Məhkəmə qərarları › İş №1-1(102)-1/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-1/2022

18.05.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-1/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 145.3, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 31 1.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə vəsatətin təmin olunmamasına dair 27 aprel 2021-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli hökmü Bakı Apelyasiya Məhkəməsinin 29 may 2018-ci il tarixli qərarı ilə yalnız X3 aid hissədə dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi4 25 yanvar 2021-ci il tarixdə birgə kassasiya şikayəti vermiş və kassasiya şik ayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə) 27 aprel 2021-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 29 may 2018-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən birgə verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatət təmin edilməmiş, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasında imtina edilmişdir. Məhkəmə hesab etmişd ir ki, məhkum barəsində yekun qərar 29 may 2018-ci ildə çıxarılmış, həmin vaxtdan 18 aydan çox müddət keçmişdir. Yekun qərar qəbul edilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-ci maddəsinə görə məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı 18 ay müddətində kassasiya şikayəti verilə bilərdi. Lakin məhkum və onun müdafiəçisi həmin müddət ərzində kassasiya şikayəti verməmiş, həmin müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hallar da müəyyən olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarından məhkum Təqsirl əndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq yekun qərardan kassasiya şikayəti verilməsi üçün müddətin axımının qərarın qəbul edildiyi vaxt qüvvədə olmuş CPM-nin 410.2.4-cü maddəsinin tələblərinə əsasən müəyyən etmiş, Cinayət Prosessual Məcəlləsində 25 iyun 2020-ci il tarixdə edilmiş dəyişiklikləri nəzərə almamış, həmin dəyişikliklə Məcəlləyə əlavə olunmuş 410.1-1-ci maddəsinə görə azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə kassasiya şikayəti verilməsi üçün müddətin axımının yekun qərarın elan olunduğu vaxtdan deyil, qərarın ona verildiyi tarixdən hesablanmalı olmasını, bu müddəa məhkumun vəziyyətini yaxşılaşdırdığına görə geriyə qüvvəsinin olmasını diqqətdən qaçırmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə müəssisəsinin rəisinə yazdığı ərizə ilə təsdiq olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 29.05.2018-ci il tarixli yekun qərarı məhkum Təqsirləndirilən şəxs 26.07.2019-cu il tarixdə rəsmi olaraq təqdim edilmişdir, həmin tarixdən də kassasiya şikayəti verilməsi üçün 18 aylıq müddət hesablanmalıdır. Məhkum və müdafiəçisi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və müddətin bərpası barədə vəsatətin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Ali Məhkəmənin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayət inin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsind ən asılı olmayan digər hal baş verdikdə. Apellyasiya instansiya məhkəməsi məhkum və onun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilməsi üçün müddət müəyyən edərkən yekun qərar qəbul edilən tarixə olan qanunvericiliyi tətbiq etmiş (CPM-nin 410.1.4 mad.) və hesab etmişdir ki, onlar qərarın qəbul edildiyi (çıxarıldığı) gündən 18 ay keçdikdən sonra kassasiya şikayəti vermiş, müddətin ötürülməsinin üzrlü səbəblərini göstərə bilməmiş, işin halları ilə də üzrlü səbəblər müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyinə dair məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklərə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququn a malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə edilmiş 25 iyun 2020-ci il tarixli dəyişikliklərin keçid müddəalarına görə bu Qanunun 1.40.3 - 1.40.5-ci maddələri, (yəni 410.1.2, 410.1.3 və 410.1.4-cü maddələri) apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunur. Həmçinin həmin Məcəllənin 410.1-1-ci maddəsinin məzmunundan aydın olur ki, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Sadalanan qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs mübahisələndirdiyi qərarın çıxarıldığı vaxt qüvvədə olan cinayət prosessual qanunvericiliyi onun həmin qərardan kassasiya şikayəti vermə müddətini 18 ay nəzərdə tutmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin müddətin axımının hansı gündən başlanması məsələsinin həlli üçün Cinayət Prosessual Məcəlləsinə 25 iyun 2020-ci il tarixli Qanunla edilmiş dəyişikliklərin və həmin Qanunun keçid müd dəaların göstərişləri ilə bərabər nəzərə alınmalıdır ki, səmərəli müdafiənin təmin edilməsi və keyfiyyətli kassasiya şikayətinin tərtib olunması üçün şikayət veriləcək qərarın əldə olunması, qərarın və apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasının öyrənilməsi zəruridir. Bu hallar xüsusilə azadlıqdan məhrumetmə cəzası çəkən məhkumlara daha çox şamil edilməlidir. Təsadüfi deyildir ki, 25 iyun 2020-ci il tarixli Qanunla Cinayət Prosessual Məcəlləsində edilmiş djəyişikliklərdə (410.1-1-ci maddə) azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün nəzərdə müddətlər qərarın ona verildiyi tarixdən hesablanır. Cinayət işinin materiallarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 ma y 2018-ci il tarixli qərarının surətinin məhkum Təqsirləndirilən şəxs göndərilməsi və ya təqdim edilməsi müəyyən olunmur. Müddətin bərpası barədə vəsatətdə və kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin qərarının məhkuma rəsmi qaydada 26 iyul 2019-cu il tarixdə təqdim edilməsi və buna əsas kimi məhkumun 25 iyul 2019-cu il tarixli ərizəsi (cild 95. v.21) göstərilsə də, həmin əlyazma ərizə kserosurət olmaqla məhkum tərəfindən 9 saylı cəzaçəkmə müəssisəsinin rəisinə ünvanlanmış, ərizənin arxasında məhkum Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 may 2018ci il tarixli qərarının surətini aldığını yazaraq 26 iyul 2019-cu il tarixdə imza etmişdir. Ərizənin kserosurətinin məhkum və onun müdafiəçisi tərəfindən hansı qaydada əldə olunması müəyyən edilmir və iş materiallarında bu barədə hər hansı təsdiqedici sənəd aşkar olunmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qərarın surətinin məhkuma məhz 26 iyul 2019-cu il tarixdə təqdim olunması qənaətinə gəlmək üçün də kifayət qədər əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 14.1 və 14.2-ci maddələrində məhkumların təklif, ərizə və şikayətləri yazılı və şifahi verilə bilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin təklif, ərizə və şikayətlərinin cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən göndərilməsi təsbit edilmişdir. Məhkum Bakı Apellyasiya Məhkəməsinin 29 may 2018-ci il tarixli qərarının surətini almaq barədə 25 iyul 2019-cu il tarixli ərizə ilə saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəisinə müraciət etdiyi halda həmin ərizə müşayiət məktubu ilə birlikdə məh kəməyə göndərilməli və məhkəməyə daxil olması müvafiq qaydada təsdiq edilərək cinayət işinin materiallarına əlavə olunmalı idi. Lakin bu hallar iş materillarından görünmür. Apellyasiya instansiyası məhkəməsi məhkumun sübut kimi istinad etdiyi sözügedən ərizənin mötəbər olub-olmamasını araşdırmamış, ümumiyyətlə, məhkum tərəfindən kassasiya şikayətinin verilmə müddətinin buraxılmasının üzrsüz olması barədə qənaətə hansı sübutlar əsasında gəldiyini göstərməmişdir. Həmçinin iş üzrə məhkumun mübahisələndirilən qərarı əldə edib-etmədiyi, qərarın ona təqdim edildiyi halda, bu təqdim etmənin hansı tarixdə həyata keçirildiyi müəyyən edilməmişdir. Halbuki kassasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə vəsatətin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün məhkum tərəfindən mübahisəl əndirilən qərarın əldə etdiyi tarixin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar araşdırılmadığından və məhkumun mübahisələndirilən məhkəmə qərarını aldığı tarix müəyyən edilmədiyindən, hazırki cinayət işi üzrə kassasiya şikayətinin müddətinin bərpası barədə vəsatətin dəlillərinə qiymət vermək, vəsatətin təmin edilməsi üçün əsaslar olub-olmadığını müəyyən etmək mümkün deyildir. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası CPM-nin 416.1.2-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarının ləğv edilməli və məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti həmin məhkəmədə yenidən baxılmağa təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsi barədə qərar çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsin Cinayət Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin və məh kum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti həmin məhkəmədə yenidən baxılmağa təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar