Məhkəmə qərarları › İş №1-1(102)-10/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-10/2025

14.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-10/2025 14.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2. 1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Hümbətov Nizami Xasay oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2024-cü il tarixli 1-1(095)-77/2024 nömrəli (hakim: Məmmədov Vüqar Kamal oğlunun sədrliyi) hökmü ilə 4 fevral 1984-cü il tarixdə x rayonunun x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, x rayonunun x kəndində qeydiyyatda olan, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələr i ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, onun 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı gündən, yəni 17 iyul 2024-cü il tarixdən hesab edilməsi müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Allahverdiyev Rasim Şəmil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli 1-1(104)-99/2024 nömrəli (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Hümbətov Nizami Xasay oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum Azərbaycan Respublikası CM-in 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, təkrarən, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan iki və ya daha çox şəxsə qarşı zor tətbiq etmişdir. Belə ki, Məhkum N nömrəli hərbi hissədə manqa komandiri vəzifəsində, baş əsgər hərbi rütbəsində şərti olaraq “G-24” adlandırılan döyüş mövqeyində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən post başçısı, bölüyün taqım komandiri baş leytenant X3 9 oktyabr 2023-cü il tarixdə növbəti məzuniyyət getməsi ilə əlaqədar müvəqqəti olaraq post başçısı vəzifəsini icra etmişdir. Baş əsgər Məhkum 10 oktyabr 2023-cü il tarixdə gecə təxminən saat 00 radələrində ayıq növbədə siqaret çəkməsi səbəbindən bölüyün qumbaraatanı vəzifəsində xidmət edən əsgər Zərərçəkmiş şəxs1 yataqxanaya çağırıb rəis kimi bununla bağlı üzərinə düşən vəzifələri yerinə yetirib qanuna müvafiq tədbirlər görmək əvəzinə, ona irad bildirərək qəbul etdiyi spi rtli içkinin təsiri altında sərxoş vəziyyətdə sağ əli ilə onun sol sifət nahiyəsinə 5-6 dəfə sillə zərbəsi, ardınca isə sağ əli ilə sifət nahiyəsinə 2 yumruq zərbəsi vurmuş, həmin zərbələrin təsirindən əsgər Zərərçəkmiş şəxs1 burun və dodaq nahiyəsi qanamış, nəticədə ona sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən “sağ yanağın selikli qışasının səthi əzilmiş yarası” xəsarətini yetirmişdir. Həmin vaxt baş əsgər Məhkum əsgər Zərərçəkmiş şəxs1 vurduğunu görüb onları aralaşdırmaq istəyən komandiri olduğu manqanın baş atıcısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs9 da sinə nahiyəsinə sağ əli ilə bir yumruq zərbəsi vuraraq onu itələmiş, bununla da fiziki ağrılar yetirməklə rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zam anı öz tabeliyində olan iki və daha çox şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə, post başçısı vəzifəsini müvəqqəti icra etdiyi müddətdə, 10 oktyabr 2023-cü il tarixdə gecə təxminən saat 02 radələrində qəbul etdiyi spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olarkən yataqxanaya hərbi çəkmə ilə daxil olmasını bəhanə edərək komandiri olduğu manqanın atıcıqumbaraatan köməkçisi, əsgər Zərərçəkmiş şəxs2 yanına çağırıb diz üstə çökməsini bildirmiş, əsgər Zərərçəkmiş şəxs2 diz üstə çökdükdən sonra sol əli ilə onun sağ sifət nahiyəsinə möhkəm şəkildə bir şillə zərbəsi vurmuş, əsgər Zərərçəkmiş şəxs2 zərbənin təsirindən müvazinətini itirib sol tərəf üstə yer yıxılmış, daha sonra əsgər Zərərçəkmiş şəxs2 ona dişinin ağrımasını bildirdikdə nalayiq ifadə işl ədərək təkrarən onun sağ və sol sifət nahiyəsinə hər iki əli ilə bir yumruq zərbəsi, sonra dizi ilə çənə nahiyəsinə bir zərbə, ardınca isə çiyin nahiyəsindən hər iki əli ilə tutub baş nahiyəsinə dizi ilə 2-3 zərbə vurmuş, həmin zərbələrin təsirindən əsgər Zərərçəkmiş şəxs2 yenidən yerə yıxıldıqda təpiklə onun sinə nahiyəsinə bir zərbə, ardınca isə hər iki əlinin yumruğu ilə bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq zərbəsi vuraraq güclü fiziki ağrılar yetirməklə, təkrarən rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsə zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə, post başçısı vəzifəsini müvəqqəti icra etdiyi müddətdə, 10 oktyabr 2023-cü il tarixdə gecə təxminən saat 02 radələrində, post başçısı olduğu halda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs9 istirahət növbəsində olan, xidmət etdiyi taqımın tuşlayıcı-minaatanı, əsgər Zərərçəkmiş şəxs3 istirahət verməsinə əsəbləşib onların hər ikisini yataqxanada sıraya düzmüş, daha sonra odun sobasının yanında olan odun parçalarından birini əlinə götürüb onlara yaxınlaşaraq həmin odun parçası ilə ilk əvvəl əsgər Zərərçəkmiş şəxs9 baş nahiyəsinə bir zərbə, ardınca isə əsgər Zərərçəkmiş şəxs3 baş nahiyəsinə bir zərbə vurmuş, sonra isə nalayiq ifadə işlədərək bu barədə heç kimə məlumat verilməməsini söyləmiş, bununla da güclü fiziki ağrılar yetirməklə təkrarən, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki və daha çox şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa Məhkum həmin vəzifədə və rütbədə, post başçısı vəzifəsini müvəqqəti icra etdiyi müddətdə, 10 oktyabr 2023-cü il tarixdə gecə təxminən saat 02 radələrində qəbul etdiyi spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olarkən əsgər Zərərçəkmiş şəxs1 ayıq növbədə siqaret çəkməsi səbəbindən mövqedə xidmətin düzgün təşkil edilməməsini bəhanə edərək əsgər yataqxanasında mövqeyin əsgərləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və komandiri olduğu manqanın atıcısı, əsgər Zərərçəkmiş şəxs7 sıraya düzüb ilk əvvəl sağ əlinin arxa hissəsi ilə əsgər Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə 4-5 sillə zərbəsi vurmuş, sonra isə ardıcıl şəkildə əsgərlər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə 23 sillə zərbəsi vurub fiziki ağrılar yetirməklə təkrarən, rəis kimi hərbi xidmət üzrə vəzif ələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki və daha çox şəxsə qarşı zor tətbiq etmişdir. Bundan əlavə Məhkum həmin vəzifədə və rütbədə, post başçısı vəzifəsini müvəqqəti icra etdiyi müddətdə, 10 oktyabr 2023-cü il tarixdə gecə təxminən saat 02 radələrində qəbul etdiyi spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə olarkən əsgər Zərərçəkmiş şəxs1 ayıq növbədə siqaret çəkməsi səbəbindən mövqedə xidmətin düzgün təşkil edilməməsini bəhanə edərək mövqeyin bütün əsgərlərini, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, komandiri olduğu manqanın tuşlayıcısı, əsgər Zərərçəkmiş şəxs4, həmin manqanın qumbaraatanı əsgər Zərərçəkmiş şəxs5, həmin manqanın atıcısı əsgər Zərərçəkmiş şəxs8 və xidmət etdiyi bölüyün 1-ci taqımının 1-ci manqasının atıcı-sani tarı əsgər Zərərçəkmiş şəxs6 əsgər yataqxanasında sıraya düzmüş, daha sonra odun parçasını əlinə götürüb həmin əsgərlərə yaxınlaşaraq ilk əvvəl döyüş növbətçiliyindən və ayıq növbədən yataqxanaya gəlmiş əsgərlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 başlarında olan dəbilqəyə həmin odun parçası ilə bir dəfə vurmuş, bundan sonra həmin əsgərlərə başlarında olan dəbilqələri çıxartmasını göstərişini vermiş, adları qeyd olunan əsgərlər başlarında olan dəbilqələri çıxartdıqdan sonra isə sıraya düzülmüş mövqeyin bütün əsgərlərinin hər birinin baş nahiyəsinə əlində olan odun parçası ilə möhkəm şəkildə bir dəfə vurmuş, sonra isə nalayiq ifadə işlədərək bu barədə heç kimə məlumat verilməməsini söyləmiş, həmin odun parçası ilə vurması nəticəsində əsgər Zərərçək miş şəxs2 baş nahiyəsi qanamış və ona sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən “başın təpə nahiyəsinin posttravmatik ödemi ilə müşayiət olunan səthi sıyrığı” bədən xəsarətini yetirmişdir. Həmin vaxt baş əsgər Məhkum əsgər Zərərçəkmiş şəxs2 baş nahiyəsinin qanadığını görüb əsgər Zərərçəkmiş şəxs1 “sənə görə əsgərlər niyə əziyyət çəkməlidir?” deyə söyləyib sağ əli ilə onun sol sifət nahiyəsinə 1-2 sillə zərbəsi, ardınca isə sağ əli ilə sinə nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bundan sonra mövqedə xidməti düzgün təşkil etməməsi halında özünə qarşı nalayiq ifadə söyləməsi üçün əsgər Zərərçəkmiş şəxs1 məcbur etmiş, sonuncu buna etirazını bildirdikdə isə onun baş nahiyəsinə həmin odun parçası ilə bir neçə dəfə vuraraq ona sağlamlığın pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən “başın təpə nahiyəsinin posttravmatik ödemi” bədən xəsarətini yetirmiş, bununla da güclü fiziki ağrılar yetirməklə təkrarən, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan iki və daha çox şəxsə qarşı zor tətbiq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət əməlinin sərxoş vəziyyətdə törədilməsini və cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş halları CM-in 61.2 və 61.3-cü maddələrinin ziddinə olaraq əsassız olaraq cəzanı ağırlaşdıran hallar kimi nəzərə almışdır. Halbuki Məhkum təyin edilmiş cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi üçün kifayət qədər qanuni və hüquqi əsaslar mövcuddur. Belə ki, Məhkum ilk dəfədir ki, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət əməli törəmiş, bu əməlinə görə hərəkətindən peşmançılıq çəkir, iş üzrə olan zərərçəkmişlərlə barışıq əldə etməklə, zərərçəkmişlərin ondan heç bir şikayət və tələbləri yoxdur, hərbi hissə komandanlığı tərəfindən verilən xasiyyətnamə ilə müsbət xarakterizə olunur. İşdə onun cəzasını ağırlaşdıran heç bir hal mövcud deyil. Şəxsiyyətinə gəldikdə isə onun həyatı vətənə hərbi xidmətdə keçmiş, 44 günlük Vətən müharibəsinin iştirakçısı olmaqla Şuşanın və Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsinin iştirakçıs ı” kimi orden və medallarla təltif edilmişdir. Cəzasını bu kimi yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə Vətən müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etməklə yeri gəlsə canını belə verməyə hazır olması, vətəninə hədsiz bağlılığı və sevgisi onu göstərmiş və təsdiq etmişdir ki, onun təyin olunmuş cəzasını çəkmədən də, islah olunması mümkündür. Onun həyatı və şəxsiyyəti bu qənaətə gəlinməsi üçün əsasdır. Məhkum islah olunmağa, əməlindən nəticə çıxarmağa meyilli olmaqla, o, təyin olunmuş cəzanı çəkmədən də, islah oluna bilər. Belə ki, o, bu cinayət əməlini törətməmişdən əvvəl də, qanunlara və digər sosial normalara hörmətlə yanaşmışdır, hətta istintaq və məhkəmə müddət ində də, hər hansı bir qayda pozuntusuna yol verməmişdir. Məhkəmələr onun barəsində ittiham olunduğu maddələrinin sanksiyasında nəzərdə tutulan alternativ cəza olan intizam xarakterli hərbi hissədə saxlama cəzasını deyil, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istər hökmdə istərsə də, qərarda əsaslandırmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilərək, Məhkum ittiham olunduğu CM-in sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsinə və ya CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanın şərti tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokuror luğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qər arlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin edilmiş cəzanın ağır olduğu və törədilmiş cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməs ini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıd akı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində, məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir, onun barəsində intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsi və ya CM-in 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsipləri nin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin is lah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza t əyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməmişdir. Kassa siya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını qeyd edilən normaların tələbləri baxımından kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələblərinin olmaması, cinayət əməlini etiraf edərək hərək ətlərindən səmimi peşman olması, xidmət yeri üzrə komandanlıq tərəfindən müsbət xarakterizə olunması, İİ Qarabağ müharibəsi zamanı aparılan döyüş əməliyyatlarında iştirak edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən «Şuşanın azad olunmasına görə» və «Kəlbəcərin azad olunmasına görə» medalları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, CM-in 329.2.1 və 329.2.2-ci ma ddələrinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər (minimum həddə) ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Hümbətov Nizami Xasay oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Hərbi Məhkəməsinin 17 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar