Məhkəmə qərarları › İş №1-1(102)-1/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-1/2025

13.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-1/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməs inin 1-1(092)-29/2024 saylı, 1 may 2024-cü tarixli hökmü ilə (sədrlik edən hakim X5) Məhkum (xx xxxx 1999-cu il tarixdə Babək rayonunun Nəzərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət edən kiçik çavuş, Babək rayonunun Nəzərabad kəndində qeydiyyatda olmaqla, N nömrəli hərbi hissənin subaylar yataqxanasında yaşayan), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 329.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqd an məhrum etmə cəzasının 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi, Məhkum təyin edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, xidməti vəzifələrin icrasını layiqincə yerinə yetirməklə nümunəvi xidmət aparmaq, o cümlədən hərbi xidmətdən tərxis olunacağı təqdirdə isə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələrinin qoyulması, sınaq müddəti ərzində Məhkum davranışı üzərində nəzarəti xidmət apardığı hərbi hissə komandanlığı, xidmətdən tərxis olunacağı təqdirdə isə yaşayış yeri üzrə İc ra və Probasiya şöbəsinin həyata keçirməsi, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm icraya yönəldikdən sonra ləğv edilməsi hökm edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(108)12/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X3, hakimlər X6 və X2 ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-29/2024 saylı, 1 may 2024-cü tarixli hökmü həmin apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya pr otesti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Əliyev X7 Nazirliyinin N №-li hərbi hissəsinin Şahbuz şəhəri ərazisində yerləşən kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat taqımının 2-ci kəşfiyyat manqasının kəşfiyyatçı-istehkamçısı vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin may ayının sonlarında günorta saatlarında bölüyün 1-ci taqımının 2-ci manqasında kəşfiyyatçı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 yanına çağırıb, heç bir səbəb olmadan sonuncunun hər iki qulağından tutub dartaraq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə müddətdən artıq həqiqi h ərbi xidmətdə olarkən 2023-cü ilin iyul ayının ortalarında saat 11 radələrində bölüyün yataqxanasına girdikdə həmin bölüyün 1-ci taqımının 1-ci manqasının kəşfiyyatçısı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs2 çarpayının üzərində oturduğunu görüb gündüz vaxtı çarpayıların üzərində oturmağın qadağan olduğunu deyərək ona irad tutmuş sonra əsgər Zərərçəkmiş şəxs2 çarpayının üzərində oturmasına görə əvvəlcə onun ünvanına nalayiq ifadə işlətmiş və daha sonra sağ əli ilə sinəsindən bir yumruq zərbəsi vurub, kürək nahiyəsini divara çırparaq ona güclü fiziki ağrı yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı protestində göstərmişdir ki, məhkəmələr Məhkum törətdiyi cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyib onlarla barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, əvvəllər məhkum olunmamasını, 44 günlük Vətən müharibəsində iştirak edib vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərək döyüşlərdə rəşadət göstərdiyinə görə "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmasını, döyüşlərdə yaralanmasını, xüsusi təyinatlı hərbi hissədə xidmətini davam etdirməsini nəzərə alıb cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan bu kimi halları, habelə cəzasını ağırlaşdıran halların olmamasını müstəsna halar kimi qi ymətləndirərək onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək aylıq pul təminatından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə tutulmaqla 2 (iki) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının təyin edilməsini təklif etdiyini, məhkəmənin isə hökmdə Məhkum Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 dekabr tarixli, 2354 nömrəli sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2370 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə" medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2711 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2712 nömrəli sərəncamı ilə “Xocavəndin aza d olunmasına görə” medalı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edildiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib peşman olduğunu, vətən müharibəsində fəal iştirakını cəzasını yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə alıb, cəzasını ağırlaşdıran halların olmadığını qeyd etdiyini, Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həy at şəraitinə təsirini nəzərə alaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün saydığını, Məhkum cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsinin onun öz ailəsi ilə olan münasibətlərinə mənfi təsir göstərməklə yanaşı, təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə dücar edə biləcəyini və bu kimi halların məhkumun islah olunmasına xidmət edə bilməyəcəyini göstərdiyini, lakin məhkəmənin cəza təyin edərkən təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhliikəlilik dərəcəsini, törədiyi cinayətin nəticələrini, təqsirləndirilən şəxsin şəxsiyyətini düzgün qiymətləndirməməklə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun gəlməyən və cəzanın məqsədinə xidmət etməyən cəza təyin etdiyini, bunun da məhkəmənin hökmünün dəyişdirilməsi üçün əsas olduğunu, cinayət işinin 1-ci cild 87-ci vərəqəsində olan məhkəmə-tibbi ekspertizasının 12 avqust 2023-cü il tarixli, 232 nömrəli rəyində zərərçəkmiş şəxs İ.T.Səfərəliyevin bədən səthi üzərində, cinayət işinin 1-ci cild 88-ci vərəqəsində olan məhkəmə-tibbi ekspertizasının 10 avqust 2023-cü il tarixli, 222 nömrəli rəyində isə Zərərçəkmiş şəxs2 bədən səthi üzərində Məhkum tərəfindən yetirilməyə xarakterik olan hər hansı xəsarət və ya xəsarət izinin aşkar olunmadığının göstərildiyini, cinayət işinə əlavə olunmış 205 nömrəli hərbi hospitalın hərbi həkim komissiyasının 02 avqust 2021-ci il tarixli, 1897 nömrəli rəyində Məhkum hər iki əlin və sol aşağı ətrafın kor qəlpə y aralarına görə aparılmış birincili cərrahi işlənmələrlə qəlpələrin xaric edilməsindən sonrakı dəri çapığının olmasının göstərildiyini, bu halın da Məhkum ifadəsində göstərdiyi kimi 44 günlük Vətən müharibəsində döyüşlər zamanı yaralandığını təsdiq etdiyini, cinayət işinə əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin N sentyabr 2023-cü il tarixli, 136 nömrəli əmrindən Məhkum həmin vaxtdan N №-li hərbi hissədə xidmət etdiyinin göründüyünü, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinin dispozisiyasında göstərilən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan hərbi qulluqçuya qarşı təkrar zor tətbiq etməklə bağlı cinayət əməlinin 2023-cü ilin iyul ayının ortalarında saat 11 radələrində yataqxanaya girən zaman əsgər Zərərçəkmiş şəxs2 gündüz saatlarında qadağan olunduğu halda çarpayının üzərində oturmasını görüb iradını bildirdiyini, Zərərçəkmiş şəxs2 onun söhbətinə biganə yanaşaraq oradan aralanıb gün növbətçisinin yanına gedərək onunla söhbət etməyə başladığını, Zərərçəkmiş şəxs2 saymazyana hərəkət etməsinə əsəbləşərək onun yanına gedib sinəsinə bir yumruq vurub zor tətbiq etdiyini, ona qarşı başqa zorakılıq hərəkətləri etməyərək çıxıb getdiyini, məhkəmə-tibbi ekspertizasının rəyindən istər zərərçəkmiş Zərərçəkmiş şəxs2, istərsə də Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Məhkum onlara qarşı zor tətbiq etməsi nəticəsində xəsarət almadıqlarının göründüyünü, N №-li hərbi hissə komandirinin N sentyabr 2023- cü il tarixli, 136 nömrəli əmrindən Məhkum cinayət hadisəsini törətdikdən sonra xidmət yerinin N №-li hərbi hissəyə dəyişdirildiyini, həmin vaxtdan sonra cinayət hadisəsini törətmədiyini, intizam pozuntusuna yol vermədiyini qeyd edərək əsaslandırmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarının dəyişdirilərək Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 62-ci maddəsinin tətbiq edilməklə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məh kəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı protestdə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası kassasiya protestini n Məhkum təqsirli bilindiyi CM-in 329.2.1ci maddəsi ilə CM-in 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq olunmuş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının mübahisələndirilməsi üzrə dəlilləri ilə kassasiya müraciətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Belə ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf edib əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərdən üzr istəyib onlarla barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını, əvvəllər məhkum olunmamasını, 44 günlük Vətən müharibəsində iştirak edib vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərək döyüşlərdə rəşadət göstərdiyinə görə "Döy üşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmasını, döyüşlərdə yaralanmasını, xüsusi təyinatlı hərbi hissədə xidmətini davam etdirməsi.cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və birinci instansiya məhkəməsi cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar məsələsi üzrə müəyyən etdiklərini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, o cümlədən ailə vəziyyəti, törətdiyi cinayətə və onun nəticələrinə görə məsuliyyətini dərk etməsi, öz vəziyyətinə tənqidi münasibət bəsləməsi, prosess ual vəzifələrini vicdanla yerinə yetirməsi, məhkəmədə davranışı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə nəzərə almış və Məhkum barəsində 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə şəklində CM-in 58-ci maddəsi ilə yanaşı 59, 61, 70-ci maddələrinin tələblərinə cavab verən və CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün kifayət edən ədalətli cinayət-hüquqi xarakterli tətbir tətbiq etmişdir. Məhkəmələrin cəzanı yüngülləşdirən və ağırlaşdıran, təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş digər məsələlər üzrə nəticələri məhkəmə baxışında CPM-in 143-146-cı maddələrinə müvafiq sürətdə tədqiq olunub-qiymətləndirilmiş sübutlardan hasil edilmi ş, yəni məhkəmələr tərəfindən CPM-in 139, o cümlədən 139.0.5-ci maddəsinin tələblərinə də əməl olunmuşdur. Odur ki, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin Məhkum şərti məhkum etməni tətbiq etməklə (apellyasiya məhkəməsinin bu cinayət-hüquqi xarakterli tədbirlə razılaşmaqla) Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəllənin pozuntularına yol vermələri barədə iddiası əsaslı sayıla bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya protesti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, bu protestin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar