Məhkəmə qərarları › İş №1-1(102)-12/2022

Ali Məhkəmə Qərar — İş №1-1(102)-12/2022

01.02.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-12/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və cinayət məsuliyyətindən azad edilmiş iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin 26 aprel 2021-ci il tarixl i qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 335.1-ci maddəsi ilə təqsirləndirilən cinayət məsuliyyətindən azad edilmiş CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından cinayət məsuliyyətindən azad edilməsi və barəsindəki cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 17 avqust 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Nəsir ov Vidadi Mikayıl oğlu) CM-nin 335.1-ci maddəsi ilə təqsirləndirilən cinayət məsuliyyətindən azad edilmiş, xxxxxx il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum оlunmamış, 22 iyul 2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi tərəfindən çağırış üzrə müddətli həqiqi hərbi xidmətə çağrılmış, N nömrəli hərbi hissənin 1-ci taborunun 2-ci bölüyünün 2-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində kiçik-çavuş hərbi rütbəsində хidmət etmiş, ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından o, cinayət məsuliyyətindən azad edilmiş və barəsindəki ci nayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətindən azad edilmiş CM-nin 335.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, öz sağlamlığına zərər yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Belə ki, cinayət məsuliyyətindən azad edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 2-ci bölüyünün 2-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində kiçik-çavuş hərbi rütbəsində xidmət etdiyi müddətdə 23 iyul 2020-ci il tarixdə saat 19:00-dan 24 iyul 2020-ci il tarixdə saat 19:00-dək N nömrəli hərbi hissənin Naftalan şəhəri ərazisində yerləşən qarovul evində saatdar kimi xidmətə təyin edilib 24 iyul 2020-ci il tarixdə saat 08:00 radələrində qarovul evinin Naftalan şəhəri ərazisində yerləşən hərbi hissənin mühəndis anbarının mühafizəsinin təşkili üçün nəzərdə tutulmuş 2 nömrəli postunda saatdar olarkən həmin gün saat 01:00-dan 03:00-dək saatdar olduğu zaman müxtəlif səslər eşitdiyi üçün öz sağlamlığına zərər yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmaq niyyəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və Qarovul xidmətləri nizamnaməsinin 170-ci maddəsinin “silah müvafiq silahlar üçün atıcılıq işi üzrə təlimatlarda göstərilən qaydalara uyğun olaraq doldurulur və bu halda patron patron yuvasına yeridilmir...” tələbini pozaraq istifadəsində olan “AKM” markalı “HE 3446” nömrəli silahın patron sandıqçasında olan ilk iki ədəd təlim patronunu patron sandıqçasından çıxarmaqla patr on sandıqçası çantasına qoymuş, patron sandıqçasında döyüş patronu olmasından əmin olduqdan sonra patron sandıqçasını silaha birləşdirməklə silahın qoruyucusunu tək-tək atəş rejiminə qoymaqla döyüş vəziyyətinə gətirib silahın lüləsini sol ayağının pəncə hissəsinə dirəyib əlini bir dəfə tətiyə basmaqla, nəticədə özünə dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən “ayağın İİ daraq sümüyünün başının qəlpəli, yerini dəyişən, İİ barmağın proksimal falanqasının cüzi yerini dəyişən sınıqları ilə müşayiət olunan dəlib-keçən odlu silah (güllə) yaralanması” bədən xəsarətini yetirərək həmin gün N nömrəli hərbi hissəyə təxliyyə edilərək, hospitalda 25 avqust 2020-ci il tarixədək, yəni 32 gün müddətində stasionar müalicədə olmağa, 25 avqust 2020 -ci il tarixdə N nömrəli hərbi hissədə Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək xəstəliklə əlaqədar 14 gün müddətinə xidməti vəzifələrinin icrasından tam azad edildikdən sonra 14 gün müddətində xidməti vəzifələrinin icrasından tam azad edilməyə nail olmaqla, öz sağlamlığına zərər yetirməklə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Cinayət məsuliyyətindən azad edilmiş ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsini, xidmət etdiyi N nömrəli hərbi hissənin şəxsi heyətinin tərkibində Vətən Müharibəsində vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməsini, döyüşlərdə göstərdiyi x idmətlərinə görə “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medallarla təltif olunmasını, bununla da onun şəxsiyyətinin ictima təhlükəliliyinin aradan qalxmasını nəzərə alaraq birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin müdafiəçisi X9 vəsatətini təmin etmiş və iş üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qərarla CM-nin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş şəraitin dəyişməsi nəticəsində şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığında cinayət məsuliyyətindən azad edilmiş, onun barəsindəki cinayət təqibinə və cinayət işi üzrə icraata isə xitam verilmişdir. Tərtər Hərbi Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Orucov Azad Talıb oğlu tərəfindən verlmiş apellyasiya protestinə əsasən cinayət işinə ilkin baxış iclasında baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) həmin iclasda qəbul etdiyi 17 avqust 2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti isə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 17 avqust 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Konst itusiyasının, cinayət və cinayət-prosessual qanunvericiliklərinin bir sıra normalarında nəzərdə tutulmuş tələblərə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, habelə cinayət işi üzrə müəyyən edilmiş hallara və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı Q.A.Rizvanov kassasiya protestini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cinayət məsuliyyətindən azad edilmiş barəsində müvafiq qərarlar qəbul edərkən (şəraitin dəyişməsi nəticəsində təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi) zəruri sübutları tədqiq etməmiş, yəni təqsirləndirilən şəxs və şahidlər dindirilməmiş və ya onların ifadələri elan olunmamış, ittihamın məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv araşdırılması üçün əhəmiyyətli olan sənədlər elan edilməmiş, müdafiəçiyə və dövlət ittihamçısına məhkəmə çıxışlarında iştrak etmək, təqsirləndirilən şəxsə isə son sözlə məhkəməyə müraciət etmək imkanları yaradılmamış və yalnız cinayət məsuliyyətindən azad edilmiş əvvəllər məhkum olunmaması, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, Vətən müharibəsində iştirak edərək medallarla təltif olunması kimi hallar nəzərə alınaraq onun cinayəti törətdikdən sonra şəxsiyyətinin ictimai təhlükəliliyinin aradan qalxdığını hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmış və qərarda onun möhkəmləndirilməsinə xidmət edən əsaslandırma apararaq qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin birinci instansi ya məhkəməsindəki icraatın gedişini əks etdirən və məhkəmə istintaqı başlananadək olan məsələləri tənzimləyən normalarında iş üzrə icraata xitam verilməsini məhdudlaşdıran və ya bunu aradan qaldıran hər hansı müddəa nəzərdə tutulmamış, CM-nin 74-cü maddəsində göstərilən əsaslar məhkəməyə həmin mərhələdə məlum olduğuna və təkzib edilmədiyinə görə başqa sübutların araşdırılması prosesinin lüzumsuz yerə uzadılması ilə nəticələnə bilərdi. Lakin məhkəmələr cinayət məsuliyyətindən azad edilmiş barəsində qərarlar qəbul edərkən cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasını, habelə qanunçuluq, məhkəmə qərarının məhkəmədə araşdırılmış sübutlara əsaslanmalı olması və digər prinsiplərə əməl etməmiş, natamam araşdırma apararaq əsassız qərarlar qəbul etmişlər. Bununla yanaşı dövlət ittihamçısı qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad edilmiş barəsindəki Tərtər Hərbi Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarından verilmiş apellyasiya protestinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ilkin baxış iclasında həmin protestin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının isə dəyişdirilmədən saxlanılması haqqında 17 avqust 2021-ci il tarixdə qərar qəbul etməklə həm də apellyasiya icraatına aid olan qanunvericiliyin tələblərini, xüsusən də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 391-ci maddəsinin tələblərini pozmuşdur. Dövlət ittihamçısının mövqeyinə görə, iş üzrə heç bir sübut araşdırılmadan cinayət məsuliyyətindən azad edilmiş faktiki olaraq ona elan olunmuş itti ham üzrə cinayətin törədilməsində təqsirli bilinməsi sosial ədalətin bərpasına xələl gətirir və ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Kassasiya protestində göstərdiyi dəlillərə əsaslanaraq dövlət ittihamçısı Q.A.Rizvanov həmin protestin təmin edilməsini, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin həmin məhkəmədə yenidən baxılmasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı Q.A.Rizvanov öz kassasiya protestində məhkəmələr tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyətə malik olan sübutların tədqiqindən əsa ssız imtina etməklə həmin sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymtələndirilməməsini iddia edərək bununla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdir mək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Q.A.Rizvanovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə həmin protestin dəlillərinə cavab verilməsi üçün Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya prot estinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstü nlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, s übutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Mü dafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ müna sibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konsttusiyanın 63-cü maddəsinin İ-V hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. C inayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Məhkəmə kollegiyası hazırki işin hallarına görə onu da nəzərə almağı vacib sayır ki, Konstitusiyanın 76-cı maddəsinin İ hissəsində Vətəni müdafiə hər bir Azərbaycan Respublikası vətəndaşının borcu kimi təsbit edilmişdir. Qanunla müəyyən e dilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, "Mülki və siyasi hüquqlar haqqında” Paktın 14-cü maddəsinin 2-ci bəndində və Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində də təqsirsizlik prezumpsiyası eyni şəkildə təsbit edilmişdir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağla batan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməs inə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28. 5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilm işdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxl amağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obye ktivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdikləri kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsind ə təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nə ticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutlmuş CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CM-nin 74-cü maddəsinə əsasən, şəraitin dəyişməsi n əticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunma sının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdır ılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, qanunvericilikdə nəzərdə tutulmuş normaların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata ke çirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kol legiyasının hüquq mövqeyinə görə, sübutetməyə, sübutların araşdırılması və onların qiymətləndirilməsinə dair yuxarıda göstərilən tələblərə həmçinin şəxsin cinayət məsuliyyətndən azad etməni nəzərdə tutan cinayət qanunvericiliyinin müvafiq normalarının (CM-nin 72-75-ci maddələrinin) tətbiqi və bu haqda qərarların qəbul edilməsi zamanı da əməl olunmalıdır. Yəni bir sıra hallarda dövlət ittihamçısı ittihamdan imtina etmədikdə şəxsin bu və ya digər əsasla cinayət məsuliyyətindən azad edilməsi məsələsini həll etməzdən əvvəl məhkəmə təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq təqdim olunmuş sübutları tam, hərtərfli və obyektiv tədqiq etməli, həmin sübutları qanuna müvafiq qaydada mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi üzrə qiymətləndirməli, bir sübutun digərindən üstün olmasını, sübutların kifa yət etməsini əsaslandırmalı və yalnız bundan sonra həmin şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməlini və ya əməllərini törətməsi barədə əsaslandırılmış nəticəyə gəlməklə həmin şəxsin bu ya digər əsasla cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul etməlidir. Bu haqda qərar qəbul etməzdən əvvəl isə məhkəmə həmçinin cinayət işlərinə, sadələşdirilmiş icraat üzrə materiallara və ya xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılmasını tənzimləyən cinayət-prosessual qanunun XL-XLV fəsillərində nəzərdə tutulmuş normaların bütün tələblərinə də əməl etməlidir. İstisna olaraq məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsinin prosessual əsasları və qaydası cinayət-prosessual qanu nun aşağıdakı normalarında nəzərdə tutulmuşdur. Belə ki, CPM-nin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. CPM-nin 40.3 və 40.4-cü maddələrində müəyyən edilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 41.4-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. CPM-nin 41.5-ci maddəsinə görə, məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. CPM-nin 41.6-cı maddəsinin tələblərindən görünür ki, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. CPM-nin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74- cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qər arına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. CPM-nin 40.2, 41.6-cı və yuxarıda göstərilən digər maddələrinin təhlilindən belə nəticə hasil olur ki, məhkəmə işə məhkəmədə baxılarkən CM-nin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində göstərilən əsaslarla cinayət təqibinə xitam verilməsi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərarı yalnız dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi hallarında çıxara bilər. Qalan hallarda isə məhkəmə baxışı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılaraq başa çatdırılmalı, dövlət ittihamçısına, müdafiəçiyə, zərər çəkmiş şəxsə (ölmüş zərər çəkmiş şəxsin hüquq varisinə), mülki iddiaçıya və mülki cavabdehə, onların nümayəndələrinə məhkəmə çıxışlarında iştirak etmələri, təqsirləndirilən şəxsə i sə son sözlə məhkəməyə müraciət etməsi üçün şərait yaradılmalı və yalnız bundan sonra CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü nəzərdə tutulmuş əsasları müəyyən etdikdə sonuncunun haqqında cinayət təqibinə xitam verilməsi və onun məsuliyyətdən azad edilməsi haqqında qərar qəbul edə bilər. Belə nəticə həmçinin CPM-nin 43.1-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddəyə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: - dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə (CPM-nin 43.1.1-ci maddəsi); - bu Məcəllənin 39.1.4 (cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə), 39.1.6–39.1.11 maddələrində (şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi ya lnız xüsusi ittiham qaydasında həyata keçirildikdə), şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla), cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda), habelə CPM-nin 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda (CPM-nin 43.1.2-ci maddəsi). CPM-nin 43.3-cü maddəsində təsbit edilmişdir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3 (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə), 39.1.12 (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətində n azad edilməli olduqda) və 40.2-ci (şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər) maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, şərh olunan normalarla məhkəmə baxışının gedişində cinayət törətmiş şəxsin haqqında CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələri tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi haqqında qərarın qəbul edilməsi bütün hallarda dövlət ittihamçısının həmin şəxsə elan olunmuş ittiham dan imtina etməsi ilə şərtləndirilir. Əks halda isə (dövlət ittihamçısı ittihamdan imtina etmədikdə) və hətta müdafiə tərəfi bu haqda vəsatət qaldırsa belə məhkəmə həmin vəsatəti təmin etməməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət edərək məhkəmə baxışını başa çatdırır və yalnız bundan sonra şəxsin CM-nin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar, yaxud da iş üzrə ittiham hökmü və ya bəraət hökmü çıxarır. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda göstərilən normalarının bu cür təfsiri və şərhi ilə bağlı hüquqi mövqeyini həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Proses sual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli Qərarında da ifadə etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında “cinayət məsuliyyətindən və cəzadan azad etmə” anlayışlarına aydınlıq gətirərək göstərmişdir ki, nəzəriyyədə cinayət məsuliyyətindən azad etmə dedikdə, törədilmiş cinayətə görə dövlətin şəxsi mühakimə etməkdən və ona cəza tətbiq etməkdən imtina etməsi başa düşülür. Cəzadan azad etmə isə məhkum olunmuş şəxsə cəzanın tətbiq edilməməsini və yaxud cəzanın qalan hissəsini çəkməkdən azad edilməsini nəzərdə tutur. Cinayət məsuliyyətindən azad etmə və cəzadan aza d etmə aşağıdakılara görə fərqlənirlər: - cinayət mühakimə icraatının mərhələlərinə görə; bu cür qərar qəbul etmək səlahiyyətinə malik olan şəxslərin və orqanların dairəsinə görə. Cinayət məsuliyyətindən azad etmə həm məhkəməyədək mərhələdə, həm də məhkəmə baxışı mərhələsində mümkündür. Cəzadan azad etmə isə yalnız məhkəmə baxışı mərhələsində mümkündür. 14 sentyabr 2021-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları vurğulamışdır: “Cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqi qi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir... CM-nin 74-cü maddəsinin tətbiqi ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bununla əlaqədar olaraq onun barəsində cinayət təqibinə xitam verilməsi üçün, ilk növbədə, şəxsin təqsiri müəyyən edilməli, bundan sonra şəraitin dəyişmiş olmasına dəlalət edən hallar müəyyən edilərək qiymətləndirilməlidir... Burada həmçinin n əzərə almaq lazımdır ki, CPM-nin 7.0.9-cu maddəsinə əsasən, ədalət mühakiməsi məhkəmə tərəfindən həyata keçirilir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsi həyata keçirilərkən cinayət işlərinə və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına cinayət-prosessual qanunvericiliyinin qəbul olunmuş prinsip və vəzifələri çərçivəsində baxılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunveri cilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq, yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadl ıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərar). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi tələb edir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləsinə müvafiq surətdə müəyyən edilmiş hüquq i prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar (CinayətProsessual Məcəlləsinin 28.1-ci maddəsi). Cinayət mühakimə icraatında tərəflərin çəkişməsi prinsipi isə Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla, hər bir tərəfin məhkəmədə təmsil olunmasını və öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını ehtiva edir (CPM-nin 32.2.1 və 32.2.2-ci maddələri). Həmçinin CPM-nin 33-cü maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməyi tələb edir. Bu prinsipə g örə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (CPM-nin 33.2, 33.3 və 33.4-cü maddələri). CPM-nin 346.1-ci maddəsində məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilən məsələlər sırasında cinayət hadisəsinin və təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilməməsi, cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub- olmaması müəyyən olunmuşdur. Göstərilən normaların təhlilindən göründüyü kimi, cinayət əməlinin və ya əməli törətmiş şəxsin ictimai təhlükəliliyini itirib-itirməməsi, şəraitin dəyişməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olub-olmamasına dair sübutlara məcmu halında, məhkəmə baxışı mərhələsində qiymət verilməlidir... Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, 127-ci maddəsinin İİ hissəsinin, CPM-nin 39, 40.2, 43.3, 299 və 305.1-ci maddələrinin tələblərinə uyğun olaraq, CM-nin 74-cü maddəsində nəzərdə tutulmuş hallar yalnız məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.” Göründüyü kimi, həm cinayət, həm d ə cinayət-prosessual qanunvericiliklərində məhkəmə baxışının gedişində şəxsin müəyyən şərtlərlə cinayət məsuliyyətindən azad edilməsi mümkünlüyü nəzərdə tutulsa da, Konstitusiya Məhkəməsinin Plenumu da cinayət mühakimə icratının qanunçuluq, tərəflərin çəkişməsi və digər prinsiplərə, habelə təqsirsizlik prezumpsiyası hüququna əsaslanaraq həmin şəxsin ona ittham olunmuş cinayət əməlini törətməsinə dəlalət edən sübutların məhz məhkəmə iclasında tədqiq edilməsinə, onlara qanuna müvafiq qaydada qiymət verilməsinə və yalnız həmin şəxsin təqsiri sübuta yetirildikdə onun cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarın qəbul edilməsinə önəm vermişdir. Məhkum barəsindəki cinayət işinin materiallarından isə bütün yuxarıda göstərilənlərə əməl olunması görünmür. Belə ki, iş materiallarına əsas ən, cinayət məsuliyyətindən azad edilmiş CM-nin 335.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinyayət işi mahiyyəti üzrə baxılması üçün 16 fevral 2021-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinə daxil olduqdan sonra məhkəmənin hazırlıq iclasının 19 mart 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə məhkəməyə verilmiş, işə baxılması isə cinayət prosesi tərəflərinin iştirakları ilə 02 aprel 2021-ci il tarixə saat 14.00-a təyin edilmişdir. Həmçinin məhkəmə iclasına ittiham aktına əlavə edilmiş siyahıda göstərilən şəxslərin də məhkəmə iclasına çağırılmaları qərara alınmışdır. 12 aprel 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müvafiq prosessual qaydalara əməl olunduqdan, o cümlədən dövlət ittihamçısı A.T.Orucov ittiham aktının nəticəvi hissəsini elan etdikdə n sonra məhkəmə istintaqının aparılması ardıcıllığı müəyyən edilmiş və bununla bağlı qəbul edilmiş qərara əsasən ilk növbədə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş dindirilmiş, o, isə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək törətdiyi cnayət əməlinin halları barədə həm hazırki qərarın “İşin halları” hissəsində göstərilənlərlə, həm də onun ibtidai araşdırma zamanı verdiyi ifadələrlə üst-üstə düşən ifadələr vermişdir. Eyni zamanda Məhkum göstərmişdir ki, o, N saylı hərbi hissənin tərkibində N günlük Vətən müharibəsində iştirak etmiş və “Suqovuşanın azad edilməsinə görə” və “Laçının azad edilməsinə görə” meddallarla təltif olunmuşdur. Bununla bağlı cinayət məsuliyyətindən azad edilmiş müdafiəçisi O.R.Muradov vəsatət qaldıraraq hüquqlarını müdafiə etdiyi şəx sin Vətən müharibəsində iştirak etməsi və onun ifadələrində göstərdiyi medallarla təltif olunması haqqında N saylı hərbi hissəyə sorğu verilərək cavab alınmasını xahiş etmiş, məhkəmə tərəfindən həmin vəsatət təmin olunmuş və eyni zamanda şahidlər X5, X4 və X2 məhkəmənin növbəti iclasına çağırılıb dindirilmələri qərara alınmış, məhkəmə iclası isə 26 aprel 2021-ci il tarixədək təxirə salınmışdır. 26 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə N saylı hərbi hissədən Məhkum həqiqətən həmin hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsində iştirak etməsi və və “Suqovuşanın azad edilməsinə görə” və “Laçının azad edilməsinə görə medallarla təltif olunması barədə arayış daxil olmuş və müdafiəçi O.R.Muradov həmin arayışa ist inad edib vəsatət qaldıraraq CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə əlaqədar, yəni Məhkum şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından cinayət məsuliyyətindən azad edilməsi və onun barəsindəki cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs də bu vəsatətlə razı olduğunu bildirmişdir. Həmin vəsatətin təmin olunmaması, iş üzrə başqa sübutların da tədqiq edilməsi zəruriliyi barədə ittihamdan imtina etməsini bildirməyən dövlət ittihamçısı A.T.Orucovun rəyini dinlədikdən sonra məhkəmə iş üzrə başqa sübutları araşdırmadan, onlara qanuna müvafiq qaydada qiymət vermədən, ümumiyyətlə Məhkum ona elan olunmuş ittiham üzrə cinayət törətməkdə təqsirli olub-olmamasını araşdırdığı sübutlarla müəyyən e tmədən, hətta təqsirləndirilən şəxs haqqında N saylı hərbi hissədən verilmiş arayışı belə tədqiq etmədən, digər tərəfdən isə məhkəmə istintaqının yekunlaşdırılması barədə cinayət prosesi iştrakçılarının fikirlərini soruşmadan, dövlət ittihamçısına və müdafiəçiyə məhkəmə çıxışlarında iştirak etmələri, təqsirləndirilən şəxsə isə məhkəməyə son sözlə müraciət etməsi üçün şərait yaratmadan müşavirə otağına getmiş və müdafiəçi O.R.Muradovun vəsatətinin təmin edilməsi, cinayət məsuliyyətindən azad edilmiş CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində cinayət məsuliyyətindən azad edilməsi və onun barəsindəki cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi haqqında 26 aprel 2021-ci il tarixli qərarı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı h əmin qərardan görünür ki, məhkəmə Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən yalnız təqsirləndirilən şəxsin etirafedici ifadələrinə əsaslanmışdır. Halbuki, CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bununla yanaşı, məhkəmə nəzərə almamışdır ki, CPM-nin 139.0.1 və 139.0.4-cü maddələrinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: - cinayət hadisəsinin baş vermə faktı və halları; - şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; - cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, bu qaydada və məzmunda qərar qəbul etməklə məhkəmə, kassasiya protestində göstərildiyi kimi, həmçinin CPM-nin 344, 346 və 347-ci maddələrinin tələblərinin də pozulmasına yol vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, cinayət məsuliyyətindən azad edilmiş barəsindəki cinayət işi üzrə sübutetməyə, sübutların qiymətləndirilməsinə və onların kifayət etməsinə dair prosessual qanunvericiliyinin yuxarıda göstərilən tələblərinin birinci instansiya məhkəməsi tərəfindən pozulmasına dair nöqsanı həm də apellyasiya instansiyası məhkəməsi də təkrarlamış və hər iki məhkəmə zəruri olan sübutların tədqiqindən əsassız olaraq imtina edərək araşdırılmış sübutlara CPM-nin 143-146-cı mad dələrində nəzərdə tutulmuş qaydada lazımi qiymət verməmişlər ki, bu hallar da apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini şərtləndirən CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində göstərilən pozuntulara yol verilməsinə və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2021-ci il tarixli qərarından verilmiş kassasiya protestinin əsaslı olmasına dəlalət edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin pozuntularla, mötəbər sübutlara əsaslanmayan qərar qüvvəsində saxlanıla bilməz və belə qərar ləğv edilməklə işin apellyasiya protestinə ilkin baxış iclası mərhələsindən yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegyiyası işin məhz apellyasiya protestinə ilkin baxış iclası mərhələsindən yenidən baxılmasının təyin edilməsini ona görə zəruri bilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinn yuxarıda göstərilən pozuntulara yol verməsini təkrarlamaqla, həm də apellyasiya müraciətlərinə baxılmasını tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarınınn da pozulmasına yol vermişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, hazırki iş üzrə Tərtər Hərbi Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarından dövlət ittihamçısı A.T.Orucov apellyasiya protesti vermiş, lakin məhkəmə CPM-nin 391-ci maddəsinin tələblərinə zidd olaraq həmin protest üzrə ilkin baxış iclasında CPM-nin 391.3-cü maddəsində sadalanan qərarlardan birini qəbul etmək əvəzinə, bu iclasda həmin maddədə nəzərdə tutulmayan apellyasiya protestinin təmin edilməməsi, apellyasiya qaydasında mübahisələndirən qərarın isə dəyişdirilmədən saxlanılması haqqında 17 avqust 2021-ci il tarixli qərarı qəbul etmişdir. Hərçənd, CPM-nin 9.2-ci maddəsinin tələblərinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 391.3.1-391.3.10-cu maddələrinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: - apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərək ətsiz saxlanılması haqqında; - apellyasiya şikayətinin və ya apellyasiya protestinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında; - apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında; - apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında; - apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında; - cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə, icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında; - apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələş dirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında; - cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında; - cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında; - apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. Təhlil göstərir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin apellyasiya protestinə ilkin baxış iclasında yalnız CPM-nin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərarın (apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında) qəbul edilməsi üçün əsas olmuşdur ki, məhkəmə də naməlum səbəblərdən bu məsələni həm müzakirə etməmiş, həm də belə qərar qəbul etməkdən imtina etmişdir. Məhkəmənin göstərilən iclasda qəbul etdiyi 17 avqust 2021-ci il tarixli qərardan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qərarda CPM-nin 391-ci maddəsinin konkret hansı normasına əsaslanmaqla qərar qəbul etdiyini göstərməmiş və həmin maddə ilə yanaşı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydalarını və müddətlərini tənzimləyən, habelə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququ olan şəxslərin dairəsini müəyyən edən CPM-nin 407-410 və 412-ci maddələrinə istinad etmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin ed ilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun və həmin protestin təmin edilməməsi barədə cinayət məsuliyyətindən azad edilmiş cinayət məsuliyyətindən azad edilmiş çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməli və cinayət məsuliyyətindən azad edilmiş CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində cinayət məsuliyyətindən azad edilməsi və onun barəsindəki cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2021-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində apellyasiya protestinə ilkin baxış iclası mərhələsində yenidən baxılması təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci ma ddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilsin. Tərtər Hərbi Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirləndirilən cinayət məsuliyyətindən azad edilmiş CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi ilə bağlı şəxsiyyətinin ictimai təhlükəliliyi aradan qalxdığından cinayət məsuliyyətindən azad edilməsi və barəsindəki cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya protestinə ilkin baxış iclasının 17 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində apellyasiya protestinə ilkin baxış iclası mərhələsindən yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar