Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-13/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 25 iyun 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Hərbi Məhkəməsinin (hakimlər Camal Ramazanov (sədrlik edən və məruzəçi), Rafiq Abbasov və Aslan Kalbalıyev) 09 mart 2023-cü il tarixli, 1-1(093)-10/2023 nömrəli hökmü ilə xx xxx 1989-cu il tarixdə Salyan rayonunun Çuxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, xxxx şəhəri, xxxxx prospekti xx ünvanında yerləşən hərbi şəhərcikdə daimi qeydiyyatda olmaqla ünvan xxxx küçəsində yerləşən qeydiyyatsız fərdi yaşayış evində yaşayan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərd ə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 09 mart 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin X13 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci sülhmər amlı qüvvələr taborunun minaatan batareyasının baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2021-ci ilin əvvəllərində sosial şəbəkə vasitəsilə tanış olduğu, şəxsiyyəti məlum olmayan, aralarındakı danışıqlar zamanı özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı və sonuncunun vasitəsi ilə 2022-ci ilin yanvar ayında tanış olduğu vətəndaş X13 ilə 2022-ci ilin mart ayının əvvəllərində bir-biriləri ilə özünü «Ramin» kimi təqdim etmiş şəxs İran İslam Respublikasının ərazisində fəaliyyət göstərən mobil operatora məxsus +98914 ******* mobil danışıq nömrəsi, Məhkum +99450 ******* mobil danışıq nömrəsi və E.D.Ağayev +99455 ******* mobil danışıq nömrəsi ilə «WhatsApp» mobil tətbiqi vasitəsi ilə danışıqlar aparmaqla qabaqcadan əlbir olub bir qrup ş əxs halında cinayət əlaqəsinə girərək, özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının təklifi ilə öz aralarında qabaqcadan müvafiq qaydada rol bölgüsü aparılmaqla sonuncunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi, hazırda şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə birlikdə bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən əldə edilmiş külli miqdarda müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasının ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilməsindən və bu barədə gizir Məhkum məlumat verilməsindən sonra onun pul müqabilində həmin narkotik vasitələrin və psixotrop maddələrin özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətənd aşının ona deyəcəyi ərazidən götürülməsi və daşınaraq Bakı şəhərinə gətirilib orada vətəndaş E.D.Ağayevə verilməsi, sonuncunun da öz növbəsində pul müqabilində həmin narkotik vasitələrin və psixotrop maddələrin özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının tapşırdığı ünvanlara çatdırılmasına dair razılığa gəlmişlər. Bundan sonra özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı 08 mart 2022-ci il tarixdə axşam saatlarında istifadəsində olan, İran İslam Respublikasının ərazisində fəaliyyət göstərən mobil operatora məxsus +98914 ******* mobil danışıq nömrəsindən «WhatsApp» və «WhatsApp Business» mobil tətbiqləri vasitəsilə gizir Məhkum istifadəsində olan +99450 ******* mobil danışıq nömrəsinə zəng edib, ona külli miqdarda narkotik vasitələrin və p sixotrop maddələrin bir neçə ədəd bağlamada hazırda şəxsiyyəti istintaqa məlum olmayan, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi digər şəxslər tərəfindən bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən əldə edilərək artıq İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla ölkə ərəzisinə keçirildiyini və Cəbrayıl rayonu ərazisində gizlədildiyini bildirərək, həmin narkotik vasitələri və psixotrop maddələri gizlədildiyi yerdən götürməsi və daşınaraq Bakı şəhərinə gətirdikdən sonra vətəndaş E.D.Ağayevlə görüşüb ona çatdırması barədə tapşırıq vermiş və bundan sonra həmin işin müqabilində qabaqcadan verdiyi karta müvafiq məbləğdə pul göndərəcəyini vəd etmişdir. Məhkum arvadı X2 adına 06 dekab r 2021-ci il tarixdən etibarən lizinq şərtləri ilə rəsmiləşdirilərək etibarnamə əsasında idarə etdiyi albalı rəngli «Toyota Prius» markalı, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə 08 mart 2022-ci il tarixdə gecə saatlarında Cəbrayıl rayonuna yola düşmüş və 09 mart 2022-ci il tarixdə 00:58-də həmin rayonun ərazisində qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi, özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı və sonuncu ilə əlbir olmuş şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslər tərəfindən ümumi cinayətkar niyyətə uyğun olaraq, istintaqa məlum olmayan mənbədən əldə edilib İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirilərək g izlədilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddələri bir neçə ədəd bağlamada gizlədildiyi yerdən götürüb idarə etdiyi avtomobilin yük yerinə qoyaraq, bu barədə istifadəsində olan +99450 ******* mobil danışıq nömrəsindən «WhatsApp» və «WhatsApp Business» mobil tətbiqləri vasitəsilə özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının istifadəsində olan +98914 ******* mobil danışıq nömrəsinə zəng edərək bu barədə məlumat vermiş və Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Daha sonra, özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı 09 mart 2022-ci il tarixdə saat 02 radələrində istifadəsində olan +98914 ******* mobil danışıq nömrəsindən «WhatsApp» və «WhatsApp Business» mobil tətbiqləri vasitəsilə cinayətkar qrupun digər üz vü, E.D.Ağayevin istifadəsində olan +99455 ******* mobil danışıq nömrəsinə zəng edərək, gizir Məhkum artıq narkotik vasitələri və psixotrop maddələri götürüb Bakı şəhəri istiqamətində hərəkət etdiyi barədə məlumat vermiş və ona yatmayaraq zəngini gözləməsini tapşırmışdır. 09 mart 2022-ci il tarixdə saat 05 radələrində gizir Məhkum istifadəsində olan +99450 ******* mobil danışıq nömrəsindən «WhatsApp» və «WhatsApp Business» mobil tətbiqləri vasitəsilə özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının istifadəsində olan +98914 ******* mobil danışıq nömrəsinə zəng edərək, artıq Bakı şəhərinin Qaradağ rayonu ərazisinə yaxınlaşdığı barədə məlumat vermiş və bundan sonra özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı dərhal istifadəsində olan +98914 *** **** mobil danışıq nömrəsindən «WhatsApp» mobil tətbiqi vasitəsilə E.D.Ağayevin istifadəsində olan +99455 ******* mobil danışıq nömrəsinə zəng etmiş və konfrans rejimdə gizir Məhkum da həmin zəngə qoşaraq E.D.Ağayevə zəngi tamamlamadan, daimi əlaqədə olmaqla qısa müddət ərzində idarə etdiyi avtomobillə birlikdə Bakı şəhərinin Qaradağ rayonunun ərazisində, Ələt-Bakı magistral avtomobil yolunun üzərində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanına gəlməsini tapşırmışdır. Bundan sonra E.D.Ağayev dərhal anası X6 mülkiyyətində olmaqla etibarnamə əsasında idarə etdiyi qara rəngli «Kia Sportage» markalı, **-HY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yola düşərək 09 mart 2022-ci il tarixdə saat 05:30 radələrində Ələt-Bakı magistral avtomobil yolunun üzərində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yanına gəlmiş və bir qədər gözlədikdən sonra oradan keçən gizir Məhkum avtomobilini görüb onun arxasınca sürərək, avtomobilini sonuncunun tapşırığı ilə həmin gün saat 05:57-də Müdafiə Nazirliyinin Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşən N nömrəli hərbi hissəsinin çöl tərəfindəki avtomobil dayanacağında saxlamışdır. Orada gizir Məhkum idarə etdiyi avtomobilin yük yerində daşıdığı bağlamalardan 504,5 qram çəkidə narkotik vasitə hesab edilən heroini özünə götürərək içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddələr olan bağlama və kisələri çıxarıb E.D.Ağayevin avtomobilinin yük yerinə yığmış, bundan sonra hər ikisi idarə etdikləri avtomobillərdə həmin yerdən uzaqlaşmışlar. Bundan sonra E.D.Ağayev elə həmin gün şəxsiyyəti istintaqa məlum olmayan, özünü «Ramin» kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq qaçaqmalçılıqla ölkə ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitələri və psixotrop maddələri bir müddət sonra müəyyən edilmiş ünvanlara çatdırması məqsədi ilə idarə etdiyi avtomobilin yük yerində daşıyaraq özünə məxsus ünvan 3 ünvanında gizlədərək saxlamış və həmin psixotrop maddədən 10,219 qram çəkidə psixotrop maddə olan metamfetamini özünə götürmüşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 09 mart 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-a xtarış tədbirləri nəticəsində E.D.Ağayev həmin gün saat 21:50-də ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və şübhəli şəxs kimi tanındıqdan sonra orada müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə 10,219 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. 10 mart 2022-ci il tarixdə saat 13:10-da keçirilmiş baxış nəticəsində E.D.Ağayevə məxsus ünvan 3-nun qonaq otağından 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1000,1 qram, 1005,4 qram, 1010,5 qram, 1011,5 qram və 988,5 qram olmaqla, ümumilikdə 5017,0 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfet amin, 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1657,8 qram, 3629,9 qram, 3076,6 qram, 3157 qram və 6288,7 qram olmaqla ümumilikdə 17810 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana (kannabis), həblərin təsiredici maddəsinin ümumi miqdarı 79,6 qram təşkil edən və üzərində «Methadone 40» yazısı olan külli miqdarda 1990 (min doqquz yüz doxsan) ədəd metadon dərman preparatı (həbi) və 11 (on bir) ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1011,6 qram, 995,5 qram, 1007,9 qram, 989,5 qram, 1007,5 qram, 1001,5 qram, 996,8 qram, 1006,1 qram, 1002,4 qram, 995,5 qram və 982,2 qram olmaqla, ümumilikdə 10996,5 qram çəkidə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 25 iyun 2023-cü il tarixli 1-1(103)-20/2023 nömrəli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 1-1(093)-10/2023 nömrəli hökmü dəyişdirilmiş, dövlət ittihamçısı məhkum edilmiş şəxslər Məhkum və X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyindən, həmin maddə ilə verilmiş ittiham üzrə cinayət təqibinə xitam verilmiş, Bakı Hərbi Məhkəməsinin 1-1(093)-10/2023 saylı, 09 mart 2023-cü il tarixli hökmü ilə CM-in 66.3-cü maddəsi tətbiq edilməklə təyin edilmiş cəzaların qismən toplanılmasına dair müddəalar hökmdən xaric edilmiş, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və bəraətverici əsaslarla iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum polis əməkdaşları 10 mart 2022-ci il tarixdə təxminən saat 20-da Qaradağ rayonu, Müşviqabad qəsəbəsində hərbi geyimdə saxladıqdan sonra üzərinə baxış keçirmişlər. Üzərində narkotik vasitə olmadığını müəyyən etdikdən sonra onu qeyri-rəsmi nikah münasibətində olduğu X7 rayonu, Ceyranbatan qəsəbəsindəki yaşadığı evə aparmış, orada qanunsuz şəkildə məhkəm ə qərarı olmadan axtarış həyata keçirmişlər. Hər hansı bir narkotik vasitə aşkar edilmədiyi üçün polis əməkdaşları Məhkum Abşeron rayonu Məmmədli qəsəbəsindəki ailə üzvləri ilə birlikdə yaşadığı öz evinə gətirərək orada da qanunsuz şəkildə məhkəmə qərarı olmadan axtarış həyata keçirmiş, lakin narkotik vasitə aşkar edə bilməmişlər. Daha sonra polis əməkdaşları ondan "hərbi geyimlərini” çıxarıb mülki paltarlar geyinməsini tələb etmişlər. Hətta həmin geyimləri ona hüquqlarını müdafiə etdiyim şəxsin həyat yoldaşı Firuzə Bünyatova vermişdir. Bundan sonra onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirərək geyimini dəyişməsinə baxmayaraq üzərinə şəxsi axtarış keçirib guya qış gödəkcəsinin sol cibindən 504 qram heroin adlanan narkotik vasitə aşkar etmişlər. Məhkəmə proses ində tədqiq olunan videgörüntüdən də məlum olur ki, Məhkum polis əməkdaşları tərəfindən saxlanılarkən, həmçinin Abşeron rayonundakı yuxarıda göstərilən ünvanlara aparılarkən hərbi geyimdə olmuşdur. "Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 mart 2022-ci il tarixli protokoldan isə müəyyən olunur ki, onun üzərinə baxış keçirilərkən hüquqlarını müdafiə etdiyi şəxs mülki paltarda olub. Yəni qeyd olunan hallar təsdiqləyir ki, Məhkum yuxarıda göstərilən ünvanlara aparıldıqdan və paltarını dəyişdikdən sonra idarədə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Bu da onu deməyə əsas verir ki, Məhkum xeyli vaxt polis əməkdaşları ilə bir yerdə olmuşdur. Bu zaman kəsiyində onun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyula bilərdi. Həmçinin yaşadığı evdə dəyişdiyi üst geyiminin cibində narkotik vasitə olması mümkünsüzdür. Onun Abşeron rayonundakı yuxarıda göstərilən ünvanlara aparılarkən hərbi geyimdə olması, həmin ünvanlara məhkəmə qərarı olmadan baxış keçirilməsi, Məhkum geyimini dəyişdirməsi ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X3, X4, X5, X1 izahatları ilə də öz təsdiqini tapır. Göründüyü kimi, polis əməkdaşları nəinki Məhkum tutulmasını va faktiki olaraq azadlığının mahdudlaşdırılmasını saxlanıldığı yerdə dərhal sənədləşdirilməmiş, hətta onu müdafiəçi ilə təmin etməmiş, hüquq və vəzifələri barədə məlumat verməmiş, qanunla həyata keçirməli olduqları bu hərəkətləri yaxınlıqda yerləşən müvafiq polis bölməsində icra etməmiş və onu ən tez halda 01 saat 30 dəqiqədən sonra Daxili İşlər Nazirliyinin Baş Narkot iklərlə Mübarizə İdarəsinə gətirmişlər. Qeyd edilən xüsusatlar ittihama əsaslı şübhələr yaranmasına səbəb olur ki, bu şübhələr təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməli idi. Həmçinin məhkəmə iclasında dindirilmiş digər təqsirləndirilən şəxs X21 Bünyatovu tanımadığını, narkotik vasitələri qaranlıqda tanımadığı və üzünü görmədiyi bir şəxsdən götürdüyünü, ona ümumiyyətlə narkotik vasitəni Məhkum adlı şəxsdən götürməli olduğunun deyilmədiyini, ibtidai istintaq dövründə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün Məhkum adını ifadələrində çəkdiyini, əslində Məhkum polis əməkdaşlarının ona tanıtdığını bildirmişdir. X19 ifadəsi məhkəmə hökmündə tam şəkildə öz əksini tapmamışdır. Xüsusilə nəzərinizə çatdırmaq istəyirik ki, iş materiall arında olan "mobil telefona baxış keçirilmasi haqqında” 01 iyul 2022-ci il tarixli protokoldan da göründüyü kimi Məhkum istifadəsində olan telefonda Ağayev Elgiz tərəfindən istifadə olunan ***-***-**-** və ***-***-**-** mobil nömrə, Ağayev Elgizə məxsus telefonda isə Məhkum məxsus ******-**-** mobil nömrə yaddaşa vurulmamışdır. Həmçinin iş materillarında olan "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD-yə yenidən baxış keçirilməsi haqqında 04 iyul 2022-ci il tarixli protokoldan da göründüyü kimi Elgiz Ağayev tərəfindən istifadə edilən ***-***-**-** mobil nömrəsi ilə Məhkum tərəfindən istifadə edilən ***-***-**-** mobil nömrə arasında zəng və danışıq əlaqələri olmamışdır. Bundan başqa qeyd etməliyik ki, ibtidai istintaq zamanı şahid qismində dindirilən və məhkəmə iclası zamanı tədqiq edilən Sahi l Bünyatovun ifadəsindən də göründüyü kimi Məhkum hərbi geyimdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində olmuş, polis əməkdaşların onların hər ikisini döyərək Baş Narkotiklə Mübarizə İdarəsinə aparmışdır. Yəni Məhkum polis əməkdaşları tərəfindən döyülərək saxlanılarkən üzərində hərbi geyim olduğu Sahil Bünyatovun da ifadəsi ilə öz təsdiqini tapır. Həmçinin nəzərinizə çatdırmalıyıq ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 146/MEŞ saylı, 30 mart 2022-ci il tarixli rəyində Məhkum sol gözünün üst qapağındakı qançırın küt əşyanın təsirindən əmələ gəldiyi göstərilmişdir. Bu da bir daha təsdiqləyir ki, Məhkum polis əməkdaşları tərəfindən döyülmüş və ifadə verməyə məcbur edilmişdir. Eyni zamanda Sevda Bilalovanın ibtidai istintaq zamanı verdiyi ifadəsindən də gö ründüyü kimi, Məhkum ona polis əməkdaşları tərəfindən döyüldüyünü dediyini bildirmişdir. X10 və Çingiz Məmmədov da Məhkum Abşeron rayonundakı adı çəkilən ünvanlara aparılarkən halsız vəziyyətdə və üzündə qızartılar olduğunu gördüklərini bildirmişlər. Lakin Bakı Hərbi Məhkəməsi tərəfindən onların ifadələri mötəbər sübut kimi nəzərə alınmamışdır. Məhkəmə Firuzə Bünyatovanın, Sahil Bünyatovun, Çingiz Məmmədovun, Nəzakət Məmmədovanın, Sevda Bilalovanın ifadələrini qohumluq faktına istinad edərək özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş, həmçinin videogörüntüləri mötəbər sübut kimi nəzərə almamışdır. Apelyasiya şikayətində qeyd edilən bu xüsusat da Bakı Apelyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Yəni məhkəmələr müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından birbirindən asılı olduqları üçün bir-birinə qarşı ifadə verməmək marağında ola biləcək polis əməkdaşlarının ifadələrini mötəbər sübut kimi qiymətləndirsə də, qohumluq faktına istinad edərək onların ifadələrini sübut kimi nəzərə almamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunan videogörüntülərdə şahid qismində dindirilmiş polis əməkdaşlarının təqsirləndirilən şəxsi hərbi geyimdə yaşadığı ünvanlara apardığı aşkar şəkildə öz əksini tapsa da, polis əməkdaşları bunu danaraq orada olmadıqlarını bildirmişlər. Məhkəmə isə iş üzrə mühüm əhəmiyyət kəsb edən videogörüntüləri əsassız şəkildə mötəbər sübut kimi qiymətləndirməmişdir. Videogörüntülərdəki xüsusatların şahid ifadələri ilə öz təsdiqini tapmasına baxmayaraq, məhkəmə tərəfindən videogörüntülərin mötəbər sübut kimi qiymətləndirilməməsi qanun vericiliyin tələblərini kobud şəkildə pozulması ilə nəticələnmişdir. Qeyd olunan mötəbər faktların məhkəmələr tərəfindən nəzərə alınmaması cinayət işinin obyektiv, tam, hərtərəfli araşdırılmadığını təsdiqləyir. Bundan başqa Məhkum telefonunda İran İslam Respublikasının vətəndaşlarına aid nömrələrin olduğunu qəbul etsək belə, bu onun həmin şəxslərlə narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün əlaqə saxladığı mənasına gəlmir. Çünki iş materiallarından da göründüyü kimi, Məhkum məxsus mobil nömrələrə narkotik vasitələrin satışı, daşınması, saxlanılması, qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən keçirilməsinə dair SMS mətni göndərilməmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs polis əməkdaşlarının zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətləri tətbiq etməsi nəticəsində ilkin olaraq etirafedici ifadələr vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq əsassız və qanunsuz olaraq barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham hökmü çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkum özünü elan edilmiş ittihamda təqsirli bilməmişdir. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, məhkumun üzərində tutulduğu anda heç bir narkotik vasitə aşkar edilməmiş, müvafiq narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə məcburi şəkildə qoyulmuşdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər müdafiəçinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apelyasiya şikayətində də irəli sürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Res publikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun üzünün, digər məhkum X9, şahidlər Şahid1, Şahid2 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübut lara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi müdafiəçinin apelyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apelyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ib tidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyil və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini və məhkumun təqsirini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, məhkəmələr tərəfindən düzgün və doğru kimi qəbul edilmiş Məhkum ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsi, digər məhkumun və şahidlərin ifadələri, maddi və digər sübutlarla yanaşı, işdə olan "xxxx" MMC tərəfindən təqdim edilmiş obyektiv nəzarət vasitələrin və məhkumların istifadəsində olan mobil telefonlarla bağlı mobil operatorlar tərəfindən təqdim edilmiş məlumatlarla təsdiq olunmuşdur. Həmin sübutlar hökmdə ətraflı təsvir edil miş, odur ki, məhkəmə kollegiyası onların mahiyyətini yenidən göstərməyə zərurət görmür. Birinci və apelyasiya instansiyası məhkəmələri məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməməsi, ifadəsində işin hallarını şübhə altına alan digər xüsusatları göstərməsi cinayət işi üzrə sübutların məcmusu ilə təkzib olduğundan onun cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası həmçinin məhkəmələrin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişd ir. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum polis əməkdaşları tərəfindən hərbi geyimdə tutulmuş, lakin onun üzərində axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş SD diskdə olan videoyazıdan görünür ki, Məhkum mülki paltarda olmuşdur. Bununla əlaqədar Məhkum üzərində axtarış aparılması və maddi sübut – 504,5 qram narkotik vasitə olan heroin götürülməsi barədə protokol mötəbər sübut kimi qəbul edilə bilməz. Kassator qeyd edir ki, tutulduğu vaxt Məhkum hərbi geyimdə olmasını təsdiq etmək üçün istintaqa CD diskdə videoyazısı təqdim etmiş, lakin istintaq orqanı və məhkəmələr əsassız olaraq həmin CD disk sübut kimi qəbul etməmişlər. Həmçinin kassator şikayətində göstərmişdir ki, müdafiə tərəfi Məhkum tutularkən hərbi geyimdə olmasını təsdiq etmək üçün onun həyat y oldaşı F.Məhkumnın, habelə təqsirləndirilən şəxslə qeyri-rəsmi nikahda yaşayan N.Ç.Məmmədovanın və sonuncunun atası Ç.M.Məmmədovun dindirməsi barədə vəsatət vermiş, lakin məhkəmə tərəfindən vəsatət əsassız təmin edilməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkumun təqsirsizliyi ilə əlaqədar analojı dəlili müdafiəçi tərəfindən apelyasiya şikayətində də irəli sürmüşdür. Apelyasiya məhkəməsi müdafiə tərəfinin bu dəlili əsassız hesab etmişlər. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyini aşağıda göstərilən səbəblərə görə əsaslı hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum müdafiəçisi tərəfindən təqsirləndirilən şəxsin tutularkən hərbi geyimdə olmasını təsdiq etmək üçü n istintaq orqanına CD disk təqdim etmiş və diskə baxış keçirilməsi, təqsirləndirilən şəxsin həyat yoldaşı F.Məhkumnı, təqsirləndirilən şəxslə qeyri-rəsmi nikahda yaşayan N.Ş.Məmmədovanı və onun atası Ç.M.Məmmədovu, qonşusu E.N.Abdullayevi şahidlər qismində dindirilməsi barədə vəsatət verilmişdir. Müstəntiq tərəfindən həmin vəsatətə əsasən CD diskə baxış keçirmiş və müəyyən etmişdir ki, diskdə olan videoyazı keyfiyyətsiz və vəsatətdə qaldırmış məsələllərin aydınlaşdırılması üçün yarasız olduğundan həmin CD disk sübut kimi qəbul edilə bilməz. Vəsatət əsasında məhkumun yuxarıda qeyd edilən yaxın adamlarından başqa müstəntiq tərəfindən dindirilmiş E.N.Abdullayev və digər şahidlər öz ifadələrində müdafiəçinin vəsatətində qaldırılmış məsəlləri təsdiq etməmişlər. Ona görə də, müstəntiq cinayət i şi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə 20 sentyabr 2022-ci il tarixli qərarında təqsirləndirilən şəxsin tutularkən hərbi geyimdə olması halı öz təsdiqi tapmadığı və cinayət işi üzrə digər mötəbər sübutlarla təkzib olduğundan təqsirləndirilən şəxsin həyat yoldaşı F.Məhkumnın, habelə onunla qeyri-rəsmi nikahda yaşadığı N.Ç.Məmmədovanın və sonuncunun atası Ç.M.Məmmədovun şahid qismində verdikləri ifadələri həqiqətə uyğun olmayan, təqsirləndirilən şəxs Məhkum elan edilmiş ittihamdan müdafiə etmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Birinci instansiya məhkəməsi istintaq orqanın sübutların qiymətləndirilməsi ilə əlaqədar mövqeyi ilə razılaşmış, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən nəticəyə gəlmişdir ki, məhkumun cinayəti törətməməsi və hərbi geyimdə tutulması barədə ifadəsi həqiqətə uyğun gəlmir. Apelyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apelyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci və apelyasiya məhkəmələrinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmal arını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə və əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sü butlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4. 1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1-1(102)-13/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-13/2024
14.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver