Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(102)-119/2025 01.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Ilqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R Nazim Nəriman oğlu Imanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *- *(***)-**/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Füzuli Hərbi Məhkəməsinin (hakim Roman Ismayılov) ## #### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli hökmü ilə ## ###### 2002-ci il tarixdə Cəlilabad rayonu, Axtaxana kəndində anadan olmuş, Cəlilabad rayonu, Axtaxana kəndində daimi qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum Əlizamin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu 2 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli ## ##### 2025-ci il tarixdən hesablanmasışdır. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Əlizamin oğlu təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, onun üçün aşkar surətdə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, Məhkum Əlizamin oğlu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü radiokəşfiyyat və radiomaneə taborunun 1-ci radiokəşfiyyat və radiomaneə bölüyünün radiotutma və pelenqləmə taqımının 4-cü radiotutma və pelenqləmə stansiyasının operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən xidmət etdiyi tabor Füzuli rayonu ərazisində dislokasiya olunduğu müddətdə, yəni 2024-cü ilin yanvar ayının ortalarında “Snapchat” sosial şəbəkəsində tanış olduğu ## ###### 2009-cu ildə Füzuli rayonunun Alxanlı kəndində anadan olmuş və həmin kənddə yaşayan X1 ilə qeyd olunan sosial şəbəkədə danışdıqdan sonra A.Quliyevaya görüşməyi təklif etmiş, sonuncu onunla razılaşdıqdan sonra yaşadığı ünvanı “WhatsApp” mobil tətbiqində “Məkan” xidməti vasitəsi ilə ona göndərmiş, o, həmin xidmətdən istifadə edərək ## ###### 2024-cü il tarixdə, saat 02 radələrində A.Quliyevanın yaşadığı evin yanına getmiş və görüşərək sonuncunun təklifi əsasında qonşuluqda yerləşən yaşayış olmayan evin həyətindəki ayaqyoluna gedib, orada A.Quliyeva ilə qeyri təbii yolla cinsi əlaqədə olmaqla aşkar surətdə on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa, Məhkum Əlizamin oğlu qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən ## ###### 2024-cü il tarixdə, günorta saatlarında A.Quliyeva ilə telefonla danışarkən sonuncuya ## ###### 2024-cü il tarixdə olacaq doğum günü münasibəti ilə əlaqədar hədiyyə aldığını bildirib görüşməyi təklif etmiş, A.Quliyeva onun görüşmək barədə təklifi ilə razılaşdıqdan sonra o, ## ###### 2024-cü il tarixdə, saat 01 radələrində sonuncunun yaşadığı evin yaxınlığında olan, əvvəl görüşdükləri ayaqyolunda yenidən A.Quliyeva ilə görüşərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla aşkar surətdə on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan əlavə, Məhkum Əlizamin oğlu qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən ## #### 2024-cü il tarixdə A.Quliyevaya “WhatsApp” mobil tətbiqində zəng edib onunla görüşmək üçün gələcəyini bildirmiş, A.Quliyeva onunla razılaşdıqdan sonra o, ## #### 2024cü il tarixdə, saat 02 radələrində sonuncunun yaşadığı evin yaxınlığında olan, əvvəl görüşdükləri ayaqyolunda yenidən A.Quliyeva ilə görüşərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla aşkar surətdə on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Həmçinin, Məhkum Əlizamin oğlu qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən ## ##### 2024-cü il tarixdə A.Quliyevaya “WhatsApp” mobil tətbiqində danışarkən görüşmək üçün gələcəyini bildirmiş, sonuncu onunla razılaşdıqdan sonra o, ## ##### 2024-cü il tarixdə, saat 02 radələrində A.Quliyevanın yaşadığı evin yaxınlığında olan, əvvəllər görüşdükləri ayaqyolunda A.Quliyeva ilə görüşərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaqla aşkar surətdə on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Yaşar Həşimov (sədrlik edən və məruzəçi), Əli Əliyev və Habil Bəhmənov) ## ###### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarı ilə Füzuli Hərbi Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum Əlizamin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı cəzaya aid hissədə dəyişdirilməsi, ona Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi və ya CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən məhkuma təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəzanın məqsədinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara öz ağırlığına görə uyğun gəlmir. Məhkum Məhkum törətdiyi əmələ görə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş, törətdiyi əmələ görə səmimi peşman olduğunu bildirmişdir. Məhkum zərərçəkmiş tərəflə barışmışdır və zərərçəkmiş tərəfin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkum Əlizamin oğlu hərbçidir və 44 günlük Vətən müharibəsinin iştirakçısı kimi vətən torpaqlarının işğaldan azad olunmasında xidmət göstərmişdir. Məhkum Əlizamin oğlu əvvəllər məhkum olunmamışdır, hal-hazırda da əməlindən səmimi peşmandır. Kassator hesab edir ki, məhkuma cəza təyin edilərkən onun barəsində Azərbaycan Respublikası CM-in 62.1 və 70-ci maddələrinin tətbiqi üçün kifayət qədər əsaslar mövcud olmuşdur. Lakin məhkəmələr işin faktiki hallarını və məhkumun şəxsiyyətini hərtərəfli və obyektiv qiymətləndirmədən, cəza təyin edərkən cinayət qanununun müvafiq normalarını düzgün tətbiq etməmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum Əlizamin oğlu əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum Əlizamin oğlunun əməli Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində əməlin hüquqi tövsifi mübahisələndirilmir. Müdafiəçinin kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən məhkuma Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələrində müəyyən edilmiş qaydada cəza təyin edilməsi üçün kifayət qədər əsaslar olduğu halda qanunun bu normalara riayət etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Işin materiallarından görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Əlizamin oğlu barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmaması barədə məhkəmələrin gəldiyi nəticə ədalətli olmaqla bərabər əsaslıdır. Müdafiəçinin kassasiya şikayətinin digər dəlilinə, yəni məhkumun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Iş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, kassasiya şikayətində istinad olunan hallardan heç biri Məhkum Əlizamin oğlu barəsində şərti məhkum etmənin tətbiq olunmasının mümkünlüyünü əsaslanan amil kimi qiymətləndirilə bilməz. Həmçinin kollegiya məhkəmələr tərəfindən məhkum Məhkum təyin edilmiş cəzanın ağır olması dəlilinə də münasibət bildirərək qeyd edirlər ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli ** saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Işdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum Əlizamin oğluna cəza təyin edərkən cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq, məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxmış və məhkum Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, onun şəxsiyyətini və işin hallarını, habelə təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona cəzanın CM-in 62-ci maddəsinə əsasən təyin edilməsi və ya CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən bu barədə apellyasiya şikayətini təmin etmədən, Məhkum barəsində olan hökmü dəyişdirmədən, ona təyin edilmiş cəzanın qüvvədə saxlanılması haqqında qərar qəbul etmiş və həmin qərarı kifayət qədər əsaslandırmışdır. Işdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum Əlizamin oğluna cəza təyin edərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqi və ya CM-in 70-ci maddəsinə əsasən cəzanın şərti olaraq tətbiqi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Göründüyü kimi, aşağı instansiya məhkəmələri tərəfindən məhkuma təyin edilmiş cəza qeyd olunan tələblərə uyğun olmaqla qanuni, əsaslı və ədalətlidir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamış və məhkuma təyin edilmiş cəzanın qüvvədə saxlanılması barədə kifayət qədər əsaslandırılmış qərar qəbul etmişdir. Işdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum Əlizamin oğlu barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin # #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin məhkum Məhkum Əlizamin oğlu barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli məhkum Məhkum Əlizamin oğlu barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Əlizamin oğlu Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-119/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-119/2025
01.04.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver