Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-12/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum müdafiəçisi Abdıyev Rəşad İlqar oğlunun iştirakları ilə, Tərtər Hərbi Məhkəməsini n xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən Məhkum müdafiəçisi İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər İlqar Quliyev (sədrlik edən) Vidadi Nəsirov (məruzəçi) və Sevindik Əzizovdan ibarət tərkibdə) Məhkum, xx xxxx 1999-cu il tarixdə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, N saylı hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 2-ci tağımıınn 2-ci manqasında san itar atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, ünvan 1-də yaşamış, CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum N nömrəli hərbi hissəsinin 2-ci taborunun 5-ci bölüyünün 2-ci tağımının 2-ci manqasında sanitar atıcı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etməklə xx xxxxxxx 2018-ci il tarixdə saat 20:00-dan 22:00-dək Tərtər rayonunun Çiləbürt kəndinin ərazisində yerləşən 5-ci bölüyün dayaq məntəqəsinin qarşısında onunla eyni manqada qumbaratan köməkçiyi vəzifəsində xidmət edən əsgər X12 ilə silahlı patrul naryadına təyin edilmişdir. Həmin gün saat 21:15 radələ rində əsgər X27 Məhkumun xidmət apardığı müşahidə məntəqəsinə gəlib yaxasından tutaraq divara itələmiş, başında olan dəbilqəni çıxarıb yerə atmış, müşahidə yerinin tavanından hər iki əli ilə tutub tavandan sallanaraq üzərində olan zirehli gödəkçənin üstündən sinə nahiyəsinə çoxsaylı təpik zərbələri vurmuş, habelə ayaqlarını Məhkum boyun nahiyəsinə dolayaraq sıxmışdır. Məhkum X2 zarafat etməməsini, bu hərəkətlərinə son qoymasını tələb etdikdə sonuncu sallandığı yerdən aşağı düşərək onu ələ salmaq məqsədilə üzərində olan zirehli gödəkçəni hər iki çiyin hissəsindən açmışdır. Məhkum Zərərçəkmiş şəxsə zirehli gödəkçəni bağlamasını bildirdikdə onlardan bir qədər kənarda dayanan, Zərərçəkmiş şəxsin həmin hərəkətlərinin şahidi olan X28 belə hərəkətlər etməməsini tələb edərək əks təqdirdə bu barədə bölük komandirinə məruzə edəcəyini bildirmişdir. Bu zaman X30 yanına gedərək onu da ələ salmaq məqsədilə üzərində olan zirehli gödəkçəni hər iki çiyin nahiyəsindən açmışdır. X28 təkidlə çıxıb getməsini tələb etdikdə X30 “sən sukasan?” demiş və yenidən Məhkum yanına gəlib arxası ona çevrilmiş vəziyyətdə zirehli gödəkçənin üzərindən sinə nahiyəsinə bir təpik zərbəsi vuraraq oradan getmişdir. Bundan bir qədər sonra, saat 21:30 radələrində Zərərçəkmiş şəxs yenidən Məhkum xidmət apardığı müşahidə yerinə gəlmiş və yenə də sonuncunun sinə nahiyəsinə təpik zərbəsi vurmuşdur. Məhkum özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxsə təpik zərbəsi vurmağa çalışmış, lakin Zərərçəkmiş şəxs geri çəkildiyi üçün təpik sonuncuya dəyməmişdir. Məhkum Zərərçəkmiş şəxsdən oradan getməsini tələb etdikdə sonuncu Məhkum ünvanına söyüş söyərək onu hədələmişdir. Bu vaxt Məhkum Zərərçəkmiş şəxsin özünə qarşı qanunsuz psixoloji və fiziki zorakılıq, təhqiramiz hərəkətlərindən bezərək, Zərərçəkmiş şəxsin bu hərəkətlərinə son qoymaq üçün onu qorxutmaq məqsədi ilə özünə təhkim edilmiş «AKM» markalı, «TH8397» nömrəli avtomat silahının qoruyucusunu tək-tək atəş rejiminə qoyub silahı döyüşə hazır vəziyyətə gətirmişdir. Məhkum bu hərəkətini görən Zərərçəkmiş şəxs qaçaraq bölüyün əsgər yataqxanasının sağ cinahında yerləşən ehtiyat çıxışı olan dəhlizinin içinə qirərək dəhlizin qutaracağında olan mişar daşından inşa edilmiş 1,4 metr enliyində olan divarın arxasında gizlənmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsin bu hərəkətini görən Məhkum silahla onu qorxutmaq niyətindən imtina edərək, onu patrul etdiyi ərazində olan bölüyün silah doldurub-boşaltma yerinə yaxınlamış, silahı boşaltmaq üçün silahın qoruyucusunu açmış, silahın üzərindən darağı çıxarıb əlində saxlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs dəhlizidə gizləndiyi divarın arxasından çıxıb Məhkum çınqıl daşları ataraq, yenidən həmin divarın arxasında gizlənmişdir. Daşlardan biri Məhkum əsgər çəkməsinə dəydiyindən, Məhkum Zərərçəkmiş şəxsi qorxutmaq məqsədi ilə silahın darağını sağ əlində, silahı isə sol əli ilə tutub silahın lüləsini Zərərçəkmiş şəxsin gizləndiyi divar istiqamətində tuşlayaraq tətiyi çəkmiş və silahdan bir dəfə atəş açılmışdır. Həmin vaxt cəld ora X44 gəlmiş, X25 X10 2-ci dəfə atəş açağını güman etdiyindən Məhkum əlindən silahı vurub aşağı salmış, həmin vaxt silahın üzərində daraq olmamışdır. Məhkum güllənin divara dəydini zənn etsəd ə Zərərçəkmiş şəxsə dəydiyini hiss etmiş, həmin vaxt sonuncu qışqırmamış, sakit dayanmışdır. Məhkum Zərərçəkmiş şəxsin vəziyyətinin necə olduğunu öyrənmək üçün onun arxası ilə getmiş, Məhkum ehtiyat çıxış qapısı olan dəhlizə giriş hissəsində əli ilə silahın lüləsindən tutmuş vəziyyətdə dayandığını görən əsgər X31 yaxınlaşıb avtomat silahını almış, Məhkum heç bir müqavimət göstərmədən silahı X45ə vermişdir. X31 silahı alan vaxt sonuncudan “sən vurdun” deyə soruşduqda Məhkum başını yelləyərək “mən vurdum, bilmədən vurdum” demişdir. Dəhlizdən sağ tərəfdə Zərərçəkmiş şəxs əsgər yataqxanasının girişində sol çiyni üstə yerdə uzanmış vəziyyətdə olmuş, bölük komandiri, kapitan X46 və digər hərbi qulluqçuların Zərərçəkmiş şəxsə tibbi yardım göstərmişlər və sonuncu dərhal hərbi hospitala təxliyə e dilmişdir. X10 avtomat silahdan atəş açması nəticəsində sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid «sağ V-Vİ qabırğaların sınığı və sağ tərəfli hemopnevmotoraksla müşayət olunan, döş qəfəsinin sağ yarısının daxilə nüfuz etmiş dəlib-keçən odlu silahgüllə yaralanması» xəsarətini yetirmişdir. Hökmdən məhkumun müdafiəçisi X21 tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Çingiz Böyükxan oğlu və Xasməmmədov Elçin İsgəndər oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli hökmü ilə müdafiəçinin apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə təm in edilmiş, Məhkum CMnin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ləğv edilmiş və iş üzrə yeni ittiham hökmü çıxarılaraq Məhkum CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmündən müdafiəçi F.İ.İskəndərov kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və Məhkum əməlinin CM-nin 29, 120.1-ci maddəsindən CM-nin 350.1-1-ci maddəsinə tövsif edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh ed ərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi F.İ.İskəndərov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) müvafiq maddələrində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, Məhkum əməlləri düzgün tövsif edilməmiş, nəticədə isə Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib məhkum olunmuşdur. Müdafiəçi öz şikayətində bildirir ki, Gəncə Apelyasiyası Məhkəməsinin Cinayət Kollegiyası yalnız istintaq dövründə verilmiş ifadələri əsas götürmüş, ilkin ifadələrin daha həqiqətə uyğun olduğunu bə hanə edərək, üstəlik həmin ifadələrin məzmunlarını təhrif etməklə faktiki vəziyyəti əks etdirməyən hökmün çıxarılmasına üstünlük vermişdir. Müdafiə tərəfi hesab edir ki, Məhkum göstərdiyi xüsusat həqiqətə daha yaxındır. O, patron yuvasında patronun olmasını bilməmiş və Zərərçəkmiş şəxsi qorxuzmaq məqsədi ilə ona tərəf silahı istiqamətləndirdiyini, atəş açmaq niyyətində olmadığını, darağı avtomatdan ayırdığını və çaxmağı çəkib patron yuvasında patronun olmadığını zənn etdiyindən tətiyi çəkərkən patron yuvasında patronun olmadığına əmin olmasını göstərmişdir. Atəş açıldıqda isə şok vəziyyətinə düşüb yerində donub qalmış və hər hansı aktiv hərəkətlər etməmişdir. Təqsirləndirilən şəxs Məhkum həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxsə atəş açarkən avtomat silahı tək sol əli ilə tutduğunu, Zərərçəkmiş şəxsin gizləndiyi divarın arxasından çıxaraq ona çınqıl daşları atmağa başlayarkən daşlardan birinin onun əsgər çəkməsinə dəydiyini, o, Zərərçəkmiş şəxsi qorxutmaq məqsədi ilə silahın darağını sağ əlində, silahı isə sol əli ilə tutub silahın lüləsini Zərərçəkmiş şəxsin divar daşının arxasında gizləndiyi istiqamətində təxminən 8 metr məsafədən tuşlayaraq tətiyi çəkdiyini və silahdan bir dəfə atəş açıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı X15 ifadəsində Məhkum silahı alan vaxt sonuncunun silahın lüləsindən tutduğunu və silahı verərkən ona təzyiq göstərmədiyini bildirmiş, silahın üzərində patron sandıqçasının olduğunu bildirməmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər X46 və X44 avtomat silahdan atəş açılarkən darağın silahın ü zərində olmadıqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş bölük komandiri X22 da ifadəsində Məhkum silahı əvvəl X45in aldığını və ona təqdim olunarkən darağın silahın üzərində olmadığını bildirmişdir. CPM-nin tələblərinə görə “şübhəli hallar olduqda və onların aradan qaldırılması mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır” müddəasına apellyasiya instansiyası məhkəməsi məhəl qoymadan işdə olan ziddiyyətləri təqsirləndirilən şəxsin əleyhinə şərh etmişdir. Müdafiəçi bildirir ki, hasarın arxasında gizlənən şəxsin sinə nahiyəsindən tuşlayıb atəş açma mülahizəsi uydurmadır və zərərçəkmiş şəxsin istintaq dövründə verdiyi bu kimi ifadə “yaddaşın təzə və yerində olduğu vəziyyətdə” verilmiş ifadə kimi yox, istintaq orqanının təzyiqi altında verilmi ş ifadə olmasına dəlalət edir. Həmçinin Məhkum istintaq dövründə verdiyi ifadəsi də həqiqətə uyğun deyil və istintaq orqanın diktəsi ilə sonuncunun hər-hansı yalan vədləri nəticəsində əldə olunması kimi qiymətləndirilməlidir. Müdafiə tərəfi onu da qeyd edir ki, iş üzrə ittihamı təsdiq edən həç bir mötəbər sübutlar əldə olunmamışdır. Məhkum elan olunmuş ittiham zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və bir nəfər şahidin ifadəsi əsasında qurulmuş, məhkəmə istintaqında isə artıq istintaq orqanın təsir dairəsi məhdudlaşdırıldığından qeyd olunan şəxslər obyektiv ifadələr verərək hadisənin həqiqətə uyğun olduğu şəraitinə və hadisənin törənmə mexanizminə aydınlıq gətirmişlər. Faktiki vəziyyət isə odur ki, Məhkum silah boşaltma yerinə zərərçəkmiş şəxsə görə yox, xidməti zərurətlə əlaqədar, tə limata uyğun olaraq getmiş, silahını boşaltmış və bunu təsdiq edən amil odur ki, avtomat darağı atəş zamanı silahın üstündə olmamışdır. Sadəcə olaraq silahı zərərsizləşdirərkən çaxmağı çəkmiş və güman etmişdir ki, silahı boşaltmışdır. Bu anda növbəti daşlamaya məruz qaldıqda zərərçəkmiş şəxsi yersiz hərəkətlərindən çəkindirmək üçün silahı onun olduğu istiqamətdə tuşlayaraq yalandın atəş açacağı ilə qorxuzmaq istəmiş, bu zaman əli təsadüfən tətiyə dəyib atəş açılmış və həmin anda zərərçəkmiş şəxs gizləndiyi yerdən çıxdığı üçün hadisənin təsadüfü axarı nəticəsində açılmış atəşlə yaralanmışdır. Məhkum sonuncu ifadəsi ilə bu hal müəyyənləşdirilir və bu halı təkzib edən hər hansı sübut mövcud deyil. Zərərçəkmiş zərərçəkmiş şəxs də təqsirləndirilən şəxs Məhkum onu öldürmək niyyətində olmamasını israrla göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinin mötəbər sübutlarla bu halın təkzib olunmasına dair qəti qərarı isə tam yalandır və işin faktiki hallarına cavab vermir. Bunlar göstərir ki, hadisə məhz təqsirləndirilən Məhkum dediyi kimi olmuşdur, yəni o, zərərçəkmiş şəxsə atəş açmaq istəməmiş, silahda patron olduğunu bilmədiyindən silahı ona tərəf tuşlamaqla sonuncunu qorxuzmaq niyyətində olmuş, barmağı təsadüfən tətiyə dəydikdə atəş açılmış və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə ağır xəsarət yetirilmişdir. Bundan sonra o, silahı aşağı salmış və hərəkətsiz yerində qalaraq peşmançılıq hissləri keçirmişdir. Müdafiəçi qeyd olunanları əsas kimi göstərərək onun kassasiya şikayətinin təmin olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hö kmünün ləğv edilərək Məhkum əməlinin CM-nin 29, 120.1-ci maddəsindən CM-nin 350.1-1-ci maddəsinə tövsif edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkum məhkəmə iclasında iştirak etmək arzusu ilə məhkəməyə müraciət etməmiş, zərərçəkmiş isə məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Göründüyü kimi, müdafiəçi F.İ.İskəndərovun kassasiya şikayətinin ə sas dəlilləri ondan ibarətdir ki, Məhkum qəsdən adam öldürməyə cəhd etməsi sübuta yetirilməmiş, məhkəmələr əhəmiyyətli sübutları araşdırmamış, apellyasiya instansiyası məhkəməsi hökmün əsasına yolverilməz sübutları qoymuş, ziddiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkumun əməli CM-nin 29, 120.1-ci maddəsi ilə düzgün tövsif edilməmiş və hüquqlarını müdafiə etdiyi şəxs təqsiri sübuta yetirilmədiyi halda, o, əsassız və qanunsuz olaraq xüsusilə ağır cinayətin törədilməsinə görə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, müdafiəçi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün ləğv olunması, Məhkum əməlinin CM-nin 29, 120.1-ci maddəsindən CM-nin 350.1-1-ci maddəsinə tövsif edilməsi haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələr ində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.15. məhkəmə törədilmiş əm əlin tövsifində səhvə yol verdikdə. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə, Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsəl ələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericil iyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, bir inci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğ unu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidir lər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənə dək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyriləri nin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin hökmünün qeyri-obyektiv sayılması və məhkumun cinayət əməlinin CM-nin 29, 120.1-ci maddəsindən CM-nin 350.1-1-ci maddəsinə tövsif edilməsi haqqında tələblərinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə müəyyən etdiyi faktiki hallar isə ondan ibarətdir ki, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs Məhkum qarşı tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq qanunsuz hərəkətlər etdiyinə görə bundan əsəbləşən Məhkum ondan qisas almaq məqsədi ilə özündə olan avtomat silahdan qəsdən zərərçəkmiş şəxsin döş nahiyəsindən bir dəfə atəş açaraq ona həmin nah iyədə sağlamlığa ağır zərər vuran xəsarətlər yetirəməklə sonuncunu həyatdan məhrum etməyə cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə bu əməlini başa çatdıra bilməmişdir. İş materiallarının təhlili göstərir ki, kassasiya şikayətinin dəlillərinin əksinə olaraq, bu halları müəyyən edərkən, apellyasiya instansiyası məhkəməsi qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında isə hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutların təsviri yekun məhkəmə aktlarında onlara qanuna müvafiq qaydada qiymət verilməklə əks etdirilmiş və kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq apelyasiyası instansiyası mə hkəməsi yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Halbuki, CPM-nin 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, yalnız həmin maddədə göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məc əllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual h ərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq belə qənaətə gəlir ki, işə baxan Gəncə Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-nin 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ona apellyasiya instansiyası məhkəməsinin qərarında istinad olunan cinayət əməllərinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Araşdırılmış sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh edilsə də, məhkəmə kollegiyası onların bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin iclasında dindirilmiş zərərçəkmiş şəxs X17 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2018-ci il tarixdə xidmət etdiyi 5-ci bölüyü n dayaq məntəqəsində yeməkxana fəhləsi kimi naryadda olarkən o, axşam yoxlanışı vaxtı boş vaxtı olduğundan siqaret çəkərkən növbədə olan Məhkum əhvalını soruşmuş, ümümi mövzularda söhbət etmişlər. Söhbət zamanı Məhkum sual vermiş, sonuncu cavab verməmişdir. Bu səbəbdən Məhkum yaxınlaşmış, sonuncunu çökmüş vəziyyətdə görmüşdür. Həmin vaxt Məhkum “qabağa get səni burada görəcəklər” demiş, sonra qaçaraq bölüyün əsgər yataqxanasının sağ cinahında yerləşən ehtiyat çıxışı olan dəhlizinin icinə qirib dəhlizin qurtaracağında olan mişar daşından inşa edilmiş divarın arxasında gizlənmiş, sonra Məhkum ayağa qalxıb və ona baxması üçün zarafatla çınqıl daşı atmışdır. Həmin vaxt Məhkum silahı bir əli ilə o, olduğu düz istiqamətdə tutmuş, sonuncunun ona nə deməsini bilməmişdir. O, həmin vaxt Məhkum əlind ə daraq olduğunu və silahın darağının üzərində olduğunu görməmiş, sonuncunun onunla zarafat etdiyini düşünmüş, lakin qəflətən Məhkum əlində olan silahdan atəş açılmış və güllə onun sağ döş nahiyəsinə dəymişdir. Bunun nəticəsində o, əvvəl yerə yıxılmış, sonra isə sonra divara söykənərək yataqxanaya tərəf getmiş və qapını açıb yataqxanaya daxil olmuş, orada isə yerə yıxılaraq artıq hərəkət edə bilməmişdir. Məhkum ona xəsarət yetirəndən sonra qışqıraraq “Quliyevə güllə dəydi” demişdir. O, Məhkum onun arxasınca gəldiyini görməmiş, güllənin Məhkum əlindən açılıb ona dəydiyini hesab etmişdir, onu hərbi hospitala təxliyyə edilərkən Məhkum “narahat olma, hər şey yaxşı olacaq” demişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X12 ifadəsində göstərmişdir ki, Məhkum və əsgər X13 xidmət mü ddətində tanımış, münasibətləri xidməti olmuşdur. Məhkum nizam intizamlı hərbi qulluqçu olmuş, Zərərçəkmiş şəxs isə dəcəl, özündən razı əsgər olmuşdur. Hadisə olana qədər X19 arasında dalaşma halları olmamışdır. Hadisə olan gün, yəni xx xxxxxxx 2018-ci il tarixdə saat 20:00-dan 22:00-dək o, xidmət etdiyi bölüyün əsgəri Məhkumla birlikdə bölüyün əsgər yataqxanasının qarşısında silahlı patrul nəfəri kimi xidmətə təyin edilmişdir. O, dayaq məntəqəsinin sol cinahında olan girişdə, Məhkum isə sağ cinahda olan müşahidə məntəqəsində xidmət aparmışdır. Saat təxminən 21:15 radələrində o, uzaqdan Məhkumla Zərərçəkmiş şəxsin arasında nəsə olduğunu və sonuncunun Məhkum yanına gəlib müşahidə yerinin üstündən tutub ayaqlarını havaya qaldıraraq Məhkum üzərində olan zirehli gödəkçənin üstündən onun sinə n ahiyəsinə təpik zərbəsi vurduğunu görmüşdür. Daha sonra o, uzaqdan Zərərçəkmiş şəxsin havada olan ayaqlarını Məhkum boynuna dolayıb sonuncunun boyun nahiyəsini sıxdığını görmüş, Zərərçəkmiş şəxsin bu hərəkətlərinin səbəbini bilməmişdir. X27 təxminən 20 dəqiqə ərzində sataşmışdır. O, Zərərçəkmiş şəxsə təhlükəli nəsə ola biləcəyini deyərək oradan uzaqlaşıb getməsini demiş, X27 uzaqlaşmış, gedərkən də, arxası Məhkum dönmüş vəziyyətdə geriyə çevrilərək Məhkum qarın nahiyəsinə zirehli gödəkçənin üzərindən təpik zərbəsi vurmuş və getmişdir. Az sonra o, özü də oradan getmişdir. Saat təxminən 21:30 radələrində silah boşaltma yerinin yanında dayanan əsgər Məhkum silahı tək əllə düz tutub Zərərçəkmiş şəxs istiqamətində atəş açdığını görmüş, cəld ora gəlmiş, ikinci dəfə də atəş açacağını fikirləşdiyi üçün dərhal Məhkum silah tutduğu qolundan vurub silahın lüləsini aşağı salaraq Məhkum kürəyindən itələmişdir. İtələməsi nəticəsində Məhkum bir qədər irəli getsə də, özü yerə yıxılmışdır. Həmin vaxt silahın üzərində daraq olmamışdır. Sonra əsgərlər Zərərçəkmiş şəxsin yanına qaçmış, o, özü də yataqxanaya daxil olmuş, orada X35in doş qəfəsinin sol yarısından yaralanmış vəziyyətdə yerə yıxıldığını, bölük komandiri kapitan X46un və digər hərbi qulluqçuların ona ilkin tibb yardım göstərdiklərini görmüşdür. Az sonra Zərərçəkmiş şəxs hərbi tibb avtomobillə hərbi hospitala təxliyə edilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Məhkum və X13 hərbi xidmət müddətində tanımış, münasibətləri xidməti olmuşdur. Məhkum və Zərərçəkmiş şəxs arasında dava-dalaş olmasın ın şahidi olmamış, Zərərçəkmiş şəxs intizamsız əsgər olmuşdur. O, xx xxxxxxx 2018-ci il tarixdə xidmət etdiyi 5-ci bölüyün dayaq məntəqəsində bölük növbətçisi təyin edilmiş, həmin gün saat 20:00-dan 22:00-dək əsgərlər Məhkum və X44 isə bölüyün dayaq məntəqəsinin önündə silahlı patrul naryadı təyin edilmişlər. X35 isə yeməkxana fəhləsi kimi xidmətə cəlb edilmişdir. Həmin gün saat 21:30 radələrində o, bölüyün şəxsi heyətini əsgər yataqxanasında axşam yoxlanışı üçün sıraya düzmüş, bu vaxt bayırdan bir dəfə atəş səsi gəldiyi üçün dərhal bayıra çıxmış, bölüyün əsgər yataqxanasının sağ cinahı istiqamətində qaçmışdır. Oraya çatdıqda Məhkum dəhlizin giriş qapısında dayanaraq “Zərərçəkmiş şəxsi vurdum qolundan dəydi” demişdir. O, Məhkum heç nə soruşmamışdır. Həmin vaxt silah Məhkum sağ əlində idi, silahın lüləsi yerə tuşlanmışdır. Məhkumla Zərərçəkmiş şəxsin arasında 6-7 metr məsafə olmuş, Məhkum həmin vaxt həyacanlı vəziyyətdə olsa da, sonuncu Zərərçəkmiş şəxsə təkrarən atəş açmaq istəməmişdir. Həmin vaxt orada olan əsgər X31 silahını almasını bildirmiş, Məhkum əlindən silahı X45 almış, Məhkum silahı özü X45ə vermişdir. X47 silahı əsgər yataqxanasında olan bölük komandiri, kapitan X46a təhvil vermişdir. X29 yanına getmiş, əsgər yataqxanasında o, bölük komandiri X46, bölüyün sanitar-təlimatçısı X48 və digər hərbi qulluqçular ilə birlikdə Zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərmişlər. Bundan sonra bölük komandiri Məhkum alınan silah və bir ədəd sandıqçanı ona vermiş və o, həmin silah və sursatı aparıb silah otağına qoymuşdur. Zərərçəkmiş şəxs hərbi hospitala təxliyyə edilərkən Mə hkum “narahat olma yaxşı olacaq” demişdir. O, hadisədən sonra Məhkum Zərərçəkmiş şəxsi nə üçün vurması barədə soruşmuş, Məhkum cavabında Zərərçəkmiş şəxs onu bezdirdiyi üçün özünün onu vurduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X23 ifadəsində göstərmişdir ki, X4 qarşı etdiyi hərəkətlərə görə hiddətlənərək xidməti istifadə üçün ona verilmiş silahı silah boşaltma yerinin yanında Zərərçəkmiş şəxsə tuşlayaraq tək-tək atış rejimində ona bir dəfə atəş açmış, Zərərçəkmiş şəxsi sağ sinə nahiyəsindən yaralamışdır. Məhkum ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, sonuncu sual-cavab zamanı silahı döyüşə hazır vəziyyətə özünün gətirdiyini, Zərərçəkmiş şəxsə atəş açmaqda məqsədinin sonuncunu yaralamaq olduğunu, öldürmək niyyətinin olmadığını demiş, öldürmək olsa idi Zərərçəkmiş şəxsi öldürmək imkanının olduğunu bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli, 2266 nömrəli rəyinə əsasən, X9 məhkəmə-tibbi müayinəsi zamanı onda aşkar edilən sağ V-Vİ qabırğaların sınığı və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan, döş qəfəsinin sağ yarısının daxilə nüfuz etmiş dəlib-keçən odlu silah-güllə yaralanması xəsarətləri patronu güllə (mərmi) ilə doldurulmuş odlu silahdan atılmış atəş (atəşlər) nəticəsində törənmişdir. Ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aiddir. Müddəti qərarda göstərilən xx xxxxxxx 2018-ci il tarixə uyğun gələ bilər. Məhkəmə-ballistik, trasoloji və kimyəvi ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 28034/28035/28036 nömrəli rəylərində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet 7,62 mm çaplı olmaqla, «Kalaşnikov» konstruksiyalı, «AKM» markalı, «TH8397» nömrəli, 1974-cü ildə zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahdır, atəş açmaq üçün yararlıdır və tətiyini çəkmədən həmin silahdan atəş açılmır, tətiyə 2,8 kq qüvvə tələb olunur. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz 7,62 mm çaplı olmaqla həmin çapa malik «AKM», «AKMS» və «AK-74» avtomatlarda, «SKS» karabinlərdə istifadə etmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronun zavod üsulu ilə hazırlanmış hissəsidir-gilizidir. Həmin giliz «TH8397» nömrəli avtomat silahdan atılmışdır. Tədqiqata təqdim edilmiş 29 (iyirmi doqquz) ədəd patron 7,62 mm çaplı olmaqla həmin çapa malik «AKM», «AKMS» və «AK-74» avtomatlarda, «SKS» karabinlərdə istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronlardır, istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd predmet 7,62 mm çaplı olmaqla həmin çapa malik «AKM», «AKMS» və «AK-74» avtomatlarda, «SKS» karabinlərdə istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş döyüş sursatı hesab edilən patronun atəş prosesində ayrılmış gülləsinin hissələridir – bir ədədi güllə özəkciyi, digər iki ədədi isə güllə örtüyünün hissələridir. İki ədəd güllə örtüyü bərk predmetə dəydiyindən səthində material çatışmamazlığı müşahidə edilir, deformasiyaya uğradığından, öz ilkin forma və ölçülərini itirdiyindən, atıldığı silahın lülə kanalından qalmağa xarakterik yiv izləri tamamilə yararsızdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet «Kalaşnikov» konstruksiyalı silahların finksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla 30 ədəd 7,62 mm çaplı patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır, istifadəyə yararlıdır. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 40 nömrəli rəyinə görə, Məhkum cinayət əməlini törətdiyi vaxt öz hərəkətlərini tam dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, anlaqlı olmuşdur. Hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini tam dərk etmək, ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Məhkum məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 2746 nömrəli rəy inə əsasən, Məhkum əqli və psixi inkişafına görə hadisə zamanı etdiyi hərəkətləri qavramaqla, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Məhkum hadisə baş verməzdən əvvəlki dövrdə emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişikliklərin baş verməsi müşahidə olunmur. Məhkum niyyətinin məhz zərərçəkmiş Zərərçəkmiş şəxsin həyat və sağlamlığına zərər vurmaq olması, yəni özündə olan avtomat silahdan qəsdən atəş açması, onun özünün şübhəli və təqsirləndirilən şəxs qismində ilkin etirafedici ifadələri, birinci instansiya məhkəməsində verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri, şahid X5 və digər şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması və üzləşdirmə protokolları, ekspert rəyləri, baxış protokolları ilə, maddi sübutlarla, cinayət işinin materiallarına əlavə edilmiş rəsmi sənədlərlə və digər mötəbər, təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Lakin X10 hər hansı dərəcəli xəsarətlər yetirmək deyil, məhz qəsdən öldürmək məqsədi izləməsi işin obyektiv halları qanuni üsullarla əldə edilmiş və araşdırılmış sübutlarla təsdiq edilir. Belə ki, cinayət işinin materiallarına əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən həm şərh edilən, həm də çıxarılmış hökmdə istinad olunan digər sübutlar tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, hər hansı sübutun tədqiqindən məhkəmə imtina etməmiş və məhkəmə araşdırdığı sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirərək belə qənaətə gəlmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxsin ona qarşı etdiyi hərəkətlərdən hiddətlən ən Məhkum ondan qisas almaq məqsədilə və buna görə onu qəsdən öldürmək niyyətində olaraq özündə olan AKM markalı avtomatı döyüş vəziyyətinə gətirib avtomatın lüləsini zərərçəkmiş şəxsə tərəf istiqamətləndirmiş və həmin silahdan, məhkumun göstərdiyi kimi ehtiyatsıhlıqdan deyil, qəsdən bir dəfə həmin istiqamətdə bir atəş açmış, bu atəş nəticəsində də Zərərçəkmiş şəxsin həyat üçün vacib orqanlarına xəsarətlər yetirilmişdir. Bununla sağlamlığına ağır zərər yetirilən Zərərçəkmiş şəxsə vaxtında və lazımi tibbi yardım göstərildiyindən, Məhkum iradəsindən asılı olmayaraq öz niyyətin, yəni zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyətini başa çatdıra bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək həmin nəticənin aşağıda göstəilənlərə uyğun olmasını qeyd edir. Əvvəla məhkəmə kollegiyası onu qeyd edir ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmələrdə Məhkum biri-birinə ziddiyyətli ifadələr verərək, bir ifadəsində atəş açmamışdan əvvəl silahın sürgü qolunu Zərərçəkmiş şəxsin çəkərək atəşə hazır vəziyyətə gətirdiyini, digər bir ifadəsində, bunu özünün etdiyini, daha bir ifadəsində neytral ərazidən şıqqıltı eşitdiyi üçün sürgü qolunu çəkib silahı döyüş vəziyyətinə gətirdiyini, bundan başqa daha bir ifadəsində zərərçəkmiş şəxsin hərəkətlərindən bezdiyi üçün ona avtomat silahdan atəş açdığını, növbəti bir ifadəsində isə silahın lülə kanalında patron olduğunu bilmədən, qorxutmaq məqsədilə silahı zərərçəkmiş şəxsə tərəf tuşladığını, başqa bir ifadəsində isə ümumiyyətlə zərərçəkmiş şəxsə qarşı atəş açmaq istəmədiyini, barmağ ının bilmədən təsadüfən tətiyə dəydiyini və atəş açıldığını göstərmişdir. Məhkəmə kollegiysının qənaətinə görə, Məhkum müxtəlif vaxtlarda müxtəlif məzmunlu ifadələr verməsi onun daha ciddi məsuliyyətdən yaxa qurtarmaq və ya öz məsuliyyətini yüngülləşdirmək məqsədi izləməsinə dəlalət edir. Halbuki işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, zərərçəkmiş şəxsin hadisədən bilavasitə əvvəl həqiqətən Məhkum qarşı hüquqa zidd hərəkətlər törətdiyinə görə, sonuncu bu hərəkətlərdən bezmiş və məhkumun sonradan törətdiyi əməllərin təhlili göstərir ki, o, zərərçəkmiş şəxsin etdiyi hərəkətlərin qarşısını alaraq bunlara son qoymaq məqsədilə onu öldürmək qərarına gəlmişdir. Bunun üçün də, o, avtomat silahı döyüş vəziyyətinə gətirərək zərərçəkmiş şəxsin gizləndiyi hasarın arxasından boylanması nı gözləyib bu an havaya, yaxud da digər istiqamətdə deyil, məhz Zərərçəkmiş şəxsin istiqamətində bir atəş açmışdır ki, onun da bu hərəkətlərinin xarakteri onda formalaşmış niyyətin həyata keçirilməsinə yönəldildiyinə işarə edir. Yəni, Məhkum zərərçəkmiş şəxsi öldürmək deyil, onu sadəcə qorxuzmaq niyyətində olması barədə ifadələri obyektiv olaraq onunla təkzib edilir ki, Məhkum buna kifayət qədər imkanı olduğu halda atəşi hər hansı digər istiqamətdə deyil, məhz Zərərçəkmiş şəxsin istiqamətində açmış, onun həyat üçün vacib orqanlarından güllə yaraları yetirmiş və burada məhkumun əlavə atəşlər açması üçün imkanının olub-olmaması, əlavə atəşlər açıb-açmaması onun əməlinin CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilməsinə heç bir təsir göstərmir və əhəmiyyət kəsb etmir. Bu vaxt Məhkum istifadə etdiyi odlu silahın – AKM markalı avtomatın xüsusiyyətlərinə, atəşin açıldığı məsafəyə və istiqamətinə də (bu hallar təkzibedilməz obyektiv sübutlarla təsdiq olunur) nəzər yetirilməsi məhkumun törətdiyi əməlin düzgün tövsif edilməsi məsələsinin həllində vacib amillərdəndir. İş üzrə dəqiq məyyən edilmişdir ki, Məhkum onun xidməti istifadəsinə verilmiş saz vəziyyətdə olan odlu silahdan istifadə etməzdən əvvəl həmin silahı özü döyüş vəziyyətinə gətirmiş, atəşi 8 metrə yaxın məsafədən məhz zərərçəkmiş şəxsin istiqamətində açmış və bu vaxt avtomatın tətiyini basmadan ondan atəşin açılması mümkünsüzlüyü də məhkəmə-ballistik ekspertizasının rəyində öz təsdiqini tapmışdır. Bundan başqa, Məhkum hərəkətlərinin xarakteri, onun zərərçəkmişə yetirdiyi xəsarətin həyat üçün təhlükəli olması, atəşin ins an həyatı üçün mühüm əhəmiyyətə malik orqanın–ürəyin yerləşdiyi nahiyənin ətrafı istiqamətində açılması da məhkumun zərərçəkmişi qəsdən öldürmək niyyətində olmasına dəlalət edən mötəbər məlumatlar kimi qəbul edilməlidir. Buradan görünən odur ki, Məhkum törətdiyi əməlin zərərli nəticələrə səbəb olacağını dərk etmiş, bu nətiəcələrin baş verəcəyini qabaqcadan görmüş və onların, yəni zərərçəkmiş şəxsin ona qarşı etdiyi hərəkətlərdən bezərək onun həyatdan mərum olmasını arzu etmişdir. CM-nin 25.2-ci maddəsinin tələblərinə görə isə, belə əməllər birbaşa qəsdən törədilən əməllər kimi qiymətləndirilir. Həmin maddəyə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu h alda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməllərinin CM-nin 29,120.1-ci maddəsi ilə tövsif edilməsi haqqında gəldiyi nəticəni qanuni və əsaslı sayaraq hesab edir ki, bu nəticə həm toplanmış sübutların məcmusuna, həm cinayət qanunvericiliyinin tələblərinə, həm də Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenmunun vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün verdiyi izahlarına və tövsiyələrinə uyğundur. Məhkum əməlinin CM-nin 350.1-1-ci maddəsinə tövsif edilməli olması barədə kassasiya şikayətində irəli sürülmüş tələbə gəldikdə isə, məhkəmə kollegiyası iş materiallarında məhkumun odlu silahla davranış qayda larını pozmasını, yəni onun atəşi ehtiyatsızlıqdan açmasını təsdiq edən mötəbər sübutları aşkar etmir və buna görə də kassasiya şikayətinin bu hissədə təmin olunması üçün əsaslar görmür. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası Məhkum atəş açmazdan əvvəl onun davranışı ilə bağlı etdiyi ardıcıl hərəkətlərin xarakterinə (yuxarıda şərh edilən) əsaslanır və qeyd edir ki, bu hərəkətlərin mahiyyəti məhkumun odlu silahla davranış qaydalırını pozmasını təkzib edir. Beləliklə, məhkəmə kollegiyası Məhkum müdafiəçisi F.İ.İskəndərovun kassasiya şikayətində göstərdiyi dəlilləri qəbul edilməz sayaraq qeyd edir ki, həmin şikayətin təmin edilməsi və apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum təyin olunmuş cəzanın onun törətdiyi əməllərə və işin hallarına, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olmaması barədə hər hansı dəlill gətirilməyərək bu məsələ ilə bağlı tələb irəli sürülməsə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya məhkəməsin tərəfindən bu məsələnin düzgün həll edilib-edilməməsini yoxlamış və müəyyən etmişdir ki, göstərilən məhkəmə Məhkum cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə iş üzrə müəyyən edilmiş digər halları kifayət qədər nəzərə almış və bu vaxt cəza təyin etmənin əsasları, qaydaları və şərtləri təsbit edilmiş CM-nin 8, 41, 58, 59, 61 və 63-cü maddələrinin tələblərinə əməl etmişdir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi R.İ.Abdıyevin, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı C.R.İsgəndərovun çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, müdafiəçi F.İ.İskəndərovun kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmü isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilm əsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-12/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-12/2021
02.03.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver