Məhkəmə qərarları › İş №1-1(102)-13/2021

Ali Məhkəmə Qərar — İş №1-1(102)-13/2021

04.05.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-13/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihX7ın müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihX7ın müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkum müdafiəçisi-vəkil Heydərov Nadim Nadir oğlunun iştirakları ilə, Gəncə Hərb i Məhkəməsinin 13 fevral 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Heydərov Nadim Nadir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2020-ci il tarixli hökmü ilə (hakimlər: N.N.Hüseynli (sədrlik edən), V.Z.Nəsirov və K.N.Muxtarovdan ibarət tərkibdə) Məhkum - 21 noyabr 1988-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Gəncə Hərbi Məhkəməsinin 17 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 1 78.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Gəncə Hərbi Məhkəməsinin 05 iyul 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş, Ünvan1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-ci maddələri ilə 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, şübhəli şəxs qismində tutulduğu müddət, yəni 01 (bir) gün bu hökmlə ona təyin edilmiş qəti cəza müddətindən çıxılaraq üzərində 05 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Gəncə Hərbi Məhkəməsinin 05 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 500 (beş yüz) manat miqdarında cərimə cəzası ilə tam toplamaq yolu ilə ona hər iki hökmlə cinayətlərin məcmusu üzrə qəti cəza olaraq 05 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətdə azadlıqdan məhrum etmə cəzası və 500 (beş yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Məhkum təyin edilmiş cərimə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 yanvar 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum təkrarən digər şəxsi hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün, birbaşa və vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə, təkrarən aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Məhkum Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Göygöl rayonunun, Toğanalı kəndində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin, 1-ci yaralıların toplanma və təxliyyə manqasının sanitar-təlimatçısı-manqa komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həqiqi hərbi xidmətdə olarkən aldatma yolu ilə özgələrin əmlakını ələ keçirməklə qanunsuz qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə, Məhkum planlaşdırdığı cinayətkar fəaliyyətə başlayaraq təxminən 2627 yanvar 2019-cu il tarixlərdə Müdafiə Nazirliyinin Şəmkir şəhərində yerləşən İİİ Ordu Korpusunun, yəni N nömrəli hərbi hissəni n X3 qarşısına gəlib müddətdən artıq həqiqi hərbi xidmət hazırlığı kursuna daxil olmaq məqsədi ilə N nömrəli hərbi hissəyə müraciət etmiş, lakin kursa qəbul olmaq üçün nəzərdə tutulmuş yaş həddini keçməsi səbəbindən sənədlərinin qəbulundan imtina edilmiş əvvəllər tanımadığı Gəncə şəhər sakini, vətəndaş X8 yaxınlaşaraq ondan hər hansı probleminin olub-olmadığını soruşmuş, sonuncu isə ona qeyd olunan kursa daxil olmaq üçün N nömrəli hərbi hissəyə müraciət etdiyini, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş yaş həddini keçməsi səbəbindən onun sənədlərinin qəbul olunmadığını bildirmişdir. Məhkum isə cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi işə düzəlməsində köməklik edə biləcəyini bildirərək həmin m əsələ barədə ətraflı söhbət etmək üçün zəngləşib onunla Gəncə şəhərində görüşmək barədə razılığa gəlmişdir. Əldə olunmuş razılığa əsasən Məhkum 01 fevral 2019-cu il tarixdə axşam saatlarında Gəncə şəhəri, «Mahrasa bağı» adlanan ərazidə yerləşən «Şəms» şadlıq sarayının yaxınlığında olan «Mürəbbəli» adlanan çay evində X8a görüşüb onu işə qəbul etdirmək üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin ona işə qəbul olunması üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda işini həll edə bilən və onun yaxın tanışı olan N nömrəli hərbi hissədə xidmət edən konkret olaraq adını, vəzifəsini, rütbəsini bildirmədiyi vəzifəli şəxsin vasitəsi ilə həmin şəxsə 3500 (üç min beş yüz) manat pulu rüşvət kimi verəcəyi müqabilində onu N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hər bi xidmət hərbi qulluqçu kimi xidmətə qəbul etdirə biləcəyinə dair ona yalan vəd verərək rüşvət verməyə təhrik etmişdir. Məhkum vətəndaş X8u inandırıb ələ aldıqdan sonra aralarında olan razılaşmaya əsasən sonuncu 13 fevral 2019-cu il tarixdə axşam saatlarında Məhkumla Gəncə şəhəri, «Mərkəzi Univermağ»ın qarşısında görüşərək əvvəlcədən razılaşdıqları kimi toplanması tələb olunan bütün sənədləri, həmçinin 3500 (üç min beş yüz) manat məbləğində pulu ona vermişdir. Bundan sonra, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən vətəndaş X8u aldadıb onun 3500 (üç min beş yüz) manat pulunu əldə etdikdən sonra o, sonuncunun asanlıqla pul verdiyini görüb daha artıq əmlakını, yəni pulunu ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə, Məhkum təxminən 14-15 fevral 2019-cu il tarixlərdə yenidən X8a əla qə yaradıb Gəncə şəhəri, «Mahrasa bağı» adlanan ərazidə olan «Şəms» şadlıq sarayının yaxınlığında yerləşən «Mürəbbəli» çay evində görüşmək barədə razılığa gəlmiş və həmin günü onunla qeyd olunan yerdə görüşərək ona hərbi hissədə adını, soyadını, vəzifəsini bildirmədiyi yüksək vəzifədə xidmət edən tanışına əvvəl verdiyi 3500 (üç min beş yüz) manat məbləğində puldan başqa əlavə olaraq 2000 (iki min) manat məbləğində pulu rüşvət kimi verəcəyi halda işinin həll olunmasında yaranmış çətinliyin aradan qaldıralacağına dair yalan vəd verərək onu təkrarən rüşvət verməyə təhrik etmişdir. X17 Məhkuma inanıb onun təklifi ilə razılaşaraq özünün həmin məbləğdə pulunun olmadığından həmin pulu borca alacağını, pulu hazır etdikdən sonra ona xəbər edəcəyini bildirmişdir. Bundan sonra, əldə olunmuş razılığa əsasən X8un Bakı şəhərində yaşayan qohumu X2a borc kimi verdiyi 2000 (iki min) manat məbləğində pulu sonuncunun göstərişinə əsasən 18 fevral 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Favorit» marketin yanında quraşdırılmış «Milli ön» elektron ödəniş terminalı vasitəsi ilə Məhkum tanışı X9 adına olan «xxxx» maaş bank plastik kart hesabına köçürmüşdür. Lakin pul köçürməsi əməliyyatına görə ödəniş sistemi və bank tərəfindən xərclər çıxıldıqdan sonra həmin hesaba 1979 (bir min doqquz yüz yetmiş doqquz) manat pul mədaxil olunmuşdur. Qeyd olunan pulun X9in maaş bank kart hesabına köçməsi barədə Məhkum məlumat aldıqdan sonra tanışı X9in maaş bank kartını həmin gün saat 14:22-dən saat 14:23-dək olan müddətdə Gəncə şəhəri, Nizami rayonunda yerləşən «Əminə» mark etin yanında olan «xxxx» ASC-yə məxsus bankomata daxil edib X9dən öyrəndiyi kartın təhlükəsizlik şifrəsini bankomata qeyd etməklə kartın hesabında olan 1979 (bir min doqquz yüz yetmiş doqquz) manat məbləğində pulu bankomatdan çıxardıb ələ keçirmiş, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib aldatma yolu ilə vahid niyyətlə ümumilikdə X8un 5500 (beş min beş yüz) manat dəyərində xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və rütbədə xidmət edərkən tanışı N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X6 vasitəsi ilə 09 fevral 2019-cu il tarixdə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X15 ilə telefon əlaqəsi yaratmış və sonuncu ondan N nömrəli hərbi hissədən tərxis olunmaması və Müdafiə Nazirliyinin Gədəbəy rayonunda yerləşən N nömrəli hərbi hissəsinə köçürülməsi məsələsində ona köməklik göstərə bilib-bilməməsini soruşmuşdur. Məhkum aldatma yolu ilə X7un əmlakını ələ keçirmək məqsədi ilə tərxis olunmasının qarşısının alınması və xidmət yerinin başqa yerə dəyişdirməsi üçün real imkanlara və səlahiyyətlərə malik olmadığı, həmçinin onun tərxis olunmasının qarşısının alınması və xidmət yerinin başqa yerə dəyişdirməsi üçün hər hansı köməklik göstərmək niyyətində olmadığı halda X7a bu işlərdə ona köməklik göstərə biləcəyini deyərək bu barədə daha ətraflı söhbət etmək üçün Gəncə şəhəri, «Mahrasa bağı» adlanan yerdə olan «Şəms» şadlıq sarayının yaxınlığında yerləşən «Mürəbbəli» çay evində görüşmələri barədə onunla razılığa gəlmişdir. 12 fevral 2019-c u il və 21 fevral 2019-cu il tarixlərdə onlar qeyd olunan məkanda görüşərkən Məhkum X7u inandırıb ələ almaq üçün yalandan özünü 3-cü Ordu Korpusunun təşkilat-səfərbərlik şöbəsində operator vəzifəsində işləyən şəxs kimi təqdim edərək guya həmin şöbənin rəisi vəzifəsində işləyən adını, soyadını özündən uydurduğu polkovnik-leytenant Ədalət Quliyev vasitəsi ilə həmin şəxsə 8000 (səkkiz min) manat pulu rüşvət kimi verəcəyi qarşılığında onun N nömrəli hərbi hissədən tərxis olunmamasına, həmçinin xidmət yerinin N nömrəli hərbi hissəyə dəyişdirilməsinə dair ona yalan vəd verərək təkrarən rüşvət verməyə təhrik etmişdir. Məhkum X7u inandırıb ələ aldıqdan sonra aralarında olan razılaşmaya əsasən 21 fevral 2019-cu il tarixdə Gəncə şəhəri, «Mahrasa bağı» adlanan yerdə olan «Şəms» şadlıq sarayının yax ınlığında yerləşən «Mürəbbəli» çay evində X7dan 8000 (səkkiz min) manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyib təkrarən aldatma yolu ilə X7a xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) 10 avqust 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Heydərov N adim Nadir oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Heydərov Nadim Nadir oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, birinci və apelyasiya instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış və apelyasiya məhkəməsi Məhkum tərəfindən X8dan və X7dan aldığı pulun və təyin olunmuş cərimənin apelyasiya məhkəməsinin baxışına kimi tamamilə ödənilməsinə heç bir əhəmiyyət və hüquqi qiymət verməmiş və qərarında bu məsələyə heç toxunmamışdır. Həmçinin müdafiəçi kassasiya şikayətində bildirmişdir ki, Məhkum X8un və X7un məsələsinin həll olunmasında köməklik edilməsi ilə əlaqədar heç kimə pul verməmişdir. O, onların fikrini bildikdə, pula ehtiyacı olduğundan onlara köməklik olunmasının yalnız pul müqabilində mümkün olacağını deyərək onla rdan müəyyən məbləğdə pul əldə etmək fikrinə düşmüş və onun X8ı və X7i aldadaraq onların işlərinin düzəlməsinə köməklik etməsinə söz vermiş və onlardan aldığı pulu hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmamışdır. O, aldığı pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Hətta o, X8un 3x4 sm ölçüdə olan fotoşəkillərini, tanışı baş çavuş Xa verib ona 7 nömrəli Forma blankının tərtib olunub təsdiq olunmasını təşkil etmişdir və həmin forma 7-yə əsasən X8 hərbi həkim komissiyadan keçmişdir. X7 isə özü Məhkum tapıb ona köməklik etməsini xahiş etmişdir və Məhkum ona köməklik etməsinə sadəcə razılıq vermişdir, yəni Məhkum onu rüşvət verməyə təhrik etməmiş, ona köməklik etməyini bildirmişdir. Bundan sonra Məhkum onlara köməklik edə bilmədiyini görüb, onların işləri düzəlmədiyini bildirib, onlara aldığı həmin pulun qaytarılmasına söz vermişdir. Ona görə də hesab etmişdir ki, həm istintaq orqanı, həm birinci, həm də apelyasiya instansiya məhkəmələri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə ittiham verərkən işin obyektiv hallarına uyğun nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən hökmdə Azərbaycan Respublikasının CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanmış, apelyasiya məhkəməsi də həmin maddələrə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilməsini vurğulayaraq, Məhkum əməlinin hüquqi tövsifi, həm də məhkuma cəza təyin etmə hissələrində əsaslı və qanuni hesab edərək qərarında apelyasiya şikayətini təmin etməyərək hökmün dəyişdirilməsi və yaxud ləğv olunması üçün hüquqi əsaslar görməməsini göstərmişdir. Müdafiə tərəfi hesab edir ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın təyin edilməsinin ümumi əsaslarını təyin edən maddələrinin tələblərinə lazımınca əməl etməmişdir. İş materiallarından görünür ki, Məhkum atası və anası heç bir yerdə işləməyərək onun himayəsində yaşayırlar, atası, 1948-ci il təvəllüdlü Ələkbər Bağırov əmək qabiliyyətsiz olmaqla ikinci qrup əlildir və onun mütəmadi olaraq müalicəyə ehtiyacı vardır, bacısı vəfat etmişdir, o, ailəyə yeganə qazanc gətirən şəxs olmuşdur, ailə vəziyyəti ağırdır, törətdiyi cinayət əməlini etiraf etmiş və əməlinə görə səmimi peşman olmuşdur, yaşadığı yerindən müsbət xarakterizə olunur, zərərçəkmiş şəxslərə dəymiş ziy anı tam ödəmiş və onların ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona hökmlə təyin olunmuş cəriməni də ödəmişdir. Şərh olunanlardan göründüyü kimi, apelyasiya instansiya məhkəməsi qanunun göstərilən tələblərinə formal yanaşmış, hazırki işin konkret hallarını, məhkumun şəxsiyyətini xarakterizə edən məlumatları lazımınca qiymətləndirmədən və Məhkum tərəfindən X8dan və X7dan aldığı pulun və Gəncə Hərbi Məhkəməsinin 05 iyul 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 500 manat cərimənin tamamilə ödənilməsini nəzərə almadan ona ağır cəza təyin etmişdir. Məhkum ittiham olunduğu maddələrinin sanksiyasında alternativ cəza kimi cərimə cəzası da nəzərdə tutulmuşdur və məhkəmə onun şəxsiyyətini xarakterizə edən yüngülləşdirən halları nəzərə alaraq ona cərimə cəzası təyin edə bilərdi. Bundan b aşqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkum zərərçəkmiş şəxslərlə barışmış və onun tərəfindən dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də hesab edirəm o, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad oluna bilərdi. Lakin apelyasiya instansiya məhkəməsi buna hüquqi qiymət verməmiş və heç müzakirə də etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum Azərbaycan R espublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsi, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə isə təqsirli bilinib cərimə cəzası təyin edilməsi və yaxud Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində v ə hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçisi-vəkil Heydərov Nadim Nadir oğlu kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsi, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə isə təqsirli bilinib cərimə cəzası təyin edilməsi və yaxud Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Kollegiyası ilk olaraq məhkumun müdafiəçisinin verdiyi kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə bəraət verilməsinə dair dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlar tam, hərtərəfli və obyektiv araşdırılar aq Məhkum verilmiş ittihamda qeyd olunan əməlin törədilməsi məhkumun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Məhkum özünü həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı qismən təqsirli bilərək X7 8000 (səkkiz min) manat deyil, 3500 (üç min beş yüz) manat məbləğində pul aldığını bildirmiş, lakin birinci instansiya məhkəməsi Məhkum məhkəmə baxışında və ibtidai araşdırma zamanı, şahidlərin məhkəmə baxışında verdikləri ifadələrini, keçiril miş məhkəmə ekspertizalarının rəylərini və tədqiq edilmiş digər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək Məhkum özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı məhkəmə baxışında verdiyi ifadəsini qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirmiş və onun verilmiş ittihamla bağlı ifadələrində göstərdiyi həmin xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etməmişdir. Ona görə də bu barədə kassasiya şikayətinin dəlili tamamilə əsassızdır. Məhkum həmin əməli Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 36 bəndinin 7-ci abzasında qeyd edilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. İstər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları təhlil edərək hesab edir ki, cinayət işi üzrə yekun nəticəyə gəlməyə imkan verən, mötəbər, mümkün və bir-birini tamamlayan sübutların məcmusu birinci instansiya məhkəməsinin hökmündə və apelyasiya məhkəməsin in qərarında ətraflı şərh edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə bəraət verilməsi üçün CPM-nin 42.1-ci maddəsində nəzərdə tutulan əsasların mövcudluğu müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri hər hansı sübuta əsaslanmadığından subyektiv mülahizə xarakterli olmaqla əsass ız hesab edilir və təmin edilməməlidir. Həmçinin müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya məhkəməsi tərəfindən Məhkum dəymiş ziyanı ödəyərək zərərçəkmiş şəxslərlə barışmasını və Gəncə Hərbi Məhkəməsinin 05 iyul 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 500 manat cərimənin tamamilə ödənilməsini yüngülləşdirici hal kimi nəzərə almadan hüquqlarını müdafiə etdiyi şəxsə ağır cəza təyin edildiyi qeyd olunmuşdur. Odur ki, Məhkum CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cərimə cəzası təyin edilməsi və yaxud Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 18 9-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən qanunla müəyyən edilmiş qaydaları görə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə cinayət əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmamışdır. Ona görə də bu barədə kassasiya şikayətinin dəlili əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə Kollegiyası məhkuma cərimə cəzasının təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından görünür ki, Məhkum cəza təyin edilərkən cinayətin xarakt erini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, əməlindən peşman olmasını, atasının ikinci qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi, həmçinin əməlində cinayətlərin təhlükəli residivinin olmasını məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsind ə isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən təqdim olunmuş tələbnamədən və Gəncə Hərbi Məhkəməsinin hökmlərinin surətindən görünür ki, Məhkum məhkəmənin 17 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Hərbi Məhkəməsinin 05 iyul 2019-cu il tarixli hökmünə əsasən Azərb aycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Qazax rayon İcra və Probasiya şöbəsinin 24 fevral 2020-cu il tarixli, 52/2-20 nömrəli məktubundan görünür ki, Gəncə Hərbi Məhkəməsinin 05 iyul 2019-cu il tarixli hökmü ilə 500 (beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş Məhkum hökm üzrə təyin edilmiş cərimə cəzasını dövlət büdcəsinə ödəmişdir. Bu hal cəzanı yüngülləşdirən hal kimi deyil, hökmün icrası kimi qiymətləndirilməlidir. Həmçinin iş materiallarında olan zərərçəkmiş şəxslər X12 və X15 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən də görünür ki, məhkum tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir və Məhkum qarşı heç b ir iddia və tələbləri yoxdur. Məhkəmə Kollegiyası bununla bağlı qeyd edir ki, Gəncə Hərbi Məhkəməsinin 13 fevral 2020-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş cərimə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsi hökm edildiyindən apelyasiya instansiya məhkəməsi tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınmamışdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkum əməlində Azərbay can Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngüllləşdirən halların olmasına baxmayaraq, əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halın, yəni cinayətlərin təhlükəli residivinin olmasını nəzərə alaraq onun barəsində cəza təyin edilməsində Azərbaycan Respublikası 60.1-ci maddəsinin qaydaları tətbiq edilməməlidir. Bununla yanaşı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli b ilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsi ilə müəyyən edilmiş hədlərə uyğun azalıqdan məhrum etmə cəzaları təyin etmişlər. Odur ki, müdafiəçinin kassasiya şikayətində məhkuma cərimə cəzası təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan R espublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Heydərov Nadim Nadir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 avqust 2020-ci i tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın. 500 (beş yüz) manat miqdarında cərimə cə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar