Məhkəmə qərarları › İş №1-1(102)-11/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-11/2021

15.02.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-11/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Bəraət almış şəxs Bəraət almış şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Cəbrayılova Xatirə Sərdar qızının iştir akları ilə Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə bəraət almış Bəraət almış şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim K.N.Muxtarov) xx xxxx 1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bəraət almış şəxs olunmamış, MNnin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu, ünvan 1 ünvanında yaşamış Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bə raət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Xasməmmədov, hakimlər T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Bəraət almış şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə bəraət verilməsinə dair Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Bəraət almış şəxs Müdafiə Nazirliyinin N li hərbi hissəsinin tank əleyhinə bölüyünün 3-cü tank əleyhinə taqımının pulemyot manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində əsgər hərbi rütbəsində xidmət edərkən Daşkəsən rayonunda tanış olduğu xxx adlı qadınla həmin hərbi hissənin 3-cü taborunun 9-cu bölüyünün 1-ci taqım komandirinin müavini, gizir X3 tanış olmasından narazı qalaraq xx.xx.2019-cu il tarixdə onu Gəncə şəhərinə görüşə çağırmış, həmin gün saat 19:30-da Ş.İ.Xətai prospekti, 388 ünvanında ictimai yerdə yerləşən mağazanın yaxınlığında onunla görüşərək söhbət etmiş, söhbət zamanı aralarında mübahisə yaranmış, mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ətrafda olan insanlara məhəl qoymadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək X3-un sifə tinə bir şillə zərbəsi vurub uca səslə onun ünvanına nalayiq ifadələr demiş və sinəsindən itələyib yıxaraq xuliqanlıq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin olunmalıdır. Belə ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusundan görünür ki, Bəraət almış şəxs mobil telefon vasitəsi ilə X3-a zəng vurub, sonuncunu Gəncə şəhərinə görüşə çağırmış, sonra isə “Dəyirman dairəsi” adlanan yerdə görüşüb, X3la mübahisə etmiş, sonuncu ondan etdiyi hərəkətə görə üzr istəsə də, o, buna məhəl qoymayıb, uca səslə nalayi q sözlər demiş və X3un sifətinə bir sillə zərbəsi vurub, sinəsindən itələməklə və sonuncu yıxılmaqla, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, xuliqanlıq etmişdir. Bundan başqa, Bəraət almış şəxs özü də ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə sərbəst şəkildə verdiyi ifadəsində həm X3un, həm də xxxxxin ifadələrini tam təfsilatı ilə təsdiq etmiş, hətta özünü təqsirli bilməsi və ifadəsini oxuyub, heç bir düzəlişi və əlavəsi olmaması barədə qeydləri öz xətti ilə yazmışdır. X3 və Xxxx məhkəmə istintaqı zamanı verdikləri ilk ifadələrində baş vermiş hadisəni təhrif olunmuş şəkildə təqdim edərək təqsirləndirilən şəxsin xeyrinə ifadə vermiş, lakin, məhkəmə istintaqının sonrakı mərhələsində onl arın hər ikisi könüllü şəkildə ərizələrlə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdikləri ifadələrindən yalnız Bəraət almış şəxs X3u itələməməsi, sillə ilə vurduqdan sonra sonuncunun arxaya doğru getməsi və ayağı ilişərək, yerə yıxılması ilə fərqlənən ifadə verməklə, Bəraət almış şəxs X3ə qarşı xuliqanlıq hərəkətləri etməsini bir daha təsdiq etmişlər. Eyni zamanda, X3 və xxxx bildirmişlər ki, bu ifadəni verməkdə onlara hər hansı bir şəxs heç bir təzyiq göstərməmiş, məhkəmə istintaqının ilkin mərhələsində verdikləri yanlış ifadələri Bəraət almış şəxsin xahişi ilə sonuncuya köməklik etmək məqsədi ilə vermişlər. Lakin, buna baxmayaraq, birinci instansiya məhkəməsi X3un və xxxx-in ibtidai istintaq zamanı və məhkəmə istintaqının ilkin mərhələsində fərqli ifadə vermələrinin səbəb i kimi Bəraət almış şəxsa köməklik etmək məqsədi ilə göstərdiklərinin məntiqi izahını nəzərə almamış, onların ifadələrini ziddiyyətli kimi qəbul etməklə, sübut kimi qiymətləndirməmiş, habelə bu ziddiyyətlərin digər sübutlarla aradan qaldırılmadığını bildirməklə, X3un və xxxxin istintaq zamanı və məhkəmə baxışı zamanı verdikləri sonuncu ifadələrinin sərbəst deyil, hər hansı təsir altında vermələrinə dəlalət edən ehtimallar olması qənaətinə gələrək, sübutların qiymətləndirilməsində hüquqi səhvə yol verməklə, yanlış qərar qəbul etmişdir. Məhkəmələr həmçinin əsassız olaraq göstərmişlər ki, X3un və xxxxin ifadələri ilə yanaşı təqsirləndirilən səxsin məhkəməyə təqdim etdiyi diskdəki video və audio yazılar da onlara təsir göstərilməsi ilə bağlı şübhənin olmasına əminlik yaratmışdır. Hətta, hökmdə həmin audioyazıdan sitatlar gətirərək, məhkəmə prosesi iştirakçılarını bu şübhənin əsaslı olmasına inandırmağa və gəldiyi nəticəyə haqq qazandırmağa çalışmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, apellyasiya məhkəməsinin qərarının ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi X.S.Cəbrayılov kassasiya protestinin əsassız olduğu nu, zərərçəkmiş şəxsin xxx adlı xanım barəsində yanlış olan məlumatların yayması nəticəsində hüquqlarını müdafiə etdiyi Bəraət almış şəxsun onunla görüşüb bunu aydınlaşdırmaq istədiyini, xuliqanlıq əməlinin törətmədiyini bildirib, kassasiya protestinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında çıxış edən bəraət almış şəxs müdafiəçinin mövqeyi ilə razı olduğunu bildirib, kassasiya protestinin təmin olunmamasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə g örə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üz rə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin müddəalarını pozmaqla Bəraət almış şəxs təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bəraət verdi yini və həmin hökmün apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız və qanunsuz olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, b əraət almış şəxsin və onun müdafiəçisinin apellyasiya protestinin təmin olunmaması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilə n şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret c inayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin bəraət hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edi lir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi tərəfindən qanunla nəzərdə tu tulmuş qaydada mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş) Bəraət almış şəxsin təqsirliliyinin sübuta yetirilməsi üçün kifayət etmir. İş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, ibtidai istintaq orqanı tərəfindən Bəraət almış şəxsə irəli sürülmüş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə təkzib olunmuş, birinci instansiya məhkəməsi tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması bəraət hökmündə göstərilmişdir. Apellyasiya məhkəməsi də qismən məhkəmə istintaqı aparmaq la haqlı olaraq birinci instansiya məhkəməsinin şəxsin təqsirliliyinin sübuta yetirilməməsinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya protestində Bəraət almış şəxsin xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsinin sübutların məcmusu ilə tam təsdiq olunduğu, lakin məhkəmələr tərəfindən əsassız olaraq Bəraət almış şəxsə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi göstərilmişdir. Lakin ittiham tərəfi məhkəmələrin gəldiyi nəticəni sübutların yoxlanılması (CPM, maddə 144), qiymətləndirilməsi (CPM, maddə 145), kifayətedənliyi ( CPM, maddə 146) barədə qaydalarının pozulması ilə əlaqələndirsə də, bu qaydaların pozulmasının konkret nədə ifadə olduğunu, nə kimi hallardan həmin qaydaların pozulması haqqında nəticə çıxardığını protestdə əsaslandıra bilməmişdir. Həqiqətən də, iş materiallarını təhlili zamanı müəyyən edilmişdir ki, Bəraət almış şəxs apelyasiya icraatı zamanı dindirilərkən ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək birinci instansiya məhkəməsindəki ifadəsini tamamilə təsdiq edib göstərmişdir ki, “Dəyirman dairəsi” adlanan ərazidə X3la görüşmüş, xxxx də həmin yerə gəlmişdir. O, həmin vaxt X3a onun haqqında yaydığı şayiələr haqqında soruşduqda sonuncu anlaşılmazlıq olduğunu deyib üzr istəmiş, bu zaman X3a sillə atmış, lakin şillə ona dəyməmiş və X3 arxaya gederək yerə yıxılmışdır. Həmin vaxtı X3a və ya hər hansə başqa şəxsə qarşı nalayiq, təhqiramiz ifadələr işlətməmişdir. Baş vermiş hadisə zamanı ətraf qaranlıq olmuş və kənardan heç kimin diqqətini çəkməmişdir. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Birinci instansiya məhkəməsində ifadə verən, daha sonra apellyasiya məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla təqdiq olunmuş zərərçəkmiş şəxs X3un ifadəsində göstərilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Bəraət almış şəxs onun istifadəsində olan mobil telefona zəng edərək görüşmək istədiyini və bu məqsədlə Gəncə şəhərinə gəlməyini demişdir. O, həmin gün hərbi hissənin giziri xxx ilə birlikdə Gəncə şəhərinə getmiş, saat 19:30 radələrində Gəncə şəhəri Şah İsmayıl Xətai prospektinin “Dəyirman” dairəsində keçən hissəsində Bəraət almış şəxsla görüşmüşdür, həmin vaxt Bəraət almı ş şəxsə məxsus ağ rəngli minik avtomobili də yolun kənarında olmuşdur. Görüş zamanı Bəraət almış şəxs haqqında yaydığı xoş olmayan şayiələrə görə irad tutmuş və o, anlaşılmazlıq olduğunu deyib Bəraət almış şəxsdən üzr istəmişdir. Buna baxmayaraq Bəraət almış şəxsla onun arasında hər hansı mübahisə, münaqişə olmamışdır. O, ifadəsində daha sonra göstərmişdir ki, Bəraət almış şəxs ona qarşı nalayiq ifadələr işlətməmiş, təhqir etməmiş, sifət nahiyəsinə sillə zərbəsi vurmamış, sinəsindən arxaya itələməmiş, onu hədələməmişdir. Bəraət almış şəxs ona sillə zərbəsi vurmaq istəmiş, əlini ona tərəf gətirərkən geri çəkilmiş, həmin vaxt ayağı arxa tərəfində olan yol kənarına düzülmüş səki daşlarına ilişib yerə yıxılmışdır. Bəraət almış şəxs ilə arasında arasında olan söhbət təxminən 3-5 dəqiqə müddətin də davam etmişdir. Bəraət almış şəxs ilə arasında hər hansı bir dava və münaqişə olmadığından kimsə onların söhbətinə müdaxilə etməmişdir. Daha sonra Bəraət almış şəxsnin maşınına əyləşib Daşkəsən rayonuna getmək üçün Gəncə şəhərində yerləşən avtovağzala getmişlər. X8 daha sonra bildirmişdir ki, istintaq zamanı verdiyi ifadə onun sözləri ilə düzgün yazılmamışdır. Məhkəmə iclasında verdiyi ifadəsi doğrudur, ona görə də, məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edir. Gəncə hərbi prokurorluğunda ifadə verən zaman Bəraət almış şəxsin ona sillə vurması barədə ifadəsində qeyd etmiş, həmin vaxt müstəntiqin dediklərinə inanaraq Bəraət almış şəxsə kömək etmək məqsədi ilə onu vurduğunu demiş, hesab etmişdir ki, doğurdan da Bəraət almış şəxsnin onu vurmasını desə cinayət işinin icraatı xitam olunac aqdır. Birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilmiş xxxx də oxşar məzmunlu ifadə verərək, mübahisə zamanı Bəraət almış şəxsin X3in sifət nahiyəsinə bir şillə zərbəsi vurmadığını, ardınca sinəsindən arxaya itələmədiyini, bu vaxt X3in arxaya gedərək yıxılmadığını bildirmişdir. xxxxx daha sonra göstərmişdir ki, istintaq zamanı ifadə verən zaman izahatı dəyişdirilmişdir. Belə ki, müstəntiq Elməddin İsayev “izahatını dəyiş, yaz ki, Bəraət almış şəxs Elminə əl atmayıb, sillə zərbəsi vurub, əl atıbsa deməli zərbə dəyməlidir” demiş, həmçinin ona “Bəraət almış şəxs X3i vurub yaz bu iş bağlansın” demişdir. O, ifadəsində daha sonra qeyd etmişdir ki, Samir Əzimzadə ona «Bəraət almış şəxs X3i ya vurub, ya da vurmayıb» demiş, o, Bəraət almış şəxsin X3i vurmadığını demişdir. X11 “ yalandır, Bəraət almış şəxs X3i vurub” deyə bildirmişdir. Samir Əzimzadə və Elməddin Musayev “iş ağır cinayətlərdən gəlib, xırda şeydir, belə yaz bağlansın” dediyindən o, da yazmışdır. Gəncə şəhərində yerləşən “Dəyirman” dairəsi deyilən yer hərəkətin sıx olduğu, ətrafda əksər vaxtlar Dövlət Yol Polisinin patrul maşınları, eləcə də post patrul xidmətinə aid maşınlar və polis nəfərləri olur. Həmin vaxt Bəraət almış şəxs ilə X3in arasında olan söhbət ətrafdan kiminsə diqqətini cəlb etməmiş, oraya hər hansı bir kənar şəxs gəlməmişdir. X3lə Bəraət almış şəxs arasında mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Beləliklə, kassasiya protestinin dəlillərini iş materialları ilə birlikdə təqdiq edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Bəraət almış şəxsi n təqsirini təsdiq edən mötəbər sübutların olmaması, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın Bəraət almış şəxs, X3un, şahidlər X4in və TX5un ifadələri ilə təkzib edilməsi, şahid X4 və X8un ifadələrinin zidiyyətli olması, mötəbər olmayan sübutlar əsasında ittiham hökmünün çıxarılmasının mümkünsüzlüyü barədə tamamilə düzgün qənaətə gəlmiş, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tamamilə düzgün olaraq razılaşmışdır. Cinayət prosessual qanunvericiliyə görə hakim cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı olmadığından, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd olunan şübhələri təqsirləndirilən şəxsin (şüb həli şəxsin) xeyrinə həll etməklə tamamilə düzgün hüquqi nəticəyə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası bununla bağlı daha sonra qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəm əsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Tədqiq olunmuş iş materiallarından müəyyən olunur ki, Bəraət almış şəxs X3i barəsində yalan məlumatlar yayması ilə əlaqədar y uxarıda qeyd olunan yerə çağırmış, məsələni aydınlaşdırmaq üçün onunla görüşmüş, baş verən mübahisə zamanı hadisəni görmüş bir nəfər şahid – X4in də göstərdiyi kimi, qaranlıq olmuş, ətrafda münaqişəni görən başqa heç kim olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar hər iki məhkəmə baxışı zamanı müəyyən edilməmiş, belə faktların nədə ifadə olunduğunu göstərən məlumatlar kassasiya protestinin dəlillərində öz əksini tapmamışdır. İşə baxan məhkəmələrin də istinad etdiyi işin faktiki hallarına əsasən aşkar müəyyən olunur ki, Bəraət almış şəxs X3a qarşı hərəkəti özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı sur ətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, Bəraət almış şəxs X3ə barəsində yalan məlumatlar yaymaq barədə irad tutması ilə əlaqədar şəxsi münasibətlərinin pozulmasından yaranan vəziyyətlə əlaqələndirilir. Göründüyü kimi, apellyasiya məhkəməsi Bəraət almış şəxsə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni işin faktiki hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarının izahlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəs inə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin nəticənin, ümumilikdə, apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində məhkəmələr tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı tərəfindən Bəraət almış şəxsə qarşı irəli sürülmüş ittiham yalnız təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidin ibtidai istintaq zamanı verdikləri ifadələr əsasında qurulmuşdur, hansı ki, bu ifadə lərin təzyiq nəticəsində alınmasına dair məhkəmələr tərəfindən əsaslı şübhələr müəyyən edilmişdir. Kassasiya protestində qeyd olunan heç bir dəlil iş materialları, məhkəmələr tərəfindən bir-birilə əlaqəli şəkildə tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə təsdiq olunmur. Belə ki, istintaq orqanı tərəfindən kobud prosessual pozuntulara yol verilmiş və bu da ittiham orqanının gəldiyi nəticəni əsaslı şübhə altına almışdır. CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.1.2-ci maddəsinə əsasən sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən мəlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı tərəfindən Bəraət almış şəxsin ittiham olunduğu cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də, məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. CM-nin 21-ci maddəsi təqsirsizlik prezumpsiyasını müəyyə n edir. Təqsirsizlik prezumpsiyasına əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı süb uta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməmə si haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasi ya protesti təmin edilməsin. Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə bəraət almış Bəraət almış şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar