Məhkəmə qərarları › İş №1-1(102)-11/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-11/2022

03.03.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-11/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 1-1(106)-01/2020 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə bax araq, aşağıdakı qərarı qəbul etdi I. İşin halları

1. Məhkum 18 yanvar 1974-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olan, işləməyən, Cəlilabad şəhəri, Füzuli küçəsi, 105 saylı evdə qeydiyyatda olmuşdur. 2. 03 iyun 2019-cu il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 228.2.1, 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 312.2 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib qaçaqmalçılıq yolu ilə İr an İslam Respublikasından Azərbaycan Respublikasına gətirmək üçün tanışı və dostluq münasibətində olduğu Həsənov Emin Ədalət oğlu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin dövlət sərhədinin mühafizəsi bölməsinin xidməti heyvanlar üzrə baş zabiti Ağayev Aqil Vaqif oğlu, şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib külli miqdarda narkotik vasitəni Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qaçaqmalçılıq yolu ilə keçirilməsi niyyətini reallaşdırmaq üçün, 2017-ci ilin may ayının əvvəllərindən etibarən Aqil Ağayev və digər qrup üzvləri ilə «Watsapp» mesajlaşma proqramı vasitəsilə apardığı telefon danı şıqları və görüşlərdə narkotik vasitələrin hər 10 kiloqramına görə 5000 manat məbləğində nağd pul müqabilində Aqil Ağayevin razılığını aldıqdan sonra Cəlilabad rayonu, Burovar kəndində yerləşən 11-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi üçün əlverişli və zəif mühafizə olunan yerləri dəqiqləşdirdikdən sonra ******-**-** nömrəsindən «Watsapp» mesajlaşma proqramı vasitəsilə Aqil Ağayevin istifadəsində olan 055 ***-**-** nömrəsinə göndərdiyi səsli mesajlar və etdiyi zənglərdə narkotik vasitənin 29 iyul 2017-ci il tarixdə 11-ci sərhəd zastavasınının xidməti ərazisindəki «89» nömrəli dövlət sərhəd nişanın dibinə qoyulacağını bildirmiş, bundan sonra Aqil Ağayev şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslər tərəfindən 29 iyul 2017-ci il tarixdə, saat 2N radələrində N saylı hərbi hissənin Cəlilabad rayonu, Burovar kəndində yerləşən 11-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda gömrük sərhədindən gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilərək, zastavanın xidməti ərazisində olan «89» nömrəli sərhəd nişanının dibinə qoyulmuş 2 ədəd qara rəngli üzərinə «Adidas» sözü yazılmış polietilen torbada olan və hazırlanmış əməliyyat eksperimenti əməliyyat-axtarış tədbirinə əsasən 29 iyul 2017-ci il tarixdə, saat 21:20-də Nəriman Hüseynovun götürərək, özündə saxladığı təmiz halda 9976 qram (9 kq 976 qr) çəkidə kül li miqdarda narkotik vasitə olan heroini götürmək məqsədi ilə idarə etdiyi «Land-Rover» markalı, «**-LK-***» dövlət qeydiyyat nişanlı avtomobili ilə 30 iyul 2017-ci il tarixdə, saat 1N radələrində 11-ci sərhəd zastavasına gələrək, sərhəd zastavasının rəisi Nəriman Hüseynova narkotik vasitəni zastavanın xidməti ərazisindən götürüb ona verilməsinə görə, yəni bilə-bilə qanunsuz hərəkətlər etməyə görə 990 manat məbləğində nağd pul vəsaitini rüşvət verməklə, qeyd olunan narkotik vasitəni götürüb, həmin tarixdə saat 12 radələrində sərhəd zastavasının dislokasiya yerindən narkotik vasitəni idarə etdiyi avtomobili ilə daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmış, idarə etdiyi avtomobilə baxış keçirilən zaman təmiz halda 9 976 qram (9 kq 976 qr) çəkidə külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, bununla da Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda qaçaqmalçılıq yolu ilə keçirilməsi cinayətinin törədilməsində iştirak etmişdir.

4. Cəlilabad Hərbi Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 1-1(096)01/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.4, 29,120.2.7, 228.2.1 və 234.4.2-ci maddələri ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, ona qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-n in 312.2 və 318.2-ci maddələri xaric edilmiş, ona Azərbaycan Respublikası CM-nin 206.4-cü maddəsi ilə istinad edilən əməl həmin maddədən Azərbaycan Respublikası CM-nin 32.4,206.3.2-ci maddəsinə tövsif edilmiş və Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 32.4,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsin də çəkməklə, cəza çəkməsinin əvvəlinin 17 noyabr 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş və həmçinin maddi sübutların taleyi və ekspertiza xərcinin ödənilməsi məsələləri həll edilmişdir.

5. Hökmdən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apelyasiya şikayəti verilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 1-1(106)-01/2020 nömrəli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş və protestə əsasən hökm Məhkum cəza təyini hissəsində dəyişdirilmiş, Məhk um Azərbaycan Respublikası CM-nin 32.4,206.3.2-ci maddəsi ilə təyin olunmuş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası isə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək artırılmış, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, Məhkum qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cinayətlərin tamah məqsədilə törədilməsinin Azərbaycan Respublikası CM-nin 61.1.6-cı maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəalar hökmdən xaric edilmiş, hökm apelyasiya prote stinə və apelyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

7. Şirvan Apellyasiya Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti, dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən kassasiya protesti verilmişdir.

8. Məhkum ərizə ilə Ali Məhkəmənin Cinayət kollegiyasına müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir.

9. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2021-ci il tarixli, 1-1(102)-22/2021 nömrəli qərarı ilə məhkumun ərizəsi təmin edilərək, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən geri qaytarılmış, kassasiya protesti təmin edilməmiş, Məhkum barəsində Şirv an Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Hazırda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2020-ci il tarixli, 1-1(106)-01/2020 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

11. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilən cəzanın ağır olduğunu mübahisələndirmiş və məhkəmə kollegiyasından məhkum edilmiş şəxsə daha yüngül cəza təyin edilməsini xahiş edir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasi ya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma yün gül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi məhkuma daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2020-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət qanunvericiliyinə əsasən hə r bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərə liliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

20. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət -hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

21. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi cəza təyin edərkən Məhkum cəzası yüngülləşdirən halların müəyyən edilməməsini, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin təhlükəli r esidivinin olmasını və işin digər hallarını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

22. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməs i tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

24. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2020ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 oktyabr 2020- ci il tarixli, 1-1(106)-01/2020 nömrəli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar