Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-1/2023 19.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X11, Məhkum1 müdafiəçiləri X1, X13, X4 iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 332.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin 1-1(105)-8/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli hökmü (hakimlər X14 (sədrlik edən və məruzəçi), X15 və X3 ibarət tərkibdə) ilə xx xxxxxx 2001-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təmir bölüyünün xüsusi işlər taqımının avtomobil təmir manqasının əsgəri, hazırda həbsdə saxlanılan Mə hkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 16 may 2021-ci il tarixindən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. xx xxxx 2002-ci il tarixdə Qazax rayonunun 1-ci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təmir bölüyünün 1-ci avtomobil taqımının təmir manqasının əsgəri, hazırda həbsdə saxlanılan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan cinayət ə məlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 20 may 2021-ci il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Həmin hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X7 və təqsirləndirilən şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(105)-8/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: X8 (sədrliyi və məruzəsi ilə), X15 və X3 ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Məhkum1 apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasın a görə dövlət büdcəsindən vəkil Müdafiəçi3 8 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsi ilə ödənilmişdir. Təqsirləndirilən şəxs X9 apellyasiya baxışı zamanı məhkəmədə hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi4 8 (səkkiz) iş saatı üçün 48 (qırx səkkiz) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu vasitəsi ilə ödənilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum1 barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ağır nəticələrə səbəb olmuşdur. Məhkum1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təmir bölüyünün xüsusi işlər taqımının avtom obil təmir manqasında “sürücü-akkumulyatorçu” vəzifəsində və əsgər hərbi rütbəsində xidmətdə olarkən 2021-ci ilin mart ayının axırlarında həmin hərbi hissənin təmir bölüyünün 1-ci avtomobil taqımının təmir manqasında “sürücü çilingər” vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olan Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin yanvar ayında müddətli həqiqi hərbi ximdətə çağırılan və gənc əsgərlər kursunu bitirdikdən sonra hərbi hissəyə yeni təyin edilmiş gənc əsgərlərin şərəf və ləyaqətini alçaltmaq və zor tətbiq etmək yolu ilə onların qarşısında öz üstünlüklərini nümayiş etdirməklə təsir altında saxlamaq, özlərinə tabe etdirmək, özlərini hərbi hissədə güclü və nüfuzlu əsgər kimi göstərmək niyyəti ilə həmin çağırışdan olan əsgərləri hərbi hissənin əsgər yataqxanasın ın inzibati binasının 3-cü mərtəbəsində yerləşən əsgər yataqxanasında düzüb “farağat” komandası verərək hərbi hissənin “starşı, baş əsgərləri” olduqlarını, hərbi hissədə olduqları müddətdə əsgərlərin onların qoyduqları qaydalarla hərəkət edəcəklərini, onların tapşırıqlarını yerinə yetirməyən, özündən böyük çağırışdan olan əsgərə qarşı çıxan, yataqxanada icazəsiz çarpayıda oturan, əsgər yoldaşından zabit və gizirlərə xəbərçilik edən, icazəsiz əsgər çayxanasına və digər yerlərə gedən, icazəsiz mobil telefon işlədən əsgərləri sıranın qabağına çıxardıb ana-bacı peysəri çıxardacaqlarını bildirmiş və onların qoyduqları şərtləri pozan əsgərləri cəzalandıracaqları barədə Məhkum2la qabaqcadan razılığa gəlmişlər. Həmin razılıqdan sonra Məhkum1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təmir bö lüyünün xüsusi işlər taqımının avtomobil təmir manqasında “sürücü akkumulyatorçu” vəzifəsində və əsgər hərbi rütbəsində xidmətdə olarkən 2021-ci ilin mart ayının axırlarında həmin hərbi hissənin təmir bölüyünün 1-ci avtomobil taqımının təmir manqasında “sürücü çilingər” vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olan Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin aprel ayının əvvəllərində günorta yeməyindən sonra 2021-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan və gənc əsgərlər kursunu bitirdikdən sonra hərbi hissəyə yeni təyin edilmiş gənc əsgərlərin şərəf və ləyaqətini alçaltmaq və zor tətbiq etmək yolu ilə onların qarşısında öz üstünlüklərini nümayiş etdirməklə təsir altında saxlamaq, özlərinə tabe etdirmək, özlərini hərbi hissədə güclü və nüfuzl u əsgər kimi göstərmək niyyəti ilə həmin çağırışdan olan əsgərləri: X5, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 hərbi hissənin əsgər yataqxanasının inzibati binasının 3-cü mərtəbəsində yerləşən qurutma otağında düzüb “farağat” komandası verərək sıralarda düzgün durmadıqlarını, “farağat” komandasını düzgün icra etmədiklərini bəhanə edib, “düz durun, sizin bərk və ya boş olmağınızı yoxlayacıyıq” deyib, hər ikisi tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin “hərbi qulluqçular biri-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlid ir” tələblərini kobud surətdə pozmaqla əsgər Toğrul Gözəlovun, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 bədənlərinin müxtəlif nahiyələrinə sillə, yumruq və təpik zərbələri vuraraq zor tətbiq etmişlər. Məhkum1 həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2021-ci ilin aprel ayının ortalarında Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan və gənc əsgərlər kursunu bitirdikdən sonra hərbi hissəyə yeni təyin edilmiş gənc əsgərlərin şərəf və ləyaqətini alçaltmaq və zor tətbiq etmək yolu ilə onların qarşısında öz üstünlüklərini nümayiş etdirməklə təsir altında saxlamaq, özlərinə tabe etdirmək, özlərini hərbi hissədə güclü və nüfuzlu əsgər kimi göstərmək niyyəti ilə həmin çağırışdan olan əsgərləri: X5, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 hərbi hissənin əsgər yataqxanasının inzibati binasının 3-cü mərtəbəsində yerləşən qurutma otağında düzüb “farağat” komandası verərək hər hansı bir səbəb olmadan hər ikisi tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozmaqla əsgər Toğrul Gözəlovun, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 bədənlərinin müxtəlif nahiyələrinə sillə, yumruq və təpik zərbələri vurub bir neçə gün sonra maaş alacaqlarını bildirərək, 13 manat alan əsgərlər 6 manat, 16 manat alan əsgərlər isə 8 manatı onlara verəcəklərini, verməyəcəkləri halda döyüb, sıranın qarşısında “peysər” çıxaracaqlarını, sındıracaqlarını və problem yaradacaqlarını bildirmişlər. Həmin vəzifədə və rütbədə xidmətdə olarkən Məhkum1 14 may 2021-ci il tarixdə saat N radələrində hərbi hissənin şəxsi heyəti hamamdan keçdikdən sonra qabaqcadan əlbir olduğu Məhkum2la birlikdə əsgər yataqxanasının inzibati binasının 3-cü mərtəbəsində hərbi hissənin silah təmir bölüyünün silah təmir manqasının əsgəri X5 öz çarpayısının yanına çağıraraq Məhkum1 alt paltarlarını yumasını tələb etmişlər. Məhkum2 onların qanunsuz əməllərinin komandirləri tərəfindən aşkar edilməməsindən ötrü əsgər yataqxanasına komandir heyətindən olan şəxslərin gələcəyi halda Məhkum1 məlumatlandırmaq üçün onlardan 2 metr aralıda dayanaraq nəzarət etmiş, Toğrul Gözəlov onların təklifini rədd etdikdə Məhkum1 Toğrul Gözəlovun üzərinə gedərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozmaqla Toğrul Gözəlovun sifətinin hər iki tərəfinə çoxsaylı sillə zərbələri vuraraq alt paltarlarını məcbur da olsa ona yuduzduracağını bildirmiş, Toğrul Gözəlovun onun qarşısında sakit və hərəkətsiz dayanıb hər hansı bir cavab verməməsindən Məhkum1 daha da əsəbiləşib onun sinəsinin yuxarı hissəsinə çoxsaylı möhkəm yumruq zərbələri vuraraq “sağ çiyin qurşağının ön səthinin qansızmaları” xəsarətlərini yetirib, səhərisi gün, 15 may 2021-ci il tarixdə səhər düzülüşündən sonra onu sıranın qabağına çıxarıb “sınmış əsgər və peysər” çıxardacaqlarını bildirmişdir. Növbəyə təyin edilmiş əsgə rlər təlimata çağırıldığı və Toğrul Gözəlov 14 may 2021-ci il tarixdən 15 may 2021-ci il tarixədək hərbi hissənin avtomobil parkının mühafizəsi üçün patrul xidmətinə patrul nəfəri naryadına təyin edildiyindən əsgər yataqxanasından çıxarkən Məhkum2 Toğrul Gözəlova yaxınlaşıb sağ əli ilə onun sol çiyin nahiyəsinə möhkəm bir yumruq zərbəsi vurub ona “sol saidin yuxarı 1/3-nin ön səthinin qansızmaları” xəsarətini yetirməklə “starşının sözünü iki eliyən bilmirsən necə olur? Axşam səni başa salarıq” deyərək Toğrul Gözəlovu hədələmişdir. Məhkum1 alt paltarlarını məcbur olaraq Toğrul Gözəlova yuduzdurmaq və onun göstərişini yerinə yetirmədiyi üçün onun cəzalandılrmaq məqsədi ilə 15 may 2021-ci il tarixdə saat N radələrində həmin hərbi hissənin silah təmir bölüyünün silah təmir taqımının təmir manq asında usta vəzifəsində və əsgər hərbi rütbəsində xidmət edən və həmin gün hərbi hissədə patrul xidmətində patrul nəfəri kimi xidmətdə olan Şahid1 vasitəsi ilə Toğrul Gözəlovu hərbi hissənin əsgər yataqxanasının 3cü mərtəbəsində yerləşən əsgər yataqxanasına çağırmış, məişət otağının qabağında Toğrul Gözəlovun sinəsinə yumruq zərbəsi vuraraq içəri salmış və məişət otağında Toğrul Gözəlovun bədəninin müxtəlif nahiyələrinə yumruq və sillə zərbələri vuraraq alt paltarlarını yumasını tələb etmişdir. Məhkum1 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Məhkum2 ilə birlikdə X6 qarşı amansız rəftar etməsi və onun ləyaqətini mütəmadi alçaltması nəticəsində sonuncunun psixi-emosional sferasında əhvali-ruhiyyənin enməsi, sıxıntı, çarəsizlik, psixiemosional gərginlik yaranmış, sonda həmin əlamət “d epressiv reaksiya” halına keçərək sonuncunun özünü öldürmə həddinə çatması ilə nəticələnmişdir. Toğrul Gözəlov 15 may 2021-ci il tarixdə səhər saatlarında N nömrəli hərbi hissənin avtomobil parkının patrul nəfəri naryadında xidmətdə olarkən özünə “hər iki mil-bilək oynağının, hər iki saidin aşağı 1/3-nin çoxsaylı səthi kəsilmiş yaraları” xəsarətlərini yetirərək avtomobil parkında yerləşən 61 nömrəli saxlancın dəmir qapısından özünü iplə asmış və həyat üçün təhlükəli olan, ölümlə nəticələnən, sağlamlığa ağır zərərvurmaya aid «boyun nahiyəsində zolaqşəkilli, qapanmayan, ənsə nahiyəsinə qədər uzanan, boylamaçəp istiqamətli, tək qatlı stranqulyasiya şırımı, asılma zamanı boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya” diaqnozu ilə müşayiət olunan xəsarətləri alara q ölmüşdür. Birinci instansiya məhkəməsi X17 barəsinə ittiham hökmü çıxarmışdır ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması ağır nəticələrə səbəb olmuşdur. Məhkum2 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təmir bölüyünün 1-ci avtomobil taqımının təmir manqasında “sürücü çilingər” vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olarkən 2021-ci ilin mart ayının axırlarında həmin hərbi hissənin təmir bölüyünün xüsusi işlər taqımının avtomobil təmir manqasında “sürücü-akkumulyatorçu” vəzifəsində və əsgər hərbi rütbəsində xidmətdə olan Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin yanvar ayında müddətli həqiqi hərbi ximdətə çağırılan və gə nc əsgərlər kursunu bitirdikdən sonra hərbi hissəyə yeni təyin edilmiş gənc əsgərlərin şərəf və ləyaqətini alçaltmaq və zor tətbiq etmək yolu ilə onların qarşısında öz üstünlüklərini nümayiş etdirməklə təsir altında saxlamaq, özlərinə tabe etdirmək, özlərini hərbi hissədə güclü və nüfuzlu əsgər kimi göstərmək niyyəti ilə həmin çağırışdan olan əsgərləri hərbi hissənin əsgər yataqxanasının inzibati binasının 3-cü mərtəbəsində yerləşən əsgər yataqxanasında düzüb “farağat” komandası verərək hərbi hissənin “starşı, baş əsgərləri” olduqlarını, hərbi hissədə olduqları müddətdə əsgərlərin onların qoyduqları qaydalarla hərəkət edəcəklərini, onların tapşırıqlarını yerinə yetirməyən, özündən böyük çağırışdan olan əsgərə qarşı çıxan, yataqxanada icazəsiz çarpayıda oturan, əsgər yoldaşından zabit və gi zirlərə xəbərçilik edən, icazəsiz əsgər çayxanasına və digər yerlərə gedən, icazəsiz mobil telefon işlədən əsgərləri sıranın qabağına çıxardıb ana-bacı peysəri çıxardacaqlarını bildirmiş və onların qoyduqları şərtləri pozan əsgərləri cəzalandıracaqları barədə Məhkum1lə qabaqcadan razılığa gəlmişlər. Həmin razılıqdan sonra Məhkum2 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təmir bölüyünün 1-ci avtomobil taqımının təmir manqasında “sürücü çilingər” vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olarkən həmin hərbi hissənin təmir bölüyünün xüsusi işlər taqımının avtomobil təmir manqasında “sürücü-akkumulyatorçu” vəzifəsində və əsgər hərbi rütbəsində xidmətdə olan Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin aprel ayının əvvəllərində günorta yeməyindən sonra 2021-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan və gənc əsgərlər kursunu bitirdikdən sonra hərbi hissəyə yeni təyin edilmiş gənc əsgərlərin şərəf və ləyaqətini alçaltmaq və zor tətbiq etmək yolu ilə onların qarşısında öz üstünlüklərini nümayiş etdirməklə təsir altında saxlamaq, özlərinə tabe etdirmək, özlərini hərbi hissədə güclü və nüfuzlu əsgər kimi göstərmək niyyəti ilə həmin çağırışdan olan əsgərləri: X5, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 hərbi hissənin əsgər yataqxanasının inzibati binasının 3-cü mərtəbəsində yerləşən qurutma otağında düzüb “farağat” komandası verərək sıralarda düzgün durmadıqlarını, “farağat” komandasını düzgün icra etmədiklərini bəhanə edib, “düz durun, sizin bərk və ya boş olmağınızı yoxlayacıyıq” deyib, hər ikisi tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin “hərbi qulluqçular biri-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” tələblərini kobud surətdə pozmaqla əsgər Toğrul Gözəlovun, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 bədənlərinin müxtəlif nahiyələrinə sillə, yumruq və təpik zərbələri vuraraq zor tətbiq etmişlər. Məhkum2 həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2021-ci ilin aprel ayının ortalarında Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin yanvar ayında müddətli həqiqi hərbi ximdətə çağırılan və gənc əsgərlər kursunu bitirdikd ən sonra hərbi hissəyə yeni təyin edilmiş gənc əsgərlərin şərəf və ləyaqətini alçaltmaq və zor tətbiq etmək yolu ilə onların qarşısında öz üstünlüklərini nümayiş etdirməklə təsir altında saxlamaq, özlərinə tabe etdirmək, özlərini hərbi hissədə güclü və nüfuzlu əsgər kimi göstərmək niyyəti ilə həmin çağırışdan olan əsgərləri: X5, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 hərbi hissənin əsgər yataqxanasının inzibati binasının 3-cü mərtəbəsində yerləşən qurutma otağında düzüb “farağat” komandası verərək hər hansı bir səbəb olmadan hər ikisi tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozmaqla əsgər To ğrul Gözəlovun, Şahid2, Şahid1, Şahid4, Şahid5 və Şahid3 bədənlərinin müxtəlif nahiyələrinə sillə, yumruq və təpik zərbələri vurub bir neçə gün sonra maaş alacaqlarını bildirərək, 13 manat alan əsgərlər 6 manat, 16 manat alan əsgərlər isə 8 manatı onlara verəcəklərini, verməyəcəkləri halda döyüb, sıranın qarşısında “peysər” çıxaracaqlarını, sındıracaqlarını və xidmətlərində problem yaradacaqlarını bildirmişlər. Həmin vəzifədə və rütbədə xidmətdə olarkən Məhkum2 14 may 2021-ci il tarixdə saat N radələrində hərbi hissənin şəxsi heyəti hamamdan keçdikdən sonra qabaqcadan əlbir olduğu Məhkum1lə birlikdə əsgər yataqxanasının inzibati binasının 3-cü mərtəbəsində hərbi hissənin silah təmir bölüyünün silah təmir manqasının əsgəri X5 Məhkum1 çarpayısının yanına çağıraraq Məhkum1 alt paltarlarını yu masını tələb etmişlər. Məhkum2 onların qanunsuz əməllərinin komandirləri tərəfindən aşkar edilməməsindən ötrü əsgər yataqxanasına komandir heyətindən olan şəxslərin gələcəyi halda Məhkum1 məlumatlandırmaq üçün onlardan 2 metr aralıda dayanaraq nəzarət etmiş, Toğrul Gözəlov onların təklifini rədd etdikdə Məhkum1 Toğrul Gözəlovun üzərinə gedərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 138-ci maddələrinin tələblərini kobud surətdə pozmaqla Toğrul Gözəlovun sifətinin hər iki tərəfinə çoxsaylı sillə zərbələri vuraraq alt paltarlarını məcbur da olsa ona yuduzduracağını bildirmiş, Toğrul Gözəlovun onun qarşısında sakit və hərəkətsiz dayanıb hər han sı bir cavab verməməsindən Məhkum1 daha da əsəbiləşib onun sinəsinin yuxarı hissəsinə çoxsaylı möhkəm yumruq zərbələri vuraraq, “sağ çiyin qurşağının ön səthinin qansızmaları” xəsarətlərini yetirib, səhərisi gün, 15 may 2021-ci il tarixdə səhər düzülüşündən sonra onu sıranın qabağına çıxarıb “sınmış əsgər və peysər” çıxardacaqlarını bildirmişdir. Növbəyə təyin edilmiş əsgərlər təlimata çağırıldığı və Toğrul Gözəlov 14 may 2021-ci il tarixdən 15 may 2021-ci il tarixədək hərbi hissənin avtomobil parkının mühafizəsi üçün patrul xidmətinə patrul nəfəri naryadına təyin edildiyindən əsgər yataqxanasından çıxarkən Məhkum2 Toğrul Gözəlova yaxınlaşıb sağ əli ilə onun sol çiyin nahiyəsinə möhkəm bir yumruq zərbəsi vurub ona “sol saidin yuxarı 1/3-nin ön səthinin qansızmaları” xəsarətini yetirməklə “ starşının sözünü iki eliyən bilmirsən necə olur? Axşam səni başa salarıq” deyərək Toğrul Gözəlovu hədələmişdir. Məhkum1 alt paltarlarını məcbur olaraq Toğrul Gözəlova yuduzdurmaq və onun göstərişini yerinə yetirmədiyi üçün cəzalandırmaq məqsədi ilə 15 may 2021-ci il tarixdə saat N radələrində hərbi hissənin silah təmir bölüyünün silah təmir taqımının təmir manqasında usta vəzifəsində və əsgər hərbi rütbəsində xidmət edən və həmin gün hərbi hissədə patrul xidmətində patrul nəfəri kimi xidmətdə olan Şahid1 vasitəsi ilə Toğrul Gözəlovu hərbi hissənin əsgər yataqxanasının 3-cü mərtəbəsində yerləşən əsgər yataqxanasına çağırmış, məişət otağının qabağında Toğrul Gözəlovun sinəsinə yumruq zərbəsi vuraraq içəri salmış və məişət otağında Toğrul Gözəlovun bədəninin müxtəlif nahiyələrinə yumruq və si llə zərbələri vuraraq alt paltarlarını yumasını tələb etmişdir. Məhkum2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi Məhkum1 ilə birlikdə X6 qarşı amansız rəftar etməsi və onun ləyaqətini mütəmadi alçaltması nəticəsində sonuncunun psixiemosional sferasında əhvali-ruhiyyənin enməsi, sıxıntı, çarəsizlik, psixiemosional gərginlik yaranmış, sonda həmin əlamət “depressiv reaksiya” halına keçərək sonuncunun özünü öldürmə həddinə çatması ilə nəticələnmişdir. Toğrul Gözəlov 15 may 2021-ci il tarixdə səhər saatlarında N nömrəli hərbi hissənin avtomobil parkının patrul nəfəri naryadında xidmətdə olarkən özünə “hər iki mil-bilək oynağının, hər iki saidin aşağı 1/3-nin çoxsaylı səthi kəsilmiş yaraları” xəsarətlərini yetirərək avtomobil parkında yerləşən 61 nömrəli saxlancın dəmir qapısından özünü i plə asmış və həyat üçün təhlükəli olan, ölümlə nəticələnən, sağlamlığa ağır zərərvurmaya aid «boyun nahiyəsində zolaqşəkilli, qapanmayan, ənsə nahiyəsinə qədər uzanan, boylamaçəp istiqamətli, tək qatlı stranqulyasiya şırımı, asılma zamanı boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya” diaqnozu ilə müşayiət olunan xəsarətləri alaraq ölmüşdür İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli, 1-1(105)-8/2022 saylı qərarından zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan Məhkum X2 müdafiəçiləri tərəfindən kassasiya şikayəti verilmiş və Məhkum1 kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə əsasən kassasiya şikayəti baxılmadan geri qaytarılmışdır. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisi T.Ə.Gözəlov tərəfindən verilən kassasiya şikayətində hər iki məhkuma münasibətdə qəbul edilmiş qərar ədalətsiz hesab edilir. CMnin 332.3-cü maddəsində nəzərdə tutulan yuxarı həddə nəzərdə tutulan daha ağır cəza verilməli olduğu öz əksini tapmışdır.Məhkumlar qanunvericiliyə əhəmiyyət vermədən əsgərlərlə qeyri-insani rəftar etmişlər və onlar məhkəmə prosesi zamanı utanmaq və məsuliyyət hissi keçirmək əvəzinə gülməkdən çəkinmirlər. Zərəçəkmiş şəxsin hüquqi varisi Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilərək məhkumların ittiham olunan maddənin ən yüksək həddində daha da ağırlaşdırılaraq cəza verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxara q müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Həmin Məcəllənin 419. 11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Kassasiya şikayətində zərərçəkmiş şəxsin hüquqi varisi T.Ə.Gözəlov məhkumlar Məhkum1 və S.A.Məmmədova yüngül cəza təyin edildiyi, cəzanın ağırlaşdırılmasını və qərarın dəyişdirilməsini xahiş edir. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi T.Ə.Gözəlovun kassasiya şik ayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkumlar Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin təqsirli bilindiyləri maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstəril ən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumların təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxslərin öz ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üz rə mötəbər sübutların məcmusu ilə məhkumlar Məhkum1 və Məhkum2 təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkumlar Məhkum1 və Məhkum2 təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədi lməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətlə ndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müə yyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edil miş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü m addəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 14 4-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin dəlillərinin də heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyəti, yüngülləşdirən halları, o cümlədən onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum1 və Məhkum2 ittiham olunduğları maddənin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin e tmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə f ərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edər kən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 84, 408-412, və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəm əsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı baxılmış kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-1/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-1/2023
19.01.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver