Məhkəmə qərarları › İş №1-1(102)-13/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-13/2025

07.02.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-13/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), X8 və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Məhkum1 müdafiəçisi Müdafiəçi4 və zərər çəkmiş şəxsin hüquqi varisi X5 iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Saatlı rayonunun Dəllər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, əvvəllər məhkum olunmamış, Saatlı rayonun Dədəqorqud kəndində yaşayış yeri üzrə qeydiyyatda оlmaqla, Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik, subaylar yataqxanasında yaşamış, N nömrəli hərbi hissənin 2-ci taborunun 5-ci bölüyünün 1-ci taqımının komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət etmiş Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 329.2.1, 329.2.6, 329.3 və 341.3-cü maddələri ilə məhkum edilməsinə; 10 avqust 2003-cü il tarixdə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda оlmaqla, həmin ünvanda yaşamış, N nömrəli hərbi hissənin 3-cü taborunun 8-ci bölüyünün 1-ci taqımının 1-ci manqasının heyət nəfəri-atıcısı vəzi fəsində, əsgər hərbi rütbəsində xidmət etmiş Məhkum2 Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 6 iyun 2024-cü il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi4 və Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 11(092)-2/2024 nömrəli hökmü ilə (hakimlər: O.Ə.Orucəliyev (sədrlik edən), S.S.Hüseynov (məruzəçi) və P.V.Həsənov) Məhkum1 - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 329.3 və 341.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, onun Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi; Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkəmənin həmin hökmündən Məhkum2 və müdafiəçisi Müdafiəçi1, Məhkum1 və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cİnayət kollegiyasının 1-1(108)-6/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə qismən təmin edilmiş, Məhkum2 barəsində təyin edilmiş 6 (altı) il 6 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilərək 5 (beş) il 8 (səkkiz) ay müddətinə endirilməsi, Məhkum1 Azərbaycan Respublikası CM-in 329.2.1 və 329.2.6-cı maddələri üzrə təqsirli bilinməsi, ona həmin maddələr üzrə 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsi üzrə təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilərək 3 (üç) il 8 (səkkiz) ay müddət inə endirilməsi, Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 341.3-cü maddəsi üzrə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 6 (altı) il müddətinə endirilməsi, Azərbaycan Respublikası CM-in 66.2 və 66.3-cü maddələrinə əsasən Məhkum1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə təkrarən zor tətbiq etməsi, ondan xidməti cəhətdən asılı olmuş zərər çəkmiş şəxslə amansız rəftar etməsi, ləyaqətini alçaltması, ona hədə-qorxu gəlməsi, habelə rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, X10 Şahbuz rayonundа dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin 4cü taborunun həmin rayonun Şada kəndi ərazisində yerləşdirilmiş 12-ci bölüyünün, qeyd edilən kəndi istiqamətində, dağlıq ərazidə, düşmənlə həmsərhəddə yerləşən “Düz” şərti adlı mövqeyində bölük komandiri, eyni zamanda mövqe başçısı vəzifəsində, kapitan hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 2023-cü ilin yanvar ayının ortal arında, günorta vaxtı intizamsızlıq etməsinə əsəbləşib həmin mövqeyin yataqxanasında tabeliyində olan əsgər X11 başına 2 şillə zərbəsi vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifə və rütbədə xidmət edərkən 2023-cü ilin yanvar ayının ortalarında, axşam saatlarında həmin bölükdə atıcı-qumbaraatan vəzifəsində xidmət edən xidməti zərurətlə əlaqədar, gücləndirmə məqsədilə həmin mövqeyə ezam edilmiş, öz tabeliyində olan, əsgər Zərərçəkmiş şəxs8 silahını yaxşı təmizləməməsi səbəbindən mövqenin yataqxanasında sonuncuya təhkim edilmiş həmin avtomat silahın qundağı ilə onun kürəyinə zərbə vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələ rin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Bundan başqa o, həmin vəzifə və rütbədə xidmət edərkən 2023-cü ilin yanvar ayının ortalarında, qeyd edilən hadisədən bir neçə gün sonra həmin mövqedə heyət nəfəri vəzifəsində xidmət edən əsgər Məhkum2 əvəzinə onu patrul xidmətinə çıxarmasına etiraz etməsinə görə əsgər Zərərçəkmiş şəxs8 iradəsini sındırıb qorxu altında saxlamaqla onu öz şəxsi mülahizəsinə görə, bu yolla «cəzalandırmaq» qərarına gəlmiş və bu məqsədlə, qeyri-qanuni оlan, hər-hansı nizamnamədə nəzərdə tutulmayan cəza tədbiri kimi, sonuncunun əyninə üst-üstə 2 (iki) ədəd zirehli gödəkçə və dəbilqə geyindirərək axşam saat 20-dən səhər saat 04-dək patrul xidmətində, açıq havada, kəskin soyuq hava şəraitində çöldə qalmağa məcbur etmiş, Zərərçəkmiş şəxs8 atası Calal Calalova zəng edib ondan şikayət etməsinə görə hərbi hissəyə düşürüldükdən sonra orada “şərəfsizsən, mama uşağısan, niyə evə şikayət etmisən” və 16 fevral 2023-cü il tarixdə “Gərməçataq” mövqeyində olarkən yenidən ona “sən şərəfsizlik etmisən, məni şikayət etmişdin, imkanım olsaydı gülləni doldurardım qarnına, sən 5.45 mərmisini götür, çənənin altından vur, başın partlasın, yaşama” deyərək onu təhqir edərək rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı işgəncə verməklə təkrarən zor tətbiq etmişdir. Bundan əlavə kapitan Məhkum1 həmin vəzifə və rütbədə xidmət edərkən 2023-cü ilin fevral ayının əvvəllərində, saat 23 radələrində tabeliyində olan əsgər Nail Yaqubov “Düz” mövqeyində patrul xidmətində olarkən hava soyuq olduğu üçün isinmək məqsədilə mövqenin hamam otağına girməsi səbəbindən ona qarşı nalayiq ifadə işlədib təhqir edərək onun şərəf və ləyaqətini alçaltmışdır. Bundan başqa o, həmin vəzifə və rütbədə xidmət edərkən 2023-cü ilin mart ayında tabeliyində olan əsgər Nail Yaqubov patrul xidmətinə çıxmağa gecikdiyindən onu yataq dəstləri ilə patrul xidmətinə çıxarıb bir müddət həmin vəziyyətdə ayaqüstə saxlatmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı işgəncə verməklə təkrarən zor tətbiq etmişdir. Bundan başqa kapitan Məhkum1 həmin vəzifə və rütbədə xidmət edərkən 2023-cü ilin mart ayının əvvəllərində, günorta saatlarında əsgər Nail Yaqubova ona çay hazırlamasını tapşırmış, lakin sonuncu unutduğundan çayı hazırlamamış, buna görə Məhkum1 əsgər Nail Yaqubov başını həmin mövqenin yataqxanasının pəncərəsindən çölə çıxaran zaman yumruqla onun başına zərbə vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan şəxsə qarşı təkrarən zor tətbiq etmişdir. Həmçinin kapitan Məhkum1 həmin vəzifə və rütbədə xidmət edərkən öz cinayətkar hərəkətlərini davam etdirərək rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, özünü yuxarı komandanlıq qarşısında tələbkar, xidməti vəzifələrini nümunəvi yerinə-yetirən komandir kimi göstərm ək məqsədilə, 2023-cü ilin mart ayının əvvəllərində, günorta saatlarında, mövqeyə yoxlama gələcəyindən şəxsi heyətdən vəzifə borclarını və onlara təhkim edilmiş silahların taktiki və texniki xüsusiyyətlərin soruşarkən zəif cavab vermələri səbəbindən həmin mövqedə xidmət edən, öz tabeliyində olan əsgər Nail Yaqubova, o cümlədən əsgərlər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 Seydalı oğluna və Zərərçəkmiş şəxs5, hər birinə bir ədəd dəbilqə və bir ədəd zirehli gödəkçə geyindirib yataqxanada bir-iki saat ayaqüstə saxlatdırıb həmin vəziyyətdə onları nizamnamə oxumağa məcbur etməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Bundan əlavə kapitan Məhkum1 həmin vəzifə və rütbədə xidmət edərkən rəis kimi özünə yüngül xidmət şəraiti yaratmaqla qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin mövqedə heyət nəfəri vəzifəsində xidmət edən, vəzifə və rütbəsinə görə digər əsgərlərlə tabelik münasibətləri olmayan əsgər Məhkum2, qanunla və nizamnamə ilə nəzərdə tutulmadığı halda onu əsgərlərin təsərrüfat işlərinə və gündəlik fəaliyyətinə nəzarət etməsini tapşırmaqla, həmçinin digər əsgərlərə nəzərən ona daha çox istirahət vaxtı verib, bəzi hallarda döyüş nöbəsindən azad etməklə qanunsuz üstünlük yaratmış, buna görə Məhkum2 özünü əsgərlər üzərində “böyük” kimi aparıb, yaranmış əlverişli şəraitdən istifadə etməklə, kollektivdə im tiyazlı mövqeyə malik olmaq, özünün həmin mövqedə xidmət edən, onunla tabelik münasibətlərində olmayan, əsgərlər X11, Zərərçəkmiş şəxs3, Şahid3 və Zərərçəkmiş şəxs8 üzərində üstünlüyünü nümayiş etdirib onları özünə tabe etdirmək məqsədilə, müxtəlif vaxtlarda onlara qarşı zor tətbiq edib qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş, həmçinin 2023-cü ilin yanvar ayının ortalarında, saat 16 radələrində yataqxananın qarşısında heç bir səbəb olmadan əsgər Nail Yaqubovun yaxasından yapışıb onu itələyib kürəyini üst-üstə qoyulmuş təkərlərdən ibarət divara çırpdığından Nail Yaqubov mövqenin hamam otağına girib ağlamış, sonra bölük komandiri Məhkum1 xidməti otağına gedərək ona “ya Həmzəyevi buradan düşürün, ya məni düşürün, onun əlindən bezmişəm, yoxsa özümə xəsarət yetirəcəyəm” dedikdə M əhkum1 ona “get işinlə məşğul ol” cavabını vermişdir. Bununla belə 2023-cü ilin fevral ayının əvvəllərində birlikdə döyüş növbəsində olarkən saat 23 radələrində müşahidə məntəqəsində Məhkum2 Nail Yaqubova zor tətbiq etməsindən sonra sonuncu bölük komandiri Məhkum1 xidməti otağının pəncərəsinə tərəf qaçaraq “cənab kapitan Həmzəyev məni dodda döydü, başıma başıma şillə vurdu, təpiklə bədənimə vurdu” deməklə Məhkum2 ona qarşı zor tətbiq edib qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması barədə məlumat vermiş, lakin Məhkum1 qeyd edilən hallara görə qanuna müvafiq tədbir görmək əvəzinə Məhkum2 qanunsuz hərəkətlərinə göz yummuşdur. Bundan sonra əsgər Nail Yaqubov 2023-cü ilin fevral ayının əvvəllərində, patrul xidmətində olarkən “Düz” postunun müşahidə məntəqəsinə gedib yerə çökərək, s ilaha daraq taxıb lüləsini çənəsinin altına tutub ağlamış, əsgər Zərərçəkmiş şəxs5 bunu görüb onu yanına çağıraraq silahını alıb dolu mərmini silahdan çıxarıb nə üçün belə etməsini soruşduqda Nail Yaqubov “özümü öldürmək istəyirəm, Həmzəyev məni çox qısnayır, sıxır, pis-pis sözlər deyir, buna görə də əsgərlər mənə pis baxırlar, sıxırlar, onunbunun yanında məni alçaldır” cavabını vermiş, Zərərçəkmiş şəxs5 bu barədə bölük komandirinə məruzə etdikdə Məhkum1 “əşi boş ver, yalan deyir, o özünü vurammaz, şeyimə kimi, qeyrət damarı olsa vurur, amma vurmayacaq” demiş, Zərərçəkmiş şəxs5 bu barədə ona məlumat verdikdən sonra əsgər X1 Yaqubovu çağırıb ondan özünü vurmaq istəməsinin səbəbini soruşmuş, Nail Yaqubov “mənimlə pis rəftar edirlər, evdən pul göndərməyə imkanları yoxdur, siqaret alanmıram, s ıxılıram, buraxılışa çıxa bilmirəm” cavabını vermiş, əsgər Məhəmməd Abbaslı öz növbəsində həmin halı Məhkum1 məruzə etdikdə Məhkum1 Nail Yaqubovu nəzəratədə saxlamalarını, xidmətə çıxanda ehtiyatlı olmalarını, nəyə ehtiyacı olarsa onun adına yazıb almasını bildirməklə kifayətlənib müvafiq tədbirlərin görülməsini təmin etməmiş, bununla rəis kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq qulluq mənafeyi tələb etdiyi halda öz səlahiyyətlərindən istifadə etməmişdir. Həmçinin kapitan Məhkum1 həmin vəzifə və rütbədə xidmət edərkən öz qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirərək rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni əsgərlərin iradəsini sındırıb оnları qorxu altında saxlamaqla özünü tabeliyində olan şəxsi heyət arasında prinsipial komandir kimi göstərmək məqsədi ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, qeyri qanuni olan, hərhansı nizamnamədə nəzərdə tutulmayan cəza tədbiri kimi, 2023-cü ilin yanvar ayının əvvəllərindən həmin ilin mart ayının 27-dək olan müddətdə ayrı-ayrı vaxtlarda “qalx komandası”da əsgərlər X11, Zərərçəkmiş şəxs1 Seydalı oğlunun, X6, Zərərçəkmiş şəxs7 və X2 yuxudan gec oyanmalarını görüb bundan qəzəblərək, onlara yataq dəstlərini götürüb yataqxananın qapının girişində və yataqxananın qarşısında bir saata yaxın müddətdə ayaqüstə dayanmağa məcbur edib, bəzi hallarda növbəyə çıxanda yemək yeməyə icazə verməyib xidmətə göndərərək, o cümlədən yol verdiyi intizamsızlıqlarına davam edərsə Nail Yaqubovu hərbi biletinin ləkələyəcəyi, xidmət yerini xidmət şəraiti ağır olan “Kəlbəcər” mövqeyinə dəyişdirəcəyi ilə hədələyib, postda ən aşağı səviyyəli əsgər olduğunu, heç bir işə yaramadığını bildirib, bununla Nail Yaqubov və adı çəkilən əsgərlərlə amansız rəftar etməklə, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öz tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrarən işgəncə verməklə zor tətbiq etmişdir. Bundan başqa kapitan Məhkum1 həmin vəzifə və rütbədə xidmət edərkən rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, yəni özünü yuxarı komandanlıq qarşısında tələbkar, xidməti vəzifələrini nümunəvi yerinə-yetirən komandir kimi göstərmək məqsədilə, öz qulluq səlahiyyətlərin dən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə öz qərəzli münasibətini və amansız rəftarını davam etdirərək əsgər Nail Yaqubovu “Düz” postunda xidmət etdiyi müddətdə, müxtəlif vaxtlarda mütəmadi olaraq vəzifəsi radio-telefonçu olduğu halda, onu öz vəzifəsinə uyğun xidmətə deyil, döyüş növbəsinə təyin edib döyüş növbəsindən gəldikdən sonra istirahət etməli vaxtlarda qanunsuz olaraq müxtəlif təsərrüfat işləri gördürməklə ardıcıl istirahət vaxtını kəsmiş, buna görə yorğun olan və yuxusuzluğa dözə bilməyən Nail Yaqubov növbəti növbələrində yatmaqla, divara söykənməklə və.s hərəkətlərlə növbə çəkmə qaydalarını pozmuş, həmin halları aşkar edən Məhkum1 onu dəfələrlə intizam qaydasında cəzalandırmış, eyni zamanda döyüş növbəsi qaydalarını pozmasını məruzə edib hərbi hissə komandiri tərə findən Nail Yaqubova 2023-cü ilin yanvar ayının 10-dan 13dək 3(üç) sutka müddətində həbs verilməsinə, 2023-cü ilin yanvar ayının 5-də və fevral ayının 28-də onun intizamsızlıqları ilə bağlı atası X5 hərbi hissəyə çağrılmasına və buna görə buraxılışdan məhrum edilməsinə nail olmuşdur. Həmçinin Məhkum1 qanunla və nizamnamə ilə nəzərdə tutulmadığı halda, Nail Yaqubovun istifadə edərkən ehtiyatsızlıqdan qırdığı, hərbi əmlak hesab edilməyən stəkan, termometr, ayna və.s əşyaları almasını tələb etmiş, buna görə Nail Yaqubov ailəsinin maddi vəziyyəti aşağı olsa da, məcbur olaraq onlara borcu olmasını bildirərək valideynlərindən müxtəlif məbləğlərdə, ümumilikdə 90 manat pul istəyib alaraq bölük komandirinin sifarişi ilə mövqeyə gətirilmiş həmin əşyaların pullarını ödəmişdir. Bundan əlavə kapitan Mə hkum1 həmin vəzifə və rütbədə xidmət edərkən əsgər Nail Yaqubova qarşı öz qərəzli münasibətini davam etdirirək 27 mart 2023-cü il tarixdə Nail Yaqubov əsgər Zərərçəkmiş şəxs3 ilə həmin mövqedə saat 18 dən saat 20-dək döyüş növbətçiliyində olarkən sonuncudan tabor mərkəzi ilə danışıb adının buraxılışa gəlibgəlməməsini dəqiqləşdirmək üçün rabitə avadanlığını verməsini istəməsi səbəbindən, müşahidə məntəqəsində quraşdırılmış rabitə avadanlığından digər məqsədlər üçün istifadə olunmasını qadağan etməsini bəhanə edərək Nail Yaqubovu xidməti otağına çağırıb ona irad bildirməklə Nail Yaqubovun yenidən hərbi hissəyə aparılaraq həbs olunacağını və atasının oraya gələcəyini düşünərək psixoji gərginlik keçirməsinə səbəb olmuşdur. Bununla da, kapitan Məhkum1 “Düz” mövqeyində xidmət etdiyi müddətdə müt əmadi olaraq vəzifəsi radio-telefonçu olduğu halda, onu öz vəzifəsinə uyğun xidmətə deyil, döyüş növbətçiliyinə təyin edib döyüş növbəsindən gəldikdən sonra istirahət etməli olduğu vaxtlarda qanunsuz olaraq müxtəlif təsərrüfat işləri gördürməklə ardıcıl istirahət vaxtını kəsməsi, onun yuxarıda qeyd edilən qanunsuz və nizamnamədən kənar davranışlarından və psixoloji basqılarından bezməsi, bununla yanaşı, eyni zamanda bölük komandiri Məhkum1 yaratdığı imtiyazlı şəraitdən istifadə edən əsgər Məhkum2 mütəmadi zorakılığına və şərəf və ləyaqətini alçaltmasına məruz qalması, bunlara görə ona qarşı hamıda mənfi fikrin yaranmasını düşünməsi, eləcə də onunla amansız rəftar edilməsi, ləyaqətinin mütəmadi olaraq alçaldılması, ona hədə-qorxu gəlinməsi nəticəsində Nail Yaqubov frustrasiya halını, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması, arzu və istəyinə çata bilməməsi vəziyyətini keçirərək özünü öldürmək qərarına gəlmişdir. Nail Yaqubov bu vəziyyətdə 2023-cü ilin fevral ayının əvvəllərində, patrul xidmətində olarkən “Düz” postunun müşahidə məntəqəsinə gedib yerə çökərək, silaha daraq taxıb lüləsini çənəsinin altına tutub ağlamış, həmin mövqedə xidmət edən Zərərçəkmiş şəxs5 bunu görüb onu yanına çağıraraq silahını alıb dolu mərmini silahdan çıxarmış, Zərərçəkmiş şəxs5 və digər əsgər yoldaşları onunla söhbət etdikdən sonra bu fikrindən daşınsa da bir müddət sonra yenidən özünü öldürmək qərarına gəlmiş, 28 mart 2023-cü il tarixdə, saat 10:00-dan 12:00-dək döyüş növbəsinə təyin edilmiş Nail Yaqubov öncə başına dəmir dəb ilqə və əyninə zirehli gödəkçəsini geyinərək mövqenin silah saxlama otağına daxil olmuş və oradan özünə təhkim edilmiş xidməti istifadəsində olan, bölüyə məxsus AK-74” markalı “3090181” №-li avtomat silahını, hər birinin içərisində 1 (bir) ədəd boş (təlim) və 29 (iyirmi doqquz) ədəd döyüş patronu olan 4 (dörd) ədəd patron darağını götürərək, silah otağından çıxıb döyüş növbəsinə təyin edildiyi əsgər Zərərçəkmiş şəxs4 ilə birlikdə dəyişdirici, baş atıcı əsgər Zərərçəkmiş şəxs1 Seydalı oğlunun müşayiəti və rəhbərliyi ilə mövqenin silah doldurub-boşaltma yerinə yaxınlaşıb silahın boş olmasını yoxlayıb dəqiqləşdirdikdən sonra qoruyucunu bağlamış və döyüş növbətçiliyinin aparıldığı istiqamətdə hərəkət etmişdir. Daha sonra müəyyən edilmiş qaydalara uyğun olaraq əsgər Zərərçəkmiş şəxs4 mövqenin m üşahidə məntəqəsində dayanmış, Nail Yaqubov isə səngərdə maşrut üzrə hərəkətə başlamışdır. Nail Yaqubov döyüş növbəsində xidmət apararkən əvvəlcədən yazdığı, “özümü vurmağımın səbəbi artıq bezmişdim, artıq heç neyi fikirləşmirdim, həyatdan yaşamaqdan bezmiş heç nəyi fikirləşmirdim. Heç kim məni istəmirdi, özümü ən axırıncı adam kimi hiss edirəm. heç kim məni yaxşı görüb baxmırdı, bu şəraiti mən özüm yaratmışdım, nə qədər deyib gülsəm də məni tpoy kimi fikirləşirdim, nə qədər səbr etsəm də alınmırdı, mən bir neçə adama demişdim ki, bu postda Kurqan məsələsi olacaq, deyirdim heç kim inanmırdı. Və o gün bu gün imiş, mən elədiyim intizamsızlığa özüm bezib aşağıya düşüb atamı briqadaya çağırmaqdan utanırdım. Buna görə evdəkilərə, burda olan bölük komandirimə tabe olduqlarıma yük olmaq istəmirəm, bölük komandirim bir çox intizamsızlığıma dözüb mənə tövsiyə vermişdi, bu gün etdiyim intizamsızlıq yenə məni aşağı briqada gedəcəm və yüz faiz atamı çağıracaqlar, mən də bu şey olmasın, həbsə getməyim deyə intihar edirəm, mən azərbaycan əhalisi 10 miliyon olsun deyə doğulmuşam, mənim yaşamağımın heç kimə faydası yoxdur, buna görə özümə qəsd edirəm. mənə dedim kimin mənim yaşamağım heç kimə faydam olmadığı kimi ölməyim heç kimə ziyana düşməyəcək, mənim istədiyim ailəmi görmək (186) gün altı aya başa vuracaq idi o istədiyim də mənə qismət olmadı....” məzmunlu məktubu cibinə qoyub xidmətin başa çatmasına bir qədər qalmış döyüş növbətçiliyinin təşkil edildiyi müşahidə məntəqəsindən 160 metr aralıda yerləşən səngərə doğru hərəkət edib, saat 11:30 radələrində orada dizləriüstə yerə çökərək zi rehli gödəkçəsinin üzərində olan 4 rəqəmi ilə nömrələnmiş birka yapışdırılmış darağı götürüb içərisində olan 1 (bir) ədəd boş (təlim) patronunu çıxarıb həmin darağı xidməti istifadəsində olan “AK-74” markalı, “3090181” №-li avtomat silaha birləşdirmiş, silahın qorucuyusunu açıb silahı tək-tək atış rejiminə qoyub silahı atəşə hazır vəziyyətə gətirərək, əvvəlcə kənara bir atəş açmış, bir dəqiqə sonra yenidən silaha 1 (bir) ədəd dolu patron yeridib darağı silahdan ayıraraq əvvəlcədən çıxardığı təlim patronunu yerinə qoyub darağı zirehli gödəkçəsinin üzərinə keçirmiş, sonra dizləri üstə çöməlmiş vəziyyətdə, avtomat silahın sandıq yuvası çölə doğru olmaqla, qundaq hissəsini ayaqlarının arasından yerə qoyub lüləsinin ön kəsiyini öz çənəaltı nahiyəsinə dirməmiş və bu vəziyyətdə sağ əlinin barmağı ilə tətiyi qəsdən çəkib bir atəş açaraq özünə qəsdən ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid olan “giriş dəliyi çənəaltı nahiyədə, çıxış dəliyi təpə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, kəlləni təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin ağır dərəcəli əzilib dağılması ilə müşayiət olunan, aşağıdan-yuxarıya, bir qədər öndən-arxaya istiqamətli başın bir ədəd dəlib-keçən yarası” xəsarətlərini yetirmiş və aldığı xəsarətlərdən ölmüş, bununla da Məhkum1 rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar təkrarən, öz tabeliyində olan iki və daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etməsi, ondan xidməti cəhətd ən asılı olmuş zərər çəkmiş şəxslə amansız rəftar etməsi, ləyaqətini alçaltması, ona hədə-qorxu gəlməsi, habelə rəis kimi döyüş şəraitində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi ağır nəticələrə səbəb olmuşdur. Məhkum2 onunla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən pozması ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, 15 oktyabr 2021-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılıb X1 2 Şahbuz rayonundа dislokasiya edilmiş N nömrəli hərbi hissəsinin 4-cü taborunun həmin rayonun Şada kəndi ərazisində yerləşdirilmiş 12-ci bölüyünün, qeyd edilən kənd istiqamətində, dağlıq ərazidə, düşmənlə həmsərhəddə yerləşən, şərti olaraq “Düz” adlandırılan mövqeyində heyət nəfəri vəzifəsində xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38ci maddəsində göstərilən «hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar» tələblərini pozaraq yuxarı çağırışçı olmasından və bölük komandiri kapitan Məhkum1 ona yaratdığı əlverişli şəraitdən istifadə edərək, kollektivdə imtiyazlı mövqeyə malik olmaq, həmin mövqedə radio-telefonçu vəzifəsində xidmət edən, onunla tabelik münasibətlərində olmayan, əsgər X11 üzərində üstünlüyünü nümayiş etdirib onu özünə tabe etdirmək məqsədilə, 2022-ci ilin dekabr ayının sonlarında, saat 14 radələrində hamamı təmizləyən zaman ora daxil olmamasını bildirməsi səbəbindən ona “peysər” deyib, sonra sinəsindən itələdiyindən Nail Yaqubovun başı divara dəymiş, Nail Yaqubov ona “sən kimsən məni itələyirsən” dedikdə Məhkum2 “peysər Dəmirçili” deyərək yaxasından yapışıb özünə tərəf çəkib yumruqla başına bir neçə zərbə vurub yenidən sinəsindən arxaya itələyib, onu yerə yıxaraq, yerdə ayaqlarına təpik zərbələri vurub “bir də mənə qarşı çıxıb söz desən sənin ananı belə-belə edəcəm” nalayiq ifadələrini işlədərək ona qarşı zor tətbiq edib şərəf və ləyaqətini alçalmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozmuşdur. Bundan başqa o, həmin mövqedə, eyn i vəzifə və rütbədə xidmət edərkən 2023-cü ilin yanvar ayının əvvəllərində, saat 10 radələrində hamama gəlib əsgər Nail Yaqubova “sən peysərsən, çıx çölə, mən üzümü qırxım, sən sonra gəl” demiş, Nail Yaqubov ona “bundan sonra mənə həmin sözü deyənin özüdür peysər” cavabını verdikdə Məhkum2 “peysər sənin nəslindir” deyib onun qarnına yumruq zərbəsi vurmuş, həmin gün Məhkum2 saat 10-dan saat 12-dək döyüş növbətçiliyində olarkən öz qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirərək yataqxananın yaxınlığında yerləşən müşahidə məntəqəsindən uca səslə “o peysərə deyin gəlsin bura” deyərək əsgər Nail Yaqubovu yanına çağırıb yumruqla sinəsinə, sonra başını əyməsini tələb edib dirsəyi ilə başından vurub ona qarşı zor tətbiq etməklə təkrarən tabelik münasibətlərində olmayan hərbi qulluqçul ar arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuşdur. Həmçinin Məhkum2 həmin vəzifə və rütbədə xidmət edərkən əsgər Nail Yaqubova qarşı öz qərəzli münasibətini və amansız rəftarını davam etdirirək, 2023-cü ilin yanvar ayının sonlarında, saat 15 radələrində ağır yük götürəndə ağrıdığını bildirib 10 litrlik su qablarını daşımaqdan imtina etməsi səbəbindən həmin mövqedə yerləşən anbarın içərisində Nail Yaqubovun sifətinə şillə zərbəsi vurub onu su qablarının üzərinə yıxmaqla ona qarşı zor tətbiq edib qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən pozmuşdur. Bundan əlavə o, eyni rütbə və vəzifədə xidmət edərkən 2023-cü ilin yanvar ayında, gecə saat 12 radələrində Nail Yaqubovun xidmətdə olarkən hava soyuq olduğu üçün hamamın sobasının yanında dayanıb qızışmaq istəm əsinə görə həmin mövqedə yerləşən hamam otağının qarşısında başına yumruq zərbələri vurmaqla ona qarşı zor tətbiq etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını təkrarən pozmuşdur. Eləcə də Məhkum2 həmin vəzifə və rütbədə xidmət edərkən 2023-cü ilin yanvar ayının ortalarında, axşam saatlarında mövqenin şəxsi heyətinin yaşaması üçün nəzərdə tutulan yataqxanasında səbəbsiz yerə əsgər Nail Yaqubova nalayiq ifadələr işlətməklə ondan çay süzməsini tələb etmiş, sonuncu söyüş söyməsinə görə bundan imtina etdikdə sifətinə şillə zərbəsi vurmaqla ona qarşı zor tətbiq edərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını təkrarən pozmuşdur. Bundan başqa Məhkum2 həmin mövqedə, eyni rütbə və vəzifədə xidmət edərkən 2023-cü il in yanvar ayının ortalarında, saat 16 radələrində yataqxananın qarşısında səbəbsiz yerə Nail Yaqubovun yaxasından yapışaraq onu itələyib kürəyini üst üstə qoyulmuş təkərlərdən ibarət divara çırpmaqla yenidən ona qarşı zorakı hərəkətlər etməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını təkrarən pozmuşdur. Həmçinin Məhkum2 həmin rütbə və vəzifədə xidmət edərkən 2023-cü ilin yanvar ayının sonlarında, saat 21 radələrində “Düz” mövqeyində patrul xidmətində olarkən divara söykənməsi səbəbindən əsgər Nail Yaqubovun başına və sifətinə yumruq zərbələri vurmaqla ona qarşı zor tətbiq edərək qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını təkrarən pozmuşdur. Bundan əlavə o, həmin mövqedə, eyni rütbə və vəzifədə xidmət edərkən 2023-cü ilin yanvar ayının sonlarınd a, səhər saatlarında döyüş növbəsində onu gec dəyişməsi səbəbindən yataqxananın silah otağında Nail Yaqubova “peysər niyə məni 3 dəqiqə gec dəyişdin?” deyib sifətinə şillə, qarnına təpik zərbələri vurub başını qolunun altına salıb yenidən başına yumruq zərbələri vurmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozmuşdur. Bundan başqa Məhkum2 həmin rütbə və vəzifədə xidmət edərkən 2023-cü ilin fevral ayının əvvəllərində, saat 23 radələrində əsgər Nail Yaqubov “Düz” mövqeyində patrul xidmətində olarkən hava soyuq olduğundan isinmək üçün mövqenin hamam otağına girmiş, sonra orada çıxmaq istədikdə Məhkum2 ona şirniyyat və yemək gətirəcəyini deyib hamama geri göndərək bölük komandiri, kapitan Məhkum1 əsgər Nail Yaqubovun hamamda olmasını xəbər vermiş, b una görə sonuncu Nail Yaqubova qarşı nalayiq ifadə işlədərək xidmətini davam etdirməsini tələb etmiş, bundan sonra X20 Həmzəyevdən nə üçün onu xəbərləməsini soruşduqda sonuncu “mənim hərəkətlərimi, divijeniyamı üstünə götürənin var-yoxunu belə-belə edim” deyib Nail Yaqubovun sifətinə şillə zərbəsi vurub onu yerə yıxmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını təkrarən pozmuşdur. Həmçinin Məhkum2 qeyd edilən vəzifə və rütbədə xidmət edərkən 2023-cü ilin fevral ayının əvvəllərində “Düz” mövqeyində birlikdə döyüş növbəsində olarkən saat 23 radələrində müşahidə məntəqəsində, özünə məlum olan səbəbə görə əsgər Nail Yaqubovun başına şillə, bədəninə təpik zərbələri vurmaqla ona qarşı bir daha zor tətbiq edərək tabelik münasibətlərində olmayan hərbi qullu qçular arasında nizamnamə qaydalarını təkrarən pozmuşdur. Bundan başqa Məhkum2 “Düz” mövqeyində göstərilən vəzifə və rütbədə xidmət edərkən qarşılıqlı münasibətlərin nizamnamə qaydarını pozaraq özünün qanunsuz və nizamnamədən kənar hərəkətlərini davam etdirməklə müxtəlif vaxtlarda ondan qorxmasından istifadə edərək, öz iradəsinə tabe etdirdiyi əsgər Nail Yaqubovdan hədə qorxu tətbiq etməklə özünə siqaret almaq üçün 3-5 manat məbləğlərində pul istəyib almış, habelə müxtəlif vaxtlarda Nail Yaqubova “posta xidmətə çıxmırsan, get atana, anana de səni övladlıqdan silsinlər, get özünü öldür, sən bu 10 milyonluq əhaliyə artıqsan, boşuna gəlmisən bu dünyaya” deyib onun şərəf və ləyaqətini alçaltmaqla, ayrı-ayrı vaxtlarda tualetə gedəndə ondan aftafada isti su, dəsmal gətirməsini tələb etməklə tə krarən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarını pozmuşdur. Beləliklə də, əsgər Məhkum2 onunla amansız rəftar edib ona qarşı mütəmadi olaraq zor tətbiq edib nalayiq ifadələr işlətməklə, onu şəxsi heyət arasında nüfuzdan salıb şərəf və ləyaqətini alçaldaraq qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmasından bezməsi, əsgər Məhkum2lə yanaşı, eyni zamanda bölük komandiri kapitan Məhkum1 qanunsuz hərəkətlərinə məruz qalması, eləcə də bu iki şəxs tərəfindən onunla amansız rəftar edilməsi, ləyaqətinin mütəmadi olaraq alçaldılması, ona hədə-qorxu gəlinməsi nəticəsində əsgər Nail Yaqubov frustrasiya halını, yəni insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq səviyyəsinin dözüm-iradi səviyyəsindən üstün olması, arzu və istəyinə çata bilməməsi v əziyyətini keçirərək özünü öldürmək qərarına gəlmişdir. Nail Yaqubov bu vəziyyətdə 2023-cü ilin fevral ayının əvvəllərində, patrul xidmətində olarkən “Düz” postunun müşahidə məntəqəsinə gedib yerə çökərək, silaha daraq taxıb lüləsini çənəsinin altına tutub ağlamış, həmin mövqedə xidmət edən Zərərçəkmiş şəxs5 bunu görüb onu yanına çağıraraq silahını alıb dolu mərmini silahdan çıxarıb nə üçün belə etməsini soruşduqda Nail Yaqubov “özümü öldürmək istəyirəm, Həmzəyev məni çox qısnayır, sıxır, pis-pis sözlər deyir, buna görə də əsgərlər mənə pis baxırlar, sıxırlar, onunbunun yanında məni alçaldır” cavabını vermiş, Zərərçəkmiş şəxs5 və digər əsgər yoldaşları onunla söhbət etdikdən sonra o, bu fikrindən daşınsa da bir müddət sonra yenidən özünü öldürmək qərarına gəlmiş, 28 mart 2023-cü il tarixdə, saat 10:00-dan 12:00-dək döyüş növbəsinə təyin edilmiş Nail Yaqubov öncə başına dəmir dəbilqə və əyninə zirehli gödəkçəsini geyinərək mövqenin silah saxlama otağına daxil olmiş və oradan özünə təhkim edilmiş xidməti istifadəsində olan, bölüyə məxsus AK-74” markalı “3090181” avtomat silahını, hər birinin içərisində 1 (bir) ədəd boş (təlim) və 29 (iyirmi doqquz) ədəd döyüş patronu olan 4 (dörd) ədəd patron darağını götürərək, silah otağından çıxıb döyüş növbəsinə təyin edildiyi əsgər Zərərçəkmiş şəxs4 ilə birlikdə dəyişdirici, baş atıcı əsgər Zərərçəkmiş şəxs1 Seydalı oğlunun müşayiəti və rəhbərliyi ilə mövqenin silah doldurub-boşaltma yerinə yaxınlaşıb silahın boş olmasını yoxlayıb dəqiqləşdirdikdən sonra qoruyucunu bağlamış və döyüş növbətçiliyinin aparıldığı istiqamətdə hərəkət etmişdir. Daha sonra müəyyən edilmiş qaydalara uyğun olaraq əsgər Zərərçəkmiş şəxs4 mövqenin müşahidə məntəqəsində dayanmış, əsgər Nail Yaqubov isə səngərdə maşrut üzrə hərəkətə başlamışdır. Nail Yaqubov döyüş növbəsində xidmət apararkən əvvəlcədən yazdığı, “özümü vurmağımın səbəbi artıq bezmişdim, artıq heç neyi fikirləşmirdim, həyatdan yaşamaqdan bezmiş heç nəyi fikirləşmirdim. Heç kim məni istəmirdi, özümü ən axırıncı adam kimi hiss edirəm. heç kim məni yaxşı görüb baxmırdı, bu şəraiti mən özüm yaratmışdım, nə qədər deyib gülsəm də məni tpoy kimi fikirləşirdim, nə qədər səbr etsəm də alınmırdı, mən bir neçə adama demişdim ki, bu postda Kurqan məsələsi olacaq, deyirdim heç kim inanmırdı. Və o gün bu gün imiş, mən elədiyim intizamsızlığa özüm bezib aşağıya düşüb atamı briqadaya çağırmaqdan utanır dım. Buna görə evdəkilərə, burda olan bölük komandirimə tabe olduqlarıma yük olmaq istəmirəm, bölük komandirim bir çox intizamsızlığıma dözüb mənə tövsiyə vermişdi, bu gün etdiyim intizamsızlıq yenə məni aşağı briqada gedəcəm və yüz faiz atamı çağıracaqlar, mən də bu şey olmasın, həbsə getməyim deyə intihar edirəm, mən azərbaycan əhalisi 10 miliyon olsun deyə doğulmuşam, mənim yaşamağımın heç kimə faydası yoxdur, buna görə özümə qəsd edirəm. mənə dedim kimin mənim yaşamağım heç kimə faydam olmadığı kimi ölməyim heç kimə ziyana düşməyəcək, mənim istədiyim ailəmi görmək (186) gün altı aya başa vuracaq idi o istədiyim də mənə qismət olmadı....” məzmunlu məktubu cibinə qoyub xidmətin başa çatmasına bir qədər qalmış döyüş növbətçiliyinin təşkil edildiyi müşahidə məntəqəsindən 160 metr aralıda y erləşən səngərə doğru hərəkət edib, saat 11:30 radələrində orada dizləriüstə yerə çökərək zirehli gödəkçəsinin üzərində olan 4 rəqəmi ilə nömrələnmiş birka yapışdırılmış darağı götürüb içərisində olan 1 (bir) ədəd boş (təlim) patronunu çıxarıb həmin darağı xidməti istifadəsində olan “AK-74” markalı, “3090181” №-li avtomat silaha birləşdirmiş, silahın qorucuyusunu açıb silahı tək-tək atış rejiminə qoyub silahı atəşə hazır vəziyyətə gətirərək, əvvəlcə kənara bir atəş açmış, bir dəqiqə sonra yenidən silaha 1 (bir) ədəd dolu patron yeridib darağı silahdan ayıraraq əvvəlcədən çıxardığı təlim patronunu yerinə qoyub darağı zirehli gödəkçəsinin üzərinə keçirmiş, sonra dizləri üstə çöməlmiş vəziyyətdə, avtomat silahın sandıq yuvası çölə doğru olmaqla, qundaq hissəsini ayaqlarının arasından yerə q oyub lüləsinin ön kəsiyini öz çənəaltı nahiyəsinə dirəmiş və bu vəziyyətdə sağ əlinin barmağı ilə tətiyi qəsdən çəkib bir atəş açaraq özünə qəsdən ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid olan “giriş dəliyi çənəaltı nahiyədə, çıxış dəliyi təpə nahiyəsində olan, yara kanalı boyunca başın yumşaq toxumalarının geniş həcmdə zədələnmələri, kəlləni təşkil edən sümüklərin çoxsaylı, qəlpəli və xətti, defektli sınıqları, baş beyinin ağır dərəcəli əzilib dağılması ilə müşayiət olunan, aşağıdan-yuxarıya, bir qədər öndən-arxaya istiqamətli başın bir ədəd dəlib-keçən yarası” xəsarətlərini yetirmiş və aldığı xəsarətlərdən ölmüşdür. Bununla da Məhkum2 onunla tabelik münasibətlərində olmayan əsgər Nail Yaqubova hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tək rarən pozması ağır nəticələrə səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, ittiham aktında və birinci instansiya məhkəməsinin hökmündə qeyd edilmiş “...orada dizləriüstə yerə çökərək zirehli gödəkçəsinin üzərində olan 4 rəqəmi ilə nömrələnmiş birka yapışdırılmış darağı götürüb içərisində olan 1 (bir) ədəd boş (təlim) patronunu çıxarıb həmin darağı xidməti istifadəsində olan “AK-74” markalı, ******* №-li avtomat silaha birləşdirmiş, silahın qorucuyusunu açıb silahı tək-tək atış rejiminə qoyub silahı atəşə hazır vəziyyətə gətirərək, əvvəlcə kənara bir atəş açmış, bir dəqiqə sonra yenidən silaha 1 (bir) ədəd dolu patron yeridib darağı silahdan ayıraraq əvvəlcədən çıxardığı təlim patronunu yerinə qoyub darağı zirehli gödəkçəsinin üzərinə keçirmiş, sonra dizləri üstə çöməlmiş vəziyyətdə, avtomat silahın sandıq yuvası çölə doğru olmaqla, qundaq hissəsini ayaqlarının arasından yerə qoyub lüləsinin ön kəsiyini öz çənəaltı nahiyəsinə dirəmiş və bu vəziyyətdə sağ əlinin barmağı ilə tətiyi qəsdən çəkib bir atəş açaraq” halı iş üzrə sübutlarla, habelə heç bir hadisə şahidinin olmaması ilə əlaqədar öz təsdiqini tapmadığından ittihamdan və hökmdən müvafiq epizod xaric edilməlidir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)-6/2024 saylı iş üzrə 06 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum2 barəsində bəraət hökmü çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri qismində mövcud sübutlara düzgü n qiymət verilməməsi, ekspert rəylərinin tamam fərqli mövqelərə malik olduğu, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsinin işin düzgün həlli üçün daha ətraflı araşdırma etmədiyi, qaranlıq məqamların qaldığı, buna baxmayaraq ittiham hökmü üçün əsaslar müəyyən edildiyi göstərilmişdir. Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1-1(108)-6/2024 nömrəli 06 iyun 2024-cü il tarixli hökmünün Məhkum1 dair hissədə ləğv edilməsi, ona elan edilmiş 329.3 və 341.3-cü maddə ilə verilmiş ittihamın məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmadığı üçün ona bu maddə üzrə bəraət verilməsi, Məhkum1 törətmiş olduğu əməlini Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci maddələri il ə tövsif edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri qismində apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olduğu, Məhkum1 özünü təqsirli bilməməsi, zərər çəkmiş şəxslərin sağlamlığına zərər vurulmaması, ekspert rəyinin ehtimallar üzərində qurulması və digər hallar göstərilmişdir. Həmçinin müdafiəçi şikayətdə bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsinin digər zərər çəkmiş şəxslərə münasibətdə Məhkum1 əməlini CM-nin 329.3cü maddəsindən 329.2.1 və 329.2.6-cı maddələrinə tövsif etməsi ilk baxışda məhkumun vəziyyətini yüngülləşdirən hal kimi görünür. Lakin ittihamçı prokurorun protesti və ibtidai istintaqının orqanının itttiham aktında bu barədə heç ittiham olmadığı halda əməlin bu şəkildə tövsif edilməsi əsassız və qanunsuzdur. Belə ki, nəticə etibarilə M əhkum1 ayrıca olaraq 329.2.1 və 329.2.6-cı maddələri ilə ittiham verilmiş və müstəqil cəza təyin edilmişdir. İttihamçının protesti olmadığından məhkəmə digər zərər çəkmiş şəxslərə münasibətdə 329.3-cü maddəni yalnız ittihamdan xaric edə bilərdi. Məhkəmə faktiki olaraq Məhkum1in vəziyyətini ağırlaşdırmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Müdafiəçi4 verdiyi kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi4, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və məhkumlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə zərər çəkmiş şəxsin hüquqi varisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinc i və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, Məhkum2 müdafiəçisi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi şikayətdə məhkum barəsində bəraət hökmü çıxarılmalı olmasını, Məhkum1 müdafiəçisi verdiyi şikayətində Məhkum1 CM-in 329.3 və 341.3-cü maddələri ilə bəraət verilməli olmasını, törətmiş olduğu əməlin 329.2.1 və 329.2.2-ci maddələri ilə tövsif edilməli olmasını iddia etmiş və qeyd edilən əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haq qında tələblərini CPM-in 416.1.3, 416.1.6, 416.1.15, 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum2 Yaqub oğlu və Məhkum1 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayətprosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq b elə qənaətə gəlmişdir ki, Məhkum1 Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsi ilə tövsif olunmuş əməli zərər çəkmiş şəxs Nail Yaqubovun ölümünə münasibətdə ağır nəticələrə səbəb olmuş olsa da, digər zərər çəkmiş şəxslərə münasibətdə isə təqsirləndirilən şəxs Məhkum1 əməlləri ağır nəticəyə səbəb olmadığından sözügedən zərər çəkmiş şəxslərə münasibətdə onun törətdiyi cinayət əməli həmin hissələrdə Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsindən Azərbaycan Respublikası CM-in 329.2.1 və 329.2.6-cı maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-in 329-cu maddəsində “Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsə zor tətbiq etməsi”nə görə, Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsində eyni əməllərin təkrar törədilməsinə və CM-in 329.2.6-cı maddəsində işgəncə verməklə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər: - bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsində “bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl: - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 341.1-ci maddəsində “Rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqəd ar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası CM-in 341.3-cü maddəsində “Bu Məcəllənin 341.1 və 341.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl: - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cə zalandırılır. Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsində “tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur Azərbaycan Respublikası CM-in 332.3-cü maddəsində “Bu Məcəllənin 332.1, 332.11, 332.1-2 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl: - üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nin Plenumunun 7 yanvar 2021-ci il tarixli qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 332-ci maddəsində göstərilən əməlin ictimai təhlükəliliyi hərbi hüquq qaydasının, Azərbaycan Respublikası silahlı qüvvələrinin nizamnamə qaydalarının pozulması və zərərçəkmiş şəxsin sağlamlığına və ya əmlakına zərər vurulmasında ifadə olunur. Qeyd olunan cinayətin obyektini hərbi qulluqçular arasındakı qarşılıqlı münasibətlərin hərbi nizamnamələrdə təsbit edilmiş qaydaları və zərərçəkmiş şəxsin sağlamlığı təşkil edir. Cinayətin obyektiv cəhəti tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında nizamnamə qaydalarının pozulması ilə digərinin sağlamlığına zərər vurulmasından ibarətdir. Əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakultativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq norm asının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-in 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finl andiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X13rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nə zərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum2 və Məhkum1 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Məhkum1 müdafiəçisi tərəfindən kassasiya şikayətində göstərilən məsələlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında mövqe bildirildiyindən, həmçinin digər məhkum Ş,Həmzəyevin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə məzmun baxımından eynilik təşkil etdiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə ətraflı şəkildə münasibət bildirildiyindən, eyni zamanda kassasiya məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından, həmin dəlillərə təkrarən münasibət bildirilməsinə zərurət yoxdur. Kassasiya məhkəmə kollegiyası eyni zamanda apellyasiya instansiyası məhkəməsinin Məmmədzadənin əməlini CM-nin 329.3-cü maddəsindən 329.2.1 və 329.2.6-cı maddələrinə tövsif etməklə onun vəziyyətinin ağırlaşdırması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxs Məhkum1 əməllərin zərər çəkmiş şəxs Nail Yaqubov və həmçinin digər zərər çəkmiş şəxslərin hər birinə münasibətdə ağır nəticəyə səbəb olması kimi tövsif edilməsi cinayət hüquq normasının düzgün tətbiq edilməməsi ilə yanaşı təqsirləndirilən şəxs Məhkum1 müvafiq maddənin sanskiyası üzrə nəzərdə tutulmuş daha artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə səbəb olmuşdur və müvafiq həddə cəza iş üzrə təqsirləndirilən şəxsin törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Ona görə də kollegiya qeyd etmişdir ki, müvafiq hal nəzərə alınaraq təqsirləndirilən şəxs Məhkum1 vəziyyəti yüngülləşdirilərək onun əməlinə münasibətdə CM-in 329.3-cü maddəsində nəzərdə tutulmuş daha aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarından göründüyü kimi Məhkum1 Azərbaycan Respublikası CM-in 329.2.1 və 329.2.6-cı maddələri üzrə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilsə də, ona CM-in 329.3-cü maddəsi ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilərək 3 (üç) il 8 (səkkiz) ay müddətinə, Azərbaycan Respublikası CM-in 66.2 və 66.3-cü maddələrinə əsasən Məhkum1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası azaldılqraq Məhkum1 qəti cəza olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə nəticədə məhkumun vəziyyəti yüngülləşdirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlü yü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum S,Məmmədzadə və Məhkum2 tərəfindən ittiham edildikləri cinayətin törədilməsinə dair onların təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumların qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilmiş mövqe iş materialları ilə əlaqəli tədqiq edildikdə öz təsdiqini tapmır. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətlərində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum1 əməlində CM-in 329.2.1, 329.2.6, 329.3 və 341.3-cü, Ş,E.Həmzəyevin əməlində CM-in 332.3-cü maddəsinin tərkibinin olduğunu təsdiq edir. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Məhkum1 və Məhkum2 qeyd edilən maddələrlə məhkum edilməsi qənaətinə gəlmişd ir. Kassasiya məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 təyin olunmuş cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədal ətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır («Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza tə yin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hə r birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mü hakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyasının qənaətinə görə və qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi Məhkum1 və Məhkum2 cəza təyin edilməsi məsələsinin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxs iyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını düzgün müəyyən etmiş və qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlid irlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Samiq Məmmədova və Məhkum2 cəza təyin edərkən onların əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını qeyd etmiş, apellyasiya instansiyası məhkəməsi isə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal qismində qeyd edilməsini nəzərə alaraq zərər çəkmiş şəxsin hüquqi varisi X5 təqsirləndirilən şəxs Məhkum2 bağışlamasını Məhkum2, zərər çəkmiş şəxsin hüquqi varisi X5 təqsirləndirilən şəxs Məhkum1 bağışlamasını Məhkum1 cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, buna müvafiq olaraq onlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilmə sinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmaqlarını, əvvəllər məhkum olunmamalarını onların cəzalarını yüngülləşdirən hal kimi, ağırlaşdıran halların olmamasını əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxslərə təyin edilən qəti cəzanın həddi ağır olmaqla törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətinə uyğun deyil, habelə məhkəmələr tərəfindən təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamışdır. Beləliklə, qeyd edilənlərə, həmçinin zərər çəkmiş şəxsin hüquqi varisinin kassasiya icraatında məhkumlara təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə bildirdiklərinə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilmiş həmin yüngülləşdirici hallar cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və məhkumları səciyyələndirən hal kimi onlara təyin olunmuş cəzanın həddinin endirilməsi üçün əsasdır, buna görə də verilmiş kassasiya şikayətləri qismən təmin edilməklə Məhkum2 və Məhkum1 təyin edilmiş cəzaların həddi azaldılmalıdır. CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun ol mayan cəza hesab edilir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, müdafiəçlərin kassasiya şikayətləri qismən təmin edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Qərara aldı: Məhkum X7 müdafiəçisi və Məhkum 2 müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali MəhkəməsininCinayət kollegiyasının xx.xx.2024cü il tarixli qərarı məhkumlara cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 329.3-cü maddəsi ilə təyin edilmiş 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 3 (üç) il 3 (üç) ay müddətinə endirilsin. Məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 341.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 5 (beş) il 6 (altı) ay müddətinə endirilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən bu cəzaları və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət ko llegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 329.2.1 və 329.2.6-cı maddələri ilə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum1 qəti olaraq 6 (altı) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 5 (beş) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 4 (dörd) il 8 (səkkiz) ay müddətə endirilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar