Məhkəmə qərarları › İş №1-1(102)-107/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-107/2025

27.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-107/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, İbişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum – Məhkum, Müdafiəçi – “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM- in 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək 5000 (beş min) manat miqdarında cərimə cəzasına, Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 32.4, 312.1, 320.1 və 333.3-cü maddələri ilə təqsirli bilinərək 6000 (altı min) manat miqdarında cərimə cəzasına və aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına və Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.3 və 329.1-ci maddələri ilə təqsirli bilinərək 3400 (üç min dörd yüz) manat miqdarında cərimə cəzasına və aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 232.2.1, 232.2.3 və 311.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 02 sentyabr tarixli 11(103)-46/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin 2025-ci il 02 iyul tarixli 1-1(093)-11/2025 nömrəli hökmü ilə (hakimlər Z.Q.Ağayev (sədrlik edən), C.C.Ramazanov və F.H.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 232.2.1, 232.2.3 və 311.3.2-ci maddələr ində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-in 178.2.2, 178.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 232.2.1, 232.2.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 5 (beş) faiz məbləğində pul tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının CM-in 68.1.3-cü madd əsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulub, təşkil olunmuş 1 (bir) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3400 (üç min dörd yüz) manat miqdarında cərimə cəzasının hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 9 (doqquz) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə və 3400 (üç min dörd yüz) manat miqdarında cərimə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, CM-in 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 232.2.1-ci maddələrində nəzərdə tu tulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi, eləcə də məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 02 sentyabr tarixli 1-1(103)46/2025 nömrəli qərarı ilə (hakimlər Z.V.İbrahimov (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin 2025ci il 02 iyul tarixli 1-1(093)-11/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 02 sentyabr tarixli 1-1( 103)-46/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmiş, habelə öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahı talamış, həmçinin vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə qanunsuz hərəkətlərə görə himayədarlıq və laqeydlik müqabilində özü üçün birbaşa və şəxsən maddi neməti təkrarən rüşvət istəmiş və almışdır. Belə ki, Pənahov X2 Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 2-ci haubit salı artilleriya batareyasının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 2021-ci ilin dekabr ayında taksi sürücüsü kimi tanıdığı vətəndaş Şahid19 ilə aralarındakı söhbət zamanı sonuncunun tanışı, Quba rayonu Çartəpə kənd sakini Zərərçəkmiş şəxs1 övladı Ürfan Məmmədovun 28 sentyabr 2020-ci il tarixdə “Vətən” müharibəsində şəhid olması ilə əlaqədar təqaüd almaq istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta təqaüdün verilməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə vətəndaş Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2021-ci ilin dekabr ayında Quba rayonunda Şahid19 yanında Zərərçəkmiş şəxs1 yalandan 2000 (iki min) manat məbləğində pul verməklə ona təqaüd verilməsini həll etməyə kömək edəcəyini deyib aldatmış və özünə inandırmışdır. Bundan bir neçə gün sonra, yəni 2021-ci ilin dekabr ayında Məhkum gəldikləri razılığa əsasən Quba rayonunda Zərərçəkmiş şəxs1 Şahid19 yanında 1000 (bir min) manat, 2022-ci ilin mart-aprel aylarında isə yenə də Quba rayonunda təklikdə 600 (altı yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə 1600 (min altı yüz) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2022-ci ilin yanvar ayında Şahid19 ilə aralarındakı söhbət zamanı so nuncunun qohumu, Qusar rayonu Sudur kənd sakini Zərərçəkmiş şəxs2 2-ci əlillik dərəcəsi ilə bağlı aldığı müavinətin ləğv edildiyini, əlillik dərəcəsinin yenidən təyin edilməsini istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta əlilliyin yenidən təyin edilməsinə kömək etmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmək qərarına gələrək, bu məqsədlə 2022-ci ilin yanvar ayında Qusar rayonunda Şahid19 yanında Zərərçəkmiş şəxs2 yalandan 1000 (bir min) manat pulu əvvəlcədən, 2000 (iki min) manat pulu isə iş alındıqdan sonra olmaqla, ümumilikdə 3000 (üç min) manat məbləğində pul verməklə ona 2-ci əlillik dərəsinin yenidən təyin edilməsini hə ll etməyə kömək edəcəyini deyib aldatmış və özünə inandırmışdır. Bundan sonra, Məhkum gəldikləri razılığa əsasən 2022-ci ilin yanvar ayında Qusar rayonunda Zərərçəkmiş şəxs2 Şahid19 yanında 1000 (bir min) manat verməklə, 2022-ci ilin may-iyun aylarında isə Qusar rayonunda ödəniş terminalı vasitəsi ilə Məhkum ona verdiyi bank kartının hesabına 100 (bir yüz) manat göndərməklə, ümumilikdə vahid niyyətlə 1100 (min yüz) manat məbləğində pulu almış, lakin verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən 22 sentyabr 2023-cü il tarixdə hərbi hissənin Ağdam rayonu Şelli kəndi ərazisində yerləşən müvəqqəti dislokasiya yerində olan zaman hərbi hissənin haubitsalı artilleriya divizionunun 2-ci haubitsalı artilleriya batareyasının 2-ci tağımının komandiri, leytenant Şahid21 həmin batareyanın müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərlər Şahid4 və Şahid5 qanunsuz olaraq birgə istifadə etdikləri özlərinə məxsus “Redmi 8A” markalı smartfon tipli mobil telefonu Şahid4 aşkar edib, bu barədə ona məruzə edərək mobil telefonu təqdim etmişdir. Bundan sonra o, Müdafiə nazirinin “Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə” 10 dekabr 2019-cu il tarixli qərarının, Quru Qoşunları komandanının hərbi hissənin ərazisinə smartfon tipli mobil telefonların gətirilməsi və istifadəsinin qadağan olunması barədə 14 sentyabr 2023-cü il tarixli və N nömrəli hərbi hissə komandirinin N sentyabr 2023-cü il tarixli telefonoqramlarının olmasına və bununla da xidməti vəzifələrini icra edib aşkar edilən mobil telefonu yuxarı komandanlığa təqdim etməli olmasına baxmayaraq yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə 23 sentyabr 2023-cü il tarixdə əsgər Şahid4 yanına çağırmış və mobil telefonu qaytarması, eləcə də bu barədə yuxarı komandanlığa məruzə etməməsi üçün pul verməli olduğunu deyib, qanunsuz hərəkətlərə görə, yəni Müdafiə nazirinin Azərbaycan Ordusunda dövlət sirrinin mühafizəsinin təşkil və təmin edilməsi barədə 10 dekabr 2019- cu il tarixli qərarının icra edilməməsinə görə vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə laqeydlik müqabilində özü üçün birbaşa və ş əxsən 150 (yüz əlli) manat məbləğində pulu rüşvət istəmişdir. Əsgər Şahid4 həmin təklifi qəbul edərək razılaşdığı üçün Məhkum öz adına rəsmiləşdirilmiş “Beynəlxalq Bank”a məxsus plastik kartın “516751....0822” nömrəsini əsgər Şahid4 verib pulu həmin hesab nömrəsinə göndərməsini tapşırmış və əsgər Şahid4 həmin gün bu barədə əsgər Şahid5 bildirdikdə onlar birlikdə pul axtarmağa başlamışlar. Əsgər Şahid4 bu məqsədlə qardaşı Seymur Nağdalıyev vasitəsilə 50 (əlli) manat pulu əsgər Şahid5 atası Şahid7 bank kartına göndərmiş, əsgər Şahid5 isə atasından 100 (yüz) manat pul istəyərək həmin pulla birlikdə ümumilikdə 150 (yüz əlli) manat pulu kapitan Məhkum məxsus bank kartına köçürməsini bildirmişdir. Bundan sonra o, vətəndaş Şahid7 24 sentyabr 2023-cü il tarixdə yaşadığı Göygöl rayonunun Quşqara kəndinin ərazisində mobil telefonunda quraşdırılmış “Leobank-mobil bank” tətbiqindən ona məxsus bank kartına göndərdiyi 150 (yüz əlli) manat məbləğində pulu qəbul edərək, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə qanunsuz hərəkətlərə görə laqeydlik müqabilində özü üçün birbaşa və şəxsən rüşvət almış və aldığı rüşvətin müqabilində hərbi hissədə istifadəsi qadağan olunmuş “Redmi 8A” markalı mobil telefonu əsgər Şahid4 qaytararaq bu barədə yuxarı komandanlığa məruzə etməmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən 30 sentyabr 2023-cü il tarixdə komandiri olduğu batareyanın 1-ci tağımının 2-ci topunun heyət nəfəri vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid2 ilə söhbə t zamanı sonuncu ona xidmətə yeni başlamasını bildirib, xidmət zamanı silahsız və yüngül naryadlara cəlb edilməsini xahiş etmişdir. Bu zaman Məhkum “mənə hörmət edərsən baxarıq” deyib, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, qanunsuz hərəkətlərə görə, yəni batareya komandiri olaraq Şahid2 sutkalıq naryadlara cəlb edilməməsinə görə vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən rüşvət istəmiş, əsgər Şahid2 həmin təklifi qəbul edərək razılaşdığı üçün Məhkum istifadəsində olan mobil telefon vasitəsilə atası vətəndaş Şahid8 zəng edərək görüşə gələn zaman Məhkum verməsi üçün pul vəsaiti gətirməsini xahiş etmişdir. Bundan sonra Məhkum 01 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində əsgər Şahid2 atası vətəndaş Şahid8 hərbi hissənin yerləşdiyi Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsində nəzarət buraxılış məntəqəsinin qarşısında 150 (yüz əlli) manat məbləğində pulu təklikdə qəbul edərək, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə qanunsuz hərəkətlərə görə ümumi himayədarlıq müqabilində özü üçün təkrarən birbaşa və şəxsən rüşvət almış və aldığı rüşvətin müqabilində əsgər Şahid2 2023-cü ilin oktyabr ayı ərzində hərbi hissədə daxili naryadlara təyin olunmamasını təmin etmiş, yalnız bir dəfə, yəni 17 oktyabr 2023-cü il tarixdə əsgər Şahid2 batareya daxilində sutkalıq naryada cəlb etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən 06 oktyabr 2023-cü il tarixdə k omandiri olduğu batareyanın 1-ci tağımının 1-ci topunun heyət nəfəri vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 ilə söhbət zamanı sonuncunun ondan 08 oktyabr 2023-cü il tarixdə bir günlük gün buraxılışına getməsi barədə xahiş etdikdən sonra, o, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, batareya komandiri olaraq əsgər Şahid3 bir günlük gün buraxılışına buraxmağa görə vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Əsgər Şahid3 həmin təklifi qəbul etdikdən sonra o, 16 rəqəmdən ibarət bank kartının hesabını əsgər Şahid3 demiş və sonuncu həmin rəqəmləri öz dəftərçəsində qeyd edərək, 08 oktyabr 2023 -cü il tarixdə bir günlük gün buraxılışına gedəcəyi halda pulu hərbi hissədən kənarda onun bank hesabına mədaxil edəcəyini bildirmişdir. Bundan sonra, əsgər Şahid3 08 oktyabr 2023-cü il tarixdə gün buraxılışında olan zaman Bakı şəhəri Qaradağ rayonu ərazisindən Məhkum ona təqdim etdiyi bank kartının hesabına 20 (iyirmi) manat pulu mədaxil etmiş və Məhkum həmin pulu qəbul etməklə, vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün təkrarən birbaşa və şəxsən rüşvət almışdır. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə həqiqi hərbi xidmətdə olarkən 2 noyabr 2023-cü il tarixdə saat 10 radələrində tabeliyində olan, komandiri olduğu 2batareyanın 1-ci tağımının 1-ci topunun komandiri vəzifəsində xidmət edən müddə tli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin daimi dislokasiya yeri olan Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Güzdək qəsəbəsi ərazisində yanına çağırıb, divizionun 3-cü haubitsalı artilleriya batareyasına məxsus bir ədəd avtomat silahını həmin batareyanın silah otağından oğurlayacağı təqdirdə bir neçə gün sonra “8 noyabr Zəfər Günü” münasibətilə onu məzuniyyətə buraxdıracağını, hərbi xidmətdən tərxis olunan zaman, yəni 2024-cü ilin yanvar ayında onun tez tərxis olunmasını təşkil edəcəyini təklif etmiş və əsgər Təqsirləndirilən şəxs razılığını aldıqdan sonra silah otağına daxil olmamışdan əvvəl özü ilə uzunqol alt köynəyi götürməsini, silahı götürdükdən sonra həmin alt köynəyinə bükərək, gizlin şəkildə hərbi hissənin avtomobil parkına aparı b orada olan “Ural” markalı, K 701 QQ hərbi nömrəli nişanlı avtomobilin yük yerində gizlətməsini tapşırmışdır. Aralarında apardıqları vəzifə bölgüsünə uyğun olaraq həmin gün saat 14 radələrində əsgər Təqsirləndirilən şəxs nahar yeməyindən sonra dərs yerinə getməli olduğu halda, divizionun inzibati binasına qayıdaraq, kapitan Məhkum göstərişi ilə orada olan uzunqol alt köynəyini götürmüş, bundan sonra dəhlizdə olan gün növbətçisi əsgər Şahid3 sanitar qovşağı təmizləməsini tapşıraraq sonuncunu qəsdən oradan uzaqlaşdırmış, eyni zamanda həmin vaxt xidməti otağında olan kapitan Məhkum silah otağında və dəhlizdə heç kimin olmaması üçün əsgər Şahid1 vasitəsilə divizion növbətçisi əsgər Şahid9 təcili olaraq silah otağından yanına çağırıb sonuncunu silah otağından kənarlaşdırmışdır. Əsgər Şahid9 Mə hkum təcili çağırışı ilə dərhal silah otağının qapısını bağlamadan oranı tərk edib, sonuncunun olduğu batareya komandirlərinin xidməti otağına gəlmiş və həmin otaqda olduğu 10-15 dəqiqə müddətində silah otağının qapısı açıq vəziyyətdə qalmışdır. Bundan sonra əsgər Təqsirləndirilən şəxs silah otağının qapısının açıq olmasından, eyni zamanda silah otağında və dəhlizdə heç kimin olmamasından istifadə edərək, kapitan Məhkumla qabaqcadan aralarında olan razılaşmaya əsasən silah otağına daxil olaraq orada olan, 3-cü artilleriya batareyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid16 təhkim edilmiş, dəyəri 236 (iki yüz otuz altı) manat olan AKMS markalı AO 2356 nömrəli avtomat silahı götürüb əlində olan uzunqol əsgər alt köynəyinə bükərək dərhal oradan uzaqlaşmaqla qeyd edilən avtomat silahı gizli olaraq talamış və avtomobil parkına gedərək orada olan “Ural” markalı K 701 QQ hərbi nömrəli avtomobilin arxa tərəfində kapitan Məhkum gəlməsini gözləmişdir. Əsgər Təqsirləndirilən şəxs bir qədər sonra oraya gələn kapitan Məhkum tapşırığı və köməyi ilə həmin silahı avtomobilin yük yerində gizlətmiş, daha sonra kapitan Məhkum həmin silahı istintaqa məlum olmayan tarixdə və şəraitdə avtomobilin yük yerindən götürsə də, istintaq zamanı həmin silahın harada olmasını müəyyən etmək mümkün olmamış və bununla da, kapitan Məhkum öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silahı talamışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən cinayət işi hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq o, CM-in müvafiq maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, onun əməlində hər hansı cinayət tərkibi olmamış, ümumən qeyd olunan əməlləri törətməmişdir. Verilmiş şahid ifadələri də Məhkum ittiham olunduğu əməli törətmədiyini göstərir. Bundan əlavə, cinayətin predmeti hesab olunan silah da istintaq zamanı aşkar olunmamış, lakin həmin silahın oğurlanmasında Ağaməli Pənahov təqsirkar bilinmişdir. Şikayət müəllifi xüsusilə qeyd etmişdir ki, Məhkum 14 yaşından etibarən özünü hərbiyə, dövlətinə xidmətə həsr etmişdir. Belə ki, ilk növbədə 14 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş, daha sonra Heydər Əliyev adına hərbi instițuta daxil olmuş və hərbi xidmətini çəkmiş, anti-terror əməliyyatlarında fəal şəkildə iştirak etmiş, həmçinin həmin əməliyyatlarda iştirak etdiyi zaman bir müddət daşın altında qalmış və oradan xilas edildikdən sonra sinəsində düyünlər əmələ gəlmiş, nəticadə onkoloji xəstəliyə düçar olmuşdur. Məhkum müxtəlif order, medal və fəxri fərmanlarla təltif edilmiş, lakin bütün bu vətənə xidmətlə bağlı göstəricilər məhkəmələr tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6-cı maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmi n əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 02 sentyabr tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri ü zrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığına baxmayaraq əsassız olaraq CM-in 178.2.2, 178.2.3, 232.2.1, 232.2.3 və 311.3.2-ci maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 02 sentyabr tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin ə saslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələ b edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, Məhkum CM-in 178.2.2, 178.2.3, 232.2.1, 232.2.3 və 311.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli liyinin sübuta yetirilməməsi barədə iddia ilə çıxış edərək, onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə tələb irəli sürmüşdür. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində CM-in 178.2.2, 178.2.3, 232.2.1, 232.2.3 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbə r sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum CM-in 178.2.2, 178.2.3, 232.2.1, 232.2.3 və 311.3.2-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün qismən etirafedici ifadəsi, digər məhkum Təqsirləndirilən şəxs videoçəkilişlə şahid qismində verdiyi xx.xx.2023-ci il və xx.xx.2023-cü il tarixli ifadələri, Təqsirləndirilən şəxs ilə Məhkum arasında videoçəkilişlə keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı birincinin ifadəsi, şahidlər Şahid1, Şahid3, A.N.Qurbanovun, S.B.Rəsullunun, B.Ə.Rəsulovun, Ə.C.Əliyevin Şahid10, E.K.Eyvazovun, P.M.Nağdəliyevin, Şahid21, S.M.Nağdəliyevin, Şahid5, Şahid7, R.Y.Allahverdiyevin, Şahid24, N.Ş.Ocaqverdiyevin, Şahid12, K.M.Nəsirzadənin, Şahid25, H.R.Hacıyevin, İ.R.Əhmədovun, Şahid23, Şahid13, Şahid26, Şahid27, H.A.Əliyevin, N.Z.Abaszadənin, Şahid14, Şahid15, Şahid16, Şahid17, Şahid28, Şahid18, İ.A.Xəlilovun, R.R.Abdurrahmanovun, N.T.Mustafayevin, O.Y.Həsənovun, Şahid22, S.Z.Məmmədovun, Şahid19 ifadələri, N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərindən çıxarışlar, arayışlar, ərizələr, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması, onun əməlində CM-in həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin Mə hkum barəsində verilmiş apellyasiya şikayəti üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları nəticələri, o cümlədən Məhkum CM-in 178.2.2, 178.2.3, 232.2.1, 232.2.3 və 311.3.2-ci m addələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, cəzanı yüngülləşdirən halların müəyyən edilməsindən və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, Məhkum təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.3 və 311.3.2-ci maddələri ilə həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş ən aşağı həddə (müvafiq olaraq 2 il və 8 i l) azadlıqdan məhrum etmə cəzası, CM-in 232.2.1 və 232.2.3-cü maddəsi ilə aşağı həddə yaxın həddə (6 il) azadlıqdan məhrum etmə cəzası təyin etmiş, CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 9 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3400 manat cərimə cəzası təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM -in 178.2.2, 178.2.3, 232.2.1, 232.2.3 və 311.3.2-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, məhkəmə tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1-416.1.3, 416.1.6-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməm əsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 02 sentyabr tarixli 1-1(103)-46/2025 nömrəli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 02 sentyabr tarixli 11(103)-46/2025 nömrəli qərarı Məhkum aid hissədə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar