Məhkəmə qərarları › İş №1-1(102)-127/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-127/2025

29.04.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(102)-127/2025 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Nəsib Firudin oğlu Niftalıyevin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2025-ci il tarixli 1- 1(103)-40/2025 nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (hakimlər Fikrət Əliyev (sədrlik edən və məruzəçi), Zaur Hacıyev və Bilal Məmmədov) 21 may 2025-ci il tarixli, 1-1(093)-82/2025 nömrəli hökmü ilə 14 yanvar 1992-ci ildə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 230 nömrəli hərbi hissəsinin Maliyyə bölmə rəisi-baş mühasib vəzifəsində xidmət etmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Heydər Əliyev prospektində kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.4, 313 və 333.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maliyyə sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maliyyə sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 333.4-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maliyyə sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmışdır. Hökmlə, Bakı Hərbi Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərarına əsasən, üzərinə həbs qoyulmuş, 20 avqust 2024-cü il tarixli qiymətləndirmə rəyləri ilə orta bazar dəyəri 32.000 (otuz iki min) manat müəyyən olunmuş, ümumi birgə mülkiyyət hüququ üzrə X4, Məhkum, X1 və Novruzlu (Terdi) Nuranə Qərib qızının (4 nəfər olmaqla) adlarına rəsmiləşdirilmiş Şəki rayonu, Şəki kəndində yerləşən 2.4583 ha əkin torpaq sahəsinin Məhkum aid hissəsi, yəni ümumi əmlakın ¼ hissəsi dövlət nəfinə müsadirə olunmuşdur. Hökmlə, X2 adına rəsmiləşdirilmiş Şəki rayonu, Şəki kəndində yerləşən orta bazar dəyəri 17.500 manat olan 1,1634 ha əkin torpaq sahəsi, orta bazar dəyəri 18.200 manat olan 1,2160 ha əkin torpaq sahəsi, orta bazar dəyəri 35.000 manat olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,20 ha torpaq sahəsi, orta bazar dəyəri 8.100 manat olan 0,45 ha əkin torpaq sahəsi, orta bazar dəyəri – 2.900 manat olan 0,1312 ha əkin torpaq sahəsi, orta bazar dəyəri 17.500 manat olan 1,1634 ha əkin torpaq sahəsi üzərilərinə Bakı Hərbi Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərarı ilə qoyulmuş həbs götürülmüşdür. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxsləri ilə xidmət etdikləri müddətdə tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçuların pul paylama cədvəlləri, pul jurnalları, ərzaq kompensasiya payı cədvəlləri və sair rəsmi sənədlərə bilə- bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törədərək ona etibar edilmiş xüsusilə külli miqdarda, eləcə də öz qulluq mövqeyindən istifadə etməklə hərbi hissədə xidmət etməyən şəxslərin adına və öz adına açılmış plastik kart hesablarına ona etibar edilmiş külli miqdarda dövlət büdcəsi vəsaitini əsassız köçürərək mənimsəmə yolu ilə təkrar talamış, həmçinin zabit kimi bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamışdır. Belə ki, Məhkum Gəncə şəhərində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan 230 nömrəli hərbi hissədə Maliyyə bölmə rəisi- baş mühasib vəzifəsində xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirinin 217 nömrəli 04 iyun 2002-ci il tarixli əmri ilə elan edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin smetası üzrə kredit sərəncamçılarının maliyyə təsərrüfatı haqqında” Əsasnaməyə əsasən, qoşun növlərinin təminat xidmətlərinin, maliyyələşdirdikləri birləşmələrin və hərbi hissələrin planlaşdırılan dövrdə kreditlərə olan tələblərini düzgün hesablamaq, həmin kreditləri yuxarı təminat maliyyə orqanından vaxtında tələb etmək və planlaşdırılmış qaydada qoşunların və birləşmələrin pul vəsaitinə olan tələblərini ödəmək, hərbi qulluqçulara pul təminatının, fəhlə və qulluqçulara əmək haqqının düzgün və vaxtında ödənilməsini təmin etmək, komandirlərə və maliyyə xidməti rəislərinə maliyyə təsərrüfatının düzgün təşkilində və aparılmasında, Azərbaycan Respublikası hökumətinin qanunlarının, qərar və sərəncamlarının, maliyyə təsərrüfatı sahəsində əmr və direktivlərin düzgün həyata keçirilməsində köməklik göstərmək, Müdafiə Nazirliyinin smetası üzrə pul vəsaitlərinin qanunauyğun, təsərrüfatcıllıqla və aidiyyəti üzrə istifadə edilməsinə, maliyyə, ştat və tarif intizamına riayət olunmasına, büdcədənkənar vəsaitlərin düzgün yaranmasına, istifadəsinə və aidiyyəti üzrə köçürülməsinə, hərbi hissələrdə müəyyən edilmiş vergilərin və digər ödənişlərin düzgün tutulub, vaxtlı-vaxtında Azərbaycan Respublikasının Dövlət büdcəsinə köçürülməsinə, debitor və kreditor borclarının vəziyyətinə, qoşun növlərinin (birləşmələrin) təminat xidmətləri tərəfindən tədarükçülərə, nəqliyyat və digər təşkilatlara qarşı bağlanmış sazişlərin şərtlərinin onlar tərəfindən pozulması hallarında etiraz və iddiaların vaxtında təqdim olunmasına, icra vərəqələri və dövlət müəssisə arbitrajlarının əmrləri ilə təyin edilmiş məbləğlərin vaxtında mədaxil edilməsinə, dövlətə vurulmuş zərərin ödənilməsinə, hərbi hissələrdə xəzinə intizamına riayət edilməsinə (pul vəsaitlərinin xəzinədə saxlanarkən, banklardan hərbi hissəyə gətirilərkən və digər hallarda qorunmasına, pul vəsaitlərini xəzinədə saxlamaq normalarına riayət edilməsinə və nəğd pul qəbul etmə qaydalarına əməl edilməsinə), dövlət sosial-təminat, əhalinin məşğulluq və işə düzəlmə fondlarına veriləcək məbləğlərin düzgün hesablanıb ödənilməsinə, bu fondlara ayrılmış vəsaitlərdən qanunauyğun istifadə olunmasına, həmin vəsaitlər barədə hesabatların hazırlanması qaydalarına və verilmə müddətlərinə riayət edilməsinə, maliyyələşdirdikləri birləşmələrdə və hərbi hissələrdə maliyyə sahəsinə aid rəhbəredici sənədlərin, uçot blankları uçotunun düzgün aparılmasına, saxlanılmasına və istifadəsinə, maliyyələşdirdikləri birləşmələrdə və hərbi hissələrdə şəxsi heyətin mükafatlandırma sisteminin düzgün tətbiq edilməsinə nəzarət etmək, qoşun növlərinin (birləşmələrin) maliyyə xidmətində aparılan nəzarət-təftiş işlərinə rəhbərlik etmək, bilavasitə təminat xidmətlərində, birləşmələrdə və hərbi hissələrdə Azərbaycan Respublikası Müdafiə Nazirinin «Maliyyə nəzarəti haqqında Əsasnamə»sinin tələblərinə uyğun" sənədli təftişlər və yoxlamalar aparmaq, aşkar edilmiş nöqsanların və pozuntuların səbəblərini öyrənmək, onların aradan qaldırılması və yol verilməməsi üçün tədbirlər hazırlamaq və həyata keçirmək, dövlətə vurulmuş zərərin ödəniməsini təmin etmək, maliyyə və mühasibat uçotunun vəziyyətini, plan və hesabat sənədlərinin düzgünlüyünü, onların vaxtında təqdim edilməsini yoxlamaq, təminatı xidmətlər, maliyyələşdirdikləri birləşmələr və hərbi hissələrin maliyyə və mühasibat hesabatlarını araşdırmaq və onlar haqqında rəy hazırlamaq, qoşun növlərinin (birləşmələrin) hesablarına daxil olan kreditlərin və pul vəsaitlərinin uçotunun aparılması və onlar barədə hesabatların hazırlanması, maliyyə təsərrüfatının vəziyyəti, maliyyə və nəzarət-təftiş planlarının yerinə yetirilməsi, nəzarət-təftiş işlərinin nəticəsi, hərbi qulluqçuların və onların ailələrinin pensiya təminatı üçün aparılmış işlərin vəziyyəti barədə qoşun növünün komandanına (birləşmənin komandirinə) hər yarımillikdə məruzələr hazırlamaq və sair səlahiyyətlərə malik şəxs olmasına, vəzifə funksiyalarını və səlahiyyətlərini həmin Əsasnaməyə uyğun həyata keçirməli olmasına məsuliyyət daşımasına baxmayaraq, həmin tələbləri yerinə yetirməyərək, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, dövlət büdcəsindən 24 iyun 2020-ci il tarixdən 10 fevral 2022-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən 19 oktyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun Hərbi Qulluqçularının Pul təminatı haqqında” Əsasnaməyə uyğun olaraq Müdafiə Nazirliyinin tərkibində olan 230 nömrəli hərbi hissənin şəxsi heyətinin əmək haqlarının ödənilməsi üçün ayrılmış xüsusilə külli miqdarda pul vəsaitlərini, yəni etibar olunmuş dövlət əmlakını davamlı şəkildə mənimsəmə yolu ilə təkrar talama məqsədilə, Müdafiə Nazirliyinin Maliyyə və büdcə idarəsinin rəisi X5 və qeyriləri ilə tamah niyyəti ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə, həmin hərbi hissənin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların pul paylama cədvəlləri, pul jurnalları, ərzaq kompensasiya payı cədvəlləri, eləcə də sair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin etməklə vəzifə saxtakarlığı törədərək, Müdafiə Nazirliyinin 230 nömrəli hərbi hissəsinin şəxsi heyətinin pul təminatı üçün ayrılmış ona etibar edilmiş xüsusilə külli miqdarda, yəni 848.338,37 manat (səkkiz yüz qırx səkkiz min üç yüz otuz səkkiz manat otuz 37 qəpik) manat dövlət büdcəsi vəsaitini maliyyələşməsi nağd qaydada nəzərdə tutulmuş hərbi qulluqçuların əmək haqlarının ödənilməsi üçün müvafiq hərbi hissənin cavabdeh şəxslərin adlarına açılmış plastik kart hesablarına köçürülərək nağdlaşdırılmasını təmin edib mənimsəmə yolu ilə təkrar talamışdır. Bundan başqa o, 230 nömrəli hərbi hissənin Maliyyə bölmə rəisi- baş mühasib vəzifəsində xidmət etdiyi 10 fevral 2022-ci il tarixdən 17 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində hərbi hissənin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların pul paylama cədvəlləri, pul jurnalları, ərzaq kompensasiya payı cədvəlləri, eləcə də sair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təmin etməklə vəzifə saxtakarlığı törədərək, Müdafiə Nazirliyinin 230 nömrəli hərbi hissəsinin şəxsi heyətinin pul təminatı üçün ayrılmış ona etibar edilmiş külli miqdarda, yəni 381.755,76 (üç yüz səksən bir min yeddi yüz əlli beş manat 76 qəpik) manat dövlət büdcəsi vəsaitini həmin hərbi hissədə xidmət etməmiş və həmin vaxt hərbi xidmətdə olmayan 14 nəfər şəxsin adına, eləcə də öz adına açılmış əmək haqqı və maliyyələşməsi nağd qaydada nəzərdə tutulmuş hərbi qulluqçuların əmək haqlarının ödənilməsi üçün nəzərdə tutulmuş plastik kart hesablarına əsassız köçürülərək nağdlaşdırılmasını təmin edib mənimsəmə yolu ilə təkrar talamışdır. Bundan əlavə o, 230 nömrəli hərbi hissənin Maliyyə bölmə rəisi- baş mühasib vəzifəsində, kapitan rütbəsində həqiqi hərbi xidmətdə olarkən hərbi hissə komandirinin müvafiq əmrinə əsasən 17 sentyabr 2023-cü il tarixdə 45 (qırx beş) günlük müddətə növbəti məzuniyyətə buraxılmış və 01 noyabr 2023-cü il tarixdə hərbi hissəyə gəlməli olduğu halda, üzrlü səbəb olmadan gəlməmiş və barəsində aparılan 232990104 nömrəli cinayət işi üzrə 29 yanvar 2024-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin yerləşdiyi Bakı şəhəri, Parlament prospekti 14 ünvanına könüllü gəlməklə bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Əliyev (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Əli Məmmədov) 17 oktyabr 2025-ci il tarixli 1-1(103)- 40/2025 nömrəli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 21 may 2025-ci il tarixli 1-1(093)-82/2025 nömrəli hökmü dəyişdirilmiş, məhkum Məhkum CM-in 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 75.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, Məhkum CM-in 179.4 və 333.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 179.4-cü maddəsi ilə həmin Məcəllənin 46.2ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maliyyə sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 333.4-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maliyyə sahəsində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı2 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2025-ci il tarixli 1-1(103)-40/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CM-in 99-1.1, 99-1.1.1 və 99-1.2-ci maddələrinin tələblərini pozaraq əsassız olaraq məhkum Məhkum məxsus Şəki rayonu, Şəki kəndində yerləşən 1,1634 ha əkin torpaq sahəsi, 1,2160 ha əkin torpaq sahəsi, fərdi yaşayış evi və onun yerləşdiyi 0,20 ha torpaq sahəsi, 0,45 ha əkin torpaq sahəsi, 0,1312 ha əkin torpaq sahəsi və 1,1634 ha əkin torpaq sahəsi müsadirə edilməmişdir. Xüsusi müsadirə cinayət hüquqi xarakterli tədbirinin obyekti qismində cinayət törətmiş deyil, digər şəxslərin mülkiyyətində olan əmlaklar çıxış edə bilərlər. Avropa Parlamentinin 2014\42\EU saylı 03 aprel 2014-cü il tarixli Direktivində də xüsusi vurğulanır ki, təqsirkar şəxslər tərəfindən müsadirə tədbirlərindən yaxa qurtarmaq məqsədilə əmlakın cinayət yolu ilə əldə edildiyini bilən şəxslərin mülkiyyətinə keçirilməsi adi təcrübədir və getdikcə daha çox rast gəlinir. Hökm və qərarla təqsirləndirilən şəxs Məhkum münasibətdə həbsdən azad edilən X2 adına rəsmiləşdirilmiş Şəki rayonu, Şəki kəndində 1,1634 ha əkin torpaq sahəsi, Şəki rayonu, Şəki kəndində 1,2160 ha əkin torpaq sahəsi, Şəki rayonu, Şəki kəndində yerləşən fərdi yaşayış evi, onun yerləşdiyi 0,20 ha torpaq sahəsi, Şəki rayonu, Şəki kəndində 0,45 ha əkin torpaq sahəsi, Şəki rayonu, Şəki kəndində 0,1312 ha əkin torpaq sahəsi, Şəki rayonu, Şəki kəndində 1,1634 ha əkin torpaq sahələri ilə bağlı qeyd edilməlidir ki, həmin əmlaklar Məhkum məxsus olmaqla əmlakın həqiqi mülkiyyətçisinin aşkar edilməməsi məqsədilə digər şəxsin, konkret halda atası Qərib Novruzlunun adına rəsmiləşdirilmişdir. Qeyd edilən halda həmin əmlaklar hazırkı cinayət işi üzrə cinayətin törədilməsidən əvvəl əldə edilmiş əmlaklar olsa belə, CM-in 99- 2-ci maddəsinin tələblərinə əsasən, Məhkum məxsus olan (faktiki mülkiyyətçisi) digər əmlak qiymətləndirilməli və məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli olduğu halda, məhkəmə tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməyərək düzgün olmayan hüquqi nəticəyə gəlmişdir ki, həmin nəticə hökm və qərarın həmin hissədə qanuniliyi və əsaslılığını şübhə altına qoyur. Qeyd edilənləri nəzərə alaraq, apellyasiya instansiya məhkəməsinin qərarı qeyriobyektiv olmaqla işin faktiki halları ilə uzlaşmadığından ləğv edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi, məhkumun müdafiəçisinin kassasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən məhkum X2 adına rəsmiləşdirilmiş Şəki rayonu, Şəki kəndində yerləşən 1,1634 ha əkin torpaq sahəsi, 1,2160 ha əkin torpaq sahəsi, fərdi yaşayış evi və onun yerləşdiyi 0,20 ha torpaq sahəsi, 0,45 ha əkin torpaq sahəsi, 0,1312 ha əkin torpaq sahəsi və 1,1634 ha əkin torpaq sahəsi müsadirə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi müsadirənin tətbiqini tənzimləyən Azərbaycan Respublikası CM-in XV-İ Fəslinə daxil olmuş maddələrin normalarından görünür ki, müsadirə məsələsi həll olunarkən ilk növbədə əmlakın qanuni sahiblərinin hüquqlarına riayət edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: - 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); - 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); - 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; - 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs tərəfindən özgəninkiləşdirilmiş və ya hər hansı şəkildə digər şəxslərə verilmiş, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak o halda müsadirə edilir ki, həmin əmlakı alan şəxs əmlakın cinayət yolu ilə əldə edildiyini bildiyi və ya bilməli olduğu halda onu qəbul etmişdir. Həmçinin bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulan əmlak cinayət törətmiş şəxs tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərin hüquqlarına xələl gətirmədən müsadirə edilir. “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 24 fevral 2022-ci il tarixli qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bəzən Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində müəyyən edilmiş əmlakı digər şəxslərin qanuni mülkiyyətində olan əmlakdan ayırd etmək mümkün olmur. Belə ki, cinayət törətmiş şəxslər cinayət yolu ilə əldə etdiyi əmlakı gizlətməyin müxtəlif yollarından, o cümlədən əmlakı digər şəxslərin adına rəsmiləşdirməkdən istifadə edirlər. Hazırkı işdən görünür ki, X2 adına rəsmiləşdirilmiş Şəki rayonu, Şəki kəndində olan 1,1634 ha əkin torpaq sahəsinin, Şəki rayonu, Şəki kəndində olan 1,2160 ha əkin torpaq sahəsinin, Şəki rayonu, Şəki kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0,20 ha torpaq sahəsinin, Şəki rayonu, Şəki kəndində olan 0,45 ha əkin torpaq sahəsinin, Şəki rayonu, Şəki kəndində olan 0,1312 ha əkin torpaq sahəsinin, Şəki rayonu, Şəki kəndində olan 1,1634 ha əkin torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ üzrə eyni zamanda Məhkum aid olması müəyyən edilməmişdir. Bundan başqa, X2 adına rəsmiləşdirilmiş yuxarıda adları qeyd olunan əmlakların, təqsirləndirilən şəxs Məhkum tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsi faktı da istintaq yolu ilə müəyyən edilməmiş və iş materialları ilə təsdiq olunmamışdır. Eyni zamanda, hökmdən görünür ki, təqsirləndirilən şəxs Məhkum 230 nömrəli hərbi hissənin maliyyə bölmə rəisi - baş mühasib vəzifəsində xidmət etdiyi müddətdə 24 iyun 2020-ci il tarixdən başlayaraq mənimsəmə yolu ilə talama cinayətlərini törətmişdir. İşdə olan və daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan görünür ki, Şəki rayonu, Şəki kəndində olan 1,1634 ha əkin torpaq sahəsi 14 fevral 2019-cu il tarixdə, Şəki rayonu, Şəki kəndində olan 1,2160 ha əkin torpaq sahəsi 07 mart 2019-cu il tarixdə, Şəki rayonu, Şəki kəndində olan 0,45 ha əkin torpaq sahəsi 05 noyabr 2019-cu il tarixdə, Şəki rayonu, Şəki kəndində olan 0,1312 ha əkin torpaq sahəsi 05 noyabr 2019-cu il tarixdə və Şəki rayonu, Şəki kəndində olan 1,1634 ha əkin torpaq sahəsi 05 noyabr 2019-cu il tarixdə X2 adına rəsmiləşdirilmiş və qeydiyyata alınmışdır. Göründüyü kimi, X2 adına rəsmiləşdirilmiş və qeydiyyata alınmış və Bakı Hərbi Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş yuxarıda qeyd olunmuş əmlaklar, təqsirləndirilən şəxs Məhkum 230 nömrəli hərbi hissənin maliyyə bölmə rəisi- baş mühasib vəzifəsində xidmət etdiyi müddətdə törətdiyi mənimsəmə və talama cinayətlərindən daha əvvəl X2 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və rəsmiləşdirilmiş, eyni zamanda həmin əmlaklarda təqsirləndirilən şəxs Məhkum ümumi birgə mülkiyyət hüququ və payı olmamışdır. Odur ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq belə nəticəyə gəlmişlər ki, X2 adına rəsmiləşdirilmiş və Bakı Hərbi Məhkəməsinin 06 sentyabr 2024cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş yuxarıda qeyd edilən əmlakların məhkum Məhkum törətdiyi mənimsəmə və talama cinayətləri ilə əlaqədar xüsusi müsadirə qaydasında dövlət nəfinə müsadirə edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestində həmin əmlakların faktiki olaraq məhkuma məxsus olması barədə irəli sürülmüş dəlillər iş materiallarında olan hər hansı mötəbər sübutla təsdiq olunmur. Cinayət işi üzrə toplanmış sübutların heç biri göstərilən əmlakların formal mülkiyyətçisinin deyil, faktiki olaraq məhkumun istifadəsində və sərəncamında olmasını, yaxud onların cinayət yolu ilə əldə edilmiş vəsait hesabına əldə edilməsini müəyyən etmir. Bu baxımdan, aşağı instansiya məhkəmələrinin apellyasiya protestini təmin etməməsi və qeyd olunan əmlakların xüsusi müsadirə edilməsindən imtina olunmasına dair gəldikləri nəticə qanuni, əsaslı və işin hallarına uyğun olmuşdur. İş materiallarından da göründüyü kimi nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi müsadirə məsələsinə baxarkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, qərar qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası məhkum Məhkum barəsində kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2025-ci il tarixli 1-1(103)- 40/2025 nömrəli məhkum Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALIR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 oktyabr 2025-ci il tarixli 1-1(103)-40/2025 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar