Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-101/2017 02.11.2017 ALİ MƏHKƏMƏ İş № 1-1(102)-101/17 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ xx xxxxxx 2017-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qəmbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10 oğlu və Məhkum iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxxx x 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2 və 32.3, 335.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik еdən hаkim V.M.Nəsirov, hakimlər D.H.İmanov və K.V.Əliyevdən ibarət tərkibdə) xx xxxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, ali hərbi təhsilli, xx xxxx 2014-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü motoatıcı taborunun minaatan batarey asının 1-ci minaatan tağımının komandiri vəzifəsində leytenant hərbi rütbəsində xidmət etmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, xx xxxxxx 2015-ciil tariхdən həbsdə saxlanılan Məhkum оğlu AzərbaycanRespublikasıCinayət Məcəlləsinin (bundan sonra AR CM-in)311.2 və 32.3, 335.1cimaddələriilətəqsirlibilinərək, AR CM-in 32.3, 335.1-ci maddəsi ilə barəsində həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 300 (üç yüz) manat miqdarda cərimə cəzasına, CM-in 311.2-ci maddəsi ilə 2 (iki) il müddətə məsul vəzifə tutma və leytenant hərbi rütbəsindən məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-in 66.3 və 68.2-ci maddələrinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzası və cərimə cəzası cinayətlərin məcmusu üzrə tamamilə topl amaqla ona qəti olaraq 2 (iki) il müddətə məsul vəzifə tutma və leytenant hərbi rütbəsindən məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə və 300 (üç yüz) manat miqdarda cərimə cəzaları təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzаçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2015-ci il tarixdən hеsаblаnması, təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cinayət işi üzrə maddi sübut olan “xxxx” MMC-də və “xxxx” MMC-də özündə mobil telefon nömrələrinə daxil olan və çıxan zəngləri, həmçinin nömrə sahibləri haqqında məlumatları əks etdirən 2 (iki) ədəd CD kompyuter diskinin cinayət işində saxlanılması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əs asən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətə görə özü üçün, birbaşa və şəxsən maddi nemət hesab edilən pulu rüşvət istəmiş, habelə hərbi qulluqçunun sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırmasını təşkil etmişdir. Bеlə ki, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağcabədi rayonunun Qiyaməddinli kəndinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü motoatıcı taborunun minaatan batareyasının birinci minaatan tağımının komandiri vəzifəsində leytenant hərbi rütbəsində xidmət еdərkən 21 mаy 2015-ci il tаriхdə sааt 14 rаdələrində həmin bаtаrеyаnın 2-ci аtəş tаğımının 3-cü mаnqаsının tuşlаyıcısı əsgərQeybullayev İlkin Eldar oğlu tаğımın ərаzisində оnа yахınl аşаrаq Şəki rаyоnunun Kiçik Dəhnə kəndində 30 mаy 2015-ci il tаriхdə kеçiriləcək bаcısının nişаn mərаsimində iştirаk еtməkdən ötrü məzuniyyətə burахılmаsını təşkil еtməsini хаhiş еtmişdir. xxxоnu məzuniyyətə burахdırmаğı təşkil еtməsinin müqаbilində оndаn 200 mаnаt pul istəmiş, xxx 200 mаnаt pulun çох оlduğunu, nişаn mərаsimində iştirаk еdəcəyi hаldа hərbi hissəyə qаyıtdıqdа оnа yаlnız 150 mаnаt pul vеrə biləcəyini bildirdiyindən rаzılığа gələ bilməmişlər. Bundаn sоnrа xxx hərbi hissənin ərаzisində xxxа yахınlаşаrаq оndаn məzuniyyətə burахılmаsınа köməklik göstəməsini təkrаrən хаhiş еtmiş və bunun müqаbilində оnа yаlnız 150 mаnаt pul vеrə biləcəyini dеmişdir. xxxоnun həqiqi hərbi хidmət müddətinin 6 аydаn аz оlmаsınа görə məzuniyyətə burахılmаsının mümkün оlmаyаcаğını bildiyi üçün оnu tаbо r üzrə növbətçi оlduğu müddət ərzində, yəni 2015-ci ilin mаy аyının 30-u sааt 18-ə kimi pul müqаbilində qаnunsuz оlаrаq еvə burахılmаsını təşkil еtmək qərаrınа gəlmişdir. 29 mаy 2015-ci il tаriхdə səhər düzülüşündə minааtаn bаtаrеyаnın kоmаndiri bаş lеytеnаnt X4 həmin gün bаtаrеyаnın zаbitlərindən birinin tаbоr növbətçiliyi хidmətini icrа еtmək üçün tаbоrа çаğırıldığını еlаn еtdikdə, K.Ələkbərоv sırаdаn önə çıхаrаq хidməti yеrindən 800-900 mеtr məsаfədə yеrləşən tаbоrun dаyаq məntəqəsində tаbоr növbətçisi qismində sutkаlıq nаryаdа təyin еdilməsinə rаzı оlduğunu bildirməklə məqsədini həyаtа kеçirməkdən ötrü 2015-ci ilin mаy аyının 29-30-u tаriхlərində tаbоr növbətçisi qismində sutkаlıq nаryаdа təyin еdilməsinə nаil оlmuşdur. Tаbоr növbətçisi оlmаsındаn istifаdə еdərək 30 mаy 2015-ci il tаri хdə sааt 09 rаdələrində dахili rаbitə ilə xxx bilаvаsitə kоmаndiri оlаn minааtаn bаtаrеyаnın ikinci tаğımının kоmаndiri lеytеnаnt Məmmədоv Еlvin Хаnputа оğlunа yаlаndаn, guyа xxx vаlidеynlərinin görüşə gəldiyini bildirərək оnu аldаdıb vаlidеyinləri ilə görüşmək аdı ilə xxx tаbоrun dаyаq məntəqəsinə gəlməsinə nаil оlmuş, xxxi bаcısının nişаn mərаsimində iştirаkınа görə qаnunsuz оlаrаq həmin gün sааt 18-dək еvə burахmаsı müqаbilində əvvəlcə оnun özündən və sоnrа isə həmin gün sааt 09:10:33-də Аğcаbədi rаyоnunun Yuхаrı Qiyаmаdınlı kəndində yаşаyаn vətəndаş X1 (050) ***-**-** mоbil tеlеfоn nömrəsi ilə xxx аtаsı Qеybullаyеv Еldаr Məmməd оğlunun istifаdəsində оlаn (055) ***-**-** mоbil tеlеfоn nömrəsinə zəng еdib dаnışаrаq özü üçün 100 mаnаt, xxx еvə аpаrıb-gətirəcək tаksi аvtоmаşınının sürücüsü nə dаşımа hаqqı vеrmək üçün isə 50 mаnаt pul istəmişdir. xxx, xxxvə sоnuncunun аtаsıxxx еvə burахılmаsınа rаzılıqlаrını bildirdikdən sоnrа xxx həmin gün ахşаm sааtlаrınаdək Şəki rаyоnunun Kiçik Dəhnə kəndinə gеdib qаyıdаcаğını və həmin gün tаbоr kоmаndаnlığı N nömrəli hərbi hissənin qərаrgаhının binаsındа iclаsdа оlduğunа görə xxx хidmət yеrində оlmаmаsı ilə bаğlı hеç bir prоblеmin оlmаyаcаğını düşünərək, 30 mаy 2015-ci il tаriхdə sааt 09:15 rаdələrində yоldа hərbi qulluqçu оlmаsı görünməsin dеyə xxx hərbi kitеlini əynindən çıхаrtdırıb, vətəndаş xxxun idаrə еtdiyi “VАZ-21074” mаrkаlı, **-BJ-*** dövlət qеydiyyаt nişаnlı аvtоmаşının аrха оturаcаğındа оtuzdurub еvlərinə yоlа sаlmаqlа оnun Şəki rаyоnunun Kiçik Dəhnə kəndinə gеtməsini təşkil еtmişdir. xxx аtаsı Е.M.Qеybullаyеv sааt 09:34:25-də (070) ***-**-** mоbil tеlеfоn nömrəsi vаsitəsilə оğlunun tаğım kоmаndiri lеytеnаnt xxxun istifаdəsində оlаn(050) ***-**-** mоbil tеlеfоn nömrəsinə zəng еdərək xxx еvlərinə burахılmаsındаn məlumаtının оlub-оlmаmasını sоruşduqdа, xxxun xxxi müvаfiq icаzə оlmаdаn qаnunsuz оlаrаq Şəki rаyоnunun Kiçik Dəhnə kəndinə burахmаsını bilib, bunа qəti еtirаz еtmiş və оğlunun təcili hərbi hissəyə qаytаrılmаsını tələb еtmiş, lеytеnаnt xxx və vətəndаş Е.M.Qеybullаyеvin tаksi sürücüsü xxxun həmin mоbil tеlеfоn nömrəsinə zəng еdib xxxi hərbi hissəyə qаytаrmаsını tələb еtmələrindən sоnrа, sааt 09:50 rаdələrində xxx хidməti yеrinə qаytаrılmış, bununlа dа, xxxvəzifəli şəхs kimi хidməti vəzifəsinin (səlаhiyyətlərinin) icrаsı ilə əlаqədаr qаnunsuz hərəkətə görə özü üçün, birbаşа və şəхsən mаddi nеməti, yəni pu lu rüşvət istəmiş, hаbеlə xxx 30 mаy 2015-ci il tаriхdə təхminən sааt09:15-dən 09:50-yədək sаir аldаtmа yоlu ilə hərbi хidmətdən bоyun qаçırmаsını təşkil еtmişdir. Hökmdən Məhkum müdafiəçisi R.N.Babayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), İ.H.Əhmədov və E.Ə.Camalovdan ibarət tərkibdə) xx xxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətini qismən təmin etmiş, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum əməli AR CM-in 311.2-ci maddəsindən həmin məcəllənin 311.1-ci maddəsinə tövsüf edilmiş, CM-in 311.1-ci maddəsi ilə 2 (iki) il müddətə məsul vəzifə tutma və leytenant hərbi rütbəsindən məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-in 66.3 və 68.2-ci maddələrinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzası və cərimə cəzasını cinayətlərin məcmusu üzrə tamamilə toplanmaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə məsul vəzifə tutma və leytenant hərbi rütbəsindən məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 300 (üç yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il qərarından dövlət ittihamçısı S.Sadıqov tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi R.N.Babayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası (hakimlər: İ.M.Nəsirov (sədrlik edən və məruzəçi), F.K.Əliyev və İ.T.Hacıqayıbovdan ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətini təmin etməmiş, kassasiya protestini təmin edərək apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarını ləğv etmiş və işi yeni apellyasiya baxışına təyin etmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (hakimlər: Z.B.Babayev (sədrlik edən və məruzəçi), A.Q.Dosiyev və Ə.Ə.Novruzovdan ibarət tərkibdə) xx xxxxx 2017-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi R.N.Babayev tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməmiş və Tərtər Hərbi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qeyd olunan ap ellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və barəsində olan cinayət işinə düzgün qiymət verilərək qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum R.Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı onun qeyd olunan cinayət əməllərini törətməyi sübuta yetirilməyib. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 351.2-ci maddəsinə əsasən “Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.” Belə ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi qərar çıxararkən subyektiv mülahizlərə əsaslanmışlar. Bundan başqa məhkəmənin təyin etdiyi cəz a AR CPM-in normativlərinə müvafiq deyildir. Məhkəmələr tərəfindən AR CM-in 311.2 və 32.3, 335.1-ci maddələri ilə cəza təyin olunarkən CM-in 7.1 və 9-cu maddələrinin tələblərinə riayət olunmamış, yüngülləşdirici hallar nəzərə alınmamış və humanist prinsiplər rəhbər tutulmadan qərar çıxarılmışdır. Beləliklə o, məhkəmə icraatı zamanı nəzərdən qaçılmış halların araşdırılmasını, Şirvan Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinə düzgün qiymət verərək qərar çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkum R.Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışl arını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı R.Məhkum edilməsinə dair AR CM-in 32.3, 335.1-ci maddəsinə aid hissədə ləğv edilərək cinayət təqibinə xitam verilməli, qərar cəza təyininə dair AR CM-in 311.2-ci maddəsinə aid hissədə dəyişdirilməli, təyin edilmiş leytenant hərbi rütbəsindən məhrum edilməklə 2 il müddətə məsul vəzifə tutma cəzası 1 il müddətinə, 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti isə AR CM-in 62-ci maddəsi tətbiq edilməklə 2 il 3 ay müddətinə endirilməli və məhkəmə qərarlarından AR CM-in 66.3 maddəsinə aid müddəa isə xaric edilməlidir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra AR CPM) 419.1- ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qə naətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, istintaq orqanı, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən Məhkum əməli düzgün olmayaraq AR CM-in 32.3, 335.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, xxxvəzifəli şəхs kimi хidməti vəzifəsinin (səlаhiyyətlərinin) icrаsı ilə əlаqədаr qаnunsuz hərəkətə yol verərək 150 manat müqabilində xx xxx 2015-ci il tarixdə bacısının nişan mərasimində iştirak etmək üçün əsgərxxx evə getməsini təşkil еtsə də, İ.E.Qeybullayevin atası E.M.Qeybullayevin oğlunun qanunsuz evə buraxılmasına etiraz etməsi barədə məlumat aldıqdan dərhal sonra yəni 09:50 radələrində İ.E.Qeybullayevi xidməti yerinə qaytarmışdır. Göründüyü kimi, İ.E.Qeybullayev qısa bir zaman kəsiyində yəni, N dəqiqə hərbi hissədən k ənarda olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməlində 32.3, 335.1-ci maddəsinin əlamətləri formal cəhətdən mövcud olsa da, az əhəmiyyətli olduğundan, şəxsiyyətə, cəmiyyətə və dövlətə hər hansı zərər vurulmadığından ictimai təhlükəli hesab edilə bilməz. Törədilmiş əməlin az əhəmiyytəli sayılması təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir. Baş vermiş əməldə az əhəmiyytəlilik aşkar edildikdə cinayət işi qaldırılmır, qaldırılmış cinayət işi isə əməldə cinayət tərkibi olmadığına görə xitam edilir. Belə ki, AR CM-in 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Həmin məcəllənin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinin tələbinə görə, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, istintaq orqanı xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə əsgər İ.E.Qeybullayevin törətdiyi əməli az əhmiyyətli hesab edərək onun barəsində əməldə cinayət tərkibi olmaması əsaslarına görə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinə hissəvi xitam vermişdir. (cinayət işi 1-ci cild, vərəqə 2 00-210) AR CM-in 32-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Cinayətin icraçısı cinayəti bilavasitə törədən subyektdir. Cinayətin təşkilatçısı isə cinayətin törədilməsini təşkil edən, cinayətin törədilməsinə rəhbərlik etmiş şəxs sayılır. Konkret halda qeyd olunan cinayət əməli formal cəhətdən mövcud olsa da belə, onun icraçısı - yəni əsgər İ.E.Qeybullayev barəsində cinayət işini hissəvi xitam edib həmin əmələ görə Məhkum təşkilatçı kimi ittiham vermək nə qanunvericilik, nə də ədalət mühakiməsi baxımından heç bir məntiqə sığmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarına əsasən «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə it tihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Odur ki, Məhkum barəsində AR CM-in 311.2 və 32.3, 335.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə apellyaisya instansiyası məhkəməsinin qərarı AR CM-in 32.3, 335.1-ci maddəsinə aid hissədə ləğv edilməli və bu hissədə icraata xitam ve rilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum cəza təyin edilən zaman onun ilk dəfə cinayət törətməsi, himayəsində azyaşlı uşağın olması, əməlindən səmimi peşmançılıq hissi keçirməsi, xidməti xasiyyətnaməsində müsbət xarakterizə olunması və əməli səmimi etiraf etməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış, cəzanı ağırlaşdıran halların isə olmaması qeyd olunmuşdur. Sadalanan yüngülləşdirici hallar apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilsə də cəza məsələsinin həllində nəzərə alınmamış və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası belə hesab edir ki, Məhkum AR CM-in 311.2-ci maddəsi ilə təyin edilmiş cəza əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun gəlmir. Belə ki, AR CM-in 62. 1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. AR CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayə tin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi tə crübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir: “Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. AR CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum ilk dəfədir ki, cinayət törətmiş, törətdiyi əməli etiraf etmiş və özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan əlavə, onun əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. AR CPM-in 416.0.2 maddəsinə əsasən məhkəmə bu məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, CPM-in 416.0.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, həmin məcəllənin 416.0.21-ci m addəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində AR CM-in 311.2 və 32.3, 335.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı AR CM-in 32.3, 335.1-ci maddəsinə aid hissədə ləğv edilməli, bu hissədə icraata xitam verilməli, Məhkum təqsirli bilindiyi AR CM-in 311.2-ci maddəsi ilə təyin edilmiş leytenant hərbi rütbəsindən məhrum edilməklə 2 il müddətə məsul vəzifə tutma cəzası 1 il müddətinə və 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti isə AR CM-in 62-ci maddəsi tət biq edilməklə 2 il 3 ay müddətinə endirilməli, məhkəmə qərarlarından AR CM-in 66.3-cü maddəsinə aid müddəa isə xaric edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2, 416.0.2, 416.0.15 419.10.3, 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Hərbikollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 335.1-ci maddəsinə aid hissədə ləğv edilsin və həmin hissədə Məhkum əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Şirvan Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı Məhkum cəza təyini hissəsində dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təyin edilmiş leytenant hərbi rütbəsindən məhrum edilməklə 2 il müddətə məsul vəzifə tutma cəzası 1 il müddətinə və 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 il 3 ay müddətinə endirilsin. Məhkəmə qərarlarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə aid müddəa xaric edilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə, o cümlədən cəzaçəkmənin əvvəlinin xx xxxxxx 2015-ci il tarixdən hesablanması hissəsində dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: İlqar Qılıcov Hafiz Nə
Məhkəmə qərarları › İş №1-1(102)-101/2017
Ali Məhkəmə Qərar — İş №1-1(102)-101/2017
02.11.2017 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver