Məhkəmə qərarları › İş №1-1(102)-15/2018

Ali Məhkəmə Qərar — İş №1-1(102)-15/2018

08.02.2018 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-15/2018 08.02.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Nəsirov İnqilab Maşallah oğlu və Əliyev Fərhad Kazım oğlundan ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun iştirakı ilə, Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 180.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsin də Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.O.Osmanov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN E T D İ: Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim V.Z.Nəsirov) xx xxxxxxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Gəncə hərbi məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1-1(095)-062/2017 saylı hökmünə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu DOS-84 ev 4 mənzil 1-də qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanas ında saxlanılan, N saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 180.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə ona təyin edilm iş 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından hazırkı iş üzrə hökm çıxarılan günə qədər həbsdə olduğu 06 (altı) ay 05 (beş) günün çıxılması, üzərində 2 (iki) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin hökm çıxarılan gündən yəni, xx xxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İŞİN H A L L A R İ: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, N saylı hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edərkən xx xxxxxxx 2016-cı il tarixdə saat 19 radələrində özgənin əmlakını talamaq məqsədi ilə Gəncə şəhər Dəmiryol Vağzalının yaxınlığında taksi kimi dayanmış **-DR-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X4 yaxınlaşaraq onu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmasını dedikdən sonra sonuncu etiraz etməyərək onu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya gətirmişdir. Həmin vaxt əsgər Məhkum xəstəxananın həyətində zəng etmək adı ilə Amid Namazova məxsus “Samsung Galaxy G-530 Prime” markalı mobil telefonu sonuncunu aldadaraq əlindən alıb hadisə yeri ndən uzaqlaşarkən A.E.Namazov onun arxasınca qaçıb telefonunun sonuncudan qaytarılması üçün cəhd etməsinə baxmayaraq Məhkum hadisə yerindən uzaqlaşmaqla A.E.Namazovun əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Bundan əlavə, Məhkum N saylı hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edərkən xx xxxxxx 2016-cı ildə saat 18 radələrində özgənin əmlakını talamaq məqsədi ilə Gəncə şəhər R.Qasımov küçəsi ilə Atatürk prospektinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan “Vaz 21099” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X1 yaxınlaşaraq onu Gəncə şəhər 2 saylı xəstəxanaya aparmasını dedikdən sonra sonuncu etiraz etmə yərək onu 2 saylı xəstəxanaya aparan zaman yolda o, zəng etmək adı ilə Vəli Ələkbərova məxsus həmin dövr üçün 150 (yüz əlli) manat dəyərində olan “X11 Prime” markalı mobil telefonu sonuncunun əlindən alıb avtomobildən düşüb getməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Məhkum N saylı hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edərkən xx xxxxxx 2016-cı ildə saat 17 radələrində özgənin əmlakını talamaq məqsədi ilə Gəncə şəhər Ə.Hüseynzadə küçəsində taksi fəaliyyəti ilə məşğul olan “Vaz 2107” markalı **-CV*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X5 yaxınlaşaraq onu Gəncə şəhər Mahrasa bağı adlanan əraziyə aparmasını dedikdən sonra sonuncu etiraz etməyərək onu Gəncə şəhəri, Mahrasa bağına aparan zaman yolda o, zəng etmək adı ilə Kamil Nəbiyevə məxsus həmin dövr üçün 140 (yüz qırx) manat dəyərində olan “Samsung Galaxy S3” markalı mobil telefonu sonuncunun əlindən alıb avtomobildən düşüb getməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Daha sonra, Məhkum N saylı hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi əsgər hərbi rütbəsində xidmət edərkən xx xxxxxx 2016-cı ildə sat 19 radələrində özgənin əmlakını talamaq məqsədi ilə Gəncə şəhər Atatürk prospektində taksi fəaliyyəti ilə məşğul olan “Priora” markalı **-VB-*** dövl ət nömrə nişanlı avtomobilin sürücüsü X3 yaxınlaşaraq onu Gəncə şəhəri, Bayan küçəsinə aparmasını dedikdən sonra sonuncu etiraz etməyərək onu Bayan küçəsinə aparan zaman yolda o, zəng etmək adı ilə Elçin Qurbanova məxsus həmin dövr üçün 160 (yüz altmış) manat dəyərində olan “X11 Prime” markalı mobil telefonu sonuncunun əlindən alıb avtomobildən düşüb getməklə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyası (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.G.Abdullayev və T.A.Muxtarovdan ibarət tərkibdə) xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə A pellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi E.O.Osmanov kassasiya şikayəti verərək qeyd olunan apellyasiya qərarının ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN D Ə L İ L L Ə R İ: Məhkum müdafiəçisi E.O.Osmanov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının qərarı cəza təyini hissəsində ədalətsiz və əsassızdır. Belə ki, Məhkum CM-in 62 və yaxud 70-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməli və ya azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq olunmalıdır. Bundan başqa müdafiəçi kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx xxxxxxx 2017-ci il tarixli qanu na əsasən Məhkum CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı hissəsinə əməlində cinayət tərkibinin olmaması ilə xitam verilməsini və onun həmin maddənin sanksiyasına görə təyin olunmuş cəzadan azad edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin qismən təmin edilməsi barədə dövlət ittihamçısı İ.F.Yusifovun çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Kassasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Məhkum məhkəmədə iştirak etmək arzusunu bildirməmiş, müdafiəçi E.O.Osmanov və iş üzrə zərər çəkmiş şəxslər A.E.Namazov, K.V.Nəbiyev, E.F.Qurbanov və V.Ə.Ələkbərov isə məhkəmə i clasında iştirak etməmişlər. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən ci nayət və cinayət-prosessual normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum cinayət əməli Gəncə Hərbi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 180.1-ci maddələri ilə tövsif edilmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkumun apellyasiya şikayəti əsasında cinayət işinə baxılarkən sübutların toplanması, tədqiqi və qiymətləndirilməsində birinci instansiya məhkəməsi tərəfindən nöqsanlara yol verilib-verilmədiyi yoxlanılmış və Gəncə Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Hazırkı kassasiya şikayətində məhkumun müdafiəçisi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum Azərba ycan Respublikası CM-in 62 və yaxud 70-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza təyin edilməsini və ya azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunmasını, onun həmin Məcəllənin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı hissəsində əməlində cinayət tərkibinin olmaması əsası ilə xitam verilməsinə və bu hissədə cəzadan azad edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli (x xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş) Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə edilmiş dəyişikliyə əsasən Cinayət Məcəlləsinin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyətin əmlak ın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yarandığı müəyyən edilmişdir. Cinayət qanununun zamana görə qüvvəsini müəyyən edən Azərbaycan Respublikası CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır. Yəni, həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə habelə cəza çəkən yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Cinayət işinin materiallarından göürünür ki, Məhkum zərər çəkmiş X1 1 50 manat məbləğində, zərər çəkmiş X5 140 manat məbləğində, zərər çəkmiş şəxs X3 isə 160 manat məbləğində ziyan vurmAqla dələduzluq etmişdir. Həmin məbləğlərin hər biri 500 manatdan az olduğunda hazırda qüvvədə olan qanunvericiliyə görə bu əməl dələduzluq cinayətinin cinayət tərkibini yaratmır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət Prosessual Məcəllənin Məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsaslarını müəyyən edən 4 3.1 və 43.1.2-ci maddələrinə əsasən həmin məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsinə əsasən kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması zamanı kassasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş hökm və qərarları ləğv etmək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam vermək barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhk um olunmasına dair hissədə cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin CM-in 62 və ya 70-ci maddəsinin tətbiq edilməsinə dair dəlillərini cinayət qanunvericiliyinin cəza təyininə dair maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirərək hesab edir ki, həmin dəlillər, o cümlədən də Məhkum barəsində onun müdafiəçisinin qeyd etdiyi yüngülləşdirici hallar, habelə onların məcmusu müstəsna hal hesab edilməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi, habelə onun barəsində şərti məhkum etmənin tətbiqi üçün əsas ola bilməz. Hazırkı kassasiya şikayətinin müvafiq dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərini hərtərəfli araşdıraraq tə hlil edən apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq belə bir nəticəyə gəlmişdir ki, iş materialları ilə Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan müstəsna hallar müəyyən edilmədiyindən həmin maddənin tətbiq edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, cəzanı yüngülləşdirən halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Təyin olunmuş cəza ədalətl i və qanuni olmaqla məhkumun əməlinə və şəxsiyyətinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası da kassasiya şikayətində göstərilən halları nəzərə almaqla, Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilərək ona təqsirli bilindiyi maddələrin sanksiyalarında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini və ya şərti məhkum etmənin tətbiqini mümkün saymır. Kassasiya instansiyası məhkəməsi, həmçinin qeyd edir ki, hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 419.10.3, 419.10.4-cü maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə aid hissədə ləğv edilsin, həmin hissədə cinayət işi üzrə icraata xitam verilsin. Qərardan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəa xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ona təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılsın. Məhkum Gəncə Hərbi məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 180.1-ci m addəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən qismən toplanılmaqla qəti olaraq 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə təyin edilsin. Məhkum təyin edilmiş 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından hazırkı iş üzrə hökm çıxarılan günə qədər həbsdə olduğu 6 (altı) ay 5 (beş) gün çıxılsın və üzərində 2 (iki) il 3 (üç) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə, o cümlədən cəzaçəkmənin əvvəlinin xx xxxx 2017-ci il tarixdən hesablanmasına dair hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar