yazaraq həmin sözlərin arasındakı qardaşı şahid6 imzasını oxşatmaqla icra edib vəzifə saxtakarlığı etmiş və daha sonra həmin saxta qərar əsasında şirkətin direktoru kimi yaxın tanışı olan vətəndaş şahid1 ilə aralarında bağlanmış 29 mart 2022ci il tarixli alqı-satqı müqaviləsi ilə «xxxx» MMC-yə məxsus, orta bazar qiyməti 298.742,00 (iki yüz doxsan səkkiz min yeddi yüz qırx iki) manat təşkil edən 2003-cü il buraxılışlı, mühərrik nömrəsi CATC7DEM00466, şassi nömrəsi və ban nömrəsi 2015 olan, «Soilmec R-416» markalı, 10Z151 dövlət qeydiyyat nişanlı yerqazan maşını nağd ödəniş yolu ilə dəyərindən dəfələrlə aşağı qiymətə, yəni 40000 (qırx min) manat məbləğində pula sataraq öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamış, daha sonra öz cinayətkar əməllərini davam etdirərək 4 aprel 2022-ci il tarixdə «xxxx» MMC-in adından «xxxx» MMC-yə 100 (bir yüz) dəst mədaxil qəbzinin, 100 (bir yüz) ədəd kassa mədaxil orderinin və 1 (bir) ədəd kassa kitabının hazırlanmasını sifariş edib qeyd olunan sənədləri elə həmin gün təhvil alaraq, habelə 6 aprel 2022-ci il tarixdə «xxxx» MMC-in adından «xxxx» MMC-yə 100 (bir yüz) ədəd «malların fiziki şəxslərə təhvil-qəbul qəbzi”nin (A5 formatında) hazırlanmasını sifariş edib həmin qəbzi 7 aprel 2022-ci il tarixdə təhvil alaraq, 5 aprel 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzində, 7 aprel 2022-ci il tarixli təhvil-təslim aktında və həmin tarixli təhvil-qəbul qəbzində müvafiq qeydlər aparılmaqla həmin sənədləri direktorun adından imzalayıb möhür vuraraq 29 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsini və digər müvafiq sənədləri göstərilən texnikanın uçotdan çıxarılması barədə özü tərəfindən imzalanmaqla möhürlə təsdiq edilmiş 7 aprel 2022-ci il tarixli ərizə ilə birlikdə X1 X7 nəzarətin təşkili sektoruna təqdim edib həmin texnikanın şirkətin uçotundan çıxarılmasına nail olmuş, texnikanın satışından əldə etdiyi 40000 (qırx min) manat məbləğində pulu isə özündə saxlayıb həmin pulun kassa mədaxil orderinin qəbzi ilə 9 avqust 2017-ci ıl tarixdə «xxxx» MMC-in «xxxx» ASC-in «Nəsimi» filialında açılmış AZ**AIIB******************** nömrəli hesaba köçürülməsini təmin etməmişdir. Birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2-ci və 313cü maddələri ilə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət vermişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CMin 322.1-ci və 313-cü maddələri ilə təqsirli bilinmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *-*(***)-**/**** nömrəli 27 noyabr 2025-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edilmişdir. Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, hərbi prokurorluğun qanunsuz hərəkətəri ilə mülki mübahisə xarakteri daşıyan iş kriminallaşdırılmış və ona törətmədiyi bir cinayət üzrə ittiham irəli sürülmüşdür, bu qanunsuzluq Bakı Hərbi Məhkəməsində 10 (ay) müddətində aparılan məhkəmə istintaqının nəticələrinə əsasən müəyyən edilmiş və hərbi prokurorluq tərəfindən ittiham irəli sürülmüş hər iki maddə üzrə 16.07.2025-ci il tarixli bəraət hökmü çıxarılmışdır. Bəraət hökmündən apellyasiya şikayəti və protesti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-**/**** nömrəli 04.09.2025-ci il tarixli məhkəmə qərarına əsasən, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan təyin edilmişdir. Lakin zərər çəkmiş şəxs 18.09.2025-ci il tarixdə apellyasiya baxışı zamanı Bakı Hərbi Məhkəməsinin *-*(***)-**/**** nömrəli hökmünün hüquqi nəticələrinin qanuni olduğunu təsdiq etməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir, o cümlədən gələcəkdə də bu cinayət işinin predmeti üzrə nə maddi, nə də digər heç bir şikayətlərinin, iddia və tələblərinin olmayacağını bildirməklə yanaşı, həmçinin Hərbi Prokurorluğun protestinin təmin olunmamasını xahiş etmiş və Azərbaycan Respublikasının Baş prokuroruna həmin protestin geri götürülməsi barədə vəsatət vermişlər. Bundan sonra apellyasiya şikayətindən imtina edilməsinə dair zərər çəkmiş şəxsin ərizəsi əsasında apellyasiya şikayətinin baxılmasına 18.09.2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarla xitam verilmiş, o cümlədən qərarda iş üzrə ittihamçı prokurorun şikayətdən imtinaya etiraz etmədiyi və birinci instansiya məhkəməsinin hökmünün qüvvəyə mindiyi qeyd olunmuş və məhkəmə elektron sistemində yekun məhkəmə qərarı çıxarılması barədə qeydlər edilmişdir. Buna baxmayaraq məhkəmə yenidən baxış iclası təyin etmiş, məhkəmə elektron sistemində düzəlişlər etmiş və prokurorun vəsatəti əsasında məhkəmədə müəmmalı olaraq qismən istintaq aparılmışdır. Nəticədə 2 (iki) nəfər şahidlər şahid8 və şahid9 dindirilmişlər və 4 saat 38 dəqiqəlik səs yazısının cəmi 2 (iki) dəqiqəsi dinlənilsə də, digər hissələr isə ittihamın əleyhinə olan faktların xronologiyasını açıqladığı üçün dinlənilməmişdir. Apellyasiya baxışı əsnasında müdafiə tərəfindən verilən heç bir vəsatət isə heç bir əsas gətirilmədən təmin olunmamışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *-*(***)-**/**** nömrəli 27 noyabr 2025ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edilmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətini belə əsaslandırmışdır ki, cinayətin predmeti kimi göstərilən yerqazan maşın “xxxx” MMC-nin ünvanında qeydiyyata alınsa da, həmin əmlak şirkətin balansına salınmamış və buna dair təsisçilər tərəfindən razılıq verilməsinə dair cinayət işinin materiallarında hər hansı sənəd mövcud deyil. Qeyd olunan faktlar şahid3 həmin texnikanın texniki cəhətdən şirkətdə qeydiyyatda olmasına, lakin şirkətin balansına salınmamasına dair ifadəsini təsdiq edir. Beləliklə, qeyd olunan texnika “xxxx” MMC-nin balansında olmamış və ümumiyyətlə hüquqi şəxsin heç bir əmlakı olmamışdır. “xxxx” MMC-yə hər hansı mənəvi, fiziki və maddi ziyan yetirilməmiş, Azərbaycan Respublikası CM-nin 179-cu maddəsinin predmeti 2003-cü il buraxılışlı, mühərrik nömrəsi CATC7DEM00466, şassi nömrəsi və ban nömrəsi 2015 olan, «Soilmec R-416» markalı, 10Z151 dövlət qeydiyyat nişanlı yerqazan maşın “xxxx” MMC-nin ünvanında qeydiyyata alınsa da, həmin əmlakla bağlı təsisçilər arasında yaranmış mübahisə hər hansı cinayət əməlinin tərkibini yaratmır və mülki müstəvidə həll olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı dövlət ittihamçısı1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum və müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Ilk əvvəl qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli hökmü ilə məhkumun əməli CM-in 179.3.2-ci maddəsindən CM-in 322.1-ci məddəsinə tövsif edilmiş, bu hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verməmiş və kassasiya icraatı zamanı çıxış edən dövlət ittihamçısı hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Belə olan halda kassasiya məhkəməsi məhkumun əməlində CM-in 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olub-olmasına qiymət vermir. Azərbaycan Respublikası CM-in 313-cü maddəsində “vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs , tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsində “özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan apellyasiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmamış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum ittiham edildiyi cinayətlərin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsinə tövsif edərkən hökmünü belə əsaslandırmışdır ki, Məhkum «xxxx» MMC-in nizamnamə kapitalında 15% paya malik təsisçisi olmuş, verilmiş ittihama əsasən «xxxx» MMCin mülkiyyətində yeganə əmlakı olan, 2003-cü il buraxılışlı, mühərrik nömrəsi CATC7DEM00466, şassi nömrəsi və ban nömrəsi 2015 olan, «Soilmec R-416» markalı, 10Z151 dövlət qeydiyyat nişanlı yerqazan maşının təmirinə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 28000 (iyirmi səkkiz min) manat məğləğində pul xərcləsə də, həmin maşını saz və tam istifadəyə yararlı vəziyyətə gətirmək mümkün olmamışdır. Bununla yanaşı Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin baş müstəntiqi Əflatun Səlimov tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi barədə” 18 avqust 2025-ci il tarixli qərardan görünür ki, 19 avqust 2022-ci il tarixdə həmin cinayət işinin başlanılmasına səbəb və əsas şahid8 özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmə məqsədilə 2022-ci ilin mart ayında qohumu X4 Məhkum borclu olduğu 174200 manat məbləğində pulu Məhkum vermək adı ilə alıb ələ keçirib Məhkum külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi faktı və həmin faktla bağlı Məhkum müraciəti əsasında toplanmış materiallar olmuşdur. Həmin cinayət işinin istintaqı zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən şəxslərin ifadələri, müvafiq məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları, sənədlər və digər sübutlarla müəyyən edilmişdir ki, şahid8 ilə Məhkum arasında iş birliyi qurulduğuna görə 2021-ci ilin sonlarında, yəni 28 mart 2022-ci il tarixdə 174200 manat məbləğində pulla bağlı məsələ ortaya çıxana qədər Məhkum təminat olaraq ona daşınmaz əmlak və əmlaklar verilməsi tələbinə görə şahid8 anası X5 məxsus Xırdalan şəhərində yerləşən 132,53 kv.m sahəsi olan 3 otaqlı mənzilin dəyəri nə Q.Həsənovaya, nə də MTK-ya ödənilmədən mənzil Məhkum adına keçirilmiş, bundan başqa şahid8 tanışına məxsus Zaqatala rayonunda yerləşən ev onun sahibinə heç bir ödəniş edilmədən alqı-satqı yolu ilə Məhkum adına keçirilmiş və Məhkum faktiki olaraq heç bir ödəniş edilmədən «xxxx» MMC-yə 15 faiz payçı olmuşdur, yəni həmin MMC-yə məxsus olan 400000 manatdan artıq dəyəri olan «Solimec R-416» markalı yerqazan maşına 15 faiz pay sahibi olmuşdur. Hər iki daşınmaz əmlak, eləcə də yerqazan maşının 15 faiz hissəsi Məhkum mülkiyyətinə keçdikdən sonra faktiki olaraq X2 Əmirxanlı arasında hər hansı bir səbəbdən heç bir iş birliyi baş tutmamışdır, buna baxmayaraq isə Məhkum dəyərini ödəmədən əldə etdiyi hər iki daşınmaz əmlakları və yerqazan maşının 15 faiz pay hissəsini sahiblərinə qaytarmaqdan imtina etmişdir. şahid8 29 mart 2022-ci il tarixdə Məhkum mesaj yazaraq ondan şirkəti və evləri qaytarmasını və əgər ona borcu varsa ödəyəcəyini bildirməsinə baxmayaraq Məhkum buna heç bir əhəmiyyət verməmiş, əksinə həmin günü cəmi 15 faiz hissəsinə pay sahibi olmasına baxmayaraq, şahid8 50 faiz, digər şəxsdə 35 faiz pay sahibi olduğu halda, qeyri-qanuni yolla «xxxx» MMC-yə məxsus 400000 manatdan artıq dəyəri olan yerqazan maşını başqa bir şəxsə 40000 manata satmışdır. Yəni 28 mart 2022-ci il tarixdə şahid8 Məhkum çatmalı olan 174200 manatı ona çatdırmadığı halda şahid8 ümumi dəyəri ondan da artıq bir məbləğ təşkil edən əmlakları Məhkum hüquqi və faktiki olaraq mülkiyyətində olmuş, uzun aylar davam edən çoxsaylı məhkəmə çəkişmələrindən sonra qanuni qüvvəyə minmiş Ali Məhkəmənin qərarı ilə şahid8 həmin 3 əmlakdan yalnız birinin, yəni anasına məxsus mənzilin sonuncuya qaytarılmasına nail olmuşdur, digər iki əmlak Məhkum tərəfindən satılmışdır. Belə olan halda şahid8 174200 manatı Məhkum çatdırmaması faktında dələduzluq cinayətindən ümumiyyətlə söhbət gedə bilməz, çünki yuxarıda göstərildiyi kimi şahid8 həmin məbləği Məhkum çatdırmamaqda məqsədi onun pulunu ələ keçirmək deyil, artıq Məhkum tərəfindən ələ keçirilmiş ona məxsus əmlakların qaytarılmasına nail olmaq olmuşdur ki, həmin əmlakların dəyəri ödənilmədən Məhkum tərəfindən ələ keçirilməsi məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Belə olan halda şahid8 əməli dələduzluq cinayəti kimi deyil, özbaşınalıq cinayəti kimi tövsif edilməklə müzakirə edilməli və ona hüquqi qiymət verilməlidir. Lakin özbaşınalıq cinayət əməlinin əsas tövsifedici əlaməti odur ki, hərəkətin özbaşına törədilməsi nəticəsində digər şəxsə mühüm ziyan vurulmalıdır. 28 mart 2022-ci il tarixdə şahid8 Məhkum çatmalı olan 174200 manatı ona çatdırmadığı halda isə şahid8 ümumi dəyəri ondan da artıq bir məbləğ təşkil edən əmlakları Məhkum hüquqi və faktiki olaraq mülkiyyətində olmuşdur, yəni şahid8 özbaşına törətdiyi əməl nəticəsində Məhkum faktiki olaraq mühüm ziyan, o cümlədən hər hansı ziyan dəyməmişdir. Odur ki, 28 mart 2022-ci il tarixdə şahid8 Məhkum çatmalı olan 174200 manatı ona çatdırmaması faktı üzrə şahid8 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işi üzrə icraata xitam verilmiş, Məhkum mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin apellyasiya kollegiyası hökmünü belə əsaslandırmışdır ki, iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, «xxxx» MMC-in təsisçisi kimi Məhkum həmin hüquqi şəxsin mülkiyyətində yeganə əmlakı olan və tam istifadəyə yararlı hesab edilməyən «Soilmec R-416» markalı, 10Z151 dövlət qeydiyyat nişanlı yerqazan maşını özgəninkiləşdirən zaman talama niyyəti olmamış, həmin texnikanın yararlı vəziyyətə gətirilməsi üçün çəkdiyi xərci və digər təsisçi şahid8 tələb etdiyi 174200 manat məbləğində pulun sonuncunun qaytarılmasını təmin etmək üçün həmin texnikanın satılması barədə qərar qəbul olunması haqqında bilə-bilə yalan məlumatlar daxil edilmiş 15 mart 2022-ci il tarixli təsisçilərin ümumi yığıncağına dair rəsmi sənəd hesab edilən saxta qərar tərtib edib, özünün və digər payçı şahid8 imzası digər sənəddən montaj yolu ilə köçürülmüş həmin qərarın aşağı hissəsində «Düzdür» və «şahid6» sözlərini öz xətti ilə yazaraq həmin sözlərin arasındakı qardaşı şahid6 imzasını oxşatmaqla icra edib vəzifə saxtakarlığı etmiş və bundan sonra özbaşınalıq edərək, 11 mart 2022-ci il tarixdə qardaşı şahid6 «xxxx» MMC-in direktoru vəzifələrini icra etməsinə dair aldığı etibarnamə əsasında «xxxx» MMC-yə məxsus, orta bazar qiyməti 298742,00 (iki yüz doxsan səkkiz min yeddi yüz qırx iki) manat təşkil edən 2003-cü il buraxılışlı, mühərrik 416» markalı, 10Z151 dövlət qeydiyyat nişanlı yerqazan maşını nağd ödəniş yolu ilə dəyərindən dəfələrlə aşağı qiymətə, yəni 40000 (qırx min) manat məbləğində pula yaxın tanışı olan vətəndaş şahid1 satılmasına dair 29 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlamış, daha sonra öz cinayətkar əməllərini davam etdirərək 4 aprel 2022-ci il tarixdə «xxxx» MMC-in adından «xxxx» MMC-yə 100 (bir yüz) dəst mədaxil qəbzinin, 100 (bir yüz) ədəd kassa mədaxil orderinin və 1 (bir) ədəd kassa kitabının hazırlanmasını sifariş edib qeyd olunan sənədləri elə həmin gün təhvil alaraq, habelə 6 aprel 2022-ci il tarixdə «xxxx» MMC-in adından «xxxx» MMC-yə 100 (bir yüz) ədəd «malların fiziki şəxslərə təhvil-qəbul qəbzi”nin (A5 formatında) hazırlanmasını sifariş edib həmin qəbzi 7 aprel 2022-ci il tarixdə təhvil alaraq, 5 aprel 2022-ci il tarixli kassa mədaxil orderinin qəbzində, 7 aprel 2022-ci il tarixli təhvil-təslim aktında və həmin tarixli təhvilqəbul qəbzində müvafiq qeydlər aparılmaqla həmin sənədləri direktorun adından imzalayıb möhür vuraraq 29 mart 2022-ci il tarixli alqı-satqı müqaviləsini və digər müvafiq sənədləri göstərilən texnikanın uçotdan çıxarılması barədə özü tərəfindən imzalanmaqla möhürlə təsdiq edilmiş 7 aprel 2022-ci il tarixli ərizə ilə birlikdə X1 X7 nəzarətin təşkili sektoruna təqdim edib həmin texnikanın şirkətin uçotundan çıxarılmasına nail olmuş, texnikanın satışından əldə etdiyi 40000 (qırx min) manat məbləğində pulu isə özündə saxlayıb həmin pulun kassa mədaxil orderinin qəbzi ilə 9 avqust 2017-ci ıl tarixdə «xxxx» MMC-in «xxxx» ASC-in «Nəsimi» filialında açılmış AZ**AIIB******************** nömrəli hesaba köçürülməsini təmin etməmişdir. Göründüyü kimi apellyasiya məhkəməsi öz qərarında məhkumun əməlini Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-in 322.1-ci maddəsinə tövsif edərkən CM-in 322.1-ci maddəsinin dispozisyasına lazımınca diqqət yetirməmişdir. Belə ki, özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda əməlini nəzərdə tutur. Cinayət işi materiallarından görünür ki, iddiaçılar “xxxx” MMC, şahid9, şahid8 cavabdehlər şahid6 və şahid1 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair digər məhkəmələrdə bir neçə məhkəmə baxışları olmuş, lakin sonda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının *-*(***)-***/**** nömrəli 04.12.2025-ci il tarixli qərarı ilə iddiaçıların iddiadan imtina edilməsi səbəbi ilə icraata xitam verilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *-*(***)-**/**** nömrəli 18.09.2025-ci il tarixli qərarından görünür ki, birinci instansiya məhkəməsinin bəraət hökmündən zərər şəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi (direktoru) nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsinə dair ərizəsi əsasında apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Beləliklə, iş materiallarından görünür ki, mübahisə predmeti olan 2003-cü il buraxılışlı, mühərrik nömrəsi CATC7DEM00466, şassi nömrəsi və ban nömrəsi 2015 olan, «Soilmec R- 416» markalı, 10Z151 dövlət qeydiyyat nişanlı yerqazan maşının satılmasının qanuniliyinin zərər çəkmiş hüquqi şəxs tərəfindən təkzib edilən hərəkət olub-olmaması apellyasiya məhkəməsi tərəfindən yenidən araşdırılmalı məsələdir. Həmçinin Məhkum əməlində CM-nin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin digər əlamətlərinin də olub-olmaması araşdırılmalıdır. Birinci instansiya məhkəməsi Məhkum CM-nin 313-cü maddəsi ilə bəraət verərkən göstərmişdir ki, Məhkum tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsi barədə işdə heç bir sübut yoxdur. Sənədləri məhz onun saxtalaşdırması, həmin məlumatları məhz onun mətnə daxil etməsi sübut olunmur. Işin halları ilə sübut olunur ki, MMC-nin möhürü də onda olmamış, ona təhvil verilməmiş, şahid8 və digər şəxslərdə olmuşdur. Alqı-satqıdan digər təsisçilərin məlumatı olmuşdur. Lakin apellyasiya məhkəməsi Məhkum oğlunu CM-nin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmişdir. Bu zaman məhkəmə Məhkum tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsini sübut edəcək əsaslı dəlillər göstərə bilməmişdir. Apellyasiya məhkəməsi öz hökmündə məhkum Məhkum tərəfindən konkret olaraq tamah və ya sair şəxsi niyyətlərlə hansı rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsini göstərilməmiş və bu hal apellyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılmamışdır. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslanmalı olduğunu qeyd edərək və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya şikayətlərinin dəlilləri ilə razılaşır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsində apellyasiya məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmişdir. CPM-in 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya məhkəmə kollegiyası hazırki iş üzrə sübutların məhkum Məhkum təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və məhkum Məhkum CM-in 322.1-ci və 313-cü maddələri ilə məhkum edilməsinin əsassız olması haqda müdafiə tərəfinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin *-*(***)-**/**** nömrəli 27 noyabr 2025-ci il tarixli hökmü ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *-*(***)-**/**** nömrəli 27 noyabr 2025-ci il tarixli hökmü ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2025-ci il tarixli hökmü ləğv edilsin, cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1-1(1-8)-11/2026
Ali Məhkəmə Qərar — İş №1-1(1-8)-11/2026
03.06.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver