Məhkəmə qərarları › İş №1-1(102)-113/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-113/2018

13.12.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-113/2018 13.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının QƏRARİ “13” dekabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), hakimlər X3 və X1 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 334.1-ci maddələri ilə t əqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Hərbi Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (hakim Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi ilə) 13 iyul 1988-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşamış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş, barəsində ”həbs” qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 333.3 və 334.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 333.3-cü maddəsi ilə 09 (doqquz) ay müddətinə, CM-nin 334.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətə əsasən işə baxan Gəncə Hərbi Məhkəməsinin (sədrlik edən hakim V.K.Məmmədov) xx xx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatət rədd edilmişdir. Həmin qərardan məhkum tərəfindən verilmiş apellyas iya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının (Ə.G.Abdullayevin sədrliyi və məruzəsi ilə, hakimlər T.A.Muxtarov, E.İ.Xasməmmədov) xx xx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilib, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahişetmişdir. Kassasiyaşikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti vermə müddətini hüquqi savadsızlığından ötürmüşdür. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilib, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini x ahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası mə hkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 gün müddətinə verilir. Eyni zamanda h əmin Məcəllənin 384.3-cü maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll ed ilir. Belə ki, iş materiallarından və verilmiş kassasiya şikayətindən məlum olur ki, Məhkum barəsində hökm 16.10.2017-ci il tarixdə elan edilmiş və hökmün sürəti həmin tarixdə rəsmi qaydada proses iştirakçılarına təqdim edilmişdir. İş materiallarında (210-211 vərəqələrdə) olan məktub və qəbzdən görünür ki, 1-1(095)-246/2017 saylı 16.10.2017-ci il tarixli hökmün surətini Məhkum 19.10.2017-ci il tarixdə şəxsən qəbzə imza etməklə almışdır. Birinci instansiya məhkəməsində Məhkum hüquqlarını vəkil müdafiə etmiş, məhkəmə prosesi zamanı Məhkum və digər proses iştirakçılarına bütün hüquqları, o cümlədən hökm elan edildikdən sonra apellyasiya şikayəti verilməsi qaydası onlara izah edilmişdir, lakin qanunvericilikdə müəyyən edilmiş müddətdə məhkum və ya müdafiəçisi apellyasiya şikayəti verməmişlər. Həmçinin vəsatətdə Məhkum həmin hökmün gec təqdim olunmasını təsdiq edən hər hansı bir sənəd əlavə edilməmişdir və onun birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən buraxılmasına dair hər hansı bir sübut yoxdur. Bu səbəbdən də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğundur. Məhkəmə kollegiyası da onunla razılaşır və belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən hal apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə əsas vermir. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti vermə müddətinin bərpa olunması üçün qanuni əsaslar yoxdur. Bu səbəbdən də birinci və apellyasiya instansiya məhkəmələri hökmdən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsa təti təmin etməyərək düzgün nəticəyə gəlmişlər. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3 və 334.1-ci maddələri iləməhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Düzdür Ali Məhkəmənin hakimi Əziz Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar