Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-1/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum1 müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2, Məhkum2 müdafiəçiləri Müdafiəçi4 və M üdafiəçi6 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə, Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən, Məhkum2 müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (hakimlər Camal Ramazanov (sədrlik edən), Rafiq Abbasov və Aslan Kalbalıyev) 11 oktyabr 2022-ci il tarixli, 1-1(093)-8/2022 nömrəli hökmü ilə xx xxx 1961-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan Məhkum1 Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin (bundan sonra CM-in) 182.3.1, 182.3.2, 193-1.3.1, 193-1.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə, CM-in 62.1-ci maddəsi tətbiq edilərək 7 (yeddi) il 6 (altı) ay müddətinə, CM-in 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüquq undan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 311.3.1, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə həmin Məcəllənin 75.1.3-cü maddəsinə əsasən və CM-in 341.2.1 və 341.2.3-cü maddələri ilə həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzalar qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilm işdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 5 aprel 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 48-ci maddəsinə əsasən Məhkum1 general-mayor hərbi rütbəsindən, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 000296 nömrəli fərmanı ilə Məhkum1 Azərbaycan Respublikasının dövlət təltifindən – «Azərbaycan Bayrağı» ordenindən və Azərbaycan Respublikası Prezidentinin 29 mart 2008-ci il tarixli 2741 nömrəli sərəncamı ilə Məhkum1 Azərbaycan Respublikasının dövlət təltifindən – «İgidliyə görə» medalından məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilməsi qərara alınmış, xx xxxx 1967-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə CM-in 62.1-ci maddəsi tətbiq edilərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 341.2.1 və 341.2.3-cü maddələri ilə həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə c əlb etmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli tutulduğu 11 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən Məhkum2 polkovnik rütbəsindən məhrum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2009-cu il tarixli 212 nömrəli sərəncamı ilə Məhkum2 Azərbaycan Respublikasının dövlət təltifindən – «İgidliyə görə» medalından məhrum edilməsi məsələsi üçün həmin dövlət təltifini vermiş müvafiq mərkəzi icra hakimiyyəti orqanına təqdimat göndərilməsi qərara alınmışdır. Hökmlə həmçinin X7 və X8 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 mütəşəkkil dəstə tərkibində z ərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını, əmlaka olan hüququnu və əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsini təkrarən hədə-qorxu ilə tələb etməklə ələ keçirmiş, külli miqdarda pulu vəzifəli şəxs kimi rüşvət verən şəxsin xeyrinə vəzifə səlahiyyətlərinə və öz qulluq mövqeyinə görə belə hərəkətlərə yardım etməklə xidmət üzrə ümumi himayədarlıq müqabilində şəxsən maddi nemət qismində istəyərək almış, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) və qanunsuz hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər üçü n birbaşa yolla, şəxsən və vasitəçidən istifadə etməklə külli miqdarda maddi neməti hədə-qorxu tətbiq etməklə təkrarən istəyərək almış, öz qulluq mövqeyindən istifadə etməklə mütəşəkkil dəstənin üzvləri ilə birlikdə cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda daşınmaz əmlakın əldə edilməsinin həqiqi mənbəyini, həmin əmlakın həqiqi xarakterini, yerini, ona sərəncam verilməsini, onun yerdəyişməsini, əmlaka olan hüquqları və onların kimə məxsus olmasını ört-basdır edilməsi və gizlədilməsi məqsədilə cinayət yolu ilə əldə edilmiş həmin əmlakdan istifadə etməklə konversiyası, digər əqdlərin həyata keçirilməsi ilə bağlı alqı-satqı əqdləri həyata keçirməklə külli miqdarda əmlakı vahid niyyətlə təkrarən leqallaşdırmış, mütəşəkkil dəstə tərkibində və təklikdə vəzifəli şəxs kimi tamahka rlıq məqsədilə və şəxsi marağa görə təkrarən hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə edib, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 mütəşəkkil dəstə tərkibində zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyətləri üzərində zor göstərilməsi, haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin külli miqdarda əmlakını, əmlaka olan hüququnu və əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsini təkrarən hədə-qorxu ilə tələb etməklə ələ keçirmiş, mütəşəkkil dəstə tərkibində vəzifəli şəxs kimi tamahkarlıq məqsədilə və şəxsi marağa görə təkrarən hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə edib, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aş maqla ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur. Məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə, həm də apelyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə təsvir olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən qeyd etmək zərurəti görmür. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Ziya Şirinov) 01 fevral 2023-cü il tarixli, 1-1(103)-2/2023 nömrəli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1-1(093)-8/2022 nömrəli hökmü məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmiş, Məhkum1 CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və ye rli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilərək təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, hökmlə Məhkum1 CM-in 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası barəsində həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilərək 5 (beş ) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən hazırki təyin olunan əsas cəzaları qismən toplamaq və hökmlə təyin olunmuş əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum1 qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər - hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və mad di-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə CM-in 62.1-ci maddəsi tətbiq edilərək təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Məhkum1 müdafiəçisi Müdafiəçi2, Məhkum2 və müdafiəçisi Müdafiəçi6 tərəfindən birgə verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarının Məhkum1 münasibətdə xüsusi müsadirə və cəza təyini hissəsində, Məhkum2 münasibətdə isə yalnız cəza təyini hissəsində əsassız və qanunsuz olduğundan ləğv edilməsi və cina yət işi həmin hissədə yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 kassasiya şikayətləri verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarının Məhkum2 aid hissədə ləğv edilməsini və onun barəsində işin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkum1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini və Məhkum1 bəraət verilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı İlkin Yusifov kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarı Məhkum1 münasibətdə xüsusi müsadirə və cəza təyini, Məhkum2 münasibətdə isə yalnız cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və cinayət işi həmin hissələrdə yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, işin apelyasiya baxışında birinci instansiya məhkəməsindən fərqli olaraq cəzanı yüngülləşdirən hər hansı hal müəyyən edilməmişdir. Buna baxmayaraq apelyasiya məhkəməsi heç bir əsas gətirmədən və araşdırma aparmadan birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzaların yüngülləşdirilməsini, hətta Məhkum1 münasibətdə isə CM-in 193-1.3.1 və 193-1.3.2-ci maddələri üzrə sanksiyada müəyyən edilmiş aşağı həddən də az cəza təyin olunmasını mümkün hesab etmiş, qəbul etmiş qərarı əsaslandırmamı şdır. Qanunvericilik cəza təyinini müstəsna olaraq dövlət adından məhkəmə orqanlarına həvalə etdiyindən, cəzanın yüngülləşdirilməsi də təbii olaraq məhkəmələrin səlahiyyətindədir və bu hallar ədalət mühakiməsinin mənafeləri ilə şərtlənmişdir. Bununla belə, qanunverici cəza təyini zamanı nəzərə alınmalı hallara dair konkret normalar müəyyən etmiş və həmin tələblərin nəzərə alınmasını zəruri şərtlər kimi təsbit etmişdir. Apelyasiya instansiyası məhkəməsi məhkum olunmuş şəxslərin cəzalarını azaldarkən, Məhkum1 barəsində isə Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunması barədə nəticəyə gələrkən, həmin institutların tətbiq edilməsinin mümkünlüyü barədə nəticəni bu məsələ üzrə düzgün qənaətə gəlmək üçün təsiri ola biləcək bütün halların məcmusundan hasil etməmiş, o cümlədən cinayətin xar akterini, ictimai-təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarların şəxsiyyətlərini kifayət qədər nəzərə almamışdır. İslah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi də təqsirkarın postkriminal davranışı olmaqla onun şəxsiyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin, belə qiymətləndirilmə aparılarkən (xüsusilə də, cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutların tətbiqi ilə əlaqədar təqsirləndirilənin şəxsiyyəti dəyərləndirilərkən) həmin hal, ümumi kontekstdən ayrılmamalı və təksirkarın davranışı bütövlükdə nəzərdən k eçirilməlidir. Çünki, yalnız (özü-özlüyündə) ziyanın ödənilməsi faktına görə təqsirkar şəxsdə törətdiyi cinayətə tənqidi münasibətin formalaşması, onun islah yoluna durması haqqında nəticə çıxarmaq mümkün deyil. İş materiallardan görünür ki, istər Məhkum1, istərsə də Məhkum2 qeyd olunan cinayət əməllərini törətmələrini, təqsirli olduqlarını etiraf etməmiş, müvafiq olaraq cinayət törətmələrindən peşmançılıq çəkdiklərini bildirməmişlər. Şəxsin əməlini etiraf edərək peşmançılığını bildirməsi isə onun cinayətə tənqidi münasibətinin ilkin əlaməti olmaqla, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərən mühüm hallardandır. Lakin əməllərini etiraf etməyən və peşmançılıq çəkməyən şəxslərə cinayət ko llegiyasının cəza təyini zamanı göstərdiyi "humanistlik” səbəbi anlaşılmayan mövqedir. Eləcə də, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi, icraat boyunca da cinayət qanununda nəzərdə tutulmuş mənada törətdikləri əməllərdən peşman olmamaları onların barəsində CM-də nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın mövcudluğunu, hətta bu halın müstəsna hal kimi qiymətləndirilməsini istisna edir. Cinayət qanunvericiliyi ilə cinayət törətməkdə təqsirli bilinən şəxsə təyin edilən cəzanın həddi və ya həcmi ilk növbədə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı edilmişdir. Apelyasiya baxışı zamanı Məhkum1 və Məhkum2 cəzalarını yüngülləşdirən halların müəyyən edilməsi və Məhkum1 münasibətdə CM-in 193-1.3.1 və 193-1.3.2-ci maddələri üzrə həmin halların məcmusunun müstəsna hal kimi qiymətləndirilməsi üçün qanunauyğun hüquqi əsaslar olmamışdır. Məhkəmə kollegiyası Məhkum1 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi barədə nəticəyə gələrkən müstəsna hallar kimi onun təqsirləndirildiyi bir epizod üzrə apelyasiya icraatı zamanı cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini, cinayət törətmiş olsa da uzun müddət hərbi sahədə xidmət etməsini müstəsna hallar kimi qiymətləndirmişdir. Törədilmiş cinayət əməllərindən 1 epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini xüsusi vurğulamaqla Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün əsas görən cinayət kollegiyası, sanki həmin halı bəraətverici əsası kimi qiymətləndirib, törədilmiş əməllərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini isə görm əzdən gəlməsi anlaşılmazdır. Məhkəmə nəzərə almamışdır ki, hər hansı epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi artıq başa çatmış cinayət əməlinin yüksək ictimai təhlükəlilik dərəcəsini azaltmır. Qeyd olunanlar onu göstərir ki, əslində məhkəmə kollegiyasının Məhkum2 və Məhkum1 şəxsiyyətlərini xarakterizə edən halların birincinin cəza müddətinin azaldılması, digərinin isə barəsində CM-in 62-ci maddəsinin qaydaları əsasında təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 8, 58.3, 62-ci maddələrinin tələblərinə uyğun gəlmir. Bundan başqa, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən apelyasiya protestinin dəlillərinə müvafiq hüquqi qiymət verilməmiş, birinci instansiya məhkəməsinin gəldiyi qənaət təkrarlanmaqla əsassız qərar qəbul edilmişdir. Məhkəmə nəzərə almam ışıdır ki, xüsusi müsadirənin cinayətin subyekti olmayan, lakin cinayət fəaliyyətindən başqa yolla gəlir əldə etmiş şəxslərə tətbiq edilməsi mümkündür. Xüsusi müsadirə təkcə cinayətin törədilməsindən bilavasitə əldə edilmiş əmlak və gəlirlər hesabına deyil, həm də qanunsuz əldə edilmiş vəsaitlər hesabına da aparıla bilər. Bu, cinayətin obyekti gizlədildikdə, xərcləndikdə və ya itkin düşdükdə belə onu bərpa etməyə imkan verir. Xüsusi müsadirə nəzərdə tutur ki, pul, qiymətli əşyalar və digər əmlak tam və ya qismən başqa əmlaka çevrilibsə, tam və ya qismən dəyişdirilmiş əmlak xüsusi müsadirə edilir. Pulun, qiymətli əşyaların və digər əmlakın onların istifadəsi və ya qanuni yolla əldə edilmiş əmlakdan ayrılmasının mümkünsüzlüyü və ya özgəninkiləşdirilməsi nəticəsində və ya başqa səbəblərdən mü sadirə edilməsi mümkün olmadıqda, məhkəmə belə əmlakın dəyərinə müvafiq pul məbləğinin müsadirə edilməsi haqqında qərar çıxara bilər. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Məhkəmə kollegiyası isə nəzərə almamışdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət icraatında həyata keçirilən müsadirə tədbiri cəmiyyətin ümumi mənafeyinə uyğundur ona görə ki, qanunsuz fəaliyyətlə birbaşa əldə edilmiş pul və ya əmlakın, yaxud cinayətkar fəaliyyətin nəticəsi olan vəsaitlərin ödənilməsi hesabına əldə edilmiş əmlakın müsadirə edilməsi cinayət əməllərinə qarşı zəruri və səmərəli mübarizə vasitəsidir. (Veits Estoniyaya qarşı, Na 12951/11, § 71, 15 yanvar 2015-ci il). Müsadirə tədbirləri təkcə cinayət yolu ilə əldə edilmiş birbaşa gəlirlərə deyil, həm də belə gəlirlərin başqa əmlaka çevrilməsi, o cümlədən, onların qanuni yolla əldə edilmiş sərvətlərlə qarışdırılması nəticəsində əldə edilmiş gəlir və ya dolayı faydaya münasibətdə tətbiq edilə bilər. Bu zaman müsadirə tədbirləri təkcə bilavasitə cinayət törətməkdə şübhəli bilinən şəxslərə deyil, həm də belə gəlirlərin cinayət yolu ilə əldə olunmasının gizlədilməsində iştirak etmiş, mülkiyyət hüququna malik olan hər hansı üçüncü şəxslərə də tətbiq edilə bilər (Qoqitidze və Digərləri Gürcüstana qarşı, Ne 36862/05, § 105, 12 may 2015-ci il). Korrupsiya və cinayətkarlığın digər formalarının cəmiyyətin stabilliyi və təhlükəsizliyi üçün doğurduğu problem və təhdidlərin qarşısının a lınmasında cinayət yolu ilə əldə edilmiş əmlakların müsadirə edilməsinin vacibliyi bu sahədə qəbul edilmiş beynəlxalq hüquq normalarında da vurğulanmışdır. Məsələn, Azərbaycan Respublikası tərəfindən 30 sentyabr 2005-ci İl tarixdə ratifikasiya edilmiş Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əleyhinə” Konvensiyasının 31-ci maddəsinin 1-cİ bəndinin “a” yarımbəndində qeyd edilir ki, hər bir İştirakçı Dövlət öz daxili hüquq sistemi çərçivəsində mümkün olan maksimum dərəcədə, hüquqpozmalardan əldə edilmiş gəlirlərin, yaxud dəyəri bu gəlirlərin dəyərinə uyğun gələn əmlakın müsadirə olunması üçün lazım gələn tədbirləri görməlidir. Həmin maddənin 4-cü bəndinə görə cinayət yolu ilə əldə edilmiş gəlirlər tam və ya qismən başqa əmlaka çevrilmiş və ya dəyişdirilmişdirsə, bu maddədə göstərilən təd birlər həmin əmlak barəsində də tətbiq olunur. Birinci instansiya məhkəməsi hökmündə qeyd edilən xüsusatlara hüquqi qiymət vermədən əmlakların həbsdən azad edilməsini zərərçəkmiş şəxslərin mülki iddialardan imtinası ilə əsaslandırmışdır. Bu mövqe isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qüvvədə olan qərarı ilə əsassız və qanunsuz mövqe hesab edilmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 76-cı bəndinə əsasən cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasi təsidirsə, xüsusi müsadirə əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasında ifadə olunan, cinayət cəzası ilə yanaşı cinayət məsuliyyətinin realizə edilməsinə xidmət edən cinayət-hüquqi xarakterli tədbirdir. Odur ki, hökmdə mülki iddianın təmin edilməsinə təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməsinin əsası kimi istinad edilməməli, xüsusi müsadirə mülki iddianın verilib- verilməməsindən asılı olmayaraq cinayət prosesində CM-in 99-1.1.1 - 991.1.4-cü maddələrində nəzərdə tutulmuş əmlak müəyyən edildiyi hər bir halda tətbiq edilməlidir. Habelə, CPM-in 99-3.1 və 99-3.2-ci maddələrinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət nəticəsind ə əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsinin qərarı ədalətsiz və əsassızdır. Belə ki, iş üzrə Məhkum1 özünü ittihamın heç bir epizodu üzrə təqsirli bilməmişdir. Məhkum1 da daxil olmaqla barələrində ittiham hökmü çıxarılmış təqsirləndirilən şəxslər elə ilk günlərdən istintaqa cəlb edilsələr də, əməllərində cinayət tərkibi aşkar edilmədiyi üçün onlara ittiham elan olunmamışdır. Lakin, 6 il keçdikdən sonra müdafiə tərəfinə məlum olmayan səbəblərdən və məntiqdən hərəkət edərək istintaq orqanı həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi qərarına gəlmiş, onlara qarşı çox ciddi ittihamlar irəli sürülmüşdür. Fikrimizcə, Məhkum1 istinad edilən əməllərə görə artıq cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçdiyini anlayan istintaq orqani ona qarşı törətmədiyi, lakin qanunverici tərəfindən xüsusilə ağır cinayət kimi qiymətləndirilən, istintaq və məhkəmə praktikasında vəzifəli şəxslər olmayan kriminal elementlər tərəfindən törədilməsi xarakterik olan, cəmiyyətdə "şantaj" və "reket" kimi tanınan cinayətlərdə, CM-in 182.3.-cü maddəsi ilə ittiham edilmi şlər. Belə ki, iş materiallarından, ilk növbədə isə zərərçəkən Zərərçəkmiş şəxs1 və atası, Şahid2 verdiyi ifadələrə əsasən birinci qohumluq münasibətlərində olduğu Məhkum1 vasitəsilə sabiq MT naziri Eldar Mahmudovla tanış olub işgüzar münasibətdə olmuş, onun tapşırıq və sifarişləri əsasında müxtəlif inşaat işlərini həyata keçirmişdir. Eldar Mahmudovdan köməkçisi vasitəsilə külü miqdarda pul vəsaitini nağd şəkildə qəbul etmiş, bir çox hallarda heç bir sənədləşdirmə aparmadan işləri yerinə yetirmişdir. 2009-cu ilin yayında Eldar Mahmudov görülən inşaat işlərinin verilən pul vəsaitinin məbləğindən az olması, təqdim edilən hesabatların həqiqəti əks etdirməməsi qənaətinə gəlmiş, Zərərçəkmiş şəxs1 izahat tələb etmişdir. Bütün bunlar cinayət işinin mübahisə doğurmayan hallarıdır. Çünki, istintaq da bu fərziyyəni qəbul edərək razılaşmış, Zərərçəkmiş şəxs1 tərəfindən Eldar Mahmudovun sifarişləri əsasında həyata keçirilmiş inşaat işlərinin nə həcmini müəyyənləşdirmiş, nə də "nəzarət ölçüləri" və məhkəmə-inşaat ekspertizası təyin edərək keçirmişdir. Halbuki, əməlin düzgün tövsifi üçün bu halların araşdırılması zəruri idi. Adi mülki-hüquq münasibətləri sayılmalı mübahisə sonda cinayət xarakterli əməl kimi qiymətləndirilmişdir. Zərərçəkmiş şəxs1 oğlu inşaat sektorunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi həm də Məhkum1 qohumudur. Onun fəaliyyətində Məhkum1 və digər qohumların böyük rolu olmuşdur. Bunlardan biri də Şahid9 və qeyrilərinin daşınmaz əmlaklarının Zərərçəkmiş şəxs1 tərəfindən girov qoyularaq kreditlərin götürülməsi faktıdır ki, bu hal məhkəmə qərarlarında öz əksin i tapmışdır. «Mersedes» markalı avtomaşın Şahid9 Məhkum1 hədələrinin nəticəsində deyil, Zərərçəkmiş şəxs1 qohumlara olan borclarının müqabilində verilmişdir ki, bunu məhkəmə qərarları ilə yanaşı, Şahid9 özü də məhkəmədə verdiyi ifadəsində təsdiqləmişdir. Məhkəmədə dindirilərkən Şahid9 bildirdi ki, Zərərçəkmiş şəxs1 hələ də ona ödənilməmiş borcları qalmışdır. Başqa sözlə, mülki mübahisə qaydasında araşdırılmalı olan bu borc münasibətlərindən yaranmış öhdəliklərin icrasında Məhkum1 qohum kimi məsləhət verməkdən başqa heç bir rolu olmamışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs1lə bağlı epizodu üzrə Məhkum1 əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmü çıxarılmalıdır. Analoji olaraq Zərərçəkmiş şəxs1 rəhbərlik etdiyi hüquqi şəxslərin istifadəsinə verilmiş torpaq sahələrinin X6 hüquqi şəxslərinin adına sənədləşdirilməsi prosesinin özü də mülki və inzibati qaydada həll edilməli məsələlər olduğundan, torpaq sahələrinin istifadəçilərinin dəyişdirilməsi epizodları üzrə Məhkum1 əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməlidir. Məhkum1 tərəfindən 2007-ci ildə Zərərçəkmiş şəxs1 həyat yoldaşı Şəhla Şirinovanın adına alınmış qeyri-yaşayış sahələrinin və 2009-cu ilin payızında Şüvəlan qəsəbəsində Şahid39 adına sənədləşdirilmiş torpağın pulunun ödənilməsi ilə bağlı mübahisələr də mülki mühakimə icraatı qaydasında araşdırılmalı məsələlərdir. Belə ki, Məhkum1 həmin qeyri-yaşayış sahələrinin və torpağın pulunu Şahid9 vasitəsilə Zərərçəkmiş şəxs1 ödədiyini, sonuncu isə ödənişin olmadığını iddia etmişdir. Məhkəmədə dindirilən Zərərçəkmiş şəxs1 özü də bildirdi ki, Məhkum1la aralarında biznes münasibətləri ilə bağlı müəyyən anlaşılmamazlıqlar olmuş, hazırda isə ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Belə olan halda məsələ məhkəməyə mülki müraciət qaydasında araşdırılmaqla çözülməli idi. Ona görə də bu epizodlarda da Məhkum1 əməlində CM-in 182-ci maddəsinin tərkibi yoxdur. Cinayət işinin materiallarına əsasən Məhkum1 vəzifəli şəxs olmaqla, hərbi əkskəşfiyyat məsələlərinə cavabdehlik daşımış və xidməti vəzifələri də bu sahəni əhatə etmişdir. Yəni onun MTN-nin Akademiyasına hər hansı şəxsin qəbul olunması sahəsində səlahiyüyətləri olmadığından, Şahid14 qəbulu ilə Dövlət İmtahan Komissiyası məşğul olduğundan, Məhkum1 onu Akademiyaya qəbul etdirmək imkanı da istisna təşkil etmişdir. Buna görə də Şahid13 80 min ABŞ dollarının rüşvət kimi Məhkum1 tərəfindən alınıb oğlunun Akademiyaya qəbul etdirilməsi obyektiv olaraq imkan xaricində olmuşdur. Şahid14 yüksək bal toplayaraq Akademiyaya qəbul olması cinayət işinin materiallarında olan sənədlərdən də aşkar görünür. Bu isə Məhkum1 tərəfindən onun qəbul etdirilməsinə dair ittihamın heç bir əsasının olmadığı anlamına gəlir ki, baxılan epizoddan hər hansı rüşvətin alınmasından söhbət gedə bilməz. Əgər Məhkum1 belə qəbula görə qohumu Şahid13 həmin məbləği alması faktı qəbul olunsa belə, bu halda hüquqlarını müdafiə etdiyimiz Məhkum1 əməli ən pis halda nüfuz alveri kimi qiymətləndirilə bilərdi ki, belə əməllərə görə isə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin çoxdan keçməsi ilə əlaqədar cinayət təqibinə Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən xitam verilməli idi. Tabeçilikdə ola n eyni vəzifəli şəxsdən 200 min manat pul vəsaitini hədə qorxu ilə (CM-in 182-ci maddəsi), daha sonra tutduğu vəzifədə saxlamağa və təqdimat yazmamağa görə 50 min ABŞ dollarının rüşvət qismində alınması ilə bağlı hərəkətlərin Cinayət Məcəlləsinin 2 fərqli maddələri ilə tövsif edilməsi də ittiham edən orqanın qərəzli mövqeyindən xəbər verir. Halbukli, ən yaxşı halda CM-in 311.3.4-cü maddəsinin tətbiqi həm qanuna, həm də məntiqə uyğun olardı. Nəzərə alınmalı idi ki, məhkəmə istintaqı zamanı Şirinova istinad edilən həmin əməllər öz təsdiqini tapmadı. İttiham həmin hissədə öz təsdiqini tapardısa belə, ən azı, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin cəza təyinini istisna etməsi nəzərə alınmalı idi. Həmin epizodla bağlı Hərbi Əks Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Nadir Nəzirov m əhkəmədə göstərdi ki, Zərərçəkmiş şəxs2 hərbi hissədə bir dəfə N min ABŞ dolları, növbəti dəfə isə daha 10 min ABŞ dolları alıb öz ehtiyacına sərf etmişdir. İşdə olan videomateriallarla da Nadir Nəzirovun ifadəsi öz təsdiqini tapmışdır. Məhkəmədə müəyyən edildi ki, Zərərçəkmiş şəxs2 komandiri olduğu hərbi hissənin əsgəri Şahid33 qanunsuz olaraq 25 gün müddətində ezamiyyət verilmiş, halbuki, müddətli hərbi xidmət keçən hərbiçilərə 10 gündən artıq ezamiyyət verilməsi qanunla nəzərdə tutulmamışdır. Həmin müddətdə o, ölkədən kənara gedərək Həcc ziyarətində olmuşdur. Bu hadisə Hərbi Əks Kəşfiyyatın araşdırma predmeti olmuş, fakt təsdiq olunduğu halda qanun pozuntusuna yol vermiş vəzifəli hərbiçilərin cinayət məsuliyyətinə alınması da mümkün idi. Ona görə də, kifayət qədər vəzifə səlahiyyətlərin ə malik şəxslərin pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməsi və ya zor tətbiq edəcəyi ilə hədələməsi absurddur və pul məbləğinin alınması sübut olunduğu halda Hərbi Əks Kəşfiyyat İdarəsinin vəzifəli şəxsləri yalnız CM-in 311-ci maddəsi ilə təqsirləndirilə bilərdi. Məhkəmədə, əslində, araşdırılmış sübutların məcmusu ilə X9 Yusifovdan pul almasından Məhkum1 məlumatsız olduğu sübuta yetirilmişdir. Ona görə də əməlində cinayət tərkibi olmadığından Məhkum1 barəsində həmin epizod üzrə də bəraət hökmü çıxarılmalıdır. İttihamın 2012-ci ilin payızında Zərərçəkmiş şəxs4 hədə-qorxu ilə 150 min manat pulun tələb edilib alınması epizodu üzrə məhkəmədə Məhkum1 bu məsələ ilə bağlı məlumatlı olmasını, digər şəxslərlə əlbir olaraq hər hansı göstərişlər verməsini təsdiq edə biləcək s übutlar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, əsgər Şahid24 ali təhsil almasına dair diplomu olmadığı halda o, vaxtından 6 ay tez, ali təhsilli şəxs kimi ordudan tərxis edilmişdir. İstintaq orqanı bu xüsusatları ümumiyyətlə araşdırmamış, ittiham mövqeyindən çıxış edərək Zərərçəkmiş şəxs4 zor tətbiq etmə hədəsi ilə 150 min manat pul alındığını iddia etmişdir. Halbuki, sübuta yetirildiyi halda həmin epizod üzrə vəzifəli şəxsin rüşvət tələb edib alması fərziyyəsi daha inandırıcı görünə bilərdi. Kassator hesab edir ki, Məhkum1 fərqli olaraq əslində həmin epizod üzrə 150 min manatın şəxsən alınmasında adı hallanan Şahid15 barəsində işin icraatına xitam verməklə istintaq obyektiv qərar qəbul etmişdir. məntiqlə, əgər pulu bilavasitə qəbul etməsi zərərçəkən tərəfindən təkidlə göstərilən və məhkəmə istintaqı zamanı dindirilməsi təmin edilməyən Şahid15 cinayətə aidiyyəti sübuta yertirilməyibsə, o zaman tabeçilik qaydasında qat-qat yüksək vəzifə tutan Məhkum1 məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır Şirinovun Zərərçəkmiş şəxs4 hədəqorxu ilə pul tələb edib almasını iddia etmək haqsızlıq, ədalətsizlik və qərəzli münasibətin nəticəsidir. Beləliklə, bütün epizodlar üzrə Məhkum1 bəraət verilməsi yeganə düzgün qərar olardı. Məhkum2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsinin qərarın maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Məhkum2 özünü ona veri lmiş ittiham üzrə təqsirli bilməmişdir. Müdafiə tərəfinə onun təqsirləndirildiyi 2 epizod üzrə məhz hansı sübutlara əsaslanaraq ittiham hökmü çıxardığı məlum deyil. Apelyasiya instansiyası məhkəməsində bu dəlilə qiymət verilmədən onlara münasibət bildirilmədən qərar qəbul edilmişdir. Birinci epizod üzrə Zərərçəkmiş şəxs2 300.000 ABŞ dolları məbləğində pulun hədəqorxu ilə alınması ilə bağlı cinayət işinin materiallarında heç bir sübut yoxdur və belə bir hal heç vaxt mövcud olmamışdır. İş üzrə dindirilmiş X7 da ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 cəmi 35.000 ABŞ dolları almış, Zərərçəkmiş şəxs2 alıb gətirdiyi pullardan heç kimə verməmiş, özü xərcləmişdir. Məhkum1 və Məhkum2 bu pullardan xəbəri olmamışdır. Göstərilən epizodda Məhkum2 iştirakı barədə bir dənə də olsun mötəbər sübut y oxdur. İkinci epizodla bağlı, yəni Məhkum2 Zərərçəkmiş şəxs4 150.000 manat məbləğində pulu qəbul edib Məhkum1 çatdırması ilə bağlı göstərilməlidir ki, ittihamın bu hissəsində də Məhkum2 təqsirli olmasını göstərən sübutlar mövcud deyildir. İfadəsi alınmış Zərərçəkmiş şəxs4 də Məhkum2 yalnız bir dəfə gördüyünü və Məhkum2 ondan səmimi olmağı tələb etdiyini bildirmişdir. Məhkum2 ifadəsində götərmişdir ki, Ruhlan daxili telefonla ona məruzə edib Şahid16 həmin Rahib adlı sürücüdən bir qutu formalı bağlama göndərdiyini və Məhkum1 çatmalı olmasını demiş, o dərhal bunu telefonla Məhkum1 məruzə etmiş, sonuncu da ona «gətir»demiş, buna görə o, Ruhlanla birlikdə həmin bağlamanı aparıb Məhkum1 şəxsən vermiş və onun kabinetindən çıxıb öz işləri ilə məşğul olmuş, bundan sonra baş verənlərdən xəbəri olmam ışdır. Göründüyü kimi epizodun Məhkum2lə əlaqələndirilmiş hər iki halı ilə bağlı Məhkum2 səmimi ifadə vermiş və Zərərçəkmiş şəxs4 və Şahid15 ifadələri də eyni məzmunda olmuşdur. Şahid ifadələrindən göründüyü kimi, Məhkum2 heç kəsə hədə-qorxu gəlməmiş, qutunu isə sırf fiziki daşıma üçün əldə edərək Məhkum1 çatdırmışdır. Göründüyü kimi, Məhkum2 göstərilən epizodla əlaqəsi yalnız xidməti otağında bir dəfə Zərərçəkmiş şəxs4 səmimi olmasını tapşırması və Şahid15 gətirdiyi qutunu sırf fiziki daşıma üçün əldə edərək Məhkum1 çatdırması olmuşdur. Onun Zərərçəkmiş şəxs4 hədəqorxu ilə pul tələb edilməsinə heç bir aidiyyəti olmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar, ittiham aktı, hökm və apellyasiya məhkəməsinin qərarı işdə olan ifadələrə və sənədlərə əsaslanmır və onlarla zi ddiyyət təşkil edir. Məhkəmə istintaqı zamanı Məhkum2 ittiham edildiyi əməlləri törətməsi sübuta yetirilməmişdir. Məhkəmənin məhz hansı sübutlara əsaslanaraq, ittihamedici hökm çıxarması qaranlıq olaraq qalır. Göründüyü kimi cinayət işinin materiallarından aydın olur ki, Məhkum2 ona verilmiş ittiham üzrə təqsirini, qeyd edilən cinayətlərin törədilməsində iştirakını konkret olaraq təsdiq edən mötəbər sübutlar əldə edilməmişdir və ittihamın hüquqi əsası yoxdur. Məhkum2 digər müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırməşdır ki, Məhkum2 ittihamın hər iki epizodunda iştirakı öz təsdiqini tapmamış və sübuta yetməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 əmələri ilə əlaqədar müəyyən edilmiş hallar sübuta yetirilməmiş və məhkəmənin gəldiyi nəticə işin faktiki hal larına uyğun olmamaşdır. Apelyasiya məhkəməsi isə prosesual qanunvericiliyin bu tələbinə əməl etməmişdir. İstintaq materialları ilə Zərərçəkmiş şəxs2 25 may 2007-ci ildə Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin binasına 275000 ABŞ dolları gətirməsini, həmin pulların nə Nadir Nəzirova, nə də Məhkum2 verməsini sübuta yetirilməmişdir. X2 məhkəmədə verdiyi ifadəsində səmimi olaraq etiraf edərək bildirmişdir ki. o Zərərçəkmiş şəxs2 bir dəfə 25000 ABŞ dolları, bir dəfə 10000 ABŞ dolları, bir dəfə isə 2008-ci ilin əvvəlində 1000 manat alaraq öz ehtiyaclarına xərcləmiş, bundan nə Məhkum1, nə də Məhkum2 məlumatı olmamışdır. Beləliklə Məhkum2 mütəşəkkil dəstənin üzvü kimi zərərçəkən X1 hədə-qorxu ilə 300000 ABŞ dolları almasına dair cinayət işində olan istintaq materialları ilə sübuta yetirilməmişdir. Həm də Zərərçəkmiş şəxs4 hədə-qorxu ilə 150000 ABŞ dolları alınması barəsində də Məhkum2 hər hansı iştirakı olmamışdır. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi kollegiyası Məhkum2 barəsində ittiham hökmü çıxardarkən ibtidai araşdırma zamanı və məhkəmə baxışı zamanı toplanmış sübutları yoxlamamış, qiymətləndirməmiş, ittiham hökmünün çıxarılması üçün sübutların kifayət etməsini təhlil etməmişlər. Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərini pozmuşlar. Nəticədə məhkəmələrin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənl ərə əsasən kassasiya protesti təmin olunmamalı, kassasiya şikayətləri isə qismən təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum Elcan Abdullaevin müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi4 kassasiya şikayətlərinin, habelə Məhkum1 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumların onlara qarşı irəli sürülmüş ittihamda təqsirli olmaları mötəbər sübutlarla təsdiq olunmamış, lakin buna baxmayaraq məhkəmələr onlar barəsində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarmışlar. Belə ki, kassasiya şikayətlərində qeyd edilmişdir ki, məhkumların cinayət törədilməsində iştirakları sübutlarla təsdiq olunmadığından onların barələrində bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməlidir. Məhkəm ə kollegiyası ilk öncə məhkumlar Məhkum1 və Məhkum2 barəsində kassasiya şikayətlərinin onlara bəraət verilməsi və ya icraata bəraət verici əsaslarla xitam verilməsi barədə dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 birinci instansiya məhkəməsinin hökmünün təsviri hissəsində göstərilən hallarda zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla, mütəşəkkil dəstə tərəfindən törədilməklə hədə-qorxu ilə tələb etmələri, bir qrup şəxs halında ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlah iyyətlərini aşma əməlləri, həmçinin bunlardan əlavə Məhkum1 mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və mütəşəkkil dəstə tərəfindən təkrarən külli miqdarda və hədə-qorxu tətbiq olunmaqla rüşvət alma əməlləri tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Məhkum1 Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2, 193-1.3.1, 193-1.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələrində, Məhkum2 isə Azərbaycan Respublikası CM-in 182.3.1, 182.3.2, 341.2.1 və 341.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə özlərini təqsirli bilməsələr də, onların təqsirləri özlərinin qismən etiraf edici və bir-birilərinə qarşı verdikləri ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, is tintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, telefon və bank məlumatlarını əks etdirən sənədləri, arayışları, məktub və toplanmış digər istintaq sənədləri, o cümlədən maddi sübutlarla tam sübuta yetirilmiş, həmin sübutlar da işin faktiki hallarına uyğun olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamışdır. Birinci instansiya məhkəməsinin hökmündə və apelyasiya instansiyası məhkəməsinin qərarında yuxarıda sadalanan sübutlar kifayət qədər ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası təkrar olaraq həmin sübutların təsvir edilməsinə zərurət görmür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Məhkum1 və Məhkum2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin fakti ki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında müdafiə tərəfinin apelyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməs inin hökmündən görünür ki, məhkəmə məhkumlar Məhkum1 və Məhkum2 məhkəmədə verdikləri ifadələrini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların həmin ifadələrinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətlərinin məhkumların onl ara elan edilmiş ittihamda təsvir edilmiş cinayətlərin törədilməsində iştiraklarının sübutlarla təsdiq edilməməsi barədə dəlilləri əsaslı hesab etmir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, məhkumlar Məhkum1 və Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd olunan maddələri ilə verilmiş ittiham üzrə təqsirli olmaları sübuta yetirilmişdir və barələrində cinayət təqibinə xitam verilməsi ü çün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apelyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Dövlət ittihamçısı İlkin Yusifovun kassasiya protestinin əsas dəlillərindən biri Məhkum1 aid olan bəzi daşınmaz əmlaklara əsassız və qanunsuz olaraq xüsusi müsadirənin tətbiq edilməməsi ilə əl aqədardır. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razılaşmayaraq Bakı Apelyasiya Məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bil məz. Əmlakın tam müsadirəsinə yol verilmir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum1 təqsirli bilindiyi cinayət əməllərinin nəticəsində Şahid13 rüşvət qismində 80.000 ABŞ dolları (75.279 manat), Zərərçəkmiş şəxs3 isə 50.000 ABŞ dolları (40.215 manat) almış, həmçinin hədə-qorxu tələb etmə yolu ilə Zərərçəkmiş şəxs2 315.000 ABŞ dolları (269.372 manat), Zərərçəkmiş şəxs3 200.000 manat, Zərərçəkmiş şəxs4 məxsus 150.000 manat pulu, Zərərçəkmiş şəxs1 məxsus 1.857.810 manat dəyərində müxtəlif daşınmaz və daşınar əmlakı hədə-qorxu yolu ilə tələb edərək almış, sonr a isə Zərərçəkmiş şəxs1 aldığı əmlakı ləğalaşdırmışdır. Göründüyü kimi Məhkum1 təqsirli bilindiyi cinayət əməllərin nəticəsində cəmi 130.000 ABŞ dolları ( 115.488 manat) məbləğində rüşvət almış və yuxarıda qeyd edilən zərərçəkmiş şəxslərdən hədə-qorxu yolu ilə 619.372 manat məbləğində pul və 1.857.810 manat dəyərində müxtəlif daşınmaz və daşınar əmlak hədə-qorxu yolu ilə tələb edərək almışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək bildirmişlər ki, onlar Məhkum1la barışmışlar, onların Məhkum1 qarşı heç bir şikayət və tələbi yoxdur, verilmiş mülki iddialardan imtina etmişlər. Cinayət işinin materiallarından həmçinin görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı həbsə alınmış və məhkəmə tərəfindən xüsusi müsadirə tətbiq edilməmiş əmlak Zərərçəkmiş şəxs1 cinayət yolu ilə əldə edilmiş və ləqalaşdırılmış əmlaklara aid deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi hökm və qərarla Məhkum1 mülkiyyətində olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 3-cü küçə, 22 ünvanında yerləşən 36.000 manat dəyərində 0,12 hektarlıq həyətyanı sahəsi, ünvan 6 ünvanda yerləşən 96.000 manat dəyərində 0,12 ha torpaq sahəsi, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Jurnalist” bağçılıq yoldaşlığı, sahə 328/361 ünvanında yerləşən 48.000 manat dəyərində 0,12 ha torpaq sahəsi olan, yəni ümumi dəyəri 180.000 manat məbləğində olan daşınmaz əmlak müsadirə edilməsi qərara alınmışdır. Həmçinin hökm və qərardan görünür ki, birinci instansiya məhkəməsi digər əmlaklara münasibətdə, yə ni Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 28 saylı evin 140 kvadratmetr sahəyə malik 210.000 manat dəyərində 45 saylı mənzilinin, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində yerləşən cəmi 280.000 manat dəyərində 0,54 hektar torpaq sahəsinin, həmin torpaq sahəsində 2 mərtəbəli, 7 otaqlı, 382,5 kvadratmetr fərdi yaşayış evinin və 229,4 kvadratmetr əlavə tikililərin, 0,20 hektar, 0,10 hektar və 0,08 hektar torpaq sahələrinin, 0,06 hektar torpaq sahəsində 2 mərtəbəli 3 otaqlı 85,5 kvadratmetrlik fərdi yaşayış evinin, 0,10 hektar torpaq sahəsində yerləşən yarımçıq tikilinin, arvadı X4 adına rəsmiləşdirilmiş Xaçmaz rayonu, Qaradağ Buduq kəndində yerləşən 151.000 manat dəyərində 1,80 hektar və 1,22 hektar, cəmi 3,02 hektar torpaq sahələrinin, oğlu X3 adına rəsmiləşdirilmiş ünvan 9 ünvanında yerlə şən 582,8 kvadratmetr qeyri-yaşayış sahəsinin 145 kvadratmetr sahəyə malik 450.000 manat dəyərində dörddə bir hissəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi hökm edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 99-1.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 28 saylı evin 140 kvadratmetr 45 saylı mənzil, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində yerləşən 0,54 hektar torpaq sah əsi, həmin torpaq sahəsində 2 mərtəbəli, 7 otaqlı, 382,5 kvadratmetr fərdi yaşayış evi və 229,4 kvadratmetr əlavə tikililər, 0,20 hektar, 0,10 hektar və 0,08 hektar torpaq sahələri, 0,06 hektar torpaq sahəsində 2 mərtəbəli 3 otaqlı 85,5 kvadratmetrlik fərdi yaşayış evi, 0,10 hektar torpaq sahəsində yerləşən yarımçıq tikili təqsirləndirilən şəxsin, Xaçmaz rayonu, Qaradağ Buduq kəndində yerləşən 1,80 hektar və 1,22 hektar, cəmi 3,02 hektar torpaq sahələri arvadı X4, ünvan 9 ünvanında yerləşən 582,8 kvadratmetr qeyri-yaşayış sahəsinin 145 kvadratmetr sahəsi oğlu X3 mülkiyyətindədir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məhkəmələrin təqsirləndirilən şəxs Məhkum1 və onun ailə üzvlərinə məxsus əmlaklarla məhkəmələrin araşdırmalarını əsaslı hesab edərək qeyd edir ki, müsadirə olunmamı ş yuxarıda qeyd edilən əmlakların cinayət yolu ilə əldə edilməsini əsaslandıran və ya təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyil. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkəmələr məhkumun ailə üzvlərinə məxsus olan yuxarıda sadalanan daşınmaz əmlaklarla bağlı qərar əsaslı və qanuna müvafiq olmuş, kassasiya protestinin məhkəmələrin hökm və qərarının bu hissəsinin qanunsuz olması barədə dəlili əsassızdır. Məhkumlara təyin edilmiş cəza ilə əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən məhkumlara Azərbaycan Respublikası CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə cəzaların, habelə apelyasiya instansiyası məhkəməsinin Məhkum1 CM-in 139-1.3.1 və 193-1.3.2-ci maddələri ilə cəzanın CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin edilməsini əsaslı hesab etsə də, nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi məhkumlara cəza təyin edərkən cinayət qanunun normalarına kifayət qədər riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dər əcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının t əyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4- cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, Məhkum1 alt ı epizoddan ibarət cinayət əməllərini törətmişdir. Məhkum1 həmin epizodlarla bağlı əməlləri CM-in 182.3.1, 182.3.2, 193-1.3.1, 1931.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinsə də, onun həmin epizodların CM-in 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə, habelə Zərərçəkmiş şəxs2 qarşı CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Məhkum2 isə iki epizoddan ibarət cinayət əməllərini törətmiş, həmin epizodlar üzrə onun əməlləri CM-in 182.3.1, 182.3.2, 341.2.1 və 341.2.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələr üzrə təqsirli bilinsə də, CM-in 341.2.1 və 3 41.2.3-cü maddələri, habelə Zərərçəkmiş şəxs2 qarşı olan epizod üzrə CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Beləliklə, hazırki cinayət işi üzrə məhkum N.TŞirinova üç epizod üzrə CM-in 182.3.1, 182.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə, Məhkum2 isə bir epizod üzrə CM-in 181.3.1 və 181.3.2-ci maddələri ilə cəzalar təyin edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, məhkumların Azərbaycan Respublikası CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə olan cinayət əməlləri üzrə onlar zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş və zərərçəkmiş şəxslərin məhkumlara qarşı heç bir şikayət və tələbləri olmamış, verilmiş mülki iddialarından isə imtina edilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardan biridir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yün gülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə CM-in 59.1.1059.1.13-cü maddələri ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsini nəzərə alaraq, onlara təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə CM-in 62-ci maddəsini tətbiq etməklə cəza təyin edilmişdir. Apelyasiya inst ansiyası məhkəməsi isə eyni əsaslara görə Məhkum1 həm də CM-in 193-1.3.1 və 193-1.3.2-ci -ci maddələri ilə cəzanın CM-in 62-ci maddəsinə əsasən təyin edilməsini qanunauyğun hesab etmişdir. Bundan başqa, cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Məhkum1 ürək aritmiyası, aterosklerotik ürək xəstəliyi, aorta qapağı çatışmazlığı xəstəliklərindən əziyyət çəkir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərini, işin yuxarıda göstərilən hallarını, məhkumların şəxsiyyətləri, onların cinayətlərdə iştirakın dərəcəsi və rollarını, habelə onların zərərçəkmiş şəxslərlə barışmalarını, zərərçəkmiş şəxslərin məhkumlara qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, Məhkum1 və Məhkum2 onların təqsirli bilindikləri maddələ rlə daha aşağı həddə cəzanın təyin edilməsi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası dövlət ittihamçısı İlkin Yusifovun kassasiya protestinin məhkumlar Məhkum1 və Məhkum2 təyin olunmuş cəzanın yüngül olması barədə dəlilinə qiymət verməyi lüzumsuz hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısı İlkin Yusifovun kassasiya protesti təmin olunmamalı, məhkumların müdafiəçilərinin kassasiya şikayətləri qismən təmi n olunmalı, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarı məhkumlara təyin edilmiş cəza hissəsində dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2023-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə CM-in 62-ci maddəsinə əsasən təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) ilə endirilsin, CM-in 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə CM-in 62-ci maddəsinə əsasən təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) ilə endirilsin, CM-in 66.3-cü mad dəsinə əsasən ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2 Azərbaycan Respublikası CM-in 182.3.1 və 182.3.2-ci maddələri ilə CM-in 62-ci maddəsinə əsasən təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 4 (dörd) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri qismən təmin edilsin. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1-1(102)-1/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-1/2024
14.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver