Məhkəmə qərarları › İş №1-1(102)-14/2023

Ali Məhkəmə Qərar — İş №1-1(102)-14/2023

09.02.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-14/2023 09.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X3 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177. 2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin (hakim: Hüseynov Səxavət Səməd oğlunun sədrliyi ilə) 1-1(092)-20/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1992-ci ildə Salyan rayonunun Xələc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, məhkumluğu olmayan, N №-li hərbi hissədə leytenant rütbəsində xidmət etmiş, Salyan rayonunun Xələc kəndində qeydiyyatda olmaqla, Naxçıvan şəhəri 2 №-li hərbi şəhərcik, ev 34-də yaşamış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin həbsə alındığı 26 iyul 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilib hökm qanuni qüvvəsini alanadək barəsində həbs qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından dərhal həbsə alınması hökm edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2023-cü il tarix li, 1-1(108)-14/2023 saylı qərarı ilə Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 1-1(092)-20/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən N nömrəli hərbi hissənin taqım komandiri vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmət etmiş Məhkum həmin hərbi hissədə qarovul rəisi olarkən müxtəlif vaxtlarda MAHHXHQ-su çavuş Şahid1lə və tabeliyində olan əsgərlər qarovul nəfərləri Şahid3, Şahid2 və Şahid4 ilə birlikdə X2 Naxçıvan şəhərində yerləşən Təminat Bazasının anbarlarından ümumi dəyəri 3139,51 AZN olan müxtəlif təyinatlı Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissəyə məxsus əmlakı gizli tal ayaraq öz istifadəsi üçün evlərinə aparmışdır.. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2023-cü il tarixli, 1-1(108)-14/2023 saylı qərarındab Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassator kassasiya şikayətində göstərmişdir ki, apelyasiya məhkəməsi əsassız və qanunsuz qərar qəbul etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarının dəyişdirilərək məhkumun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini və daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. 08 fevral 2023-cü il tarixdə Məhkum cəza çəkdiyi Naxçıvan Muxtar Respu blikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2023cü il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətin i və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindək i Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar