Məhkəmə qərarları › İş №1-1(102)-100/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-100/2018

29.11.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-100/2018 29.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının QƏRARİ “29” noyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X27 və X40 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X22, Məhkum və müdafiəçisi X13 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən v erilmiş kassasiya protestinə əsasən məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən: hakim V.Məmmədov) xx xx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin sabiq zabiti, kapitan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 02 (iki) il müddətinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə N (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx xx 2018-ci il tarixdən hesablanması h ökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmiş, habelə təkrarən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir şəhərində yerləşən Şəmkir rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti vəzifəsində, kapitan hərbi rütbəsində xidmətdə olarkən vətəndaş X7 Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmətdə olarkən N iyul 1992-ci il tarixdə Cəbrayıl rayonu ərazisində gedən döyüşlər zamanı yaralandığı üçün "Qarabağ mühari bəsi veteranı" statusunun alınmasında köməklik edəcəyi barədə yalan vəd verərək 2015-ci ilin noyabr ayında Şəmkir şəhərində 1800 (min səkkiz yüz) manat pulunu almış və xeyrinə heç bir hərəkət etməyərək öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə, o, eyni vəzifədə xidmətdə olarkən vətəndaş X28 1994-cü ildə Kəlbəcər və Gədəbəy rayonlarında gedən döyüşlərdə iştirak etdiyi üçün "Qarabağ müharibəsi veteranı" statusunun alınmasında köməklik edəcəyi barədə yalan vəd verərək xx xx 2016-cı il tarixdə saat 20-21 radələrində 200 manat, 2016-cı ilin aprel ayının sonlarında saat 11-12 radələrində 1800 manat yə 2016-cı ilin sentyabr ayının sonlarında saat 21 radələrində 1000 manat pulunu, ümumilikdə 3000 (üç min) manat pulunu Ş əmkir şəhərində almış və xeyrinə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Məhkum eyni vəzifədə xidmət edərkən vətəndaş X78 4000 (dörd min) manat müqabilində "Qarabağ müharibəsi veteranı" statusunun və 2-ci qrup əlillik dərəcəsinin alınmasında köməklik edəcəyi barədə yalan vəd verərək gəldikləri razılaşmaya əsasən 2016-cı ilin aprel ayında atası X1 300 (üç yüz) manat, xx xx 2017-ci il tarixdə x1 qardaşı oğlu x2 2000 (iki min) manat və 2017-ci ilin fevral ayının sonlarında anasıx3 1700 (min yeddi yüz) manat, ümumilikdə 4000 (dörd min) manat pulu Şəmkir şəhərində xidməti otağında almış və xeyrinə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin ə mlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin iyun ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X3 200 (iki yüz) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən 200 (iki yüz) manat pulu 2016-cı ilin iyun ayında Şəmkir şəhərində xidməti otağında qardaşı X2 alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda AO ******* nömrəli hərbi biletin 17-ci səhifəsində guya tibbi müayinədən keçməsi barədə "30.06.2016-cı ildə SHXÇDX-nin Şəmkir rayon şöbəsinin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 58 b maddəsinə əsasən 29.02.2008-ci il tarixli 59 saylı əmri Sül h dövrü hərbi xidmətə yararsız Müharibə dövrü məhdud yararlıdır. 30.06.2019-cu ilədək SHXÇDX-nin Şəmkir rayon şöbəsinin rəisi Polk. l-t /imza/ Məmmədov" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin iyun ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X29 300 (üç yüz) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyya tın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən 300 (üç yüz) manat pulu 2016-cı ilin iyun ayında Şəmkir şəhərində xidməti otağında ondan alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda AO ******* nömrəli hərbi biletinin 15-ci səhifəsinin 26-cı bəndində guya tibbi müayinədən keçməsi barədə "17.06.2016-cı ildə Şəmkir idarəsinin (şöbəsinin, bölməsinin) HHK-sı tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 30 b maddəsinə əsasən (AR NK-nin 29.02.2008 il tarixli 59 №-li qərarı) Sülh dövrü hərbi xidmətə yararsız Müharibə dövrü məhdud yararlı hesab edilir. 17.06.2019-cu il tarixdə təkrar müayinədən keçməlidir. Sahibinin şəxsi imzası. M.Y. İdarə (şöbə, bölmə) rəisi Polk. /imza/" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənəd edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin iyul ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X30 200 (iki yüz) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən 200 (iki yüz) manat pulu 2016-cı ilin iyul ayında Şəmkir şəhərində xidməti otağında atası X23 alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda SX ******* nömrəli hərbi biletin 15-ci səhifəsinin 26-cı bəndində guya tibbi müayinədən keçməsi barədə "N.07.2016-cı ildə Şəmkir idarəsinin (şöbəsinin, bölməsinin) HHK-sı tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 22 c maddəsinə əsasən (AR NK-nin 29.02.2008 il tarixli 59 №-li qərarı) Sülh dövründə hərbi xidmətə yararsız Müharibə dövrü məhdud yararlı hesab edilir. Təkrar tibbi müayinə vaxtı N.07.2019-cu il Sahibinin şəxsi imzası.M.Y. İdarə (şöbə, bölmə) rəisi Polk. /imza/" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin iyul ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X45 100 (yüz) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən 100 (yüz) manat pulu 2016-cı ilin iyul ayında Şəmkir şəhərində xidməti otağında ondan alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda AO ******* nömrəli hərbi biletin 21-ci səhifəsində guya tibbi müayinədən keçməsi barədə "N.07.2016-cı ildə SHXÇDX-nin Şəmkir rayon şöbəsinin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 34 c maddəsinə əsasən 29.02.2008-ci il tarixli 59 saylı əmri Sülh dövrü hərbi xidmətə yararsız Mühar ibə dövrü Məhdud yararlıdır. N.07.2019-cu ilədək SHXÇDX-nin Şəmkir rayon şöbəsinin rəisi Polk. 1-t /imza/ Məmmədov" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin iyul ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X9 300 (üç yüz) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən 300 (üç yüz) manat pulu 2016-cı ilin iyul ayında Şəmkir şəhərində xidməti otağında anası X4 alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda AO ******* nömrəli hərbi biletin 17-ci səhifəsində guya tibbi müayinədən keçməsi barədə "N.07.2016-cı ildə SHXÇDX-nin Şəmkir rayon şöbəsinin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 51 B madd 29.02.2008-ci il tarixli 59 saylı əmri Sülh dövrü hərbi xidmətə yararsız Müharibə dövrü Məhdud yararlıdır. N.07.2019-cu ilədək SHXÇDX-nin Şəmkir rayon şöbəsinin rəisi Polk. 1-t /imza/ Məmmədov" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqramı t əminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin iyul ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X57 150 (yüz əlli) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən 150 (yüz əlli) manat pulu 2016-cı ilin iyul ayında Şəmkir şəhərində xidməti otağında ondan alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda SX ******* nömrəli hərbi biletin 15-ci səhifəsinin 26-cı bəndində guya tibbi müayinədən keçməsi barədə "N.07.2015-ci ildə Şəmkir i darəsinin (şöbəsinin, bölməsinin) HHK-sı tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 62b maddəsinə əsasən (AR NK-nin 29.02.2008 il tarixli 59 №-li qərarı) Sülh dövrü hərbi xidmətə yararsız Müharibə dövrü məhdud yararlı hesab edilir. Təkrar tibbi müayinə vaxtı N.07.2019-ci il Sahibinin şəxsi imzası. M.Y. İdarə (şöbə, bölmə) rəisi Polk. /imza/" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, həmin vəzifədə xidmətdə olarkə n 2016-cı ilin iyul ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X5 100 (yüz) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən 100 (yüz) manat pulu 2016-cı ilin iyul ayında Şəmkir şəhərində xidməti otağında ondan alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda AO ******* nömrəli hərbi biletinin 17-ci səhifəsində guya tibbi müayinədən keçməsi barədə "N.07.2016-cı ildə SHXÇDX-nin Şəmkir rayon şöbəsinin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 2c maddəsinə əsasən 29.02.2008-ci il tarixli 59 saylı əmri Sülh dövrü hərbi xidmətə yararsız Müharibə dövrü məhdud yararlıdır. N.07.2019-cu ilədək SHXÇDX- nin Şəmkir rayon şöbəsinin rəisi Polk. 1-t /imza/ Məmmədov" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin iyul ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X24 tibbi müayinədən keçirilməsi barədə onunla eyni şöbədə işləmiş və 09 may 2017-ci il tarixdə ölmüş X41 xahişinə əsasən müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən faktik i tibbi müayinədən keçirilmədiyi halda AO ******* nömrəli hərbi biletinin 17-ci səhifəsində guya tibbi müayinədən keçməsi barədə "N.07.2016-cı ildə SHXÇDX-nin Şəmkir rayon şöbəsinin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 51 B maddəsinə əsasən 29.02.2008-ci il tarixli 59 saylı əmri ilə Sülh dövründə hərbi xidmətə yararsız Müharibə dövründə məhdud yararlıdır. N.07.2019-cu ilədək SHXÇDX-nin Şəmkir rayon şöbəsinin rəisi Polk. 1-t /imza/ Məmmədov" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə sair şəxsi niyyətlə rə smi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin iyul ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X31 maddi imkanları olmadığı üçün Bakı şəhərinə tibbi müayinədən keçmək üçün gedə bilməyəcəyinə görə humanistlik edib tibbi müayinədən keçmədən bu barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən faktiki tibbi müayinədən keçirilmədiyi halda AO ******* nömrəli hərbi biletin 17-ci səhifəsində guya tibbi müayinədən keçməsi barədə "N.07.2016-cı ildə SHXÇDXnin Şəmkir rayon şöbəsinin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 82 b maddəsinə əsasən 29.02.2008-ci il tarixli 59 saylı əmri ilə Sülh dövr h ərbi xidmətə yararsız Müharibə dövründə məhdud yararlıdır. N.07.2019-cu ilədək SHXÇDX-nin Şəmkir rayon şöbəsinin rəisi Polk. 1-t /imza/ Məmmədov" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin iyul tarixdə təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X14 250 (iki yüz əlli) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiy yatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən 200 (iki yüz) manat pulu 2016-cı ilin iyul ayında Şəmkir şəhərində xidməti otağında ondan alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda SX ******* nömrəli hərbi biletinin 15-ci səhifəsinin 26-cı bəndində guya tibbi müayinədən keçməsi barədə "N.07.2016-cı ildə Şəmkir idarəsinin (şöbəsinin, bölməsinin) HHK-sı tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 23 c maddəsinə əsasən (AR NK- nin 29.02.2008 il tarixli 59 №-li qərarı) Sülh dövründə hərbi xidmətə yararsız Müharibə dövründə məhdud yararlı hesab edilir. Təkrar tibbi müayinə vaxtı N.07.2019-cu il Sahibinin şəxsi imzası. M.Y. İdarə (şöbə, bölmə) rəisi Polk. /imza/" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin or ta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin avqust ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X46 250 (iki yüz əlli) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən 250 (iki yüz əlli) manat pulu 2016-cı ilin avqust ayında Şəmkir şəhərində xidməti otağında ondan alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda AO N-0 953072 nömrəli hərbi biletinin 17-ci səhifəsində guya tibbi müayinədən keçməsi barədə "08.08.2016-cı ildə SHXÇDX-nin Şəmkir rayon şöbəsinin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 42c maddəsinə əsasən 29.02.2008-ci il tarixli 59 saylı əmri ilə Sülh dövrü hərbi xidmətə yararsız Müharibə dövrü Məhdud yararlıdır. 08.08.2019-cu ilədək SHXÇDX-nin Şəmkir rayon söbəsinin rəisi Polk. 1-t /imza/" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil e dərək vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin avqust ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X32 tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən faktiki tibbi müayinədən keçirilmədiyi halda onun ağır vərəm xəstəsi olması səbəbindən humanistlik edib AO ******* nömrəli hərbi biletin 16-cı səhifəsində guya tibbi müayinədən keçməsi barədə yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin avqust ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X47 150 (yüz əlli) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən 150 (yüz əlli) manat pulu 2016-cı ilin avqust ayında Şəmkir şəhərində xidməti otağında atası X42 alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda AO ******* nömrəli hərbi biletin 21-ci səhifəsində guya tibbi müayinədən keçməsi barədə "31.08.2016-cı ildə SHXÇDX-nin Şəmkir rayon şöbəsinin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 29b maddəsinə əs asən 29.02.2008-ci il tarixli 59 saylı əmri ilə Sülh dövrü hərbi xidmətə yararsız Müharibə dövrü Məhdud yararlıdır. 31.08.2019-cu ilədək SHXÇDX-nin Şəmkir rayon şöbəsinin rəisi Polk. 1-t /imza/ " məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin sentyabr ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X33 250 (iki yüz əlli) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən 250 (iki yüz əlli) manat pulu 2016-cı ilin sentyabr ayında Şəmkir şəhərində xidməti otağında atası X6 alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda AO ******* nömrəli hərbi biletinin 21-ci səhifəsində guya tibbi müayinədən keçməsi barədə "30.09.2016-cı ildə SHXÇDX-nin Şəmkir rayon şöbəsinin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 14 B madd 29.02.2008-ci il tarixli 59 saylı əmri ilə Sülh dövrü hərbi xidmətə yararsız Müharibə dövrü məhdud yararlıdır. 30.09.2019-cu ilədək SHXÇDX-nin Şəmkir rayon şöbəsinin rəisi Polk. 1-t /imza/ R.Babayev" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərə k, hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, Məhkum eyni vəzifədə xidmət edərkən vətəndaş X61 oğlu Ramil Aslanovun sülh dövründə hərbi xidmətə yararsız hesab olunmasına köməklik edəcəyi barədə yalan vəd verərək 2016-cı ilin oktyabr ayında Şəmkir şəhərində 3200 (üç min iki yüz) manat pulunu almış və xeyrinə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, həmin vəzifədə xidmətdə olarkən 2016-cı ilin dekabr ayında tə krar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X15 tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini Q.İsmayılovun dayısı, dostluq etdiyi X34 vəd edərək və gəldikləri razılaşmaya əsasən faktiki tibbi müayinədən keçirilmədiyi halda SX ******* nömrəli hərbi biletinin 15-ci səhifəsinin 26-cı bəndində guya tibbi müayinədən keçməsi barədə "29.12.2016 ildə Şəmkir idarəsinin (şöbəsinin, bölməsinin) HHK-sı tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 42c maddəsinə əsasən (AR NK- nin 29.02.2008 il tarixli 59 №-li qərarı) Sülh dövründə hərbi xidmətə yararsız Müharibə dövrü məhdud yararlı hesab edilir. Təkrar tibbi müayinə vaxtı 29.12.2019-cu il. Sahibinin şəxsi imzası. M.Y. İdarə (şöbə, bölmə) rəisi Polk. /imza/" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə sair şəxsi niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, eyni vəzifədə xidmət edərkən vətəndaş X48 Müdafiə Nazirliyinin gizir hazırlığı kursuna qəbul olunmasına köməklik edəcəyi barədə yalan vəd verərək 2016-cı ilin dekabr ayında Şəmkir şəhərində 1150 (min yüz əlli) manat pulunu almış və xeyrinə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, həmin vəzifədə xidmətdə olarkən 2017-ci ilin yanvar ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X10 200 (iki yüz) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək gəldikləri razılaşmaya əsasən 200 (iki yüz) manat pulu 2017-ci ilin yanvar ayında Şəmkir şəhərində xidməti otağında ondan alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda SX ******* nömrəli hərbi biletin 15-ci səhifəsinin 26-cı bəndində guya tibbi müayinədən keçməsi barədə "31.01.2017 ildə Şəmkir idarəsinin (şöbəsinin, bölməsinin) HHK-sı tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 14b maddəsinə əsasən (AR NK-nin 29.02.2008 il tarixli 59 №-li qərarı) Sülh dövründə hərbi xidmətə yararsız Müharibə dövrü məhdud yararlı hesab edilir. Təkrar tibbi müayinə vaxtı 31.01.2020-ci il Sahibinin şəxsi imzası.M.Y. İdarə (şöbə, bölmə) rəisi Polk. /imza/" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə sair şəxsi niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa o, eyni vəzifədə xidmətdə olarkən vətəndaş X49 Müdafiə Nazirliyinin 7N nömrəli hərbi hissəsində xidmət edən oğlu X1 şəxsi təsərrüfatında olan işlərdə ona köməklik göstərməsi üçün müəyyən vaxtlarda hərbi hissədən evə buraxılmasına köməklik edəcəyi barədə yalan vəd verərək 2017-ci ilin yanvar ayının sonlarında Şəmkir şəhərində xidməti otağında 2500 manat pulunu almış və xeyrinə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, həmin vəzifədə xidmətdə olarkən xx xx 2017-ci il tarixdə təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X35 dayısı x5 şəxsi münasibətləri olduğu üçün tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək və gəldikləri razılaşmaya əsasən faktiki tibbi müayinədən keçirilmədiyi halda AO ******* nömrəli hərbi biletinin 16-cı səhifəsində guya tibbi müayinədən keçməsi barədə "15.02.2017 ildə Şəmkir şöbəsi RHK-nın HHK-sı tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 2 c maddəsinə əsasən (AR MN-nin 29.02.2008 il tarixli 59 №-li əmri) Sülh dövründə hərbi xidmətə yararsız Müharibə dövründə məhdud yararlı sayılıb. M.Y. Hərbi Komissar_____30. 15.02.2020-ci il tarixdə təkrar müayinədən keçməlidir. Sahibin şəxsi imzası.M.Y. Hərbi komissar Polk-l-t. /imza/" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa Məhkum eyni vəzifədə xidmətdə olarkən vətəndaş X49 1992-ci ildə Gədəbəy rayon unun ərazisində gedən döyüşlərdə yaralandığı üçün ona "Qarabağ müharibəsi veteranı" statusunun alınmasında köməklik edəcəyi barədə yalan vəd verərək 2017-ci ilin fevral ayında Şəmkir şəhərində 1500 (min beş yüz) manat pulunu almış və xeyrinə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, eyni vəzifədə xidmət edərkən Şəmkir rayonu Seyfəli kənd sakini vətəndaş X58 "Qarabağ müharibəsi veteranı" statusunun alınmasında köməklik edəcəyi barədə yalan vəd verərək 2017-ci ilin fevral və mart aylarında Şəmkir şəhərində hissə-hissə, ümumilikdə cəmi 4000 (dörd min) manat pulunu almış və xeyrinə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, eyni vəzifədə xidmət edərkən vətəndaş X11 oğlu Daşqın Məhərrəmovun sülh dövründə hərbi xidmətə yararsız hesab olunmasına köməklik edəcəyi barədə yalan vəd verərək 2017-ci ilin fevral ayında Şəmkir şəhərində 2500 (iki min beş yüz) manat pulunu almış və xeyrinə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə, o, eyni vəzifədə xidmət edərkən vətəndaş X52 xx xx 2001-ci il təvəllüdlü oğlu X96 dövründə hərbi xidmətə yararsız hesab olunmasına və əlillik dərəcəsinin alınmasında köməklik edəcəyi barədə yalan vəd verərək xx xx 2017-ci il tarixdə Şəmkir şəhərində 4300 (dörd min üç yüz) manat pulunu almış və xeyrinə heç bir hərəkət et məyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, eyni vəzifədə xidmət edərkən Şəmkir rayonu sakini vətəndaş X16 oğlu X xəstəliyi ilə əlaqədar əlillik dərəcəsinin alınmasında köməklik edəcəyi barədə yalan vəd verərək 28 aprel 2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsində 3000 (üç min) manat pulunu almış və xeyrinə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə, Məhkum eyni vəzifədə xidmət edərkən vətəndaş X17 oğlu X25 ali hərbi məktəbə və ya gizir hazırlığı kursuna qəbul olunmasına köməklik edəcəyi barədə yalan vəd verərək 2017-ci ilin ap rel-may aylarında Şəmkir şəhərində ümumilikdə 15000 (on beş min) manat pulunu almış və xeyirlərinə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə xidmətdə olarkən 2017-ci ilin aprel ayında təkrar tibbi müayinədən keçməli olan hərbi vəzifəli şəxs vətəndaş X36 250 (iki yüz əlli) manat məbləğində pul müqabilində tibbi müayinədən keçirilməsi barədə müvafiq qeydiyyatın aparılmasını təşkil edəcəyini vəd edərək gəldikləri razılaşmaya əsasən 250 (iki yüz əlli) manat pulu 2016-cı ilin iyul ayında Şəmkir şəhərində xidməti otağında ondan alaraq faktiki tibbi müayinədən keçirilmədiyi halda AO ******* nömrəli hərbi biletin 22-ci səhifəsində gu ya tibbi müayinədən keçməsi barədə "07.N.2017-ci ildə SHXÇDX-nin Şəmkir rayon şöbəsinin nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 23 c maddəsinə əsasən 29.02.2008-ci il tarixli 59 saylı əmri ilə Sülh dövrü hərbi xidmətə yararsız Müharibə dövrü Məhdud yararlıdır. 07.N.2020-ci ilədək SHXÇDX-nin Şəmkir rayon şöbəsinin rəisi Polk. l-t /imza/ R.Babayev" məzmunlu yalan qeydiyyat aparmış və şöbə rəisinin əvəzinə özü imza edib hərbi biletin orta sapını sökərək hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə möhür əksini qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etmiş, yenidən hərbi biletin orta sapını tikməklə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan əlavə, Məh kum eyni vəzifədə xidmət edərkən vətəndaş X21 oğlu Ramil Mehdiyevin sülh dövründə hərbi xidmətə yararsız hesab olunmasına köməklik edəcəyi barədə yalan vəd verərək 2017-ci ilin aprel ayında Şəmkir şəhərində 3800 (üç min səkkiz yüz) manat pulunu almış və xeyrinə heç bir hərəkət etməyərək təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd edildiyi kimi, Gəncə Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 02 (iki) il müddətinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilməklə N (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim T.A.Muxtarov, hakimlər Ç.B.Məmmədov və Ə.İ.Məmmədovdan ibarət məhkəmə tərkibi) məhkumun müdafiəçisi X37 tərəfindən verilmi ş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Hərbi Məhkəməsinin xx xx 2018-ci il tarixli hökmü dəyişdirilərək, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təyin edilmiş N (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı kassasiya protesti vermişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum mülkiyyət münasibətləri, həm də dövlət qulluğunun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər əleyhinə olan, az ağır və böyük ictimai təhlükə t örətməyən cinayət kateqoriyalarına aid olan cinayət əməlini, qabaqcadan planlaşdırmaqla birbaşa qəsdlə həyata keçirmiş, obyektiv istintaqın aparılması üçün əhəmiyyət kəsb edən məlumatlar verməsi, cinayətin açılmasına fəal kömək etməsi tamamilə təkzib edilmişdir. Dövlət ittihamçısı qeyd edir ki, məhkəmə kollegiyası cinayətin ictimai təhlükəliliyini nə də ifadə olduğunu müzakirə etməmişdir. Halbuki, törətdiyi cinayət əməli müharibə vəziyyətində olan dövlətin silahlı qüvvələrinin komplektləşdirilməsi və fəaliyyəti ilə bağlı nüfuzuna xələl gətirməklə ayrı-ayrı vətəndaşlar arasında, cəmiyyətdə mənfi fikir formalaşdırmağa xidmət etmiş, buna baxmayaraq məhkəmənin məhkum edilmiş şəxsə humanist mövqe nümayiş etdirməsi cəzanın ümumi və xüsusi xəbərdaredici məqsədlərinə nail olmaq baxımından əsassız və qanunsuz olmaqla, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarına uyğun olmamışdır. Dövlət ittihamçısı qeyd edir ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, Məhkum Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir şəhərində yerləşən Şəmkir rayon şöbəsinin Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti vəzifəsində işləməklə ayrı-ayrı vətəndaşlara qarşı və xidməti vəzifələrinin icrası ilə əlaqədar rəsmi sənədləri saxtalaşdırmaqla otuza yaxın epizodda cinayət əməlləri törətməklə cəmi vətəndaşlara 52.000 manata yaxın zərər vurmuş, eyni zamanda dövlət hakimiyyəti və idarəetmə orqanının normal fəaliyyəti pozulmuş və dövlət xidmətinin mənafəyinə xələl gətirmiş, bununla da Məhkum tərəfindən törədilən cinayət əməlləri həmin vətəndaşların dövlətdən və cəmiyyətdən narazı qalmasına, ayrı-ayrı fərdlərdə silahlı qüvvələrin komlektləşdirilməsi ilə bağlı xoşagəlməz fikir formalaşmasına səbəb olmuşdur. Göstərilənlər Məhkum tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəliliyini müəyyən edən hallar olduğu halda məhkəmə kollegiyası ümumiyyətlə bu hallara qiymət belə vermək istəməmişdir. Dövlət ittihamçısı qeyd edir ki, məhkəmə kollegiyasının əsassız və qanunsuz olaraq məhkuma qarşı zərərçəkmişlərin heç bir şikayət və tələblərinin olmamasını, gənc olmasını, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini və sair halları Məhkum cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bildiyi cinayət əməllərinə görə, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, tör ədilməsi şəraitini nəzərə almadan, onun cəza çəkmədən islah olunması qənaətinə gəlməklə barəsində qanunsuz və əsassız olaraq CM-nin 70-ci maddəsini tətbiq edərək şərti məhkum etmə barədə qərar qəbul etməklə hökmün ədalətli, qanuni və əsaslı olmasını şübhə altına alınmışdır. Dövlət ittihamçısı qeyd edir ki, məhkəmə kollegiyasının fikrincə cəzanı yüngülləşdirən hallar birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş və yekun qərarlarda kifayət qədər nəzərə alınmamışdır. Halbuki, birinci instansiya məhkəməsinin qənaətinə görə həmin cəzanı yüngülləşdirən hallar məhkəmə tərəfindən təqsirli şəxsin təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilərkən nəzərə alınmışdır. Dövlət ittihamçısının fikrincə, məhkum edilmiş şəxsin islah olunacağı barədə əminlik onun şəxsiyyətini səc iyyələndirən hallara əsaslanmalıdır. İslah olunmaq perspektivləri baxımından təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi isə ilk növbədə onun törətdiyi əmələ münasibətindən, həmin əməlinə görə səmimi olaraq peşmançılıq hissləri keçirib-keçirməməsindən asılıdır. Şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Göründüyü kimi, Gəncə Apellyasiya Məhkəməsi Məhkum səmimi peşmançılığını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Dövlət ittihamçısının fikrincə, məhkəmə kollegiyası cə za təyin edərkən Məhkum vurulmuş zərəri tam olaraq ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda da səhvə yol vermişdir. Belə ki, məhkəmə kollegiyası yenə də nəzərə almamışdır ki,məhkum edilmiş şəxs tərəfindən törədilən cinayət əməlinin obyekti həm mülkiyyət münasibətləri, həm də dövlət qulluğunun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər olmaqla ictimai ittiham qaydasında təqib edilir. Göründüyü kimi, qanunverici qeyd olunan cinayətdə daha çox dövlət qulluğunun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərin qorunmasına önəm vermişdir. Dövlət ittihamçısının fikrincə, Məhkum əməlləri istər xarakterinə, istərsə də ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və şəxsiyyətinə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinmiş nəticəyə uyğun deyil. Beləliklə də, Məhkum əməllərinin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və məhkumun şəxsiyyətinə münasibətdə barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təyin edilmiş cəza CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edilməklə açıq-aydın yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyası isə sözügedən qərarlarda müəyyən edilmiş vəzifələri yerinə yetirməyərək, törədilmiş cinayətə görə məhkuma münasibətdə cəza tətbiqi məsələsinin həllində yalnız qanunvericilik müddəaları sadalamaqla kifayətlənmişdir. Məhkəmə kollegiyası sosial balansı bərpa etməyə dair vəzifələrini yerinə yetirməsi ilə bağlı müzakirələr aparmamaqla cinayət qanunvericiliyinin həmin tələblərini pozmuşdur. Dövlət ittihamçısı, Məhkum Azərbaycan Respubli kası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qə rar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun xx xx2015-ci il tarixli qərarının 5-ci maddəsində izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Hazırkı iş üzrə ittiham tərəfinin mübahisələndirdiyi əsas Məhkum barəsində CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təyin edilmiş cəza CM-nin 70-ci maddəsini tətbiq edərək şərti məhkum etmə barədə qərar qəbul etməsidir. Apellyasiya instansiyası məhkəməsi məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, himayəsində bir azyaşlı uşağının olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alıb, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını məqsədə müvafiq hesab etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza təyin edərkən hadisənin baş verməsi səbəbini, məhkumun hadisənin baş verməsindən sonrakı davranışını, cəzasını yüng ülləşdirən halları, məhkumun şəxsiyyətini, ailə vəziyyətini tam araşdırmamış, tələb edilən cəzanın şərti tətbiq edilməsinin mümkünlüyünə münasibət bildirməmiş, hökmdə gəldiyi nəticəni əsaslandırmamış, hansı səbəbdən məhkuma CM-in 70-ci maddəsinin tətbiq edilməsinin mümkün olmamasına aydınlıq gətirməmişdir. Cinayət qanunvericiliyinin ədalət prinsipinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Humanizm prinsipinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxu d ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xx 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İş materiallarında olan AZ 1 № 350866 seriyalı nigah haqqında şəhadətnamənin surətindən görünür ki, Məhkum ilə X59 arasında nigah Bakı şəhər Qaradağ rayon qeydiyyat şöbəsində 20 oktyabr 2007-ci il tarixdə 985 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 21 yanvar 2008-ci il təvəllüdlü X38, 15 dekabr 2009-cu il təvəllüdlü X18 və 10 oktyabr 2014-cü il təvəllüdlü X50 adlı bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsində məlumat yoxdur. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş ərizələrdən görünür ki, Məhkum, X43, X51, X19 və X8 aldığı pulun hamsını həmin şəxslərin özünə qaytarmış və hazırda həmin şəxslərin məhk uma qarşı heç bir şikayət və tələbi yoxdur. Cəzanı yüngülləşdirən halları nəzərdə tutan CM-in 59.2-ci maddəsində cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alma bilməsi qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, C.R.X1, X65, X39 və X20 vurulmuş zərəri qaytarması, həmin şəxslərlə barışıq əldə etməsi, sonuncuların məhkuma qarşı heç bir şikayət və tələblərinin olmaması Məhkum şəxsiyyətini müsbət səciyyələndirən və əhəmiyyətli dərəcədə aradan qaldıran haldır cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə aradan qaldıran haldır. Apellyasiya instansiyası məhkəməsi C.R.X1, X65, X39 və X20 vurulmuş zərəri qaytarmasını, həmin şəxslərlə barışıq əldə etməsini, so nuncuların məhkuma qarşı heç bir şikayət və tələblərinin olmamasını, gənc olmasını, əməlindən peşman olmasını, ailə vəziyyətinin ağır olmasını, atasının xəstə olmasını, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan övladlarının olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətməsini məhkumun cəzasını yüngülləşdirən hallar kimi cəza təyini zamanı nəzərə alınmasını məqsədə müvafiq hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi o qənaətə gəlmişdir ki, Məhkum barəsində nəzərə alınması qeyd olunan cəzasını yüngülləşdirən halların məcmusu məhkumun cəza çəkmədən islah olunan şəxs olduğunu göstərməklə, onun islah olunması məqsədinə cavab verdiyi anlamına gəlməyə əsas verir. Şərti məhkum etməni nəzərdə tutan cinayət qanunvericiliyinin 70.1 və 70.2-ci maddələrinə əsasən isl ah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xx 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və y a bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Apellyasiya instansiyası məhkəməsi törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Məhkum cəzasını yüngülləşdirən yuxarıda sadalanan hallan, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymış və CM-in 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq, ədalətli, işin hallarına uyğun hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş X12 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, cinayət işi üzrə ona vurulmuş 15000 manat ziyan tam həcmdə ödən ilmişdir. Məhkuma qarşı heç bir şikayət və tələbi qalmamışdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş X26 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, cinayət işi üzrə ona vurulmuş 4000 manat ziyan tam həcmdə ödənilmişdir. Məhkuma qarşı heç bir şikayət və tələbi qalmamışdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş X58 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, cinayət işi üzrə ona vurulmuş 4000 manat ziyan tam həcmdə ödənilmişdir. Məhkuma qarşı heç bir şikayət və tələbi qalmamışdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş X49 notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, cinayət işi üzrə ona vurulmuş 4000 manat ziyan tam həcmdə ödənilmişdir. Məhkuma qarşı heç bir şikayət və tələbi qalmamışdır. Məhkəmə kollegiyasının q ənaətincə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələr düzgün və əsaslıdır. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 313-c ü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar