Məhkəmə qərarları › İş №1-1(102)-14/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-14/2018

08.02.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-14/2018 08.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu və müdafiəçi X1 iştirakları ilə, Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 177.2.2, 177.2.3-1, 274, 331.2, 331.3 və 341.3-cü maddələr i ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi X5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Q.Ş.Sadayev, hakimlər K.Ə.Əliyev və V.M.Nəsirovdan ibarət tərkibdə) xx xxxxxxxx 1987-ci il tarixdə Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, tam orta təhsilli, məhkumluğu olmayan, Tərtər rayonunun Qaradağlı kəndində qeydiyyatda olan, MN-in N saylı hərbi hissəsinin 2-ci taborunun 5-ci bölüyünün 2-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində x idmət etmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Həbsxanasında cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 177.2.2, 177.2.3-1, 274, 331.2, 331.3 və 341.3 maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 3 (üç) il müddətinə, həmin məcəllənin 177.2.2 və 177.2.3-1 maddələri ilə 3 (üç) il müddətinə, CM-in 274-cü maddəsi ilə 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin məcəllənin 331.2-ci maddəsi ilə CM-in 62-ci maddəsi tətbiq olunmaqla 300 (üç yüz) manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə 3 (üç) il müddətinə və CM-in 341.3-cü maddəsi ilə isə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbayc an Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 300 (üç yüz) manat miqdarından cərimə cəzası təyin edilmiş, azadlıqdan mərhum etmə cəzasının 6 (altı) ayını həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının xx xxxxxxx 2016-cı il tarixdən hesablanması, CM-in 68.2-ci maddəsinə əsasən isə cərimə və azadlıqdan məhrum etmə cəzalarının müstəqil icra olunması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, dövlətə xəyanət etmiş, yəni Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qab iliyyəti zərərinə olaraq, qəsdən Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda Azərbaycan Respublikasının bir hissəsini işğal etmiş Ermənistan Respublikasına - xarici dövlətə kömək etmiş, habelə rəis olaraq döyüş şəraitində öz qulluq mövqeyindən tamahkarlıq məqsədi ilə suiistifadə etmiş, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsləri döymüş və təhqir etmiş, təqsirkardan xidməti cəhətdən asılı olmuş zərər çəkmiş şəxsi onunla amansız rəftar etmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırmış, elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla, oğurluq etmişdir. Belə ki, o, müddətdən artıq xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin Qazax rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin 2-ci taborunun 6-cı bölüyünün 2-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən, 2014-cü ilin iyuniyul aylarında 2-ci taborun 6-cı bölüyünün komandiri, baş leytenant X10 şərti olaraq, «Domik» adlandırılan döyüş postunu yoxlayan zaman döyüş növbəsində olan əsgərlərdən biri düşmənin şərti olaraq, «Körpü» adlandırılan postunun hərbi qulluqçusunun «Məzəm» gölünün qarşısında olan platinanın (beton bəndin) üstündə itlə oynaması barədə məlumat vermişdir. Z.Mansurov düşmən hərbi qulluqçusunu dərhal məhv etmək üçün postda olan SVD markalı snayper tüfənginin gətirilməsi barədə göstəriş vermiş, Z.Mansurov snayper tüfəngini götürüb, müşahidə mövqeyinə getmiş, snayper tüfənginin nişangahından baxanda düşmənin şərti olaraq «K örpü» adlandırılan postunun hərbi qulluqçusunun «Məzəm» gölünün qarşısında olan platinanın (beton bəndin) üstünə çıxdığını görmüşdür. Z.Mansurov düşmən hərbi qulluqçusunu məhv etmək məqsədi ilə snayper tüfəngini döyüşə hazır vəziyyətə gətirib, atəş açmaq istəyəndə, o, şəxsiyyətləri məhkəməyə məlum olmayan düşmən (erməni) hərbi qulluqçuları ilə məxfi əməkdaşlıq çərçivəsində almış olduğu tapşırığın icrası ilə əlaqədar Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmək üçün düşmən hərbi qulluqçusunun məhv edilməsinə mane olmaq, yəni düşmən hərbi qulluqçusunu duyuq salmaq və ərazidən qaçıb gizlənməsini təmin etmək məqsədi ilə «Domik» postunun ərazisindən təxminən 120-150 metr məsafədə yerləşən düşmən hərbi qulluqçusunu məhv etmək məqsədi ilə birbaşa həd əfə yox, düşmən postu istiqamətində havaya avtomat silahla bir neçə dəfə atəş açmış, atəş səsini eşidən düşmən hərbi qulluqçusu platinanın üzərindən düşərək gizlənmişdir. Z.Mansurovun postun ərazisində atəşin kim tərəfindən açılması barədə soruşduqda, o, gülə-gülə özünün atəş açdığını bildirmişdir. Z.Mansurov ondan snayper tüfəngini götürüb, düşməni məhv etmək üçün müşahidə mövqeyinə getdiyini bildiyi halda, hansı səbəbdən atəş açdığını soruşanda, o, davranışının əsl məqsədini gizlədərək yalandan guya düşmən hərbi qulluqçusunu özünün vurmaq istədiyini bildirmişdir. Bununla da, o, Z.Mansurovun düşmən hərbi qulluqçusunu məhv etməsinə qəsdən mane olmuşdur. Bundan əlavə, Məhkum həmin vəzifədə, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən, 2014-cü ilin yay aylarında N saylı hərbi hissənin 2-ci taborunun komandiri vəzifəsində xidmət edən polkovnik-leytenant X13 «Domik» postundan erməni hərbi qulluqçularının açıq əraziyə çıxaraq, «Məzəm» gölündə yuyunmaları barədə məlumat verilmiş,xxxözü daha sərrast atəşlə erməni hərbi qulluqçularını məhv etmək məqsədi ilə posta gələcəyini deyərək, düşmən hərbi qulluqçularına heç kimin atəş açmaması barədə konkret göstəriş vermiş,xxx dərhal «Domik» postuna getmiş, postun ərazisinə daxil olanda, Məhkum, şəxsiyyəti məhkəməyə məlum olmayan düşmən (erməni) hərbi qulluqçuları ilə məxfi əməkdaşlıq çərçivəsində almış olduğu tapşırığın icrası ilə əlaqədar, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmək, habelə düşmən hərbi qulluqçusunun məhv edilməsinə mane olmaq, yəni düşmən hərbi qulluqçusunun ərazidən qaçı b, gizlənməsini təmin etmək məqsədi ilə yenə də eyni üsulla, yəni avtomat silahla «Domik» postunun ərazisindən təxminən 120-150 metr məsafədə yerləşən düşmən hərbi qulluqçusunu məhv etmək məqsədi ilə birbaşa hədəfə yox, düşmən postu istiqamətində havaya atəş açmışdır.xxxpost böyüyü olan Məhkum kimin atəş açması barədə soruşduqda, Məhkum davranışının əsl məqsədini gizlədərək yalandan guya düşmən hərbi qulluqçularını vurmaq məqsədi ilə özünün atəş açdığını, lakin düşmən hərbi qulluqçularını vura bilmədiyini bildirmişdir. Bununla da, o, İ.Ağayevin düşmən hərbi qulluqçusunu məhv etməsinə qəsdən mane olmuşdur. Bundan başqa, Məhkum həmin vəzifədə, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən, 2015-ci ilin mart ayının əvvəllərindən aprel ayının əvvəllərinədək olan müddətdə, 2-ci tağımın 1-ci man qasının snayperçisi vəzifəsində təyin edilmiş müddətdən artıq xidmət hərbi qulluqçusu, əsgər X14 «Domik» postunda müşahidəyə çıxmaması barədə qanunsuz göstəriş vermişdir.xxx Məhkum müşahidəyə çıxmasına imkan verməməsinin səbəbini soruşanda, Məhkum şəxsiyyətləri məhkəməyə məlum olmayan düşmən hərbi qulluqçuları ilə məxfi əməkdaşlıq çərçivəsində almış olduğu tapşırığın icrası ilə əlaqədar Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmək üçün düşmən hərbi qulluqçusunun məhv edilməsinə mane olmaq məqsədi ilə yalandan guya müşahidə zamanıxxxun düşmən hərbi qulluqçuları tərəfindən odlu silahdan atılmış atəş nəticəsində, vurula biləcəyini və bu baş verərsə ona da problem yaranacığını bildirməklə davranışının əsl məqsədini pərdələmişdir.xxxun xidməti vəzi fəsinə, həmçinin düşmən mövqelərini müşahidə etmək yolu ilə düşmənin daha mühüm canlı qüvvəsini məhv etmək aid olsa da, Məhkum düşmən hərbi qulluqçuları ilə məxfi əməkdaşlıqla bağlı əldə etdiyi razılığa əsasən bu istiqamətdə heç bir tədbir görməmiş, əksinə tabeliyində olan snayperçixxxun müşahidəyə çıxmasına imkan verməmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən, 2014-cü ilin dekabr ayında 6-cı bölüyün 2-ci tağımının 1-ci manqasının yerləşdiyi «Domik» postunda snayperçi vəzifəsində xidmət edən müddətdən artıq xidmət hərbi qulluqçusu, əsgər X2 döyüş mövqeyindən müşahidə vaxtı düşmənin şərti olaraq «Körpü» adlandırılan postunun hərbi qulluqçusunun balıq ovlamaq məqsədi ilə «Məzəm» gölünə düşməsini aşkar etmiş, snayper silahı ilə düşmən hərbi q ulluqçusunu məhv etmək məqsədi ilə sərrast atəş aça bilməyəcəyini düşünərək, dərhal bu barədə tabe olduğu manqa komandiri və «Domik» postunun böyüyü olan Məhkum məlumat vermişdir. Lakin Məhkum düşmən hərbi qulluqçuları ilə məxfi əməkdaşlıq çərçivəsində almış olduğu tapşırığın icrası ilə əlaqədar düşmən hərbi qulluqçusunun məhv edilməsi istiqamətində heç bir zəruri tədbir görməmişdir. H.Mancanov Məhkum düşmən hərbi qulluqçusunu məhv etməli olduğu halda, heç bir tədbir görmədiyini görüb, apardığı müşahidənin nəticələri barədə dərhal 2-ci taborun snayper tağımının komandiri, gizir X11 məlumat vermişdir. Gizir F.Əhədov dərhal «Domik» postuna gəlmişdir. F.Əhədov düşmən hərbi qulluqçusunun «Məzəm» gölündə balıq tutmasını müşahidə edib, SVD markalı snayper tüfəngindən atəş açaraq məhv etmək istəy ən zaman Məhkum düşmən hərbi qulluqçusunu duyuq salmaq məqsədi ilə düşmən hərbi qulluqçusunun eşidə biləcəyi tərzdə ucadan qışqıraraq və danışaraq səs-küy salmış və bununla da, məqsədinə nail olaraq, nəticədə, düşmən hərbi qulluqçusu qaçıb gizləndiyindən F.Əhədov düşmən hərbi qulluqçusunu məhv edə bilməmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən, 2014-cü ilin dekabr ayında 6-cı bölüyün 2-ci tağımın 1-ci manqasının yerləşdiyi «Domik» postunda snayperçi vəzifəsində xidmət edən müddətdən artıq xidmət hərbi qulluqçusu, əsgər X2 müşahidə vaxtı düşmən hərbi qulluqçularının «Məzəm» gölünün sahilinə düşmələri, habelə düşmən postu istiqamətində nəqliyyat vasitələrinin gəlməsini aşkar edərək, bu barədə manqa komandiri və «Domik» adlandırılan postun böyü yü olan kiçik çavuş Məhkum məlumat versə də, Məhkum şəxsiyyəti istintaqa məlum olmayan düşmən hərbi qulluqçuları ilə məxfi əməkdaşlıq çərçivəsində almış olduğu tapşırığın icrası ilə əlaqədar biganəlik və etinasızlıq göstərməklə atəş məsafəsində yerləşən düşmən hərbi qulluqçularının məhv edilməsi istiqamətində heç bir tədbir görməmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən, 2014-cü ilin noyabr ayında 2-ci taborun snayper tağımının komandiri, gizir X17 və həmin tağımın 1-ci manqasının komandiri, müddətdən artıq xidmət hərbi qulluqçusu, kiçik çavuş X19 düşmən hərbi qulluqçularını aşkar edərək məhv etmək məqsədi ilə komandanlığın göstərişi əsasında «Domik» postuna ezam edilmişdir. «Domik» postunun böyüyü Məhkum özünü «vətənpərvər» kimi təqdim edər ək, düşmən hərbi qulluqçularını məhv etmək üçün onlara guya daha əlverişli olan, əslində isə taktiki baxımdan əlverişsiz olan, habelə həmin ərazidə mövqe quracaqları təqdirdə düşmənin bilavasitə atəş hədəfi altında olan xxxin məhv edilməsinə gətirib, çıxara biləcək neytral ərazidə mövqe seçmələrini təklif etmişdir. Məhkum neytral ərazidə mövqe qurmaq barədə təklifi xxx tərəfindən rədd edilmişdir. Məhkum xxxə düşmənin şərti olaraq «PXT» adlandırılan postu istiqamətində getmələrini, onların istifadəsində olan SVD markalı snayper tüfəngi ilə məhv etmələri üçün «lazım olan sayda düşmən hərbi qulluqçusunu postun üst hissəsinə çıxaracağını» bildirmişdir. Bu söhbət zamanı snayperçi Elgün Əliyev Məhkum davranışlarından onun düşmənin xeyrinə hərəkət etdiyini anlayıb, şübhələnərək Məhkum düşmənin xe yrinə «işləməsi» barədə soruşanda, Məhkum sadəcə təbəssüm edərək susmuşdur. xxx Məhkum düşmən hərbi qulluqçularını «PXT» postunun üst hissəsinə necə çıxaracağını soruşduqda, Məhkum «bunun sizə dəxli yoxdur» deyərək cavab vermişdir. Məhkum xxxin düşmən postuna yaxın aparmaqla, məxfi əməkdaşlıq etdiyi düşmən hərbi qulluqçuları tərəfindən onların məhv edilməsinə şərait yaratmaq üçün, onları şirnikləşdirmək məqsədi ilə düşmən hərbi qulluqçularını vuracaqları təqdirdə onlara pul mükafatının veriləcəyini də bildirmişdir. Məhkum xxxi düşmənin «PXT» postuna aparmaq məqsədi ilə özünün də pula ehtiyacı olduğunu deyərək, məhv edilmiş hər bir düşmən hərbi qulluqçusu üçün komandanlıq tərəfindən verilən 1000 (bir min) manat puldan hər birinin ona «göstərdiyi xidmətin müqabilində» 250 (iki yüz əlli) mana t, ümumilikdə isə 500 (beş yüz) manat pul verməsini tələb etməklə «bu işə» ehtiyacı olduğu üçün getdiyinə onları inandırmaq istəmişdir. xxx düşmən mövqeləri istiqamətində yaxınlaşmağın təhlükəli olduğunu demiş, habelə Məhkum döyüş şəraitində adekvat olmayan davranışından ehtiyat edərək, onun düşmən hərbi qulluqçularını onların «PXT» postunun yaxınlığında məhv etmək barədə Məhkum təklifini rədd etmişlər. Bundan başqa, Məhkum N saylı hərbi hissədə xidmət müddətinin başa çatması ilə əlaqədar ordu sıralarından ehtiyata tərxis olunduqdan sonra, yəni xx xxxx 2016-cı il tarixdə, saat 20:00-dan 22:00-dək «Təkağac» postunda ayıq növbədə olan N saylı hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci tağımının 2-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər X3 təxminən 90 metr qarşı məsafədə ye rləşən düşmənin şərti olaraq «Meşok» adlandırılan postu istiqamətindən rus dilində nalayiq sözlər deməsini eşitmiş, rus dilini bilən əsgər xxx komandanlığın göstərişinə əsasən düşmənin «Meşok» postundan özünü «İbrahim» kimi təqdim edən şəxslə danışmışdır. Əsgər xxx həmin şəxsdən adının nə üçün məhz «İbrahim» olduğunu, yəni erməni adının olmadığını soruşanda həmin şəxs Bakı şəhəri Montin qəsəbəsində doğulduğunu, 15 yaşınadək isə Bakı şəhəri Zabrat-1 qəsəbəsində yaşadığını bildirmişdir. Danışan şəxs şərti olaraq «Domik» adlandırılan postun adını çəkərək postda olan şəxsi heyətin və silahların sayı, həmçinin növləri barədə soruşmuş, əsgər xxx isə komandanlığın göstərişinə əsasən şəxsi heyətin sayını şişirdilmiş şəkildə təqdim etmiş, lakin silahların sayı və növləri barədə məlumat verməmişdir. Əsgər xxx özünü «İbrahim» kimi təqdim edən şəxsdən «Domik» postunun adını haradan bildiyini soruşduqda, həmin şəxs əvvəllər «Domik» postunda özünün şəxsən olduğunu bildirmişdir. Bundan sonra, komandanlığın göstərişinə əsasən əsgər xxx özünü «İbrahim» kimi təqdim edən şəxsdən «Domik» postunda kimləri tanıması barədə soruşduqda, həmin şəxs Məhkum tanıdığını bildirmiş, N saylı hərbi hissəyə köçürülən vaxtdan, yəni 2015-ci ilin aprel ayından Məhkum onlarla əlaqə yaratmaması və onların postuna getməməsindən əsəbləşərək, təhqiredici sözlə, «Alim hanı, o hara gedib» deyə soruşmuş, Məhkum onların, yəni düşmənin postuna gedib-gəldiyini, Məhkum kofe təklif olunanda, Məhkum yalnız çay içməsi barədə bildirdiyini qeyd etmiş, əsgər xxx isə komandanlığın göstərişinə əsasən Məhkum başqa hərbi hissəyə köç ürüldüyünü demişdir. Beləliklə Məhkum Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmişdir. Bundan əlavə, Məhkum N saylı hərbi hissənin 2-ci taborunun 6-cı bölüyünün 2-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2014-cü ilin fevral ayının ortalarında həmin 2-ci tağımın 1-ci manqasında, yəni döyüş şəraitində yerləşən şərti olaraq «Domik» adlandırılan postda atıcı vəzifəsində xidmət edən əsgər X6 əyninə geyindiyi tulub, adlandırılan isti gödəkçənin ətək hissəsini əsgər yataqxanasının bayır tərəfində olan və yataqxanaya istilik verilməsi üçün yandırılan isti sobaya sürtmüş və istinin təsirindən dəri materialından olan tulubun ətək hissəsi yanaraq büzüşmüşdür. Məhkum tamah məqsədi ilə əsgər E.Muradova guya tulubun yararsız hala düşdüyünü və hərbi hissəyə dəymiş zərərin ödənilməsi adı ilə 80 (səksən) manat pul verməli olduğunu bildirmişdir. Əsgər E.Muradov bununla əlaqədar Məhkum istifadəsində olan mobil telefonla atası X7 ilə danışmış və tulubun ətək hissəsini yandırdığına görə manqa komandiri Məhkum 80 (səksən) manat pul tələb etdiyini bildirmişdir. Daha sonra Məhkum özü xxx atası B.Muradov ilə telefonla danışaraq oğlunun vurduğu maddi ziyana görə onun adına 80 (səksən) manat pul göndərməli olduğunu demişdir. B.Muradov da bundan təxminən 1-2 gün sonra, yəni xx xxxxxx 2014-cü il tarixdə öz adından Bakı şəhəri Səbail rayon poçt filialı vas itəsi ilə Məhkum adına Qazax post filialına 80 (səksən) manat pul göndərmiş və həmin məbləğdə pul Məhkum tərəfindən Qazax poçt filialından qəbul edilib, götürülməklə öz şəxsi ehtiyacları üçün xərclənmişdir. Bundan başqa, Məhkum N saylı hərbi hissədə həmin vəzifədə, əsgər hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, 2014-cü ilin aprel-may aylarında axşam saatlarında 2-ci tağımın 1-ci manqasında atıcı vəzifəsində xidmət edən əsgər X6 döyüş növbəsinə çıxmaq üçün yuxudan gec qalxmış, Məhkum bundan əsəbləşərək xxx qarın və böyür nahiyələrinə yumruq və təpiklə çoxsaylı zərbələr vuraraq döymüş və ünvanına təhqiredici sözlər demişdir. Məhkum ona qarşı bu hərəkətindən özünü alçaldılmış hesab edən E.Muradov döyüş növbəsinə çıxarkən xidməti istifadəsi üçün verilmiş AK-74 markalı avtomat silahı döy üşə hazır vəziyyətə gətirərək silahın lülə hissəsini çənəaltı nahiyəsinə dirəyib atəş açaraq özünü öldürməyə cəhd etmiş, xxx silahını çənəaltı nahiyəsinə dirədiyini görən Məhkum dərhal reaksiya verərək silaha təpiklə zərbə vurmuş, silah xxx əlindən kənara düşmüş, Məhkum silahı yerdən qaldıraraq əsəbləşmiş halda silahın qundağı ilə xxx sinə nahiyəsinə bir zərbə vurmuş, bununla da Məhkum ondan xidməti cəhətdən asılı olmuş E.Muradovu onunla amansız rəftar etmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırmışdır. Bundan başqa, Məhkum həmin vəzifədə və əsgər hərbi rütbəsində xidmətdə olarkən, xx xxxx 2014-cü il tarixdə günorta saatlarında, həmin manqanın sanitar atıcısı vəzifəsində xidmət edən əsgər X4 tağımın 2-ci manqasının yerləşdiyi şərti olaraq «Təkağac» adlandırılan döyüş postuna günorta y eməyi gətirməsi üçün göndərmiş, günorta yeməyinin vaxtında hazır olmaması səbəbindən əsgər Zaur Hüseynov yemək gətirməkdən gec qayıtmış, manqa komandiri, əsgər Məhkum əsgər Zaur Hüseynovun yemək gətirməkdən gec qayıtmasından əsəbləşib, onun arxa nahiyəsinə bir təpik və sifət nahiyəsinə isə bir sillə zərbəsi vurub ünvanına söyüş deyərək rəis olmaqla, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı öz tabeliyində olan şəxsi döymüş və təhqir etmişdir. Bundan əlavə, Məhkum həmin vəzifədə, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən, 2-ci tağımın 2-ci manqasında qumbaraatan vəzifəsində xidmət edən əsgər X8 2014-cü ilin dekabr ayından 2015-ci ilin aprel ayınadək olan müddətdə tağımın aşpazı kimi döyüş şəraitində yerləşən şərti olaraq «Təkağac» adlandırılan postda tağımın şəxsi heyəti nə yemək bişirmişdir. Aşpaz kimi həmin postun ərazisində yerləşən ərzaq anbarının açarı onda olmuş və yemək bişirilməsi zamanı lazım olan ərzaq məhsullarını tağım komandirinə məruzə etməklə anbardan götürmüşdür. Məhkum hər dəfə, yəni xx xxxxxx 2014-cü il, xx xxxxxx 2014-cü il, xx xxxxxx 2014-cü il, xx xxxxxx 2015-ci il, xx xxxxxx 2015-ci il, xx xxxxxx 2015-ci il, xx xxxxxx 2015-ci il, xx xxxxxx 2015-ci il, xx xxxxxx 2015-ci il, xx xxxx 2015-ci il, xx xxxx 2015-ci il, xx xxxxx 2015-ci il tarixlərində tağıma 10 (on) günlük ərzaq norması verilərkən ərzaq anbarından aşpaz E.Abdukərimovun yanında ərzaq məhsullarından öz şəxsi istehlakı üçün müəyyən miqdarda özbaşına götürməyə çalışmış, hər dəfə E.Abdukərimovdan icazəsiz ərzaq məhsullarını götürməməsi barədə sözlərinə məhəl qoymayaraq rəis kimi öz xidməti üstünlüyündən sui-istifadə edərək, hər dəfə 1 kq qiyməti 0,75 (yetmiş beş qəpik) manat olan 1 kq kartof, 1 kq qiyməti 0,55 (əlli beş qəpik) manat olan 1 kq soğan, 1 ədədinin çəkisi 1,820 (bir kiloqram səkkiz yüz iyirmi qram) kq olmaqla, qiyməti 4,04 (dörd manat dörd qəpik) manat olan 2 litrlik bitki yağı və 1 ədədinin çəkisi 0,950 (doqquz yüz əlli qram) kq olmaqla, qiyməti 1,9 (bir manat doxsan qəpik) manat olan iki ədəd konservləşdirilmiş qabda olan qatılaşdırılmış südü, yəni qeyd edilən müddətdə tağıma 12 (on iki) dəfə ərzaq normasının gətirilməsi zamanı 9 (doqquz) manat dəyərində 12 kq kartof, 6,60 (altı manat altmış qəpik) manat dəyərində 12 kq soğan, 48,48 (qırx səkkiz manat qırx səkkiz qəpik) manat dəyərində 12 ədəd (hər birinin çəkisi 1,820 kq olan) bitki yağı və 45,60 (q ırx beş manat altmış qəpik) manat dəyərində 24 ədəd (hər birinin çəkisi 0,950 kq olan) konservləşdirilmiş qabda qatılaşdırılmış südü aşkar şəkildə götürərək öz şəxsi istifadəsi üçün sərf etmişdir. Bundan başqa, Məhkum qeyd edilən ərzaq məhsullarından əlavə 2015-ci ilin aprel ayında xidmət yerinin Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə dəyişdirilməsi zamanı sürücüsünün adı, soyadı və atasının adı, həmçinin dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan göy rəngli VAZ-2107 markalı avtomobil ilə 1 kiloqramının qiyməti 1 (bir) manat olmaqla, 15 (on beş) manat dəyərində 15 kq şəkər tozu, 1 kiloqramının qiyməti 1,05 (bir manat beş qəpik) manat olmaqla, 15,75 (on beş manat yetmiş beş qəpik) manat dəyərində 15 kq qarabaşaq, 1 kiloqramının qiyməti 0,95 (doxsan beş qəpik) manat olmaqla, 4,75 (dörd manat yetmiş beş qəpik) manat dəyərində 5 (beş) qutu makaron, 1 kiloqramının qiyməti 0,95 (doxsan beş qəpik) manat olmaqla, 4,75 (dörd manat yetmiş beş qəpik) manat dəyərində 5 (beş) qutu vermişeli öz şəxsi istifadəsi üçün aparmış, bununla da Məhkum 2014-cü ilin dekabr ayından 2015-ci ilin aprel ayınadək olan müddətdə rəis olaraq, təkrarən döyüş şəraitində tamahkarlıq məqsədi ilə öz qulluq mövqeyindən sui-istifadə edərək, yəni ümumi dəyəri 149,49 (bir yüz qırx doqquz manat qırx doqquz qəpik) manat olan ərzaq məhsullarını şəxsi istifadəsi üçün götürərək sərf etmişdir. Bundan başqa, Məhkum həmin vəzifədə və kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən, 2015-ci ilin mart ayında tabeliyində olan 2-ci tağımın 1-ci manqasında snayperçi vəzifəsində xidmət edən müddətdən artıq xidmət hərbi qulluqçusu, əsgər X18 yaxınlaşaraq aldadıb, onun pulunu ələ keçirmək niyyəti ilə yalandan, guya uşağının xəstə olduğunu deyərək təcili olaraq 500-600 manat pul lazım olduğunu bildirmişdir.xxx nə üçün məhz ona bu barədə bildirdiyini soruşanda, Məhkum özünün aylıq məvacib plastik kartının «girov»da olmasını gizlədib, istifadə müddətinin bitməsini bildirərək həmin kartı «girov» qoyaraq qeyri-qanuni sələmlə pul verən şəxslərdən pul götürə bilmədiyini və bu səbəbdən də xidmət yoldaşı kimixxxun aylıq məvacib plastik kartını girov qoyaraq, onun adına pul götürmək istədiyini bildirmişdir.xxx həmin vaxt cibində olan 100 (bir yüz) manat pulu Məhkum vermiş, lakin sonuncu yalandan guya bu pulun müalicə üçün kifayət etmədiyini bildirib, onun daha çox pulunu aldadıb, ələ keçirməyə çalışmış, bu səbəbdən də,xxx həmin gün axşam saatlarında yaşadığı Qazax rayonunun Daş Salahlı kəndinə gedərək əlavə olaraq 20 (iyirmi) manat pul gətirərək Məhkum vermişdir. Məhkum bu məbləğin də uşağının müalicəsi üçün kifayət etmədiyini bəhanə edərəkxxxu aldadıb, aylıq məvacib plastik kartını «girov» qoyaraq adına 500 (beş yüz) manat pul götürməyə razı salmışdır. 2015-ci ilin mart və aprel aylarının aylıq məvacibini alan kimixxxun pulunu qaytaracağına yalandan vəd vermişdir. Məhkum əsgərxxxu Qazax şəhərində ünvanı və şəxsiyyəti istintaqa məlum olmayan qeyri-qanuni sələmlə pul verən «Elman adlı» şəxsin yanına aparmışdır.xxx aylıq məvacib plastik kartını «girov» qoyaraq öz adına 500 (beş yüz) manat məbləğində pul götürmüşdür. Elman adlı şəxsin yanından çıxdıqdan sonra, 500 (beş yüz) manat pulu Məhkum vermişdir. 2016-cı ilin sentyabr ayında o, həmin məbləğdən 50 (əlli) manatını qaytarmışdır. Bununla da, Məhkum öz qulluq mövqeyindən istifadə etməklə tabeliyində olan əsgərxxxu aldadaraq, ümumilikdə, 620 (altı yüz iyirmi) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Məhkum müddətdən artıq xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin 2-ci taborunun 5-ci bölüyünün 2-ci tağımının 1-ci manqasının komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində həqiqi hərbi xidmətdə olarkən, xx xxxx 2016-cı il tarixdə, saat 04:00 radələrində həmin bölüyün 1-ci tağımının komandiri, leytenant Təmkin Nizamioğlunun hərbi qulluqçuları döyüş növbəsinə çıxarması ilə əlaqədar əsgər yataqxanasında pərdə arakəsmə ilə ayrılan T.Nizamioğlunun işlədiy i və yatdığı hissəyə keçərək asılmış vəziyyətdə olan kitelinin sağ döş cibindən üzərində «4169 7414 7436 8824» kodu yazılmış aylıq məvacib plastik kartını və həmin kartın balansından pul çıxarmaq üçün lazım olan kağıza yazılmış kodu gizli yolla götürmüşdür. xx xxxx 2016-cı il tarixdə, saat 05:00 radələrində icazəsiz olaraq xidmət yerini tərk edərək Tərtər şəhərinə getmiş, T.Nizamioğlunun adına olan və üzərində «4169 7414 7436 8824» kodu yazılmış aylıq məvacib plastik kartını «xxxx» ASC-nin ünvan 1 ünvanında yerləşən 145003 saylı bankomatına daxil etmiş, T.Nizamioğlunun cibindən götürdüyü kağıza yazılmış kodu yığaraq kartın balansından xx.xx.2016-cı il tarixdə saat 05:46-da 180 (bir yüz səksən) manat, 05:47-də isə 32 (otuz iki) manat, ümumilikdə isə vahid niyyətlə 212 (iki yüz on iki) man at pul çıxarmış, həmin günü xidmət yerinə qayıdaraq T.Nizamioğlunun adına olan və üzərində «4169 7414 7436 8824» kodu yazılmış aylıq məvacib plastik kartını və həmin kartın balansından pul çıxarmaq üçün lazım olan kağıza yazılmış kodu sonuncunun kitelinin cibinə qoymuş, bununla da Məhkum təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin H ərbi kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi F.İ.İskəndərov kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini, CMin 274 və 341.3-cü maddələri ilə cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini və həmin məcəllənin 125, 177.2.2, 177.2.3-1 və 331.3-cü maddələrinin sanksiya həddində cəza təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi F.İ.İskəndərov kassasiya şikayətində Məhkum barəsində olan apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, CM-in 274 və 341.3-cü maddələri ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, ona digər maddələr üzrə sanksiya həddində cəza təyin edilməsini xahiş edir. Kassasiya şikayəti onunla əsa slandırılmışdır ki, iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış, eləcə də şahid qismində ifadə vermiş şəxslər məhkəmə istintaqı gedişində dindirilərkən göstərmişlər ki, “Domik” adlandırılan postun nəzarəti altında olan ərazidən Məhkum və ya hər hansı başqa bir şəxsin erməni postlarına doğru hərəkətinin şahidi olmamışlar, eləcə də erməni postları istiqamətindən hər hansı bir şəxsin “Domik” adlandırılan posta gəlməsini görməmişlər. Qeyd olunan postun nəzarəti altında olan ərazi, texniki vasitələrdən istifadə edilməklə, gecə və gündüz hərbçilərimiz tərəfindən nəzarətdə saxlanıldığından, bu ərazidən postda dayanmış hərbçilərin diqqətindən yayınmaqla erməni postlarına doğru eləcə də düşmən postlarından “Domik” postu istiqamətində hərəkət etmək mümükün deyildir. Bundan başqa Məhkum hansı düşmən hərb i qulluqçusu ilə məxfi əməkdaşlıq etməsi, habelə Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmqda xarici dövlətə kömək etməsinin mövcudluğu istintaq orqanı tərəfindən sübuta yetirilməmişdir. Məhkum barəsində hərbi qulluqçular tərəfindən onun vətənə xəyanət etməsi ilə əlaqədar söylənilənlər fərziyyə xarakteri daşımaqla, heç bir maddi sübutla öz təsdiqini tapmamış və sadəcə ayrı-ayrı fərdlərin şəxsi şübhələri və ehtimalları səviyyəsində qalmışdır. İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 341.3-cü maddəsində nəzərdə tutulmuş ittiham iki epizoda görə verilmişdir. Birinci halda - əsgər tulubunun ətəyinin yanması səbəbindən əsgər xxx atası xxx 80 manat məbləğində pulun alınaraq öz ehtiyacları üçün xərcləməsi, ikinci halda isə hərbi hissənin ərzaq anbarından ümumi dəyəri 149,49 manat olan ərzaq məhsullarını şəxsi istifadəsi üçün götürərək sərf etməsi. Hər iki halda vurulmuş zərərin məbləği və miqdarı cüzi olduğundan, Məhkum Azərbaycan Respublikası CM-in 341.3-cü maddəsi ilə ittihamın elan olunması əsassız hesab edilməli və bu səbəbdən də həmin epizodlar üzrə icraata, əməldə cinayət tərkibinin olmamasına istinad edilməklə bəraətverici əsaslarla xitam verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi A.A.Bağırovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, müdafiəçi F.İ.İskəndərov və iş üzrə zərər çəkmiş şəxslər isə məhkəmə iclasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd oluna n maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət əməlləri AR CPM-in 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş, mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna istinad edilməklə Tərtər Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 125, 177.2.2, 177.2.3-1, 274, 331.2, 331.3 və 341.3-cü maddələrinə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ndə Məhkum müdafiəçisi A.A.Bağırovun apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində isə Məhkum müdafiəçisi F.İ.İskəndərov əməlin hüquqi tövsifini və təqsirlilik məsələsini qismən müabhisələndirmiş, təqsirləndirilən şəxs barəsində CM-in 274 və 341.3-cü maddələri ilə təqsirinin sübuta yetirilmədiyi və əməldə cinayət tərkibi olmadığına görə cinayət işinə bu hissədə bəraətverici əsaslarla xitam verilməsini və CM-in 125, 177.2.2, 177.2.3-1, 331.3-cü maddələrinin sanksiyaları həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur (AR CPM, maddə 42). Cinayət işinin apellyasiya baxışı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutların məcmusu ilə bu hallardan heç biri hazırkı cinayət işi üzrə müəyyən olunmamış, Məhkum qeyd edilmiş cinayət əməllərini törətməsi iş üzrə şahidlərin ifadələri ilə, yazılı sübutlarla və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarından və məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktından görünür ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclasda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Məhkum CM-in 274-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törə tməsi iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən iş üzrə dindirilmiş şahidlər Zaur Mansurov, Fuad Əhədov, Hacıkərim Mancanov, İlqar Ağayev və Vurğun Əliyevin ifadələri ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 341.3-cü maddəsində müharibə vaxtı və ya döyüş şəraitində rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllərin müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədilməsi, habelə bu əməllərin əhəmiyyətli zərər vurmaqla törədilməsi nəzərə tutulmuşdur. Konkret halda Məhkum CM-in 341.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə vurduğu zərərin miqdarı əsgər tulubuna görə 80 manat, ərzaq məhsullarına gö rə isə 149,49 manat təşkil etsə də, onun rəis olaraq döyüş şəraitində öz qulluq mövqeyindən tamah məqsədi ilə sui istifadə etməsi yüksək ictimai təhlükəliliyə malik olduğundan, bu əməllər orduda mövcud olan hüquq qaydasına ciddi zərər vurduğundan, hərbi intizamı, şəxsi heyətin döyüş hazırlığını və döyüş qabiliyyətini zəiflətdiyindən əhəmiyyətli zərər kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 125, 177.2.2, 177.2.3-1, 274, 331.2, 331.3 və 341.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyy ətini, işin hallarını, o cümlədən himayəsində üç azyaşlı uşaqlarının olmasını, cinayət əməllərini törətdikdən sonra zərərçəkmiş şəxslərlə razılıq əldə etməyə cəhd etməsini, üzr istəyərək, onlarla barışmasını, zərərçəkmiş şəxslərin onu bağışlamalarını və məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsin bağışlanılmasını xahiş etmələrini cəzasını yüngülləşdirən hallar, CM-nin 331.2, 331.3 və 341.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təkrarlıq əlamətləri ilə törətməsini cəzasını ağırlaşdıran hallar kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1 -ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi cinayət qanununda nəzərdə tutulmuş yüngülləşdirici halları habelə yuxarıda qeyd olunan normaların və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarına tam əməl etmiş, törədilmiş cinayətin xarakterini, əməlin ictimai təhlükəlilik dərəcəsini və məhkumun ailə vəziyyətini nəzərə almaqla qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 177.2.2, 177.2.3-1, 274, 331.2, 331.3 və 341.3cü maddələri ilə məhkum edilməsinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar