Məhkəmə qərarları › İş №1-1(102)-10/2024

Ali Məhkəmə Qərar — İş №1-1(102)-10/2024

22.05.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-10/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Hərbi Məhkəməsinin (hakim Əli Süleymanov) 17 mart 2023-cü il tarixli, 11(097)3/2023 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Füzuli rayonunun Əhmədbəyli kəndində daimi qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 329.2.1, 329.2.2, 329.2.6 və 329.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 329.2.1, 329.2.2, 329.2.6-cı maddələri ilə 2 (iki) il müddətə, Azərbaycan Respublikasının CM-in 329.3-cü maddəsi ilə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum ed ilmiş, CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, Məhkum 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Şuşa şəhərinin ərazisində yerləşən Artilleriya Divizionunun tank əleyhinə batareyasının 2-ci tank əleyhinə artilleriya tağımının baş mexanik-sürücüsü vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 15-20 avqust 2021-ci il tarixləri aralığında saat 14:00 radələrində batareyanın yeməkxanasının qarşısında tabeliyində olan həmin batareyanın idarəetmə tağımının kəşfiyyat manqasının komandiri, əsgər Zərərçəkmiş şəxs2 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının otağında təmizlik işlərini aparmasına dair həmin gün səhər saatlarında verdiyi tapşırığı vaxtında yerinə yetirməməsindən qəzəblənib buna görə ona öz iradlarını bildirmiş və Zərərçəkmiş şəxs2 sağ və sol sifət nahiyələrinə iki sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 20-25 avqust 2021-ci il tarixləri aralığında saat 14:00 radələrində batareyanın əsgər yeməkxanasında heç bir səbəb olmadan tabeliyində olan həmin batareyanın 1-ci tank əleyhinə artilleriya tağımının 3-cü topunun heyət nəfəri, əsgər X1 nahiyəsinə bir sillə zərbəsi vurmuş və sonuncu onun bu hərəkətinə etirazını bildirib əlini çəkməsini tələb etdikdə, onun bu hərəkətindən qəzəblənərək, yumruqla əsgər Ç.R.Həziyevin sinəsinə bir zərbə vurmuş və sonuncu həmin zərbədən qarnını tutub aşağı əyildikdə, öz qanunsuz hərəkətlərini davam etdirərək, həmin vəziyyətdə əsgər Ç.R.Həziyevin kürək nahiyəsinə daha 5-6 sillə zərbəsi vurmuşdur. Həmin vaxt əsgər Ç.R.Həziyev ona «belimin gününə bax, qarnıma bax» deyərək, bu hərəkətinə görə ondan yuxarı komandanlığa şikayət edəcəyini bildirmiş və bu zaman kiçik çavuş Məhkum bir qədər kənardan durub onlara baxan həmin batareyanın 1-ci tank əleyhinə artilleriya tağımının 1-ci topunun baş tuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs3 güldüyü nü görüb sonuncuya yaxınlaşaraq, güldüyünə görə onun sifət nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. Əsgər Zərərçəkmiş şəxs3 da onun bu qanunsuz hərəkətinə öz etirazını bildirib əlini çəkməsini tələb etmiş və bundan daha çox qəzəblənmiş Məhkum onun ünvanına nalayiq ifadələr işlətməklə kürək nahiyəsinə bir sillə zərbəsi, sağ əlini yumaraq orta üçüncü barmağını qabarıq şəkildə tutaraq onun baş nahiyəsinə 4-5 dəfə zərbə, ayağı ilə sağ ayaq nahiyəsinə bir dəfə zərbə vurmuş, həmin zərbələr nəticəsində başında yaranmış ağrının təsirindən əsgər Zərərçəkmiş şəxs3 aşağı əyilmiş və bu vəziyyətdə Məhkum onun kürək nahiyəsinə təpiklə bir zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Həmçinin Məhkum, hə min vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 26 avqust 2021-ci il tarixdə saat 15:00 radələrində günorta yeməyindən sonra batareyanın yeməkxanasının qarşısındakı ərazidə tabeliyində olan həmin batareyanın 1-ci Artilleriya tağımının 1-ci topunun usta heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs4 üzünü qırxmadığına görə öz iradlarını bildirib hansı səbəbdən üzünü qırxmadığını soruşmuş və sonuncu ona üzqırxanı olmadığına görə növbəti gün səhər üzünü qırxacağanı bildirdikdə, onun bu cavabını bəhanə kimi qəbul edib qəzəblənərək, əsgər Zərərçəkmiş şəxs4 sol sifət nahiyəsinə bir sillə zərbəsi vurmuş, daha sonra sonuncuya güclü fiziki ağrı və psixi iztirablar vermək məqsədi ilə heç bir xidməti zərurət olmadan ona zirehli gödəkcə geyinməsinə dair göstəriş verib sonuncunu bu vəziyyətdə bir müddət saxlatmaqla rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı işgəncə verməklə təkrarən zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 26 avqust 2021-ci il tarixdə günorta saatlarında sağ döş cibində 70 (yetmiş) manat məbləğində pul olan kitelini əynindən çıxarıb batareyanın yeməkxanasının qarşısındakı pilləkanların tutacaq hissəsindən asıb xidməti işləri ilə məşğul olarkən, həmin vaxt yeməkxana növbətçisi naryadında xidmət aparan əsgər Ç.R.Həziyev həmin kitelin cibindən 60 (altmış) manat məbləğində pulu gizli olaraq talamışdır. Bundan sonra həmin gün saat 18:00 radələrində batareyanın şəxsi heyəti ilə birlikdə yeməkxanada olan zaman kiçik çavu ş Məhkum kitelinin cibindən pul götürmək istəyərkən cibində 10 (on) manat məbləğində pul olduğunu görüb cibində 50 (əlli) manat pul olmalı olduğunu düşünərək, 40 (qırx) manat məbləğində pulunun oğurlandığını bilmiş və şəxsi heyəti yeməkxananın qarşısında sıraya düzüb «Cibimdə 40 (qırx) manat pul var idi, indi yoxdur. Kim götürübsə, gəlsin mənə desin. Həmin adam ortaya çıxmasa sıranın qabağında deyəcəm ki, həmin adam həmin pulla anasına, bacısına liftcik-tuman alıb» demişdir. Həmin vaxt digər əsgərlərlə birlikdə sırada dayanmış əsgər Ç.R.Həziyev pulu oğurlaması barədə heç bir söz deməmiş və əsgərlərdən heç birinin qabağa çıxmadığını görən kiçik çavuş Məhkum batareyanın 1-ci Artilleriya tağımının 3-cü topunun heyət nəfəri, əsgər Şahid8 onun pulunun kim tərəfindən oğurlandığını araşdırıb ta pmasını və nəticəsi barədə ona məruzə etməsini tapşıraraq sıranı buraxmışdır. Bundan sonra əsgər Şahid8 digər əsgərlər arasında araşdırma aparıb əsgər Ç.R.Həziyevin həmin gün hərbi hissənin əsgər mağazasına olan borcunu tam ödədiyini öyrənib sonuncuya yaxın son günlər ərzində pul göndərilmədiyini nəzərə alaraq kiçik çavuş Məhkum məxsus pulun məhz əsgər Ç.R.Həziyev tərəfindən oğurlandığını təxmin etmiş və həmin gün saat 19-00 radələrində sonuncunu batareyanın dayaq məntəqəsinin yaxınlığındakı istifadəsiz evlərin birinin həyətinə çağırıb orada sorğu-sual etdikdə, əsgər Ç.R.Həziyev ehtiyacı olduğuna görə mağazaya olan borcunu ödəmək məqsədi ilə naryadda olarkən kiçik çavuş Məhkum məxsus pulu oğurladığını etiraf etmişdir. Bundan sonra əsgər Şahid8 bu barədə kiçik çavuş Məhkum məlumat vermiş və sonuncu həmin gün saat 19:10 radələrində batareyanın şəxsi heyətini yenidən batareyanın qərargahının qarşısındakı yolda sıraya düzüb sıranın qarşısına çıxaraq «Pulu kim götürübsə, gəlsin mənə desin» deyərək həmin əsgərə heç nə etməyəcəyini, həmin şəxsin sakitcə gəlib ona məlumat verməsini bildirmişdir. Lakin həmin vaxt sırada dayanmış əsgər Ç.R.Həziyev sıranın qarşısına çıxmamış və bunu görən kiçik çavuş Məhkum sıranı buraxmış, daha sonra isə ətrafdakı əsgərlərin, o cümlədən əsgər Ç.R.Həziyevin eşidə biləcəyi şəraitdə uca səslə nalayiq ifadələr işlədərək pulunun kim tərəfindən oğurlandığını tapacağı təqdirdə həmin şəxsi bağışlamayacağını, həmin şəxsin başına sidik ifraz edib bunu videoya çəkərək şəxsi heyətə göstərəcəyini bildirmişdir. Bu zaman batareyanın qərargahının qarşısındakı yolun yaxınlığındakı işıq dirəyinin yanında dayanmış əsgər Ç.R.Həziyev həmin sözləri eşitdikdən sonra əhval-ruhiyyəsi korlanmış, məyus halda bir qədər dayanıb ətrafa baxmış və oğurluğun onun tərəfindən edildiyinin artıq xidmət yoldaşlarına məlum olduğunu anlayaraq oradan uzaqlaşmışdır. Bundan təxminən 20 (iyirmi) dəqiqə sonra, kiçik çavuş Məhkum yeməkxana binasının olduğu yerdən əsgər Ç.R.Həziyevi səsləyərək yanına çağırmış və sonuncu gəldikdə onu yeməkxana binasının arxasına aparıb orada batareyanın müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid6 yanında əsgər Ç.R.Həziyevin ünvanına şəxsiyyətini və ləyaqətini alçaldan nalayiq ifadələr işlədərək pulunu oğurladığına görə öz iradını bildirmiş və sonuncu ona «ehtiyacım olub götürmüşəm, qaytaracam» dedikdə, onun sol sifət nahiyəsi nə iki sillə zərbəsi vurmuş, həmin zərbədən ağlamağa başlamış əsgər Ç.R.Həziyevə «sabah saat 12-yə kimi vaxtın var» deyərək rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 26 avqust 2021-ci il tarixdə saat 20 radələrində əsgər Zərərçəkmiş şəxs3la birlikdə batareyanın qərargahının qarşısından keçən yol ilə hərbi hissənin Şuşa həbsxanası istiqamətində yerləşən patrul məntəqəsində təyin olunduqları patrul naryadına gedən əsgər Ç.R.Həziyevi səsləyib yanına çağıraraq yolun sol kənarında saxlanılmış batareyaya məxsus «MAZ» markalı yük avtomobilinin yanına aparmış və orada bir daha hansı səbəbdən pulunu oğurladığını soruş muşdur. Bu zaman etdiyi hərəkətinə görə məyus olmuş əsgər Ç.R.Həziyev bir daha ona pulu ehtiyacı olduğuna görə götürdüyünü bildirib pulu tezliklə qaytaracağını demiş və bunu eşidən kiçik çavuş Məhkum «mənə pul lazım deyil, halal xoşun olsun, ancaq kişiyə yaraşan hərəkət etmirsən» desə də, ardınca onun sağ sifət nahiyəsinə qüvvətli bir sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Daha sonra həmin gün saat 20 radələrində həmin batareyanın 2-ci tank əleyhinə artilleriya tağımının 4-cü topunun heyət nəfəri, əsgər Şahid7 fanar götürmək məqsədi ilə hərbi hissənin Şuşa həbsxanasının yaxınlığında yerləşən nəzarət-buraxılış məntəqəsi istiqamətində hərəkət etdikdə yeməkxananın yaxınlığında ə sgər Ç.R.Həziyevin ağladığını görmüş və ona yaxınlaşıb hansı səbəbdən ağladığını soruşduqda, sonuncu batareyanın əsgərlərinin üzünə baxa bilməyəcəyini, özünü öldürəcəyini bildirmişdir. Bundan sonra əsgər Şahid7 onun bu sözlərindən qorxaraq dərhal kiçik çavuş Məhkum yanına getmiş və ona əsgər Ç.R.Həziyevin ağladığını, özünü öldürmək istədiyini bildirmişdir. Bunu eşidən kiçik çavuş Məhkum keçirdiyi psixi-emosional gərginlik səbəbindən əsgər Ç.R.Həziyevin həqiqətən də özünü öldürə biləcəyini düşünüb bundan qorxaraq, onu naryaddan çıxartmaq qərarına gəlmiş və saat 21:30 radələrində əsgər Ç.R.Həziyevi batareyanın binasına gətirib onunla birlikdə pilləkanlarla yataqxanaya qalxdıqları zaman etdiyi oğurluğa görə yenidən əsgər Ç.R.Həziyevin ünvanına nalayiq ifadələr işlədib onun şərəf və ləyaqətini alçaldaraq növbəti gün, yəni 27 avqust 2021-ci il saat 12-dək oğurladığı pulunu çatdırmasını tələb edib pulu çatdırmayacağı təqdirdə videoçəkiliş etməklə sidiyini onun başına ifraz edəcəyi və həmin videoçəkilişi sonradan batareyanın bütün şəxsi heyətinə göstərəcəyi ilə onu hədələmişdir. Bundan sonra kiçik çavuş Məhkum əsgər Ç.R.Həziyevlə birlikdə həmin vaxt yataqxanada axşam yoxlanışı keçirdən batareyanın baş çavuşu, baş gizir X2 yanına gəlib ona müraciət edərək, guya əsgər Ç.R.Həziyevin belinin ağrıdığını bildirib onun naryaddan azad olunaraq istirahət etməsinə icazə verməsini xahiş etmiş və əsgər Ç.R.Həziyev onun dediklərini təsdiq edib tibb məntəqəsinə getməsinə ehtiyac olmadığını, yatıb istirahət etdikdən sonra belindəki ağrıların keçəcəyini bildirdiyindən, baş gizir E.N.Həsənovun bun a etiraz etməyərək əsgər Ç.R.Həziyevin naryaddan azad olunmasına nail olmuşdur. Bundan sonra şəxsi heyətə «yat» komandası verilmiş və kiçik çavuş Məhkum saat 22 radələrində batareyanın qərargah binasının ikinci mərtəbəsində əsgər Ç.R.Həziyevi təklikdə kənara çəkib bir daha pulunu oğurladığına görə ünvanına nalayiq ifadələr işlədib onun şərəf və ləyaqətini alçaltmış və sağ çiyin nahiyəsinə əlinin iç hissəsi ilə iki zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Növbəti gün, yəni 27 avqust 2021-ci il tarixdə saat 08-da əsgər Ç.R.Həziyev xidməti istifadə üçün ona təhkim edilmiş 1 (bir) ədəd 7,62 mm kalibrli, «AKMS» markalı TE 4144 №-li avtomat silah və hər birinin içərisində 02 (iki) ədədi təlim, 28 (iyirmi səkkiz) ədədi döyüş patronu olan 2 (iki) ədəd avtomat daraqla batareyanın 02 №li döyüş postuna 5 nömrəli topun yanına patrul xidmətinə təyin edilmiş və həmin naryad üzrə xidmətdə olarkən, saat 10-11 radələrində həmin vaxt ondan təxminən 200 (iki yüz) metr məsafədə, Şuşa həbsxanasının yaxınlığında yerləşdirilmiş 4 nömrəli topun yanında təşkil edilmiş məşğələdə iştirak edən kiçik çavuş Məhkum məşğələdə iştirak edən şəxsi heyətin yanında bir neçə dəfə nümayişkəranə şəkildə telefonundakı saata baxaraq saat 12-a az qaldığını və əsgər Ç.R.Həziyevin həmin vaxtadək pulunu çatdırmayacağı təqdirdə barəsində şəxsiyyətini və ləyaqətini alçaldacaq hərəkətlər edəcəyini bildirmişdir. Bundan sonra əsgər Ç.R.Həziyev kiçik çavuş Məhkum tərəfindən 26 avqust 2021-ci il saat 19 radələrindən başlaya raq ona qarşı edilmiş mütəmadi qanunsuz və nizamnamədən kənar hərəkətlərə, o cümlədən şərəf və ləyaqətinin alçaldılması və ona qarşı fiziki zor tətbiq edilməsinə, eləcə də oğurladığı pulu qaytarması üçün ona 27 avqust 2021-ci il saat 12-dək vaxt qoyması və təyin edilmiş vaxtadək həmin pulu qaytarmaq imkanının olmamasına, pulu qaytarmayacağı təqdirdə yenidən Məhkum tərəfindən şərəf və ləyaqətinin çox ağır şəkildə alçaldılacağına görə özünü öldürmək qərarına gəlmişdir. Bu məqsədlə 27 avqust 2021-ci il tarixdə saat 11.20 radələrində patrul nəfəri kimi xidmət apardığı 5 nömrəli topun yanında üzərindəki daraqlardan birinə yığılmış 2 (iki) ədəd təlim patronunu çıxarıb həmin darağı özünə təhkim edilmiş 7,62 mm kalibrli, «AKMS» markalı TE 4144 №-li avtomat silaha taxaraq onu tək-tək atəş rejimində döyüşə hazır vəziyyətə gətirmiş və frustrasiya, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması halında silahın lüləsini döş qəfəsi nahiyəsinə dirəyib bu vəziyyətdə sağdan-sola, aşağıdan-yuxarıya, öndən-arxaya doğru istiqamətdə, atəşin əlavə faktorlarının təsir etdiyi yaxın məsafədən qəsdən bir atəş açaraq özünə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid «giriş dəliyi qarının ön divarında epiqastral nahiyədə bir qədər sağda, çıxış dəliyi döş qəfəsinin arxa səthinin sol yarısında, Vİİİ-İX sol qabırğalararası sahədə, istiqaməti sağdan-sola, aşağıdan-yuxarıya, öndən-arxaya doğru olmaqla, gedişi boyunca sol ağciyərin aşağı payı, diafraqma, qaraciyərin sol payı müsariqə, mədə və dalağın zədələnmə si, İX sol qabırğanın qəlpəli sınığı ilə müşayiət olunan sol tərəfli hemopnevmotoraks, hemiperitoneum, daxili və xarici massiv qanitirmə ilə nəticələnmiş, döş və qarın boşluqlarının bir ədəd müştərək dəlibkeçən odlu silah-güllə yaralanması» xəsarətlərini yetirmiş, görülmüş təxirəsalınmaz tibbi tədbirlərə baxmayaraq, aldığı xəsarətlər nəticəsində qaraciyərin zədələnməsi hesabına orqanizmin kəskin daxili qanitirmə səbəbindən orada ölmüş, bununla da kiçik çavuş Məhkum rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə təkrarən zor tətbiq etməsi ağır nəticələrə səbəb olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədov) 22 iyun 2023-cü il tarixli, 1-1(106) -19/2023 nömrəli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 1(097)-03/2023 saylı hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qə rarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq hərəkətləri aparılarkən müstəntiq tərəfindən birtərəfli və qərəzçiliyə yol verilməklə, ittiham olunduğu Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsi düzgün tövsif edilməmiş, təzyiq altında alınan şahid ifadələri ziddiyyətli, əsassız, şablon xarakter daşımış, istintaqın tam və hərtərəfli araşdırılmaması səbəbindən barəsində tərtib edilən ittiham aktında bir çox hüquq və qanun pozuntularına yol verilmişdir. İbtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-in 91-ci maddəsinin tələblərinə tam riayət edilməmiş, eləcə də heç bir mötəbər sübut və dəlillərə əsaslanma yan yalançı şahid ifadələri ilə ona qarşı ittiham irəli sürülmüşdür. Həmçinin işə baxan apellyasiya məhkəməsi də əsassız, qeyri-obyektiv və qərəzli qərar qəbul etməklə, prosessual hüquq və qanun pozuntularına yol vermişdir. Birinci instansiya məhkəməsi məhkum barəsində qismən də olsa cəzanı yüngülləşdirən halları nəzərə alsa da, apellyasiya məhkəməsi tərəfindən müvafiq cəza 1 il 6 ay müddətində artırılmışdır. Həmçinin məhkum təqsirli bilinərkən zərərçəkmiş şəxs və şahidlərin ifadələri üzrə mülahizələrə əsaslanan qərar qəbul edilmişdir. Məhkum 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərdə və 2020-ci il Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr işin hallarını, məhkumun elan edilmiş ittiham üzrə təqsirli olmasını məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmiş, iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Kassasiya şikayətinin məhkumun əməlinin tövsifi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 329.1-ci maddəsinin dispozisiyasına əsasən həmin maddə ilə cinayət məsuliyyəti hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəx sə zor tətbiq etməsi halında yaranır. Həmin əməlin təkrarən, iki və daha çox şəxsə qarşı və işgəncə verməklə törətməsi ağırlaşdırıcı tövsifedici əlamətlər kimi çıxış edir və əməlin müvafiq olaraq CM-in 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri tövsif edilməsinə əsas verir. CM-in 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda CM-in 329.3-cü maddəsi ilə tövsif edilir. İş materiallarından göründüyü kimi, Məhkum N nömrəli hərbi hissəsinin artilleriya divizionunun tank əleyhinə batareyasının 2-ci tank əleyhinə artilleriya tağımının baş mexanik-sürücüsü vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etmiş, həmin əməlləri həm təkrarən, həm iki şəxsə qarşı və işgəncə verməklə törətmiş, əsgər Ç.R.Həziyev kiçik çavuş Məhkum tərəfindən ona qarşı mütəmadi olaraq zor və alçaldıcı hərəkətlərdən dözməyərək, xidməti istifadəsinə verilmiş avtomat silahından özünə atəş açaraq özünü öldürmüşdür. Yuxarıda göstərilən işin halları həm Məhkum özünün, həm zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmələr Məhkum Azərbaycan Respublikası CM-in 329.2.1, 329.2.2, 329.2.6 və 329.3-cü maddələri ilə tövsif etmiş və onu həmin maddələrlə təqsirli bilmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gə ldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 329.2.1, 329.2.2, 329.2.6 və 329.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassatorun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən məhkuma ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələbl ərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin is lah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayə t üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in CM-in 329.2.1, 329.2.2, 329.2.6-cı maddələri ilə 2 (iki) il müddətə, Azərbaycan Respublikasının CM-in 329.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, Məhkum 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CMin 329.2-ci maddəsinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 329.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli bilindiyi maddələrdə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyasının q ənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəldiyindən həmin cəzanı həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab etmək olmaz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin məhkum H.A.Hüseynovun barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edil miş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiy a şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1, 329.2.2, 329.2.6 və 329.3-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar