Məhkəmə qərarları › İş №1-1(102)-130/2025

Ali Məhkəmə Qərar — İş №1-1(102)-130/2025

21.04.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1-1(102)-130/2025 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum müdafiəçisi Zeynalov Orxan Rauf oğlunun iştirakları ilə, Bakı Hərbi Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2, 178.2.3, 178.2.4, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının ## ####### 2025-ci il tarixli qərarından məhkum Məhkum müdafiəçisi O.R.Zeynalov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Hərbi Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə (hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu (sədrlik edən və məruzəçi), Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlundan ibarət məhkəmə tərkibində) Məhkum, ## #### 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər Bakı Hərbi Məhkəməsinin ## ###### 2020-ci il tarixli hökmü ilə CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Idman Olimpiya Mərkəzinin rəis müavini – inzibati idarəetmə bölməsinin rəisi vəzifəsində, “R” hərbi rütbəsində qulluq etmiş, CM-in 178.2.2, 178.2.3, 178.2.4, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə, CM-in 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə, CM-in 32.4, 312.2-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-in 66.3-cü maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 8 (səkkiz) il müddətə, CM-in 66.5-ci maddəsinə əsasən isə hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı Hərbi Məhkəməsinin ## ###### 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum həqiqi hərbi xidmətdə olarkən təkrarən digər şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi müqabilində vəzifəli şəxsə onun özü üçün birbaşa, vasitəçidən istifadə etməklə maddi nemət, yəni rüşvət verməyə təhrik etmiş, habelə təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Məhkum Dövlət Sərhəd Xidmətinin Bakı şəhərində yerləşən “Sərhədçi” Idman Olimpiya Mərkəzi rəisinin müavini – inzibati idarəetmə bölməsinin rəisi vəzifəsində, R hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən 2019-cu ilin təxminən iyul ayının sonlarında aralarında dostluq münasibətinin olduğu şahid8 vasitəsilə tanış olduğu zərərçəkmiş şəxs1 ilə “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında görüşüb söhbət edən zaman sonuncunun işsiz olduğunu, iş axtardığını bilib tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək zərərçəkmiş şəxs1 pulunu aldadıb ələ keçirmək qərarına gəlmişdir. Həmin məqsədlə Məhkum özünün yüksək vəzifəli şəxslərlə, eləcə də nazirlər, icra başçıları, Prezident Administrasiyasının məsul şəxsləri ilə yaxın münasibətinin olduğunu, 100.000 (yüz min) manat məbləğində pul verməklə şərikli biznes qura biləcəklərini, yəni Dövlət Sərhəd Xidmətinin hərbi hisslərindən lazımsız dəmirləri alıb baha qiymətə satmaqla daha çox pul qazanacaqlarını bildirməklə onu aldatmış və özünə inandırmışdır. Bundan sonra Məhkum gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni ## ###### 2019-cu il tarixdə Bakı şəhərində xidməti otağında zərərçəkmiş şəxs1 əvvəlcə 29000 ABŞ dolları və 700 manat, yəni cəmi 50.000 manat, ## ######## 2019-cu il tarixdə isə yenə də xidməti otağında 50.000 manat olmaqla ümumilikdə vahid niyyətlə 100.000 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs1 yalandan tikinti-təmir işlərini bilən hər hansı bir şəxslə birlikdə işləmək istədiyini, belə bir tanışı olarsa onunla əlaqə saxlamasını deyib, 2019-cu ilin təxminən sentyabr ayında zərərçəkmiş şəxs1 bu məqsədlə onunla tanış etdiyi zərərçəkmiş şəxs2 ilə “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında görüşüb söhbət edən zaman tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni zərərçəkmiş şəxs2 pulunu aldadıb ələ keçirmək qərarına gələrək, 20.000 manat məbləğində pul verməklə şərikli biznes qura biləcəklərini, yəni həyət evlərinin tikintisi və təmiri ilə məşğul olacaqlarını, bununla da daha çox pul qazanacaqlarını deyib onu aldatmış və özünə inandırmışdır. Bundan sonra Məhkum gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni 2019-cu ilin təxminən sentyabr ayının sonlarında Bakı şəhərində “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında zərərçəkmiş şəxs2 əvvəlcə 10.000 manat, 2019-cu ilin təxminən oktyabr ayının əvvəllərində isə yenə də xidməti otağında 10.000 manat olmaqla ümumilikdə vahid niyyətlə 20.000 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs2 onlarla şərik olması üçün tikinti-təmir işlərini bilən hər hansı bir şəxs tapmasını deyib, 2019-cu ilin təxminən oktyabr ayının ortalarında sonuncunun bu məqsədlə onunla tanış etdiyi zərərçəkmiş şəxs3 ilə “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında görüşüb söhbət edən zaman tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni zərərçəkmiş şəxs3 pulunu aldadıb ələ keçirmək qərarına gələrək, 10.000 manat məbləğində pul verməklə onlara şərik olacağını, yəni onlarla birlikdə həyət evlərinin tikintisi və təmiri ilə məşğul olacağını, bununla da daha çox pul qazanacağını deyib onu aldatmış və özünə inandırmışdır. Bundan sonra Məhkum gəldikləri razılığa əsasən bir neçə gün sonra, yəni 2019-cu ilin təxminən oktyabr ayının sonlarında Bakı şəhərində “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında zərərçəkmiş şəxs3 10.000 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2019-cu ilin təxminən iyun ayında aralarında tanışlıq münasibəti olan və “Sərhədçi” Idman Olimpiya Mərkəzində rəqs müəllimi kimi çalışan şahid14 ilə xidməti otağında aralarındakı söhbət zamanı sonuncunun həmin mərkəzdə R hərbi rütbəsində xidmətə qəbul olunmaq istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta şahid14 xidmətə qəbul etdirmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək şahid14 pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə şahid14 geniş əlaqələrə malik olduğunu, Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışına 7000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində onu həmin mərkəzdə R hərbi rütbəsində növbə rəisi vəzifəsinə xidmətə qəbul etdirəcəyini deyib şahid14 ələ alaraq onu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Razılığını aldıqdan sonra 2019-cu ilin təxminən iyul ayının əvvəllərində Məhkum xidməti otağında şahid14 əvvəlcə 5000 manat, təxminən 3-4 gün sonra isə yenə də xidməti otağında 2000 manat olmaqla ümumlikdə vahid niyyətlə 7000 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2020-ci ilin təxminən yanvar-fevral aylarında aralarında tanışlıq münasibəti olan Salyan rayon sakini şahid12 ilə aralarındakı söhbət zamanı sonuncunun işsiz olduğunu bilib, real imkana və səlahiyyətə malik olmadığı, hətta şahid12 işə düzəltmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək şahid12 pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə şahid12 geniş əlaqələrə malik olduğunu, Dövlət Sərhəd Xidmətində yüksək vəzifədə çalışan adını və vəzifəsini demədiyi tanışına 6000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində onu Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə əvvəlcə R kimi, daha sonra isə zabit kimi xidmətə qəbul etdirəcəyini deyib şahid12 ələ alaraq onu təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Razılığını aldıqdan bir neçə gün sonra, yəni ## ###### 2020-ci il tarixdə Məhkum “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında şahid12 6000 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2020-ci ilin təxminən fevral ayının ortalarında aralarında tanışlıq münasibəti olan, kondisioner təmiri ustası işləyən, Bakı şəhər sakini şahid3 ilə “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında görüşüb söhbət edən zaman real imkana və səlahiyyətə malik olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni şahid3 pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə şahid1 geniş əlaqələrə malik olduğunu, adını və vəzifəsini demədiyi yüksək vəzifədə çalışan tanışına 3000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində onu “Sərhədçi” Idman Olimpiya Mərkəzinə elektrik kimi işə düzəldə biləcəyini deyib şahid3 ələ alaraq onu təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Razılığını aldıqdan bir neçə gün sonra, yəni ## ###### 2020-ci il tarixdə Məhkum Bakı şəhərində xidməti otağında şahid3 3000 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2020-ci ilin təxminən fevral ayının ortalarında aralarında tanışlıq münasibəti olan, kondisioner təmiri ustası işləyən, Bakı şəhər sakini şahid10 Cəmaləddin oğlu ilə “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında görüşüb söhbət edən zaman real imkana və səlahiyyətə malik olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni şahid10 pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə şahid1 geniş əlaqələrə malik olduğunu, adını və vəzifəsini demədiyi yüksək vəzifədə çalışan tanışına 3000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində onu “Sərhədçi” Idman Olimpiya Mərkəzinə elektrik kimi işə düzəldə biləcəyini deyib şahid3 ələ alaraq onu təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Razılığını aldıqdan bir neçə gün sonra, yəni ## ###### 2020-ci il tarixdə Məhkum Bakı şəhərində xidməti otağında şahid10 3000 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2020-ci ilin təxminən fevral ayının ortalarında aralarında tanışlıq münasibəti olan, Bakı şəhər sakinləri şahid3, şahid10 Cəmaləddin oğlu və onların anası şahid9 ilə “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında görüşüb söhbət edən zaman şahid9 övladı şahid1 Gürcüstan Respublikasında yerləşən Tibilisi Dövlət Tibb Universitetini bitirdiyini, hazırda işsiz olduğunu, həkim kimi işə düzəlmək istədiyini bildirdikdə, həmin işin həllinə hər hansı səlahiyyəti və real imkanı olmadığı, hətta şahid1 işə düzəltmək niyyətində olmadığı halda halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək şahid9 pulunu aldadıb ələ keçirmək qərarına gələrək, bu məqsədlə şahid9 geniş əlaqələrə malik olduğunu, adını və vəzifəsini demədiyi yüksək vəzifədə çalışan tanışına əvvəlcə 3000 manat, işə düzəldikdən sonra isə 4000 manat olmaqla, ümumilikdə 7000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində qızı şahid1 həkim kimi işə düzəldəcəyini deyib şahid9 ələ alaraq onu təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Razılığını aldıqdan bir neçə gün sonra, yəni ## ###### 2020-ci il tarixdə Məhkum “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında şahid9 oğlu şahid3 vasitəsilə göndərdiyi 3000 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2020-ci ilin təxminən fevral ayının ortalarında şahid10 Cəmaləddin oğlu ilə “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında görüşüb söhbət edən zaman sonuncu azyaşlı oğlu Xin Dövlət Sərhəd Xidmətinin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Xüsusi məktəbinə qəbul olunmasını istədiyini bildirdikdə, həmin işin həllinə hər hansı səlahiyyəti və real imkanı olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək şahid10 pulunu aldadıb ələ keçirmək qərarına gələrək, bu məqsədlə şahid1 geniş əlaqələrə malik olduğunu, adını və vəzifəsini demədiyi yüksək vəzifədə çalışan tanışına 2000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində xXi 4-cü sinfi bitirdikdən sonra imtahan vermədən həmin məktəbə qəbul etdirəcəyini deyib şahid3 ələ alaraq onu təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Razılığını aldıqdan bir neçə gün sonra, yəni ## ###### 2020-ci il tarixdə Məhkum Bakı şəhərində xidməti otağında şahid10 2000 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Həmçinin, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2020-ci ilin təxminən fevral ayının ortalarında şahid3 ilə “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında görüşüb söhbət edən zaman sonuncu bacısı şahid5 azyaşlı övladı X6 Dövlət Sərhəd Xidmətinin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Xüsusi məktəbinə qəbul olunmasını istədiyini bildirdikdə, həmin işin həllinə hər hansı səlahiyyəti və real imkanı olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək şahid5 pulunu aldadıb ələ keçirmək qərarına gələrək, bu məqsədlə şahid1 geniş əlaqələrə malik olduğunu, adını və vəzifəsini demədiyi yüksək vəzifədə çalışan tanışına 3500 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində Xi imtahan vermədən həmin məktəbə qəbul etdirəcəyini deyib şahid3 vasitəsilə şahid5 ələ alaraq onu təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Razılığını aldıqdan bir neçə gün sonra, yəni ## ###### 2020-ci il tarixdə Məhkum Bakı şəhərində xidməti otağında şahid5 qardaşı şahid3 vasitəsilə göndərdiyi 3500 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2020-ci ilin təxminən fevral ayının ortalarında şahid3 ilə “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında görüşüb söhbət edən zaman sonuncu xalası qızı şahid11 azyaşlı övladı X7 Dövlət Sərhəd Xidmətinin Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Xüsusi məktəbinə qəbul olunmasını istədiyini bildirdikdə, həmin işin həllinə hər hansı səlahiyyəti və real imkanı olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək şahid11 pulunu aldadıb ələ keçirmək qərarına gələrək, bu məqsədlə şahid1 geniş əlaqələrə malik olduğunu, adını və vəzifəsini demədiyi yüksək vəzifədə çalışan tanışına 3500 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində X7 imtahan vermədən həmin məktəbə qəbul etdirəcəyini deyib şahid3 vasitəsilə şahid11 ələ alaraq onu təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Razılığını aldıqdan bir neçə gün sonra, yəni ## ###### 2020-ci il tarixdə Məhkum Bakı şəhərində xidməti otağında şahid11 xalası oğlu şahid3 vasitəsilə göndərdiyi 3500 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2020-ci ilin təxminən fevral ayının sonlarında şahid3 vasitəsilə tanış olduğu, Sabirabad rayon sakini şahid2 ilə “Sərhədçi” Idman Olimpiya Mərkəzindəki xidməti otağında görüşüb söhbət edən zaman sonuncu oğlu şahid6 işə düzəltmək istədiyini bildirdikdə, real imkana və səlahiyyətə malik olmadığı, hətta şahid6 işə düzəltmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək şahid2 pulunu aldadıb ələ keçirmək qərarına gələrək, bu məqsədlə şahid2 geniş əlaqələrə malik olduğunu, adını və vəzifəsini demədiyi yüksək vəzifədə çalışan tanışına 4000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində şahid6 “Sərhədçi” Idman Olimpiya Mərkəzinin nəzdində olan otelə inzibatçı kimi işə düzəldəcəyini deyib, şahid2 ələ alaraq onu təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Razılığını aldıqdan bir neçə gün sonra, yəni ## ###### 2020-ci il tarixdə Məhkum Bakı şəhərində xidməti otağında şahid2 3800 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və hərbi rütbədə həqiqi hərbi xidmətdə olarkən 2020-ci ilin yanvar ayında aralarında tanışlıq münasibəti olan, Bakı şəhəri sakini şahid4 ilə Bakı şəhərində “Gənclik” metrostansiyasının yaxınlığındakı kafelərin birində görüşüb söhbət edən zaman sonuncu oğlu şahid13 polis orqanlarında işə düzəltmək istədiyini bildirdikdə, real imkana və səlahiyyətə malik olmadığı, hətta şahid13 işə düzəltmək niyyətində olmadığı halda tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgə əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək şahid4 pulunu aldadıb ələ keçirmək qərarına gələrək, bu məqsədlə şahid4 geniş əlaqələrə malik olduğunu, adını və vəzifəsini demədiyi Daxili Işlər Nazirliyində yüksək vəzifədə çalışan tanışına 50.000 manat məbləğində pulun rüşvət qismində verilməsi müqabilində şahid13 Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polis Idarəsinin avtomobillərə texniki baxış şöbəsində kiçik inspektor vəzifəsinə işə düzəldəcəyini deyib, şahid4 ələ alaraq onu təkrarən vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Razılığını aldıqdan sonra ## ###### 2020-ci il tarixdə Məhkum Bakı şəhəri Nizami rayon Icra Hakimiyyətinin qarşısında şahid4la görüşərək 25000 manat, 2020-ci ilin yanvar ayının sonunda “Nərimanov” metrostansiyasının qarşısında görüşərək 15000 manat, 2020-ci ilin fevral ayının əvvəllərində isə “Gənclik” metrostansiyasının yaxınlığındakı kafedə görüşərək 10.000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 50.000 manat məbləğində pulu alıb, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bakı Hərbi Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ## ###### 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra, yəni # ###### 2025-ci il tarixdə məhkum Məhkum müdafiəçisi O.R.Zeynalov həmin hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Bakı Hərbi Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Bakı Hərbi Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Rzayev Anar Zahid oğlu) məhkum Məhkum barəsində olan ## ###### 2021-ci il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə onun müdafiəçisi O.R.Zeynalov tərəfindən verilmiş vəsatət əsassız olduğundan təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi O.R.Zeynalov tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Ibrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının ## ####### 2025-ci il tarixli qərarı ilə həmin şikayət təmin edilməmiş və Bakı Hərbi Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi O.R.Zeynalov kassasiya şikayəti verərək Məhkum barəsində olan hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Məhkum barəsində qəbul edilmiş məhkəmə aktlarına və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 411-ci maddəsinə istinad edən məhkumun müdafiəçisi O.R.Zeynalov heç bir dəlilə istinad etmədən hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən ötürüldüyünü qeyd etmişdir. Odur ki, məhkumun müdafiəçisi O.R.Zeynalov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ####### 2025-ci il tarixli qərarının ləğv edilərək Məhkum barəsində olan Bakı Hərbi Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinin təmin olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq məhkum Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPMin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi, ilk növbədə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci insansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilik yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Bakı Hərbi Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmünün surəti elə həmin tarixli *-*(***)-***/**** nömrəli məktubla poçt vasitəsilə məhkum Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasına göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm ## ###### 2021-ci il tarixdə qüvvəyə minmiş və eyni tarixli göstərişlə icraya yönəldilmişdir. Yalnız # ###### 2025-ci il tarixdə, yəni hökmün elan edildiyi gündən 3 (üç) il 8 (səkkiz) ay 15 (on beş) gündən sonra məhkumun müdafiəçisi O.R.Zeynalov Məhkum barəsindəki ## ###### 2021-ci il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Bakı Hərbi Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Məhkum Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materialları ilə müəyyən edilmir, müdafiəçi O.R.Zeynalov isə kassasiya şikayətində belə hallara və heç bir dəlilə istinad etmədən yalnız apellyasiya şikayətinin verilməsi üçün müddətin üzrlü səbəbdən ötürüldüyünü vurğulamış və hər hansı sübut təqdim etməmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum və birinci instansiya məhkəməsində onun hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Aslanov Kamal Sahib oğlu hazırkı cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında iştirak etmiş, onlara hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddətləri izah olunmuş (bu haqda qeydlər hökmün nəticəvi hissəsində də əks edilmişdir) və onların hökmdən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayətlərini vermələri üçün kifayət qədər vaxtları və imkanları olmuşdur. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında məhkum Məhkum müdafiəçisi O.R.Zeynalovun vəsatətinə baxan Bakı Hərbi Məhkəməsinin hakimi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən ## ######## 2025-ci il tarixdə qəbul etdiyi qərarla məhkumun müdafiəçisinin vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə ## ####### 2025-ci il tarixli qərarla haqlı olaraq birinci instansiya məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında məhkumun müdafiəçisi O.R.Zeynalovun vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib həmin şikayətin təmin edilməsi barədə məhkumun müdafiəçisi O.R.Zeynalovun və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Hərbi Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Məhkum CM-in 178.2.2, 178.2.3, 178.2.4, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının ## ####### 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi O.R.Zeynalovun kassasiya şikayəti təmin edilməsin. Bakı Hərbi Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar