Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-14/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi İsmayılov Riçard Zamil oğlunun iştirakları ilə, Naxçıvan Muxtar Respubli kası Hərbi Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMnin) 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi R.Z.İsmayılov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 24 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Səxavət Səməd oğlu) Məhkum, xx xxxx 1993-cü il tarixdə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali hərbi təhsilli, əvvəllər Naxçıvan MR Hərbi Məhkəməsinin 04 iyul 20 19-cu il tarixli hökmü ilə CM-nin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə həmin cəza şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilmiş, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində daimi qeydiyyatda olmaqla N nömrəli hərbi hissədə “kapitan” hərbi rütbəsində bölük komandiri vəzifəsində həqiqi hərbi xidmətdə olmuş, CM-nin 329.2.1 və 329.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsa sən, Məhkum N nömrəli hərbi hissədə xidmət edərkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində nəzərdə tutulan “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində nəzərdə tutulan “komandir (rəis) tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətlərini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərini pozaraq 2022-ci ilin oktyabr ayının əvvəllərində saat 17 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs7 əraziyə gec gəlməsi səbəbindən hərbi hissənin qarovul evinin yanında ona qarşı nalayiq vurmaqla, təkrarən 2022-ci ilin noyabr ayının ortalarında saat 23:30 radələrində hərbi hissənin birinci NBM-nin yanında düzgün yerdə dayanmamas ı səbəbindən ona qarşı nalayiq ifadə işlədib sifətindən şillə zərbələri vurmaqla, 2022-ci ilin dekabr ayının sonlarında saat 13 radələrində bölməyə gec gəlməsi səbəbindən yataqxananın qarşısında ona qarşı nalayiq ifadə işlədib əlində tutduğu telefonla dodağından bir zərbə vurmaqla, 2023-cü ilin yanvar ayının sonlarında saat N radələrində sıra baxışı zamanı maddi təlim yeşiyində olan əşyaları səliqəsiz düzməsi səbəbindən hərbi hissənin sıra meydanında ona qarşı nalayiq ifadə işlədib çiyin nahiyəsindən bir təpik zərbəsi vurmaqla; 2022-ci ilin dekabr ayının əvvəllərində saat 07 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs5 otağı təmizləməməsi səbəbindən yataqxananın dəhlizində sifətindən şillə zərbəsi vurub ona qarşı nalayiq ifadə işlətməklə, 2022-ci ilin dekabr ayının ortalarında saat 14 radələrində onu çağırmasını eşitməməsi səbəbindən xidməti otağının qarşısında sifətindən şillə zərbələri vurmaqla, 26 yanvar 2023-cü ildə saat 22 radələrində sanitar qovşaqda yuyunan zaman əsgər yoldaşına zarafatla özünün intizamsız əsgər olmasını deməsini eşidib həmin səbəbindən yataqxananın dəhlizində diz nahiyəsində təpik zərbəsi vurmaqla; 2022-ci ilin dekabr ayının ortalarında saat 11 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs8 qarovul xidməti naryadının təlimatı zamanı səhv yerdə dayanması səbəbindən hərbi hissənin sıra meydanında ona qarşı nalayiq ifadə işlədib çənəsindən yumruq zərbələri vurmaqla; 2022-ci ilin dekabr ayının ortalarında saat 19 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs11 özündən yuxarı rəisə cavab qaytarması səbəbindən yataqxanada sifətindən şi llə zərbələri vurmaqla; 2022-ci ilin dekabr ayının sonlarında saat 15 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs4 çirkli qabları yeməkxanaya təhvil verib qayıdan zaman gecikməsi və icazəsiz poçta getməsi səbəbindən hərbi hissənin qarovul evinin həyətində sifətindən, çənəsindən və başından yumruq zərbələri, bir az sonra eyni səbəbdən qarovul rəisinin otağında başından və sifətindən yumruq zərbələri vurmaqla; 2023-cü ilin yanvar ayının əvvəllərində saat 17 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs6 əsgər yoldaşı ilə zarafat etməsi səbəbində xidməti otağında ona qarşı nalayiq ifadə işlədib barmaqlarını qatlayıb əlinin tərsi ilə çənəsindən zərbə vuraraq yumruğu ilə sinəsindən sıxıb geriyə itələməklə; 2022-ci ilin oktyabr ayının təxminən 20-də saat 08 radələrində tabeliyind ə olan əsgər Zərərçəkmiş şəxs9 sıraya gecikməsi səbəbindən hərbi hissənin sıra meydanında ona qarşı nalayiq ifadə işlədib çənəsinin altından iki yumruq zərbəsi vurmaqla, 2023-cü ilin yanvar ayının sonlarında saat 13 radələrində “Bizon” içkisi alması səbəbindən xidməti otağında çənəsindən yumruq zərbələri, sağ bud nahiyəsindən isə təpik zərbəsi vurmaqla; 2022-ci ilin noyabr ayının ortalarında saat 14:50 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 çayxanaya getmək vaxtını soruşması və qaçaraq komandasını axıra kimi icra etməməsi səbəbindən yataqxanada çənəsindən yumruq zərbələri vurmaqla, 25 yanvar 2023-cü ildə saat N radələrində ona təhkim olunmuş qumbaraatan silahının sünbəsini çantasına qoymaması səbəbindən yataqxananın dəhlizində diz nahiyəsindən təpik zərbəsi vurmaqla; 2023-cü ilin yanvar ayının əvvəllərində saat 13:30 radələrində tabeliyində olan əsgər Zərərçəkmiş şəxs10 yataqxananın pilləkənlərini süpürməməsi səbəbindən yataqxanada sifətindən şillə zərbəsi vurub ona qarşı nalayiq ifadə işlətməklə; Bundan başqa 25 yanvar 2023-cü ildə saat N radələrində hərbi hissənin sıra meydanında sıra baxışı zamanı göstəriş verilmədən ləvazimat qabını çıxardığı üçün tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 ayaq nahiyəsinə təpik zərbəsi vurub ona qarşı nalayiq ifadə işlətməklə və həmin vaxt yemək qabında ləkələr olduğu üçün əsgər Zərərçəkmiş şəxs10 ayaq nahiyəsinə təpik zərbəsi vurub sinəsindən itələməklə; 2023-cü ilin yanvar ayının ortalarında saat 23:50 radələrində qarovul xidmətində olarkən rabitə aparatının və pramidanın yanında heç kəsin olmaması səbəbindən gələn yoxlama irad tutduğundan qarovul evinin ümumi otağında barmaqlarını qatlayıb tabeliyində olan əsgərlər Zərərçəkmiş şəxs3 çənəsindən zərbə, daha sonra Zərərçəkmiş şəxs2n ayağından təpik zərbəsi vurmaqla, öz tabeliyində olan şəxsləri müxtəlif vaxtlarda vurmaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan iki və ya daha çox şəxsə qarşı təkrar zor tətbiq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Bağırov Allahverdi Əsəd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Novruzov Əsgər Novruz oğlu (sədrlik edən və məruzəçi), Abbasov Fərman Məmməd oğlu və Bəylərli Səxavət Şahhüseyn oğlundan ibarət tərkibdə) 13 iyul 2023-cü i l tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi R.Z.İsmayılov kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsi, Məhkum barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəzanın şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində cəza təyinin prinsipləri, şərtləri, qaydaları və əsasları təsbit edilmiş CM-nin müvafiq nomalarına və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) bir sıra müddəalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenu mlarının bəzi Qərarlarına, işin müəyyən edilmiş faktiki hallarına, həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına, istinad edən müdafiəçisi R.Z.İsmayılov həmin şikayətini onunla əsaslandırmışdır ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli hallara diqqət yetirməmiş, Məhkum məhz azadlıqdan məhrum etmə cəzasının təyin olunması zərurəti hökmdə və kassasiya qaydasında mübahisələndirilən qərarda əsaslandırılmamış, məhkəmələr cəza təyini məsələsini həll edərkən onun şəxsiyyətini, cəza yüngülləşdirən halları - zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncuların ondan heç bir şikayət və tələblərinin olmamasını, cinayət əməllərini etiraf edərək əməlindən səmimi peşman olması, qulluq etdiyi müddətdə xidmət yeri üzrə komandanlıq tərəfind ən müsbət xarakterizə olunmasını, ixtisaslı zabit olmasını, hərbi xidmətini davam etdirmək arzusunda olmasını, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamışlar. Müdafiəçinin fikrincə isə, hüquqlarını müdafiə etdiyi Məhkum cəza təyin edilərkən sadalanan hallar elə nəzərə alınmalı idi və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalı idi ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın məqsədlərini təmin edə bilsin. Həmçinin şikayət müəllifi bildirmişdir ki, məhkəmələr Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinin mümkünsüzlüyünü də qəbul etdikləri yekun məhkəmə aktlarında əsaslandıra bilməmişlər. Qeyd olunanlara əsaslanaraq müdafiəçi R.Z.İsmayılov kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməyərək bu barədə ərizə ilə məhkəməyə müraciət etməmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zər ərçəkmiş şəxs5 isə naməlum səbəblərdən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9nəin, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəm ə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi R.Z.İsmayılovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsinə dair qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi R.Z.İsmayılovun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz müna sibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydası nda icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiy a qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin yuxarıda şərh edilən normalarına əsaslanaraq məhkəmə kollegiyası müdafiəçi R.Z.İsmayılovun kassasiya müraciətinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq həmçinin aşağıdakıları da qeyd etməyi zəruri bilir. Əvvəla, kassasiya şikayətinin məzmunundan görünür ki, müdafiəçi R.Z.İsmayılov həmin şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum ittiham oluduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini, bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və apellyasiya ins tansiya məhkəməsi tərəfindən sonuncunun barəsində cəza təyini hissəsində qeyri-humanist və ədalətsiz qərar qəbul edilməsini iddia edir. Bununla belə, CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq kassasiya şikayəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, çoxsaylı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib Məh kum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsinin tam sübuta yetirilməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd olunan məsələlərlə bağlı həmin məhkəmələrin gəldikləri nəticələri qanuni hesab edir və bu nəticələrin şübhə altına alınması üçün heç bir əsas görmür. Məhkum barəsində cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan ona ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, hər bir cəza törədilmiş cinayətin və ya cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə işin digər hallarına uyğun olmalı və b u məsələdə məhkəmələrin üzərinə düzgün seçim edərək qanuni və ədalətli cəzanın təyin edilməsi vəzifəsi qoyulur. Belə tələb qanunvericiliyin aşağıdakı müddəlarından, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi möqeyindən və Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumiyyətlə dövlətin və cəmiy yətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlər nəticəsində zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, sonuncuların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşə riyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət h üquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsind ə göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsində isə müəyyən edilmişdir ki, Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 70.1-70.3-cü maddələrinin tələblərindən görünür ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdi rən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasın da tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunu bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (C PM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4- cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə mövqedən çıxış etmişdir ki, cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, el əcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-nin 1.2 və 2.2-ci maddələri). Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-nin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cə zanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhk um etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (CMnin 70.5-ci maddəsi). Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci m addələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş c inayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Ali Məhkəmənin Plenumunun göstərilən Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun ş əxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CP M-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Göründüyü kimi, həm qanunverici, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumları şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan hallara uyğun ol maması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkumun törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi CM-nin 329.2.1 və 329.2.2-ci maddələrinin sanksiyasında bir ildən iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, birinci instansiya məhkəməsi də məhkum olunmuş şəxsə həmin maddələrdə nəzərdə tutulmuş az ağır cinayət törətdiyinə görə onun göstərilən maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə qanuni və kifayət qədər ədalətli cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin məhkəmənin bu nəticəsi ilə razılaşmışdır. Bu zaman məhkəmələr Məhkum törətdiyi c inayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı kassasiya şikayətində də istinad olunan, CM-nin 59-cu maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşman olmasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd göstərməsini, zərərçəkmiş şəxslərin onu bağışlamasını cəzasını yüngülləşdirən hallar qismində, habelə iş üzrə CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışlar. Həmçinin iş materiallarından görünür ki, Məhkum əvvəllər də Naxçıvan MR Hərbi Məhkəməsinin 04 iyul 2019-cu il tarixli hökmü ilə CM-nin 331.2 (rəisin tabeliyində olan hərbi qulluqçunu təhqir etməsi) və 331.3-cü (rəisin tabeliyində olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər e tməsi) maddələri təqsirli bilinərək qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, lakin o, barəsində belə güzəştli cəza tədbirinin tətbiq edilməsindən özü üçün nəticə çıxarmayaraq, yəni faktiki olaraq islah olunmayaraq məhkumluğu ödənildikdən sonra da eyni xarakterli cinayət əməllərini törətmişdir. Bu hal məhkəmələr tərəfindən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasa da (bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir) məhkəmə kollegiyası hesab edir ki, həmin hal onun şəxsiyyətini mənfi cəhətdən xarakterizə hal kimi nəzərdən keçirilməli və işə baxan məhkəmələr də haqlı olaraq bu hala diqqət yetirmiş lər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə baxan aşağı instansiya məhkəmələri düzgün olaraq Məhkum barəsində təkrarən şərti məhkum etmənin tətbiqi üçün əsaslar görməmiş və cinayət işinə baxılmasının nəticəsi olaraq qanuni və ədalətli yekun məhkəmə aktları qəbul etmişlər. Kassasiya kollegiyası da Məhkum cəza təyini ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşır və kassasiya icraatı mərhələsində həmin məhkəmələrin nəzərə almadıqları cəzanı yüngülləşdirən hər hansı halın müəyyən edilməməsini qeyd edir. Belə olan halda məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarından, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən, habelə cinayət işi üzrə müəyyən edilmiş faktiki hallardan çıx ış edərək kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayır və həmin şikayətin təmin edilməsini, Məhkum haqqında isə CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, yəni ona təyin olunmuş cəzanın şərti hesab edilməsi üçün əsaslar görməyərək mübahisələndirilən qərarın bu əsasla dəyişdirilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi R.Z.İsmayılovun və həmin şikayətin təmin edilməməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, həmin şikayət təmin edilməməklə Məhkum CM-nin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarix li qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 329.2.1 və 329.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-14/2024
Ali Məhkəmə Qərar — İş №1-1(102)-14/2024
30.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver