Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-10/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin 17 fevral 2022-ci iltarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 328.4, 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər Məmmədov Vüqar Kamal oğlu (sədrlik edən), Hüseynli Nurəddin Nizami oğlu (iş üzrə məruzəçi) və Muxtarov Kamran Nüsrət oğlundan ibarət tərkibdə) Məhkum, 08 iyun 1995-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hiss əsinin zabiti, baş leytenant, ünvan 1-də qeydiyyatda olan CM-nin 328.4, 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinərək CM-nin 328.4cü maddəsi ilə 05 (beş) il müddətə, CM-nin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə 02 (iki) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş həmin cəza 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarətin həyata keçirilməsi hərbi xidmət dövründə hazırda xidmət etdiyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin, xidmət ye ri dəyişdirilərsə, həmin hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunarsa, yaşayış yeri üzrə icra orqanına həvalə edilmiş, məhkumun üzərinə xidmət müddətində komandanlığın icazəsi olmadan başqa yerə getməmək, xidmət nizamnamələrinin tələblərini öyrənmək, ordu suralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulmuşdur. Həmin hökmlə həmçinin X10 CM-nin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilmə si zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və daha çox şəxsə qarşı təkrarən və işgəncə verməklə zor tətbiq etmiş, habelə onun tabelikdə olan şəxs kimi döyüş şəraitində hərbi xidmətə vicdansız və laqeyd münasibəti nəticəsində rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri icra etməməsi ağır nəticələrə səbəb olmuşdur. Belə ki, Məhkum Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin («Qazax» Əlahiddə Sərhəd Diviziyasının) 1-ci sərhəd komendantlığının 11-ci sərhəd zastavasının rəis müavini – həmin sərhəd zastavasının Qazax rayonunun Daş Salahlı kəndinin ərazisində, Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə 3000 metr məsafədə bilavasitə təmas xəttində, döyüş şəraitində yerləşən 28-ci sərhəd döyüş məntəqəsinin rəisi vəzifəsində, leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, təxminən 08 avqust 2019-cu il tarixdə saat 20:25 radələrində rəisi olduğu 28-ci sərhəd döyüş məntəqəsinin əsgər yataqxanasında çarpayılara uzanmaqla istirahət edən əsgərlər X30, X29, X20 və X1 riayət etmələrini tələb edərək yataqxana binasını tərk edib yaxınlıqda yerləşən söhbətgaha getmişdir. Bir qədər sonra o, söhbətgahda olarkən, yataqxananın pəncərəsindən içəridə istirahət edən əsgərlərin danışıq səslərini eşidib bundan qəzəblənərək, rabitə və məntəqə növbətçisi, əsgər X39 yataqxanadakı əsgərləri çarpayılarından qaldırıb sıraya düzmələri barədə göstəriş vermiş, əsgər X39 onun göstərişini yataqxanada olan əsgərlər X30, X29, X20 və X1a çatdırdıqdan sonra həmin əsgərlər çarpayılarından qalxaraq yataq xananın içərisində sıraya düzülmüşlər. Bundan sonra leytenant Məhkum yataqxanaya daxil olaraq, sıranın qarşısına gəlmiş və öz üstünlüyünü nümayiş etdirmək niyyətilə yataqxanada sakitliyə riayət etmədiklərini bəhanə edib 28-ci sərhəd döyüş məntəqəsinə ezam olunmuş X62nun qarın nahiyəsinə təpiklə bir zərbə və sərhəd döyüş məntəqəsinin 2-ci qrupunun aşpaz-çörəkbişirəni, əsgər X29un qarın nahiyəsinə təpiklə bir zərbə və sol sifət nahiyəsinə bir sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan iki şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2019-cu ilin noyabr ayının ortalarında saat 14-15 radələrində rəisi olduğu 28-ci sərhəd döyüş məntəqəsinə ezam olunmuş kiçik gizir X21 həmin gün rabitə və məntəqə növbətçisi təyin edilmiş X62na səngərlərdə təmizlik işlərinin aparılması məqsədilə döyüş mövqeyinə süpürgə aparması barədə göstəriş vermiş və X62 süpürgəni döyüş mövqeyinə apardıqdan sonra orada döyüş növbəsində xidmət aparan əsgər X45 ilə söhbət etməyə başlamışdır. Bir qədər sonra səngərdə gəzişən kiçik gizir X21 X62nun döyüş növbəsində olan əsgərlə söhbət etdiyini görüb buna görə ona öz iradını bildirmiş, daha sonra isə leytenant Məhkum sərhəd döyüş məntəqəsinin yataqxanasında yerləşən xidməti otağına gedərək, ona X62nun döyüş növbətçisi ilə söhbət etməsi barədə məruzə etmişdir. Bundan sonra leytenant Məhkum X62nu öz xidməti otağına çağırmış və orada döyüş növbətçisi ilə söhbət etdiyinə görə ona öz iradını bildirdikdən sonra, öz üstünlüyünü nümayiş etdirmək niyyətilə sol əlinin bayır səthi ilə X62nun sol sifət nahiyəsinə bir zərbə və sağ əli ilə onun sol sifət nahiyəsinə bir sillə zərbəsi vurmuş, daha sonra təxminən bir saat müddətində X62nu öz xidməti otağında cəza məqsədilə ayaqüstə vəziyyətdə saxladıb ona fiziki ağrı ilə müşayiət olunan iztirab verərək və başına yumruqla bir zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən tabeliyində olan şəxsə zor tətbiq etmiş və ona işgəncə vermişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2019-cu ilin noyabr ayının ortalarında saat 17 radələrində rəisi olduğu 28-ci sərhəd döyüş məntəqəsinə ezam olunmuş, D övlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, kiçik gizir X17 yataqxana binasında X62na cinsi azlığın nümayəndəsi kimi başa düşdükləri «petux» sözü ilə müraciət etdikdə, X62 həmin ifadəyə öz etirazını bildirərək, cinsi azlığın nümayəndəsi olmadığını deyib ondan həmin sözlə müraciət etməməsini tələb etmiş, bundan sonra kiçik gizir X17 leytenant Məhkum məntəqənin yataqxana binasında yerləşən xidməti otağına gedərək orada ona X62nun cinsi azlığın nümayəndəsi olmadığını dediyini bildirmişdir. Bundan sonra leytenant Məhkum X62nu xidməti otağına çağırmış və orada ondan cinsi azlığın nümayəndəsi kimi başa düşdükləri «petux» sözünü özünün barəsində işlətməsini tələb etmişdir. Lakin X30 tələbini yerinə yetirməkdən imtina edərək həmin sözü özünün barəsində işlətməyəcəyini bildirmiş, bundan sonra leytenant Məhkum öz üstünlüyünü nümayiş etdirmək niyyətilə xidməti otağında X62nun bədəninin müxtəlif nahiyələrinə yumruqla və təpiklə çoxsaylı zərbələr vurmuşdur. Daha sonra leytenant Məhkum öz cinayət əməllərini davam etdirərək, onu məntəqənin sağ tərəfində yerləşən sığınacağa aparıb orada dizi ilə X62nun qarın nahiyəsinə bir neçə zərbə, yumruqla sağ və sol qabırğa nahiyələrinə, təpiklə sol diz və baldır nahiyələrinə çoxsaylı zərbələr vurmuş, ardınca yenidən onu xidməti otağına aparıb orada X62ndan cinsi azlığın nümayəndəsi olduğunu etiraf etməsini və bunu bildirən sözü özünə qarşı işlətməsini tələb etmiş, lakin X62 döyülməsinə baxmayaraq, onun tələbini yerinə yetirməkdən imtina etmişdir. Bundan sonra leytenant Məhkum nizamnamədənkənar qanunsuz hər əkətlərinə davam edərək, X62nun yaxasından tutub kürəyi üstə bir neçə dəfə onu ardıcıl olaraq divara vurmuşdur. Sonra leytenant Məhkum cibindən çıxartdığı bir ədəd siqareti yandırıb onu arxa kötük hissəsi üstə dik formada masanın üzərinə qoyaraq X62na həmin siqaret sönənədək vaxtının olduğunu deyib həmin müddət ərzində tələbini yerinə yetirəcəyi təqdirdə onu sərbəst buraxacağını bildirmişdir. Lakin X62 bir daha onun tələbini yerinə yetirməkdən imtina etmiş və bundan daha da hiddətlənmiş leytenant Məhkum onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri və hər iki ayaqlarına çoxsaylı təpik zərbələri vuraraq yerə yıxmış, daha sonra yerdə olan X62nun hər iki ayağına çoxsaylı təpik zərbələri vurmuş, X62 bir qədər qalxaraq yerdə oturaqlı vəziyyətdə olarkan sağ dizi ilə onun sol sif ət nahiyəsinə bir zərbə vurmuş və siqaretin söndüyünü görərək, X62na otağını tərk edib yeməkxanaya getməsini tapşıraraq ona 15 dəqiqə vaxt verdiyini və oraya gələcəyini bildirmişdir. X30 xidməti otağını tərk etdikdən təxminən 15 dəqiqə sonra leytenant Məhkum yeməkxanaya getmiş və öz qanunsuz əməllərini davam etdirib orada əlində olan kəsilmiş elektrik naqili ilə X62nun sol bud və bel nahiyələrinə çoxsaylı zərbələr vuraraq ondan «petuxam» sözünü deməsini tələb etmişdir. Bu zaman zərbələrin təsirindən yetirilən ağrılara dözə bilməyən X62 yataqxanaya tərəf qaçsa da, leytenant Məhkum öz cinayətkar hərəktlərini davam etdirib qəddarlıq nümayiş etdirərək onun arxasınca gəlib yataqxanada da əlindəki naqillə X62nun sağ bud və bel nahiyələrinə çoxsaylı zərbələr vurmuş, daha sonra X62nu xidməti otağı na aparıb qışqıraraq çöldə olan əsgərlərdən ona daş kərpic gətirmələrini tələb etmişdir. Tələbinə əsasən əsgərlərdən biri tərəfindən ona bir ədəd daş kərpic gətirilib verildikdən sonra leytenant Məhkum təxminən 25-30 kq ağırlığında olan həmin kərpici X62na vermiş və onu əlində saxlamasını əmr edərək kərpici əlindən buraxacağı təqdirdə artıq cinsi azlığın nümayəndəsi olduğunu etiraf etmiş olacağını bildirmişdir. X30 tələbinə əsasən təxminən 40-45 dəqiqə ərzində ağır çəkili kərpici əlində saxlamış, bunu görən leytenant Məhkum artıq saat 19 radələri olmasına və şəxsi heyətin yemək vaxtı olmasına baxmayaraq, X62na tələbini yerinə yetirib cinsi azlığın nümayəndəsi olduğunu etiraf etməyənədək, əsgərləri yemək yeməyə buraxmayacağını və əsgərlərin yataqxananın qarşısında sırada gözləyəcəklərini, ona görə onlara da əziyyət verəcəyini bildirmiş, bundan sonra artıq daşı saxlamağa fiziki gücü çatmadığından, habelə digər əsgərlərin ona görə əziyyət çəkmələrini istəmədiyindən, X62 əlindəki kərpici buraxmağa məcbur olaraq cinsi azlığın nümayəndəsi kimi başa düşdükləri «petux» sözünü özünə qarşı işlətmiş və yalnız bundan sonra leytenant Məhkum X62nu sərbəst buraxmışdır. Bununla da o, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən tabeliyində olan şəxsə zor tətbiq etmiş və ona işgəncə vermişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2019-cu ilin noyabr ayında saat 12 radələrində rəisi olduğu 28-ci sərhəd döyüş məntəqəsinin yataqxanasında yerləşən yeməkxanada hər hansı səbəb olmadan sərhəd döyüş məntəqəsinin 1-ci qrupunun qumbaraatanı, əsgər X22 ünvanına cinsi azlığın nümayəndəsi kimi başa düşdükləri «petux» sözünü işlədib ondan cinsi azlığın nümayəndəsi olub-olmadığını soruşduqda, əsgər X22 buna öz etirazını bildirmiş, bunu bəhanə edən leytenant Məhkum onu xidməti otağına aparıb, öz üstünlüyünü nümayiş etdirmək niyyətilə tabeliyində olan əsgər X22in bədəninin müxtəlif nahiyələrinə çoxsaylı sillə, yumruq və təpik zərbələri vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Məhkum N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığının 12-ci sərhəd zastavasının rəis müavini – həmin sərhəd zastavasının Qazax rayonunun Daş Salahlı kəndinin ərazisində, Ermənistan Silahlı Qüvvələrinin bölmələri ilə 3000 metr məsafədə bilavasitə təmas xəttində, döyüş şəraitində yerləşən 1-ci sərhəd döyüş məntəqəsinin rəisi vəzifəsində, leytenant hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2020-ci ilin fevral ayının əvvəllərində əsgərlər X22 və 1-ci sərhəd döyüş məntəqəsinə ezam olunmaqla qrupun qumbaraatanı vəzifəsini icra edən X15 rəisi olduğu 1-ci sərhəd döyüş məntəqəsinin döyüş mövqeyində döyüş növbəsində olarkən söhbət etdiklərini və əsgər X22in nalayiq ifadə işlətdiyini eşidərək buna görə əsgərlər X64u həmin gün saat 14:10 radələrində xidməti otağına çağırmışdır. Orada leytenant Məhkum öz üstünlüyünü nümayiş etdirmək niyyətilə sol əli ilə əsgər X22in yaxasından tutmuş və yaxasını buraxdıqdan sonra sol əli ilə onun sağ sifət nahiyəsinə iki sillə zərbəsi vurmuş, daha sonra sağ əli ilə onun boynundan tutub divara sıxıb bu vəziyyətdə sol əli ilə onun yaxasından tutaraq 3-4 dəfə silkələmiş və cəza məqsədi ilə əsgərlər X64a təxminən 2 saat müddətində dəhlizdə ayaqüstə vəziyyətdə dayanmaları barədə göstəriş verib, nizamnamədə olan əsgərin vəzifələrini oxutdurmaqla onlara uzun müddət ayaqüstə vəziyyətdə durmağa məcbur olmaları nəticəsində fiziki ağrı ilə müşayiət olunan iztirab verərək rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsə təkrarən zor tətbiq etmiş və iki şəxsə işgəncə vermişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2020-ci ilin fevral ayında saat 19 radələrində rəisi olduğu 1-ci sərhəd döyüş məntə qəsinin 2-ci qrupunun komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş X oğlu məntəqənin 1-ci qrupunun pulemyotçusunun köməkçisi-atıcı, əsgər X23 və məntəqənin 2-ci qrupunun aşpaz-çörəkbişirəni, əsgər X24 əsgər X23un qabları yumaması səbəbindən mübahisə etmələri və digər əsgərlərin də həmin mübahisəyə qoşulmaları barədə ona məlumat verdikdən sonra, məntəqənin yataqxana binasında yerləşən yeməkxanada quraşdırılmış nəzarət kamerasında qeydə alınmış videogörüntülərə baxmış və əsgərlərin sözlü mübahisə etdiklərinə əmin olaraq nəzarət kamerasının söndürülməsinə göstəriş verib əsgərlərə düzülmələrini əmr etmişdir. Onun əmri ilə əsgərlər düzüldükdən sonra leytenant Məhkum mübahisə etdiklərinə görə sırada dayanmış əsgərlər X23, X22 və X24nin, eləcə də sərhəd döyüş məntə qəsinin 1-ci qrupunun pulemyotçusu, əsgər X60 və məntəqənin 2-ci qrupunun rabitəçisi, əsgər X3 hər birinin sinə nahiyəsinə yumruqla bir zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan iki və daha çox şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 2020-ci ilin fevral ayının sonlarında saat 24 radələrində rəisi olduğu 1-ci sərhəd döyüş məntəqəsinin yataqxana binasına daxil olarkən həmin gün rabitə və məntəqə növbətçisi olan əsgər X3in növbədə olduğu halda çarpayıda uzandığını görüb bundan qəzəblənərək onu öz xidməti otağına çağırmış və çarpayıda uzanmasını bəhanə edib, öz üstünlüyünü nümayiş etdirmək niyyətilə o rada əsgər X3in sinə nahiyəsinə yumruqla 3-4 zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı təkrarən tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 07 mart 2020-ci il tarixdə saat 04:35-də xidmət etdiyi hərbi hissənin 2-ci sərhəd komendantlığının komendantı, polkovnik-leytenant X31 tərəfindən, həmin ərəfədə Ermənistan Respublikasının Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qruplarının N nömrəli hərbi hissənin Azərbaycan Respublikasının Ermənistan Respublikası ilə dövlət sərhədində bilavasitə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrinə basqınlar edilərək müxtəlif təxribatlar törətmələri ehtimalı ilə əlaqədar olaraq N nömrəli hərbi hissə komandirinin şifahi əmrinə əsas ən, komendantlığın bütün sərhəd zastavalarına və sərhəd döyüş məntəqələrinə «Həyəcan» komandası verilmişdir. Bundan sonra həmin komandanı alan 12-ci sərhəd zastavasının rəisi, baş leytenant X40 tərəfindən «Həyəcan» komandası öz növbəsində dərhal mobil telefonla «Whatsapp» mobil tətbiqi vasitəsilə zəng etməklə 1-ci sərhəd döyüş məntəqəsinin rəisi, leytenant Məhkum ötürülmüş və ona düşmənin kəşfiyyat-diversiya qruplarının basqın etmələri ehtimalı olduğuna görə dərhal məntəqənin heyətini silahlandırıb, səngərlərdə mövqe tutmalarını təmin etməli olduğunu bildirilmişdir. Bununla yanaşı, zastava rəisinin özünün xidmət apardığı 12-ci sərhəd zastavasının 3-cü sərhəd döyüş məntəqəsinin qrup komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş X32 vasitəsilə rabitə əlaqəsi ilə «Həyəcan» komandası barədə məlumatlandırılan 12-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsinin təminat qrupunun komandiri, baş çavuş X saat 04:40 radələrində xidməti otağında yatan leytenant Məhkum yanına gələrək onu yuxudan oyadıb komendant tərəfindən düşmənin kəşfiyyat-diversiya qruplarının basqın etməsi ehtimalı olduğuna görə «Həyəcan» komandasının verilməsi və məntəqənin heyətinin silahlanıb, səngərlərdə mövqe tutmalarına göstəriş verilməsi barədə məlumat vermişdir. Lakin leytenant Məhkum «Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin döyüşə hazırlıq dərəcələrinə gətirilməsi və komplektləşdirilməsi üzrə Təlimat»ın tələblərinə əsasən, komandanı aldıqdan sonra dərhal sərhəd döyüş məntəqəsini «Həyəcan» siqnalı ilə qaldırmalı, şəraiti qiymətləndirməli və məntəqənin ilkin hərəkət planı nı nəzərə almaqla şəraitə uyğun qərar qəbul etməli, şəraiti və qərarını komendanta və ya zastava rəisinə məruzə etməli, yəni komandanın icra olunması barədə komendanta və ya zastava rəisinə məruzə etməli, təminat qrupunun komandiri, baş çavuş Xyə tapşırıqlar verməli, döyüş təlimatı qaydalarına riayət etməklə sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə döyüş əməliyyatı aparılan yerinə - sərhəd döyüş məntəqəsinin müdafiə mövqeyində əvvəlcədən təyin etdiyi atəş mövqelərinə getməli olduğu, həmçinin məntəqənin hərbi qulluqçularının silahlanaraq səngərdəki atəş mövqelərinə keçirilməsini, bununla da 5-7 dəqiqə ərzində ona verilmiş komandanı icra edərək məntəqənin müdafiəsini dərhal vicdanlı şəkildə təmin etməli olduğu halda, bunlara məhəl qoymayaraq hərbi xidmətə vicdansız və laqeyd münasibət bəsl əyərək, yəni «Həyəcan» komandası verildikdən sonra hərbi xidmət üzrə vəzifə borcunu lazımi şəkildə icra etməyərək və xidməti vəzifələrinə ciddi münasibət bəsləməməklə istirahət etməsini hərbi vəzifəsindən üstün tutaraq, «Həyəcan» komandasını icra etməməklə düşmənin kəşfiyyat-diversiya qruplarının məntəqəyə basqın etməsinə, insan və hərbi əmlak tələfatına, həmçinin digər ağır nəticələrə səbəb olmasına şərait yaratdığına laqeyd münasibət göstərib tabelikdə olan şəxs kimi rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri döyüş şəraitində icra etməmişdir. O cümlədən, Məhkum üzərinə düşən həmin vəzifələri yerinə yetirmək əvəzinə, baş leytenant X40un zəng etməsindən sonra komandanlıq tərəfindən verilmiş «Həyəcan» komandası barədə onu məlumatlandırmış baş çavuş Xyə məntəqənin heyətini yuxudan oyatmasını və əsgərlərin yeməkxanada oturub gözləmələrini, lakin silahlanmamalarını və səngərə gedib mövqe tutmamalarını, hər hansı hadisə baş verərsə, verilmiş «Həyəcan» komandasını icra edərək silahlanıb, səngərdə mövqe tutmalarını bildirmişdir. Daha sonra isə mobil telefonunda olan «Whatsapp» mobil tətbiqi vasitəsilə baş leytenant X40a zəng edərək verilmiş «Həyəcan» komandasının rəisi olduğu 1-ci sərhəd döyüş məntəqəsində icra olunduğunu, o cümlədən məntəqənin heyətinin silahlanıb səngərlərdə mövqe tutduqlarını bildirib onu aldadaraq verilmiş komandanın tam icra olunması barədə yalan məruzə etmiş, daha sonra isə xidməti otağında yatmağa davam etmişdir. Həmin gün saat 05:23 radələrində gözətçi mövqeyində dayanıb, gecəgörmə cihazı vasitəsilə düşmən mövqelərini müşahidə edən məntəqə gözət çisi, məntəqənin 1-ci qrupunun qumbaraatan köməkçisi-atıcı, əsgər X15 məntəqənin yaxınlığında, ərzaq və əşya anbarlarının arxasında iki dəfə fanar işığı yandığını görərək, dərhal rabitə vasitəsilə bu barədə həmin vaxt yeməkxanada olan rabitə və məntəqə növbətçisi, sərhəd döyüş məntəqəsinin 2-ci qrupunun atıcı-sanitarı, əsgər X5 məlumat vermişdir. X56 öz növbəsində bu barədə həmin vaxt yanında olan cavabdeh, baş çavuş Xyə məruzə etmişdir. Təxminən 4 dəqiqə sonra, yəni saat 05:27-də gözətçi mövqeyində xidmət aparan əsgər X15 gecəgörmə cihazı vasitəsilə düşmən mövqeləri və neytral ərazini müşahidə edərkən iki nəfər silahlı, naməlum şəxslərin neytral ərazidən onun təxminən 20-25 metrliyində olmaqla üzərinə tərəf gəldiyini görmüş, eyni zamanda gözətçi mövqeyindən təxminən 120 metr solda yerləşə n döyüş mövqeyində xidmət aparan döyüş növbətçiləri, əsgərlər X60 və X30 da həmin istiqamətdə insanabənzər qaraltı müşahidə etmişlər. Bu zaman məntəqə gözətçisi, əsgər X15 uca səslə «Məntəqə döyüşə, basqın!» deyə qışqıraraq yataqxanaya tərəf qaçmış və yataqxanada olan məntəqənin heyətindən hər hansı reaksiya görməyərək xidməti istifadəsində olan «AK-74M» markalı avtomat silahdan havaya iki dəfə atəş açmış, bundan sonra döyüş mövqeyində xidmət aparan əsgərlər X30 və X60, eləcə də yataqxananın yanında dayanıb xidmət aparan məntəqə gözətçisi, 1-ci sərhəd döyüş məntəqəsinin 1-ci qrupunun qrup silahlarının heyəti, əsgər X41 naməlum şəxslər görünən istiqamətdə və digər istiqamətlərdə avtomat silahlardan atəş açmağa başlamışlar. Bu zaman yataqxanadan çöldə məntəqəyə basqın edilməsi barədə qışqırı ğı və atəş səslərini eşidən, həmin vaxt yataqxana binasında yerləşən yeməkxanada olan baş çavuş X verilmiş tapşırığa əsasən dövlətin təhlükəsizliyindən ötrü həmin vaxt atəş mövqelərində olması mütləq olan yataqxanadakı əsgərlərə silahlanmalarını bildirməklə, «Döyüşə» komandasını vermiş, bundan sonra məntəqənin 2-ci qrupunun aşpazçörəkbişirəni, əsgər X18 və çarpayıda yatan, məntəqənin 2-ci qrupunun rabitəçisi, əsgər X19 həmin vaxt yeməkxanada olan əsgərlər X23, X5, X24 və X22lə birlikdə yataqxanada olan dəmir barmaqlıqlarla ayrılmış silah saxlama yerinə daxil olmuşlar. Leytenant Məhkum tərəfindən «Həyəcan» komandasının icra olunması, əsgərlərin atəş mövqelərində olmaları təmin edilmədiyindən və vaxt məhdudiyyəti olduğundan silah saxlama yerinə daxil olan əsgərlər pərakəndə şəkildə, silahlar ın onlara təhkim olunmuş silah olub-olmadığına fikir vermədən hər biri oradan bir ədəd «AK-74M» markalı avtomat silah və patronla dolu daraqlar götürüb «Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin döyüşə hazırlıq dərəcələrinə gətirilməsi və komplektləşdirilməsi üzrə Təlimat»ın tələblərinə əsasən, «Döyüşə» komandası zamanı yataqxananın giriş qapısına tərəf yaxınlaşıb mövqe tutmalı, olduqları yerdən yataqxananın qarşısında hər hansı təhlükənin olub-olmamasını müəyyən etməli, silahı döyüşə hazır vəziyyətə gətirməklə yeməkxana və yataqxananın pəncərələrinə yaxınlaşmalı, məntəqə rəisinin müəyyən etdiyi ehtiyat çıxışdan – yeməkxananın pəncərəsindən hər hansı təhlükənin olub-olmadığını müəyyən etdikdan sonra bir-birinin müdafiəsini təmin etməklə təhlükəsizlik qaydalarına riayət edərək ehtiyat çıx ış vasitəsilə yataqxana binasından çölə çıxmalı, hər hansı təhlükə aşkar etməyənədək silahdan atəş açmamalı, binanın künclərindən, daldanacaqlardan, ərazinin relyef xüsusiyyətlərindən istifadə etməklə məntəqənin dairəvi müdafiəsini təşkil etməli, təhlükə müəyyən etmədikdən sonra həmin gün üçün təyin olunduqları atəş mövqelərinə getməli, düşmən hərbi qulluqçusu və ya digər şübhəli hal aşkar etdikdə həmin isitiqamətdə atəş açmalı olduqları halda, leytenant Məhkum sərhəd döyüş məntəqəsində xidməti düzgün təşkil etməməsi və verilmiş əmri icra etməyərək əvvəlcədən əsgərləri düzgün təlimatlandırmaması nəticəsində həmin vaxt əsgərlər öz üzərinə düşən vəzifələrini yerinə yetirmək əvəzinə, hər biri silah saxlama yerinin içərisində xaotik şəkildə hərəkət edərək həmin vaxt silah saxlama yerindən bi rinci olaraq çıxmış əsgər X22 yataqxananın giriş qapısına tərəf qaçaraq geri qayıtmış və bundan sonra onun arxasınca silah saxlama yerindən çıxmış əsgər X24, daha sonra əsgər X22in özü silah saxlama yerinin qarşısında, onun ardınca isə əsgər X23 və X56, sonradan əsgər X18 silah saxlama yerinin içərisində götürdükləri silahları döyüşə hazır vəziyyətə gətirərək çöldəki atəş səslərindən artıq düşmənin diversiya-təxribat qruplarının məntəqənin ərazisinə daxil olduqlarını və yataqxanaya basqın etdiklərini güman edib yataqxananın içərisində silahla davranış zamanı təhlükəsizlik qaydalarını pozmaqla giriş qapısına tərəf nizamsız atəşlər açmağa başlamışlar. Məhz hadisədən əvvəl verilmiş «Həyəcan» komandası leytenant Məhkum tərəfindən vaxtında və düzgün icra olunacağı təqdirdə sərhəd döyüş məntəqəs ində düşmənin kəşfiyyat-diversiya qruplarının təxribatının dəf edilməsi verilmiş «Döyüşə» komandası zamanı əsgərlər yataqxanada deyil, məntəqənin atəş mövqelərində olacaqlarına, bu zaman məntəqənin müdafiəsinin düzgün təşkil edilməsi mümkün olacağına və təhlükəsizlik qaydalarının pozulmasına şərait yaranmayacağına görə mümkün olduğu halda, leytenant Məhkum səriştəsizliyi və yarıtmazlığı nəticəsində 1-ci sərhəd döyüş məntəqəsində xidməti düzgün təşkil etməməsi, məntəqənin müdafiəsini təhlükədə qoyması, xidmət müddətində məntəqənin əsgərlərini düzgün təlimatlandırmaması səbəbindən əsgərlər yataqxananın içərisində avtomat silahlardan nizamsız atəşlər açdıqları zaman, «Həyəcan» komandası icra edildiyi təqdirdə həmin vaxt yataqxanada deyil, səngərdə 8 №-li atəş mövqeyində dayanmalı olan X56 tər əfindən «AK-74M» markalı, 3805 №-li avtomat silahından açılmış atəşlər nəticəsində güllələrdən biri ehtiyatsızlıqdan qeyd olunan komandanın icra ediləcəyi təqdirdə həmin vaxt səngərdə 1 №-li atəş mövqeyində dayanmalı olan əsgər X22ə dəyərək ona həyat üçün təhlükəli olan və ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid «Kəskin daxili qanitirmə, iki tərəfli hemopnevmotoraks, aortanın, hər iki ağciyərin və ağciyər arteriyalarının zədələnmələri, sol III qabırğanın kənari sınığı ilə müşayiət olunan boşluğu dəlib-keçən, sağ bazunun yuxarı 1/3-nin kor müştərək yarası» xəsarətlərini yetirmiş, nəticədə üzü-üstə çarpayıların arasına yıxılan əsgər X22 həmin xəsarətlərdən hadisə yerində ölmüşdür. Bununla da, Məhkum tabelikdə olan şəxs kimi hərbi xidmətə vicdansız və laqeyd münasi bəti nəticəsində ona verilmiş «Həyəcan» komandasını, yəni rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri döyüş şəraitində icra etməməsi xidmət apardığı 1ci sərhəd döyüş məntəqəsinin müdafiə qabiliyyətinin zəifləməsindən, məntəqənin işinin pozulmasından, həmçinin «Həyəcan» komandasının icra edilməli olduğu vaxtda verilmiş «Döyüşə» komandası zamanı təşviş içində olan əsgərlərin yataqxananın içərisində silahla davranış zamanı təhlükəsizlik qaydalarını pozmaqla avtomat silahlardan nizamsız atəşlər açmalarından və bu zaman X56un avtomat silahdan açdığı atəş nəticəsində əsgər X22in ehtiyatsızlıqdan xəsarət alaraq hadisə yerində ölməsindən ibarət ağır nəticələrə səbəb olmuşdur. Hökmdən dövlət itthamçısı X25 tərəfindən verilmiş apellyasiya protestinə və Məhkum müdafiəçisi Qəhrəmanov Zabil Köç əri oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 20 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 17 fevral 2022-ci iltarixli hökmü isə Məhkum aid hissədə və apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya p rotestinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə, cəza təyin etmənin əsasları, qaydaları, şərtləri və prinsipləri təsbit edilmiş CM-nin müvafiq maddələrinə, o cümlədən şərti məhkum etmənin tətbiqinə həsr olunmuş CM-nin 70 və 71-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra normalarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 4 saylı Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinn bəzi Qərarlarına və Məhkum təqsirli bilindiyi əməllərin törədilməsi ilə bağlı işin müəyyən edilmiş faktiki hallarına istinad edən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum barəsində CM-nin 70-ci maddəsininin tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gələrkən onun tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, bu cinayətlərin nəticələrini, törədilməsi hallarını, şəraitini, məqsədini və motivini, cinayətlərin törədilməsi zamanı onun davranışını düzgün qiymətləndirməmiş, Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarındakı tövsiyələrə əməl etməmişdir. Belə ki, Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən cəza tədbiri seçilərkən onun hərbi qulluqçu olmaqla, Silahlı Qüvvələrin müvafiq nizamnamələrinin tələbləri baxımından onun vəzifələri, hadisənin baş vermə şəraiti və yeri, məhkumun şəxsiyyəti, onun hərbi xidmət qaydalarına qəsd etməklə cinayət əməli törətməkdə təqsirli olması, habelə törətmiş olduğu cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi obyektiv qiymətləndirilməmiş, apelyasiya məhkəməsi də əsassız olaraq həmin mövqe ilə razılaşmışdır. Həmçinin, Məhkum ona elan edilmiş ittiham üzrə məhkəmə istintaqının əvvəlindən sonunadək qeyri-səmimi olmaqla özünü ona qarşı irəli sürülmüş ittiham qismən təqsirli bilmiş, faktiki isə təqsirli bilməmiş, yalnız zərərçəkmiş şəxslər ona qarşı ifşaedici ifadələr verdikdən sonra, təkzibedilməz sübutların qarşısında aciz qalıb və cəzanın qaçılmaz olduğunu hiss edib, elan olunmuş ittihamın bir neçə bəndi üzrə özünü təqsirli bilərək etirafedici ifadələr vermişdir. Buna baxmayaraq, məhkəmələr işin faktiki hallarından asılı olmayan qeyri-obyektiv nəticəyə gələrək, Məhkum törətdiyi cinayət əməllərindən səmimi peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul etmişlər. Dövlət ittihamçısı daha sonra qeyd etmişdir ki, Məhkum ilk dəfə cinayət törətməsi cəzanı yüngülləşdirən hal hesab edilə bilməz, çünki şəxsiyyətin cinayət törətməməsi onun cəmiyyətdə normal davranışı kimi qəbul edilir. Belə ki, CM-nin 59.1.1-ci maddəsinə əsasən, yalnız hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən hal hesab edilir, qəsdən az ağır və ağır cinayət törətmiş Məhkum əməlləri heç bir halda bu normanın təsiri altına düşmür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, onun törətdiyi əməllər təsadüfi xarakter də daşımamış, əksinə aqressiv davranışla müşayiət olunan, tabeliyində olan şəxslər ə qarşı amansız rəftara çevrilmiş mütəmadi hərəkətlər olmuşdur. Zərər çəkmiş şəxsin ona qarşı şikayətinin olmamasına gəldikdə isə, bu fakt qanunvericiliyə əsasən məhkumun cəzasını yüngülləşdirən hal hesab edilir, lakin zərərçəkmişin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmaması sonuncunun barəsində şərti məhkumetmənin tətbiqinə əsas verən hal kimi qəbul edilə bilməz ona görə ki, Məhkum zərər çəkmiş şəxslərdən üzr istəyərək, onlarla və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışması, zərər çəkmiş şəxsin hüquqi varisinin və zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmaması onun döyüş şəraitində törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini heç də azaltmır və aradan qaldırmır. Məhkəmələr onu da nəzər almamışlar ki, Məhkum törətdiyi əməllərin ictimai təhlükəlili yi təkcə şəxslərin həyat və sağlamğılı ilə məhdudlaşmır, cinayətin digər obyekti kimi hərbi qulluqçular arasında nizamnamə qaydaları da çıxış edir, belə əməllər hərbi hüquq qaydasına, hərbi hissələrin şəxsi heyətinin daimi döyüş hazırlığının təmin olunması mənafələrinə ciddi zərər vurur. Dövlət ittihamçısı həmçinin vurğulamışdır k, hərbi xidmət üzrə nizamnamə qaydaları heç bir vətəndaşa əlahiddə hüquq və ya xüsusi imtiyaz vermədiyi üçün, hərbi qulluqçuların bütün xidmət müddətində qüsursuz xidmət etməyə borclu olmaqla onların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli olduğunu nəzərə alaraq, Məhkum hərbi hissə komandanlığı tərəfindən onun Sərhəd Qoşunlarında qalıb xidmətini davam etdirməsi ilə bağlı vəsatət verilməklə, müsbət xasiyyətləndirilməsini, fəxri fərmanlarla təltif edil məsini, ali hərbi təhsilli zabit olmaqla, ordu sıralarında uzun bir müddət ərzində xidmət keçməsini cəzasını yüngülləşdirən hal kimi qəbul edən məhkəmələrin mülahizəsi də əsaslı sayıla bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gələcək fəaliyyətinə dair “Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə va sitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər.Məhkum hər bir xırda və bəzən uydurma səhvə görə tabeliyində olan hərbi qulluqçuları “cəzalandırması” kimi əməlləri yüksək ictimai təhlükəliliyinə görə seçilir, döyüş tapşırığını yerinə yetirən hərbi hissənin, həmçinin dövlətin təhlükəsizlik mənafelərinə, Silahlı Qüvvələrdə mövcud olan hüquq qaydasına ciddi zərər vurur, hərbi intizamı zəiflədir, şəxsi heyətin döyüş hazırlığını və döyüş qabiliyyətini pozur, habelə zərərçəkmiş şəxlərin sağlamlığına zərər vurur, bu kateqoriyadan olan cinayətləri döyüş şəraitində törətmiş şəxslərə təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi gələcəkdə həmin qəbildən olan cinayətlərin qarşısının alınmasına öz mənfi təsirini göstərməyə bilməz. Bundan başqa, məhkəmələr məhkumun şəxsiyyətini araşdırarkən, obyektiv mövqe tutmamış, Məhkum komandanlıq tərəfindən müsbət səciyyələndirildiyinə tənqidi yanaşmamış, bunun törədilmiş cinayətlərin xarakteri və məhkumun şəxsiyyəti ilə uzlaşmadığına düzgün qiymət verməyərək əsassız olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışlar. Eyni zamanda məhkəmələr Məhkum barəsində şərti məhkum etməni tətbiq edərkən məhkumun islah olunması məqsədi ilə onun üzərinə vəzifə qoyulması məsələsinə də səthi yanaşmaqla, Məhkum üzərinə yalnız xidmət müddətində komandanlığın icazəsi olmadan başqa yerə getməmək, xidmət nizamnamələrinin tələblərini öyrənmək, ordu şur alarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab etmişlər. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya protestinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum, zərər çəkmiş şəxslər X30, X23, X46, X60, X11, X33, X29 və zərər çəkmiş şəxsin hüquqi varisi X26 naməlum səbə blərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə məhkum olunmuş şəxs Məhkum, zərər çəkmiş şəxslər X30nun, X23un, X17nin, X60un, X3in, X13un, X29un və zərər çəkmiş şəxsin hüquqi varisi X25in iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı Q.A.Rizvanov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində məhkəmələr tərəfindən Məhkum barəsində cəzanı yüngülləşdirən hallar düzgün qiymətləndirilmədən həddindən artıq yüngül cəza tədbirinin seçilməsini iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1 və 416.1.21-ci maddələrinin tələblərinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birin ci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədq iq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsir i olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın, bütövlükdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə edlməsini, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prins iplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Əvvəla, kassasiya protestinin məzmunundan görünür ki, dövlət ittihamçısı Q.A.Rizvanov öz kassasiya müraciətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum təqsirli bilindiyi cinayət əməlini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməlin hüquqi tövsifini mübahisələndirmir və apellyasya instansiyası məhkəməsi tərəfindən onun barəsində cəza təyini ilə bağlı əsaslandırılmamış və ədalətsiz yekun məhkəmə aktının qəbul edilməsini iddia edir. Qeyd olunmalıdır ki, bu məsələləri müdafiə tərəfi də mübahisələndirməmiş və apellyasiya instansiyası məhkəməsinin qərarından istər məhkum olunmuş şəxs, istərsə də onun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilməmişdlr. Buna görə, məhkəmə kollegiyası da Məhkum təqsirliliyinə dair sübutların şərh edilməsinə və bununla bağlı onların müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, cinayət işinin materiallarına əsasən, hazırki qərarın “İşin halları” hissəsində təsvir olunmuş işin faktiki hallarını müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkumu n qismən etirafedici ifadələri ilə yanaşı çoxsaylı zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinə, iş üzrə keçirilmiş müxtəlif ekspertizaların rəylərinə, bir çox istintaq hərəkətlərinin aparılmasına dair protokollara və işə əlavə edilmiş sübüt əhəmiyyətli sənədlərə, habelə maddi sübutlara əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməlini CM-nin 328.4, 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələrində nəzərdə tutulmuş cinayətlər – ağır nəticələrə səbəb olmpqla döyüş şəraitində hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmri icra etməmə və təkrarən, ki və daha çox şəxsə qarşı və işgəncə veməklə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin y erinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi kmi qiymətləndirilmişlər. Məhkum istinad olunan CM-nin 328.4-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələrinin sanksiyasında isə bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur və həmin cinayətlər CM-nin 15.3 və 15.4-cü maddələrnin tələblərinə uyğun olaraq ağır və az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, CM-nin 15.3 və 15.4-cü maddələrinin tələblərinə müvafq olaraq bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Məhkəmə kollegyası cinayət qanunvericiliyin aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun Qərarlarındakı tövsiyələrdən çıxış edərək törədilmiş cinayətin halları ilə yanaşı Məhkum barəsində cinayət-hüquqi xarakerli tədbirin tətbiq edilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələrinin əsaslandıqları hallara hazırki qərarında da müraciət etməyi zəruri bilir. Əvvəla, apellyasiya instansiyası məhkəməsinin razılaşaraq qüvvədə saxladığı birinci instasiya məhkəməsinin hökmündən göründüyü kimi, həmin məhkəmə Məhkum barəsində cəza tədbiri seçərkən onun zərər çək miş şəxslərdən üzr istəyərək onlarla və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərər çəkmiş şəxsin hüquqi varisinin və zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasn, ilk dəfə olaraq cinayət törətməsini, cinayəti qismən etiraf etməklə əməlindən peşman olmasını, hərbi hissə komandanlığı tərəfindən onun Sərhəd Qoşunlarında qalıb xidmətini davam etdirməsi ilə bağlı vəsatət verilməklə müsbət xasiyyətləndirilməsini, fəxri fərmanlarla təltif edilməsini, ali hərbi təhsilli zabit olmaqla ordu sıralarında uzun bir müddət ərzində xidmət keçməsini, atasının «hər iki ağ ciyərin fibroz noverkoz vərəmi» xəstəliyindən əziyyət çəkməsini CM-nin 59.2-ci maddəsinin tələblərinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar kimi qiymətləndi rmiş və iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini qeyd etmiş, daha sonra isə Məhkum törətdiyi cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə hər hansı şəkildə qiymət verməyərək onun haqqında şərti məhkum etmənin tətbiqi mümkünlüyünü aşağıdakı qaydada əsaslandırmışdır: “Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Məhkum araşdırılan iş üzrə zərərçəkmiş şəxslərə zor tətbiq etməsi ilə əlaqədar özünü təqsirli bilmiş, zərərçəkmiş şəxslər ondan şikayətçi olmamaqla barəsində yüngül cəza təyin edilməsini xahiş etmişlər. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrindən müəyyən olundu ki, Məhkum xidmət etdiyi sərhəd döyüş məntəqəsində barəsində araşdırma aparılmasına səbəb olmuş hadisə baş verməmişdən əvvəl zərə rçəkmiş şəxslərə zor tətbiq etməklə əlaqədar hərəkətlərindən peşman olmuş, səhvə yol verdiyini başa düşmüş və zərərçəkmiş şəxslərdən üzr istəyərək onlarla barışmışdır. Bundan başqa Məhkum təqsirləndirildiyi CM-nin 328.4-cü maddəsi ilə təyin ediləcək cəzanın real olaraq çəkilməsi baxımından qiymət verərkən məhkəmə ilk növbədə həmin maddənin tərkib əlamətlərindən olan subyektiv cəhətə qiymət verməyi vacib hesab edir. Belə ki, qeyd olunan əməl subyektiv cəhətdən birbaşa və ya dolayı qəsdlə törədilir. Qəsdin yönəldiyi obyekt isə hərbi qulluqçuların tabelik münasibətləri və onlar arasındakı münasibətlərin hərbi nizamnamələrlə müəyyən edilmiş qaydasıdır. Lakin baş vermiş ağır nəticəyə təqsirləndirilən şəxsin psixi münasibəti ehtiyyatsızlıqda ifadə olunur. Qeyd olunanları hazırki işə münasibətd ə təhlil etdikdə müəyyən olunur ki, Məhkum CM-nin 328.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törədərkən onun əməlinin səbəb olacağı faciəvi nəticə qəsdən deyil, əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyini qabaqcadan görməklə, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə, öz hərəkətsizliyi ilə cinayətkarcasına özünəgüvənməklə ehtiyyatsızlıqdan baş vermişdir. Eyni zamanda cinayət işinin materiallarından müəyyən olunur ki, X22in ölməsinə səbəb yalnız Məhkum deyil, eyni zamanda digər təqsirləndirilən şəxs X5un da ehtiyyatsızlığı olmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, Məhkum ona verilən əmrin icrası istiqamətində müəyyən addımlar atmış, yəni şəxsi heyəti kazarmada tam hazır vəziyyətə gətirmişdir. Lakin şəxsi heyət döyüş mövqelərinə göndərilmədiyindən əmr icra edilməmiş hesab edilmişdir. Bu hal onu göstərir ki, təqsirləndirilən şəxsin əmri icra etmək niyyəti olmuş və verilən əmrə tam vicdansız və laqeyd münasibət göstərməmişdir. Həmçinin həm ibtidai istintaqda, həm də məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, həyəcan komandası Məhkum istirahətdə olduğu vaxt verilmişdir. Bununla əlaqədar olaraq şahid qismində dindirilmiş mütəxəssis X2 cavablandırarkən qeyd etdi ki, həyəcan komandası alan cavabdeh şəxs X komanda verildiyi təqdirdə, özü şəxsi heyəti həyəcan siqnalına qaldırmalı və şəxsi heyət yerlərini tutmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş 07 sentyabr 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardanda müəyyən olunur ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qull uqçusu, baş çavuş X oğlunun 07 mart 2020-ci il tarixdə saat 05:27-də N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığının 12-ci sərhəd zastavasının 1-ci sərhəd döyüş məntəqəsinin sərhəd gözətçisi tərəfindən “Məntəqəyə basqın” komandası verildikdən sonra həmin gün cavabdeh olduğundan və məntəqə rəisi gələnədək ilkin vəziyyətdə məntəqə rəisinin vəzifəsini icra etdiyindən “Döyüşə” komandasından sonra məntəqənin müdafiəsini və “Döyüşə” komandasını təlimatların və nizamnamənin tələblərinə uyğun idarə etməməsindən, yəni həmin normaların tələblərini pozmasından, həmçinin hərbi qulluqçular tərəfindən silahla davranış zamanı təhlükəsizlik qaydaları pozularkən bu qaydalara riayət olunmasını təmin etməməsindən ibarət əməllərində CM-nin 341 və 342-ci maddələrinin tərkibi müəyyən edilmədiyindən CPM-ni n 39.1.2-ci maddəsinə əsasən, həmin xüsusat üzrə Xnin barəsində cinayət təqibinə xitam verilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərarının 36-cı bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsə istinad edilən cinayətin digər iştirakçıları qanunla nəzərdə tutulmuş əsaslarla cinayət məsuliyyətindən azad edilmişlərsə və onların hərəkətlərinin və yaxud hərəkətsizliyiynin təqsirləndirilən şəxsin cinayət hadisəsində rolu, iştirak dərəcəsi, əməlinin tövsifi və işin digər mühüm hallarının müəyyən edilməsində əhəmiyyəti varsa, o zaman həmin şəxslər haqqında işin icraatına xitam verilməsi göstərilməklə, onların roluna istinad edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarına əsasən məhkəmə qeyd edi r ki, sübutların qiymətləndirilməsi haqqında qərardan, şahid X oğlunun ifadəsindən, şahid qismində dindirilimiş mütəxəssis X12 ifadəsindən və hadisənin baş veridiyi anın videogörüntülərindən müəyyən olunur ki, şahid X oğlu məntəqəyə basqın komandası verilərkən cavabdeh şəxs olaraq “Döyüşə” komandasını təlimatın və nizamnamənin tələblərinə uyğun icra etməmişdir. Bununla da qeyd olunan hadisənin baş verməsində Xnin də rolu olmuşdur. Bundan başqa məhkəmə bildirir ki, göstərilən hadisə nəticəsində ən böyük zərər Məhkum xidmət etdiyi hərbi hissənin nizam intizamına və həmçinin hadisə nəticəsində vəfat etmiş zərər çəkmiş şəxsin hüquqi varisinə dəymişdir. Lakin məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, həm zərər çəkmiş şəxsin hüquqi varisinin, həm də Məhkum xidmət etdiyi hərbi hissənin təqsirləndirilən şəxsin hadisə baş verən vaxtdan hazırkı vaxtadək azadlıqda qalmasından mənfi emosiyalarının olması, yaxud ondan hansısa bir şəkildə narazı olmaları müəyyən olunmamışdır. Əksinə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsi bağışladığını ona yüngül cəza təyin edilməsini bildirmiş, xidmət etdiyi hərbi hissə isə Məhkum zabit kimi xidmətini davam etdirməsində maraqlı olduğunu məhkəməyə bildirmişdir. Ona görə də məhkəmə, hadisə nəticəsində maraqlarına birbaşa toxunulan şəxslərin tutduqları humanist mövqeyi Cinayət Məcəlləsinin fundamental prinsiplərindən olan humanizm və ədalət baxımından, həmçinin cəzanın məqsədləri baxımından diqqət mərkəzində saxlanmalı hallar olduğunu qeyd edir və cəza təyini zamanı nəzərə alınmasını vacib hesab edir. Bundan başqa məhkəmə Məhkum şəxsiyyətini qiymətləndirərkən qeyd edir ki, sonuncu ali hərbi təhsilli zabitdir, yəni o, gənc yaşından hərbi xidməti seçməklə uzun müddətdir ordu sıralarında xidmət edir. Baş vermiş hadisəyə qədər heç vaxt cinayət məsuliyyətinə cəlb edilməmişdir. Həmçinin Məhkum hazırda araşdırılan hadisə baş verdikdən sonrada öz vəzifələrinin öhdəsindən laqiyincə gəlməsi hərbi hissə komandanlığı tərəfindən məhkəməyə ünvanlanmış vəsatətdə öz əksini tapmış, sonuncu qeyd olunan müddət ərzində hərbi hissə komandanlığı tərəfindən yaxşı xidmət etməsinə görə təşəkkürlə mükafatlandırılmışdır. Eyni zamanda məhkəmə təqdim olunmuş arayışdan müəyyən olunur ki, Məhkum ailəsində yeganə oğlan övladı olmaqla valideynlərilə birgə yaşayır, atası isə vərəm xəstəsidir. Yuxarıda göstərilən bütün fikirləri ümumiləşdirərək məh kəmə bildirir ki, göstərilən hallar Məhkum cinayət məsuliyyətindən azad etmir, lakin, qeyd olunan hadisə nəticəsində övladını itirmiş zərərçəkmiş şəxsin hüquqi varisi humanizm göstərərək zərərçəkmiş şəxsləri bağışladığı halda, hadisənin baş verdiyi hərbi hissə Məhkum həmin hərbi hissədə qalmaqla xidmətini davam etdirməsini və onlar üçün lazımlı zabit olmasını bildirdiyi halda, sonuncunun azadlıqda qalması işin araşdırıldığı müddət ərzində cəmiyyətdə, ictimaiyyətdə mənfi emosiyalar doğurmadığı halda iddia etmək olmaz ki, Məhkum qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrə hörmət və etiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Məhkəmə hesab edir ki, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunan şəxs olaraq Məhkum şərti məhkum etmə ins titutunun imkanlarından yararlanmaq haqqı təmin olunmalı, bu imkandan ümumilikdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsini aydınlaşdırmaq üçün o, müəyyən müddət sınaqdan keçirilməlidir. Ona təyin olunmuş sınaq müddəti yuxarı həddə yaxın müəyyən olunmalıdır.” Bu əsaslandırma ilə razılaşmayan məhkəmə kollegiyası əvvəla qeyd edir ki, istər birinci instansiya məhkəməsi, istərsə də bir tərəfdən həmin əsaslandırmaya heç bir münasibət bildirməyən, lakin Məhkum barəsində şərti məhkum etmənin tətbiqi ilə razılaşan, lakin kassasiya protestinin məzmunu ilə eynilik təşkil edən apellyasya protestinin dəlillərini əsaslandırılmış və inandırıcı şəkildə cavablandırmayan apellyasiya instansiyası məhkəməsi Məhkum şəxsiyyətini səciyyələndirən hallara üstünlük verərək onun törətdiyi cinayət əməllərin in xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, bu cinayətləri törtəməklə çoxsaylı zərər çəkmiş şəxslərin sağlamlıqları, şərəf və ləyaqətləri ilə yanaşı hərbi xidmət keçmə qaydalarına ziyan vurmasına, cinayətlərin törədilməsi hallarına və şəraitinə heç bir qiymət verməmiş və nəzərə almamışlar ki, cinayət işinin materiallarına əsasən, 07 mart 2020-ci il tarixdə məhkum olunmuş şəxsin rəhbərlik etdiyi döyüş məntəqəsində “Həyəcan” komandası ona çatdırıldıqdan sonra sonuncu vəzifə borcunu lazımınca dərk etməyərək və xidməti vəzifələrinə laqeyd münasibət göstərərək istirahət etməsini verilmiş əmri vaxtında və lazımi qaydada icra etmək vəzifəsini daşımasından üstün tutmuş, bunun da nəticəsində düşmənin kəşfiyyat-diversiya qrupu məntəqəyə basqın etmiş və bu basqının qarşısının alınması zamanı b ir əsgər ehtiyatsızlıqdan öldürülmüş, həmçinin hərbi əmlak tələf olmuşdur. Yəni Məhkum “Həyacan” komandası verildikdən sonra öz vəzifələrini verilmiş əmrə uyğun olaraq hərbi nizamnamələrdə və qeyri-normativ aktlarda nəzərdə tutulmuş qaydada icra etmiş olsa idi, “Məntəqəyə basqın” komandası verildikdə məntəqənin şəxsi heyəti yataqxana binasında deyil, təyin olunmuş atəş mövqelərində olardılar və göstərilən nəticələrin baş verməsi ehtimalı az olardı. Bundan başqa, birinci nstansiya məhkəməsi Məhkum törətdiyi cinayətin ağırlığını və məsuliyyətini azaltmaq mövqeyində olmaqla, verilən əmrin icrası istiqamətində onun müəyyən addımlar atdığını, yəni “Həyəcan” komanasından sonra döyüş mövqelərinə göndərilməsə də, şəxsi heyətin yataqxanada tam hazır vəziyyətə gətirildiyini, əmri icra etmək niyyət i olduğunu qeyd etməklə, Məhkum verilən əmrə tam vicdansız və laqeyd münasibət göstərməməsi qənaətinə gələrək, sonuncunun məsuliyyətini X ilə bölmüşdür. Təhlil göstərir ki, məhkəmənin bu mövqeyi də ziddiyyətli olmuş və iş üzrə sübutlarla, habelə qəbul edilmiş qərarlarla uzlaşmır. Belə ki, öz əsaslandırmasında birinci instansiya məhkəməsi faktiki olaraq bir tərəfdən belə nəticəyə gəlmişdir ki, Məhkum ona verilmiş əmri icra etmək istəmiş, xidmətə vicdansız və ya laqeyd münasibət sərgiləməmişdir, digər tərəfdən isə Məhkum CM-nin 328.4-cü maddəsi ilə elan olunmuş ittihamla razılaşaraq onun digər əməlləri ilə yanaşı bu maddədə də nəzərdə tutulmuş cinayəti törətməkdə də təqsirli bilmş və bu haqda da apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxladığı ittiham hökmü çıxarmışdır. Bununl a yanaşı, yuxarıda təsvir edilmiş əsaslandırmadan görünür ki, məhkəmələr verilmiş əmrin icra edilməməsində N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş X oğlunun da təqsirinin olması barədə qənaətə gəlmiş, lakin bu hala qiymət verilərkən “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 36-cı bəndinə istinad olunsa da, nəzərə almamışlar ki, əvvəla Məhkum X ilə qrup şəklində əmri icra etməməyə görə ittiham irəli sürülməmiş, digər tərəfdən isə iş materiallarında olan “Sübutların qiymətləndiriləməsi haqqında” qüvvədə olan,Ö yəni ləğv edilməmiş 07 sentyabr 2020-ci il tarixli qərarla Xnin 07 mart 2020-ci il tarixdə saat 05:27-də N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığının 12-ci sərhəd zastavasının 1-ci sərhəd d öyüş məntəqəsinin sərhəd gözətçisi tərəfindən “Məntəqəyə basqın” komandası verildikdən sonra həmin gün cavabdeh olduğundan və məntəqə rəisi gələnədək ilkin vəziyyətdə məntəqə rəisinin vəzifəsini icra etdiyindən “Döyüşə” komandasından sonra məntəqənin müdafiəsini və “Döyüşə” komandasını təlimatların və nizamnamənin tələblərinə uyğun idarə etməməsindən, yəni həmin normaların tələblərini pozmasından, həmçinin hərbi qulluqçular tərəfindən silahla davranış zamanı təhlükəsizlik qaydaları pozularkən bu qaydalara riayət olunmasını təmin etməməsindən ibarət əməllərində CM-nin 341 və 342-ci maddələrinin tərkibi müəyyən edilmədiyindən CPM-nin 39.1.2-ci maddəsinə əsasən, həmin xüsusat üzrə Xnin barəsində cinayət təqibinə xitam verilmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəməl ər Xnin də əmri icra etməməsi haqda qənaətə gəlib faktiki olaraq ona qarşı da ittiham irəli sürsələr də, nəzərlərindən qaçırmışlar ki, CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Digər tərəfdən belə qənaətə gələn məhkəmələr onların bu qənaətlərini təsdiq edən hər hansı məlumatı dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməmiş, bununla da CPM-nin 207.6-cı maddəsinin tələblərinə əməl etməmişlər. Nəticədə isə məhkəmələr Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən, uyğunlaşdığı hərbi xidmət mühitindən ayrılmadan da islah oluna və bununla da cəzanın məqsədləri təmin edilə biləcəyi qənaətinə gələrək Məhkum bar əsində CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişlər. Bu zaman məhkəmələr bunun əsası kimi həmçinin hərbi hissə komandalığının məhkum olunmuş şəxs haqqında verdiyi vəsatətə də istinad etmiş, lakin həmin vəsatəti Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə birgə müqayisəli şəkildə təhlil edib qiymətləndirməkdən imtina etmişlər. Məhkəmə kollegiyası Məhkum barəsində belə cəza tədbirinin seçilməsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cinayət-hüquqi xarakterli tədbir cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində işti rakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsin haqqında seçilmş cəza tədbiri ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yə ni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası vurbulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, onun xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalı və eyni zamanda cəzanın məqsədlərini də təmin etməlidır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Törədilmiş cinayətin ictimai təhlükəli lik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən isə məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olub-olmaması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun isl ah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına d air inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-nin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Baxılan işin materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunması barədə nəticəyə gələrkən, apellyas iya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən sonuncunun şəxsiyyəti barədə qənaətlərini bu məsələ üzrə düzgün nəticəyə gəlmək üçün təsiri ola biləcək bütün halların məcmusundan hasil etməmiş, nəticə etibarı ilə onun şəxsiyyətinin düzgün qiymətləndirilməsini təmin edə bilməmişlər. Belə ki, islah olunma perspektivləri baxımandan cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin cinayət törətdiyinə görə peşman olması, əməlinin zərərli nəticələrini aradan qaldırması, vurulmuş ziyanı ödəməsi onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, is lah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Birinci instansiya məhkəməsinin hökmündən və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının yekun qərarından görünür ki, məhkəmələrin Məhkum şəxsiyyətinin onun cəza çəkmədən islah oluna biləcəyinə inam yaratmasına dair qənaətləri xüsusilə ona əsaslanır ki, o, cinayət əməlini qismən etiraf edib peşman olmuş və zərər çəkmiş şəxslərlə və zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Halbuki, birinci instansiya məhkəməsi özü də 17 fevral 2022-ci il tarixli hökmdə qeyd etmişdir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə qismən, yəni CM-nin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilmiş, lakin ibtidai araşdırma zamanı özünü ümumiyyətlə təqsirli bilməmiş, bununla da cinayət i şinin icraatı müddətində müxtəlif cür ifadələr verməklə qeyri-səmimilk nümayiş etdirmiş, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli bilmədiyi hissədə ifadələri isə digər təqsirləndirilən şəxs X5un, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin həm ibtidai istintaq, həmçinin məhkəmə istintaqı zamanı verdikləri, biri digərini tamamlayan, məntiqi baxımdan üst-üstə düşən və bu səbəbdən də mötəbərliyi şübhə doğurmayan ifadələri ilə təkzib edilir və təqsirləndirlən şəxsin həm ibtidai araşdırma zamanı verdiyi özünü təqsirli bilməməsi ilə bağlı ifadəsi, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu qismən etirafedici ifadəsi həmin hissədə inandırıcı hesab oluna bilməz, onun ifadələr verməklə törətmiş olduğu cinayətə görə məsuliyyətdən və cazadan yayınmaq məqsədi daşıy ır. Belə vəziyyətdə məhkəmə kollegiyası məhkəmələr tərəfindən Məhkum barəsində şərti məhkum etmə tətbiq edilərkən onun səmimi peşmanlığının düzgün nəzərə alınmaması barədə kassasiya protestinin dəlillər ilə razılaşan məhkəmə kollegiyası qeyd etməyi lazım bir ki, səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməyə dair tələblər nəzərdə tutulmuş CM-nin 72.1-ci maddəsinə əsasən isə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi, həmin maddədə qanunverici cinayət törətmiş şəxsin səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilm əsi üçün mütləq şəkildə məcmu şəklində aşağıdakı şərtlərin olması barədə tələb irəli sürür: a) şəxs yalnız böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə təqsirləndirilməli; b) həmin şəxs könüllü gəlib təqsirini boynuna almaqla törətdiyi cinayətin və ya cinayətlərin halları barədə etirafedici ifadələr verməli; c) belə şəxs cinayətin üstünün açılmasına fəal kömək etməli, cinayət nəticəsində dəymiş ziyanı ödəməli və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmalıdır. Səmimi peşmanlığın dispozitiv əlamətləri kimi cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hallar nəzərdə tutulmuşdur ki, belə hallar müəyyən edildikdə böyük ictimai təhlük törətməyən cinayət törətmiş şəxs həmin hallara əsasən cinayət məsuliyyətindən azad edilə bilər. Şəxsin digər kateqoriyalara aid (az ağır, ağır və ya xüsusilə ağır) cinayətər törətməsi halında isə hətta səmimi peşmanlıqla bağlı yuxarıda göstərilən başqa hallar müəyyən edildikdə belə onun CM-nin 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə olduqda isə məhkəmələr cəza təyini zamanı səmimi peşmanlığın müəyyən edilməsinə dəlalət edən halları həm ayrıayrılıqda, həm də cəm şəklində səmimi peşmanlıq kimi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib nəzərə ala bilərlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cəza təyini zamanı cinayət törətmiş şəxsin səmimi peşmanlığı məsələsinə təkcə cinayət hüquqi normal arının tələbləri baxımından deyil, həm də fəlsəfi nöqteyi nəzərdən diqqət yetirilə və bu hal da təqsirkarın şəxsiyyətini səciyələndirən, digər tərəfdən isə cəzanı yüngülləşdirən hal kimi cəza təyini zamanı nəzərə alına bilər. Belə ki, fəlsəfi mənada peşmançılıq şəxsin etdiyi və ya etmədiyi hərəkətlərə görə keçirdiyi dərin təəssüf hissidir. Bu hissi keçirən şəxslərin digərlərindən fərqi ondan ibarətdir, onlar etdikləri hərəkətə, onun nəticələrinə biganə yanaşmır və etdikləri, yaxud da etmədikləri hərəkətə görə mənəvi əziyyət çəkirlər, bunu isə istər ifadələrində, istərsə də dgjər hərəkətlərində ifadə edə bilərlər. Məhkəmə kolegiyası hesab edir ki, belə səmimi peşmanlıq həmçinin hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinmiş şəxsin cinayət törətməyə meylli şəxs olmamasının və tez b ir zamanda islah oluna bilməsinin göstəricisidir. İş üzrə araşdırılmış sübutların, Məhkum cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi biri-birinə ziddiyyət təşkil edən ifadələrin təhlili göstərir ki, o, həmin ifadələrində törətdiyi əməllərə görə pemançılıq çəkməsini bildirməmiş, onun bu hissi keçirməsi ibtidai araşdırmanan ilkin mərhələsindən başlayaraq verdiyi ifadələrin biri-biri ilə üst-üstə düşməyən məzmunu ilə də təsdiq olunmur və bu hallar da məhkumun yuxarıda göstərilənlərlə yanaşı həm də fəlsəfi nöqteyi nəzərdə səmimi peşmanlığından xəbər vermir. Cinayət törətməsini qəbul etməyən şəxsin cinayətə görə peşman olmasını bildirməsini həqiqət kimi qəbul etmək – bu məhkəmə kollegiyasının fikrincə ziddiyyətli yanaşmadır. Çünki, səmimi peşmançılıq şəxsin öz davranışına tənqidi münasib ətindən, o cümlədən belə davranışın yolverilməz olmasını qəbul etməsindən, bu davranışa görə özüözünü məzəmət etməsindən irəli gəlməlidir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o, da nəzərə alınmalıdır ki,CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən CM-nin 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin tələblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci madd əsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların möacudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdir ilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Bu tələblərə həmçinin təqsirkarın haqqında bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı əməl olunmalı dır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunan cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yaln ız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər t ərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasın a və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin s özsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarından görünür ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli ş əxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilə n Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 70.1-ci maddəsinə müvafiq olaraq islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzan ın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alır. CM-nin 70.3-cü maddəsinin tələblərindən görünür ki, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM- nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməli və məhkum barəsində şərti məhkum etməni n tətbiqi üçün aşağıdakı əsasların olub-olmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründyü kimi, CM-nin 70-ci maddəsi və Ali Məhkəmənin Plenumu həmin cinayəthüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir və bu zaman ilk növbədə törədilmiş cinayətin xarakterinin, ictimai təhlükəlilik dərəcəsinin, daha sonra isə məhkumun şəxsiyyətini səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alı nması tələb olunur (CM-nin 70.2-ci maddəsi). Eyni zamanda, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun, digər tərəfdən isə bu cinayət-hüquqi xarakterli tədbir cəzanın məqsədəlrini də təmin etsin. Lakin, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilməsinin mümkün olub-olmaması araşdırılarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzalarının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyə t (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında CM-nin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə də riayət olunmalıdır. Yuxarıda təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-nin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şə xsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Baxılan işin materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunması barədə nəticəyə gələrkən onun şəxsiyyəti barədə nəticələri bu məsələ üzrə düzgün, inandırıcı qənaətə gəlmək üçün təsiri ola biləcək bütün halların məcmusundan hasil etməmiş, nəticə etibarı ilə onun şəxsiyyətinin törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsinin və xarakterinin prizmasından düzgün qiymətləndirilməsini təmin edə bilməmişdir. Belə ki, işin müəyyən edilmiş fakitiki hallarından göründüyü kimi, Məhkum 2019-cü ilin avqust ayından başlayaraq 2 020-ci il fevral aynın sonlarınadək döyüş şəraitində mütəmadi olaraq, heç bir səbəb olmadan tabeliyində olan hərbi qulluqçulara qarşı, həm də onların bəzilərinə işgəncə verməklə zor tətbiq etmiş, 2020-ci il martın 7-də tabelikdə olan şəxs kimi döyüş şəraitində hərbi xidmətə vicdansız və laqeyd münasibəti nəticəsində rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri icra etməmiş, onun da bu əməli ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə kollegyası həm bu hallardan və bu hallarla bağlı yuxarıda təsvir edilənlərdən, həm də qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun öz Qərarlarında əks etdirdiyi izah və tövsiyələrdən çıxış edərək, hesab edr ki, bu qaydada, yəni CM-nin 8, 58.3, 70-ci maddələrində göstərilən qaydada və əsaslarla Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsinə təsir göstərən bütün halların nəzərə alınmaması ilə (cəzanı yünüglləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarrın şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) bu institutun tətbiqi nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, yəni CM-nin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsini təmin edə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, təsvir edilənlər kassasiya protestinin əsaslı olduğunu, apellyasiya instansiyası məhkəməsinin isə CPM-nin 416.1.2 və 416.1.21ci maddələrində nəzərdə tutulan, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən pozuntuya yol verdiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq və həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək şərh olunan əsaslara görə belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə Məhkum CM-nin 328.4, 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edi lməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.4, 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.
Məhkəmə qərarları › İş №1-1(102)-10/2023
Ali Məhkəmə Qərar — İş №1-1(102)-10/2023
07.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver