Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-12/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 202 4-cü il tarixli 1-1(104)-25/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Hərbi Məhkəməsinin (hakimlər Vüqar Məmmədov (sədrlik edən), Nurəddin Hüseynli (məruzəçi) və Kamran Muxtarov) 13 noyabr 2023-cü il tarixli 1-1(095)-2/2023 nömrəli hökmü ilə: - Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 232.2.2 və 232.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, o, CM-in 228.2.2, 329.2.1, 329.2.2, 329.2.6 və 329.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 228.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 329.2.1, 329.2.2 və 329.2.6-cı maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, C M-in 329.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2021-ci il tarixdən hesablanmış, - Məhkum2 CM-in 338.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, o, CM-in 342.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında saxlanıldığı 1 (bir) il 8 (səkkiz) ay 19 (on doqquz) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadl ıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 11 (on bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, - Məhkum3 CM-in 338.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, o, CM-in 342.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Rafiq Cəfərov və Əlizamin Abdullayev) 12 mart 2024-cü il tarixli 1-1(104)25/2024 nömrəli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 11(095)-2/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Faiq Mahmudov) 09 sentyabr 2024-cü il tarixli 1-1(104)-25/2024 nömrəli qərarı ilə kassasiya protestinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2024-cü il tarixli 1-1(104)-25/2024 nömrəli qərarının ləğv edilməsi və onun kassasiya protestinin verilməsi üçün müddəti n bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən kassasiya protesti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasından imtina edərkən belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı 12 mart 2024-cü il tarixdə çıxarılmasına və bu tarixdən etibarən 5 ay keçməsinə (son müddət 12 iyun 2024-cü il tarix hesab edilir) baxmayaraq, dövlət ittihamçısı müəyyən edilmiş müddət ərzində kassasiya protesti vermək hüququndan istifadə etməmiş, yalnız kassasiya protesti vermək hüququnun son müddətindən 2 ay keçdikdən sonra kassasiya protesti vermişdir. Bundan əlavə dövlət ittihamçısı vəsatətində kassasiya pr otesti verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsinə səbəb kimi birinci olaraq qərarın ona gec təqdim olunmasını göstərmiş, lakin qanunvericiliyin də mənasından göründüyü kimi, kassasiya protesti verilməsi üçün müəyyən edilmiş müddətin axımı qərar tərəflərə təqdim olunduqdan sonra deyil, onların çıxarıldığı gündən hesablanır. Halbuki, dövlət itthamçısı vəsatətində həmin qərarın işə baxan hakimin iş yerinin dəyişdirilməsi ilə əlaqədar müəyyən müddətdən sonra dövlət ittihamçısına təqdim olunmasını, həmçinin dövlət ittihamçısının iyul ayının 29-na kimi məzuniyyətdə olmasını, sonradan isə qeyd olunan vəsatətə baxılana kimi Gəncə Apellyasiya Məhkəməsində dövlət ittihamçısı kimi tək fəaliyyət göstərməsini, iş həcminin çoxluqunu və sadalanan halların da nəzərə alınmaqla həmin qərardan kass asiya protestinin vaxtında verilməsinin mümkün olmamasını, həmçinin Gəncə Apellyasiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarının isə “Elektron Məhkəmə” sistemində şəxsi kabinet vasitəsilə dövlət ittihamçısına vaxtında qöndərilməməsini və bu barədə həmin tarixlərdə şəxsi kabinetdə məlumat yerləsdirilməməsini göstərmişdir. Vəsatətə baxan məhkəmə kollegiyası üzrlü hesab olunan dövlət ittihamçısının iradəsindən asılı olmayan sadalanan halları və CPM-in 51-ci maddəsinin tələblərini əsassız olaraq nəzərə alınmamışdır. Bundan başqa məhkəmə kollegiyası nəzərə almamışdır ki, CPM-in 410-cu maddəsində kassasiya şikayəti və kassasiya protestinin verilmə müddəti konkret göstərilməsinə baxmayaraq, qanunvericilik müddətin buraxılmasının mümkünlüyü halını da nəzərə almış və bu məsələni tənzimləyən norma müəyyən etmişdir. Cinayət prosessual qanunvericiliyin mənasına görə kassasiya şikayəti və kassasiya protestinin verilmə müddəti üzrlü səbəbdən buraxıldıqda həmin müddətin bərpası məsələsinə baxılması üçün belə şikayət və ya protest vermək hüququna malik olan şəxslər kassasiya instansiyası məhkəməsi qarşısında vəsatət qaldıra bilərlər. Həmçinin cinayət prosessual qanunvericiliyin tələbinə əsasən şəxsin iradəsindən asılı olmayan digər halın baş verməsi də kassasiya protestinin verilməsi üçün müddətin bərpası barədə vəsatətin təmin olunması üçün əsasdır. Bundan əlavə 12 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə rəsmi qaydada müraciət olunaraq Azərbaycan Respublikası CPM-in 51.6-1-ci və 51.7-ci maddələrinin tələblərinə əsasən məhkəmə iclasının protokolu və ona əlavə edi lmiş audioyazı ilə tanış olmaq üçün imkan yaradılması xahiş olunmuşdur. Lakin məhkəmə kollegiyası tərəfindən rəsmi qaydada ünvanlanan müraciətə cavab verilməmiş, həmçinin məhkəmə iclas protokolu ilə tanış olunması üçün imkan yaradılmamış, habelə məhkəmə iclasının audioyazı ilə aparılıb-aparılmaması barədə məlumat verilməmiş, audioyazı ilə aparıldığı təqdirə həmin audioyazı ilə tanış olmaq üçün şərait yaradılmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalı, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2024cü il tarixli 1-1(104)-25/2024 nömrəli qərarı dəy işdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı3 kassasiya protestinin başlıca dəlili kassasiya protestinin verilməsi barəd ə buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Cinayət işinin materiallarından görünür ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək müddətini buraxmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 410.1.2-ci maddəsinə əsasən nəzərdə tutulmuş bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 3 (üç) ay müddətində kassasiya protesti verilir. Cinayət işində olan sənədlərdən müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli 1-1(104)-25/2024 nömrəli qərarı proses iştirakçılarının, o cümlədən m əhkumun, onun müdafiəçisinin və dövlət ittihamçısının iştirakları ilə elan edilmiş, qərarın surəti 13 mart 2024-cü il tarixdə Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinə göndərilmişdir. Məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli 1-1(104)-25/2024 nömrəli qərarından kassasiya protesti 26 avqust 2024-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası CPM-in 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qal dırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iş üzrə dövlət ittihamçısı tərəfindən kassasiya protestinin qanunla müəyyən edilmiş 3 ay ərzində verilməsinə mane olan CPM-in 409-cu maddəsində göstərilmiş səbəblər müəyyən edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2024-cü il tarixli 1-1(104)-25/2024 nömrəli qərarında da bu hallar təhlil edilib və onlara münasibət bildirilmişdir. Məhkəmə kollegiyası məhkumun Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 mart 2024-cü il tarixli 1-1(104)-25/2024 nömrəli qərarından qanunla müəyyən edilmiş müddətdə kassasiya protesti vermək üçün kifayət qədər vaxtı və imkanı olduğunu nəzərə alaraq, onun məhkəmə qərarından protest vermək hüququnun pozulmasına dair kassasiya protestinin dəlilini əsaslı hesab etmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2024-cü il tarixli 1-1(104)-25/2024 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2024-cü il tarixli 1-1(104)-25/2024 nömrəli tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-12/2025
Ali Məhkəmə Qərar — İş №1-1(102)-12/2025
19.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver