Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-11/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X16 oğlunun, Məhkum və onun müdafəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsi, onun CM-in 178.2.3-cü maddəsi ilə CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və həmin hissədə cinayət təqibinə xitam verilməsi, CM-in 311.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Hərbi Məhkəməsinin (hakimlər: X21 oğlu (sədrlik edən), Kalbalıyev Aslan Kalbalı oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə) 24 fevral 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azy aşlı uşağı olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci S-300PMU2 zenit-raket divizionunun radiolokasiya kəşfiyyatı bölməsinin bütün hündürlüklərdə aşkarlayan stansiyasının (96L6E) rəisi, kapitan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 311.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə 2 (iki) il müddəttə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına təyin edilmişdir. Azərbaycan Respublikası CM-i n 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 24 fevral 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin "həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalında dərhal həbsə alınması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 31 ma y 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 311.3.2 və 32.4, 312.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 24 fevral 2023-cü il tarixli 1-1(093)-38/2023 saylı hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirli bilinmiş, lakin həmin maddə ilə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət təqibinə xitam verilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Rəhimli X15 Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin 14-cü radiolokasiya bölüyünün komandiri vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu bölüyün radiolokasiya stansiyasının baş operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 2021-ci ilin iyul ayının ortalarında saat 11-12 radələrində xidməti otağında təklikdə ona yaxınlaşaraq, əmisi qızı X1 Bakı şəhərində keçiriləcək toy şənliyində iştirak etməklə onlara köməklik etmək məqsədilə 20 iyul 2021-ci il tarixdə onun hər hansı rəsmiləşdirilmə aparılmadan, qeyri-rəsmi qaydada xidmətə çıxmamasına, xidmət yerinə gəlməməsinə icazə verməsini xahiş etmişdir. Məhkum, bölük komandiri kimi tabeliyində xidmət edən hərbi qulluqçunun ailə vəziyyəti ilə əlaqədar qısamüddətli məzuniyyətə buraxılması üçün hərbi hissə komandirinə müvafiq qaydada təqrirlə müraciət olunmasını təmin etməli olduğu halda, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək bu məqsədlə, aralarındakı həmin söhbət zamanı əsgər Şahid3 onun 2 (iki) gün müddətində qeyri-rəsmi qaydada xidmət yerinə çıxmamasına icazə verməsi müqabilində, yəni vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərini n) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə 100 (yüz) manat məbləğində pulu özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Əsgər Şahid3 həmin pulu yaxın aylarda verəcəyi şərti ilə onun təklifini qəbul edərək razılaşmış və Məhkum qeyri-qanuni qaydada verdiyi icazəsi əsasında bir günlük müddətə, 20 iyul 2021ci il tarixdə xidmət yerinə gəlməyərək əmisi qızının toy şənliyində iştirak etmiş və bunun müqabilində 2021-ci ilin oktyabr ayı üçün şəxsi heyətin pul təminatı köçürüldükdən sonra, 19 noyabr 2021-ci il tarixdə özünə məxsus olan «Kapital Bank»a aid ++++ №-li kartından «Birbank» köçürmə sistemi vasitəsi ilə Məhkum məxsus olan «Kapital Bank»a aid ++++ №-li karta 100 (bir yüz) manat məbləğində pul köçürmüş və sonuncu sonrakı müddətdə həmin pulu kartdan məxaric edərək və zifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almışdır. Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən, komandiri olduğu bölüyün radiolokasiya stansiyasının «P18Ma» RLS-in baş sürücü-elektriki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid5 2021-ci ilin avqust ayının ortalarında xidmət yerinə 2 (iki) saat müddətinə gecikmiş və onun gecikməsinin səbəbi araşdırılarkən, əsgər Şahid5 Bakı şəhərinin Yasamal rayonu ərazisində Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə etdiyinə görə hərbi hissəyə gecikdiyini etiraf etdiyindən bununla bağlı onun barəsində hərbi hissədə şərəf məhkəməsinin keçirilməsinə və əm əlinin orada müzakirə olunmasına qərar verilmişdir. Məhkum, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək bu məqsədlə, növbəti gün 2021-ci ilin avqust ayının ortalarında günorta saatlarında komandiri olduğu bölüyün avtoparkında olduğu zaman əsgər Şahid5 yanına çağıraraq sonuncuya barəsində yol patrul xidmətinin əməkdaşları ilə mübahisə etdiyinə görə araşdırma təyin edildiyini və hərbi hissədə keçiriləcək şərəf məhkəməsi zamanı onun yol verdiyi nöqsana görə ordu sıralarından ehtiyata buraxılması ilə bağlı qərar qəbul ediləcəyini deyərək, ehtiyata buraxılmaq istəmədiyi təqdirdə özünün vasitəsi ilə Müdafiə Nazirliyinin Hərbi X18 hücumundan müdafiə rəisinin radiotexniki qoşunlar üzrə köməkçisi, polkovnik-leytenant Şahid6 300-400 (üç yüz-dörd yüz) manat məbləğin də pul verməsi müqabilində onun ehtiyata buraxılmamasına nail ola biləcəyini deyərək, digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Əsgər Şahid5 əməllərinin ola biləcək nəticələrindən qorxub, kapitan Məhkum təklifini qəbul edərək həmin pulu hissə-hissə verəcəyi şərti ilə razılaşmış və ona 100 manat məbləğində pulunun hərbi hissənin kənarında saxladığı avtomobilində olduğunu, pulu oradan götürüb kapitan Məhkum istifadəsində olan «Kia” markalı, “Sorento” modelli avtomobilinə qoya biləcəyini sonuncuya bildirib, ondan avtomobilin açarını almış həmin gün günorta saatlarında 100 manat məbləğində pulu kapitan Məhk um avtomobilinin sürücünün sağ tərəfində yerləşən “qoltuqaltı” nahiyədə yerləşən saxlanc yerinə qoymuş və avtomobilin açarını kapitan Məhkum qaytarmışdır. Kapitan Məhkum ondan polkovnik-leytenant Şahid6 vermək adı ilə 100 (yüz) manat məbləğində pulu qəbul edərək həmin pulu ələ keçirib verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməmiş, barəsində keçirilmiş şərəf məhkəməsi zamanı isə əsgər Şahid5 kapitan Məhkum hər hansı müdaxiləsi və təsiri olmadan etdiyi əmələ görə intizam qaydasında cəzalandırılmışdır. Həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən Məhkum Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N nömrəli hərbi hissəsinin Qoşun Xidməti rəisi, polkovnik-leytenant X9 2021-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında komandiri olduğu bölüyün radiolokasiya stansiy asının baş operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Şahid3 istifadəsi hərbi hissənin ərazisində qadağan edilmiş smartfon tipli mobil telefon aşkar edərək, həmin telefonu bu barədə əsgər Şahid3 barəsində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi üçün yuxarı komandanlığa məruzə etməsi məqsədi ilə bölüyün ərazisində kapitan Məhkum təqdim etmişdir. Polkovnik-leytenant A.İ.Həmzəyev hərbi hissədən getdikdən sonra əsgər Şahid3 həmin gün saat 16 radələrində kapitan Məhkum onun xidməti iş otağında təklikdə yaxınlaşaraq telefonunu qaytarmasını xahiş etmiş və bu zaman kapitan Məhkum, bölük komandiri kimi tabeliyində xidmət edən hərbi qulluqçunun yol verdiyi intizam pozuntusu barədə hərbi hissə komandirinə müvafiq qaydada təqrirlə məruzə etməli olduğu halda, yaranmı ş vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə aralarındakı həmin söhbət zamanı ilk öncə əsgər Şahid3 istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlətməsi və həmin telefonun polkovnik-leytenant A.İ.Həmzəyev tərəfindən onda aşkar edilməsi barədə hərbi hissə komandanlığına məruzə edəcəyini, nəticədə onun ordu sıralarından tərxis ediləcəyini bildirmiş, daha sonra isə ona 300 (üç yüz) manat məbləğində pul verəcəyi təqdirdə bu barədə heç kimə məruzə etməyəcəyini və həmin faktı komandanlıqdan gizlədəcəyini deyərək, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmişdir. Əsgər Şahid3 həmin məbləğdə pulunun olmadığı nı bildirib onunla 150 (yüz əlli) manat məbləğində pul verməyə dair razılaşmış və Məhkum aralarındakı sövdələşməyə əsasən, əsgər Şahid3 istifadəsi qadağan olunmuş smartfon tipli mobil telefon işlətməsi və həmin telefonun polkovnik-leytenant A.İ.Həmzəyev tərəfindən onda aşkar edilməsi barədə yuxarı komandanlığa məruzə etməyərək, həmin mobil telefonunu elə həmin vaxt əsgər Şahid3 qaytarmış və həmin ayın ortalarında günorta saatlarında sonuncu 150 (yüz əlli) manat məbləğinlə pulu xidməti iş otağında təklikdə ona verdikdə kapitan Məhkum həmin pulu qəbul edib təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almışdır. Məhkum, həmin vəzifədə və hərbi rütbədə həqiqi hərb i xidmətdə olarkən, komandiri olduğu bölüyün maddi-texniki təminat tağımının sürücü-elektriki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid9 2021-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında xidməti iş otağında ona təklikdə yaxınlaşaraq bölüyün 5N84MA radiolokasiyasının operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid8 ilə birlikdə vizual müşahidə postuna xidmətə təyin olunmaq istədiklərini bildirib onları həmin döyüş postuna təyin etməsini xahiş etmişdir.Kapitan Məhkum, Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanının 16 dekabr 2019-cu il tarixli, 0325 №-li əmri ilə təsdiq edilmiş «Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin radiotexniki, kəşfiyyat və radioelektron mübarizə (REM) bölmələrində döyüş növbətçiliyinin tə şkili və aparılması üzrə» Təlimatına əsasən, döyüş heyətinə təyin olunacaq şəxsi heyətin cədvəli bölük komandiri kimi onun tərəfindən təsdiq olunduğundan, yaranmış vəziyyətdən istifadə edib qanunsuz qazanc əldə etmək qərarına gələrək, bu məqsədlə əsgər Şahid9 onun və əsgər Şahid8 vizual müşahidə postuna xidmətə təyin edilmələri müqabilində hər birindən 100 (bir yüz) manat məbləğində pul olmaqla ümumilikdə 200 (iki yüz) manat məbləğində pulu təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən rüşvət istəmişdir. Əsgər Şahid9 bununla bağlı elə həmin gün əsgər Şahid8la məsləhətləşib razılığını alaraq elə həmin gün bir neçə saat sonra yenidən kapitan Məhkum xidməti iş otağına gələrək orada tə klifini qəbul etdiklərini bildirmiş və 2021-ci ilin oktyabr ayı üçün şəxsi heyətin pul təminatı köçürüldükdən sonra, əsgər Şahid9 2021-ci ilin oktyabr ayının ortalarında günorta saatlarında kapitan Məhkum xidməti otağına daxil olaraq orada ona təklikdə özünün və əsgər Şahid8 adından hər biri 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat məbləğində pul vermiş və kapitan Məhkum həmin pulu qəbul etməklə təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət almış, daha sonra aldığı rüşvətin müqabilində 2021-ci ilin oktyabr-dekabr ayları ərzində əsgər Şahid9 19 (on doqquz) dəfə, əsgər S.İ.Muradovu isə 2 (iki) dəfə vizual müşahidə postuna xidmətə təyin etmişdir. Həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən Məhkum 2021-ci ilin noyabr ayının əvvəllərində, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhərinin Zirə qəsəbəsinin ərazisində yerləşən “Zirə-7” hərbi şəhərciyinin xarici su təmirçi çilingər vəzifəsində xidmət edən, mülki işçisi vətəndaş Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin ərazisində yerləşən kafelərin birində aralarındakı söhbət zamanı sonuncunun arvadı Şahid2, bunun üçün onun heç bir qanuni əsasları olmadığı halda, xəstəliyə görə əmək pensiyasının təyin olunmasına nail olmaq istədiyini bilib, hər hansı şəxsə əmək pensiyasının təyin olunmasını təşkil və ya təmin etməyə heç bir səlahiyyətlərinin və real imkanlarının olmadığı halda, yaranmış vəziyyətdən istifadə edib özgənin əmlakını qan unsuz ələ keçirməklə varlanmaq qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs Müdafiə Nazirliyində yüksək vəzifədə xidmət edən adını və rütbəsini demədiyi tanışının köməkliyi ilə özünün vasitəsi ilə həmin şəxsə 9000 (doqquz min) manat məbləğində pul verilməsi müqabilində arvadı Şahid2 bunun üçün onun heç bir qanuni əsasları olmadığı halda, xəstəliyə görə əmək pensiyasının təyin olunmasını təşkil və təmin edə biləcəyini deyərək, təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə vəzifəli şəxsə onun özü üçün dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs onun dediklərinə inanıb təklifini qəbul etsə də, maddi imkanı yol vermədiyinə görə, yalnız 6000 (altı min) manat məbləğində pul verə biləcəyini bildirmiş və Məhkum buna etiraz etməyərək, aralarındakı sövdələşməyə əsasən, 2021-ci ilin noyabr ayının ortalarında günorta saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində Zərərçəkmiş şəxslə təklikdə görüşərək orada sonuncudan 4000 (dörd min) manat məbləğində pul alaraq onunla qalan 2000 (iki min) manat məbləğində pulu sonradan alacağına dair razılaşmış və ona yaxın müddət ərzində arvadı Şahid2 xəstəliyə görə əmək pensiyasının təyin olunacağına dair yalan vəd verib verdiyi vədin icrası ilə bağlı sonuncunun xeyrinə heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Kassasiya protestinin və kassasiya şikayə tinin dəlilləri: Protest müəllifi qeyd edir ki, məhkəmənin bəraətlə bağlı gəldivi nəticənin əsasını Məhkum CM-nin 32.4. 312.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi təşkil etmişdir. Lakin, qanunvericiliyin normaları və Ali Məhkəmə Plenumunun izahları nəzərə alındıqda məhkəmənin bəraət qənaətinin əsasını təşkil edən xüsusatın düzgün olmaması məlum olur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticədə dələduzluq cinayətinin obyektiv cəhətinin icrasını, aldatmanın üsulunu (yalançı rüşvət vermə) ittihamda olduğu kimi qəbul etmiş, lakin hökmün nəticəvi hissəsində şəxsə CM-nin 32.4, 312.2-ci maddəsi ilə bəraət verərkən, düzgün olmayaraq bəraətin əsası kimi şəxsin təqsirliliyinin sübuta yetirilmədiyini göstərmişdir. Yəni, məhkəmənin bəraət qənaətinin əsası düzgün qəbul olunsa, ey ni məntiqlə, dələduzluq cinayətinin törədilməsində də Məhkum təqsirliliyi sübuta yetirilməmiş hesab edilməli idi (ona görə ki, hər iki cinayət əməli eyni faktlarla bağlı olmuş, obyektiv cəhətin icrası vahid üsulla törədilmiş, məhkəmə də bunun doğruluğunu qəbul etmişdir.) Belə ki, məhkəmə kollegiyası Məhkum barəsində bəraət hökmü çıxararkən, əsas istinad nöqtəsi '‘Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsi nin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-cİ İl 14 iyul tarixli qərarlarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında təsbit edilmiş hüquqi mövqelər olmuşdur. Yalançı vasitəçinin əməllərinə fərqli yanaşmanın əsasını yalnız mövcud təcrübənin dəyişməsi təşkil etdiyindən yalançı rüşvət alanın əməlinə bəraət verilməsi barədə gəlinən nəticə düzgün hüquqi mövqe kimi qəbul olunmamalı, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılması göstərilməlidir. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli hökmü Məhkum 32.4, 312.2-ci maddələri ilə bəraət verilməsi hissəsində ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması xahiş olunmuşdur. Məhkum kassasiya şikayətində ali təhsilli, himayəsində 2 azyaşlı övladını, həyat yoldaşının xəstə olmağını, 44 günlük müharibədə fəal iştirakına görə dövlət tərəfindən medallar və fəxri fərmanla təltif olunması nəzərə alınaraq ona təyin olunmuş cəzanın alternativ cəza ilə əvəz olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassas iya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya protestinin təmin edilməməsinə, kassasiya şikayətinin təmin edilməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə və kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya pro testinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyal arı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin məzmunundan aydın olur ki həmin protestdə apellyasiya instansiya məhkəməsinin məhkum edilmiş şəxslərMəhkum CM-in 32.4,312.2-ci maddəsi ilə verilmiş ittihamdan həmin maddəni xaric etməli olduğu halda, onlara həmin maddə ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinin əsassız olması qeyd edilmiş, kassasiya şikayətində isə Məhkum təyin edilmiş cəza mübahisələndirilmişdir. İlk əvvəl dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya p rotestinin məhkum edilmiş şəxsə verilmiş ittihamdan CM-in 32.4,312.2-ci maddəsi ilə ittihamın xaric edilməsi barədə dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 312.1-ci maddəsində “Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən is tifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət Məcəlləsinin 312.2-ci maddəsi vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə görə cinayət məsuliyyətini nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, rüşvət vermə (aktiv rüşvətxorluq) korrupsiya cinayətləri sırasına aid olan geniş yayılmış cinayətlərdən biridir. Rüşvət vermənin ictimai təhlükəliliyi onda ifadə olunur ki, bu əməlin törədilməsi ilə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə kommersiya və qeyrikommersiya təşkil atlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxslərin korrupsiyaya qurşanmasına münbit zəmin yaradılır, vətəndaşlar arasında qanun çərçivəsindən kənara çıxan davranışa yol verməyin mümkünlüyünə meyl yaranır, insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərliyi və sosial ədalət prinsipləri ciddi surətdə pozulur. Obyektiv cəhətdən bu cinayət xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə, onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunmasında, vəd edilməsində və ya verilməsində ifadə olunur. Rüşvət ver mə (aktiv rüşvətxorluq) formal tərkibli cinayətdir. Rüşvət vermə rüşvətin (maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin) heç olmazsa bir hissəsinin təklif olunduğu, vəd edildiyi, verildiyi və vəzifəli şəxsin təklifi və ya vədi qəbul etdiyi (buna razılıq verdiyi), yaxud rüşvətin heç olmazsa bir hissəsini aldığı (qəbul etdiyi) andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərba ycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən k onkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Ci nayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (m əsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mən asından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. İnsan hüquq və X11 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata k eçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin n iyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Məhkum edilmiş şəxs-Məhkum irəli sürülmüş ittihamdan görünür ki, təkrarən vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə və qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə özü üçün birbaşa və şəxsən maddi neməti rüşvət istəmiş və almış, təkrarən digər şəxsi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində və bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə vəzifəli şəxsə onun özü üçü n dolayı yolla və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət verməyə təhrik etmiş, habelə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu və "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun Qərarlarını düzgün təhlil etməmiş və nəticədə işin faktiki hall arına uyğun olmayan qənaətə gələrək şəxsin Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinməsində səhvə yol vermişdir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə və dövlət ittihamçısının kassasiya protestində aradan qaldırılması zəruri hesab edilən məhkəmə səhvi eyni məzmunludur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmündə təqsirləndirilən şəxsin ittihamından Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi xaric edilməli olduğu halda, həmin maddə ilə ona bəraət verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qəbul etdiyi bəzi qərarlarda da eyni hüquqi mövqe mövcud olmuşdur. Azərbaycan Respublikası CPM-in 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Qanunvericiliyin göstərilən tələbini nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mahiyyətcə düzgün olan hökmünü kassasiya protestində göstərilən dəlillərə əsaslanaraq ləğv olunmasını mümkün hesab etmir. Kassasiya məhkəmə kollegiyası Məhkum təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətin ə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xar akterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun tö rədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlar ının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsi himay əsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması ilə bərabər işin digər hallarını, yəni Məhkum 44 günlük Vətən Müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə” medalı ilə təltif edildiyini, müsbət xarakterizə olunmasını və "Milli Hematologiya və Tranfuziologiya Mərkəzindən” verilmiş arayışa əsasən arvadı X5 qan xəstəlyindən əziyyət çəkməsini, rüşvət kimi aldığı pulları qaytarmasını, ilk məhkumluğunu nəzərə alaraq həmin halların məcmusunu müstəsna hallar kimi qiymətləndirir və Cinayət Məcəlləsinin 62-ci maddəsinin tə tbiq edilib ona Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də aşağı müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsas hesab etmişdir. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcb uri olan əlavə cəzanı təyin etməyə bilər. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı mövqeyini ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum barəsində Cinayət Məcəlləsini 62-ci maddəsini tətbiq edərək törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də aşağı müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə əsaslı nəticəyə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq kassasiya məhkəmə kollegiyası məhkum olunmuş şəxsə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının alternativ cəza növü ilə əvəz edilməsini islah təsiri baxımından mütənasib saymamaqla qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərb aycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sö zsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın on un islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən apellyasiya instansiyası məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını kifayət qədər nəzərə almışdır. Belə ki, məhkum edilmiş şəxs barəsində CM-in tət biq edilən 62-ci maddəsinin tələblərinə əsasən qanunvericilik müəyyən edilmiş cəzadan daha yüngül cəza növünün təyin etmənin 3 formasını müəyyən etmişdir: -CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi - CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsi - CM-in Xüsusi hissəsinin müvafiq maddəsində təyin edilməsi məcburi olan əlavə cəzanı təyin edilməməsi. Məhkəmə kollegiyasının qənaətinə əsasən apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halları müstəsna hallar kimi qiymətləndirərək məhkum edilmiş şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etmiş və ona Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsinin sanksiyasının aşağı həddindən də aşağı müddətə azadlıqdan məhrum et mə cəzası təyin etmişdir. Məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsinə dair göstərilən məhkəmənin mövqeyini əsaslı sayan kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində CM-in 62-ci maddəsinin məzmunundan irəli gələn (CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi) tələbini tətbiq edərək bu barədə gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır. Belə ki, məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun o lmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Belə ki, məhkəmə kollegiyası Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının alternativ cəza növü ilə əvəz edilməsinin məqsədəmüvafiq olmadığını, cinayət işi üzrə onun cəmiyyətdən təcrid olunmadan islah olunması hallarının müəyyən edilmədiyini qeyd edir. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində təyin edilmiş cəzanın dəyişdirilməsi (daha yüngül cəza növü ilə əvəz edilməsi) zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hallar cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Kassasiya şikayətində bu barədə irəli sürülən dəlillər apellyasiya instansiy ası məhkəməsi tərəfindən nəzərə alınmış, kassasiya məhkəmə baxışı zamanı hər hansı əlavə yüngülləşdirən hal müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin hökmünün dəyişdirilərək Məhkum təyin olunmuş cəza növünün dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, cinayət işi üzrə hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsa sən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsi, onun CM-in 178.2.3-cü maddəsi ilə CM- in 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və həmin hissədə cinayət təqibinə xitam verilməsi, CM-in 311.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2023-cü il tarixli hökmü kassasiya protesinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1-1(102)-11/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-11/2024
06.03.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver