Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-100/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili İsmayılov Kənan Şəmsəddin oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 3N9.N.1, 3N9.N.N və 311.3.N-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul N0N1-ci il tarixli hökmündən Məhkum müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Hərbi Məhkəməsinin 1N sentyabr N018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.Quliyev, hakimlər V.Nəsirov və Ə.Sarıyevdən ibarət tərkibdə) xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, himayəsində 3 uşağı olan, məhkumluğu olmayan, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 1-ci taborunun N-ci bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, kapitan hərbi rütbəsind ə xidmət etmiş, hazırda hərbi xidmətdən ehtiyata tərxis olunmuş, Ünvan1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 331.N-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-in 6N-ci maddəsi tətbiq olunmaqla N00 manat cərimə cəzasına, CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində CM-nin 6N-ci maddəsi tətbiq olunmaqla 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 31N-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 6N-ci maddəsi tətbiq olunmaqla 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını CM-nin 66.N-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. C M-nin 68.N-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə və cərimə cəzalarının müstəqil icra olunması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16.01.N019-cu il tarixli qərarı ilə (hakimlər T.A.Muxtarov - sədrlik edən və məruzəçi, E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilərək Məhkumun CM-nin 331.N, 331.3 və 31N-1.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Tərtər Hərbi Məhkəm əsinin 1N sentyabr N018-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum əməli CM-nin 31N-1.1-ci maddəsindən həmin Məcəllənin N9, 178.N.N və N9, 178.N.3-cü maddələrinə tövsif edilmiş, Məhkum CM-nin N9, 178.N.N və N9, 178.N.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Məhkuma təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Məhkuma Tərtər Hərbi Məhkəməsinin 1N sentyabr N018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 331.N-ci və 331.3-cü maddələri ilə təyin edilmiş cəza hazırki qərarla təyin olunmuş cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.N-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 18 aprel N019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Fərhad Əliyev, hakimlər İnqilab Nəsirov və İlqar Qılıcovdan ibarət tərkibdə) kassasiya protesti təmin edilərək Azərbaycan Respublikası CM-nin 331.N, 331.3, N9,178.N.N və N9,178.N.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 16 yanvar N019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. İşə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Ş.Q.Rzaquliyev, Ç.B.Məmmədov və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) 01 iyul N0N1-ci il tarixli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Məhkumun CM-nin 331.N, 331.3 və 31N-1.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Tərtər Hərbi Məhkəməsinin 1N sentyabr N018-ci il tarixli hökmü ləğv edilmiş və iş üzrə yeni hökm çıxarılmışdır. Məhkum CM- nin 331.N-ci maddəsi ilə elan edilmiş ittiham üzrə icraata xitam verilmişdir. Məhkum CM-nin 331.3-cü maddəsi ilə ittiham elan edilmiş əməli “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may N0N0-ci il tarixli Qanununa uyğunlaşdırılaraq CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə tövsif edilmişdir. Məhkum CM-nin 3N9.N.1, 3N9.N.N və 311.3.N-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək, CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə 03 (üç) il müddətə, CM-nin 311.3.N-ci maddəsi ilə hərbi rütbədən məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təyin olunmuş cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla Məhkuma hərbi rütbədən məhrum edilməklə 08 (səkki z) il 0N (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum məhkəməyədək həbsdə saxlanıldığı N9 yanvar N018-ci il tarixdən N9 yanvar N019-cu il tarixədək olan 01 il müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq həbi rütbədən məhrum edilməklə 07 il 0N ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul N0N1-ci il tarixli hökmündən Məhkumun müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARI: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Məhkum təqsirləndirilmişdir ona görə ki, o, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsləri təhqir etmiş və döymüş, habelə təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə özü üçün birbaşa və şəxsən maddi neməti (pulu) rüşvət şəklində istəmişdir. Belə ki, Məhkum Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun Nci bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, N017-ci ilin aprel ayının ortalarında günorta saatlarında xidmət etdiyi bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Küknar» adlanan dayaq məntəqəsində əsgər yataqxanasının dəhlizinin qapısını bərk bağladığına görə həmin bölüyün 3-cü tağımının N-ci manqasının snayperçisi, əsgər XXXXXnu yanına çağırıb ona «dədənin xarabasındasan, qapını çırpırsan?» deyərək kobud formada iradını bildirib ünvanına «var-yoxsuz» deməklə təhqir etmiş və sifətinə üçdörd sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N017-ci ilin may ayının ortalarında, saat 14-15 radələrində xidmət etdiyi bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Mübariz» adlanan döyüş mövqeyində həmin bölüyün N-ci tağımının 3-cü manqasının tuşlayıcısı, əsgər YYYYYnun rabitəyə gec cavab verdiyindən qəzəblənərək buna görə sonuncunu həmin mövqedəki xidməti otağına çağırıb tənbeh etmiş, daha sonra isə əsgər T.Ə.Əliyevin burun nahiyəsinə yumruqla bir zərbə və sifətinə bir sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz t abeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi həqiqi hərbi xidmətdə olarkən, N017-ci ilin may ayının ortalarında günorta saatlarında xidmət etdiyi bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən şərti olaraq «Mübariz» adlanan döyüş mövqeyindəki xidməti otağında həmin bölüyün 3-cü tağımının N-ci manqasının qumbaraatanı, əsgər HHHHnu rabitəyə cavab verərkən onun səsini tanımadığına görə tənbeh etmiş və əsgər Ə.E.Hüseynovun başındakı dəbilqənin ipini dartıb yumruqla sinəsinə iki-üç zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetitilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Həmçinin Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N017-ci iyun ayının ortalarında günorta saatlarında xidmət etdiyi bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Mübariz» adlanan döyüş mövqeyinin əsgər yataqxanasının giriş qapısının qarşısında bölüyün N-ci tağımının 3-cü manqasının baş atıcısı, əsgər BBBB istehkamçılarla postları yoxlayıb bölüyə qayıdandan sonra uzun yol qət etdiyindən tənginəfəs halda ona gəlməsi barədə məruzə etdikdə, bundan qəzəblənərək sonuncunu nalayiq ifadələrlə təhqir etmiş, daha sonra isə əsgər EEEEun qarın nahiyəsinə təpiklə bir zərbə və sifətinə dörd-beş sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N017-ci ilin iyun ayının sonlarında günorta saatlarında xidmət etdiyi bölüyün Tərt ər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Mübariz» adlanan döyüş mövqeyinin əlaqə yolunda (səngərində) aparılan qazıntı işlərinə nəzarət edərkən həmin bölüyün N-ci tağımının 3-cü manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ƏƏƏƏna əsgərlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmədiyinə görə iradını bildirib sonuncunun dodaq nahiyəsinə və sinəsinə yumruqla iki zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N017ci ilin iyun ayının sonlarında saat N1 radələrində xidmət etdiyi bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Mübariz» adlanan döyüş mövqeyinin əsgər yataqxanasında həmin bölüyün 1-ci tağımının 3-cü manqasının atıcısı, əsgər MMMMnun yuxudan gec oyanmasından qəzəblənərək buna görə sonuncunun sifətinə iki sillə zərbəsi və yumruqla qarın nahiyəsinə iki-üç zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Daha sonra o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, 0910 iyul N017-ci il tarixdə saat 08 radələrində xidmət etdiyi bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Mübariz» adlanan döyüş mövqeyinin əsgər yataqxanasının qarşısında həmin bölüyün 3-cü tağımının N-ci manqasının pulemyotçusu, əsgər Ağayev Şadlan Qahir oğluna mülki alt mayka geyindiyinə görə iradını bildirərək onu tənbeh etmi ş, daha sonra əsgər Ş.Q.Ağayevin əynindəki alt maykasını cırıb sifətinə yumruqla iki zərbə vurmuş və hər iki əli ilə onun boğazından tutaraq divara sıxıb boğmaqla rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, göstərilən vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N017-ci ilin iyul ayının əvvəllərində günorta saatlarında xidmət etdiyi bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Küknar» adlanan dayaq məntəqəsində məzuniyyətdən qayıtmış əsgər MMMMnu xidməti otağınının qarşısında sonuncu ona gəlməsi barədə məruzə etdikdən sonra əlləri ilə çiyinindən tutub itələyərək otağa salmış və orada heç bir ciddi səbəb olmadan əsgər E.M.Məmmədovun sifətinə bir neçə sillə zərbəsi vur araq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N017-ci ilin iyul ayının əvvəllərində, səhər saatlarında bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Küknar» adlanan dayaq məntəqəsində həmin bölüyün N-ci tağımının 3-cü manqasının atıcı-heyət nəfəri, əsgər LLLLnun çiynindəki ləvazimatlar çantasının yerə düşdüyünü görüb qəzəblənərək buna görə sonuncunu yanına çağırıb tənbeh etmiş, daha sonra isə əsgər LLLLun baş nahiyəsinə yumruqla üç-dörd zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa, Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hə rbi xidmətdə olarkən, N017-ci ilin avqust ayının əvvəllərində, saat 15 radələrində bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Mübariz» adlanan döyüş mövqeyində əsgər MMMMnun çay içmək üçün qabları yuyarkən stəkanlardan birini sındırdığını bilib bundan qəzəblənərək sonuncunu öz xidməti otağına aparmış və orada əsgər E.M.Məmmədovun sifət nahiyəsinə bir sillə zərbəsi və sinəsinə yumruqla bir zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Daha sonra o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N017-ci ilin avqust ayının ortalarında, günorta saatlarında bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Küknar» adlanan dayaq məntəqəsindəki x idməti otağında televizoru düzəldən zaman əsgər NNNNnun televizor kabelini səhv gətirməsindən qəzəblənərək, buna görə sonuncunun sifət nahiyəsinə iki sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N017-ci ilin avqust ayının sonlarında günorta saatlarında bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Küknar» adlanan dayaq məntəqəsinin əsgər yataqxanasının qarşısında əl-üzünü yuması üçün su gətirməyi yaddan çıxardığına görə əsgər MMMMna iradını bildirmiş və sonuncunun sifət nahiyəsinə 5-6 sillə zərbəsi və təpiklə ayağına bir zərbə vuraraq, rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi za manı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, xidmət etdiyi bölüyün N-ci tağımının 3-cü manqasının tuşlayıcısı, əsgər YYYYYnun N3 avqust N017-ci il tarixdə bölüyün N0 №-li döyüş postunda döyüş növbəsində xidmətdə olduğu zaman yatdığına görə həmin bölüyün əsgəri ZZZZZ ilə aralarında baş vermiş sözlü mübahisə zamanı sonuncunun ona qarşı zor tətbiq etməsi və nəticədə əsgər T.Ə.Əliyevin N6 avqust N017-ci il tarixdə «Sol gözaltı nahiyənin qançırı» diaqnozlu xəsarətlə hərbi hissənin tibb məntəqəsinə müraciət etməsi faktına görə hərbi hissədə toplanmış ilkin araşdırma materialı 13 sentyabr N017-ci il tarixdə araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Müdafiə Nazirliyinin Hüquq İdarəsinin 1-ci Təhqiqat Bölməsinə g öndərildikdən və N9 sentyabr N017-ci il tarixdə həmin bölməyə daxil olaraq araşdırma orada davam etdirildikdən sonra, özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə N017-ci ilin oktyabr ayının əvvəllərində günorta saatlarında əsgərlər T.Ə.Əliyevi və İ.A.Yusifovu, eləcə də, N3 avqust N017-ci il tarixldə N0№li döyüş postunda post başçısı olmuş, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər ƏƏƏƏnu bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq “Küknar” adlanan dayaq məntəqəsindəki xidməti otağına çağırıb orada hər birindən barələrində aparılanaraşdırmanın bağlanması müqabilində, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə rüşvət kimi özü üçün birbaşa və şəxsən N000 manat pul istəmiş, l akin həmin hərbi qulluqçular maddi imkanları olmadıqlarını bildirərək ona rüşvət verməkdən imtina etmişlər. Həmçinin Məhkum, göstərilən vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N017-ci ilin oktyabr ayının əvvəllərində, günorta saatlarında xidmət etdiyi bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Küknar» adlanan dayaq məntəqəsindəki əl-üz yuma yerinin yanında, bölüyün 1-ci tağımının N-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid1nun əlində Azərbaycan Respublikası Müdafiə Nazirinin «Məlumatların sızmasının qarşısının alınması haqqında» 16 fevral N014-cü il tarixli, N №-li əmri ilə hərbi hissənin ərazisində işlədilməsi hərbi qulluqçulara qadağan edilmiş «Samsung-S3» markalı smartfon tipli mob il telefon görüb alaraq onu dayaq məntəqəsindəki xidməti otağına aparmış və kiçik çavuş OOOO onun arxasınca xidməti otağına gəlib telefonu qaytarmasını xahiş etdikdə, özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə kiçik çavuş OOOOa smartfon tipli mobil telefon işlətməsi barədə hərbi hissə komandanlığına təqrir yazacağını deyib bunu etməməsi müqabilində, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə və təkrar rüşvət kimi özü üçün birbaşa və şəxsən 50 manat pul istəmiş və sonuncu razılığını bildirib pulu verəcəyini vəd etdikdən sonra telefonu ona qaytarmış, lakin kiçik çavuş OOOO buraxılışdan qayıtdıqdan sonra barəsində smartfon tipli mobil telefon işlətməsi barədə kapitan Məhkum tərəfindən hərbi hissə komandanlığına təqrir yazıl dığını düşündüyündən vəd etdiyi pulu ona verməmişdir. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N017ci ilin oktyabr ayının sonlarında gecə saatlarında bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Küknar» adlanan dayaq məntəqəsinin əsgər yataqxanasının dəhlizində həmin bölüyün 1-ci tağımının 3-cü manqasının atıcı qumbaraatan köməkçisi, əsgər RRRRna rabitəyə cavab vermədiyinə görə iradını bildirib onu tənbeh etmiş, daha sonra isə əsgər RRRRin sifətinə iki sillə zərbəsi, əlinin içi ilə çənəsinə bir zərbə və təpiklə ayaq nahiyələrinə N zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan başqa o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkə n N017-ci ilin noyabr ayının əvvəllərində, günorta saatlarında bölüyün Tərtər rayonunur Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Küknar» adlanan dayaq məntəqəsinin əsgər yataqxanasında həmin bölüyün N-ci tağımının N-ci manqasının sanitar atıcısı, əsgər İİİİnun qarnını tutaraq həmin nahiyədə ağrıdan şikayət etdiyini görüb, rəis olmaqla bununla bağlı üzərinə düşən vəzifələri yerinə yetirib qanuni tədbirlər görmək əvəzinə, sonuncunun tibb məntəqəsinə göndərilməsi üçün yalandan özünü xəstəliyə vurduğunu iddia edərək «Sən çox qudurmusan, məntəqəyə getmək üçün yalandan mədəni tutursan» deyib əsgə M.X.İsmayılovun qarın nahiyəsinə bir sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmə üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi təhqir etmişdir. Bundan başqa Məhku m, həmin vəzifədə və hərbi rütbədə həqiqi həri xidmətdə olarkən, xidmət etdiyi bölüyün əsgərləri AAAA, Bağırov İsgəndər Əbülfəz oğlu və Binyətov İlqar Qabil oğlunun 0N noyabr N017-ci il tarixdə, saat 0N.30 radələrində bölüyün 19 №-li döyüş növbəsində xidmət aparan zaman döyüş növbəsi çəkmə qaydalarını pozaraq postda yatmalarına dair həmin bölüyün 1-ci tağımmın N-ci manqasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şahid1nun 04 noyabr N017-ci il tarixli təqriri əsasında həmin tarixdə hərbi hissə komandiri tərəfindən araşdırma təyin edilib araşdırmanın aparılması ona tapşırıldıqdan sonra, N017-ci ilin noyabr ayının əvvəllərində, günorta saatlarında bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Küknar» adlanan dayaq məntəqə sində özgənin əmlakını qanunsuz ələ keçirmək qərarına gələrək, bu məqsədlə əsgər A.Ə.Mahmudovun izahatım alan zaman ona döyüş növbəsində yatması ilə bağlı barəsində cinayət işinin başlanılacağını və «məsələsinin üstünə düşməyin» lazım olduğunu deyərək barəsində araşdırmanın «bağlanılması» müqabilində sonuncudan vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə və təkrar rüşvət kimi özü üçün birbaşa və şəxsən N000 manat pul istəmiş, lakin sonuncu maddi imkanının olmadığını deyib ona pul verməkdən imtina etdiyindən kapitan Məhkum tərəfindən aparılmış araşdırma zamanı toplanmış material N nömrəli hərbi hissə komandirinin N0 noyabr N017-ci il tarixli, 3038 N°-li məktubu ilə araşdırmanın davam etdirilməsi üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinn 1ci Təhqiqat böl məsinə, 18 dekabr N017-ci il tarixdə isə Tərtər hərbi prokurorluğuna göndərilmiş və 04 yanvar N018-ci il tarixdə əsgər Ə.A.Mahmudovun barəsində Azərbaycan Respublikası CM-nin 338.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır. Daha sonra Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N5 noyabr N017-ci il tarixdə günorta saatlarında, bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Küknar» adlanan dayaq məntəqəsinin yataqxanasının dəhlizində bölüyə daxil olduğu zaman ona «Farağat» komandasını vermədiyinə görə həmin bölüyün N-ci tağımının N-ci manqasının pulemyotçusu, əsgər Cəlalzadə Elnur Nəriman oğlunun ünvanına söyüşlər söyərək təhqir etmiş və yumruqla çiyin nahiyəsinə bir zərbə vuraraq, rəis olmaqla hərbi xidmət üzrə vəzifələ rin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi təhqir etmişdir. Həmçinin o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N017ci ilin noyabr ayının sonlarında, saat 11 radələrində bölüyün Tərtər rayonunun Borsunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Mübariz» adlanan döyüş mövqeyində əsgər Əhədov Ümid Bəybala oğlunun həmin bölüyün əsgəri BBBB ilə zarafatlaşaraq sonuncunu yamsıladığını görüb bundan qəzəblənərək, heç bir ciddi səbəb olmadan əsgər LLLLun sifət nahiyəsinə yumruqla iki zərbə vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Bundan əlavə o, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, N6-N7 dekabr N017-ci il tarixdə saat NN radələrində bölüyün Tərtər rayonunun Bor sunlu kəndinin ərazisində yerləşən, şərti olaraq «Bayraq» adlanan yeni dayaq məntəqəsində əsgər YYYYYnun su qaynadarkən termosu yandırmasından qəzəblənərək buna görə sonuncunun ünvanına söyüşlər söyərək onu təhqir etmiş, daha sonra isə əsgər T.Ə.Əliyevin sifətinə 3-4 sillə zərbəsi vuraraq rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən isə, Məhkum rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsləri təhqir etmiş və döymüş, habelə öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa şəxsən maddi neməti (pulu) istəmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAK ÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, konkret olaraq cinayət işi üzrə rüşvət alma əməlinin törədilməsi mötəbər sübutlarla təsdiq olunmadığından Məhkum olunduğu ittiham üzrə CM-nin 311.3.N-ci maddəsi üzrə bəraət verilməlidir. Belə ki, Məhkum ilk gündən özünü ona elan edilmiş 311.3.N-ci maddəsi istisna olmaqla CM-nin 331.3 və 331.3-cü maddələri ilə təqsirli bilmiş, yəni rəis olmaqla hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsləri təhqir etməsini və döyməsini etiraf etmiş, lakin əsgərlər AAAA, ZZZZZ, YYYYY və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu Mahmudov Əli ilqar oğlundan barələrində aparılan araşdırmanın bağlanması, kiçik çavuş Şahid1ndan isə sensorlu mobil telefon işlətməsi ilə bağlı təqrir yazmaması müqabilində hər hansı bir məbləğdə pul istəmədiyini bildirmişdir. Bu halların olması 01 iyul N0N1-ci il tarixli Gəncə Apelyasiya Məhkəməsinin hökmündə bir daha sübuta yetirilmişdir. Müdafiə tərəfi üçün aydın deyildir ki, nə səbəbə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Məhkum əməli sübuta yerilmədiyindən ona qarşı ittiham olunmuş CM-nin 311.3.N-ci maddəsinə bəraət verilməli olduğu halda həmin maddə ilə ittiham hökmü çıxarılmışdır. Apellyasiya məhkəməsi tərəfindən məsələ mahiyyəti üzrə araşdırılmamışdır. Müdafiə tərəfi hesab edir ki, apellyasiya məhkəməsi öz mövqelərini hüquqi məntiqə arxalanmadan əsaslandırmağa çalışmış, hadisənin formal tərəfinin təhlilini aparmaqla işin mahiyyəti üzrə obyektiv hüquqi qiymətləndirməsini aparmamaqla ədalət mühak iməsinin prinsiplərinə zidd mövqe nümayiş etdirmişdir. Məhkumun əməlinə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilərkən tövsifdə səhvlərə yol verilmiş, prosessual pozuntularla məhkəmə araşdırması aparılmış, şahid Şahid1nun ibtidai istintaq, Tərtər Hərbi Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsində verdiyi ifadələrində Məhkum sensorlu telefon işlətməsi ilə bağlı təqrir yazmasını görməsi, daha sonra isə təqrir yazmasını görməməsi ilə bağlı ziddiyyətli və aradan qaldırılması mümkün olmayan şübhəli məqamları təqsirləndirilən şəxsi xeyrinə həll etmədən, bu halın olub-olmamasını tam sübuta yetirilməsi üçün digər mötəbər sübut əldə olunmadan yalnız XXXXun Məhkum təqrir yazmaması ilə bağlı 50 manat pul istəməsi, Məhkum isə bu halın olmasını inkar etdiyi halda hansı səbəbdən XXXXun if adəsinin Məhkum ifadəsindən üstün tutulmasına əsaslı izah vermədən Məhkumun əməlini sübuta yetmiş hesab etmişdir. Odur ki, qeyd olunanlara əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul N0N1-ci il tarixli hökmünü ləğv etməklə, Məhkuma qarşı elan olunmuş CM-nin 311.3.N-ci maddəsi üzrə əməli sübuta yetirilmədiyindən bəraət verilməsi, Məhkum əməlinin CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddələrindən CM-nin 3N9.1-ci maddəsinə tövsif edib çəkdiyi cəzasını nəzərə alaraq azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi K.Ş.İsmayılov şikayətdə qyed olunan halları bir daha vurğulayaraq şikayətin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərini təkzib etdiyini, şikayətin əsassız olduğunu, Məhkumun əməlinin iş üzrə mötəbər sübutların məcmusu ilə tam təstiq olunduğunu bildirib, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul N0N1-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Bel ə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum CM-nin 311.3.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmədiyi, məhkəmələr tərə findən onun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul N0N1-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya şikayətinin dəli llərini də nəzərə almaqla yoxlayaraq, dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul N0N1-ci il tarixli hökmü isə dəyişdirilməlidir. Kassasiya şikayətində Məhkum verilmiş Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəs ilə verilmiş ittihamın əsassız olması, məhkumun həmin cinayət əməlini törətmədiyi iddia edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət had isəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart N011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsini hökmü ilə Məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəsinin dispozisiyası təkrarən rüşvət alma – yəni, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə ma ddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin hökmündən görünür ki, Məhkuma verilmiş təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə özü üçün birbaşa və şəxsən maddi neməti (pulu) rüşvət şəklində istəmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mümkünlüyü, mötəbərliyi və mənsubiyyəti üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilm işdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 311.3.N-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Kassasiya şikayətində həmçinin, Məhkumun əməlinin CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddələrindən həmin Məcəllənin 3N9.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Şikayətin qeyd olunan dəlilini iş materialları ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddələrindən həmin Məcəllənin 3N9.1-ci m addəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 1 may N0N0-ci il tarixli 68-VİQD nömrəli Qanunu (“Azərbaycan” qəzeti, N iyun N0N0-ci il, № 103) ilə CM-ə edilmiş dəyişikliyə əsasən, CM-in 331-ci maddəsi ləğv edilmiş, 3N9.1-ci maddəsi isə yeni redaksiyada verilmişdir. CM-in 3N9-cu (Tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddəsinin yeni redaksiyası aşağıdakı kimi müəyyən edilmişdir: 3N9.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi — bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 3N9.N. Eyni əməllər: 3N9. N.1. təkrar törədildikdə; 3N9.N.N. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 3N9.N.3.......... İşə baxan apellyasiya məhkəmə kollegiyası “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may N0N0-ci il tarixli Qanununa əsasən CM-nin 331-ci maddəsi ləğv edilməsi və dövlət ittihamçısının Məhkum verilmiş CM-nin 331.N-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etməsi səbəbi ilə hesab etmişdir ki, Məhkum CM-nin 331.N-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə icraata xitam verilməli, Məhkum CM-in 331.3-cü maddəsi ilə ittiham elan edilmiş əməli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may N0N0-ci il tarixli Qanununa uyğunlaşdırılaraq CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddələrinə tövsif edilməlidir. Belə ki, məhkuma CM-nin 331.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlin əlamətləri CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddələri ilə əhatə olunduğundan, eyni zamanda məhkumun iki və daha çox şəxsə qarşı zor tətbiq etmə əməlini təkrarən törətməsi ilə bağlı təqsirli bilməsini nəzərə alaraq, onun əməlinin bu qaydada qanunda dəyişikliyə uyğunlaşdırılmasının onun vəziyyətini ağırlaşdırmayacağı qənaətinə gəlmişdir. Cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəmə kollegiyası məhkumun əməlini yeni Cinayət Qanununa uyğunlaşdırarkən əməlin tövsifində səhvə yol verməklə onun vəziyyətini ağırlaşdırmışdır. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişi klik edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may N0N0-ci il tarixli Qanununa əsasən ləğv edilmiş CM-nin 331.3-cü maddəsi əvvəl hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya işgəncə verməsi kimi müəyyən edilmişdir. İşə baxan apellyasiya məhkəmə kollegiyası CM-nin 331.3-cü maddəsinin tövsifedici əlaməti olaraq eyni əməllərin təkrarlıq və iki və daha artıq şəxsə qarşı törədilməsi halları nəzərdə tutulmadığı halda, əməli CM-nin 3N9.N.1 (təkrar törədildikdə) və 3N9.N.N (iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələrinə tövsif etməklə məhkumun vəziyyətini ağırlaşdırmışdır. İşə baxan birinci instansiya məhkəməsi Məhkumu Azərbaycan Respublikası CMnin 331.N və 331.3-cü mad dələri ilə təqsirli bilib CM-nin 61-ci maddəsinə əsasən cinayətin təkrarən törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Cinayət qanununun zamana görə qüvvəsini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 10-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ g örə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağı rlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Beləliklə, apellyasiya məhkəməsinin hökmündən görünür ki, apellyasiya məhkəməsi cinayətin törədildiyi vaxt qüvvədə olan Cinayət Qanununun ittiham olunan əməlin törədilməsi ilə bağlı müvafiq norması olmadığı halda, həmin əməli bir neçə il sonra yeni Qanuna uyğunlaşdıraraq CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddəsinə tövsif etməklə yuxatıda göstərilən cinayət qanunvericiliyin normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 3N9.N.1 və 3N9.N.N-ci maddəsindən həmin Məcəllənin 3N9.1-ci maddəsinə tövsif edilməli, ona həmin maddə ilə cəza təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3N9.N.1, 3N9.N.N və 311.3.N-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul N0N1-ci il tarixli hökmü Məhkumun müdafiəçisi İsmayılov Kənan Şəmsəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məh kumun əməli Cinayət Məcəlləsinin 3N9.N.1, 3N9.N.N-ci maddəsindən həmin Məcəllənin 3N9.1-ci maddəsinə tövsif edilsin, CM-nin 3N9.1-ci maddəsinə əsasən Məhkum 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəzanı Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul N0N0-ci il tarixli hökmü ilə Məhkuma Cinayət Məcəlləsinin 311.3.N-ci maddəsi ilə təyin edilmiş hərbi rütbədən məhrum edilməklə 08 il müddətə azalıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 08 il 01 ay müddətə azadlıqdan məhrum etmə təyin edilsın. Məhkumun məhkəməyədək həbsdə saxlanıldığı N9 yanvar N018-ci il tarixdən N9 yanvar N019-cu il tarixədək olan 01 il müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 07 (yeddi) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 04 may N0N1-ci il tarixdən hesablansın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-100/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-100/2021
15.12.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver