Məhkəmə qərarları › İş №1-1(1-8)-9/2026

Ali Məhkəmə Qərar — İş №1-1(1-8)-9/2026

29.04.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(1-8)-9/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 və zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndə2 Xanbala qızının iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *-*(***)-*/**** nömrəli hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## ###### 1982-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, hazırda azadlıqdan məhkum etmə növündə cəza çəkən, R Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliyi sübuta yetirilmədiyindən CPM-in 42.1.4-cü maddəsinə əsasən həmin maddə üzrə bəraət verilməsi, Məhkum CM-in 329.2.1-ci maddəsilə təqsirli bilinib 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının ## ###### 2021-ci il tarixdən hesablanması, CM-in 69.3-cü maddəsinin tələbinə əsasən Məhkum ##.##.2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək 2 (iki) il 1 (bir) ay 08 (səkkiz) gün həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablandığından Məhkum təyin edilmiş 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş hesab edilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinə dəyişdirilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, haqqında seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum hərbi xidmət məsələlərinin həll edilməsi üçün N saylı hərbi hissə komandanlığının sərancamına göndərilməsi hökm edilmiş, həmçinin iş üzrə maddi sübutlar və məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndə2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X23 (sədrlik edən), X1 və X4 ibarət tərkibdə) 2025-ci il # ###### tarixli, *-*(***)-*/**** nömrəli hökmü ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi nümayəndə2 Xanbala qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı X9 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Məhkum CM-in 329.3-cü maddəsi ilə bəraət verilməsi və onun CM-in 329.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-*/**** saylı hökmü ləğv edilmiş, iş üzrə yeni ittiham hökmü çıxarılmış, Məhkum CM-in 329.2.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona CM-in 329.2.1-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 329.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum ## ###### 2021-ci il tarixdən ##.##.2023-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) il 1 (bir) ay 8 (səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində 3 (üç) il 10 (on) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi müəyyən edilmiş və məhkəmə iclas zalından dərhal həbsə alınmış, həbs qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmış, Məhkum cəzasını çəkməsinin əvvəli həbsə alındığı 2025-ci il # ###### tarixdən hesab edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi nümayəndə2 Xanbala qızı tərəfindən verilmiş, hər birinə ayrı-ayrılıqda 400.000 (dörd yüz min) manat mənəvi ziyan olmaqla ümumilikdə 2.000.000 (iki milyon) manat məbləğində pul vəsaitinin Məhkum tutularaq onlara ödənilməsi ilə bağlı mülki iddiadan mülki iddiaçılar imtina etdiklərindən həmin mülki iddia üzrə icraata xitam verilmiş, iş üzrə maddi sübut: 1 ədəd hərbi səhra tipli kitel, 1 ədəd hərbi tipli sviter, 1 ədəd qolsuz sviter, 2 ədəd uzunqol alt köynəyi, 1 ədəd hərbi səhra tipli şalvar, 1 ədəd idman şalvarı, 2 ədəd isti alt şalvarı, 1 cüt əsgər çəkməsi, 1 cüt corab, 1 ədəd yaylıq təsərrüfat əhəmiyyətli olduğu halda həmin hərbi hissənin istifadəsinə verilmiş, hərbi hissə tərəfindən təsərrüfat əhəmiyyətini itirməsi qənaətinə gəlindikdə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-mərhum X2 anası nümayəndə2 Xanbala qızına təhvil verilmişdir. IŞIN HALLARI: Azərbaycan Respublikası CM-in 329.2.1 və 329.3-cü maddələri ilə irəli sürdüyü ittihama görə Məhkum təqsirləndirilmişdir ondan ötrü ki, o, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuş, habelə o, təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Belə ki, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Kəlbəcər rayonunun ərazisində yerləşən 3-cü taborunun minaatan batareyasının Ru vəzifəsində, R hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2020-ci ilin noyabr ayının sonlarında həmin batareyanın şəxsi heyəti Kəlbəcər rayonunun Alagöllər ərazisinə köçürülərək orada quraşdırılmış hərbi səhra tipli iki çadırda yerləşdirilmiş, o da həmin tarixdən etibarən qeyd edilən ərazidə batareyanın Ru kimi hərbi xidmətini davam etdirmişdir. 2021-ci il # ###### tarixdə R Məhkum növbəti məzuniyyətə gedərək ## ###### 2021-ci il tarixdə xidmət yerinə qayıtmış və ## ###### 2021-ci il tarixdə minaatan batareyasının komandiri, R X12 növbəti məzuniyyətə buraxıldığından, batareyanın idarəetmə tağımının komandiri, R X8 isə hava şəraiti ilə əlaqədar batareyaya gəlməyib taborun dayaq məntəqəsində qaldığından, R Məhkum həmin tarixdən etibarən batareyanın Ru kimi öz vəzifələri ilə yanaşı, Vnin vəzifələrini də icra etməyə başlamışdır. Həmin vəzifələri icra edərkən, R Məhkum onunla birlikdə ## ###### 2021-ci il tarixdə minaatan batareyasına gəlmiş taborun tibb məntəqəsinin sanitar təlimatçısı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X6, minaatan bateyasının 2-ci tağımının 3-cü heyətinin (minaatan) komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, R X3, həmin batareyanın 1-ci tağımının 2-ci manqasının heyət nəfəri, əsgər zərərçəkmiş şəxs3 və həmin batareyanın 1ci tağımının 3-cü minaatanının heyət nəfəri, əsgər X2 özünün qaldığı çadırda, batareyanın qalan şəxsi heyətini isə digər çadırda yerləşdirmişdir. Həmin çadırda qalan şəxsi heyət ərazinin təmizlənməsi, odun tədarükünün görülməsi və gündəlik digər işlərinin həyata keçirilməsini öz aralarında bölərək növbəli şəkildə həyata keçirdikləri halda, özünün qaldığı çadırda həmin işlərin görülməsini tam olaraq əsgərlər zərərçəkmiş şəxs3la İ.R.Zöhrabovun üzərinə qoymuşdur. O cümlədən R Məhkum, hərbi xidmətini davam etdirmək məqsədi ilə # ###### 2021-ci il tarixdə minaatan batareyasına gəlmiş əsgər İ.R.Zöhrabovun fiziki baxımdan zəif olmaqla daha öncə hərbi xidmət müddəti ərzində iki dəfə hər iki ağciyərin aşağı payının ocaqlı pnevmoniyası xəstəliyini keçirərək həmin xəstəlikdən hospital şəraitində müalicə olunduğunu, bir dəfə isə ərazidə tara düşdüyünü, səhhəti ilə əlaqədar minaatan batareyasının yerləşdiyi yüksək dağlıq ərazidə kəskin soyuq hava şəraitində uzun müddət soyuq havada qala bilmədiyini və həmin şəraitdə hər hansı ağır fiziki işlə məşğul olmaqda çətinlik çəkdiyini, bu səbəbdən V, R Ş.F.Hüseynov tərəfindən ağır işlərin görülməsinə ayrılmadığını bildiyi halda, 2021-ci ilin fevral ayının ortalarından Vnin vəzifələrini icra etməyə başladıqdan sonra, həmin tarixdən etibarən ## #### 2021-ci il tarixədək olan müddət ərzində heç bir əsas olmadan əsgər İ.R.Zöhrabovun özünü xəstəliyə vurduğunu bildirərək, ona patrul naryadının həyata keçirilməsi ilə yanaşı, işgəncə verərək həmin ərazidə qış fəslinin kəskin şaxtalı keçməsinə baxmayaraq, əsgər zərərçəkmiş şəxs3la birlikdə, bəzən də tək halda bütün gün ərzində istirahət vermədən özünün qaldığı çadırın qarşısındakı ərazinin və çadırın üstünün qardan təmizlənməsini, odun doğranmasını və bütün digər ağır fiziki işlərin görülməsini tapşırmış, əsgər İ.zərərçəkmiş şəxs2 yalnız yemək fasiləsi zamanı çadırda olmasına icazə verib qalan vaxt ərzində kəskin şaxtalı soyuq havada çadıra daxil olmasını qadağan etmiş, istirahət edib dincəlməsinə imkan verməmiş və fiziki cəhətdən zəif olan əsgər İ.R.Zöhrabov tez yorularaq onun tərəfindən verilmiş tapşırıqları vaxtında yerinə yetirə bilmədikdə, R Məhkum qaldığı çadırda əsgər zərərçəkmiş şəxs3la eyni vaxtda, eləcə də ayrı-ayrılıqda əsgər İ.R.Zöhrabovun ünvanına əsgərlərin arasında ən ağır təhqiramiz söz hesab olunan “peysər”, “boynuyoğun” və digər təhqiramiz ifadələr işlədərək, ərazinin qardan təmizlənməsi ilə bağlı verdiyi tapşırığını istədiyi səviyyədə icra etmədiyini bəhanə edib əsgər İ.R.Zöhrabovun ana və bacısının ünvanına söyüş söyərək, eləcə də onu təhqir etmək məqsədi ilə tez-tez özünün qaldığı çadırın qarşısına sidiyini ifraz edib oranı əsgər İ.zərərçəkmiş şəxs2 təmizlətdirərək şəxsi heyətin yanında hər ikisinin şərəf və ləyaqətini mütəmadi alçaltmış, hər ikisinin sifət və baş nahiyələrinə sillə, kürək nahiyələrinə yumruq zərbələri, sağrı nahiyələrinə təpik zərbələri vurmaqla, habelə hər ikisinin başlarını özünün oturaq vəziyyətdə ayaqları arasında keçirib bu vəziyyətdə yumruqla kürək nahiyələrinə 3-4 zərbə vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxslərə zor tətbiq etmiş, bu münasibət əsgər zərərçəkmiş şəxs3 ağır təsir göstərməsə də, özünə qarşı R Məhkum bu kimi qanunsuz və nizamnamədən kənar davranışı, mütəmadi olaraq fiziki zora məruz qalması, təhqir olunması, V, R Ş.F.Hüseynovun komandanlığı altında xidmət müddəti ərzində bir dəfə də olsun ağır şəraitdən şikayət etməmiş əsgər İ.R.Zöhrabovun mənəvi-psixoloji durumuna kəskin mənfi təsir göstərmiş, onda ruh düşgünlüyü yaratmış və o, mütəmadi olaraq əsgər yoldaşlarına R Məhkum hərəkətlərindən, təhqir olunmasından bezdiyini deyərək şikayət etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə hərbi xidmətdə olarkən, 2021-ci ilin fevral ayının sonlarında səhər saatlarında əsgərlər İ.R.Zöhrabovla zərərçəkmiş şəxs3 batareyanın əşya-əmlakının yığıldığı çadırın kənarlarını məftillə bağlayıb içərisinin təmizlənməsi barədə göstəriş vermiş və bir qədər sonra qaldığı çadırdan çölə baxıb əsgər İ.R.Zöhrabovun yerdə oturduğunu görərək, onu yanına çağırıb niyə işləmədiyini soruşduqda, sonuncu üşüdüyünü və yorulduğunu deyərək bir azdan işinə davam etdirəcəyini bildirmişdir. Bu zaman, əsgər İ.R.Zöhrabovun verdiyi cavabdan qəzəblənmiş R Məhkum heç bir səbəb olmadan onun ünvanına “boynuyoğun” və digər təhqiramiz ifadələr işlədərək şərəf və ləyaqətini alçaltmış, daha sonra isə əsgər zərərçəkmiş şəxs3 da yanına çağırıb hər ikisinə “Narahat olmayın, isti yerdə g....nüz şişib, sizi sabah qarda si..cəm, baxarsınız” deyərək, ertəsi gün səhər saatlarından başlayaraq əsgərlər zərərçəkmiş şəxs3la İ.zərərçəkmiş şəxs2 istirahət vermədən onları günün sonunadək kəskin şaxtalı və qarlı havada çöldə müxtəlif fiziki işlərin görülməsinə cəlb edib təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki şəxsə işgəncə vermişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə hərbi xidmətdə olarkən, ## #### 2021-ci il tarixdə səhər saatlarında əsgərlər İ.R.Zöhrabovla zərərçəkmiş şəxs3 qaldığı çadıra çağıraraq orada hər ikisini ərazinin qardan təmizlənməsi ilə bağlı verdiyi tapşırığını ləng icra etmələrini və isinmək üçün çadıra girmək istədiklərini onlara irad tutaraq, çadırın içərisində ilk öncə əsgərlər İ.R.Zöhrabovla zərərçəkmiş şəxs3 başlarını iki dəfə qüvvətlə birbirinə çırpmış, daha sonra saçlarından tutub çəkərək başlarını sağa-sola hərəkət etdirib onlara “maşın sürdüyünü” demiş, bundan sonra hər ikisinin başlarını özünün oturaq vəziyyətdə ayaqları arasında keçirib bu vəziyyətdə yumruqla kürək nahiyələrinə 3-4 zərbə vurmuş, daha sonra isə təpiklə əsgər İ.R.Zöhrabovun sağrı nahiyəsinə bir zərbə vuraraq təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki şəxsə zor tətbiq etmişdir. Həmçinin Məhkum həmin vəzifədə və hərbi rütbədə hərbi xidmətdə olarkən, ## #### 2021-ci il tarixdə saat 21 radələrində əsgərlər İ.R.Zöhrabovla zərərçəkmiş şəxs3 qaldığı çadıra çağıraraq orada hər ikisindən odun doğranması ilə bağlı verdiyi tapşırığı hansı səbəbdən icra edib başa çatdıra bilmədiklərini soruşmuş və onlar tapşırığı ilə bütün günü soyuq şaxtalı hava şəraitində qar təmizlədiklərini deyib bu səbəbdən yorularaq odunu doğrayıb başa çatdıra bilmədiklərini dedikdə, onların bu cavabından qəzəblənərək, heç bir səbəb olmadan əvvəlcə taxta oxlovla əsgər zərərçəkmiş şəxs3 baş nahiyəsinə iki-üç zərbə vurmuş, daha sonra həmin oxlovla əsgər İ.R.Zöhrabovu da vurmaq istədikdə oxlov oradakı masanın arxasına düşdüyündən masanın üzərindən dəmir çömçəni götürərək onun alt hissəsi ilə əsgər İ.R.Zöhrabovun baş nahiyəsinə bir zərbə vurub ona sağlamlığa zərər vurmadığına görə ağırlıq dərəcəsi təyin edilməyən “Sağ alın-təpə nahiyəsində 2,5x2,0 sm sahədə, zəif intensivlikli dərialtı qançır” xəsarətini yetirərək təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə hərbi xidmətdə olarkən, ## #### 2021-ci il tarixdə saat 04-05 radələrində qarın çox yağdığını görərək, qaldıqları çadırın çökməməsi üçün R S.Y.Bayramovun vasitəsi ilə növbəti dəfə əsgərlər İ.R.Zöhrabovla zərərçəkmiş şəxs3 yuxudan oyadıb hər ikisinə kəskin şaxtalı hava şəraitində çadırın üstünün qardan təmizlənməsi barədə göstəriş vermiş və bir müddət sonra, çadırın içərisindən çölə baxıb əsgər İ.R.Zöhrabovun yorularaq qarı təmizləyə bilmədiyini və yorğunluğunu almaq üçün dayandığını gördükdə, heç bir səbəb olmadan bundan qəzəblənərək əlindəki fənərlə sonuncunun sifətinə işıq salaraq ünvanına “peysər”, “boynuyoğun” və digər təhqiramiz ifadələr işlədib növbəti dəfə onun şərəf və ləyaqətini alçaltmış, daha sonra əsgər İ.R.Zöhrabovun ona “starşına, yorulmuşuq, səhərdən işləyirik, icazə ver, keçək içəri bir az dincələk” deyib çadıra keçmələrini xahiş etməsinə məhəl qoymadan, həmin gün saat 08 radələrinə kimi əsgərlər İ.R.Zöhrabovla zərərçəkmiş şəxs3 isti çay içib qızınmaları üçün çadıra daxil olmalarına və istirahət etmələrinə icazə verməyib onlara soyuq və şaxtalı havada qar təmizlətdirməyi davam etdirərək təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə işgəncə vermişdir. Bundan sonra əsgər İ.R.Zöhrabov mütəmadi olaraq ona qarşı R Məhkum tərəfindən edilmiş qanunsuz və nizamnamədənkənar hərəkətlərdən, o cümlədən əvvəllər ayrı-ayrı vaxtlarda və hadisədən bir gün əvvəl şərəf və ləyaqətinin alçaldılmasından, fiziki zorakılığa və işgəncələrə məruz qalmasından, fiziki cəhətdən zəif olmasına və xəstəliyinə əhəmiyyət verməyərək ona ağır işlər gördürməsindən bezib buna görə psixi sferasında psixogen mənşəli (psixikaya mənfi təsir göstərən hərəkətlər, şəxsiyyətin mənliyini alçaldıcı ifadələr) depressiv reaksiya halı meydana gəldiyindən özünü öldürmək qərarına gəlmiş və bu məqsədlə ## #### 2021-ci il tarixdə saat 08.30 radələrində əsgər zərərçəkmiş şəxs3la qaldıqları çadırın üstünə yığılmış qarı təmizləyib başa çatdıraraq istirahət etmələri üçün R Məhkumlə birlikdə qaldıqları çadıra daxil olduqdan sonra əynini soyunmadan və paltarlarını qurutmadan, yatmaq üçün çadırın içərisindəki sobanın yanına uzanmış əsgər zərərçəkmiş şəxs3 bir qədər sonra yatacağını deyərək, çadırdakı digər şəxslərin, yəni R Məhkum, R S.Y.Bayramov və əsgər L.Q.Abbasovanın yatmasından istifadə edib, həmin çadırda açıq vəziyyətdə saxlanılan, V, R Ş.F.Hüseynova təhkim edilmiş “AKMS” markalı, AFD **** nömrəli avtomat silahı və içərisində 30 ədəd 7,62 mm kalibrli döyüş patronu olan 01 ədəd avtomat darağını gizlincə götürüb çadırdan çölə çıxmış, bir biri ilə 1,5-2,0 metr məsafədə olmaqla yan-yana quraşdırılmış çadırların arasına keçib orada arxası çadırların giriş hissəsinə tərəf yerdə oturaraq bu vəziyyətdə götürdüyü patronla dolu darağı avtomat silaha taxıb onu tək-tək atəş rejimində döyüşə hazır vəziyyətə gətirmiş və frustrasiya, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması halında silahın lüləsini ürək nahiyəsinə dirəyib öndən arxaya, soldan sağa doğru istiqamətdə, atəşin əlavə faktorlarının təsir etdiyi yaxın məsafədən qəsdən bir atəş açaraq özünə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid “Giriş dəliyi döş qəfəsinin sol yarısının ön səthində, çıxış dəliyi döş qəfəsinin arxa səthində, solda yerləşməklə, yara kanalı boyunca diafraqmanın, sol ağciyərin, qara ciyərin, ürək kisəsinin, ürəyin zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin bir ədəd dəlib keçən odlu silah yaralanması” xəsarətlərini yetirməsi nəticəsində ürəyin zədələnməsi hesabına orqanizmin kəskin daxili qanitirmə səbəbindən hadisə yerində ölmüş, bununla da R Məhkum təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə, Məhkum həmin vəzifədə və hərbi rütbədə hərbi xidmətdə olarkən, 2021ci ilin iyun ayının ortalarında saat 09 radələrində tabeliyindəki əsgərləri özünün maşın böyüyü olduğu batareyanın “Sadko” markalı avtomobili ilə yuyunmaq üçün Kəlbəcər rayonunun Istisu yaşayış mənəqəsində yerləşən səyyar hamama aparmış və həmin gün saat 15 radələrində əsgərlər yuyunaraq xidmət yerlərinə qayıtmaq üçün avtomobilin arxa yedəyində əyləşib onu gözləyərkən, R Məhkum avtomobilə yaxınlaşıb hərbi hissənin anbarından yanvar və iyul aylarında hərbi xidmətə çağırılmış əsgərlərə hərbi çəkmə paylanıldığını deyərək kimin yeni çəkməyə ehtiyacının olduğunu soruşmuşdur. Həmin vaxt avtomobilin arxa yedəyində, sol tərəfdə əyləşmiş batareyanın 1-ci tağımının 3 cü manqasının komandiri, əsgər zərərçəkmiş şəxs1 bir neçə günə tərxis ediləcəklərini və buna görə onlara çəkmə verilməsinin mümkün olmadığını dedikdə, R Məhkum sonuncunun digər əsgərlərin yanında onunla yersiz zarafat etmək istədiyini zənn edib bundan qəzəblənərək, əsgər zərərçəkmiş şəxs1 yaxınlaşıb ünvanına “peysər”, “boynuyoğun” və digər təhqiramiz ifadələr işlədərək digər əsgərlərin yanında onun şərəf və ləyaqətini alçaltmış, sonuncu buna cavab olaraq etiraz edib ona “özün peysər, boynuyoğunsan” dedikdə bundan daha da qəzəblənib əsgər C.A.Ağayevin sağ ayağına yumruqla bir zərbə vurmuş, daha sonra yerdən götürdüyü kafel parçasını əsgər zərərçəkmiş şəxs1 doğru atıb həmin kafel parçasının onun sol ayağının topuq nahiyəsinə dəyməsi nəticəsində ona sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən “sol içəri topuq nahiyəsinin yarası” xəsarətini yetirmiş və yenidən əsgər C.A.Ağayevə yaxınlaşıb yumruqla onun sağ ayağına daha bir zərbə vurub təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, ZƏRƏRÇƏKMIŞ ŞƏXSIN HÜQUQI VARISININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkumun müdafiəçisi müdafiəçi2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi prosesi qismən istintaqla aparmasına baxmayaraq apellyasiya şikayətində irəli sürülmüş dəliləri araşdırmamış, yekun olaraq düzgün qərar qəbul etməmişdir. Məhkum bildirmişdir ki, ümumiyyətlə məhkəmə prossesində araşdırılmış sübutlardan, istər təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələrində, istərsə də digər sübutlarda o cümlədən ekspertiza rəyləri və sair, təqsirləndirilən şəxsin təqsiri öz təsdiqini tapmamışdı. Apellyasiya məhkəməsinin hökmü ilə tanış olarkən məlum olur ki, hökm obyektiv həqiqətlə, CPM-in tələbləri ilə uzlaşmır. Bir sözlə, Məhkum barəsində çıxarılmış hökm birinci instansiya məhkəməsi zamanı aparılan araşdırılmada müəyyən olunmuş sübutlara deyil, əsasən istintaq orqanının gəldiyi nəticə ilə üst-üstə düşmüşdür. Bu isə CPM-nin 351.2-ci maddəsinin tələblərinə ziddir. Bundan başqa, birinci instansiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı iş üzrə şahidlər və zərərçəkmiş şəxslər sərbəst şəkildə ifadələr vermişlər ki, həmin ifadələr təqsirləndirilən şəxsin dedikləri ilə üst-üstə düşmüş və buna görə məhkəmə Məhkum CM-in 329.3-cü maddəsi ilə verilən ittihamın sübuta yetirilmədiyi üçün ona təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar bəraət vermişdir. Lakin apellyasiya məhkəməsi nəyə görə həmin şəxslərin məhkəmə prosesi zamanı deyil, məhz istintaqda verdikləri ifadələrini əsas götürərək ittiham hökmü çıxarmasını əsaslandırmamışdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının #.##.2025-ci il tarixli, *-*(***)-*/**** nömrəli hökmünün ləğv edilməsini və Məhkum CM-in 329.2.1 və 329.3-cü maddələri ilə verilmiş ittiham üzrə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüququ varisi nümayəndə2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, nə Tərtər Hərbi Məhkəməsinin, nədə Gəncə Apellyasiya Məhkəməsinin hökmləri ilə razı deyil və oğlunun özünü öldürməsi qənaəti yalnız və yalnız Hərbi Prokurorluğun bir senarisidir və bunu da Gəncə Apellyasiya Məhkəməsi heç bir araşdırma aparmadan təsdiqləmişdir. 2 il guya məhkəmə prosesləri davam etdi, lakin bu müddət ərzində cəmi, 3 nəfər şahid gətirildi onlara da hakim tərəfindən üstünə qışqıraraq və digər formada təzyiq edilərək Məhkum günahkar çıxarmaq üçün istədiklıəri ifadəni onlardan aldılar və bu bütün proses iştirakçılarının gözü qarşısında baş vermişdir. Bundan başqa, həm ibtidai istintaq, həm də məhkəmə istintaqları zamanı cinayətprosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, "44" günlük müharibənin od-alovundan cəsarətlə çıxan, Cənab Prezident tərəfindən medallarla təltif olunan X2 ölümünə, onun adına və cəsarətinə yaraşmayan "qorxaq", "müti" və digər aşağılayıcı və alçaldıcı damğalar vurulmağa cəhd edilmiş, özü öz həyatına qəsd edən aciz bir insan kimi təqdim edilmişdir. Ümumiyyətlə Hərbi Prokurorluğun müstəntiqləri Elşən Mürsəlov və Tural Həsənli xəyallarında qurduqları səhnələrə əsasən istintaqı yalnız Cinayət Məcəlləsinin 329-cu maddəsində (Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) nəzərdə tutulmuş cinayət tərkibini saxta sübutlarla yaradılması istiqamətində aparmış və nəticədə İ.Zöhrabovun ölümünə səbəb olan şəxs kimi R Məhkum barəsində CM-nin 329.3-cü maddəsi ilə cinayət təqibi başlanılmasına nail olmuşlar. Baxmayaraq ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Istintaq Idarəsinin müstəntiqləri tərəfindən istintaqı aparılmış cinayət işi üzrə tərtib edilmiş "ittiham aktı" ilə müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum guya, rəis kimi xidməti vəzifələrini yerinə yetirməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 2021-ci il fevral ayının ortalarından ## #### 2021-ci il tarixədək olan müddət ərzində öz tabeliyində olmuş əsgərlər X10 və X2 təkrarən, işgəncə verməklə zor tətbiq etməsi ağır nəticələrə yəni, onun tərəfindən edilmiş qanunsuz və nizamnamədən kənar edilmiş hərəkətlərdən, o cümlədən əvvəllər ayrı-ayrı vaxtlarda və hadisədən 1 gün əvvəl şərəf və ləyaqətini alçadılmasından, fiziki zorakılığa və işgəncələrə məruz qalmasından, fiziki cəhətdən zəif olmasına və xəstəliyinə əhəmiyyət verməyərək ona ağır işlər gördürməsindən bezib buna görə psixi sferasında psixogen mənşəli (psixikaya mənfi təsir göstərən hərəkətlər, şəxsiyyətin mənliyini alçaldıcı ifadələr) depressiv reaksiya halını keçirtmiş əsgər İ.Zöhrabov ## #### 2021-ci il tarixdə, saat 08:30-da frustrasiya, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması halında avtomat silahla atəş açaraq özünü öldürmüşdür. Halbuki bu hal nə şahid ifadələri, nə ekspert rəyi, nə də qeyri bir mötəbər sübutla öz təsdiqini tapmır. Daha sonra mərhum Ilkin Zöhrabovun ölüm faktı ilə başlanılmış cinayət işinin istintaqı zamanı hərbi prokurorluq tərəfindən ifadələri alınmış şahidlərə müstəntiqlər tərəfindən, şəxsən Tural Həsənli tərəfindən təzyiq göstərilmiş, lakin bu kimi hallara məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Ibtidai istintaq zamanı ifadələri alınmış əsgərlərə hüquqları izah edilməmiş, ifadələr müstəntiq tərəfindən əvvəlcədən tərtib edilmiş və ifadəni oxumağa imkan vermədən müstəntiqin təzyiqi altında imza etdirilmişdir. Ifadələrin şahidlərin sözləri ilə yazılmaması, məzmunca eynilik təşkil etməsi, şablon ifadələr tərtib edilərək imza etdirilməsi, cinayət prosesində iştirak edən şəxslərin hüquq və vəzifələrinin izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə edilməsi halları Azərbaycan Respublikası CPM-in 125.2.1, 125.2.2 və 125.2.4-cü maddələrinin kobud şəkildə pozulması deməkdir. Zərərçəkmiş şəxsin hüququ varisi kassasiya şikayətində göstərilənlərə əsasən apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin hüququ varisi nümayəndə2 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində oğlunun ölüm səbəbinin düzgün müəyyənləşdirilmədiyini, məhz bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə zərərçəkmiş şəxsin hüquqi varisinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası, dəlilləri eyni olduğundan, hər iki kassasiya şikayətinin dəlillərinə birlikdə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, həm müdafiə tərəfi, həm də zərərçəkmiş şəxsin hüquqi varisi zərərçəkmiş şəxsin ölüm səbəbini mübahisələndirmiş, ölümün məhkumun əməlinin nəticəsi olmamasını iddia etmişlər. Halbuki cinayət işi üzrə toplanmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmuyu ilə məhkuma qarşı irəli sürülmüş ittihamda əks olunmuş cinayət əməllərinin məhkum tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş dəlillərə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər apellyasiya instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılaraq qiymətləndirilmiş, istər ittiham tərəfinin, istərsə də müdafiə tərəfinin hər bir dəlilinə işin konkret hallarına istinad edilməklə əsaslandırılmış münasibət bildirilmiş və məhkum tərəfindən CM-in 329.2.1 və 329.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış sübutları və həmin sübutlara münasibətdə qiymətləndirməni hazırkı qərarda təkrar etmədən, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyasının ən aşağı həddinə yaxın həddə ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar və əsaslar mövcud deyil. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində 2520 manat məbləğdə yol xərcinin ona ödənilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin tələbi baxılmamış saxlayarkən öz mövqeyini onunla əsaslandırmışdır ki, hüquqi varis bu xərcləri təsdiq edən heç bir sənədi ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiya bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin müvafiq sübutları təqdim etməklə, həmin tələblə mülki mühakimə üsulu qaydasında öz hüquqlarını müdafiə etmək imkanı saxlanılır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının #.##.2025-ci il tarixli hökmü kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 Inqilab oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi nümayəndə2 Xanbala qızı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar