Məhkəmə qərarları › İş №1-1(102)-11/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-11/2023

16.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-11/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)13/2022 nömrəli, 12 sentyabr 2022-ci tarixli ilkin baxış qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən ve rilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 2003-cü il tarixdə İsmayıllı rayonunun Gideyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmayan, İsmayıllı rayonunun Gideyli kəndində qeydiyyatdadır.

2. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-15/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 120.1-ci maddəsi ilə təqsirli bilinib ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 21 dekabr 2021-ci il tarixdən hesablanması hök m edilmişdir.

3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti və həmin şikayətlə bağlı müddətin bərpasına dair vəsatət verilmiş, vəsatətdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün qərar qəbul edilməsi və şikayətin cinayət işi ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

4. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-15/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1-1(092)-15/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti əsassız hesab edilərək rədd edilmişdir.

5. Məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verib həmin qərarın ləğv edilməsi və Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1-1(092)-15/2022 nömrəli hökmündən verdiyi apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11(108)-13/2022 nömrəli, 12 sentyabr 2022-ci tarixli qərarına əsasən məhkumun müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətin rədd edilməsi barədə apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-15/2022 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxl anılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verib qərarın ləğv edilməsini, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçi onları təkrarlamaqla qeyd etmişdir ki, məhkum edilmiş şəxs Məhkum birinci instansiya məhkəməsinin hökmü çıxarıldıqdan sonrakı 20 gün müddətində hüquqlarını müdafiə etdiyi Müdafiəçi1 dəfələrlə apellyasiya şikayətinin verilməsini tələb etsə də, sonuncu bu tələbə biganə yanaşmış, apellyasiya şikayətinin verilməsi istiqamətində hər hansı real adım atmamış, Məhkum isə gənc yaşda olmaqla ən sadə hüquqi biliklərə belə sahib olmadığına görə v əkilinə güvənib onunla razılaşmış, nəticədə vəkilinin laqeydliyinə görə apellyasiya şikayətinin verilməsi müddəti buraxılmışdır. Məhkəmə kollegiyasından apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində ittiham hökmü çıxarıldıqda verilir.

10. Həmin Məcəllənin 384.2-ci madd əsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

11. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti vermək hüququ, qaydası və müddətinə dair izahı özündə əks etdirən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-15/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmünün surəti Məhkum 04 may 2022-ci il tarixdə çatdırılmış, o, bunu öz imzası ilə təsdiq etmiş və müvafiq qəbz cinayət işinin materiallarına əlavə edilmişdir.

12. Bununla belə, Məhkum müdafiəçisi Müdafiəçi2 apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətini 14 iyul 2022-ci il ta rixdə poçt vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə ünvanlamış, həmin vəsatət məhkəməyə 15 iyul 2021-ci il tarixdə daxil olmuşdur.

13. Göründüyü kimi, Məhkum barəsində qəbul edilmiş hökmdən apelyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddəti 20 gündən artıq olan müddətə buraxmışdır.

14. Müdafiəçisi Müdafiəçi2 birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verilməməsini, Məhkum əvvəlki müdafiəçisi olmuş Müdafiəçi1 vəzifələrinə laqeyd yanaşması və məhkumun hüquqi savadsızlığı ilə izah etmişdir. Məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü dəlillər, onlarla əlaqəli olan işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv araşdırılmış və ətraflı cavablandırmaqla əs assız hesab edilmişlər.

15. Məhkəmə kollegiyası qeyd ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

16. Həmin tövsiyəyə əsaslanmaqla məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq şərhinə əlavə olaraq qeyd edir ki, baxılan işdə apellyasiya şikayətinin verilməsi müddəti həqiqətən, iddia edildiyi kimi, məhkumun əvvəlki müdafiəçisinin səhlənkarlığı səbəbindən buraxılmış olsaydı belə, belə hal da müddətin bərpası üçün əsas hesab edilə bilməzdi. 17.Çünki, Avropa Məhkəməsi çoxsaylı, o cümlədən Azərbaycana qarşı verilmiş şikayətlərlə bağlı qəbul etdiyi qərarlarda müəyyən etmişdir ki, hüquqşünas peşəsinin Dövlətdən müstəqilliyi onunla nəticələnir ki, hüquqi yardım göstərilməsi hesabına yaxud öz seçimi ilə təyin edilməsindən asılı olmayaraq, müdafiənin təşkili və həyata keçirilməsi müdafiə edilən şəxsin və onun vəkili arasında tənzimlənən məsələdir və Dövlət müdafiəçinin buraxdığı nöqsanlara görə cavabdehlik daşıya bilməz (məsələn, Faiq Məmmədov Azərbaycana qarşı, № 60802/09, § 32, 26 yanvar 2017-ci il).

18. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

19. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilənləri nəzərdən keçirərək qeyd edir ki, şikayət müəllifi apellyasiya instansiyası məhkəməs inin qərarında müəyyən edilən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı da kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında kassasiya şikayətində qaldırılan məsələlərə dair ətraflı əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr şikayət müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normalarının və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

20. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Resp ublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)-13/2022 nömrəli, 12 sentyabr 2022-ci tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)13/2022 nömrəli, 12 sentyabr 2022-ci tarixli ilkin baxış qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar