Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(102)-15/2021 29.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə xx xxxxxx 1987-ci ildə Beyləqan rayonunun Yeni Mil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı uşaq atası, ali hərbi təhsilli, barəsində Tərtər Hərbi Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə 3 (üç) il müddətinə azadlıqdan m əhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-in 70-ci maddəsi tətbiq olunaraq 2 (iki) il sınaq müddəti müəyyən edilməklə həmin cəza şərti olaraq tətbiq edilmiş, məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətmiş, Beyləqan rayonunun Yeni Mil qəsəbəsində qeydiyyatda olan, N N°-li hərbi hissədə 2- ci ağır yükdaşıma bölüyünün komandiri vəzifəsində, kapitan rütbəsində xidmət etmiş Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 333.4, 178.2.3, və 32.4,312.1-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi-Abşeron Rayon Vəkil Bürosunun vəkili Ələsgərov Fizuli Cabbar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin (hakim İ.S.İbrahimov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Məhkum CM-in 333.4, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib, barəsində CM-in 333.4-cü maddəsi ilə 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 178.2.3-cü maddəsi ilə 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4, 312.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq 3 (üç) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 20 19-cu il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum və müdafiəçisi X1 tərəfindən apellyasiya şikayəti verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.M.Mirzəyev, hakimlər F.R.Məmmədov və V.K.Quliyevdən ibarət tərkib) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, N №-li hərbi hissədə 2-ci ağır yükdaşıma bölüyünün komandiri vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edərkən xx xxxxxx 2019-cu il tarixdə hərbi hissə komandirinin N nömrə li əmri ilə qeydiyyatda olduğu Beyləqan rayonu, Yeni Mil qəsəbəsinə 5 günlük məzuniyyətə buraxılmış, o, xx xxxxxx 2019-cu il tarixdə xidmət yerinə qayıtmalı olduğu halda məzuniyyətdən xidmət yerinə qayıtmamış, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2019-cu ildə Bakı şəhərində tutularaq istintaq orqanına təhvil verilmiş, onun üzrlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması bir aydan artıq, lakın üç aydan çox olmamışdır. Bundan başqa, Məhkum N nömrəli hərbi hissənin 2-ci tank bölüyünün komandiri vəzifəsində xidmət edərkən öz qulluq mövqeyindən istifadə etməklə Lənkəran rayonunun Veravul kənd sakini X2 Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin birində gizir kimi hərbi xidmətə qəbul etdirəcəyini vəd verib səla hiyyətli vəzifəli şəxsə vermək adı ilə aldadaraq 2018-ci ilin noyabr ayının ortalarında “Kapital banka” məxsus “Xəzri” sürətli pul köçürmə sistemi ilə öz adına 1000 (bir min) manat, noyabr ayının sonlarında isə ödəniş kartına bankomat vasitəsilə 200 (iki yüz) manat göndərtdirərək onu rüşvət verməyə təhrik etmiş, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Y.M.Xəlilovun ümumilikdə 1200 manat pulunu ələ keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumum müdafiəçisi Ələsgərov Fizuli Cabbar oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi barədə və ya 60-cı maddəsi tətbiq edilməklə Cinayət Məcə lləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmayan cəza ilə əvəz edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, işə baxan məhkəmələr cəza təyin edərkən Məhkum himayəsində 2 azyaşlı uşaqlarının olmasını, həyat yoldaşının heç bir yerdə işləməməsini, himayəsində yaşlı valideynlərinin olmasını, ailənin yeganə qazanc gətirən olmasını, cinayət yolu ilə ələ keçirmiş olduğu 1200 manatın elə də böyük bir məbləğ olmamasını, bununla belə, həmin məbləğin onun tərəfindən könüllü olaraq tam ödənilməsini, qeydiyyat yeri Beyləqan rayonu göstərilsə də, həmin ərazidə onun və ailəsinin yaşayış üçün yararlı olan heç bir evinin, mənzilinin, mülkün, həyətyanı sahəsinin olmamasını, özü nün və ailəsinin hazırki vaxta kimi, ayrı-ayrı ünvanlarda kirayədə yaşamasını, məlum hadisələrlə əlaqədar dəfələrlə döyüş bölgələrində olmasını, məlum aprel döyüşlərində olan fəal iştirakını və s. bu kimi göstərilən hallardan heç birini nəzərə almamışlar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyət i üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tət biq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ Məhkum təyin edilmiş cəzanın ağır olması, cəza təyini zamanı barəsində yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiy i cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublik ası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəz a təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol ve rməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində iki azyaşlı uşağının olasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək peşman olmasını yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olma sını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum azadlıqdan məhrum etmə cəzası çəkmədən islah olunmasını mümkün hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəy işdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə ko llegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1-1(102)-15/2021
Ali Məhkəmə Qərar — İş №1-1(102)-15/2021
29.01.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver